Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-613/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 3 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, ünvan 2 ünvanına gedib mənzildən satış məqsədi olmadan qanunsuz olaraq, 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 39,460 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin şəffaf sellofan paketi əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxlamaqla daşımış, 27 mart 2020-ci il tarixdə, saat 21:10 radələrində Nərimanov RPİ-nin və Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 39,460 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunmamışdan təxminən 2-3 ay əvvəl olar ki, narkotik vasitə marixuana və bonsaidən çəkmək üsulu ilə istifadə edir. Digər narkotik vasitələrdən istifadə etmir. Ailəli olduğundan mütəmadi olaraq ailəsilə birlikdə ünvan 5 ünvanda yaşayır, ara-sıra, dostluq münasibətləri olan Nicat Əliyevin kirayədə yaşadığı ünvan 6 ünvanda qalır. Nicat həmin mənzilin açarını ona vermişdir ki, istədiyi vaxt mənzilə daxil ola bilsin. 27.03.2020-ci il tarixdə axşam saatlarında Nicat zəng edərək, yuxarıda qeyd olunan ünvana getməyini və mənzildə, ona məxsus bir əşyanı götürüb onun zəng etdiyi vaxtda həmin əşyanı dediyi ünvana aparıb çatdırmağını xahiş etmişdir. Bu səbəbdən o, Nicatın kirayədə yaşadığı, ünvan 6 saylı mənzilə çatdıqdan sonra Nicatla təkrar əlaqə saxlayıb nəyi və haradan götürməli olduğunu soruşmuşdur. Nicat ondan xahiş etmişdir ki, mənzilə daxil olduqda, sağ hissədə yerləşən mebel dəstinin qapısını açıb, orada olan çemodandan polietilen torbaya bükülmüş, kiçik marixuana bükümünü götürüb özündə saxlasın, onun zəngindən sonra deyəcəyi ünvana aparsın. O da mənzilə daxil olub sağ hissədə yerləşən mebel dəstinin qapısını açdıqda orada bir ədəd çemodan olduğunu, çemodanın içərisində miqdarını və sayını dəqiq xatırlamadığı bir neçə büküm və sair narkotik vasitələrin olduğunu görmüşdür. Çemodanın içərisindən bir bükümü götürüb əynində olan göy rəngli gödəkçənin cibinə qoyaraq mənzilin qapısını bağlayıb çölə çıxmış və binanın qarşısında piyada gəzib, Nicatın zəngini gözlədiyi zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirib, onlarla birlikdə Nərimanov RPİ-nə getmələrini xahiş etmişlər. O, həmin şəxslərlə birlikdə Nərimanov RPİnə gəlmişlər. İdarədə ona izah etmişlər ki, üzərində narkotik vasitə saxlamasından şübhələndikləri üçün üzərinə axtarış və götürmə aparacaqlar. Bundan sonra polis əməkdaşları video çəkiliş aparmaqla təklif etmişlər ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik maddə və ya buna bənzər digər maddələr varsa könüllü təqdim etsin. O da əynində olan olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən, Nicatın kirayə yaşadığı mənzildən götürdüyü bir ədəd bükümü, evin açarını və digər əşyalarını çıxardıb təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi içərisində qurudulmuş ot kütləsi olan 01 ədəd bükümü zərfə qoyaraq qablaşdırıb bu barədə protokol tərib etmişlər. O da həmin protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən ona təklif olunmuşdur ki, Nicatla birlikdə yaşadığı evi göstərsin. O da 28 mart 2020-ci il tarixdə saat 00:10 radələrində polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 24A, 96 saylı mənzilə gəlmişlər. Nicatın ona verdiyi açarla qapını açıb içəri daxil olmuşlar. Polis əməkdaşları tərfindən mənzildə axtarış aparılmış və mənzilin yataq otağındakı paltar dolabın içərisindəki qırmızı rəngli yol çantasının içərisindən, 41 bükümdə, ümumilikdə 1124 ədəd həb, onlardan 50 ədəd həb yaşıl rəngli olmaqla üzərində V yazısı həkk olunmuşdur. Qalan 1074 ədəd kapsul formalı olmaqla bir tərəfi ağ, digər tərəfi isə qəhvəyi rəngli həblər olmuşdur. Bundan başqa, həmin çantanın içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan ayrı-ayrılıqda bükülmüş 05 (beş) ədəd büküm və üzərində Constant yazısı olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Daha sonra dolabda 01 ədəd ağ rəngli dəmir seyf aşkar olunmuş, və polis əməkdaşları tərəfindən həmin seyf də qablaşdırılaraq götürülmüşdür. Sonra da Nərimanov RPİ-nin inzibati binasına qayıtmışlar. Polis əməkdaşları tərəfindən seyfin arxa divarı sındırılmaqla açılmış və orada olan 25 ədəd şəffaf rəngli polietilen torbanın içərilərindən ümumilikdə 616 ədəd həb aşkar olunmuşdur ki, onlardan 50 ədəd həb yaşıl rəngli olmaqla üzərində V yazısı həkk olunmuşdur. Qalan 566 ədəd kapsul formalı olmaqla bir tərəfi ağ, digər tərəfi isə qəhvəyi rəngli həblər olmuşdur. Bundan başqa, həmin seyfin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan ayrı-ayrılıqda polietilen poketlərə bükülmüş 20 (iyirmi) ədəd büküm, üzərində “X28” yazıları yazılmış 01 (bir) ədəd plastik qabın içərisində ağ rəngli kristal halında olan maddələr və 01 (bir) ədəd şəffaf polietilen torbanın içərisində sarımtıl-qəhvəyi rəngli kristal halında olan 06 (altı) ədəd maddə aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və protokol tərəfindən tərəfindən imzalanmışdır. Özü heç vaxt narkotik vasitə satmamış, Nicat Əliyev də narkotik vasitəni nə vaxt, kimdən, hansı miqdarda, nə məqsədlə əldə etdiyini, kiməsə satacağını və ya satmayacağıni ona deməmişdir. Nicatın ondan xahişinə kimi Nicatın yaşadığı mənzildə narkotik vasitə olmasından xəbəri olmamışdır. O, sadəcə olaraq dostluq xatirinə Nicatın xahişi ilə üzərində aşkar olunan narkotik vasitəni götürmüşdür ki, Nicatın dediyi ünvana çatdırsın. Bu işi görərkən onun heç bir maddi və sair marağı olmamışdır. Nicatla dost olduğundan onun dediklərini etmiş, etdiyi işə görə heç nə ummamış və istəməmiş, Nicat da hər hansı iş deyəndə əvəzində ona nəsə verəcəyini vəd etməmişdir. Hazırda əməlindən səmimi olaraq peşimandır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasından ibarət olan cinayət əməlini törətməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid ifadəsində göstərdi ki, Nərimanov RPİ 17-ci PŞ-nin CA üzrə kiçik inspektoru vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. 27.03.2020-ci il tarixdə təxminən saat 21:10 radələrində xidməti zərurətlə əlaqədar Nərimanov RPİ CAŞ-nin CA üzrə kiçik inspektoru X17 ilə birlikdə ünvan 7 ünvanın yaxınlığında olduqları zaman, Təqsirləndirilən şəxs özünü şübhəli aparması diqqətlərini cəlb etmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib, ondan özünü təqdim etməyini təklif edən zaman sonuncu davranışı ilə şübhələrini daha da artıraraq oradan uzaqlaşmağa cəhd göstərmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayaraq Nərimanov RPİ-nə gətirib növbətçi hissəyə təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs barəsində müvafiq tədbirlərin görülməsi Nərimanov RPİ TŞ-nin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədova həvalə edilmişdir. X16 tərəfindən Təqsirləndirilən şəxs izah etdilmiş ki, üzərində narkotik vasitə saxlamalarından şübhələndikləri üçün üzərinə axtarış və götürmə aparacaqlar, sora da video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik maddə və ya buna bənzər digər maddələr varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən şəffaf polietilen torbaya doldurulmuş, içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan 01 ədəd bükümü, həmin gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli «Samsunq» markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd bir manatlıq pul əskinazı, həmin şalvarın sol yan cibindən ağ rəngli alşqanı və gümüşü rəngli metaldan hazırlanmış 01 ədəd açarı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində olan maddə narkotik vasitə marixuanadır, həmin narkotik vasitə marixuananı 27.03.2020-ci il tarixdə dostu Nicat adlı şəxsin kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 24A, 96 saylı mənzildən götürüb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş maddə götürülərək qablaşdırılmış və DİN-nin 44 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra X16 tərəfindən protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Nicatla birlikdə yaşadığı evi göstərsin. Təqsirləndirilən şəxs ünvan 6 saylı mənzildə axtarış və götürmə aparılmasına etiraz etməməyi barədə ərizə yazmşdır. 28 mart 2020-ci il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxsla, vəkil Kamal Əliyevlə, X16la, Nərimanov RPİ CAŞ-nin CA üzrə kiçik inspektoru X17 ilə və onunla birlikdə Təqsirləndirilən şəxs göstərməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 24A, ünvanına gəlmişlər. Orada onlara bir nəfər yaxınlaşaraq adının Şakir olduğunu və Nicatın dayısı olduğunu bildirmişdir. Onlar ona Nicatın evində narkotik vastələrin saxlanılmasından şübhələndikləri üçün evə baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. Şakir adlı şəxs mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və baxışın onun iştirakı ilə keçirilməsini xahiş etmişdir. Bundan sonra mənzildə keçiriləcək baxışda iştirak etmələri üçün 2 nəfər hal şahidləri dəvət olunmuş və onlara hüquq və vəzifələri izah olunmuşdur. 96 saylı mənzilin qapısını Təqsirləndirilən şəxs olan açarla açıb içəri daxil olmuşlar. Sonra mənzildə videoçəkiliş aparılmaqla axtarış aparılmış və mənzilin yataq otağında yerləşən paltar dolabın içərisindəki qırmızı rəngli yol çantasının içərisindən, 41 bükümdə, ümumilikdə 1124 ədəd həb aşkar olunmuşdur. Onlardan 50 ədəd həb yaşıl rəngli olmaqla üzərində V yazısı həkk olunmuşdur. Qalan 1074 ədəd kapsul formalı olmaqla eyni görünüşə, yəni bir tərəfi ağ, digər tərəfi isə qəhvəyi rəngli həblər olmuşdur. Bundan başqa həmin çantanın içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan ayrı-ayrılıqda bükülmüş 05 (beş) ədəd büküm və üzərində Constant yazısı olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra dolabda 01 ədəd ağ rəngli dəmir seyf aşkar olunmuşdur. Həmin seyfin qapısı bağlı olsa da, arxa hissəsində laqonda aparatı ilə işlər aparıldığı və arxa hissəsində bir qədər aralama izi aşkar olunmuşdur. Seyfdə olan açıq yerindən seyfin içərisində bir çox əşya olduğu görünmüşdür. Seyfin açılması üçün evdə avadanlıq olmadığından təhqiqatçı tərəfindən həmin seyfdə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra da Nərimanov RPİ-nin inzibati binasına qayıtmışlar. Orada Təqsirləndirilən şəxs seyfin açılması və içərisində olan əşyalara baxış keçirilməsinə etirazı olmamasına dair ərizə yazmışdır. Təqsirləndirilən şəxs, vəkil Kamal Əliyevin, X16un, Nərimanov RPİ CAŞ-nin CA üzrə kiçik inspektoru X9 və onun iştirakı ilə videoçəkiliş aparılmaqla Nərimanov RPİ-nin inzibati binasında götürülmüş seyfin arxa divarı lomla sındırılmaqla açılmış və içərisinə baxış keçirilərkən, oradakı 25 ədəd şəffaf rəngli polietilen torbaların içərilərindən ümumilikdə 616 ədəd həb aşkar olunmuşdur. Onlardan 50 ədəd həb yaşıl rəngli olmaqla üzərində V yazısı həkk olunmuşdur. Qalan 566 ədəd kapsul formalı olmaqla eyni görünüşə, yəni bir tərəfi ağ, digər tərəfi isə qəhvəyi rəngli həblər olmuşdur. Bundan başqa, həmin seyfin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan ayrıayrılıqda polietilen poketlərə bükülmüş 20 (iyirmi) ədəd . büküm, üzərində “X28” yazıları yazılmış 01 (bir) ədəd plastik qabın içərisində ağ rəngli kristal halında olan maddələr və 01 (bir) ədəd şəffaf polietilen torbanın içərisində sarımtıl-qəhvəyi rəngli kristal halında olan 06 (altı) ədəd maddə aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Nicat Əliyevin həmin narkotik vasitələri kimdən, nə vaxt, hansı miqdarda, nə məqsədlə alması barədə məlumatının olmadığını, üzərində aşkar olunan narkotik vasitəni dostluq xatirinə Nicatın xahişi ilə sonuncunun deyəcəyi ünvana çatdırmaq üçün götürdüyünü bildirmişdir. Məhkəmədə dindirilmiş şahid X19 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə tikintidə bir yerdə işləmiş, dost münasibəti yaranmışdır. Bakıda kirayədə qalmış, mənzilin bir açarı da Romada olduğundan sonuncu hərdən qaldığı mənzilə gəlmişdir. Hadisə vaxtı yaşadığı mənzildən götürülmüş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Tahir adlı şəxsdən almışdır. Belə ki, Tahir adlı şəxs zəng edərək bildirmişdir ki, metronun Qara Qrayev adına stansiyası yaxınlığındakı həmişəki yerə narkotk qoyub, gedib götürsün. O da həmin yerə gedib mənzilində aşkar edilən narkotik vasıtıləri götürüb gətirərək kirayə yaşadığı mənzildə qoymuşdur. Bir neçə gündən sonra Tahir ona zəng edib demişdir ki, marixuananın bir hissəsini götürüb onun deyəcəyi yerə qoysun. O da evdən kənarda olduğundan Romaya zəng edib demişdir ki, onun yaşadığı evə gedib qoyduğu yerdən bir-iki büküm mariuxana götürüb özündə saxlasın, dediyi yerə qoyar. Roma da onun xahişi ilə onun qaldığı mənzilə gedib marixuananı dediyi yerdən götürmüşdür. Sonradan ona məlum olmuşdur ki, Roma polis əməkdaşları tərəfindən tutulmuşdur. Ona görə də bir daha yaşadığı mənzilə gəlməmişdir. Tahirdən narkotik vasitələr almasında Romanın xəbəri və iştirakı olmamışdır. Romadan etdiyi xahişə görə sonuncuya heç nə vəd etməmiş və heç nə verməyəcəkdi. Roma sadəcə olaraq bir dost kimi onun xahişini yerinə yetirmək istəmişdir. Təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaqda verdikləri və məhkəmədə tədqiq edilən ifadələrindən görünür ki, onlar ibtidai istintaqda da eyni məzmunlu ifadə vermişlər. Şahid qismində dindirilmiş X10 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 165-166-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanındakı mənzildə qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanında yaşayır. ünvan 9 olduğundan həmin mənzili 02.02.2020-ci il tarixdə Bərdə rayonundan olan X4 və onun ailə üzvlərinə kirayə vermiş, sonuncular da həmin tarixdən orada yaşamağa başlamışlar. X21 və Nicat adlı şəxsin onun mənzilində yaşamalarından məlumatı yoxdur. Şahid qismində dindirilmiş X4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 162-164-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 02.02.2020ci il tarixdə ünvan 2 ünvanındakı mənzili X1 götürərək ailə üzvləri ilə orada yaşamışdır. 14 mart 2020-ci il tarixdə atasının yas mərasimi ilə bağlı ailə üzvləri ilə birlikdə Bərdə rayonunun İmirli kəndinə getmişdir. ünvan 11 ünvanındakı mənzilin açarlarını nəzarət etmək üçün qaynı Nicata vermişdir. Cinayət işinin 25-26-cı vərəqlərində olan 27 mart 2020-ci il tarixli «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən şəffaf polietilen torbaya doldurulmuş, içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş ot kütləsi olan 01 ədəd bükümü, həmin gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli «Samsunq» markalı mobil telefonu, əynində olan cins şalvarın arxa sağ cibindən 01 ədəd bir manatlıq pul əskinazı, həmin şalvarın sol yan cibindən ağ rəngli alşqanı və gümüşü rəngli metaldan hazırlanmış 01 ədəd açarı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində olan maddə narkotik vasitə marixuanadır, həmin narkotik vasitə marixuananı 27.03.2020-ci il tarixdə dostu Nicat adlı şəxsin kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 24A, 96 saylı mənzildən götürüb üzərində saxlamışdır. Həmin maddə təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və DİN-nin 44 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin 57-59-cu vərəqlərində olan məhkəmə bioloji ekspertizasının 28.03.2020-ci il tarixli 7/105 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs...01 ədəd büküm...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 39,460 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin 149-150-ci vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının ci il tarixli, 1280 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə və sintetik tərkibli çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir», qanunun 10.0.11-ci maddəsində isə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 4-cü bəndində göstərilmişdir ki, «narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 12-ci bəndinin “a” yarımbəndinə 5 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq hesab edilir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPMnin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (CPM-nin 33.2-ci maddəsi), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (CPM-nin 33.4-cü maddəsi). CPM-nin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPMnin 145.3-cü maddəsi). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmək məqsədi ilə X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27.03.2020-ci il tarixdə istifadə etdiyi mobil telefonu vasitəsi ilə digər şəxsin qeyd etdiyi ünvana, yəni X13 yaşadığı ünvan 2 ünvanına gedib mənzildən satış məqsədi ilə qanunsuz olaraq, 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 39,460 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin şəffaf sellofan paketi əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxlamaqla daşımış, 27 mart 2020-ci il tarixdə, saat 21:10 radələrində Nərimanov RPİ-nin və Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 39,460 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Şahidlər X10 və X2 yuxarıda qeyd edilən ifadələri ilə müəyyən olunur ki, X7 məxsus ünvan 2 ünvanındakı mənzil 02.02.2020-ci il tarixdə X4 tərəfindən kirayəyə götürülmüş, sonuncu 14 mart 2020-ci il tarixdə atasının yas mərasimi ilə bağlı ailə üzvləri ilə birlikdə Bərdə rayonuna getdiyindən həmin mənzilin açarlarını nəzarət etmək üçün qaynı Nicata vermişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 27 mart 2020-ci il tarixdə saxlanmışdır. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs həmin mənzilə mütəmadi olaraq uzun müddət gedib-gəlməmişdir. Həmin mənzilə Nicat deyil, başqa şəxslər kirayənişin olmuşlar. Məhkəmə, əməlin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə etməsi məhkəmədə sübuta yetirilmədi. Belə ki, cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirildiyindən, CPM-nin 139-cu maddəsinə görə, həmin cinayət-hüquqi normanın dispozisiyasından irəli gələn, bu cinayət tərkibinin yaranmasını şərtləndirən zəruri hallar, o cümlədən Təqsirləndirilən şəxs Nicat Əliyevin göstərişinə əsasən sonuncu ilə qabaqcadan əlbir olmaqla 39,460 qram narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib daşıması və həmin narkotik vasitəni satması hazırki işin sübutetmə predmetinə daxil olan mühüm xüsusatlardır və ittiham tərəfindən inandırıcı şəkildə sübuta yetirilməli idi. Lakin, cinayət işinin materiallarından görünür ki, cinayət prosesində Roma X14baqcadan əlbir olmasını, narkotik vasitəni satış məqsədi ilə əldə etməsini, daşımasını və həmin narkotik vasitəni kimə satmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Əksinə, iş üzrə dindirilmiş şahid X8 Əmirovun göstərdikləri ilə uyğunluq təşkil edən ifadə verməklə onu təsdiq etmişdir ki, Təqsirləndirilən şəxs Nicat Əliyevin kimdən, nə vaxt, hansı miqdarda, nə maqsədlə narkotik vasitələr əldə etməsini bilməmiş, üzərində aşkar edilən, eləcə də Nicat Əliyevin yaşadığı mənzidə aşkar edilən narkotik vasitələr və dərman preparatlarının alınmasında iştirak etməmiş, Nicat Əliyevə narkotik vasitələri və dərman preparatlarını verən Tahir adlı şəxsi tanımamış, hadisədə özünün (müstəqil) marağı olan subyekt rolunda olmamışdır. X27 adlı şəxsə narkotik vasitə vermək istədiyindən sonuncu onun xahişinə uyğun hərəkət edərək narkotik vasitəni onun dediyi yerdən götürüb onun deyəcəyi ünvana aparacaqdı. İş üzrə dindirilmiş digər Şahid ifadəsi, eləcə də ittiham aktında istinad olunan xüsusatlarla da həmin hal, yəni Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etmək istəyən Nicat Əliyevin tərəfindən sonuncunun mənafeyi üçün hərəkət etməsi təkzib edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 11-ci bəndində isə izah olunmuşdur ki, sözügedən vəziyyətlərdə əməlin düzgün tövsifi üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi, yəni təqsirkarın narkotik vasitəyə dair hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etməsinin, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsinin, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Plenumun hüquqi mövqeyinə görə belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin əməlində satış məqsədinin olub-olmamasının, onun nakotik vasitəni başqasına verməsinin narkotik vasitənin satışı kimi çıxış edib-etməməsinin müəyyənləşdirilməsi üçün şübhəlinin maddi mənfəət əldə etməsinin və yaxud belə mənfəət əldə etmək məqsədini güdüb-güdməməsinin həlledici əhəmiyyəti yoxdur. Şəxs hər hansı bir maddi xarakterli əvəz əldə etmək məqsədi güdmədən də narkotik vasitəni başqa şəxsə verməklə yayırsa və yaxud yaymaq məqsədi ilə əldə edir, saxlayır və daşıyırsa – bu hallar (cinayət tərkibinin digər zəruri əlamətləri müəyyən oldunduğu təqdirdə) müvafiq olaraq narkotik vasitəni satma və yaxud narkotik vasitəni satmaq məqsədi ilə əldə etmə, saxlama, daşıma kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə narkotik vasitə ilə əlaqədar Təqsirləndirilən şəxs və Nicat Əliyev arasında yaranmış münasibətlərin həqiqi xarakterinin müəyyənləşdirilməsi zərurətindən çıxış edərək X24 Əmirova pul verməməsinə və ya belə vədin olmamasına diqqət çəkir. Həm Təqsirləndirilən şəxs, həm də Nicat Əliyevin ifadələrindən görünür ki, Nicat Əliyev narkotik vasitə satılacağı halda Təqsirləndirilən şəxs hansısa məbləğdə pul və ya nəsə başqa bir şey veriləcəyinə dair razılaşma olmamışdır. Nicat Əliyevin ifadəsindən aydın olur ki, o, narkotik vasitəni tanışı Tahirə vermək üçün Təqsirləndirilən şəxs xahiş etmişdir ki, evdən narkotik vasitəni götürüb onun deyəcəyi yerə qoysun, başqa sözlə, Təqsirləndirilən şəxs narkotik vasitənin kimə satılacağından, neçəyə satılacağından və ümumiyyətlə satılacağından xəbəri olmamış, o, yaxın dostu olan Nicat Əliyevin xahişini yerinə yetirib mənzildən narkotik vasitəni götürmüşdür. Məhkəmə hesab edir ki, X25 Əmirovun qabaqcadan əlbir olan bir qrup şəxs olması sübuta yetirilməmiş, bunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Nicat Əliyevin deyəcəyi yerə qoyduqdan sonra hansı hərəkətlər ola biləcəyi isə müəyyən deyil. Təsvir olunanlara görə, Təqsirləndirilən şəxs narkotik vasitəni digər şəxsə vermək üçün əldə edən Nicat Əliyevin mənafeyi naminə hərəkət etməsi, habelə Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş İ Siyahıya əsasən Nicat Əliyevin əldə etdiyi narkotik vasitənin şəxsi istehlak miqdarından - 5 qram və ondan artıq olmasından çıxış edərək, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün zəruri sayılan satış məqsədinin və narkotik vasitəni satmaq kimi xüsusatın olması haqqında qənaətə gəlməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan Plenum qərarının 11-ci bəndində göstərilir ki, «cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır.». Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir və o, həmin cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2018-ci il tarixli, 4 nömrəli Bülletenində qeyd olunan X3 CM-nin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Qusar Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli hökmünə baxılması ilə bağlı iş üzrə göstərilmiş hüquqi mövqeyi də hazırki vəziyyətdə Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin CMnin 234.4.1-ci maddəsi ilə tövsif edilməsini istisna edilir, odur ki məhkəmə hazırki iş üzrə gəldiyi bu nəticəni vahid məhkəmə təcürbəsi baxımından da əsaslı hesab edir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmədə tam sübuta yetir, buna görə də məhkəmə onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir və hesab edir ki, o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 152-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 249-cu vərəqində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağı var. Məhkəməyə təqdim edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 83-84 və 101-102-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimakn tədbiri seçilmişdir. Cinayət işinin 105-114-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və barəsində «ev dustağlığı» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 202-204-cü vərəqlərində olan qərardan görünür ki, 22 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 273-275-ci vərəqlərində olan qərardan görünür ki, 23 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Himayəsində 2 nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, əməlindən səmimi peşiman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması CMnin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Buna görə də, Təqsirləndirilən şəxs 29 mart 2020-ci il tarixdən 22 iyul 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı 23 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CMnin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfi olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olaraq Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsində saxlanılan 39,460 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 29 mart 2020-ci il tarixdən 22 iyul 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 23 (iyirmi üç) gün təyin edilən cəzaya hesablanaraq ondan çıxılmaqla üzərində 1 (bir) il 8 (səkkiz) ay 7 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəza çəkmə müddətinin başlanğıcı 23 dekabr 2020ci il tarixdən hesablansın, narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsində saxlanılan 39,460 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti X18 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-613/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-613/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver