Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-613/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X5 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Kıma kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "Atef" Şirkətlər Qrupunda anbardar işləmiş, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Kıma kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 02 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə saat 00:30-da cinsi əlaqədə olmaq məqsədi ilə yüngül həyat tərzi keçirən tanışı Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvanındakı evinə gəlmiş, aralarında olan səmimi münasibətə görə Zərərçəkmiş şəxs çarpayının döşəyinin altına avtomobil almaq üçün yığdığı 14700 manat məbləğində pulu göstərdikdən sonra, sonuncunun xeyli miqdarda əmlakını hücuma məruz qalan şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla ələ keçirmək məqsədilə öldürmək qərarına gəlib, bu məqsədlə həmin gün səhər saat 09:30 radələrində çarpayının üzərində uzandıqları vaxt gözləmədiyi anda qəfildən Zərərçəkmiş şəxs üzərinə çıxıb əlləri ilə boyun üzvlərini sıxıb boğmaqla canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan boyunun ön və yan səthlərinin yumşaq toxumalarının qançır və sıyrıqları ilə müşaiyət olunan geniş ölçüdə hematoması xəsarəti yetirib, müqavimətini qırmaqdan ötrü çarpayının üzərindən döşəməyə yıxıb əmlakını quldurluq yolu ilə ələ keçirilməsinə yönəlmiş cinayət hərəkətlərini inadla davam etdirərək, əlləri ilə vurub sağ təpə və sol təpə-gicgah nahiyələrinin yumşaq toxumalarına qansızma, sağ gicgah, burun və sol çənə nahiyələrinin, döş qəfəsinin ön səthinin, hər iki bazu oynağı nahiyəsinin, hər iki bazunun və saidin, hər iki diz oynağı nahiyələrinin qançır və sıyrıqları, sağ əlin 1, 2 və 4-cü, sol əlin 2-ci barmağının dırnaq yatağının səthi əzilmiş yaraları ilə müşaiyət olunan canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəsi olmayan xəsarətlər yetirdikdən sonra çarpayının kənarındakı sərinkeşin naqilindən silah qismində istifadə etməklə həmin naqili Zərərçəkmiş şəxs boynuna dolayıb boğmaqla özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla basqın edib, ona boyunun yuxarı 1/3-nin ön və yan səthlərinin stranqulyasıya şırımı, stranqulyasıya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma, xəsarətləri yetirib mexaniki asfiksiyaya səbəb olaraq, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli xəsarətlər yetirərək Zərərçəkmiş şəxs quldurluq niyyəti ilə qəsdən həyatdan məhrum etməklə qəsdən öldürmüş, habelə hücuma məruz qalmış Zərərçəkmiş şəxs məxsus 14700 manat məbləğində nağd pulu, yəni xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla bağlı basqın edib quldurluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 5 ay qabaq sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi Türkan ləqəbli qadınla tanış olmuşdur. Turanənin “İnstagram” hesabı həmin sosial şəbəkədə axtarış verən zaman qarşısına çıxmış və o, Turanənin profil şəklini görüb bəyənmişdir. Bundan sonra Turanəyə “İnstagram” da yazmış, Turanə ona pulla görüşdüyünü demiş və o, görüşmək istədiyini bildirmişdir. Turanə onu Bakıxanov qəsəbəsində yerləşən evinə çağırmışdır. O, Turanənin evinə getmiş və cinsi əlaqədə olmuşlar. Sonra o, Turanəyə öz telefon nömrəsini vermiş və onlar tez-tez telefonla danışıb görüşmüş, həmçinin onun yaşadığı evdə cinsi əlaqədə olmuşlar. Hər dəfə də Turanəyə minimum 70 manat, maksimum isə 100 manat məbləğində pul vermişdir. Tanış olduqdan sonra Turanə ilə tez-tez danışmış, elə vaxtlar olmuşdur ki, cinsi əlaqədə olduqdan sonra Turanə ondan pul istəməmişdir. O, Turanəni hadisədən əvvəl təxminən 1 ay öncə görmüşdür. Belə ki, yenə cinsi əlaqədə olmaq üçün Turanənin yaşadığı evə getmişdir. 30 may 2021-ci il tarixdə axşam o, istifadəsində olan ***-***-**-** mobil nömrə ilə vatsapla Turanənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinin vatsapına zəng edib yenə görüşmək istədiyini bildirmişdir. Turanə ondan nə vaxt gələcəyini soruşduqda, o, gecə 12-dən sonra gələcəyini demişdir. 31 may 2021-ci il tarixdə saat 00:30-da Turanənin evinə getmişdir. Əvvəlcədən mağazaya daxil olub 2 ədəd şüşə butulkada “Xırdalan” pivəsi, 1 paçka göy rəngli “Sobranie” siqareti almış və Turanənin yaşadığı evə qalxmışdır. Turanə qapını açmış, evdə tək olmuşdur. Onlar divanda əyləşmiş və Turanə onun aldığı pivədən birini içmişdir. Turanə pivəni içə-içə yatağının ayaq tərəfinə, pəncərəyə yaxın olan yerə getmiş və yatağının matrasını qaldıraraq orada ona pulunu göstərərək, həmin pulla özünə maşın və prava alacağını bildirmişdir. Turanə ona nə qədər pulunun olduğunu deməmiş, o da, bu barədə Turanədən soruşmamışdır. Bundan sonra onlar yataqda 1 dəfə cinsi əlaqədə olmuş və hamamda duş qəbul etmişlər. Hamamdan birinci Turanə, daha sonra o, çıxmış, bu zaman Turanənin kiminləsə mobil telefonla danışdığını görmüşdür. Yuxulu olduğu üçün onun nə danışdığına fikir verməmiş və yatağa uzanıb yatmışdır. Həmin gün səhər 09:15 radələrində oyanmış və Turanə telefonla danışdığını görmüşdür. Həmin vaxt Turanə də, o da, paltarsız olmuşlar. O, oyandıqdan sonra artıq Turanəni öldürüb, yatağın altında saxladığı pulları götürərək oradan getmək qərarına gəlmişdir. Turanə telefonda danışarkən “Bacı, sənə taksi ilə produkt göndərəcəm, taksiyə deyəcəm produktu Ucara sizə gətirsin” sözlərini demiş, həmin danışıqdan Turanənin bacısı ilə danışdığını bilmişdir. Turanənin danışığından həmçinin bacısının ərinin kovid xəstəsi olduğunu bilmiş, onun evdən çıxmasının məsləhət olmadığını bildirmişdir. Bu söhbətdən təxminən 4-5 dəqiqə keçmiş, həmin vaxt Turanə telefonla onun solunda uzanıb yatağın taxtına söykənib danışmışdır. Bu zaman o, Turanənin üstünə atılmış və boğazından tutaraq hər iki əli ilə boğmağa başlamışdır. Turanəni boğmağa başlayarkən onun əlindəki telefon bilmədiyi istiqamətə düşmüşdür. Sonra Turanə ona müqavimət göstərməyə başlamış və hər ikisi sürüşərək yataqdan yerə düşmüşlər. Turanə dizləri üstə döşəməyə yıxılmış, o da, Turanənin yanına yıxılmışdır. Yıxılarkən o, Turanənin boğazından tutaraq boğmağa davam etmişdir. Bu zaman Turanə sol əli ilə yataq otağının yanında yerdə olan mətbəx bıçağını götürmüş, o, Turanənin əlindən dişləmiş və bıçaq yerə düşmüşdür. Turanə döşəmədə dizləri üstə arxaya doğru əyilmiş və həmin vəziyyətdə olarkən ona müqavimət göstərərək sağ qoluna, burnuna dırnağı ilə xəsarət yetirmişdir. Turanə əlləri ilə ona müqavimət göstərərkən yanlarında olan ventilyator onun alnına dəymiş və alnında da xəsarət əmələ gəlmişdir. O, ventilyatorun naqilinin yanında olduğunu gördükdə, ventilyatorun naqilini sağ əli ilə götürüb Turanənin boğazına keçirmiş və ventilyatorun naqili ilə onu boğub öldürmüşdür. Turanənin nəfəsinin kəsildiyini gördükdə, artıq onun öldüyünü anlamış, bundan sonra matrasın altından Turanənin ona göstərdiyi pulları götürmüşdür. Turanə həmin pulları rezinlə bağlayıb bütov halda ora qoymuşdur. O, pulu götürdükdən sonra üstündə qan izləri olduğunu görmüş və hamama keçib qanını yumuşdur. Bundan sonra əynini geyinmiş və otaqda olan paltar şkafındakı paltarları döşəməyə doğru dağıtmışdır ki, birdən orada da pul və ya qiymətli nəsə olar. Lakin orada başqa heç nə olmamışdır. O, götürdüyü pulları qoymaq üçün qab axtarmış və bu zaman göy rəngli qabı götürüb pulları onun içinə qoymuşdur. Həmçinin şkafın üzərindən Turanənin “İphone” markalı qara rəngli mobil telefonunu da götürmüşdür ki, telefona baxış zamanı onunla olan yazışmaları aşkar edilməsin. Bundan sonra evdən çıxarkən evin giriş qapısının üzərində açarlar olduğunu görmüş, açarla qapını çöl tərəfdən bağlayıb evi tərk etmişdir. Binadan çıxıb təxminən 300-400 metr “Arzu” restoranı tərəfə getmiş və əvvəllər tanıdığı, yaxın münasibətdə olduğu Aytənin mobil nömrəsinə zəng etmişdir. Ondan birlikdə rayona gedə biləyəcəyini soruşduqda, Aytən etiraz etməmişdir. Bir qədər piyada getdikdən sonra yolun kənarında dayanmış taksini görüb oturmuş, sürücünün adı Tofiq olmuşdur. O, Tofiqdən «28 May»a, daha sonra Montinə “Araz” marketin yanına gedəcəyini bildirmiş, həmçinin Tofiqə demişdir ki, “1000 manat pul var, apara bilərsən bir nəfər qıza?”. Tofiq apara biləcəyini demiş və o, Turanəyə məxsus pulun üstündən 1000 manat pul sayıb həmin adama vermişdir. Pulu verdikdən sonra Tofiqin mobil nömrəsini soruşmuş və öz mobil telefonunda qeyd etmişdir. Tofiqin mobil nömrəsi ***-***-**-** olmuşdur. Bundan sonra Aytənin ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” hesabına Tofiqin nömrəsini göndərmiş və Tofiqin 1000 manat pul gətirəcəyini deyərək rayona getmək üçün kirayə avtomobil götürməsini bildirmişdir. Tofiq avtomobillə onu Heydər Əliyev prospekti ilə üzü şəhər mərkəzi istiqamətində gətirdikdə tıxac başlamış, o, maşının ləng hərəkət etdiyini görüb maşından düşmüş və ayaqla «28 may» metrosu tərəfə getmişdir. Yeraltı keçiddən özünə şalvar, ayaqqabı, köynək və idman geyimi almışdır. Bundan sonra taksi ilə “Lux Gallery” otelinə getmiş və orada paltarlarını dəyişmişdir. Pulu saydıqda 13500 manat olduğunu görmüşdür. Aldığı paltarlara ödədiyi pulu, Aytənə göndərdiyi pulu da hesabladıqda Turanənin yatağının altından 14700 manat pul götürdüyümü bilmişdir. Bundan sonra hadisə vaxtı əynində olan paltarları 1 ədəd boş torbaya qoymuş və təxminən saat 13 radələrində oteldən çıxmış, otelə 40 manat ödəmişdir. Oteldən çıxdıqda Aytənə zəng etmiş, Aytən “Koroğlu” metrosu tərəfdə olduğunu və kirayə avtomobil götürdüyünü bildirmişdir. Bu zaman yolun kənarında xatırlamadığı zibil qutularından birinə torbadakı paltarları və Turanənin “İphone” markalı mobil telefonunu atmışdır. Bundan sonra taksi ilə “Koroğlu” metrosu tərəfə getmiş və orada Aytənin göy rəngli “Hyundai Elantra” markalı avtomobillə dayandığını görmüşdür. O, avtomobilə əyləşmiş və Aytən avtomobili Şamaxıya qədər idarə etmişdir. Aytənə kimisə öldürdüyünü bildirməmişdir. Şamaxıda günü 200 manata olan “Göyqurşağı” otelində 1 gün qalmışlar. Növbəti gün isə İsmayıllı rayonuna getmişlər. İsmayıllıya getməmişdən öncə Şamaxının mərkəzində yerləşən “Univermaq” deyilən yerdə Aytənə 660 manat miqdarında qızıl-zinət əşyaları almışdır. İsmayıllı rayonunda isə “Zərgəran” İstirahət Mərkəzində kotecdə qalmışlar. Həmin yerdə də 1 gün qalaraq növbəti gün Bakıya qayıtmışlar. Aytənin kirayə götürdüyü avtomobili Əhmədlidə “Lukoil” yanacaq doldurma məntəqəsində adını bilmədiyi şirkətə təhvil vermişlər. Bundan sonra dayısı oğlu Niyaməddinə zəng etmiş və gəlib oradan onu götürməsini bildirmişdir. Niyaməddin onu həmin yerdən götürmüş və o, «Neftçilər» metrosu tərəfdə telefon mağazalarından birindən işlənmiş “İphone X” markalı telefonu 500 manata almışdır. Oradan çıxıb “Həzi Aslanov” metrosu istiqamətə getmiş və orada iki ədəd köynək almışdır. Sonra Nizami rayonunda “Diqlas” ticarət mərkəzinin yanında yerləşən çayxanaya getmiş və orada polis əməkdaşları ona yaxınlaşaraq polis bölməsinə dəvət etmişlər. O, törətdiyi cinayəti etiraf etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs Turanəyə qarşı quldurluq etmədiyini, həmin mənzilə quldurluq məqsədi ilə deyil, Turanə ilə cinsi əlaqədə olmaq üçün getdiyini, pulu gördükdən sonra onu ələ keçirmək fikrinə düşdüyünü, bu məqsədlə Zərərçəkmiş şəxs öldürərək pulu götürüb mənzili tərk etdiyini, Turanənin evində pulu olmasını 31 may 2021-ci il tarixdə evinə gedərkən öyrəndiyini, aralarında olan münaqişənin təxminən 10-15 dəqiqə davam etdiyini, Turanəni boğarkən onun səsi çıxmadığını, Turanənin boğazını sıxdığı üçün onun danışa bilmədiyini, hadisə barədə heç kimə məlumat vermədiyini, Turanənin evinə cinsi əlaqədə olmaq üçün tez-tez getdiyini, Turanənin özünün pulu gətirib göstərərək maşın almaq istədiyini bildirdiyini, izi itirmək üçün telefonu zibil yeşiyinə atdığını, Turanənin evindən qızıllar götürmədiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirdi. İfadələri arasında müəyyən ziddiyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Bu zaman təqsirləndirilən şəxsin məhkəmədəki ifadələrindən daha geniş məzmunlu və ətraflı ifadələr verdiyi müəyyən olundu. Tədqiq olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin mənzilə Turanə ilə cinsi əlaqədə olmaq məqsədi ilə getdiyini, oradan pul ələ keçirmək niyyətinin olmadığını, həmin fikrə pulları gördükdən sonra gəldiyini, əvvəlcədən pulları saymadığını bildirdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Onlar ailədə 4 uşaq olmuş, təxminən 10 il öncə bacısı Turanə Mahir adlı şəxslə ailə həyatı qurmuş və onların 2 uşağı vardır. Turanə Mahirlə evləndiyi ilk gündən Bakı şəhərində kirayədə yaşamışdır. Təxminən 3-4 il öncə Turanə və Mahirin ailə həyatı dağılmış və onlar ayrılmışlar. Turanə həmin vaxtdan Bakıda tək kirayədə yaşayıb işləmişdir. Turanənin ona dediyinə görə, saç salonunda işləyərək qazandığı pulla həyatını təmin etmişdir. O, bacısı Turanə ilə ölümündən təxminən 1 həftə öncə mobil telefonla danışmışdır. Turanə hər şeyin qaydasında olduğunu bildirmişdir. 31 may 2021-ci il tarixdə saat təxminən 10 radələrində bacısı Nuranə Cəfərova onun mobil telefonuna zəng edərək, Turanə ilə mobil telefonla danışan zaman qışqırıq səsi gəldiyini, Turanəyə nəsə olduğunu bildirmişdir. Bacısı Nuranə ona bu barədə məlumat verdikdən dərhal sonra o, yaşadığı evə gəlib paltarlarını dəyişmiş və avtobusla Bakıya gəlmişdir. Turanənin Bakıxanov qəsəbəsində kirayə yaşadığı evə qalxdıqda artıq polislərin yaşadığı mənzildə olduğunu və Turanənin öldürüldüyünü bilmişdir. Bacısı Turanə kiminləsə münaqişəsi və ya mübahisəsi olması barədə ona hər hansı bir söz deməmişdir. Təqsirləndirilən şəxs adlı bir şəxsi tanımamış və bacısı Turanə də həmin şəxs barəsində ona hər hansı bir söz deməmişdir. Sualları cavablandıran Şəhadət Cəfərov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, bacış Turanənin Bakı şəhərində kirayədə qaldığını, mərhumdan götürülmüş pulların onlara qaytarılmadığını və həmin pulları tələb etdiklərini, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dinidirilmiş Şahid8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısı olmuş, təxminən 10 il öncə bacısı Mahir adlı şəxslə ailə həyatı qurmuş, həmin evlilikdən 2 övladı vardır. Turanə Mahirlə evləndiyi ilk gündən Bakı şəhərində kirayədə yaşamış, təxminən 3-4 il öncə isə Turanə ilə Mahir ayrılmışlar. Həmin vaxtdan Turanə Bakıda tək kirayədə yaşayıb işləmişdir. Turanənin ona dediyinə görə, saç salonunda işləyərək qazandığı pulla həyatını təmin etmişdir. O, bacısı Turanə ilə müntəzəm telefonla əlaqə saxlamışdır. 31 may 2021ci il tarixdə saat 10 radələrində bacısı Turanə onun istifadəsində olan ***-***-**-** mobil telefona öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəngi edərək hal-əhval tutmuşdur. O, Turanə ilə danışan zaman əri Məhəmmədin “COVİD-19” virusuna tutulduğunu və işə gedə bilmədiyini bildirmişdir. Turanə isə ona “Bacı, sənə taksi ilə produkt göndərəcəm, taksiyə deyəcəm produktu Ucara sizə gətirsin” deyə bildirmişdir. Əri xəstə olduğu üçün xəstəxanaya gedərək müalicə almaq istəmiş, o da, bu barədə bacısına deyərək ərinin virusa tutulduğu üçün çölə çıxmağa icazə verilmədiyini söyləmişdir. Turanə də yanında olan bir nəfərdən soruşdu “Bacımın əri virusa tutulub, çölə çıxıb iynə vurdurmaq istəyir, lakin ona bildiriblər ki, çölə çıxa bilməz” sözlərini demişdir. Həmin adını bilmədiyi və səsini ilk dəfə eşitdiyi şəxs də bildirmişdir ki, “bəli, koronovirus xəstəsi evdən çölə çıxa bilməz”. O, həmin şəxsin səsindən kişi cinsli şəxs olduğunu bilmiş, lakin onun kim olduğunu bilməmiş və bu barədə bacısından nəsə soruşmamışdır. Bacısı Turanə ilə öz ərinin xəstəliyi barədə söhbətə davam etmiş və anidən telefondan bacısının yüksək səslə qışqırıq səsi gəlməyə başlamışdır. Sanki kimsə onu boğurmuş. Lakin qısa müddət sonra bacısının səsi kəsilmiş və xırıltı səsləri gəlməyə başlamışdır. Turanə ilk qışqırdıqda və sonradan xırıltı səsləri gəlməyə başladıqda, o, Turanənin nə dediyini eşitməmiş, həmçinin Turanənin yanında olan şəxsin də hər hansı səsini eşitməmişdir. Lakin qışqırıq və xırıltı səsindən anlamışdır ki, bacısının başına nəsə hadisə gəlmişdir. O, dərhal telefonu söndürüb DİN-nin 102 Xidmətinə zəng edərək bu barədə məlumat vermiş, daha sonra isə qardaşı Şəhadətə zəng edərək bacısı ilə danışan zaman nəsə hadisə baş verdiyini, nəsə olduğunu və dərhal Bakıya Turanənin yaşadığı evə getməli olmasını bildirmişdir. Qardaşı Şəhadət də Ucar rayonunda yaşadığından, dərhal Bakıya getmişdir. Daha sonra qardaşı məlumat vermişdir ki, bacısı Turanəni yaşadığı evdə öldürüblər. O, Zərərçəkmiş şəxs tez-tez ünsiyyətdə olduğu şəxslərdən yalnız Asimanı tanımışdır. Turanə ona Təqsirləndirilən şəxs barədə heç vaxt hər hansı bir söz deməmişdir. Məhkəmədə şahid qismində verdiyi ifadəsi ifadəsi tədqiq olunmuş Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs İlham qızını ölümündən qabaq 1 ildən artıq müddətdə tanımışdır. Həmin vaxt o, Suraxanı rayonunda “Atəşgah” məbədinin yanında kafe işlətmiş və ofisiant lazım olduğundan bu barədə “Whatsap” qrupuna yazmışdır. Sonra Zərərçəkmiş şəxs ona həmin proqram vasitəsilə yazmış, o, Turanəyə kafenin yerləşdiyi yeri və əmək haqqının gündəlik 15 manat olacağını bildirmişdir. Növbəti gün Turanə onun işlətdiyi kafeyə gəlmiş və işləməyə razılaşmışdır. Turanə işləməyə başladıqdan sonra onun ləng işlədiyini görmüş və 3-4 gün işlədikdən sonra işinin öhdəsindən gələ bilmədiyini bildirərək, işə gəlməməsini demişdir. Turanə işdən çıxdıqdan bir müddət sonra onun mobil nömrəsinə yazaraq otellərə getdiyini və kişilərə pul qarşılığında intim xidmətlər göstərdiyini, hər dəfə otelə gedəndə taksi sürücülərinə pul xərclədiyini söyləmiş, əgər razıdırsa, taksi sürücülərinə xərclədiyi pulu ona verə biləcəyini deyərək, onu avtomobillə lazım olan yerlərə aparmasını təklif etmişdir. O da, həmin vaxt pandemiya olduğuna və kafe işləmədiyinə görə Turanənin təklifi ilə razılaşmışdır. Turanə ona bu təklifi edərkən, o, “Daewo Centra” markalı **-VD- *** nömrəli avtomobil idarə etmişdir. Turanə ilə razılaşdıqdan sonra o, son vaxtlaradək Turanəni dəfələrlə Bakı şəhərinin müxtəlif yerlərində yerləşən otellərə aparmışdır. Otelin yerləşdiyi məsafəyə uyğun olaraq Turanə ona 20 manata qədər pul vermişdir. O, Turanəni sonuncu dəfə 30 may 2021ci il tarixdə saat 14 radələrində görmüşdür. Belə ki, Turanə ondan 100 manat borc almış və ona olan borcunu qaytarmaq üçün yaşadığı evə çağırmışdır. O, evə daxil olduqda Turanə tək olmuş, ona 80 manat pul qaytarmışdır. O, Turanəyə “əgər pul lazımdırsa qalsın, sonra verərsən” desə də, Turanə pulunun olduğunu bildirib 80 manatı vermiş və 20 manat pulu da sonra verəcəyini demişdir. 31 may 2021-ci il tarixdə səhər saat 10 radələrində oyanıb istifadəsində olan hər iki nömrədən Turanənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, bu zaman məqsədi Turanənin sürücülük vəsiqəsi ilə bağlı imtahanı olmasını xatırlatmaq olmuşdur. Lakin bir neçə dəfə zəng etsə də, Turanə telefonu açmamışdır. Axşam isə kafedə olarkən polis işçiləri ona yaxınlaşıb bölməyə dəvət etmişlər (cild 3, iş vərəqi 53-54). Məhkəmədə şahid qismində verdiyi ifadəsi ifadəsi tədqiq olunmuş Şahid4 bildirmişdir ki, Zərərçəkmiş şəxs hadisədən təxminən 6 ay qabaq tanımış və telefon nömrəsini götürmüşdür. Sonra Turanə ilə tez-tez əlaqə saxlamış və Turanə pulla intim münasibətdə olduğunu bildirmişdir. O da, bir neçə dəfə 50 manat verərək Turanənin evində sonuncu ilə intim münasibətdə olmuşdur. Bundan sonra da onlar 3-4 gündən bir əlaqə saxlayaraq müxtəlif kafelərdə yemək yemiş və söhbətləşmişlər. Turanə həmin vaxtı ona avtomobil almaq istədiyini də bildirmişdir. Sonra o, 30 may 2021-ci il tarixdə də Turanə ilə yenidən görüşmüş, kafeyə gedib birlikdə yemək yemişlər. Yeməkdən sonra Turanə rəfiqəsi Sevdanı görmək istədiyini bildirmiş və onlar birlikdə Sevdanın işlədiyi kafeyə getmişlər. Sevda da onlarla bir stol arxasında oturub söhbət etmişlər, Turanə orada hər şeyin yaxşı olacağını, pulu olduğunu və avtomobil alacağını bildirmişdir. Orada təxminən yarım saat oturub söhbət etdikdən sonra o, Turanə ilə kafedən çıxmışlar. Daha sonra Turanəni gətirib yaşadığı evin yanında düşürüb getmişdir (cild 3, iş vərəqi 43). Məhkəmədə şahid qismində verdiyi ifadəsi ifadəsi tədqiq olunmuş Şahid1 bildirmişdir ki, o, son vaxtlara kimi Bakı şəhəri, Nizami küçəsində yerləşən “Night club” klubunda menecer işləmişdir. Təqsirləndirilən şəxs həmin klubdan tanımışdır. Eynurla hadisədən təxminən 2 həftə əvvəldən danışmağa başlamış, onunla ilk dəfə “Armada” otelində, sonra isə “Eqoist Hotel”də cinsi əlaqədə olmuşdur. 31 may 2021-ci il tarixdə səhər 10 radələrində Eynur onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək taksi ilə 1000 manat pul göndərdiyini, gedib “Rent-a-car”dan maşın götürməyi tapşırmış, özünün də gələcəyini və birlikdə Şamaxıya gedəcəklərini demişdir. 20 dəqiqə sonra bir kişi onun nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmiş, onunla görüşüb Eynurun göndərdiyi on ədəd 100 manatlıq pulu həmin kişidən almışdır. Bundan sonra o, Xətai rayonunda yerləşən "Rent-a-car”dan “Hyundai Elantra” avtomobili götürüb “Koroğlu” metrosunun yanına getmiş və Eynuru gözləmişdir. Yarım saat sonra Eynur həmin yerə gəlmiş və onlar birlikdə həmin maşınla Şamaxı rayonuna getmişlər. Eynurun qolunda və alnında xəsarət olduğunu görmüş, nə olduğunu soruşanda, Eynur hansısa bir oğlanla mübahisə etdiyini və həmin vaxt xəsarət aldığını bildirmişdir. Sonra Şamaxı rayonuna gedib orada koteclərdən birində bir gün qalmışlar. Eynur həmin rayonda yerləşən zərgər dükanından ona bir ədəd qolbağ və bir ədəd boyunbağı almış, həmin qızıllara cəmi 660 manat pul vermişdir. Daha sonra onlar İsmayıllı rayonuna getmiş və koteclərdən birində gecələmişlər. 02 iyun 2021-ci il tarixdə saat 12 radələrində onlar Bakı şəhərinə gəlmişlər. O, Eynurla birlikdə maşını götürdüyü yerə gedib maşını təhvil vermiş, oradan isə evə qayıtmışdır. Bundan sonra o, «Neftçilər» metrosu tərəfdə maşını saxladıb paltar dükanına girmişdir. Həmin vaxt polis əməkdaşları içəri girib onu saxlamış və Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə dəvət etmişlər. Bölmədə bilmişdir ki, hansısa qızı öldürüblər, Eynuru həmin işlə bağlı axtarırlar (cild 3, iş vərəqi 52-53). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 27, mənzil 12-də yerləşən mənzil ona məxsusdur. Əri rəhmətə getdiyindən o, 2018-ci ildən evdən çıxıb qaynanasıgildə yaşayır. Mərhum Zərərçəkmiş şəxs şəxsən tanımasa da, ona məxsus mənzildə kirayədə yaşadığını bilmişdir. Çünki evin kirayə verilməsi məsələsi ilə qardaşı Şahid10 məşğul olmuş, buna görə də o, kirayədə yaşayanları tanımamışdır. X7 evi təxminən 1 il əvvəl kirayə vermişdir. Hər ay kirayə pulunu o, qardaşından almışdır. Turanənin kiminləsə ədavəti və düşmənçiliyi olub-olmamaması barədə bilməmiş, buna görə də onun hadisə barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsiində bildirdi ki, Təqsirləndirilən şəxs onun bibisi ocludur. Eynurla qohum kimi münasibətləri yaxşı olmuş, arada zəngləşib görüşmüşlər. 02 iyun 2021-ci il tarixdə günorta saat 12 radələrində Eynur onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək harada olduğunu soruşmuş və yanına gəlmək istədiyini demişdir. O da, «Əhmədli» metrostansiyası tərəfdə xəstəxanada olduğunu, çıxandan sonra görüşə biləcəyini demişdir. Sonra o, öz maşını ilə həmin ərazidə olan yanacaq doldurma məntəqəsi tərəfə getmişdir. Oraya çatanda Eynurun yolun kənarında əlində kiçik göy rəngli kiçik ipdən hazırlanmış tutacağı olan qutu ilə dayandığını görmüşdür. Eynur onun maşınına minmiş, bu zaman onun üzündə xəsarət izləri olduğunu görmüş və Eynurdan həmin xəsarət izlərinin nə olduğunu soruşmuşdur. Eynur bir nəfərlə dalaşdığını bildirmişdir. Eynurun əlindəki qutunun nə olduğunu soruşduqda, sonuncu, işi ilə bağlı rayonda olduğunu, həmin qutuda siqaret və corablarının olduğunu demişdir. Sonra onlar yaxınlıqdakı restoranlardan birinə gedib yemək yemişlər. Daha sonra Eynur özünə telefon və paltar almaq istədiyini bildirmiş, “Xalqlar dostluğu” metrosu tərəfdə telefon dükanlarından birinə girərək Eynur özünə “İphone” markalı telefon almışdır. Bundan sonra onlar maşınla “Həzi Aslanov” metrosu tərəfə getmiş və Eynur orada özünə mağazadan paltarlar almışdır. Sonra onlar “Diqlas” ticarət mərkəzinin yanında yerləşən çayxanaya getmişlər və orada polis əməkdaşları Eynura yaxınlaşaraq polis bölməsinə dəvət etmişlər. Daha sonra o, bilmişdir ki, Eynur bir qadını adam öldürmüşdür. Məhkəmədə şahid qismində verdiyi ifadəsi ifadəsi tədqiq olunmuş Şahid5 bildirmişdir ki, Zərərçəkmiş şəxs İlham qızını hadisədən 1 ildən artıq müddətdə tanımışdır. Belə ki, o, Turanə ilə «Qara Qarayev» metrosunun yaxınlığında yerləşən kafedə işləmişlər. Sonradan həmin kafedən işdən çıxdıqdan sonra telefonla əlaqə saxlamışlar. Bir müddət sonra Turanə ilə telefonla danışan zaman Turanə gecəlik kişilərlə intim əlaqədə olmaqla hər dəfəsinə 100-150 manat pul qazandığını və həmin vaxtdan bu işlə məşğul olacağını bildirmişdir. Sonralar o, Turanə ilə gündəlik telefonla əlaqə saxladıqda, Turanə kişilərlə otellərdə görüşdüyünü bildirmişdir. Onun özü sonradan başqa kafedə işə girmiş və Turanə bir neçə dəfə həmin kafeyə gəlmişdir. Turanə ona ən yaxın tanışlarının Asiman və Fərid olduğunu bildirmişdir. Bir neçə dəfə o, Fərid və Turanə görüşmüşlər. Sonuncu dəfə o, Fəridlə Turanəni 30 may 2021-ci il tarixdə işlədiyi kafedə görmüşdür. Turanə Fəridlə birlikdə həmin kafeyə gəlmiş, 1 çaynik çay içib təxminən yarım saat oturduqdan sonra kafeni tərk etmişlər. Turanə həmin vaxtı pulu olduğunu, avtomobil alacağını və kefinin yaxşı olduğunu bildirmişdir. Sonra o, işi olduğu üçün onlardan ayrılmış, Fəridlə Turanə isə yarım saat oturduqdan sonra durub getmişlər. 31 may 2021-ci il tarixdə isə səhər yuxudan oyanıb Turanənin “Whatsapp” hesabına bir neçə mesaj atıb ondan hal-əhvalını soruşmuş, lakin Turanə heç bir mesajına cavab verməmişdir. Həmin gün axşam polis əməkdaşları onun iş yerinə gələrək bölməyə aparmışlar (cild 3, iş vərəqi 67-68). Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs İlham qızı adlı şəxs tanımır. Taksi sürücüsü işləyir və gündəlik qazandığı pulla həyatını təmin edir. Taksi sürücüsü işlədiyi yer əsasən Bakıxanov qəsəbəsi ərazisidir. İdarə etdiyi avtomobil “KİA RİO” markalı, 99-W-458 dövlət qeydiyyat nömrəli avtomobildir. Bildirmişdir ki, 31.05.2021-ci il tarixdə saat 11 radələrində Bakıxanov qəsəbəsində "Arzu” şadlıq evinin yanında yolun kənarında dayanmış ilk dəfə gördüyü və adını bilmədiyi təxminən 25-30 yaşlarında olan kişi cinsli bir şəxs onun avtomobilinəəl etmişdir. O, avtomobilini saxlamış və avtomobilinin sağ kənar şüşəsini endirmişdir. Bu zaman həmin şəxs ona bildirmişdir ki, “28-ə gedərsən?”, o isə demişdir ki, “Apararam”. Həmin şəxs isə bildirmişdir ki, “Nə alarsan?”, o isə, cavabında bildirmişdir ki, “10 manat”. Bundan sonra həmin adını bilmədiyi şəxs razılaşmış və onun avtomobilində yan oturacaqda əyləşmişdir. Həmin adını bilmədiyi şəxslə yolboyu hər hansı bir söhbətləri olmamışdır. O, həmin şəxsi Moskva prospekti ilə 28 may metrosu istiqamətində aparmışdır. Moskva prospekti ilə üzü şəhər istiqamətində gedərkən körpünün altında tıxac başlamılşdır. Orada tıxac olmuş və avtomobillərin hərəkəti çox ləng olmuşdur. Körpünün altından keçdikdən sonra həmin adını bilmədiyi şəxs ona bildirmişdir ki, “Tıxacdı, işə gecikirəm, imkan var tez sürməyinə?”, o isə bildirmişdir ki, “Tıxacdır, tez hərəkət etmək mümkün deyil”. Bundan sonra həmin şəxs bildirmişdir ki, “Dayı mən işə gecikirəm, buradan düşüm və ayaqla gedim”. Həmçinin ona bildirmişdir ki, “Dayı nömrəni ver, axşam saat 7-də Montin bazarının yanındakı “Araz” marketin yanında olacam gəlib məni götürərsən”, o isə cavabında həmin şəxsə nömrəsini demiş və bildirmişdir ki, “tıxac olsa, gəlib götürməyim mümkünsüz olacaq”. Bundan sonra həmin adını bilmədiyi şəxs onun mobil nömrəsinə qısa zəng etmişdir. Həmin şəxsin mobil nömrəsi ***-***-**-** olmuşdur. O isə ***-***-**-** mobil nömrəsində istifadə edir. Nə o həmin şəxsdən, nə də həmin şəxs ondan adlarını soruşmamışlar və mobil telefonlarında nömrələrinin adını qeyd etməmişlər. Bundan sonra həmin şəxs avtomobildən enmiş və yolun kənarı ilə getmişdir. O, həmin şəxsin konkret hansı istiqamətdə getdiyini bilməmişdir, çünki tıxac olmuş və o, geri Bakıxanov qəsəbəsi istiqamətində necə qayıtmağı düşünmüşdür. Bundan sonra qarşıdan sola dönərək Bakıxanova işini davam etdirmək üçün qayıtmışdır. Həmin gün təxminən saat 13 radələrində həmin şəxs onun istifadəsində olan mobil nömrəyə zəng etmiş, lakin o, həmin zəngi eşitməmişdir. Həmin gün axşam 20 radələrində o, həmin mobil nömrəyə zəng etmişdir və həmin adını bilmədiyi şəxs ona demişdir ki, “Dayı saat 9 üçün Montin bazarının yaxınlığına, “Araz” marketin yaxına gələ bilərsən?. O isə yenə bildirmişdir ki, “Əgər tıxac olsa gələ bilməyəcəm”. Həmin şəxs isə qarşılığında heç bir söz deməmiş və onlar sağollaşmışlar. O isə yolda tıxac olduğunu düşündüyü üçün həmin şəxsin dediyi yerə getməmişdir. Həmin şəxs də ona zəng etməmişdir. Onun həmin şəxslə başqa heç bir əlaqəsi olmamışdır. O, Zərərçəkmiş şəxs adlı şəxsi tanımır. O, taksi sürücüsü işləyir və bütün günü Bakıxanov ərazisində taksi xidməti göstərir. O, M.Fətəliyev küçəsində olub-olmadığını dəqiq xatırlamır. Avtomobilinəəyləşən həmin şəxs qara saçlı, qısa qara saqqallı, təxminən 25-30 yaşlarında, qısaqol köynəkli bir şəxs olmuşdur. Həmin şəxsin əynindəki paltarların hansı rəngdə olması və digər xüsusiyyətlərini xatırlamır. O, həmin şəxsin üzündə hər hansı bir xəsarət izi olmasını görməmişdir. Paltarlarında da isə hər hansı bir xəsarət izi, toz, qan və ya palçıq ləkəsi olmamışdır. O, həmin şəxsdə hər hansı bir təlaş, təşviş və ya həyəcan hiss etməmişdir. Həmin şəxsin sağ əlində tünd göy rəngli kartondan hazırlanmış, əsasən hədiyyə qoymaq üçün nəzərdə tutulmuş kiçik qutu olmuşdur. Tutacağı isə qızılı rəngli ip olmuşdur. Həmin şəxs avtomobilinəəyləşdikdə həmin karton qutunu dizinin üzərinə qoymuşdur. O, həmin karton qutuda nə olduğunu görməmişdir. O, həmin şəxsi ilk dəfə idi görmüşdür. İstifadəsində olan mobil telefon “Nokia” markalı, arxa hissəsi qara rəngli, ön hissəsi isə qara və gümüşü rəngli telefondur. Onun yeganə mobil telefonu həmin telefondur. Başqa hər hansı bir mobil telefonu yoxdur. Həmin mobil telefon üzərindədir və onu təqdim etmişdir (cild 1, iş vərəqi 74-78). İbtidai istintaq zamanı şahidlər Şahid2 və Şahid1 arasında üzləşdirmə sonuncu, Şahid2 üzünə qarşı Eynurun ona Şahid2 vasitəsilə 1000 (min) manat pul göndərdiyini, “Montin”də “Araz” marketin yanında sonuncuya onun mobil nömrəsinə zəng edib onunla görüşdüyünü, həmin pul məbləğini götürdüyünü bildirmiş, Şahid2 Şahid1 dediklərini təsdiq edərək, Eynurun ona Aytənə verməsi üçün 1000 (min) manat pul verdiyini və Aytənlə “Montin”də “Araz” marketin yanında görüşərək həmin pul məbləğini ona verdiyini etiraf etmişdir (cild, 1, iş vərəqi 94-95). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 31.05.2021-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 27, mənzil 12-də baş vermişdir. Evin giriş qapısı baxış zamanı qapı açıq vəziyyətdə olmuşdur. Qapıdan içəri daxil olduqda 3 metr məsafədə qonaq otağı, həmin otağa daxil olmamış sol tərəfdə 70 sm məsafədə əynində heç bir paltar olmayan, üzərində gözlə görünən müxtəlif xəsarətlər olan qadın meyiti vardır. Meyitin başı arxaya doğrudur və onun kürək nahiyəsinin arxasında sərinkeşin elektrik naqili boğazına keçirilmiş vəziyyətdədir. Həmin sərinkeş iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qapının arxasında döşəmə üzərində qanabənzər ləkələr olmuş, həmin ləkələrin ölçüsü 23x48 sm təşkil etmişdir. Qonaq otağında qapıdan girəndə sol tərəfdə içərisindəki paltar və ayaqqabılar dağıdılmış formada olan şkafla üzbəüz stolun üstündə qəhvəyi rəngli çanta və qara rəngli mobil telefon, çəkilmiş siqaret qalıqları olan külqabı və digər meyvə, konfet qabları vardır. Meyitin boynunun yuxarı üçdə birinin ön yan səthlərində 0,8 sm enlikdə təkqat üfüqi istiqamətdə yerləşmiş stranqulyasiya şırımı vardır. Hadisənin baş verdiyi qapıdan içəri daxil olduqda qapı ilə üzbəüz olan yatağın üzəri dağınıq formadadır. Otağın giriş qapısının arxasında divarıın üzərində və döşəmədə qanabənzər ləkələrin olduğu görünür. Həmin qanabənzər ləkələr müvafiq qaydada qablaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Meyitin olduğu otaqda yerləşən stolun üzərindəki külqabıdan 8 ədəd “Sobranie” və 6 ədəd “Kent” siqaret kötüyü, 1 ədəd qara rəngli mobil telefon, 2 ədəd “Bizon” içkisinin dəmir qabı, mətbəxdə stolun üzərindən 1 ədəd pivə qabı əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 02-14). Cinayət işində olan meyitə baxış keçirilməsi haqqında 31.05.2020-ci il tarixli protokoldan görünür ki, təşrih masası üzərinə arxası üstə paltarsız Zərərçəkmiş şəxs meyiti qoyulmuşdur. Meyit üzdən baxdıqda 30-35 yaşlarına uyğun gəlir. Uzanmış vəziyyətdə boyunun uzunluğu 162 sm-dir. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin dəri örtüyü solğun rəngdədir, sifəti, boynu, sol qulağı, sağ bazusu, hər iki əlin arxa və ovuc səthləri qana bulaşmışdır. Üzün və boyunun dərisi sianoziudur. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşmişdir, göyümtül-bənövşəyimtil rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 1-2 dəqiqəyə bərpa olunur. Meyit ləkələri fonunda tünd-qırmızı rəngdə nöqtəvari qansızmalar vardır. Yoxlanılan əzələ qruplarında meyit qacıması tam inkişaf etmişdir. Başında 30-35 sm uzunluqda qaynaq edilmiş ağ və qəhvəyi rəngli saçı var. Öz saçı şabalıdı rəngdədir. Əllə müayinə etdikdə kəllə sümükləri tamdır. Sag gicgah nahiyəsində 1,0x0,6 sm ölçüdə ətraf sağlam dəri səviyyəsindən cüzi aşağıda yerləşmiş qırmızımtıl rəngli, səthi quru, qeyri-müəyyən formalı sıyrıq vardır. Göz qapaqları örtülüdür, qüzehli qişa qəhvəyi rəngdədir. Göz konyuktivasının keçid bucaqlarında tünd-qırmızı rəngdə nöqtəvari qansızmalar vardır. Əllə müayinə etdikdə burun və üz skeleti sümükləri tamdır. Burun dəlikləri qanlıdır, burun dəliyindən sol qulaq seyvanına doğru şırnaq şəklində qan axmışdır. Burun nahiyəsində 2,0x1,5 sm ölçüdə göyümtül rəngli, qeyrı-müəyyən formalı qançır vardır. Ağzı örtuludur, dilin uc hissəsi dişlərin arasında sıxılmış vəziyyətdədir, dodaqların selikli qişası xəsarətsizdir. Ağzında olan dişləri tamdır, təbiidir. Xarici qulaq keçəcəklərində yad cisim yoxdur. Sol çənə nahiyəsində 2,2x0,3 sm ölçüdə ətraf sağlam dəri səviyyəsindən cüzi aşağıda yerləşmiş qırmızımtıl rəngli, səthi quru, xətt formalı sıyrıq vardır. Boynu düzgün inkişaf etmişdir, əllə müayinə etdikdə boyun fəqərələrində patoloji hərəkətlılık müəyyən olunmur. Boyunun yuxarı 1/3-nin ön və yan səthlərində öndən-arxaya doğru üfüqi istiqamətdə yerləşmiş, 26,0x0,7x0,1 sm ölçülərdə qırmızımtıl-qəhvəyi rəngli təkqatlı, qapanmayan düz zolaq şəkilli stranqulyasıya şırımı vardır. Stranqulyasiya şırımının dibi hamardır, yumşaq konsistensiyalıdır, boyunun ön səthində nisbətən dərindir, yanlara doğru getdikcə səthiləşərək qapanmadan izsiz itir. Boyunun orta və aşağı 1/3-nin ön səthində 4,0x3,0 sm-dən 2,5x1,5 sm-dək ölçülərdə 4 ədəd göyümtül rəngli, qeyri-müəyyən formalı qançır və həmin qançırlar səviyyəsində 2,0x0,3 sm-dən 0,5x0,3 sm-dək ölçülərdə 9 ədəd, ətraf sağlam dəri səviyyəsindən cüzi aşağıda yerləşmiş qırmızımtıl rəngli, səthi quru, xətt və qeyrimüəyyən formalı sıyrıqlar vardır. Boyunun sol yan səthində 4 ədəd, sağ yan səthində isə 2 ədəd 3,5x3,0 sm-dən 2,5x2,0 sm-dək ölçülərdə göyümtül rəngli, qeyri-müəyyən və oval formalı qançırlar vardır. Döş qəfəsi simmetrikdir, əllədikdə qabırğalarda, kürək və onurğa sütunu fəqərə sümüklərində patoloji hərəkətlilik yoxdur. Döş vəziləri yarımkürə şəklindədir, əllə müayinə etdikdə yumşaq konsistensiyalıdır. Döş qəfəsinin ön səthində döş xətti üzrə İİ qabırğa səviyyəsində 0.7x0 4 sm ölçüdə eyni xarakterli sıyrıq vardır. Qarnı döş qəfəsi səviyyəsində yerləşmişdir, əllədikdə dərisi yumşaqdır, üzərində xəsarət yoxdur. Xarici cinsiyyət üzvləri qadın tipli olub, düzgün inkişaf etmişdir, üzərində xəsarət yoxdur. Uşaqlıq yolundan cüzi ifrazat vardır. Xarici cinsiyət üzvlərində və uşaqlıq yolunda xəsarət aşkar edilmədi. Arxa keçəcək dəliyi örtülüdür, sağrıları yanlara çəkdikdə konus şəkillidir, sfinktor boşalmışdır, şüayabənzər büküşlər hamarlaşmışdır, zədəsizdir. Meyitin ayaq dırnaqlarından 3 ədəd rəngsiz, əl dırnaqlarından 6 ədəd üzəri qırmızı lakla boyanmış dırnaq nümunələri götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 16-25). Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və Şahid3 istifadəsində olmuş ***- ***-**-** saylı telefon nömrələrindən 01.03.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək olan dövrdə daxil olan, çıxan zənglərə, anten və abunəçilərə dair "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı telefon nömrəsinə daxil olan və çıxan zəngləri, SMS mətnləri əks etdirən faylı açdıqda 01.03.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə hər hansı danışığın qeydə alınmadığı müəyyən edilmişdir. Hadisə günü və ondan əvvəlki günlərdə qeyd edilən nömrələr arasında hər hansı SMS mətni qeydə alınmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan və çıxan zəngləri, SMS mətnləri əks etdirən faylı açdıqda 01.03.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə müntəzəm danışıqların qeydə alındığı, sonuncu danışığın isə 13.05.2021ci il tarixdə qeydə alındığı müəyyən edilmişdir. Hadisə günü və ondan əvvəlki günlərdə qeyd edilən nömrələr arasında hər hansı SMS mətni qeydə alınmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-554- 28-88 saylı telefon nömrəsinin anten məlumatlarını özündə əks etdirən faylı açdıqda iş üçün hər hansı əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin anten məlumatlarını əks etdirən faylı açdıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mobil telefonunun anten dairəsi 30.05.2021-ci il tarixdə saat 23.54-dən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Kristal” olaraq qeyd olunmuşdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Kristal” olaraq qeyd olunmuş anten dairəsi 31.05.2021-ci il tarixdə saat 09.55-dən etibarən dəyişərək saat 10.30- da Xətai rayonu, Laləli parkı, 10.55-dən etibarən Nəsimi rayonu, 28 May Keçid, 13.01-dən etibarən Babək prospekti, Xətai rayonu, 02.06.2021-ci il tarixdən etibarən ardıcıl olaraq İsmayıllı rayonu, Şamaxı rayonu və Bakı şəhəri olaraq müəyyən edilmişdir. Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan və çıxan zəngləri, SMS mətnləri əks etdirən faylı açdıqda 01.03.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə müntəzəm olaraq danışığın qeydə alındığı müəyyən edilmişdir. Qeyd edilən nömrələr arasında sonuncu danışıq 27.05.2021-ci il tarixdə qeydə alınmışdır. Hadisə günü və ondan əvvəlki günlərdə qeyd edilən nömrələr arasında hər hansı SMS mətni qeydə alınmamışdır (cild 2, iş vərəqi 34-37). Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin və şahidlər Şahid3 istifadəsində olmuş 077- ***-**-** saylı, Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrələrindən və Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrələrindən 01.03.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək olan dövrdə daxil olan, çıxan zənglərə, anten və abunəçilərə dair "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan və çıxan zəngləri, SMS mətnləri əks etdirən faylı açdıqda 01.03.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə hər hansı danışığın qeydə alınmadığı müəyyən edilmişdir. Hadisə günü və ondan əvvəlki günlərdə qeyd edilən nömrələr arasında hər hansı SMS mətni qeydə alınmamışdır. ***-***-**-** saylı telefon nömrəsinin anten məlumatlarını əks etdirən faylı açdıqda iş üçün əhəmiyyətli hal müəyyən edilməmişdir. Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan və çıxan zəngləri, SMS mətnləri əks etdirən faylı açdıqda 01.03.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə müntəzəm danışıqların qeydə alındığı, sonuncu 19 saniyəlik danışığın isə 30.05.2021-ci il tarixdə saat 20.29 qeydə alındığı müəyyən edilmişdir. Hadisə günü və ondan əvvəlki günlərdə qeyd edilən nömrələr arasında hər hansı SMS mətni qeydə alınmamışdır. ***-***-**-** saylı telefon nömrəsinin anten məlumatlarını əks etdirən faylı açdıqda iş üçün əhəmiyyətli hal müəyyən edilməmişdir. Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan və çıxan zəngləri, SMS mətnləri əks etdirən faylı açdıqda 01.03.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə müntəzəm danışıqların qeydə alındığı, sonuncu 15 saniyəlik danışığın isə 29.05.2021-ci il tarixdə saat 19.09 qeydə alındığı müəyyən edilmişdir. Hadisə günü və ondan əvvəlki günlərdə qeyd edilən nömrələr arasında hər hansı SMS mətni qeydə alınmamışdır. ***-***-**-** saylı telefon nömrəsinin anten məlumatlarını əks etdirən faylı açdıqda iş üçün əhəmiyyətli hal müəyyən edilməmişdir. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan və çıxan zəngləri, SMS mətnləri əks etdirən faylı açdıqda 01.03.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə hər hansı danışığın qeydə alınmadığı müəyyən edilmişdir. Hadisə günü və ondan əvvəlki günlərdə qeyd edilən nömrələr arasında hər hansı SMS mətni qeydə alınmamışdır. Şahid1 istifadəsində olmuş ***-***-**- ** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə müntəzəm danışıqların qeydə alındığı, sonuncu 124 saniyəlik danışığın 25.05.2021-ci il tarixdə saat 17.02-də qeydə alındığı müəyyən edilmişdir. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə müntəzəm danışıqların qeydə alındığı, hadisə günü, yəni 31.05.2021-ci il tarixdə saat 09.59-da 50 saniyəlik, 10.01-də 70 saniyəlik, 10.40-da 110 saniyəlik, 10.52-də 9 saniyəlik, 10.55-də45 saniyəlik, 11.39-da 66 saniyəlik, 12.08-də 44 saniyəlik, 12.48-də 26 saniyəlik danışıqların qeydə alındığı müəyyən edilmişdir. ***-***-**-** saylı telefon nömrəsinin antenn məlumatlarını özündəəks etdirən faylı açdıqda hadisə günü, yəni 31.05.2021-ci il tarixdə telefon antenn məlumatının Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, həmin gün 17.18-dən etibarən Şamaxı şəhəri, 01.06.2021-ci il tarixdə 15.53-dən etibarən İsmayıllı rayonu ərazisi, 02.06.2021-ci il tarixdə 12.08dən etibarən Bakı şəhəri olaraq göstərdiyi müəyyən edilmişdir. Antenn məlumatlarında iş üçün başqa əhəmiyyətli hal müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs Əfqan qızının istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan və çıxan zəngləri, SMS mətnləri əks etdirən faylı açdıqda 01.03.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə müntəzəm danışıqların qeydə alındığı, sonuncu 83 saniyəlik danışığın 13.05.2021-ci tarixdə saat 01.22-də qeydə alındığı müəyyən edilmişdir. Hadisə günü hər hansı danışığın qeydə alınmadığı müəyyən edilmişdir. Hadisə günü və ondan əvvəlki günlərdə qeyd edilən nömrələr arasında hər hansı SMS mətni qeydə alınmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş digər nömrələrlə hər hansı əlaqə qeydə alınmamışdır. Zərərçəkmiş şəxs Əfqan qızının istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə şahidlər Şahid3 və Şahid4 istifadələrində olmuş mobil nömrələrlə müntəzəm danışıqların qeydə alındığı, hadisə günü hər hansı danışığın qeydə alınmadığı müəyyən edilmişdir. ***-***-**-** saylı telefon nömrəsinin antenn məlumatlarını özündəəks etdirən faylı açdıqda hadisə günü, yəni 31.05.2021-ci il tarixdə telefon antenn məlumatının 09.52-dək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Kristal” olaraq göstərdiyi, həmin vaxtdan etibarən antenn məlumatının dəyişərək Nərimanov rayonu, Heydər Əliyev prospekti, Nəsimi rayonu 28 may keçid, Xətai rayonu, Mehdizadə küçəsi olaraq göstərdiyi müəyyən edilmişdir (cild 2, iş vərəqi 123-127). İş materiallarında olan götürmə aparılması haqqında 03.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerindən götürdüyü 14700 (on dörd min yeddi yüz) manat məbləğində puldan qalıq qalmış 8000 (səkkiz min) manat miqdarında pulu və həmin pula aldığı “İphone X” markalı boz rəngli mobil telefonu istintaqa təqdim etmişdir (cild 1, iş vərəqi 126-133). Cinayət işinə əlavə edilmiş götürmə aparılması haqqında 02.06.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 tanışı Təqsirləndirilən şəxs hadisə yerindən götürdüyü Zərərçəkmiş şəxs məxsus puldan ona verilmiş 800 (səkkiz yüz) manat pulu və həmin puldan aldığı 1 ədəd qızıl boyunbağı və 1 ədəd qolbağı istintaqa təqdim etmişdir (cild 1, iş vərəqi 89-93). İş üzrə Zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibb ekspertizasının 25.06.2021ci il tarixli 95 N-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti müayinə edilərkən aşağıdakı xəsarətlər aşkar edilmişdir: Boyunun yuxarı 1/3-nin ön və yan səthlərinin təkqatlı, qapanmayan stranquliyasiya şırımı, stranquliyasiya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma. Boyunun ön və yan səthlərinin yumşaq toxumalarının qançır və sıyrıqla müşayiət olunan geniş ölçüdə hematoması. Sağ təpə və sol təpə-gicgah nahiyələrinin yumşaq toxumalarına qansızma. Sağ gicgah, burun və sol çənə nahiyələrinin, döş qəfəsinin ön səthinin, hər iki bazu oynağı nahiyələrinin qançır və sıyrıqları. Sağ əlin 1, 2 və 4-cü, sol əlin 2- ci barmağının dırnaq yatağının səthi əzilmiş yaraları. Xəsarətlərdən: - Boyunun yuxarı 1/3-nin ön və yan səthlərinin stranqulyasıya şırımı, stranqulyasıya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma: boyunun on və yan səthlərinin yumşaq toxumalarının qançır və sıyrıqla müşayiət olunan geniş ölçüdə hematoması mərhumun ölümündən az əvvəl törənmişlər. Bu xəsarətlərdən boyunun yuxarı 1/3-nin ön və yan səthlərinin stranqulyasiya şırımı, stranqulyasiya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma boyun nahiyəsinə salınmış ilgəyin öndən arxaya doğru dartılması zamanı boyun üzvlərini sıxması nəticəsində törənmişdir, ekspertizaya təqdim edilmiş elektrik naqilinin təsirindən törənə bilər; boyunun ön və yan səthlərinin yumşaq toxumalarının qançır və sıyrıqla müşayiət olunan geniş ölçüdə hematoması İsə bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, əllə boyun üzvlərinin sıxılması nəticəsində törənə bilər. - Sağ təpə və sol təpə-gicgah nahiyələrinin yumşaq toxumalarına qansızma: sağ gicgah, burun və sol çənə nahiyələrinin, döş qəfəsinin ön səthinin, hər iki bazu oynağı nahiyəsinin, hər iki bazunun və saidin, sağ qalça nahiyəsinin, hər iki budun və hər iki dız oynağı nahiyələrinin qançır və sıyrıqları; sağ əlin 1, 2 və 4-cü, sol əlin 2-ci barmağının dırnaq yatağının səthi əzilmiş yaraları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, (bu xəsarətlərdən sol bazu oynağı nahiyəsinin, sol bazunun və hər iki saidin qançır və sıyrıqları dişləmə nəticəsində törənə bilər). Müddətinə görə sağ təpə və sol təpə- gıcgah nahiyələrinin yumşaq toxumalarına qansızma; sağ gicgah, burun və sol çənə nahiyələrinin döş qəfəsinin ön səthinin, hər iki bazu oynağı nahiyəsinin, hər iki bazunun və saidin, hər İki dız oynağı nahiyələrinin qançır və sıyrıqları; sağ əlin 1, 2 və 4-cü, sol əlin 2-ci barmağının dırnaq yatağının səthi əzilmiş yaraları mərhumun Ölümündən az əvvəl törənmişlər; sağ qalça nahiyəsinin və hər iki budun qançırları isə mərhumun ölümündən 5-7 gün əvvələ uyğun gəlir. Dərəcəsinə görə: - Boyunun yuxarı 1/3-nin ön və yan səthlərinin stranqulyasiya şırımı, stranqulyasiya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma; boyunun ön və yan səthlərinin yumşaq toxumalarının qançır və sıyrıqla müşayiət olunan geniş ölçüdə hematoması mexaniki asfiksiyaya səbəb olduğundan ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. - Sağ təpə və sol təpə-gicgah nahiyələrinin yumşaq toxumalarına qansızma: sağ gicgah, burun və sol çənə nahiyələrinin, döş qəfəsinin ön səthinin, hər iki bazu oynağı nahiyəsinin, hər iki bazunun və saidin, sağ qalça nahiyəsinin, hər iki budun və hər iki diz oynağı nahiyələrinin qançır və sıyrıqları; sağ əlin 1, 2 və 4-cü, sol əlin 2-ci barmağının dırnaq yatağının səthi əzilmiş yaraları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin ilgək vəəllə sıxılması nəticəsində baş vermiş mexaniki asfıksiya (boğulma) olmuşdur Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butıl və amil spirtləri, barbıtur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepın törəmələri və salisilatlar aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 2 ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar olunmuş, ağız boşluğu möhtəviyyatı olan 1 ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində spermatozoidlərin aşkar olunması, sfinktorun boşalması və şüayabənzər büküşlərin hamarlaşması onunla qeyri-təbii yolla cinsi əlaqədə olunmasına dəlalət edir (cild 2, iş vərəqi 60-69). İş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə-tibb ekspertizasının 04.06.2021-ci il tarixli, 738 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs alın, burun, sağ bazu nahiyələrinin sıyrıqları, sol gözyuvasıətrafı nahiyənin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən 31.05.2021-cİ il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (cild 2, iş vərəqi 57-59). Məhkəmə tibbi-bioloji ekspertizasının 30.06.2021-ci il tarixli 399/2021-MTBŞ N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu - A/ll/-dir. Təqsirləndirilən şəxs B0 sistemi üzrə qan qrupu 0 alfa, beta /l/-dir (təqdim olunan sənədlərin surətinəəsasən). Ekspertizaya təqdim edilmiş 2 ədəd plastik çubuğa sarınmış pambıq, sərinkeş və Zərərçəkmiş şəxs məxsus dırnaq kəsikləri üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız A antigeni alındı. Bu qan ləkələri A- beta/ll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus dırnaq kəsikləri üzərində insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olundu. Bu hüceyrələr az miqdarda olduğu üçün, onlarda qrup mənsubiyyətini təyin etmək mümkün olmadı (cild 2, iş vərəqi 70-76). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 13.07.2021ci il tarixli 1530 N-li rəyindən görünür kı, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlindən sonra onda hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, tamahkarlıq, nəticəsini düşünmədən hərəkət etməyə meyllilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Belə qənaətə gəlmək mümkündür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş fərdi-psixi xüsusiyyətlər (tamahkarlıq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, nəticəsini düşünmədən hərəkət etməyə meyllilik və s.) baş vermiş hadisə zamanı onun davranışını istiqamətləndirmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 2, iş vərəqi 77-81). Məhkəmə-narkoloji ekspertizasının 16.08.2021-ci il tarixli 2890 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narmokaniyadan məcburi müalicəyə ehtiyac yoxdur (cild 2, iş vərəqi 121-122). İbtidai istintaq orqanının sübutların qiymətləndirilməsi haqqında 29.12.2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs təqdim etdiyi mərhum Zərərçəkmiş şəxs məxsus hadisə yerindən götürdüyü 14700 manat puldan qalıq qalmış 8000 (səkkiz min) manat və 14700 manat puldan 500 manat xərcləyərək aldığı 1 ədəd boz rəngli “İphone X” markalı telefon, həmçinin Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs məxsus hadisə yerindən götürdüyü 14700 manat pul məbləğindən verdiyi 800 (səkkiz yüz) manat pul və Təqsirləndirilən şəxs 14700 manat miqdarında puldan xərcləyərək onun üçün aldığı qızıl boyunbağı və bilərzik, həmçinin hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd sərinkeş, 2 ədəd plastik çubuğa sarınmış pambıq, meyitə baxış zamanı Zərərçəkmiş şəxs götürülmüş 3 ədəd açıq boz rəngdə, 6 ədəd üzərində gel lak olan dırnaq hissəcikləri (ümumilikdə 9 ədəd) cinayətin izlərini saxladığına görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanma yerinə verilmişdir (cild 2, iş vərəqi 128-166). İş materiallarına 04.08.2021-ci il tarixli 073-28901-1221 N-li məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 2, iş vərəqi 13-15). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, Zərərçəkmiş şəxs qarşı quldurluq etmədiyini, həmin mənzilə quldurluq məqsədi ilə deyil, Turanə ilə cinsi əlaqədə olmaq üçün getdiyini, pulu gördükdən sonra onu ələ keçirmək fikrinə düşdüyünü, bu məqsədlə Zərərçəkmiş şəxs öldürüb pulu götürüb mənzili tərk etdiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci tarixli 3 saylı Qərarının 15-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə, bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı, müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də, təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 mart 2005-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Hazırkı hökmdə sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 iyun 2021-ci il tarixdə isə onun barəsində Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs təqdim etdiyi mərhum Zərərçəkmiş şəxs məxsus hadisə yerindən götürdüyü 14700 manat puldan qalıq qalmış 8000 (səkkiz min) manat və 14700 manat puldan 500 manat xərcləyərək aldığı 1 ədəd boz rəngli “İphone X” markalı telefon, həmçinin Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs məxsus hadisə yerindən götürdüyü 14700 manat pul məbləğindən verdiyi 800 (səkkiz yüz) manat pul və Təqsirləndirilən şəxs 14700 manat miqdarında puldan xərcləyərək onun üçün aldığı qızıl boyunbağı və bilərzik zərərçəkmiş şəxsin hüquqi varisi X3 qaytarılmalı, həmçinin hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd sərinkeş, 2 ədəd plastik çubuğa sarınmış pambıq, meyitə baxış zamanı Zərərçəkmiş şəxs götürülmüş 3 ədəd açıq boz rəngdə, 6 ədəd üzərində gel lak olan dırnaq hissəcikləri (ümumilikdə 9 ədəd) məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə 17 (on yeddi) il müddətə, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs təqdim etdiyi mərhum Zərərçəkmiş şəxs məxsus hadisə yerindən götürdüyü 14700 manat puldan qalıq qalmış 8000 (səkkiz min) manat və 14700 manat puldan 500 manat xərcləyərək aldığı 1 ədəd boz rəngli “İphone X” markalı telefon, həmçinin Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs məxsus hadisə yerindən götürdüyü 14700 manat pul məbləğindən verdiyi 800 (səkkiz yüz) manat pul və Təqsirləndirilən şəxs 14700 manat miqdarında puldan xərcləyərək onun üçün aldığı qızıl boyunbağı və bilərzik zərərçəkmiş şəxsin hüquqi varisi X3 qaytarılsın; - hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd sərinkeş, 2 ədəd plastik çubuğa sarınmış pambıq, meyitə baxış zamanı Zərərçəkmiş şəxs götürülmüş 3 ədəd açıq boz rəngdə, 6 ədəd üzərində gel lak olan dırnaq hissəcikləri (ümumilikdə 9 ədəd) məhv edilsin. Cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-613/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-613/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver