Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-613/2023 14.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxx 1982-ci il tarixdə Ukrayna Respublikasının Jitomir vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09.50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayıb daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,890 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi Fazenda yaşayış massivində şübhəli olduğuna görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 2,890 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, dülgər işləmiş və bir neçə ildir narkotik vasitə istifadəçisidir. Metafetamin istifadə edir. Narkotik vasitəni bəzən qonşusu Rövşəndən almışdır. Bir gün əvvəl Rövşənə narkotik alması üçün pul vermiş, lakin Rövşən həmin gün ona ala bilmədiyini bildirmişdir. Rövşənin oğlu ona işlərində kömək etdiyindən səhər tezdən onun dalınca qonşusugilə getmişdir. Həyətdə olduğu zaman 10 nəfərə yaxın adam həyətə daxil olmuş Rövşənin dalınca gəldiklərini bildirmişlər. Polislər Rövşəni, Rövşənin həyat yoldaşı və oğlunu, eyni zamanda onu da polis bölməsinə aparmışlar. Üzərində yalnız telefon və siqaret olmuş, narkotik vasitə olmamışdır. Polislər tərəfindən təhdid edildiyindən çəkiliş zamanı narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Polislər ona deyilənləri qəbul etməsə narkotik vasitənin çəkisinin 1 kiloqram olacağını bildirmişlər. Müdafiəçidən imtina etməmiş, sadəcə verilən bütün kağızları imzalamışdır. 4.Məhkəmə iclasında verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründəki ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 09 sentyabr 2022-ci il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitə olan heroini qəbul edir. Halhazırda bədənində olan ağrıları yumşaltmaq üçün narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə olan heroini qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 07 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Balaxanı qəsəbəsində olarkən adını ona «Rövşən» olaraq təqdim etmiş, dəqiq anket məlumatlarını, əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsə 20 manat pul verib ondan özünün qəbul etməyi üçün bir bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin şəxsin ona verdiyi bükümü sonradan qəbul etmək üçün əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 07 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi Fazenda yaşayış massivində küçə ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. PŞ-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində narkotik vasitə olan heroin olduğundan üzərinə şəxsi axtarış apanlmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən narkotik vasitə olan heroinin aşkar olunmasını özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan narkotik vasitə olan heroini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində narkotik vasitə olan heroinin olmasını polis əməkdaşlarına bildirmişdir. O üzərində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə narkotik vasitə olan heroindir, həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə adını ona «Rövşən» olaraq təqdim etmiş, dəqiq anket məlumatlarını, əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 20 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar olunmuş maddə ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis şöbəsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir (İ cild, səh. 59-63). 5.İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixli ifadəsində bildirmişdir ki, polis onu saxlayan gündən bir gün əvvəl müalicə üçün qəbul etdiyi dərmanlar qurtardığına görə ağrıları baş qaldırmış, ona görə də qonşusu Rövşənə 5 manat pul verərək bir çet ona narkotik vasitə tapmasını xahiş etmişdir. Sonradan da 2 manat da əlavə pul verərək Rövşəndən 1 çet narkotik vasitə olan heroini almışdır. Rövşən həmin narkotik vasitəni iki yüz və üç yüz milligram yəni yarm qrama yaxın olduğunu bildirmişdir. O heç vaxt yarım qramdan artıq narkotik vasitə almamış, nə də almağa pulu olmamışdır. xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız səhəri günü Rövşəndən 7 manata aldığı bir bükümdə təxminən 0,200 - 0,300 milligram çəkidə narkotik vasitə heroin olmuşdur. Həmin narkotik vasitəni o bir dəfəyə istifadə edəcəkdir. Onun üzərindən xx.xx.2022-ci il tarixdə 2,890 qram narkotik vasitə heroin aşkar edilməsi ilə razı deyildir. Belə ki, onun üzərində həmin çəkidə narkotik vasitə olmamışdır. Xahiş etmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitənin adının, xalis çəkisinin qədəri müəyyən edilməsi məqsədi ilə təkrar ekspertiza təyin edilərək ekspert qarşısında həmin narkotik vasitənin adının və üzərindən götürülmüş maddənin tərkibi və xalis narkotikanın çəkisinin müəyyən edilməsi barədə rəy verilsin(İ cild, səh. 87-91). 6.İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ifadəsində bildirmişdir ki, istintaqa verdiyi ifadəni qismən təsdiq edir. Belə ki, xx.xx.2022-ci il tarixdə qonşuluqda yaşayan Rövşənin həyətinə səhər saat 09-da gedib Rövşənin oğlu İsini özü ilə görəcəyi təmir işinə aparmaq istəmişdir. Bu məqsədlə İsini Rövşənin həyətində gözləyərkən 8 nəfər əvvəl qonşu Abbasın həyətinə daxil olmuş şəxslər Rövşənin həyətinə daxil olarkən biri onun ciblərini axtarmağa başlamış, mobil telefonunu çıxarmışdır. Bu zaman ona əsəbləşərək sən kimsən əlini çək deyəndə o ona vəsiqə göstərərək özünü polisə əməliyatçısı Şahid2 olduğunu bildirərək yanındakı mülki geyimdə olan şəxslərə bunu da qandallayıb şöbəyə aparılması əmrini vermişdir. Bu zaman “dobla” polis maşını gəlmiş onu, Rövşəni, Rövşənin oğlu İsini və Rövşənin arvadı Vüsaləni birlikdə “dobla”ya mindirərək Sabunçu RPİ-nin 12-ci PŞ-nin müvəqqəti saxlama yerində onları gözlətmişlər və təhqiqatçı çağırıldığını bildirmişlər. Onu həmin günü heç kim gəlib dindirməmişdir. Onunla Rövşəni eyni kameraya salmışlar. Rövşənin arvadı və oğlunu ayrı kameraya salmışlar. Həmin günü səhərisi xx.xx.2022-ci il tarixdə ona Firuz adlı təhqiqatçının işinə baxacağını bildirmişlər və onu 2-ci mərtəbəyə təhqiqatçının otağına aparmışlar. Rövşəni isə başqa otağa aparmışlar. O təhqiqatçı Firuzun otağında qalmışdır. Otaqda ondan və təhqiqatçıdan başqa əməliyyatçılar Cavid və Habil orada olmuşdur. Bir nəfər də cavan uşaq mülki geyimdə çəkiliş aparan olmuşdur. Otaqda Cavid ona çəkilişdən əvvəl sellofana bükülmüş içində nə olduğunu bilmədiyi bükülü olan narkotik maddəni 20 manat müqabilində guya Rövşəndən öz istifadəsi üçün aldığını, həmin otaqda olan cavan oğlan çəkiliş edəcəyi zamanı deməyinin müqabilində onu sərbəst buraxacağına söz vermişdir. O da Cavidin hiyləsinə inanıb onun dediyi kimi etmişdir. Lakin Cavid və təhqiqatçı Firuz onu aldatmışlar, şərləyib tutdurmuşlar. O xx.xx.2022-ci il tarixdə nə Rövşənə 20 manat pul vermişdir, nə də Rövşən ittihamda qeyd olunan bükülüdə narkotik maddə verməmişdir. Ona şöbədə fiziki zor tətbiq etməsələr də psixoloji olaraq təsir çox göstərmişlər. Belə ki, Rövşənə başqa otaqda işgəncə verdikləri üçün Rövşənin qışqırıq səslərini ona eşitdirmişlər ki, polislərin dediklərini etmədiyi təqdirdə onu Rövşənin aqibəti gözləyəcəkdir. O da məcbur olub onların dediklərini etmişdir. O saxlanılarkən polislər özləri ona demişlər ki, nə oldu sən getmişdin niyə qayıtdın. Rövşənin həyətində sənin barədə əməliyyat məlumatı daxil olmamışdır. O da Rövşənin oğlunu çağırmaq üçün ora qaytmasını bildirsə də onun şübhəli şəxs kimi saxlanılmasını bildirmişdir. (İ cild, səh. 149-155). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, şəxsi 7 sentyabrda saat 17:00 radələrində Balaxanı, Fazenda yaşayış massivində xidmət apararkən şübhəli şəxs qismində saxlamış, bölməyə gətirmiş, təhqiqatçının otağında video çəkiliş vasitəsilə üzərində qeyri-qanuni əşya olması ilə bağlı suallar verilmişdir. Şəxs könüllü şəkildə öz cibindən 1 büküm heroini təqdim edərək, Balaxanıda qonşusu Rövşən adlı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Saxlanılan şəxsə qarşı hər hansı zor və təzyiq olmamışdır. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində həmkarı Cavid Adılzadə ilə bərabər Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində xidmətdə olduqları zaman əvvəllər tanımadıqları bir nəfər şəxsin onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri-dəqiq cavab verməklə onun narkotik təsir altında olmasına dair şübhələri yarandığından həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis şöbəsində tərəflərindən narkotik vasitələrin qəbulunda və saxlanılmasında şübhəli bilinən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə onun və iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən sellofan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl 07 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsi Fazenda yaşayış massivində qonşuluqda yaşayan Rövşən adlı şəxsdən 20 manata əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir (İ cild, səh. 96-98). 9.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, şəxsi keçən ilin sentyabr ayında axşam vaxtlarında Balaxanı, Fazenda yaşayış massivində saxlamış, bölmədə üzərinə baxış keçirilmiş, şəxs narkotik vasitəni təqdim etmiş, hər hansı fiziki zorakılıq və təzyiq göstərilməmişdir. 10.Məhkəmə iclasında X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 133-135). 11.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 7 sentyabrda səhər saat 9-a işləmiş polis əməkdaşları həyətlərinə daxil olaraq onu, həyat yoldaşını, oğlunu və həyətdə olan qonşusu Ruslanı polis bölməsinə aparmışlar. Oğlunun 17 yaşı var, mebel sexində işləyən qonşusu Ruslana kömək edir. Həmin gün Ruslan onun oğlunun dalınca həyətlərinə gəlmişdi. Ondan bir gün qabaq gecə sentyabrın altısı Ruslan ona narkotik alması üçün 7 manat pul vermiş, lakin ala bilməmişdir. Ruslan xahiş etdiyi üçün bir neçə dəfə birlikdə pul qoyub istifadə etmək üçün narkotik vasitə alıb gətirmişdir. Ruslandan başqa iki nəfər Elvin və Zaur adlı şəxslərə narkotik vermişdir. Nə onun üzərində, nə də Ruslanın üzərində narkotik olmamışdır. Polislər tərəfindən döyüldüyü üçün deyilənləri qəbul etmişdir. Ruslanla üzləşdirmə zamanı verdiyi ifadəsində fərqli bildirməsinin səbəbi Ruslanın müdafiəçisi tərəfindən ona o şəkildə ifadə verməsinin məsləhət görülməsi olmuşdur. 12.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Sabunçu RPİ İŞ-də tutulmuşdur və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təxminən 10 il olar ki, Təqsirləndirilən şəxs tanıyır. Təxminən 7 il olar ki, narkotik vasitə qəbul edir. Bir il olar ki, Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək onun üçün qəbul etməyinə narkotik vasitə təşkil etməsini xahiş etmişdir. O da narkotik vasitə tapdığı halda ona məlumat vermiş Ruslan da ondan gəlib narkotik vasitəni götürmüşdür. Ruslan ondan həmişə 5-10 manat arasında birdəfəlik istifadə üçün narkotik vasitə götürmüşdür. Sonuncu dəfə Ruslan ondan tutulmamışdan əvvəl 07 sentyabr 2022-ci il tarixdə səhər saatlarında 7 manat dəyərində çəkisi təxminən 0,200-0,300 çəkidə birdəfəlik istifadə üçün narkotik vasitə götürmüşdür. Ruslan ondan sonuncu dəfə bu çəkidə narkotik götürmüşdür. O, heç bir zaman Ruslana 0,500 qramdan artıq narkotik vasitə heroin verməmişdir (İ cild, səh. 118-120). 13.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, usta Baba Pirməmməd küçəsində ailəsi ilə birgə yaşayır. 07 sentyabr 2022-ci il tarixdə təxminən saat 08.30-da yatdıqları zaman polislər evə gəlmiş, onu, həyat yoldaşı Rövşəni, oğlunu 12-ci polis bölməsinə aparmışlar. Qonşusu Ruslan da həyətdə olduğundan onu da polis bölməsinə aparmışlar. Hamısı eyni maşında aparılmış, Ruslan ilə həyat yoldaşı qabaqda oturmuşdur. Ruslan qarşı hər hansı zor və təzyiq göstərildiyinin şahidi olmamışdır. 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli 6/4901 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə ...saxlanılan şəxs: Təqsirləndirilən şəxs -imza, iştirak etdi -iki imza; Tərtib etdi: Təhqiqatçı- Firuz Qasımov -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 2,890 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 33-36). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli 6/5781 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası ƏN MEM-nin “Tədqiqat Obyekti №68” ştamp əksi və “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə ...saxlanılan şəxs: Təqsirləndirilən şəxs -imza, iştirak etdi -İki imza; Tərtib etdi: Təhqiqatçı- Fİruz Qasımov -imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki tədqiqatdan sonra təmiz çəkisi - 2,840 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə ekspertiza Mərkəzində heroinin etalon (standart) nümunəsi olmadığından miqdari analiz aparılmır. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 145-148). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin Ambulator X2 barədə Mərkəzinin 17 sentyabr 2022-ci il tarixli, 5301 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 106-107). 17.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 07 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Fazenda yaşayış massivində narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş halda narkotik vasitə heroin aşkar olunuraq götürülmüşdür (İ cild, səh. 25-26). 18.«Baxış keçirilməsi barədə» 08 sentyabr 2022-ci il tarixli protokoldan və video görünütünü əks etdirən DVD diskdən görünür ki, otaqda xüsusi geyimdə şəxs özünü 12-ci PŞ-nin təhqiqatçısı Firuz Qasımov kimi təqdim edir və Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 07 sentyabr 2022-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. X10 polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü təqdim edərək bildirir ki, həmin bükümün içərisində olan maddə narkotik vasitə heroindir, həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə həmin maddəni saxlanılmamışdan əvvəl 07 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsi Fazenda yaşayış massivində qonşuluqda yaşayan Rövşən adlı şəxsdən 20 manata əldə etmişdir. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 48-49). 19.30 noyabr 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 arasında keçirilmiş üzləşmə zamanı, Şahid1 Təqsirləndirilən şəxs qarşı onun tərəfindən hər hansı bir formada psixoloji təzyiq və zorakılıq göstərilməməsini, barəsində bildirdiklərinin tam yalan olduğunu və üzərinə şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinin aşkar edilməsini Təqsirləndirilən şəxs üzünə deyərək təsdiq etmişdir (İ cild, səh. 157-159). 20.30 noyabr 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 arasında keçirilmiş üzləşmə zamanı, Şahid2 Təqsirləndirilən şəxs qarşı onun tərəfindən hər hansı bir formada psixoloji təzyiq və zorakılıq göstərilməməsini, barəsində bildirdiklərinin tam yalan olduğunu və üzərinə şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinin aşkar edilməsini Təqsirləndirilən şəxs üzünə deyərək təsdiq etmişdir (İ cild, səh. 160-162). 21.29 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 arasında keçirilmiş üzləşmə zamanı, Şahid3 Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə qəbul etməsi üçün 0,200-0,300 qram arasında narkotik vasitə heroin verməsini, Təqsirləndirilən şəxs həmin çəkidə narkotik vasitə aldını təsdiq etmişdir (İ cild, səh. 121-123). 22.«Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında» 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 2,890 qram narktik vasitə heroin maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (İ cild, səh. 182). 23.«Sübutların qiymətləndirilməsi haqqında» 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən bir ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (İ cild, səh. 173-180). 24.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 13). 25.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 4(008)- 747/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 74-76). 26.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 95). 27.İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü bir uşağı vardır (İ cild, səh. 65). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 30.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 31.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 32.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 33.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 34.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 37.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 5-ci bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 38.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 39.Məhkəmə, təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 40.Məhkəmə həmçinin müdafiəçinin vəsatətinə əsasən dinidirilmiş şahidlərin ifadəsinə münasibətdə qeyd edir ki, onlar təqsirləndirilən şəxsin qonşusu olmaqla onun xeyrinə ifadə vermələri istisna olunmur. 41.Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 42.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 43.Məhkəmə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 44.Belə ki, təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 45.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 46.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 49.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 51.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələbləri nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 53.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 54.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 55.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 56.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 57.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 58.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 07 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. 59.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 60.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 62.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. 63.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,790 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 64.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 65.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 66.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 67.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasında saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,790 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev