Məhkəmə qərarları › İş №1(101)-614/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-614/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-614/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində satıcı işlədiyi ünvan 1 ünvanında yerləşən köşkün qapısında Zərərçəkmiş şəxs ilə siqaretin qiymətinin baha olması səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun onu təpiklə vurub itələdikdən sonra sol qolunun köşkün içində olan rəfə dəyməsi nəticəsində sağlamlığa zərər vurmayan sağ dirsək oynağı nahiyəsinin sıyrığı xəsarəti alması və köynəyinin yaxasından tutub dartdığına görə ondan qisas almaq niyyəti ilə köşkdə olan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs iki dəfə qarın nahiyəsindən vurub ona qarının ön divarının daxilə nüfuz etməyən 2 (iki) ədəd deşilmişkəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs onun köynəyini buraxmadığı üçün yenidən bıçaqla bir dəfə onun döş qəfəsinin sol yarısına zərbə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək ağ ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və hemopnevmotorakla müşayiət olunan insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi “Qızıl Tac" restoranın yaxınlığında yerləşən tanışı Emilin icarə əsasında işlətdiyi köşkdə satıcı işləmişdir. Həmin köşkdə gündəlik tələbat mallarının satışı ilə məşğul olmuş və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxsla aralarında əvvəllər hər hansı bir narazılıq və ədavət olmamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində köşkdə tək olan zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs “Kia” markalı ** XJ *** dövlət nömrə nişanlı avtomobili köşkün qarşısında saxlamışdır. Zərərçəkmiş şəxs avtomobildən düşərək köşkün qarşına gəlib ona pəncərədən bir ədəd 20 manatlıq əskinas və 40 qəpik pul verərək “Kent 4” siqareti istəmişdir. O, Zərərçəkmiş şəxs bildirmiş ki, “Kent 4” siqaretinin qiyməti 3 manat 40 qəpik deyil, 3 manat 50 qəpikdir. Zərərçəkmiş şəxs siqaretin dəyərini artıranın ünvanına nalayiq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs bildirmiş ki, “mən burada satıcıyam, mənə hansı qiymətə deyiblər sat mən də həmin qiymətə satıram". Zərərçəkmiş şəxs onun bu sözündən sonra daha da aqressiv formada müdirinin ünvanına nalayiq ifadələr işlətmiş, o, Habilə bildirmiş ki, sən mobil nömrəni mənə ver, müdiriyyət gələndə həmin söyüşləri müdiriyyətin özünə deyərsən. Habil ona həmin vaxt bildirmiş ki, “nömrəmi niyə sən verim, səni məgər otelə aparacam”, Habilə söyüş söydüyü üçün iradını bildirəndə Habil onun və müdirinin ünvanına nalayiq ifadələr işlədə-işlədə köşkə daxil olmuşdur. Habil köşkə daxil olan kimi təpiklə bir dəfə onun sol budundan vurmuş, sonra isə onu sinə nahiyəsindən itələdiyi üçün həmin vaxt sağ dirsək nahiyəsi köşkün içindəki taxta rəfə dəyib xəsarət almışdır. Sonra Habil onu köynəyindən tutaraq çölə çıxartmaq məqsədi ilə dartaraq yumruqla vuran zaman o köşkün içərisində rəfdə olan mətbəx bıçağını götürərək bir dəfə bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə vurmuş, Habil ondan uzaqlaşmadığı üçün ikinci dəfə bıçaqla vurmuş ki, ondan uzaqlaşsın Habil əyildiyi üçün bıçaq Habilin sol döş hissəsinə dəymişdir. O, Habili vurandan sonra Habil ondan uzaqlaşaraq avtomobilinə minərək çıxıb getmişdir. Hadisədən sonra o, qorxduğu üçün yaşadığı evə getmiş, xx.xx.2020-ci il tarixdə gecə saatlarında onu yaşadığı evdən 19-cu PŞ-nə dəvət etdikləri üçün PŞ-nə getmişdir. Həmin dava-dalaş Nəsimi rayonu 20 Yanvar küçəsi Qızıl Tac şadlıq sarayının yaxınlığında yerləşən Köşkün qapısının qarşısında yəni o, köşkün içəri tərəfində Habil isə köşkün qapısının qarşısında, lakin çöl tərəfində olanda bıçaqla vurmuşdur. Həmin dava-dalaş ani olaraq baş vermiş, onun Habili bıçaqla vurmağını heç kim görməmiş, dava-dalaşın səbəbi Habilin onu təhqir etməsi və onun üstünə hücum edərək onu döyməsi olmuşdur. O, həmin bıçaqla köşkdə kolbasa və çörək doğramaq məqsədi ilə saxlamış, həmin bıçağın dəstəyi taxta, tiyəsi isə boz rəngindədir. Həmin bıçağı o, 1001 xırdavat mağazasından almış, dava-dalaş zamanı üzərində uzunqol düyməli köynək və cins şalvar olmuşdur. Həmin dava-dalaş zamanı Habil köşkə daxil olan kimi onu təhqir edərək təpiklə sağ ayaq nahiyəsindən vurmuş, sonra onu sinə nahiyəsindən itələdiyi üçün o sağ dirsək nahiyəsi köşkdə olan taxtalara dəymişdir. Zərərçəkmiş şəxs onu təhqir edib döydüyü üçün köşkün içərisində olan mətbəx bıçağını götürüb qarın nahiyəsindən bıçaqla vurmuşdur. Lakin buna baxmayaraq Habil onu buraxmadığı üçün Habili təkrar bıçaqla vurmuşdur ki, onu buraxsın. Törətdiyi əməldən peşmandır, hazırda Habillə barışmış, Habilin ona qarşı şikayəti və tələbi yoxdur. X1 2-ci Qarabağ müharibəsində Ağdərə-Tərtər istiqamətində döyüş əməliyyatlarında iştirak etməsini, ailə vəziyyətlərinin çətin olmasını, qardaşının səhhətinin yaxşı olmaması səbəbindən ailələrinin onun qazancına ehtiyacının olmasının, zərərçəkmiş şəxslə barışmasının, səmimi peşmançılığının nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, “** XJ ***” dövlət nömrə nişanlı “Kia Optima' markalı avtomobil ilə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında hər hansı bir narazılıq və ədavət olmamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində o, Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi ilə Moskva prospekti istiqamətində hərəkət etdiyi zaman yolun sağ tərəfində köşk görüb siqaret almaq məqsədi ilə avtomobilini saxlayıb köşkə yaxınlaşmışdır. O, cibindən 20 manat və 40 qəpik pul çıxardıb köşkün pəncərəsindən sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs verib bir ədəd Kent 4 siqareti istəmişdir. Həmin vaxtı Qorxmaz ona bildirmiş ki, “kent 4 siqareti 3 manat 40 qəpik deyil'. O da Qorxmaz bildirmişdir ki, “məhərrəmlik ayıdır, qanunda siqaretin qiyməti nəqirsə həmin qiymətdə ver”. Həmin vaxt onunla Qorxmaz mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs köşkün qapısını açıb çölə çıxmaq istədiyini görüb Qorxmazı sakitləşdirmək üçün köşkün qapısına tərəf gələrək onunla mübahisə etmişlər. O, Qorxmaza yerinə keçməyi qoyulan qaydalara əməl etməyi tələb etdiyi zaman Qorxmaz köşkdən bıçaq götürərək iki dəfə onun qarın nahiyəsindən vurmuş, sonra o əyilib qarnını tutduğu zaman bir dəfə də döş qəfəsinin sol tərəfindən bıçaqla vurmuş və qarnı qanadığı üçün Respublika Klinik xəstəxanasına getmək məqsədi ilə idarə etdiyi avtomobilə əyləşib bir qədər hərəkət edəndən sonra 5 saylı TTYS avtomobilini görüb həmin avtomobilə əyləşib Respublika Klinik xəstəxanasına getmişdir. Həmin hadisə Nəsimi rayonu 20 Yanvar küçəsində yerləşən Köşkün qapısından çöldə ani olaraq baş vermiş, dava-dalaşı heç kim görməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı bir narazılığı və ədavət olmamışdır. Zərərçəkmiş şəxs onun oğludur və onunla eyni evdə yaşayır. Habil icarəyə götürdüyü ** XJ *** markalı “Kia Optima” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində o evdə olduğu zaman oğlu Habil ona mobil telefonla zəng edərək bıçaqlandığını və Respublika Klinik Xəstəxanasına getdiyini bildirmişdir. O da həmin vaxtı evdən çıxaraq Respublika Klinik Xəstəxanasına getmiş və orada ona məlum olmuş ki, oğlu Habil bıçaqlanmışdır. Bundan sonra o DİN-nin 102 xidmətinə zəng edərək oğlu Habilin bıçaqlanması barədə məlumat vermişdir. Oğlu Zərərçəkmiş şəxs özünə gələndən sonra ona hadisəni danışar, bildirmiş ki, 20 Yanvar küçəsində siqaret almaq istədiyi zaman Təqsirləndirilən şəxslə aralarında mübahisə baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Hadisə yerinə, təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri göstərib bir daha ifadəsində göstərdiklərini təsdiq etmişdir. Həmçinin baxış zamanı Zərərçəkmiş şəxs vurduğu bıçağı təqdim etdiyi üçün bıçaq götürülmüşdür. Baxış zamanı hadisənin ünvan 2 ünvanında yerləşən köşkün qapısının qarşısında baş verməsi müəyyən edilmişdir. (iş vərəqə 7-9) İş materiallarına əlavə olunmuş, ifadənin yerində yoxlanması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək üçün ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs onu bıçaqla vurduğu yeri göstərib bir daha ifadəsində göstərdiklərini təsdiq etmiş və ifadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, hadisə ünvan 3 saylı ünvanda yerləşən köşkün qapısında baş vermişdir. (İş vərəqə 102-105) İş materiallarında olan, xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirildiyi zaman onlar ifadələrində göstərdiyi xüsusatları bir-birlərinin üzlərinə deməklə bir daha təsdiq etmişlər. (iş vərəqə 153-154) İş materiallarında olan, əşyanın təqdim edilməsi və götürülməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli və xx xxxxxxxx 2020-ci il tarixli protokollardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd köynək və Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd köynək müvafiq protokol tərtib edilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs köynəyinə baxış zamanı müəyyən edilmişdir ki, köynəyin ön hissəsinin sol tərəfində bir ədəd zədə olması və dördüncü düymənin yerində olmaması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs köynəyinə baxış keçirilən zaman köynəyin üzərində qanabənzər ləkələr olması, köynəyin ön aşağı tərəfində və ön sol hissəsində zədələr olduğu müəyyən edilmişdir. (iş vərəqə 33-75) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 xx xxxxxxxx 2020-ci il tarixli 754 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: sağ dirsək oynağı nahiyəsinin sıyrığı küt əşyanın təsirindən əmələ gəlmişidir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. (iş vərəqə 79-80) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 xx.xx.2020-ci il tarixli 819 №-li rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: döş qəfəsinin sol yarsının daxilə nüfuz edərək ağciyəri zədəliyən l(bir) ədəd deşilmiş kəsilmiş yarası, qarnın ön divarının daxilə nüfuz etməyən və hemopnevmotorakla müşayiət olunan 2 (iki) ədəd deşilmiş kəsilmiş yaraları deşici kəsici əşyanın ola bilsin ki, bıçağının tiyəsinin deşici-kəsici təsirindən, onun tibbi yardım üçün Akademik M.Əmirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. (iş vərəqə 106-109) İş materiallarında olan Nəsimi rayon MTE-nin eksperti A. Mustafayevin ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamış aralarında hər hansı bir münasibət olmamışdır. Məhkəmə tibbi ekspertiza qərarı əsasında xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs tibbi müayinə etdiyi zaman müəyyən etmişdir ki. Zərərçəkmiş şəxs qarın nahiyəsinin sol yarısında köndələn çəp istiqamətli 0,8 sm və 2 sm, döş qəfəsinin sol yarısında arxa qoltuqaltı xətt üzrə V qabırğaarası səviyyəsində köndələn çəp istiqamətli 1,3 sm uzunluqlarda üzərlərində cərrahi tikiş izləri olan kənarları hamar, qırmızımtıl-çəhrayımtıl rəngli çapıqlar aşkar edildi. Tibbi sənədlərə və tibbi müayinəyə əsasən nəticəyə gəlmiş ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək ağciyəri zədəliyən 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası, qarnın ön divarının daxilə nüfuz etməyən və hemopnevmotorakla müşayiət olunan 2 (iki) ədəd deşilmiş kəsilmiş yaraları deşici kəsici əşyanın ola bilsin ki, bıçağının tiyəsinin deşici-kəsici təsirindən, onun tibbi yardım üçün Akademik M.Əmirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Həmin xəsarətlərdən döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək ağciyəri zədəliyən 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası dərəcəsinə görə sağlamlığa Ağır zərərvurmaya, qarnın ön divarının daxilə nüfuz etməyən 2 (iki) ədəd deşilmiş kəsilmiş yaralan isə dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər olmasını göstərmişdir. (iş vərəqə 110-112) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/2176 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1№-İi cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs köynəyinin üzərində aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər, Zərərçəkmiş şəxs köynəyinin üzərində Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərindən yoxdur. (iş vərəqə 121-127) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3/1296, 3/1297 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bağlamanın üzərində “Təqsirləndirilən şəxs məxsus” qeydləri edilmiş bir ədəd köynəyin ön hissəsinin sol tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədə vardır. Həmin zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterdir, dartılıb cırılma zədəsidir. Tədqiqata təqdim edilmiş bağlamanın üzərində “Zərərçəkmiş şəxs məxsus qeydlər edilmiş” bir ədəd köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş iki ədəd zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Ümumi əlamətlərinə əsasən həmin köynəyin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) də təsirindən yaranması mümkündür. Həmin zədələr zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin dəqiq olaraq hansı bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş bağlamanın üzərində “Bayramov’ Habil Rasim oğluna məxsus qeydlər edilmiş” bir ədəd köynəyin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətində, iti tərəfi zərərçəkmişə nisbətdə sağa doğru istiqamətdə olmaqla yetirilmişdir. Həmin zədələrin müxtəlif şəraitlərdə yaranması mümkündür. (iş vərəqə 128-132) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2020-cu il tarixli 2200 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyindən onun psixiatrik müalicəyə ehtiyacı yoxdur. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı, psixi vəziyyətinə görə məcburi müəalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. (iş vərəqə 133-135) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəyini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətində “intizam xarakterli hərbi hissədə saxlama” cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 06 ay sınaq müddəti müəyyən edilməklə ona təyin edilən 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti hesab edilmişdir. (iş vərəqə 88-89) Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istinad olunan sənədlər və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsi əsasında Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin residivi halının müəyyən edilmədiyini qeyd edir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs istintaqa ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-cu il tarixdə aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs onu bıçaqla vurub xəsarət yetirməsinə baxmayaraq, artıq onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs valideynləri tərəfindən ona dəymiş ziyan ödənilmişdir. (iş vərəqə 136) İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs valideynləri ona maddi və mənəvi yardım göstərmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağsu Rayonu İcra Hakimiyyəti Başçısının Növcü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 230 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 93) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 482 saylı arayışdan və AO1168824 nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X8 2-ci Qarabağ müharibəsi zamanı xx.xx.2020-ci il tarixdə səfərbərliyə cəlb edilmiş, xx.xx.2020-ci il tarixədək Ağdərə-Tərtər istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlini tam etiraf edərək səmimi peşmançılıq çəkməsini, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxslə barışması, ona maddi və mənəvi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Nəsimi RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd köynək və həmçinin Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 259 (iki yüz əlli doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, 4(006)-570/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 21, 59-62) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq onun barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət, yəni 05 ay 12 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı 180 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni 05 ay 12 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağsu rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin və onun barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 259 (iki yüz əlli doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – Nəsimi RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd köynək və həmçinin Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılsın. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüququ yardımla bağlı dövlət büdcəsinin hesabından Xırdalan şəhəri vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar