Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-614/2022 01.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə1 Volodiya oğlunun, müdafiəçilər: «VERDİKTUM» Vəkil Bürosunun vəkilləri: Müdafiəçi2 Qurdan oğlu, Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bahadır oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, müəyyə n e t d i: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 09 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanının qarşısında tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 Bahadır oğlu ilə birlikdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qazanc əldə edəcəyi barədə vədlər vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb edib sonuncularla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək üzərində dəstəyi ağ «akula» adlanan bıçaqı silah qismində istifadə edib tətbiq edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayət qrupun üzvü Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs üz nahiyyəsindən başı ilə vuraraq cibindən içində iki manat olan 20 manat dəyərində qara rəngli dəridən ibarət markası olmayan pul kisəsini, Təqsirləndirilən şəxs2 isə dodaq nahiyyəsindən başı ilə vuraraq əlindəki üzərində 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan 600 manat dəyərində “Samsung GalaxyA52” markalı **********20463 imei kodlu mobil telefonunu ələ keçirərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edilməsi ilə bağlı olan basqın edib üst dodağın və sol bazunun qançırları ilə nəticələn, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 627 manat maddi ziyan vurmaqla quldurluq etmişlər. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işi üzrə ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 cinayət işində olan ittiham aktının təsviri-əsəslandırıcı hissədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bahadır oğlunun Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələrini göstərimiş, ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 627 manat maddi ziyan vurmaqla quldurluq etmələrini qeyd etmiş, lakin təqsirləndirilən şəxs - yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ağır cinayətin törədilməsinə cəlb etmələrini, üəni CM-nin 170.3-cü maddəsinin dispozisiyasını göstərməmişdir. Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinin tələbinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilməlidir. Qeyd olunan ittiham aktının hazırki tərtibatı cinayət prosessual qanunvericiliyinin müvafiq tələbinin kobud şəkildə pozulduğunu göstərir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 293.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab olunur. Məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289, 303.3.6, 306 və 307-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: 1.Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Qərarın surəti məlumat üçün cinayət prosesinin iştirakçılarına və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna göndərilsin. 3.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Bahadır oğlu və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri 01 (bir) ay müddətə 31 mart 2022-ci il tarixədək uzadılsın.
4. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 oğlunun haqqında xüsusi qərar çıxarılsın.