Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-614/2024 10.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Qağacılı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.1 və 283-1.3-cü maddələri ilə, xx xxxx 1992-ci il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Qağacılı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 və 283-1.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasında aparılan silahlı münaqişələrdə iştirak edən sabit qrupa cəlb edib onunla birlikdə bu zəmində həmin ölkədə aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə 2015-ci ilin yanvar ayında Türkiyə Respublikasının Gaziantep şəhərinə, oradan isə Suriya Ərəb Respublikası ərazisinə gələrək Raqqa şəhərində Birləşmiş Millətlər Təşkilatının 2170(2014) saylı qətnaməsi ilə terror təşkilatı kimi tanınan “İŞİD”in sabit silahlı qruplarına daxil olmuşdur. Həmin qrupların tərkibində Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan “Əmir Davud” ləqəbi ilə tanınan şəxsin ümumi rəhbərliyi altında fiziki və döyüş təlimlərində iştirak edərək odlu silahdan istifadə qaydalarına yiyələnmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 və digərləri “Osman” ləqəbli şəxsin rəhbərliyi altında sabit qrupun tərkibində ətraf qəsəbələrdə müdafiə istehkamları quraraq dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində 2015-ci ilin iyun ayinədək olan müddət ərzində silahlı münaqişələrdə iştirak etmiş, sol əlindən yaralanmış, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan bu əməllərinə görə məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasında aparılan silahlı münaqişələrdə iştirak edən sabit qrupa daxil olub həmin ölkədə aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə 2015-ci ilin yanvar ayında Türkiyə Respublikasının Gaziantep şəhərinə, oradan isə Suriya Ərəb Respublikası ərazisinə gələrək Raqqa şəhərində Birləşmiş Millətlər Təşkilatının 2170(2014) saylı qətnaməsi ilə terror təşkilatı kimi tanınan “İŞİD”in sabit silahlı qruplarına daxil olmuşdur. Həmin qrupların tərkibində Təqsirləndirilən şəxs2 “Əmir Davud” ləqəbi ilə tanınan şəxsin ümumi rəhbərliyi altında fiziki və döyüş təlimlərində iştirak edərək odlu silahdan istifadə qaydalarına yiyələnmiş, daha sonra Raqqa şəhərində “İŞİD” terror təşkilatının tərkibində mühasib kimi fəaliyyət göstərib müvafiq qaydada siyahıya almaqla silahlı münaqişələrdə iştirak edən qrup üzvlərinə və sonuncuların ailə üzvlərinə aylıq pul vəsaitləri və ərzaq təminatı, silahlı münaqişələr zamanı yaralanmış qrup üzvlərinə və həlak olmuş şəxslərin ailə üzvlərinə birdəfəlik maddi yardımların verilməsi işini təşkil etməklə, terror təşkilatı və onun tərəfindən silahlı münaqişələrin aparılması üçün İstifadə olunacağını bilərək pul vəsaitlərini və digər əmlakı tamamilə, bilavasitə qəsdən toplamaqla və verməklə terrorçuluğu maliyyələşdirmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan bu əməllərinə görə məhkum olunmamışdır. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 283-1.1 və 283-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, qardaşı Mircəvada Suriyaya getməyi təklif etmişdir. Mircavad buna etiraz etməmişdir. Onlarn məqsədləri islam dininin olduğu bir dövlətdə yaşamaq olmuşdur. 2015-ci ilin yanvar ayında o, arvadı Dərya, azyaşlı qızı Leyla və Mircavadla Bakı-İstanbul reysi ilə Türkiyəyə, İstanbuldan isə avtobusla Antalyaya öz evlərinə getmişlər. Orada təxminən bir ay qaldıqdan sonra Qazientep şəhərinə avtobus bileti almış və həmin şəhərə getmişlər. Sərhədi keçdikdən sonra ilk olaraq Ray qəsəbəsinə getmişlər. Növbəti gün Raqqa şəhərinə getmiş, orada onları rus dilli dağıstanlılar qarşılamışdır. Davud adlı şəxs özü həmin vaxt orada olmamış, Davudun dəstəsinə daxil olan şəxslər onlara bir neçə gündən sonra “muaskar”a, yəni hərbi təlimlərə cəlb ediləcəklərini bildirmişlər. Bir neçə gündən sonra Mircavadla birlikdə hərbi təlimlərə qatılmışlar. Təlimlərin ilk günləri fiziki hazırlıqları yoxlanılmış, Mircavad fiziki baxımdan zəif olduğu onun hərbi əməliyyatlarda iştirak edə bilməyəcəyini demişlər. Əvəzində isə “İŞİD” mücahidlərinin aliə üzvlərinə müəyyən pul məbləğlərinin və ərzaqların paylanılmasında iştirak etmişdir. Bir müddət sonra oradak vəiyyətin pis olduğunu, İŞİD döyşçülərinin onlara pis münasibət göstərmələri və onları incitmələri, o cümlədən ondan və digər şəxslərdən döyüşlərdə canlı qalxan kimi istifadə etdikləri səbəbindən oradan qaçaraq Türkiyəyə keçmişlər və sonra Azərbaycana qayıtmışlar. O və qardaşı Mircavad Suriyada olarkən İŞİD qruplaşmasının tərkibində olarkən heç kimin öldürülməsində iştirak etməmiş, heç kimi öldürməmiş, qardaşı Mircavadı Suriyada İŞİD qruplaşmasına qoşulmasına dəvət etməmiş, onu həmin qruplaşmaya cəlb etməmiş, yaşamaq üçün Suriyaya getmələrini təklif etmiş və Mircavad da onunla razılaşmışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.1 və 283.1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək göstərmişdir ki, 2000-ci ildən ailəsilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır. 2001-ci ildə isə Tümen şəhərinə yaşamaq üçün getmişdir. Orta təhsilini Tümen şəhərində yerləşən 8 saylı məktəbdə bitirdikdən sonra Tümen Dövlət Universitetinin gömrük işi fakültəsinə daxil olmuş və 2006-2011 -ci illərdə ali təhsil almışdır. O, Mircavad adlı qardaşının və Aytən adlı bacısının olduğunu bildirmişdir. O, 2009-cu ildən ibadət etməyə və namaz qılmağa başladığını, qardaşı Mircavadın da onunla eyni vaxtda ibadətə başlayıb namaz qıldığını bildirmişdir. İbadətə başladıqdan sonra Suriyada gedən proseslər onun diqqətini çəkmiş, Suriyaya gedib “İslam Döv!əti”nə qoşulmaqla istədiyi kimi dini yaşaya biləcəyini düşünmüşdür. Onun sözlərinə görə Rusiyada İslam dininin təbliğinə elə də çox yol verilmirdi. Tümendə yaşadığı müddət ərzində, yəni 2010-cu ilin mart Dərya adlı qızla tanış olmuşdur. Dərya Tümendə neft-qaz universitetində ali təhsil alırdı. O, Dərya ilə anasına məxsus Tümen şəhəri Qazavikov küçəsi ev 12 mənzil 1 ünvanında yerləşən evdə yaşadığını qeyd etmişdir. Tanış olduqdan bir müddət sonra Dərya ilə evlənməyə qərar vermiş, məsciddə nikah kəsdirmişlər. Həmin ərəfədə o, gül mağazasında buklet paylayan, daha sonra “Neftepromaş” zavdovunda fəhlə, 2012-2014-cü illərdə tikinti materialları satılan dükanda satıcı işləmişdir. Sonuncu iş yerində onunla birlikdə işləyən “Əli” dini ləqəbli Rusiya Federasiyası vətəndaşı X3 yaxın münasibəti yaranmış, ümumi söhbət əsnasında Əli ona Suriyada yaradılmış “İslam Dövləti”ndə yaşamaq istədiyini demişdir. O da Əlinin fikrini bölüşdüyünü deyərək Suriyaya gedəcəyini bildirmişdir. O, 2014-cü ildən etibarən Suriyaya yaşamaq istədiyini Dəryaya demiş, lakin ilk söhbətlərdən “İŞlD”ə qoşulmaq istədiyini bildirməmişdir. O, Dəryaya müxtəlif videolar göstərməklə Suriyada əsl islamın olduğunu və hər bir məsələnin şəriətlə həll olunduğunu sübut etməyə çalışmışdır. Dərya ilk olaraq buna etiraz etmiş, lakin sonradan onunla Suriyaya getməyə razılaşmışdır. Həmin ərəfədə qaynanası Yelena ilə olan ümumi söhbətlər zamanı O, Tümendə olan evi satıb Türkiyənin Antalya şəhərindən ev almağı təklif etmişdir. Yelena mənzilin satılmasına etiraz etməmişdir.cü ilin iyun ayında onlar Tümendə olan mənzili satmış, Dərya anası ilə birlikdə Türkiyəyə mənzil almaq üçün getmişlər. Tüməndən tanıdığı Aleksey adlı şəxs Türkiyədə arvadını və qaynanasını qarşılamışdır. Aleksey mənzil almaq üçün Dəryanı Hikmət adlı maklerlə tanış etmiş və onun köməkliyi mənzil alınmışdır. Bundan sonra Dərya anası ilə birlikdə Tümenə qayıtmışlar.Yeni nəsil pasportu olmadığı üçün o, 03 noyabr 2014-cü ildə Azərbaycana qayıtmış və yuxarıda qeyd etdiyi ünvanda, yəni ünvan 3 ay Dəryaya ilə yaşamışdır. O, pasport aldıqdan sonra qardaşı Mircavad 2014-cü ilin fevral ayından Azərbaycanda gəlmiş və ümumi söhbət əsnasında o, Mircəvada onlarla birlikdə Suriyaya getməyi təklif etmişdir. Mircavad buna etiraz etməmişdir. O, Mircavadla birlikdə ümumiyyətlə Suriyaya gedib “İŞİD”ə qoşuimaqla bağlı heç kimə bu barədə heç nə deməmiş, məqsədlərinin isə islam dininin olduğu bir dövlətdə yaşamaq və zalimlərə qarşı cihad etmək olmuşdur. 2014-cü ilin yanvar ayında o, Dərya, azyaşlı qızı Leyla və Mircavad Bakı-İstanbul reysi ilə Türkiyəyə, İstanbuldan isə avtobusla Antalyaya öz evlərinə getmişlər. Orada təxminən bir ay qaldıqdan sonra Qazientep şəhərinə avtobus bileti almış və həmin şəhərə getmişlər. O, Tümen şəhərindən tanıdığı Rusiya vətəndaşı olan Roman adlı şəxs həmin ərəfədə artıq Suriyada olduğunu və onunla vatsapla əlaqə saxladığını bildirmişdir. Roman ona Suriyaya necə keçə biləcəyini başa salmışdır. Qazientep şəhərinə səhər saatlarında çatdıqdan sonra Roman sərhədi yalnız gecə saatlarında keçə biləcəklərini bildirmişdir. Həmçinin Roman ona rus dilli olduğu üçün Rakka şəhərində əmir Davudun rəhbərlik etdiyi “Qazax camaatLna qoşula biləciyini də qeyd etmişdir. O, həmin camaatın Dağıstan və Qazaxıstandan gələn şəxslərdən ibarət olduğunu da vurğulamışdır. Onlar axşama kimi şəhərdə gözlədikdən sonra axşam saatlarında yoldan keçən taksilərdən biri ilə sərhəd istiqamətində getdiklərini, sərhədə yaxın əraziyə çatanda orada 5-7 nəfər arası şəxsin olduğunu da bildirmişdir. Ümumi söhbət əsnasında həmin şəxslərində Suriyaya keçmək istədiklərini öyrənmişdir. Sərhədi keçdikdən sonra miniven tipli maşının onları gözlədiyini, həmin maşınla ilk olaraq Ray qəsəbəsinə gəldiklərini demişdir. Orada olan şəxslər ondan hansı camaata qoşulmaq istədiklərini soruşmuş, cavabında o, əmir Davudun camaatına qoşulmaq məqsədilə gəldiklərini bildirmişdir. Növbəti gün onları Raqqa şəhərinə aparmış, orada onları rus dilli dağıstanlılar qarşılamışdır. Davud özü həmin vaxt olmamış, Davudun dəstəsinə daxil olan şəxslər onlara bir neçə gündən sonra “muaskar”a, yəni hərbi təlimlərə cəlb etdiklərini bildirmişlər. O, qardaşı Mircavad isə buna etiraz etməmişdir. Bir neçə gündən sonra Dəryanın qızı ilə birlikdə Rakka şəhərində qaldıqlarını, özü isə Mircavadla birlikdə yeni qatılan daha 5 nəfərlə hərbi təlimlərə qatıldıqlarını bildirmişdir. “Muaskar” Raqqa şəhərindən 100 km məsafədə aralıda yerləşmişdir. Təlimlər Davudun adamları tərəfindən keçirilirdi. Təlimlərin ilk günləri fiziki hazırlıqları yoxlanılmış, Mircavad fiziki baxımdan zəif olduğu onun hərbi əməliyyatlarda iştirak edə bilməyəcəyini demişlər. Əvəzində isə onu “İŞİD”in tərkibinə daxil olan “Qazax camaatı”nın maliyyə-mühasibatlıq məsələləri ilə məşğul olmağı tapşırmışlar. Təlimlər zamanı ona ümumi olaraq odlu silahdan istifadə qaydaları, aviabombardman zamanı müdafiə, eləcə də hücum və müdafiə taktikaları öyrədilmişdir. O,“muaskar”da təxminən 7 gün təlim keçdikdən sonra Rakkaya qayıtmış, bundan sonra onları başqa qəsəbəyə aparmışlar. Mircavadı isə maliyyə sənədləri ilə məşğul olması üçün Rakkaya qaytarılmışdır. O, Mircavadın uİŞİD”in tərkibində döyüşərək yaralanmış və ya həlak olmuş mücahidlərin ailə üzvləri üçün nəzərdə tutulmuş kompensasiyanın müəyyən edilməsi üçün lazımı siyahıların tərtib olunmasını həyata keçirdiyini bildirmişdir. Təlimdən sonra onu qəsəbəyə gətirərək 1 ədəd “Kalaşnikov” markalı avtomat və 2 ədəd patronla dolu daraq vermişlər. O, həmin qəsəbənin Türkiyə sərhədinə yaxın bir yerdə olduğunu və həmin ərazini PKK döyüşçülərindən müdafiə etdiyini bildirmişdir. Ona bu ərazi müdafiə olunmasa PKK-nın daha bir addım yaxına gələcəyi deyilmişdir. O, həmin qəsəbədə təxminən 3 həftəyə yaxın müddətdə qaldığını, qəsəbədə onlardan başqa heç kimin olmadığını, dəstənin rəhbərinin isə Davudun yaxın adamı Osman olduğunu bildirmişdir. Osman onları qəsəbənin içərisində konkret ərazi üzrə bölmüş, o, adını hazırda xatırlamadığı bir şəxslə birlikdə xidmət apardığını demişdir. Xidmətin təxminən 17-ci günündə qəsəbə avibombardmana məruz qalmış və nəticədə sol əlinin orta barmağından qəlpə yarası almışdır. Daha sonra onları maşınla Rakkaya qaytarmış, Osman Davuda müdafiə etdikləri ərazinin aviabombardmana məruz qaldığını bildirmişdir. O, xəstəxanaya getmiş, orada barmağına gips qoyulmuş, bundan sonra ailəsinin yanına qayıtmışdır. Mircavad isə gündəlik olaraq işləmiş, iş dönəmində eləcə də ona qida anbarının maliyyə işləri tapşırılmışdır. Mircavad alınan qida məhsullarına sərf edilən ümumi məbləği çıxarıb digər bir şəxsə verirdi. Bununla yanaşı onun sözlərinə görə ay ərzində hər bir mücahidə 50 ABŞ dolları məbləğində əmək haqqı verilirdi. O, ailə olaraq üç nəfərdən ibarət olduğu üçün 150 ABŞ dolları məbləğində əmək haqqı alırdı. Bir müddətdən sonra ona növbəti hərbi əməliyyatlarda iştirak etmək təklif edilmiş, lakin aldığı xəsarətə görə hərbi əməliyyatlarda iştirak edə bilməyəcəyini söyləmişdir. 2015-ci ilin may ayında o, artıq orada qala bilmədiyi üçün həmin yeri tərk etmək qərarına gəlmiş, yerli taksi sürücüsü ilə danışaraq sərhədə kimi onları aparmağı xahiş etmişdir. Taksi sürücüsü bu işin müqabilində ondan 200 ABŞ dolları məbləğində pul istəmiş, bundan sonra onları Ray qəsəbəsinə kimi aparmışdır. Onlar sərhədi keçmək istəyəndə şəriət polisi onları saxlamış və şəxsiyyətlərinin müəyyən olunması üçün yenidən Ray qəsəbəsinə göndərmişlər. Bir neçə saat onları yoxladıqdan sonra “Qazax camaatfna daxil edildiklərinə əmin olmuşlar. Bundan sonra onları yenidən Raqqa şəhərinə qaytarmışlar. Mircavad öz vəzifəsindən istifadə edərək “İŞİD"in möhürü ilə saxta blank hazırlamış, həmin blanka əsasən onlar “İŞİD” postlarını rahatlıqla keçə bilmişlər. Bundan sonra, 2015-ci ilin iyun ayının əvvəllərində taksi ilə onlar Suriya- Türkiyə sərhədinə gəlmiş, axşam saatlarında isə sərhədi Türkiyə istiqamətində keçmişlər. X1yıtdıqdan sonra Mircavad cinayət məsuliyyətinə cəlb olunmamaq üçün atasının qohumugilə, yəni Qazaxıstana getmişdir (1ci cild iş vərəqi 24-26, 69-72, 85-88, 255-258). Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 214-1 və 283-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2015-ci ilin yanvar ayında qardaşı Təqsirləndirilən şəxs1 və onun həyat yoldaşı Darya ilə birlikdə Azərbaycandan Suriyaya yollanmışlar. Onlar əvvəlcə aviareyslə Bakıdan İstanbula, daha sonra oradan avtobusla Antalya şəhərinə gəlmiş və Daryanın burada olan evində qalmışdırlar. Onlar həmin evdə 2-3 həftə qaldıqdan sonra 2015-ci ilin yanvar ayında Qaziantep şəhərindən Suriyanın Ray qəsəbəsinə keçmişlər. Onlar Suriyaya keçdikdən sonra Ray qəsəbəsində təxminən 1 həftə qaldıqdan sonra İŞİDin tərkibində olan rusdilli bir şəxs onları Rakka şəhərinə aparmışdır. Həmin şəhərdə onların olduqları “Qazax camaatı” adlı qrupa rəhbərliyi Qazaxıstan Respublikası vətəndaşı “Davud” adlı şəxs etmişdir. Davud bütün təlimlərə, döyüşlərə getməyə, maliyyə məsələlərinə və digər məsələlərə rəhbərlik etmişdir. Onlar Rakka şəhərində olanda orada o və qardaşı Davudun adamlarının keçdiyi təlimlərdə - muazkarda iştirak etmişdir. O, təlimərdə olarkən fiziki cəhətdən zəif olduğu üçün idman təlimlərindən keçə bilməmişdir. Bundan sonra, onun bacaracağı bir işə yönləndirməsi qərarlaşdırılmışdır. O, bundan sonra İŞİD-in nümayəndəsinin ona verdiyi siyahı əsasında pul məbləğlərini və ərzaqları İŞİD döyüşçülərinin aliə üzvlərinə çatdırmaqla məşğul olmuşdur. Bundan sonra orada İŞİD döyüşçülərinin ona və qardaşına qarşı münasibətlərinin pis olduğunu görüb, oradan Türkiyəy qaçmışlar və sonra Azərbaycana qayıtmışlar. Qardaşı Mircəlal onu Suriyada İŞİD qruplaşmasına qoşulmağa cəlb etməmiş, özü könüllü olaraq yaşamaq üçün qardaşı ilə birlikdə Suriyaya getmiş, Suriyada İŞİD təşkilatının maliyyələşdirilməsi ilə məşğul olmamış, İŞİD nümayəndəsinin ona verdtiyi pul vəsaitlərini və ərzaqları qruplaşmanıın üzvlərinin ailə üzvlərinə çatdırmışdır Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 və 283.1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək göstərmişdir ki, 2009-cu ildən namaz qılmağa başlamışdır. 2012-ci ildə Rusiya Federasiyasının Tümen vilayətində idmanla məşğul olarkən Asəf Quliyev adlı şəxslə tanış olmuşdur. Asəf Rusiya vətəndaşı olmuşdur. Asəf Quliyev “Vəhhabi” təriqətinə etiqad edən şəxs olmuş, onlar tanış olduqdan sonra cümə günləri məscidə namaz qılmağa getmişlər. Asəf onu da özü kimi vəhhabi təriqətinə cəlb etmişdir. 2013-cü ildə Asəf ona Suriya Ərəb Respublikasında olan müsəlmanları öldürürlər və həmin müsəlmanlara kömək etmək üçün Suriyayagetmək, oradakı döyüşlərdə iştirak etmək lazım olduğunu bildirmişdir. Asəf 2013-cü ildə Rusiyanı tərk edərək Suriya ərəb Respublikasına İŞİD-in tərkibində döyüşmək üçün getmişdir. Ona da təklif etsə də ilk əvvəl o, Asəflə getməmişdir. Daha sonra 2014-cü ildə sənədləri qaydasında olmadığı üçün Azərbaycan Respublikasına deportasiya edilmişdir. O, 2015-ci ilin yanvar ayinədək Azərbaycanda qalmışdır. 2015-ci ilin yanvar ayında qardaşı Təqsirləndirilən şəxs1 və onun həyat yoldaşı X5 ilə birlikdə Azərbaycandan Suriyaya “İŞİD”in tərkibində gedən döyüşlərdə iştirak etmək məqsədilə yollanmışdır. Qardaşı Micəlal da və arvadı Darya da onun kimi vəhhabi təriqətinin nümayəndələri və İŞİD-in tərkibində döyüşmək üçün Suriyaya yollananlardan olmuşdur. Onlar əvvəlcə aviareyslə Bakıdan İstanbula, daha sonra oradan avtobusla Antalya şəhərinə gəlmiş və Daryanın burada olan evində qalmışdırlar. Darya həmin evi 2014-cü ildə öz anası ilə birlikdə Türkiyəyə gedərək almışdır. Onlar həmin evdə 2-3 həftə qaldıqdan sonra 2015-ci ilin yanvar ayında Türkiyə vətəndaşı olan taksi sürücüsünün köməyi ilə palçıqlı yollarla Qaziantep şəhərindən Suriyanın Ray qəsəbəsinə keçmişlər. Həmin taksi sürücüsünü, sərhəddən qaçaq yolla keçməyi və Suriyada qarşılanmağı, eləcə də İŞİD-in tərkibinə qatılmağı təşkil edən həmin Asəf Quliyev təşkil etmişdir. Asəf Quliyev İŞİD-in tərkibində sıravi döyüşçülərdən olmuşdur. Onlar Suriyaya keçdikdən sonra Ray qəsəbəsində təxminən 1 həftə qaldıqdan sonra İŞİD-in tərkibində olan rusdilli bir şəxs onları Rakka şəhərinə aparmışdır. Həmin şəhərdə onların olduqları “Qazax camaatı” adlı qrupa rəhbərliyi Qazaxıstan Respublikası vətəndaşı “Davud” adlı şəxs etmişdir. Davud bütün təlimlərə, döyüşlərə getməyə, maliyyə məsələlərinə və digər məsələlərə rəhbərlik etmişdir. Onlar Rakka şəhərində olanda orada o və qardaşı Davudun adamlarının keçdiyi təlimlərdə - muazkarda iştirak etmişdir. O, təlimərdə olarkən fiziki cəhətdən zəif olduğu üçün idman təlimlərindən keçə bilməmişdir. Həmçinin təlimlərdə avtomat “Kalaşnikov” AK-47-nin sökülüb-yığılması üzrə də onlara təlim keçilmişdir. Bundan sonra, onun bacaracağı bir işə yönləndirməsi qərarlaşdırılmışdır. O, mühasibatlıqda işlə təmin edilmişdir. O, İŞİD-in mühasibatlıq işlərini həyata keçirən şəxslərdən biri olmuşdur. Lakin o, digər mühasibatlıqla məşğul olan şəxsləri tanımamışdır. Çünki o, olduğu otaqda tək oturmuşdur. Ona İŞİD-in tərkibində olan “Qazax” camaatının maliyyə məsələləri tapşırılmışdır. O, həmin camaatın tərkibində olan döyüşlərdə iştirak edən şəxslərin ailələrinə ərzaq yardımının edilməsini həyata keçirmişdir. Həmin ərzaq İŞİD-in rəhbərliyi altında olan yük maşınları vasitəsilə gətirilmişdir. Gətirilən ərzaq onun tərəfindən Davudun rəhbərliyi ilə Rakka şəhərində olan döyüşlərdə iştirak edən, İŞİD-in rəhbərliyi altında olan şəxslərin ailələri arasında bölünmüşdür. Döyüşə gedən şəxslərin ərzaq təminatı həyata keçirilmişdir ki, onların belə problemləri olmasın. Həmin ərzaqlar yük maşınları tərəfindən gətirildikdən sonra orada olan binaların birinin həyətində yığılmışdır. Oradan isə əhaliyə paylanmışdır. Ərzaq hər bir ailəyə makaron, qarabaşaq, mərcimək, noxud, lobya hər birindən 5 kq olmaqla hər ailəyə verilmişdir. Bundan başqa, çörək hər ailəyə 1 qutu olmaqla verilmişdir. Un 10 kq olmaqla hər ailəyə verilmişdir. Bundan başqa, sabun, şampun, çay və digər həyati əhəmiyyətli mallar ailələrə çatdırılmışdır. Onun iş rejimi 09:00dan 17:00- dək olmuş, bütün ərzaqların verilməsi dəftərlərdə qeyd edilmişdir. Həmin dəftərlər maliyyə sənədləri kimi onda saxlanılmışdır. Bundan başqa, döyüşlərdə iştirak edən şəxslərin ailələrinə ərzaq yardımı ilə yanaşı ona verilən siyahı üzrə 50 ABŞ dolları böyüklər, 35 ABŞ dollar uşaqlar üçün pulu adam başına olmaqla hər ailəyə vermişdir. Bundan başqa, İŞİD-in tərkibində gedən döyüşlərdə ölən və yaralanan hər bir şəxs üçün 500-600 ABŞ dolları miqdarında ailəsinə maddi yardım edilmişdir. Həmin maddi yardım ona İŞİD rəhbərliyindən verilən siyahı üzrə həyata keçirilmişdir. O da həmin pulları ölən şəxslərin ailələrinə vermişdir. Həmin ərzaq və pulları ona gətirən şəxs “X8” ləqəbli əslən Dağıstandan olan hündür boylu 35-40 yaşlarında, idmançı bədən quruluşlu, qəhvəyi rəngli saçları olan şəxs olmuşdur. O, ərzağı ailələrə verərəkən həmin ailələrin adları yazılmış kağızları toplamışdır. Həmin kağızlarda qeyd edilmiş adları daha sonra dəftərinə qeyd etməklə kimlərə ərzaq və pul verildiyini siyahıya almışdır. O, həmçinin qardaşı ilə “muazkar”dan sonra ayrıldıqda qardaşını 2015-ci ilin fevral ayı ərzində Rakka şəhərində görməmişdir. Daha sonra qardaşı Təqsirləndirilən şəxs1 qayıdıb gəldikdə barmağında sarıq olmuş və yaralı olmuşdur. O, qardaşından bunun harada olduğunu soruşduqda o, bildirmişdir ki, PKK terror təşkilatı ilə İŞİD-in tərkibində döyüşə gedəndə gecə vaxtı oturduqları yerə hava hücumu olmuşdur. Həmin hava hücumu zamanı barmağına qəlpə girib-çıxması nəticəsində barmağı sınmışdır. Daha sonra barmağı müalicə olunsa da düzgün birləşməmişdir. 2015-ci ilin may ayında o, qardaşı Təqsirləndirilən şəxs1 və arvadı X9 birlikdə qaçaq yolla keçərək Türkiyə Respublikasına qayıtmışdır. Qaçaq yolla keçməklərinə kömək edəcək şəxsləri onlar əvvəlcədən yerli adamlardan tapmışdır. Onların İŞİD-dən qaçma səbəbləri bu olmuşdur ki, orada olarkən müsəlmanlara kömək yox, terrorçuluq fəaliyyətinin həyata keçirildiyini görmüşlər. Türkiyəyə keçdikdən 2015-ci ilin sentyabr ayında o, Qazaxıstan Respublikasına təyyarə ilə getmişdir. Orada 2016-cı ilin mart ayınadək qalmış, 2016-cı ilin mart ayında İstanbula getmişdir. Orada 1 ay qaldıqdan sonra Azərbaycana 2016-cı ilin may ayında qayıtmışdır (1-ci cild iş vərəqi 27-29, 47-49, 97-99, 252-254). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zəmanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğludur. Mircəlal həmişə turizm işi ilə, Mircavad isə müxtəlif işlərdə çalışmışdır. 2015-ci ilin yanvar ayında böyük bacısının ərinin vəfatı ilə bağlı o, Kürdəmirdə olduğunu, Bakıya qayıtdıqdan sonra Mircəlal və Mircavadın evdə olmadığını görmüş və bundan çox narahat olmuşdur. Bir neçə gündən sonra Mircəlal ona zəng edərək Türkiyədə olduqlarını, oraya işləmək üçün getdiklərini bildirmişdir. 2015-ci ilin sonlarına yaxın Mircəlal Azərbaycana, Mircavad isə atasının qohumlarının yanına, yəni Qazaxıstana getmişdir. Mircəlal və Mircavadın “İŞİD”in sabit silahlı qruplarına daxil olduğundan məlumatsız olmuşdur, Mircəlal ona çox qısa bir müddətdə Suriyada yaşadıqlarını, lakin orada iş tapa bilmədikləri üçün yenidən Türkiyəyə qayıtdıqlarını demişdir. O, X6 Respublikası ərazisində olarkən daxil olduğu silahlı birləşməsinin fəaliyyətində iştirak etməsindən və hərbi əməliyyatlar zamanı xəsarət almasından məlumatsız olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. 20 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünürk ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.1 və 283-1.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilindiyinə görə həmin tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 61-62). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 115-119). 20 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqыnda protokoldan görünürk ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə həmin tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 40-41). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, iş vərəqi 120-124) Azərbaycan REspubliksaı Dövlət Təhlükəsizlik Xidmətinin Terrorçuluğa qarşı Mübarizə Baş idarəsinin 10 fevral 2023-cü il tarixli məktubdan, məktuba əlavə edilmiş sənədlər və fotoşəkillərdən görünü rki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Suriyada olmasıdaxil olmuş əməliyyat məlumatı və fotoşəkillərlə təsdiq olunur (cild 1, iş vərəqi 11-23). Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsinin 28 mart 2023-cü il tarixli 102/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Suriya Ərəb Respublikasının ərazisində bu dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşməsinin fəaliyyətində iştirak etdiyi müddətdə hər hansı bir xəsarət alıb-almadığını müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası keçirilmişdir; Təqsirləndirilən şəxs1 sol əlin 3-cü barmağının proksimal falanqasmın arxa səthində əzilmiş yara izi olan çapığı, həmin barmaqda deformasiya, falanqalararası oynaqda hərəki funksiyanın pozulması aşkar edilmişdir; qeyd olunan xəsarət küt təsir müxanizminə malik əşya ilə yetirilmişdir, odlu silah-mərmi qəlpəsinin təsirindən əmələ gələ bilərdi, qərarın təsviri hissəsində göstərilən tarixi və şəraiti inkar etmir, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 135-136, 186-190). Məhkəmə-psixiatrik ekspertiza mərkəzinin 20 iyun 2023-cü il tarixli 1705 və 1737 nömrəli ekspert rəylərindən görürnür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayətlərin törədildiyi anda və ondan sonrakı, həmçinin hazırda onların psixi vəziyyətini müəyyən etmək üçün 14 iyun 2023-cü il tarixdə ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmişdir; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstələyin əlamətləri aşkar olunmur; təqsirləndirilən şəxslər törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 anlaqlıdırlar (cild 1, iş vərəqi 135-138, 243-249). Azərbaycan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Seydiağa oğlunun və şahidin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 qardaşı - Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən sabit qrupa və həmin qrup tərəfindən aparılan silahlı münaqişələrə cəlb etməsi, eyni məqsədlə həmin sabit qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsi; Təqsirləndirilən şəxs2 dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edən siialı qrupa daxil olaraq təlimlərdə iştirak etməsi, terror təşkilatı və onun tərəfindən silahlı münaqişələrin aparılması üçün istifadə olunacağını bilərək pul vəsaitlərinivə digər əmlakı tamamilə, bilavasitə qəsdən toplayaraq və verərək terrorçuluğu maliyyələşdirməsi təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Seydiağa məhkəmə zamanı tərkibinə daxil olduğu qanunsuz silahlı birləşmə və camaatın terror təşkilatı kimi tanınmasını bilmədikləri, Suriya Ərəb Respublikasına silahlı münaqişlərdə iştirak etmək, döyüşmək niyyətlərinin olmaması həmçinin Təqsirləndirilən şəxs2 terrorçuluğu maliyyələşdirmə kimi fəaliyyətlə məşğul olmaması barədə verdikləri ifadələrinə tənqidi yanaşır və işin faktiki hallarına uyğun olmayan hesab edir; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına, 283-1.1 və 283-1.3-cü maddələri isə maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.5-ci maddəsinə görə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.http://e-qanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və onların ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59 və 61-cı maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların əvvəllər məhkum olunmamalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını da nəzərə alır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onların barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası: -Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 283-1.1 və 283-1.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 20 fevral 2023-cü il tarixdən hesablanmasını; -Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 214-1 və 283-1.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 20 fevral 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübutun, mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.1 və 283-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.1-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasnın başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 və 283- 1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3cü maddəsi ilə7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasnın başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və cinayət işi üzrə müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-614/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-614/2024
10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver