Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-614/2025 17.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1989-cu il tarixdə Qazı-Məmməd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 23 may 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 may 2024-cü il tarixdə, saat 08 radələrində ünvan 3 ünvanın qarşısına gəlib, orada saxlanılmış zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus “Mercedes- Benz Sprinter” markalı, **- VU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qabaq sol qapısının şüşəsinin açıq olmasından istifadə edərək kənar şəxslərin onu görmədiyi şəraitdə mikroavtobusun ön şüşəsinin aşağı hissəsinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə dəyəri 700 manat təşkil edən “Samsung Galaxy A31” markalı mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs naməlum vaxtda və yerdə, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2,146 qram çəkidə, külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 21 may 2024-cü il tarixdə, saat 11:40-da ünvan 4 ünvanın qarşısında olan zaman Zərərçəkmiş şəxs məxsus “Mercedes-Benz Sprinter” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusdan oğurluq cinayətinin törədilməsində şübhəli bilinərək Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və sorğu-sual əsnasında üzərində psixotrop maddə metamfetamin olduğunu etiraf etdiyindən o, ünvan 5 ünvanında yerləşən Nəsimi RPİ-nin 21-ci polis bölməsinə aparılaraq orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,146 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan hər iki cinayət epizoduna görə hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs özgə əmlakını oğurluq yolu ilə gizli talaması və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü yalnız oğurluqda təqsirli bildiyini, psixotrop maddə ilə bağlı ona verilən ittihamı qəbul etmədiyini, qeyd olunan cinayəti törətmədiyini bildirib göstərdi ki, əvvəllər Bakıda “Kubinka”da yaşamışdır. 20 may 2024-cü il tarixdə onun məhkəmə prosesi olmuş, o, həmin gün şəhərə getmişdir. 21 may 2024-cü il tarixdə, səhər saat 9 radələrində «Spirinter” markalı bir avtomaşının qapısı açıq olmuş, içəridə mobil telefon görünmüş, o, həmin maşından telefon oğurlamışdır. Elə telefon oğurluğuna görə polis əməkdaşları onu “Kubinka” ərazisində tuturaq səhər tezdən saat 9-10 arası polis bölməsinə aparmışlar. Belə ki, o, oğurluqdan təqribən 15-30 dəqiqə sonra “Kubinka”da “Güllidərə” deyilən yerdə olarkən polislər “Niva” markalı maşınla həmin yerdə gəlib əvvəlcə küçədəki 2 nəfər qabyığan uşaqları tutmuş, onu da çağırıb maşına salmışlar. Polislərin telefonunda onun oğurluqla bağlı videosu olmuş, həmin video onun özünə də göstərilmişdir. Demələrinə görə videogörüntülər mühafizə kamerasına düşmüş, ordan da polislərə atılmışdır. Oğurladığı əşyaya görə onun əməli Cinayət Məcəlləsinin 177.1-ci maddəsi olmuş və polislər həmin əməlin inzibati xəta tərkibi yaratdığını, bununla onu tuta bilməyəcəklərini bildirmişlər. Nəsimi RPİ-nin 21-ci PB-də tanımadığı biri onu təpikləyərək döymüş və orada 2 qram metamfetamini onun üzərinə qoymuşdur. O, narkotik istifadəçisi olsa da, kakos kimi tanınan heroindən istifadə etsə də, saxlanılarkən üzərində heç bir növdən olan narkotik vasitə və ya psixotrop maddə olmamış, məhz buna görə Bakıya gəlib, narkotik əldə etməsi üçün telefon oğurlamışdır. Videoçəkiliş aparılmaqla onun üzərinə formal olaraq guya şəxsi axtarış keçirilmiş və ona verilən narkotik vasitəni məcburiyyət qarşısında çıxarıb təqdim etmişdir. Döyülərkən ona xəsarətlər yetirilmişdir. İstintaq Təcridxanasında olarkən etiraz əlaməti olaraq aclıq aksiyası keçirmiş, dha sonra anası prokrurorluğa getmiş və üzərindən CM-nin 234-cü maddəsini götürəcəklərini demiş, lakin həmin maddəni ittihamdan çıxarmamışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, video bir neçə dəfə çəkilmişdir. Belə ki, o, ilk videoda polisləri söydüyündən video söndürülmüşdür. Həmin vaxt vəkili də orada oturmuş, lakin vəkili üzünü başqa tərəfə çevirmişdir. Onu sanki öldürəcəklər kimi yenidən döyməyə başlamış, video çəkiliş aparmış və təzyiq altında sənədlərə imza etdirmişlər. Bədəninin qol hissəsində, ayağında xəsarətlər olmuş, qolu qaralmışdır. Müvəqqəti saxlama yerinə getmiş, orada özünün qollarını, qarın nahiyyəsini kəsik-kəsik edib doğramış, onu döyənlərin nəslində nə var, hamısını söymüşdür. Çəkilişdən sonra onu prokurorun yanına aparmış, lakin prokuror onun halını görsə də o, prokurora heç nə deməmişdir. Sonra qətimkan tədbiri üçün məhkəməyə aparılmış, məhkəmədə başına gələnləri olduğu kimi danışmış, hakim Elmədin müəllim ona səbrli olmağı tövsiyyə etmiş, daha sonra 177.1-ci maddə ilə özünü təqsirli bildiyini nəzərə alıb barəsində 2 ay həbs seçmişdir. Daha sonra o, Bakı İstintaq Təcridxanasına daxil olarkən orada üzərinə tibbi müayinə keçirilmiş və ona yetirilmiş xəsarətlərin hamısı aşkar olunaraq qeydə alınmış, o xəsarətləri polislərin onu saxlayarkən yetirdiklərini bildirmiş, sonra aclıq aksiyası keçirmişdir. Prokrorluqdan gəlib aclığı və xəsarətlərilə bağlı araşdırma aparılmışdır. Müstəntiq istintaqın 5-ci ayında onu MSY-nə apartdırmış, ondan 3 min manat pul istəmiş, pulu olmadığını bildirdikdə, ona lezviya verib, «al, onda özünü kəs, öl» demiş, o da özünü kəsik-kəsik etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs işdə olan şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 21 və 22 may 2024-cü il tarixli protokollar elan və tədqiq olundu və müəyyən edildi ki, qeyd olunan protokolun məzmunu Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələrə, əsasən uğundur, lakin Təqsirləndirilən şəxs həmin istintaq hərəkəti protokollarını imzalamaqdan imtina etmişdir(iş vərəqə: 71-73, 101-102). Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-1-ci maddələri ilə irəli sürülən ittiham üzrə özünü, məhkəmədəki ifadəsində göstərdiki kimi, özünü qismən təqsirli bilərək ifadəsində oğurluq faktı ilə bağlı məhkəmədə göstərdiklərini təsdiq etmiş, həmin gün «20 yanvar» metrostansiyası yaxınlığında olarkən orada oğurladığı mobil telefonu tanımadığı şəxsə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar edilib götürülməsi ilə bağlı tədqiq olunan ifadələrində göstərmişdir ki, oğurluq hadisəsi baş verən gün Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu oğurluqda şübhəli bilindiyinə görə Nəsimi RPl-nin 21-ci polis bölməsinə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları polis bölməsinə getmişdir. Polis bölməsində polis əməkdaşları tərəfindən döyülərək üzərinə bir ədəd bükümdə psixotrop maddə metamfetamin qoyulmuş, o, polis əməkdaşlarının təzyiqi altında üzərinə şəxsi axtarış keçirilən zaman psixotrop maddəni təqdim edib özünə məxsus olduğunu bildirmişdir. Əslində isə psixotrop maddə ona məxsus olmamışdır. O, oğurluq etsə də, üzərində polis bölməsinə gətirilən zaman psixotrop maddə olmamışdır. O, psixotrop maddə olan metamfetamin və narkotik vasitə istifadə etmiş, bu işlə məşğul olmasından heç kimin xəbəri olmamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, təkrar döyülməkdən qorxduğu üçün şəxsi axtarış zamanı psixotrop maddənin ona məxsus olduğunu demişdir (iş vərəqə: 71-73, 101-102). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizələrlə məhkəməyə müraciət edib, təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə baxışında iştirak etməməsini üzürlü hesab edib onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müraciətini nəzərə alıb, onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini elan və tədqiq etmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Mercedes Sprinter” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvanın yaxınlığında yaşayan təxminən 10-11 nəfər uşağı Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan “Anadolu” litseyinə aparmış və dərsdən sonra evə qaytarmışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 08 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsində olan zaman telefonu maşının içərisində qoyaraq orada olan taksi sürücüləri ilə söhbət etməyə başlamışdır. Hava isti olduğundan və özü də maşının yaxınlığında olduğundan o, maşının pəncərəsini açıq qoymuşdur. Təxminən 15-20 dəqiqə sonra yenidən avtomobilə əyləşmiş və telefonunun olmadığını, avtomobilin sürücü tərəfdən olan ön qapısının şüşəsinin açıq olduğunu görmüşdür. Şüşəni o, açıq qoysa da dərhal telefonun oğurlandığını başa düşmüşdür. Həqiqətən də onun «Samsung Galaxy A31» markalı mobil telefonu oğurlanmışdır. Maşında mobil telefonundan başqa oğurluq olmamış, oğurluq nəticəsində ona təxminən 700 manat ziyan dəymişdir. O, oğurluq edən şəxsi görməmişdir. Mobil telefonun üzərində mobil telefon nömrəsi olmamışdır. Mobil telefondan yalnız internet üçün istifadə etmişdir (iş vərəqə: 90-91, 176-177). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nəsimi RPİ-nin 21-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 21 may 2024-cü il tarixdə icraatına təhqiqatçı İsa Taralovun əməliyyat tapşırığı daxil olmuş, həmin əməliyyat tapşırığında naməlum şəxsin saat 08 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsində Zərərçəkmiş şəxs məxsus Mersedes Sprinter markalı mikroavtobusdan Samsung markalı mobil telefonunun oğurlanması qeyd olunmuş və həmin oğurluq cinayətini törədən şəxsin müəyyən edilməsi tapşırılmışdır. Tapşırığa oğlurluğun videogörüntüləri də onun telefonuna göndərilmişdir. Tapşırıq və videogörüntülər dərhal digər əməliyatçılara, həmçinin özünün əlaqəsi olan şəxslərə göstərilmiş və qeyd olunan oğurluq cinayətinin Bəxtiyar adlı şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, tanıyanlar cinayəti törətmiş şəxsin adının Bəxdiyar olduğunu, oğurluq baş verən küçədə evsiç-eşiksiz yaşadığını, həmişə harada oturub narkotik vasitə istifadə etdiyi yeri demişlər. Elə həmin gün, saat 11 radələrində o, 21-ci polis bölməsinin YYÇ üzrə inspektoru Şahid2la birlikdə ünvan 8 ünvanın qarşısında Bəxtiyar adlı şəxsi, yani hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşmış və onun Mersedes Sprinter markalı mikroavtobusdan Samsung markalı mobil telefonunu oğurlamaqda şübhəli olduğunu bildirmişlər. Bəxtiyar həmin oğurluğu inkar etməmiş və onların dəvəti ilə Nəsimi RPl-nin 21-ci polis bölməsinə gəlmişdir. Bölmədə Bəxtiyarın əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir.Həmin vaxt Təqsirləndirilən şəxs bölmədə aparılan sorğu-suala əsasən üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Vəziyyət raportla rəhbərliyə məruzə olunmuş və araşdırmanın aparılması təhqiqatçı İsa Taralova həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarışdan əvvəl vəkillə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya saxladığı təqdirdə təqdirdə çıxarıb təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın cibindən 01 ədəd mobil telefon, məbləğini unutduğu pul və 01 ədəd şəffaf sellofanda olan büküm çıxarıb təqdim etmişdir ki, həmin bükümün içərisində ağ kristallik maddə olduğu açıq-aşkar görünmüşdür. Təhqiqatçının özünün apardığı şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə şübhəli maddə olması müəyyən olunmuşdur. Şahid əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, təhqiqatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, 21 may 2024-cü il tarixdə, səhər saatlarında Nəsimi rayonu ərazisində A.Qurbanov küçəsində dayanmış göy rəngli «Mersedes Sprinter» markalı mikroavtobusdan 01 ədəd mobil telefonu oğurlayıb «20 Yanvar» metrostansiyası yaxınlığında həmin telefonu üzdən tanıdığı şəxsə 70 manata razılaşıb verməklə əvəzində psixotrop maddə aldığını və hazırda həmin metamfetamini təqdim etdiyini bildirmişdir. Yekunda Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə şübhəli maddə və 01 ədəd mobil telefon təhqiqatçı tərəfindən ayrı ayrılıqda qablaşdırılıb götürülmüş, şəxsi axtarış və götürmənin nəticəsinə dair protokol tərtib olunmuş və istər qablaşdırma apavrılmış zərflərin üzəri və istərsə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Daha sonra Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs istər saxlanılarkən, isətr də bölməyə gətirilib şəxsi axtarışa məruz qoyularkən onunla polis əməkdaşları arasında heç bir problem yaşanmamış, Təqsirləndirilən şəxs onlar tərəfindən döyülməmiş, ona hər hansı xəsarətlər yetirməmiş, onun buraxılması üçün ondan hər hansı məbləğdə, o cümlədən 500 manat pul tələb olunmamışdır. Bəxtiyarı bir norkaman kimi ərazidə yaşayanların çoxu tanımış, onun evsiz-eşiksiz, imkansız biri olduğunu çoxları bilmişdir. Hətta Bəxtiyar müstəntiqin qərarınqa əsasən tibbi ekspertizaya da təqdim olunmuşdur. Bəxtiyarın ekspertizaya aparılmasında şəxsən o özü də iştirak etmişdir. Bəxtiyar ekspertizada poz verib gülə-gülə şəklinin çəkilməsini xahiş etmişdir. Döyülüb xəsarət almış şəxsin poz verib şəkil çəkdirməsi mümkünsüzdür. Döyülmə faktını prokurorluq da araşdırmış, onun izahatını da almışlar. Bəxtiyar təcrübəli adamdır və məsuliyyətdən yayınmaq üçün hüquq mühafizə orqanları ilə davranmağın yollarını bilməmiş deyildir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci polis bölməsinin YYÇ üzrə inspektoru Şahid2 məhkəmədə şahid kimi ifadə vermiş həmkarı Şahid1la oxşar məzmunlu ifadə verib sonuncunun işin halları ilə bağlı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 21 may 2024-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə, saat 11-də şəxsi axtarışa məruz qalmış Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 56 ünvanın qarşısında Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, 21ci PB-nin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə təhqiqatçı tərəfindən ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonu, sol yan cibindən 01 ədəd 20 manatlıq pul əskinasını və 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, son 3-4 il ərzində metamfetamin istifadə etdiyini, saxlanıldığı gün səhər saatlarında Nəsimi rayonu, A.Qurbanov küçəsində dayanmış göy rəngli «Mersedes- Sprinter» markalı avtomobildən bir ədəd «Samsung» markalı mobil telefon oğurladığını, həmin mobil telefonu «20 Yanvar» metrostansiyası yaxınlığında üzdən tanıdığı şəxsə satdığını və əvəzində hazırda təqdim etdiyi psixotrop maddə metamfetamin aldığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin şübhəli başqa əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsin təqdim etdiyi bir ədəd içərisində psixotrop maddəyə şübhəli maddə olan bükülü və bir ədəd mobil telefon qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış və möhürlənmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış apaırması və götürmə prosesi video lentə alınmış və iki ədəd video faylda bir ədəd DVD formatlı diskə yüklənməklə iş materialarına əlavə edilmişdir (iş vərəqə: 49-52). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd «DVD diskə baxış keçirilməsi haqqında» 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilərkən müəyyən edilmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə ehtiva edən “şəxsi axtarış və götürmə aparılması haqqında” 21 may 2024-cü il tarixli protokolun məzmununa uyğundur və prosessual pozuntulara yol verilməmişdir(iş vərəqə: 130). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 21 may 2024-cü il tarixli, 3-16-16/2-6/2854 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün № 189” daiəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,146 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiq olunan rəydən görünür ki, təmiz çəkisi 2,146 qram təşkil edən psixotrop maddə metamfetaminin 0,1 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 2,046 qram qalıq qalmışdır(iş vərəqə: 64-68). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş bir ədəd bükümdə olan təmiz çəkisi 2,146 qram təşkil edən psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,046 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş vərəqə: 191-202). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 22 may 2024-cü il tarixli, 3573 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 80-81). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Hadisə yerinə baxış keçirilməsi haqqında» 21 may 2024-cü il tarixli protokolla müəyyən edildi ki, iş üzrə oğurluq faktına görə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus «Samsung Galaxy A31» markalı mobil telefonun oğurlandığı yer ünvan 3 ünvanın qarşısıdır(iş vərəqə: 6-7). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 sentyabr 2024-cü il tarixli, 9/6703 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «Samsung Galaxy A31» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin may-avqust aylarına olan orta bazar qiymətləri nəzəri hesablama yolu ilə təxminən 180 manat müəyyən edilir (iş vərəqə: 173-175). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs oğurluq cinayətinin predmeti olmuş 01 ədəd «Samsung Galaxy A31» markalı mobil telefonun ekspertiza rəyində göstərilən dəyəri ilə razılaşmadığından təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda mobil telefonun dəyəri zərərçəkmiş şəxsin dəyərləndirdiyi qiymətlə göstərilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat tapqşırığının icrası ilə bağlı təqdim edilmiş məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin mənbəyi, yəni psixotrop maddəni satmış şəxsin şəxsiyyəti və yeri müəyyən edilməmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmub-olmaması ilə bağlı hər hansı məlumat əldə olunmamışdır. Tədqiq olunan məktubun məzmunundan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə, saat 08 radələrində ünvan 10 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Mercedes Sprinter” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusdan oğurluq cinayətini törədərkən onu kənardan hər hansı bir şəxsin görməsi, hadisə yerində olan iaşə obyektlərində müşahidə kameralırının olması müəyyən olunmamışdır(iş vərəqə: 131). Məhkəmə baxışı zamanı, həmiçinin müəyyən edildi ki, ibtidai istintaq orqanının 11 sentyabr 2024-cü il tarixli qərarına əsasən baxılan cinayət işinin materiallarından aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca material ayrılmışdır(iş vərəqə: 191-202). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahının konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 2,146 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixltrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin177.1 və 234.1-1-ci maddələri ilə tövsif olunmalı və o, həmin maddəlrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü yalnız oğurluq hadisəsini törətməkdə təqsirli bilib, saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, saxlanılarkən buraxılması müqabilində polis əməkdaşları tərəfindən ondan 500 manat pul tələb olunması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən psixotrop maddənin polis tərəfindən ona fiziki təsirlən göstərməklə, o cümlədən döyüb xəsarət yetirməklə boynuna götürməyə məcbur edilməsi, etiraz əlaməti olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə imza etməməsi, işi aparan müstəntiqin ondan 3000 manat pul tələb etməsi, pulu olmadığından sonuncunun ona lezviya verib özünü kəsməsini tapşırması barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə yanaşı, onun həm də Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Belə ki, ilk növbədə məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə» haqqında 21 may 2024-cü il tarixli protkolun məzmunundan, həmçinin qeyd olunan istintaq hərəkətinin məhkəməyədək icraatı mərhələsində və məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan DVD diskə yüklənmiş videogörüntülərin nümayiş ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü təhqiqatçının təklifinə əsasən üzərində bir ədəd şəffaf sellofan bükülüdə saxladığı metamfetamin psixotrop maddəsini digər əşyaları ilə birlikdə çıxarıb təqdim etmiş, həmin psixotrop maddəni elə həmin gün səhər oğurladığı mobil telefonu «20 yanvar» metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsə verib dəyərini 70 manata razılaşmaqla ondan alıb əldə etdiyini göstərmişdir. Tədqiq olunan videogörüntülərin nümayişi zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən onun döyülməsi və ya nəyəsə məcbur edilməsi əlamətləri (etiraz, halsızlıq, gözlə görülən xəsarətlər) müəyyən edilməmiş və ya hiss olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsi axtarış mərhələsində qolu qısa köynəkdə olmuş, onun qolları, sifəti hərtərəfli görünmüş, ona ünvanlanmış suallara heç bir təsir göstərilmədən adekvat cavablar vermişdir. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən döyülməklə xəsarətləndirilməsi və üzərinə psixotrop maddə qoyluması xüsusatı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalar və məhkəmə baxışı mərhələsində məhkəmə sorğusuna cavabla bağlı Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasından (BİT-dən) təqdim edilmiş sonuncunun adına açılmış 4298/24 saylı tibbi kitabçada aparılan qeydlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs BİT-ə daxil olarkən onun bədən səthində «hər iki saidin ön səthində, qarının ön divarında çoxsaylı səthi kəsilmiş üzəri qərtməkli yaralar, sağ bazunun arxa səthində sarımtıl-bənövşəyi rəngli qançırlar» kimi xəsarətlər mövcud olmuşdur. Tədqiq olunan tibbi kitabçanın 12-ci bəndində Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirməsi barədə qeyd aparılmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs narkotiklərlə bağlı qanunsuz saxlanılmasına etiraz olaraq MSY-də olarkən özü özünü kəsik-kəsik etdiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs saxlanıldığı 21 may 2024-cü il tarixdə dərhal təyin olunan 22 may 2024-cü il tarixli, 651 saylı rəyin təsviri hissəsindən görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanıldığını, lakin hər hansı bir bədən xəsarəti almadığını bildirmiş, tibbi yardım üçün müraciət etmədiyini, şikayəti olmadığını qeyd etmişdir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərində tibbi ekspertiza tədqiqatı aparılarkən hələ onun bədən səthində «hər iki saidin ön səthində, qarının ön divarında çoxsaylı səthi kəsilmiş üzəri qərtməkli yaralar» kimi xəsarətlər müəyyən edilməmiş, sonuncunun bədənində yalnız «sağ bazunun qançırı» xəsarəti aşkar edilmişdir ki, tibbi rəyə əsasən müəyyən olunan həmin xəsarət küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvələ, yəni Təqsirləndirilən şəxs saxlanılmasından 3-5 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlər hesab olunur. Qeyd olunan rəylə Təqsirləndirilən şəxs tibbi-ekspertiza müayinəsindən sonra özü özünə «hər iki saidin ön səthində, qarının ön divarında çoxsaylı səthi kəsilmiş üzəri qərtməkli yaralar» kimi xəsarətlər yetirməsi inkar olunmur. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 25 iyun 2024- cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən döyülməklə xəsarətləndirilməsi və üzərinə psixotrop maddə qoyluması xüsusatı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir(iş vərəqə: 132-134). Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və barəsində olan bəzi məhkəmə aktları üzrə onun məhkumluğu ödənilsə də, Hacıqabul rayon Məhkəməsi, Bakı şəhəri Nəsimi rayon və Bakı şəhəri Qaradağ rayon Məhkəmələri tərəfindən barəsində çıxardığı hökmlər üzrə onun məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs işdə olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 01 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır(iş vərəqə: 124- 126, 136-140). Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olmasını və Bəxtiyar Mikaılovun xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl şərti azad edilməsini nəzərə alan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3 və 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Daha sonra həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədiyinldən onun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin sadə residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Bundan başqa, məhkəmə baxışı zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunmuşdur. Belə ki, işdə olan başqa bir məhkəmə aktından, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkəmə hökmü çıxarılanadan həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan cəzadan çıxılmış və üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmi cəza ilə qismən toplanılmaqla ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və Qaradağ rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmləri üzrə tutma altında olduğu 04 (dörd) gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsindən verilmiş 07 yanvar 2025-ci il tarixli rəsmi arayışla müəyyən olunur ki, adı çəkilən məhkəmə hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş, 12 dekabr 2024-cü il tarixli həmin hökm 07 yanvar 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən başqa hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmamasını onlar arasında barışıq kimi qiymətləndirilməli və Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olması, həm Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və həm də həmin Məcəllənin 177.1-ci maddəsi ilə törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan sanksiya hədlərində, həm cinayətlərin və həm də cinayətlərin residivi zamanı cəza təyinetmənin prinsiplərinə əməl etməklə ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, baxılan iş üzrə zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə olunmasına və bu halın CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalı hal olmasına baxmayaraq, göstərilən hüquqi məsələ ilə bağlı cəza təyinetməni tənzimləyən Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqi Təqsirləndirilən şəxs barəsində istisna təşkil edəcəkdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaradır və cinayətlərin residivi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.3-ci maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinin tələblərinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu üzrə cəza təyin etmənin prinsiplərinə uyğun cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmü üzrə ona təyin olunan cəzanı çəkməmişdir. Ən nəhayət, məhkəmə cəza təyini ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və Qaradağ rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmləri üzrə məhkəmə hökmləri qanuni qüvvəyə minənədk cəmi 04 (dörd) gün həbsdə saxlanılmışdır ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qeyd olunan bu müddət baxılan iş üzrə təyin olunan cəzadan çıxılmalı və təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını və onun əməlinin cinayətlərin residivini yaratmasını, həmçinin Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 21 may 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində 21 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 2 (iki) gün müddətində həbsdə saxlanılmış, müvafiq məhkəmənin 23 may 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,146 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,046 qram hissəsi məhv edilməlidir. İş üzrə təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs götürülmüş. lakin maddi sübut hesab edilməyən, Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd «VİVVA» markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün cəza çəkdiyi müəssisəyə göndərilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 164,00 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 1 (bir) il, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmü üzrə qəti olaraq təyin olunan 3 (üç) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmü üzrə cinayət işinin məhkəməyədək icraatı mərhələsində həbsdə saxlanıldığı 4 (dörd) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun baxılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 21 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,146 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,046 qram hissəsi məhv edilsin. İş üzrə təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs götürülmüş. lakin maddi sübut hesab edilməyən, Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd «VİVVA» markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün cəza çəkdiyi müəssisəyə göndərilsin. İş üzrə məhkəmə məsrəfləri – 164,00 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-614/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-614/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver