Məhkəmə qərarları › İş №1(101)-615/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-615/2020

24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-615/2020 24.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X12, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X15, tərcüməçilər X1 və X16 və müdafiəçilər - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Osman oğlunun və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, İran İslam Respublikası, Mahabad şəhəri, Fərhənqiyat prospekti, Sənubər küçəsi, ev 32 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, x xxxx 1985-ci il tarixdə İran İslam Respublikasının Sərdəşt şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləmiş, məhkum ol unmamış, İran İslam Respublikası, Sərdəşt şəhəri, Vərzeş prospekti, Həzrəti İsmayıl küçəsi, ev 32 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin oktyabr ayın sonları-noyabr ayının əvvəllərində İran İslam Respublikasında İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2, İran İslam Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilmiş şəxs və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq x xxxxxx 2019cu il tarixdə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş, əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq x xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, “Qış Parkı”nda yerləşən “Özsüt” restoranının yaxınlığında şəxsiyyəti istintaqla müəyyən edilmiş şəxsdən istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş 2 ədəd dairəvi formalı, metal materialından dəzgah ehtiyat hissəsinin içərisində gizlədilmiş külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1.517 qram və 1.444 qram olmaqla ümumi təmiz çəkisi 2.961 qram təşkil edən narkotik vasitə - tiryəki tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmiş, daşımış, əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, “Qış Parkı”nın yaxınlığında yerləşən mənzildə saxlamış və x xxxxxx 2019-cu il tarixdə, saat 12:30 radələrində Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin narkotik vasitəni kirayə yaşadıqları evdən götürüb daşıyaraq “Əmi” adı ilə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşı Şahid1 satmaq istəyərkən saxlanılmış və külli miqdarda, ümumi təmiz çəkisi 2.961 qram təşkil edən tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin oktyabr ayın sonları-noyabr ayının əvvəllərində İran İslam Respublikasında İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1, İran İslam Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilmiş şəxs və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq x xxxxxx 2019cu il tarixdə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş, əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq x xxxxxx 2019-cu il tarixdə cinayət qrupun üzvü Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, “Qış Parkı”nda yerləşən “Özsüt” restoranının yaxınlığında şəxsiyyəti istintaqla müəyyən edilmiş şəxsdən istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş 2 ədəd dairəvi formalı, metal materialından dəzgah ehtiyat hissəsinin içərisində gizlədilmiş külli miqdarda, ayrıayrılıqda təmiz çəkiləri 1.517 qram və 1.444 qram olmaqla ümumi təmiz çəkisi 2961 qram təşkil edən narkotik vasitə - tiryəki tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmiş, daşımış, əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 ilə kirayə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, “Qış Parkı”nın yaxınlığında yerləşən mənzildə saxlamış və x xxxxxx 2019-cu il tarixdə, saat 12:30 radələrində Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin narkotik vasitəni kirayə yaşadıqları evdən götürüb daşıyaraq “Əmi” adı ilə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşı Şahid1 satmaq istəyərkən saxlanılmış və külli miqdarda, ümumi təmiz çəkisi 2.961 qram təşkil edən tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində dostu Mohammad Hamzehnezhad istifadəsində olan +**********12 saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan +**********37 saylı mobil telefon nömrəsinə zəng edərək özünün tanışı vasitəsi ilə İran İslam Respublikasından Bakı şəhərinə avtomobil ehtiyat hissəsi olan 1 ədəd bağlama göndərəcəyini, həmin bağlamanı böyük qardaşı Abdollah ilə birlikdə Bakı şəhərində onun deyəcəyi tanışından təhvil alıb onun deyəcəyi adama təhvil verməli olacaqlarını, bunun əvəzində ehtiyat hissəsini təhvil verəcəkləri şəxsin onlara pul verəcəyini, həmin pulu təhvil alıb ona çatdırmalı olacaqlarını və qeyd edilən işin görülməsi müqabilində 10 milyon İran Rialı verəcəyini və yol xərcini də ödəyəcəyini ona demiş, adi bir avtomobil ehtiyat hissəsinin Bakı şəhərində deyiləcək şəxsə çatdırılması üçün 10 milyon İran Rialının verilməsi onda təəccüb hissi doğurduğu üçün həmin bağlamada dəqiq olaraq nə olacağını Mohammad Hamzehnezhaddan soruşmuş, Mohammad Hamzehnezhad həmin bağlamanın içərisində yalnız avtomobil ehtiyat hissəsinin olacağını ona demiş, işsiz olduğundan və maddi sıxıntıları olduğundan Mohammad Hamzehnezhadın bu təklifi ilə razılaşmış, bundan sonra danışıqları zamanı Mohammad Hamzehnezhad ona xx xxxxxxx 2019-cu il tarixdə qardaşı Abdollahın Mahabad şəhərinə gələrək onunla görüşəcəyini və oradan Abdollah ilə birlikdə Bakı şəhərinə getməli olacaqlarını demiş, Mohammad Hamzehnezhadın qardaşı Təqsirləndirilən şəxs2la Mohammad Hamzehnezhad ilə universitetdə ali təhsil aldıqları vaxt bir neçə dəfə görüşmüş, lakin onunla yaxın münasibəti olmamışdır; xx xxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Mohammad Hamzehnezhadın qardaşı Təqsirləndirilən şəxs2 yaşadığı Mahabad şəhərinə gələrək onunla görüşmüş, həmin gün Təqsirləndirilən şəxs2la birlikdə Azərbaycan Respublikasına, yəni Bakı şəhərinə, gəlmək üçün İran İslam Respublikasının Astara şəhərinə gəlmiş, Azərbaycan Respublikasının ərazisinə gəlmələri üçün vizaları olmadığı üçün həmin günün Astara şəhərində kirayə götürdükləri mənzildə qalmalı olmuşlar, Təqsirləndirilən şəxs2 qardaşı Mohammad Hamzehnezhad ilə əlaqə saxlamış, viza almaq üçün onlara pul göndərməsini demiş, Mohammad Hamzehnezhad sabah onlara pul göndərəcəyini demiş, həmin gün söhbət etdikləri vaxt Təqsirləndirilən şəxs2 Bakı şəhərində təhvil alacaqları 1 ədəd bağlamada olacaq avtomobil ehtiyat hissəsinin içərisində narkotik vasitə olacağını və həmin narkotik vasitəni qardaşı Mohammad Hamzehnezhadın deyəcəyi şəxsə satmalı olacaqlarını ona demiş, ilkin olaraq Təqsirləndirilən şəxs2 bu sözlərinə təəccüblənmiş, lakin daha sonra maddi cəhətdən pula ehtiyacı olduğu üçün onun təklifi ilə razılaşmış, bunun problem olmadığını ona demiş, Mohammad Hamzehnezhad onlara pul göndərmədiyi üçün x xxxxxx 2019-cu il tarixdə İran islam Respublikasının Astara şəhərində əlavə bir gün qalmalı olmuşlar, x xxxxxx 2019-cu il tarixdə Mohammad Hamzehnezhad qardaşı Təqsirləndirilən şəxs2 plastik bankomat kartına pul göndərmiş, onlar həmin pulla viza məsələsini həll etmişlər, viza aldıqdan sonra x xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində İran İslam Respublikasının Astara şəhərindən Azərbaycan Respublikasının ərazisinə keçərək Astara gömrük postunun qarşısında olan tanımadıqları taksi sürücüsü vasitəsi ilə Bakı şəhərinə gəlmiş, həmin taksi sürücüsü qalmaları üçün Bakı şəhərində yerlərinin olub-olmamadığını ondan soruşmuş, o, Bakı şəhərində qalmağa yer tapmasını qeyd edilən taksi sürcüsündən xahiş etmiş, qeyd edilən taksi sürücüsü Bakı şəhərində onlara qalmaları üçün yer tapacağını onlara demiş, Bakı şəhərində yerləşən Qış Parkının ətrafında kirayə ev tapmış, bundan sonra həmin taksi sürücüsü ilə qeyd edilən mənzilə getmiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin mənzildə yerləşmiş, qeyd edilən taksi sürcüsünə zəhmət haqqı olaraq ümumilikdə 30 manat və kirayə qaldıqları mənzilə görə 2 günlük kirayə pulu olaraq 140 manat pul vermişlər, bundan sonra həmin taksi sürücüsü çıxıb getmiş, “WhatsApp” proqramı vasitəsi ilə Mohammad Hamzehnezhad ilə əlaqə saxlayaraq Bakı şəhərinə çatmaları barədə məlumat vermiş, Mohammad Hamzehnezhad Bakı şəhərində onlara çatdırılacaq narkotik vasitəni satacaqları şəxsin (077) ***-**-** mobil telefon nömrəsini ona göndərərək qeyd edilən şəxslə əlaqə saxlayaraq olduqları yer barəsində həmin şəxsə məlumat verməsini tapşırmış, bundan sonra (077) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlayaraq Bakı şəhərində Qış Parkı adlanan yerin yaxınlığında olduqlarını həmin şəxsə demiş, bundan sonra Təqsirləndirilən şəxs2 qardaşı Mohammad Hamzehnezhadla əlaqə saxlayaraq dediyi şəxsə olduqları yer barəsində məlumat verdiyini demiş, Mohammad Hamzehnezhad olduqları yeri “WhatsApp” proqramı vasitəsi ilə narkotik vasitəni onlardan alacaq şəxsin istifadəsində olan digər mobil telefon nömrəsinə, yəni (077) ***-**-** nömrəli mobil telefonla “WhatsApp” profilinə göndərmələrini Təqsirləndirilən şəxs2 demiş, Təqsirləndirilən şəxs2 də bu barədə ona demiş, o, olduqları yeri “WhatsApp” proqramı vasitəsi ilə (077) ***-**-** nömrəli mobil telefon nömrəsində olan “WhatsApp” profilinə göndərmiş, bundan sonra, x xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində, Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərində, Qış Parkının ətrafında, həmin şəxslə, yəni adını Orxan kimi bildiyi şəxslə və adını bilmədiyi, özünü Orxanın dostu kimi təqdim edən şəxslə görüşmüş, Orxan adlı şəxs təxminən 25- 30 yaşlı, dolu bədən quruluşlu, hündür boylu, ağbəniz şəxs olmuş, Orxan adlı şəxsin tanışı isə təxminən 25-30 yaşlı, hündürboylu, sarıyanız şəxs olmuş, narkotik vasitənin alqı-satqısı ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirmək məqsədi ilə Təqsirləndirilən şəxs2, Orxan adlı şəxs və Orxan adlı şəxsin adını bilmədiyi tanışı vasitəsilə birlikdə adını xatırlamadığı kafeyə getmişlər, orada söhbət etdikləri vaxt Orxanın əmisi kimi təqdim edilən şəxs onların yanına gəlmiş, Orxan adlı şəxs narkotik vasitəni əmisi kimi təqdim etdiyi şəxsin alacağını onlara demiş, özünü Orxan adlı şəxsin əmisi kimi təqdim edilən şəxs ortaboylu, dolu bədən quruluşlu, nisbətən kök, ağbəniz, saşları nisbətən tökülmüş, təxminən 40-45 yaşlı bir kişi olmuş, söhbət zamanı Orxan adlı şəxs və yanında olan əmisi kimi təqdim etdiyi şəxs narkotik vasitənin onlarda olub-olmadığını onlardan soruşmuş, onlar narkotik vasitənin hələ onlara çatdırılmadığını demiş, daha sonra Orxan adlı şəxs və Orxanın əmisi kimi təqdim edilən şəxs narkotik vasitənin onlarda olacağı vaxtı və həmin narkotik vasitəyə görə verilməli olan pulun miqdarını onlardan soruşmuşlar, bununla bağlı Mohammad Hamzehnezhad ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitənin onlara çatdırılacağı zamanı, həmin narkotik vasitəyə görə almalı olacaqları pulun miqdarını soruşmuş, Mohammad Hamzehnezhad narkotik vasitənin x xxxxxx 2019-cu il tarixdə onlara çatdırılacağını və həmin narkotik vasitəyə görə 9.900 ABŞ dolları məbləğində pul almalı olacaqlarını onlara demiş, o, bu barədə Orxan və Orxanın əmisi kimi təqdim edilən şəxsə məlumat vermiş, Orxanın əmisi kimi təqdim etdiyi şəxs də onda olan pulların Azərbaycan manatı olduğu üçün həmin pulları sabah ABŞ dollarına mübadilə edib narkotik vasitəni təhvil alarkən onlara təhvil verəcəyini demiş, bundan sonra narkotik vasitənin alqı-satqı vaxtını x xxxxxx 2019cu il tarixə səhər saatlarına təyin etmişlər. x xxxxxx 2019-cu il tarixdə, səhər saatlarında Mohammad Hamzehnezhad ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitənin onlara çatıdırılmadığını demiş, Mohammad 1 ədəd bağlamada olan narkotik vasitəni təhvil verəcək şəxsin özünün qısa bir müddətdə onlarla əlaqə saxlayacağını demiş, x xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində özünü təqdim etməyən bir şəxs “WhatsApp” proqramı vasitəsi ilə +99450 ***-**-** saylı mobil nömrədən ona zəng edərək olduğu yeri və 1 ədəd bağlamada olan narkotik vasitəni ona təhvil verəcəyi yeri soruşmuş, “WhatsApp” proqramı vasitəsi ilə olduğu yeri həmin şəxsə göndərmiş, x xxxxxx 2019-cu il tarixdə saat 11:30 radələrində narkotik vasitəni təhvil verəcək şəxs yenidən “WhatsApp” proqramı vasitəsi ilə +99450 ***-**-** saylı mobil nömrədən ona zəng etmiş, yaşadığı yerin, yəni Qış Parkının yanında olduğunu ona bildirmiş, bir neçə dəqiqə sonra həmin şəxslə Qış Parkının içəri hissəsində yerləşən “Özsüt” restoranın yanında görüşmüşlər, həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsindən düşərək nəqliyyat vasitəsinin yük yerində olan 1 ədəd qara rəngli sellofan bağlamanı ona təhvil verərək getmiş, qeyd edilən şəxs arıq bədən quruluşlu, üzü tüklü, hündür boylu, təxminən 25-30 yaşlarında, saçları qara rəngli oğlan olmuş və +99450 ***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmiş, narkotik vasitəni təhvil adlıqdan sonra kirayə götürdükləri mənzilə qayıtmış, həmin vaxt Abdollah onunla getməyərək qaldıqları evdə onu gözləmiş, yenidən Mohammad ilə əlaqə saxlamış, narkotik vasitəni əldə etdiyini bildirmiş, Mohammad onlara həmin 1 ədəd bağlamanı açıb 2 ədəd avtomobil ehtiyat hissəsinin içərisindən narkotik vasitəni çıxarmalarını demiş, Abdollah ilə həmin 1 ədəd bağlamanı açaraq 2 ədəd avtomobil ehtiyat hissəsinin içərisindən narkotik vasitəni çıxarmaq istədikdə bu mümkün olmamış, bu barədə Mohammada məlumat vermişlər, Mohammad narkotik vasitənin 2 ədəd dəmir parçasının içərisində olduğunu, həmin 2 ədəd dəmir parçasını təhvil aldıqları şəkildə narkotik vasitəni alacaq şəxsə vermələrini onlara tapşırmış, x xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində narkotik vasitəni onlardan alacaq şəxs ilə yenidən əlaqə saxlamış, narkotik vasitənin onlarda olması barədə məlumat vermiş, həmin şəxs 30 dəqiqə ərzində Qış Parkının yaxınlığında olacağını ona bildirmiş, x xxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində qeyd edilən 2 ədəd ehtiyat hissəsini üzərində “Cat” yazısı olan bel çantasının içərisinə qoymuş, Abdollah ilə birgə Qış Parkının yanında narkotik vasitəni “Əmi” adlı şəxsə satmaq üçün təyin olunmuş yerə getmişlər, həmin tiryək narkotik vasitəsini “Əmi” adlı şəxsə satarkən mülki geyimli şəxslər onlara yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək onları Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Əməliyyat-İstintaq Baş İdarəsində ona və Abdollaha məxsus bağlamaya baxış keçirilmiş, üzərində “Cat” yazısı olan çantanın içərisində olan 2 ədəd ehtiyat hissəsinin hər birinin içərisindən ayrı-ayrılıqda təqribi çəkiləri 1.454 və 1.519 qram olmaqla, ümumilikdə təqribən 2.973 qram narkotik vasitə tiryək aşkar olunaraq götürülmüş, qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş, həmin protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər, Mohammad Hamzehnezhad qeyd edilən narkotik vasitəni tanışları vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərəcəyini ona demiş, lakin qeyd edilən narkotik vasitəni hansı yolla və kimin vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərəcəyini ona deməmiş, ona görə bu barədə hər hansı başqa məlumatı olmamışdır; narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli şəkildə Azərbaycan Respublikasına gətirməmiş, narkotik vasitələri Bakı şəhərində əldə etmiş, bu səbəbdən də özünü Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilmir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 23:40 radələrində qardaşı X9 öz istifadəsində olan +**********12 saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan +**********320 saylı mobil telefon nömrəsinə zəng edərək özünün tanışı vasitəsi ilə İran İslam Respublikasından Bakı şəhərinə içərsində tiryək narkotik vasitəsi gizlədilmiş avtomobil ehtiyat hissəsi olan 1 ədəd bağlama göndərəcəyini, həmin bağlamanı dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərində onun deyəcəyi tanışından təhvil alıb onun deyəcəyi adama təhvil verməli olacaqlarını, narkotik vasitəni təhvil verəcəklərini şəxsin onlara pul verəcəyini, həmin pulu təhvil alıb ona çatdırmalı olacaqlarını, qeyd edilən işin görülməsi müqabilində ona 20 milyon İran Rialı verəcəyini, yol xərcini ödəyəcəyini demiş, o, maddi sıxıntıları olduğundan qardaşı Mohammad Hamzehnezhadın bu təklifi ilə razılaşmış, danışıqları zamanı Mohammad Hamzehnezhad ona xx xxxxxxx 2019-cu il tarixdə İran İslam Respublikasının Mahabad şəhərinə gedərək Təqsirləndirilən şəxs1 ilə görüşməyi, oradan onunla birlikdə Bakı şəhərinə getməyi tapşırmış, o, qardaşı Mohammad Hamzehnezhada hər şeyi onun dediyi kimi edəcəyini demiş, Təqsirləndirilən şəxs1 qardaşı Mohammad Hamzehnezhadin tələbə yoldaşı olmuş, qardaşı Mohammad Hamzehnezhad universitetdə ali təhsil aldığı vaxt bir neçə dəfə Təqsirləndirilən şəxs1 ilə görüşmüş, lakin onunla yaxın münasibəti olmamışdır; o, ardaşı Mohammad Hamzehnezhadin tapşırığına uyğun olaraq Mahabad şəhərinə gedərək xx xxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 ilə görüşmüş, həmin gün Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikasına, yəni Bakı şəhərinə gəlmək üçün İran İslam Respublikasının Astara şəhərinə gəlmiş, Azərbaycan Respublikasının ərazisinə gəlmələri üçün vizaları olmadığı üçün həmin gün Astara şəhərində kirayə götürdükləri mənzildə qalmalı olmuşlar, qardaşı Mohammad Hamzehnezhad ilə əlaqə saxlamış, viza almaq üçün onlara pul göndərməsini demiş, qardaşı Mohammad Hamzehnezhad sabah onlara pul göndərəcəyini demiş, həmin gün Təqsirləndirilən şəxs1 ilə söhbət etdiyi vaxt Bakı şəhərində təhvil verəcəyi 1 ədəd bağlamada olan avtomobil ehtiyat hissəsinin içərisində narkotik vasitə olacağını, həmin narkotik vasitəni qardaşı Mohammad Hamzehnezhadın deyəcəyi şəxsə satmalı olacaqlarını Təqsirləndirilən şəxs1 demiş, Təqsirləndirilən şəxs1 ilkin olaraq onun bu sözlərinə təəccüblənmiş, daha sonra qeyd edilən təkliflə razılaşmış, bunun problem olmadığını ona demiş, x xxxxxx 2019cu il tarixdə Mohammad Hamzehnezhad onlara pul göndərmədiyi üçün İran İslam Respublikasının Astara şəhərində əlavə bir gün də qalmalı olmuşlar, x xxxxxx 2019-cu il tarixdə qardaşı Mohammad Hamzehnezhad onun plastik bankomat kartına pul göndərmiş, onlar həmin pulla viza məsələsini həll etmişlər, viza aldıqdan sonra x xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində İran İslam Respublikasının Astara şəhəri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə keçərək Astara gömrük postunun qarşısında olan tanımadıqları taksi sürücüsü vasitəsi ilə Bakı şəhərinə gəlmiş, həmin taksi sürücüsü qalmaları üçün Bakı şəhərində yerlərinin olubolmamasını Təqsirləndirilən şəxs1 soruşmuş, Təqsirləndirilən şəxs1 həmin şəxsə Bakı şəhərində qalmağa yer tapmadıqlarını demiş, qalmağa yer tapmaları üçün onlara köməklik göstərməsini ondan xahiş etmiş, qeyd edilən taksi sürücüsü Bakı şəhərində onların qalması üçün yer tapacağını demiş, Bakı şəhərində yerləşən Qış Parkının ətrafında onlara kirayə ev tapmış, həmin taksi sürücüsü ilə qeyd edilən mənzilə getmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin mənzildə yerləşmişlər, qeyd edilən taksi sürcüsünə zəhmət haqqı olaraq ümumilikdə 30 manat və kirayə qaldıqları mənzilə görə 2 günlük kirayə pulu olaraq 140 manat pul vermişlər, bundan sonra taksi sürücüsü çıxıb getmiş, Təqsirləndirilən şəxs1 “WhatsApp” proqramı vasitəsi ilə Mohammad Hamzehnezhad ilə əlaqə saxlayaraq Bakı şəhərinə çatmaları barədə məlumat vermiş, Mohammad Hamzehnezhad Bakı şəhərində onlara çatdırılacaq narkotik vasitəni satacaqları şəxsin (077) ***-**-** saylı mobil nömrəsini Təqsirləndirilən şəxs1 göndərərək qeyd edilən şəxslə əlaqə saxlamalarını, olduqları yer barəsində ona məlumat vermələrini tapşırmış, Təqsirləndirilən şəxs1 (077) ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Bakı şəhərində Qış Parkı adlanan yerin yaxınlığında olduqlarını həmin şəxsə demiş, qardaşı Mohammad Hamzehnezhadla əlaqə saxlayaraq dediyi şəxsə olduqları yer barəsində məlumat verdiklərini demiş, Mohammad Hamzehnezhad olduqları yeri “WhatsApp” proqramı vasitəsi ilə narkotik vasitəni onlardan təhvil alacaq şəxsin istifadəsində olan digər mobil telefon nömrəsində, yəni (077) ***-**-** saylı mobil telefon nömrəsində olan “WhatsApp” profilinə göndərməyi ona demiş, o, bu barədə Təqsirləndirilən şəxs1 demiş, Təqsirləndirilən şəxs1 olduqları yeri “WhatsApp” proqramı vasitəsi ilə (077) ***-**-** saylı mobil telefon nömrəsində olan “WhatsApp” profilinə göndərmiş, x xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhərində, Qış Parkının ətrafında həmin şəxslə, yəni adını Orxan kimi bildiyi şəxslə, adını bilmədiyi, özünü Orxanın dostu kimi təqdim edən şəxslə görüşmüşlər, Orxan adlı şəxs təxminən 25-30 yaşlı, dolu bədən quruluşlu, hündür boylu, ağbəniz şəxs olmuş, Orxan adlı şəxsin dostu təxminən 25-30 yaşlı, hündürboylu, sarıyanız şəxs olmuş, narkotik vasitənin alqı-satqısı ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirmək məqsədi ilə Təqsirləndirilən şəxs1, Orxan adlı şəxs və Orxan adlı şəxsin adını bilmədiyi tanışı vasitəsilə birlikdə adını bilmədiyi kafeyə getmiş, Orada söhbət etdikləri vaxt Orxan adlı şəxsin əmisi kimi təqdim etdiyi şəxs onların yanına gəlmiş, Orxan adlı şəxs narkotik vasitəni əmisi kimi təqdim etdiyi şəxsin alacağını onlara demiş, Orxan adlı şəxsin əmisi kimi təqdim edilən şəxs ortaboylu, dolu bədən quruluşlu, nisbətən kök, ağbəniz, saçları nisbətən tökülmüş, təxminən 40-45 yaşlı bir kişi olmuş, söhbət zamanı Orxan adlı şəxs və yanında olan əmisi kimi təqdim etdiyi şəxs narkotik vasitənin onlarda olub-olmadığını onlardan soruşmuş, onlar narkotik vasitənin hələ onlara çatdırılmadığını demiş, Orxan adlı şəxs və yanında olan əmisi kimi təqdim etdiyi şəxs narkotik vasitənin onlarda olacağı vaxtı və həmin narkotik vasitəyə görə verməli olacaqları pulun miqdarını onlardan soruşmuş, Təqsirləndirilən şəxs1 bununla bağlı qardaşı Mohammad Hamzehnezhad ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitənin onlara çatdırılacağı vaxtı, həmin narkotik vasitəyə görə pul almalı olduqları pulun miqdarını soruşmuş, qardaşı Mohammad Hamzehnezhad narkotik vasitənin x xxxxxx 2019-cu il tarixdə onlara çatdırılacağını və həmin narkotik vasitəyə görə 9900 ABŞ dolları məbləğində pul almalı olacaqlarını onlara demiş, Təqsirləndirilən şəxs1 bu barədə Orxan adlı şəxsə və yanında olan əmisi kimi təqdim etdiyi şəxsə məlumat vermiş, Orxan adlı şəxsin əmisi kimi təqdim etdiyi şəxs onda olan pulların Azərbaycan manatı olduğu üçün həmin pulları sabah ABŞ dollarına mübadilə edib narkotik vasitəni təhvil alarkən onlara təhvil verəcəyini demiş, narkotik vasitənin alqı-satqısı ilə bağlı görüşün vaxtını x xxxxxx 2019-cu il tarixə səhər saatlarına təyin etmişlər, x xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 Mohammad Hamzehnezhad ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitənin onlara çatdırılmadığını demiş, Mohammad 1 ədəd bağlamada olan narkotik vasitəni təhvil verəcək şəxsin özünün qısa bir müddətdə onlarla əlaqə saxlayacağını demiş, x xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində özünü təqdim etməyən bir şəxs “WhatsApp” proqramı vasitəsi ilə +99450 ***- **-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 zəng edərək olduqları yeri, 1 ədəd bağlamada olan narkotik vasitənin onlara təhvil verəcəyi yeri soruşmuş, Təqsirləndirilən şəxs1 həmin şəxsə “WhatsApp” proqramı vasitəsi ilə olduqları yeri göndərmiş, x xxxxxx 2019-cu il tarixdə saat 11:30 radələrində narkotik vasitəni onlara təhvil verəcək şəxs yenidən “WhatsApp” proqramı vasitəsi ilə +99450 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 zəng etmiş və yaşadıqları yerin, yəni Qış Parkının yanında olduğunu bildirmiş, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 həmin şəxslə Qış Parkının yaxınlığında görüşmüş və içərisində narkotik vasitə olan bir ədəd bağlamanı təhvil alaraq qaldıqları evə geri qayıtmış, o, həmin müddət ərzində qaldıqları evdə Təqsirləndirilən şəxs1ı gözləmiş, Təqsirləndirilən şəxs1 təhvil aldığı narkotik vasitə ilə birlikdə qaldıqları evə geri qaytıdıqdan sonra yenidən Mohammad ilə əlaqə saxlamış və narkotik vasitənin onlarda olduğunu ona bildirmiş, Mohammad həmin 1 ədəd bağlamanı açıb 2 ədəd avtomobil ehtiyat hissəsinin içərisindən narkotik vasitəni çıxarmalarını onlara demiş, Təqsirləndirilən şəxs1 ilə həmin 1 ədəd bağlamanı açaraq 2 ədəd avtomobil ehtiyat hissəsinin içərisindən narkotik vasitəni çıxarmaq istədikdə bu mümkün olmamış, bu barədə Mohammada məlumat vermiş, Mohammad narkotik vasitənin qeyd edilən 2 ədəd dəmir parçasının içərisində olduğunu, həmin 2 ədəd dəmir parçasını təhvil aldıqları şəkildə narkotik vasitəni alacaq şəxsə vermələrini onlara tapşırmış, x xxxxxx 2019cu il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 narkotik vasitəni onlardan alacaq şəxs ilə yenidən əlaqə saxlamış, narkotik vasitənin onlarda olması barədə məlumat vermiş, həmin şəxs öz növbəsində 30 dəqiqə ərzində Qış Parkının yaxınlığında olacağını Təqsirləndirilən şəxs1 bildirmiş, x xxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs1 qeyd edilən 2 ədəd ehtiyat hissəsini üzərində “Cat” yazısı olan bel çantasının içərisinə qoymuş, Təqsirləndirilən şəxs1 ilə birgə Qış Parkının yaxınlığında narkotik vasitəni “Əmi” adlı şəxsə satmaq üçün təyin olunmuş yerə getmişlər, orada həmin tiryək narkotik vasitəsini “Əmi” adlı şəxsə satarkən mülki geyimli şəxslər onlara yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək onları Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər, Əməliyyat-İstintaq Baş İdarəsində ona və Koushaya məxsus bağlamaya baxış keçirilmiş, üzərində “Cat” yazısı olan çantanın içərisində olan 2 ədəd ehtiyat hissəsinin hər birinin içərisindən ayrı-ayrılıqda təqribi çəkiləri 1.454 və 1.519 qram olmaqla, ümumilikdə təqribən 2.973 qram tiryək narkotik vasitəsi aşkar olunaraq götürülmüş, qablaşdırılaraq möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş, həmin protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər, Mohammad Hamzehnezhad qeyd edilən narkotik vasitəni tanışları vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərəcəyini ona demiş, qeyd edilən narkotik vasitəni hansı yolla və kimin vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərəcəyini ona deməmiş, bu səbəbdən bu barədə hər hansı başqa məlumatı olmamışdı; narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli şəkildə Azərbaycan Respublikasına gətirməmiş, narkotik vasitələri Bakı şəhərində əldə etmiş, bu səbəbdən də özünü Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilmir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin rəisi Şahid1 ifadə verərək göstərmişdir ki, x xxxxxxx 2019-cu il tarixdə “X22” turizm şirkətinin direktoru Şahid10 ərizə ilə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə müraciət edərək 2019-cu ilin 11-25 sentyabr tarixlərində xidməti fəaliyyəti ilə əlaqədar İran İslam Respublikasının Təbriz şəhərində səfərdə olarkən kafelərdən birində təsadüfən İran İslam Respublikası vətəndaşı “Fərdin” adlı şəxslə tanış olduğunu, Fərdin adlı şəxsin ona turizm xətti vasitəsi ilə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərməyi təklif etdiyini göstərmiş, bununla bağlı narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrindən ötrü əməkdaşlıq etməyə hazır olduğunu bildirmiş, bununla əlaqədar o, Şahid10 “Fərdin” adlı şəxsin onunla əlaqə saxlayacağı təqdirdə bu barədə məlumat verməsini tapşırmış, Şahid10 “Fərdin” adlı şəxs onunla əlaqə saxlayacağı təqdirdə dərhal bu barədə məlumat verəcəyini bildirmişdir; 2019-cu ilin oktyabr ayının sonları-noyabr ayının əvvəllərində Şahid10 onunla əlaqə saxlamış, “Fərdin” adlı şəxsin əlaqə saxlayaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına təqribən 3 kiloqram çəkidə tiryək narkotik vasitəsi göndərdiyini, həmin tiryək narkotik vasitəsini almaq istədiyi təqdirdə tanışlarının qeyd edilən narkotik vasitəni Bakı şəhərində ona çatdıra biləcəklərini dediyini bildirmiş, narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri məqsədi ilə Şahid10 “Fərdin” adlı şəxsə həmin narkotik vasitələri almaq istədiyini bildirməsini tapşırmış, Şahid10 onun tapşırığına uyğun olaraq “Fərdin” adlı şəxsə qeyd edilən narkotik vasitəni almaq istədiyini və Bakı şəhərində onun tanışları ilə görüşə biləcəyini demiş, “Fərdin” adlı şəxs İran İslam Respublikasından gələcək Abdollah və Keyvan adlı tanışlarının Orxanla əlaqə saxlayacağını bildirmişdir; x xxxxxx 2019-cu il tarixdə Şahid10 onunla əlaqə saxlayaraq +**********11 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “WhatsApp” profilindən istifadəsində olan (077) ***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “WhatsApp” profilinə “Salam.Fərdinin dostuyam” məzmunlu mesaj göndərildiyini demiş, o, keçiriləcək əməliyyat tədbirində istifadə etmək məqsədi ilə Şahid10 +**********11 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “WhatsApp” profilinə və “Fərdin” adlı şəxsə onunla əlaqə saxlamaları üçün istifadəsində olan digər mobil nömrəni, yəni (077) ***-**-** saylı mobil telefon nömrəsini mesaj kimi göndərməsini tapşırmış, Şahid10 həmin gün onun tapşırığına uyğun olaraq +**********11 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “WhatsApp” profilinə və “Fərdin” adlı şəxsə əlaqə saxlamaları üçün istifadəsində olan digər mobil nömrəni, yəni (077) ***- **-** saylı mobil telefon nömrəsini mesaj kimi göndərmiş, “Fərdin” adlı şəxsin tanışları mobil telefon vasitəsi ilə Bakı şəhərində yerləşən Qış Parkının yaxınlığında olduqlarını bildirmişlər, bundan sonra “Fərdin” adlı şəxsin qeyd etdiyi xüsusatların dəqiqləşdirilməsi məqsədi ilə Şahid10 onların iştirakı ilə “Fərdin” adlı şəxsin tanışları ilə görüşməsi təklif edilmiş, Şahid10 onların təklifinə öz razılığını vermiş, verilmiş tapşırığa uyğun olaraq “Fərdin” adlı şəxsin tanışları “Abdollah” və “Keyvan” adlı şəxslə görüşmüş, həmin narkotik vasitəni guya “əmisi”nin, yəni onun alacağını “Fərdin” adlı şəxsin tanışları “Abdollah” və “Keyvan” adlı şəxsə bildirmiş, özü “Abdollah” və “Keyvan” adlı şəxsin yanına getmiş, Şahid10 onu əmisi kimi “Abdollah” və “Keyvan” adlı şəxslə təqdim etmiş, narkotik vasitəni onun alacağını qeyd edilən şəxslərə bildirmiş, söhbət zamanı “Keyvan” və “Abdollah” adlı şəxslərdən narkotik vasitənin onlarda olacağı vaxtı, həmin narkotik vasitəyə görə verməli olduqları pulun miqdarını soruşmuş, Keyvan adlı şəxs ona məlum olmayan tanışı ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitənin çatdırılma vaxtın, həmin narkotik vasitəyə görə almalı olacaqları pulun miqdarını soruşmuş, qeyd edilən şəxs narkotik vasitənin x xxxxxx 2019-cu il tarixdə çatdırılacağını, həmin narkotik vasitəyə görə 9900 ABŞ dolları məbləğində pul almalı olacaqlarını “Keyvan” və “Abdollah” adlı şəxsə demiş, “Keyvan” və “Abdollah” adlı şəxs bu barədə onlara demiş, vaxt qazanmaq məqsədi ilə onda olan pulların Azərbaycan manatı olduğu üçün həmin pulları sabah ABŞ dollarına mübadilə edib narkotik vasitəni təhvil alarkən təhvil verəcəyini “Abdollah” və “Keyvan” adlı şəxsə demiş, bundan sonra narkotik vasitənin alqı-satqısı vaxtını x xxxxxx 2019-cu il tarixə səhər saatlarına təyin etmişlər, “Abdollah” və “Keyvan” adlı şəxslə sağollaşıb ayrılmışlar, Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi rəisinin x xxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda tiryək narkotik vasitəsinin Bakı şəhərində realizə edilməsi ilə məşğul olan “Keyvan” və “Abdollah” adlı şəxslərin ifşa olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri məqsədi ilə ondan, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi X5-Axtarış şöbəsinin rəisi Şahid3, həmin şöbənin böyük əməliyyat müvəkilləri Şahid4, Şahid5, həmin şöbəyə təhkim olunmuş “Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin mühafizəçisi Şahid6 Rafael oğlundan və Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi X5-Axtarış şöbəsinin rəisi Şahid3 təyin edilmiş və keçiriləcək əməliyyat-axtarış tədbirində onun “Əmi” adı ilə şərti alıcı qismində “Abdollah” və “Keyvan” adlı şəxslə alqı-satqı əlaqəsinə girməsi qərara alınmış, x xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində “Abdollah” və “Keyvan” adlı şəxs narkotik vasitənin artıq onlarda olması barədə məlumat vermişlər, bununla bağlı “Abdollah” və “Keyvan” adlı şəxslərə təqribən 30 dəqiqə ərzində Bakı şəhərində yerləşən “Qış Parkı”nın yaxınlığında olacaqlarını bildirmişlər, x xxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi və Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş, 2 ədəd dairəvi formalı, metal materialından ehtiyat hissəsinin içərisində gizlədilmiş külli miqdarda tiryək narkotik vasitəsini şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına, yəni ona satmaq istəyərkən tərəflərindən saxlanılaraq Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23 L ünvanında yerləşən inzibati binasına dəvət edilmişlər, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23 L ünvanında yerləşən inzibati binasında İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, üzərində “Cat” yazısı olan 1 ədəd bel çantasına Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, hal şahidlərinin və tərcüməçinin iştirakı ilə tərəflərindən baxış keçirilmiş, baxış zamanı üzərində “Cat” yazısı olan 1 ədəd bel çantasının içərisində hər biri 2 hissədən ibarət olan və iç-içə keçən 2 ədəd dairəvi formalı metal materialından ehtiyat hissəsinin olduğu məlum olmuş, bundan sonra həmin metal materialından ehtiyat hissələri qızdırılmaq yolu ilə açılmış və içərilərinə keçirilən baxış zamanı birinin içərisində təqribən 1.454 qram, digərinin içərisində təqribən 1.519 qram olmaqla ümumilikdə təqribən 2.973 qram tiryək narkotik vasitəsinə oxşar maddənin olduğu aşkar edilmiş, bundan sonra ümumi təqribi çəkisi 2.973 qram olan tiryək narkotik vasitəsinə oxşar maddə, açılmış vəziyyətdə 4 ədəd dairəvi formalı metal materialından ibarət olan 2 ədəd dairəvi formalı metal materialından ehtiyat hissəsi və Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon tərəflərindən qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilmiş, həmin protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid5, Şahid4, Şahid6 Rafail oğlu və Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, 2014-cü ilin yanvar ayından xx xxxxxx 2019-cu il tarixədək ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsində kuryer işləmişdir, xx xxxxxxxx 2018-ci il tarixdə keçmiş iş yerində, yəni “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsinin Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən ofisində olduğu vaxt təxminən 30-35 yaşlı, təxminən 175-180 sm hündürlükdə, üzü tüklü, qarabəniz, özünü Şəhram kimi təqdim edən İran İslam Respublikası vətəndaşı qeyd edilən ofisə gəlmiş, təxminən 5-6 kiloqram çəkidə dəzgah ehtiyat hissəsi göndərmək istədiyini ona demiş, buna görə nə qədər xərcinin çıxacağını ondan soruşmuş, o, həmin ehtiyat hissəsinin dəqiq çəkisini bildikdən sonra bu barədə konkret bir söz deyə biləcəyini Şəhram adlı şəxsə bildirmişdir, Şəhram adlı şəxs özü ilə gətirdiyi, üzərində dəzgah təsviri olan 1 ədəd karton bağlamanı ona təqdim etmiş, o, həmin karton bağlamanı açmış, həmin bağlamanın içərisində 2 ədəd silindrik formalı ehtiyat hissəsinin, 1 ədəd sarı rəngli plastmas qutuda dəzgaha vurulması nəzərdə tutulan yağın olduğunu görmüş, Şəhram adlı şəxs adını demədiyi xalasının ailə üzvləri ilə birlikdə Kanadada yaşayaraq orada zavodda işlədiklərini, göndərdiyi ehtiyat hissəslərinin həmin zavodda olan dəzgahların ehtiyat hissəsi olduğunu, tez-tez həmin ehtiyat hissəsinə qeyd edilən zavodda ehtiyac olduğunu ona demiş, o, Şəhram adlı şəxsin sözlərinin səmimi olduğuna inanmış, bağlamanı açdıqdan sonra orada olan 2 ədəd ehtiyat hissəsini və 1 ədəd plastmas qutuda olan dəzgah yağını elektron tərəzidə çəkmiş, qeyd edilən çəkiyə uyğun olaraq Şəhram adlı şəxsə göndərmə xərcinin 300 ABŞ dolları, yəni 510 manat olduğunu demiş, Şəhram adlı şəxs verdiyi malların daşınma xərci olaraq ona 300 ABŞ dolları vermiş, o, Şəhram adlı şəxsin verdiyi qeyd edilən malları qablaşdırmış və Şəhram adlı şəxs həmin malları öz adından Kanadaya hazırda xatırlamadığı ünvana və şəxsə göndərmiş, Şəhram adlı şəxslə tanışlıq münasibəti yaranmış, Şəhram adlı şəxs onunla əlaqə saxlaması üçün mobil nömrəsini istəmiş, o, istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəsini Şəhram adlı şəxsə vermiş, Şəhram adlı şəxs onunla sağollaşıb getmişdir; xx xxxxxxx 2018-ci il tarixdə Şəhram adlı şəxs yenidən iş yerinə, yəni “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsinin Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən ofisinə gələrək yenidən ona üzərində dəzgah təsviri olan 1 ədəd karton bağlama təqdim etmiş, Şəhram adlı şəxsin verdiyi malları qablaşdırmış, Şəhram adlı şəxs həmin malları öz adından Kanadaya hazırda xatırlamadığı ünvana və şəxsə göndərmiş, Şəhram adlı şəxs onunla sağollaşıb getmiş, x xxxxxx 2018-ci il tarixdə Şəhram adlı şəxs yenidən iş yerinə, yəni “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsinin Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən ofisinə gələrək yenidən ona üzərində dəzgah təsviri olan 1 ədəd karton bağlama təqdim etmiş, o, həmin karton bağlamanı açmış, həmin bağlamanın içərisində 2 ədəd silindrik formalı ehtiyat hissəsinin, 1 ədəd sarı rəngli plastmas qutuda dəzgaha vurulması nəzərdə tutulan yağın olduğunu görmüş, Şəhram adlı şəxsin verdiyi malları qablaşdırmış və Şəhram adlı şəxs həmin malları öz adından Kanadaya hazırda xatırlamadığı ünvana və şəxsə göndərmişdir, Şəhram adlı şəxs özü Azərbaycan Respublikasına gələ bilmədikdə qeyd edilən dəzgah ehtiyat hissəsini hər hansı tanışı ilə ona göndərəcəyi təqdirdə həmin ehtiyat hissələrini deyəcəyi ünvana və şəxsə göndərməsinin mümkün olub-olmadığını ondan soruşmuş, mümkün olacağı təqdirdə hər dəfə göndərmə xərcindən əlavə ona 20-30 ABŞ dolları zəhmət haqqı göndərəcəyini demiş, o, Şəhram adlı şəxsin səmimiyyətinə inandığı üçün bunun problem olmadığını demiş, Şəhram adlı şəxs onunla sağollaşıb getmiş, xx xxxxxx 2018-ci il tarixdə Şəhram adlı şəxs istifadəsində olan +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “WhatsApp” profili ilə onun istifadəsində olmuş +99450 ***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “WhatsApp” profili ilə əlaqə saxlayaraq Azərbaycan Respublikasına gəlmək üçün hər dəfə viza almağın çətinlik törətdiyini, buna görə də dəzgah ehtiyat hissələrini hər hansı tanışı və ya taksi sürücüsü vasitəsi ilə İran İslam Respublikasından ona göndərəcəyini demiş, o, bunun problem olmadığını Şəhram adlı şəxsə demiş, daha sonra Şəhram adlı şəxs göndərəcəyi dəzgah ehtiyat hissələrini İran İslam Respublikasının Astara şəhərində təhvil alacaq hər hansı şəxs tapmağı ondan xahiş etmiş, həmin şəxsə dəzgah ehtiyat hissələrini İran İslam Respublikasının Astara şəhərində ondan təhvil alaraq Bakı şəhərinə göndərməsi üçün zəhmət haqqı olaraq 30-50 manat məbləğində pul verəcəyini demiş, o, bu barədə maraqlanıb xəbər edəcəyini Şəhram adlı şəxsə deyərək sağollaşmışdır, bundan sonra iş yerində, yəni ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsində olarkən həmin vaxt onun kimi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən “Dərhal” (“DHL-express”) beynəlxalq poçt-daşıma məntəqəsinin əməliyyat şöbəsində kuryer işləyən, əslən Astara rayonundan olan X17 və sonuncunun qardaşı vasitəsi ilə Astara rayon sakini Elvin adlı şəxslə tanış olmuş, bundan sonra 2018-ci ilin dekabr ayının sonlarından 2019-cu ilin may ayının sonlarına kimi Şəhram adlı şəxs Elvin adlı şəxs vasitəsi ilə hər ay ərzində təxminən 1 və ya 2 dəfə olmaqla hər dəfə içərisində 2 ədəd silindrik formalı ehtiyat hissəsi və 1 ədəd sarı rəngli plastmas qutuda dəzgaha vurulması isə nəzərdə tutulan yağ olan bağlama göndərmiş, o, həmin bağlamaları Şəhram adlı şəxsin xahişi ilə ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsi vasitəsi ilə X10, Kanadaya və Rumıniyaya Şəhram adlı şəxsin ünvanlarını və adlarını xatırlamadığı tanışlarına göndərmiş, Şəhram adlı şəxs hər dəfə Elvin adlı şəxs və ya tanımadığı taksi sürücüləri vasitəsi ilə ona bağlamanı göndərmə xərci olaraq təxminən 300-350 ABŞ dolları və zəhmət haqqı olaraq təxminən 20-30 ABŞ dolları pul göndərmiş, 2019-cu ilin may ayının sonlarında Şəhram adlı şəxs Elvin adlı şəxsin onu aldatdığını, yükü ondan təhvil alıb çatdırması üçün daha artıq pul istədiyini və buna görə də Elvin adlı şəxslə daha yük göndərməyəcəyini demiş, o, özünün Elvin adlı şəxslə əlaqəsini kəsəcəyini Şəhram adlı şəxsə demiş, həmin vaxtdan Elvin adlı şəxslə əlaqəni kəsmiş, 2019-cu ilin may ayının sonlarından sonra Şəhram adlı şəxs Elvin adlı şəxs vasitəsi ilə dəzgah ehtiyat hissələri göndərməmiş, bundan sonra yalnız 1 dəfə Elvin adlı şəxs 2019-cu ilin iyun ayının sonları–iyul ayının əvvəllərində Şəhram adlı şəxsin xahişi ilə dəzgah ehtiyat hissələrinin invoys sənədlərini və invoys sənədinin məxsus olduğu şirkətin möhürünü göndərmiş, həmin vaxt Şəhram adlı şəxs Elvin adlı şəxslə ona dəzgah ehtiyat hissələri göndərməmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində mobil nömrəsini hazırda xatırlamadığı taksi sürücüsü ona zəng edərək bağlama göndərildiyini demiş, o bununla bağlı “WhatsApp” proqramı vasitəsi ilə Şəhram adlı şəxslə əlaqə saxlayaraq ona bağlama göndərib-göndərmədiyini soruşmuş, Şəhram adlı şəxs adını demədiyi tanışı vasitəsi ilə hər birinin içərisində 2 ədəd silindrik formalı dəzgah ehtiyat hissəsi olan 2 ədəd bağlama göndərdiyini və həmin tanışının qeyd edilən bağlamaları ona çatdırması üçün taksi sürücüsünə verdiyini, həmin taksi sürücüsün onunla əlaqə saxlayacağını demiş, bundan sonra xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində adını bilmədiyi, əvvəllər tanımadığı, dövlət qeydiyyat nömrəsini xatrılamadığı, ağ rəngli, “Mercedes-Benz” markalı, “E-klass” modelli avtomaşınla taksi fəaliyyəti ilə məşğul olan, təxminən 33-35 yaşlı, orta bədən quruluşlu, qarabəniz, boyu təxminən 170-175 sm hündürlükdə olan kişi cinsli şəxslə Bakı şəhərində, “Nefçilər” metrostansiyasının yaxınlığında görüşərək Şəhram adlı şəxsin göndərdiyi, hər birinin içərisində 2 ədəd silindrik formalı dəzgah ehtiyat hissəsi olan 2 ədəd bağlamanı təhvil almış, zəhmət haqqı olaraq qeyd edilən taksi sürücüsünə 5 manat məbləğində pul vermiş, həmin taksi sürücüsü onunla sağollaşaraq çıxıb getmiş, “WhatsApp” proqramı vasitəsi ilə həmin bağlamaları təhvil alması barədə Şəhram adlı şəxsə məlumat vermiş, Şəhram adlı şəxs qeyd edilən bağlamaların göndəriləcəyi ünvanları ona deyəcəyini bildirmiş, ertəsi gün, yəni xx xxxxxx 2019-cu il tarixdə qeyd edilən bağlamaları “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsinin Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən ofisinə aparmış və qeyd edilən dəzgah ehtiyat hissələri tərəzidə çəkmiş, həmin dəzgah ehtiyat hissələrinin ümumi çəkisinin 9 kiloqram olduğunu müəyyən etmiş, həmin dəzgah ehtiyat hissələrinin ümumi çəkisi və Kanadaya göndərmə xərci barədə “WhatsApp” proqramı vasitəsi ilə Şəhram adlı şəxsə məlumat vermiş, Şəhram adlı şəxs bağlamaları adətən Kanadaya göndərdiyi üçün qeyd edilən bağlamaların Kanadaya göndərilmə xərclərini hesablamış, Şəhram adlı şəxs də qeyd edilən bağlamaların hansı ünvana göndəriləcəyi barədə ona xəbər verəcəyini demiş, Şəhram adlı şəxsin qeyd edilən bağlamaların göndəriləcəyi ünvan barədə ona hər hansı məlumat vermədiyini görüb xx xxxxxx 2019-cu il tarixdə “WhatsApp” proqramı vasitəsi ilə həmin bağlamaların onda qaldığını demiş, qeyd edilən bağlamaların göndəriləcəyi yeri və vaxtı Şəhram adlı şəxsdən soruşmuş, Şəhram adlı şəxs adını demədiyi dostundan xəbər gözlədiyini, bu barədə ona məlumat verəcəyini demiş, xx xxxxxx 2019-cu il tarixdə Şəhram adlı şəxs qeyd edilən bağlamalardan birini Rumıniyaya göndərməsini ona demiş, bağlamanın göndəriləcəyi ünvanı və adına bağlama göndəriləcək şəxsin anket məlumatlarını ona göndərmiş, o, x xxxxxxxx 2019-cu il tarixdə içərisində 2 ədəd silindrik formalı dəzgah ehtiyat hissəsi 1 ədəd bağlamanı Şəhram adlı şəxsin sifarişinə uyğun olaraq Ruminiyaya sonuncunun dediyi ünvana və şəxsə göndərmiş, Şəhram adlı şəxsdən digər bağlamanın göndəriləcəyi yer və şəxs barədə soruşmuş, Şəhram adlı şəxs bir qədər gözləməsini və bu barədə ona məlumat verəcəyini demiş, sonuncu dəfə Şəhram adlı şəxs tərəfindən Rumıniyaya göndərilmiş, içərisində 2 ədəd dəzgah ehtiyat hissəsi olan 1 ədəd bağlama 2019-cu ilin sentyabr ayının ortalarında ona məlum olmayan səbəbə görə Almaniya gömrük orqanı tərəfindən saxlanılmış, ünvan üzrə göndərilməmiş, “DHL” beynəlxalq poçtdaşıma məntəqəsinin Almaniya nümayəndəliyi tərəfindən qeyd edilən ehtiyat hissəsinin nəyin ehtiyat hissəsinin olması, kod nömrəsi barədə məlumatların onlara verilməsi işlədiyi “DHL” beynəlxalq poçt daşıma məntəqsinin ofisinə bildirilmiş, o, bu barədə Şəhram adlı şəxsə məlumat vermiş, Şəhram adlı şəxs malın kod nömrəsini və dəzgahın fotoşəklini “WhatsApp” proqramı vasitəsi ilə ona göndərmiş, o, həmin məlumatları “DHL” beynəlxalq poçtdaşıma məntəqəsinin Almaniya nümayəndəliyinə göndərilməsi üçün “DHL” beynəlxalq poçtdaşıma məntəqəsinin ofisinə təqdim etmiş, bundan sonra qeyd edilən məlumatlar “DHL” beynəlxalq poçtdaşıma məntəqəsinin ofisi vasitəsi ilə “DHL” beynəlxalq poçtdaşıma məntəqəsinin Almaniya nümayəndəliyinə göndərilmiş, Şəhram adlı şəxsin göndərdiyi bağlama Rumıniyada təhvil alınmadığı üçün geri qaytarılmayaraq məhv edilmiş, bununla əlaqədar Şəhram adlı şəxs onda qalan, içərisində 2 ədəd silindrik formalı dəzgah ehtiyat hissəsi olan 1 ədəd bağlamanı göndərməyərək bir müddət özündə saxlamasını, həmin bağlamanı Bakı şəhərində dostunun gəlib ondan götürəcəyini ona demiş, o, həmin bağlamanı Şəhram adlı şəxsin dediyi kimi göndərməyərək bir müddət özündə, yəni ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsində saxlamış və həmin bağlama oktyabr ayının sonunadək ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsində qalmış, 2019-cu ilin oktyabr ayının sonlarında “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsinin rəhbərliyi tərəfindən ofisdə hər hansı bağlamanın qalmaması barədə işçilərə ciddi xəbərdarlıq edilmiş, bununla bağlı Şəhram adlı şəxsə məlumat vermiş, Şəhram adlı şəxs 3-4 gün ərzində həmin bağlamanı Bakı şəhərində dostunun gəlib ondan götürəcəyini demiş, bununla əlaqədar içərisində 2 ədəd silindrik formalı dəzgah ehtiyat hissəsi olan bağlamanı təxminən 1 gün ərzində idarə etdiyi “Hyundai-Sonata” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerində saxlamış x xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində içərisində 2 ədəd silindrik formalı dəzgah ehtiyat hissəsi olan bağlamanı idarə etdiyi “Hyundai-Sonata” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerindən götürərək yaşadığı ünvan 4 mənzil 41 ünvanının yerləşdiyi binanın blokunun 2 və 3cü mərtəbələrinin arasında olan və yaşadığı həmin mənzilə məxsus olan saxlanc yerinə qoymuş, x xxxxxx 2019-cu il tarixdə saat 23:30 radələrində Şəhram adlı şəxs +**********00 saylı mobil telefon nömrəsindəki “WhatsApp” profili vasitəsi ilə onun istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəsindəki “WhatsApp” profili ilə əlaqə saxlayaraq özündə saxladığı içərisində 2 ədəd silindrik formalı dəzgah ehtiyat hissəsi olan 1 ədəd bağlamanı +**********11 saylı mobil telefon nömrəsinin istifadəçisi ilə görüşüb x xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində həmin şəxsə verməsini xahiş etmiş, o, Şəhram adlı şəxsə qeyd edilən bağlamanı onun dediyi şəxsə x xxxxxx 2019-cu il tarixdə görüşüb təhvil verə biləcəyini demiş, x xxxxxx 2019-cu il tarixdə saat 10:20 radələrində Şəhram adlı şəxs onunla əlaqə saxlayaraq bağlamanı dediyi şəxsə təhvil veribvermədiyini ondan soruşmuş, o, yaşadığı evdə olduğunu, bir müddət sonra dediyi şəxslə görüşüb həmin bağlamanı təhvil verəcəyini Şəhram adlı şəxsə demiş, bundan sonra x xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində “WhatsApp” proqramı vasitəsi ilə +**********11 saylı mobil nömrənin istifadəçisi olan iranlı şəxslə əlaqə saxlamış, həmin şəxsə mobil nömrəsinin Şəhram adlı şəxsin verdiyini demiş və harada olduğunu həmin şəxsdən soruşmuşdur. Qeyd edilən şəxs də olduğu yerin lokasiyasını ona göndərəcəyini demiş, həmin yeri “WhatsApp” proqramı vasitəsi ilə mesajla ona göndərmiş, x xxxxxx 2019-cu il tarixdə saat 11:30 radələrində “WhatsApp” proqramı vasitəsi ilə +**********11 saylı mobil nömrənin istifadəçisi olan iranlı şəxslə əlaqə saxlayaraq “Qış parkının” yanında olduğunu ona bildirmiş, bir neçə dəqiqə sonra həmin şəxslə Qış Parkının içəri hissəsində yerləşən “Özsüt” restoranın yanında görüşmüş və idarə etdiyi nəqliyyat nəqliyyat vasitəsinin yük yerində olan 1 ədəd qara rəngli sellofan bağlamanı həmin şəxsə vermiş, həmin şəxs bığlı, ağbəniz, nisbətən dolu bədən quruluşlu, hündürboy kişi cinsli şəxs olmuş, bağlamanı təhvil verməsi barədə Şəhram adlı şəxsə məlumat vermiş, orada gözləməyərək işləri ilə məşğul olmuş, 2019-cu ilin noyabr ayında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsində şahid qismində ifadə verərkən Şəhram adlı şəxsin poçt vasitəsi ilə göndərməsi üçün ona göndərdiyi bağlamaların içərisində və x xxxxxx 2019-cu il tarixdə Şəhram adlı şəxsin tanışına Bakı şəhərində təhvil verdiyi 1 ədəd bağlamadakı silindrik formada olan 2 ədəd dəzgah ehtiyat hissəsinin içərisində narkotik vasitələrin olduğunu öyrənmiş, həmin vaxtadək qeyd edilən bağlamaların içərisində narkotik vasitələrin olması barədə hər hansı məlumatı olmamış, 2020-ci ilin yanvar ayının ortalarında keçmiş iş yoldaşı X8 Elvin adlı şəxsin Şəhram adlı şəxsin göndərdiyi və içərisində narkotik vasitə olan bağlamanı poçt vasitəsi göndərərkən gömrük xidməti əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, x xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində həmyerlisi Şahid9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal rayon filialının qarşısından keçərkən bir nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özünü təqdim edərək Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı olduğunu bildirirək keçiriləcək baxışda işitrak etməyi təklif etmiş, onlar həmin baxış prosesində iştirak etməyə öz razılıqlarını vermişlər, bundan sonra qeyd edilən gömrük əməkdaşı ilə birlikdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal rayon filialının yaxınlığında yerləşən inzibati binasına daxil olmuş, binaya daxil olduqdan sonra adını bilmədiyi gömrük əməkdaşı İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş üzərində “Cat” yazısı olan 1 ədəd bel çantasına baxış keçiriləcəyini onlara demiş, baxış keçirilməmişdən qabaq adını bilmədiyi gömrük əməkdaşı hal şahidi qismində iştirak etmələri ilə bağlı hüquq və vəzifələrini onlara izah etmiş, daha sonra İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş üzərində “Cat” yazısı olan 1 ədəd bel çantasına onun, digər hal şahidi Şahid9, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, tərcüməçinin və adlarını bilmədiyi gömrük əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı üzərində “Cat” yazısı olan 1 ədəd bel çantasının içərisində hər biri 2 hissədən ibarət olan və iç-içə keçən 2 ədəd dairəvi formalı metal materialından ehtiyat hissəsinin olduğu məlum olmuş, həmin metal materialından ehtiyat hissələri qızdırılmaq yolu ilə açılmış və içərilərinə keçirilən baxış zamanı birinin içərisində təqribən 1.454 qram, digərinin içərisində təqribən 1.519 qram olmaqla ümumilikdə təqribən 2.973 qram tiryək narkotik vasitəsinə oxşar maddənin olduğu aşkar edilmiş, bundan sonra ümumi təqribi çəkisi 2.973 qram olan tiryək narkotik vasitəsinə oxşar maddə, açılmış vəziyyətdə 4 ədəd dairəvi formalı metal materialından ibarət olan 2 ədəd dairəvi formalı metal materialından ehtiyat hissəsi və Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilmiş, onlar da həmin protokolla tanış olub düzgün tərtib olunmasını öz imzaları ilə təsdiq etmişlər. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 Şahid8 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi istintaq və təhqiqat idarəsi istintaq şöbəsinin x xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi və götürülməyə dair protokolundan görünür ki, x xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2 ədəd dairəvi formalı, metal materialından ehtiyat hissələrinin içərisində təqribi çəkiləri 1.454 qram və 1.519 qram olmaqla, ümumilikdə təqribi çəkisi 2.973 qram təşkil edən tiryək narkotik vasitəsinə oxşar maddə və həmin tiryək narkotik vasitəsinə oxşar maddənin gizlədilməsində vasitə kimi istifadə edilən 4 ədəd dairəvi formalı ehtiyat hissəsi aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 5-6). İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi istintaq və təhqiqat idarəsi istintaq şöbəsinin x xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqqında protokolundan görünür ki, x xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ümumilikdə təqribi çəkisi 2.973 qram təşkil edən tiryək narkotik vasitəsinə oxşar maddənin gizlədilməsində vasitə kimi istifadə edilən 2 dairəvi formalı, metal materialından ehtiyat hissəsinin hər biri 2 ədəd dairəvi formalı, metal materialından olan hissədən ibarət olmuşdur (1-ci cild iş vərəqi 201). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə x xxxxxx 2019-cu il tarixli 27449 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi № 000123 yazılı polietilen paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.517 qram və 1.444 qram, ümumi təmiz çəkisi 2.961 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustra üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; hər iki bükümdəki tiryəklər kimyəvi komponent tərkibinə görə eynidirlər; tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir; Aparılmış tədqiqatdan sonra tiryək narkotik vasitəsinin ümumi təmiz qalıq çəkisi 2960,9 qram olmuşdur (1-ci cild iş vərəqi 107- 109). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx xxxxxx 2019-cu il tarixli 2924 №-li ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar olunmamışdır; hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır; hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild iş vərəqi 307-308) İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx xxxxxx 2019-cu il tarixli 3017 №-li ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar olunmamışdır; hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır; hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (2-ci cild iş vərəqi 310-311) İşdə olan Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy A5 2016” modelli mobil telefona baxış keçirilməsi haqqında x xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********11 saylı mobil telefon nömrəsində istifadəçi adı “Keyvan” kimi qeydiyyatdan keçmiş profildən iş üzrə Şahid7 istifadəsində olmuş +99450 ***- **-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “WhatsApp” profilinə x xxxxxx 2019-cu il tarixdə saat 10:58-də olduğu yeri göstərən mesaj göndərilmişdir; x xxxxxx 2019-cu il saat 21:14dən x xxxxxx 2019-cu il saat 11:19-dək +**********62 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş və istifadəçi adı “Mamad whatsup” kimi qeyd edilmiş “WhatsApp” profili ilə iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********11 saylı mobil telefon nömrəsində istifadəçi adı “Keyvan” kimi qeydiyyatdan keçmiş profili arasında vizanın əldə olunması, içində narkotik vasitə olan bağlamanın təhvil alınması və çatdırılması ilə bağlı mütəmadi danışıqlar aparılmışdır;x xxxxxx 2019-cu il tarixdə saat 16:41, 16:42-də iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********11 saylı mobil telefon nömrəsində istifadəçi adı “Keyvan” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profilindən (077) ***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, fars dilində istifadəçi adı “Bakı-1” kimi qeyd edilmiş profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir:- Salam;- Fərdinin dostuyam; x xxxxxx 2019-cu il tarixdə saat 16:54-də (077) ***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, fars dilində istifadəçi adı “Bakı-1” kimi qeyd edilmiş “WhatsApp” profilindən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********11 saylı mobil telefon nömrəsində istifadəçi adı “Keyvan” kimi qeydiyyatdan keçmiş profilə göndərilmiş mesajın mətni aşağıdakı kimidir: - +**********58; İşdə olan baxış keçirilməsi haqqında x xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********11 saylı mobil telefon nömrəsində istifadəçi adı “Keyvan” kimi qeydiyyatdan keçmiş profilinə +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş (istintaqla Shahram kimi müəyyən edilmiş) “WhatsApp” profilindən x xxxxxx 2019-cu il tarixdə saat 10:52-də və 10:53-də qəbul edilməmiş zənglər daxil olmuşdur (1-ci cild iş vərəqi 235-238). İşdə orlan baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, üzrə Şahid7 istifadəsində olmuş 1 ədəd “İphone 6S” modelli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid7 istifadəsində olmuş +99450 *** ** ** saylı mobil telefon nömrəsində istifadəçi adı “Orxan” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profili ilə İran mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində istifadəçi adı “X23” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profili arasında aşkar edilərək götürülmüş 2 ədəd dəzgah ehtiyat hissəsinin Bakı şəhərində Şəhram adlı şəxsin tanışlarına təhvil verilməsi ilə əlaqədar mütəmadi danışıqlar olmuşdur; Şahid7 istifadəsində olmuş +99450 ***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Orxan” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profili ilə İran mobil operatoruna məxsus +**********11 saylı mobil telefon nömrəsində istifadəçi adı “Sehram Tanis” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profili arasında x xxxxxx 2019-cu il tarixdə 1 dəqiqə 1 saniyə, x xxxxxx 2019-cu il tarixdə saat 11:03-də 27 saniyə, x xxxxxx 2019-cu il tarixdə saat 11:28-də 24 saniyə, x xxxxxx 2019-cu il tarixdə saat 11:35-də 40 saniyə müddətində audiozəng danışıqları olmuşdur (2-ci cild iş vərəqi 1-160). İşdə olan xx xxxxxx 2020-ci il tarixli sərhədkeçmə hesabatına baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 x xxxxxx 2019-cu il tarixdə saat 12:44-də “Astara” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş, qeyd edilən vaxtdan başqa digər vaxtlarda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına səfər etməsi müəyyən edilməmişdir (3-cü cild iş vərəqi 135). İşdə olan xx xxxxxx 2020-ci il tarixli sərhədkeçmə hesabatına baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 x xxxxxx 2019-cu il tarixdə saat 12:46-da “Astara” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş, qeyd edilən vaxtdan başqa digər vaxtlarda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasına səfər etməsi müəyyən edilməmişdir (3-cü cild iş vərəqi 136). İşdə olan Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzindən daxil olmuş Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunun idxal piyada keçid xəttinə daxil olmuş İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkət trayektoriyalarını əks etdirən video görüntünün əks olunduğu 1 ədəd “Hansmann” markalı “DVD-R” diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 x xxxxxx 2019-cu il tarixdə birlikdə İran İslam Respublikası istiqamətindən Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunun idxal piyada keçid xəttinə daxil olmuş, əvvəlcə Təqsirləndirilən şəxs1 gömrük nəzarətindən keçmiş, Təqsirləndirilən şəxs1 gömrük nəzarətindən keçdikdən sonra onun ardınca Təqsirləndirilən şəxs2 gömrük nəzarətindən keçmiş, daha sonra Təqsirləndirilən şəxs1 əl yükünü “X-ray” markalı rentgen qurğusundan gömrük nəzarətindən keçirmiş, gömrük nəzarəti zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən və əl yüklərindən döyriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməyən hər hansı predmetin aşkar olunmamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı bir maneə olmadan birlikdə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunun inzibati binasını tərk etmişlər (3-cü cild iş vərəqi 137). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 233) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 232). İşdə olan şübhəli şəxsin tutulması haqqında x xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 x xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 70). İşdə olan şübhəli şəxsin tutulması haqqında x xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, X14 x xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 71). İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu x xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 185-189). İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, X14 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu x xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 179-184). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 cinayət əlaqəsinə girərək ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq qəsdən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmələri, satış məqsədi ilə qanunsuz olaraq əldə etmələri, saxlamaları və daşımaları tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, tiryək narkotik vasitəsinin külli miqdarının aşağı həddi 50 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X2suz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə tiryəkin çəkisi 2.961 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X11 cəza təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X7 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X7 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən X3 Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə X11 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X7 cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 cəza çəkmələrinin başlanğıcı x xxxxxx 2019cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və X14 İran İslam Respublikasının vətəndaşları olduqlarından onlara cəza təyin edilərkən, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın da təyin edilməsi məqsədə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmamasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının x xxxxxx 2019-cu il tarixdən hesablanmasını, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs X11 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmamasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının x xxxxxx 2019-cu il tarixdən hesablanmasını, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası X7 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatlardan sonra qalıq çəkisi 2960,9 qram təşkil edən narkotik vasitə tiryək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan narkotik vasitəsinin gizlədildiyi hər biri 2 ədəd dairəvi formalı, metal materialı hissəsindən ibarət olan 2 dairəvi formalı, metal materialından dəzgah ehtiyat hissəsi məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy A5 2016” modelli mobil telefon yaxın qohumlarından birinə qaytarılması üçün İran islam Respublikasının Azərbaycandakı Səfirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (hər birindən 40, 91 (qırx manat doxsan bir qəpik) manat) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı x xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 təyin olunmuş əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı x xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 təyin olunmuş əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2.960,9 qram təşkil edən narkotik vasitə tiryək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan narkotik vasitəsinin gizlədildiyi hər biri 2 ədəd dairəvi formalı, metal materialı hissəsindən ibarət olan 2 dairəvi formalı, metal materialdan hazırlanmış dəzgah ehtiyat hissəsi məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy A5 2016” modelli mobil telefon yaxın qohumlarından birinə qaytarılması üçün İran islam Respublikasının Azərbaycandakı Səfirliyinə təhvil verilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (hər birindən 40, 91 (qırx manat doxsan bir qəpik) manat) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bak Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar