Məhkəmə qərarları › İş №1(101)-615/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-615/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-615/2022 25.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1, Dövlət ittihamçısı Tofiq oğlu, müdafiəçi- “Arbitrium» vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 12.10.2021-ci il tarixdə istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0.598 qram, 2.145 qram, 0.643 qram, 0.401 qram, 0.548 qram, 0.382 qram, 0.389 qram, 0.326 qram, 0.661 qram, 0.265 qram, 0.343 qram, 0.322 qram, 0.378 qram, olmaqla ümumi təmiz çəkisi külli miqdarda 7.401 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib “Kent” markalanma nişanı olan siqaret qutusunun içərisinə qoyub üzərində saxlamaqla daşımış, 13 oktyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3rləşən Xətai RPİ- nin 36-cı PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Kent” markalanma yazısı olan siqaret qutusunun içərisindən 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.598 qram, 2.145 qram, 0.643 qram, 0.401 qram, 0.548 qram, 0.382 qram, 0.389 qram, 0.326 qram, 0.661 qram, 0.265 qram, 0.343 qram, 0.322 qram, 0.378 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 7.401 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, maşın yuma məntəqəsində işləyir. 13 oktyabr 2021-ci il tarixdə hava limanı yolunda yerləşən yanacaqdoldurma məntəqəsində polis əməkdaşları tərəfindən saxlanılmış onu Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparmışlar və orada üzərinə şəxsi axtarış keçirilən zaman mobil telefonla videoçəkiliş aparılmışdır. Həmin zaman üzərindən heç nə aşkar olunmamışdır, qorxusundan narkotik vasitəni tapdığını demişdir. Polis əməkdaşları tərəfindən o, fiziki zorakılığa məruz qalmışdır, bununla bağlı saxlanma məntəqəsində və Bakı İstintaq Təcridxanasında qeydiyyata alınmış, eyni zamanda, Ombudsmana, Xətai rayon prokurorluğuna və Xətai rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. O, narkotik vasitənin satışı ilə heç vaxt məşqul olmamışdır, narkotik vasitənin alışı-satışı ilə bağlı heç kəslə əlaqəsi olmamış və narkotik vasitə istifadəçisi deyil. Ondan qan analizi də götürülməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində gösərmişdir ki, o, Xətai rayon polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsini daşıyır. Xətai rayonunun inzibati ərazisində “Orxan” adlı şəxsin narkotik vasitə qəbulu, saxlanması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin məlumatın yoxlanılması məqsədi ilə 12 oktyabr 2021-ci il tarixdə Xətai rayon polis idarəsinin X5 kiçik əməliyyat müvəkkili, polis baş serjantı Zərərçəkmiş şəxs və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra onlar Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsinə getmiş və orada xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olması onlara məlum olduqdan sonra onu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək, Xətai rayon polis idarəsinin 36-cı Polis Bölməsinə dəvət etmişlər. Orada onun üzərinə dövlət hesabına təyin edilmiş müdafiəçinin də iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Bu zaman o, cibindən 01 ədəd siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisinə baxış keçirilən zaman orada bükümlər aşkar olunmuşdur. Bükümlərin içərisində nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs heroin olduğunu və onu yerdən tapdığını bildirmişdir. Bundan sonra narkotik vasitə zərfə qoyularaq mühürlənmiş, bu barədə protokl tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai rayon polis idarəsinin Cinayət Axtarış bölməsinin əməkdaşı Zərərçəkmiş şəxs, Şahid ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizanın 13.10.2021-ci il tarixli, 6/4545 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...(Təqsirləndirilən şəxs ...” sözləri və imzalar olan bir ədəd zərfi açdıqda 13 (on üç) ədəd bükümlərin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0.598 qr., 2.145 qr., 0.401 qr., 0.548 qr., 0.382qr., 0.389 qr., 0.326 qr., 0.661., 0.265 qr., 0.343 qr., 0.322 qr., 0.378 qr., ümumi təmiz çəkisi 7.401 qram olan maddələr xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Arəzbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 13 ədəd bükümdə ilkin təmiz çəkisi 7.401 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 6.751 qram narkotik vaitə olan heroin saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizanın 08.12.2021-ci il tarixli, 9665 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoloidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 13 ədəd siqaretin gümüşü kağızında ümumilikdə təmiz çəkisi 7.401 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BƏSİİ- dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlil gətirərək, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, 13 oktyabr 2021-ci il tarixdə üzərindən aşkar olunaraq götürülmüş külli miqdar təşkil edən narkotik vasitə olan heroini qorxduğundan yerdən tapdığını bildirmiş, onun üzərində narkotik vasitənin olmaması və narkotik vasitələrin satışı ilə məşqul olmaması kimi dəlillərin yoxlanılması zamanı onun əməli şahidlərin ifadələri, şəxsi axtarış və diskə baxış protokolları, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsüf edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Bakı şəhər Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qamış 6.751 qram narkotik vasitə olan heroin məhv edilməlidir. 01 ədəd SD və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 141 ( yüz qırx bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Arbitrium» vəkil bürosunun vəkili Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına “Arbitrium» vəkil bürosunun vəkili Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Bakı şəhər Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qamış 6.751 qram narkotik vasitə olan heroin məhv edilsin. 01 ədəd SD və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 141 ( yüz qırx bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar