Məhkəmə qərarları › İş №1(101)-615/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-615/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-615/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X4, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1982-ci il tarixdə Lerik rayonu, Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik şəhəri, A.Əsədullayev küçəsi, ev 12-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 10 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 10 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixədək uzadılmış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü və qeyrisi vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qardaşı Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul edilməsində köməklik edilməsi məqsədilə 2019-cu ilin iyun ayında cinayətdən xəbərsiz tanışı X9 vasitəsilə özünə müraciət etmiş sonuncunun qohumu Zərərçəkmiş şəxs1 aralarında aparılan telefon danışığı zamanı X9 vasitəsi ilə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu X9 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Davud Bayramovun maddi imkanı ilə əlaqədar 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını X9 vasitəsilə almaqla sövdələşib, Zərərçəkmiş şəxs1 inandırmaq məqsədi ilə 2019-cu ilin iyun ayının ortalarında Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb mərkəzində tibbi müayinədən keçirdikdən sonra, həmin gün qeyd edilən Tibb mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus 3.500 manat məbləğində pul vəsaitini Cümşüd Binyətov vasitəsilə alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul edilməsində köməklik edilməsi məqsədilə 2019-cu ilin iyul ayında cinayətdən xəbərsiz tanışı X9 vasitəsilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 aralarında aparılan telefon danışı zamanı Cümşüd Binyətov vasitəsi ilə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Şahid2 işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu Cümşüd Binyətov vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs2lə Cümşüd Binyətov vasitəsilə razılaşmaqla sövdələşib, Zərərçəkmiş şəxs2 inandırmaq məqsədi ilə 2019-cu ilin avqust ayının əvvəllərində Şahid2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb mərkəzində tibbi müayinədən keçirdikdən sonra, həmin gün qeyd edilən Tibb mərkəzinin yaxınlığında 8.000 manat məbləğində pul vəsaitini Cümşüd Binyətov və Şahid2 yanında Zərərçəkmiş şəxs2 şəxsən alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə yanğınsöndürən kimi işə qəbul edilməsində köməklik edilməsi məqsədilə 2020-ci ilin iyul ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonunda yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə onun işə qəbul edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs3 maddi imkanı ilə əlaqədar qeyd olunan pul vəsaitinin bir hissəsini əvvəlcədən qalan hissəsini isə işə qəbulla bağlı əmr verildikdən sonra verməsi barədə razılığını almaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında 500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 şəxsən alaraq, həmçinin, Zərərçəkmiş şəxs3 inandırmaq məqsədi ilə sonuncunun “soltanovismayıElektron ünvan 1” elektron poçt ünvanına əvvəlcədən cinayətkar niyyətinə uyğun istifadə üçün Fövqəladə Hallar Nazirliyinin rəsmi elektron ünvanına oxşatmaqla yaratdığı “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından “Fövqəladə Hallar Nazirliyinin rəsmi elektron ünvanına ünvanladığı müraciətinin qəbul olunduğu, müraciətə baxılaraq məlumat veriləcəyi” barədə yalan məzmunlu 2020-ci ilin iyul ayının sonlarında elektron məktub göndərdikdən və 30 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb mərkəzində tibbi müayinədən keçirdikdən sonra, eyni niyyətlə 31 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən Hacıqabul rayonu, İ.Qayıbov küçəsində yerləşən “Haqqın yolu” mağazasında olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin öz adına olan "xxxx" ASC-yə məxsus **********598397 nömrəli plastik bank kartı hesabına göndərilməsinə nail olub həmin pul vəsaitini Bakı şəhərində istintaqa məlum olmayan yerdə həmin müddətdə bankomatdan çıxarıb nağdlaşdıraraq, əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmiş, Zərərçəkmiş şəxs3 aldadıldığını başa düşməsi səbəbindən razılaşdıqları pul vəsaiti üzrə qalan məbləği vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini Zərərçəkmiş şəxs3 almağa nail olmayaraq, etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir/ Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə yanğınsöndürən kimi işə düzəlməkdə köməklik edilməsi məqsədilə 2021-ci ilin iyun ayında cinayətdən xəbərsiz tanışları X37 və X38 vasitəsilə özünə müraciət etmiş sonuncunun qohumu Zərərçəkmiş şəxs4 Bakı şəhəri ərazisində istintaqa məlum olmayan yerdə görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə onun işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin iyun ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Biləcəri dairəsi” adlanan ərazinin yaxınlığında 5.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 şəxsən alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X30 və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş tanışı X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə işə düzəlməkdə köməklik edilməsi məqsədilə 11 iyul 2021-ci il tarixdə qabaqcadan əlbir olduğu Cavanşir Kazımova cinayətdən xəbərsiz Şahid3 vasitəsilə müraciət etmiş Zərərçəkmiş şəxs5 aralarında aparılmış telefon danışığı zamanı Şahid3 vasitəsi ilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxslər kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs5 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını Şahid3 vasitəsi ilə yalandan qabaqcadan əlbir olduğu Cavanşir Kazımov ilə birlikdə bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs5 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü, Cavanşir Kazımov və Aytac Mehdiyeva vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla qabaqcadan əlbir olduğu Cavanşir Kazımov ilə birlikdə bildirərək, Zərərçəkmiş şəxs5la Şahid3 vasitəsi ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 12 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5 məxsus 8.000 manat məbləğində pul vəsaiti sonuncunun qohumu Şahid3 Cavanşir Kazımov tərəfindən alındıqdan sonra həmin pul vəsaitini 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhəri ərazisində sonuncu və Aytac Mehdiyeva ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Cavanşir Kazımov və Aytac Mehdiyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Cavanşir Kazımov və Aytac Mehdiyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Cavanşir Kazımov və Aytac Mehdiyeva vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs5 təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş tanışı X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə işə düzəlməkdə köməklik edilməsi məqsədilə 2021-ci ilin avqust ayının əvvəllərində cinayətdən xəbərsiz Şahid3 vasitəsilə Cavanşir Kazımova müraciət etmiş Zərərçəkmiş şəxs6 aralarında aparılmış telefon danışığı zamanı Şahid3 vasitəsi ilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs6 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını Şahid3 vasitəsi ilə yalandan Cavanşir Kazımov ilə birlikdə bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs6 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla Cavanşir Kazımov və özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla Cavanşir Kazımov ilə birlikdə bildirərək, Zərərçəkmiş şəxs6la Şahid3 vasitəsi ilə razılaşmaqla sövdələşib, Zərərçəkmiş şəxs6 inandırmaq məqsədi ilə sonuncunun “mailto:alxasabbasov385@gmail.comElektron ünvan 3” elektron poçt ünvanına əvvəlcədən cinayətkar niyyətinə uyğun istifadə üçün Fövqəladə Hallar Nazirliyinin rəsmi elektron ünvanına oxşatmaqla yaratdıqları “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından “Fövqəladə Hallar Nazirliyinin rəsmi elektron ünvanına ünvanladığı müraciətinin qəbul olunduğu, müraciətə baxılaraq məlumat veriləcəyi” barədə yalan məzmunlu 12 avqust 2021-ci il tarixdə elektron məktub göndərdikdən sonra, həmin niyyətlə 2021-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Koroğlu” stansiyasından “Neolit” şadlıq sarayı istiqamətində gedən avtomobil yolunun kənarında yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində Zərərçəkmiş şəxs6 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaiti sonuncunun qohumu Şahid3 Cavanşir Kazımov tərəfindən alındıqdan sonra həmin pul vəsaitini 2021-ci ilin yay aylarının sonlarında Bakı şəhəri ərazisində sonuncu ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Cavanşir Kazımovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs6 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Cavanşir Kazımovla qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Cavanşir Kazımov vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs6 təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumu Şahid4 və tanışı Şahid5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə işə düzəlmələrində köməklik edilməsi məqsədilə 2021-ci ilin avqust ayının əvvəllərində cinayətdən xəbərsiz tanışları Şahid6 və X39 vasitəsilə aralarında aparılan telefon danışığı zamanı özünə müraciət etmiş Zərərçəkmiş şəxs7 Şahid6 və X39 vasitəsi ilə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Şahid4 və Şahid5 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu Şahid6 vasitəsi ilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Şahid5 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilmələri üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan hər biri üçün 9.000 (doqquz min) manat olmaqla, cəmi 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs7la Şahid6 vasitəsi ilə razılaşmaqla sövdələşib, Zərərçəkmiş şəxs7 inandırmaq məqsədi ilə 2021-ci ilin avqust ayının sonlarında Şahid4 və Şahid5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb mərkəzində tibbi müayinədən keçirib, Şahid4 “Elektron ünvan 4”, Şahid5 isə istintaqa məlum olmayan elektron poçt ünvanına əvvəlcədən cinayətkar niyyətinə uyğun istifadə üçün Fövqəladə Hallar Nazirliyinin rəsmi elektron ünvanına oxşatmaqla yaratdığı “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından “keçdikləri tibbi yoxlanışın qənaətbəxş hesab olunması barədə” yalan məzmunlu elektron məktublar göndərdikdən sonra, həmin niyyətlə Zərərçəkmiş şəxs7 23 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Quzu Qabırğası” restoranının qarşısında 9.000 manat, 24 avqust 2021-ci il tarixdə isə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən X22 yaxınlığında 9.000 manat məbləğində pul vəsaitini Şahid6 vasitəsilə alıb, həmin pul vəsaitlərinin sonuncu tərəfindən Bakı şəhərində istintaqa məlum olmayan yerdə həmin müddətdə müxtəlif elektron ödəmə terminalları vasitəsilə öz istifadəsində olan istintaqa dəqiq məlum olmayan plastik bank kartlarının hesablarına hissə-hissə göndərilməsinə nail olub, həmin pul vəsaitlərini özündə olan müvafiq hesablar üzrə bank kartlarından istifadə edib Bakı şəhərində istintaqa məlum olmayan yerdə həmin müddətdə müxtəlif bankomatlardan hissə-hissə çıxarıb nağdlaşdıraraq əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus ümumilikdə 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs7 təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş tanışı X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə işə düzəlməkdə köməklik edilməsi məqsədilə 2021-ci ilin sentyabr-oktyabr aylarında cinayətdən xəbərsiz Şahid3 vasitəsilə qabaqcadan əlbir olduğu Cavanşir Kazımova müraciət etmiş Zərərçəkmiş şəxs8 aralarında aparılan telefon danışığı zamanı Şahid3 vasitəsi ilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs8 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını Şahid3 vasitəsi ilə yalandan qabaqcadan əlbir olduğu Cavanşir Kazımov ilə birlikdə bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs8 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla Cavanşir Kazımov və özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla qabaqcadan əlbir olduğu Cavanşir Kazımov ilə birlikdə bildirərək, Zərərçəkmiş şəxs8la Şahid3 vasitəsi ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Biləcəri dairəsi” adlanan ərazinin yaxınlığında Zərərçəkmiş şəxs8 məxsus 8.000 manat məbləğində pul vəsaitini sonuncunun qohumu Şahid3 qabaqcadan əlbir olduğu Cavanşir Kazımov tərəfindən alındıqdan sonra həmin pul vəsaitini 2021-ci ilin noyabr ayında Bakı şəhəri ərazisində sonuncu ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Cavanşir Kazımovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs8 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Cavanşir Kazımovla qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Cavanşir Kazımov vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs8 təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş tanışı X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə işə düzəlməkdə köməklik edilməsi məqsədilə 2021-ci ilin noyabr ayında cinayətdən xəbərsiz Şahid3 vasitəsilə qabaqcadan əlbir olduğu Cavanşir Kazımova müraciət etmiş Zərərçəkmiş şəxs9 aralarında aparılan telefon danışığı zamanı Şahid3 vasitəsi ilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs9 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını Şahid3 vasitəsi ilə yalandan qabaqcadan əlbir olduğu Cavanşir Kazımov ilə birlikdə bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs9 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla Cavanşir Kazımov və özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla qabaqcadan əlbir olduğu Cavanşir Kazımov ilə birlikdə bildirərək, Zərərçəkmiş şəxs9la Şahid3 vasitəsi ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, “Sabunçu körpüsü” adlanan ərazinin yaxınlığında Zərərçəkmiş şəxs9 məxsus 8.000 manat məbləğində pul vəsaiti sonuncunun qohumu Şahid3 qabaqcadan əlbir olduğu Cavanşir Kazımov tərəfindən alındıqdan sonra həmin pul vəsaitini 2021-ci ilin noyabr ayında Bakı şəhəri ərazisində sonuncu ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Cavanşir Kazımovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs9 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Cavanşir Kazımovla qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs9 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Cavanşir Kazımov vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs9 təkrarən təhrik etmişdir. Qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ilə birgəiştirakçılığa görə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə ittiham irəli sürülmüş X16 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həsdə saxlanılarkən orada «qaraciyərin sirrozu ilə əlaqədar baş vermiş kəskin qaraciyər çatışmazlığı» diaqnozlu xəstəlikdən öldüyündən Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun 02 avqust 2022-ci il tarixli qərarına əsasən X7 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, X11 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi 31 avqust 2022-ci il tarixdə ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü və 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, xeyli miqdarda əmlakını ələ keçirmədə və etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin təkrar və xeyli miqdarda əmlakını ələ keçirməyə cəhddə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapsa da, onun Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə cinayətini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2013-cü ildən etibarən əslən Masallı rayonundan olan X24 ilə dostluq münasibəti yaranmışdır. Ramin həmin dövrdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşı olmuşdur. Raminlə çox yaxın münasibəti olduğundan o, Fövqəladə Hallar Nazirliyi ilə bağlı xahişləri olduqda Ramin həmin məsələləri yerinə yetirmişdir. Həmçinin həmin dövrdə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının sərhədini qanunsuz olaraq pozduğundan Raminin işində problemlər yaranmışdır. Təxminən 2017-ci ildə onun Raminlə əlaqəsi tamamilə kəsilmişdir. O, Raminin hazırda xatırlamadığı mobil telefon nömrələrinə zəng etsə də, həmin mobil telefon nömrələri aktiv vəziyyətdə olmadığından zəng çatmamışdır. 2019-cu ilin əvvəllərində o, yenidən Raminlə əlaqə saxlamaq istəmiş, bununla bağlı o, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinə gedərək maraqlandıqda oradan ona Raminin bir neçə il əvvəl işdən azad olunduğu bildirilmişdir. 2019-cu ilin yay aylarında Ramin Rusiya Federasiyasına məxsus tanımadığı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” proqramı vasitəsilə onun yalnız “Whatsapp” proqramı üçün istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Ramin hal-əhval tutduqdan sonra o, Ramindən harada olduğunu soruşmuş, Ramin isə onu görüş üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Azərbaycan Ordusuna məxsus N saylı hərbi hissənin yaxınlığında olan kafeyə dəvət etmişdir. Onlar əvvəllər də orada tez-tez görüşdüklərindən o, həmin kafeni tanıdığı üçün oraya getmişdir. Orada ikisi görüşərək yemək yeyib söhbət etmişlər. Söhbət zamanı Ramin ona hüquqmühafizə orqanları ilə problemləri olduğundan bir müddət Azərbaycan Respublikasından kənarda olduğunu, hazırda da problemlərinin davam etdiyini, bu səbəbdən yalnız “Whatsapp” proqramı vasitəsilə danışdığını, lakin problemlərinin tanışları vasitəsilə artıq həll olunmağa doğru getdiyini bildirmişdir. O, Ramin barəsində həqiqətən də Dövlət Sərhəd Xidmətində araşdırma aparıldığını bildiyindən, Ramindən Azərbaycan Respublikasının ərazisinə hansı formada daxil olduğunu soruşmuş, Ramin ona Dağıstan sərhədindən keçərək gəldiyini desə də, tam olaraq hansı formada keçdiyini deməmişdir. Həmçinin Ramin problemlərini həll etdikdən sonra Azərbaycan Respublikasında taksi şirkəti açaraq biznes fəaliyyəti ilə məşğul olmaq istədiyini, onun da həmin işdə köməklik etməyini xahiş etmişdir. O, Raminə hansı formada köməklik edəcəyini soruşduqda, Ramin dediyi şəxslərin Fövqəladə Hallar Nazirliyinin Tibb mərkəzində tibbi müayinədən onun tərəfindən keçiriləcəyini, tibbi müayinədən keçiriləcək şəxslərin ödənişlərini isə özü tərəfindən veriləcəyini ona bildirmişdir. O da Raminlə razılaşmışdır. Bundan sonra o, Raminlə mütəmadi olaraq “Whatsapp” proqramı vasitəsilə danışmış, bəzən isə şəxsən Bakı şəhəri ərazisində görüşüb söhbətləşmişlər. Ramin taksi şirkəti açmaq üçün işlərin davam etdiyini, fəaliyyətə başladıqda ona xəbər edəcəyini bildirmişdir. Təxminən 2020-ci ilin ortalarında Ramin ona bölgələrə səfər edəcək taksi şirkəti təsis edəcəklərini, artıq taksi sürücüsü kimi fəaliyyət göstərəcək şəxslərin siyahılarının da hazırlandığını, həmin şəxslər arasından seçiləcək şəxslərin işə qəbul olunacaqlarını bildirmişdir. Təxminən 2021-ci ilin ortalarına kimi onlar Raminlə eyni qaydada “Whatsapp” proqramı vasitəsilə danışmış, arada da görüşmüşlər. Təxminən 2021-ci ilin ortalarında Ramin artıq həmin taksi şirkətini təsis etdiyini, fəaliyyətə başlamaq üçün sürücülərin yığıldığını, bu məqsədlə ona zəng edəcək şəxsləri Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinədən keçirməyini tapşırmışdır. Bundan sonra ona müxtəlif mobil telefon nömrələrindən müxtəlif şəxslər zəng edərək tibbi müayinədən keçmək üçün onunla əlaqə saxlamalarının deyildiyi bildirmişlər. O da həmin şəxsləri Raminin ona dediyi kimi Fövqəladə Hallar Nazirliyinin Tibb mərkəzində tibbi müayinədən keçirmişdir. Həmin şəxslərə o, Tibb mərkəzində taksi şirkəti adından gəldiklərini demələrini tapşırmış, çünki Ramin ona oradan tibbi sənədləri o, getdiyində onun, getmədikdə isə özlərinin götürəcəklərini demişdir. Müayinədən keçən şəxslərin əksəriyyətinin müayinə olunmaq üçün ödənişlərini Raminin ona verdiyi puldan o, ödəmişdir. Müayinə üçün tələb olunan rüsum isə ümumilikdə 30 manat təşkil etmişdir. Beləliklə, o, təxminən 20-25 nəfəri taksi şirkətinə işə düzəlmək adı ilə Fövqəladə Hallar Nazirliyinin Tibb mərkəzində tibbi müayinədən keçirmişdir. 2021-ci ilin sonlarında artıq həmin şəxslər ona zəng edərək Fövqəladə Hallar Nazirliyinə işə qəbul məsələsinin hansı səbəbdən həll olunmadığını maraqlanmışlar. O da bu barədə Ramindən soruşduqda, Ramin ona həmin şəxslərə Nazirliyin özündən məlumat veriləcəyini, Fövqəladə Hallar Nazirliyinə alınmadığı təqdirdə taksi şirkətində işlə təmin olunacaqlarını deməyini tapşırmışdır. O, artıq həmin şəxslərin aldadıldıqlarını başa düşdüyündən qeyd olunan şəxslərə Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən inzibati binasına gedərək müraciət etmələrini tapşırmışdır. 2021-ci ilin dekabr ayından etibarən Ramindən bir daha xəbər ala bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, təxminən 2021-ci ilin iyun ayında tanışı, keçmiş Fövqəladə Hallar Nazirliyinin əməkdaşı X37 əvvəllər Ramin Zeynalov vasitəsilə FHN-də bəzi işləri həll edə bilməyi barədə məlumatlı olduğundan ona müraciət edərək qohumu X17 qardaşı nəvəsi Zərərçəkmiş şəxs4 Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğın söndürən kimi işə qəbul olunmaq istədiyini, bununla bağlı köməklik edə bilib-bilməyəciyini soruşmuşdur. O da öyrənib məlumat verəcəyini dedikdən sonra Raminlə əlaqə saxlamışdır. Raminə məsələni dedikdən sonra, Ramin işə qəbul olunmaq istəyən şəxsi görməyini, boyunun 1,70 metrdən yuxarı olub-olmadığını, şəxsiyyət vəsiqəsi, hərbi bileti və attestatına baxıb qaydasında olub-olmadığını yoxlamağını ona tapşırmışdır. O da bu barədə Şəmsiyə dedikdən sonra 2021-ci ilin iyun ayında Elbrus, Şəmsi və o, hazırda xatırlamadığı yerdə görüşmüşlər. Orada Elbrus ona qohumu Zərərçəkmiş şəxs4 sənədlərini vermiş, o, sənədlərə baxdıqdan sonra Zərərçəkmiş şəxs4 tələblərə uyğun olduğunu gördüyündən bu barədə işə qəbul məsələsini həll edən tanışı ilə danışıb məlumat verəcəyini demişdir. Raminlə təxminən 1 həftə əlaqə saxlaya bilməmiş, 1 həftə sonra o, Raminlə eyni qaydada “Whatsapp” proqramı vasitəsilə danışıb işə qəbul olunmaq istəyən şəxsin tələblərə cavab verdiyini bildirib yaxın adam olduğundan mümkün qədər aşağı məbləğdə pul müqabilində işə qəbul olunmasına köməklik etməsini xahiş etmişdir. Ramin də onun xahişini nəzərə aldığını və həmin şəxsi 5.000 manat pul müqabilində işə qəbul olunmasına köməklik edə biləcəyini bildirmişdir. O da bu barədə Şəmsi vasitəsilə Elbrus və Zərərçəkmiş şəxs4lara məlumat verdikdə sonuncular razılaşmışlar. Bundan sonra Raminin tapşırığı ilə o, Zərərçəkmiş şəxs4 adından elektron qaydada Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə işə qəbulla bağlı müraciət etmişdir. Daha sonra Raminin göstərişi ilə o, Zərərçəkmiş şəxs4 tibbi müayinədən keçməsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb mərkəzinə aparmışdır. Orada o, bayırda gözləmiş, Orxan isə içəri girərək tibbi müayinədən keçmişdir. Daha sonra Ramin artıq 5.000 manat pulun verilməli olduğunu bildirmiş və o da həmin məbləğdə pulu 2021-ci ilin iyun ayının hazırda xatırlamadığı günündə Tbilisi prospektində yerləşən “İST” yanacaq doldurma məntəqəsinin qarşısında X12 almışdır. Həmin gündən təxminən 1-2 gün sonra o, Raminlə Zabrat qəsəbəsi ərazisində görüşərək 5.000 manat məbləğində pulu Raminə vermişdir. Ramin də həmin puldan zəhmət haqqı kimi 100 manatı ona vermişdir. Bir müddət sonra Ramin ona Zərərçəkmiş şəxs4 idman və fiziki hazırlıq imtahanından keçməli olduğunu bildirmiş, o da Orxana Raminin dediyi gündə 9-cu mikrorayon ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin idarəsində olmağını tapşırmışdır. Daha sonra Orxan həmin yerə gedərək idman və fiziki hazırlıq imtahanından keçmişdir. Sonradan Orxanın işə qəbul məsələsi uzanmış, o, bu barədə Raminə dedikdə Ramin hazırda Fövqəladə hallar nazirinin işə qəbul əmrlərini dayandırdığını, bu səbəbdən məsələnin uzandığını, Zərərçəkmiş şəxs4 gözləməli olduğunu bildirməyini tapşırmışdır. 2021-ci ilin dekabr ayında artıq Ramindən xəbər ala bilmədiyindən Zərərçəkmiş şəxs4 Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən inzibati binasına gedərək şəxsən müraciət etməsini tapşırmışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, uzun illərdən bəri tanıdığı Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin əməkdaşı X39 onun FHN-də işləyən tanışının olduğunu bildiyindən, təxminən 2021-ci ilin avqust ayında ona müraciət edərək yaxın adamı olan Şahid6 tanışlarını FHN-də işə qəbul etdirmək istədiyini və bununla bağlı ona zəng edəcəyini bildirmişdir. Bir müddət sonra hazırda xatırlamadığı mobil telefon nömrəsindən Şahid6 ona zəng etmişdir. Şahid6 tanışları Şahid4 və Şahid5 Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbul olunmalarına köməklik edə bilib-bilməyəcəyini soruşmuş, o da Zərərçəkmiş şəxs4 olduğu kimi bu barədə Ramin Zeynalovla danışmışdır. İşə qəbul olunmaq istəyən şəxslərin sənədlərini Qafar ona göndərdikdən sonra uyğun olduqlarını görüb Raminə məlumat vermişdir. Ramin hərəsinə görə 9.000 manat olmaqla ümumilikdə 18.000 manat məbləğində pul müqabilində həmin şəxslərin işə qəbul məsələsini həll edə biləcəyini bildirmişdir. Lakin razılaşmalarına əsasən həmin məbləğdə pul hissə-hissə verilməli olmuşdur. O da bu barədə Qafara bildirmişdir. Qafar da razılaşdıqdan sonra 2021-ci ilin təxminən avqust-sentyabr ayında o, Şahid4 və Şahid5 FHN-in Tibb mərkəzində tibbi müayinədən keçirmişdir. Ramin həmin şəxslərin daha sonra idman və fiziki hazırlıq imtahanından keçmək üçün çağırılacaqlarını bildirmişdir. Bundan sonra o, öz adına olan "xxxx" ASC-yə məxsus 2 ədəd plastik bank kartının şəkillərini Şahid6 göndərmişdir. Şahid6 müxtəlif vaxtlarda həmin bank kartlarına hissə-hissə olmaqla ümumilikdə 18.000 manat məbləğində pulu göndərmişdir. O da həmin məbləğdə pulu öz plastik bank kartından Bakı şəhəri ərazisində müxtəlif bankomatlardan çıxarıb nağdlaşdıraraq hazırda xatırlamadığı tarixdə və yerdə Ramin Zeynalova vermişdir. Həmin puldan Ramin ona hər hansı məbləğdə pul verməmişdir. Bir müddət sonra Raminin tapşırığı ilə o, Surət və Sabiri Bakı şəhərinə dəvət edib Raminin ona verdiyi sənədlərə imza etdirmişdir. Ramin həmin sənədlərin idman və fiziki hazırlıq imtahından keçmək üçün lazım olan sənədlər olduğunu bildirmiş, qeyd olunan sənədləri də o, Raminə təqdim etmişdir. Sonradan Şahid4 və Şahid5 işə qəbul məsələləri gecikdiyindən o, həmin şəxslərə Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən inzibati binasına gedərək müraciət etmələrini tapşırmışdır. Çünki o, artıq Raminlə əlaqə saxlaya bilməmişdir. Bundan sonra Namiq Quliyev ona zəng edərək Şahid6 və İntiqam adlı şəxsin zəng edərək ona verdikləri 18.000 manat məbləğində pulu tələb etdiklərini bildirmişdir. O da həll edəcəyini Namiqə demişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs7 və Şahid6 onunla görüşüb 18.000 manat məbləğində pulu ondan tələb etmişlər. O da Qafar və İntiqama bir neçə nəfər şəxsin işə qəbul olunması ilə bağlı Ramin Zeynalova pul verdiyini, Qafardan aldığı 18.000 manat məbləğində pulu da Ramin Zeynalova verdiyini və hazırda Ramindən xəbər ala bilmədiyini, həmin pulu geri qaytaracağını demişdir. Daha sonra isə Ramindən xəbər ala bilmədiyinə görə həmin məbləğdə pulu geri qaytara bilməmişdir. Qeyd olunan 18.000 manat puldan Namiq Quliyevə hər hansı məbləğdə pul çatmamış, həmin pullar Şahid6 tərəfindən onun bank kartı hesablarına göndərilmişdir. O da pulları nağdlaşdıraraq Ramin Zeynalova vermişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, uzun illərdən bəri tanıdığı X16 da onun FHN-də tanışının olduğunu bildiyindən 2021-ci ilin yay-payız ayları ərzində ayrı-ayrı vaxtlarda 4 nəfər şəxsin Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbul olunmalarına köməklik etməyini xahiş etmişdir. Həmin şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 olmuşlar. Həmin şəxslərin sənədlərinə baxdıqdan sonra uyğun olduqlarını görüb bu barədə eyni qaydada Ramin Zeynalova bildirmiş, Ramin Zeynalovun göstərişinə əsasən həmin şəxsləri eyni qaydada tibbi müayinədən keçirmiş, daha sonra idman və fiziki hazırlıq imtahanının vaxtı barədə məlumat vermişdir. Yenə də Raminin ona idman və fiziki hazırlıqla bağlı verdiyi sənədlərə həmin şəxslərə imza etdirmişdir. Ramin qeyd etdiyi 4 nəfər şəxsin hər birinə görə 7.000 manat məbləğində pul tələb etmiş, lakin həmin məbləğin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə işə qəbul barədə əmr olduqdan sonra alacağını demişdir. Zərərçəkmiş şəxs5 görə hazırda dəqiq xatırlamadığı tarixlərdə Cavanşir Kazımov ona 1.400 və 1.500 manat olmaqla 2 dəfəyə ümumilikdə 2.900 manat pul vermişdir. Zərərçəkmiş şəxs6 görə isə ümumilikdə ona 7.300 manat pul vermiş, o, isə həmin pulun 1.000 manatını Cavanşir Kazımova vermişdir. Zərərçəkmiş şəxs8 görə isə Cavanşir ona 4.200 manat pul vermiş, həmin pulun 400 manatını o, Cavanşirə vermişdir. Zərərçəkmiş şəxs9 görə isə Cavanşir Kazımov ona 3.200 və 3.000 manat olmaqla 2 dəfəyə ümumilikdə 6.200 manat pul vermiş, o, həmin puldan Cavanşirə hər hansı məbləğdə pul verməmişdir. Qeyd olunan 4 nəfər şəxsə görə ona verilmiş ümumilikdə 19.200 manat puldan 1.400 manatı o, özünə götürmüş, qalan 17.800 manat pulu isə ayrı-ayrı vaxtlarda hazırda xatırlamadığı yerlərdə Ramin Zeynalova vermişdir. Cavanşir Kazımov onun işə qəbul məsələlərini FHN-də işləyən hansısa tanışı vasitəsilə həll etdiyini bilmiş, lakin konkret olaraq Ramin Zeynalov vasitəsilə həll etdiyindən xəbərsiz olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1, Şahid1, Zərərçəkmiş şəxs2 və Şahid2 adlı şəxsləri tanıyır. Belə ki, 2019-cu ilin iyun ayında uzun illərdən bəri tanıdığı Cümşüd Binyətov ona zəng edərək İsmayıllı rayonunda yaşayan qohumu Zərərçəkmiş şəxs1 qardaşı Turanı FHN-in DYMX-də yanğınsöndürən kimi işə qəbul etdirmək istədiyini bildirmişdir. O da FHN-də işə qəbul prosesindən məlumatlı olduğundan həmin şəxsin sənədlərini göndərməsini tapşırmışdır. Sənədlər ona göndərildikdən sonra qeyd olunan şəxsin uyğun olduğunu görmüşdür. Cümşüd həmin qohumununun maddi imkanın az olduğunu bildirərək imkan daxilində aşağı qiymətə işə qəbul məsələsini həll etməyini ondan xahiş etmişdir. O da sənədləşmə işlərinə köməklik etmək müqabilində 3.500 manat pul alacağını bildirmişdir. Bundan bir neçə gün sonra Davud, Turan və Cümşüd Bakı şəhərinə gələrək onunla görüşmüşlər. Onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb mərkəzinin qarşısına getmişlər. Turan Tibb mərkəzinə daxil olaraq tibbi müayinədən keçmiş, onlar isə bayırda gözləmişlər. Turan çıxdıqdan sonra o, Davud və Cümşüd yaxınlıqdakı kafeyə getmişlər. Orada söhbət etdikdən sonra Cümşüdlə Davud pulu götürmək üçün bayıra çıxmışlar. X55 razılaşdıqları 3.500 manat pulu vermiş və sağollaşaraq getmişdir. Həmin gün Cümşüd kafenin qarşısında 3.500 manat məbləğində pulu ona vermişdir. O da həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Qeyd olunan ərəfədə Cümşüd Binyətov ona yenidən müraciət edərək Zərərçəkmiş şəxs1 qonşusu Zərərçəkmiş şəxs2 də oğlu Şahid2 FHN-in DYMX-də yanğınsöndürən kimi işə qəbul etdirmək istədiyini bildirmiş və köməklik etməyini xahiş etmişdir. O, Cümşüdə işə qəbul üçün sənədlərin toplanması müqabilində 8.000 manat pul alacağını bildirmişdir. Cümşüd də Zərərçəkmiş şəxs2lə danışdıqdan sonra razı olduqlarını demişdir. 2019-cu ilin iyul ayında Azər, Səlim və Cümşüd Bakı şəhərinə gələrək onunla görüşmüşlər. Onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb mərkəzinin qarşısına getmiş, Səlim Tibb mərkəzinə daxil olaraq tibbi müayinədən keçmiş, onlar isə bayırda gözləmişlər. Səlim çıxdıqdan sonra onlar hamısı yaxınlıqdakı kafeyə getmişlər. Orada Azər razılaşdıqları 8.000 manat məbləğində pulu ona geri vermişdir. Bundan sonra o, Səlim və Turanın işə qəbul olunmaları ilə bağlı sonuncuların adından FHN-ə müraciət etmiş və sənədlərini toplamağa başlamışdır. Lakin işə qəbul məsələləri gecikmişdir. Sonradan COVİD-19 virusu ilə bağlı pandemiya və daha sonra X28 ilə əlaqədar Turan və Səlimin işə qəbul məsələləri alınmamışdır. Bu səbəbdən o, aldığı pulları hissə-hissə olmaqla Cümşüd vasitəsilə geri qaytarmağa başlamışdır. O, Zərərçəkmiş şəxs2 ümumilikdə 4.800 manat, Zərərçəkmiş şəxs1 isə ümumilikdə 2.400 manat məbləğində pulu geri qaytarmış, sonradan həbs olunduğundan qalan pulları geri qaytara bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin yay aylarında hazırda xatırlamadığı tanışı vasitəsilə Hacıqabul rayon sakini Zərərçəkmiş şəxs3 ona müraciət edərək FHN-in DYMX-də yanğınsöndürən kimi işə qəbul olunmaq istədiyini bildirmiş və bu məsələdə köməklik etməyini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs3 Bakı şəhərinə dəvət etmiş və Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında görüşmüşlər. Aralarında olan söhbət zamanı o, İsmayıla sənədləşmə işlərini həll edəcəyini və bunun müqabilində 8.000 manat pul alacağını bildirmişdir. İsmayıl isə həmin məbləğin bir hissəsini əvvəlcədən, qalanını isə işə qəbulla bağlı əmri verildikdən sonra verəcəyini bildirmişdir. O da İsmayılla razılaşmış və İsmayıl ona ilkin olaraq 500 manat pul vermişdir. Təxminən 1 həftə sonra İsmayıl Bakı şəhərinə gələrək onunla görüşmüş və onlar birlikdə FHN-in Tibb mərkəzinə getmişlər. İsmayıl orada tibbi müayinədən keçdikdən sonra Hacıqabul rayonuna qayıtmışdır. Səhəri gün İsmayıl onun "xxxx" ASC-yə məxsus plastik bank kartına 4.000 manat məbləğində pul göndərmişdir. O, həmin pulu Bakı şəhərində hazırda xatırlamadığı tarixdə və yerdə bankomatdan çıxarıb nağdlaşdıraraq öz şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan müharibə başladığından İsmayılın işə qəbul məsələsini həll edə bilməmişdir. O, bir müddət sonra İsmayılın işə qəbul olunması üçün yenidən sənədlərini toplayıb FHN-ə müraciət etmək fikrində olmuş, lakin buna müvəffəq ola bilməmişdir. Sonradan maddi imkanı ilə bağlı İsmayılın pulunu geri qaytara bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Rza-zadə Nəzakət Ələkbər qızını FHN-in Tibb mərkəzinin xəzinədarı kimi tanımışdır. Müxtəlif şəxsləri tibbi müayinədən keçirərkən Nəzakət xanımla tanış olmuş, səmimi münasibətləri yarandığından, o, hərdən tibbi müayinədən keçirməyə apardığı şəxslərin növbədə irəli çəkilməsinə köməklik etməyi Nəzakət Rza-zadədən xahiş etmişdir. Bəzi hallarda özü Tibb mərkəzinə gedə bilmədikdə Nəzakət xanıma zəng edərək onun adından gələn şəxslərin tibbi müayinədən keçməsinə köməklik etməsini xahiş etmişdir. Çünki tibbi müayinədən keçməyə göndərdiyi şəxslərin əksəriyyəti hansı həkim müayinəsindən keçməli olduqlarını bilməmişdirlər. Rza-zadə Nəzakət Ələkbər qızına hər hansı məbləğdə pul və digər maddi nemət verməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X7 məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. X16 tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ilə yaxın bir müddətdə tanımış, onunla Milli Elmlər Akademiyasında təsadüfən tanış olmuş, Asəf özünü ona Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin yüksək vəzifəli əməkdaşı kimi təqdim etmişdir. Həmçinin ona həmin Xidmətdə istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirmişdir. Qeyd edilən dövrdən sonra aralarında səmimi münasibət yaranmış, vaxtaşırı zəngləşərək görüşüb söhbətlər etmişlər. Hətta bir neçə dəfə o, Asəfdən hazırda xatırlamadığı bəzi xahişlər etdikdə Asəf xahişlərini yerinə yetirmişdir. 11 iyul 2021-ci il tarixdə o, Tovuz rayonundan Bakı şəhərinə gələrkən onu öz avtomobili ilə Bakı şəhərinə gətirən Şahid3la tanış olmuş, Şahid3 onu avtomobili ilə gətirdiyindən və yolda dayanıb birlikdə çay içdiklərindən münasibətləri yaranmışdır. Şahid3 onun ziyalı insan olduğunu görüb Şirvan şəhərində yaşayan qohumu Zərərçəkmiş şəxs5 Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə yanğınsöndürən kimi işə qəbul olunmaq istədiyini və həmin məsələdə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt onun ağlına tələbə yoldaşı, Milli Məclisin əməkdaşı Aytac xanım gəlmiş və sonuncunun vasitəsilə köməklik edə biləcəyini düşünüb Şahid3 müsbət cavab vermişdir. Bakı şəhərinə gəldikdən bir neçə gün sonra o, Şahid3la birlikdə Milli Məclisin qarşısına getmiş, orada Aytac xanıma zəng etdikdən sonra sonuncu Milli Məclisin qarşısına çıxmışdır. O, Şahid3la Aytac xanımı tanış etmiş və Şahid3 qohumunu Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə yanğınsöndürən kimi işə qəbul etdirmək istədiyini bildirmişdir. Aytac xanım isə həmin işə qəbul olunmaq üçün 8.000 manat pul verilməli olduğunu söyləmiş, Şahid3 da onunla razılaşmışdır. Bundan sonra Şahid3 qohumu Zərərçəkmiş şəxs5 sənədlərini ona vermiş və o da bu barədə Aytac xanıma məlumat vermişdir. Aytac xanım ona həmin sənədlərlə FHN-ə gedib işə qəbulla bağlı qeydiyyata aldırmağını, daha sonra işə qəbulla bağlı aidiyyəti şəxslərlə özünün əlaqə saxlayacağını bildirmişdir. O da Zərərçəkmiş şəxs5 sənədlərini götürüb Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə getmişdir. Orada olarkən təsadüfən Təqsirləndirilən şəxs görmüş, Asəf nə ilə bağlı gəldiyini soruşduqda, o, Zərərçəkmiş şəxs5 adlı tanışının işə qəbulla bağlı qeydiyyata alınması üçün sənədlərini gətirdiyini söyləmişdir. Asəf də sənədləri verməyini və özünün həll edəcəyini bildirmişdir. O, Asəfin daha operativ məsələ həll etdiyini gördüyündən Zərərçəkmiş şəxs5 işə qəbul məsələsini Asəflə həll etmək qərarına gəlmiş və Asəfə Zərərçəkmiş şəxs5 adlı tanışının Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə işə qəbul olunması müqabilində 8.000 manat məbləğində pul verə biləcəyini bildirmişdir. Asəf də bununla razılaşmış və həmin məsələni həll edə biləcəyini söyləmişdir. Bundan sonra Asəf Zərərçəkmiş şəxs5 sənədlərini hazırlamış və sonuncunu FHN-in Tibb mərkəzində tibbi yoxlanışdan keçirmişdir. Hətta bu barədə Zərərçəkmiş şəxs5 elektron poçt ünvanına elektron məktublar da göndərilmişdir. Bundan sonra təxminən 2021-ci ilin iyul ayının ortalarında Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında Şahid3 avtomobilin içərisində 8.000 manat məbləğində pulu ona vermişdir. O da həmin ərəfədə Bakı şəhəri ərazisində hazırda xatırlamadığı yerdə 8.000 manat məbləğində pulu Asəfə vermiş, Asəf də həmin pulun 600 manat məbləğində olan hissəsini ona qaytararaq başqa işə düzəlmək istəyən adam olduqda məlumat verməyini ona söyləmişdir. Sonradan Şahid3 əlavə qohum və tanışlarının da eyni qaydada Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə yanğınsöndürən kimi işə qəbul olunmaq istədiklərini bildirdikdə, o bu barədə Asəfə məlumat vermişdir. Asəf isə 8.000 manat pul müqabilində həmin şəxsləri də işə düzəldə biləcəyini, həmçinin həmin pulun bir hissəsini FHN-in yüksək vəzifəli şəxslərinə verəcəyini demişdir. Həmin ərəfədə, təxminən 2021-ci ilin yay aylarının sonlarında Rövşən digər qohumu Alxasın da işə düzəlməsi üçün sənədlərini və 8.000 manat məbləğində pulu hazırda xatırlamadığı tarixdə və yerdə ona vermiş, o da həmin 8.000 manat məbləğində pulu və sənədləri Bakı şəhəri ərazisində hazırda xatırlamadığı tarixdə və yerdə Asəfə vermişdir. Asəf həmin puldan təxminən 600 manat məbləğində olan hissəini ona vermiş və tibbi müayinədən keçmək üçün əlavə 100 manat ödənilməli olduğunu bildirmişdir. O isə Şahid3 əlavə 100 manat da verilməli olduğunu deyə bilməyəcəyini söyləyərək həmin 100 manatı ona çatan 600 manatdan özü Asəfə vermişdir. Bundan sonra eyni qaydada Asəf Alxası da tibbi müayinədən keçirmiş, bu barədə Alxasın da elektron poçt ünvanına elektron məktublar göndərilmişdir. Daha sonra Şahid3 başqa bir qohumu Zərərçəkmiş şəxs8 da eyni qaydada Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə yanğınsöndürən kimi işə qəbul olunmaq istədiyini bildirdiyindən, o bu barədə də Asəfə məlumat vermişdir. Yenə də Asəfin tapşırığı ilə o, Şahid3 Zərərçəkmiş şəxs8 işə qəbul olunmasına köməklik göstərilməsi adı ilə 2021ci ilin payız aylarında hazırda xatırlamadığı tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində 8.000 manat məbləğində pulu və Zərərçəkmiş şəxs8 sənədlərini almışdır. Təxminən eyni gündə və ya sonrakı gün həmin pulu, eləcə də Zərərçəkmiş şəxs8 sənədlərini Asəfə vermişdir. Asəf yenə də həmin pulun 600 manat məbləğində hissəsini ona geri vermişdir. X70 da tibbi müayinədən keçirmiş, bu barədə Camalın da elektron poçt ünvanına elektron məktublar göndərilmişdir. Bir müddət sonra Şahid3 Zərərçəkmiş şəxs8 dostu Zərərçəkmiş şəxs9 da eyni qaydada Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə yanğınsöndürən kimi işə qəbul olunmaq istədiyini bildirmiş, o, yenə də bu barədə Asəfə məlumat vermişdir. 2021-ci ilin payız aylarında hazırda xatırlamadığı tarixdə Şahid3 Bakı şəhəri, Sabunçu rayonu ərazisində, onun yaşadığı evin yaxınlığında 8.000 manat məbləğində pulu və Zərərçəkmiş şəxs9 sənədlərini ona vermiş, o da həmin ərəfələrdə dəqiq xatırlamadığı tarixdə və yerdə 8.000 manat məbləğində pulu, eləcə də Zərərçəkmiş şəxs9 sənədlərini Asəfə vermişdir. Asəf yenə də həmin puldan 600 manat məbləğində hissəsini ona geri qaytarmışdır. Asəf qeyd etdiyi 4 nəfər şəxsin ən geci 3 ay ərzində işə qəbul olunacaqlarını bildirsə də, hazırki vaxtadək həmin şəxslər işə qəbul olunmamışdırlar. Həmin 4 nəfərin, yəni Zərərçəkmiş şəxs5, X43, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 işə qəbul olunmalarına köməklik göstərilməsi üçün Şahid3 ona hər birinə görə 8.000 manat olmaqla ümumilikdə 32.000 manat pul vermiş, o, isə həmin pulları Asəf Ağayevə vermişdir. Qeyd olunan şəxslərin hər birinə görə 8.000 manat pul verərkən Asəf ona 600 manat pul vermişdir. Asəf tibbi müayinədən keçmək üçün əlavə 100 manat pul lazım olduğunu dedikdə isə o, öz payından 100 manatı Asəfə vermişdir. Beləliklə, Şahid3 alaraq Asəf Ağayevə verdiyi ümumilikdə 32.000 manat puldan ona təxminən 2.300 manat pul çatmış, həmin pulları öz şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs5 işə qəbul olunmasına köməklik göstərilməsi müqabilində Şahid3 vasitəsilə alınmış 8.000 manat məbləğində puldan Aytac xanıma hər hansı məbləğdə pul verilməmişdir. O, Zərərçəkmiş şəxs5 işə qəbul məsələsini sonradan Asəf Ağayevlə həll etmək istədiyindən Aytac xanıma başqa şəxslə həll edəcəyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 188-193, cild İİ, səh. 29-34). Cinayət işinə məhkəmə baxışı zamanı ifadəsi elan edlilməklə tədqiq olunan, şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, təxminən 5-6 il bundan əvvəl Cavanşir Kazımov hazırda xatırlamadığı tanışının Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən kimi işə qəbul olunmasında köməklik etməyini xahiş etmişdir. Həmin ərəfədə o, Milli Məclisin Sosial siyasət daimi komitəsi ilə işlədiyindən işə qəbulla bağlı onlara çoxsaylı ərizələr daxil olmuşdur. Bu səbəbdən o, prosedur qaydalarını bildiyindən Cavanşirə həmin tanışına hansı sənədləri hazırlamasını və hansı qaydada müraciət etməli olduğunu başa salmışdır. Bundan sonra Cavanşirin həmin tanışı onun dediyi qaydada müraciət etmiş və FHN-də yanğınsöndürən kimi işə qəbul olunmuşdur. Təxminən 2021-ci ilin yay aylarında Cavanşir yenidən ona müraciət edərək Şahid3 adlı tanışının qohumunu FHN-də yanğınsöndürən kimi işə düzəltmək istədiyini bildirmiş və Şahid3la birlikdə Milli Məclisin inzibati binasının qarşısına gəlmişdir. O da Milli Məclisin inzibati binasının qarşısında Cavanşir Kazımov və Şahid3la görüşmüşdür. Orada Şahid3la tanış olduqdan sonra Şahid3 Şirvan şəhərində yaşayan qohumunun FHN-də işə qəbul olunmaq arzusunda olduğunu bildirmiş, o da Şahid3 qəbul qaydalarını izah etmiş və hansı sənədləri təqdim etməli olduqlarını demişdir. X47 sənədləri topladıqdan sonra yenidən onunla əlaqə saxlayacağını bildirmiş, lakin sonradan Cavanşir Kazımov onunla əlaqə saxlamamışdır. O, bir müddət sonra Cavanşir Kazımovdan bu barədə maraqlandıqda, sonuncu Şahid3 qohumunun işə qəbul məsələsini Asəf adlı tanışı vasitəsilə daha az bir zamanda həll edəcəyini bildirmişdir. Bundan uzun müddət sonra Şahid3 onun mobil telefon nömrəsini əldə edərək əlaqə saxlayıb onunla görüşmüşdür. Şahid3 ona qohumunu və əlavə 3 adamı FHN-də işə qəbul etdirmək müqabilində Cavanşir Kazımova hər birinə görə 8.000 manat məbləğində pul verdiyini, Cavanşir Kazımovun da həmin məsələləri Asəf adlı şəxs vasitəsilə həll etdiyini bildirmişdir. O isə Cavanşirə pul verdiyi üçün Şahid3 öz iradını bildirmişdir(iş vərəqə: cild İİ, səh. 171-174, cild İİİ, səh. 20-31). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Cümşüd onun babasının xalası oğlu olmuş, həmçinin həmkəndli və qonşu olmuşlar. Cümşüdün vasitəsilə Asəfi tanımış və həmin ərəfədə FHN-nə işə qəbulla bağlı yığım olmuşdur. O, qardaşı Şahid1ı işə düzəltmək istəmişdir. Asəf öz əlaqələri ilə qardaşını işə düzəltməyə söz vermişdir. O, kimin vasitəsilə işi düzəldəcək kankret adam adam adı çəkməmiş, öz adamları olduğunu demişdir. Asəf harada işlədiyini deməmiş, hansısa sənəd göstərməmişdir. Cümşüdü tanıdığına görə Asəfə də inanmışdır. Bildiyinə görə Asəflə Cümşüd əvvəllər birlikdə şüşə pəncərə şirkətində işləmişlər. Asəf ilk olaraq sənədlərə baxmış, həyqətən bu dövlət qulluğuna yararlı olub-olmadığını, sağlamlıq haqqında kağızları yoxlamışdır. Bir müddət sora qardaşının işi ilə bağlı mesaj gəlmiş, həmçinin FHN-dən şəhər telefonu ilə zəng olunmuşdur. Sonra həkim kamissiyyasından keçmişlər. Sora isə idmandan keçəcəkləri bildirilmişdir. Sorna pandemiyaya görə məsələlər uzanmış, Asfdən hər dəfə maraqlandıqda o, bu gün- sabah düzələcəyini demiş, lakin iş düzəlməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, Asfələ iş üçün 8000 manata danışmış, tələb olunan pulun hamısı əllərində olmamış, əvvəlcədən 3500 manat vermiş, qalanını iş düzələndən sonra verəcəklərinə razılaşmışlar. Cümşüd ibadət əhlidi olduğu üçün ona və onun tanışına inanmış, lakin bu məsələdə sonradan yanıldığını anlamışdır. Cümşüdün bu işdə marağı olub-olmamasını o, bilməmişdir. Verdiyi 3500 manat puldan onlara 2000 manat qaytarılmış, Asəfin onlara 1500 manat borcu qalmışdır ki, həmin pulu ondan tələb edir. Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı sonuncunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Zərərçəkmiş şəxs1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu Cümşüd Binyətov vasitəsilə tanımışdır. Belə ki, o, Cümşüdün Təqsirləndirilən şəxs adlı dostu olduğunu və Asəfin geniş əlaqəli şəxs olduğunu eşitmişdir. Söhbət zamanı o, Cümşüdə qardaşı X41 Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul etdirmək istədiyini bildirmişdir. Cümşüd bu barədə Asəflə danışacağını demişdir. 2019-cu ilin iyun ayının hazırda xatırlamadığı günündə Cümşüd onun yanında bu barədə Asəflə danışdıqda Asəf 10.000 manat pul müqabilində qardaşı X41 Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul etdirə biləcəyini bildirmişdir. Lakin o, həmin məbləğdə pulunun olmadığını bildirdikdə, Cümşüd özü Asəflə danışıb ona deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Cümşüd Asəflə danışdığını, 8.000 manat pul müqabilində həmin məsələni həll edəcəyini bildirmiş, lakin o, cəmi 3.500 manat məbləğində pul verə biləcəyini dedikdə, Cümşüd Asəflə danışmış və Asəf də bununla razılaşmışdır. Bundan sonra Asəf Turanın işə qəbulu üçün lazım olan sənədlərinin fotoşəkillərini istəmişdir. Turanın sənədlərinin fotoşəkilləri “Whatsapp” proqramı vasitəsilə Asəfə göndərilmişdir. Turanın öz adına elektron poçt ünvanı açaraq həmin ünvan barədə məlumat verməyi də tapşırıldığından Turan öz adına elektron poçt ünvanı açaraq bu barədə Asəfə məlumat vermişdir. Razılaşmalarına əsasən Turan əvvəlcə tibbi yoxlanışdan keçməli, sonra isə 3.500 manat məbləğində pul Asəfə verilməli olmuşdur. 2019-cu ilin iyun ayının ortalarında Asəfin tapşırığı ilə o, Turan və Cümşüd Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb mərkəzinin qarşısına getmişlər. Asəf də oraya gəlib onlarla görüşmüşdür. Daha sonra tibbi yoxlanışdan keçmək üçün Turan Asəflə birlikdə Tibb mərkəzinə daxil olmuş, onlar isə bayırda gözləmişlər. Bir müddət sonra Asəflə Turan içəridən çıxmışlar və Asəf, o, Cümşüd yaxınlıqdakı çayxanaya getmişlər. Orada Asəf tibbi yoxlanışın nəticəsinin müsbət olduğunu və 3.500 manat məbləğində pul verildikdən sonra Turanın idman və fiziki hazırlıq imtahanından keçmək üçün çağırılacağını, uzağı 6 ay müddətində isə yanğınsöndürən kimi işə qəbul ediləcəyini bildirmişdir. Onlar da Asəflə razılaşmışlar. Elə həmin vaxt o, Cümşüdlə birlikdə bayıra çıxmış və avtomobilində olan 3.500 manat məbləğində pulu təklikdə şəxsən Cümşüdə vermişdir. Asəf həmin vaxt çayxanada olmuşdur. Bundan sonra o, sağollaşaraq getmiş, Cümşüdün pulu Asəfə verməsini görməmişdir. Sonradan qardaşı Turanın elektron poçt ünvanına keçdiyi tibbi yoxlanışın nəticəsinin müsbət olması, idman və fiziki hazırlıq imtahanından keçmək üçün dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə müddət qazanmağa başlamış, hər dəfə bir bəhanə deyərək imtahanının gecikdiyini, sonradan isə pandemiya ilə əlaqədar müddətin uzandığını bildirmişdir. Onlar Asəfə inandıqlarından təxminən 2021-ci ilin yay aylarına kimi gözləsələr də, Asəfin vədinə əməl etmədiyini gördüklərindən verdiyi 3.500 manat məbləğində pulu geri tələb etmişdir. Bundan sonra Asəf Cümşüd vasitəsilə hissə-hissə olmaqla ona ümumilikdə 2.400 manat məbləğində pul qaytarsa da, sonradan qalan pulu geri qaytarmamışdır. O, Cümşüddən bu barədə soruşduqda sonuncu Asəfin mobil telefon nömrələrinə zəng çatmadığını və əlaqə saxlaya bilmədiyini bildirmişdir. Qardaşı Şahid1 Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbul olunmasına köməklik edilməsi müqabilində Təqsirləndirilən şəxs verdiyi puldan Cümşüd Binyətova hər hansı məbləğdə pul verilib-verilməməsi barədə məlumatı olmamışdır (iş vərəqə: cild İV, səh. 95-98, cild V, səh. 177-180). Məhkəmə baxışı zamanı iştirakı təmin edilməmiş, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid1 qardaşı – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İV, səh. 100-103). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs1 qohumu Cümşüd Binyətov vasitəsilə tanımışdır. Belə ki, söhbət zamanı Zərərçəkmiş şəxs1 qardaşı X33 dostu Təqsirləndirilən şəxs vasitəsilə Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul etdirəcəyini bildirmişdir. Lakin bunun müqabilində hansı məbləğdə pul verməsini ona deməmişdir. O da Davuddan həmin tanışı vasitəsilə oğlu Şahid2 də Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul edilməsinə köməklik edilməsini xahiş etmişdir. Davud Cümşüdlə danışdıqdan sonra 2019-cu ilin iyul ayında Cümşüd onlara gəlmiş və o, Cümşüddən Asəflə danışmasını xahiş etmişdir. Cümşüd Asəflə danışdıqdan sonra Asəf Səlimin işə qəbulu üçün lazım olan sənədlərin fotoşəkillərini istəmişdir. Səlimin sənədlərinin fotoşəkilləri “Whatsapp” proqramı vasitəsilə Asəfə göndərildikdən bir neçə gün sonra X56 işə qəbul edilməsinə köməklik etmək müqabilində 8.000 manat məbləğində pulun verilməli olduğunu bildirmişdir. Həmçinin Səlimin öz adına elektron poçt ünvanı açaraq həmin ünvan barədə məlumat verməyini də tapşırmışdır. O da bununla razılaşdığından Səlim öz adına elektron poçt ünvanı açaraq bu barədə Asəfə məlumat vermişdir. Razılaşmalarına əsasən Səlim əvvəlcə tibbi yoxlanışdan keçməli, sonra isə 8.000 manat məbləğində pul Asəfə verilməli olmuşdur. Buna görə digər oğlu Sərvər Ağayevin adına "xxxx" ASC-dən 10.000 manat məbləğində kredit götürmüşlər. 2019-cu ilin avqust ayının əvvəllərində Asəfin tapşırığı ilə o, Səlim və Cümşüd Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb mərkəzinin qarşısına gəlmişlər. Asəf də oraya gəlib onlarla görüşmüş, daha sonra tibbi yoxlanışdan keçmək üçün Səlim Asəflə birlikdə Tibb mərkəzinə daxil olmuşdur. Onlar isə bayırda gözləmişlər. Bir müddət sonra Asəflə Səlim içəridən çıxmış və onlar birlikdə yaxınlıqdakı çayxanaya getmişlər. Orada Asəf tibbi yoxlanışın nəticəsinin müsbət olduğunu bildirmiş, o da oğlu Səlim və Cümşüdün yanında 8.000 manat məbləğində pulu şəxsən Təqsirləndirilən şəxs vermişdir. Asəf bundan sonra Səlimin idman və fiziki hazırlıq imtahanından keçmək üçün çağırılacağını, uzağı 6 ay müddətində isə yanğınsöndürən kimi işə qəbul ediləcəyini bildirmişdir. Onlar da razılaşmışlar. Sonradan oğlu Səlimin elektron poçt ünvanına keçdiyi tibbi yoxlanışın nəticəsinin müsbət olması, idman və fiziki hazırlıq imtahanından keçmək üçün dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə müddət qazanmağa başlamış, hər dəfə bir bəhanə deyərək imtahanın gecikdiyini, sonradan isə pandemiya ilə əlaqədar müddətin uzandığını bildirmişdir. Onlar Asəfə inandıqlarından təxminən 2021-ci ilin yay aylarına kimi gözləsələr də, Asəfin vədinə əməl etmədiyini gördüklərindən verdikləri 8.000 manat məbləğində pulu geri tələb etmişlər. Bundan sonra Asəf Cümşüd vasitəsilə hissə-hissə olmaqla ona ümumilikdə 3.800 manat məbləğində pul qaytarmışdır. Bundan əlavə, onun təkidi ilə Asəf bankdan götürdüyü kreditin aylıq ödənişini ödəyə bilməyi üçün yenə də Cümşüd vasitəsilə hissə-hissə olmaqla ona ümumilikdə 1.000 manat məbləğində pul göndərmişdir. Sonradan Asəf qalan pulu ona geri qaytarmamışdır. O, Cümşüddən bu barədə soruşduqda, Cümşüd Asəfin mobil telefon nömrələrinə zəng çatmadığını və əlaqə saxlaya bilmədiyini bildirmişdir. Oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbul olunmasına köməklik edilməsi müqabilində Təqsirləndirilən şəxs verdiyi puldan Cümşüd Binyətova hər hansı məbləğdə pul verilib-verilməməsi barədə məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı iştirakı təmin edilməmiş, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 atası – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İİİ, səh. 215-218). Bundan başqa, məhkəmə baxışı zamanı iştirakı təmin edilməmiş, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X9 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İV, səh. 147- 151). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmaq istəmiş, Hacıqabul rayonunda tanışları ilə söhbət zamanı Təqsirləndirilən şəxs adlı şəxsin Fövqəladə Hallar Nazirliyində geniş əlaqələrinin olduğunu və X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmaq istəyən şəxslərin həmin Xidmətə işə qəbul olunmalarına köməklik etdiyini eşitmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini əldə edərək əlaqə saxlamış, 2020-ci ilin iyul ayının sonlarında o, Asəflə Bakı şəhərində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında görüşmüşdür. Aralarında olan söhbət zamanı Asəf 8.000 manat pul müqabilində onun X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmasına həmin Nazirlikdə işləyən yüksək vəzifəli tanışları vasitəsilə köməklik edəcəyini bildirmişdir. O, həmin pulu bütöv şəklidə deyil, yarısını əvvəlcədən qalan yarısını isə işə qəbul əmri verildikdən sonra verəcəyini bildirmişdir. Asəf də onunla razılaşmışdır. Elə həmin gün orada 500 manat məbləğində pulu beh kimi o, Asəfə vermişdir. Asəf ona həmçinin öz adına elektron poçt ünvanı açmağını və həmin elektron poçt ünvanını ona bildirməyini tapşırmışdır. Bir neçə gün sonra onun “soltanovismayıElektron ünvan 1” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciətinin qəbul olunduğu, müraciətə baxılaraq məlumat veriləcəyi barədə bildiriş göndərilmişdir. 30 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tibbi müayinədən keçmək üçün onu Bakı şəhərinə dəvət etmişdir. O, Bakı şəhərinə gələrək Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Asəf öz avtomobili ilə onu FHN-in Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Tibb mərkəzinə aparmışdır. Asəf onunla birlikdə Tibb mərkəzinə daxil olmuş və adını qeydiyyatdan keçirdərək onu tibbi müayinədən keçirmişdir. O, tibbi müayinədən keçmək üçün hər hansı ödəniş etməmişdir. Bundan sonra o, Hacıqabul rayonuna qayıtmışdır. xx.xx.2020-ci il tarixdə o, razılaşdıqları kimi 4.000 manat məbləğində pulu Hacıqabul rayonu, İ.Qayıbov küçəsində yerləşən “Haqqın yolu” mağazasında olan MilliÖn ödəmə terminalından Təqsirləndirilən şəxs əvvəlcədən ona bildirdiyi "xxxx" ASC-yə məxsus Təqsirləndirilən şəxs adına olan **********598397 nömrəli plastik bank kartı hesabına göndərmişdir. Bir neçə gün sonra onun “soltanovismayıElektron ünvan 1” elektron poçt ünvanına keçdiyi tibbi yoxlanışın qənaətbəxş hesab olunması, idman və fiziki hazırlıq imtahanına çağırılacağı barədə elektron məktub göndərilmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onu idman və fiziki hazırlıq imtahanından keçmək üçün Bakı şəhərinə dəvət etmişdir. O, Bakı şəhərinə gəlib Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən FHN-in DYMX-nin yanğınsöndürmə hissəsinin yaxınlığında çayxanada Asəflə görüşmüşdür. Orada Asəf bir neçə sənədə ona imza etdirmişdir. Bundan sonra çayxanadan çıxaraq kiminləsə görüşməyə getdiyini bildirmiş, bir neçə dəqiqə sonra geri qayıdaraq idman və fiziki hazırlıq imtahanının da həll olunduğunu söyləmişdir. Bundan sonra o, Asəflə sağollaşaraq Hacıqabul rayonuna qayıtmışdır. Sonradan yenə onun elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından keçdiyi idman və fiziki hazırlığın yoxlanılması imtahanının nəticələrinin qənaətbəxş qiymətləndirilməsi, qısa zaman ərzində ərazi üzrə vakant yerin təyinatı zamanı aidiyyəti üzrə dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. Lakin müddət uzanmağa başlamış və onun işə qəbul əmri verilməmişdir. Zərərçəkmiş şəxs3, həmçinin ifadəsində göstərdi ki, Asəf X28ni və Covid-19 virusu ilə bağlı pandemiyanı bəhanə edərək işə qəbul məsələsinin uzandığını bildirmiş, hər dəfə Asəf müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışmışdır. O, mütəmadi olaraq Asəfdən işə qəbul məsələsini həll etməsini, əks təqdirdə verdiyi ümumilikdə 4.500 manat məbləğində pulu geri qaytarmasını tələb etsə də, hər hansı nəticəsi olmamışdır. Həmin proseslərdə ona Fövqaladə Hallar Nazirliyindən zənglər olmuş, lakin onunla mayor Elşən Əliyevin adından Asəfin özünün danışdığını sonra öyrənib bilmişdir. Hər dəfə ona danışanın mayor Elşən Əliyev olduğunu, onu ayın 8-i çağıracağını bildirmiş, lakin bir gün əvvəl - ayın 7-si zəng vurub məsələlərin karantinlə və ya müharibə ilə əlaqədar alınmadığını demişdir. Sonra mənə Fövqaladə Hallar Nazirliyinin adından ona “idmandan keçdin”, “həkimdən keçdin”, “Təstiqləndi. Əmrə gedəcəksən” kimi mesajlar gəlmişdir. 2022-ci ilin yay aylarında isə Asəfin həbs olunduğunu öyrənmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 cinayət işinin ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təstiq edib ifadəsində göstərdi ki, X10 iştirak edib yaşadığı Ağcabədi rayonuna qayıtdıqdan sonra işsiz olduğundan iş axtarmışdır. Bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbulla bağlı elektron qaydada müraciət etsə də, həmin müraciətlərinə hər hansı cavab verilməmişdir. Bundan sonra o, bu barədə qohumu, əsil babası olmasa da, baba deyə müraciət etdiyi X25 bildirmişdir. Elbrus Əsədov da onun işə qəbul məsələsi ilə maraqlanacağını demişdir. Təxminən 2021-ci ilin iyun ayında Elbrus Əsədov onun Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmağına köməklik edə biləcək tanışının olduğunu və həmin şəxslərlə görüşməli olduqlarını bildirmişdir. Həmçinin ona şəxsiyyət vəsiqəsi, attestat və hərbi biletinin surətlərini də gətirməyi tapşırmışdır. Bundan sonra o, Bakı şəhərinə getmiş, hazırda xatırlamadığı tarixdə və yerdə Elbrus Əsədovla birlikdə Şəmsi və Asəf adlı şəxslərlə görüşmüşlər. Şəmsi Asəfi onlara FHN-də geniş əlaqələrə məxsus şəxs kimi təqdim edərək onun işə qəbul məsələsinə köməklik edəcəyini bildirmiş, kimlərləsə telefonla danışmış, lakin konkret ad çəkməmişdir. Asəf lazım olan sənədləri ona dedikdən sonra yaxın adam olduqlarından işə qəbul olunmağı üçün güzəşt olunduğunu və işə qəbul olunmağı müqabilində cəmi 5.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Hətta Asəf sadəcə sənədləşmə işlərini gördüyünü, həmin puldan ona cəmi 200-300 manat məbləğində pul çatacağını, qalan pulun isə rəhbərliyə veriləcəyini söyləmişdir. O da Asəfin təklifi ilə razılaşmış və sağollaşaraq ayrılmışlar. Bir müddət sonra 2021-ci ilin iyun ayının hazırda xatırlamadığı günündə o, 5.000 manat məbləğində pul və Asəfin dediyi sənədlərlə Bakı şəhərinə getmiş, Elbrus Əsədovla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Biləcəri dairəsi” adlanan ərazinin yaxınlığında Şəmsi və Asəflə görüşmüşlər. Orada o, 5.000 manat məbləğində pulu və sənədləri Şəmsiyə tərəf uzatmış, lakin Şəmsi pulların və sənədlərin Asəfə çatacağını bildirmişdir. Asəf də həmin pulları və sənədləri götürüb saymadan cibinə qoymuşdur. Bundan sonra Asəf onu tibbi komissiyadan keçirmək adı ilə FHN-in Biləcəri qəsəbəsində yerləşən Tibb mərkəzinə aparmışdır. Həmin ərəfədə ondan elektron poçt ünvanı istənildiyindən, o, öz “Elektron ünvan 5” elektron poçt ünvanını Asəfə göndərmişdir. Asəf tibbi yoxlanışdan keçməli olduğunu və içəridə soruşduqları təqdirdə taksi şirkətində işə düzəlmək üçün müayinədən keçmək istədiyini deməyini ona tapşırmışdır. Bundan sonra Asəf onunla birlikdə içəri girmiş və hansı otaqlardan müayinədən keçməli olduğunu göstərmiş və onun yanında durmayıb bayıra çıxmışdır. Ondan içəri girməməsinin səbəbini soruşduqda o, nazirliyin işçisi olduğunu, içəri girməyə icazəsi olmadığını demişdir. Həkimlərin verdiyi müayinə sənədlərini Asəf götürmüşdür. Müayinələr bitdikdən sonra oradan çıxmışlar. Asəf idman və fiziki hazırlıqdan keçmək üçün çağıracağını bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsinin davamında göstərdi ki, 23 iyun 2021-ci il tarixdə onun “Elektron ünvan 5” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından keçdiyi tibbi komissiyanın tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi, idman və fiziki hazırlığın yoxlanılması məqsədilə keçiriləcək növbəti imtahana dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. Daha sonra 2021-ci ilin yay aylarında, hazırda xatırlamadığı tarixdə Asəf ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək idman və fiziki hazırlıq imtahanından keçmək üçün Bakı şəhərinə gəlməli olduğunu bildirmişdir. O, Bakı şəhərinə gələrək Asəflə görüşmüş, Asəf onu hərbi hissəyə bənzər bir yerin yaxınlığına aparmışdır. Orada hərbi geyim formasında olan şəxslər olmuşdur. Həmin yer qapalı bir yerdə olsa da, idman avadanlıqları, futbol stadionu da olmuşdur. Asəf həmin yerin yaxınlığında ona müəyyən sənədlərə imza etdirmiş və idmandan keçmək üçün lazım olan sənədlər olduğunu bildirmişdir. Daha sonra Asəf elektron poçt ünvanına imtahanın nəticəsi barədə bildiriş göndəriləcəyini bildirmişdir. 16 sentyabr 2021-ci il tarixdə onun “Elektron ünvan 5” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından keçdiyi idman və fiziki hazırlığın yoxlanılması imtahanının nəticələrinin qənaətbəxş qiymətləndirilməsi, qısa zaman ərzində ərazi üzrə vakant yerin təyinatı zamanı aidiyyəti üzrə dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. 30 noyabr 2021-ci il tarixdə elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından daha bir elektron bildiriş göndərilmişdir. Həmin bildirişdə 17 dekabr 2021-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Mikayıl Müşviq 501 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə dəvət olunduğu, qəbula gələrkən şəxsiyyət vəsiqəsi, hərbi bilet, COVİD-19 pasportu, 3x4 ölçüdə 2 ədəd foto şəkil, tərcümeyi hal, attestat və yaxud təhsil haqqında şəhadətnamə gətirməli olduğu qeyd olunmuşdur. Bu barədə Asəflə danışdıqda özünün də orada olacağını bildirmişdir. O, Bakı şəhərinə FHN-in inzibati binasının qarşısına gəlmiş, Asəf də orada olmuşdur. Onu işə qəbulla bağlı Nazirlikdən dəvət edəcəklərini bildirmişdir. Asəflə təxminən 1 saat orada gözlədikdən sonra Asəf telefonu qulağına tutaraq kənara çəkilib kiminləsə danışdıqdan sonra onu daha sonra dəvət edəcəklərini bildirmişdir. O da Asəflə sağollaşıb Ağcabədi rayonuna geri qayıtmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsinin davamında daha sonra göstərdi ki, 23 dekabr 2021-ci il tarixdə elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından daha bir elektron bildiriş də göndərilmişdir. Həmin bildirişdə 27 dekabr 2021-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Mikayıl Müşviq 501 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə dəvət olunduğu, qəbula gələrkən şəxsiyyət vəsiqəsi, hərbi bilet, COVİD-19 pasportu, 3x4 ölçüdə 2 ədəd foto şəkil, tərcümeyi-hal, attestat və yaxud təhsil haqqında şəhadətnamə gətirməli olduğu qeyd olunmuşdur. O, yenə də bu barədə Asəflə danışdıqda Asəf özünün də orada olacağını bildirmişdir. O, 27 dekabr 2021-ci il tarixdə Bakı şəhərinə FHN-in inzibati binasının qarşısına getmiş, Asəf də orada olmuşdur. Yenə də Asəf onu işə qəbulla bağlı Nazirlikdən dəvət edəcəklərini bildirmiş və Asəflə təxminən 1 saat orada gözlədikdən sonra Asəf yenə də telefonu qulağına tutaraq kənara çəkilib kiminləsə danışdıqdan sonra onu daha sonra dəvət edəcəklərini bildirmişdir. Bundan sonra o, heç yerə dəvət olunmamış və işə qəbul məsələsi uzanmağa başlamışdır. Hər dəfə Asəflə danışdıqda isə Asəf məsələnin həll olunacağını bildirmişdir. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsinin davamında göstərdi ki, 2022-ci ilin təxminən aprel ayında onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə hazırda xatırlamadığı mobil telefon nömrəsindən zəng olunmuş, zəng edən şəxs özünü FHN-in əməkdaşı mayor Emin Əliyev kimi təqdim edərək adının işə qəbul olunan şəxslərin əmrlərinin siyahısında olduğunu bildirərək onu sorğu-sual etmişdir. O da həmin şəxsin suallarına cavab verdikdən sonra həmin şəxs ona 2-3 gün ərzində zəng olunacağını və kod veriləcəyini, bundan sonra onun FHN-in Ağdam Regional İdarəsinə yaxınlaşmalı olduğunu bildirmişdir. Lakin ona hər hansı zəng olunmamışdır. Sonradan o və qohumu X72 tərəfindən aldadıldıqlarını başa düşmüş, ondan pulları geri istədikdə isə müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin adı məhkəməyə dəvət olunmalı olan şəxslərin siyahısına əlavə olunmamış X17 şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, sonuncu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İ, səh. 156-160). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2021-ci il ərzində qohumu Şahid4 və tanışının qardaşı oğlu Qasımov X21 Hallar Nazirliyinin X27 Xidmətində işə qəbulla bağlı elektron qaydada Nazirliyə müraciət etmişlər, lakin həmin müraciətlərinə hazırda vakant yer olmaması barədə cavab verilmişdir. Buna baxmayaraq, Surət və Sabir X27 Xidmətində işə düzəlmək arzusunda olmuşlar, hətta bir neçə dəfə ona da tanışları vasitəsilə işə düzəlmələrinə köməklik göstərməyini xahiş etmişlər. 2021-ci ilin avqust ayının hazırda xatırlamadığı günündə söhbət zamanı o, bu barədə tanışı Şahid6 bildirmişdir. Şahid6 əvvəllər hərbiçi olmuş, hazırda ehtiyatda olan zabitdir. Qafar ona daxili işlər orqanlarında işləyən tanışının istənilən şəxsi Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə düzəltmək imkanının olduğunu bildirmişdir. O, həmin tanışının kim olduğunu soruşduqda Qafar həmin şəxsin adının hallanmasını istəmədiyindən adını ona deməmişdir. O da Qafara tanışından Surət və Sabirin də X27 Xidmətində işə qəbul olunmalarına köməklik göstərə bilib-bilməyəcəyini soruşmasını xahiş etmiş, Qafar da həmin tanışı ilə danışdıqdan sonra Surət və Sabirin sənədlərinin surətlərini istəmişdir. Onlar da dedikləri sənədləri göndərmişlər. Həmin ərəfədə Qafardan həmin tanışı Surət və Sabirin elektron poçt ünvanlarını da istədiyindən həmin elektron poçt ünvanlarını Qafarın tanışına göndərmişlər. Daha sonra Qafar tanışının Surət və Sabirin FHN-in Tibb mərkəzində tibbi yoxlanışdan keçməli olduqlarını, tibbi yoxlanışdan keçmək üçün hər birinin 90 manat pul ödəməli olduğunu dediyini bildirmişdir. O da bu barədə məlumat verdikdən sonra 23 avqust 2021-ci il tarixdə Surət və Sabir Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb mərkəzinə tibbi yoxlanışdan keçmək üçün getmişlər. Həmin vaxt o, özü də oraya getmişdir. Orada Surət və Sabiri Asəf adlı bir şəxs qarşılamış və içəriyə aparmışdır. Sonradan Surət və Sabir tibbi yoxlanışdan keçmək üçün FHN-in Tibb mərkəzində qadın əməkdaşın onları qeydiyyatdan keçirdiyini və Asəfin göstərdiyi otaqlardan tibbi müayinədən keçdiklərini, Asəfin onlara taksi şirkətində işə düzəlmək üçün müayinəyə gəldiklərini FHN əməkdaşlarına demələrini tapşırdığını ona bildirmişlər. Surət və Sabir tibbi yoxlanışdan keçən gün, yəni 23 avqust 2021-ci il tarixdə Qafar işi həll edən tanışının Surət və Sabirin işə qəbul olunmalarına köməklik göstərilməsi müqabilində hər birinə görə 9.000 manat olmaqla ümumilikdə 18.000 manat pul verilməli olduğunu dediyini ona bildirmişdir. O da bu barədə Surət və Sabirə dedikdə onlar işə qəbul olunduqdan sonra pulu verə biləcəklərini bildirmişlər. O isə Qafarın dediklərinə tam inandığından həmin 18.000 manat pulu özünün verəcəyimi, daha sonra Surət və Sabirdən alacağını Qafara demişdir. 23 avqust 2021-ci il tarixdə Surətin, 24 avqust 2021-ci il tarixdə isə Sabirin elektron poçt ünvanlarına keçdikləri tibbi yoxlanışın qənaətbəxş hesab olunması barədə elektron məktublar göndərilmişdir. 23 avqust 2021-ci il tarixdə o, Surətin işə düzəlməsi məsələsi üçün tələb olunan 9.000 manat məbləğində pulu ünvan 2 ünvanında yerləşən “Quzu Qabırğası” restoranının qarşısında Qafara vermiş, Qafar da həmin pulu tanışına göndərəcəyini bildirmişdir. 24 avqust 2021-ci il tarixdə isə Sabirin elektron poçt ünvanına keçdikləri tibbi yoxlanışın qənaətbəxş hesab olunması barədə elektron məktub gəldikdən sonra Sabirin işə qəbul məsələsinə görə 9.000 manat məbləğində pulu Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən X22 yaxınlığında Qafara vermiş, Qafar yenə də həmin pulu tanışına göndərəcəyini bildirmişdir. Bundan sonra Asəf özü Surət və Sabirlə telefon əlaqəsi saxlayaraq idman və fiziki hazırlıq imtahanına, eləcə də işə qəbulla bağlı digər məsələlər üçün Bakı şəhərinə çağırmışdır. O, həmin müddətdə olan proseslərə müdaxilə etməmişdir. Ona deyilənə görə Surət və Sabirin işə qəbul məsələləri 3 ay müddətində həll olunacaqmış. 2021-ci ilin dekabr ayında artıq Surət və Sabir ona işə qəbul məsələlərindən hər hansı xəbər olmadığını bildirmişlər. O, artıq Şahid6 acıqlanaraq məsələnin hansı səbəbdən həll olunmadığını soruşmuş, Qafar isə məcbur qalıb işi həll edən Asəf adlı şəxsi Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin əməkdaşı X39 vasitəsilə tanıdığını bildirmişdir. Qafar onun yanında Namiqə zəng etmiş, o, telefonu alıb özü Namiqlə danışmışdır. Namiqə Asəf adlı şəxsə Qafarın 18.000 manat pul göndərdiyini, lakin Asəfin onun tanışlarını işə qəbul etdirmədiyini bildirmişdir. Namiq də bu barədə Asəflə danışdığını, Asəfə öz iradını bildirdiyini, yenidən Asəflə danışacağını, Asəfə ya vədinə əməl etməsini, ya da aldığı pulu geri qaytarmasını tapşıracağını söyləmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 daha sonra ifadəsinin davamında göstərdi ki, 2021-ci ilin dekabr ayının hazırda xatırlamadığı günündə Surət və Sabirin elektron poçt ünvanlarına 18 yanvar 2022-ci il tarixdə FHN-ə dəvət olunmaları barədə elektron məktublar göndərilmişdir. Lakin yenə də işə qəbul əmrləri verilməmiş, hər dəfə Asəf tərəfindən Bakı şəhərinə dəvət olunaraq FHN-in qəbul şöbəsinə aparılmışlar, müxtəlif bəhanə ilə əmrin gələn dəfəyə qaldığı bildirilmişdir. Bundan sonra o, Namiq Quliyevlə bir neçə dəfə telefonla danışaraq görüşüb söhbət etməyə dəvət etmiş, lakin Namiq görüşə gəlməkdən imtina edərək bu işlə hər hansı əlaqəsinin olmadığını, Asəflə məsələlərini özlərinin həll etməli olduqlarını bildirmişdir. Bundan sonra o, özü Asəfi taparaq görüşə dəvət etmiş, Asəf əvvəllər görüşə gəlməkdən imtina etsə də, o, 23 mart 2022-ci il tarixdə Asəflə “20 Yanvar” dairəsi adlanan ərazinin yaxınlığında yerləşən “Ləvəngi” kafesində görüşmüşdür. O, Qafarı da oraya dəvət etmiş və Qafar da onların söhbətində iştirak etmişdir. X74 və Sabirdən başqa bir neçə nəfərin də işə qəbul məsələsini həll etməsi üçün ümumilikdə 35.000 manat məbləğində pulu FHN-in əməkdaşı X13 verdiyini, Ramin Zeynalovun telefonlarının hazırda aktiv vəziyyətdə olmadığını, bu səbəbdən Ramini tapa bilmədiyini bildirmişdir. O, Asəfdən Ramini haradan tanıdığını soruşduqda Ramini keçmiş FHN əməkdaşı X37 vasitəsilə tanıdığını söyləmişdir. Asəf həmçinin Namiq Quliyevlə başqa işlər də gördüyünü, hər dəfəsində məsələnin müsbət həll olunduğunu, sadəcə olaraq Raminə görə hazırda problem yarandığını və 18.000 manat məbləğində pulu 29 mart 2022-ci il tarixdə özünün ona geri qaytaracağını bildirmişdir. 29 mart 2022-ci il tarixdə Asəfdən xəbər olmadığından o, Asəfə zəng etmiş, lakin əlaqə saxlaya bilməmişdir. Sonradan Təqsirləndirilən şəxs dələduzluq əməllərinə görə barəsində olan cinayət işi üzrə Şamaxı Rayon Məhkəməsi tərəfindən həbs olunduğunu öyrənmişdir. Ən nəhayət, zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsinin yekununda göstərdi ki, Şahid4 və Şahid5 Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmaları müqabilində hər birinə görə 9.000 manat olmaqla ümumilikdə 18.000 manat məbləğində pulu Şahid6 vermiş, Şahid6 da həmin pulları Təqsirləndirilən şəxs göndərmiş, Asəf də görüşləri zamanı bunu təsdiqləmiş və həmin məbləğdə pulu geri qaytaracağına söz vermişdir. Qeyd olunan 18.000 manat məbləğində pul tam şəkildə onun özünə məxsus olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram ünvanlamış, ibtidai istintaq mərhələsində verdikləri ifadələrini təsdiq etdiklərini bildirmiş və işləri ilə əlaqəldar məhkəmə prosesində iştirak edə bilməyəcəklərini nəzərə alınmağı məhkəmədən xahiş etmişlər. Məhkəmə hər iki zərərçəkmiş şəxsin məhkəməyə ünvanlamış olduqları teleqramlarını proses iştirakçıları ilə müzakirə edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat mərhələsində iş üzrə zərərçəkmiş şəxs qismində vermiş olduqlarını ifadələrini elan etməklə tədqiq etmişdir. Zərərçəkmiş şəxs5 tədqiq olunan ifadəsində göstərmişdir ki, X10 iştirak edib yaşadığı Şirvan şəhərinə qayıtdıqdan sonra, təxminən 2021-ci ilin əvvəllərində Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbulla bağlı elektron qaydada Nazirliyə müraciət etmiş, lakin həmin müraciətinə cavab olaraq hazırda vakant yer olmaması barədə yaşadığı ünvana məktub göndərilmişdir. Buna baxmayaraq, X27 Xidmətində işə düzəlmək arzusunda olmuşdur. Həmin ərəfələrdə uzaq qohumu, Bakı şəhərində yaşayan Şahid3 Şirvan şəhərinə qonaq gəldiyi zaman onunla söhbət edərkən Şahid3 işsiz olduğunu və FHN-də işə qəbul olunmaq istədiyini bildirmişdir. Həmin vaxt Rövşən geniş əlaqələri olan tanışının onun FHN-də işə düzəlməyinə köməklik edə biləcəyini, bu barədə həmin tanışı ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra atası Akif Həsənov bir neçə dəfə qohumları Şahid3la onun işə qəbul məsələsi barədə maraqlandıqda, Rövşən həmin tanışı ilə danışdığını, anket məlumatlarını verdiyini və yaxın zamanlarda məlumat veriləcəyini bildirmişdir. Şahid3 həmçinin elektron poçt ünvanı açmağının da tələb olunduğunu bildirdiyindən, o da özünə “Elektron ünvan 6” elektron poçt ünvanını açaraq Rövşənə göndərmişdir. Rövşən də onun həmin elektron poçt ünvanını, şəxsiyyət vəsiqəsinin surətini tanışına göndərəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə onun “Elektron ünvan 6” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciətinin qəbul olunduğu, müraciətə baxılaraq məlumat veriləcəyi barədə, daha sonra xx.xx.2021-ci il tarixdə isə yanğından mühafizə orqanlarına xidmətə qəbul olunmağının məqsədəmüvafiq hesab edilməməsi barədə elektron məktub göndərilmişdir. O, bundan sonra qohumu Rövşənlə əlaqə saxlayaraq ona gələn elektron məktub barədə məlumat vermişdir. Rövşən də işə düzəlməyinə köməklik göstərəcək həmin tanışları ilə danışdıqdan sonra narahat olmamağını, məsələnin müsbət həll olunacağını bildirmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Rövşən ona tibbi komissiyadan keçmək üçün Bakı şəhərinə getməli olduğunu və onu Cavanşir adlı bir nəfərin qarşılayacağını bildirmişdir. O da səhəri gün Bakı şəhərinə yola düşmüş, yolda olarkən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə hazırda xatırlamadığı mobil telefon nömrəsindən zəng olunmuşdur. Zəng edən şəxs özünü ona “Cavanşir” kimi təqdim edərək onu Biləcəri qəsəbəsində, “Biləcəri dairəsi” adlanan ərazidə gözlədiyini bildirmişdir. O da həmin yerə getmiş və Cavanşir adlı şəxslə görüşmüşdür. Cavanşir ona bir nəfər şəxsin gələcəyini və həmin şəxsin onu getməli olduğu yerə aparacağını bildirmişdir. Biraz sonra oraya bir nəfər şəxs gəlmiş və söhbət zamanı adının Asəf olduğunu öyrənmişdir. Cavanşir onları tanış etdikdən sağollaşaraq getmişdir. Asəf işə qəbulla bağlı FHN-in Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Tibbi Hospitalında tibbi komissiyadan keçməli olduğunu bildirdiyindən birlikdə FHN-in Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Tibbi Hospitalının qarşısına getmişlər. Həmin vaxt Asəf tək olmuşdur. Asəf ona hospitala daxil olmağını və taksi şirkətindən müayinə üçün göndərildiyini deməyini tapşırmışdır. O da içəri daxil olmuş və qəbula yaxınlaşmışdır. Asəfin tapşırdığı kimi taksi şirkətindən sürücü kimi müayinədən keçmək üçün göndərildiyini bildirdikdə, qəbulda olan qadın işçi qeydiyyat apardıqdan sonra ona blanka oxşar sənəd təqdim etmiş və əli ilə digər bir otağı göstərərək oraya yaxınlaşmalı olduğunu bildirmişdir. O da həmin otağa yaxınlaşıb əlindəki sənədi təqdim etmişdir. Həmin otaqda əyləşən digər qadın işçi ona hansı otaqlarda müayinədən keçməli olduğunu göstərmişdir. Bundan sonra o, əvvəlcə rentgen otağına daxil olub rentgen müayinəsindən keçmiş, daha sonra isə qan analizi verdikdən sonra hospitalı tərk etmişdir. Həmin vaxt Asəf onu hospitalın qarşısında gözləmişdir. Asəf ona gedə biləcəyini, məlumat verildikdə fiziki hazırlıq imtahanından keçmək üçün gəlməli olduğunu bildirmişdir. O, oradan Şirvan şəhərinə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə “Elektron ünvan 6” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından keçdiyi tibbi komissiyanın tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi, idman və fiziki hazırlığın yoxlanılması məqsədilə keçiriləcək növbəti imtahana dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. Təxminən 10-15 gün sonra Asəf istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək fiziki hazırlıq imtahanından keçmək üçün Bakı şəhərinə gəlməli olduğunu bildirmişdir. Səhəri gün o, Bakı şəhərinə, Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının qarşısına getmiş, oradan Asəflə telefon əlaqəsi saxladıqda, Asəf getməli olduğu yeri izah etmişdir. O, piyada Asəfin izah etdiyi yerə, 20 nömrəli tam orta məktəbin yaxınlığına getmişdir. Orada Asəf onu tək gözləmişdir. Asəfin əlində ona sənədin fiziki hazırlıq imtahanından keçmək üçün lazım olan sənəd olduğunu söyləyərək imzalamağını bildirmişdir. O da həmin sənədi imzalamış, bundan sonra Asəf əlaqə saxlayacağını demiş və sağollaşıb getmişdir. O, Şirvan şəhərinə qayıtdıqdan bir müddət sonra, 2021-ci ilin təxminən oktyabrnoyabr aylarında qohumu Şahid3 əlaqə saxlayaraq işə qəbul olunmağı üçün 8.000 manat məbləğində pul verilməli olduğunu bildirmiş, onlar da Rövşənlə razılaşmışlar. Həmin pulu düzəltdikdən sonra, o, elə həmin ərəfələrdə hazırda xatırlamadığı tarixdə Bakı şəhərinə gedərək Bakı Metropoliteninin “20 yanvar” stansiyasının "xxxx" ASC-nin qarşısında olan çıxışının yaxınlığında Rövşənlə görüşmüş, orada 8.000 manat pulu işə qəbul məsələsini həll edən şəxsə verməsi üçün Rövşənə vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Lakin Rövşən həmin pulu kimə verəcəyi barədə ona heç nə deməmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə onun “Elektron ünvan 6” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından keçdiyi idman və fiziki hazırlığın yoxlanılması imtahanının nəticələrinin qənaətbəxş qiymətləndirilməsi, qısa zaman ərzində ərazi üzrə vakant yerin təyinatı zamanı aidiyyəti üzrə dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. xx.xx.2021-ci il tarixdə isə yenə də onun “Elektron ünvan 6” elektron poçt ünvanıa “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından elektron məktub göndərilmişdir. Həmin elektron məktubda 24 yanvar 2022-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Mikayıl Müşviq 501 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə dəvət olunduğu, qəbula gələrkən şəxsiyyət vəsiqəsi, hərbi bilet, COVİD-19 pasportu, 3x4 ölçüdə 2 ədəd foto şəkil, tərcümeyi-hal, attestat və yaxud təhsil haqqında şəhadətnamə gətirməli olduğu qeyd olunmuşdur. Ona gələn elektron məktublar barədə o, Asəfə də məlumat vermişdir. 24 yanvar 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinə getmək üçün o, yolda olarkən Asəf zəng edərək Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Xətai rayonu ərazisində olan idarəsinə getməli olduğunu, işə qəbulun orada aparıldığını bildirmişdir. O da Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Xətai rayonu ərazisində olan idarəsinə getmiş, orada ondan başqa işə qəbulla bağlı müraciət etmək üçün xeyli adam gəlmişdir. Qəbula yaxınlaşdıqda onun anket məlumatları qeyd olunmuş və Vətən Müharibəsində iştirak etməyi ilə bağlı suallar verilmişdir. Elektron məktubda göstərilən sənədlər demək olar ki, tələb olunmamışdır. Həmin vaxtdan Asəf işə qəbul əmrini gözləməyi tapşırsa da, bu günə qədər işlə təmin olunmamışdır(iş vərəqə: cild İ, səh. 122-127, cild İİİ, səh.81-90). Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs6 məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, X10 iştirak edib yaşadığı Şirvan şəhərinə qayıtdıqdan sonra işsiz olduğundan iş axtarmış, 2021-ci ilin təxminən avqust ayında xalasının oğlu Zərərçəkmiş şəxs5 qohumu Şahid3 köməkliyi ilə Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə düzələcəyini eşitmişdir. Əliyə həmin qohumundan onun da işə düzəlməsinə köməklik etməsini xahiş etməsini istəmişdir. Əli də Şahid3 dedikdən bir müddət sonra müsbət cavab verildiyi ona bildirilmişdir. Lakin Əli ona işə düzəlmək üçün 8.000 manat pul verilməli olduğunu, özünün də həmin məbləğdə pul verdiyini demiş, o da razılaşmışdır. Həmin ərəfədə ondan elektron poçt ünvanı istənildiyindən o, öz “mailto:alxasabbasov385@gmail.comElektron ünvan 3” elektron poçt ünvanını Şahid3 göndərmişdir. 12 avqust 2021-ci il tarixdə onun elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciətinin qəbul olunduğu, müraciətə baxılaraq məlumat veriləcəyi barədə bildiriş göndərilmişdir. Bundan sonra Şahid3 artıq pulu və sənədləri verməli olduğunu bildirdiyindən o, təxminən 2021-ci ilin avqust ayının hazırda xatırlamadığı günündə 8.000 manat pulu, eləcə də şəxsiyyət vəsiqəsi, hərbi bilet və attestatının surətini götürüb Bakı şəhərinə gedərək Bakı Metropoliteninin “Koroğlu” stansiyasının yaxınlığında 8.000 manat məbləğində pulu Şahid3 vermişdir. Şahid3 sənədlərlə birlikdə FHN-in Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Tibb mərkəzinə getməli olduğunu, orada Asəf adlı şəxsin onu qarşılayacağını bildirmiş və Asəfin mobil nömrəsini ona vermişdir. O da Rövşənin dediyi kimi FHN-in Tibb mərkəzinə getmişdir. O, oraya çatdıqdan sonra Asəfin ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək gəldiyini bildirmişdir. Bir müddət sonra Asəf də həmin yerə gəlmiş və onlar bayırda görüşmüşlər. Asəf tibbi yoxlanışdan keçməli olduğunu və bunun üçün 100 manat kassaya pul ödəməli olduğunu bildirmişdir. O, həmin məbləğdə pulun hazırda üzərində olmadığını dedikdə Asəf onun yerinə özünün ödəyəcəyini bildirmişdir. Həmçinin Asəf içəridə soruşduqları təqdirdə taksi şirkətində işə düzəlmək üçün müayinədən keçmək istədiyini deməyini ona tapşırmışdır. Bundan sonra Asəf onunla birlikdə içəri girmiş və hansı otaqlardan müayinədən keçməli olduğunu göstərmişdir. Həkimlərin verdiyi müayinə sənədlərini Asəf özü götürmüşdür. Müayinələr bitdikdən sonra onlar oradan çıxmışlar. Asəf idman və fiziki hazırlıqdan keçmək üçün çağıracağını bildirmişdir. Bundan sonra o, Şirvan şəhərinə qayıtmışdır. 2021-ci ilin avqust ayının sonlarında Asəf ona zəng edərək idman və fiziki hazırlıq imtahanından keçmək üçün Bakı şəhərinə gəlməli olduğunu ona bildirmişdir. O da Bakı şəhərinə gəlmiş və 20 nömrəli tam orta məktəbin qarşısında Asəflə görüşmüşlər. Asəf bir neçə sənədə ona imza etdirərək idman və fiziki hazırlıq imtahanından keçmək üçün lazım olan sənədlər olduğunu demişdir. Bundan sonra o, Şirvan şəhərinə qayıtmışdır. 07 sentyabr 2021-ci il tarixdə onun “mailto:alxasabbasov385@gmail.comElektron ünvan 3” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından keçdiyi idman və fiziki hazırlığın yoxlanılması imtahanının nəticələrinin qənaətbəxş qiymətləndirilməsi, qısa zaman ərzində ərazi üzrə vakant yerin təyinatı zamanı aidiyyəti üzrə dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. xx.xx.2021-ci il tarixdə isə yanğından mühafizə orqanlarına xidmətə qəbul olunmağının məqsədəmüvafiq hesab edilməməsi barədə elektron məktub göndərilmişdir. Bu barədə Rövşən müəllimə məlumat verildikdən sonra Rövşən müəllim işlərini həll edən adamlarla danışmış, həmin şəxslər Rövşən müəllimə işçinin yeni olduğunu və təcrübəsizlikdən yanlış məktub göndərdiyini bildirmişlər. xx.xx.2021-ci il tarixdə isə onun “mailto:alxasabbasov385@gmail.comElektron ünvan 3” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından keçdiyi idman və fiziki hazırlığın yoxlanılması imtahanının nəticələrinin qənaətbəxş qiymətləndirilməsi, 10 sentyabr 2021-ci il tarixində göndərmiş olduqları bildirişin qüvvədən düşmüş hesab olunması və qısa zaman ərzində ərazi üzrə vakant yerin təyinatı zamanı aidiyyəti üzrə dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. Bundan sonra o, bir neçə dəfə Asəflə telefon vasitəsilə əlaqə saxlayıb işi barədə maraqlanmışdır. Asəf hər dəfə yaxın vaxtlarda cavab veriləcəyini ona bildirmişdir. xx.xx.2021-ci il tarixdə isə yenə də onun “mailto:alxasabbasov385@gmail.comElektron ünvan 3” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından elektron məktub göndərilmişdir. Həmin elektron məktubda 11 yanvar 2022-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Mikayıl Müşviq 501 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə dəvət olunduğu, qəbula gələrkən şəxsiyyət vəsiqəsi, hərbi bilet, COVİD-19 pasportu, 3x4 ölçüdə 2 ədəd foto şəkil, tərcümeyi hal, attestat və yaxud təhsil haqqında şəhadətnamə gətirməli olduğu qeyd olunmuşdur. O, 11 yanvar 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısına getmişdir. Asəf ona əvvəlcədən Nazirliyin qarşısında gözləməyini, içəri daxil olmamağını və onu orada Cavanşir adlı şəxsin qarşılayacağını bildirmişdir. O, orada olarkən Asəfə zəng etmiş, Asəfin mobil nömrəsinə zəng çatmadığından Rövşən müəllimlə əlaqə saxlamışdır. Rövşən müəllim ona Cavanşirin hazırda xatırlamadığı mobil nömrəsini verərək əlaqə saxlamağını tapşırmışdır. O da həmin mobil nömrəyə zəng etdikdən sonra orada Cavanşir adlı şəxs onu qarşılamışdır. Cavanşir orada Asəfə zəng etmiş və telefonu ona vermişdir. Asəf FHNin Xətai rayonu ərazisində yerləşən qəbul şöbəsinə getməyini, orada onu qeydiyyata alacaqlarını bildirmişdir. O da FHN-in Xətai rayonu ərazisində yerləşən binasına getmişdir. Ondan başqa orada çox sayda qazilər, şəhid ailələri olmuşdur. Hamı işə düzəlmək üçün müraciət etməyə gəlmişdir. Orada hamı kimi o da qeydiyyata alınmış və harada döyüşdüyü yazılmışdır. Sonradan Şirvan şəhərinə qayıtmışdır. Bundan bir müddət sonra onun mobil telefon nömrəsinə hazırda xatırlamadığı mobil telefon nömrəsindən zəng olunmuş və zəng edən şəxs özünü FHN-in əməkdaşı, mayor rütbəli şəxs kimi təqdim edərək onu yenidən FHN-in Xətai rayonu ərazisində yerləşən qəbul şöbəsinə dəvət etmişdir. O, Asəfə bu barədə məlumat verdikdən sonra Asəf işə qəbul əmrinə görə çağırıldığını bildirmişdir. O, FHN-in Xətai rayonu ərazisində yerləşən qəbul şöbəsinə getmişdir. Orada o, əmrə görə gəldiyini dedikdə qəbulda olan gənc əməkdaş elə bir əmrin olmadığını bildirmiş və onu yenidən qeydiyyata almışdır. O, bayıra çıxaraq Asəfə zəng etmişdir. Asəf orada gözləməyini, Cavanşirin gələcəyini söyləmişdir. Biraz sonra Cavanşir oraya gəlmiş və Asəfə zəng etmişdir. Asəf Cavanşirə orada gözləmələrini və onları yuxarıya dəvət edəcəklərini söyləmişdir. Onlar yaxınlıqdakı çayxanada oturub iş vaxtı bitənə kimi gözləmişlər, lakin onları qəbul edən olmamışdır. Asəfə zəng etsələr də zəng çatmamışdır. Sonradan Asəf şəhid ailələri və qazilərin qəbula girmək üçün mübahisə yaratdıqlarından onu qəbul edə bilmədiklərini, daha sonra onu FHN-in Salyan Regional İdarəsinə qəbula yenidən dəvət edib əmrini verəcəklərini bildirmişdir. Həmin vaxtdan sonra o, heç bir yerə dəvət olunmamış və işə qəbul edilməmişdir. Asəflə bu barədə dəfələrlə danışsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək müddət qazanmağa çalışmışdır(iş vərəqə: cild İ, səh. 144-149, cild V, səh.195-199). Məhkəməyədək icraat mərhələsində iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbul olunmaq üçün elektron qaydada həmin Nazirliyə müraciət etmişdir. Lakin həmin müraciətinə hər hansı cavab verilməmişdir. 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında o, qohumu Şahid3 başqa bir qohumunun Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmasına tanışı vasitəsilə köməklik etdiyini eşitdiyindən o da Şahid3 müraciət edərək onun da yanğınsöndürən kimi işə qəbul olunmağına köməklik etməsini xahiş etmişdir. Şahid3 da işə qəbul məsələsini həll edən tanışı ilə danışdıqdan sonra onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və digər sənədlərinin surətlərini istəmişdir. O da həmin sənədlərin şəkillərini “Whatsapp” proqramı vasitəsilə Şahid3 göndərmişdir. Bir müddət sonra Şahid3 müsbət cavab verildiyini, lakin işə qəbul üçün 8.000 manat məbləğində pul tələb olunduğunu bildirmişdir. 2021-ci ilin təxminən noyabr ayının hazırda xatırlamadığı günündə o, 8.000 manat pulu, şəxsiyyət vəsiqəsi, hərbi bilet və attestatın surətlərini götürərək Qazax rayonundan Bakı şəhərinə getmiş və qohumu Şahid3la Bakı Metropoliteninin “20 yanvar” stansiyasının yaxınlığında görüşüb Biləcəri qəsəbəsinə getmişlər. Şahid3 işə qəbul məsələsini həll edəcək tanışı Cavanşir Kazımovun da oraya gələcəyini bildirmişdir. Yolda olarkən Cavanşir Şahid3 biraz gecikdiyini, Asəfin “Biləcəri dairəsi” adlanan ərazidə olduğunu, onun Asəfə yaxınlaşmağını tapşırmışdır. Onlar da oraya çatdıqdan sonra bir nəfər şəxsin bir neçə gənc oğlanı başına yığaraq təlimatlandırdığını görmüşlər. Sonradan həmin şəxsin Asəf olduğunu öyrənmişlər. O, 8.000 manat məbləğində pulu və lazım olan sənədləri Cavanşirə verməsi üçün Şahid3 verərək Asəfə yaxınlaşmış, Asəf onu öz idarə etdiyi avtomobil ilə FHN-in Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Tibb mərkəzinə aparmışdır. Asəf Tibb mərkəzinin qarşısında ona içəri daxil olmağını, içəridə onları qarşılayacaq Nəzakət adlı xanıma taksi şirkətinə işə düzəlmək məqsədilə müayinədən keçmək üçün gəldiklərini demələrini tapşırmışdır. İçəri daxil olduqda taksi şirkətinə işə düzəlmək üçün müayinədən keçmək məqsədilə gəldiyini bildirdikdən sonra Nəzakət adlı hündürboy, kök bədən quruluşlu, qısa saçlı bir qadın onu qarşılamışdır. Nəzakət xanım onu içəridəki həkim otaqlarında rentgen və qan analizi müayinəsindən keçirmişdir. Tibbi yoxlanış bitdikdən sonra Asəf onu avtomobili ilə “Biləcəri dairəsi” adlanan əraziyə gətirərək düşürmüşdür. Səhəri gün əvvəlcədən Şahid3 dediyi, hazırda mobil telefonu yararsız vəziyyətdə olduğundan unutduğu elektron poçt ünvanına fhn.gov.az adlı elektron poçt ünvanından tibb komissiyasından keçdiyi tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi, idman və fiziki hazırlıq imtahanına çağırılacağı barədə elektron məktub göndərilmişdir. Bir müddət sonra onun telefonu yararsız vəziyyətə düşdüyündən artıq elektron poçt ünvanına gələn elektron məktubları görə bilməmişdir. Həmin ərəfələrdə dostu Ayxan da onun kimi Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmaq məqsədilə qohumu Şahid3 vasitəsilə Cavanşirə 8.000 manat pul vermiş və Asəf tərəfindən tibbi yoxlanışdan keçirilmişdir. Bir müddət sonra Şahid3 idman və fiziki hazırlıq imtahanından keçmək üçün Bakı şəhərinə gəlməli olduqlarını bildirdiyindən o və dostu Ayxan Bakı şəhərinə gedərək FHN-in inzibati binasının yaxınlığında Cavanşirlə görüşmüşlər. Təxminən 2-3 saat müddətində onlar Asəfin gəlməsini gözləmişlər. Həmin müddətdə Cavanşir də onlarla birlikdə olmuşdur. Asəf günorta saatlarında oraya gələrək əlində olan bəzi sənədlərə ona və Ayxana imza etdirmişdir. Asəf həmin sənədlərin idman və fiziki hazırlıq imtahanından keçmələri barədə olan sənədlər olduğunu bildirmişdir. Bundan sonra Asəf onlarla sağollaşaraq getmişdir. O və Ayxan isə Cavanşirlə birlikdə piyada Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının qarşısına gəlmişlər. Orada Cavanşirlə sağollaşıb ayrılmışlar. Həmin müddətdən sonra onların işə qəbul məsələlərindən hər hansı xəbər olmamışdır. Dəfələrlə onlar və qohumu Şahid3 Cavanşirlə, eləcə də Asəflə əlaqə saxlayıb işə qəbul məsələləri ilə bağlı maraqlansalar da, hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın zamanda həll olunacağını bildirmişlər. Hətta təxminən 2 ay öncə Asəf özü ona zəng edərək işə qəbulla bağlı hər hansı şəxsə pul verməyi barədə maraqlanıldığı təqdirdə hər hansı şəxsə pul vermədiyini, sadəcə elektron qaydada işə qəbul olunmaq üçün FHN-ə müraciət etdiyini deməyini tapşırmışdır. Hazırda da işə qəbul məsələləri həll olunmamışdır(iş vərəqə: cild İ, səh. 184-187, cild V, səh.140-143). Bundan başqa, məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəmə baxışı mərhələsində məhkəməyə teleqram ünvanlayıb, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəiyini, onun təqsirləndirilən şəxsə qarşı şikayt və tələbinin olmamasını, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən iş üzrə məhkəməyədək zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsi məhkəmə baxışında elan edilmişdir. Zərərçəkmiş şəxs9 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra o, Bakı şəhərində bir neçə özəl iş yerlərində işləmiş, daha sonra Qazax rayonuna qayıdaraq “X75” MMC-də satış məsləhətçisi kimi işə başlamışdır. Bir müddət orada işlədikdən sonra Zərərçəkmiş şəxs8 da həmin MMC-də stajor kimi işə başlamışdır. Həmin müddətdə Camalla dostluq münasibəti yaranmışdır. Sonradan Camal daimi işə qəbul olunmadığından işdən ayrılmışdır. 2021-ci ilin təxminən oktyabr ayında Camal ona qohumu Şahid3 adlı şəxsin köməkliyi ilə Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunacağını bildirmişdir. O da həmin işə qəbul olunmaq istədiyini Camala bildirmiş, Camal da qohumu Şahid3la bu barədə danışacağını demişdir. 2021-ci ilin oktyabr ayının sonlarında Camal Şahid3la danışdığını və onun da Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmağına köməklik edəcəyini bildirmişdir. Bundan bir müddət sonra Camal işə qəbul üçün 8.000 manat məbləğində pul tələb olunduğunu demişdir. 2021-ci ilin noyabr ayının ortalarında o, 8.000 manat məbləğində pulu və tələb olunan sənədlərin surətlərini götürərək Camalla birlikdə Bakı şəhərinə getmişdir. Bakı Metropoliteninin “20 yanvar” stansiyasının yaxınlığında o və Camal Şahid3la görüşmüşlər. Orada o, 8.000 manat məbləğində pulu və tələb olunan sənədlərin surətlərini Şahid3 vermişdir. Bundan sonra Şahid3 əlaqə saxlayacağını bildirmiş və onlar sağollaşaraq ayrılmışlar. Təxminən 1 həftə sonra Şahid3 tibbi yoxlanışdan keçmək üçün Bakı şəhərinə gəlməli olduğunu ona bildirmiş, o, Bakı şəhərinə gələrək Şahid3la görüşmüş və birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Biləcəri dairəsi” adlanan əraziyə gedib orada yaşlı bir kişi ilə görüşmüşlər. Orada həmin şəxsin Cavanşir olduğunu öyrənmiş, Şahid3 onu Cavanşirlə tanış edərək işi həll edəcək adamın Cavanşir olduğunu və onu tibbi yoxlanışdan keçirəcəklərini söyləmişdir. Bundan sonra Şahid3 sağollaşaraq getmişdir. Cavanşir adlı şəxs onu FHN-in Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Tibb mərkəzinin yaxınlığına aparmış, orada Asəf adlı şəxs onları gözləmişdir. Asəf ona içəri daxil olmağını, qeydiyyata şəxsiyyət vəsiqəsini təqdim etməyini və bundan sonra həkimlər tərəfindən tibbi müayinədən keçməyi tapşırmışdır. O da Asəfin dediyi kimi içəri daxil olub qeydiyyatdan keçdikdən sonra həkim otaqlarında tibbi müayinələrdən keçmişdir. Həmin vaxt Asəflə Cavanşir bayırda onu gözləmişlər. O, bayıra çıxdıqdan sonra Cavanşirlə Asəf ona idman və fiziki hazırlıq imtahanından keçmək üçün çağırılacağını bildirmişlər və onu yola salmışlar. Təxminən 2-3 gün sonra əvvəlcədən Şahid3 dediyi, hazırda xatırlamadığı elektron poçt ünvanına fhn.gov.az adlı elektron poçt ünvanından tibb komissiyasından keçdiyi tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi, idman və fiziki hazırlıq imtahanına çağırılacağı barədə elektron məktub göndərilmişdir. Bir müddət sonra Şahid3 idman və fiziki hazırlıq imtahanından keçmək üçün Bakı şəhərinə gəlməli olduqlarını bildirdiyindən o və dostu Camal Bakı şəhərinə gələrək FHN-in inzibati binasının yaxınlığında Cavanşirlə görüşmüşlər. Təxminən 2-3 saat müddətində onlar Asəfin gəlməsini gözləmişlər. Həmin müddətdə Cavanşir də onlarla birlikdə olmuşdur. Asəf günorta saatlarında oraya gələrək əlində olan bəzi sənədlərə ona və Camala imza etdirmişdir. Asəf həmin sənədlərin idman və fiziki hazırlıq imtahanından keçmələri barədə olan sənədlər olduğunu onlara bildirmiş, bundan sonra onlarla sağollaşaraq getmişdir. O və Camal isə Cavanşirlə birlikdə piyada Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının qarşısına gəlmişlər. Orada onlar Cavanşirlə sağollaşıb ayrılmışlar. Həmin müddətdən sonra onların işə qəbul məsələlərindən hər hansı xəbər olmamışdır. Dəfələrlə onlar və Şahid3 Cavanşirlə, eləcə də Asəflə əlaqə saxlayıb işə qəbul məsələləri ilə bağlı maraqlansalar da, Cavanşir və Asəf hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın zamanda həll olunacağını bildirmişlər. Hazırda da işə qəbul məsələləri həll olunmamışdır(iş vərəqə: cild İV, səh. 129-132, cild V, səh.131- 134). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib göstərdi ki, Zərərçəkmiş şəxs5 onun qohumudur, X28 iştirakçısı olmuşdur. Zərərçəkmiş şəxs5 işsiz olduğundan işə düzəlmək üçün Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbulla bağlı elektron qaydada Nazirliyə müraciət etmiş, lakin həmin müraciətinə cavab olaraq hazırda vakant yer olmaması barədə yaşadığı ünvana məktub göndərilmişdir. Buna baxmayaraq, Əli X27 Xidmətində işə düzəlmək arzusunda olmuşdur. Həmin ərəfələrdə o, Şirvan şəhərində qonaq olarkən Əli bu barədə ona da bildirmişdir. 11 iyul 2021-ci il tarixdə o, özünün idarə etdiyi avtomobil ilə Qazax rayonundan Bakı şəhərinə qayıdarkən Tovuz rayonu ərazisindən keçən yolun qırağında dayanan 60 yaşlarında bir nəfər kişi cinsli şəxsin avtomobillərə saxlaması üçün əl işarəsi etdiyini görmüşdür. O, avtomobildə tək hərəkət etdiyindən avtomobili həmin kişinin yanında saxlamış və həmin kişi Bakı şəhərinə getdiyini, onu da apara bilib-bilməyəcəyini soruşmuşdur. O da apara biləcəyini bildirmiş və birlikdə Bakı şəhərinə doğru hərəkət etməyə başlamışlar. Yol boyu onlar söhbətləşmiş və aralarında səmimi söhbət yaranmışdır. Söhbət zamanı həmin şəxsin X16 olduğunu öyrənmişdir. Cavanşir Kazımov özünü ziyalı bir şəxs kimi tanıdaraq əslinin Tovuz rayonunun Aşırallar kəndindən olduğunu, el-obası barədə kitab yazdığını bildirmişdir. Şirvan şəhəri ərazisində dincəlmək üçün kafedə oturub çay içərkən Cavanşir özünün çox geniş əlaqələrinin olduğunu, tanışlarını Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə düzəltdiyini bildirmişdir. Həmin zaman ağlına qohumu Zərərçəkmiş şəxs5 gəldiyindən X23 Müharibəsi iştirakçısı olan qohumu Əlini də işə düzəldə bilibbilməyəcəyini soruşmuşdur. Cavanşir də heç bir problem olmadığını və 9.000 manat pul müqabilində işə düzəldə biləcəyini, Bakı şəhərində bu barədə işi həll edəcək adamla danışıb tam dəqiq razılığa gələ biləcəklərini bildirmişdir. Onlar Bakı şəhərinə çatdıqdan sonra bir-birilərinin mobil telefon nömrələrini alıb sağollaşaraq ayrılmışlar. Həmin gün o, bu barədə Zərərçəkmiş şəxs5 və ailə üzvləri ilə telefon əlaqəsi saxlayıb iş məsələsini həll edə biləcək adam tapdığını, hər ehtimala 9.000 manat pul düzəltmələrini, xəbər etdikdə həmin pulu Bakı şəhərinə gətirmələrini bildirmişdir. Səhəri gün, yəni 12 iyul 2021-ci il tarixdə səhər saatlarında o, Əlinin işi ilə bağlı danışmaq üçün Cavanşirlə zəngləşib Bakı Metropoliteninin “Koroğlu” stansiyasının yaxınlığında görüşmüşlər. Cavanşir işi həll edəcək adamın Milli Məclisin xanım əməkdaşı olduğunu, həmin xanımla danışdığını və görüşə biləcəklərini bildirmişdir. O, Cavanşirlə birlikdə həmin gün təxminən saat 10 radələrində Milli Məclisin qarşısına getmiş, Milli Məclisdən bir nəfər təxminən 50 yaşlarında xanım pilləkənlərdən aşağı doğru gəlib onlara yaxınlaşmışdır. Cavanşir onu həmin xanımla tanış edərək xanımın adının Aytac olduğunu bildirmişdir. Söhbət zamanı Cavanşir onu Aytaca təqdim edərək qohumunu X27 Xidmətində işə düzəltmək istədiyini bildirmiş, Aytac xanım isə işə düzəltməyin mümkün olduğunu, bunun müqabilində 8-9 min manat pul verməli olduqlarını demişdir. O, isə qohumunun kasıb ailə olduğunu, uzağı 8.000 manat pul düzəldə biləcəklərini söylədikdə Aytac xanım onunla razılaşmış və işin düzəlməsi üçün həmin gün saat 15:00-dək pulun çatmalı olduğunu bildirmişdir. O da razılaşaraq Aytac xanımla sağollaşdıqdan sonra Zərərçəkmiş şəxs5la əlaqə saxlayıb saat 15:00-dək 8.000 manat pulun verilməli olduğunu bildirmişdir. Elə həmin gün, yəni 12 iyul 2021-ci il tarixdə, təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs5 Bakı şəhərinə gələrək Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının "xxxx" ASC tərəfdə olan çıxışının yaxınlığında 8.000 manat məbləğində pulu ona vermişdir. Həmin pul 100 və 50 manatlıq əsginaslardan ibarət olmuşdur. O, Əlidən pulu aldıqdan sonra Cavanşirə zəng edərək pulun onda olduğunu bildirmiş və Nərimanov rayonu ərazisində görüşmək qərarına gəlmişlər. Həmin gün, 12 iyul 2021-ci il tarixdə saat 14 radələrində Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında Cavanşirlə görüşmüş, orada “Audi Q3” markalı, **- EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 8.000 manat məbləğində pulu Cavanşir Kazımova vermişdir. Puldan əlavə Cavanşirin tələbi ilə Zərərçəkmiş şəxs5 şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, attestatının surətini də vermişdir. Həmin vaxt orada ikisindən başqa heç kim olmamışdır. Cavanşir Zərərçəkmiş şəxs5 adına elektron poçt ünvanı açdıraraq ona bildirməyini, 3 aya qədər Zərərçəkmiş şəxs5 iş məsələsinin həll olunacağını, işə qəbulla bağlı müraciətinin qəbul olunması barədə, tibbi komissiyadan, idman və fiziki hazırlıq imtahanından keçməsi, eləcə də yekun sənədlərin təqdim olunması barədə elektron poçt ünvanına elektron məktublar gələcəyini bildirmişdir. X49 mobil telefonunda ona həmin elektron məktubların nümunəsini göstərərək FHN-ə işə düzəltdiyi digər bir şəxsin elektron poçt ünvanına FHN-dən göndərilmiş elektron məktublar olduğunu söyləmişdir. Bütün bunlar onda tam inam yaratmış və Zərərçəkmiş şəxs5 elektron poçt ünvanı açıb ona məlumat verməsini demişdir. Əli də özünə elektron poçt ünvanı açdıqdan sonra ona bildirmiş və o da həmin elektron ünvanın məlumatlarını Cavanşirə göndərmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciətinin qəbul olunduğu, müraciətə baxılaraq məlumat veriləcəyi barədə, daha sonra xx.xx.2021-ci il tarixdə isə yanğından mühafizə orqanlarına xidmətə qəbul olunmağının məqsədəmüvafiq hesab edilməməsi barədə elektron məktub göndərilmişdir. Əli bu barədə ona dedikdə o, Cavanşirlə əlaqə saxlamış, Cavanşir ona həmin elektron məktubları göndərən Nazirlik əməkdaşının cavan qız olduğunu, yeni əməkdaş olduğundan təcrübəsizlik edərək məktubu səhv göndərdiyini və düzəliş olunacağını bildirmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Cavanşir Əlinin tibbi komissiyadan keçmək üçün Bakı şəhərinə gəlməli olduğunu bildirdiyindən o da bu barədə Əliyə demiş və Əlinin mobil nömrəsini Cavanşirə vermişdir. Səhəri gün Əli Bakı şəhərinə gələrək Cavanşirlə görüşmüş, Cavanşirin tanış etdiyi Asəf adlı şəxs Əlini Biləcəri qəsəbəsində yerləşən Tibbi Hospitalda tibbi müayinədən keçirmişdir. Bir müddət sonra Əlinin elektron poçt ünvanına keçdiyi tibbi komissiyanın tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi, idman və fiziki hazırlığın yoxlanılması məqsədilə keçiriləcək növbəti imtahana dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. Sonradan Asəf adlı şəxs özü Əli ilə əlaqə saxlayaraq idman və fiziki hazırlıq imtahanından keçmək üçün Bakı şəhərinə dəvət etmişdir. Orada Əli hansısa sənədə imza etmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, Zərərçəkmiş şəxs5 elektron poçt ünvanına elektron məktub halında bildirişlər gəldiyindən onda Cavanşirə qarşı tam inam yaranmışdır. Həmin ərəfədə, təxminən 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs5 xalası oğlu Alxas da eyni qaydada Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmaq istədiyini bildirdiyindən o, bu barədə Cavanşirə demişdir. Cavanşir də heç bir problem olmadığını və Zərərçəkmiş şəxs5 kimi Alxası da işə qəbul etdirə biləcəyini söyləmişdir. Zərərçəkmiş şəxs5 olduğu kimi Alxasın da işə qəbul üçün lazım olan sənədlərinin fotoşəkilini “Whatsapp” proqramı vasitəsilə Cavanşirə göndərmişdir. Cavanşir bir müddət sonra müsbət cavab verildiyini və sənədlərlə birlikdə 8.000 manat məbləğində pulu verməli olduqlarını bildirmişdir. O da bu barədə Alxasa məlumat verdikdən sonra təxminən 2021-ci ilin oktyabr ayının hazırda xatırlamadığı günündə Alxas Şirvan şəhərindən Bakı şəhərinə gələrək Bakı Metropoliteninin “Koroğlu” stansiyasının yaxınlığında 8.000 manat məbləğində pulu və Cavanşirin dediyi sənədlərin, yəni şəxsiyyət vəsiqəsi, hərbi bilet və attestatının surətini ona vermişdir. Elə həmin vaxt o, Cavanşirə zəng edərək məlumat vermiş və onlar Bakı Metropoliteninin “Koroğlu” stansiyasından üzü “Neolit” şadlıq sarayı istiqamətində gedən yolun sol kənarında yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində görüşmüşlər. Orada o, 8.000 manat məbləğində pulu və qeyd olunan sənədləri Cavanşirə vermişdir. Bundan sonra eyni qaydada Alxasın da elektron poçt ünvanına elektron məktub şəkilində bildirişlər gəlmişdir. Alxas Bakı şəhərinə dəvət olunaraq Cavanşirin tanış etdiyi Asəf tərəfindən FHN-in Biləcəri qəsəbəsində yerləşən Tibbi Hospitalından tibbi müayinədən keçirilmiş, daha sonra yenə də Bakı şəhərinə dəvət edilərək idman və fiziki hazırlıq imtahanı adı ilə müəyyən sənədə imza etdirilmişdir. Lakin hazırda Alxasın hansı tarixlərdə tibbi müayinədən və fiziki hazırlıq imtahanından keçirilməsi üçün Bakı şəhərinə dəvət olunması, hansı tarixlərdə elektron məktublar göndərilməsini xatırlamır. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, qohumu Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs5 və X34 Nazirliyinin X27 Xidmətinə yanğınsöndürən kimi işə qəbul olunmalarına köməklik etməyi barədə məlumat əldə etdikdən sonra ona müraciət edərək işə qəbul olunmağına köməklik etməyini xahiş etmişdir. O, yenə də Cavanşirə bu barədə dedikdə, Cavanşir eyni qaydada sənədləri tələb etmiş və o, sənədlərin fotoşəkilini “Whatsapp” proqramı vasitəsilə Cavanşirə göndərmişdir. Cavanşir bir müddət sonra müsbət cavab verildiyini və sənədlərlə birlikdə 8.000 manat məbləğində pulu verməli olduqlarını bildirmişdir. O da Zərərçəkmiş şəxs8 məlumat verdikdən sonra təxminən 2021ci ilin noyabr ayının hazırda xatırlamadığı günündə Camal Qazax rayonundan Bakı şəhərinə gəlmiş və onlar Bakı Metropoliteninin “20 yanvar” stansiyasının yaxınlığında görüşüb Biləcəri qəsəbəsinə getmişlər. O, əvvəlcədən məlumat verdiyindən Cavanşir də oraya gələcəkmiş. Cavanşir özünün biraz gecikdiyini, Asəfin “Biləcəri dairəsi” adlanan ərazidə olduğunu, Camalın onlara yaxınlaşmasını bildirmiş, oraya çatdıqda bir nəfər şəxsin bir neçə gənc oğlanı başına yığaraq təlimatlandırdığını görmüşlər. Sonradan həmin şəxsin Asəf olduğunu öyrənmişdir. Camal 8.000 manat məbləğində pulu və lazım olan sənədləri ona verərək Asəfə yaxınlaşmış, təxminən 5 dəqiqə sonra Cavanşir də oraya gəlmiş və o, 8.000 manat məbləğində pul ilə sənədləri Cavanşirə vermişdir. X57 və digər işə düzəlmək istəyən şəxsləri tibbi komissiyadan keçirməyə aparacağını bildirmiş, bundan sonra sağollaşaraq oradan ayrılmışlar. Camal isə Cavanşirin dediyi kimi orada qalmışdır. Eynilə Zərərçəkmiş şəxs8 da elektron poçt ünvanına elektron məktub şəkilində bildirişlər gəlmişdir. Camal Asəf tərəfindən FHN-in Biləcəri qəsəbəsində yerləşən Tibbi Hospitalında tibbi müayinədən keçirilmiş, daha sonra yenə də Bakı şəhərinə dəvət edilərək idman və fiziki hazırlıq imtahanı adı ilə müəyyən sənədə imza etdirilmişdir. Lakin hazırda Camalın dəqiq hansı tarixlərdə tibbi müayinədən və fiziki hazırlıq imtahanından keçirilməsi üçün Bakı şəhərinə dəvət olunması, ona hansı tarixlərdə elektron məktublar göndərilməsini xatırlamır. Daha sonra Şahid3 ifadəsinin davamında göstərdi ki, Zərərçəkmiş şəxs8 dostu Zərərçəkmiş şəxs9 da eyni qaydada Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə yanğınsöndürən kimi işə qəbul olunmaq istədiyini bildirmişdir. O, yenə də Cavanşirə bu barədə dedikdə Cavanşir eyni qaydada sənədləri tələb etmiş və o, sənədlərin fotoşəkilini “Whatsapp” proqramı vasitəsilə Cavanşirə göndərmişdir. Cavanşir bir müddət sonra müsbət cavab verildiyini və sənədlərlə birlikdə 8.000 manat məbləğində pulu verməli olduqlarını bildirmişdir. O da Zərərçəkmiş şəxs8 məlumat verdikdən sonra təxminən 2021ci ilin noyabr ayının hazırda xatırlamadığı günündə Camal və Ayxan Qazax rayonundan Bakı şəhərinə gəlmiş, onlar Bakı Metropoliteninin “20 yanvar” stansiyasının yaxınlığında görüşmüşlər. Cavanşir Camal və Ayxanın onu görmələrini istəmədiyindən tək görüşmələrini tapşırmışdır. O, Ayxandan 8.000 manat məbləğində pulu və sənədləri aldıqdan sonra Cavanşirə zəng edərək məlumat vermiş, elə həmin gün o, öz idarə etdiyi avtomobillə Sabunçu rayonu ərazisində Cavanşirin yaşadığı evin yaxınlığında yerləşən Sabunçu körpüsünün yanına getmişdir. Cavanşir də oraya gəlmiş və o, 8.000 manat məbləğində pulla birlikdə tələb olunan sənədləri Cavanşirə təqdim etmişdir. Cavanşir əlaqə saxlayacağını, Asəfin Ayxanı tibbi komissiyadan, eləcə də idman və fiziki hazırlıq imtahanından keçirəcəyini bildirmişdir. Digərlərində olduğu kimi Ayxan Kazımovun da elektron poçt ünvanına elektron məktub şəkilində bildirişlər gəlmişdir. Ayxan Asəf tərəfindən FHN-in Biləcəri qəsəbəsində yerləşən Tibbi Hospitalında tibbi müayinədən keçirilmiş, daha sonra yenə də Bakı şəhərinə dəvət edilərək idman və fiziki hazırlıq imtahanı adı ilə müəyyən sənədə imza etdirilmişdir. Lakin hazırda Ayxanın da dəqiq hansı tarixlərdə tibbi müayinədən və fiziki hazırlıq imtahanından keçirilməsi üçün Bakı şəhərinə dəvət olunması, hansı tarixlərdə elektron məktublar göndərilməsini xatırlamır. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, Cavanşir ona qeyd etdiyi şəxslərin işə qəbul məsələsinin 3 aya qədər müddət ərzində həll olunacağını bildirsə də, həmin məsələ uzandığından o, Cavanşirlə əlaqə saxlayıb dəfələrlə görüşmüşdür. Artıq onda Cavanşirə qarşı şübhə yarandığından Aytac xanımın özü ilə əlaqə saxlayıb görüşərək məsələ barədə Aytac xanımla söhbət edərkən, Aytac xanım ona işə düzəlmə məsələlərini həll etməsi üçün Asəflə Cavanşiri tanış etdiyini bildirmişdir. Bu zaman o, Cavanşirə Zərərçəkmiş şəxs5 əlavə 3 nəfərin də işə qəbul olunması məsələsinə köməklik etməsi üçün hər birinə görə 8.000 manat olmaqla ümumilikdə 24.000 manat məbləğində pul verdiyini Aytac xanıma dedikdə, Aytac xanım həmin əlavə 3 nəfərdən məlumatının olmadığını, Cavanşirin ona hər hansı məbləğdə pul vermədiyini söyləyərək, Cavaşirə pul verdiyinə görə ona iradını bildirmişdir. O da Milli Məclisin qarşısında tanış olduqdan sonra Cavanşirə qarşı onda inam yarandığını, bu səbəbdən pul verdiyini Aytac xanıma bildirmişdir. Aytac xanım isə onun sözünün qarşısında sakit dayanaraq heç bir əsaslı səbəb göstərə bilməmişdir. Bütün bunlara baxmayaraq, indiyədək yuxarıda adlarını qeyd etdiyi şəxslərdən heç biri işə qəbul olunmamışdır. Buna görə də o, artıq Cavanşir Kazımov, Təqsirləndirilən şəxs və Aytac adlı şəxslər tərəfindən aldadıldığını başa düşmüşdür. Həmçinin Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Alxas adlı şəxslərin Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbul olunmalarına köməklik edilməsi müqabilində sonuncuların hər birindən ayrı-ayrılıqda alınmış 8.000 manat məbləğində puldan ona hər hansı məbləğdə pul verilməmişdir. O, sadəcə həmin şəxslərin qohumları və qohumlarının yaxınları olduqlarından, eləcə də kasıb ailə olduqlarından ailələrinə maddi dəstək ola bilmələri üçün işə qəbul olunmalarına çalışmışdır. Ən nəhayət, Şahid3 ifadəsinin yekununda göstərdi ki, Zərərçəkmiş şəxs5 X28 iştirakçısı olduğundan Zərərçəkmiş şəxs5 müəyyən qədər yaddaş pozğunluğu yaranmış, sonuncu bu səbəbdən ifadəsində 8.000 manat məbləğində pulu ona təxminən 2021-ci ilin oktyabr-noyabr aylarında verdiyini bildirmişdir. Lakin dəqiq olaraq həmin pulu Zərərçəkmiş şəxs5 ona 12 iyul 2021-ci il tarixdə vermiş, o da pulu elə həmin gün Cavanşir Kazımova vermişdir. Məhkəmə baxışı zamanı iştirakı təmin edilməmiş, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbulla bağlı elektron qaydada Nazirliyə müraciət etmiş, lakin həmin müraciətinə hazırda vakant yer olmaması barədə cavab verilmişdir. Buna baxmayaraq, o, X27 Xidmətində işə düzəlmək arzusunda olmuş, hətta bir neçə dəfə qohumu Zərərçəkmiş şəxs7 da tanışları vasitəsilə onun işə düzəlməyinə köməklik göstərməyini xahiş etmişdir. 2021-ci ilin avqust ayının hazırda xatırlamadığı günündə qohumu Zərərçəkmiş şəxs7 tanışının onun FHN-də işə qəbul olunmağına köməklik göstərə biləcəyini bildirmişdir. Bununla bağlı onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və attestatının surətlərini istəmişdir. O da həmin sənədlərin surətlərini göndərmişdir. Həmin ərəfədə onun elektron poçt ünvanı da istənildiyindən o, özünə məxsus “nuriyevsurəElektron ünvan 7” elektron poçt ünvanını İntiqama bildirmişdir. Zərərçəkmiş şəxs7 işə qəbul olunmağı üçün tanışının 9.000 manat məbləğində pul tələb etdiyini bildirdikdə, o, hazırda həmin məbləğdə pulunun olmadığını, lakin işə qəbul olunduqdan sonra həmin məbləğdə pulu ödəyə biləcəyini bildirmişdir. İntiqam da özünün həll edəcəyini ona demişdir. Bundan bir müddət sonra 2021-ci ilin avqust ayının sonlarında İntiqam tibbi yoxlanışdan keçmək üçün Bakı şəhərinə gəlməli olduğunu bildirdiyindən o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb mərkəzinə tibbi yoxlanışdan keçmək üçün getmişdir. Orada Sabir adlı İntiqamın tanışını görmüşdür. Sabir də onun kimi FHN-də işə qəbulla bağlı tibbi yoxlanışdan keçmək üçün gəlmişdir. Orada onları Asəf adlı bir şəxs qarşılamışdır. Asəf onlara içəri daxil olmalarını, qeydiyyatda əyləşən xanımlara taksi şirkətindən göndərildiklərini demələrini və tibbi yoxlanışdan keçmələrini tapşırmışdır. O və Sabir Asəfin dediyi kimi içəri daxil olub qeydiyyat bölməsinə yaxınlaşmışlar. Orada şüşənin arxasında 2 nəfər xanım əyləşmişdir. Onlar tibbi yoxlanışdan keçmək üçün taksi şirkətindən göndərildiklərini bildirdikdən sonra oraya bir nəfər hündür boy, nisbətən yaşlı və iri bədən quruluşlu xanım yaxınlaşaraq digər xanımlara onları qeydiyyatdan keçirmələrini tapşırmışdır. Daha sonra onlar həmin xanımın arxası ilə bir-bir həkim otaqlarına yaxınlaşıb tibbi yoxlanışdan keçmişlər. Daha sonra onlara gedə biləcəkləri bildirildiyindən o və Sabir tibbi mərkəzi tərk edib onları bayırda gözləyən Asəfə yaxınlaşmışlar. Asəf onların elektron ünvanlarına tibbi yoxlanışın nəticəsi barədə elektron məktub göndəriləcəyini bildirmişdir. O, həmin gün evə qayıtdıqdan sonra elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından keçdiyi tibbi komissiyanın tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi barədə elektron məktub göndərilmişdir. Bir müddət sonra hazırda xatırlamadığı tarixdə Asəf onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə hazırda xatırlamadığı mobil telefon nömrəsindən zəng edərək idman və fiziki hazırlıq imtahanından keçmək adı ilə Bakı şəhərinə dəvət etmişdir. O da Bakı şəhərinə gedərək FHN-in inzibati binasının yaxınlığında Asəflə görüşmüşdür. Orada Asəf avtomobilin içərisində ona bəzi sənədlərə imza etdirərək idman və fiziki hazırlıq imtahanı ilə bağlı sənədlər olduğunu bildirmişdir. Daha sonra Asəf ona yaxın zamanlarda işə qəbulla bağlı əmrin verilməsi üçün Bakı şəhərinə dəvət olunacağını, ondan sonra işə başlıya biləcəyini söyləmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, o, işə qəbul olunmamışdır. Sonradan Zərərçəkmiş şəxs7 Asəf adlı şəxs tərəfindən aldadıldığını, onun və Sabirin işə qəbul olunmağına köməklik etmələri üçün ümumilikdə 18.000 manat məbləğində pul verdiyini ona bildirmişdir(iş vərəqə: cild İİ, səh.94-97). Məhkəmə baxışı zamanı iştirakı təmin edilməmiş, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbulla bağlı elektron qaydada Nazirliyə müraciət etmiş, lakin həmin müraciətinə hazırda vakant yer olmaması barədə cavab verilmişdir. Buna baxmayaraq, o, X27 Xidmətində işə düzəlmək arzusunda olmuş, hətta bir neçə dəfə əmisinin dostu Zərərçəkmiş şəxs7 da tanışları vasitəsilə onun işə düzəlməyinə köməklik göstərməyini xahiş etmişdir. 2021-ci ilin avqust ayının hazırda xatırlamadığı günündə Zərərçəkmiş şəxs7 tanışının onun FHN-də işə qəbul olunmağına köməklik göstərə biləcəyini bildirmişdir. Bununla bağlı onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və attestatının surətlərini istəmişdir. O da həmin sənədlərin surətlərini Zərərçəkmiş şəxs7 göndərmişdir. Həmin ərəfədə onun elektron poçt ünvanı da istənildiyindən o, istifadəsində olan hazırda xatırlamadığı elektron poçt ünvanını da İntiqama bildirmişdir. Zərərçəkmiş şəxs7 işə qəbul olunmağı üçün tanışının 9.000 manat məbləğində pul tələb etdiyini bildirdikdə, o, hazırda həmin məbləğdə pulunun olmadığını, lakin işə qəbul olunduqdan sonra həmin məbləğdə pulu ödəyə biləcəyini bildirmişdir. İntiqam da özünün həll edəcəyini ona demişdir. Bundan bir müddət sonra 2021-ci ilin avqust ayının sonlarında İntiqam tibbi yoxlanışdan keçmək üçün Bakı şəhərinə gəlməli olduğunu bildirdiyindən, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb mərkəzinə tibbi yoxlanışdan keçmək üçün getmişdir. Orada Surət adlı İntiqamın qohumunu görmüş, Surət də onun kimi FHN-də işə qəbulla bağlı tibbi yoxlanışdan keçmək üçün gəldiyini bildirmişdir. Orada onları Asəf adlı bir şəxs qarşılamışdır. Asəf onlara içəri daxil olmalarını, qeydiyyatda əyləşən xanımlara taksi şirkətindən göndərildiklərini demələrini və tibbi yoxlanışdan keçmələrini tapşırmışdır. O və Surət Asəfin dediyi kimi içəri daxil olub qeydiyyat bölməsinə yaxınlaşmışlar. Orada şüşənin arxasında 2 nəfər xanım əyləşmişdir. Onlar tibbi yoxlanışdan keçmək üçün taksi şirkətindən göndərildiklərini bildirdikdən sonra oraya bir nəfər hündür boy, nisbətən yaşlı və iri bədən quruluşlu xanım yaxınlaşaraq digər xanımlara onları qeydiyyatdan keçirmələrini tapşırmışdır. Daha sonra onlar həmin xanımın arxası ilə bir-bir həkim otaqlarına yaxınlaşıb tibbi yoxlanışdan keçmişlər. Daha sonra onlara gedə biləcəkləri bildirildiyindən o və Surət tibbi mərkəzi tərk edib bayırda gözləyən Asəfə yaxınlaşmışlar. Asəf onların elektron ünvanlarına tibbi yoxlanışın nəticəsi barədə elektron məktub göndəriləcəyini bildirmişdir. O, evə qayıtdıqdan 1 gün sonra istifadəsində olan elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından keçdiyi tibbi komissiyanın tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi barədə elektron məktub göndərilmişdir. Bir müddət sonra hazırda xatırlamadığı tarixdə Asəf onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə hazırda xatırlamadığı mobil telefon nömrəsindən zəng edərək idman və fiziki hazırlıq imtahanından keçmək adı ilə Bakı şəhərinə dəvət etmişdir. O da Bakı şəhərinə gedərək FHN-in inzibati binasının yaxınlığında Asəflə görüşmüşdür. Orada Asəf avtomobilin içərisində ona bəzi sənədlərə imza etdirərək idman və fiziki hazırlıq imtahanı ilə bağlı sənədlər olduğunu bildirmişdir. Daha sonra Asəf ona yaxın zamanlarda işə qəbulla bağlı əmrin verilməsi üçün Bakı şəhərinə dəvət olunacağını, ondan sonra işə başlıya biləcəyini söyləmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, o, işə qəbul olunmamışdır. Sonradan Zərərçəkmiş şəxs7 Asəf adlı şəxs tərəfindən aldadıldığını, onun və Surətin işə qəbul olunmağına köməklik etmələri üçün ümumilikdə 18.000 manat məbləğində pul verdiyini bildirmişdir(iş vərəqə: cild İİ, səh.85-88). Bundan başqa, məhkəmə baxışı zamanı iştirakı təmin edilməmiş, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid Qafar Zalaov tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmişdir, polkovnik hərbi rütbəsi daşıyır, hazırda təqaüddədir. Zərərçəkmiş şəxs7 tanıyır, sonuncu onun dostudur. Təxminən 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs7 ona qohumu Şahid4 və tanışının qardaşı oğlu Şahid5 Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbulla bağlı elektron qaydada Nazirliyə müraciət etdiklərini, lakin həmin müraciətlərinə hazırda vakant yer olmaması barədə cavab verildiyini, buna baxmayaraq, Surət və Sabirin X27 Xidmətində işə düzəlmək arzusunda olduqlarını bildirmişdir. Həmin vaxt onun da ağlına dostunun qohumu kimi tanıdığı, daxili işlər orqanlarında işləyən X39 gəlmişdir. X68 daxili işlər orqanında işlədiyindən həmin məsələni həll edə biləcək tanışının ola biləcəyini düşünmüşdür. O, Namiqlə danışıb dostunun qohumlarının Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmaq istədiklərini, bu məsələdə köməklik edə bilib-bilməyəcəyini soruşduqda, Namiq Asəf adlı dostu vasitəsilə həll edə biləcəyini söyləmişdir. Bundan sonra Namiq Asəflə danışdıqdan sonra ona Asəfin mobil telefon nömrəsini vermiş və Asəfə zəng edə biləcəyini söyləmişdir. O, Asəflə bu barədə danışdıqdan sonra Asəf işə qəbul olunmaq istəyən şəxslərin sənədlərinin surətlərini istəmiş, o da bu barədə İntiqama bildirdikdən sonra Şahid4 və Şahid5 işə qəbul olunmaq üçün tələb olunan sənədlərinin fotoşəkillərini Asəfin hazırda dəqiq xatırlamadığı mobil telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsilə göndərmişdir. Həmin ərəfədə Asəf ona Surət və Sabirin FHN-in Tibb mərkəzində tibbi yoxlanışdan keçməli olduqlarını bildirmiş, o da bu barədə İntiqama məlumat verdikdən sonra 23 avqust 2021-ci il tarixdə Surət və Sabir Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən FHN-in Tibb mərkəzinə tibbi yoxlanışdan keçmək üçün getmişlər. Sonradan İntiqam ona orada Surət və Sabiri Asəf adlı bir şəxsin qarşıladığını, Surət və Sabirin tibbi yoxlanışdan keçmək üçün FHN-in Tibb mərkəzinin qadın əməkdaşının sonuncuları qeydiyyatdan keçirdiyini və Asəfin göstərdiyi otaqlardan tibbi müayinədən keçdiklərini, Asəfin Surət və Sabirə taksi şirkətində işə düzəlmək üçün müayinəyə gəldiklərini FHN əməkdaşlarına demələrini tapşırdığını bildirmişdir. Surət və Sabir tibbi yoxlanışdan keçən gün, yəni 23 avqust 2021-ci il tarixdə Asəf ona Surət və Sabirin işə qəbul olunmalarına köməklik göstərilməsi müqabilində hər birinə görə 9.000 manat olmaqla ümumilikdə 18.000 manat pul verilməli olduğunu bildirmişdir. O da bu barədə İntiqama dedikdə İntiqam 18.000 manat pulu özünün verəcəyini, daha sonra Surət və Sabirdən alacağını ona bildirmişdir. 23 avqust 2021-ci il tarixdə Surətin, 24 avqust 2021-ci il tarixdə isə Sabirin elektron poçt ünvanlarına keçdikləri tibbi yoxlanışın qənaətbəxş hesab olunması barədə elektron məktublar göndərilmişdir. Bundan sonra Asəf tələb olunan ümumilikdə 18.000 manat məbləğində pulun bank kartı hesablarına göndərilməli olduğunu bildirmişdir. Hazırda dəqiq xatırlamasa da, Asəf onun mobil telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsilə 2 və ya 3 ədəd bank kartlarının fotoşəkillərini göndərmişdir. Həmin bank kartlarından birinin üzərində "xxxx" və Təqsirləndirilən şəxs yazıldığını xatırlasa da, digər kartların hansı banka və kimə məxsus olduğunu xatırlamır. O da həmin bank kartlarına müxtəlif ödəmə terminalları vasitəsilə hissə-hissə olmaqla İntiqamın ona verdiyi ümumilikdə 18.000 manat məbləğində pulu göndərmişdir. Hər dəfə pulu göndərdikdən sonra o, Asəflə telefon əlaqəsi saxlayaraq pulun çatıb-çatmadığını maraqlanmış, Asəf də pulun çatdığını demiş, o da bu barədə İntiqama məlumat vermişdir. Lakin o, hazırda İntiqamın ona 18.000 manat məbləğində pulu hər dəfəsində 9.000 manat olmaqla 2 dəfəyə verdiyini xatırlasa da, hansı tarixdə və harada verməsini xatırlamır. O da həmin ərəfədə İntiqam ona pul verdikcə həmin pulları Asəfin ona göndərdiyi bank kartları hesablarına ödəmə terminalları vasitəsilə göndərmişdir. Lakin hazırda dəqiq olaraq hansı tarixdə, hansı ödəmə terminalları vasitəsilə və hər dəfəsində hansı miqdarda pul göndərdiyini xatırlamır. Onun Asəfə pulları hissə-hissə göndərməkdə məqsədi Surət və Sabirin işə qəbul olunması prosesinə nəzarət etmək olmuşdur. Surət və Sabir hər dəfə tibbi müayinə, idman və fiziki hazırlıq imtahanlarından keçdikcə, eləcə də həmin imtahan və müayinələr barədə müsbət cavab aldıqca o, pulları Asəfə göndərmişdir. O, pulları göndərdikcə Asəf özü Surət və Sabirlə telefon əlaqəsi saxlayaraq sonuncuları idman və fiziki hazırlıq imtahanına, eləcə də işə qəbulla bağlı digər məsələlər üçün Bakı şəhərinə çağırmışdır. 2021-ci ilin dekabr ayında artıq Surət və Sabirin işə qəbul məsələsindən hər hansı xəbər olmadığından İntiqam ona acıqlanaraq məsələnin hansı səbəbdən həll olunmadığını soruşmuş, o da məcbur qalıb işi həll edən Asəf adlı şəxsi tanışı Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin əməkdaşı X39 vasitəsilə tanıdığını bildirmişdir. O, İntiqamın yanında Namiqə zəng etmiş və telefonu İntiqam alıb Namiqlə danışmışdır. İntiqam Namiqə onun vasitəsilə ümumilikdə 18.000 manat məbləğində pul göndərdiyini, lakin Asəfin vədinə əməl etmədiyini bildirmiş, Namiq də Asəflə danışıb ya vədinə əməl etməsini, ya da aldığı pulları geri qaytarmasını tapşıracağını demişdir. 2021-ci ilin dekabr ayının hazırda xatırlamadığı günündə Surət və Sabirin elektron poçt ünvanlarına 18 yanvar 2022-ci il tarixdə FHN-ə dəvət olunmaları barədə elektron məktublar göndərilmiş, lakin yenə də işə qəbul əmrləri verilməmişdir. Hər dəfə Surət və Sabir Asəf tərəfindən Bakı şəhərinə dəvət olunaraq FHN-in qəbul şöbəsinə aparılmış, müxtəlif bəhanə ilə əmrin gələn dəfəyə qaldığı bildirilmişdir. Bundan sonra İntiqam onun yanında Namiq Quliyevlə bir neçə dəfə telefonla danışaraq görüşüb söhbət etməyə dəvət etmiş, lakin Namiq görüşə gəlməkdən imtina edərək bu məsələ ilə hər hansı əlaqəsinin olmadığını, sadəcə Asəflə onları tanış etdiyini, buna görə məsələni Asəflə həll etməli olduqlarını söyləmişdir. Bundan sonra İntiqam özü Asəfi taparaq görüşə dəvət etmiş, Asəf əvvəllər görüşə gəlməkdən imtina etsə də, İntiqam onunla birlikdə 23 mart 2022-ci il tarixdə Asəflə “20 Yanvar” dairəsi adlanan ərazinin yaxınlığında yerləşən “Ləvəngi” kafesində görüşmüşlər. X74 və Sabirdən başqa bir neçə nəfərin də işə qəbul məsələsini həll etməsi üçün ümumilikdə 35.000 manat məbləğində pulu FHN-in əməkdaşı X13 verdiyini, Ramin Zeynalovun telefonlarının hazırda aktiv vəziyyətdə olmadığını, bu səbəbdən Ramini tapa bilmədiyini bildirmişdir. X50 haradan tanıdığını soruşduqda Asəf Ramini keçmiş FHN əməkdaşı X37 vasitəsilə tanıdığını söyləmişdir. Asəf həmçinin Namiq Quliyevlə başqa işlər də gördüyünü, hər dəfəsində məsələnin müsbət həll olunduğunu, sadəcə olaraq Raminə görə hazırda problem yarandığını və 18.000 manat məbləğində pulu 29 mart 2022-ci il tarixdə geri qaytaracağını bildirmişdir. 29 mart 2022-ci il tarixdə Asəfdən xəbər olmadığından İntiqam ona zəng etmiş, lakin əlaqə saxlaya bilməmişdir. Sonradan Təqsirləndirilən şəxs dələduzluq əməllərinə görə barəsində olan cinayət işi üzrə Şamaxı Rayon Məhkəməsi tərəfindən həbs olunduğunu öyrənmişlər. Şahid6 ifadəsinin yekununda göstərdi ki, İntiqamla birlikdə Təqsirləndirilən şəxs ilə görüşləri zamanı Asəf pulun tam şəkildə ona çatdığını və 18.000 manat məbləğində pulu geri qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs7 Şahid4 və Şahid5 Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmaları müqabilində hər birinə görə 9.000 manat olmaqla ümumilikdə ona verdiyi 18.000 manat məbləğində puldan onun özünə hər hansı məbləğdə pul çatmamışdır (iş vərəqə: cild İİ, səh.207-213). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin adı məhkəməyə dəvət olunan şəxslərin siyahısına əlavə olunmamış X18 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid Namiq Quliyev tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, əvvəllər daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi Gəncə şəhər Baş Polis İdarəsinin, Kəpəz rayon Polis Şöbəsinin 4-cü polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı olmuşdur. O, həmin vəzifədə 2018-ci ildən 2022-ci ilin may ayınadək işləmiş, 2022-ci ilin təxminən may ayında öz ərizəsi əsasında işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında yaşayan ortaq tanışları vasitəsilə tanımışdır. Həmin ortaq tanışları Azərbaycan Respublikasında olarkən birlikdə bir neçə dəfə Təqsirləndirilən şəxs ilə görüşmüş və Asəflə münasibətləri yaranmışdır. Asəfi ilkin olaraq torpaq sahəsi alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Asəflə aralarında torpaq alqı-satqısı ilə bağlı pul alış-verişi də olmuşdur. Belə ki, Rusiya Federasiyasında yaşayan ortaq tanışları Asəfə torpaq alqısatqısı ilə bağlı 20.000 manat məbləğində pul vermişlər və həmin məsələyə nəzarət etməyi ona həvalə etmişlər. Sonradan həmin məsələ alınmadığından Asəf 20.000 manat məbləğində pulu 2019-2020-ci illər ərzində hissə-hissə olmaqla ona geri qaytarmışdır. Görüşlərinin birində X58 Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə geniş əlaqələrinin olduğunu, həmin şəxslər vasitəsilə müxtəlif şəxsləri işə qəbul etdirmək imkanlarının olduğunu bildirmişdir. Təxminən 2021-ci ilin yay aylarında tanışı Şahid6 ona zəng edərək Fövqəladə Hallar Nazirliyində işləyən tanışının olub-olmadığını soruşmuşdur. O, nə ilə bağlı olduğunu maraqlandıqda, Qafar 2 nəfər tanışının Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində işə qəbul olunmaq istədiklərini, bununla bağlı həmin məsələni həll edə biləcək şəxs axtardığını söyləmişdir. Bu zaman onun ağlına Təqsirləndirilən şəxs gəldiyindən, Qafara bir nəfər tanışının olduğunu və bu məsələni həll edə biləcəyini bildirmişdir. Bundan sonra o, Asəflə əlaqə saxlayıb Qafar adlı tanışının olduğunu, nömrəsini Qafara verdiyini, Qafarın telefonuna cavab verib sonuncunun qeyd etdiyi məsələdə köməklik etməsini xahiş etmişdir. Lakin konkret olaraq Qafarın hansı məsələ ilə bağlı zəng edəcəyini Asəfə deməmişdir. Sonradan Qafar ona Asəflə danışdığını və razılığa gəldiklərini bildirmişdir. Bir müddət keçdikdən sonra Qafar ona zəng edərək 2 nəfərin işə qəbul məsələsini həll etməsindən ötrü Asəfə hissə-hissə olmaqla ümumilikdə 18.000 manat pul göndərdiyini, lakin Asəfin məsələni uzatdığını bildirərək onun da Asəflə danışıb məsələni həll etməsi üçün təzyiq göstərməyini xahiş etmişdir. Bundan sonra o, Asəfə zəng edərək Qafarın qeyd etdiyi məsələni həll etməsini, əks halda aldığı pulu geri qaytarmasını tapşırmışdır. Sonradan Qafarın yanında İntiqam adlı bir şəxs ona zəng edərək Asəfin onları aldatdığını, aldığı pulları geri qaytarmadığını və vədinə əməl etmədiyini bildirmişdir. O, İntiqam adlı şəxsə Asəflə bu barədə bir dəfə danışdığını, lakin yenə də Asəflə danışacağını və aldığı pulları geri qaytarması üçün təsir göstərməyə çalışacağını bildirmişdir. Sonradan o, Asəfin artıq həbs olunduğunu eşitmişdir. Asəf həbs olunduqdan sonra Qafar və İntiqam Asəflə tanış etdiyi üçün 18.000 manat məbləğində pulu onun geri qaytarmalı olduğunu bildirmişlər. O, isə Asəflə Qafar və İntiqamı sadəcə tanış etdiyini, hər hansı məbləğdə pul almadığını sonunculara bildirərək həmin pulu onun qaytarmalı olmadığını söyləmişdir. Bu səbəbdən İntiqam və Qafarla aralarında telefon danışığı zamanı mübahisə yaranmışdır. Bundan sonra onun Təqsirləndirilən şəxs və digərləri ilə hər hansı əlaqəsi olmamışdır(iş vərəqə: cild İİİ, səh.152-156). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin adı məhkəməyə dəvət olunan şəxslərin siyahısına əlavə olunmamış X19 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid Şəmsi Həsənov tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1995-ci ildən bəri tanıyır. Həmin dövrdə o, daxili işlər orqanlarında işləmişdir. Asəflə ortaq dostları vasitəsilə tanış olmuşlar və həmin dövrdən münasibəti yaranmışdır. 1997-ci ildə o, daxili işlər orqanlarından işdən azad olunmuş və Dövlət Gömrük Komitəsində işə başlamışdır. Həmin dövrdə də Asəf onunla münasibətini saxlamış və yoldaşlıq etmişlər. Asəf çox zaman “Hüseyn Cavid” adına parkda olmuşdur. Onlar da iş yoldaşları ilə boş vaxtlarında həmin parkda olan kafelərdə çay içmişlər. Asəf onun vasitəsilə digər iş yoldaşları ilə də tanış olub münasibət yaratmışdır. 2006-cı ildə Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra o və digər bir neçə iş yoldaşı Dövlət Gömrük Komitəsindən köçürmə yolu ilə Fövqəladə Hallar Nazirliyinə işə keçirilmişlər. O, 2016-cı ilə kimi FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Əməliyyat idarəsinin Xüsusi riskli əməliyyatların idarə olunması şöbəsinin rəisinin baş köməkçisi vəzifəsində işləmişdir. Qeyd etdiyi dövrdə də Asəf onunla münasibət saxlamış, tez-tez iş yerinə gəlmiş, nahar fasilələrində onlarla birlikdə nahar etmişdir. Buna görə də FHN-in əməkdaşlarının bir qismi ilə münasibəti yaranmışdır. Hətta Asəf FHN ilə bağlı bəzi problemləri olduqda ondan və digər iş yoldaşlarından köməklik etmələrini xahiş etmiş, onlar da bir yoldaş kimi əllərindən gəldiyi qədər Asəfə köməklik etmişlər. 2016-cı ildə o, təqaüdə yollandıqdan sonra da Asəf onunla əlaqə saxlamış, hal-əhval tutmuşdur. 2021-ci ilin iyun ayında dayısının yas mərasimində olarkən ailəvi dostu Elbrus Əsədovu görmüşdür. Elbrus onun əvvəllər FHN-də işlədiyini bildiyindən X28 iştirakçısı olan qohumu Zərərçəkmiş şəxs4 Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmaq istədiyini, bu məqsədlə bir neçə dəfə elektron qaydada FHN-ə müraciət etdiyini, lakin hər hansı cavab ala bilmədiyini bildirmişdir. O da FHN-də işləyən tanışlarından bu məsələni maraqlanıb məlumat verəcəyini söyləmişdir. Lakin o, 5 ilə yaxın müddət əvvəldən işdən çıxdığından FHN-də elə də tanışları qalmamışdır. Elbrus Əsədovla söhbətlərindən bir neçə gün sonra Təqsirləndirilən şəxs baş sağlığı üçün ona zəng etmiş və yasa gəlmək istədiyini bildirmişdir. O da pandemiya səbəbindən yalnız ailə üzvləri ilə yas mərasimi keçirdiklərini bildirmişdir. Söhbət zamanı Asəfdən FHN-də yenə də əlaqələrinin olub-olmadığını soruşmuş, Asəf isə əlaqələrinin qaldığını bildirdiyindən o, Asəfdən bir tanışının qohumunu yanğınsöndürən kimi işə qəbul etdirə bilib-bilməyəcəyini maraqlanmışdır. Asəf heç bir problem olmadan həmin şəxsi FHN-də yanğınsöndürən kimi işə qəbul etdirə biləcəyini söyləmişdir. Bundan sonra o, bu barədə Elbrus Əsədova məlumat vermişdir. Həmin vaxtdan bir müddət sonra Asəfin tapşırığı ilə Elbrusla yenidən əlaqə saxlayaraq Orxanın işə qəbul olunması üçün müəyyən sənədlərin lazım olduğunu və görüşməli olduqlarını bildirmişdir. Elbrus Orxanla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə, Biləcəri dairəsi adlanan əraziyə gəlmiş, o da Asəflə birlikdə oraya getmişdir. Asəf lazım olan sənədləri Orxana dedikdən sonra işə qəbul olunması üçün onun xətrinə güzəşt olunduğunu və Orxanın işə qəbul olunması müqabilində cəmi 5.000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Hətta Asəf sadəcə sənədləşmə işlərini gördüyünü, həmin puldan özünə cəmi 200-300 manat məbləğində pul çatacağını, qalan pulun isə rəhbərliyə veriləcəyini söyləmişdir. Zərərçəkmiş şəxs4 və Elbrus Əsədov da onun yanında Asəfin təklifi ilə razılaşmışlar. Bir müddət sonra yay aylarında hazırda dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs4 5.000 manat məbləğində pul və Asəfin dediyi sənədlərlə Bakı şəhərinə gəlmişdir. Onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Biləcəri dairəsi” adlanan ərazinin yaxınlığında Asəflə görüşmüşlər. Orxan oraya Elbrus Əsədovla birlikdə gəlmiş, orada Orxan 5.000 manat məbləğində pulu və sənədləri ona tərəf uzatmış, lakin o, pulların və sənədlərin Asəfə çatacağını bildirmiş, Asəf də həmin pulları və sənədləri götürüb saymadan cibinə qoymuşdur. Bundan sonra Asəf Orxanı tibbi komissiyadan keçirmək adı ilə FHN-in Biləcəri qəsəbəsində yerləşən Tibb mərkəzinə aparmışdır. O və Elbrus isə sağollaşıb aralaşmışlar. Bundan sonra Asəf özü Orxanla birbaşa əlaqə saxlamış, işə qəbulla bağlı idman və fiziki hazırlıq imtahanından keçmək üçün Bakı şəhərinə dəvət etmişdir. Bundan sonra baş verən proseslərdən onun məlumatı olmamışdır. Sonradan Zərərçəkmiş şəxs4 işə qəbul məsələsi uzandığından Elbrus Əsədov onunla mütəmadi əlaqə saxlayıb maraqlanmış, o da Asəflə bu barədə danışdıqda, Asəf məsələnin tez bir zamanda həllini tapacağını deyərək vaxt qazanmışdır. Buna baxmayaraq, Asəf vədinə əməl etməmiş və Zərərçəkmiş şəxs4 işə qəbul olunması məsələsini həll etmədiyindən Elbrus Əsədov Zərərçəkmiş şəxs4 verdiyi pulu geri tələb etməyə başlamışdır. Asəf pulu da geri vermədiyindən X63 tanış etdiyi üçün onu günahkar bilmişdir. O da bu səbəbdən Asəflə dəfələrlə mübahisə edərək pulu geri verməsini tələb etmişdir. Şahid X64 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətində yanğınsöndürən kimi işə qəbul olunmasına köməklik olunması adı ilə aldığı 5.000 manat məbləğində puldan ona hər hansı məbləğdə pul verilməmişdir. O, sadəcə olaraq Asəfə inandığından sonuncu ilə Elbrus və Zərərçəkmiş şəxs4ları tanış etmişdir. X14 FHN işçisi kimi tanımışdır. O, FHN-də qısa müddət işlədiyindən Ramin Zeynalovla yaxın münasibəti olmamışdır. Ramin əsasən Asəflə dostluq etmişdir. Onu da Raminlə elə Asəf tanış etmiş və bir neçə dəfə Asəflə birlikdə onların yanına gəlmişlər. X6 pozuntularına yol verdiyi üçün işdən azad olunduğunu və Azərbaycan Respublikasının hüdudlarını tərk etdiyini, həmin vaxtdan Azərbaycan Respublikasına gəlmədiyini eşitmişdir(iş vərəqə: cild İİ, səh.202-206). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin adı məhkəməyə dəvət olunan şəxslərin siyahısına əlavə olunmamış Rza-zadə Nəzakət Ələkbər qızının ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid Rzazadə Nəzakət tədqiq olunan həmin ifadəsində göstərmişdir ki,İş üzrə şahid qismində dindirilmiş Rza-zadə Nəzakət Ələkbər qızı ifadəsində bildirmişdir ki, 16 dekabr 2009-cu il tarixdən 20 aprel 2022-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb mərkəzində xəzinədar vəzifəsində işləmişdir. Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ödənişsiz, digər şəxslər isə ödənişli tibbi müayinədən keçirlər. İstənilən şəxs Tibb mərkəzinə yaxınlaşaraq hansı müayinələrdən keçmək istəmələri barədə qeydiyyatdan keçdikdən sonra müvafiq olaraq xəzinəyə ödəniş edərək müayinədən keçə bilər. Şahid Nəzakət Rza-zadə daha sonra tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, təxminən 2-3 il bundan əvvəl Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb mərkəzinə yaxınlaşaraq taksi şirkəti təsis etdiklərini və bununla bağlı işçilərin işə qəbul edilmələri üçün ödənişli tibbi müayinədən keçirmək istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs özü ilə gətirdiyi şəxsləri tibbi müayinədən keçirilməsi üçün qeydiyyatdan keçirmiş və daha sonra ödəniş etmək üçün ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs ilə söhbət zamanı o, Asəfdən hansı səbəbdən məhz Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb mərkəzində tibbi müayinədən keçdiklərini soruşmuş, Təqsirləndirilən şəxs isə rəhbərlik tərəfindən işə götürüləcək şəxslərin məhz FHN-in Tibb mərkəzində ödənişli tibbi müayinədən keçməli olduqlarının tapşırıldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs taksi şirkətinin FHNin rəhbərliyinin yaxın adamları tərəfindən təsis olunduğunu söyləmişdir. Təqsirləndirilən şəxs səmimi insan olduğundan o, Asəfə inanmış və aralarında normal münasibət yaranmışdır. Təqsirləndirilən şəxs hər dəfə bir neçə cavan oğlanı Tibb mərkəzinə gətirərək tibbi müayinədən keçirmiş, xəzinəyə ödənişi də Asəf özü etmişdir. Beləcə Təqsirləndirilən şəxs ilə münasibətləri yarandığından Asəf ondan taksi şirkətinə işə qəbulla bağlı tibbi müayinədən keçmək üçün gətirdiyi şəxslərin tez bir vaxtda tibbi müayinədən keçmələrinə, növbədə çox gözləməmələrinə köməklik etməyini xahiş etmişdir. Həmçinin Asəf tibbi müayinədə vaxt çox itirdiyi zaman öz rəhbərliyinin irad tutduğunu və bununla bağlı işində problemlər yarandığını bildirmişdir. O da bu səbəbdən Təqsirləndirilən şəxs gətirdiyi şəxslərin tibbi müayinədən növbədən kənar keçmələrinə köməklik edəcəyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs taksi şirkətinə işə qəbul olunmaq adı ilə gətirdiyi şəxslərin tez qeydiyyatdan keçməsi üçün o, özü qeydiyyata yaxınlaşaraq orada işləyən xanımlardan həmin şəxsləri növbədə irəli keçirmələrini xahiş etmişdir. Bəzi vaxtlarda isə Təqsirləndirilən şəxs ona zəng edərək xəstə olduğunu, hazırda Tibb mərkəzinə gələ bilmədiyini, bu səbəbdən taksi şirkəti adından gələcək şəxslərin tibbi müayinədən keçmələrinə köməklik etməyini xahiş etmişdir. Tibbi müayinədən keçmək üçün taksi şirkəti adından gələn şəxslər hansı həkim müayinəsindən keçməli olduqlarını bilmədiklərindən o, həmin şəxsləri qeydiyyatdan keçdikdən sonra həkim otaqlarına yönləndirmişdir. Sonradan bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Hər dəfə tibbi müayinədən keçən şəxslərin müayinə olunmasının nəticəsinə dair arayışı Asəf götürmüşdür. Sonradan, yəni 2022-ci ilin əvvəllərində ona taksi şirkətinə işə qəbul olunmaq adı ilə gələn şəxslərin əslində Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqları məlum olmuşdur. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs ilə hər hansı əlaqəsi olmamışdır. Bundan başqa, şahid Nəzakət Rza-zadə tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb mərkəzində taksi şirkətinə işə qəbul olunmaq adı ilə Təqsirləndirilən şəxs tərəfindən təxminən 2-3 il müddətində müxtəlif şəxslər tibbi müayinədən keçirildiyindən və Təqsirləndirilən şəxs ay ərzində təxminən 1-2 nəfəri tibbi müayinədən keçirdiyindən həmin şəxslərin sayı barədə dəqiq məlumatı olmamışdır. Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb mərkəzində taksi şirkətinə işə qəbul olunmaq adı ilə Təqsirləndirilən şəxs tərəfindən gətirilən şəxslər əsasən analiz, USM, EKQ, rentgen müayinələrindən keçirilmişlər. Qeyd olunan şəxslərin həmin müayinələrdən keçməsi üçün Təqsirləndirilən şəxs qeydiyyat şöbəsində qeydiyyatdan keçirmişdir. Təqsirləndirilən şəxs müayinəyə uyğun olaraq 30 və ya 72 manat məbləğində xəzinəyə pul ödəmişdir. Belə ki, həmin müayinələrdən analiz 10 manat, rentgen 20 manat, USM 30 manat, EKQ isə 12 və ya 15 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs özü gəlmədikdə isə ona gələcək şəxslərin hansı müayinələrdən keçməli olduqlarını bildirmiş və ona uyğun olaraq müayinədən keçəcək şəxslər xəzinəyə özləri ödəniş etmişlər. Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb mərkəzində taksi şirkətinə işə qəbul olunmaq adı ilə Təqsirləndirilən şəxs tərəfindən gətirilən şəxslərin tibbi müayinələrdən növbədən kənar keçirilməsi müqabilində ona hər hansı məbləğdə pul və ya digər maddi nemət verilməmişdir. O, sadəcə bir insan kimi çox vaxt itirməməsi üçün Təqsirləndirilən şəxs gətirdiyi şəxslərin növbədən kənar tibbi müayinədən keçməsinə köməklik etmiş, köməklik etməkdə hər hansı maddi marağı olmamışdır(iş vərəqə: cild İV, səh.124-128). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş materiala əlavə edilmiş Statistika və İnformasiya Texnologiyaları İdarəsindən verilmiş arayışdan görünür ki, vətəndaşların elektron poçt ünvanına daxil olan məktublar mailto:fhn.gov.az@list.ruElektron ünvan 2 elektron poçt ünvanından göndərilmişdir. List.ru domeni internet məkanında yerləşdiyi üçün orada istənilən elektron poçt ünvanı yaratmaq mümkündür. List.ru domenində mailto:fhn.gov.az@list.ruElektron ünvan 2 elektron poçt ünvanı yaradan zaman ad və soyad tələb olunur, ad yerində “fhn.” Soyad yerində “gov.az” yazmaqla sanki FHN-in rəsmi elektron poçt ünvanı kimi göstərilmişdir. Həmin elektron poçt ünvanının Fövqəladə Hallar Nazirliyinə məxsus @fhn.gov.az elektron poçt sisteminə aidiyyəti olmamışdır(iş vərəqə: cild İ, səh.89-90). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Ambulator vərəqlərin qeydiyyatı kitabının surətinə” baxış keçirilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Şahid4, Şahid5, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinədən keçmişdirlər(iş vərəqə: cild İV, səh.99). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azrəbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş materiala əlavə edilmiş Şahid4 və Şahid5 elektron poçt ünvanlarından çıxarışlardan görünür ki, “fhn.gov.az” adlı elektron poçt ünvanından Şahid4 və Şahid5 müvafiq elektron poçt ünvanlarına Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladıqları müraciət əsasında keçdikləri tibbi komissiyasının tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi, idman və fiziki hazırlığın yoxlanılması məqsədilə keçiriləcək növbəti imtahana dəvət olunacaqları, bu haqda elan verildikdə onlara məlumat veriləcəyi barədə, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladıqları müraciət əsasında onların 18 yanvar 2022-ci il saat 10:00-da Bakı şəhəri, Mikayıl Müşviq 501 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə dəvət edilmələri, qəbula gələrkən şəxsiyyət vəsiqəsi, hərbi bilet, COVİD-19 pasportu, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, tərcümeyi-hal, attestat (yaxud təhsil haqqında şəhadətnamə) gətirmələrinin mütləq olması barədə yalan məzmunlu elektron bildirişlər göndərilmişdir(iş vərəqə: cild İ, səh.80-83). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixli dindirmə protokoluna əlavə etdiyi elektron poçt ünvanından çıxarışlardan görünür ki, “fhn.gov.az” adlı elektron poçt ünvanından Zərərçəkmiş şəxs5 “mailto:elih81033@gmail.comElektron ünvan 6” adlı elektron poçt ünvanına xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciətin qəbul olunması, müraciətə baxılaraq ona məlumat veriləcəyi barədə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında onun yanğından mühafizə orqanlarına xidmətə qəbulunun məqsədəmüvafiq hesab edilməməsi barədə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında keçdiyi tibbi komissiyasının tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi, idman və fiziki hazırlığın yoxlanılması məqsədilə keçiriləcək növbəti imtahana dəvət olunacağı, bu haqda elan verildikdə ona məlumat veriləcəyi barədə, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında keçdiyi idman və fiziki hazırlığın yoxlanılması imtahanın nəticələrinin qənaətbəxş qiymətləndirilməsi, qısa zaman ərzində ərazi üzrə vakant yerin təyinatı zamanı aidiyyəti üzrə dəvət olunacağı, bu haqda ona məlumat veriləcəyi barədə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında onu 24 yanvar 2022-ci il saat 10:00-da Bakı şəhəri, Mikayıl Müşviq 501 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə dəvət edilməsi, qəbula gələrkən şəxsiyyət vəsiqəsi, hərbi bilet, COVİD-19 pasportu, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, tərcümeyi-hal, attestat (yaxud təhsil haqqında şəhadətnamə) gətirməsinin mütləq olması barədə elektron bildirişlər göndərilmişdir(iş vərəqə: cild İ, səh.128-134). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixli dindirmə protokoluna əlavə etdiyi elektron poçt ünvanından çıxarışlardan görünür ki, “fhn.gov.az” adlı elektron poçt ünvanından Zərərçəkmiş şəxs6 “alxasabbasov385 @gmail.com” saylı elektron poçt ünvanına xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciətin qəbul olunması, müraciətə baxılaraq ona məlumat veriləcəyi barədə, xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında keçdiyi idman və fiziki hazırlığın yoxlanılması imtahanın nəticələrinin qənaətbəxş qiymətləndirilməsi, qısa zaman ərzində ərazi üzrə vakant yerin təyinatı zamanı aidiyyəti üzrə dəvət olunacağı, bu haqda ona məlumat veriləcəyi barədə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında onun yanğından mühafizə orqanlarına xidmətə qəbulunun məqsədəmüvafiq hesab edilməməsi barədə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında keçdiyi idman və fiziki hazırlığın yoxlanılması imtahanın nəticələrinin qənaətbəxş qiymətləndirilməsi, 10 sentyabr 2021-ci il tarixində göndərmiş olduqları bildirişin qüvvədən düşmüş hesab olunması və qısa zaman ərzində ərazi üzrə vakant yerin təyinatı zamanı aidiyyəti üzrə dəvət olunması, bu haqda məlumat veriləcəyi barədə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında onun 11 yanvar 2022-ci il saat 10:00-da Bakı şəhəri, Mikayıl Müşviq 501 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə dəvət edilməsi, qəbula gələrkən şəxsiyyət vəsiqəsi, hərbi bilet, COVİD-19 pasportu, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, tərcümeyi-hal, attestat (yaxud təhsil haqqında şəhadətnamə) gətirməsinin mütləq olması barədə elektron bildirişlər göndərilmişdir(iş vərəqə: cild İ, səh.150-155). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixli dindirmə protokoluna əlavə etdiyi elektron poçt ünvanından çıxarışlardan görünür ki, “fhn.gov.az” adlı elektron poçt ünvanından Zərərçəkmiş şəxs4 “Elektron ünvan 5” saylı elektron poçt ünvanına xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında keçdiyi tibbi komissiyasının tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi, idman və fiziki hazırlığın yoxlanılması məqsədilə keçiriləcək növbəti imtahana dəvət olunacağı, bu haqda elan verildikdə ona məlumat veriləcəyi barədə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında keçdiyi idman və fiziki hazırlığın yoxlanılması imtahanın nəticələrinin qənaətbəxş qiymətləndirilməsi, qısa zaman ərzində ərazi üzrə vakant yerin təyinatı zamanı aidiyyəti üzrə dəvət olunacağı, bu haqda ona məlumat veriləcəyi barədə, daha sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında onun 17 dekabr 2021-ci il saat 10:00-da Bakı şəhəri, Mikayıl Müşviq 501 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə dəvət edilməsi, qəbula gələrkən şəxsiyyət vəsiqəsi, hərbi bilet, COVİD-19 pasportu, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, tərcümeyi-hal, attestat (yaxud təhsil haqqında şəhadətnamə) gətirməsinin mütləq olması, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciət əsasında onun 27 dekabr 2021-ci il saat 10:00-da Bakı şəhəri, Mikayıl Müşviq 501 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə dəvət edilməsi, qəbula gələrkən göstərilən sənədləri gətirməsinin mütləq olması barədə elektron bildirişlər göndərilmişdir(iş vərəqə: cild İ, səh.167-171). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi qəbzin və fotoşəkillərin surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə 4.000 manat məbləğində pul vəsaiti Hacıqabul rayonu, İ.Qayıbov küçəsində yerləşən “Haqqın yolu” mağazasında olan MilliÖn ödəmə terminalı vasitəsilə "xxxx" ASCyə məxsus Təqsirləndirilən şəxs adına olan **********598397 nömrəli plastik bank kartı hesabına göndərilmişdir(iş vərəqə: cild İV, səh.143-146). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskdə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı, X8 istifadəsində olan ***-***-**-** saylı, X18 istifadəsində olan ***-***-**-** saylı, Şahid6 istifadəsində olan ***-***-**-** saylı, X7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə dair sms mətnləri, telefon danışıqları və anten məlumatlarının olduğu 15 ədəd fayl vardır. Telefon danışıqlarına dair məlumatların olduğu fayllara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə X7 istifadəsində olan ***-***-**-** saylı, Şahid6 istifadəsində olan ***-***-**-** saylı, X18 istifadəsində olan ***-***-**-** saylı, X8 istifadəsində olan ***-***-**-** saylı, X19 istifadəsində olan ***-***-**-** saylı, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı, X17 istifadəsində olan ***-***-**-** saylı, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylı, Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** saylı, Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** saylı, Şahid4 istifadəsində olan ***-***-**-** saylı, Şahid5 istifadəsində olan ***-***-**-** saylı, Rza-zadə Nəzakət Ələkbər qızının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri arasında müxtəlif vaxtlarda xeyli sayda telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir(iş vərəqə: cild İİİ, səh.208-209). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskdə X7 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair sms mətnləri, telefon danışıqları və anten məlumatlarının olduğu 6 ədəd fayl vardır. Telefon danışıqlarına dair məlumatların olduğu fayllara baxış zamanı X7 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı, Şahid3 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında müxtəlif vaxtlarda xeyli sayda telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir (iş vərəqə: cild İİİ, səh.210). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" ASC-dən daxil olmuş nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu diskə baxış keçirilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 1 ədəd diskdə olan qovluqlarda Təqsirləndirilən şəxs bank hesabları üzrə ATM vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülər vardır. Həmin görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs öz adına olan bank hesablarından plastik bank kartı vasitəsilə ATM-lərdən müxtəlif tarixlərdə pul vəsaitlərinin şəxsən özü tərəfindən nağdlaşdırıldığı müəyyən olunmuşdur(iş vərəqə: cild İV, səh.94). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 14/xx-xx/04976 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs6, Şahid1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X15, Zərərçəkmiş şəxs8, Şahid2, Şahid4, Şahid5, X20, X40, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinə işə qəbulla bağlı müraciət etmələri barədə Kadr siyasəti Baş idarəsində məlumat aşkar edilməmiş, bundan başqa, Fövqəladə Hallar Nazirliyinin X27 Xidmətinin Quba rayon X27 hissəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu X26 2021/2022-ci tədris ilində X36 elektron ərizə vermiş, abituriyent qismində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına namizəd olaraq qeydə alınmış, test imtahanlarında iştirakı nəticəsində topladığı bal Akademiyaya keçid balından az olması səbəbindən qəbul olunmamışdır (iş vərəqə: cild İV, səh.223-224). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan ölkə hüdudlarına girişçıxışlar haqqında məlumatlardan görünür ki, X24 xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ölkə hüdudlarını İran İslam Respublikası istiqamətində tərk etmiş və Azərbaycan Respublikasının ölkə hüdudlarına daxil olmamışdır (iş vərəqə: cild İ, səh.115- 118). Məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (iş vərəqə: cild İİ, səh.133-134). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 4 iyul 2022-ci il tarixli, xx/xx-4659 nömrəli xüsusi məlumatdan görünür ki, X2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında ölmüşdür. (iş vərəqə: cild İİ, səh.129-131). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun müstəntiqi, X44 tərəfindən qəbul edilmiş 02 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 Bakı İstintaq Təcridxanasının 03 saylı rejim korpusunun 30-cu kamerasında qaraciyərin sirrozu ilə əlaqədar baş vermiş kəskin qaraciyər çatışmazlığı xəstəliyindən xx.xx.2022-ci il tarixdə ölməsi faktında hər hansı kənar təsir və cinayət xarakterli hər hansı bir xüsusat aşkar edilməmişdir (iş vərəqə: cild İV, səh.105-107). İbtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 24 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş materiala əlavə edilmiş Şahid4 elektron poçt ünvanından 2 ədəd çıxarışın surəti, Şahid5 elektron poçt ünvanından 2 ədəd çıxarışın surəti, Zərərçəkmiş şəxs5 dindirmə protokoluna əlavə etdiyi 6 ədəd, Zərərçəkmiş şəxs6 dindirmə protokoluna əlavə etdiyi 5 ədəd, Zərərçəkmiş şəxs4 dindirmə protokoluna əlavə etdiyi 4 ədəd elektron poçt ünvanından çıxarışların surətləri, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 1 ədəd qəbz, 2 ədəd fotoşəklin surəti, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd telefon danışıqlarına dair izahlı disk, "xxxx" ASC-dən daxil olmuş nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 1 ədəd disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşələrinə, aşkar edildikləri yerə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 24 noyabr 2022-ci il tarixli qərarımla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vərəqə: cild V, səh.39-119). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, xeyli miqdarda əmlakını ələ keçirmədə və etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin təkrar və xeyli miqdarda əmlakını ələ keçirməyə cəhddə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli bu hissədə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə cinayətini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə tövsif edilməli, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalı, lakin Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində ehtiva olunan əlamətlər Təqsirləndirilən şəxs cinayət əməlində əhatə olunur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadələrində təqsirsizliyi ilə bağlı bu və ya sair formada gətirdiyi dəlilləri onun cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq olunmamasına gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarının 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi mərhələdə heç bir yerdə işləməmiş, onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və ya onun struktur bölmələri heç bir, o cümlədən həmin Nazirlikdə və ya onun struktur bölmələrində insan resursları məsələləri ilə əlaqəsi olmamış, ona bu sahələrdə qanunla müəyyən olunan vəzifə və ya səlahiyyətlər verilməmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki zərər görmüş şəxslərə məxsus əmlakı əldə edərək onların verilməsinin şərtləri ilə bağlı, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində və ya onun X27 Xidmətində və s. İşə qəbul olunmaları üçün qeyri-müəyyən vəzifəli şəxsə rüşvət verməklə həmin şəxslərin müxtəlif işlərə qəbul olunmaları barədə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmamış və nəticədə cinayət işində adı keçən müəyyən şəxslərə faktiki maddi zərər vurulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və ya onun struktur bölmələri ilə istər faktiki və istərsə də dolayısı ilə hər hansı bir bağlılığının olması, Nazirliyin istər aşağı kateqoriyalı və istərsə də vəzifəli şəxsləri ilə yaxından və ya uzuqdan münasibətlərinin olması, baxılan iş üzrə törənmiş cinayət hadisəsinə hər hansı aidiyyətlərinin olması müəyyənləşdirilməmişdir. Məhkəmə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına istinadən qeyd edir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittiham təsdiq olunmadığından məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı1 Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan, həmin ittihamın məhkəmə baxışı zamanı təsdiq edilməməsi əsası ilə imtina etmiş və Təqsirləndirilən şəxs barəsində CM-nin 32.4,312.2-ci maddəsi ilə olan ittihamın ümumi ittihamdan xaric olunmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxılan iş üzrə təqdim olunan sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq belə nəticəyə gəlmişdir ki, dövlət ittihamçısının ittihamdan imtinası əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat-sorğu arayışlarından və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(074)-30/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (iş vərəqə: cild İ, səh.172-178, cild İV, səh. 108- 123). Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində faktiki yetirilmiş maddi zərər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 hər birinə tam şəkildə ödənilmiş və cinayətin zərərli nəticələri aradan qaldırılmış, zərər çəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında barışıq əldə edilmişdir. Zərər çəkmiş şəxslərin hamısı ayrı-ayrılıqda müvafiq ərizələrini məhkəməyə təqdim edib, onlara vurulmuş maddi zərərin tam ödənildiyini bildirmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını qeyd etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Lerik rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində xx.xx.2010-cu il və xx.xx.2013-cü il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır və Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmuşdur. (iş vərəqə: cild İİ, səh.137- 141). Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxslər arasında barışıq əldə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini və aradan qaldırılmasını həmin Məcəllənin 59.1.13-cü maddəsinə, himayəsində iki nəfər azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.1.4-cu maddəsinə və müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxslə zərər çəkmiş şəxslər arasında barışıq əldə olunması və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi və aradan qaldırılması cəzanı yüngülləşdirən hal olaraq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbləri baxımından cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır (burada: Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri) cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinin və həm də həmin Məcəllənin başa çıtdırılmamış 29,178.2.2, 29,178.2.4-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat mərhələsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və seçilən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Şahid4 elektron poçt ünvanından 2 ədəd çıxarışın surəti, Şahid5 elektron poçt ünvanından 2 ədəd çıxarışın surəti, Zərərçəkmiş şəxs5 dindirmə protokoluna əlavə etdiyi 6 ədəd, Zərərçəkmiş şəxs6 dindirmə protokoluna əlavə etdiyi 5 ədəd, Zərərçəkmiş şəxs4 dindirmə protokoluna əlavə etdiyi 4 ədəd elektron poçt ünvanından çıxarışların surətləri, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 1 ədəd qəbz, 2 ədəd fotoşəklin surəti, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd telefon danışıqlarına dair izahlı disk, "xxxx" ASC-dən daxil olmuş nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd olunanlardan başqa, iş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı1 Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan imtinası təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumt vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübutlar - Şahid4 elektron poçt ünvanından 2 ədəd çıxarışın surəti, Şahid5 elektron poçt ünvanından 2 ədəd çıxarışın surəti, Zərərçəkmiş şəxs5 dindirmə protokoluna əlavə etdiyi 6 ədəd, Zərərçəkmiş şəxs6 dindirmə protokoluna əlavə etdiyi 5 ədəd, Zərərçəkmiş şəxs4 dindirmə protokoluna əlavə etdiyi 4 ədəd elektron poçt ünvanından çıxarışların surətləri, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 1 ədəd qəbz, 2 ədəd fotoşəklin surəti, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd telefon danışıqlarına dair izahlı disk, "xxxx" ASC-dən daxil olmuş nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar