Məhkəmə qərarları › İş №1(101)-616/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-616/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-616/2021 11.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5 qızının, zərərəçkəmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə və Müdafiəçi iştirakı ilə, 9 aprel 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerəşən SKZ 2 nömrəli yataqxananın, 28 nömrəli mənzilində yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2, 120.2.2, 120.2.4, 29,120.2.2, 29, 120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla iki və daha çox şəxsi, yəni bir nəfər şəxsi qəsdən öldürüb digər ikinci şəxsi isə qəsdən öldürməyə cəhd etmişdir; belə ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerəşən 2-li yataqxanada qonşuluğunda yaşayan saxlamaq istəməməsi səbəbindən aralarında yaranmış ziddiyətli münasibətlər zəmnində 04.09.2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 ilə 2 saylı yataqxananın yaxınlığındakı istirahət parkında rastlaşıb mübahisə yaratmış - nalayiq söyüşlər işlədib özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeyidliyini ifadə etməklə ictimai qaydanı kobud surətdə pozaraq və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək parkda olan şəxslərin istirahətini pozub Zərərçəkmiş şəxs2 saçından tutub zor tətbiq etməklə yerdə sürümüş, Zərərçəkmiş şəxs1 isə sillə ilə vurmuş, ictimai borcunu yerinə yetirib ictimai qaydanın pozulmasının qarşısını alan sonuncunun atası Zərərçəkmiş şəxs3 ilə əlbəyaxaya olub zor tətbiq etməklə onun əynində olan paltarları cırıb xuliqanlıq etmişdir; bundan sonra, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli ilə bağlı verilmiş məlumat əsasında Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşlarının onun yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerəşən 2 saylı yataqxanaya gəlib onu axtardıqlarını görüb və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun barəsində şikayət etdiklərini bilib ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, heç bir əsaslı səbəb olmadan hiddətlənərək sonuncuları qəsdən öldürmək qərarına gəlmiş niyyətini həyata keçirmək üçün 04.09.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı mənzilə gedib soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb həyətə düşmüş, Mehriban və Zərərçəkmiş şəxs2ların həyətdə polis əməkdaşları ilə danışıb onun atası Şahid2 ilə mübahisə etdiklərini görüb kənarda gizlənərək cinayətkar məqsədini həyata keçirmək üçün əlverişli şəraiti gözləmiş, sonuncular onun tapılmadığını görüb evə getmək üçün yaşadıqları Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerəşən 2 saylı yataqxananın blokuna daxil olduqda qaçaraq sonuncuların arxasınca bloka daxil olub blokun birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasındakı meydançada Zərərçəkmiş şəxs1 çatmış və müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirməklə üzərində olan bıçaqla qəsdən, ondan aman diləməsinə məhəl qoymayıb, sonuncuya anası Zərərçəkmiş şəxs2 gözü qarşısında çoxsaylı zərbələr vurub sol bazunun 3 (üç) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin 2 (iki) ədəd döş boşluğuna nüfuz edən və sol ağ ciyəri zədələyən deşilmiş-kəsilmiş yaraları, qarın nahiyəsinin sol yan səthinin 1 (bir) ədəd qarın boşluğuna nüfuz edib nazik bağırsaq müsariqəsinin və nazik bağırsağı zədələyən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid deşilmişkəsilmiş xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs2 ona övladını öldürməməsi ilə bağlı yalvararaq övladına yetirilən xəsarətlərin qarşısını almağa çalışdıqda o, əlindəki bıçaqla qəsdən Zərərçəkmiş şəxs2 sonuncunu öldürməməsi ilə bağlı aman diləməsini diqqətə almayaraq sonunucuya hələ ölməyən doğma qızı Zərərçəkmiş şəxs1 gözü qarşısında həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyyələrinə çoxsaylı zərbələr vurub başın ənsə nahiyəsinin 01 (bir) ədəd, döş qəfəsinin sağ yarısının döş boşluğuna keçməyən 01 (bir) ədəd, sağ bazu oynağının 01 (bir) ədəd, sağ kürəkaltı nahiyənin 01 (bir) ədəd, sağ qoltuqaltı nahiyənin 01 (bir) ədəd, sağ döş vəzisinin 01 (bir) ədəd, sol döş vəzisinin 01 (bir) ədəd, sol dirsək oynağının 01 (bir) ədəd yarası kimi dərəcəsinə görə birlikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək cinayət əməlini davam etdirmiş, köməyə gələn kənar şəxslər və polis əməkdaşları onu zərərsizləşdirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 növbəti zərbələr vurmasına mane olub sonunculara tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTYX-na apararkən Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən yolda ölmüş, Zərərçəkmiş şəxs2 vaxtında kömək və tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas edildiyindən cinayət törətməyə yönəlmiş qəsdən etdiyi əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 qəsdən öldürüb həyatdan məhrum etmiş, xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla iki və daha çox şəxsi, yəni Zərərçəkmiş şəxs1 öldürüb Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2, 120.2.2, 120.2.4, 29,120.2.2, 29, 120.2.4 və 29,120.2.7-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SKZ, Yataqxana 2 ünvanda, 28 saylı iki otaqlı mənzildə valideynləri, arvadı Cəmalə və 2 uşağı ilə birlikdə yaşamışdır; qorşuluqda, yəni yataqxananın 21 nömrəli bir otaqlı mənzilində, Zərərçəkmiş şəxs3 arvadı Xatunə, qızı Mehriban və oğlu Abdulla yaşaymışlar. Aydın fəhləlik etmiş, Aydının arvadı Xatunə 1-ci qrup əlil olan oğlu Abdullaya qulluq etmiş, Aydının qızı Mehriban orta məktəbi bitirib valideynlərinin himayəsində yaşamışdır. Hadisədən təxminən 3 il əvvəl Mehriban “instagram” sosial şəbəkədə onunla tanış olmuş, bir müddətdən sonra valideynləri bu münasibətdən xəbər tutduğu üçün onlar ayrılmışdır. 2019-cu ilin yay ayında arvadı Cəmaləni və uşaqlarını ata evinə Astara rayonuna yola salmış, bu arada Zərərçəkmiş şəxs1 yaşadığı mənzili təmir edərkən sonuncu ilə tək qaldıqda Zərərçəkmiş şəxs1 onu qucaqlamış, bu vaxt evə daxil olan Mehribanın anası Zərərçəkmiş şəxs2 bunu görüb yataqxanada onunla qızı arasında olan münasibəti yaymış, kənddən evə qayıdan arvadı onun barəsində yayılan bu söz-söhbəti eşidib uşaqlarını götürüb rayona köçmüş və qayıtmamış, lakin buna baxmayaraq onlar boşanmamışlar. 2020-ci ilin fevral ayında evdə tək olarkən Zərərçəkmiş şəxs1 onun yanına gələrək ordan-burdan söhbət edib sonra cinsi əlaqədə olmağı təklif etdiyindən onunla öz mənzilində təbii yolla cinsi əlaqədə olmuş, bu vaxt onun bakirə olmadığını, qızlıq pərdəsinin tamlığının pozulduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 intim münasibətdə olub evinə getdikdən təxminən 1 saat sonra ona zəng edib qızlıq pərdəsinin tamlığının pozulması nəticəsində onda qanaxma baş verdiyini bildirdikdə buna etirazını bildirib onun bakirə olmadığını, ona qədər kiminləsə cinsi əlaqədə olduğunu söylədikdə sonuncu bir söz deməyib onun sözləri ilə razılaşmışdır. 2020-ci ilin may ayınadək onlar ara-sıra evdə heç kim olmayanda gizlin görüşüb cinsi əlaqədə olduqlarına görə Mehribana bağlanmışdır. Valideynlərini məcburi ona elçi göndərmiş, Mehriban və onun valideynləri bu nikaha razı olmuş, bundan sonra Mehribana «Samsung A-10» markalı mobil telefon və telefon nömrəsi, gümüş üzük və xırda-para hədiyyələr almışdır. 2020-ci ilin may ayında təsadüfən Mehribana hədiyyə etdiyi mobil telefondakı “instagram” sosial şəbəkədə onun müxtəlif kişi cinsli şəxslərlə intim mövzuda söhbətlər apardığını görüb maraqlandıqda Mehribanın başqa şəxslərlə də cinsi əlaqədə olub ona xəyanət etdiyini, əslində yüngül həyat tərzi keçirən bir qıza «ilişdiyini» başa düşüb Mehribandan ayrılmış, Mehriban isə onun hədiyyələrini qaytarmış, bundan sonra söz-söhbət və problemlər başlamışdır. Mehriban onu zorlayıb qızlıq pərdəsini pozmaqda şantaj edərək qızlıq pərdəsinin tamlığını bərpa etmək üçün ondan 1.500 manat pul tələb etmiş, sonuncunun anası Xatunə onunla və valideynləri ilə dalaşıb pul tələb etməyə başlamış, sonuncuya qızı Mehribanla intim münasibətdə qarışılıqlı razılıq əsasında olduğunu, qızı ilə cinsi əlaqədə olarkən qızının bakirə olmadığını deyib sözlərinə inanmırsa qızını həkimə, ekspertə aparmasını, əgər qızının zorlandığını hesab edirsə ondan şikayət etməsini təklif etsə də Zərərçəkmiş şəxs2 bunlardan imtina edib qızının qızlıq pərdəsini bərpa etmək üçün ona pul lazım olduğunu bildirmiş və pul tələb etmişdir. Yataqxanada onun və ailəsi barədə pis fikir formalaşdırmağa başlamış, məcbur olub Xatunəyə qızının qızlıq pərdəsini bərpa edib ondan əl çəkməsi üçün 1200 manat pul vermişdir. Xatunə pulu götürsədə nə özü nə də qızı Mehriban ondan əl çəkməmiş, onu harda görsələr üstünə hucum çəkib sillə-təpiklə döymüş, rüsvay olmamaq üçün onların gözünə görünməməyə çalışmışdır. Bir müddətdən sonra Xatunə onlara gəlib qızının adı onunla çıxdığı üçün Mehribanla evlənməyini tələb edib əl çəkməmiş, məsələni yoluna qoyub ondan əl çəkmələri üçün Mehribanla 6 ay yaşayıb sonra Mehriban onun narkoman olduğunu deyib ondan ayrılmaqla qızının adını təmizə çıxarmağı təklif etmiş, lakin Xatunə bununla razı olmayıb ona pul verib yataqxanadan köçüb getməyi tələb etməyə başlamış, Mehriban isə hər iki-üç gündən bir zəng edib ona pul lazım olduğunu bildirib 100 manat, 50 manat, 150 manat pul istəmiş, onların səsini kəsib yataqxanada səs-küy salmamaq üçün həmin pulları vermiş, daha sonra mobil telefonunun sındığını deyib təzə telefon almaq üçün 300, sonra 200 manat, 500 manat pul tələb edib həmin məbləğləri də almış, qazandığı pulu Mehriban və Xatunə ondan almağa başlamış, növbəti dəfə 200 manat istəmiş, həmin məbləği verməkdən imtina etdikdə gərgin olan münasibətləri daha da kəskinləşib söz-söhbət böyümışdür. Mehribangil onun barəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nə şikayət etmiş, araşdırma aparılsada onların göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. 04 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində işdən evə gəlib həyətə düşdükdə yataqxana qonşusu Şahid1 ona Mehribangildən uzaq olmağı, olduqları yerdən kənar gəzməyi, sonuncuların onları parkda güdüb-izlədiyindən şikayət etdiklərini demişdir. O, heç vaxt onları güdmədiyini, onlardan kənar gəzməyə çalışdığını demiş, lakin Əfqanın sözü ona pis təsir etdiyindən Xatunənin qızı Mehribanla parkda olduğunu görüb baş verən söz-söhbətlərə son qoymaq üçün saat 19 radələrində onlara yaxınlaşmışdır. Söz deməmiş onu görən Mehriban və Zərərçəkmiş şəxs2 üstünə gəlib nə üçün yenə onları güdüb izlədiyini sual edib onu nalayiq ifadələrlə söymüş, Xatunə onu sillə ilə vurub cırmaq ataraq boyun-boğazına xəsarətlər yetirib əynində olan qara rəngli qısaqol köynəyi cırmış, Mehriban anasına kömək etmiş, parka xeyli kənar şəxslər toplaşmış və həmin şəxslər onları ayırmışdır. Qonşu Əfqan da orada olmuş, sonuncu polis idarəsinə zəng edib onun dava-dalaş yaratdığını demiş, o parkın yaxınlığında yaşayan dostu Emingilə gedib sonuncunun anası Xatirə xaladan köynək alıb geyinmiş və parka qayıdarkən yolda Mehribanın atası X6 ilə rastlaşmışdır. Əfqan Aydını görüb artıq polis idarəsinə məlumat verdiyindən evə qayıtmasını bildirsə də Aydın onun üzərinə hücum çəkib təpik və yumruqla onu döyməyə başlamış, Xatunə ərinə köməyə gəlmiş və əynində olan köynəyi də cırmış, yenə parkda istirahət edən kənar şəxslər onları ayırmışdır. Həmin vaxt orada olan dostu Turalın evdən gətirdiyi uzunqol göy rəngli köynəyi geyinib evə getmişdir. Mehriban və Xatunə həyətə gəlib onun ana-bacısının və onun ünvanına nalayiq ifadələr işlədib sakitləşməmişlər. Mehriban, Xatunə və Aydının son bir neçə ayda və son gündə ona qarşı etdikləri haqsız hərəkətlərinə görə onları cəzalandırıb qisas almaq üçün mətbəxdə daim istifadə etdikləri umumi uzunluğu təxminən 20-25 sm, dəstəyində ağ, göy və qırmızı zolaqları olan plasmas dəstəkli bıçağı götürüb şalvarının belinə taxaraq həyətə düşmüş, Xatunə onu görüb ifadələrini şiddətləndirdikdə yaxınlaşıb söyüşləri kəsməsini, əks halda onu öldürəcəyini deyib getmiş və kənardan Xatunəgili izləmişdir. Bu vaxt həyətə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları gəlmiş və az sonra getmişlər. Bir qədər gəzib bir neçə şüşə pivə içib saat 21 radələrində yataqxananın həyətinə qayıtmış, həmin vaxt yataqxanadakı blokdan təxminən 50-100 metr kənarda xeyli qonşu və kənar şəxslərin o, cümlədən qonşu Əfqanın, atası Fazilin, Mehribanın, Aydının və Xatunəni toplaşdıqlarını görmüş, sonuncular atası Fazil ilə mübahisə edib ünvanına nalayiq ifadə işlətdiklərinə görə ona irad tutub evə getməyi təklif etmişlər. Xatunə və Mehriban yaşadıqları bloka daxil olduqda, sonuncuların arxasınca gedib bloka daxil olmuş, onu görən Xatunə özündən öndə pilləkənlərlə yuxarı qalxan qızı Mehribanı səsləyib: «Mehriban, gəlir, Mehriban, gəlir»,- demişdir. Addımlarını sürətləndirib blokun birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasındakı meydançada Mehribana çatmış, sonuncu ona əl atdıqda onunla əlbəyaxaya olmuş və şalvarın kəmərinə taxdığı bıçağı çıxarıb ona zərbələr endirmiş, həmin zərbələrin sonuncuya dəydiyini görmüş, lakin neçə zərbə endirdiyini xatırlamır. Xatunə özünü çatdırıb onunla əlbəyaxaya olduqda ona da bıçaq zərbələri endirib, Xatunəni pilləkənlərdən birinci mərtəbəyə itələmiş, sonuncu yerə yıxılmış, daha sonra əlindəki bıçaqla Xatunənin ayaq nahiyəsindən bir neçə zərbə endirmiş, Xatunənin qışqırıq səsinə bloka xeyli xatırlamadığı şəxslər daxil olmuş, orada olan şəxslərin əlindən çıxıb qaçmaq istədikdə ora gələn polis əməkdaşları onu tutub Sumqayıt şəhər polis idarəsinə aparmışlar, hadisəsi törədərkən istifadə etdiyi bıçağı, hadisə zamanı əynində olmuş paltarları istintaqa könüllü təqdim etmiş, sonra Mehribanın aldığı bıçaq xəsarətlərindən öldüyünü, Xatunənin isə həyatının xilas edildiyini eşitmişdir. Mehribana və Xatunəyə çox saylı bıçaq zərəbələri endirərkən onların sağ qalıb-qalmamasının marağında olmamış, Xatunəyə daha çox nifrət etmiş, çünki bütün oyunları onun başına Xatunə açmış, ona görə Mehribanı Xatunənin gözü qarşısında öldürüb bu yolla onu cəzalandırmaq qərarına gəlmiş və qızını gözü qarşısında qəsdən öldürərkən bunların Xatunəyə çox pis təsir edəcəyini bilmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun nəvəsidir, Təqsirləndirilən şəxs uzun müddət nəvəsinin arxasınca düşmüş, ailəli və iki uşaq atası ola-ola nəvəsi Mehribandan əl çəkməmiş, yaşadıqları evin həyətində gördüyü vaxt hər zaman nəvəsi Mehribana və qızı Xatunəyə sataşmış, sonuncuların ünvanına nalayiq sözlər işlətmiş, dalaşmış, bu barədə hətta polisə məlumat versələr də, Valeh öz hərəkətlərindən əl çəkməmiş, 04 sentyabr 2020-ci il tarixdə saat 21 radələrində yaşadıqları yataqxanın blokunun girişində Təqsirləndirilən şəxs Xatunəni və nəvəsi Mehribanı bıçaqla vurub xəsarət yetirmiş, daha sonra Mehribanın aldığı bıçaq xəsarətlərindən ölmüş, Xatunə isə əməliyyata götürülmüşdür. Məhkəmə zamanı zərərçəkmiş şəxc qismində dindirilmiş Zərərçəkmiş şəxs3 oğlu ifadə verərək göstərmişdir ki, 1999-cu ildə Zərərçəkmiş şəxs2 ilə ailə qurmuş, həmin nikahdan 24.11.2000-ci ildə Mehriban, 24.08.2001-ci ildə Abdulla adlı uşaqları doğulmuş, qızı Mehriban 2017-ci ildə orta məktəbi bitirib təhsilini davam etdirməmiş və işləməyib onun himayəsində yaşamışdır. Oğlu Abdulla 1-ci qup əlildir, özü fərdi işlə məşğul olub fəhləlik etmiş, arvadı Xatunə isə əlil oğluna qulluq göstərmişdir. 2013-cü ildə ünvan 2 ünvanda bir otaqlı mənzilə köçüb orada yaşamışlar, həmin yataqxananın 28 nömrəli iki otaqlı mənzilində Təqsirləndirilən şəxs valideynləri və ailəsi ilə birlikdə yaşamış, Təqsirləndirilən şəxs ev təmiri ilə məşğul olduğundan 2020-ci ilin fevral ayının əvvəllərində onun yaşadığ mənzildə qısa müddətdə təmir işləri aparmış, 2020-ci ilin fevral ayının sonunda Valehin anası Şahid6 qızı Mehribana oğlu Valeh üçün elçi gəlmiş, Məlahətə oğlu Valehin ailəli və iki uşaq atası olduğu halda qızına elçi gəlməsinə iradını bildirib rədd cavabı vermişdir. Məlahət isə oğlunun artıq üç il olar arvadından boşandığını, nəvələrini isə yazığı gəldiyindən yanında saxladığını demişdir. Qızı Mehriban rədd cavabı ilə razı olmayıb bir neçə gün Valehlə danışıb onunla yaxından tanış olduqdan sonra fikirini bildirəcəyini demişdir. Qızının Valehə meyilli olduğunu hiss edib onun təklifi ilə razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs Mehribana öz adına mobil telefon və nömrə almış, 10- 15 gun telefonla danışıb-yazışdıqdan sonra qızı Mehriban Valehdən qorxduğunu və onunla ailə qurmaq istəmədiyini bildirmişdir. Digər tərəfdən Valeh əslində ailəsindən boşanmayıb onu aldatmışdır. Bundan sonra Mehriban Valehin aldığı mobil telefonu və etdiyi hədiyyələri qaytarıb onunla əlaqələrini kəsmişdir. Valeh bununla razılaşmayıb qızı Mehribanı harada gördü qarşısını kəsib hədə-qorxu gəlməyə başlamışdır. Valehlə dəfələrlə görüşüb ata-bala kimi söhbət edib Mehribanın sonuncunu sevmədiyini və ona ərə getməyəcəyini, bu səbəbdən nə özünü nə də qızını rüsvay etməməyi xahiş etsə də, sonuncu hərəkətlərini davam etdirmiş, sonuncunun bu hərəkətlərindən dəfələrlə PB-nə şikayət etsə də cəzasız qalan Təqsirləndirilən şəxs daha da azğınlaşmışdır. 04 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində arvadı Xatunə qızı Mehribanla yaşadıqları yataqxananın yaxınlığında yerləşən parkda oynayan oğlu Abdullanı gətirmək üçün getmiş, o isə işdən yorğun gəlib özünü pis hiss etdiyindən evdə uzanmışdır. Az sonra Xatunə onun mobil telefonuna zəng edib Valehin onları parkda yenə döydüyünü deyib köməyə gəlməsini demişdir. Dərhal həmin yerə getmiş, bu vaxt Valehin parkda olduğunu, sakitləşməyib arvad-uşağının ünvanına nalayiq söyüşlər işlətdiyini, kənarda xeyli şəxslərin toplaşdığını görüb onun hərəkətlərinə irad tutub onu nizam-intizama dəvət edikdə Valeh onun üzərinə hücüm çəkib ünvanına nalayiq söyüşlər işlədib onunla əlbəyaxaya olmuş, sillə-təpiklə onu döyməyə başlamış, əynində olan köynəyi cırıb yararsız hala salmış, orada olan çoxsaylı kənar şəxslər onu Valehin əlindən alıb evə yola salmışlar. Xatunəgil onun arxasınca, Valehdə onların arxasınca gələrək söyüşlərini davam etdirmişdir. Özünü pis hiss etdiyindən dayanmayıb dərhal evə gedib ağrıkəsici içərək yerinə uzanmış və Xatunəgilin onun arxasınca evə gəldiklərini düşünüb mürgüləmişdir. Saat 21 radələrində yaşadığıqları blokda arvadı Xatunə və qızı Mehribanın vahiməli qışqırıq səsini eşidib nə baş verdiyini bilmək üçün bloka çıxarkən blokun birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında olan meydançanın döşəməsində al qan içərisində hərəkətsiz olan qızı Mehribanı, ondan aşağıda birinci mərtəbədə al qan içərisində qışqıran arvadı Xatunəni, Valehin isə əlində bıçaq arvadını vurduğunu, onların əlbəyaxa olduqlarını və bu an bloka xeyli sayda adlarını xatırlamadığı qonşuların və polis əməkdaşlarının daxil olub Valehi tutub apardıqlarını görmüş qızı Mehriban döşəmədə tam hərəkətsiz halda xırıldamış, Xatunə qan içərisində olmuş, qonşulardan Əfqan, Valehin atası Fazil, Azad və hazırda adını xatırlamadığı çoxsaylı qonşular orada olmuş, qısa zamanda Sumqayıt şəhər TTY briqadası gəlib Mehribanı və Xatunəni aparmış o da təcili tibbi yardım maşınının arxasınca xəstəxanaya getmiş, ora çatarkən Mehribanın aldığı xəsarətlərdən yolda öldüyünü, arvadı Xatunənin isə vəziyyəti ağır olduğundan əməliyyata götürüldüyünü bilmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Gülhüseyn qızı ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ilə ailəlidir, 24.11.2000-ci ildə Mehriban, 24.08.2001-ci ildə Abdulla adlı uşaqları doğulmuş, təxminən 6-7 il əvvəl Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SZK Yataqxana 2 ünvana 21 nömrəli bir otaqlı mənzilə köçüb yaşamışlar. Qızı Mehriban 2017-ci ildə tam orta məktəbi bitirib təhsilini davam etdirməmiş və işləməmiş, oğlu Abdulla 1-ci qrup əlil olduğundan işləməyib oğluna qulluq göstərmişdir. Əri Aydın düşəndə fəhləlik edib ailəni dolandırmışdır. Yaşadıqları yataqxananın 28 nömrəli mənzilində yaşayan Təqsirləndirilən şəxs ev təmiri ilə məşğul olduğundan 2020-ci ilin fevral ayının əvvəllərində onların yaşadığı mənzili qısa müddətdə təmir etmişdir. 2020-ci ilin fevral ayının sonunda Valehin anası Məlahət qızı Mehribana Valeh üçün elçi gəlmiş, Valehin iki uşaq atası olmaqla Mehribanla aralarında yaş fərqinin çox olduğunu bildirib bu nikaha razı olmadıqlarını bildirmişlər. Məlahət isə oğlunun üç il olar arvadından boşandığını, nəvələrinə yazığı gəldiyi üçün yanında saxladığını demişdir; Valehin ata-anası əl çəiçməyib dəfələrlə elçi gəldiyindən qızı Mehriban bir neçə gün Valehlə danışıb onu yaxından tanıyıb sonra qəti fikir söyləyəcəyini bildirmiş, qızının Valehə meyli olduğunu hiss edib onun təklifini qəbul etmişlər. Bundan sonra Valeh öz adına mobil telefon və nömrə alıb Mehribana vermiş, 8 mart qadınlar bayramı münasibəti ilə Mehribanı təbrik edib ona gümüş üzük hədiyyə etmişdir. Mehriban 10-15 gün Valehlə telefonda danışıb-yazışdıqdan sonra Valehdən qorxduğunu, Valehin qısqanc olduğunu, hər şeyi soruşub üstünə getdiyini və tələblər qoyduğunu bildirərək onunla ailə qurmaq istəmədiyini bildirmişdir. Valehin aldığı əşya və hədiyyələri qaytarıb onunla əlaqəsini kəsmişdir. Bir neçə gündən sonra Valehin anası Məlahət gəlib Mehribana oğlunun onu qısqanmayacağını ona qarşı tələblər qoymayacağını, hər arzusunu yerinə yetirəcəyini deyib oğlu ilə barışmağını xahiş etmiş, Mehriban da razılaşıb yenindən Valehlə telefonla əlaqə saxlamışdır. Barışdıqdan bir neçə gün sonra, 2020-ci ilin aprel ayının təxminən ortalarında, Aydın işdə olmuş, özü günortadan sonra oğlu Abdullanı həyətə apardığından qızı Mehriban evdə tək qalmış, təxminən saat 15:00 dan sonra evə qayıdarkən qızı Mehribanın qollarında cırmaq, bədənində qançır izləri görüb nə baş verdiyini soruşduqda, sonuncu Valehin mobil telefonla onunla danışıb evdə tək olğunu bilib yanına mənzilə gəldiyini, zor tətbiq edib onunla təbii yolla cinsi əlaqədə olub bəkarətini pozub onu zorladığını, Valehə müqavimət göstərərkən xəsarətlər aldığını demişdir. Bunu eşidib dərhal Valehgilə getmiş, sonuncuya və valideynlərinə qızına qarşı nə üçün belə hərəkətlər edildiyini soruşmuş və Pİ-nə gedib şikayət edəcəyini demişdir. Evə qayıtdıqdan az sonra Valehin anası Məlahət onlara gəlib Mehribanla söhbət edib onun qızlıq bəkarətini bərpa edilməsini təklif etmiş, bir neçə gündən sonra bunun üçün onlara 1200 manat pul verib bir daha oğlunun adını çəkməmələrini tələb etmişdir. Səhəri qızını ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası Həkimlərin X2 və Cərrahiyyə Klinikasında işləyən tapdıqları Mehriban Məlikova adlı həkimin yanına aparmış, sonuncu qızını müayinə edib qızlıq bəkarətinin pozulduğunu bildirib qızlıq pərdəsini tikib bərpa edəcəyini vədd edib bunun üçün ondan 1.200 manat pul alıb Mehribanın qızlıq pərdəsini tikib qızlıq bəkarətini bərpa etmişdir. Bu hadisədən sonra Valeh bir neçə gün onları rahat buraxmış, 2020-ci ilin may ayının əvvəllərindən qızını izləməyə, Mehribanın müxtəlif şəxslərlə görüşüb yüngül həyat tərzi keçirməsi barədə yataqxanada şayələr yaymağa başlamış, Valehin bu hərəkətlərindən bir neçə dəfə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə şikayət etsələr də Valehin barəsində tədbir görülməmişdir. Valeh hər gün yaşadıqları mənzilin qapısını kəsib onları güdmüş, evdə aparılan danışıqlara qulaq asmış, onun bu kimi hərəkətlərindən yataqxananın kamendatı Əfqana, yataqxanın müdiri Rəcəbə şikayət etmiş, Valehdən nə üçün evini pusduğunu soruşduqda sonuncu onu söyüb təhqir edib vurmuşdur. 04 senyabr 2020-ci il tarixdə səhər əri Aydın işə getmiş, o uşaqları ilə evdə qalmışdır.Təqsirləndirilən şəxs hərəkətləri artıq onları bezdirdiyindən qızı Mehribanla söhbət edib sabah Sumqayıt şəhər Pİ-nə gedib Valehin hərəkətlərindən ətraflı danışıb ərizə verərək onun məsuliyyətə cəlb edilməsi qərara gəlmişlər. Həmin gün oğlu Abdulla yataqxanmm yaxınlığında yerləşən parkda oynadığından qızı Mehribanla tez-tez gedib ona baş çəkmiş, oğluna evə getməyi təklif etdikdə o, bir qədər də oynamaq istədiyini bildirdiyindən Mehribanla orada olan skamyada oturub Abdullanı gözləmişlər. Saat 19 radələrində Təqsirləndirilən şəxs əlində enerji içkisi yanlarına gəlib «məni tutdurmaq isətəyirsiz?» deyib sual edərək qışqırmağa başlamış, ona cavab verdikdə Təqsirləndirilən şəxs saçından tutub yerə yıxaraq asfalt örtük üzərində onu sürüməyə başlamış, qızı Mehriban Valehə mane olmaq istədikdə onu təpiklə vurub kənara atmış, parkda olub bunu görən yataqxananın kamendantı Şahid1 onu Valehin əlindən almış, sonuncu ona da təpik atdıqda Əfqan mobil telefonla polisə zəng edib Valehin həmin hərəkətlərini yenə davam etdirdiyini bildirib kömək üçün təcili polis əməkdaşı göndərməsini xahiş etmişdir. Bu vaxt o da zəng edib əri Aydına Valehin parkda onları döydüyünü deyib onu köməyə çağırmışdır. Valehin səsküyündən parkda olan şəxslərin istirahəti pozulmuş, kənardan oraya xeyli şəxs toplanmış, bu vaxt Aydın gəlmiş,Valeh isə hələ sakitləşməyib onların ünvanına nalayiq söyüşlər etdiyindən Aydın Valehə hərəkətlərinə görə irad tutub onu nizam- intizama dəvət etdikdə Təqsirləndirilən şəxs Aydının ünvanına nalayiq söyüşlər edib bu dəfə onunla əlbəyaxaya keçərək yumruq-sillə ilə onu vurub əynində olan köynəyi cırmış, ətrafdakı şəxslər onları bir təhər ayırmış, onlar evə doğru getmiş, Yalehdə onların arxasınca gəlmiş və ünvanlarına etdiyi söyüşləri davam etdirmişdir. Ay dun özünü pis hiss etdiyindən dərhal bloka daxil olmuş, bu vaxt Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları avtopatrulda yataqxananın həyətinə daxil olmuşlar. Polis əməkdaşlarını görən Təqsirləndirilən şəxs evə qaçmış, polis əməkdaşları Valehin hansı ünvanda yaşadığını soruşmuş, o Mehribanla birlikdə yataqxananın 3-cü mərtəbəsinə qalxıb onun yaşadığı mənzili göstərmişlər.Polislər evə daxil olub Valehi görməyib həyətə düşərək onu ətrafda axtarıb tapmayaraq 3-5 dəqiqədən sonra getmişdir. Polis əməkdaşları gedəndən sonra o, Mehribanla birlikdə evə getmək üçün bloka daxil olmuşlar, Mehriban qabaqda, o isə arxada blokun birinci mərtəbəsi ilə ikinci mərtəbəsinin arasındakı meydançaya çatar kən Təqsirləndirilən şəxs arxadan surətlə gəlib onun yanından ötərək Mehribana çatıb onu tutaraq əlindəki bıçaqla bədəninə ardıcıl, sürətli zərbələr endirməyə başlamış, neçə bıçaq zərbə endirdiyini xatırlamır, qışqırıb Valehi tutaraq zərbələrinə mane olmaq üçün Mehribanı qucaqlayıb bədəni ilə onu örtərək «balamı öldürmə, yazığam!» deyib ondan övladı üçün aman dilədikdə Valeh bıçaqla onun kürək nahiyəsidən zərbələr endirməyə başlamış, sonuncuya doğru çevrildikdə Valeh bıçaqla onun sağ döş qəfəsindən vurub onu pilləkənlərdən aşağıya doğru itələyib birinci mərtəbəyə atmış,sonra əl çəkməyib arxasınca gələrək onu bıçaqla yerdə vurmaqda davam etmiş, o əl-qol atıb özünü bıçaq zərbələrindən müdafiə etdiyindən zərbələr qolunun sol dirsək nahiyəsini tutmuş, Valeh yenə sağ və sol döş qəfəsindən vurmuş, bir anlığa özünü pis hiss edib ona müqavimət göstərə bilmədikdə Valeh onun öldüyünü zən edib ondan əl çəkib Mehribanın üzərinə hücum çəkərək döşəmədə onun sol böyründən zərbə endirmiş, həmin zərbədən sonra Mehriban xırıldamağa başlamış,ondan sonra onun yanma qayıdıb yenidən ona qarşı bıçaq zərbələrini davam etdirmiş,onun qışqırıq səsinə qonşular,daha sonra polis əməkdaşları gəlmiş, onu hadisə yerində tutub aparmışlar, az sonra TTY briqadası gəlib onu və Mehribanı Sumqayıt şəhər TTYX-na aparmışlar, yolda Mehriban aldığı xəsarətlərdən ölmüş, onun isə harayına qonşular və polislər gəlib vaxtında TTYX-na çatdırılaraq ona ixtisaslı tibb yardım göstərilib həyatı xilas edildiyindən Təqsirləndirilən şəxs onu qətlə yetirə bilməmişdir.Hadisə yerində qonşulardan Azad və Cavadın olduğunu görmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, 2020ci ilin təxminən mart ayında Mehribanın Valehə nişanlandığı barədə yataqxanada sözsöhbət gəzmişdir. 10-15 gündən sonra yataqxanada Valehlə Mehribanın anası Zərərçəkmiş şəxs2 arasında möhkəm dava-dalaşı baş vermiş, dava-dalaşa səbəb Mehribanın Valehlə ailə qurmaqdan imtina etməsi və Valehin etdiyi hədiyyələri qaytarması olmuşdur. 2020-ci ilin aprel ayından başlayaraq Xatunə Valehdən qızı Mehribanı rahat buraxmağı tələb etmiş və bu zəmində onların arasında mübahisə və dava-dalaş olmuşdur. Valeh isə əl çəkməyib Mehribanı harada gördü təqib edib söz atmış, artıq-əskik hərəkətlər etmiş, bu isə Mehribanı və anası Xatunəni əsəbləşdirib mübahisə və dava-dalaş yaratmışdır. Mehriban bir neçə dəfə ondan hörmət və nüfuzundan istifadə edib Valehə təpinməsini xahiş etmiş, Valehi hərəkətlərindən valideynlərinin çəkindirməsini, Valehi sevmədiyini, sonuncu ilə ailə qurmayacağını demişdir. Dəfələrlə Valehlə bu barədə söhbət edib Mehribanın onu sevmədiyini, onunla ailə qurmayacağını, etdiyi hərəkətlərin Mehribanı qıcıqlandırdığını deyərək sonuncudan kənar gəzməsini məsləhət etmişdir. Valeh bu söhbətlərdən sonra bir neçə gün hərəkətlərinə ara versə də, yenə hərəkərlərini təkrar etməyə başlamış, məcbur olub Valehin hərəkətlərindən onun atasına şikayət edib oğlu barədə tədbir görməsini xahiş etmiş, lakin Valeh atasının tənbehindən də heç bir nəticə çıxarmamışdır. 04 sentyabr 2020-ci il tarixdə saat 20-21 radələrində yataqxananın yaxınlığında yerləşən parkın yanından keçib evə gedərkən, Mehriban və Xatunənin Valehlə mübahisə etdiyini, Valehin əlbəyəxaya keçib onları sillə-təpiklə vurub ünvanlarına nalayiq söyüşlər etdiyini, ətrafda onların səsinə xeyli adam toplaşdığını görüb yaxınlaşaraq Valehi Mehribangildən birtəhər ayırıb Valehin hərəkətlərindən Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə məlumat vermiş, sonra Valehin atası Fazilə zəng edərək gəlib oğlunu aparmasını xahiş etmişdir. Fazil gəlmiş, sonuncuya oğlunun hərəkətlərindən danışıb polisə şikayət etdiyini demişdir. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları gəlib Valehi soruşmuş, Xatunəgil Valehin evə getdiyini demişlər. Polis əməkdaşları Valehgilə gedib onu evdə tapmayıb həyətə düşdükdə həyətdə olan qonşular Valehin polis əməkdaşlarını görüb yataqxananın arxasına doğru qaçdığını bildirmişlər. Polis əməkdaşları Valehi ətrafda axtarıb tapmayaraq blokdan təxminən 100 mert kənarda dayanıb Valehin evə qayıtmasını gözləmişlər. Oraya toplaşan qonşular Valehin hərəkətlərindən polis əməkdaşlarına şikayət etmiş, həmin vaxt Valehin atası Fazil, Mehriban və Xatunə orada olmuş, bir neçə dəqiqə sonra Mehriban və Xatunə yataqxanaya doğru getmişlər. Bu vaxt qonşulardan kimsə Valehin qaranlıq yerdən surətlə qaçıb bloka daxil olduğunu desə də, onlar Valehi görməmişlər. Mehriban və Xatunə bloka daxil olduqda onların vahiməli səsləri eşidilmiş, polis əməkdaşları, həyətdə olan qonşular, o cümlədən özü bloka daxil olduqda kimsə qışqırıb: «Valeh bıçağı yerə at»,- sözlərini işlətmiş, Valeh onları görüb əlində qana bulanmış bıçaqla bloku tərk etməyə cəhd etdikdə polis əməkdaşları onu tutub saxlayaraq avtopatrul maşınına mindirib aparmışlar. Bloka daxil olarkən Mehribanla Xatunəni qan içində görmüş, Mehriban huşsuz halda xırıldamış, Xatunə isə ayaq üstə dayanıb qışqıraraq Valehin Mehribanı və onu bıçaqla vurub qaçdığını deyib təcili tibbi yardım çağırılmasını xahiş etmişdir. Dərhal Sumqayıt şəhər TTYS-na zəng edib həkim briqadası çağırmış, az sonra hadisə yerinə gələn təcili tibbi yardım briqadası gələrək qonşulardan Azad və Cavid Mehriban və Xatunəni avtomobilə mindirib xəstəxanaya yola salmışlar. Təxminən bir saatdan sonra Mehribanın xəstəxanaya gedərkən yolda keçindiyini, Xatunənin isə əməliyyata götürülməsi xəbərini eşitmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SKZ Yataqxana 2 ünvanda iki otaqlı mənzildə yaşayır, İİ qrup Qarabağ müharibəsi əlilidir, oğlu Valeh ev təmiri ustasıdır, Valeh 2013-cü ildə Şahid5 ilə ailə qurmuş, həmin nikahdan 2014-cü ildə Əliəsgər, 2015-ci ildə Rüqayyə adlı uşaqları doğulmuş və onlarla birlikdə yaşamışdır. Bir neçə il əvvəl əslən Xızı rayonu Şurabad qəsəbəsindən olan Zərərçəkmiş şəxs3 arvadı Xatunə, qızı Mehriban və oğlu Abdulla ilə yaşadıqları yataqxananın 3-cü mərtəbəsinə 21 nömrəli bir otaqlı mənzilə köçüb orada yaşamışlar. Aydının ailəsi ilə ədavətləri və düşmənçilikləri olmamışdır. Valeh 2020-ci ilin fevral ayında Aydının mənzilində təmir işləri aparmış, həmin müddətdə arvadı Cəmaləni Astara rayonuna göndərmiş, təmiri bitirdikdən sonra Valeh anası Məlahətə Aydının qızı Mehribanı sevdiyini, onunla ailə qurmaq istədiyini və elçi getməsini xahiş etmişdir. Valehlə bir neçə dəfə söhbət edib ona iki uşaq atası olduğunu, ailəsində heç bir problem yaşanmadığını, gəlinini qızı qədər istəyib ona hörmətlə yanaşdığını, nəvələri olduğu üçün Aydının qapısına elçi gedə bilməcəyini izah etsə də, Valeh fikrindən əl çəkməmiş, daha sonra Xatunə onlara gəlib oğlu Valehin onu qızı Mehribanı sevdiyi üçün ona elçi gəlməsini tələb etmişdir. Arvadı Məlahət onun tələblərini rədd edib Valehin evli, qızı ilə Valeh arasında xeyli yaş fərqinin olduğunu izah etsə də, Xatunə onları başa düşməmiş, Valehin təkidlərinə dözməyib arvadı Məlahət Aydının evinə elçi getmiş və Mehribanın valideynləri qızlarını Valehə verməyə razı olmuşlar. Valeh Mehribanla görüşməyə başlasa da 10-15 gündən sonra Mehribanın eyni vaxtda başqa şəxslə də görüşdüyünü bilib bu zəmində aralarında söz-söhbət yaranmış və onlar ayrılmışlar, Mehriban Valehin ona etdiyi hədiyyələri, mobil telefonu və telefon nömrəsini qaytarmış, Xatunə və qızı Mehriban bundan sonra oğlunu, arvadını harada gördü nalayiq sözlərlə söyüb təhqir etməyə, üzərlərinə hücum çəkib döyməyə başlamışlar. 2020-ci ilin aprel ayının sonlarında Xatunə axşam saatlarında onlara hücum çəkib Valehin qızı Mehribanla onun evində cinsi əlaqədə olub bəkarətini pozaraq onu zorladığını iddia edib Mehribanın qızlıq pərdəsinin tamlığını bərpa etmək üçün 3000 (üç min) manat pul tələb etmişdir. Arvadı Məlahət və oğlu Valeh Xatunəyə qızı Mehribanı həkimə və ya məhkəmə tibb ekspertinə aparıb həqiqəti müəyyən etməyi və ya hüquq mühafizə orqanına müraciət etməyi təklif etsələr də Xatunə bunlardan imtina edib onlardan əl çəkməmişdir. Xatunəgilin qanunsuz hərəkətlərindən bir neçə dəfə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə şikayət etsələr də, araşdırmalar nəticə verməmişdir. Valeh həyətə düşəndə Xatunə və Mehriban onun yanına gedib qəsdən dava-dalaş salaraq, oğlunun guya onları təqib etdiyini bildirb ünvanlarına nalayiq söyüşlər işlədib arvadını, qızını və gəlinini əxlaqsız adlandırmışlar. 04 sentyabr 2020-ci il tarixdə səhər Valeh, günorta isə arvadı işə getmiş, özü evdə tək qalmış, saat 21 radələrində yataqxanada yaşayan Əfqan adlı qonşusu mobil telefonuna zəng edib oğlu Valehin Mehriban, Xatunə və Aydınla dalaşdığını bildirib tez həyətə düşməsini demişdir. Həyətə düşəndə əslində Mehriban, Aydın və Xatunənin Valehi döyüb əynində olan köynəyini cırdığını görmüş, Valeh onun səsini eşidib qaçmışdır. Əfqanla yataqxananın qarşısında dayanıb Mehribangilə iradlarını bildirdikdə Mehriban və Xatunə ünvanına nalayiq söyüşlər işlətmş, bu vaxt avtopatrulda Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları gəlmiş və Valehi soruşmuşlar. Xatunə onlara Valehin qaçdığı istiqaməti göstərmiş, polis əməkdaşları həmin istiqamətə gedib Valehi tapmayıb yataqxanaya qayıdaraq onların yanında dayanmışlar. Mehriban və Xatunənin onunla mübahisə etdiyini görüb sonuncuların hərəkətlərinə irad bildirildiyindən Xatunə və Mehriban evə getmək üçün bloka daxil olmuşlar. Təxminən 1-2 dəqiqədən sonra blokun girişində Xatunənin vahiməli səslə: “Qızıma kömək edin! Valeh qızımı öldürdü!»,- qışqırmağını eşitmiş, bloka daxil olduqda blokun döşəməsində Mehribanın hərəkətsiz halda xırıldamaqla al qan içində olduğunu görmüş, Xatunəni də al qan içində görmüş, Əfqandan zəng edib həkim çağırmasını xahiş etmiş, qonşular və polis əməkdaşları bloka daxil olmuş, Valeh hadisə yerini tərk etməyə cəhd göstərərkən polis əməkdaşları onu tutub aparmışlar. az sonra gələn TTYX-nm həkim briqadası Xatunəni və Mehribanı xəstəxanaya aparmışdır; məlum olmuşdur ki, Valeh yataqxananın qarşısında dayanmış şəxslərin gözündən yayınıb bloka daxil olaraq birinci mərtəbə ilə ikinci mərtəbənin arasındakı meydançada Mehribanı və Xatunəni bıçaqlamışdır; daha sonra Mehribanın aldığı bıçaq xəsarətlərindən öldüyünü, Xatunənin isə əməliyyata götürüldüyünü eşitmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 2019-cu ildən Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-də əməliyyat müvəkkili vəzifəsində polis mayoru rütbəsində işləyir. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi SKZ Yataqxana 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ailələri münaqişəli ailə kimi PB-də qeydiyyatda olmuşlar. 04.09.2020-ci il tarixdə 2-ci PB-si üzrə əməliyyat qupunda növbədə olmuş və həmin gün saat 19 radələrində, növbətçi hissəyə çağırış daxil olmuş, çağırışda Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında növbəti mübahisə və dava-dalaş baş verməsi barədə məlumat verilmişdir. Sahə rəisi Şahid7 ilə birlikdə sürücü Elşad Məmmədovun idarə etdiyi ** AR *** dövlət nömrə nişanlı 3372 çağırışlı avtopatrulda göstərilən ünvana getmiş, yataqxananın qarşısında Cabbarovaları və bir neçə qonşunu görmüşdür. Xatunə az əvvəl yataqxananın yaxınlığında yerləşən parkda Təqsirləndirilən şəxs yaxınlaşıb heç bir səbəb olmadan onunla mübahisəyə başlayıb əlbəyaxaya keçərək onu və qızını döydüyünü, saçından tutub yerdə sürüdüyünü, yataqxananın kamendantı Əfqanın Valehi onlardan birtəhər ayırdığını, əri Aydını köməyə çağırdıqda Valeh köməyə gələn əri Aydınla da əlbəyaxa olub əl çəkmədiyini, ona görə kamendant Əfqan məcbur olub Valehin hərəkətlərindən PB-nə zəng etdiyini, Əfqanın PBnə zəng etdiyini görən Valehin hadisə yerindən qaçdığını demişdir. Sahə rəisi Şahid7 ilə birlikdə Valehi ətrafda axtarıb tapmadığından yataqxananın həyətinə qayıdıb orada bir qədər dayanıb Valehin gəlmədiyini görüb iş yerinə qayıtmışlar. PB-nə çatdıqda təcili həmin ünvana qayıtmağı tapşırmışlar, baş verə biləcək insidentin qarşısını almaq üçün təhqiqatçı polis kapitanı Şahid4la Elşad Məmmədovun idarə etdiyi avtopatrulla yataqxanaya qayıtmışlar. Həmin ünvana çatarkən Xatunəgilin yaşadığı blokun qarşısında xeyli adam toplaşdığını görmüş, bir müddətdən sonra vahiməli qışqırıq səsləri eşitmiş, bloka daxil olduqda Valehin əlində bıçaq blokun girişində döşəmədə Xatunəyə bıçaq zərbələri endirdiyini görmüş, onunla birlikdə bloka daxil olmuş Şahid7 Valehdən əlindəki bıçağı yerə atıb Xatunədən əl çəkməsini tələb etmiş, bu vaxt qonşular da bloka daxil olmuş, Valeh onları görüb məcburiyyətdən bıçaq zərbələrini dayandıraraq əlində bıçaq hadisə yerindən qaçmağa cəhd etdikdə onu tutub PB-nə aparmışlar. Həmin vaxt Valehin əlində uzunluğu təxminən 20-22 sm, dəstəyi qırmızı, mavi və ağ rəngli sərt plastmas materialdan olan və üzərində təzə qan izləri görünən mətbəx bıçağı olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid4 Şahid3 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda yaşayır, həmin ev qəsəbədə SZK Yataqxana 2 ünvana yaxındır, yataqxanada yaşayan sakinləri, o cümlədən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3, sonuncunun arvadı Xatunəni, qızı Mehribanı və oğlu Abdullahı tanıyır. Valeh qardaşı Eminin dostudur, Valehin Aydının qızı Mehribanla münasibəti olub sonra pozulmuş, son vaxtlar Valehlə Xatunə və qızı Mehriban arasında tez-tez mübahisə və dava-dalaş olduğunu eşitmiş, qonşular onların hərəkətlərindən bezib dəfələrlə bu barədə onlara irad tutmuşlar. 04.09.2020-ci il tarixdə saat 19:20 radələrində anası Xatirə ilə evdə olmuş, Valehgilin yaşadığı yataqxananın yaxınlığında hamının park kimi tanıdığı yerdən Valeh, Xatunə və Mehribanın səs-küyünü eşidib bunu növbəti mübahisə və dava-dalaş kimi qəbul edib həyətə çıxmamış, az sonra Valeh yaşadığı evin həyətinə daxil olub qardaşı Emini səsləmiş, anası Xatirə ilə qapıya çıxdıqda Valehin əynində olan qara rəngli qısaqol köynəyin cırıldığını görmüş, anası Eminin evdə olmadığını dedikdə Valeh anasından geyinmək üçün köynək verməyi xahiş etmişdir. Anası Eminə məxsus boz rəngli köynəyi Valehə verməyi ona tapşırmış, o da həmin köynəyi Valehə vermişdir. Valeh köynəyi götürüb getmiş, bir neçə dəqiqədən sonra yenidən Xatunəgilin səs-küyü eşidilmiş, amma nə baş verdiyini bilməmiş və maraqlanmamışdır. Bundan 2-3 saat sonra həyətə düşəndə Valehin Mehribanı və Xatunəni bıçaqladığını, Mehribanın öldüyünü, Xatunənin isə əməliyyata götürüldüyü xəbərini eşitmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir məhəllədə böyüyüb dostluq etmiş, Valeh ev ustası işləmiş, Valehin yaşadığı yataqxananın sakinlərini tanımışdır. Hadisədən bir müddət əvvəl Valehlə görüşəndə sonuncu onunla bir yataqxanada yaşayan Aydının qızı Mehribanla maraqlanıb sonuncunun nə vaxt, hara, kiminlə getdiyini, kiminlə görüşdüyünü soruşub maraqlanmış, Valehin əvvəllər Mehribanla yaxın münasibətdə olduğunu, sonradan Mehribanın Valehə ərə getməkdən imtina etdiyini, onların tez-tez bu zəmində dalaşdığını bildiyindən, Valehdən ondan Mehriban barədə soruşmamağı xahiş etmişdir. 03.09.2020-ci il tarixdə işdən evə qayıdıb yataqxananın arxasında olan idman meydançasında idman edərkən yaxınlıqda «besetkada» Mehribanın anası Xatunə ilə oturduğunu görmüş, az sonra Valeh gəlib ondan Mehribanı soruşsa da ona cavab verməmiş, Mehribangil Valehi görüb əvvəlcə onlar, daha sonra Valeh getmiş o isə idmanını davam etdirmişdir. Bir neçə dəqiqədən sonra Mehriban anası Xatunə ilə onun yanınaa gəlib ondan Valehin onlar barədə nə soruşduğunu sual etdikdə, Mehribandan onu bu söhbətlərə qatmamığı xahiş etmişdir. Bu vaxt Mehribanın atası Aydın gəlib Valehin kənarda dayanıb onları güddüyünü deyib şikayətlənsə də onun da sözlərinə fikir verməmişdir. 04 sentyabr 2020-ci il tarixdə saat 17:30 radələrində evdə olarkən Valeh mobil telefonuna SMS yazıb görüşməyi təklif etmiş, o isə işdə olduğunu bildirib görüşdən imtina etmiş, sonuncu saat 18:30 radələrində görüşmək üçün təkrar SMS göndərsə də ona cavab yazmamışdır. Saat 19 radələrində yaşadığı yataqxananın yaxınlığında yerləşən parka getdikdə orada yataqxanada yaşayan Əfqanı, Mehribanı, Mehribanın anası Xatunəni və məhəllə uşaqlarını görüb onlara yaxınlaşmış, Xatunə ona Valehin heç bir səbəb olmadan onları söyüb-döyüb əl çəkmədiyini, Valehi onlardan zorla ayırdıqlarını demişdir. Bu vaxt Valeh oraya gələn Aydınla əlbəyaxa olmuş, Xatunə və Mehriban Aydına köməyə gedib Valehi Aydından ayırıb sonuncunun əynində olan boz rəngli köynəyi cırmışlar. Odara olan çoxsaylı kənar şəxslər onları çətinliklə ayırmışlar, onlar yataqxanaya doğru getmiş, Valehin dostu Tural sonuncuya uzunqol göy rəngli köynək gətirib vermiş, Valeh köynəyi geyinib onlardan ayrılmış, o isə Valehin yaşadığı yataqxanaya doğru getmişdir. Yataqxananın qarşısında qonşu Cavid, Xatunə və Mehriban Valehin hərəkətlərindən söhbət etmişlər. Təxminən 10- 15 dəqiqədən sonra Valeh haradansa gəlib yaşadığı bloka daxil olub 2-3 dəqiqədən sonra blokdan çıxıb onu binanın tininə çağırmış, bu vaxt yataqxananın qarşısında Əfqanla söhbət edən Valehin atası Fazil oğlunun hərəkətlərindən gileylənib eyni zamanda Valehi səsləyib arxasınca getmiş, Valeh isə bunu görüb qaçıb gözdən itmiş, bu an həyətə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları gəlmişdir. Xatunə və Mehriban polis əməkdaşlarına Valehin hərəkətlərindən şikayət etmiş, polis əməkdaşları Valehi tapmayıb getmişlər. Xatunə və Mehriban Fazillə mübahisə edib ünvanına müxtəlif xoşagəlməz ifadələr işlətdikdə onların hərəkətlərinə və işlətdikləri ifadələrə irad tutulmuş, Xatunə və Mehriban ayrılıb yaşadıqları bloka daxil olmuşlar. Mehriban və Xatunə bloka daxil olduqdan təxminən 1-2 dəqiqə sonra blokdan vahiməli qışqırıq və Xatunənin; «Yazığam, balamı öldürmə»,- deyib yalvarış və köməyə çağırış səslərini eşitmiş, səsə qonşular daha sonra az əvvəl getmiş polis əməkdaşları haradansa gəlib özlərini çatdıraraq bloka daxil olub Valehə qışqırıb əlindəki bıçağı yerə atıb təslim olmağı tələb etmişlər. Valeh əlində bıçaq hadisə yerini tərk etmək istədikdə polis əməkdaşları onu tutub avtopatrula mindirib aparmışlar. Az sonra hadisə yerinə təcili tibi yardım briqadası gəlib Mehribanı və Xatunəni xəstəxanaya aparmış, bir neçə saatdan sonra Mehribanın aldığı bıçaq xəsarətlərindən yolda öldüyünü, Xatunənin isə əməliyyata götürüldüyü xəbərini eşitmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Astara rayonunun Səcərədi kəndində valideynləri ilə yaşayıb 2012-ci ildə Sumqayıt şəhərində yaşayan xalasıgilə qonaq gələrkən Təqsirləndirilən şəxs ilə tanış olub görüşmüşdür. 2013-cü ildə Valehlə ailə qurub Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi SKZ Yataqxana 2 ünvanda yaşamış, həmin nikahdan 10.09.2014-cü ildə Əliəsgər, 21.04.2016-cı ildə Püqəyyə adlı uşaqları doğulmuşdur. Əri Valeh ev təmiri ilə məşğul olmuş, həmin yataqxananın 21 nömrəli bir otaqlı mənzilində əslən Xızı rayonunun, Şurabad qəsəbəsindən olan Zərərçəkmiş şəxs3 arvadı Xatunə, qızı Mehriban, oğlu Abdulla ilə yaşamışlar. Abdulla əqli gerilikdən əziyyət çəkib əlil olduğundan anası Xatunə oğluna qulluq göstərmiş, Aydın fəhləlik etmiş, Mehriban isə işləməyib onların himayəsində yaşamışdır. Yataqxanada Mehriban və onun anası Xatunənin əxlaqı barədə pis fikirlər gəzsə də buna əhəmiyyət verməmişdir. Hadisədən təxminən bir il əvvəl Valehin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonda Valehlə Mehribanın SMS yazışmalarında sevgi etiraflarını görüb bununla bağlı əri ilə arasında söz-söhbət yaranmış, daha sonra Valehin Mehribanı sevib ondan əl çəkmədiyi barədə yataqxanada şayələr yayıldıqda artıq dözməyib uşaqları ilə birlikdə Astara rayonuna ata evinə gedib Sumqayıt şəhərinə qayıtmamışdır. Buna baxmayaraq ərindən boşanmamış, əridə onları atmamışdır. Valeh telefonla danışarkən dəfələrlə demişdir ki, Mehriban və anası Xatunə onu Mehribanı zorlamaqda şantaj edib Mehriban özünə mobil telefon, əlavə 200, 300, 500 manat pul almış, sonralar bu onlarda vərdişə çevrilib növbəti dəfə Mehribanın istədiyi 200 manatı vermədikdə onlar azğınlaşıb harda gördülər üstünə hücum çəkib onu döyüb söymüşlər, hətta qorxusundan onları görəndə gizlənmiş, Mehriban qızlıq bəkarətinin onun (Valeh) tərəfindən pozulduğunu iddia edib qızlıq pərdəsinin bərpası adı ilə 3000 manat istəmişlər. 05.09.2020-ci il tarixdə günorta saatlarında əri Valehin 04.09.2020-ci il tarixdə axşam saatlarında Mehribanı qəsdən öldürüb Xatunəyə çoxsaylı bıçaq xəsarətləri yetirməsi barədə eşitmişdir (2-ci cild iş vərəqi 17-20). İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, uşaqlıqdan Təqsirləndirilən şəxs ilə bir məhəllədə böyüdüyündən münasibətləri yaxşı olmuş, yaşadığı ev Valehin yaşadığı H.Zeynalabdin qəsəbəsi SZK Yataqxana 2 ünvana yaxın olduğundan onunla tez tez görüşmüş, onu sakit adam kimi tanımış, mərhum Zərərçəkmiş şəxs1 bir neçə il əvvəl ailəsi ilə həmin yataqxanaya köçüb orada yaşamışdır. Mehribanın anası Xatunəni, atası Aydını tanımış, Valehin Mehribanla münasibəti olub onunla görüşdüyünü bilmiş, hətta onları bir yerdə görmüş, sonradan onlar ayrılsa da bunun səbəbini Valehdən soruşmamış və sonuncu da ona deməmişdir. Valeh Mehribanla ayrılandan sonra 2020-ci ilin təxminən may ayından başlayaraq Mehriban və onun anası Xatunə, atası Aydın Valehi harda gördü mübahisə yaradıb onunla dava-dalaş etmişlər. Hamı onları münaqişəli qonşu kimi tanımış. 04 sentyabr 2020-ci il tarixdə saat 21-21:30 radələrində yaşadığı evin həyətində siqaret çəkərkən səs-küy eşidib həmin istiqamətə baxdıqda Valehin qabaqda Mehribangilin arxadan gəldiyini görmış, səs-küyü onların salmaqla növbəti dəfə mübahisə etmələrini başa düşmüş və bu səbəbdən buna əhəmiyyət verməmişdir. Valeh gəlib ona çatanda ondan köynək istəmiş, diqqət etdikdə Valehin əynində olan boz rəngli köynəyin cırıldığını görmüş, evə keçib özünə məxsus uzunqol göy rəngli köynəyi gətirib Valehə vermiş, Valeh köynəyi dəyişib yoluna davam etmişdir. Ondan nə baş verdiyini soruşsa da Valeh bir söz demədiyi üçün arxasınca getməmiş, təxminən 2-3 saatdan sonra, Valehin yaşadıqları blokda əvvəl Mehribana sonra Xatunəyə çoxsaylı bıçaq zərbələri endirdiyi, polis əməkdaşlarının və qonşuların haraya gəlib Valehin Xatunəyə yetirəcəyi zərbələrin qarşısını aldığı, polis əməkdaşlarının Valehi tutub saxladıqları, TTY briqadasının Mehribanı və Xatunəni xəstəxanaya apararkən Mehribanın aldığı xəsarətlərdən yolda öldüyü, Xatunənin isə vəziyyətinin ağır olduğu barədə xəbərlər yayılmışdır (2-ci cild iş vərəqi 118-121). İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 ifadəsində göstərmişdir ki 2019-cu ildən Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, SKZ Yataqxana 2 ünvanda, 18 nömrəli bir otaqlı mənzildə yaşayır. Qonşuluğunda 21 nömrəli mənzildə Zərərçəkmiş şəxs3 arvadı Xatunə, qızı Mehriban və xəstə oğlu Abdulla ilə, yataqxananın 28 nömrəli iki otaqlı mənzilində isə Təqsirləndirilən şəxs, validenləri və arvad-uşağı ilə yaşamışdır. Qonşu kimi münasibətləri normal olmuş, son bir neçə ay ərzində Valehlə Aydının ailəsi arasında tez-tez mübahisə, dava-dalaş baş vermiş, həmin dava-dalaşı isə hər dəfə Valeh yaratmışdır. Söhbətlərdən belə məlum olmuşdur ki, bu qalmaq Aydının qızı Mehribanla əlaqədar olmuşdur. Mehribanın anası Xatunə demişdir ki, qızı Valehə nişanlı olub, nişanı qaytardığından Valeh qızından əl çəkməyib onları bu qaydada incidir. 04 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində yataqxananın həyətində qarışıq səslər eşidib həyətə boylananda Xatunənin və Mehribanın polis əməkdaşları ilə danışdıqlarını, Valehin adını çəkdiklərini eşitmiş və başa düşmüşdür ki, yenə Xatunə və Valeh arasında dava-dalaş baş vermiş, bu səbəbdən polis əməkdaşları gəlmişdir. Ona görə buna əhəmiyyət verməmiş, polis əməkdaşları ətrafı gəzib yataqxanaya qayıdıb oradan getmişlər. Bundan 5-10 dəqiqə sonra blokda Xatunənin vahiməli qışqırıq səsini eşidib dəhlizə çıxdıqda qışqırığın pilləkənlərdən gəldiyini bilib aşağı boylanarkən blokun birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında olan meydançada Valehin Mehribana əlindəki bıçaqla sürətli ardıcıl zərbələr endirdiyini görmüşdür. Həmin yerə getmək üçün pilləkənlərlə düşərkən hadisəni diqqətdə saxlamağa çalışmış, bu vaxt Xatunənin Valehi tutub onun yetirdiyi zərbələrinə mane olmağa çalışaraq: «Balamı öldürmə, yazığam!»,- deyib ona yalvarıb aman diləməsini, Valehin buna əhəmiyyət vermədiyini, Xatunə Mehribanı həmin zərbələrdən qorumaq üçün qızını qucaqlayıb bədəni ilə onu örtdüyünü, Valeh Xatunənin sinə nahiyəsindən bıçaq zərbəsi endirib onu birinci mərtəbəyə doğru itələyib yerdə uzanmış Mehribanın sol tərəfindən növbəti bıçaq zərbəsi vurduğunu, bu vaxt qonşuların bloka daxil olduqlarını, Valeh bunu görüb əlində bıçaq bloku tərk etmək istərkən az əvvəl həyətə gələn polis əməkdaşlarının Valehi tutub apardığını görmüşdür. O, Mehribangilə yaxınlaşarkən sonuncular qan içərisində olmaqla Mehriban xırıldayıb huşsuz vəziyətdə olmuş, kömək edib onu yerdən qaldırmış, qanı dayanmamış, Xatunə qışqırıb qızına və ona kömək göstərilməsini, təcili tibbi yardım çağırılmasını xahiş etmiş, kimsə demişdir ki, təcili tibbi yardım çağırılıb, narahat olmasın. Bu arada təcili tibbi yardım briqadası gəlib Mehribanı və Xatunəni xəstəxanaya aparmış, az sonra xəbər gəlmişdir ki, Mehriban xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölmüş, Xatunənin vəziyyəti ağır olmaqla üzərində əməliyyat aparlır (2-ci cild iş vərəqi 113- 116). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan hadisə yerinə baxış keçirlməsi haqqında 22 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi SZK Yataqxana 2 ünvanın 1 saylı blokudur. Blokun birinci mərtəbəsində və birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan meydançanın döşəməsində müxtəlif ölçülərdə yaxma, nöqtəvari qana bənzər ləkələr aşkar edilmişdir (1-ci cild iş vərəqi 3-5). İşdə olan şəxsi axtarışın və götürmənin aparılması haqqında 5 senyabr 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış zamanı 1 ədəd qana bənzər ləkələrlə əhatə olunmuş dəstəyi ağ-göy və qırmızı rəngli bərk plastmas materialdan olan bıçaq aşkar edilmişdir (1-ci cild iş vərəqi 52-53). İşdə olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 13 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, tanıyan Zərərçəkmiş şəxs2 təqdim edilən bıçaqlar arasında “2” nömrə altında nömrələnmiş bıçağı onun xarici görkəminə və materialına görə, Təqsirləndirilən şəxs oğunun həmin bıçaqla ona və qızı Mehribana deşilmiş-kəsilmiş xəsarətlər yetirdiyinə görə tanımışdır (2-ci cild iş vərəqi 83-87). İşdə olan əşya və paltarlara baxış keçirilməsi haqqında 20 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən əynində olmuş 1 ədəd, köynəyin sol qolunun ön səthində, sərbəst kənardan 22 sm məsafədə fasiləli xarakterli qəhvəyımtıl-bozumtul ləkələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd şalvarın bel kənarından 20 sm, sağ yan tikişdən 11 sm məsafədə qəhvəyimtıl-bozumtul ləkələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən istifadə etdiyi 1 ədəd bıçaq tiyə və dəstək hissədən ibarət olub qatlanmayan tiplidir, ümumi uzunluğu 224 mm-dir. Bıçağın tiyəsinin uzunluğu 124 mm, eni əsasında 22 mm, ortada eni 20 mm, tiyənin kənarı itilənmiş formadadır, ucu əyilmişdir, üzərində qonur qəhvəyi ləkələr vardır. Bıçağın dəstəyi qırmızı, mavi və ağ rəngli sərt plastmas materialdandır. Dəstəyin uzunluğu 100 mm-dir, bıçağın tiyəsinin ucundan başlayaraq dəstəyinədək olan məsəfadə qəhvəyimtıl-bozumtul qana bənzər ləkələr aşkar edilmişdir (1-ci cild iş vərəqi 189-196). İşdə olan paltarlara baxış keçirilməsi haqqında 20 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı mərhum Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd köynək, göy rəngli, cinsə bənzər sintetik materialdan olub qolsuzdur, köynəyin ümumi uzunluğu 50 sm, çiyin nahiyəsində eni 32 sm, sinəsi bozumtul krujevadandır, öndən altı ədəd ağ rəngli plasmas düymə ilə bağlansada düymələrin ikisi yoxdur. Koftanın öndən bağlanan hissəsinin ucları üç bucaq olmaqla bir qədər uzundur, köynək nimdaşdır, üzərində geyilmə əlamətləri hiss edilir, köynək bütün səthi boyu qəhvəyimtıl-bozumtul ləkələrlə əhatə edilmişdir. Üzərində arxa sol yuxarı səthində, sol qoltuqaltı tikişindən 2,0 sm, aşağıda və sol yan tikişdən 1,3 sm sağa 2,0 sm və 2,5 sm olan iki ədəd dəlib-keçən zədə aşkar edilmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd şalvar qara rəngli sintetik materialından olub ümumi uzunluğu 89 sm, bel nahiyəsində eni 35 smdir, geyinilmişdir, içərisi xovludur, sağ-sol, yan və arxa cibləri olmaqla arxa sağ cibinin üzərində gümüşü rəngli sapla tikilmiş naxış vardır, şalvar üzərində zədə olmasa da, səthi boyu qəhvəyimtıl-bozumtul ləkələrlə əhatə edilmişdir. Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd trusiy bej rəngli, beli rezinli, üzərində qara-qırmızı dairəvi naxışları olmaqla ümumi uzunluğu 28 sm, bel nahiyəsində eni 34 sm-dir, üzərində hər hansı zədə aşkar edilməmişdir. Trusiyin ön səthində bel kənarında, arxa səthinin orta sol hissəsində qonur qəhvəyi rəngli ləkələr vardır. Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd buzqalter qara rəngli olub bel dairəsi 70 sm-dir, üzərində geyinmə izləri var, buzqalterin daxilində «Made in China 38/35» yazısı olan ağ rəngli etiket tikilmiş, üzərində zədə yoxdur, buzqalterin sol yan haşiyəli kəmər hissəsinə keçən sahədə fasiləli xarakterli qəhvəyimtıl-bozumtul ləkələr aşkar edilmişdir (1-ci cild iş vərəqi 178-188). İşdə olan Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər rayonlararası narkoloji dispanserin təqdim etdiyi sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinəyə dair vermiş olduğu A/620 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.09.2020-ci il tarixdə saat 01:20-də müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu müəyyən edilməmişdir (1-ci cild iş vərəqi 28). İşdə olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında 23 oktyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Xatunə Cabarovaya harada, hansı şəraitdə bıçaq zərbələri yetirdiyini əyani danışıb göstərərək törətdiyi cinayəti təkrar səmimi etiraf etmiş və bu barədə video və fotoçəkiliş aparılıb protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 227-244). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 16 oktyabr 2020-ci il tarixli 94 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyiti üzərində aşağıdakı xəsarətlər vardır: sol bazunun 03 (üç) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin 02 (iki) ədəd döş boşluğuna nüfuz edən və sol ağ ciyəri zədələyən deşilmiş-kəsilmiş yaralar. (Yara kanalının hər birinin uzunluğu 8,5 sm, yara kanallarının istiqamətləri soldan-sağa, arxadan önə doğrudur)-qarın nahiyəsinin sol yan səthinin bir ədəd qarın boşluğuna nüfuz edib nazik bağırsaq müsariqəsinin və nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası. (Yara kanalının uzunluğu 10,0 sm, yara kanalının istiqaməti soldan sağa və bir qədər arxadan önə doğrudur). Qeyd olunan xəsarətlər həyatidirlər, deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən yaranmışdırlar,onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 04.09.2020-ci il tarixdə bıçaqla yetirilən zərbələrin təsirindən yarana bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin və qarın nahiyəsinin boşluqlara nüfuz edən sol ağ ciyəri, nazik bağırsaq müsariqəsini və bağırsağı zədələyən deşilmiş kəsilmiş yaraların törətdiyi kəskin daxili qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə kimya təqqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, l,4 benzodiazepin törəmələri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən çoxdur. Zərərçəkmiş şəxs1 uşaqlıq yolu və arxa keçəcək dəliyindən götürülmüş tamponlarda məhkəmə tibbi təqqiqatı zamanı tək- tək spermatozoid aşkar edilmişdir (1-ci cild iş vərəqi 268-277). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 08 dekabr 2020-ci il tarixli 1464 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər: başın ənsə nahiyəsinin 01 (bir) ədəd yarası, döş qəfəsinin sağ yarısının döş boşluğuna keçməyən 01 (bir) ədəd yarası, sağ bazu oynağının 01 (bir) ədəd, sağ kürəkaltı nahiyənin 01 (bir) ədəd, sağ qoltuqaltı nahiyənin 01 (bir) ədəd, sağ döş vəzisinin 01 (bir) ədəd, sol döş vəzisinin 01 (bir) ədəd, sol dirsək oynağının 01 (bir) ədəd yarası kimi xəsarətlər olmuş, Qeyd edilən xəsarətlərdən başın ənsə nahiyəsinin yarası küt əşya təsirindən törənmişdir, ola bilsin ki, bıçağın küt hissəsinin təsirindən əmələ gəlmişdir və sağlamlığa zərərurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Döş qəfəsinin sağ yarısının döş boşluğuna keçməyən 01 (bir) ədəd yarası, sağ bazu oynağının 01 (bir) ədəd, sağ kürəkaltı nahiyənin 01 (bir) ədəd, sağ qoltuqaltı nahiyənin 01 (bir) ədəd, sağ döş vəzisinin 01 (bir) ədəd, sol döş vəzisinin 01 (bir) ədəd, sol dirsək oynağının 01 (bir) ədəd yarası deşici kəsici alətlə ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər. Xəsarətlərin yetirilmə müddəti 04.09.2020-ci il tarixə uybun gəlir (2-ci cild iş vərəqi 135-136). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 16 oktyabr 2020-ci il tarixli 1299 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir (1-ci cild iş vərqi 278-280). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 07 sentyabr 2020-ci il tarixli 1055 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır; sağ çiyinüstü, sol kürəküstü və döş nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 04.09.2020-ci il tarixdə yarana bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (1-c cild iş vərəqi 256- 258). İşdə olan məhkəmə-tibbi kriminastik ekspertiza üzrə 09 oktyabr 2020-ci il tarixli 449/2020-MTKŞ saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa sol yuxarı səthində 02 (iki) ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpu olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthində tikilmiş altı ədəd düymədən yuxarıdan saymaqla 02 saylı düymənin öz yerində olmaması aşkar olundu. Ba da köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 qızma məxsus şalvar, tuman və buzqalter üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın arxa sağ nahiyəsində tikilmiş emblemin aşağı hissəsi tam aralanmış vəziyyətdədir. Bu da şalvarın müvafiq nahiyəsinə küt dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sağ və sol yarısında onun bütün səthi boyu orta yan hissələrində qonur qəhvəyi rəngli qeyri müəyyən qan ləkələri aşkar olundu. Bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkəisiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvarın sol ayaq hissəsinin daxili səthində, sol ayaq hissəsinin ön səthində qan ləkələri aşkar olundu. Bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus tumanın ön səthində bir qədər solda, arxa səthində orta sol hissədə qan ləkələri aşkar olundu. Bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus buzqalterin sol kasacığının ön səthində qan ləkəsi aşkar olundu. Bu qan ləkəsi qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvarın sağ ayaq hissəsinin ön səthinə, sağ qolunun ön səthində qan ləkəsi aşkar olundu. Bu qan ləkəsi qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sağ yarısının ön səthində, sol kənarının ön səthində qan ləkəsi aşkar olundu. Bu ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin sol səthində qan ləkələri aşkar olundu. Bu ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsuli ilə hazırlanmış və soyuq silah hesab edilmir (1-ci cild iş vərəqi 197-203). İşdə olan məhkəmə-tibbi-bioloji ekspertiza üzrə 689/2020 MTBŞ saylı 09 oktybr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu O/İ/, təqsirləndirilən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu O/İ/, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu 0/İ/-dir. şəxsiyyət vəsiqəsinə əsasən. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynək, şalvar trusik, buzqalter, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, həmçinin bıçağın tiyəsi üzərində və 02 paketdə təqdim edilmiş 02 və 03 ədəd gigiyenik çubuqların bir pambıq uduqlarında insan qanı ləkələri aşkar olundu. Qan qrupa ABO sistemi üzrə təyin olunduqda Zərərçəkmiş şəxs1 məxsus köynək şalvar, trusik, buzqalter, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, köynək üzərində göstərilən ləkələrdə, həmçinin bıçağın tiyəsi və paketlərdə olan iki və üç ədəd gigiyenik çubuqların pambıq uduqlarında olan qan ləkələrində yalnız «H» antigeni, Zərərçəkmiş şəxs1 məxsus köynək, şalvar, buzqalterində olan ləkələrdə həmçinin alfa, betta aqqlyutinləri alındı. «H» antigeni əsas antigen kimi 01 qrupu xarakterizə etdiyindən ləkələrdə yalnız onun alınması qanın həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasım göstərir və bu halda göstərilən qan ləkələri ABO sistemi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Bununla belə hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs bədənində ölçü, xarakter və yaranma mexanizmi nəzərə alınmaqla göstərilən qan ləkələrində eyni qan qrupuna malik Təqsirləndirilən şəxs və qan qarışığının olması inkar oluna bilməz. Zərərçəkmiş şəxs1 məxsus şalvar, buzqalter və Təqsirləndirilən şəxs məxsus köynək üzərində olan digər ləkələrdə qan aşkar olunmadı (1-ci cild iş vərəqi 165-174). İşdə olan məhkəmə material-maddə və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizası üzrə 10 dekabr 2020-ci il tarixli 6/2540 saylı ekspert rəyindən görünür ki, təqdiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qara rəngli şalvar üzərində tapılmış bozumtul qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan cins şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən paltarların tərkib lifləri yoxdur.Təqdim edilmiş bıçaq üzərində Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd olunan paltarların tərkib liflərdən yoxdur (2-ci cild iş vərəqi 147-153). İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə 11 dekabr2020-ci il tarixli 2442 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən onda hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs intelektual imkanları normaya uyğundur, hövsələsizlik inadkarlıq, hirslilik, özünü müdafiə etməyə meyillik, məsuliyyətsizlik, laqeyidlik, qıcığa qarşı həssazlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli- intelektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinin törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqi 154- 158). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 29 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 286-287). İşdə olan AZ İİİ № 404074 saylı və AZ İİİ 735244 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2014-cü il və 2016-cı il təvəllüdlü iki azyaşlı uşağı vardır (2-ci cild iş vərəqi 24-25). İşdə olan Sumqayıt şəhər Pİ-nin 2-ci PB-dən daxil olmuş 19.11.2020-ci il tarixli 125- 6161-1220 saylı məktuba əlavə edilmiş materialdan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında mütəmadi mübahisə olması ilə əlaqədar onlar həmin bölmədə münaqişəli aliələr kim qeydiyyata götürülmüşlər (2-ci cild iş vərəqi 88-97). İşdə olan Sumqayıt şəhər Kommunal Təssərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil Komunal sahəsinin təqdim etdiyi 26.10.2020-ci il tarixli 1451 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi SKZ-nin 2 saylı yataqxananın 21 nömrəli mənzilində yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunmuşlar (cild 2 iş vərəqi 47-51). İşdə olan Sumqayıt şəhər Kommunal Təssərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil Komunal sahəsinin təqdim etdiyi 26.10.2020-ci il tarixli 1447 saylı arayışından görünür ki, təqsirdəndirilən şəxs Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbsi SKZ yataqxana 2 otaq 28-də yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur (2-ci cild iş vərəqi 52,54). İşdə olan şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdə saat 02:00-da tutulmuşdur (1-ci cild iş vərəqi 29-30). İşdə olan Sumqayıt şəhər məhkəməsinin 05 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 05 sentyabr 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 63-64). Lakin, Təqsirləndirilən şəxs tutulması (azadlıqdan məhrum etmə cəzasının başlanğıcı) tutulma protokolunun tərtib edildiyi 5 sentyabr 2020-ci il tarixdən deyil, onun polis əməkdaşları tərəfindən faktiki saxlanılaraq polis idarəsinə gətirildiyi andan - 04 sentyabr 2020-ci il tarixdən saat 21:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 221.2.2, 120.2.2, 120.2.4, 29,120.2.2, 29, 120.2.4 və 29,120.2.7-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 120.2.7-ci maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.2.2-ci maddəsinin sanksiyasında ki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4 və 120.2.7-ci maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 221.2.2-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.5ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarı 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək); əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır; xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz; həmin qərarın 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Fazl oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın - himayəsində 2 azyaşlı uşağının olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2, 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı faktiki saxlanıldığı 04 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Fazl oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın - himayəsində 2 azyaşlı uşağının olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2, 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının faktiki saxlanıldığı 04 sentyabr 2020ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Sumqayıt şəhər prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd göy rəngli uzunqol köynək, 1 ədəd qara rəngli cins materialdan şalvar, təqsirləndirilən şəxsin cinayət törədərkən istifadə etdiyi 1 ədəd dəstəyi ağ, göy və qırmızı rəngli zolaqlı sərt plasmas materialdan olan mətbəx bıçağı, mərhum Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli şalvar, 1 ədəd qolsuz öndən düymələrlə bağlanan köynək, 1 ədəd qara rəngli buzqalter, 1 ədəd bej rəngli üçkünc trusiy, 5 ədəd gigiyenik başlıqlı pambıq çubuqlar məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29, 120.2.4, 29,120.2.7 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.2.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı faktiki saxlandığı 04 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Sumqayıt şəhər prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd göy rəngli uzunqol köynək, 01 ədəd qara rəngli cins materialdan şalvar, təqsirləndirilən şəxsin cinayət törədərkən istifadə etdiyi 01 ədəd dəstəyi ağ, göy və qırmızı rəngli zolaqlı sərt plasmas materialdan olan mətbəx bıçağı, mərhum Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli şalvar, 01 ədəd qolsuz öndən düymələrlə bağlanan köynək, 01 ədəd qara rəngli buzqalter, 01 ədəd bej rəngli üçkünc trusiy, 05 ədəd gigiyenik başlıqlı pambıq çubuqlar məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar