Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-616/2024 11.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X6, ölmüş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 hüquqi varisi X1, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı ildə Füzuli rayonunun Qərbənd kəndində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan(qəssab fəaliyyəti ilə məşğul olan), Füzuli rayonunun Qərbənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Qızıl Balıq” uşaq baxçasında məskunlaşaraq yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edərək üzərində gəzdirib, özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz girməklə silah qismində istifadə edilən əşyalar tətbiq edərək hücuma məruz qalmış şəxslərin sağlamlıqlarına ağır zərər vurulması və onların həyatları üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmiş, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki nəfərdən çox şəxsi, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüş, Zərərçəkmiş şəxs1 isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə təxminən saat 19 radələrində qəssablıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "Toğrul" marketin yanındakı qəssabxanada şam edib, spirtli içki olan araq qəbul etdikdən sonra, həyat yoldaşının ondan ayrılmasının, uşaqlarına aliment ödəməsinin səbəbkarı kimi gördüyü və əvvəllər ondan şikayətçi olaraq məsuliyyətə cəlb etdirdiyinə görə ədavətli münasibətlərdə olduğu keçmiş qaynanası, eyni zamanda xalası 1945-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 qızıl-zinət məmulatları va pul vəsaitlərini ələ keçirmək məqsədilə həmin gün sonuncunun Buzovna qəsəbəsi, Naxçıvani küçəsində, yeni yaşayış sahəsində yerləşən fərdi evində 1939-cu il təvəllüdlü əri Zərərçəkmiş şəxs2 və ruhi xəstəlikdən əziyyət çəkən 1971-ci il tavəllüdlü oğlu Zərərçəkmiş şəxs3la birgə olduğunu, daimi o evdə qalan Zərərçəkmiş şəxs1 isə iş növbəsində olduğunu öyrənib, cinayətkar niyyətini həyata keçirmək üçün hazırlıq işləri görüb qanunsuz olaraq soyuq silah olan bir ədəd deşici, kəsici, çapıcı aləti, yəni bıçağı əldə edərək, bir ədəd kəsilmiş bel sapından taxta dəyənəklə 1 cüt parça əlcəyi də çantaya qoyub üzərində gəzdirərək əyninə hərbi geyim forması olan buşlat geyinib, sifətini gizlətmək məqsədilə maska kimi istifadə elmək üçün bir ədəd qara rəngli "çeçenka" tipli idman papağına bıçaqla iki göz yeri açaraq həmin papağı başına qoyub, saat 18 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla "Maxim 211 E' şirkətinə zəng edib olduğu yerdən Binə qəsəbəsinin mərkəzinə taksi sifariş verərək, ünvana gələn Şahid6 idarə eldiyi “Kia Rio” markalı "**-OA-***" dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Binə qəsəbəsi istiqamətində gedərkən yolda sürücüyə Buzovna şöbəsi Nərimanov küçəsinə getməsini xahiş edib, 10 manat pul ödəyərək qeyd olunan ərazidə magistral yolun kənarında avtomaşından enib parça əlcəklərini əlinə geyinib Zərərçəkmiş şəxs4 yaşadığı evə piyada irəliləyərək dəmir darvazanı döyüb çantasındakı taxta dəyənəyi və deşici, kəsici, çapıcı aləti çıxararaq əlində hazır vəziyyətdə saxlayıb papağını aşağı çəkərək sifətini gizlədib törədəcəyi əməllərin ictimai təhlükəli olduğunu qabaqcadan görərək və bunları arzu edərək qapını açan, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 yaşı ilə bağlı hərəkət məhdudiyyətini bilərək ona müqavimət göstərmək imkanında olmuyacağını bilə-bilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla basqın edib sonuncunun baş nahiyəsinə əlindəki taxta dəyənək və alətlə ardıcıl zərbələr endirərək sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmanın əlamətinə malik başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi, ənsə sümüyünün çapılması və arxa kəllə çuxuruna davam edən xətli sınığı ilə nəticələnmiş ənsə nahiyəsinin 1 ədəd kəsilmiş- çapılmış yarası; başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyəsinin təpə gicgah sərhəddinə yaxın 3 ədəd kəsilmiş-çapılmış yaraları sol və sağ qulaq seyvanının 2 ədəd, üzün sol yarısının 1 ədəd kəsilmiş yaraları, sağ qulaq seyvanının (1 ədəd), sağ gözətrafı nahiyənin (1 ədəd), sol gözətrafı nahiyənin (1 ədəd), sağ almacıq nahiyəsinin (1 ədəd), sol almacıq nahiyəsinin (1 ədəd), üst dodağın (1 ədəd), sağ kürək nahiyəsinin (1 ədəd) qançırları (cəmi 7 ədəd) xəsarətləri; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik sol və sağ qulaq seyvanının 2 ədəd, üzün sol yarısının 1 ədəd kəsilmiş yaraları (cəmi 3 ədəd) xəsarətləri; sağlamlığa zərərvurmayan xəsarətin əlamətlərinə malik sağ qulaq seyvanının (1 ədəd), sağ gözətrafı nahiyyənin (1 ədəd), sol gözətrafı nahiyyənin (1 ədəd), sağ almacıq nahiyyəsinin (1 ədəd), sol almacıq nahiyyəsinin (1 ədəd), üst dodağın (1 ədəd), sağ kürək nahiyyəsinin (1 ədəd) qançırları (cəmi 7 ədəd) xəsarətləri yetirərək qəsdən öldürmüş, bundan sonra evə daxil olaraq işığı yanmayan yataq otağında yerdə uzanıqlı vəziyyətdə, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 yatdıqları yerdə, həmçinin otağın qaranlıq olması ilə bağlı görmə məhdudiyyətlərini bilərək, üstəlik Zərərçəkmiş şəxs3 ruhi və nevroloji xəstəlikdən əziyyət çəkdiyini və buna görə də ona müqavimət göstərmək imkanına malik olmayacağını bilə-bilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək əlindəki taxta dəyənək və alətlə Zərərçəkmiş şəxs4 zərbələr endirib sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malik başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyəsinin 2 ədəd kəsilmişçapılmış yara xəsarətləri; sağlamlığa zərərvurmayan xəsarətin əlamətlərinə malik sol qulaq seyvanı ətrafı yumşaq toxumalar boyunun sol yan səthinə doğru davam edən (1 ədəd), boyunun arxa səthinin aşağı üçdə birinin (1 ədəd) qançırları, sağ saidin aşağı üçdə birinin bayır səthinin (1 ədəd), sağ ayağın bayır topuğunun (1 ədəd) sıyrıqları (cəmi 4 ədəd) xəsarətləri; daha sonra Zərərçəkmiş şəxs3 zərbələr endirib sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malik başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi, sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan sol gicgah nahiyyəsinin 1 ədəd kəsilmiş-çapılmış yarası xəsarəti; həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malik başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyyəsinin təpə sərhəddinə yaxın 4 ədəd kəsilmiş-çapılmış yaralan xəsarətləri; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmanın əlamətinə malik sol qulaq seyvanının (1 ədəd) kəsilmiş yarası xəsarəti; sağlamlığa zərərvurmayan xəsarətin əlamətlərinə malik hər iki gözətrafının bütünlüklə, sifətin sol yarısında sol qulaq seyvanını əhatə edən (1 ədəd), sol çiyin nahiyyəsinin (1 ədəd), sol əlin arxa səthinin (1 ədəd) qançıları; sol dirsək nahiyyəsinin (1 ədəd), sol saidin orla üçdə birinin arxa səthinin (1 ədəd), sağ saidin yuxarı üçdə birinin arxa-iç səthinin (İ ədəd) sıyrıqları (cəmi 8 ədəd) xəsarətləri yetirdikdən sonra evdə olan otaqlarda qızıl-zinət əşyaları və pul axtarmış, evi tərk elmək istəyərkən qapını açıb həyətə daxil olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 da taxta dəyənək və alətlə zərbələr endirərək sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya malik təpə və ənsə nahiyəsinin kəsilmiş yaraları, sağ gözaltı nahiyənin, boyunun qançırları, burunun səthi sıyrığı xəsarətləri yetirərək hadisə yerini tərk edib qaçmış, aldıqları həyatla bir araya sığmayan xəsarətlər nəticəsində X15 yerləşdirilmiş Zərərçəkmiş şəxs3 29 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 isə 1 dekabr 2022-ci il tarixdə ölmələrinə səbəb olmaqla, qanunsuz olaraq soyuq silah əldə edərək üzərində gəzdirib, özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşyalar tətbiq edərək hücuma məruz qalmış şəxslərin sağlamlıqlarına ağır zərər vurulması və onların həyatları üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etməklə, onun üçün aşkar surətdə köməksiz vəziyətdə olan iki nəfərdən çox şəxsi, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyaldan məhrum etmiş, Zərərçəkmiş şəxs1 isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, baş verən cinayət hadisəsi barəsində məlumatı olmamış, ona və oğullarına qarşı fiziki təzyiq olunduğuna görə baş verən cinayət hadisəsinin tərəfindən törədildiyini etiraf etmişdir. Oğlu ona zəng etdikdən sonra cinayət hadisəsi barəsində məlumatı olmuş, bundan sonra atası və dayısını götürüb hadisə baş verən yerə getmişdir. Polis əməkdaşları hadisə baş verən əraziyə heç kəsi buraxmadığı üçün evə daxil ola bilməmişdir. Hadisə yerində olarkən Zərərçəkmiş şəxs2ın öldüyü və digər şəxslərin isə xəstəxanaya aparılmaları haqqında məlumat almışdır. Ölən şəxslərin kimlərləsə ədavət və düşmənçiliklərinin olması barədə məlumatının olmamısını bildirmişdir. Bundan başqa o, hadisə nəticəsində ölən şəxslərlə qohumluq münasibətləri olsa da, onlar yaşayan evə gəliş-gedişinin olmadığını, əvvəllər aralarında ailə münaqişəsi zəminində mübahisələrin olduğunu bildirmişdir. Keçmişdə ailə münaqişəsi zəminində Zərərçəkmiş şəxs4 ilə mübahisə etmişdir. Hadisənin nə zaman baş verməsini xatırlamadığını bildirsə də, hadisə baş verən gün dükanda olduğunu qeyd etmişdir. Dükanından çıxdıqdan sonra Fərhad kafeyə dostunun yanına getmiş, orada da hansı müddət ərzində olduğunu xatırlamadığını bildirmişdir. Spirtli içkini gündüz vaxtı qəbul etmiş, hadisə günü taksidən istifadə etməmişdir. Polis şöbəsində olarkən polis əməkdaşlarının onun evindən paltarlarının götürülməsi ilə bağlı danışıqlar apardıqlarını müşahidə etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Eüzuli rayonu. Qərbənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Qızıl Balıq" uşaq bağçasında ailə üzvləri ilə birlikdə yaşayır. Qəssablıq edərək ailəsinin dolanışığını qarşılayır, Hövsan qəsəbəsində "Toğrul" marketlə üzbəüz yerləşən "Nofəl ət dükanı" adlı mağazanı icarəyə götürmüş, həmin mağazada ət kəsimi işi ilə məşğul olur. Kəsim işlərini özü tək həyata keçirir. O, təxminən 1998-ci ildə öz xalası qızı X4 ilə ailə həyatı qurmuş, həmin nikahdan onların üç oğlan övladı dünyaya gəlmişdir. Təxminən 15-16 il əvvəl rəsmi olaraq boşanmış, lakin həyat yoldaşı və uşaqları onunla birlikdə yaşamışlar. Övladlarından böyük oğlu İsrafil Memarlıq və İnşaat Universitetinin 4cü kursunu bitirmişdir, kəsirləri olduğundan hazırda təhsilini davam etdirmişdir. İkinci oğlu İdris Dillər Universitetində 4-cü kurs tələbəsidir. Üçüncü oğlu Səfər isə 9-cu sinifdə oxuyur. Həyal yoldaşı 196 nömrəli məktəbdə dil-ədəbiyyat müəllimi işləyir. Zərərçəkmiş şəxs4 onun xalasıdır. Xalası və xalasının ailəsi ilə münasibətlərdə evlənməmişdən əvvəl heç bir problem olmamış, mehriban olmuşlar. Evləndikdən təxminən 4-5 il sonra ailədə problemlər başlamışdır. Buna səbəb xalası Şahirənin onu söyməsi olmuşdur. Həmin vaxt xalası və xalasının əri Elburus öz evinin yanında olan torpaq sahəsində ev tikməyini istəmişlər. İlk əvvəl onun buna fikri olmuş, lakin daha sonra qardaşı əsəb xəstəliyinə tutulduqdan sonra o, Hövsan qəsəbəsində yaşadığı evdə qardaşını tək qoyub, Buzovna qəsəbəsinə köçə bilməmişdir. Həmin vaxt xalası ona "kişi deyilsən ev tikmirsən" deyə söymüşdür. Bundan sonra onların söz-söhbətləri başlamışdır. Həmin sözsöhbətlər nəticəsində o, xalası Şahirəni döymüş, xalasına yumruqla vurmuşdur. Həmin vaxt xalası Şahirə ondan polis orqanlarına şikayət etmişdir. Ona bir il icbari iş vermişlər. Daha sonra həyat yoldaşı xalasının təzyiqi ilə ondan boşanmışdır. Boşandıqdan təxminən dörd-beş ay sonra həyat yoldaşı Təranə ilə barışıb birlikdə yaşamağa başlamışlar. Lakin xalası və sonuncunun ailəsi ilə münasibətləri soyuq olmuşdur. Həyat yoldaşı və uşaqları xalasının evinə gedib-gəlsələr də o, baş vermiş söz-söhbətlərdən sonra xalasıgilin evinə getməmişdir. Ancaq həyat yoldaşı Təranə və uşaqları oraya gedən zaman ola bilsin ki, uşaqları maşınla aparıb evə düşürüb qayıtmış, lakin həyətə girməmişdir. Xeyir-şər məclislərində üz-üzə gəldikdə xalası və xalasının əri Zərərçəkmiş şəxs2la salamlaşmamış, həmin şəxslərdən uzaq yerdə olurmuşdur. Lakin qaynı Rahillə heç bir problemi olmamışdır. Rahil bir neçə dəfə onların evinə gəlmişdir. Rahilin anadangəlmə əqli geriliyi olmuşdur. 29 noyabr 2022-ci il tarixdə o. həmişəki kimi səhər saat 08-09 radələrində evdən çıxıb iş yerinə getmiş, arvadı və kiçik oğlu Səfər məktəbə getmişlər. Digər iki oğlunun dərsləri ikinci növbə olduğundan evdə yatmışlar. O, həmişəki kimi işdə kəsdiyi ətləri satmışdır. Günorta saat təxminən 16-17 radələrində günorta yeməyi yemədiyindən dükandan kolbasa, çörək və "700-750" qramlıq araq alıb iş yerinə qayıtmış, yemək yeyərkən aldığı spirtli içkini də qəbul etmişdir. Demək olar ki, aldığı "700-750" qramlıq arağın hamısını tək içmişdir. Özündən başqa işçi olmadığından həmin vaxt işdə tək olmuşdur. Saatı tam xatırlamasa da hava qaralana yaxın mağazanı bağlayıb yaxınlıqdakı "Pub" kafeyə getmiş, orada bir stəkan çay içmiş, həmin vaxt qəflətən ailə vəziyyəti, maddi imkansızlığı yadına düşmüşdür. İçkili olduğundan keçmişdə baş verən xalasıgillə söz-söhbətləri xatırlamışdır. Həmçinin qeyd etmişdir ki, təxminən bir neçə gün əvvəl xalasıgilin evindən guya 10000 (on min manat) pul oğurlanması haqqında məlumat vermişlər. Lakin evdə gedən söhbətlərdən bilmişdir ki, həmin evdən pul oğurlanmamışdır. Çünki oğurluq söhbəti yayılan vaxt onun arvadı və üç oğlu xalasıgilə getmişlər. O isə evdə olmuşdur. Ailəsi evə qayıtdıqdan sonra xalası arvadına, yəni öz qızı Təranəyə zəng edərək evə adam girməsi və pul oğurlanması barədə məlumat vermişdir. Bütün bu şeylər yadına düşdükdən sonra “Pub" kafeni tərk edib iş yerinə qayıtmış, iş yerindən parçadan tikilmiş, ağ rəngli əl çantasım götürmüş, qəssablığa təzə başlayan zaman düzəltdiyi, iş zamanı heyvan kəsimində istifadə etdiyi bıçağı və qəssabxanada olan taxta parçasını həmin çantaya qoyub əl dükanını bağlamışdır. Xatırladığı qədər ət dükanının qarşısından sifariş verdiyi taksi ilə Buzovna qəsəbəsində "Villa Siena" otelinin qarşısında, "Göbələk" adlı dayanacağın yaxınlığında enmişdir. Taksidən düşüb hadisə törətdiyi ev istiqamətinə gedərkən üzərində əvvəlcədən götürdüyü bıçaqla papağında deşik açmışdır ki, gözləri papağın içərisində görsün. Bundan sonra məhəlləni fırlanıb xalasının yaşadığı evə tərəf getmişdir. Deyəsən evin yerini bir dəfə tapmadığı üçün məhəlləni fırlanmaq məcburiyyətində qalmışdır. Nəhayət evi tapıb darvazanı əli ilə döyməyə başlamış, qapını heç bir şey soruşmadan Elbrus kişi açmışdır. Qaynalası Elbrus qapını açan kimi darvazanın ağzında əvvəlcədən özü ilə gətirdiyi çantadan çıxarıb hazır vəziyyətdə əlində saxladığı kəsik bel sapı ilə Elbrus kişinin baş nahiyəsinə zərblə vurmuşdur. Elbrus kişi arxa-arxaya gedərək səndələyib yerə yıxılmışdır. Təxminən hovuz bərabərində yerə yıxılmış Elburus kişiyə yaxınlaşmış və daha bir neçə dəfə dəyənəklə baş nahiyəsinə zərbələr endirmişdir. Elburusun hərəkətsiz olduğunu gördükdən sonra evin içərisinə keçməmişdən öncə həyətin girişindəki darvazanın qapısını cəftəsi ilə bağlamağa cəhd göstərmiş, lakin qapının cəftəsini bağlaya bilməmişdir. Ona görə də yaxınlıqda olan əl arabasını darvazanın içəri tərəfindən qapıya söykəmişdir ki, qapı açılmasın. Bundan sonra yerdə hərəkətsiz uzanmış Elburus kişinin yan tərəfindən keçərək evə daxil olmuşdur. Qeyd etmişdir ki, o, evə mətbəx tərəfdən daxil olmuşdur. Çünki evin əsas qapısı bağlı olmuş, mətbəxin içərisindən mətbəxə bitişik olan yataq otağına daxil olmuşdur. Mətbəxin işığı yanıq vəziyyətdə olsa da, yataq otağının işığı yanmamışdır. Həmin vaxt Şahirə və Rahil çarpayıların yaxınlığında yerdə atılmış döşəklərin üzərində uzanmışlar və üzərilərini yorğanla örtmüşlər. Bundan sonra əlindəki taxta dəyənəklə həm Rahilin, həm də Şahirənin baş nahiyəsinə dəyənəklə vurmağa başlamışdır. Sonuncuların hər ikisi də hərəkətsiz olduqdan sonra ilk öncə Şahirə ilə Rahil olan otaqda olan sandığın qıfılını sındırıb ağzını açmış, lakin orada hər hansı bir əhəmiyyətli şey, yəni qızıl-zinət əşyası və ya pul tapa bilməmişdir. Bundan sonra o biri otaqlara daxil olub evi axtarmağa başlamışdır ki, qızılzinət əşyası və ya pul tapsın. Baş otaqda səhv etmirsə, 3 ədəd sandıq olmuşdur. Həmin sandıqlarda da nəsə tapmamışdır. Evi kifayət qədər axtardıqdan sonra heç nə tapmayıb evi tərk etmək istəmişdir. Həyətdə darvazaya çatdığı zaman qapının açıldığını görmüş, baldızı oğlu Elburusun içəri girdiyini görmüşdür. Elburus babasını görüb "dədə" demişdir. Elburusun fikrinin babasında olduğunu, əyilib meyilə baxdığını, onu görmədiyini görmüş və cəld tərpənərək Elburusun başından zərbə ilə vurmuşdur. Elburus yıxılıb, ona “mənə dəymə, mənə dəymə" demişdir. Elburus ayağa qalxmaq istəyərkən sonuncunu itələyib darvazadan çıxıb sola dönüb qaçmağa başlamışdır. Bir qədər getdikdən sonra adi yerişlə getmişdir. Gedən zaman yolda əlində olan iş yerindən götürdüyü əlcəyi çıxarıb yol kənarına atmışdır. Daha sonra məhəllələrin arası ilə aşağı tərəfə enib asfalt yolda taksi saxlayıb taksiyə minərək Hövsana yaşadığı evə qayıtmışdır. Hövsana çalmamış oğlu İdris zəng edərək xalasıgildə hadisə baş verdiyini ora gedəcəklərini, onun da ora gəlməsini demişdir. O, oğluna gələcəyini deyib zəngi sonlandırmışdır. Evə çatmağına az qalmış taksidən düşmüş, piyada evə getməyə başlamışdır. Yolda əlindəki sellofan torbanı evin yaxınlığındakı zibil yeşiyinə atmışdır. Həmin vaxt hiss etmişdir ki, sellofan boşdur və hadisə yerinə getdiyində özü ilə apardığı bıçağı hadisə yerində düşürmüş və bıçaq hadisə yerində, yəqin ki, həyətdə qalmışdır. O boyda yolu sellofanı boş-boş gətirmişdir. Evə çatdıqda evin qapısını açıb içəri daxil olmuş, evdəkilər artıq Buzovnaya getmişlər. Hadisə vaxtı əynində olan geyim əşyalarını, yəni qəhvəyi-narıncı rəngli sviterini, boz rəngli şalvarını və hərbi geyim formasına oxşar “buşlat”ını çıxarıb paltarların yanına atmışdır. Ayaqqabılarını da girəcəkdə ayaqqabıların yanında çıxarmışdır. Daha sonra qonşu taksi Zahidə zəng edib çağırmış, yolda atası ilə dayısı Qələri Hövsanda “Zeytun" sovxozundan götürüb Buzovnaya qayınatası Elburusgilə gəlmişlər. 01 dekabr 2022-ci il tarixdə hüquqmühafizə orqanı əməkdaşları onu 2-ci polis şöbəsinə dəvət etdikləri zaman polis şöbəsində sual-cavablardan sonra törətdiyi cinayət əməlini daha gizlətməyin faydası olmadığını görüb bütün cinayət əməllərini, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, həmçinin Zərərçəkmiş şəxs1 əlindəki taxta dəyənəklə vurduğunu. El burns Muradovu. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 öldürmək niyyəti olmasa da öldürdüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, o. hər hansı bir ciddi xəstəlikdən əziyyət çəkməmiş, o cümlədən psixi və nevroloji xəstəlikləri də olmamışdır. Onun Zərərçəkmiş şəxs2. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, o cümlədən Zərərçəkmiş şəxs1 taxta dəyənəklə vurmaqda məqsədinin və niyyətinin nə olduğunu özü də bilməmiş, yəni həmin şəxsləri vuraraq hərəkətsiz vəziyyətə salmaq istəmiş, ölüb-ölməmələri onu maraqlandırmamışdır, o, yalnız maddi sıxıntılarını həll etmək üçün həmin şəxsləri hərəkətsiz vəziyyətə gətirib evdə olan qızıl-zinət əşyalarını və pullan götürmək istəmişdir. Düzdür, təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində həmin evdən oğurluq olması, guya ki nağd şəkildə 10000 (on min) Azərbaycan manatı və 5000 (beş min) Azərbaycan manatı dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumatlar olsa da. o həmin məlumata inanmamışdır. İnanmışdır ki, qaynatasıgil yalan danışmış, evdə pulları da. qızılları da olmuşdur. Lakin hadisəni törətdikdən sonra evi axtardığı zaman pul və ya qızılzinət əşyası tapa bilməmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 öldürdüyünə, hətta Zərərçəkmiş şəxs1 dəyənəklə vurub xəsarət yetirməyinə görə çox peşmandır. Hadisə zamanı hər hansı bir şəxsin ona müqavimət etmək şansı olmadığına görə hadisə zamanı hər hansı bir xəsarət almamışdır. Məhkəmə iclasında verdiyi ifadələr ilə ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti Təqsirləndirilən şəxs ibitidai istintaq zamanı dindirma protokollarına oxumadan imza etdiyini, ekspertiza rəyləri ilə tanış olmadığını bildirmişdir. Məhkəmə iclasında ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, cinayət hadisəsi baş vermədən 10 gün öncə Buzovna qəsəbəsində yerləşən evində baş vermiş oğurluq hadisəsi barədə məlumatlı olmamış, hadisə baş verən zaman Naxçıvanda olmuşdur. Təqsirləndirilən şəxs həm xalası oğlu, həm də kiçik bacısının əri olmuşdur. Bacısı ailəsi ilə birlikə Hövsan qəsəbəsində yaşamış, ərinin başqa qadınlarla münasibəti olduğuna görə ondan ayrılmışdır. Bacısı baş verənləri ondan uzun müddət gizlətmiş və əri Təqsirləndirilən şəxs tərəfindən fiziki təzyiqlərə məruz qalmış, ondan ayrıldıqdan sonra anası ilə birlikdə yaşamağa başlamışdır. Lakin illər sonra bacısı Təqsirləndirilən şəxsla barışmış, normal yaşamağa başlamışlar.Evdən oğurlanan pulun və qızılın miqdarından xəbəri olmamış hadisə barədə məlumatı yoldaşından almışdır. 2020-ci ildə 1 ay anası ilə birlikdə yaşayan zaman anası ona sandıqda olan pul qabının içərisində 3-4 min pulu olduğunu, anası və atasının birlikdə 50000 manat ölüm pulu olduğunu həmin pula yeməyə ehtiyacları olsa belə əl dəyməyəcəklərini bildirmişdir. Hadisə nəticəsində ölmüş qardaşı Zərərçəkmiş şəxs3 iki yaşından ruhi xəstə olduğundan evə daxil olan adamın zahiri görünüşünü təsvir etmək qabiliyyətinə malik olmadığına görə hesab edir ki, cinayəti qohumlarından kimsə törədib və Təqsirləndirilən şəxs törətdiyi cinayətin 10 gün əvvəl baş vermiş oğurluq cinayətinin davamı olduğununu güman edir. Axşam saat 08:10 radalərində oğlu atasına zəng edərək nənəsinin qaldığı evə basqın olduğunu,maskalı şəxs tərəfindən başına zərbə endirilərək yaralandığını bildirmiş hadisə yerinə kömək üçün qonşular gəlmişdir. Təqsirləndirilən şəxs 18 ildir evlərinə gəlməmiş və o da hadisənin baş vermə səbəbini bilməmiş, heç kəslə düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs qardaşının əvvəlcədən əngəlli olmasını və evdə kimlərin yaşadığını bilmişdir. Təqsirləndirilən şəxs anasıgilə gediş-gəlişi olmasa da, onun uşaqlarının anasıgilə gedişgəlişləri olmuşdur. Oğluna işdən evə qayıtdığı zamanlarda əvvəlcə nənə və babasına baş çəkməyi tapşırmışdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək göstəmişdir ki, hadisə baş verən zamana qədər xalasıgilə gediş-gəlişləri olmuşdır. Axşam saat 6-da işdən çıxaraq İnşaatçılar ünvanına telefon götürmək üçün getmiş daha sonra evində yemək hazırladıqdan sonra nənəsigilə baş çəkmişdir. Nənəsinin evinə çatan zaman qapılarının azca aralı olduğunu görmüş, qapı açıq olduğuna görə dayısının evdən qaçdığını güman etmişdir. Evin giriş hissəsində sağda hovuz solda isə sanitar qovşaq olmuş, həyətdə işıq olmasa da nənəsigilin evinin içi işiqlı olmuşdur. Evə daxil olan zaman qaraltıya tərəf gedərək babasının yerdə olduğunu gördüyü anda başına yan tərəfdən zərbə vurulmuşdur. Yerə yıxıldıqdan sonra ayağa qalxmağa çalışarkən boynundan təpik zərbəsi endirilmiş, daha sonra isə qırmızı əl arabasının ona tərəf atıldığını görmüşdür. Vurulduğu anda huşunu itirmiş, hər şeyi bulanıq formada görmüşdür. Onu vuran adam qaçmaq istəyərkən ondan kim olduğunu soruşmuş, arxasına düşəcəyini bildirmişdir. Həmin vaxt şəxs onu itələyərək qaçmışdır. Babasına yaxınlaşan zaman onun üzünün tanınmaz vəziyyətdə olduğunu, evin içinə daxil olduqda isə nənəsinin başının partladığını, burnunun içəri çökdüyünü, çətin nəfəs aldığını, dayısının isə sızladığını görmüşdür. Vəfadar adlı qonşunun qapısını döydükdə onun həyat yoldaşı qapını açmış hadisəni ona danışmış, sonra atasına zəng edib baş verənləri bildirmişdir. Təqsirləndirilən şəxsin üzünü görməməsini həm qaranlıq hava şəraiti, həm sonuncunun üzünün qara maska ilə bağlanması, həm də başına zərbə endirildiyindən bulanıq görməsi ilə əlaqələndirmişdir. Hadisə zamanı gördüyü şəxs ilə məhkəmə iclası zamanı qarşısında olan təqsirləndirilən şəxsin oxşar olduğunu bildirmişdir. Hadisə zamanı gördüyü şəxsin boyu uzun olmuşdur.Təcili tibbi yardım gəldikdən sonra başına Suraxanı ərazisində yerləşən xəstəxanada tikiş atılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, “Qızıl balıq" baxçasında atası Təqsirləndirilən şəxs, anası Təranə Muradova, böyük qardaşı Şahid5 və kiçik qardaşı Səfər Səfərli ilə birlikdə yaşayır. Hadisə günü təxminən saat 20 radələrində xalası oğlu Elburus ona zəng vuraraq “gəldim dədəmgilə, durma gəl, evə oğru girib, evdəkilərin vəziyyəti pisdir" deyə bildirmişdir. Bundan sonra dərhal anasını da götürüb öz avtomaşını ilə babası Elburusgilə getmişdir. Yolda “103" xidmətinə zəng vurub Elburusun ona dediyi hadisə barədə məlumat vermişdir. Babası Elburusgilə çaldıqda polis əməkdaşlarını, ora yığılışmış camaatı və xalası oğlu Elburusu başı qanlı şəkildə çöl qapının qarşısında görmüşdür. Həyətə daxil olduqda babası Elburusu həyətin ortasında yerdə uzanan şəkildə görmüşdür. Həmin vaxt polislər bildirmişdilər ki, babası Elburus artıq ölmüşdür. Sonra anasını babası Elburusu o vəziyyətdə görməməsi üçün həyətə daxil olmamış aparıb maşında oturtmuşdur. Daha sonra saat 21 radələrində birinci atasına zəng edərək hadisə barədə məlumat vermiş və demişdir ki "dədəm Elburusgilə oğru girib, vəziyyətləri pisdir, dur gəl.” Sonra evin içərisinə daxil olmaq istədikdə polis əməkdaşları buna icazə verməmişlər. “103” xidməti çatdıqda isə “103” xidmətinin əməkdaşları ilə evə daxil olaraq nənəsi Şahirə və dayısı Rahili təcilli tibbi yardım avtomobilinə qoymuşlar. Təxminən saat 22 radələrində atası Nofəl və atasının dayısı Qələrlə hadisə olan yerə gəlmişlər. Atasıgil hadisə yerinə ailə dostu Zahidlə gəlmişlər. həmin vaxt Zahid gümüşü rəngli, "Mercedes E 200” markalı avtomaşını idarə etmişdir. Atası oraya boz xətti köynəyi, qara paltosu və adi klssik şalvarda gəlmiş, sonuncun hərəkətlərində qeyri-adilik hiss etməmişdir. Atası da küskün olmasına baxmayaraq hamı kimi kədərli və təəccüb içində olmuşdur. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədilməsinə aid hər hansı bir ehtimalı və məlumatı yoxdur. Atasının bu inanılmaz hadisəni törətdiyinə oğul övladı kimi inana bilməmiş və inanmaq da istəməmişdir. Qeyd etmişdir ki. atası Nofəl çox mehriban, işgüzar və səmimi insan olmuşdur. Atasını tanıyan hər bir kəs atasının xətrini çox istəmişdir. Ona görə də nəinki o Nofəli tanıyan hər kəs atasının belə cinayət törədəcəyinə inana bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, 2111 nömrəsinə verilən taksi sifarişi əsasında axşam saat 6- 7 radələrində sürücü kimi xidmətə çağırılmışdır. Taksinin çağırıldığı trayektoriya xətti Toğrul marketdən Binə Mərkəz adlandırılan əraziyə istiqamətlənmişdir. Taksidə olarkən Təqsirləndirilən şəxs sonuncunu tanıdığını və qəssab fəaliyyəti ilə məşğul olub-olmadığını soruşduqda o, qəssab işləmədiyini və onun kimlə isə səhv saldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində paket, əynində uzunsov gödəkçə və papaq olmuşdur. Təqsirləndirilən şəxs üzərindəki paltarların rəngini qaranlıq olduğu üçün görə bilməmişdir. Buzovnaya çatana yaxın Təqsirləndirilən şəxs “Xrustalnidə” düşəcəyini və göstərilmiş xidmət müqabilində ona 10 manat verəcəyini bildirmiş, o da bu təklifi qəbul etmişdir. Təqsirləndirilən şəxs qəssablıq edərkən görmüş, ona uzaqdan salam vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, yemək yediyi zaman qapı döyülmüş, çölə çıxdıqdan sonra Zərərçəkmiş şəxs1 qan içində olduğunu görmüşdür. Elburus ona vurulduğunu bildirmiş və ondan kömək istəmişdir. Elburus onu və ailə üzvlərini kimin vurduğunu deməmişdir. Elburusla birlikdə hadisə baş verən yerə getmişdir və Zərərçəkmiş şəxs2 yerdə görən zaman qonşuları kömək üçün çağırmışdır. Təqsirləndirilən şəxs bir dəfə 15 il bundan əvvəl görmüşdür. Zərərçəkmiş şəxslərlə normal qonşuluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs qaynanası və qaynatası ilə mübahisəsini eşitmişdir. Zərərçəkmiş şəxslərin qonşularla heç bir düşmənliyi olmamışdır. Hadisə baş verən əraziyə gedərək təcili tibbi yardım 102 xidmətinə zəng etmişdir. Zərərçəkmiş şəxs2 xəstə olduğuna görə onların evlərinin həyətinin qapısı çox vaxt bağlı saxlanılmışdır. Ölən şəxslər qoca olduqlarına görə qonşu kimi onların qayğısına qalmışdır. Zərərçəkmiş şəxslərin evinə qohumlarının gəlməsi barədə məlumatı olmamış və hadisəni kimin törədə biləcəyini də təsəvvür edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs yaxşı insan olaraq tanımış, baş verən cinayət hadisəsi haqqında məlumatı sosial şəbəkələrdən eşitmişdir. Təqsirləndirilən şəxs iş saatları barədə məlumatı olmamış, ət dükanını adətən Təqsirləndirilən şəxs özü işlətmişdir. Nofəl iş saatı qeyrimüəyyən olduğundan dükanın bağlı saxlamasından şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı ondan ifadə alınarkən hadisəni törətmiş şəxsi gecə gördüyünü yalnız onun boyunun hündür olduğunu bildirmişdir. Bibisi oğlu Musa Sultanovla ilə birlikdə Naxçıvanski küçəsi ilə gedərkən təqsirləndirilən şəxs də yolla getmiş, onun üzündə maska, əynində əsgər forması olmuşdur. Şəxsi arxadan gördükdə onun hündürboy olduğunu müşahidə etmişdir. İbtidai istintaq zamanı verdiyim ifadəsinə özü imza etmişdir. Məhkəmə iclası zalında gördüyü təqsirləndirilən şəxslə hadisə zamanı gördüyü şəxsin boyunun eyni hündürlükdə olduğunu bildirmişdir. Bibisioğlu da təqsirləndirilən şəxsin üzünü görməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, ona təqdim olunan videogörüntüyə baxmışdır. Həmin görüntüdəki iki nəfər birlikdə gedən şəxs onunla qohumu Şahid1dur. Həmin görüntüdə onlarla qarşıqarşıya gələn şəxsi başqa heç vaxt görməmişlər və həmin şəxslə hər hansı bir münasibətləri olmamışdır. Yadında qalanı qədər deyə bilər ki, həmin şəxs uca boylu, qamətli biri olmuş, boyu təxminən 180- 185 sm hündürlükdə olmuşdur. Həmin şəxs onları görən zaman tez sağ əli ilə üzünə keçirdiyi maskanı çıxarmış, maskanın nə rəng olması dəqiq yadında qalmamışdır. Maskanı çıxaran zaman da sifət nahiyəsini sanki gizlədirmiş kimi etmiş, yəni əli ilə sifətini örtməyə çalışmışdır. Səhv etmirsə, həmin zaman həmin şəxsin seyrək saçlı olduğunu müşahidə etmişdir, çənəallı nahiyədə yüngül saqqallı, üz hissəsi və bığ nahiyəsi isə tüksüz olmuşdur. Üst paltarı, yəni kurtkası hərbi geyim forması kimi olmuşdur. Sanki kurtkasının üzəri ləkəli olmuşdur. Həmin ləkələrin qan ləkəsi və başqa bir ləkə olmasını dəqiq görməmişdir. Bəlkə həmin ləkələr hərbi geyim formasının üzərində olan kölgəyə oxşar hissələr olmuşdur. Kurtkanın ön hissəsi açıq olmuş və səhv etmirsə, həmin şəxs qara rəngli sviler geyinmişdir. Həmin şəxsin şalvarı və ayaqqabısının rəngi və quruluşu yadında qalmamışdır. Həmin şəxslə qarşılaşmaqları təxminən 1-2 saniyə zaman məsafəsində olduğu üçün həmin şəxsin dəqiq sifət quruluşu barədə tam dəqiq məlumat verə bilməmişdir. Amma həmin şəxslə bir daha qarşılaşacaq olsa, inanır ki, həmin şəxsi gördüyü ilk anı da yadına salaraq, həmin şəxsin ilk qarşılaşdığı şəxs olduğunu dəqiqləşdirə bilər. Həmin şəxs onlarla qarşılaşan zaman onlarla ünsiyyətdə olmamış və həmin şəxsin ümumiyyətlə səsini eşitməmişlər. Həmin şəxs sadəcə olaraq onlarla qarşılaşdığı zaman sifətindəki maskanı çıxardığı üçün onlara maskalı şəxs kimi təəccüblü gəlmiş və həmin şəxsin arxası ilə baxmışlar. Lakin həmin şəxs çox sakit və təmkinli halda normal addımlarla yoluna davam etmiş və onlar şəxsin arxası ilə baxdıqları müddətdə həmin şəxs arxaya çevrilib onlar tərəfə baxmamışdır. Həmin vaxt küçədə onlardan başqa şəxs olmamışdır. Yəni həmin vaxt küçədə onlardan başqa şəxsin olması barədə məlumatı olmamışdır. Şahid2 ibtidai isintaq dövründə verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, işdə olduğu üçün hadisədən xəbəri olmamış, səhər saat 6-dan axşam saat 8-ə qədər işdə olmuşdur. 2002-2003-cü illərdən bəri qonşu kimi Təqsirləndirilən şəxsla əlaqə saxlamış, aralarında normal münasibət olmuşdur. Hadisə barəsində ətrafdakı insanlardan məlumat almış, Nofəlin heç kəslə ədavəti olmamış və onu zəhmətkeş insan olaraq tanımışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Babasıgillə onların münasibətləri normal olsa da atası Nofəllə küsülü olmuşlar. Atası o gördüyü qədərilə babasıgilə getməmişdir. Buna səbəb atası ilə anasının boşanmasından sonra ailələr arasındci baş vermiş söz-söhbətlər səbəb olmuşdur. Atası özü əvvəllər fərdi əməklə məşğul olmuş, təxminən bir il əvvəl yaşadıqları ünvanın yaxınlığında əl dükanı icarəyə götürüb işlətmişdir. Hadisə günü həkimdə olan vaxt xalası oğlu Emin ona zəng edərək babasıgilin evinə yenidən oğru girdiyini və təcili olaraq həmin yerə getməli olduğunu bildirmişdir. O dərhal həmin yerdən taksi sifariş vermiş və xalası oğlu Elburusa zəng elmişdir. Baş vermiş faciəni bilməmişdir. Elburus ona təcili tibbi yardım lazım olduğunu vəziyyətin pis olduğunu demişdir. O, diş texniki işləyən dostu Yunis Yunisli ilə birlikdə taksiyə əyləşib babasıgilə gəlmişdir. Hadisə yerinə gəldikdə anası Təranəni və qardaşı İdirisi görmüşdür. Babasının meyiti həyət darvazasından biraz irəlidə olmuş, evin içərisinə girdikdə yataq otağında dayısı və nənəsi xırıldamışlar. Köməkli şəkildə dayısını və nənəsini təcili yardım maşını ilə X15 göndərmişlər. Xalası oğlu Elburusu da xəstəxanaya göndərmişlər. Elburusun baş nahiyəsindən qan axmışdır. O, hadisə yerinə çaldıqdan təxminən 20-25 dəqiqə sonra atası Nofəl gəlmişdir. Baş vermiş hadisə qarşısında şok vəziyyətdə olmuşlar. Məhkəmə iclasında ifadə verən Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 29 noyabr 2022-ci il tarixdə axşam 21-22 radələrində oğlu Elburus ona zəng edərək "babamgilin evinə oğru girib, babamı vurublar artıq rəhmətə gedib, nənəmlə, dayım xəstəxanadadır, mənim də başımdan vurublar" demişdir. Eləmin vaxt onlar Naxçıvandan təcili olaraq Bakıya gəlmişlər. Qayınatasıgilin evlərinə çaldıqda məhəllə polis əməkdaşları tərəfindən mühasirəyə alınmış, onları evə buraxmamışlar. xx.xx.2022-ci il tarixdə qayınatasıgilin evindən oğurluq hadisəsi olmuş, həmin hadisədən iki gün sonra qayınatasıgil Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət etmişlər. Həmin oğurluq hadisəsinin kim tərəfindən törədilməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs onun bacanağıdır. Nofəllə baldızı Təranə 1998-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan üç oğlan övladları olmuşdur. Daha sonra baldızı ilə Nofəl rəsmi olaraq boşanmışlar. Lakin sonradan barışmış və birlikdə yaşamışlar. Nofəllə qayınatasıgil arasında əvvəllər sözsöhbətlər olmuşdur. 2003-cü il tarixdə Nofəl baldızı Təranəni döyən zaman qayınanası sonuncuların yaşadığı evə getmiş və hadisənin şahidi olmuşdur. Həmin vaxt Nofəl qayınanası, həm də öz xalası olan Şahirəyə də yumruq vurmuşdur. O hadisələrdən sonra aradakı qohumluq münasibətləri soyumuş, lakin qayınanası və qayınatası Nofəlin hərəkətlərinə baxmayaraq nəvələrini çox istəmişlər. Nofəl həmin hadisələrdən sonra qayınatasıgilin evinə gəlib-getməmişdir. O da Nofəllə əvvəlki kimi münasibət saxlamamışdır. Nofəl uşaqlarını və baldızını qayınatasıgilə gəlirib-aparsa da heç vaxt içəriyə keçib oturmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, işdə olan vaxt 29 noyabr 2022-ci il tarixdə axşam saat 20-21 radələrində qardaşı Elburus ona zəng edərək onların yaşadığı evdə hadisə olduğunu və təcili olaraq evə gəlməsini bildirmişdir. Yolda olarkən qardaşı ilə əlaqə saxlayıb hadisənin mahiyyətini ucundan-qulağından öyrənmiş, lakin evə çatdıqda gördüyü mənzərə onu dəhşətə salmışdır. Ərazidə xidmət aparan polis əməkdaşları onu evə buraxmamışdır. Hadisə yerinə baxış keçirdiklərini ona bildirmişlər. Sonradan öyrənmişdir ki, naməlum şəxs evə girərək babasını, nənəsini və dayısını vurmuşdur. Qardaşı Elburus həmin vaxt babasıgilə baş çəkmək üçün gələrkən həyət darvazasını açmış və içəri girdikdə babasını həyətdə uzanıqlı vəziyyətdə görmüşdür. Həmin şəxs arxadan qardaşı Elburusun baş nahiyəsinə zərbə ilə vurmuş, qardaşı yerə yıxılmışdır. Qardaşının ayıqlığı nəticəsində həmin şəxsə “burax məni, arxanca düşməyəcəm" demiş və canını xilas edə bilmişdir. Hadisə yerində məlumat almışdır ki, babasını, dayısını və nənəsini X15 aparmışlar. Təcili olaraq xəstəxanaya getmişdir. Sonradan öyrənmişdir ki, babası və dayısı artıq ölmüşdür. Bildirmişdir ki. 09.1 1.2022-ci il tarixdə babasıgilin evindən oğurluq hadisəsi olmuşdur.Həmin hadisədən iki gün sonra babasıgil Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət etmişlər. Həmin oğurluq hadisəsinin kim tərəfindən törədilməsi müəyyən olunmamışdır. Düşünür ki, hər iki hadisəni törədən şəxs və ya şəxslər eyni adamlardır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 29 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri mərhum Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi yeni yaşayış sahəsində yerləşən evin ərazisidir. Evin həyətinə giriş iki laylı, açıq qırmızı rəngli, dəmir qapıdandır. Həyətə daxil olduqda beş addım irəlidə yerləşən kişi cinsli meyit aşkar edilmişdir. Müəyyən edilmişdir ki, həmin meyit evin sahibi Zərərçəkmiş şəxs2 meyitidir.Meyitin ətrafında qanabənzər ləkələr və bir ədəd papaq vardır.Evi mətbəxinə daxil olduqdan sonra üzbəüz istiqamətdə hamam və tualet otağı, sol tərəfdə isə yataq otağı vardır. Mətbəxdə hamam və tualetdə qanabənzər ləkələlər görünür.Mətbəxdən keçidi olan yataq otağına daxil olduqda yerdə bir kişi cinsli, bir qadın cinsli şəxs aşkar edildi.Həmin şəxslər yaralı olduqları üçün təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya göndərildi. Həmin yataq otağının içərisi dağınıq formadadır, otaqda iki ədəd çarpayı, yorğan döşəklər, ağzı açıq halda sandıqca vardır. Həmin yataq otağında müxtəlif yerlərdə qanabənzər ləkələr müşahidə edilir.Evə əsas girişdən sağ tərəfdə yerləşən qonaq otağının qapısının kilidi sınmış vəziyyətdədir və otağın içərisi dağınıqdır.Həmin otaqda da qanabənzər ləkələr müşahidə olunur. Əsas girişlə üzbəüz istiqamətdə daha bir otaq yerləşir. Həmin otaqda da əşyalar dağınıq vəziyyətdədir və qanabənzər ləkələr müşahidə olunur. Hasarın alt hissəsində küçədə torpaq örtüyünün üzərində bir ədəd, hasarın ərazisində, yəni həyət tərəfdə zibil tullantılarının yaxınlığında torpaq örtüyün üzərində daha bir ədəd üzərində qanabənzər ləkələr olan əlcəklər aşkar edildi. Həmin bir cüt əlcək maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün müvafiq qaydada qablaşdırılıb götürülmüşdür.Hadisə yerinə baxış zamanı bir ədəd silindirik formalı taxta parçası (dəyənək), bir ədəd bıçaq (xəncər), bir ədəd yorğan üzü kəsiyi, bir ədəd yataq örtüyü, dörd ədəd siqaret kötüyü, qana bənzər ləkələrdən nümunələr gələcəkdə maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür(cild 1, iş vərəqi 3-5). 29 noyabr 2022-ci il tarixli mərhum Zərərçəkmiş şəxs2 meyidinə baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyidinə baxış keçirilmiş, baxış zamanı bir ədəd boz rəngli pencək, bir ədəd göy rəngli jaket, bir ədəd boz rəngli şalvar(kəmərlə birlikdə), bir ədəd yerliyi qara rəngli , ağ qırmızı zolaqlı olan, damadama uzunqol köynək bir ədəd ağ rəngli mayka bir ədə boz rəngli tursik, iki cüt corab( bir cüt qara rəngli, bir cüt isə boz rəngli) müqavif qaydada qablaşdırılaraq götürülmüşdür( cild 1, iş vərəqi 6-23). 30 noyabr 2022-ci il tarixli mərhum Zərərçəkmiş şəxs3 meyidinə baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs3 meyidinə baxış keçirilmiş, baxış zamanı bir ədəd sarı qısaqol köynək, bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli tursik, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür( cild 1, iş vərəqi 28-40). 1 dekabr 2022-ci il tarixli mərhum Zərərçəkmiş şəxs4 meyidinə baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs4 meyidinə baxış keçirilmiş, baxış zamanı bir ədəd çəhrayı rəngli şalvar, bir ədəd qısaqol çəhrayı rəngli gecə geyimi (don) müqavif qaydada qablaşdırılaraq götürülmüşdür( cild 1, iş vərəqi 113- 120). 1 dekabr 2022-ci il tarixli baxış və götürmə keçirilməsi barədə protokoldon görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 cüt ayaqqabı, 1 ədəd jaket, 1 ədəd şalvar, 1 ədəd hərbi geyim gödəkcəsi maddi subut əhəmiyyətə malik olduğundan müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 246-248). Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş "DVD diskə baxış keçirilməsi haqqında" 30 noyabr 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş DVD diskdən görünür ki, təqdim edilən diskin içərisində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvanı küçəsi və həmin küçəyə yaxın ərazidə ətrafda olan təhlükəsizlik kameralarından xx.xx.2022-ci il tarixdə saat 18-21 vaxt intervalında götürülmüş görüntülər vardır. Həmin görüntülərdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi və həmin küçəyə yaxın ərazidə mərhum Zərərçəkmiş şəxs2 və ailəsinin yaşadığı evə yaxın küçələrdə saat 18-21 radələrində, yəni hadisənin baş verdiyi ehtimal edilən vaxt intervalında əynində hərbi buşlatlı başında üzünü gizlətmək üçün istifadə etdiyi papaq və çiynində çanta olan bir nəfər naməlum şəxsin mərhumların yaşadığı ev istiqamətində hərəkətdə olması və təhlükəsizlik kameralarını gördükdə ya əli ilə, yaxud başındakı papağı üzünə çəkməklə sifət nahiyəsini gizlətməsi müşahidə olunur. Həmçinin görüntülərdə naməlum şəxslə qarşılaşan iki nəfər kişi cinsli gənclər həmin şəxsin hərəkətlərindən şübhələnərək (onlarla qarşılaşdıqda əli ilə üzünü gizlətməsi) çevirilib şəxsin arxasınca baxmaları əks olunmuşdur (cild 1, iş vərəqi 84-86). 2 dekabr 2022-cü il tarixli ifadə yerində yoxlama protokolu və ona əlavə edilmiş fotocədvəllər və 2 ədəd DVD disklərdən görünür ki, X12 taksidən düşüb hadisə törətdiyi ev istiqamətinə gedərkən üzərində əvvəlcədən götürdüyü bıçaqla papağında deşik açmışdır ki, gözləri papağın içərisində görsün. Bundan sonra məhləni fırlanıb evə tərəf getmişdir. Nəhayət evi tapıb darvazanı əli ilə döyməyə başlamış, qapını heç bir şey soruşmadan Elburus kişi açmışdır.Qaynatası Elburus qapını açan kimi darvazanın ağzına əvvəlcədən özü ilə gətirdiyi çantadan çıxarıb hazır vəziyyətdə əlində saxladığı kəsik bel sapı ilə Elburus kişinin baş nahiyəsinə zərblə vurmuşdur.Elburus kişiyə yaxınlaşdıqdan sonra bir neçə dəfə dəyənəklə baş nahiyəsinə zərbələr endirmişdir. Evin qapısı qapısı bağlı olduğuna görə o evə mətbəx tərəfdən daxil olmuşdur. Mətbəxin içərisindən mətbəxə bitişik olan yataq otağına daxil olmuşdur. Mətbəxin işiği yanıq vəziyyətdə olsa da, yataq otağının işiği yanmamışdır. Həmin vaxt Şahirə və Rahil çarpayıların yaxınlığında yerdə atılmış döşəklərin üzərində uzanmışlar və üzərilərini yorğanla örtmüşlər. Bundan sonra əlindəki taxta dəyənəklə vurmağa başlamış, hər ikisi də hərəkətsiz olduqdan sonra ilk öncə Şahirə ilə Rahil olan otaqda olan sandığın qıfılını sınıdırb ağzını açmış, lakin orada hər hansı bir əhəmiyyətli şey, yəni qızıl-zinət əşyası və ya pul tapa bilməmişdir.Bundan sonra o biri otaqlara daxil olub evi axtarmağa başlamışdır ki, qızıl-zinə təşyası və ya pul tapsın. Baş otaqda səhv etmirsə, 3 ədəd sandıq olmuşdur. Həmin sandıqlarda da nəsə tapmamışdır.Evi kifayət qədər axtardıqdan sonra heç nə tapmayıb evi tərk etmək istəmiş, həyətdə darvazaya çatdığı zaman qapının açıldığını görmüşdür.Elburus babasın görb “dədə” demiş, Elburusun fikrinin babasında olduğunu, əyilib yerə baxdığını, onu görmədiyini görüb cəld tərpənərək Elburusun başından zərbə ilə vurmuşdur. ( cild 1, iş vərəqi 164-178). 02 dekabr 2022-ci il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi haqqında" protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Şahid2 ona təqdim edilən şəxslər içərisindən tanıyaraq xx.xx.2022-ci il tarixdə Buzovna qəsəbəsi ərazisində dostu Şahid1 ilə birlikdə görmüş olduqları, hərbi formaya bənzər forma geyinən və onları görərkən əli ilə üzünü gizlətməyə çalışan şəxsin ona təqdim edilən şəxslər arasında soldan ikinci, sağdan üçüncü yerdə dayanmış Təqsirləndirilən şəxs olmasını bildirmişdir.(cild 1, iş vərəqi 179- 181). 09 fevral 2023-cü il tarixli “Azerfon MMC"-dən daxil olmuş “CD diskə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, təqdim edilən diskin içərisində doqquz ədəd faylın mövcud olması müəyyən edilmiş, həmin fayllara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən taksi sürücüsü işləyən X7 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 29 noyabr 2022-ci il tarixdə saat 18:08:15-də zəng edilmiş və 14 saniyəlik danışıq həyata keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairəsi "Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, ЗА saylı evin yanı ’VSurakhany" olmuşdur. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:25:17-də 11 saniyəlik danışıq həyata keçirərək taksi sifarişi vermişdir. Həmin vaxt onun anten dairəsi “Cennet mekan restoranı/" Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov 2C“Khazar" olmuşdur.Bununla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs İdris oğlunun xx.xx.2023-cü il tarixdə hadisənin baş verdiyi ehtimal edilən vaxt intervalında, yəni saat 18-21 radələrində anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivinin ərazisi olmuşdur (cild 2, iş vərəqi 160-162). 21 yanvar 2023-cü il tarixli 19/51-434 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika narkoloji mərkəzi" publik hüquqi şəxsinin məktubunda Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 həmin mərkəzdə qeydiyyatda olmadıqları göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika narkoloji mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 19/51-435 saylı məktubunda isə Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda olmadığı göstərilmişdir ( cild 2, iş vərəqi 158-159). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan 26 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 2, iş vərəqi 155-157). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 23 fevral 2023-cü il tarixdə daxil olan tələbnamələrdən görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məhkumluqları yoxdur(cild 2, iş vərəqi 167-171). 16 yanvar 2022-ci il tarixli Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə yazılmış əməliyyat tapşırığının icra edilməsi ilə bağlı cavab məktubundan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs digər əməllərini ifşa etmək, iş üçün tutarlı dəlil və sübutları əldə etmək məqsədi ilə onun həyat tərzinin məlum hadisəyədək olan dövrü əməliyyat yolu ilə mümkün qədər öyrənilməsi zərurəti yarandığından baş vermiş cinayət faktının tam, hərtərəfli və obyektiv araşdırılması, eləcə də istintaq marağı doğuran məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd olunan əməliyyat-istintaq hərəkətlərinin yerinə yetirilməsi zəruriliyindən irəli gələn istintaq-əməliyyat tapşırığında qeyd olunan xüsusatlarla bağlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Sələr oğlunun ifadəsində qeyd etdiyi hadisə zamanı pul və zinət əşyalarını əldə edib şəxsi ehtiyaclarına sərf elmək üçün həmin ünvana getməsini onun qohumlarının, tanışlarının, ailə üzvlərinin, yaxın dostluq əlaqələrində olan şəxslərin ətrafının dairəsi, Təqsirləndirilən şəxs əlaqə saxladığı şəxslərin, hadisə yerinə yaxın ətrafında yaşayan sakinlərdən həmin gün davadalaş, mübahisə səsi eşidən və ya görən olub-olmamasının, özünün işləyib- işləməməsi, hansı vasitə ilə dolanması, ailə üzvləri ilə, qohum və qonşularla münasibətlərin, onun əvvəllər üzərində bıçaq və ya digər kəsici, deşici əşyalar gəzdirməsini, Təqsirləndirilən şəxs həmin hadisənin törətməsində onun özündən başqa iştirak edən, yaxud edənlər olubolmaması, kimlərəsə borclu və əmlak mübahisəsinin olmasını, bundan başqa onun hadisəyədək olan dövrdə qumar və mərc oyunlarının iştirakçısı olmasının və eləcə də narkotik maddələrin istifadəçisi olmasını, başqa şəxslərə qarşı qanunsuz hərəkətlərə, yəni özgə əmlakını ələ keçirməyə yol verib- verməməsi, onun hazırkı qətldən başqa, şəxsiyyət əlehinə qeyri-aşkar şəraitdə başqa cinayət törədib- törətməməsi, müsbət halda həmin əməllərdən zərərçəkmiş şəxslərin dairəsinin müəyyən edilməsi məqsədilə kəşfiyyat xarakterli söhbətlər aparılmışdır. Bundan başqa onun ailə üzvləri ilə düşmənçilik münasibətdə olan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilmiş, lakin heç bir nəticə əldə etmək mümkün olmamışdır(cild 2, iş vərəqi 127-128). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yazılmış əməliyyat tapşırığına cavab məktubundan görünür ki, həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs qohum qonşuları ilə mehriban münasibətdə olmuş, özü də Suraxanı rayonunda qəssab işləmiş, dost tanışları ilə həmişə mehriban münasibətdə olmuşdur. Əvvəllər üzərində bıçaq və ya digər kəsici, deşici alətlər gəzdirməmiş, bıçaqdan yalnız işdə qəssablıqla məşğul olduğundan iş vaxtı istifadə etmişdir. Həbsdə saxlanılan Təqsirləndirilən şəxs məlum hadisəni törədərkən özündən başqa heçkim iştirak etməmiş, hər hansı təşkilatçı, təhrikçi və köməkçi olmamışdır. Həbsdə saxlanılan Təqsirləndirilən şəxs kimlərəsə borcu olmamış, qumar və mərc oyunlarının iştirakçısı olmamışdır. Bundan başqa həbsdə saxlanılan Təqsirləndirilən şəxs azadlıqda olduğu dövrdə narkotik maddələrin istifadəçisi olmamış, özgə əmlakını oğurlamağa, mənimsəmə və israfetmə, dələduzluqla özgə əmlakını ələ keçirməyə görə hər hansı cinayəti olmamış, lakin qayınanası ilə aralarında ziddiyyətli münasibəti olduğundan bir neçə il bundan əvvəl qaynanasnı döydüyü üçün 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası almışdır. Bundan başqa daxil olmuş məlumatlardan görünür ki, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hadisəni törədərkən içkili olmuş, qayınanası ilə həmişə ailə problemləri yaşadığından, yoldaşı tərəfindən onun ailəsinə həmişə müdaxilə edildiyinə görə bezərək həmin cinayəti törətmişdir(cild 2, iş vərəqi 164-166). 01 dekabr 2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət sağ baldırının səthi sıyrığı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin müxtəlif şəraitlərdə törənməsi istisna olunmur (cild 2, iş vərəqi 17-20). 23 dekabr 2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər təpə və ənsə nahiyəsinin kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət), sağ gözaltı nahiyənin, boyunun qançırları, burunun səthi sıyrığı küt əşytı (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X18" Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər.Bundan əlavə rəylə təsdiq olunmuşdur ki. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur(cild 2, iş vərəqi 110-114). 23 dekabr 2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1939-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi, ənsə sümüyünün arxa kəllə çuxuruna davam edən çapılmış sınığı ilə nəticələnmiş ənsə nahiyyəsinin 1 ədəd kəsilmiş- çapılmış yarası; - başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyyəsinin - ləpə gicgah sərhəddinə yaxın 3 ədəd kəsilmiş-çapılmış yaraları; - sol və sağ qulaq seyvanının 2 ədəd, üzün sol yarısının 1 ədəd kəsilmiş yaraları; - sağ qulaq seyvanının (1 ədəd), sağ gözətrafı nahiyənin (1 ədəd), sol gözətrafı nahiyənin (1 ədəd), sağalmacıq nahiyəsinin (1 ədəd), sol almacıq nahiyəsinin (1 ədəd), üst dodağın (1 ədəd). sağ kürək nahiyəsinin (1 ədəd) qançırları (cəmi 7 ədəd). Qeyd olunan xəsarətlərdən başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi, ənsə sümüyünün çapılması və arxa kəllə çuxuruna davam edən xətti sınığı ilə nəticələnmiş ənsə nahiyəsinin (1 ədəd), ənsə nahiyəsinin təpə gicgah sərhəddinə yaxın (3 ədəd) kəsilmiş-çapılmış yaraları (cəmi 4 ədəd) kəsici- çapıcı təsirə malik əşya (alətlərin); sol və sağ qulaq seyvanının 2 ədəd, üzün sol yarısının 1 ədəd (cəmi 3 ədəd) kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət) təsirindən; sol qulaq seyvanının (2 ədəd) sağ qulaq seyvanının (1 ədəd), sağ gözətrafı nahiyənin (1 ədəd), sol gözətrafı nahiyənin (1 ədəd), sağ almacıq nahiyəsinin (İ ədəd), sol almacıq nahiyəsinin (İ ədəd), üst dodağın (1 ədəd), sağ kürək nahiyəsinin (1 ədəd) qançırları (cəmi 7 ədəd) isə küt əşya (əşyalar) təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş xəsarətlərdən - başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi, ənsə sümüyünün çapılması və arxa kəllə çuxuruna daxam edən xətti sınığı ilə nəticələnmiş ənsə nahiyəsinin 1 ədəd kəsilmiş-çapılmış yarası, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyəsinin - təpə - gicgah sərhəddinə yaxın 3 ədəd kəsilmiş-çapılmış yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malikdir və baş vermiş Ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sol və sağ qulaq seyvanının 2 ədəd, üzün sol yarısının 1 ədəd kəsilmiş yaraları (cəmi 3 ədəd) sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar canlı şəxslərdə sağlamlığa yüngül dərəcəli xəsarətlərin zərəvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. Sağ qulaq seyvanının (1 ədəd), sağ gözətrafı nahiyənin (1 ədəd), sol gözətrafı nahiyənin (1 ədəd), sağ almacıq nahiyəsinin (1 ədəd), sol almacıq nahiyəsinin (1 ədəd), üst dodağın (1 ədəd), sağ kürək nahiyəsinin (1 ədəd) qançırları (cəmi 7 ədəd) isə canlı şəxslərdə sağlamlığa zərərv urmayan xəsarətin əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb yuxarıda qeyd olunan travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, baş beynin əzilməsi olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs2 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitinin bədənində olan çapılmış yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin elmək mümkün deyildir. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs2 bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs2 bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoluraq, yarıuzanıqlı, uzanıqlı vəziyyətdə və s. ola bilərdi). Mərhum Zərərçəkmiş şəxs2 xəsarət aldıqdan sonra qısa müddət ərzində məqsədyönlü hərəkətlər etmə iqtidarında ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinklorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs2 əynində olmuş paltarlarda heç bir zədə aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 4460/K, xx.xx.2022) (cild 2, iş vərəqi 79-88). 23 dekabr 2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının 179 saylı rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər -başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi, sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan sol gicgah nahiyəsinin 1 ədəd kəsilmiş-çapılmış yarası; - başm yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyəsinin təpə sərhəddinə yaxın 4 ədəd kəsilmiş-çapılmış yaraları; - sol qulaq seyvanının 1 ədəd üzün kəsilmiş yarası; - hər iki gözətrafının bütünlüklə, sifətin sol yarısında sol qulaq seyvanını əhatə edən (1 ədəd), sol çiyin nahiyəsinin (1 ədəd), sol əlin arxa səthinin (1 ədəd) qançıları (cəmi 5 ədəd); - sol dirsək nahiyəsinin (1 ədəd), sol saidin orla üçdə birinin arxa səthinin (1 ədəd), sağ saidin yuxarı üçdə birinin arxa-iç səthinin (1 ədəd) sıyrıqları (cəmi 3 ədəd). Qeyd olunan xəsarətlərdən başm yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi, sol gicgah sümüyünün sınığı ilə nəticələnmiş sol gicgah nahiyəsinin (1 ədəd), ənsə nahiyəsinin - təpə sərhəddinə yaxın kəsilmiş-çapılmış (4 ədəd) yaralan (cəmi 5 ədəd) kəsici-çapıcı təsirə malik əşya (alətin) təsirindən; sol qulaq seyvanının (1 ədəd) kəsilmiş yarası kəsici təsirə malik əşya (alət) təsirindən; hər iki gözətrafının bütünlüklə, sifətin sol yarısında - sol qulaq seyvanını əhatə edən (1 ədəd), sol çiyin nahiyəsinin (1 ədəd), sol əlin arxa səthinin (1 ədəd) qançıları; sol dirsək nahiyəsinin (1 ədəd), sol saidin orta üçdə birinin arxa səthinin (1 ədəd), sağ saidin yuxarı üçdə birinin arxa-iç səthinin (1 ədəd) sıyrıqları (cəmi 8 ədəd) isə küt əşya (əşyalar) təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun X18 Publik İ lüquqi Şəxsinə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən 29.11,2022-ci il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs3 meyitində aşkar olunmuş xəsarətlərdən başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi, sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan sol gicgah nahiyəsinin 1 ədəd kəsilmiş-çapılmış yarası, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Başm yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyəsinin - təpə sərhəddinə yaxın 4 ədəd kəsilmiş-çapılmış yaraları həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətinə malikdir və baş vermiş Ölümlə səbəbli əlaqəlidirlər. Sol qulaq seyvanının (1 ədəd) kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə canlı şəxslərdə sağlamlığa YÜNGÜL dərəcəli xəsarətin zərərvurma əlamətinə malikdir, həyatidir, ölümlə səbəbli əlaqəsi yoxdur. Hər iki gözətrafının bütünlüklə, sifətin sol yarısında sol qulaq seyvanını əhatə edən (1 ədəd), sol çiyin nahiyəsinin (1 ədəd), sol əlin arxa səthinin (1 ədəd) qançıları; sol dirsək nahiyəsinin (1 ədəd), sol saidin orta üçdə birinin arxa səthinin (1 ədəd), sağ saidin yuxarı üçdə birinin arxa-iç səthinin (1 ədəd) sıyrıqları (cəmi 8 ədəd) isə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətin əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb yuxarıda qeyd olunan travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs3 ölümü xx.xx.2022-ci ildə, saat 21:25- də X18 X16 baş vermişdir (X18 X16 tərtib olunmuş C4614 saylı xəstəlik tarixinə əsasən). Mərhum Zərərçəkmiş şəxs3 meyitinin bədənində olan çapılmış yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs3 bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs3 bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, yarıuzamqlı, uzanıqlı vəziyyətdə və s. ola bilərdi). Mərhum Zərərçəkmiş şəxs3 meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 4461/K, xx.xx.2022). (cild 2, iş vərəqi 89-99). 23 dekabr 2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1945-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədənində aşkar edilmiş xəsarətlər - başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyəsinin 2 ədəd kəsilmiş- çapılmış yaraları; - Sol qulaq seyvanı ətrafı yumşaq toxumalar - boynun sol yan səthinə doğru davam edən (İ ədəd), boynun arxa səthinin aşağı üçdə birinin (1 ədəd) qançırları (cəmi 2 ədəd); - Sağ saidin aşağı üçdə birinin bayır səthinin (1 ədəd), sağ ayağın bayır topuğunun (1 ədəd) sıyrıqları (cəmi 2 ədəd). Qeyd olunan xəsarətlərdən başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyəsinin (2 ədəd) kəsilmiş-çapılmış yaraları (cəmi 2 ədəd) kəsici-çapıcı təsirə malik əşya (alətin) təsirindən; sol qulaq seyvanı ətrafı yumşaq toxumalar boynun sol yan səthinə doğru davam edən (1 ədəd), boynun arxa səthinin aşağı üçdə birinin (1 ədəd) qançırları, sağ saidin aşağı üçdə birinin bayır səthinin (1 ədəd), sağ ayağın bayır topuğunun (1 ədəd) sıyrıqları (cəmi 4 ədəd) isə küt əşya (əşyalar) təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun X18 X17 müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs4 meyitində aşkar olunmuş xəsarətlərdən - başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar və baş beynin əzilməsi ilə müşayiət olunan ənsə nahiyəsinin 2 ədəd kəsilmiş-çapılmış yaralan, həyat üçün təhlükəli olan sağlamlığa AG1R dərəcəli zərərvurmanın əlamətinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sol qulaq seyvanı ətrafı yumşaq toxumalar - boynun sol yan səthinə doğru davam edən (1 ədəd), boynun arxa səthinin aşağı üçdə birinin (1 ədəd) qançırları, sağ saidin aşağı üçdə birinin bayır səthinin (1 ədəd), sağ ayağın bayır topuğunun (1 ədəd) sıyrıqları (cəmi 4 ədəd) isə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətin əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb yuxarıda göstərilən travma nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs4 ölümü xx.xx.2022-ci ildə, saat 03:00-da X18 X16 baş vermişdir (X18 X16 tərtib olunmuş C4615 saylı xəstəlik tarixinə əsasən). Mərhum Zərərçəkmiş şəxs4 meyitinin bədənində olan çapılmış yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki. mərhum Zərərçəkmiş şəxs4 bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs4 bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq. yarıuzamqlı. uzanıqlı vəziyyətdə və s. ola bilərdi). Mərhum Zərərçəkmiş şəxs4 xəsarət aldıqdan sonra qısa müddət ərzində məqsədyönlü hərəkətlər etmə iqtidarında ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs4 meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs4 meyitinin uşaqlıq yolu və arxa keçəcəyindən götürülmüş tamponda spermotozoidlər aşkar edilməmişdir (məhkəmə-boloji müayinə aktı № 9/204. xx.xx.2022). Mərhum Zərərçəkmiş şəxs4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 4462/K. xx.xx.2022). ( cild 2, iş vərəqi 100-109). 21 yanvar 2023-cü il tarixli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, ekspert tədqiqatına təqdim olunmuş 01 (bir) ədəd silindrik formalı taxta parçası (dəyənək) üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir. 01 (bir) ədəd silindrik formalı taxta parçası (dəyənək) üzərində həm Zərərçəkmiş şəxs2 və həm də Zərərçəkmiş şəxs3 məxsus qan nümunələri mövcuddur. Tədqiqata təqdim olunmuş 01 (bir) cüt parça əlcəyin daxili səthində insana məxsus bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. 01 (bir) cüt parça əlcəyin üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri Zərərçəkmiş şəxs3 məxsusdur. Hadisə yerindən 40 (qırx) ədəd çöplü pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin lamponlardan 12 (on iki) ədəd çöplü pambıq tampona hopdurulmuş qan nümunəsi Zərərçəkmiş şəxs3, 27 (iyirmi yeddi) ədəd çöplü pambıq tampona hopdurulmuş qan nümunəsi Zərərçəkmiş şəxs1 və 01 (bir) ədəd çöplü pambıq tampona hopdurulmuş qan nümunəsi Zərərçəkmiş şəxs4 qızma məxsusdur. İ ladisə yerində əl arabası tulacağmın sol tutacağı üzərindən "1" №-li çöplü pambıq tampon, mavi rəngli taxta qapı üzərindən "2'’ №-li çöplü pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri Zərərçəkmiş şəxs1 məxsusdur. Hadisə yerində darvaza qapısı üzərindən "3" və "4" №-li çöplü pambıq tampon, laxta parçası üzərindən "5" və "6” №-li çöplü pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkəlar insan mənşəli qan nümunələridir və həmin qan nümunələri Zərərçəkmiş şəxs3 məxsusdur. Evin mətbəxində kül qabından götürülmüş 01 (bir) ədəd "Argo" və 02 (iki) ədəd "Bakı" markalı siqaret kötüyü üzərində insana məxsus bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs3 məxsusdur. Zərərçəkmiş şəxs1 məxsus - 01 (bir) ədəd göy rəngli şalvar, 01 (bir) ədəd ağ rəngli qısaqol köynək, 01 (bir) ədəd boz rəngli mayka, 01 (bir) ədəd önü zəncirbəndli qara rəngli gödəkçə, 01 (bir) cut corab, 01 (bir) cüt boz rəngli yay tərliyi, 01 (bir) cüt qara rəngli yay tərliyi üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir. 01 (bir) ədəd göy rəngli şalvarın sağ cibində, sağ ayağının ön səthində, sağ ayağının ələyində, sol ayağının ətəyində, sağ ayağının arxa hissəsində, sol ayağının arxa aşağı hissəsində, sağ cibinin daxili səthində və giriş hissəsində. 01 (bir) ədəd ağ rəngli qısaqol köynəyin yaxalığının ön hissəsində, 01 (bir) ədəd boz rəngli maykanın sol çiynində, 01 (bir) ədəd önü zəncirbəndli qara rəngli gödəkçənin sağ və sol qollarının bilək hissələrində, sinə hissəsində, kapişonıı üzərində, 02 (iki) ədəd boz rəngli yay tərliyi və 01 (cüt) ədəd qara rəngli yay tərliyinin sol tayı üzərində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs1 məxsusdur. Zərərçəkmiş şəxs1 məxsus - 02 (iki) ədəd corab üzərində, 01 (bir) ədəd göy rəngli şalvarın sol cibində və sol ayağının ön səthində 01 (cüt) ədəd qara rəngli yay tərliyinin sağ tayı üzərində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs3 məxsusdur. Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd göy rəngli şalvarın sol arxa cibinin ağız hissəsində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs2 məxsusdur. 01 (bir) ədəd yorğan üzü kəsiyi üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri Zərərçəkmiş şəxs3 məxsusdur. Zərərçəkmiş şəxs3 məxsus -01 (bir) ədəd sarı rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli isti alt geyimi, 01 (bir) ədəd ağ rəngli qısaqol köynək və 01 (bir) ədəd qara rəngli tuman üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri Zərərçəkmiş şəxs3 məxsusdur, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd boz rəngli pencək, 01 (bir) ədəd göy rəngli jaket, 01 (bir) ədəd boz rəngli şalvar (kəmərlə birlikdə), 01 (bir) ədəd dama-dama uzunqol köynək. 01 (bir) ədəd ağ rəngli mayka. 01 (bir) ədəd boz rəngli tuman. 01 (bir) cüt boz rəngli corab və 01 (bir) cüt qara rəngli corab üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir. 01 (bir) ədəd boz rəngli pencək. 01 (bir) ədəd göy rəngli jaket, 01 (bir) ədəd boz rəngli şalvar (kəmərlə birlikdə), 01 (bir) ədəd dama-dama uzunqol köynək, 01 (bir) ədəd ağ rəngli mayka, 01 (bir) ədəd boz rəngli tuman, 01 (bir) cüt boz rəngli corab və 01 (bir) cüt qara rəngli corab üzərində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs2 məxsusdur. 01 (bir) ədəd boz rəngli şalvarın (kəmərlə birlikdə) sol bud hissəsində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs1 məxsusdur. Zərərçəkmiş şəxs4 qızma məxsus- 01 (bir) ədəd yaşıl rəngli şalvar, 01 (bir) ədəd çəhrayı rəngli gecə köynəyi üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri Zərərçəkmiş şəxs4 məxsusdur. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 (bir) ədəd hərbi üst geyimi (buşlat) üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir. 01 (bir) ədəd hərbi üst geyiminin (buşlat) sol qolunun bilək hissəsində və sol paqonunda aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs1 məxsusdur, 01 (bir) ədəd hərbi üst geyiminin (buşlat) sağ qolunda və arxa tərəfində ətəyində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs3 məxsusdur. 01 (bir) ədəd hərbi üst geyiminin (buşlat) sol yan cibinin altında aşkar edilmiş qan nümunəsi Zərərçəkmiş şəxs2 məxsusdur. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 (bir) ədəd hərbi üst geyiminin (buşlat) sol yan cibində aşkar edilmiş qan nümunəsi kişi cinsindən olan naməlum şəxsə məxsusdur və həmin nümunədən eldə edilmiş DNT profili ilə DİN-in DNT məlumat bankında olan DNT profilləri ilə eynilik aşkar edilmədi, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 (bir) ədəd qəhvəyi rəngli önü zəncirbəndli jaket və 01 (bir) ədəd qara rəngli şalvar üzərində qanabənzər ləkə aşkar edilmədi. 01 (bir) ədəd qəhvəyi rəngli önü zəncirbəndli jaket və 01 (bir) ədəd qara rəngli şalvar üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Zərərçəkmiş şəxs2 məxsus əl dırnaq kəsintiləri, Zərərçəkmiş şəxs4 məxsus əl dırnaq kəsintiləri, Zərərçəkmiş şəxs3 məxsus əl dırnaq kəsintiləri altında bioloji mənşəli materiallar vardır və həmin bioloji mənşəli materiallar əl dırnaq kəsintilərinin götürüldüyü şəxslərə məxsusdur. Hadisə yerində otaqda yerdən götürülmüş 01 (bir) ədəd "Vegas" markalı siqaret kötüyündən, 01 (bir) ədəd qırmızı-sarı rəngli yataq örtüyü üzərindən və 01 (bir) ədəd bıçağın (xəncəl) dəstəyi üzərindən götürülmüş tədqiqat nümunələri üzərində kifayət qədər yararlı bioloji mənşəli materialın mövcud olmadığı müəyyən edildi və bu səbəbdən həmin tədqiqat obyektləri üzərində müqayisəli molckulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı.(cild 2, iş vərəqi 131-153). 11 aprel 2023-cü il tarixli məhkəmə-tibbi bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABC) sistemi üzrə qan qrupu-Balfa(H)/İİİ/. Zərərçəkmiş şəxs4 ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ. Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qan qrupu- Abeta(H)/ll/. Zərərçəkmiş şəxs1 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/. Təqsirləndirilən şəxs təqdim olunan portalından çıxarışın kserosurətinə əsasən qan qrupu-O/İ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs2 məxsus pencək, sviter, şalvar, köynək, alt mayka və trusik üzərində insan qam ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B» və «H» antigenləri, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa(H)/111/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 qızına məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət oldu halda ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur. Zərərçəkmiş şəxs2 məxsus 02 cüt corab üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs3 məxsus alt köynək, köynək, alt şalvar və trusik üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri. əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/111/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs3, eyni qruplu Zərərçəkmiş şəxs4 qızma və ya Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs4 qızma məxsus şalvar və gecə köynəyi üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/111/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs4 özünə, eyni qruplu Zərərçəkmiş şəxs3 və ya Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus şalvar, kofta, alt mayka, gödəkcə və 01 cüt corab üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abela(11 )/111/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 özünə, eyni qruplu Zərərçəkmiş şəxs3 və ya Muradova Şah irə Səfər qızma məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur. Tədqiqata təqdim olunan 01 ədəd taxta parçası. 01 cüt əlcək və parça kəsiyi üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A», «B» və «H» antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa АB(H)/lV/ qruplu şəxsə məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə ləkələrdə zərərçəkmişlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda qarışmış qanlarının olması inkar olunmur. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq üzərində çox zəif intensivlikdə insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda qrup antigenləri alınmadığı üçün onun qrupunu təyin etmək mümkün olmadı. Tədqiqata təqdim olunan yorğan-örtük üzərindəki ləkə qan aşkar olunmadı(cild 2, iş vərəqi 208-218). 19 aprel 2023-cü il tarixli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs4 məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində, ön səthinin sağ yarısında, arxa səthinin aşağı hissəsində və arxa səthinin sağ yarısında çoxsaylı zədələr var. Bu zədələr cırılmış zədələrdir, küt mexanizmlə, palların həmin nahiyələrinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs4 qızma məxsus şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs3 məxsus qısaqol köynəyin, uzunqol alt köynəyinin, alt şalvarının və tumanın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus pencəyin sağ yan tikişinin üzərində və sol qolun dairəvi tikişinin arxa hissəsində sökülmüş zədələr, pencəyin hər iki yan cibinin arxa kənarında cırılmış zədələr var. Bu zədələr küt mexanizmlə, paltarın həmin nahiyələrinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 məxsus şalvarın və kəmərin, jaketin, uzunqol köynəyin, maykanın, tumanın və corabların üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus uzunqol jaketin, qısaqol köynəyin, maykanın, şalvarın və bir cüt corabın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayağının bayır yan tikişi üzərində bir ədəd sökülmüş zədə var. Bu zədə küt mexanizmlə, paltarın həmin nahiyəsinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus gödəkcənin və jaketin üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş bir cüt əlcəyin üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş paltarlar üzərində olan zədələrin hansı şəraitdə törənməsi, eləcə də qarşılıqlı mübarizə (əlbəyaxa) zamanı yetirilib-yetirilməməsinin qiymətləndirilməsi istintaq orqanının səlahiyyətinə aiddir.Bundan başqa həmin rəylə təsdiq olunmuşdur ki, təqdim edilmiş predmet kustar üsul ilə hazırlanmış xəncərdir və deşici-kəsici-çapıcı xassəyə malik soyuq silahdır. Təqdim edilmiş taxta parçası kustar üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı dəyənəkdir və soyuq silah hesab edilmir(cild 2, iş vərəqi 219-227). 1 aprel 2023-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosionaliradi sferasında, fərdi-psixi xüsusiyyətlərində hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur.Bundan başqa, rəylə təsdiq olunmuşdur ki. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kamağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi qeyd edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində həmin hadisəni törətməyə meyl oyadan qətiyyətlilik. aqressiya yaranmış, həmin zaman keçirdiyi emosional halını və davranışını tamah niyyəti motivasiya etmişdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır.(cild 2, iş vərəqi 202-207). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində xüsusi amansızlıqla qəsdən adam öldürmə, Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsində iki və ya daha çox şəxs öldürmə, Cinayət Məcəlləsinin 120.2.9-cü maddəsində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsində quldurluq ilə əlaqədar adam öldürmə, Cinayət Məcəlləsinin 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla –təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə dindirmə və ifadəsinin yerində yoxlanılması protokolları, ekspert rəyləri, sonuncunun hadisə törədilən zaman cinayət baş verən ərazidə olmasına dəlalət edən anten məlumatları, cinayət hadisəsi baş verən gün təqsirləndirilən şəxsi zərərçəkmiş şəxslərin yaşadığı yerə aparan taksi sürücüsünün yolda onu Təqsirləndirilən şəxs oxşatdığını bildirsə də sonuncunun həmin halı inkar etməsi barədə ifadəsini, həmin taksi sürücüsünün istifadəsində olan nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan nömrə ilə hadisə gün əlaqə saxlanılmasını təsdiq edən telefon danışıq məlumatları, hadisə yerindən əldə edilmiş 01 (bir) cüt parça əlcəyin daxili səthində aşkar edilmiş insana məxsus bioloji mənşəli materialların Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 (bir) ədəd hərbi üst geyiminin (buşlat) sol qolunun bilək hissəsində və sol paqonunda aşkar edilmiş qan nümunələrinin Zərərçəkmiş şəxs1, sağ qolunda və arxa tərəfində ətəyində aşkar edilmiş qan nümunələrinin Zərərçəkmiş şəxs3, sol yan cibinin altında aşkar edilmiş qan nümunəsi Zərərçəkmiş şəxs2 məxsus olması, Şahid2 ona təqdim edilən şəxslər içərisindən xx.xx.2022-ci il tarixdə Buzovna qəsəbəsi ərazisində dostu Şahid1 ilə birlikdə görmüş olduqları, hərbi formaya bənzər forma geyinən və onları görərkən əli ilə üzünü gizlətməyə çalışan şəxsin ona təqdim edilən şəxslər arasında soldan ikinci, sağdan üçüncü yerdə dayanmış Təqsirləndirilən şəxs olmasını bildirməsi barədə “Şəxsin tanınmaya təqdim edilməsi haqqında" protokolu, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edərək qəsdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz girməklə silah qismində istifadə edilən əşyalar tətbiq edərək hücuma məruz qalmış şəxslərin sağlamlıqlarına ağır zərər vurulması və onların həyatları üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmiş, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki nəfərdən çox şəxsi, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüş, Zərərçəkmiş şəxs1 isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.3.3-cü maddələrində nəzərdə tutulan əməllər xüsusilə ağır cinayət, Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddəsində nəzərdə tutulan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlərdir.Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 və 228.4-cü maddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, üç nəfər şəxsin qətlə yetirilməsini, zərərçəkmiş şəxslərin şəxsiyyətini onlardan ikisinin yaşlı, birinin ruhi xəstəlikdən əziyyət çəkməsini, ikisinin yatdığı yerdə köməksiz vəziyyətdə olmasını (Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3) xəsarətlərin yerinə yetirilməsi lokalizasiyanı, vurulmuş xəsarətlərin sayı kimi işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.3.3 və 228.4-cü maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə isə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.3.3 və 228.4 –cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları, ona Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11 -ci maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq ömürlük azadlıqdan məhrum edilmiş şəxslər cəzalarını həbsxanada çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ömürlük azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzalarının həbsxanada çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 1 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 136), Bakı şəhəri Xəzər rayon məhkəməsinin 3 dekabr 2022-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 1 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 213-215). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 1 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. 30 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, verilmiş hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd silindrik formalı taxta parçası (dəyənək), bir ədəd bıçaq (xəncər), bir ədəd yorğan üzü kəsiyi, bir ədəd yataq örtüyü, bir cüt parça əlcək, dörd ədəd siqaret kötüyü, qana bənzər ləkələrdən nümunələr, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd boz rəngli pencək, bir ədəd göy rəngli jaket, bir ədəd boz rəngli şalvar(kəmərlə birlikdə), bir ədəd yerliyi qara rəngli, ağ-qırmızı-boz zolaqları olan, dama-dama uzunqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd boz rəngli tursik, iki cüt corab(bir cüt qara rəngli, bir cüt isə boz rəngli), Zərərçəkmiş şəxs3 məxsus bir ədəd sarı rəngli qısaqol köynək, bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd qara rəngli alt geyimi (şalvar), bir ədəd qara rəngli tursik,Zərərçəkmiş şəxs4 məxsus bir ədəd yaşıl rəngli şalvar, bir ədəd qısaqol çəhrayı rəngli gecə geyimi(don), Zərərçəkmiş şəxs1 məxsus bir ədəd göy rəngli şalvar, bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd boz rəngli mayka, bir ədəd önü zəncirbəndli qara rəngli gödəkcə, bir cüt corab, Zərərçəkmiş şəxs1 qan nümunəsi, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 ədəd hərbi üst geyimi(buşlat), 1 ədəd qara rəngli şalvar, 1 ədəd önü zəncirbəndli qəhvəyi rəngli jaket, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məxsus DNT nümunələri (ağız suyu -hər biri ayrıca qablaşdırılmış halda) maddi sübut qismində tanınmaqla Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması müəyyən edilmişdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd silindrik formalı taxta parçası (dəyənək), bir ədəd bıçaq (xəncər), bir ədəd yorğan üzü kəsiyi, bir ədəd yataq örtüyü, bir cüt parça əlcək, dörd ədəd siqaret kötüyü, qana bənzər ləkələrdən nümunələr, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd boz rəngli pencək, bir ədəd göy rəngli jaket, bir ədəd boz rəngli şalvar(kəmərlə birlikdə), bir ədəd yerliyi qara rəngli, ağ-qırmızı-boz zolaqları olan, dama-dama uzunqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd boz rəngli tursik, iki cüt corab(bir cüt qara rəngli, bir cüt isə boz rəngli), Zərərçəkmiş şəxs3 məxsus bir ədəd sarı rəngli qısaqol köynək, bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd qara rəngli alt geyi m i( şal var), bir ədəd qara rəngli tursik, Zərərçəkmiş şəxs4 məxsus bir ədəd yaşıl rəngli şalvar, bir ədəd qısaqol çəhrayı rəngli gecə geyimi(don), Zərərçəkmiş şəxs1 məxsus bir ədəd göy rəngli şalvar, bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd boz rəngli mayka, bir ədəd önü zəncirbəndli qara rəngli gödəkcə, bir cüt corab, Zərərçəkmiş şəxs1 qan nümunəsi, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 ədəd hərbi üst geyimi(buşlat), 1 ədəd qara rəngli şalvar, 1 ədəd önü zəncirbəndli qəhvəyi rəngli jaket, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məxsus DNT nümunələri (ağız suyu -hər biri ayrıca qablaşdırılmış halda)məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 90 (doxsan) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 540 (beş yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, maddələri ilə ömürlük, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1 (bir) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 228.4,181.3.3cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları, ona Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11-ci maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 1 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs əfv qaydasında müraciət etmək etmək hüququ izah edilsin. İş üzrə maddi sübutlar: -Xəzər rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd silindrik formalı taxta parçası (dəyənək), bir ədəd bıçaq (xəncər), bir ədəd yorğan üzü kəsiyi, bir ədəd yataq örtüyü, bir cüt parça əlcək, dörd ədəd siqaret kötüyü, qana bənzər ləkələrdən nümunələr, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd boz rəngli pencək, bir ədəd göy rəngli jaket, bir ədəd boz rəngli şalvar(kəmərlə birlikdə), bir ədəd yerliyi qara rəngli, ağ-qırmızı-boz zolaqları olan, damadama uzunqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd boz rəngli tursik, iki cüt corab(bir cüt qara rəngli, bir cüt isə boz rəngli), Zərərçəkmiş şəxs3 məxsus bir ədəd sarı rəngli qısaqol köynək, bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd qara rəngli alt geyimi (şalvar), bir ədəd qara rəngli tursik,Zərərçəkmiş şəxs4 məxsus bir ədəd yaşıl rəngli şalvar, bir ədəd qısaqol çəhrayı rəngli gecə geyimi(don). Zərərçəkmiş şəxs1 məxsus bir ədəd göy rəngli şalvar, bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd boz rəngli mayka, bir ədəd önü zəncirbəndli qara rəngli gödəkcə, bir cüt corab, Zərərçəkmiş şəxs1 qan nümunəsi, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 ədəd hərbi üst geyimi(buşlat), 1 ədəd qara rəngli şalvar, 1 ədəd önü zəncirbəndli qəhvəyi rəngli jaket, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məxsus DNT nümunələri (ağız suyu -hər biri ayrıca qablaşdırılmış halda) məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş 90 (doxsan) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına vəkil X13 üçün 540 (beş yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-616/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-616/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver