Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-617/2020 24.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1-liyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın şəhəri, N.Nərimanov küçəsi, ev 66-da qeydiyyatda olmaqla ünvan 2 mənzil 12 A-da məskunlaşıb yaşamış, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxx 1983-cü il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cina-yət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə edib daşımaq və saxlamaq üçün cinayət əlaqəsinə girmiş və bundan sonra Təqsirləndirilən şəxs1 eyni məqsədlə qanunsuz olaraq müəyyənləşdirilməmiş mənbədən külli miqdarda heroin və metadon narkotik vasitələrini, həmçinin metamfetamin psixotrop maddəsini satış məqsədi ilə əldə edib daşıyaraq qabaqcadan cinayət əlaqəsinə girdiyi tanışı Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 mənzil 12-yə gətirib həmin mənzildə saxlamış və hətta həmin narkotik vasitələrin bir qismini birlikdə istifadə etmişlər. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Abşeron rayon X6 Polis Bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən saxlanılaraq PB-nin inzibati binasına aparılmış, PB-də üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli cins şalvarın arxa sol yan cibindən bir ədəd dəmir materialdan olan «Senator» markalı siqaret qutusunda Təqsirləndirilən şəxs1lə birlikdə qanunsuz olaraq satış məqsədi ilə əldə etdikləri çəkisi 3,527 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, bir ədəd bükümdə təmiz çəkisi 1,003 qram təşkil edən, kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Bundan sonra, əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 mənzil 12 ünvana Mehdiabad PB-nin əməkdaşları tərəfindən baxış keçirilərkən yataq otağında olan dolabda müəyyən olunan qutudan selofon paketdə qanunsuz olaraq satış məqsədi ilə əldə edilmiş bir bükümdə təmiz çəkisi 0,968 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 8,671 qram təşkil edən ağ rəngli iri kristallardan və təmiz çəkisi 0,814 qram təşkil edən ağ rəngli xırda kristallardan ibarət, kustar üsulla hazırlanmış külli miqdarda metadon narkotik vasitəsi, içərisində heroinin təmiz çəkiləri 0,012 qram, 0,023 qram və 0,007 qram olan 0,3 ml., 0,2 ml. və 0,6 ml. həcmində heroin məhlulu olan 3 ədəd birdəfəlik şpris və bir ədəd üzərində heroin narkotik vasitəsinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslərə münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib daşıma və saxlama cinayətini törətmələri tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlarda özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadələrindən fərqli ifadə verib göstərdi ki, tutulmazdan təxminən iki il əvvəl dostlarının əhatəsində narkotik vasitə olan heroindən və metafetamindən istifadə etməyi öyrənmiş və istifadəyə başlamışdır. Ümumi dostlarının arasında isə hazırda onunla birlikdə Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və aralarında yaxın münasibətləri yaranmışdır. Samir də onun kimi narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 tez-tez onun yaşadığı, bibisinə məxsus ünvan 2 mənzil 12 ünvana da gəlmiş, onlar ər-arvad münasibətində olmuş, birlikdə narkotik vasitələrdən istifadə etmişlər. O, narkotik vasitəni ineksiya yolu ilə istifadə etmişdir. Lakin Təqsirləndirilən şəxs1lə tanışlığından, özünün təklikdə və ya Təqsirləndirilən şəxs1lə birlikdə narkotik vasitələrdən istifadə etmələrindən onun ailə üzvlərinin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, 2020-ci ilin təxminən yanvar ayında, xatırlaya bilmədiyi günlərin birində Təqsirləndirilən şəxs1 onun yaşadığı mənzilə gəlmiş, ona saxlaması üçün heroin və kristal formada olan metadon narkotik vasitəldəri və metamfetamin psixotrop maddəsi vermiş, o da həmin narkotik vasitə və psixotrop maddəni yaşadığı evin yataq otağında olan dolaba qoyub saxlamış, lakin Samirin həmin narkotik vasitə və psixotrop maddəni haradan alıb əldə etməsini bilməmiş və maraqlanmamışqdır. Samirin deməsinə görə onun gətirdiyi heroin 5 qram, metadon və metamfetaminin hər biri ayrı-ayrılıqda 2 qram olmuşdur. Samirin verdiyi narkotik vasitələr və psixotrop maddə onların özlərinin şəxsi istifadələri üçün nəzərdə tutulmuşdur. Nə onun və nə də Samirin həmin narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədləri olmamışdır. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı mənzildə olarkən Mehdiabad PB-nin əməliyyat müvəkkili Şahid2 icazəsiz olaraq onun yaşadığı mənzilə daxil olmuş, ora-bura boylanıb onu narkotik vasitə saxlamaqda günahlandırmış və sanki əli ilə qoymuş kimi, Samirin saxlamaq üçün ona verdiyi narkotik vasitəni və psixotrop maddəni “Senator” markalı siqaretin dəmir materialından olan qutusunun içərisində qoyduğu balıncı qaldıraraq oradan götürmüş və heç bir sənədləşmə aparmadan, mənzilə əlavə baxış keçirmədən onu Mehdiabad PB-nin inzibati binasına aparmışdır. Həmin gün o, polis əməkdaşları tərəfindən küçədə saxlanılmamış, küçədən Mehdiabad PB-yə aparılmamış, onun əynində olan göy rəngli cins şalvarın ciblərində narkotik vasitə, psixotrop maddə və ya tərəzi olmamışdır. Mehdiabad PB-də mənzilindən götürülmüş narkotik vasitə və psixotrop maddə, həmçinin tərəzi bölmədə onun özünə verilmiş, necə davranacağı barədə təlimatlandırılmış və yalnız bundan sonra videoçəkiliş altında vəkilin və polis əməkdaşlarının yanında əynində olan göy rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxardıb içərisində olan bir büküm sellofan kəsiyi bükümündə olan narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini, guya olduğu kimi polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra guya götürülmüş maddələr xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş, möhürlənmiş və protokol tərtib olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində göstərdi ki, birinci mərhələdən sonra o, polis əməkdaşlarına Samir Abıyevin saxlamaq üçün ona verdiyi narkotik vasitələrin və psixotrop maddənin qalıq hissəsini yaşadığı evdə saxlaması barədə məlumat vermiş, polis əməkdaşları ilə bərabər yaşadığı evə getmiş və özünün razılığı əsasında evinə baxış keçirilmişdir. O, yataq otağında olan dolabdan bir büküm narkotik vasitə olan heroini, iki büküm narkotik vasitə olan metadonu, 3 ədəd 1 ml-lik şprisləri və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunan proses polis əməkdaşları tərəfindən video çəkilişlə lentə alınmış, evdən aşkar edilmiş narkotik vasitə heroin və metadon zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və bütün proses iştirakçıları ilə yanaşı o, özü də protokola imza etmişdir. Ən nəhayət, Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda göstərdi ki, Təqsirləndirilən şəxs1 ona verdiyi və aşkar edilmiş narkotik vasitə heroini, metadonu və psixotrop maddə metafetamini satmaq məqsədi ilə əldə etməmiş, Samirlə birlikdə özlərinin istifadəsi üçün saxlamışdır. 3 ədəd 1 ml-lik şprislərdən heroin naroktik vasitəsi qəbul edərkən istifadə etdiyindən onlar bulaşıqlı olmuşlar. Onun polis əməkdaşlarına təqdim etdiyi elektron tərəzi narkotik vasitələrdən istifadə olunacaq dozanın miqdarının müəyyənləşdirilməsi məqsədilə əldə olunmuş, polis əməkdaşları tərəfindən saxlanılan vaxtadək həmin vasitələrdən heç kimə satmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəmədən kənar ifadələri elan edilməklə tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən və metafetamindən təxminən iki il əvvəl istifadə etməyə başlamışdır. Tanışı Təqsirləndirilən şəxs1 təxminən xx xxxxxx 2020-ci il tarixdə ona saxlamaq üçün 5 qram narkotik vasitə olan heroin, 2 qram metamfetamin və 2 qram krisstal formada olan metadon vermiş, o, həmin narkotik vasitə və psixotrop maddəni həm özünün, həm də Samirin istifadəsi üçün yaşadığı evin yataq otağında olan dolabda gizlətmişdir. Bundan əlavə həmin narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədləri də olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində evdə olan zaman narkotik vasitə heroinin bir hissəsini bir büküm sellofan kəsiyi bükümündə bükmüş, psixotrop maddə olan metamfetamini isə “Senator” markalı siqaretin dəmir materialından olan qutusunun içərisinə yerləşdirib əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibinə qoymuşdur. Evdən çıxıb mağazaya gedərkən 2 nəfər mülki formalı şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu Abşeron RPİnin Mehdiabad PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə getmiş, Abşeron RPİ-nin Mehdiabad PB-də xidməti otaqların birində öz razılığı əsasında, müdafiəçinin iştirakı ilə əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan göy rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxardıb içərisində olan bir büküm sellofan kəsiyi bükümündə olan narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bütün bu hadisələr polis əməkdaşları tərəfindən video çəkilişlə lentə alınmışdır. Üzərindən aşkar edilmiş, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və o özü də protokola imza etmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadələrində daha sonra göstərmişdir ki, onun üzərinə baxış başa çatdıqdan sonra o, polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitə olması barədə məlumat vermiş, polis əməkdaşları onu yaşadığı evə aparmış və razılığı əsasında evinə baxış keçirilmişdir. O, yataq otağında olan dolabdan bir büküm narkotik vasitə olan heroini, iki büküm narkotik vasitə olan metadonu, 3 ədəd 1 ml-lik şprisləri və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Evdən aşkar edilmiş narkotik vasitə heroin və metadon zərfə qoyulmuş, möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O, tərtib olunan protokola imza etmişdir. Qeyd olunan proses polis əməkdaşları tərəfindən video çəkilişlə lentə alınmışdır. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, aşkar olunmuş narkotik vasitə heroini, metadonu, psixotrop maddə olan metafetamini xx xxxxxx 2020-ci il tarixdə tanıdığı Təqsirləndirilən şəxs1 almış, o, aşkar edilmiş narkotik vasitə heroini, metadonu və psixotrop maddə metafetamini öz istifadəsi üçün, eləcədə satmaq məqsədi ilə üzərində və evində saxlamış, lakin polis əməkdaşları tərəfindən saxlanılan vaxtadək həmin vasitələrdən satmamışdır (iş vərəqə: 195-197). İfadələri arasında mövcud olan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs2 göstərdi ki, narkotik vasitələri və ya psixotrop maddəni satması ilə əlaqədar müstəntiqə heç bir ifadə verməmişdir. Müstəntiq onun ifadəsini oxumadan və ya oxutdurmadan imzalatdırmış, ifadəsinin məzmununu bilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 da ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamı qəbul etmədi, özünü yalnız şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə alıb əldə etməkdə və istifadəsində təqsirli bilərək ifadəsində göstərdi ki, taksiçilik fəaliyyəti ilə məşğul olmuş, tutulmazdan təxminən 1 il 6 ay əvvəl narkotik vasitələrdən, adətən heroindən inyeksiya yolu ilə istifadə etmiş, Təqsirləndirilən şəxs2 ilə isə tutulmazdan təxminən 1 ay əvvəl tanış olmuşdur. Təqsirləndirilən şəxs2 ilə çox yaxın münasibətləri olmuş, onun yaşadığı ünvan 2 mənzil 12-də yerləşən bibisinə məxsus mənzildə görüşmüşlər. Tanış olduqları vaxt İlkanənin də narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bilmiş və ikisi biqlikdə İlkanənin yaşadığı evdə tez-tez narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Lakin bundan İlkanənin yaxınlarının məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün İlkanənin ağrıları olmuş, bunu tərgidə bilməsi üçün ona psixotrop maddə alıb vermişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə Lənkəran şəhərində olan zaman orada tanımadığı şəxsdən hazırda xatırlamadığı miqdarda narkotik vasitə metadon, heroin və psixotrop maddə metamfetamin almış, heroin üçün 200 manat pul vermiş, qalanlarını nisiyə götürmüş, 800 manat pul borclu qalmışdır. İbtidai istintaq zamanı aldığı narkotik vasitənin və psixotrop maddənin miqdarı barədə ifadəsində göstərmişdir. Aldığı narkotik vasitə və psixotrop maddələri, sonradan birlikdə istifadə edə bilmələri üçün İlkanənin yaşadığı mənzildə saxlaması məqsədilə sonuncuya vermiş, hətta bir neçə dəfə birlikdə istifadə də etmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Xaçmazdan qayıtmış və İlkanəni görmək üçün onun yaşadığı ünvana getmiş, sonuncunun evinə girmək istərkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin vaxt İlkanənin xx xxxxxx 2020-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanıldığını və onun üzərindən, eləcədə yaşadığı evdən narkotik vasitələr və psixotrop maddələr aşkar edildiyini öyrənmişdir. Bundan sonra o, ifadə verib İlkanəyə narkotik vasitələr və psixotrop maddə alıb verdiyini etiraf etmişdir. Şəxsən o özü təklikdə və ya İlkanə ilə birlikdə narkotik vasitə və ya psixotrop maddə satmamış, İlkanənin narkotik vasitə və ya psixotrop maddə satıb-satmamasını bilməmişdir. Narkotik vasitələri və ya psixotrop maddəni özünün və ya İlkanənin və ya hər ikisinin birlikdə satmaları ilə əlaqədar müstəntiqə heç bir ifadə verməmişdir. İlkanənin narkotik vasitələri və ya psixotrop maddəni satması, onun (t/ş Təqsirləndirilən şəxs1) bundan xəbərdar olması barədə ifadəsində göstərilənlər onun sözləri ilə yazılmamış, müstəntiq tərəfindən uydurulmuşdur. Müstəntiq onun ifadəsini oxumadan və ya oxutdurmadan imzalatdırmış, ifadəsinin məzmunundan xəbərdar olmuş, bunu yalnız iş materialları və ittiham aktı ilə tanış olduqdan sonra bilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq prosesində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadələrində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, təxminən 1 il 6 ay əvvəl narkotik vasitələrdən, adətən heroindən inyeksiya yolu ilə istifadə etmişdir. Təxminən 1 ay əvvəl Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və həmin vaxtdan da onunla birlikdə yaşadığı ünvan 2 mənzil 12-də yaşayır. İlkanə ilə yaşadığı 1 ay müddətinə onunla birlikdə mütəmadi olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişlər. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə Lənkəran şəhərində olan zaman, tanımadığı şəxsdən 10 qram narkotik vasitə heroin, 10 qram psixotrop maddə metamfetamin, 10 qram isə narkotik vasitə metadon almış, 10 qram heroin üçün tanımadığı şəxsə 200 manat vermiş, aldiği 10 qram psixotrop maddə metamfetamini və 10 qram narkotik vasitə metadonu nisiyə götürmüş, lakin həmin şəxsə müəyyən vaxtadək 800 manat pul çatdırmalı olmuşdur. Aldığı narkotik vasitə və psixotrop maddələri birlikdə istifadə etmələri məqsədilə saxlaması üçün İlkanəyə vermişdir. İlkanənin həmin narkotik vasitələrdən və ya psixotrop maddələrdən ayrı-ayrı şəxslərə satması barədə onun məlumatı olsa da, lakin konkret olaraq kimə satması barədə onun məlumatı olmamışdır. O, narkotik vasitələri satmaması üçün İlkanə ilə hər dəfə mübahisə etmiş, lakin sonuncu narkotik vasitə satmaqda yenə də davam etmişdir. xx xxxxxx 2020-ci il tarixdə İlkanənin Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanılması və onun üzərindən, eləcədə yaşadığı evdən narkotik vasitələr və psixotrop maddələr aşkar edilməsi barədə məlumat almışdır (iş vərəqə: 205-205). İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Abşeron rayon RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə xx xxxxxx 1986-cı il təvəllüdlü, Laçın rayonunda anadan olmuş, ünvan 2 mənzil 12 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri üzərində daşıması, qəbul etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə tərəfimdən əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və Mehdiabad PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1lə birlikdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Abşeron rayonunun Mehdiabad qəsəbəsində, «Gənclər şəhərci»yi ərazisində saxlanılmış, ona qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğu bildirilmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirməzdən əvvəl o, qanunun tələblərinə uyğun olaraq müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah olunmuş və qadın olması ilə əlaqədar videoçəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üstünə baxış keçirilməzdən əvvəl ona üzərində qeyri-qanuni əşya olduğu təqdirdə masanın üzərinə qoyması təklif olunduqda sonuncu əynində olan göy rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb içərisində olan bir büküm sellofan kəsiyi bükümündə heroinə narkotik vasitəsinə və metamfetamin psixotrop maddəsinə oxşar maddələri təqdim etmişdir. Bundan sonra təqdim edilmiş kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirməsi və şübhəli maddələrin götürülməsi barədə protokol tərtib edilmişdir. Daha sonra şübhəli maddələrin qablaşdırıldığı kağız zərf və tərtib edilmiş protokol proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs2 özü tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, ilkin mərhələ başa çatdıqdan sonra Təqsirləndirilən şəxs2 sorğu-sual edildikdə o, yaşadığı evində də narkotik vasitə, həmçinin eletron tərəzi saxladığını etiraf etmişdir. Odur ki, əməliyyat qrupu Təqsirləndirilən şəxs2 özünün razılıq ərizəsi əsasında və özünün iştirakı ilə videoçəkiliş altında onun yaşadığı ünvan 2 mənzil 12 ünvana olmuş və videoçəkiliş altında onun yaşadığı mənzilə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yataq otağında olan dolabdan bir büküm narkotik vasitə olan heroinə, iki büküm narkotik vasitə olan metadona oxşar kütlələri, 3 ədəd istifadə olunmuş 1 ml-lik şprisləri və bir ədəd elektron tərəzini çıxarıb təqdim onlara təqdim etmişdir. Bundan sonra təqdim edilmiş həmin narkotik vasitəyə və psixotrop maddəyə oxşar kütlələr, həmçinin elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmış və nəticədə müvafiq baxış və götürmə barədə protokol tərtib edilmişdir. Şübhəli predmetlərin qablaşdırıldığı kağız zərf və tərtib edilmiş protokol proses iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. Sorğu-sual ətrafında Təqsirləndirilən şəxs2 ondan aşkar edilib göğürülmüş narkotik vasitələri və psixotrop maddələri əvvəlcə tanımadığı şəxsdən əldə etdiyini bildirsə də, sonradan qeyd olunan maddələri tanışı Təqsirləndirilən şəxs1, yəni digər təqsirləndirilən şəxsdən əldə etdiyini, Samirin razılığı əsasında bir hissəsini satıb pul əldə etdiklərini, bir hissəsini isə özləri qəbul etdiklərini etiraf etmişdir. Daha sonra Şahid2 ifadəsinin davamında göstərdi ki, əməliyyat tədbirlərinin davamında Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 da onlar tərəfindən saxlanılmış, sonuncu Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxsdən alıb əldə edildiyini və Təqsirləndirilən şəxs2 saxlaması üçün verildiyini, həmçinin həmin narkotik vasitələrin və psixotrop maddəlrin bir qisminin Təqsirləndirilən şəxs2 tərəfindən satıldığını bildiyini etiraf etmişdir. Lakin əməliyyat tədbirlərinin davam etdirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitəni və psixotrop maddələri əldə etdiyi şəxsin şəxsiyyətini, olduğu yeri, həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitəni və psixotrop maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilməsi təmin edilməmiş şahid - Abşeron RPİ-nin Mehdiabad PB-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid1 həmkarı – məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir(iş vərəqə: 158-161). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli məhkəmə baxışı zamanı tədqiq olunan sair sənədlərlə də bir daha təsdiq olunur. Belə ki, məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs2 üzərinə xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon Pİ-nin Mehdiabad PB-də baxış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD disklə və həmin diskə baxış keçirilməsi haqqında eyni tarixli protokolla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon Pİnin Mehdiabad PB-nin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın arxa sağ yan cibindən bir bükümdə təmiz çəkisi 3,527 qram olan heroin narkotik vasitəsi, bir bükümdə isə təmiz çəkisi 1,003 qram olan metamfetamin psixotrop maddə aşkar edilərək götürülmüş və baxış və götürmə prosesi videomateriallara uyğun protokollaşdırılmışdır. Tədqiq olunan CD diskdə yer alan videogörüntülərdən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 ondan aşkar edilmiş narkotik vasitələri satmaqla da məşğul olduğunu etiraf etmişdir. Qeyd olunan hüquqi faktı diskə baxış keçirilərkən iştirak etmiş Təqsirləndirilən şəxs2 özü də bir daha təsdiq etmişdir (iş vərəqə: 166). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan iş üzrə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 mənzil 12 ünvanında yerləşən mənzilə baxış keçirilməsi prosesinin köçürüldüyü CD disk və həmin diskə baxış keçirilməsi haqqında protokolla müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 yaşadığı həmin ünvana baxış keçirilərkən yataq otağında olan dolabdan bir büküm təmiz çəkisi 0,968 qram olan narkotik vasitə heroin, iki ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 8,671 qram olan ağ rəngli iri kristallardan və təmiz çəkisi 0,814 qram olan ağ rəngli xırda kristallardan ibarət narkotik vasitə metadon, 1ml-lik üç ədəd şprislərin içərisində qəhvəyi rəngli maye məhlulu və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Tərtib olunan baxış haqqında protokoldan, həmçinin görünür ki, diskə baxış zamanı iştirak etmiş Təqsirləndirilən şəxs2 özü qeyd olunan hüquqi faktı bir daha təsdiq etmişdir. Belə ki, onun yaşadığı ünvanda keçirilmiş baxış zamanı aşkar olunan narkotik vasitələri Təqsirləndirilən şəxs2 özü polis əməkdaşlarına təqdim etmişdir(iş vərəqə: 167). Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən məhkəmə-bioloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 1281 nömrəli rəyindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 ətrafında keçirilmiş əməliyyat tədbiri nəticəsində üzərinə və yaşadığı ünvana baxış keçirilməsi nəticəsində aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 1 və 2 №-li zərflərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,968 qram və 3,527 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 3 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,003 qram olmaqla ağ rəngli kristallardan ibarət maddə isə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsidir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 №-li zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda olan, təmiz çəkiləri 8,671 qram təşkil edən ağ rəngli iri kristallardan və təmiz çəkisi 0,814 qram təşkil edən ağ rəngli xırda kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış metadon narkotik vasitəsidir. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 №-li zərfdə olan 3 (üç) dəd 1 ml-lik şprislərin içərisində müəyyən olunan 0,3 ml, 0,2 ml və 0,6 ml həcmində qəhvəyi rəngli maye heroin məhluludur və həmin məhlullarda heroinin təmiz çəkiləri 0,012 qram, 0,023 qram və 0,007 qram təşkil edir. Həmçinin 5 №-li həmin zərfdə olan bir ədəd eletron tərəzinin üzərində heroin narkotik vasitəsinin izlərinin olduğu müəyyən edilmişdir. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 4,537 qram, metadon narkotik vasitəsinin ümumi təmiz çəkisi 9,485 qram, metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi isə 1,003 qram təşkil etmişdir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatlarına sərfiyatdan sonra 4,345 qram heroin narkotik vasitəsi, 9,285 qram metadon narkotik vasitəsi, 0,903 qram metamfetamin psixotrop maddəsi və içərisində heroin məhlulu olan 1 ml-lik şprislərdə müəyyən miqdar heroin məhlulu qalıq qalmışdır (iş vərəqə: 30-34). Bundan başqa məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 351 №-li və xx xxxx 2020-ci il tarixli, 622 №-li rəyləri ilə müəyyən edilmişdir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisində tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop madə olan metamfetamindən sui istifadə edilməsi ilə nəticələnən aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onların hər ikisinin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Tədqiq olunan həmin rəylərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar (iş vərəqə: 168- 169, 170-171). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının xx xxxxx 2020-ci il tarixli qərarlarına əsasən Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş təmiz çəkisi 4,495 qram olan heroin, təmiz çəkisi 9,485 qram olan metadon narkotik vasitələri, təmiz çəkisi 1,003 qram olan metamfetamin psixotrop maddəsi, içərisində 0,3 ml, 0,6 ml və 0,2 ml həcmində qəhvəyi rəngli heroin məhlulu olan birdəfəlik şprislər, bir ədəd elektron tərəzi və şəxsi axtarış keçirilməsi, həmçinin evə baxış keçirilməsi proseslərinin videogörüntülərini əks etdirən iki ədəd CD disk iş üzrə əhəmiyyətli sübutlar qismində maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,345 qram heroin, 9,285 qram metadon narkotik vasitələri, 0,903 qram metamfetamin psixotrop maddəsi, içərisində 0,1 ml, 0,4 ml və 0,1 ml qəhvəyi rəngli heroin məhlulu olan birdəfəlik şprislər və bir ədəd elektron tərəzi saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutların saxlancı ambarına təhvil verilmiş, iki ədəd CD diski isə iş materiallarına əlavə edilmişdir (iş vərəqə: 186-195). Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, metadon narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 4,495 qram, metadon narkotik vasitəsinin təmiz çəkisi 9,485 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin və metadon narkotik vasitələrinin külli miqdar həddindən bir neçə dəfə artıq miqdarda olmuşdur. Aşkar olunub götürülmüş, dövriyyəsi Azərbaycan Respublikası ərazisində məhdudllaşdırılmış maddələrdən yalnız metamfetamin psixotrop maddəsi, təmiz çəkisi 1,003 qram olmaqla, şəxsi istehlak miqdarı həddində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroin və metadon narkotik vasitələri «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya görə İ siyahıya, metamfetamin psixotrop maddəsi isə İİ siyahıya daxil edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülən heroin və metadon narkotik vasitələrinin külli miqdar təşkil etməsi, ayrıca olaraq külli miqdarda saxlanılmaqla yanaşı, həm də ayrı-ayrı bağlamalara bükülməsi, və metafetamin psixotrop maddəsi də daxil olmaqla narkotik vasitələrin növ müxtəlifliyi (burada: heroin və metadon narkotik vasitələri və metamfetamin psixotrop maddəsi), Təqsirləndirilən şəxs2 həmçinin, kiçik miqdar şeylərin çəkilməsi üçün nəzərdə tutulan bir ədəd elektron tərəzinin aşkar edilib götürülməsi təqsirləndirilən şəxslərin həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etmələrinə, saxlamalarına və daşımalarına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qıznın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etməklə, saxlamaqla və daşımaqla Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxslərdən aşkar edilib götürülən heroin və metadon narkotik vasitələrinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunması, aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarında olmasına görə təqsirləndirilən şəxslərin əməlinin Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifini istisna edir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qıznın əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qıznın məhkəmə baxışı zamanı qeyri-etirafedici və ziddiyyətli ifadələrini onların ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmələri üçün seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onların təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 əməliyyat-sorğu arayışından görünür Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur(iş vərəqə: səh. 144-145, 146). İşdə olan sənədlərlə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisi yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar, Təqsirləndirilən şəxs2 Laçın rayonundan olan məcburi köçkün statusu ilə ünvan 2 mənzil 12 A-da məskunlaşmışdır (iş vərəqə: 155-158, 181-183). Məhkəmə Təqsirləndirilən şəxs2 «məcburi köçkün» statusuna malik olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən, həmçinin hər iki təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların törətmiş olduqları cinayətin ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, təqsirləndirilə şəxslərin islah olunması, həm onların özü, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslərin hər ikisinə ittiham olunduqları Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Abiyev X4 Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə, Təqsirləndirilən şəxs1 isə xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2, xx xxxxxx 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 barəsində müvafiq məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin əvvəli isə xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, onların cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlanılma müddəti məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onlarn barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 351 №-li və xx xxxx 2020-ci il tarixli, 622 №-li rəylərini nəzərə alıb belə nəticəyə gəlir ki, aşkar olunan narkomaniya xəstəliyi ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbir təyin olunmalı və onların hər ikisi yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə edib aşağıdakı nəticəyə gəlir: - Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq halda çəkisi 4,345 qram olan heroin, 0,903 qram olan metamfetamin narkotik vasitələri və çəkisi 9,285 qram olan metadon psixotrop maddəsi, içərisində 0,1 ml, 0,4 ml və 0,1 ml qəhvəyi rəngli maye - heroin məhlulu olan birdəfəlik şprislər və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; - Abşeron rayon RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 ətrafında keçirilmiş əməliyyat tədbirlərinin videogörüntülərini əks etdirən 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 114 manat (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qıznın hər birindən 57 (əlli yeddi) manat olmaqla müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq halda çəkisi 4,345 qram olan heroin, 0,903 qram olan metamfetamin narkotik vasitələri və çəkisi 9,285 qram olan metadon psixotrop maddəsi, içərisində 0,1 ml, 0,4 ml və 0,1 ml qəhvəyi rəngli maye - heroin məhlulu olan birdəfəlik şprislər və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Abşeron rayon RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 ətrafında keçirilmiş əməliyyat tədbirlərinin videogörüntülərini əks etdirən 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 manat (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qıznın hər birindən 57 (əlli yeddi) manat olmaqla müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qızna isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə SumqayıtApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-617/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-617/2020
24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver