Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-617/2021 23.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, Dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğunun, Tərcüməçi – X8, xx.xx.1998-ci ildə Xaçmaz rayonunda doğulmuş, Rusiya Federasiyası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Məhərrəmkənd rayonu, Kapir-Kızmalyar kəndində qeydiyyatda olmaqla Qusar rayonu, Samur qəsəbəsində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 200-1.2.3, 206.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri, habelə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini tamah niyyəti və satış məqsədi ilə külli miqdarda qanunsuz əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycan Respublikasında satışını həyata keçirmək üçün saxlamaq məqsədi ilə idarə etdiyi «Lada 219020 Lada Granta» markalı O173TO05 dövlət qeydiyyat nişanlı avtomobillə 4 mart 2020ci ildə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin «Samur» gömrük postundan keçməklə Rusiya Federasiyasına getmiş, həmin tarixdə Dağıstan Respublikasının Maxaçqala şəhərində istintaqa məlum olmayan mənbədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, tərkibindəki drostanalon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda - 14 qram olan 14 flakonda bir flakonunun dəyəri 42,40 manat olmaqla ümumilikdə 593,60 manat dəyərində «Drostanolone (propionate) inj. 100 mg/ml», tərkibindəki stanozolol güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda - 6,5 qram olan 13 flakonda bir flakonunun dəyəri 35,30 manat olmaqla ümumilikdə 458,90 manat dəyərində «Stanozolol 50 mg/ml», tərkibindəki testosteron güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda - 25 qram olan 10 flakonda bir flakonunun dəyəri 4,50 manat olmaqla ümumilikdə 45 manat dəyərində «Testosterone (enathare) 250 mg/ml», tərkibindəki testosteron güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda - 32,5 qram olan 13 flakonda bir flakonunun dəyəri 40 manat olmaqla ümumilikdə 520 manat dəyərində «Testosterone (sust-mix) 250 mg/ml», tərkibindəki testosteron güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda - 29 qram olan 29 flakonda bir flakonunun dəyəri 22,65 manat olmaqla ümumilikdə 656,85 manat dəyərində «Testosterone (propuonate) 100 mg/ml», tərkibindəki boldenon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda - 54 qram olan 18 flakonda bir flakonunun dəyəri 5,90 manat olmaqla ümumilikdə 106,20 manat dəyərində «Boldenone (undecylenate) inj. 300 mg/ml», tərkibindəki oksimetalon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda - 22,5 qram olan 9 qutuda 45 konvalyutda 450 həb bir qutunun dəyəri 46,65 manat olmaqla ümumilikdə 419,85 manat dəyərində «Oxymetholone 50 mg 50 tab», tərkibindəki metandienon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda - 19 qram olan 19 qutuda 95 konvalyutda 950 həb bir qutunun dəyəri 22,65 manat olmaqla ümumilikdə 430,35 manat dəyərində «Methandienone 20 mg 50 tab» və tərkibindəki stanozolol güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda - 7,5 qram olan üzərində heç bir markalanma göstəricisi olmayan 5 ədəd 30 ml-lik flakonda stanozolol suspenziyası olan güclü təsir edən maddələrdən ibarət ümumilikdə cəmi külli miqdarda - 3230,75 manat dəyərində bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini qanunsuz əldə edib Azərbaycan Respublikasında satışını təşkil etmək məqsədi ilə saxlanılması üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi «Lada 219020 Lada Granta» markalı O173TO05 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindəki qaz balonunun içərisində gömrük nəzarətindən gizlədib saxlayaraq, 5 mart 2020-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 10 radələrində Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən «Samur» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılq yolu ilə qəsdən keçirmişdir. Məhkəmədə tərcüməçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonunun Yalama kəndində anadan olmuş, lakin 14 yaşından Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda pasport qeydiyyatında olmuşdur. Faktiki olaraq isə Qusar rayonunun Samur qəsəbəsində yaşamışdır. Özünə məxsus “Lada 219020 Lada Granta” markalı, O173TO05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərmiş və “Samur” gömrük postunu keçdikdən sonra neytral adlanan yerdən sərnişin götürüb onları X4 Federasiyasına olan çıxış qapısına sərnişin kimi aparmışdır. Bununla belə, bibisi X7 Dərbənd şəhərində qaldığı üçün, arada-bir onlara qonaq kimi gedib orada qalmışdır. Sonuncu dəfə, 2020-ci ilin mart ayının 4-də atası X15, anası X10 və xalası X3 ilə birlikdə bibisi Mamaliyeva Mansuraya baş çəkmək üçün idarə etdiyi “Lada 219020 Lada Granta” markalı, O173TO05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Samur” gömrük postundan keçməklə Dağıstan Respublikasının Dərbənd şəhərinə getmişlər. Saat təqribən 10-11 radələrində bibisigilə çatmışlar. Bir qədər sonra, Dərbənd şəhərində görüləsi işlərinin olduğunu demiş və bibisigildən ayrılmışdır. Daha sonra idarə etdiyi nəqliyyat vasitəsilə Dərbənd şəhərinə çıxmış, ilk olaraq şəhərin mərkəzi sayılan bazar tərəfə getmişdir. Bazarın kənarında bir nəfər tanımadığı şəxsin nəisə satdığını görmüşdür. Ona yaxınlaşıb nə satdığını soruşmuşdur. Satıcı bildirmişdir ki, bunlar kulturizmlə məşğul olan idmançılar üçün vitaminlərdir. O, satıcıya ki, bir-iki il sonra əsgərliyə gedəcəyini, idmanla məşğul olub iri bədənə sahib olmaq istədiyini bildirmiş ,üçün bu vitaminlər istifadə etsə nəticəsi olubolmadığını soruşmuşdur. Satıcı isə, cavabında bildirmişdir ki, bəli, bu vitaminlərdən qəbul etsə və idmanla məşğul olsa yaxşı idman bədəninə sahib olacaqdır. Sonra ondan soruşmuşdur ki, hansı müddətə bu vitaminlər təsirini göstərəcək, satıcı isə cavabında bildirmişdir ki, az-az bir ildən də yuxarı müddətdə istifadə edə bilər. O da fikirləşmişdir ki, əsgərliyə gedənə qədər bu vitaminlərdən istifadə edib özünü qaydaya gətirəcəkdir. Bu niyyətlə həmin vitaminlərin qiymətini soruşmuş, satıcı ona cavabında çox böyük bir məbləğ demişdir. Sonra həmin vitaminlərin yanında olan digər şüşə qabların içindəki mayenin nə olduğunu soruşmuşdur. Satıcı cavabında demişdir ki, bunlar da idmançılar üçün arıqladıcı vitaminlərdir. Satıcı ona izah etmişdir ki, birinci göstərdiyi vitaminləri qəbul etdikdən sonra birdən-birə kökəlsə, bu vitaminlər kökəlmənin qarşısını alırar. O, cəmi 40000 rus rublu pulu plduğunu, əgər razıdırsa ona göstərdiyi vitaminləri almaq istədiyini bildirmişdir. Satıcı da onunla dərhal razılaşmış və alver etmədən vitaminləri yığıb ona vermişdir. Vitaminləri götürdükdən sonra avtomobilin salonuna arxa oturacağa qoymuş və bazara girmişdir. Bazarda ucuz olduğuna görə ümumilikdə 6000 rus rubluna 7 ədəd qadın paltarı (don), 6 cüt qadın corabı və 19 ədəd qadın şalvarı almışdır. Sonra həmin vitaminləri gömrükdən gizlətmək məqsədilə vitaminləri paltarlarla birlikdə büküb avtomobilin arxa yük yerində olan qaz balonunun içərisinə yerləşdirib gizlətmiş və bibisigilə qayıtmışdır. Gecəni bibisigildə qalmış, ertəsi gün, yəni mart ayının 5-də bibisigillə sağollaşmış və 05.03.2020-ci il tarixdə, saat 10:00 radələrində “Samur” gömrük postuna çatmışlar. Posta daxil olduqdan sonra, gömrük işçisi nəqliyyat vasitəsinə yaxınlaşmış və ondan nəqliyyat vasitəsində nə olduğunu soruşmuşdur. O da şifahi olaraq avtomobildə atasına və xalasına məxsus ərzaq məhsullarının olduğunu bildirmişdir. Nəqliyyat vasitəsində olan ərzaq malları ilə bağlı atasının və xalasının adına bəyannamələr yazılmışdır. Daha sonra, gömrük işçisi nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı, qaz balonunun içərisində öncədən gizlətdiyi vitaminləri və geyim əşyalarını aşkar etmişlər. Gömrük işçisi aşkar olunmuş vitaminlərə baxış keçirmiş, saymış və bununla bağlı protokol tərtib edərək malları götürmüşdür. O, protokolda müvafiq yerlərdə imza etdikdən sonra ona bu işlə bağlı Şimal Ərazi Baş Gömrük İdarəsinə gəlməli olduğu bildirilmişdir. O, həmin vitaminləri şəxsi istifadəsi üçün uzun müddət qəbul etmək məqsədilə gətirmiş, paltarları isə həm vitaminləri bükmək üçün əldə etmiş və Samur qəsəbəsində kiməsə lazım olsa vermək fikrində olmuşdur. İlkin təhqiqat və istintaq prosesində indiki kimi ona ləzgi dilində izah edən olmadığına görə, sualın mahiyyətini tam başa düşməmiş və nə deyiblərsə hə deyib cavab vermişdir. Yəni verilən sualın mahiyyətini dəqiq başa düşməmiş və hər şeyin yaxşı olacağı bildirildiyinə görə sənədləri imzalamışdır. O, əldə etdiyi vitaminlərin ümumiyyətlə dərman preparatı olduğunu bilməmiş, tərkibində güclü təsir edən maddələrin də olduğundan anlayışı olmamışdır. O elə düşünmüşdür ki, gətirdiyi predmetlər vitamindir. Dərman olduğunu gömrükdə saxlanılandan sonra bilmişdir. Həmin preparatları satmaq məqsədi olmamış. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsini tam etiraf etməsə də, onun ittiham olunduğu cinayət əməli aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin «Samur» gömrük postunun baş müfəttişi Şahid1 ifadəsində bildirmişdir ki, 05.03.2020-ci il tarixdə, saat 09:00-dan 06.03.2020-cu il tarixdə saat 09:00dək “Samur” gömrük postunda növbədə olmuşdur. Növbədə olduğu gün, yəni 05.03.2020-ci il tarixdə, saat 10 radələrində Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Lada 219020 Lada Granta” markalı O173TO05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası istiqamətindən postun idxal gömrük nəzarəti xəttinə daxil olmuşdur. Posta daxil olduqdan sonra, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində olan mallarla bağlı sorğu-sual etmişdir. O da, şifahi şəkildə nəqliyyat vasitəsində özünə məxsus bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra, o, Baş İdarənin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında nəqliyyat vasitəsini yoxlamaq üçün 2 nəfər hal şahidi dəvət etmiş və nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindəki qaz balonunun içərisindən gömrük nəzarətindən gizlədilmiş dərman preparatlarını, şüşə flakonda maye məhlulları və geyim əşyalarını aşkar etmişdir. Qaz balonunun içərisindən aşkar olunmuş mallara baxış keçirmiş, saymış və onların 14 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 14 ədəd şüşə flakonda “Drostanolone Propionate tnjection 100 mg/ml”, 13 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 13 ədəd şüşə flakonda “Stanozolol Suspension 50 mg/ml”, 29 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 29 ədəd şüşə flakonda “X1 100 mg/ml”, 13 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 13 ədəd şüşə flakonda ‘Testosterone Sust-Mix İnjection 250 mg/ml”, 10 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 10 ədəd şüşə flakonda “X5 250 mg/ml”, 18 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 18 ədəd şüşə flakonda “X6 300 mg/ml”, 9 qutu hər qutuda 5 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 450 həb “Oxymetholone 50 mg” və 19 qutu hər qutuda 5 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 950 həb “Methandienone 20 mg” adlı dərman preparatları, üzərində markası qeyd olunmayan 5 ədəd 30 ml-lik şüşə flakonda maye məhlul, 6 ədəd üzərində etiketi olmayan qadın paltarı (don), 1 ədəd üzərində “X11” yazılı etiketi olan qadın paltarı (don), 6 cüt üzərində “Jujube” yazısı olan corab və 19 ədəd üzərində “Roza Bambuk” yazısı olan qadın şalvarı olduğu müəyyən olmuşdur. Bundan sonra, yoxlama haqqında protokol tərtib edərək, qaz balonunun içərisindən aşkar olunmuş dərman preparatlarını, şüşə flakonlarda maye məhlullarını və geyim əşyalarını götürmüş və faktla bağlı araşdırma aparılması üçün akt əsasında Əməliyyat və X12 Bölməsinə təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Samur” gömrük postundan keçən vətəndaşlara əl yüklərini daşımaqda köməklik etməklə ailəsinin dolanışığını təmin edir. 05.03.2020-ci il tarixdə “Samur” gömrük postunun qarşısında dayanıb gözləyərkən, saat təqribən 10-11 radələrində bir nəfər gömrük işçisi ona və onun kimi burada fəhləlik edən Şahid3 yaxınlaşmış və onlardan “Samur” gömrük postunda keçiriləcək yoxlamada hal şahidi qismində İştirak etməklərini xahiş etmişdir. Onlar etiraz etməyərək, yoxlamada iştirak etmək üçün onunla birlikdə posta getmişlər. Posta daxil olduqdan sonra, sonradan onlara bəlli olan Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Lada 219020 Lada Granta” markalı O173TO05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilən yoxlamada iştirak etmişlər. Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindəki qaz balonunun içərisindən dərman preparatlarının, şüşə flakonda maye məhlulların və geyim əşyalarının aşkar edildiyini görmüşlər. Qaz balonunun içərisindən aşkar olunmuş predmetlərə baxış keçirilmiş, sonra, gömrük işçisi protokol tərtib etmiş, qaz balonunun içərisindən aşkar olunmuş malları götürmüşdür. Xanlar və o, tərtib olunan protokola imzalar etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmsunlu ifadə vermişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qusar rayonu Samur qəsəbəsində yaşayır. Tikintidə fəhlə kimi işləyib çörək pulu qazanıb ailəsini dolandırmışdır. 2 ilə yaxın müddətdir Təqsirləndirilən şəxslə tanış olmuşdur. Onunla dost münasibətləri yaranmışdır. Mütəmadi olaraq, təxminən həftədə iki-üç dəfə görüşüb çay içmişlər. 2020-ci ilin fevral ayının əvvəllərində, tarixi xatırlamadığı gündə, təxminən saat 15 radələrində İmam onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib görüşüb çay içməyi təklif etmişdir. Axşam saat 6-da işdən çıxandan sonra onunla birlikdə işləyən Fair adlı dostu ilə birlikdə Dərbənd şəhərinin avtovağzalına gedib İmamla görüşüb üçü birlikdə oradan “karyer” adlanan sahilkənarı parka gəlmiş və “Vikinq” kafesində oturub çay içmişlər. Söhbət zamanı İmam bildirmişdir ki, o hərbi xidmətə getmək istəyir və əzələ kütləsi yığmaq istəyir. Həmçinin bildirmişdir ki, çoxlu məşq etmək və idman vitaminlərindən istifadə etmək istəyir. Təxminən həmin görüşdən iki ay sonra kənar şəxslərdən İmamın tutulduğunu eşitmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahid4 göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmsunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsində tərtib edilmiş 5 mart 2020-ci il tarixli yoxlama aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi « Lada 219020 Granta» markalı O173TO05 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindəki qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilmiş, 14 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 14 ədəd şüşə flakonda “X2 100 mg/ml”, 13 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 13 ədəd şüşə flakonda “Stanozolol Suspension 50 mg/ml”, 29 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 29 ədəd şüşə flakonda “X1 100 mg/ml”, 13 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 13 ədəd şüşə flakonda “Testosterone Sust-Mix İnjection 250 mg/ml”, 10 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 10 ədəd şüşə flakonda “X5 250 mg/ml”, 18 qutu hər qutuda 1 ədəd olmaqla cəmi 18 ədəd şüşə flakonda “X6 300 mg/ml”, 9 qutu hər qutuda 5 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 450 həb “Oxymetholone 50 mg”, 19 qutu hər qutuda 5 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 950 həb “Methandienone 20 mg” adh dərman preparatları və üzərində markası qeyd olunmayan 5 ədəd 30 ml-lik şüşə flakonda stanozolol suspenziyası olan dərman preparatları və 6 ədəd üzərində etiketi olmayan qadın paltarı, 1 ədəd üzərində “X11” yazılı etiketi olan qadın paltarı, 6 cüt üzərində “Jujube” yazısı olan corab və 19 ədəd üzərində “Roza Bambuk” yazısı olan qadın şalvarı aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020-ci il tarixli 6/129-9/218 nömrəli məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zavod üsulu ilə qablaşdırılmış dərman preparatlarının üzərində qeyd olunan markalanma göstəriciləri, miqdarı, yararlıq müddəti və tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı rəyin 1 saylı cədvəlində göstərilmişdir. Həmin cədvəldə göstərilən dərman preparatlarının və geyim əşyalarının ümumilikdə 05.03.2020-ci il tarixə orta qiyməti 3590,75 manat müəyyən edilmiş, üzərində heç bir markalanma göstəricisi olmayan dərman preparatının qiymətini müəyyən etmək mümkün olmamış, eyni zamanda həmin preparatların və geyim əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X13» X18 16 iyun 2020-ci il tarixli 04/7445 №-li məktubundan görünür ki, təqdim olunan dərman vasitələrindən heç biri Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmişdir, respublikanın müalicə-profilaktika müəssisələrində istifadəsi mövcud deyil və ölkə apteklərində satışı həyata keçirilmir Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “ Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı” na əsasən “Drostanolon”, “Stanozolol”, “Testosteron”, “Boldenon”, “Oksimetolon” və “Metandienon” güclü təsir edən maddələrə aiddirlər və həmin Siyahıya görə 10 qramdan artıq çəkidə “Drostanolon”, 2.5 qramdan artıq çəkidə “Stanozolol”, 10 qramdan artıq çəkidə “Testosteron”, 10 qramdan artıq çəkidə “Boldenon”, 10 qramdan artıq çəkidə “Oksimetolon” və 2.5 qramdan artıq çəkidə “Metandienon” külli miqdar təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Belə ki, Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş olduğu dərman preparatlarının idmanla məşğul olmaq üçün istifadə olunan vitaminlər olduğunu bilməsi, habelə həmin dərman preparatlarının tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin olması, o cümlədən törətdiyi əməldə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini tamah niyyəti və satış məqsədi ilə külli miqdarda qanunsuz əldə etmə, saxlama və daşıma kimi cinayət əməllərini törətmək niyyətinin və ya məqsədinin olmaması barədə xüsusatları qeyd etsə də, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı hərtərəfli yoxlanılanaraq şahid ifadələri, eləcə də digər möhtəbər sənədlərlə təkzib edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonunun Yalama kəndində anadan olmuş, lakin 14 yaşından Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda pasport qeydiyyatında olmuşdur. Faktiki olaraq isə Qusar rayonunun Samur qəsəbəsində yaşamışdır. Özünə məxsus “Lada 219020 Granta” markalı, O173TO05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərmiş və “Samur” gömrük postunu keçdikdən sonra neytral adlanan yerdən sərnişin götürüb onları X4 Federasiyasına olan çıxış qapısına sərnişin kimi aparmışdır. Həmin yerdən də sərnişin götürüb əks istiqamətdə geri qayıtmışdır. Həmin yerdən də sərnişin götürüb əks istiqamətdə geri qayıtmışdır. Lakin bununla belə, bibisi X7 Dərbənd şəhərində qaldığı üçün, arada-bir onlara qonaq kimi gedib orada qalmışdır. Sonuncu dəfə, 2020-ci ilin mart ayının 4-də atası X15, anası X10 və xalası X3 ilə birlikdə bibisi Mamaliyeva Mansuraya baş çəkmək üçün idarə etdiyi “Lada 219020 Lada Granta” markalı, O173TO05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Samur” gömrük postundan keçməklə Dağıstan Respublikasının Dərbənd şəhərinə getmişlər. Saat təqribən 10-11 arası bibisigilə çatmışlar. Burada bir saata yaxın dayandıqdan sonra, Dərbənd şəhərində görüləsi işlərinin olduğunu demiş və bibisigildən ayrılmışdır. Daha sonra idarə etdiyi nəqliyyat vasitəsilə Dərbənd şəhərinə çıxmış, ilk olaraq şəhərin mərkəzi sayılan bazar tərəfə getmişdir. Bazarın kənarında bir nəfər tanımadığı şəxsin nəsə satdığını görmüşdür. Ona yaxınlaşıb nə satdığını soruşmuşdur. O isə bildirmişdir ki, bunlar kulturizmlə məşğul olan idmançılar üçün vitaminlərdir, imam da ona sual vermişdir ki, bir-iki il sonra əsgərliyə gedəndə idmanla məşğul olub iri bədənə sahib olmaq üçün bu vitaminlər istifadə etsə onda bu alınarmı. Satıcı isə, cavabında bildirmişdir ki, bəli, bu vitaminlərdən qəbul etsə və idmanla məşğul olsa yaxşı idman bədəninə sahib olacaqdır. Sonra ondan soruşmuşdur ki, hansı müddətə bu vitaminlər təsirini göstərəcək, satıcı isə cavabında bildirmişdir ki, az-az bir ildən də yuxarı müddətdə istifadə edə bilərsən. O, nə qədər vitamin qəbul edəcəyini ondan soruşanda, satıcı ona əli ilə göstərdiyi qədər vitaminləri tək özü uzun müddət, hətta bir ildən artıq müddət də istifadə edə biləcəyini demişdir. O da fikirləşmişdir ki, əsgərliyə gedənə qədər bu vitaminləri istifadə edib özünü qaydaya gətirəcəkdir. Bu niyyətlə həmin vitaminlərin qiymətini soruşmuş, satıcı ona cavabında çox böyük bir məbləğ demişdir. O da satıcıya bildirmişdir ki, onda 40000 (qırx min) rubl pul olmuşdur. Sonra həmin vitaminlərin yanında olan digər şüşə qabların içindəki mayenin nə olduğunu soruşmuşdur. Satıcı cavabında demişdir ki, bunlar da idmançılar üçün arıqladıcı vitaminlərdir. Satıcı ona izah etmişdir ki, birinci göstərdiyi vitaminləri qəbul etdikdən sonra birdən-birə kökəlsə bu vitaminlər kökəlmənin qarşısını alır və arıqladır. O da fikirləşmişdir ki, hər ehtimala qarşı qəfil kökəlsə bu vitaminlərdən də istifadə edib arıqlayar. O, satıcıya bildirmişdir ki, onun cəmi 40000 rus rublu pulu vardır, əgər razıdırsa ona göstərdiyi vitaminləri yığıb versin. Satıcı da onunla dərhal razılaşmış və alver etmədən vitaminləri yığıb ona vermişdir. Vitaminləri götürdükdən sonra ondan konkret olaraq soruşmuşdur ki, bu vitaminləri hansı qaydada istifadə etmək lazımdır, bu zaman satıcının telefonuna zəng gəlmişdir və o, telefona cavab vermədən tələsdiyini deyib əşyalarını da yığışdırıb çıxıb getmişdir. O da vitaminləri avtomobilin salonuna arxa oturacağa qoymuş və bazara girmişdir. Bazarda ucuz olduğuna görə ümumilikdə 6000 rus rubluna 7 ədəd qadın paltarı (don), 6 cüt qadın corabı və 19 ədəd qadın şalvarı almışdır. Sonra həmin vitaminləri gömrükdən gizlətmək məqsədilə dəniz kənarına yaxınlaşmış və sakit bir yerdə tək halda qeyd etdiyi vitaminləri paltarlarla birlikdə büküb avtomobilin arxa yük yerində olan qaz balonunun içərisinə yerləşdirib gizlətmişdir. Həmin balon nəqliyyat vasitəsini aldığı vaxtdan bəri yük yerində olmuşdur. Lakin 1 ay bundan qabaq balonun qazı qurtarmışdı deyə işləmirdi. Aldığı dərmanları və geyim əşyalarını balonun içərisinə yığdıqdan sonra, balonun qapağını yenidən üzərinə qoyub şurupla bağlamış və həmin balonu yenidən yük yerinə qoymuşdur. Daha sonra, nəqliyyat vasitəsini işə salmışbibisigilə qayıtmışdır. Həmin vaxt artıq bibisigildən ayrıldığı vaxtdan 2-3 saat keçmişdir. Gecəni bibisigildə qalmışlar. Ertəsi gün, yəni mart ayının 5-də bibisigillə sağollaşmış və oradan ayrılmışlar. Nəqliyyat vasitəsinə minmiş və Azərbaycana gəlmək üçün atası, anası və xalası ilə birlikdə yola düşmüşlər. Yolda yəni Qapçaq şəhərində olarkən, burada yerləşən mağazaların birinin önündə nəqliyyat vasitəsini saxlamış, həmin vaxt anası və xalası nəqliyyat vasitəsindən düşərək, ərzaq almaq üçün mağazaya getmişlər. O da, atası ilə birlikdə nəqliyyat vasitəsində oturub onların gəlməsini gözləmişdir. Təqribən yarım saat keçdikdən sonra, anası və xalası mağazadan çıxmış və əllərində olan paketləri nəqliyyat vasitəsinin yük yerinə qoymuşlar. Daha sonra isə yollarına davam etmişlər. 05.03.2020-ci il tarixdə, saat 10:00 radələrində “Samur” gömrük postuna çatmışlar. Posta daxil olduqdan sonra, burada gömrük işçisi nəqliyyat vasitəsinə yaxınlaşmış və ondan nəqliyyat vasitəsində nə olduğunu soruşmuşdur. O, da şifahi olaraq avtomobildə atasına və xalasına məxsus ərzaq məhsullarının olduğunu bildirmişdir. Nəqliyyat vasitəsində olan ərzaq malları ilə bağlı atasının və xalasının adına bəyannamələr yazılmışdır. Daha sonra, gömrük işçisi nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı, qaz balonunun içərisində öncədən gizlətdiyi vitaminləri və geyim əşyalarını aşkar etmişlər. Gömrük işçisi aşkar olunmuş vitaminlərə baxış keçirmiş, saymış və nəticədə bununla bağlı protokol tərtib edərək malları götürmüşdür. O da protokolda müvafiq yerlərdə imza etdikdən sonra ona bu işlə bağlı Şimal Ərazi Baş Gömrük İdarəsinə gəlməli olduğu bildirilmişdir. Həmin vitaminləri Rusiya Federasiyası vətəndaşı olmasına baxmayaraq, Azərbaycan Respublikasında yaşadığına görə uzun müddət burada istifadə edəcəyini düşünərək Azərbaycan Respublikasına gətirmişdir. Yəni o, həmin vitaminləri şəxsi istifadəsi üçün uzun müddət qəbul etmək məqsədilə gətirmişdir ki, özünü qaydaya salıb Rusiya Federasiyasında əsgərliyə getsin. Paltarları isə həm vitaminləri bükmək üçün əldə etmiş və elə Samur qəsəbəsində kiməsə lazım olsa verməyi planlaşdırmışdır. İlkin təhqiqat və istintaq prosesində indiki kimi ona ləzgi dilində izah edən olmadığına görə, sualın mahiyyətini başa düşməmiş və nə deyiblərsə «hə» deyib cavab vermişdir. Yəni verilən sualın mahiyyətini dəqiq başa düşməmiş və hər şeyin yaxşı olacağı bildirildiyinə görə sənədləri imzalamışdır. O, əldə etdiyi vitaminlərin ümumiyyətlə dərman preparatı olduğunu bilməmiş, tərkibində güclü təsir edən maddələrin də olduğundan anlayışı olmamışdır. O elə düşünmüşdür ki, gətirdiyi predmetlər vitamindir. Dərman olduğunu gömrükdə saxlanılandan sonra bilmişdir. Tərkibində belə maddələrin olduğunu və bu cür ciddi məsuliyyətə səbəb olduğunu bilsəydi heç vaxt almazdı və Azərbaycan Respublikasına gətirməzdi. Azərbaycan dilini pis bilmiş, başa düşməmiş, məktəbi bitirsə də azərbaycan dilini pis bilmiş, orta məktəbdə azərbaycan dilində deyil ləzgi dilində danışmış, rus dilini də pis bilmiş, yalnız ləzgi dilini bilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3, 206.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 may 2020-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, ailə vəziyyətini, himayəsində onkoloji xəstə olan anasının və Vətən müharibəsi iştirakçısı olmaqla, müharibədə ayaqlarını itirmiş qardaşının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200- 1.2.3, 206.2 və 240.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş qaydada ayrıayrılıqda azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) həbsdə saxlama və ev dustaqlığında olma müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixədək həbsdə, həmin tarixdən etibarən isə ev dustaqlığında olduğu 08 (səkkiz) ay 25 (səkkiz) ay 25 (iyirmi beş) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, yuxarıda göstərilən cəzanıyüngülləşdirən halları, onun məhkəmə iclasındakı davranışını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, ilk dəfə cinayət törətməsini, səmimi peşman olmasını və bununla da törədilmiş cinayət əməlinin, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 13 ədəd şüşə flakonda «Drostanolone (propionate) inj. 100 mg/ml», 12 ədəd şüşə flakonda «Stanozolol 50 mg/ml», 09 ədəd şüşə flakonda «Testosterone (enathare) 250 mg/ml», 12 flakonda «Testosterone (sust-mix) 250 mg/ml», 28 ədəd şüşə flakonda «Testosterone (propuonate) 100 mg/ml», 17 ədəd şüşə flakonda «Boldenone (undecylenate) inj. 300 mg/ml», 446 həb «Oxymetholone 50 mg », 946 həb «Methandienone 20 mg » və üzərində heç bir markalanma göstəricisi olmayan 5 ədəd 30 ml-lik flakonda stanozolol suspenziyası dərman vasitələri məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə bağlı Təqsirləndirilən şəxs 250 (iki yüz əlli) manat məbləğində xərc məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3, 206.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixə dək həbsdə, həmin tarixdən etibarən isə ev dustaqlığında olduğu 08 (səkkiz) ay 25 (iyirmi beş) gün, ümumilikdə 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 02 ( iki ) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Qusar rayon İcar şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 13 ədəd şüşə flakonda «Drostanolone (propionate) inj. 100 mg/ml», 12 ədəd şüşə flakonda «Stanozolol 50 mg/ml», 09 ədəd şüşə flakonda «Testosterone (enathare) 250 mg/ml», 12 flakonda «Testosterone (sust-mix) 250 mg/ml», 28 ədəd şüşə flakonda «Testosterone (propuonate) 100 mg/ml», 17 ədəd şüşə flakonda «Boldenone (undecylenate) inj. 300 mg/ml», 446 həb «Oxymetholone 50 mg », 946 həb «Methandienone 20 mg » və üzərində heç bir markalanma göstəricisi olmayan 5 ədəd 30 ml-lik flakonda stanozolol suspenziyası dərman vasitələri məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar 250 (iki yüz əlli) manat məbləğində xərc Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-617/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-617/2021
23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver