Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-617/2023 25.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 avqust 2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Y.Həsənov küçəsi, ev 30-da qeydiyyatda olmaqla, Bakı şəhəri ərazisində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Babalı oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Babalı oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 1020,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, həmin heroini daşıyaraq çiynindən asdığı ona məxsus olan tünd qırmızı rəngli üzərində "BAKU CİTY CİRCUİT" sözləri yazılmış bel çantasının içərisində gizlətmiş, 14 sentyabr 2022-ci i! tarixdə saat 11 radələrində Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 2 ünvanının qarşısında saxlanılaraq həmin şöbənin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı çiynindən asdığı ona məxsus olan tünd qırmızı rəngli üzərində “BAKU CİTY CİRCUİT" sözləri yazılmış bel çantasının içərisindən qara rəngli sellofana bükülərək şəffaf rəngli yapışqan lentlə bağlanmış 1020,0 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Babalı oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. Evlidir, 2 övladı var, yaşlarını dəqiq bilmir. O, narkomandır. 13 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarı adlanan ərazidə zibil qutularını eşən zaman bankaları yığırmış. Həmin vaxt o orada kisə görmüş və götürmüşdür. Sonra o yorulduğu üçün oturmuşdur. Bu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışlar. Onu bankaları yığdığı yerə aparmışlar. Demişlər ki, o yerdən kisəni götürüb onlara versə, onu gözətçi və ya başqa yerdə işə düzəldəcəklər. O da kisəni yerdən götürüb onlara vermiş, həmin şəxslər də onu Polis Şöbəsinə aparmışlar. Onun üzərində bankaları yığdığı iki ədəd çanta var imiş. O, bütün narkotik vasitələri tanıyır. Amma bu narkotikə oxşamırmış. Yaşıl rəngdə imiş və xınaya oxşayırmış. O, çantanı açanda içində olanları görmüş, yaşıl rəngdə maddə imiş. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, kisənin içinə heç baxmamışdır. Əvvəllər dəfələrlə məhkum olunmuşdur. Elan olunmuş cinayət işinin 25-26-cı vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imza Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Protokolu təsdiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Babalı oğlunun əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmu, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 27-ci vərəqəsində olan izahatında, 43-46 və 57-60-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs Babalı oğlu aşağıdakıları göstərmişdir: «...xx.xx.2022-ci il tarixdə saat 19 radələrındə Baki şəhəri, Sabunçu rayonu, Sabunçu bazarı adlanan ərazidə zibil qutularını eşən zaman 1 ədəd qara rəngli sellofana bükülmüş büküm diqqətini çəkmiş, o, dərhal həmin bükümü götürüb onu açmış görmüşdür ki. həmin bükümün içindəki narkotik vasitə olan heroindir. O, həmin bükümü çiynindən asdığı tünd qırmızı rəngli üzərində "BAKU CİTY CİRCUİT" sözləri yazılmış bel çantasına qoymuş və fikirləşmişdir ki, tapdığı narkotik vasitədən həm özü istifadə edər eyni zamanda müştəri tapıb satıb pul qazanc əldə edər. 14.09 2022-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanın qarşısında dayanarkən, bu zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və söhbət zamanı ondan şübhələndiklərinə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirmişlər. Orada xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, çiynindən asdığı tünd qırmızı rəngli üzərində "BAKU CİTY CİRCUİT" sözləri yazılmış bel çantasının içərisindən bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini və şəxsi əşyalarını könüllü olaraq təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır, izahatı və dindirmə protokollarını qismən təsdiq edir. O, həqiqətən həmin narkotiki tapmış, lakin, onu istifadə etmək istəmiş, narkotik vasitəni satmaq fikiri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyir. 14 sentyabr 2022-ci il tarixdə o əməliyyat müvəkkili Şahid2 ilə saat 11-00 radələində ünvan 3 ünvanın qarşısında şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar və onu Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs çantasına baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona üzərində və çantasında qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs çantasından skoçla bağlanmış qara rəngi paketi çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, həmin madənin narkotik vasitə olduğunu və zibil yeşiklərini axtararkən tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 14 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən, saat 11:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 2 saylı ünvanda bir nəfər kişi cinsli şəxsin davranışlarından şübhələnərək ona yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsi 17-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs Babalı oğlu olduğu müəyyən edilmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs Babalı oğluna üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs Babalı oğlu çiynində olan tünd qırmızı rəngli üzərində 'BAKU CİTY CİRCUİT” sözləri yazılmış bel çantasının içərisindən bir ədəd qara rəngli sellofana bükülərək şəffaf rəngli yapışqan lentlə bağlanmış bağlamanı, 1 ədəd siqarte qutusunu, 1 ədəd alışqanı, 1 ədəd mobil telefonu, içərisində bir ədəd Bakıkart və 28 manat pul olan pul qabını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən, üzərindən heç bir əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Babalı oğlunun təqdim etdiyi qara rəngli sellofan torbanın içərisinə baxış zamanı içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki narkotik maddə heroin olmasını, həmin heroini xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarı adlanan ərazidə məişət tullantıları olan qutuları eşələyən zaman tapıb çantasında gizlətdiyini bıldirmişdir. Təqsirləndirilən şəxs Babalı oğlunun təqdim etdiyi, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan qara rəngli sellofan bağlama iş üçün əhəmiyyət kəsb etdiyinə görə qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 36-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-cı il tarixli 6/5182 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhür əksi olam “R Quliyevin üzərindən ... ” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 1020,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə iəstıq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasıtələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 77-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 sentyabr 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilmiş, baxış keçirilərkən müəyyən olunmuşdur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Babalı oğlu çiynindən asdığı ona məxsus olan tünd qırmızı rəngli üzərində “BAKU CİTY CİRCUİT” sözləri yazılmış bel çantasının içərisindən bir ədəd qara rəngli sellofana bükülərək şəffaf rəngli yapışqan lentlə bağlanmış narkotik vasitəyə bənzər maddəni təqdim edir və həmin qara rəngli sellofan bağlamanın içində narkotik maddə olduğunu, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, “Sabunçu Bazarı” adlanan ərazidən zibil qutularını eşən zaman tapdığını bildirir. Cinayət işinin 78-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 sentyabr 2022-ci il tarixli əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Babalı oğlunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd mobil telefona baxış keçirilmiş, baxış zamanı telefon üzərində hər hansı simkart olmadığı müəyyən edilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Babalı oğlunun adına "xxxx" şəbəkəsində mobil nömrə qeydiyyatdan keçmir. Cinayət işinin 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Babalı oğlunun adına "xxxx" şəbəkəsində mobil nömrə qeydiyyatdan keçmir. Cinayət işinin 103-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Babalı oğlunun adına "xxxx" şəbəkəsində mobil nömrə qeydiyyatdan keçmir. Cinayət işinin 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olmuş 30 oktyabr 2022-ci il tarixli, 080- 2139-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Babalı oğlunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 120-121-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 12 dekabr 2022-ci il tarixli cinayət işi materiallarından başqa cinayət işi ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Babalı oğlunun üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin əldə etmə mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs Babalı oğlu özünü təqsirli bilməyərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitəni polis əməkdaşlarfı onu işə düzəldəcəyinə söz verdikləri üçün yerdən götürüb onlara verdiyini. Məhkəmə, Təqsirləndirilən şəxs Babalı oğlunun məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindın fərqli ifadə verməsini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Babalı oğlunun elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Babalı oğlunun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs Babalı oğlu barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 sentyabr 2022ci il tarixli tələbnamədən görünür ki, Quliyev X3 Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 avqust 2012-ci ildə cəzasının sonu ilə azad edilmiş; Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə, Milli Məclisin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış; Xəzər Rayon Məhkəməsinin 20 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, 23 noyabr 2016-cı ildə cəzasının sonu ilə azad olunmuş; Xəzər Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 iyul 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş; cinayət işinin 96-100-cü vərəqələrində olan Xəzər Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 avqust 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs Babalı oğlunun məhkumluğu ödənilməmiş və cinayətlərin residivini yaradır. Cinayət işinin 107-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 dekabr 2022-ci il tarixli 7285 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Babalı oğlunda OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X4 şəxsinin 01 oktyabr 2022-ci il tarixli, 2604 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Babalı oğlunda hal-hazırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs Babalı oğlunda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs Babalı oğlunda törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs Babalı oğlu ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Babalı oğlu törətdiyi əməl barədə ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs Babalı oğlu hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs Babalı oğlunda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs Babalı oğlunda xasiyyətin psıxopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs Babalı oğlunun əməli Azərbaycan Respublikası CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Babalı oğlunun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Babalı oğlunun Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirilən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivi Təqsirləndirilən şəxs Babalı oğlunun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs Babalı oğlu münasibətdə Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyyən edilmiş daha ciddi caza növünün son həddinin yarısından az ola bilməz. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs Babalı oğlunda narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs Babalı oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Babalı oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs Babalı oğluna ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 14 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 18-19-cu vərəqələrində olan 14 sentyabr 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Babalı oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 72-76-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentaybr 2022-ci il tarixli 4(005)- 1003/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Babalı oğlu barəsində həbsetmənin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs Babalı oğlundan aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1019,05 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs Babalı oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs Babalı oğluna məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Babalı oğluna qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Babalı oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs Babalı oğlundan aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1019,05 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs Babalı oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Əhməd Quliyev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-617/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-617/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver