Məhkəmə qərarları › İş №1(101)-617/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-617/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-617/2024 09.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham verilmşdir ki, o, internet informasiya ehtiyatlarından istifadə etməklə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, internet informasiya ehtiyatlarından istifadə etməklə «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,365 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, 27 mart 2023-cü il tarixdə, saat 16:30 radələrində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və orada üzərində müdafiəçinin iştirakı və video çəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd üzəri yapışqan lentlə örtülmüş qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,365 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəlidir, 3 övladı və qoca anası vardır, kababçı işləmiş, 3 il olar ki, narkotik vasitə olan heroindən istifadə etmiş, heroini tanımadığı adamlardan alırdı. Maddi çətinlik çəkdiyi üçün sosial şəbəkələrdə tanış olduğu Mehdi adlı, özünü iranlı kimi qələmə verən şəxslə tanış olmuş və o narkotik vasitə satıcısı olduğunu bildirdiyi üçün ondan 5 qram heroin sifariş vermişdir.Həmin heroin onu maksimum 2-3 gün görəcəkdi. Belə ki, bir dəfəyə ən azı 0.5 qram heroin istifadə edirdi. Mehdi ona heroini 120 manata satmışdır. Həmin pulu o Mehdinin bildirdiyi bank kartına köçürmüşdür. Bildirir ki, Bakı şəhərində heroinin bir qramı 60 manatdır. Mehdinin təklif etdiyi qiymət isə çox münasib olmuşdur. Mehdinin onun telefondakı Watsapp proqramına atdığı konum vasitəsilə Yeni Yasamalda işıq transformatorunun aşağı hissəsində olan deşikdən bir büküm heroini götürüb oradan aralanmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış təhqiqatçı müdafiəçi dəvət edərək video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarışdır. Orpada keçirilmiş, həmin baxış zamanı transformatorda olan deşikdən götürdüyü sellofan bükümü təqdim etmişdir. Ona qarşı heç bir fiziki zor tətbiq olunmamış, lakin o özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. Bu vasitələrin satışı ilə məşğul olmamışdır. Onun telefonunda olan ***-***-**-** saylı mobil telefon nömrəsində olan smslərə gəldikdə isə həmin smslər ondan ağrıdan çıxmaq üçün mal istəyən tanışların smsləri olmuş, həmçinin narkotik vasitəni birlikdə qəbul etdiyi tanışları ilə yazışmaları olmuşdur. Saxlanıldığı zaman ona qarşı heç bir fiziki zor və təzyiq olmamış, istintaq təcridxanasında tibbi müayinə zamanı üzərində heç bir xəsarət olmamış, sanksiya verildiyi zaman hakimə bununla bağlı heç bir şikayət etməmişdir. Hal-hazırda da heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, ona Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə 27 mart 2023-cü il tarixdə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla BMCMİ-nin rəhbərliyinə məruzə etmişdir. Əməliyyat -axtarış tədbirlərinin keçirilməsinə razılıq verildiyi üçün onun tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə qərar qəbul edilmiş və həmin qərar baş idarənin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmiş, qrupun üzvləri isə həmkarları Şahid2 və Şahid3 olmuşlar. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə saat 16:30-da ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət etdiyini görüb onu saxlayaraq Baş İdarəyə aparmışlar. Baş idarədə Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişlər. Sonuncu isə müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirmişdir. Həmin baxışda onlar da iştirak etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib şalvarının sol yan cibində olan 01 ədəd üstü yapışqan lentlə örtülmüş qara rəngli sellofan bükümü, əynində olan ağ rəngli gödəkcəsinin sağ yan cibində olan 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla özü könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində «kakos» adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda bükümün içərisindən 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin şəffaf rəngli sellofan bükümün içərisindən isə narkotik vasitə heroinə oxşar vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə heroini 27 mart 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən şəxsi istifadəsi üçün almış, həmin şəxsi “İnstagram” və “Whatsaps” vasitəsi ilə tanıyaraq əlaqə saxlamış, Mehdidən həmin heroini zakladka vasitəsilə əldə etmişdir. Bundan sonra Ramiz Əlievin üzərindən aşkar edilmiş narkotik vasitə heroin bir zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılaraq imzalanaraq götürülmüşdür. Şəxsi axtarışla bağlı tərtib olunmuş protokolu bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun vəkili də imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə 27 mart 2023-cü il tarixdə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilmiş, əməliyyat qrupuna o da təyin edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə saat 16:30-da ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət etdiyini görüb onu saxlayaraq Baş İdarəyə aparmışlar. Baş idarədə Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişlər. Sonuncu isə müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirmişdir. Həmin baxışda onlar da iştirak etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib şalvarının sol yan cibində olan 01 ədəd üstü yapışqan lentlə örtülmüş qara rəngli sellofan bükümü, əynində olan ağ rəngli gödəkcəsinin sağ yan cibində olan 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla özü könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində «kakos» adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda bükümün içərisindən 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin şəffaf rəngli sellofan bükümün içərisindən isə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə heroini 27 mart 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən şəxsi istifadəsi üçün almış, həmin şəxsi “İnstagram” və “Whatsaps” vasitəsi ilə tanıyaraq əlaqə saxlamış, Mehdidən həmin heroini zakladka vasitəsilə əldə etmişdir. Bundan sonra Ramiz Əlievin üzərindən aşkar edilmiş narkotik vasitə heroin bir zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılaraq imzalanaraq götürülmüşdür. Şəxsi axtarışla bağlı tərtib olunmuş protokolu bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun vəkili də imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə 27 mart 2023-cü il tarixdə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1, üzvləri isə o və Şahid2 olmuşlar. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə saat 16:30-da ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət etdiyini zaman saxlayaraq Baş İdarəyə aparmışlar. Baş idarədə Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişlər. Sonuncu isə müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirmişdir. Həmin baxışda onlar da iştirak etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib şalvarının sol yan cibində olan 01 ədəd üstü yapışqan lentlə örtülmüş qara rəngli sellofan bükümü, əynində olan ağ rəngli gödəkcəsinin sağ yan cibində olan 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla özü könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində «kakos» adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda bükümün içərisindən 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin şəffaf rəngli sellofan bükümün içərisindən isə narkotik vasitə heroinə oxşar vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə heroini 27 mart 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən şəxsi istifadəsi üçün almış, həmin şəxsi “İnstagram” və “Whatsaps” vasitəsi ilə tanıyaraq əlaqə saxlamış, Mehdidən həmin heroini zakladka vasitəsilə əldə etmişdir. Bundan sonra Ramiz Əlievin üzərindən aşkar edilmiş narkotik vasitə heroin bir zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılaraq imzalanaraq götürülmüşdür. Şəxsi axtarışla bağlı tərtib olunmuş protokolu bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun vəkili də imza etmişlər. Təqsirləndirilən şəxs qarşı istər saxladıqları, istərsə də polisə gətirdikləri zaman fiziki zor və psixoloji təzyiqlər etməmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulumuş cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.4-cü madəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 27 mart 2023-cü il tarixli raportundan müəyyən olunur ki, etimad doğuran, məlum, qərərsiz mənbədən daxil olmuş məlumatda “Ramiz” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda nakotik vasilələr və psixotrop msaddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən olunmuşdur ki, “Ramiz” adlı şəxs xx.xx.1978-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Məhkəmədə elan edilib araşdırılmış 27 mart 2023-cü il tarixli «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin keçirilməsi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Əbülfət Rzayevin 27 mart 2023-cü il tarixli 3-13-6/ə 130/23 saylı əmri ilə idarənin əməkdaşları, polis leytenantı Şahid1, polis kapitanı Şahid3, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 27 mart 2023-cü il tarixli raportundan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 mart 2023-cü il tarixdə saat 16:30-da ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, saxlanılarkən şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şübhəli şəxsin tutulması haqqında” 27 mart 2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:01-də müdafiəçi, 25 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində video çəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd üzəri yapışqan lentlə örtülmüş qara rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər vasitə aşkar edilmiş, həmin büküm qablaşdırılmış, şəxsi axtarışla bağlı tərtib olunmuş protokol heç bir qeyd və etiraz edilmədən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1745 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,365 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçisi Cavid Abbasovun iştirakı ilə verdiyi 27 mart 2023-cü il tarixli izahatı və eyni müdafiəçinin iştirakı ilə 28 mart 2023-cü il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitənin istifadəçisidir, narkotik vasitənin bir neçə növündən istifadə etmişdir. İnstagram sosial şəbəkəsində 2023-cü ilin mart ayında özünü İİR vətəndaşı kimi təqdim edən Mehdi adlı şəxslə tanış olmuş, ondan ona istifadə üçün narkotik vasitə heroin göndərməsini xahiş etmiş, lakin həmin narkotik vasitənin pulunu 2 ay müddətində verəcəyini demiş və Mehdi onunla razılaşmışdır. Mehdi göndərəcəyi heroinin dəyərinin 120 manat olduğunu bildirmiş və 27 mart 2023-cü il tarixdə Mehdi heroini ünvan 7 ünvanda elektrik paylayıcısının yanına qoyduğunu bildirmiş və o həmin yerdən bir ədəd qara rəngli bükümü gedib götürmüşdür. Həmin gün saat 16:30-da ünvan 7 ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati idarəsinə aparılmış, orada ona müdafiəçi təqdim edilmiş, o şübhəli şəxs qismində tutulmuş və videoçəkilişlə üzərinə baxış keçirilmiş, təhqiqatçının təklifinə əsasən Mehdidən əldə etdiyi heroini şalvarının sol yan cibindən çıxırıb təqdim etmişdir. Ona qarşı heç bir formada təzyiq olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarxili qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsrləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 27 mart 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1278 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2470 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə 5,365 qram çəkidə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 5,365 qram olmuş narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 5,315 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatına baxış keçirilmişinə dair xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış zamanı mobil telefonun iş masası üzərində yerləşən “Qaleriya” bölməsində narkotik vasitənin atıldığı yerin foto şəkli aşkar edilmişdir. Bundan başqa mobil telefonun iş masası üzərində yerləşən “WhatsApp” proqramına baxış keçirilən zaman “mandinasiri20233hcfg” adı ilə qeyd edilmiş +**********905 saylı mobil nömrəli istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda narkotik vasitələrin əldə edilməsi barədə yazışma və səs yazı, məkan bildiriminin göndərilməsi aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonunda “mandinasiri20233hcfg” adı ilə qeyd edilmiş +**********905 saylı mobil nömrənin narkotik vasitəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldun müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 29 mart 2023-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 01 ədəd “CD” diskə təqdim olunmuş və həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 17:36:55-də “Görsen usaglar seni gözdüyür temaycun.mende burdayam.menide corniya atmisan.barismağ istiyirsense qaqava bir sey ele” sözləri yazılmış mesajın göndərilməsi aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Elnur bu nə hərəkətdir. Pulu niyə gətirib cıxarmadın . Nə pisdiyim dəymişdi sənə Sizin zibilinizə görə mən lomkada qaldım. Elnur çox sağ ol”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Tural gecədi deyə rahat telefonda da danışmaq olmur. Nəsə əsas məsələ birdən Tofiq ya dəllək Rüfət. Məndəki temadan nəsə desə sən də, özüvü at ortaya deynən hə dünən Ramizlə mən də vurdum vəziyyətdən cıxmaqa qara sıyıq temanın bərk varyantı idi bir az zəif tema idi. Amma biz özümüz də onu vurmuşuq. OK TURAL. OXU VİZİV AT MƏNƏ.”, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus eyni nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Salam qardaşım özüm zəng edib narahat eləmədim səni. Səhər mənimlə əlaqə saxla sevindirim səni. Sənə demişdime 50 man vermişəm gəlməyib. Gəlib deyə sevindim. Dedim mən sevindim niyə mənim qardaşım sevinməsin. Nə vaxt istəsən gəlməmiş 15-20 dəq qabaq xəbər elə ayırmışam indidən qardaşım üçün qardaş payı. Deynən xeyirli bir şey olsaydı heç nəsə verərdin ay Ramiz. 20 dəq zəng edirəm”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Tural qardaşım sənin belə hərəkətin yol verilməz səhvdir. Mənim ya 90 manat pulumu gətir ver ya da temamı. Sən öl Tural aramızda olan söhbətlərın üstündən xətt çəkib mən də ..... edərəm sənə özü də çox pis ..... edərəm xoşluqla məsələni həll elə Tural əks ha qoy mənə .... desinlər amma sən öl səni ilişdirərəm haqqına Anamı da mənə ........deməyə heç kimin haqqı yoxdur. Mən bilirəm nə edəcəm” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o evlidir, himayəsində xx.xx.2009-cu il, xx.xx.2012 və xx.xx.2016-cı il təvəllüdlü övladları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə törətdiyi əməli tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı kimi tanıdığı «Mehdi» adlı şəxsin bildirdiyi ərazidən külli miqdaorda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması tam sübuta yetirilmişdir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə yanaşı CM-nin 234.4.4-cü maddəsi ilə tösif edilməsinə zərurət olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli «Azərbaycan Respublikası CM-nin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsilə əlaqəli şəkildə şərh edilməsinə dair» qərarından müəyyən olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin intensiv informasiya ehtiyyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasında fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kültəvilik əlaməti olduğu halda CM-nin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, bir dəfə, bir epizod üzrə satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamasına görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Yəni Təqsirləndirilən şəxs hərəkətlərində kitləvilik əlamətləri mövcud olmamış və ona CM-nin 234.4.3-cü maddəsi ilə yanaşı CM-nin 234.4.4-cü maddəsi ilə, yəni «informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etmə» tövsifedici xüsusat üzrə ittihamın verilməsinə əsas yoxdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs ittihamından CM-nin 234.4.4-cü maddəsini xaric edir, onun əməlini yalnız CM-nin 234.4.3-cü maddəsi ilə tösif edir və bu maddə ilə ona cəza təyin eidməsini mümkün sayır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs oğdluna narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 27 mart 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 5,315 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarəna əlavə edilmiş üzərinə baxışa aid 01 ədəd DVD formatlı disk, Azercell” MMC-dən daxil olmuş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qohumlarına təhvil verilməsi üçün Müdafiəçi1 qaytarılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi xaric edilsin. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 5,315 qram narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” formatlı və 01 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına təhvil verilməsi üçün Müdafiəçi1 qaytarılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar