Məhkəmə qərarları › İş №1(101)-617/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-617/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-617/2025 30.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X7 və X ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 1 sentyabr 1977-ci ildə Ermənistan Respublikası Keşişkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı və 1(bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2024cü il tarixli, 1(008)-745/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin cəzasını çəkməmiş, Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 aprel 2025-ci il tarixdə, saat 10:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan şəxsdən, məlum olmayan tarixdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1(bir) ədəd bükümdə təmiz çəkisi 5,595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin (bundan sonra mətndə - Xətai RPİ-nin 34cü PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 iyul 2024-cü il tarixdə, saat 15:45-də ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3ən Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində keçirilmiş şəxsi-axtarış və götürmə istintaq hərəkəti zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, külli miqdarda təmiz çəkisi 5,595 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri (bax iş vərəqi (bundan sonra mətndə–i.v.) 38-39; 50-51; 61-62; 99-100;) ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır və daimi iş yeri yoxdur. O, bədənində ağrılar olduğu üçün təxminən iki ildir narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib istifadə etmişdir. Narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alaraq heç kimin görmədiyi ərazilərdə istifadə etmiş və narkotik vasitəni qəbul etməsindən heç kimin məlumatı olmamışdır. 15 iyul 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Nizami rayonu Neftçilər metrostansiyası yaxınlığında üzdən tanıdığı, adını “Seyid” kimi bildiyi İran İslam Respublikasının vətəndaşından 70 manata “kola” kimi bildiyi narkotik vasitə heroini alıb istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 15 radələrində Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 138 ünvanının qarşısında olarkən iki nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirərək, onu Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət etmişlər. O da etiraz etmədən həmin şəxslərlə birlikdə şöbəyə getmişdir. Polis şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılacağı bildirilmiş, bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilərək ona üzərində qanunla daşınması və dövriyyəsi qadağan olunmuş hər hansı əşya, predmet və sair predmetin təqdim olunması təklif olunduqdan sonra o, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1(bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin kütlə barədə soruşulduqda o, kütlənin ”kola” kimi bildiyi narkotik vasitə heroin olduğunu, öz şəxsi istifadəsi məqsədi ilə alıb üzərində daşıyaraq saxladığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmış, lakin başqa hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm elektron tərəzidə çəkilərək kütləsinin 6,37 qram olması müəyyən olunmuşdur. Keçirilmiş istintaq hərəkəti barədə protokol tərtib olunaraq aşkar olunmuş kütlə zərfə qoyulmuş, zərf və protokol özü və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini 15 iyul 2024-cü il tarixdə, səhər saatlarında adını “Seyid” kimi bildiyi və başqa anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olan şəxsin bank hesabına “eManat” post terminal vasitəsi ilə 70 manat pulu ödəyərək sonuncunun atdığı məkana (konum), yəni Neftçilər metrostansiyası yaxınlığında yerləşən istirahət parkında olan daşın altından götürmüşdür. Əldə etdiyi narkotik vasitə heroini heç vaxt satmaq məqsədi ilə əldə etməmiş, yalnız özünün şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. O, “Seyid” adlı şəxsi şəxsən tanımamış, sonuncunu heç vaxt görməmiş, anket məlumatlarını bilməmiş, onunla yalnız vatsap sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. O, yaşadığı evdə və ya başqa bir ünvanda narkotik vasitə və ya psixotrop maddə saxlamamış, o cümlədən saxlanılarkən və polis şöbəsində hər hansı təzyiqə və ya zorakılığa məruz qalmamışdır.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, ayağının ağrıması ilə əlaqədar narkotik vasitə qəbul etmiş, bu barədə ailəsinin məlumatı olmamışdır. O, ittihamda qeyd olunmuş ünvana bir qram narkotik vasitə heroin almaq üçün getmiş, həmin narkotik vasitə üçün 70 manat ödəniş etmiş, Neftçilər metrostansiyası yaxınlığından narkotik vasitəni götürdükdən sonra polis geyim formasında sahə rəisi və digər polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra sonuncular özlərini təqdim edərək üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olmasını bildirərək onu Xətai RPİ-nin 34-cü PŞ-yə aparmış, orada müdafiəçi ilə təmin olunduqdan təxminən yarım saat sonra üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən narkotik vasitə aşkar edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, o cümlədən saxlanıldığı yerdə üzərinə baxış keçirilməmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisi polis əməkdaşları tərəfindən artırılmamış və ya üzərinə hər hansı əlavə edilməmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmət zamanı minaya düşmüş, nəticədə bir ayağının müəyyən hissəsini itirmişdir. O, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. O, narkotik vasitəni Seyid adlı şəxsdən almış, sonuncunun mobil telefon nömrəsini və digər məlumatlarını bilmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda aparılmış hərbi əməliyyatlar nəticəsində bir ayağının müəyyən hissəsini itirdiyini, bu səbəbdən müddətsiz İİ dərəcəli əlil olmaqla sağlamlıq imkanlarının məhdud olmasını, 6 noyabr 2024-cü il tarixdə baş vermiş bədbəxt yol-nəqliyyat hadisəsi nəticəsində həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid çoxsaylı bədən xəsarətləri almasını, həmin hadisədən sonra uzun müddət koma vəziyyətində olmaqla hazırda yataq şəraitində uzunmüddətli müalicə almalı olmasını, törətdiyi əməldən çox peşman olmasını, eləcə də narkomaniya xəstəliyindən əziyyət çəkməsi ilə bağlı peşmanlıq çəkməsini və tam müalicə olunub sağlamaq istəməsini, eyni zamanda ağ ciyər vərəmi xəstəliyindən də əziyyət çəkməsini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailədə ondan başqa qazanc gətirən şəxsin olmamasını bildirərək məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan ədalətli cəza təyin edilməsini xahiş etdi.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 15 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə insреktoru polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılıb Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edib üzərində saxlayaraq istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilmişdir. Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı polis leytenantı X4 xidməti otağında onun, Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə inspektoru polis leytenantı Şahid2, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və sonuncunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni 15 iyun 2024-cü il tarixdə, səhər saatlarında öz şəxsi istifadəsi məqsədi ilə Nizami rayonu Neftçilər metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 70 manata alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin baxış zamanı qanunla qadağan olunmuş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qablaşdırılaraq zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İstintaq hərəkəti mobil telefon vasitəsi ilə videoçəkilişlə qeydə alınmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamış, həmçinin onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmiş, yalnız narkotik vasitələrin istifadəsi ilə məşğul olması müəyyən edilmişdir.

7. Verilən suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, ona daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilmiş, orada keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən narkotik vasitə heroin aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə, eləcə də narkotik vasitənin çəkisinə hər hansı etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərində hər hansı axtarış hərəkəti keçirilməmiş və onun əldə etdiyi narkotik vasitənin mənbəyi müəyyən edilə bilinməmişdir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə inspektoru polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

10. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, 15 iyul 2024-cü il tarixdə, saat 15:45 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,595 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Xətai RPİ-nin 34-cü PŞ-nin müstəntiqi polis mayoru X14 tərəfindən 16 iyul 2024-cü il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).

11. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 15 iyul 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru İqbal Quliyev tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin şöbənin sahə inspektoru polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 5-12;).

12. “Şübhəli şəxsin tutulması haqqında” 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı polis leytenantı X4 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə 15 iyul 2024-cü il tarixdə, saat 16:45-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1, i.v. 22;).

13. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 16:55-dən saat 17:03-dək Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı polis leytenantı X4 tərəfindən həmin şöbənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1, sahə inspektoru polis leytenantı Şahid2 və müdafiəçi X1 iştirakı ilə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilməklə istintaq hərəkətinin mahiyyəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. O, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə şəffaf rəngli sellofan kəsiyinə bükülmüş tünd-qəhvəyi rəngli, tozşəkilli spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddələri təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd bükümdə şəffaf rəngli sellofan kəsiyinə bükülmüş tünd-qəhvəyi rəngli, tozşəkilli maddənin heroin adlanan narkotik vasitə olmasını bildirmişdir. Aşkar olunaraq götürülmüş kütlə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkilərək çəkisinin 6,37 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda şəxsi axtarış və götürmə zamanı Xətai RPİ-nin inspektor kriminalisti polis baş leytenantı Səfər Heydərov tərəfindən videoçəkilişin aparılması və həmin videoçəkiliş əks oldunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Bu barədə həmin gün, saat 17:13-dən 17:23-dək protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 30; 32-34;).

14. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 iyul 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 7 dəqiqə 29 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq A.Y.Məmmədov tərəfindən müdafiəçi və təqsirləndirilən şəxsin iştirakı ilə baxış keçirilməsinə dair müvafiq olaraq 15 avqust 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v.134-135;).

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 3-16- 16/2-6/3654 saylı, 16 iyul 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs(imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,595 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 5,595 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 5,495 qramdır. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır (Cild 1, i.v 41-45;).

16. “Materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə” 16 iyul 2024-cü il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 48;).

17. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v.52-53;).

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 4(011)-512/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq əvvəli 15 iyul 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən 70 manat müqabilində əldə etdiyini, 2 qram narkotik vasitə əldə etmək istəsə də, satan şəxsin ona 5 qram verdiyini, İ Qarabağ müharibəsi iştitrakçısı olmaqla sol ayağının müəyyən hissəsini itirdiyini, narkotik vasitədən xəstəliyi ilə əlaqədar olaraq istifadə etdiyini, ağrılarını başqa cür azalda bilmədiyini, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir” (Cild 1, 72-77;).

19. “Maddi sübut kimi tanımaq haqqında” 17 iyul 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 5,595 qram narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,495 qram olan maddə saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (Cild 1, i.v. 83-85;).

20. “Götürmə aparılması haqqında” 18 iyul 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd “Realme” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən müstəntiq Asəf Məmmədov tərəfindən götürülmüşdür (Cild 1, i.v. 86;).

21. “Telefona baxış keçirilməsi haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Realme” markalı mobil telefona baxış zamanı həmin telefonda ***-***-**-** sim kart mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. Protokoldan görünür ki, mobil telefon kodda olduğundan təqsirləndirilən şəxsin özü (Təqsirləndirilən şəxs) sağ əlinin üçüncü barmağından istifadə etməklə telefonun kodunu açmağa cəhd etmiş, lakin “Realme” markalı mobil telefonun kodunu açmaq mümkün olmamışdır. Həmin telefon qablaşdırılmaqla cinayət işinin materiallarına əlavə edilmişdir(Cild 1, i.v. 88;).

22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 25 iyul 2024-cü il tarixli cavabından, müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin, Sumqayıt Şəhər Probasiya Şöbəsinin 13 yanvar 2025 və 29 aprel 2025-ci il tarixli məktublarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-745/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün təşkil edir (Cild 1, i.v. 101; Cild 2;).

23. Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi polis polkovnik-leytenantı Məhşur Hüseynovun 17 avqust 2024-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs narkotik maddəni hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır (Cild 1, i.v. 102-103;).

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X16 2 avqust 2024-cü il tarixli 9609 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə 16 sentyabr 2014 – 9 oktyabr 2014 və 16 iyul 2021 – 30 oktyabr 2021-ci il tarixlərdə qeyd olunan xəstəxanada müalicədə olmuşdur (Cild 1, i.v. 104;).

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 X9 Xəstəxanasının 2 avqust 2024cü il tarixli 1/2971 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə qeyd olunan xəsatəxanaya müalicə üçün müraciət etməmişdir (Cild 1, i.v. 105;).

26. "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi barədə” 14 sentyabr 2024cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş çıxarışlardan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında əldə edilmiş 1 (bir) ədəd CD diskə müstəntiq Asəf Məmmədov tərəfindən baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 128-133;).

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə kompüter-texniki ekspertizasının” 5/846 saylı, 8 avqust 2024-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Realme C3” markalı “RMX2020” modelli mobil smartfondur. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Realme C3” markalı “RMX2020” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş şifrə ilə (parol-password) mühafizə olunan ekran kilidini ləğv elmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsinin” 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Realme C3” markalı “RMX2O2O” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng. “SMS” mesaj, foto, audio, video fayllar, proqram təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. “7.68.0.809 versiyalı UFED 4PC” proqram təminatında “SİM” danışıq kartının yaddaşının oxunması üçün texniki imkan olmadığından ekspertizanın təyini haqqında qərarda ekspert qarşısında qoyulmuş “Təqsirləndirilən şəxs məxsus “Realme” markalı mobil telefonun üzərində hansı nömrəli simkartlar vardır?” sualı üzrə tədqiqat işləri aparılmadı. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (Cild 1, i.v. 136-139;).

28. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 15 avqust 2024cü il tarixli, 5604 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə ağciyər vərəmi keçirmiş, 10 ilə yaxındır narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə istifadə edir, həmçinin güclü təsiredici dərman preparatı olan tramadol və preqabalin istifadə edir. Eyni zamanda həmin rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tİbbi Sosial Ekspertiza Komissiyasından verilmiş 21 aprel 2005-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müddətsiz əlildir (Cild 1, i.v 140-141;).

29. Abşeron rayon İcra Hakimiyyəti Başçısının X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli 722 nömrəli arayış və xasiyyətnamədən, “Nikah haqqında” AZ-İ№594424 nömrəli şəhadətnamədən, AA4057317 və AA4057316 seriya nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olmaqla onun barəsində hər hansı yazılı və şifahi şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X12, 21 avqust 2010-cu il təvəllüdlü oğlu Emin Abbaszadə və 9 yanvar 2016-cı il təvəllüdlü qızı Nuray Abbaszadədən ibarətdir (Cild 1, i.v. 144-145;).

30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında sənəddən görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2005-ci il tarixdə İİ dərəcəli əlillik statusu verilməklə “Mina partlamasına görə sol baldırın yuxarı 1/3-nin reamputasiyasından sonrakı güdülün trafiki yarası funksiyasının pozulması daimi ağrı sindromu ilə Nevrotik reaksiyası” diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmaqla müddətsizdir. Təqsirləndirilən şəxs əmək qabiliyyətsizdir (Cild 1, i.v. 150;).

31. “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 20 sentyabr 2024-cü il tarixli, 2751 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində narkotik maddələrdən sui-istifadə müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 151-153;).

32. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 21 sentyabr 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işinin materiallarından 5,595 qram narkotik vasitə heroini Təqsirləndirilən şəxs 70 manata satmış şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 24110392 nömrəli cinayət işi ayrılmaqla istintaqın davam etdirilməsi qərara alınmışdır (Cild 1, i.v. 155-166;).

33. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.Y.Məmmədov tərəfindən 25 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 30 sentyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.174-181;).

34. Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli, 1(101)-2324/2024 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 Sabunçu Rayon Şöbəsinin “Canlı şəxsin ekspertizasının” 18 noyabr 2024-cü il tarixli, 2794 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs huşun koma tipli pozulması ilə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi; iki tərəfli pnevmotoraksla müşayiət olunan ağciyərin kontuziyası; oma sümüyünün sol yarısının, hər iki qasıq və oturaq sümüklərinin, sağ İ, sol İİİ, İV, V, Vİ qabırğaların, sol körpücük və sol kürək sümüklərinin yerini dəyişən qapalı sınıqları; çənə nahiyəsinin əzilmiş-cırılmış yarası; sol bazu oynağı nahiyəsinin, sol kürək nahiyəsinin, sol budun qançırları, sağ ayağın İ barmağının sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 6 noyabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (Cild 2;).

36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 “Canlı şəxsin sağlamlıq vəziyyətinin təyininə dair komisyon məhkəmə-tibbi ekspertizasının” 10 aprel 2025-ci il tarixli, 176/KEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs huşun koma tipli pozulması ilə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi; iki tərəfli pnevmotoraksla müşayiət olunan ağciyərin kontuziyası; oma sümüyünün sol yarısının, hər iki qasıq və oturaq sümüklərinin, sağ İ, sol İİİ, İV, V, Vİ qabırğaların, sol körpücük və sol kürək sümüklərinin yerini dəyişən qapalı sınıqları; çənə nahiyəsinin əzilmiş-cırılmış yarası; sol bazu oynağı nahiyəsinin, sol kürək nahiyəsinin, sol budun qançırları, sağ ayağın İ barmağının sıyrığı müəyyən edildi. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 6 noyabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs hazırkı sağlamlıq durumu ilə əlaqədar onun kənar şəxsin köməyi ilə məhkəmə iclaslarında iştirakı mümkündür. Həmin rəyin tibbi sənədlərin tədqiqatı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs 6 noyabr 2024-cü il tarixdə axşam saatlarında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış və müxtəlif xəstəxanalara uzun müddət ərzində huşun komatoz vəziyyətində olmaqla müayinə və müalicə olunmuş, hazırda da evdə yataq şəraitində müayinə və müalicəsi davam etdirilir(Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

37. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

39. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

40. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

41. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.

42. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

43. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir.

44. Məhkəmə, Təqsirləndirilən şəxs 1 qram narkotik vasitə götürməyə getməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

45. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

46. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

48. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

49. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

50. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

51. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

52. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

53. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

54. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

55. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

56. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

57. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, o cümlədən CM-in 59.2-ci maddəsinin tələbinə görə isə himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda aparılmış hərbi əməliyyatlar nəticəsində xəsarət alaraq müddətsiz İİ dərəcə əlil olmaqla (“mina partlamasına görə sol baldırın yuxarı 1/3-nin reamputasiyasından sonrakı güdülün trafiki yarası funksiyasının pozulması daimi ağrı sindromu ilə Nevrotik reaksiyası” diaqnozu ilə) sağlamlıq imkanlarının məhdud olmasını, habelə əmək qabiliyyətinin olmamasını, ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 6 noyabr 2024-cü il tarixdə keçirdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıq vəziyyətinin daha da ağırlaşmasını və hazırda yataq şəraitində müayinə və müalicə olunmasını, eləcə də, hərəkət məhdudiyyətinin olmasını, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərinə riayət etməklə həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı dövründə davranışını, o cümlədən törətdiyi əməli səmimi etiraf etməklə peşmanlıq çəkməsini, habelə düçar olduğu narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

58. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

59. CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

60. Lakin məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən onun ittiham olunduğu maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəzanın nəzərdə tutulmasına baxmayaraq, hökmün 54-58-ci bəndlərində şərh edilən qanunvericiliyin tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almaqla yanaşı, eyni zamanda təqsirləndirilən şəxsin barəsində olan cəzanı yüngülləşdirən ayrı-ayrı halları, xüsusilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda aparılmış hərbi əməliyyatlar nəticəsində müddətsiz İİ dərəcə əlil olmaqla ona “mina partlamasına görə sol baldırın yuxarı 1/3-nin reamputasiyasından sonrakı güdülün trafiki yarası funksiyasının pozulması daimi ağrı sindromu ilə Nevrotik reaksiyası” diaqnozunun qoyulmasını, sağlamlıq imkanlarının məhdud olmasını, ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qeyd edilənlərlə yanaşı təqsirləndirilən şəxsin 6 noyabr 2024-cü il tarixdə baş vermiş bədbəxt yol-nəqliyyat hadisəsi nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid çoxsaylı bədən xəsarətləri almasını, bununla da sağlamlıq vəziyyətinin daha da ağırlaşaraq sərbəst hərəkət məhdudiyyətinin olmasını, habelə ona təyin ediləcək cəzanın onun həyatı və sağlamlığına, eləcə də ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə sonuncuya təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza təyin edilməsini qanuni və ədalətli hesab edir.

61. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X5rşı, § 26).

62. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza təyin edilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə də uyğundur.

63. CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2ci bəndində qeyd olunmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

64. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə barəsində olan yüngülləşdirici halları məcmu halda, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda aparılmış hərbi əməliyyatlar nəticəsində müddətsiz İİ dərəcə əlil olması ilə (mina partlamasına görə sol baldırın yuxarı 1/3-nin reamputasiyasından sonrakı güdülün trafiki yarası funksiyasının pozulması daimi ağrı sindromu ilə Nevrotik reaksiyası diaqnozu) əlaqədar sağlamlıq imkanlarının məhdud olmasını, qeyd edilənlərlə yanaşı təqsirləndirilən şəxsin 6 noyabr 2024-cü il tarixdə baş vermiş bədbəxt yol-nəqliyyat hadisəsi nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid çoxsaylı bədən xəsarətləri ilə əlaqədar hazırda da yataq şəraitində müalicə və müayinə olunmasını müstəsna hallar kimi nəzərə alaraq barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini və təqsirləndirildiyi maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəzanın təyin edilməsinin cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir.

65. Qeyd edilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır.

66. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növünün, yəni məhz azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

67. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.

68. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan Abşeron rayonu Məmmədli kəndi ünvanını axşam saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalıdır.

69. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.

70. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinin tələbinə görə isə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

71. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlinə görə cəza təyin edilməli, daha sonra isə CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(008)-745/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə hazırkı iş üzrə təyin ediləcək cəza qismən toplanılmaqla ona yekun cəza təyin edilməlidir.

72. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlanılmasının əvvəli onun tutulduğu 15 iyul 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 72-77; Cild 2;).

73. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətini CM-in 69.3cü maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün kimi hesablanaraq cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 15 iyul 2024-cü il tarixdən 30 aprel 2025-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 9 (doqquz) ay 15 (on beş) gün və Bakı şəhəri Sabunçu Rayon Məhkəmədinin 16 oktyabr 2024-cü il tarixli, 1(008)- 745/2024 saylı hökmü ilə müəyyən edilmiş həmin iş üzrə 24 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutularaq hesablanmaqla ona hazırkı iş üzrə təyin ediləcək qəti azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs cəza təyin edilməlidir.

74. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

75. Məhkəmə hökmün 28-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

76. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

77. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Xətai RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 5,495 qram olan narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd “Realme C3” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk olmaqla, cəmi 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

78. CPM-yə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

79. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 194 (bir yüz doxsan dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

80. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

81. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

82. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

83. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 4 (dörd) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəmədinin 16 oktyabr 2024-cü il tarixli, 1(008)-745/2024 saylı hökmü ilə təyin edilmiş 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və ev dustaqlığında saxlanıldığı 9 (doqquz) ay 15 (on beş) gün və Bakı şəhəri Sabunçu Rayon Məhkəmədinin 16 oktyabr 2024-cü il tarixli, 1(008)-745/2024 saylı hökmü ilə müəyyən edilmiş həmin iş üzrə 24 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə bərabər tutularaq hesablanmaqla 1 (bir) il 7 (yeddi) ay 4 (dörd) gün müddət ona təyin edilmiş 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan Abşeron rayonu Məmmədli kəndi ünvanını axşam saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 5,495 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd “Realme C3” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 194 (bir yüz doxsan dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar