Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-618/2020 01.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X8 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1961-cı il aprelin 17-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 küçəsi, ev 256, mənzil 1 ünvanında yaşamış, barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə şəxsiyyəti istintaqın müəyyən etmədiyi qeyrisindən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdar təşkil edən 52,0 qram təmiz çəkidə narkotik vasitə heroini və 8,4 qram təmiz çəkidə psixotrop maddə metamfetamini əldə edib satdıqdan sonra sonuncuya 1.000 manat ödəyəcəyi şərti ilə saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 3 ünvanının qarşısına daşımış, daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il fevralın 18-də saat 1630da qeyd olunan ünvanda saxlanaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə dəvət olunub üzərində şəxsi axtarış aparılarkən əlindəki göy rəngli çantadan bir ədəd sellofan bağlamadakı 113 ədəd sellofan bükümdə ümumilikdə külli miqdarda, təmiz çəkisi 52,0 qram olmaqla kustar üsulla hazırlanan narkotik vasitə heroin və bir ədəd sellofan bağlamadakı 09 ədəd sellofan bükümdə və 38 ədəd kağız bükümdə ümumilikdə külli miqdarda, təmiz çəkisi 8,4 qram olmaqla psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddətdir övladı narkoman və maddi vəziyyəti çətin olduğundan narkotik və psixotrop maddələrin alveri ilə məşğul olur. 2020-ci il fevralın 17-də axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi, əvvəllər də narkotik vasitə heroin və «şüşə» deyilən psixotrop maddə metamfetamin aldığı Şirin adlı şəxsdən pulunu sonra ödəmək şərti ilə 1.000 manata bir büküm təxminən 52 qram çəkidə heroini və bir büküm təxminən 9 qram çəkidə metamfetamini əldə etməklə yaşadığı evdə çoxlu sayda kağız və sellofan bükümlərə bölərək növbəti gün əl çantasına qoyub satmaq üçün Yeni Suraxanı ərazisinə yollanmışdır. 2020-ci il fevralın 18-də saat 1630 radələrində ünvan 4 ünvanının qarşısında özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı kimi təqdim edən mülki geyimdə şəxslər yaxınlaşmaqla onu polis idarəsinə dəvət etmişlər, üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı o, könüllü şəkildə əlindəki göy rəngli çantanın içərisindən çıxartdığı, iki ədəd sellofan bağlamada olan 113 ədəd sellofan bükümdə narkotik vasitə heroini, cəmi 47 ədəd (09 sellofan və 38 kağız) bükümdə psixotrop maddə metamfetamini, 20 manat məbləğində pulu, «Huawei» və «Xiaomi» markalı mobil telefonları, ona məxsus şəxsiyyət vəsiqəsini masanın üstünə qoymuşdur. Əməlindən çox peşmandır. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2020-ci il fevralın 18-də daxil olan 1961-ci il 17 aprel təvəllüdlü Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlamaqla daşıması və satışı ilə məşğul olması məlumatı əsasında ünvan 4 ünvanının qarşısına gələrək saat 1630-da sonuncunu saxlayıb idarəyə dəvət etməklə videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə vaxtı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdə Təqsirləndirilən şəxs əlindəki göy rəngli çantadan içərisindən iki ədəd sellofan bağlamanı çıxararaq masanın üstünə qoyub bağlamaların birindəki 113 ədəd sellofan bükümdə narkotik vasitə heroin, digərindəki 09 ədəd sellofan və 38 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin olduğunu deməklə 2020-ci il fevralın 17-də axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində əvvəllər heroin və metamfetamin aldığı Şirin adlı şəxsdən pulunu sonradan ödəmək şərti ilə 1.000 manata aldığını bildirmiş, bundan əlavə həmin şəxs çantasındakı 20 manat məbləğində pulu, «Huawei» və «Xiaomi» markalı mobil telefonları, özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Heç bir şikayət, təklif və qeydlər daxil olmamış, tərtib edilən protokol hamı tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 Şahid2 ilə analoji ifadə verdi. İş materiallarındakı Baş X1 İdarəsinin tərtib etdiyi 2020-ci il 18 fevral tarixli raportdan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair eyni tarixli qərarından və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 21 fevral tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşıması, həmçinin qanunsuz olaraq satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, buna dair qəbul olunan qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (iş vərəqi 4-6 və 110). İş materiallarındakı Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 18 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 1750-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20). İş materiallarındakı Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 18 fevral tarixli protokoldan görünür ki, videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əlindəki göy rəngli çantanın içərisindən çıxarıb təqdim etdiyi sellofan bağlamadakı 113 ədəd sellofan bükümdə narkotik vasitə heroinə, digər sellofan bağlamadakı 09 ədəd sellofan bükümdə və 38 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər 2020-ci il fevralın 17-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində Şirin adlı şəxsdən pulunu sonra ödəmək şərti ilə satmaqdan ötrü 1.000 manata almaqla üzərində saxlayaraq daşıdığını bildirmiş; göstərilən şəxsin çantasındakı 20 manat məbləğində pul, «Huawei» və «Xiaomi» markalı mobil telefonlar, AZE seriyalı 14098513 nömrəli şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, bir ədəd CD diski protokola əlavə olunmuşdur (iş vərəqi 27-29). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 18 fevral tarixli 4254 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və sair qeydlər olan zərfdəki 113 ədəd bükümdə ümumi təmiz çəkisi 52,0 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin; 47 ədəd bükümdəki ağ rəgli kristal hissəciklərdən ibarət maddələr ümumi təmiz çəkisi 8,4 qram olan eyni tərkibli psixotrop maddə metamfetamindir; ekspertiza tədqiqatının dəyəri 108 manat 46 qəpik təşkil edir (iş vərəqi 38-41). İş materiallarında olan 2020-ci il 19 fevral tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus bir ədəd əl çantasını və 20 manat pulunu təhvil almışdır (iş vərəqi 55). İş materiallarında olan Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 20 fevral tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (iş vərəqi 56-57). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 20 fevral tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il fevralın 18-dən hesablanmaqla 04 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 72-74). İş materiallarında olan Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 20 fevral tarixli qərarından görünür ki, 113 ədəd bükümdə 51,8 qram çəkidə narkotik vasitə heroinin və 47 ədəd bükümdə 8,2 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları iş üzrə maddi sübut hesab edilərək saxlanılmaq üçün maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 82-83). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X9 Şəxsinin 2020-ci il 20 fevral tarixli 1428 nömrəli və Respublika Narkoloji Mərkəzi X12 2020-ci il 12 mart tarixli xx/xx-2926 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs göstərilən tibb müəssisələrində müalicə almamışdır (iş vərəqi 97 və 128). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 2020-ci il fevralın 25-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 105). İş materiallarındakı Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 05 mart və 2020-ci il 13 aprel tarixli protokollardan müvafiq qaydada görünür ki, «Azercell Telekom» və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətlərindən 2020-ci il 05 mart tarixli 5732 nömrəli və 2020-ci il 13 aprel tarixli 4614 nömrəli məktublarla daxil olan məlumatlara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hal aşkarlanmamışdır (iş vərəqi 120 və 136). İş materiallarındakı Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 12 mart tarixli 4 nömrəli xasiyyətnamədən və eyni tarixli 593 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, ailəsi 1983cü il təvəllüdlü övladı X7 ibarətdir (iş vərəqi 122-123). İş materiallarında olan Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 30 mart tarixli 007-3518-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi Şirin adlı şəxsin şəxsiyyətinin müəyyən olunması istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir (iş vərəqi 129). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 11 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri 2020-ci il iyunun 18-dək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (iş vərəqi 130- 133). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X12 ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 03 aprel tarixli 874 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamaqla məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 138-139). İş materiallarında olan 2020-ci il 14 aprel tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus «Huawei» və «Xiaomi» markalı mobil telefonları təhvil almışdır (iş vərəqi 141). İş materiallarında olan Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 17 aprel tarixli sübutların qiymətləndirilməsi haqqında, eləcə də 2020-ci il 20 aprel tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilərək ona yenidən ittiham elan olunmuş, iş materiallarından külli miqdarda psixotrop maddənin və narkotik vasitənin mənbə xüsusiyyətinə görə cinayət işi ayrılmış, sonuncudan götürülən 113 ədəd bükümdə 51,8 qram çəkidə narkotik vasitə heroinin və 47 ədəd bükümdə 8,2 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları iş üzrə maddi sübut hesab edilib saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd CD diski maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 142-146 və 153-154). Məhkəməyə təqdim edilən Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin 2020-ci il 04 iyun tarixli 05Q-523/69 №-li çıxarışından və AZ-İİ seriyalı 078355 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səadət Fərəculla qızı X2 ilə 2000-ci il fevralın 12də nikah bağlamış, sonuncu 2016-cı il aprelin 27-də ürəyin kəskin işemik xəstəliyindən vəfat etmişdir. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 12 nömrəli X4 2020-ci il 08 iyun tarixli 265 №-li məktubundan görünür ki, 2016-cı il noyabrın 03-dən 2019-cu il fevralın 13-dək olan müddətdə Təqsirləndirilən şəxs xəstəxanada hipertoniya xəstəliyi, nevrosteniya, diabetik angiopatiya, ÜİX, ağciyər köklərinin güclənməsi, ÜİX hipertoniya xəstəliyi İİ-st aterosklerotik kardioskleroz, şəkərli diabet İİ tip, koronar yavaş axın, ÜİX ürək damar çatışmazlığı İİ-st, hipertoniya xəstəliyi İİ-st diaqnozları qoyulmaqla 2016-cı ildən 13 nömrəli X5 endokrinoloqun nəzarəti altındadır, müayinələrdən keçir, dərman müalicəsi alır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün tam etirafedici, şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, habelə iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddələri əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, qadınlığını, xəstəliyini, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən 113 ədəd bükümdə 51,8 qram çəkidə narkotik vasitə heroinin və 47 ədəd bükümdə 8,2 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilməli, o, məhkəmə iclası zalında həbsə alınmalı və həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 108,46 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 16 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatıüçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 96 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işləəlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il fevralın 18-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilsin, o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il fevralın 18-dən hesablansın. 108,46 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 96 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən 113 ədəd bükümdə 51,8 qram çəkidə narkotik vasitə heroinin və 47 ədəd bükümdə 8,2 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-618/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-618/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver