Məhkəmə qərarları › İş №1(101)-618/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-618/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-618/2022 10.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X13 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X6, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Sabirabad rayon məhkəməsinin 18 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3cü maddələri ilə təqsirli bilinib 2.800 manat cərimə cəzasına məhkum edilmiş) məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 3,139 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib üzərində saxlmaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə saat 12:30da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən ayrı-ayrılıqda çəkiləri 1,637 qram, 0,614 qram və 0,852 qram olmaqla ümumi təmiz çəkisi 3,139 qram psixotrop maddə olan metafetamin 3 ədəd şəffaf sellofan bükümlərdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən 54 saylı orta məktəbin yaxınlığında adını bilmədiyi “Ləqi” ləqəbli şəxsdən öz istifadəsi üçün 1,5 qram psixotrop maddə metafetamin almış və həmin metafetamini üzərində saxlamışdır ki, fürsət düşən kimi qəbul etsin. Elə həmin gün saat 12:30 radələrində ünvan 3 ünvanının yaxınlığında olan zaman əvvəllər tanımadığı, sonradan bildiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mülki geyimdə olan 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək ondan özünü təqdim etməyini xahiş etmişlər. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Şəxsi axtarışa başlanmazdan əvvəl polis əməkdaşları cibinə əlavə bükümlər qoyub videoçəkiliş zamanı həmin bükümlərin özünə məxsus olduğunu bildirməyini tələb etmişlər. O da videoçəkiliş zamanı 3 ədəd sellofan bükümdə olan metafetaminin özünə məxsus olmasını bildirmişdir. Axtarış zamanı üzərindən aşkar olunmuş “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. ***-***-**-** saylı mobil nömrə anası X2 adına sənədləşdirilmişdir. Həmin mobil nömrəni təxminən 2-3 ay istifadə etmişdir. Həmin mobil nömrəni istfadə etməsi üçün qonşuluqda yaşayan yetim bir uşağa vermişdir. Tutulan zaman üzərində 1,5 qram psixotrop maddə metafetamin olmuşdur. Metafetamini istifadə etmək üçün üzərimdə gəzdirmişdir. Metafetamini tanımadığı şəxslərdən almışdır. SMS-lər ona aid olmamışdır. İdarədə olan zaman polis əməkdaşları tərəfindən cibinə metafetamin qoyulmuşdur. Psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün almışdır. Psixotrop maddədən bədənində ağrılar olan zaman istifadə etmişdir. Hazırda QİÇS və hepatit C xəstəliklərindən əziyyət çəkir və ayağında mütəmadi olaraq ağrılar olur. Psixotrop maddədən istifadə edən zaman ağrıları azalmışdır. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. ***-***-**-** saylı mobil nömrədə olan “SMS” yazışmalarında onun adı çəkilməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Videoçəkiliş zamanı təzyiq altında olduğu üçün 3 büküm psixotrop maddə metafetaminin özünə məxsus olduğunu bildirmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 15 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən 54 saylı orta məktəbin yaxınlığında adını bilmədiyi “Ləqi” ləqəbli şəxsdən özü istifadə etmək məqsədi ilə 80 manata 3 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin almış və həmin metafetamini üzərində saxlamışdır ki, fürsət düşən kimi qəbul etsin. Elə həmin gün saat 12:30 radələrində ünvan 2 ünvanının yaxınlığında olan zaman əvvəllər tanımadığı, sonradan bildiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib ondan özünü təqdim etməyini xahiş etmişlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişdirlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o səmimi olaraq üzərində psixotrop maddə metafetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 3 ədəd sellofan bükümdəki metafetamini polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları təqdim etdiyi 3 ədəd sellofan bükümdə olan psixotrop maddə metafetamini bir ədəd kağız zərfdə qablaşdırılıb möhürləmiş, tərəfindən zərfin üzəri imzalanmışdır. Axtarış zamanı üzərindən aşkarlanmış “İphone” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. ***-***-**-** saylı mobil nömrə anası X2 adına sənədləşdirilmişdir. Həmin mobil nömrəni təxminən 2-3 ay istifadə etmişdir. Həmin mobil nömrəni ondan başqa heç kim istifadə etməmişdir. ***-***-**-** saylı mobil nömrə barədə "xxxx" LLC-dən daxil olmuş AZF/LGL-28364/21 saylı məktubla mobil nömrənin istifadə edilməsi haqqında məlumatlar 1 ədəd disklə təqdim edilmiş, həmin diskdən qeyd olunmuş məlumatlardan çıxarılmış “SMS” məlumatları barədə bildirmişdir ki, onun adı Təqsirləndirilən şəxsdur. Göründüyü kimi sms yazışmalarında onun adı çəkilmir. Zaur, Depo və Samir adlı şəxslər onun əvvəlki tanışlarıdır. Onlarla hal-hazırda hər hansı ünsiyyəti yoxdur. “SMS”-lərdən məlumatı yoxdur. Həmin şəxslərdən anket məlumatlarını bilmir. Hal-hazırda harada yaşamaları barədə məlumatı yoxdur (cild 1, iş vərəqə 55-57; 65-67) Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş İdarəyə 15 aprel 2021-ci il tarixdə xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 75, mənzil 18 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 4 ünvanının qarşısına gedərək orada əməliyyat mövqeyi seçmişlər. 15 aprel 2021-ci il tarixdə saat 12.30-da həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs müəyyən edərək saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmişlər və üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gədikdə Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raportla rəhbərliyə məruzə edildikdən sonra dəvət edilmiş vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk əvvəl Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə sayılan “şüşə”, yəni metafetamin olmasını bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəki 3 ədəd sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra şalvarının sol yan cibindən “İphone” markalı mobil telefonu və 10 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı o təqdim etdiyi sellofan bükümün içində psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd selefon büküm açıldıqda bükümün içərisində kristalşəkilli, ağ rəngli, psixotrop maddə metafetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd selefon bükümdə olan psixotrop maddə olan metafetamini 15 aprel 2021-ci il tarixdə səhər vaxtı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən 54 saylı orta məktəbin yaxınlığında adını və anket məlumatlarını bilmədiyi “Ləqi” ləqəbli şəxsdən aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar olunmuş 3 ədəd sellofan bükümdə olan psixotrop maddə metafetamin 1 ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. 10 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. 1 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metafetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 3 ədəd sellofan bükümü, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “İphone” markalı mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofan bükümün içində psixotrop maddə olan metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristalşəkilli, ağ rəngli, psixotrop maddə metafetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd sellofan bükümdə olan psixotrop maddə olan metafetamini 15.04.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən 54 saylı orta məktəbin yaxınlığında adını və anket məlumatlarını bilmədiyi “Ləqi” ləqəbli şəxsdən aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd sellofan bükümdə olan psixotrop maddə metafetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 47 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni və təbii işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış 15 aprel 2021-ci il tarixdə saat 14:16-da başa çatmışdır. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş və imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 27-29). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin 1 ədəd ağ rəngli DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompüterin prosessoruna qoyulmuş və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, “20210415_151115.mp4“ qarşısında 15.04.2021 onun qarşısında MP4 FİLE və onun qarşısında isə 1.946.562 KB yazısını görmək mümkündür. Fayldakı görüntülər 16 dəqiqə 19 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün 5 dəqiqə 43 saniyəsində əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofan torba kəsiyinə bükülmüş 3 ədəd içərisində ağ rəngli kristalşəkilli maddəni təqdim edir və həmin maddənin psixotrop maddə hesab olunan “şüşə” olmasını bildirir. Həmin psixotrop maddəni 15.04.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən 54 saylı orta məktəbin yaxınlığında adını və anket məlumatlarını bilmədiyi “Ləqi” ləqəbli şəxsdən öz istifadəsi üçün aldığını bildirir. Aşkar edilmiş maddə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırlaraq imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmir (cild 1, iş vərəqə 203). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 aprel 2021-ci il tarixli 6/1482 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş..” yazısı olan paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,673 qam, 0,614 qam, 0,852 qram, ümumi çəkisi 3,139 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 3,139 qram, tədqiqata sərf olundu 0,15 qram, qalıq 2,989 qram, cild 1, iş vərəqə 44-48). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadağı ünvan 5 ünvanında axtarış və götürmə istintaq hərəkəti aparıldıqda mənzildən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir (cild 1, iş vərəqə 193-196). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 5 oktyabr 2021-ci il tarixli 3769 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 215-216). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 30 noyabr 2021-ci il tarixli 2826 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsir altına düşmür. Yoxlanılan şəxs hal-hazır da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 219-220). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" LLC-dən 26 noyabr 2021-ci il tarixli AZF/LGL-28364/21 nömrəli məktubla daxil olmuş, 15 sentyabr 2020-ci il tarixdən 15 aprel 2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** saylı telefon nömrəsi ilə bağlı telefon danışıqlar, SMS yazışmalar, anten və digər məlumatları özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirildikdə diskdə 5 ədəd faylın olduğu müəyyən edilmişdir. Nömrənin_Məxsusluq_Tarixçəsi_2021112...SMSTarixçəsi_**********5133_708442...SMSTari xçəsi_**********5136_708442...Zənglərin_Detallaşması_**********3653...Zənglərin_Məxsuslu q_Tarixçələri_202111...Zənglərin_Detallaşması_**********3653... adlı qovluğa baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. Nörmənin_Məxsusluq_Tarixçələri_2021112... adlı qovluğa baxış keçirdikdə 70-844-20-94 saylı mobil nömrənin ünvan 6 ünvanda qeydiyyatda olan X7 adına qeydə alındığı müəyyən edilmişdir. SMS Tarixçəsi_**********5133-708442... adlı qovluğa baxış keçirilərkən aşağıdakı SMS-lər aşkar edilmişdir. **********94-dən **********98-ə-- brat senin qadan alaram birazda pati verdə mənim gozel qardawim **********94-d ə n **********70-ə-- Qardawim patpresi birqramyarim olsun 4 kolanidaki dimiwemde **********94-dən **********35-ə-- Ewidirsen menen 10 Manatig shushe istien var sen duzub gosh bilersen ama bir 20 degie gelir bizim meliye ne dirsen **********94-dən **********86-a-- Gaga eşidirsen sende 10 manat var men sene burdan alim 20 manatig he ya yoh danişa bilmirem yaz **********94-dən **********86-a- - Sen mene yazurdun wacapda ya senuyn adunan yazilar mene istirler 05 SMS Tarixçəsi_**********5136_708442... adlı qovluğa baxış keçirilərkən aşağıdakı SMS-lər aşakr edilmişdir. **********04-dən **********94-ə-- kimi çox istirsen gelde bize menim veziyatim pisti çox pis agriram **********50-dən **********94-ə-- Depo tema varindi? Dunennen hecne elememiwem cox pisem **********64-dən **********94-ə -- qaqaw menem sahib. Atam yanimda ona gore sms yazdim. Varyoxuna lenet pulum hazirdi. Mehlede it doludu gele bilmirem. Pencereden baxiram ara sakitlewsin getirirem. Samir anamin cani pul elebil cibindedi.indi gele bilmesemde? Seher duran kimi tez getirib catdiracam. Anamin cani seni pis vezyetde qoymaram. **********76-dan **********94-ə -- qardawim sene qurban qardawin nolar imkanin varsa grlim qardawva soxmaga bir wey verde brat pulum yoxdu seher tezden olacax. Pulum. İmkan var brat sene qurban uwaxlar yanmma qonmaq gelibdi **********03dən **********94-ə-- brat biraz pat verde zaura.versin mene 30 man verecemde ona **********76-dan **********94-ə-- brat qardawimsan sene axwam vaxti yungul vari bidene iwim duwub qardawimsan qardawva bidene 5 manatdix pati qret elede qurban sene imkanin varsa radno **********8-dən **********94-ə--Samir 20 manata yari kola 1cet pati alinar tez bazar? **********16-dan **********94-ə-- SAMİR 5 MANAT PULUM VAR BİBALACA VARSA PATİ VERDE MENE QAQAM AMİNDİ **********05-dən **********94-ə-- Men bele gorurem ki? Sen dvijeniya elemey istemirsen. Karoci bizim 1-qram patini duzqosub zeng vurarsan. Gozduyuruk. **********98-dən **********94-ə--peyser mal satirsan gətir pullumu verda yalanan ana söyüşü az söydə **********86-dan **********94-ə-- menem xancan yari lazimdi bawiva donerem qonaqim var yoxsa bezdirmezdim seni duz qow ede bilersiz?? **********11-dən **********94-ə-- qaqaw yarim pati lazimdir mene alinsa denen gelimde sen allah Zənglərin_Məxsusluq_Tarixçələri_202111... adlı qovluğa daxil olduq baxış keçirildə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Bununla da baxış qurtarmış, baxış keçirilməsinə dair protokol tərtib edilmiş protokol ucadan oxunmuş,şikayət və vəsatət daxil olmamışdır (cild 1, iş vərəqə 223-268). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 5” markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 1, iş vərəqə 271). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 2,989 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 285-294). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Ramazanov X3 rayon məhkəməsinin 18 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 2.800 manat cərimə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 103- 105). Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Sabirabad rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş 2.800 manat cərimə cəzası 20 may 2016-cı il tarixli “Amnistiya Aktı”-nın təsiri altına düşdüyündən Təqsirləndirilən şəxs həmin cərimə cəzasından azad olunmuşdur (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4 və 83.3.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 aprel 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 77-81). Cinayət işinin materiallarında olan Nərimanov rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 2 ay, yəni 15 oktyabr 2021-ci il tarixədək uzadılmışdır (cild 1, iş vərəqə 137-139). Cinayət işinin materiallarında olan Nərimanov rayon məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 1 ay, yəni 15 noyabr 2021-ci il tarixədək uzadılmışdır (cild 1, iş vərəqə 155-159). Cinayət işinin materiallarında olan Nərimanov rayon məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilərək o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 182-185). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 noyabr 2021-ci il tarixdə polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 187-188). Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 7 (yeddi) ay müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbsə alındığı 25 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 2,989 qram olan psixotrop maddə metafetamin məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən əldə olunmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 7 (yeddi) ay müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 5 (beş) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs olunduğu 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 2,989 qram olan psixotrop maddə metafetamin məhv edilsin; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən əldə olunmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar