Məhkəmə qərarları › İş №1(101)-618/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-618/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-618/2023 10.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.Maqomayev küçəsi, döngə 1, ev 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «BMV X5» markalı **-UX-*** qeydiyyat nişanlı avtomobillə 24 avqust 2022-ci il tarixdə saat 11:26-da Zığ şossesi ilə Heydər Əliyev adına X19 istiqamətindən Zığ qəsəbəsi istiqamətində 3 zolaqlı yolun orta hərəkət zolağı ilə saatda 90 kilometr sürətlə hərəkətdə olarkən Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükəni gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməmiş, Zərərçəkmiş şəxs1 idarə etdiyi «BAİC» markalı **-TS-*** qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət edib yolun sağ zolağında dayandıqdan sonra avtomobili geriyə doğru düzünə hərəkət etdirməyə başlayaraq yol döngəli olduğuna görə orta hərəkət zolağına çıxması səbəbindən «BMV X5» markalı avtomobilin qabaq tərəfi ilə «BAİC» markalı avtomobilin arxa tərəfi arasında toqquşma baş vermiş, nəticədə «BAİC» markalı **-TS-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 onurğa beynin boyun şöbəsinin əzilməsi və ödemi, İ-İİ boyun fəqərələrinin sınığı-çıxığı, baş beyin toxumasına, qişalarına və mədəciklərə qansızma, sol ağciyərin travmatik cırılması, qabırğaların çoxsaylı sınığı, sol çiyin qurşağının sıyrıq və qançırla müşayiət olunan sınığı, ənsənin və sağ baldrın ön səthinin əzilmiş-cırılmış yarası və sağ baldırın orta 1/3-nin hematoması ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər almaqla hadisə yerində ölmüş, həmin avtomobildə qabaq oturacaqda olan sərnişin Zərərçəkmiş şəxs2 baş beyinə qansızma və subdural hematoma, bədənin, başın, hər iki yuxarı və aşağı ətrafların hematoma, yara, sıyrıq və qançırlarından ibarət canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər almaqla həmin gün xəstəxanada ölmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, istifadəsində BMW markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili var, xx.xx.2022-ci il tarixdə yaşadığı Zirə qəsəsindən bacısıgilə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinə getmək üçün avtomobili ilə Turkan qəsəbəsi ilə gələrək Zığ şossesinə Beton yola çıxmış və Ziğ qəsəbəsi istiqəmətində yolun 3-cü, qarşı hərəkət yoluna yaxın olan zolağı ilə hərəkət etmişdir. Hava aydın, yol quru idi, o, avtomobili saatda təxminən 90 km sürətlə idarə edirdi. Saat təxminən 12 radələrində Zığ şossesinin Hövsan qəsəbəsi ərazisində olan hissəsində yolun sağ tərəfindən əlavə yoldan «BAİC» minik markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin onun yoluna, arxaya sürərək soldan-sağa, yəni onun 3-cü zolaqla hərəkət etdiyi zolağa çıxdığını təxminən 10-12 metr məsafədən görmüş və o avtomobili saxlamaq üçün əyləcdən istifadə edərək sükanı sola burmuş, buna baxmayaraq onun avtolmobilinin qabaq sağ təkəri qarşısında hərəkətdə olan «BAİC» minik markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsindən toqquşmuş və bundan sonra həmin avtomobil yolda fırlanaraq dayanmış, onun avtomobili də fırlanaraq arxa sağ tərəfi yolun ortasında olan dəmir dirəklərə dəyərək dayanmışdır. Bundan sonra o avtomobilindən düşüb toqquşduğu avtomobilə yaxınlaşmış, avtomobilin içərisində sürücü və qadın sərnişinin avtomobildə sıxılaraq qaldığını görmüş, sürücü olan kişinin artıq öldüyünü, maşında olan qadının isə qışqıraraq kömək istədiyini görmüşdür. Hadisə yerinə toplaşan vətəndaşların köməkliyi ilə artıq dünyasını dəyişmiş kişi və sağ olan xəsarət alan qadını avtomobildən çıxarmışlar. Hadisə yerinə gələn TTY avtomobili həmin qadını xəstəxanaya aparmışdır. O, əyləcdən istifadə etmişdir, lakin hadisə yerində əyləcin sürtünmə izinin asfalt üzərində qalmamasının səbəbini bilmir. İbtidai araşdırma zamanı verdiyi ardıcıl ifadələrində onun arxa-arxaya hərəkət edən «BAİC» minik markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 50 metr masafədən görməsi göstərilmişdir. Lakin həqiqət ondan ibarətdir ki, o, «BAİC» markalı maşının onun zolağına keçməklə arxa-arxaya gəlməsini yalnız 10-12 m məsafədən görmüşdür. Bunu bu gün məhkəmədə də təsdiq edir. Onun ibtidai araşdırma zamanı şahid qismində və ondan sonra müdafiəçisinin iştirakı olmadan təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindəki imzalar ona məxsusdur. Həmin ifadələri imzalasa da məzmununu oxumamışdır, ilkin ifadə verən zaman şokda olmuşdur. Ona hadisə yerinə baxış protokolunun məzmunu elan edildi. Protokolun məzmsunu ilə razıdır. Həmçinin protokola əlavə olunmuş sxem və fotoşəkillərlə də tanış olmuşdur. Qeyd etmək istəyir ki, protokoldakı imzalar ona məxsus deyil, o, hadisə yerinə baxış keçirilməsində hadisə günü iştirak etsə də buna dair protokol 2022-ci ilin dekabr ayında tərtib olunmuş, oradakı imzalar ona məxsus deyildir. Lakin sxemdə olan imza ona məxsusdur. Fotoşəkillərdəki görüntülər isə onun törətdiyi yol hadisəsinə məxsusdur, buna dair heç bir narazılığı yoxdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs baş vermiş hadisədən sonra tanımışdır. Mərhumlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun valideynləri olmuşlar. Ailələri Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, Ağaəmi Rəhimov küçəsi, dalan 147-də yerləşən nömrəsiz evdə yaşamış, hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində o evdən çıxıb şəxsi işləri ilə əlaqədar şəhərə getmiş, valideynləri isə onların yaşadağı ünvandan Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Düzlü göl» adlanan yerə müalicə üçün getməli idilər. Həmin gün saat təxminən 11 radələrində anasının mobil telefonundan onun mobil telefonuna zəng gəlmiş və o telefonla danışanda tanımadığı şəxs bildirmişdir ki, telefon sahibi qəzaya düşmüş, təcili onların yanına hadisə yerinə gəlsin. Bundan sonra anasının telefonu ilə ona konum atmışlar, həmin konum əsasında o taksi ilə hadisə yerinə, yəni Heydər Əliyev adına X19-Zığ şossesinin 12-ci kilometrliyinə gəlmişdir. Orada çoxlu insanların toplaşdığını və atasına məxsus avtomobilin yararsız hala düşdüyünü görmüş, orada toplaşan insanlardan bilmişdir ki, atası dərhal hadisə nəticəsində ölmüş, anası isə sağ olduğu üçün hər ikisini TTY briqadası xəstəxanaya aparmışdır. Bundan sonra o anasının aparıldığı Xətai rayonu ərazisində yerləşən Nevrocərrahiyə xəstəxanasına getmiş, bir neçə saatdan sonra anasının da vəfat etməsini bilmişdir. Təqsirləndirilən şəxsin qohumları dəfnlə bağlı maddi ziyanı ödəməmişlər, yalnız Təqsirləndirilən şəxs qohumlarından kimsə onun qohumlarına 400 ABŞ dolları vermiş, həmin pul isə yetərli deyildir, bu səbəbdən mülki iddia təqdim etmiş, Təqsirləndirilən şəxs maddi ziyana görə 40.000 manat, mənəvi ziyana görə 10.000 manat kompensasiya və ödədiyi dövlət rüsumu olan 240 manat pulun tutularaq ona verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı rayonu MKTB-də təmizləyici işləyir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Zığ şossesi ilə Heydər Əliyev adına X19 istiqamətindən Zığ qəsəbəsi istiqamətində yolun sağ tərəfində olan boş torpaq sahələrini zibillərdən təmizləyirdi. Onun iş gördüyü yer yolun kənarı idi. Bu vaxt görmüşdür ki, avariya oldu. Gördüyü o olmuşdur ki, bir ağ rəngli maşın yolu ilə arxa-arxaya getmiş, həmin vaxt öz yolu ilə gedən qara maşının qabağına çırpılmış, bundan sonra maşınlar toqquşmanın nəticəsində hərəsi bir yerdə dayanmışdır. Həmin yerə kömək üçün getmiş və görmüşdür ki, qara maşının sürücüsü, halhazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs ağ maşında sıxılıb qalan bir kişi ilə qadının çıxarılmasına kömək edir. Ora gələn başqa şəxslərin köməyi ilə həmin kişi ilə qadın maşından çıxarılmış, lakin onların heç biri nəfəs almırdı. Hətta o, Təqsirləndirilən şəxs üzünü tutub demişdir ki, «anan ölsün bala, bu nə işdir başına gəldi» . İbtidai istintaq zamanı məhkəmədə verdiyi kimi ifadə vermiş, nədənsə müstəntiq onun verdiyi ifadəsini bu gün verdiyi ifadə kimi yazmamış, o isə savadsız olduğu üçün ifadə protokolunu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri, Suraxanı rayonu MKTB-də təmizlik işləri üzrə sahə briqadiri vəzifəsində işləyir. Onların işləri Suraxanı rayonu ərazisində torpaq salərində olan zibillikləri təmizləməkdən ibarətdir. Lakin onlar avtomobil yolunu təmizləməklə məşğul olmurlar.Şahid1 onun işçisidir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11-12 radələrində onlar Zığ şossesi ilə Heydər Əliyev adına X19 istiqamətindən Zığ qəsəbəsi istiqamətində yolun sağ tərəfində olan boş torpaq sahələrini zibillərdən təmizləyirdilər. Həmin vaxt şossedən avtomobillərin toqquşma səsi gəlmiş, görmüşlər ki, bir ağ rəngli maşınla qara rəngli maşın toqquşmuş, həmin yerə Şahid1 ilə birlikdə getmiş, ağ maşında sıxılıb qalan kişi artıq ölmüş, qadın isə sağ idi. Qara maşının sürücüsü olan və hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs məhz o zaman həmin yerdə görmüşdür. Təqsirləndirilən şəxs ağ maşında sıxılıb qalmış qadınla kişinin maşından çıxarılmasına kömək edirdi. Hadisə baş verməmişdən əvvəl hər iki maşının hərəkət istiqamətini və toqquşmalarını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, 24 avqust 2022-ci il tarixdə saat 12 radələrində Heydər Əliyev adına X19 istiqamətindən Zığ qəsəbəsi istiqamətində olan yolda baş vermiş yol nəqliyyat hadisə yerinə baxışda hal şahidi qismində iştirak etmişdir. Baxışda iştirak etməzdən əvvəl müstəntiq tərəfindən ona hal şahidinin hüquq və vəzifələri izaşh edilmişdir. Ondan başqa da hadisə yerinə daha bir nəfər hal şahidi qismində dəvət olunmuş, lakin həmin adamı o tanımır. Hadisə yerində hadisəni törədən maşınlardan biri qara rəngli BMV markalı minik maşını, digəri isə ağ rəngli Sedan avtomobili olmuşdur. Sedan maşını hadisə nəticəsində böyük zədələr alaraq yararsız vəziyyətə düşmüşdür. Qara rəngli maşının isə qabaq sağ tərəfi əzilmişdir. Hadisə yerində keçirilmiş ölçülərin aparılmasında iştirak etmiş və tərtib olunmuş protokolu elə həmin yerdə, yəni hadisə baş verən yerdə imzalamışdır. Həmçinin protokola əlavə olunmuş sxem idə o imzalamışdır, digər qol çəkənləri isə tanımır. Şahid X6 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, müstəntiq hadisə yerinə baxış keçirdiyi və sxem çəkən zaman o da orada iştirak etmişdir. Lakin baxış protokolunu o zaman deyil, sonra imzalamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxslərin hüquqi varisinin, həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərin və hal şahidlərinin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, Suraxanı RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli HK-1 N-570 saylı raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 11:32-də X14 DİN-nin 102 xidmətinə zəng edərək “BMW” markalı avotomobil ilə markasını bilmədiyi avtomobilin toqquşduğunu və iki nəfərin vəfat etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Yol-nəqiliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış yeri Bakı şəhəri beton yol , Hava Limanı-Zığ şossesi yoludur, yolun hərəkət istiqaməti düz , örtük asfalt-beton yoldur, örtük qurudur, örtüyün eni 12 metrdir, hərəkət 3 zolağdan ibarətdir, yolun hərəkət hissəsinə sağdan boş torpaq sahəsi birləşir, soldan isə qarşı hərəkət zolağı, avtomagistralın surət məhdudiyyəti 110 km/saatdır. Toqquşma «BMW X5» markalı **-UX-*** dövlət qeydiyyat nışanlı avtomobil ilə «BAİC» markalı **-TS-*** qeydiyyat nişanlı avtomobil arasında Hava Limanı istiqamətində üzü Zığ qəsəbəsi istiqamətinə gedən üç zolaqlı yolun orta olan 2-ci zolaqda baş vermişdir. Yol-nəqiliyyat hadisəsi baş verdikdən sonra “BMW X5” markalı **-UX- *** dövlət qeydiyyat nışanlı avtomobil və “BAİC” markalı **-TS-*** qeydiyyat nişanlı avtomobil hərəkət istiqamətinin əks istiqaməti ilə yəni Hava Limanı istiqamətinə dönərək dayanmışdır. Hadisə yerində yolun hərəkət hissəsində şin və tormozlama izləri yoxdur.Protokol və ona əlavə olunmuş sxem iştirakçılar tərəfindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, heç bir qeyd verilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Nəqiliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi 1/4588 saylı xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli bilindiyi üçün xx.xx.2022-ci il tarixdə müdafiəçisi Eldar Əliyarovun iştirakı tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli MSY-dən azad dilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək, yəni 03 gün həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 4(010)- 629/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, müddəti 04 ay olmaqla, əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş 003-16436/222 saylı xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Təhlükəsiz Şəhər Xidmətinin xx.xx.2022-ci il tarixli saat 11:15-dən 11:45-dək Zığ şossesinin 12-ci kilometrliyindəki video müşahidə kameralarının görüntüləri və video qeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış avtomobillərin hərəkəti barədə məlumatlar DVD disk vasitəsilə təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “yol-nəqiliyyat hadisəsini qeydə almış video kameranın qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, video görüntüyə baxan zaman əks olunan yer Bakı şəhəri Zığ şossesinin 12-ci kilometrliyindəki yol hissəsidir. Görüntüdə qeyd olunan 11:26:40 saat Zığ şossesi ilə Heydər Əliyev adına X19 istiqamətindən Zığ qəsəbəsi istiqamətində ağ rəngli “BAİC” markalı **-TS-*** qeydiyyat nişanlı avtomobil olması bilinən avtomobil 3 hərəkət zolaqlı yolun sağ hərəkət zolağında dayanır. Saat 11:26:45-də avtomobil dayandığı yerdən geriyə düzünə hərəkətə geriyə hərəkətdən sonra saat 11:26:50-də orta zolaqla Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan “BMW” markalı **-UX-*** qeydiyyat nişanlı avotomobil olmaı bilinən avtomobi ilə toqquşur. Toqquşma “BMW” markalı avotomobilİN qabaq hissəsi ilə “BAİC” markalı avtomobilin arxa hissəsinin kontaktı nəticəsində baş verir. Protokol tərtib olunduqdan sonra ucadan oxunmuş, əlavə və qeyd daxil olmadığı üçün Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq təsdiq edilmişdir.Məhkəmədə Təhlükəsiz Şəhər Xidmətinin görüntülərinin olduğu diskə baxış keçirilmiş, hadisənin təfərruatları bir daha aydınlaşdırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi Publik hüquqi şəxsin verdiyi 105 saylı 24 avqust 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər-onurğa beynin boyun şöbəsinin əzilməsi və ödemi, İ-İİ boyun fəqərələrinin sınığı-çıxığı, baş beyin toxumasına, qişalarına və mədəciklərə qansızma, sol ağciyərin travmatik cırılması, qabırğaların çoxsaylı sınığı, sol çiyin qurşağının sıyrıq və qançırla müşayiət olunan sınığı, ənsənin və sağ baldrın ön səthinin əzilmiş-cırılmış yarası və sağ baldırın orta 1/3-nin hematoması- həyatı olub, mərhumun ölümündən az əvvəl bərk küt əşya (əşylara) təsirindən törənə bilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sürücü qismində alınmaları istisna olunmur, dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbişa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər fonunda İ- İİ boyun fəqərələrinin sınığı və çıxığı ilə müşayiət olunan onurğa beyinin boyun şöbəsinin əzilməsi və ödemi olmuşdur. Ölümün baş vermə müddəti meyidin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi Publik hüquqi şəxsin verdiyi 106 saylı 24 avqust 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər-baş beyinə qansızma və subdural hematoma, bədənin , başın, hər ki yuxarı və aşağı ətrafların hematoma, yara, sıyrıq və qançırları- həyatı olub, mərhumun ölümündən bir ədədr əvvəl bərk küt əşya (əşylara) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınmaları istisna olunmur, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbişa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş beyinə qansızma nəticəsində inkişaf edən baş beyin ödemi olmuşdur. Ölümün baş vermə müddəti meyidin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-yol nəqliyyat ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2970 saylı 27 oktyabr 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, BMW markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Belə ki, rəyə əsasən hərəkət üçün təhlükə yaranan anda Təqsirləndirilən şəxs idarət etdiyi “BMW X5” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən olduğu məsafə 125 metr olmuşdur, aparılmış hesablamalara əsasən avtomaşının surəti saatda 90 km olduğu halda movcud yol şəraitinə uyğun Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının dayanma yolu 77,7 metr təşkil etməklə Təqsirləndirilən şəxs vaxtında tormozlama əməliyyatı aparmaqla idarə etdiyi avtomobili toqquşma yerinə (125-77,7=47,3) 47,3 metr qalmış, dayandırmağa texniki imkanı olmuşdur.Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqiliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaıtmaq üçün mümkün olan tədbirləri görməlidir.Həmçinin rəydən müəyyən olunur ki, X2 idarə etdiyi “Baic” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin avtomagistral yolda geriyə hərəkət edərək arxadan düzünə hərəkətdə olan “BMW X5” markalı avtomaşının hərəkəti üçün təhlükə yaratdığından sürücü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə tələblərinə uyğunsuzluq olmuşdur, həmin maddənin tələblərinə əsasən avtomagistrallarda geriyə hərəkət etmək qadağandır, bu tələblərə riayət etməklə X2 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin 578 saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, 2014-cü il buraxılışlı olan “BAİC” markalı **-TS-*** qeydiyyat nişanlı avtomobil bu günə işlək vəziyyətdə olan bazar qiyməti 10.500 manat olmasını, nəqiliyyat vasitəsinin təmir olunması üçün 8.500 manat vəsait tələb olunduğunu, bu da nəqiliyyat vasitəsinin bazar qiymətinin 80%-dən çox olduğunu göstərir. Əlavə olaraq avtomobil üzərində təmir işləri aparılması həm maddi həmdə təhlükəsizlik baxımından məqsədə uyğun sayılmamışdır. Dəymiş zərər 8.500 manat məbləğində hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsindən daxil olmuş 78355-1222 saylı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, «BMV X5» markalı **-UX-*** dövlət qeydiyyat nışanlı avtomobil ilə BAİC» markalı **-TS-*** qeydiyyat nişanlı avtomobilin toqquşmasını görən şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Suraxanı RPİ-nin 096-61825-1222 saylı xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus AD071125 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2016-cı ildən xx.xx.2026-cı ilədək qüvvədədir və Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2015 və 2013-cü il təvəllüdlü uşaqları vardır. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsə və müdafiəçiyə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmək haqqında” xx.xx.2022-ci il tarixli protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və müdafiəçi Eldar Əliyarova ibtidai istintaqın qurtarması elan olunmuş və cinayət işinin materialları ilə tanış olduqdan sonra yazılı və şifahi heç bir şikayət və vəsatətlərinin olmadığını bildirmiş və imzaları ilə protokolu təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/1671 saylı xx.xx.2023-cü il tarixli yol-nəqiliyyat hadisələrinin məhkəmə ekspertizası rəyindən müəyyən olunur ki, Baic markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin 2-ci hissəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BMW X5 markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiəçinin vəsatətinə əsasən göstərilən təhlükə yaranan anda nəqiliyyat vasitələri arasında 10-15 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizmə uyğun olmayan məlumat əsasında tədqiqat aparılmır.Təqdim edilmiş məlumatlara görə aparılmış tədqiqata əsasən hərəkət üçün təhlükə yaranan anda BMW X5 markalı avtomobilin toqquşma yerindən olduğu məsafə 125 metrə uyğundur. Hadisə yerində avtomobillərə məxsus tormoz izi qalmadığından ekspertiza yolu ilə Baic markalı və BMW X5 markalı avtomobillərin hərəkət surətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübut növlərindən müəyyən olunur ki, hadisənin baş verdiyi 24 avqust 2022-ci il tarixdə baş vermiş hadisədən dərhal sonra hadisə yerinə Suraxanı RPİ-nin müstəntiqi və hal şahidləri gələrək yol-nəqliyyat hadisəsi yerinə baxış keçirmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadələrdən müəyyən olunmuşdur ki, tormozun sürtünmə izinin asfalt üzərində aşkar olunmadığına dair suala o, tormozdan istifadə etdiyini, lakin izin orada qalmadığını bildirmişdir. İbtidai istintaq orqanının təşəbbüsü ilə keçirilən 8/2970 saylı xx.xx.2022-ci il tarixli “Yol-nəqiliyyat hadisələrinin ekspertizası.Yol-nəqiliyyat hadisələri hallarının tədqiqi” haqqından ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 1-ci bəndində müəyyən olumuş “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir”. məzmuna uyğunsuzluq müəyyən edilmişdir. Əlavə olaraq məhkəmə baxışı zamanı Müdafiəçi verdiyi vəsatət əsasında təkrar təyin edilmiş və məhkəmədə elan edilib araşdırılmış 8/1671 saylı xx.xx.2023-cü il tarixli “Yolnəqiliyyat hadisələrinin ekspertizası.Yol-nəqiliyyat hadisələri hallarının tədqiqi” ekspert rəyndən “BMW” markalı **-UX-*** qeydiyyat nişanlı avotomobilin sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa imkanı olduğunu, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən uyğunsuzluqun baş verdiyini, Müdafiəçi vəsatətdə qeyd etdiyi nəqiliyyat vasitələri arasında olan məsafənin 10-15 metr olması real hadisə mexanizminə uyğun olmadığını və təqdim edilmiş məlumatlara görə aparılmış tədqiqata əsasən hərəkət üçün təhlükə yaranan anda BMW X5 markalı avtomobilin toqquşma yerindən olduğu məsafə 125 metrə uyğun olduğu göstərilmişdir. Beləliklə Təqsirləndirilən şəxs hadisə yerinə baxış protokolu ilə, şahid ifadələri və hal şahidi ifadələri, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verilmiş ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, toqquşma anından öncə məsafənin az olmasını, tormoz əyləcindən istifadə etməsini və əlavə olaraq hadisənin qarşısını almaq üçün imkanının olmaması barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə hadisə yerinə baxış protokolunu, ekspertiza rəylərini, qismən özünün, şahid və hal şahidlərinin ifadələri iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi X9 tərəfindən mülki idda verilmiş, maddi ziyana görə 40000 manat, mənəvi ziyana görə 10000 manat və dövlət rüsumu olaraq ödənilmiş 240 manat pulun Təqsirləndirilən şəxs tutularaq ona verilməsini xahiş etmişdir. Lakin məhkəmə baxış zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi X9 notarial qaydada təsdiq edilmiş xx.xx.20223-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələri məhkəməyə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, mülki iddianın maddi və mənəvi hissəsindən imtina etdiyini bildirmişdir. Eyni zamanda xx.xx.20223-cü il tarixli ərizəsində zərərçəkmiş şəxslərin hüquqi varisi X9 mərhum atası - X4 məxsus Bakı şəhəri, Suraxanı rayonu DYP cərimə meydançasında saxlanılan «BAİC» markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2015 və 2013-cü il təvəllüdlü uşaqlarının olmasını, Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq dəymiş ziyanı könüllü olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş müddət hədlərində müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən CM-nin 263.3-cü maddəsi ağır cinayətlərə aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 28 oktyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı – 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Bakı şəhəri, Suraxanı rayonu DYP cərimə meydançasında saxlanılan «BAİC» markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxslərin hüquqi varisi X7 qaytarılsın. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla-Əsgərova Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar