Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-619/2021 07.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə xx xxxxxxx 1988-ci ildə Hacıqabul rayonunun Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Hacıqabul rayonunun Nəvahi kəndində qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2 və 29,120.2.10cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən «Tural» restoranında spirtli içki qəbul etdikdən sonra, alkoqol sərxoşluğu vəziyyətində xx xxxx 2020-ci il tarixdə saat 1 radələrində «Nəvahi» marketin yaxınlığında rastlaşdığı, pul müqabilində intim xidmət göstərən Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 həyat tərzini bəhanə edərək, sonuncunun şəxsi həyatının ona heç bir aidiyyəti olmadığı halda öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, Zərərçəkmiş şəxs2 cinsi əlaqədə olmaq istədiyini bildirib, cinayətkar niyyətini həyata keçirmək məqsədilə bu adla sonuncunu aldadıb piyada Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində, yolun 97-ci kilometrliyində, Bakı şəhəri istiqamətində sağ tərəfdə yerləşən yaşıllıq əraziyə gətirərək, orada üzərində olan bıçaqla Zərərçəkmiş şəxs2 boyununun ön səthinə bir dəfə zərbə vurub, sonuncuya ölümlə birbaşa səbəbli əlaqəsi olan boyunun ön səthinin 4x1,5 sm ölçüdə dodaq formasında kənarları hamar, bucaqlarının biri iti, digəri küt bir ədəd deşilmiş-kəsilmiş xəsarət yetirərək Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Bundan başqa, o qeyd edilən cinayət əməlini törətdikdən sonra, bu qəbildən olan cinayətkar əməllərini davam etdirmək üçün Bakı şəhərinə gələrək xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində əvvəllər tanımadığı, sosial şəbəkə vasitəsilə pul müqabilində intim xidmət göstərməsi barədə əldə etdiyi məlumat əsasında «Aysu» adı ilə intim xidmət göstərən Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb, cinsi əlaqədə olmaları barədə razlıq əldə etdikdən sonra, sonuncunu pul müqabilində intim xidmət göstərməsinin ona heç aidiyyatı olmadığı halda, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, xuliqanlıq niyyəti ilə təkrarən qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirtmək üçün Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanına gələrək, həmin mənzilin yataq otağında sonuncunun əxlaqsız həyat tərzi keçirməsini bəhanə edərək, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmək məqsədilə ilə özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz etməyən, sağ çiyin nahiyəsinin və sol budun yuxarı 1/3-nin arxa-bayır səthinin xarici qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etmiş, lakin həmin vaxt mənzildə olan digər şəxslər hadisəyə müdaxilə etməklə ona mane olduğundan, həmçinin Zərərçəkmiş şəxs1 vaxtında ixtisaslı tibbi yardım almaqla həyatı xilas olunduğundan, sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, xuliqanlıq niyyəti ilə təkrar qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.2, 29,120.2.2, 29,120.2.10-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, himayəsində iki övladı var. Usta işləməklə ailəsini dolandırmışdır. xx xxxx 2020-ci il tarixdə axşam saat 19-20 radələrində pivə içmək üçün yaşadığı Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən evindən çıxıb kənd ərazisində «Nəvahi» restoranı ilə üzbəüz yolun qarşı tərəfində, Bakı-Qazax yolunun Bakı istiqamətində sol tərəfindəki «Tural» kafesinə gedib orada pivə içmişdir. Bundan sonra əxlaqsız qadınları öldürmək fikrinə düşmüşdür. Həmin vaxt, təxminən saat 23-də qarşısına Şəlalə adlı əvvəllər bir dəfə cinsi əlaqədə olduğu fahişəliklə məşğul olan qadın çıxmışdır. Sonuncu onunla cinsi əlaqədə olmağa razı olmamış, müştərisi olduğundan «Kamaz» markalı yük avtomaşına minib getmişdir. Bundan sonra gedib «Nəvahi» marketdən bıçaq almışdır. xx xxxx 2020-ci il tarixdə saat 1 radələrində əxlaqsız həyat tərzi keçirdən, adını sonradan bildiyi Gülxara ilə rastlaşmış və sonuncu ilə 10 manat qarşılığında cinsi əlaqədə olmağa razılaşmışdır. Pulu Gülxaraya onunla görüşməyə razı olması üçün vermişdir. Əsas niyyəti isə sonuncunu öldürmək olmuşdur. Bundan sonra birlikdə yoldan üzü yaşıllıq sahəyə tərəf getmişlər. Gülxara üzərindəki lasinanı aşağı salmış, sinəsindəki telefon qabını yerə tullamış, üzünü «Şahsaray» şadlıq evinə tərəf, arxasını isə ona sarı döndərmiş və sonra dizi üstə yerə oturmuşdur. Bundan sonra səsi çıxmasın deyə, anidən sol əli ilə Gülxaranın ağzından tutub, sağ əli ilə bel kəmərində saxladığı bıçağı çıxardıb Gülxaranın boğazının qabaq tərəfinə bir zərbə endirmişdir. Sonuncu xırıldamağa başlamış və yerə yıxılmışdır. Gülxaranın yerdə olan çantasından salfet qabından sulu salfet götürüb bıçağın üzərindəki qan izlərini və əlinin üzərinə düşən qanı silmişdir. Sonra telefon qabını götürmüşdür. Qabın içərisində bir ədəd sadə qara rəngli telefon olmuşdur. Həmin telefonu şadlıq sarayının yaxınlığında hadisə yerindən təxminən 15-20 metr kənarda yerə tullamışdır. Gülxaranın telefon qabında olan ona aid 10 manatı və sonuncunun 30 manat pulunu götürmüşdür. Sonra «Tural» kafesinə qayıdıb əlindəki qan izlərini yumuşdur. Kafedə pivə içdikdən sonra həmin restoranın yaxınlığındakı «Şeş-beş» restoranına getmişdir. Orada Şəlaləni də öldürmək üçün səhərədək gözləmiş, lakin sonuncu gəlib çıxmamışdır. Bundan sonra avtobusla Bakı şəhərinə gəlmişdir. Məqsədi əxlaqsız həyat tərzi sürən şəxsləri öldürmək, cəmiyyəti onlardan təmizləmək olmuşdur. Saat 7:20-də metronun «20 Yanvar» stansiyasının yaxınlığında avtobusdan düşmüşdür. Sosial şəbəkələrdə əxlaqsız həyat tərzi sürən bir neçə şəxsin nömrələrini götürmüşdür. Həmin gün əsasən «20 Yanvar» dairəsi ətrafında və «Şamaxinka» adlanan ərazilərdə gəzmişdir. Günorta vaxtı Gülxaranı öldürdüyü bıçağı tullamışdır. Gülxaradan götürdüyü pullar qurtardığı üçün, öz telefonunu «20 Yanvar» metrostansiyasının yaxınlığında xatırlamadığı mağazada satmış, daha ucuz olan sadə telefon almışdır. Gecəni isə yaxınlıqdakı oteldə keçirmişdir. xx xxxx 2020-ci il tarixdə, səhər vaxtı əxlaqsız həyat tərzi sürən qadınlardan kimisə öldürmək üçün bir gün əvvəl sosial şəbəkədən götürdüyü nömrələrdən birini yığmışdır. Söhbət zamanı qadın kimi bildiyi şəxslə görüş təyin etmişdir. Sonuncunun yaşadığı Zərifə Əliyeva küçəsi ev 27, mənzil 14 ünvanına gedəcəyi barədə razılaşmışdır. Görüşdən əvvəl iki qab «Əfsanə» pivəsi içmişdir. Danışılan vaxtda, yəni günorta saat 13 radələrində həmin mənzilə getmişdir. Mənzilin qapısını qara saçlı qadın olduğunu düşündüyü şəxs açmışdır. Sonradan adının Zərərçəkmiş şəxs1 və özünün də əslində kişi olduğunu bildiyi şəxslə bir yerdə yataq otağına, sonra özü tək ayaq yoluna keçmişdir. Həmin vaxt mənzildə başqa bir qadın da olmuşdur. Yataq otağına qayıdıb paltarlarını soyunmuş və həmin gün metronun «28 May» stansiyasının yaxınlığından aldığı qara rəngli qatlanan bıçağı telefon aparatının altında gizlətmişdir. Zərərçəkmiş şəxs1 40 manat ödəmiş, sonra sonuncu onun yanında uzanıb, bədəninə toxunmağa başlamışdır. O, bir əli ilə Zərərçəkmiş şəxs1 sığallamış, digər əli ilə telefonun altından bıçağı götürüb, mələfənin altına qoymuşdur. Az sonra bıçağı çıxardıb Zərərçəkmiş şəxs1 2 və ya 3 zərbə endirmişdir. Onun zərbələri sonuncunun boğaz və sağ bud nahiyələrinə dəymişdir. Zərərçəkmiş şəxs1 ilk zərbəni boğazından yetirdikdən sonra sonuncu qışqırmağa başlamış, otağa tanımadığı şəxs daxil olmuşdur. Həmin şəxs girəndən sonra yenidən 1 və ya 2 zərbə yetirmişdir. Səs-küy düşdüyündən, bıçağı yataq otağında döşəmənin üzərinə atıb çılpaq vəziyyətdə mənzildən qaçmışdır. Yataq otağından çıxanda mənzilin mətbəx otağında 3 və ya 4 nəfər tanımadığı adamlar olmuşdur. Həmin şəxslər ona hücum etmək istəsə də, qaçıb çölə çıxmışdır. Çöldə mənzilin yaxınlığında polis əməkdaşı onu paltarsız görüb saxlamışdır. Törətdiyi hadisə barədə polislərə məlumat vermiş və onu 39-cu Polis Bölməsinə aparmışlar. Mənzildə cins şalvarı, köynəyi və «Xiaomi» markalı mobil telefonu qalmışdır. Bölmədə xəsarət yetirdiyi şəxsin cinsi azlıq olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs1 xəsarət yetirərkən otaqda heç kəs olmamış, mənzildə isə tanımadığı şəxslər olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, transseksualdır. Valideynləri və bacısı Masallıda yaşayırlar. 2019-cu ilin avqust ayından Bakı şəhərinə köçmüşdür. xx xxxx 2020-ci il tarixdən Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 27, mənzil 14-da dostları Elməddin (“Aydan”), Kamil (“Ayan”), Elvinlə (“Mələk”) birlikə yaşayır. Həmin mənzildə həm də intim xidmətlər göstərirlər. Müştərilərlə adətən sosial şəbəkələrdə tanış olub, kirayə qaldığı ünvana çağırmışdır. xx xxxx 2020-ci il tarixdə günorta saat 12 radələrində Təqsirləndirilən şəxs ona zəng edib, görüşmək istədiyini bildirmişdir. Sonuncu ilə qiymətdə razılaşmış və onu yaşadığı ünvana dəvət etmişdir. Hikmət xx xxxx 2020-ci il tarixdə, günorta saat 13 radələrində onun yaşadığı mənzilə gəlmişdir. Qapını Hikmətə açmış və birlikdə yataq otağına tərəf getmişlər. Sonra Hikmət ayaq yoluna keçmiş, qayıtdıqdan sonra ona 40 manat ödəmişdir. Sonuncuya «soyun gəlirəm»-demiş və özü pulu «Aydan»a verib geri qayıtmışdır. Həmin vaxt əynində ancaq qara don olmuşdur. Hikmət paltarını çıxardıb çarpayının yanındakı stula qoymuşdur. Sonuncunun yanına uzanıb, bədəninə toxunmağa başlamış və Hikmət onun üstünə çıxmışdır. Birdən Hikmət arxadan sol əli ilə onun boğazını sıxmış və qəfildən sağ əli ilə arxadan bıçaqla çiyninə zərbə yetirmişdir. Gözlənilməz zərbənin təsirindən möhkəm qışqırmağa başlamışdır. Hikmət onun ağzını tutmaq istədikdə əlini dişləmişdir. Qışqırığına otağa «Aydan» daxil olmuşdur. Sonuncu onu qan içində görüb mətbəxdən nəsə götürüb onu qorumaq məqsədilə qaçmışdır. Bu an Hikmət ikinci zərbəni bıçaqla sinəsinə endirmişdir. Müqavimət göstərib otaqdan çıxmaq istədikdə, sonuncu bıçaqla yenə də zərbələr endirməyə cəhd etmişdir. Hikmətin əlindən çıxıb üzbəüz otağa qaçmış, lakin orada heç kim olmamışdır. Otaqdan çıxanda Hikmətin mətbəx tərəfdə dostları ilə mübahisə etdiklərini görmüşdür. Daha sonra Hikmət elə çılpaq vəziyyətdə qaçıb getmişdir. Bundan sonra huşunu itirmiş, ayılanda xəstəxanada olduğunu görmüşdür. Hikmət onu heç bir səbəb olmadan öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Salyan şəhərində yaşayır. Zərərçəkmiş şəxs2 onun bacısı olmuşdur. Təxminən 30 il bundan əvvəl Gülxara Əli adlı şəxslə ailə qurmuşdur. Heç bir il keçməmiş Əli qəzaya düşərək ölmüşdür. Gülxara sonradan ailə qurmamışdır. Sonuncu, bacısı Gülbəsin qızı Günellə birlikdə Şirvan şəhərində yaşamışdır. Gülxara əvvəllər Yaşıllaşdırma idarəsində süpürgəçi işləmiş, son zamanlar isə işsiz olmuşdur. xx xxxx 2020-ci il tarixdə günorta radələrində bacısı Gülbəsin qızı Günel ona zəng edib, Gülxaranın öldüyünü bildirmişdir. Dərhal Şirvan şəhərinə getmiş, Gülxaranın meyitini qohumların köməyi ilə götürüb Sabirabad rayonunun Çəngən kəndinə dəfn etmişlər. Meyitxanada bacısının boğaz nahiyəsində deşilmiş-kəsilmiş xəsarətləri olduğunu öyrənmişdir. Sonradan xəbərlərdə Gülxaranı Hacıqabul rayonunun Nəvahi kənd sakini Təqsirləndirilən şəxs bıçaqla vurub öldürdüyünü eşitmişdir. Təqsirləndirilən şəxs tanımır. Gülxaranın heç kimlə düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Kamil («Ayan») və Elvin («Mələk») adlı dostları ilə birlikdə Zərifə Əliyeva küçəsindəki 27 saylı evin 14-cü mənzilini kirayəyə götürüb həmin mənzildə yaşamağa başlamışlar. İyun ayının 18-də dostu Zərərçəkmiş şəxs1 («Aysu») də həmin mənzilə köçmüşdür. Orada birgə yaşamaqla intim xidmətlər də göstərmişlər. xx xxxx 2020-ci il tarixdə Əli ona saat 13-də müştərisinin gələcəyini demişdir. Həmin vaxt Əlinin gözlədiyi müştəri Təqsirləndirilən şəxs gəlmiş, ona qapını Əli açmış və onlar birlikdə yataq otağına tərəf getmişlər. Sonra Hikmət ayaq yoluna keçmiş, həmin vaxt onu görmüşdür. Ayaq yolundan çıxandan sonra Hikmət yataq otağına keçmiş və Əliyə 40 manat ödəmişdir. Əli həmin pulu ona verərək yataq otağına qayıtmışdır. Həmin vaxt Əlinin əynində ancaq qara don olmuşdur. Sonra qışqırıq səsi eşitmişdir. Odur ki, dərhal Əli olan otağa keçmişdir. Bu zaman Hikmətin lüt vəziyyətdə Əlinin üstündə olduğunu, sol əli ilə Əlinin boğazını sıxdığını, sağ əlində isə kiçik qatlanan bıçaq olduğunu görmüşdür. Əliyə kömək etməkdən ötrü o, mətbəxdən yağ bıçağı, Kamil isə tava götürmüşdür. Bu vaxt Hikmət yataq otağından çıxıb ondan paltarlarını istəmişdir. Aralarında qışqır-bağırla mübahisə olsa da, sonuncu xəsarət yetirməmişdir. Bundan sonra Hikmət çılpaq vəziyyətdə mənzildən qaçmışdır. Sonuncu qaçandan sonra Əli qan işində yataq otağından çıxmış və müvazinətini itirərək yıxılmışdır. Odur ki, təcili tibbi yardım çağırıb, Əlini xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 yaxın rəfiqəsi olmuşdur. Sonuncu ilə qonşuluqda yaşamışlar. Gülxara bacısı qızı Günel ilə birlikdə yaşamışdır. Həm özü, həm də Gülxara fahişəliklə məşğul olmuş, 10 manat müqabilində intim xidmət göstərmişlər. Əsasən Bakı-Qazax avtomobil magistral yolunun kənarında, daha çox «Nur», «Nəvahi», «Fədək» restoranlarının qarşısında müştəri gözləmişlər. Müştərilərə özünü «Şəlalə» kimi, Gülxara isə «İlhamə» kimi təqdim etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Hacıqabul rayonunun Nəvahi kəndində Bakı-Qazax avtomobil yolunun Bakı şəhəri istiqamətində sağ tərəfində yerləşən «Nəvahi» restoranının yanına getmişlər. Təxminən 30-40 dəqiqə sonra Gülxaranın üzərində olan qara rəngli sadə telefona bilmədiyi şəxs tərəfindən zəng gəlmişdir. Bundan sonra Gülxara yolun qarşı tərəfinə keçərək orada xatırlamadığı yük avtomobilinə minib Hacıqabul şəhəri istiqamətində getmişdir. Bundan sonra Gülxaranı görməmişdir. Təxminən 3-4 dəqiqədən sonra, saat 23:10 radələrində Gülxara ona zəng edib «Fədək» restoranının qarşı tərəfinə gedəcəyini və orada olacağını, onun da həmin yerə gəlməyini bildirmişdir. 5-6 dəqiqədən sonra tanışı Bərdə rayon sakini Tofiq ona zəng edib görüşmək istədiyini bildirmişdir. Buna görə də, yolun qarşı tərəfinə keçib «Şeş-beş» restoranının qarşısına gəlmişdir. Orada ona Nəvahi kənd sakini Hikmət adlı şəxs yaxınlaşmışdır. Hikməti əvvəllər tanımış, 2019-cu ildə onunla cinsi əlaqədə olmuşdur. Hikmət onu görən kimi salamlaşıb, cinsi əlaqədə olmaq istədiyini demişdir. O, başqa mütərisi olduğunu deyib, sonra görüşə biləcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra, nömrəsini Hikmətə vermiş və ona yaxınlaşan Tofiqin idarə etdiyi tünd rəngli VAZ markalı maşına minib Hacıqabul şəhəri istiqamətində getmişdir. «Fədək» restoranı ilə üzbüəz yolun qarşı tərəfində maşından düşmüşdür. Tofiq ona pay gətirmiş, həmin əşyaları ağaclıq sahəyə qoymuş, sonra həmin yerdə yol kənarında dayanıb müştəri gözləmişdir. 1 saat orada gözlədikdən sonra, «Fədək» restoranının qarşısına gəlmişdir. 15 dəqiqə sonra xatırlamadığı bir yük avtomobili saxlayıb onu götürmüş və birlikdə Ələt qəsəbəsinə getmişlər. 1 saatdan çox Ələtdə gözlədikdən sonra, xx xxxx 2020-ci il tarixdə saat 2:45 dəqiqədə məişət tullantıları daşıyan yük maşını ilə «Fədək» restoranı ilə üzbəüz yerləşən əraziyə gəlmişdir. Orada Gülxaranın nömrəsinə zəng etsə də, sonuncu cavab verməmişdir. Saat 3:40 radələrində Gülxara zənglərinə cavab vermədiyindən, xatırlamadığı yol maşını ilə «Qədir-Xum» restoranının qarşısına gəlmişdir. Orada zəng edib taksi sürücüsü Asifi çağırmışdır. Sonuncudan Gülxaraya zəng etməsini xahiş etmişdir. Asif Gülxaraya 3-4 dəfə zəng etsə də, sonuncu zənglərə cavab verməmişdir. Buna görə də Asif onu Şirvana yaşadığı mənzilə aparmışdır. Həmin gün saat 9 radələrində evdə yatdığı vaxt Günel Gülxaranın istifadəsində olan və evdə saxladığı telefonla ona zəng etmişdir. O, zəng edənin Gülxara olduğunu düşünüb ona iradını bildirmiş və nalayiq sözlər demişdir. Bu vaxt zəng edən şəxs Günel olduğunu, xalası Gülxaranın hələ də evə gəlmədiyini bildirmişdir. Dərhal qalxıb Gülxaragilə getmişdir. Orada Günel və qonşuları Vəfa onu qarşılamış və Gülxaranın evə gəlmədiyini demişlər. O, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Gülxara ilə ayrıldıqlarını, sonuncunun maşını ilə Hacıqabul şəhəri istiqamətində getdiyini və telefon zənglərinə cavab vermədiyini demişdir. Sonradan Gülxaranın meyitinin «Nəvahi» restoranının, «Şahsarayı» şadlıq sarayının yaxınlığında ağaclıq yerdə tapıldığını öyrənmişdir. Günel meyitə baxıb tanımışdır. X2 Fərəcovun öldürdüyünü eşitmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, mərhum xalası Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamışdır. Gülxara pul qarşılığında müştərilərə intim xidmət göstərmişdir. Müştəriləri onu «İlhamə» adı ilə tanımışdır. Xalasının ən yaxın rəfiqəsi «Şəlalə» adı ilə tanınan Asudə olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Asudə Gülxarayə zəng etdikdən sonra xalası aşağı düşmüş və onlar bir maşına əyləşib harasa getmişlər. Xalası özü ilə ***-***-**-** saylı nömrəsi olan sadə telefonunu götürmüş, ***-***-**-** saylı nömrə olan «Galaxy J2» markalı mobil telefonunu isə evdə qoymuşdur. Gülxara heç vaxt ona hara getməsini deməmişdir. Saat 23:15 radələrində Gülxara ona zəng edib hal-əhval tutmuşdur. Bundan sonra daha əlaqə saxlamamışlar. xx xxxx 2020-ci il tarixdə səhər saat 9 radələrində yuxudan durub xalasının evə gəlmədiyini görüb narahat olmuşdur. Sonuncuya zəng etsə də, cavab verilməmişdir. Daha sonra xalasının evdə saxladığı telefonu ilə sonuncunun rəfiqəsi Asudəyə zəng etmiş, sonuncu qışqıraraq «şükür Allaha tapılmısan?!» dedikdə, Günel olduğunu bildirmişdir. Asudə Gülxaranın harada olmasını bilmədiyini, gecə evə tək gəldiyini demişdir. Həmin gün Gülxaranın istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə dəfələrlə zəng etsə də, zəngə cavab verən olmamışdır. Bundan sonra qonşusu Vəfaya zəng etmişdir. Sonuncu onlara gəlib, bir qədər səbrli olmağını bildirmişdir. Sonradan Asudə də gəlmişdir. Sonuncu xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Gülxara ilə ayrıldığını, Gülxaranın yük maşınına minib Hacıqabul şəhəri istiqamətində getdiyini, bundan sonra bir daha görüşmədiklərini və Gülxaranın onun zənglərinə cavab vermədiyini demişdir. Növbəti gün Hacıqabul RPŞ-nin əməkdaşları onun evinə gəlib, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yol kənarında meyit aşkar olunduğunu, həmin meyitin xalası ola biləcəyini demişlər. Dərhal Şirvan şəhərində yerləşən meyitxanaya getmiş və xalasının meyitini tanımışdır. Gülxaranın meyitinin üzərində, evdən çıxarkən geyinmiş olduğu üzərində xarici dildə yazılmış yazı və «tac» şəkli olmuş bir ədəd tünd rəngli qısaqol düyməsiz köynək, bir ədəd qısa dar şalvar olmuşdur. Sonradan internetdə xalasının Nəvahi kənd sakini Hikmət adlı şəxs tərəfindən öldürüldüyünü oxumuşdur. İşin 1-ci cildinin 61-70, 2-ci cildinin 115-119-cu vərəqlərindəki protokollardan görünür ki, Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman həm Hacıqabul rayonunda, həm də Səbail rayonunda törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əyani olaraq hadisə yerində göstərib, ifadələrini bir daha təsdiq etmişdir. İşin 2-ci cildinin 70-72-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs öldürdüyü Zərərçəkmiş şəxs2 fotoşəkillər üzrə tanımaya təqdim edilməsi zamanı sonuncunun şəklini göstərərək həmin şəxsi öldürdüyünü bildirmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 378 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz etməyən, sağ çiyin nahiyəsinin və sol budun yuxarı 1/3-nin arxa-bayır səthinin xarici qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları deşicikəsici əşyanın (alətin) təsirindən törənmişdir. Qərraın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə yəni, xx xxxx 2020-ci il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, adına tərtib olunmuş tibbi sənəddə qeyd olunmuş yaraların təsvirlərinə, o cümlədən təqdim edilmiş maddi sübutun-bıçağın müayinəsinə əsaslanıb xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən törənmə bilinmələri haqda fikir söyləmək mümkündür. Məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 29 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarət-boyunun ön-sağ yuxarı 1/3-də bir ədəd deşilmiş-kəsilmiş yara-deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir. Müddəti qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Ölüm meyit müayinə olunandan təxminən, 12-14 saat əvvəl baş vermiş, ölümə səbəb yuxarıda qeyd olunan deşilmiş-kəsilmiş yara nəticəsində baş vermiş massiv qanitirmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs2 uşaqlıq yolundan götürülmüş tamponda spermatazoidlər aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda 0,4% (promilli) etil spirti aşkar edilmişdir ki, bu da çürümə ilə əlaqədar nisbi hesab edilir. Qanda narkotik vasitələr aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının x xxxxxx 2020-ci il tarixli 379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müyainəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, KEŞ-455 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onda dəri-zöhrəvi xəstəliklər müəyyən edilməmişdir. Təkrar komision məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli T338/2020 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı boynun ön sağ yuxarı hissəsində boylama istiqamətdə yerləşən yumşaq toxuma və iri magistral damarların zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarası müəyyən edilmşdir. Qeyd edilən xəsarət iti uclu və ya kənarlı alətin təsirindən törənmiş, ekspertizaya təqdim edilmiş və ya ona oxşar bıçaqlarla yetirilə bilərdi, yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb boynun yuxarı A-nin kəsilmiş yarası nəticəsində yaranmış kəskin qanitirmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı üz skeleti sümüklərində, o cümlədən burun sümüyü və qığırdaqlarmda hər-hansı sümük-travmatik dəyişiklik müəyyən edilməmişdir. Burun nahiyəsində aşkar edilən vəziyyət meyitin üzü üstə uzadılması zamanı yarana bilərdi, burun dəliklərindən qanlı ifrazat gəlməsi isə boyundakı yaralanma nəticəsində qanın udlaq vasitəsi ilə burun dəliklərindən keçməsindən baş vermişdir. Məhkəmə-daktiloskopik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 20/403R nömrəli rəyindən görünür ki, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl-barmaq izlərinin Təqsirləndirilən şəxs əl barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmə-daktiloskopik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 20/395R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hər iki (l-ll) qutu içərisində aşkar edilmiş 1 ədəd tünd qırmızı rəngli çanta, 2 ədəd çəhrayı rəngli fənərli alışqanlar, 1 ədəd güzgü, 1 ədəd açıq göy rənqli tibbi maska, 1 ədəd nəmli salfet qabı, 1 ədəd qara rəngdə dəstəyi olan bıçaq, 1 ədəd tibbi spirt qabı, 1 ədəd daraq, 1 ədəd üzərində «ekonom univermaq» yazılmış sellofan paketi, 6 ədəd sellofan prezervativ paketləri, 1 ədəd «Çiko» günəbaxan tumunun paketi və 1 ədəd qara rəngli telefon qabının üzərlərində olan əl izlərinin fraqmentləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararsız olduğundan DİN-in KTİ-nin məlumat bankında olan şəxlərin, o cümlədən tədqiqata təqdim edilmiş mərhumə Zərərçəkmiş şəxs2 adına olan əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə-genetik ekspertizasının x xxxxxxxx 2020-ci il tarixli, 20/438R nömrəli rəyindən görünür ki, təqdim olunmuş 1 (bir) ədəd güzgü, 20 (iyirmi) ədəd salfet, qurumuş ot və saman parçaları, 1 (bir) ədəd üzərində «Nokia Connecting people» qeydləri olan telefon qabı, 1 (bir) ədəd daraq, 4 (dörd) ədəd açılmamış prezervativ qabı, 1 (bir) ədəd «Pampers» ticarət markalı nəm salfet qabı, 1 (bir) ədəd tibbi spirt püskürən qab, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) cüt qara rəngli ayaqqabının sağ tayı, 1 (bir) ədəd çəhrayı rəngli büstqalter, 1 (bir) ədəd qara rəngli lasina, 1 (bir) ədəd qara rəngli qısaqol köynək və 1 (bir) ədəd ağ rəngli tuman üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunələridir və onların hər biri Zərərçəkmiş şəxs2 məxsusdur. Həmçinin təqdim olunmuş Zərərçəkmiş şəxs2 qızmın meyitinə baxış zamanı götürülmüş əl dırnaq kəsintiləri altında və 1 (bir) ədəd açıq-göy rəngli tibbi maskanın iç səthi üzərində bioloji mənşəli materiallar vardır və həmin bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs2 məxsusdur. Kompleks məhkəmə-bioloji, trasoloji və kriminalistik ekspertizasının məhkəmə-tibbikriminalistik tədqiqatlarına dair hissədə verilmiş xx xxxxxx 2020-ci il tarixli, 383- MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus donun ön səthinin sol yarısında iki ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Zərərçəkmiş şəxs1 məxsus donun üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş qara rəngli metal dəstəyi olan qatlanan bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs1 məxsus donun üzərində digər xarakterli (cırılmış, sökülmüş və sair) zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs Məmməd oğluna məxsus köynəyin ön səthinin sağ yarısının aşağı azad hissəsində bir ədəd, cins şalvarın sağ ayağının ön səthinin aşağı hissəsində bir ədəd cırılmış zədələr var. Bu zədələr küt yaranma mexanizminə malik olub, paltarların həmin hissəsinin dartılması nəticəsində törənmişlər. Təqdim edilmiş hadisə yerindən götürülmüş bir ədəd qatlanmayan bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, onun təyinatı dəyişdirilməmişdir. Təqdim edilmiş hadisə yerindən götürülmüş qara rəngli metal dəstəyi olan qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, onun təyinatı dəyişdirilməmişdir. Həmin ekspertizanın məhkəmə-bioloji tədqiqatına dair hissədə verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 584/2020 MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu ekspertizaya təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən A(ll). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, bir ədəd qatlanan bıçağın tiyəsi, altı ədəd borucuq daxilində olan çubuqların pambıq şəkilli uduqlarında insan qanı ləkələri aşkar olundu. Qanın qrupu ABO sistemi üzrə təyin olunduqda yalnız «A» antigeni alındı. Bu qan ləkələri A(ll) qruplu şəxsə (şəxslərə) məxsusdur və ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim olunmuş bir ədəd desert (yağ) bıçağının tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu. Qanın qrupu ABO sistemi üzrə təyin olunduqda həmin sistem üzrə qan qrupunu xarakterizə edən «A», «B», «H» antigenləri alınmadığı üçün bu ləkələrdə olan qanın qrup mənsubiyyəti, nəticədə də onun Zərərçəkmiş şəxs1 məxsus olub-olmaması barəsində fikir söyləmək mümkün olmadı. Məhkəmə-lifli ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2324 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən paltarlardan qara rəngli şalvar üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən cins şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən paltarların üzərində Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən paltarların tərkib liflərindən yoxdur. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxx 2020ci il tarixli, 1502 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkə və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bır psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Eqosentrizm, inadkarlıq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əməli törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. O, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Əlavə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2492 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkə və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-ci maddəsinin təsiri altına düşmür (hal-hazırda da anlaqlıdır). Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs eqosentrizm, özünəməxsus mövqe və prinsipə malik olmaq, inadkarlıq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşin 4-cü cildinin 97-126-cı vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, istintaq zamanı götürülmüş bir ədəd tünd qırmızı rəngli çanta, iki ədəd çəhrayı rəngli fənərli alışqanlar, bir ədəd güzgü, bir ədəd açıq göy rəngli tibbi maska, nəmli salfet qabı, iki ədəd üzərində qanabənzər ləkələr olan salfet, qanabənzər mayeyə bulaşmış halda olan bir ədəd salfet, üzərində qanabənzər ləkələr olan iki ədəd nəmli və bir ədəd quru salfet, üzərində qanabənzər ləkələr olan dörd ədəd nəmli salfet, qara rəngdə dəstəyi olan bıçaq, tibbi spirt qabı, üzərində qanabənzər ləkələr olan iki ədəd nəmli salfetlər, bir ədəd daraq, üzərində «ekonom univermaq» yazılmış bir ədəd sellofan, üzərində qanabənzər ləkələr olan prezervativ qabları, iki ədəd quru salfet, bir ədəd «Çiko» günəbaxan tumunun qabı, üzərində qanabənzər ləkələr olan ot və samandan götürülmüş nümunələr, bir ədəd telefon qabı, bir ədəd günəbaxan tumunun qabı, yaxınlığından aşkar edilmiş üzərində qanabənzər ləkələr olan bir ədəd sulu salfet, meyit aşkar edildiyi yerdən götürüldükdən sonra həmin yerdə torpaq səthi üzərində aşkar edilmiş qanabənzər mayeyə bulaşmış halda olan beş ədəd salfet, sellofan prezervativ qablar, Zərərçəkmiş şəxs2 meyitinin üzərindən çıxarılmış paltarları, meyitindən götürülmüş tük, dırnaq və qan nümunələri, «Nəvahi» marketdən götürülmüş gümüşü rəngdə, dəstəyi isə ağ, göy, qırmızı rənglərdə olan bir ədəd bıçaq, həmçinin Təqsirləndirilən şəxs «Nəvahi» marketdən bıçaq almasını əks etdirən videogörüntülər (bir ədəd disk), Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd qara rəngli don, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd dəri materialdan hazırlanmış qara kəmər, 1 (bir) ədəd cins materialdan hazırlanmış şalvar, 6 (altı) ədəd hadisə yerindən götürülmüş qana bənzər maddənin nümunələri, 19 (bir) ədəd qatlanan tipli qara rəngli bıçağ, 1 (bir) ədəd yağ bıçağı, hadisə yerindən-mənzildən götürülmüş 21 (iyirmi bir) ədəd əl-barmaq izləri öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. İşin 1-ci cildinin 60-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 3-cü cildinin 92-94-cü vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 3-cü cildinin 26-cı vərəqəsindəki arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxxx 2011 və xx xxxxxx 2014-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2, 29,120.2.2 və 29,120.2.10-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.2.2, 29,120.2.2, 29,120.2.10-cu maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həyat yoldaşının vəfat etməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2, 29,120.2.2, 29,120.2.10-cu maddələri ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini nəzərə alaraq, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir hissəsinin həbsxanada çəkilməsinin müəyyən edilməsini zəruri sayır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.2-ci maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Sabunçu rayon prokurorluğunda saxlanılan istintaq zamanı götürülmüş 1 (bir) ədəd tünd qırmızı rəngli çanta, 2 (iki) ədəd çəhrayı rəngli fənərli alışqanlar, 1 (bir) ədəd güzgü, 1 (bir) ədəd açıq göy rəngli tibbi maska, nəmli salfet qabı, 2 (iki) ədəd üzərində qanabənzər ləkələr olan salfet, qanabənzər mayeyə bulaşmış halda olan 1 (bir) ədəd salfet, üzərində qanabənzər ləkələr olan 2 (iki) ədəd nəmli və 1 (bir) ədəd quru salfet, üzərində qanabənzər ləkələr olan 4 (dörd) ədəd nəmli salfet, qara rəngdə dəstəyi olan 1 (bir) ədəd bıçaq, tibbi spirt qabı, üzərində qanabənzər ləkələr olan 2 (iki) ədəd nəmli salfetlər, 1 (bir) ədəd daraq, üzərində «ekonom univermaq» yazılmış 1 (bir) ədəd sellofan, üzərində qanabənzər ləkələr olan prezervativ qabları, 2 (iki) ədəd quru salfet, 1 (bir) ədəd «Çiko» günəbaxan tumunun qabı, üzərində qanabənzər ləkələr olan ot və samandan götürülmüş nümunələr, 1 (bir) ədəd telefon qabı, 1 (bir) ədəd günəbaxan tumunun qabı, yaxınlığından aşkar edilmiş üzərində qanabənzər ləkələr olan 1 (bir) ədəd sulu salfet, meyit aşkar edildiyi yerdən götürüldükdən sonra həmin yerdə torpaq səthi üzərində aşkar edilmiş qanabənzər mayeyə bulaşmış halda olan 5 (beş) ədəd salfet, sellofan prezervativ qablar, Zərərçəkmiş şəxs2 meyitinin üzərindən çıxarılmış paltarları, meyitindən götürülmüş tük, dırnaq və qan nümunələri, «Nəvahi» marketdən götürülmüş gümüşü rəngdə, dəstəyi isə ağ, göy, qırmızı rənglərdə olan 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd qara rəngli don, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd dəri materialdan hazırlanmış qara kəmər, 1 (bir) ədəd cins materialdan hazırlanmış şalvar, 6 (altı) ədəd hadisə yerindən götürülmüş qana bənzər maddənin nümunələri, 1 (bir) ədəd qatlanan tipli qara rəngli bıçağ, 1 (bir) ədəd yağ bıçağı, hadisə yerindən-mənzildən götürülmüş 21 (iyirmi bir) ədəd əl-barmaq izləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs «Nəvahi» marketdən bıçaq almasını əks etdirən videogörüntülər olan bir ədəd disk isə iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.10-cu maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan 16 (on altı) ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu rayon prokurorluğunda saxlanılan istintaq zamanı götürülmüş 1 (bir) ədəd tünd qırmızı rəngli çanta, 2 (iki) ədəd çəhrayı rəngli fənərli alışqanlar, 1 (bir) ədəd güzgü, 1 (bir) ədəd açıq göy rəngli tibbi maska, nəmli salfet qabı, 2 (iki) ədəd üzərində qanabənzər ləkələr olan salfet, qanabənzər mayeyə bulaşmış halda olan 1 (bir) ədəd salfet, üzərində qanabənzər ləkələr olan 2 (iki) ədəd nəmli və 1 (bir) ədəd quru salfet, üzərində qanabənzər ləkələr olan 4 (dörd) ədəd nəmli salfet, qara rəngdə dəstəyi olan bıçaq, tibbi spirt qabı, üzərində qanabənzər ləkələr olan 2 (iki) ədəd nəmli salfetlər, 1 (bir) ədəd daraq, üzərində «ekonom univermaq» yazılmış 1 (bir) ədəd sellofan, üzərində qanabənzər ləkələr olan prezervativ qabları, 2 (iki) ədəd quru salfet, 1 (bir) ədəd «Çiko» günəbaxan tumunun qabı, üzərində qanabənzər ləkələr olan ot və samandan götürülmüş nümunələr, 1 (bir) ədəd telefon qabı, 1 (bir) ədəd günəbaxan tumunun qabı, yaxınlığından aşkar edilmiş üzərində qanabənzər ləkələr olan 1 (bir) ədəd sulu salfet, meyit aşkar edildiyi yerdən götürüldükdən sonra həmin yerdə torpaq səthi üzərində aşkar edilmiş qanabənzər mayeyə bulaşmış halda olan 5 (beş) ədəd salfet, sellofan prezervativ qablar, Zərərçəkmiş şəxs2 meyitinin üzərindən çıxarılmış paltarları, meyitindən götürülmüş tük, dırnaq və qan nümunələri, «Nəvahi» marketdən götürülmüş gümüşü rəngdə, dəstəyi isə ağ, göy, qırmızı rənglərdə olan 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd qara rəngli don, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd dəri materialdan hazırlanmış qara kəmər, 1 (bir) ədəd cins materialdan hazırlanmış şalvar, 6 (altı) ədəd hadisə yerindən götürülmüş qana bənzər maddənin nümunələri, 1 (bir) ədəd qatlanan tipli qara rəngli bıçağ, 1 (bir) ədəd yağ bıçağı, hadisə yerindən-mənzildən götürülmüş 21 (iyirmi bir) ədəd əl-barmaq izləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs «Nəvahi» marketdən bıçaq almasını əks etdirən videogörüntülər olan bir ədəd disk isə iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-619/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-619/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver