Məhkəmə qərarları › İş №1(101)-619/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-619/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-619/2024 06.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X9 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Tərtər rayonu, Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər “ARDNŞ” (Socar) şirkətində sürücü işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmayan, Tərtər rayonu, Kəngərli kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxxxx 1983-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mirəsədulla Qafarov küçəsi, ev 10da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Z.Bünyadov küçəsi, ev 320-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı nəticəyə görə o, tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Nafiz» adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, aralarında olan razılaşmaya əsasən «Nafiz» adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs2 koordinatlarını bildirdiyi yerdən istintaqa məlum olmayan tarixdə və mənbədən sonuncunun tapşırığı əsasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 310,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 1 ünvanının qarşısınadək daşımış, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 21:20-də həmin ünvanda saxlanılaraq gətirildiyi 35-ci Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli qış gödəkçəsinin sol yan cibindən içərisində təmiz çəkisi 310,0 qram külli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan 1 (bir) ədəd qara rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Həmçinin ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda təkrar əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı nəticəyə görə o, tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Nafiz» adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, aralarında olan razılaşmaya əsasən «Nafiz» adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi məlumatları qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verib sonuncu vasitəsi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 310,0 qram külli miqdarda narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə etməyə nail olmuş, Təqsirləndirilən şəxs1 həmin külli miqdarda narkotik vasitəni ona çatdırmaq üçün üzərində saxlayaraq ünvan 4 ünvanının qarşısınadək daşımış və Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 21:20-də həmin ünvanda saxlanılaraq gətirildiyi 35-ci Polis Bölməsnin ünvan 3 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli qış gödəkçəsinin sol yan cibindən içərisində təmiz çəkisi 310,0 qram külli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan 1 (bir) ədəd qara rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Nafiz» adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri təkrar əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, aralarında olan razılaşmaya əsasən «Nafiz» adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib sonuncunun “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib özünün kirayə yaşadığı ünvan 6 ünvanındakı evə daşıdığı təmiz çəkisi 2214,175 qram külli miqdarda narkotik vasitə heroini həmin ünvanda saxlayaraq 2210,0 qram hissəsini eyni ünvandakı evində gizlədib, 4,175 qram hissəsini isə istintaqla müəyyən edilməyən şəxslərə çatdırmaq üçün üzərində daşımış, satışını həyəta keçirməyi planlaşdırdıqları külli miqdarda əlavə narkotik vasitənin əldə olunması üçün göndərməklə törətdiyi cinayət əməlində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sonuncunun verdiyi məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə, saat 22:48-də ünvan 7 ünvanının qarşısında saxlanılaraq gətirildiyi 35-ci Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,175 qram, bundan əlavə, özünün razılığı ilə 24.01,2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən kirayədə yaşadığı evə keçirilmiş baxış zamanı yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altından 1 (bir) ədəd bağlamada xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar olunmuş narkotik vasitə ilə eynilik təşkil edən, təmiz çəkisi 2210,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, otaqdakı televizorun altındakı dolabın rəfindən 1 (bir) ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi, çarpayının yanındakı dolabın üstündən 1 (bir) ədəd üzərində əlyazma xətlə satdıqları narkotik vasitələrin hesabatı əks olunan «Doctor comfort» markalı steril tibbi yapışqanın ağ rənglli kağız zərfi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Ramana qəsəbəsində yaşasa da, Sumqayıt şəhərində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti “Socar”-da sürücülükdən ibarətdir və 16 (on altı) ildir ki, sürücülük fəaliyyətilə məşğuldur. O, Təqsirləndirilən şəxs2 18 aydır ki, tanıyır. O, Təqsirləndirilən şəxs2 çox gözəl və zərərli vərdişlərdən uzaq bir şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs2 taksi fəaliyyətilə məşğul olmuşdur. 23 yanvar 2023-cü il tarixdə iş günü bitdikdən sonra o, müdirinin avtomobili ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə gəlmişdir. Müdiri avtomobilini ona əmanət etmiş və həmin avtomobil kiçik ölçülü “Chevrolet” markalı avtomobil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində olmuşdur. O, Təqsirləndirilən şəxs2 görən zaman Məksud yaxşı vəziyyətdə olmamış, daha dəqiq desə sonuncunun möhkəm ağrıları olmuşdur. Sözün düzü o, heç vaxt Təqsirləndirilən şəxs2 bu halda görməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 özü üçün dərman sifariş etdiyini və ondan həmin dərmanı götürmək üçün onun lazımi yerə gedə bilib-bilməcəyini soruşmuşdur. O da, Təqsirləndirilən şəxs2 üçün lazımi dərmanı lazım olan yerdən götürməyə razılıq vermişdir. Bu zaman Təqsirləndirilən şəxs2 ona həmin dərmanın “tramadol” həbləri olduğunu söyləmişdir. O isə, həmin həblərin qanunla qadağan edildiyini bilməmişdir. Onun 10 (on) yaşlı övladı “uşaq serebral iflici” diaqnozu ilə birinci dərəcəli əlildir və övladı nə yeriyə bilir, nə də danışa bilir. O, daim övladı üçün xarici dövlətlərdən dərmanlar sifariş verir, bu səbəbdən də Təqsirləndirilən şəxs2 ondan gətirməyini xahiş etdiyi dərmanla bağlı onda heç bir tərəddüd yaranmamışdır. Üstəlik də həmin vaxt o, övladının yanına tələsmişdir. Təqsirləndirilən şəxs2 onun dərman dalıyca getdiyi yerə tez çatmağı üçün ona 20 (iyirmi) manat taksi pulu da vermişdir. Bundan sonra o, avtomobillə Polad Həşimov küçəsinə yollanmışdır. O, avtomobillə Polad Həşimov küçəsinə çatdıqdan sonra avtomobildən enərək yaxınlıqda yerləşən kiçik bir dükana daxil olmuş və həmin dükandan özünə 1 (bir) ədəd yarım litrlik “Coca-Cola” içkisi almışdır. O, dükandan küçəyə çıxan zaman telefonunu əlinə almış və Təqsirləndirilən şəxs2 onu bir neçə dəfə yığdığının şahidi olmuşdur. Lakin o, həmin zənglərin heç birini eşitmədiyi üçün dəstəyi qaldıra bilməmişdir. Bu zaman o, həm də Təqsirləndirilən şəxs2 ona audio ismarıc göndərdiyinin də şahidi olmuşdur. Həmin audio ismarıcda Təqsirləndirilən şəxs2 ona heç bir şeyi götürmədən geri qayıtmalı olduğunu bildirmişdir. Həmin audio ismarıc hazırda da onun telefonunda qalmışdır. Bundan sonra o, yaxınlıqda saxladığı avtomobilinə doğru addımlamağa başlamışdır. Həmin vaxt 15-16 nəfər polis əməkdaşı onun üzərinə hücum çəkərək onu saxlamışdır. Həmin polis əməkdaşlarının arasında olan və keçən məhkəmə iclaslarının birində şahid kimi məhkəmədə ifadə verən iki nəfər polis əməkdaşı qollarına qandal vurmuşdur. Bundan sonra polis əməkdaşları onu bilmədiyi bir yerə gətirərək onu bir otağa salmışlar. O, həmin otaqda olan zaman polis əməkdaşları onun qarşısına kiçik bir bağlama qoyaraq ona “bunun dalıyca gəlmişdin?” demişlər. O, həmin bağlamanın içərisində dərman olduğunu iddia edən zaman polis əməkdaşları ona həmin bağlamanın içərisində narkotik vasitə heroin olduğunu söyləmişlər. Bu zaman o, həmin polis əməkdaşlarından bu otağa həkim və ekspert gətirmələrini tələb etmişdir ki, onun həmin bağlamaya əl vurmadığı aşkara çıxsın. Polis əməkdaşları isə onu dinləməyərək ona həmin bağlamanın içərisində narkotik vasitə heroin olduğunu və onun həmin bağlamanı Təqsirləndirilən şəxs2 aparmaq istədiyini iddia etməyə davam etmişlər. Daha sonra həmin bağlamanı boynuna almayacağını anlayan polis əməkdaşları onu döyməyə başlamışlar. Bundan sonra elə oldu ki, o, polis əməkdaşları tərəfindən döyülməyə daha tab gətirə bilməmiş və polis əməkdaşlarının tapşırığı əsasında videoçəkilişdə guya həmin bağlamanı Təqsirləndirilən şəxs2 üçün götürərək sonuncuya apardığını etiraf etmişdir. Daha sonra polis əməkdaşları və o, 4 (dörd) avtomobillə Təqsirləndirilən şəxs2 evinə yollanmışlar. Onlar Təqsirləndirilən şəxs2 evinə çatan zaman polis əməkdaşları Təqsirləndirilən şəxs2 yumruq və təpiklə başına, qabırğalarına zərbələr endirməyə başlamışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 döyən zaman sonuncuya “sən Təqsirləndirilən şəxs1 ümumi çəkisi 308 qram narkotik vasitə dalıyca göndərmisən?” demişlər. Təqsirləndirilən şəxs2 isə polis əməkdaşları tərəfindən döyülə-döyülə onu narkotik vasitə dalıyca yox, dərman dalıyca göndərdiyini bildirmişdir. Burada sual yaranır ki, əgər Təqsirləndirilən şəxs2 evində guya ümumi çəkisi 2 (iki) kiloqramdan artıq çəkidə narkotik vasitə olmuşdursa, bu halda Təqsirləndirilən şəxs2 onu nəyə görə ümumi çəkisi 308 qram olan narkotik vasitə dalıyca göndərmişdir?! Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, xəstə övladı üçün daim dərman dalıyca getdiyi üçün Təqsirləndirilən şəxs2 onu dərman dalıyca göndərməsi onda şübhə yaratmamış, həmçinin ona həmin dərmana görə Təqsirləndirilən şəxs2 ona 20 (iyirmi) manat verəcəkdi, həmin gün elə bir vəziyyətdə olmuşdur ki, 20 (iyirmi) manata görə küçə də süpürərmiş, dərmanı götürəcəyi ünvanı ona Təqsirləndirilən şəxs2 “Whatsapp” vasitəsilə göndərmiş, Təqsirləndirilən şəxs2 dərmanı niyə aptekdən deyil, məhz “konum” vasitəsilə götürməli olduğunu soruşmamış, bu ona maraqlı olmamış, ona maraqlı olan bu işə görə Təqsirləndirilən şəxs2 ona 20 manat verməsi olmuş, Təqsirləndirilən şəxs2 ünvana getsə də, oradan Məksudun dediyi dərmanı götürməmiş, çünki həmin ünvana çatdıqda, Məksud ona səsli mesaj göndərərək oradan dərmanı götürməməsini bildirmiş, Məksudun dediyi ünvandan dərmanı götürmədən evə qayıtmaq istəyərkən 15 nəfər polis əməkdaşı hücum çəkərək onu saxlamış, həmin polis əməkdaşlarının bir neçəsi saqqallı şəxs olmuş, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsinin şahidi olmuş, daha doğrusu isə polis əməkdaşları Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evdə döymüşlər, Bakı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, lakin həmin vaxt üzərində zorakılıq izi aşkar edilməmiş, narkotik vasitələri polislər onun boynuna qoymuşlar, özü heç vaxt narkotik vasitədən istifadə etməmiş, polis əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilmiş, sadəcə olaraq həmin narkotik vasitəni onun üzərinə polis əməkdaşları özləri qoymuşlar, narkotik vasitəni üzərinə qoyan həmin polis əməkdaşlarının adlarını bilmir, amma həmin polis əməkdaşlarını üzdən görsə, tanıyar, lakin yadında qaldığına görə polis əməkdaşlarından birinin adı Cümşüd olmuş, hazırda işləmir, barəsində cinayət işi açıldıqdan sonra onu 16 (on altı) il işlədiyi müəssisədən çıxarmışlar, onun Təqsirləndirilən şəxs2 üçün dərman dalıyca getməyinin cəmi bir səbəbi olmuş, həmin səbəb də 20 manat pul olmuş, çünki həmin gün övladının səhhəti çox pis olduğu üçün həmin pula çox ehtiyacı olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımışdır. Təqsirləndirilən şəxs1 onun həmkəndlisi və dostudur. O, Ramana qəsəbəsində yerləşən həyət evində kirayədə yaşamışdır. Bir gün ağrıları olduğu üçün o, Təqsirləndirilən şəxs1 2 (iki) konvalyutda “tramadol” gətirməsini xahiş etmişdir. Dəyanət dərmanın dalıyca getdikdən qısa bir müddət sonra 15-20 nəfər polis əməkdaşı onun kirayədə qaldığı evə basqın etmişdir. Həmin polis əməkdaşlarının yanında Təqsirləndirilən şəxs1 da olmuşdur. Basqın edən polis əməkdaşlarının arasında Heydər adlı polis əməkdaşı da olmuşdur. Həmin Heydər adlı polis əməkdaşı ittiham aktına əsasən şahiddir. Heydər Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməməsi üçün ona ümumi çəkisi 2 (iki) kiloqram olan narkotik vasitəni boynuna götürməsini təklif etmişdir. Təqsirləndirilən şəxs1 övladı xəstə olduğu üçün də onun Təqsirləndirilən şəxs1 yazığı gəlmiş və Heydər adlı polis əməkdaşının ona təklif etdiyi kimi o, ümumi çəkisi 2 (iki) kiloqram olan narkotik vasitəni boynuna götürmüşdür. Ümumi çəkisi 2 (iki) kiloqram olan narkotik vasitə qara rəngli bağlamada olmuş və həmin bağlamaya onun bir dəfə də olsun əli dəyməmişdir. O, Heydər adlı polis əməkdaşının təklifini qəbul etdikdən sonra evdəki digər polis əməkdaşları sözügedən narkotik vasitəni evdəki çarpayının üzərindəki döşəyin altına yerləşdirmişlər. Bundan sonra isə polislər elə özləri həmin narkotik vasitəni döşəyin altından guya aşkar edərək çıxarmışlar. Onun isə həmin narkotik vasitələrə əli də dəyməmişdir. Bundan sonra evdəki polis əməkdaşları onu Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə aparmışlar. O, 35-ci Polis Bölməsində olan zaman polis əməkdaşları onun cibinə ümumi çəkisi 5 (beş) qram olan narkotik vasitə qoyaraq, həmin narkotik vasitəni də onun boynuna qoymuşlar. Əgər o, polis əməkdaşlarının dedikləri kimi narkotik vasitəni boynuna götürməsəydi, bu halda polis əməkdaşları Təqsirləndirilən şəxs1 boynuna ümumi çəkisi 350 qram olan narkotik vasitə qoyacaqmışlar. Polis əməkdaşları onun evinə basqın edən zaman o, həmin polis əməkdaşlarına bir neçə dəfə Təqsirləndirilən şəxs1 heç bir günahı olmadığını, Dəyanəti cəmi 2 (iki) konvalyutda “tramadol” dalıyca göndərdiyini bildirmişdir. Polis əməkdaşları onun evinə basqın edən zaman bütün evini alt-üst etmişlər. Basqın zamanı evdə sözügedən polis əməkdaşları, o, Təqsirləndirilən şəxs1 və vəkil X5 olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, əvvəllər, yəni 2018-2019-cu illər aralığında narkotik vasitə ittihamı ilə məhbusluq həyatı yaşamış, həmin vaxt ona məhkəmənin hökmü ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, özü narkotik vasitə aludəçisidir, adətən narkotik vasitə kimi tanıdığı “kakos”dan istifadə etmiş, narkotik vasitə aludəçisi olan zaman gündəlik narkotik vasitə dozası 0,5 qram olmuş, adətən narkotik vasitəni yandıraraq tüstüsünü çəkmiş, polis əməkdaşları tərəfindən saxlanılan gün Təqsirləndirilən şəxs1 iki konvalyutda “tramadol” dalıyca göndərmiş, onun Nafis adlı bir tanışı olmuş, Nafis Azərbaycan Respublikasında yaşayan və İran İslam Respublikasının vətəndaşı olmuş, polis əməkdaşları tərəfindən saxlanılan gün Nafis adlı şəxsə iki konvalyutda tramadol sifariş vermiş, bundan sonra Nafis ona Əhmədli ərazisinə aid olan tanımadığı bir ünvan göndərmiş, bu səbəbdən də tramadolu götürmək üçün Təqsirləndirilən şəxs1 həmin ünvana göndərmiş, ağrıları olduğuna görə özü getməmiş, Dəyanət onun dediyi ünvana getdikdən sonra Nafis adlı şəxs ona ünvan (konum) göndərmiş, həmin ünvanın altında “250 qram” və “50 qram narkotik” sözləri qeyd edilmiş, ona görə Dəyanətə səsli mesaj göndərərək oradan heç nəyi götürmədən evə qayıtmasını demiş, çünki ağrıları olduğuna görə tramadoldan istifadə etmək istəmiş, lakin Nafis adlı şəxs ona narkotik vasitə göndərdiyini bildirdiyindən narkotik vasitədən istifadə etmək istəməmiş, çünki yaxınlarına bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə dair söz vermiş, həmçinin müalicə yoluna qədəm qoymuş, məhz bu səbəbdən tək yaşamaq üçün kirayə evə köçmüş, Nafis adlı şəxsin ona narkotik vasitə vermək istədiyini bilən zaman 3 (üç) dəfə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni götürmədən evə qayıtmasını söyləmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən müşahidə altında olduğunu bilməmiş, Təqsirləndirilən şəxs1la və Nafis adlı şəxslə “Whatsapp” vasitəsilə əlaqə yaratmış, kirayədə qaldığı evə basqın edən polis əməkdaşlarının sayı 15-20 nəfər olmuş, polis əməkdaşları evə basqın etdiyi vaxtdan onu döymüşlər, həmin evdə onunla yanaşı, həmçinin Təqsirləndirilən şəxs1 yaşamış, polis əməkdaşları onun evinə basqın etdikləri anadək Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi barədə məlumata sahib olmamış, polis əməkdaşları evinə basqın edən zaman evdə az miqdarda narkotik vasitə olmuş, həmin narkotik vasitələr “kakos” və marixuana olmaqla, iki növdə olmuş, narkotik vasitə “kakos” falqa kağızına bükülmüş vəziyyətdə, ümumi çəkisi isə 1 (bir) qramdan az olmuş, həmin narkotik vasitə evdəki televizorun arxa hissəsindən aşkar edilmiş, özü həmin narkotik vasitəni qeyd etdiyi yerə qoymuş, evdəki narkotik vasitə marixuanaya gəldikdə isə evinə basqın edən polis əməkdaşlarından birisi həmin narkotik vasitə marixuananı götürərək çəkmək üçün dayısına verəcəyini söyləmiş, polis əməkdaşları evə basqın edən zaman onu döymüşlər, döyülmə nəticəsində onun qabırğası çatlamış, döyülməsi nəticəsində 3 (üç) ay Bakı İstintaq Təcridxanasında ağrıdan yata bilməmiş, evə basqın edən polis əməkdaşları tərəfindən döyülməsi barədə heç kəsə heç nə deməmiş, heç bir orqana müraciət etməmiş, evə basqın edən şəxslərin hamısı polis əməkdaşı olmamış, bildiyinə görə Təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, Təqsirləndirilən şəxs2 xahişinə əsasən dərman dalıyca sonuncunun dediyi ünvana getsə də, oradan narkotik vasitə götürmədiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, saxlanıldıqdan və bundan sonrakı müddət ərzində polis əməkdaşları tərəfindən döyüldüyünü, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəyə aidiyyətinin olmadığını, habelə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “tramadol” dərmanı dalıyca göndərdiyini, polis əməkdaşları tərəfindən kirayədə yaşadığı evə basqın edildiyini, həmin vaxt evdə 1 (bir) qramdan da az çəkidə 2 (iki) növdə narkotik vasitə olduğunu (heroin və marixuana), narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının onun yaşadığı evdən oğurluq etdiklərini, polis əməkdaşları onun yaşadığı evə basqın edərkən və bundan sonrakı dövrdə onu döydüklərini, nəticədə işgəncəyə məruz qaldığından ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur qaldığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxslərin bu hissədə ayrıayrılıqda verdikləri ifadələri cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onlar xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 saxlamışlar. Onun da daxil olduğu Xətai RPİ-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən saxlanılan zaman Məksud üzərində narkotik vasit olduğunu bildirmişdir. Sonra Məksudun üzərindən narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitənin hansı şəraitdə və harada aşkar edilməsi, aşkar edilən narkotik vasitənin çəkisi və növü onun yadında qalmamışdır. Onlar Təqsirləndirilən şəxs2 saxladıqdan sonra sonuncunu Xətai RPİ-nin inzibati binasına aparmışlar. Orada Təqsirləndirilən şəxs2 üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və həmin vaxt narkotik vasitəyə oxşar vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş vasitənin narkotik vasitəyə aid olub-olmamadığını müəyyən etmək məqsədi ilə həmin vasitə vasitə ekspertizaya göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı ev Ramana qəsəbəsində yerləşmişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin olması ilə bağlı əməliyyat məlumatı Xətai RPİ-nin NMB-nə daxil olmuş, lakin əməliyyat məlumatının hansı polis əməkdaşına daxil olması yadında deyil, Təqsirləndirilən şəxs2 saxlanılmasında onunla yanaşı, həmçinin Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid3 iştirak etmiş, onlar əvvəlcə Təqsirləndirilən şəxs1 saxlamışlar, Təqsirləndirilən şəxs1 saxlanılan zaman narkotik vasitələri əldə etmək üçün getdiyini bildirmiş, sonra Təqsirləndirilən şəxs2 saxlanılması ilə bağlı əməliyyat tədbirləri davam etdirilmiş, nəticədə Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında saxlanılmış, Məksud saxlnıldıqdan sonra sonuncunun yaşadığı evə baxış keçirilmiş, həmin vaxt evdən narkotik vasitələr aşkar edilmiş, onlar Təqsirləndirilən şəxs1 Xətai rayonu ərazisində yerləşən küçələrdən birində saxlamışlar, həmin vaxt Dəyanətin üzərində narkotik vasitə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz daşıması barədə Xətai RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Xətai RPİ-nin NBM-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1lə bağlı daxil olan əməliyyat məlumatında Dəyanətin olduğu yer və xarici əlamətləri göstərilmişdir. Onlar da, həmin əlamətlər əsasında Təqsirləndirilən şəxs1 saxlamışlar. Onlar Təqsirləndirilən şəxs1 saxladıqdan sonra Xətai RPİ-nin 35-ci PB-ə aparmışlar. 35-ci PB-də videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 könüllü şəkildə üzərində olan narkotik vasitələri cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 35-ci PB-də olarkən narkotik vasitələri Məksud adlı tanışının sifarişi ilə 20 manat müqabilində sonuncunun dediyi ünvandan götürərək Məksuda verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus telefonda sonuncunun Məksudla telefon danışıqları, mesajlar, məkan paylaşımları və iş üzrə əhəmiyyət kəsb edən sair məlumatlar olmuşdur. Daha sonra onlar Məksudun saxlanılması ilə bağlı tədbirlər görməyə başlamışlar. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 barəsində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs1 könüllü şəkildə üzərindən aşkar edilmiş narkotik vasitəni hansı səbəbdən əldə etdiyini etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Xətai RPİ-nin NMB-də işlədiyi zaman NMB-nə Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatı daxil olmuşdur. Onlar daxil olmuş məlumatı rəhbərliyə məruzə etmişlər. Səhv etmirsə, xx.xx.2023-cü il tarixdə axşam saatlarında onlar Polad Həşimov küçəsində Təqsirləndirilən şəxs1 yaxınlaşaraq sonuncunu saxlayıb Xətai RPİ-nin 35-ci Polis bölməsinə dəvət etmişlər. 35-ci Polis bölməsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt sonuncunun üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 35-ci Polis bölməsində üzərindən aşkar olunmuş narkotik vasitənin tanışı Məksuda aid olduğunu, Məksudun onu üzərindən aşkar edilmiş narkotik vasitənin dalıyca göndərdiyini və 20 manat qarşılığında həmin narkotik vasitəni Məksudun dediyi yerdən gəlib götürdüyünü etiraf etmişdir. Dəyanətin üzərindən təxminən 300 qram çəkidə narkotik vasitə aşkar edilmişdir. Daha sonra Məksudun saxlanılması məqsədi ilə təxirəsalınmaz tədbirlər davam etdirilmişdir. Onlar Məksudu yaşadığı Ramana qəsəbəsində saxlamışlar. Məksud saxlanılan zaman müqavimət göstərməmişdir. Onlar Məksudu saxladıqdan sonra Xətai RP-nin 35-ci Polis bölməsinə aparmışlar. Orada Məksudun üzərindən narkotik vasitə aşkar edilmişdir. Məksud üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olduğunu bildirmişdir. Sonra onlar Məksudun Ramana qəsəbəsində yaşadığı evə getmişlər, orada Məksud yataq otağındakı çarpayısının altından narkotik vasitələri çıxararaq onlaraq təqdim etmişdir. Təqdim edilən vasitələrin arasında toz şəklində narkotik vasitə heroin olmuşdur. Təqsirləndirilən şəxs2 evdən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini, habelə həmin maddədən özünün də istifadə etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayan zaman sonunculara qarşı fiziki təzyiq, habelə sair formada qanunsuz təsir göstərilməmiş, Təqsirləndirilən şəxs2 iddia etdikləri hallar həqiqəti əks etdirmir, onlar Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı evdən heç bir əşya götürməmişlər, Məksudun kirayədə yaşadığı evdə olan çarpayının altından 2 (iki) kiloqramdan artıq çəkidə narkotik vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs1 saxlanmasında onunla yanaşı, həmçinin Mehdi adlı polis əməkdaşı iştirak etmiş, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatı ona daxil olmuş, Təqsirləndirilən şəxs1 saxlanılan zaman piyada olmuş, Təqsirləndirilən şəxs2 evindən aşkar edilən narkotik vasitələrin sonuncuya aid olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən evə qoyulması, habelə Məksudun evindən akvarium, kostyum və itin, evdə olan bütün qiymətli əşyaların polislər tərəfindən oğurlanması ilə bağlı iddiaları həqiqqəti əks etdirmir, onlar həmçinin Təqsirləndirilən şəxs2 evindən elektron tərəzi və sonuncunun kimə nə qədər narkotik vasitə satması barədə qeyd də aşkar etmişlər, həmin qeyddə Təqsirləndirilən şəxs2 kimə, hansı növdə, hansı çəkidə və hansı qiymətə narkotik vasitə satması barədə məlumatlar olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarilxi raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz istifadəsi və satışında şübhəli bilinən xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 saat 21:20 radələrində ünvan 9 ünvanında saxlanılaraq 35-ci Polis bölməsinə aparılmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-32) görünür ki, həmin gün müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki göy rəngli cins şalvarının sag yan cibindən üzərində ***-***-**-** nömrə olan “Poco” markalı mobil telefon, əynindəki göy rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş, spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab olunan heroinə bənzər maddə büküm aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bükümün içərisində “kakos” kimi tamıdığı narkotik vasitə heroin olduğunu, tanışı Məksud adlı şəxsin sifarişi ilə 20 manat pul müqabilində narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, P.Həşimov qəsəbəsi, E.Şükürlü küçəsindən götürüb Məksuda apardığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş vasitənin çəkisi elektron tərəzi ilə ölçülmüş və aşkar edilmiş vasitənin çəkisi 308,18 qram təşkil etmişdir. xx.xx.2023-cü il tarilxi raportdan (cild 1, iş vərəqə 39) görünür ki, həmin gün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz istifadəsi və satışında şübhəli bilinən xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Bakı şəhərində olduğu yer müəyyən edilərək, saat 22:48 radələrində ünvan 10 ünvanında saxlanılaraq 35ci Polis bölməsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 49) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 60-62) görünür ki, həmin gün müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan göy rəngli cins şalvarının sag yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş, içərisində spesifik iyli, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan büküm aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin vasitəni İran İslam Respublikası vətəndaşından satış məqsədilə aldığını, həmin narkotik vasitənin qalan hissəsini kirayədə yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş vasitənin çəkisi elektron tərəzi ilə ölçülmüş və həmin vasitənin çəkisi 4,77 qram təşkil etmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 64- 65) görünür ki, həmin gün müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı ünvan 6 ünvanına baxış keçirilmiş və həmin vaxt otaqda olan çarpayının üzərindəki döşəyin alt hissəsindən qara rəngli sellofana bükülmüş vəziyyətdə spesifik iyli, qəhvəyi rəngli heroinə bənzər büküm, 1 (bir) ədəd elektron tərəzi, narkotik vasitələrin çəkisi və satışı ilə bağlı yazılıq qeyd (siyahı) aşkar edilmişdir. Aşkar edilmiş bükümdə olan vasitənin çəkisi elektron tərəzi ilə ölçülmüş və həmin vasitənin çəkisi 2220 qram təşkil etmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/434 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 77-79) görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd bağlamada təmiz çəkisi 310,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. «Heroin» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/433 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 72-73) görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 4,175 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 evindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd sellofan paketdə təqdim edilmiş 01 ədəd qara rəngli bağlamada təmiz çəkisi 2210,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edilir, təzərinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilməsi üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Təqdim edilmiş 2 (iki) ədəd bükümdə və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/574 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 196-198) görünür ki, təqdim edilmiş 1 (bir) ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Poco M4 Pro” markalı “21091116AG” modelli «**********48905, **********48913» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı, “TikTok” sosial şəbəkə vasitəsilə aparılmış məlumat mübadilələri və sair) mövcud olan və yaddaşdan pozulmuş məlumatlar müəyyən olunaraq rəyə əlavə olunmuş xarici yaddaş qurğusuna köçürülmüşdür. Təqdim edilmiş 1 (bir) ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A10S” markalı, “SM-A107F/DS” modelli «**********01161, **********01169» imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir, smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olunaraq rəyə əlavə olunmuş xarici yaddaş qurğusuna köçürülmüşdür, lakin cihazın konstruktiv quruluşu və təhlükəsizlik xüsusiyyətlərinə görə yaddaşının tam həcmdə (eyni zamanda silinmiş məlumat sahələri daxil olmaqla) oxunması və smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, SMS mesaj, audio, foto, video fayllar, “WhatsApp” proqram, təminatı və digər sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmamasını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 90-91) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 98-99) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-43/2023 saylı qərarından (cild 1, iş vərəqə 128-131) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-44/2023 saylı qərarından (cild 1, iş vərəqə 132-135) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli tibbi arayışdan (cild 3, iş vərəqə 93) görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il təvəllüdlü azyaşlı uşağı Ümüd Rəhimov İ qrup əlildir (aöır əqli gerilik, dərin kəmağıllıq diaqnozu). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 161-163) görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Başqa sözlə, onun üzərində ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 160) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş “Xiaomi Poco M4 Pro” markalı mobil telefona baxış keçirilmiş və həmin vaxt telefonun yaddaşında olan foto fayllara, «WhatsApp» və sms yazışmalarına əsasən müəyyən olunmuşdur ki, telefonun «WhatsApp Business» bölməsindəki «WhatsApp Business İmages», «WhatsApp X7» çantalarındakı çoxsaylı fayllarda Təqsirləndirilən şəxs1 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dəlalət edən müxtəlif bank kartlarının, pul köçürmələri haqqında qəbzlərin, xüsusi rənglərlə işarələnmiş məkanların fotoşəkilləri, digər Təqsirləndirilən şəxs2 ilə narkotik vasitələrin qiymətinə, çəkisinə və əldə olunma məkanına dair telefon danışıqları, bu barədə sövdələşmə mövzusunda xeyli sayda səsyazmalar və sms-lər mövcuddur. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 8) görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Samsung Galaxy A10S” markalı mobil telefonun yaddaşında olan video və foto fayllara, «WhatsApp» və sms yazışmalarına əsasən müəyyən olunmuşdur ki, telefonun «WhatsApp Business» bölməsindəki «WhatsApp Business İmages», «WhatsApp Business Videos» və «WhatsApp X7» çantalarındakı çoxsaylı fayllarda Təqsirləndirilən şəxs2 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dəlalət edən müxtəlif bank kartlarının, pul köçürmələri haqqında qəbzlərin, xüsusi rənglərlə işarələnmiş məkanların, elektron tərəzi üzərinə qoyularaq çəkisi müəyyən edilən narkotik vasitələrin fotoşəkilləri, ləhcəsinə görə İran azərbaycanlısına bənzəyən, təqsirləndirilən şəxs tərəfindən “Əmi”, “Rza” və “Nafiz” adlandırılan naməlum şəxslə narkotik vasitələrin qiymətinə, çəkisinə və əldə olunma məkanına, naməlum şəxslərə narkotik vasitələr satmasına dair telefon danışıqları, bu barədə sövdələşmə mövzusunda xeyli sayda səsyazmalar və sms-lər, narkotik vasitənin elektron tərəzi üzərində çəkilərək qablaşdırılmasının xalis çəkisinə çox təsir etməsinə dair videogörüntü mövcuddur. xx.xx.2023-cü il tarixli əlyazma siyahıya baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 29-30) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi evə keçirilmiş baxış zamanı evin yataq otağındakı çarpayının yanındakı dolabın üstündən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd üzərində əlyazma xətlə rəqəmlər qeyd olunmuş balaca kvadrat formalı kağız parçasına keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, «Doctor comfort» markalı steril tibbi yapışqanın ağ rənglli kağız zərfinin arxa boş hissəsində əlyazma xətlə xeyli sayda «D və T» hərfləri ilə işarələnmiş rəqəmlər və qramla göstərilmiş çəki miqdarları qeyd olunmuşdur. Qeyd edilən siyahı ilə bağlı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin kağızın üzərindəki qeydlər onun satdığı narkotik vasitələrin hesabatıdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 42- 67) görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olumuş ***-***-**-** saylı danışıq kartına xx.xx.2022-ci il tarixdə, saat 19:31:15-də ***-***-**-** nömrəli telefondan “Nesud qaqaş 5 dene kola 35 dene getirde tez biraz sen canın hecne yoxdur” mətnli, xx.xx.2022-ci il tarixdə, saat 13:25:40-də ***-***-**-** nömrəli telefondan “Salam qaş necəsən qaş 18 sənnən bir xaiş edim imkan varsa burda yani evdə yonca var azca başım ağrıyır” mətnli, xx.xx.2022-ci il tarixdə, saat 20:09:26-da ***-***-**-** nömrəli telefondan “Nesud qaqaş men agryram hecne yoxdur qalmsam beie biraz imkan varsa tez gel” mətnli, xx.xx.2022-ci il tarixdə, saat 02:24:26-da ***-***-**-** nömrəli telefondan “Qaqs tema hecne hamisini qurtardim birsey basa düsmedim” mətnli, xx.xx.2022-ci il tarixdə, saat 21:12:37-də ***-***-**-** nömrəli telefondan “Qardaş salam 10 man var cetnende olsa birsey düzeltde 2 gündü elemirem veziyet pisdi” mətnli, xx.xx.2022-ci il tarixdə, saat 21:46:19-da ***-***-**-** nömrəli telefondan “Cox ceker 2 gündü qoymusan meni ağrida” mətnli, xx.xx.2022-ci il tarixdə, saat 19:09:34-də ***-***- **-** nömrəli telefondan “Qardaş gelmemisen? Bu masını buğünde tehvil vermesem yiyesi davaya cıxacaq mennen ağrayıram is gedmir balaca birsey vererdin veziyetden cıxardim” mətnli, xx.xx.2022-ci il tarixdə, saat 16:24:53-də ***-***-**-** nömrəli telefondan “Nesud qaqaş sen hellik kolanı 3 dene eyle 2 dene qalsın pul biraz azdır yada istesen 2 denenin pulunu bir iki güne verimde sene, Mene pul vercekler 1 gün 2 deneni de pulunu verim sene nedyirsen mene bir cavab de gözdyirem” mətnli, xx.xx.2023-cü il tarixdə, saat 16:41:35-də ***-***-**-** nömrəli telefondan “Nesud qaqaş 2 dene 5 5 eyle bir yerde 10 dene” mətnli mesajlar göndərilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 1832 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 186-187) görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 2008 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 190-191) görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub, lakin hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, həmin xəstəlikdən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 118-119) görünür ki, iş üzrə əməllərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, habelə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 132-133) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 150-152) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 2, iş vərəqə 170) görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 309,95 qram təşkil edən narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2214,075 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-408/2023 saylı qərarından (cild 2, iş vərəqə 225-228) görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətində uzadılmışdır. xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından (cild 2, iş vərəqə 229-230) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığından onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan (cild 2, iş vərəqə 232) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli elektron məlumat daşıyıcısı qurğusuna (fləşkarta) baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 253) görünür ki, məhkəmə kompütertexniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/574 №li ekspert rəyinə əlavə edilmiş “Transcend” adlı 29,1 QB həcmli bir ədəd “fləşkart” tipli xarici yaddaş qurğusuna köçürülmüş fayllara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin 35-ci PB-də şübhəli şəxs qismində saxlanılaraq üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş, ekspertiza tədqiqatlarına göndərilmiş, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd "Samsung Galaxy A10s” markalı “SM-A107F/DS” modelli «**********01161, **********01169» imei kodlu, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Xiaomi Poco M4 Pro” markalı “21091116AG” modelli «**********48905, **********48913» mobil telefon cihazlarının yaddaşından 01 ədəd “Transcend” adlanan 29,1 QB həcmli elektron məlumat daşıyıcısı qurğusu - “flaşkart” tipli xarici yaddaş qurğusuna köçürülmüş «WhatsApp Business» bölməsindəki «WhatsApp Business İmages», «WhatsApp Business Videos» və «WhatsApp X7» çantalarındakı çoxsaylı fayllarda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin alqısatqısı ilə məşğul olmalarına dəlalət edən müxtəlif bank kartlarının, pul köçürmələri haqqında qəbzlərin, xüsusi rənglərlə işarələnmiş məkanların, elektron tərəzi üzərinə qoyularaq çəkisi müəyyən edilən narkotik vasitələrin fotoşəkilləri, ləhcəsinə görə İran azərbaycanlısına bənzəyən, Təqsirləndirilən şəxs2 tərəfindən “Əmi", “Rza” və “Nafiz” adlandırılan naməlum şəxslə sonuncunun narkotik vasitələrin qiymətinə, çəkisinə və əldə olunma məkanına, naməlum şəxslərə narkotik vasitələr satmasına dair telefon danışıqları, bu barədə sövdələşmə mövzusunda xeyli sayda səsyazmalar, narkotik vasitənin elektron tərəzi üzərində çəkilərək qablaşdırmanın xalis çəkiyə çox təsir etməsinə dair videogörüntü mövcuddur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 255-275) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 238-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.2 və 238-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən, eləcə də Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edildiyi mənbənin və bu cinayət əməllərində qabaqcadan əlbir olduqları şəxsiyyətləri istintaq orqanına məlum olmayan digər şəxslərin müəyyən edilməsi məqsədi ilə cinayət işindən ayrıca icraata ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd eidlməsi haqqında qərardan (cild 3, iş vərəqə 133-137) görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi faktı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsinə əsas – araşdırma zamanı keçirilmiş canlı şəxsin ekspertizasına dair verilmiş 52/TS saylı rəy olmuşdur (rəyə əsasən onun tutulduğu günə təsadüf edən xəsarəti olmamışdır). Təqsirləndirilən şəxs2 aid şəxsi işin materiallarından (cild 3, iş vərəqə 94-100) görünür ki, o, saxlanılması üçün istintaq təcridxanasına təhvil verilən zaman tibbi müayinədən keçmiç, həmin vaxt sol qarın nahiyyədə qızarmış xəsarət izi aşkar edilsə də, həmin xəsarəti tutulmamışdan əvvəl aldığını bildirmişdir. xx.xx.2017-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmündən (cild 2, iş vərəqə 235-240) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmündən (cild 2, iş vərəqə 242-251) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona 1 (bir) il 6 (altı) ay müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 2 (iki) il 2 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar və vəsatətlər vermişlər, o cümlədən onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin iddia etdikləri dəlillərin həqiqət olmasını müəyyən etmək mümkün olmadığından, ibtidai araşdırma zamanı toplanılmış sübutların həqiqiliyinə və mötəbərliyinə şübhə yaradacaq hallar məhkəmə istintaqında müəyyən edilmədiyindən, toplanılmış sübutlar ittihamın qiymətləndirilməsinə kifayət etdiyindən məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə araşdırması nəticəsində sübutetmə mərhələsində ittiham tərəfinin əldə etdiyi və cinayət işinin materiallarına əlavə etdiyi sübutlar nəticəsində hasil olunmuş nəticədən fərqli nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər məhkəmə istintaqında vermiş olduqları ifadələrində irəli sürülmüş ittihamı mübahisələndirsələr də, şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərinə müdafiəçilərinin iştirakı və videoçəkiliş vasitəsi ilə keçirilmiş prosessual hərəkətlər zamanı onlarda ayrı-ayrılıqda aşkarlanmış narkotik vasitənin növünü, həmin vasitənin olduğu bükümlərin sayını, çəkisini mübahisələndirməmişlər, bundan başqa, Təqsirləndirilən şəxs2 onun yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin növünü, çəkisini, saxlanıldıqları bağlamaların sayını və iş üçün sair əhəmiyyət kəsb edən digər halları mübahisələndirməmişdir. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrıayrılıqda onlara irəli sürülmüş ittihamı mübahisələndirdiklərindən məhkəmə onların iddia etdiyi dəlilləri yoxlayaraq belə nəticəyə gəlir ki, həmin dəlillər həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs1 ona irəli sürülmüş ittihamı məhkəmədə mübahisələndirərək iddia etmişdir ki, onun övladı ağır xəstəlikdən əziyyət çəkdiyindən ona pul lazım olmuş və bu səbəbdən də xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 müraciətinə əsasən 20 manat pulun müqabilində sonuncunun dediyi ünvana gedərək oradan “tramadol” dərmanını götürməli, sonradan isə götürdüyü predmeti Məksuda çatdırmalı olmuşdur. Bu səbəbdən də o, xx.xx.2023-cü il tarixdə Məksudun dediyi ünvana getsə də, oradan “tramadol” dərmanını götürməmiş, əksinə evə geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs1 iddia etmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə heroin olmamış, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən olan verilmiş, habelə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığından şəxsi axtarış və ilkin dindirmə zamanı etirafedici ifadə verməyə məcbur qalaraq ona aid olmayan narkotik vasitə heroinin ona məxsus olduğunu bildirmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı müddət ərzində polis əməkdaşları tərəfindən döyülübdöyülməməsi barədə məhkəmədə araşdırma aparılmış və bu araşdırmanın nəticəsində Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması öz təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saxlanıldıqdan sonra müdafiəçinin iştirakı ilə onun üzərində 35-ci Polis bölməsində şəxsi axtarış keçirildiyindən, şəxsi axtarış zamanı aşkar edilmiş kütlə şəffaf şəkildə qablaşdırıldığından, sonradan qablaşdırılmış zərfə qanunsuz müdaxilə halları məhkəmədə müəyyən edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, onun üzərindən həqiqətən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinə gəldikdə isə məhkəmə hesab edir ki, onun üzərindən 308,18 qram heroin aşkar edilmişdir. Belə ki, şəxsi axtarış keçirilən zaman onun üzərindən aşkar edilərək götürülmüş kütlə elektron tərəzi ilə ölçüldüyündən və vasitənin çəkisi 308,18 qram müəyyən edildiyi halda, sonradan keçirilmiş ekspertiza rəyinə əsasən onun üzərindən aşkar edilmiş kütlənin çəkisi 310,0 qram təşkil etsə də, şəxsi axtarış zamanı müəyyən edilmiş çəki daha az miqdar təşkil etdiyindən - bu hal Təqsirləndirilən şəxs1 xeyrinə şərh edilməli və ona görə də onun üzərindən aşkar edilmiş kütlənin çəkisi məhz – 308,18 qram həddə müəyyən edilməlidir. Əks yanaşma Təqsirləndirilən şəxs1 müdafiə hüququna qəsddir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmədə ifadə verərkən polis əməkdaşları tərəfindən evində saxlanılması, saxlanılan zaman üzərində narkotik vasitə olmaması, yaşadığı evdə 2220 qram çəkidən artıq narkotik vasitə heroin olmaması, göstərilən çəkidə narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun kirayədə yaşadığı evə yerləşdirilməsi, yaşadığı evdə cəmi 1 (bir) qramdan da az çəkidə 2 (iki) növdə narkotik vasitə (heroin və marixuana) olması, polis əməkdaşları tərəfindən döyülməsi, yaşadığı evdən polis əməkdaşlarının oğurluq etməsi hallarına istinad etsə də, bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, bu hissədə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməmişdir. Bundan başqa, məhkəmədə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşları kimi tanıdığı şəxslərlə mobil telefon vasitəsi ilə cinayət əlaqəsinə girmiş, qeyrilərinin verdikləri məlumatlar əsasında müxtəlif növdə narkotik vasitə və psixotrop maddələri əldə edərək sonradan həmin vasitə/maddələrin satışı ilə məşğul olmuş, bu isə onda ifadə olunmuşdur ki, müxtəlif şəxslər ona sms vasitəsi ilə müraciət edərək jarqon terminlər vasitəsi ilə müxtəlif çəkidə müxtəlif narkotik vasitələr və psixotrop maddələr almaq istəmişlər, həmin şəxslər qeyd edilən vasitələri/maddələri aldıqdan sonra həmin vasitələr/maddələrin keyfiyyəti barədə öz şikayətlərini bildirmişlər. Təqsirləndirilən şəxs1 20 manat pulun müqabilində Təqsirləndirilən şəxs2 tapşırığına əsasən “tramadol” dərmanı dalıyca sonuncunun dediyi ünvana getdiyini, həmin yerə çatdıqdan sonra Məksudun dediyi yerdən dərmanı götürməkdən imtina etdiyini və polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə heroin olmadığını bildirsə də, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/433 nömrəli ekspertiza rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlər öz aralarında, eləcə də Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinlə tərkibinə və digər göstəricələrə görə eynidir. Başqa sözlə, aşkar edilərək götürülmüş hər 3 (üç) narkotik vasitənin tərkibinə və digər göstəricələrinə görə eyni olması ona dəlalət edir ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 məhkəmədə bildirdiyi məlumatlar həqiqəti əks etdirmir və məhkəmə hesab edir ki, onlar məhkəməyə təhrif edilmiş məlumatlar verməklə məsuliyyətdən yayınmaq istəmişlər. Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu çəkilər xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/433 nömrəli ekspertiza rəyində müəyyən edilmiş çəkilər əsasında müəyyən edilməlidirlər. Belə ki, Təqsirləndirilən şəxs1 fərqli olaraq Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman qeyd edilmiş çəkilər göstərilən ekspertiza rəyində göstərilmiş çəkidən daha çox olduğundan məhz 6/433 nömrəli ekspertiza rəyində müəyyən edilmiş çəkilər, yəni 4,175 qram və 2210,0 qram əsas götürülməlidir. Təqsirləndirilən şəxs2 yaşadığı evdən həmçinin elektron tərəzinin aşkar edilməsi, həmin tərəzinin üzərində narkotik vasitə heroin izinin olması da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməklə, faktiki olaraq qeyrisinin “kuryeri” qismində iştirak edərək narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsindəki hal, yəni həmin gün onun pula ehtiyacı olması və 20 manat pulun müqabilində Təqsirləndirilən şəxs2 dediyi ünvandan “tramadol” dərmanının dalıyca getməsi faktiki olaraq onun muzd müqabilində, yəni gəlir/qazanc qarşılığında dövriyyəsi qadağan edilmiş predmetlə bağlı iradə ifadəsini, daha dəqiq desək isə cinayətkar niyyətini ifadə edən başlıca haldır. Beləliklə, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımış, həmçinin Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda təkrar əldə edib saxlamaqla daşımışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllərdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Qeyd edilən cinayət əməlləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş, habelə bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, uşağının birinin ağır xəstə olmasını (serebral iflic), ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıraraq qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 evli olmasını, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıraraq qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 isə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 ağır xəstəlikdən əziyyət çəkən azyaşlı uşağının olmasını və cinayət əməlini həmin uşağa dərman almaq üçün törətdiyini məcmu halda nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələr ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmənin bu hissədə gəldiyi nəticə onun xəstə uşağının olması və həmin uşağın xüsusi qulluğa ehtiyacı olması ilə bağlıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə onun cəzasının əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalı və üzərində saxlanılacaq cəzanın əvvəli 06 may 2024cü il tarixdən hesablanmalı, habelə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. xx.xx.2023-cü il tarixli narkoloji rəy ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli narkoloji rəy ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub, lakin hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, həmin xəstəlikdən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, lakin Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 309,95 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2214,075 qram təşkil edən narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış, baxış və götürmə keçirilməsinə dair videogörüntüləri əks etdirən 3 (üç) ədəd disk, 1 (bir) ədəd üzərində əlyazma xətlə narkotik vasitələrin dövriyyəsinə dair hesabat əks olunan “Doctor comfort” markalı steril tibbi yapışqanın ağ rəngli kağız zərfi, 1 (bir) ədəd “Transcend” adlı 29,1 QB həcmli bir ədəd “fləşkart” tipli xarici yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd “Xiaomi Poco M4 Pro” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, sübutların tədqiqi üçün çəkilmiş 210 (iki yüz on) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 210 (iki yüz on) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 23 yanvar 2023-cü il tarixdən 23 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun üzərində saxlanılan cəzanın əvvəli 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin madədlər ilə ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 309,95 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2214,075 qram təşkil edən narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarış, baxış və götürmə keçirilməsinə dair videogörüntüləri əks etdirən 3 (üç) ədəd disk, 1 (bir) ədəd üzərində əlyazma xətlə narkotik vasitələrin dövriyyəsinə dair hesabat əks olunan “Doctor comfort” markalı steril tibbi yapışqanın ağ rəngli kağız zərfi, 1 (bir) ədəd “Transcend” adlı 29,1 QB həcmli bir ədəd “fləşkart” tipli xarici yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd “Xiaomi Poco M4 Pro” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 210 (iki yüz on manat) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar