Məhkəmə qərarları › İş №1(101)-619/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-619/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-619/2025 21.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X6, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi: Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis–psixoloq X7 iştirakı ilə qapalı məhkəmə iclasında xx xxxx 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib ona qarşı zor tətbiq etməklə təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs öz cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədilə 2021-ci ilin yanvar ayından 06 mart 2024-cü il tarixədək olan müddət ərzində aşkar surətdə on dörd yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü azyaşlı övladı Zərərçəkmiş şəxs təkrarən yaşadığı ünvan 2 ünvanında yerləşən üç otaqlı evdə Zərərçəkmiş şəxs istirahəti üçün ayrılmış yataq otağında tək yatmasından və əməllərinin qarşısını ala biləcək arvadının evdə olmamasından istifadə edib azyaşlı olmaqla ona qarşı edilən hərəkətlərin mahiyyətini başa düşməməklə köməksiz vəziyyətdə olan, 14 yaşına çatmayan Zərərçəkmiş şəxs əl, ayaq və ağzını əlləri ilə tutmaqla fizki zor tətbiq edib sonuncunun iradəsinə zidd olaraq sinə və cinsiyyət orqanını öpüb-tumarlamaqla spermasını onun qarın nahiyəsinə boşaldaraq öz cinsi ehtirasını sair pozğun formada təmin etmiş, habelə törətdiyi qanunsuz hərəkətləri hər hansı bir şəxsə söyləyəcəyi təqdirdə hədələyərək seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qızı ona böhtan atır, böhtan atmağa onu əmisi, yəni onun qardaşı vadar etmiş, həmçinin qızı cavan oğlanlarla əlaqə saxlayıb erkən yaşından ərə getmək istədiyi üçün o, onu 2 dəfə döymüşdür. Qızı da buna görə ondan heyfini çıxır. Arvadı Gülpərinin qızının dediklərindən xəbəri olmamışdır, o, heç bir şey bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma atasıdır. Ailəsi ünvan 3 ünvanında yerləşən 3 otaqlı evdə kirayə yaşamış, onun özünün ayrı otağı olmuşdur. İlk dəfə 2021-ci ildə, yəni onun həmin vaxt 13 yaşı olduğu zaman səhər saat 05-06 radələrində anası durub işə getdikdən sonra atası otağına gələrək əlini bədəninə toxunduraraq sığallamış, ona cinsiyyət orqanından öpməsinə icazə verməsini bildirmişdir. O, təəccüblənib şoka düşərək atasına demişdir ki, «olmaz, belə şey». Bu sözdən sonra atası əsəbləşərək otaqdan çıxıb getmişdir. Bundan yaşı artıq 14 olduqdan sonra anası işə gedəndən sonra atası yenə otağına gəlmiş, ona cinsiyyət orqanından öpmək istədiyini bildirmiş, onu soyunduraraq cinsiyyət orqanından öpmüşdür. 20221-ci ildə atası dəfələrlə ona belə təkliflər etmiş, lakin o, razı olmadığı və müqavimət göstərdiyi üçün atası istədiyinə nail ola bilməmişdir. Bundan sonra 2022-ci ilin avqust ayından atası səhər tezdən yenə otağına gələrək demişdir ki, ona mobil telefon hədiyyə edəcək, əvəzində isə o, onun istyini yerinə yetirəcəkdir. O, atasının bu təklifinə razı olmadığı üçün aralarında heç birşey olmamışdır. Bundan sonra 2023-cü ildə mart ayının 4-5-i səhər saat 8-9 radələrində atası otağına gəlmiş, demişdir ki, «sən mənim istədiyimi etməlisən, yoxsa səni döyəcəm». O, razı olmadığı üçün körpə bacısını onun üstünə atıb çıxıbgetmişdir. Bundan sonra 2024-cü ilin mart ayında isə səhər tezdən yenə otağına gələrək onu vurmuş və soyunduraraq cinsiyyət orqanından öpmüşdür. Bundan sonra 2024-cü ildə balaca qardaşı öləndən sonra atası yenə səhər otağına gəlmiş və bildirmişdir ki, baxıcıda olmuş və baxıcı ona demişdir ki, ailənin üzərindən xataları götürmək üçün o, qızının, yəni onun bədəninin ayrı-ayrı nahiyyələrindən öpməlidir. Bundan sonra atası onu soyunduraraq sinəsivə cinsiyyət orqanından öpmüşdür. Bu kimi hadisələr birneçə dəfə baş vermiş, o, müqavimət göstərmək istədikdə atası onu vurub müqavimətini sındırmış soyunduraraq eyni hərəkətləri etmişdir. Atasından qorxduğu üçün bu hadisələri anasına danışmamışdır. Lakin telefon vasitəsilə sosial şəbəkələrdə bir qızın atası tərəfindən təcavüzə məruz qalması barədə verilişə baxdıqda görmüşdür ki, həmin qız atasının etdiyi hərəkətləri və söhbətləri gizlin olaraq telefonuna yazmış və polisə müraciət edərək atasının cinayət məsuliyyətinə cəlb olunmasına nail olmuşdur. Qərara gəlmişdir ki, eyni cür hərəkət etsin. 2024-cü ilin mart ayında atası ondan əxlaqsız hərəkətlərin törətməsni istədiyi zaman onun səsini yazmış, yalnız bundan sonra DİN-nin 102 xidmətinə zənge dərək atasının hərəkətləri barədə məlumat vermişdir. Bundan sonra onu Yasamal RPİ-nin 29-cu PB-nə dəvət edib ərizəsini alaraq onunla birlikdə polis əməkdaşları evinə gedərək ata və anasını da bölməyə gətirib hamısının izahatlarını almışlar. Atası düzgün ifadə vermir, o, ərə getmək istəməmiş, lakin 2 dəfə ona elçilər gəlmiş, həmin ailələr münasib olmadığı üçün ərə getməmişdir. Həmçinin əmisi ona atasına qarşı ifadə vermək üçün heç bir təzyiq etməmiş, belə bir məsələ ümumiyyətlə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əri, Zərərçəkmiş şəxs isə qızıdır. Ərinin qızına qarşı etdiyi hərəkətlərdən məlumatı olmamışdır. Belə ki, o, JEK-də xadimə işlədiyi üçün səhər saat 5-dən ərazini yığışdırmağa gedir, əri və uşaqları isə evdə qalırdı. 2024-cü ilin mart ayında axşam vaxtı polis əməkdaşları onu və ərini bölməyə dəvət etdikdən sonra qızının sözlərindən bilmişdir ki, əri Təqsirləndirilən şəxs qızı Telnaza qarşı əxlaqsız hərəkətlər etmişdir. Hətta atası ilə olan sonuncunun əxlaqsız hərəkətlərini təsdiq edən səs yazısını öz telefonundan səsləndirmişdir. Qızına inanır, ərinə isə layiqli cəza verilməsini tələb edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Tural Mahmudov tərəfindən tərtib olunaraq Bakı şəhəri Yasamal RPİnin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 13:44 radələrində Bakı şəhəri Y.Yasamal M.Xiyabani küçəsi ev 278 mənzil 1-də yaşayan Zərərçəkmiş şəxs DİN 102 xidmətinə zəng edərək, bu gün səhər saatlarında evdə tək olan zaman atasının onu zorlamağa cəhd etməsi barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Tural Mahmudov tərəfindən tərtib olunaraq Bakı şəhəri Yasamal RPİnin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, ünvan 5 ünvanının zirzəmisində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə və Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə müraciət edərək, atası Təqsirləndirilən şəxs ona qarşı 3 il müddətdir mütəmdi olaraq seksual xarakterli hərəkətlər etməsini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisinə Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış ərizədən müəyyən olunur ki, o bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə görə xəbərdar edilmiş və atası Təqsirləndirilən şəxs ona qarşı 3 ildir mütəmadi olaraq seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “danışıq səslərini əks etdirən diskin götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı diskdə 4 ədəd səs yazma taylı mövcuddur.Diskdə olan 1-ci faylda 2 dəqiqə 31 saniyədən ibarətdir. Telnaz Elşənə vicdan əzabı çəkdiyini, ona qarşı atasının etdiyi hərkətlərdən narahat olmasından, Elşən isə Telnazın vicdan əzabı çəkməsini sevgilisdindən ayrılması ilə əlaqələndirir. Diskdə olan 2-ci fayl açıldıqda 38 saniyədən ibarətdir.Elşən Telnaza “indi elemirəm ki, o vaxtı eleyirdim” bildirir, Telnaz isə “nə olsun o vaxtı edirdin indi canım yanır” bildirir. Elşən həmçinin bu işlərin Faiq adlı şəxsin onu müxtəlif falçılara aparması və falçıların get qızınla cinsi münasibət yarat deməsi ilə əlaqələndiri. Telnaz ona falçının get qızınla əxlaqsız hərəkətlər elə sözünü deyə bilməyəcəyini bildirir.Diskdə olan 3-cü fayl açıldıqda 2 dəqiqə 35 saniyədən ibarətdir. Telnaz Elşənə əvəllər ona “ sənə başqa şey edim əvəzinə telefon alım” sözlərini işlətdiyini, Elşən isə Telnaza istədiklərini etmədiyi üçün ona telefon almadığını bildirir. Elşən Telnaza bu barədə kiməsə nəsə desə onun yalan dediyini, etdiyi əməli boynuna almayacağını bildirir.Telnaz bu məslələdə anasının ona inanmayacağını bildirir.Diskdə olan 4-cü fayl açıldıqda 4 dəqiqə 33 saniyədən ibarətdir. Səs yazmada açıq aşkar Elşən qızı Telnaza qarşı əxlaqsız, seksual hərəkətlərə mütəmadi yol verməsini açıq aşkar etiraf edir, bu hərəkətlərin falçının ona deməsi ilə və Telnazın səhətində yaxşı təsir etməsi, gələcək təcrübəsinin artması ilə əlaqələndirir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2.5 və 150.2-1.1-ci maddələri ilə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2024cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayından 06 mart 2024-cü il tarixədək olan müddət ərzində qızı Zərərçəkmiş şəxs qarşı iradisinə zidd olaraq sinə və cinsiyyət orqanını öpüb-tumarlamaqla spermasını onun qarın nahiyəsinə boşaldaraq öz cinsi ehtirasını sair pozğun formada təmin etməklə təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etdiyi hadisə yeri ünvan 2 ünvanında yerləşir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 07 mart 2024-cü il tarixli 102 №-li rəyindən müəyyən olunur ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxsnm arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 11 mart 2024-cü il tarixli 108 №-li rəyindən müəyyən olunur ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizasına və onun adma tərtib olunmuş tibbi sənədə əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:

1. Vizual olaraq xarici cinsiyyət üzvü nahiyəsində cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya və anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir.

2. Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənədə əsasən, LUES, QİÇS və Hepatit xəstəliyi aşkar olunmadı. Ümumi yoxlamada «Bakterial uretrit» (qardanella vaginaliz) aşkar olundu. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 aprel 2024-cü il tarixli 1019 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixoloji ekspertizası üzrə: Aparılmış eksperimental- psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs əqli və psixi inkişafının normaya uyğun olmaqla yaş xüsusiyyətlərinə uyğun olduğu aşkar olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Emosional-iradi sferasında,fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə: X8 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. X4 həmçinin ona qarşı törədilən əməllər zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb.X8 bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün Azərbaycan Respublikası CM-nın 21 və ya 22-ci maddələrinin təsiri altına düşüb-düşməməsi barəsində qoyulmuş sual ona şamil edilmir. Məhkəmə-psixoloji ekspertizası üzrə: X5 əqli-psixi inkişafı normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravert (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) tipli hesab edilir. Ünsiyyətçillik, fəallıq, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs hazırda ona qarşı törədilən hərəkətlərin xarakterini və mahiyyətini adekvat olaraq qavramaq və dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs yetkinlik yaşına yatmadığından ona qarşı edilən hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli 1700 nömrəli rəyindən müəyyən olunur ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, E.TAbdullayev ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi hərəkətlərin xarakterini və mahiyyətini adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müəyyən edilmədi. Lakin o, özünümüdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müəyyən edilmədi. Lakin o, özünümüdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Məhkəmədə elan edilib araşdırılmış ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli 3-16-16/2-4/528-4/531 №-li rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan AUD-20240306-WA0022, AUD-20240306-WA0023 və AUD-20240306-WA0024 adlı mübahisəli fonoqramlarda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesi üçün xarakterik siqnalın olması kimi montaj əlamətləri müəyyən olunmadı. Mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu tədqiqata təqdim olunmadığından digər dəyişikliklərin olubolmadığını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan AUD-20240306- WA0021 adlı mübahisəli fonoqramının 18-ci sanniyəsində hansı səbəbdən yaranmasının müəyyən olunması mümkün olmayan akustik fonun kəskin şəkildə dəyişməsi, həmin hissədə məntiqi rabitənin itməsi və keçid prosesi üçün xarakterik siqnala məxsus səs siqanlının olması kimi montaj əlamətləri qeydə alındı. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsinə dair» xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 150.2.5 və 150.2-1.1.-ci maddələrindən həmin Məcəllənin 150.3.3-cü maddəsinə tövsif edilmiş, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim etdiyi və məhkəmə fonoskopik ekspertizasından daxil olmuş 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk və kompyuter-texniki ekspertizasından daxil olmuş 01 ədəd CD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs pasportundan müəyyən olunur ki, o, xx.xx.2007-ci il tarixdə doğulmaqla ona qarşı törədilmiş cinayət əməlləri zamanı on dörd yaşına çatmamışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsə qarşı heçbir seksual xarakterli zorakılıq hərəkətləri etmədiyinə dair ifadəsinə tənqidi yanaşmaqla bu ifadənin ibtidai araşdırma zamanı verdiyi ifadələrlə, “ifadənin yerində yoxlanılması haqqında” protokol, keçirilmiş məhkəmə tibbi-ekspertizası, CD disklərə baxış protokoları və digər ekspertiza rəyləri və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxsına köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ibtidai istintaq zamanı keçirilərək cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin ifadələri, təqsirləndirilən şəxsin ifadələri və özünü iştirakı ilə keçirilmiş “ifadənin yerində yoxlanılması haqqında” protokolu ilə, ekspertiza rəyləri, CD disklərə baxış protokolları, üzləşdirmə protokolu və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahidin verdiyi ifadələrlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, əməlin azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 150.3.3-cü maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsaslanaraq 07 mart 2024-cü il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakını müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Göstərilənlərə əsasən Zərərçəkmiş şəxs təqdim etdiyi və məhkəmə fonoskopik ekspertizasından daxil olmuş 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 200 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 38 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 38 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “07” mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi və məhkəmə fonoskopik ekspertizasından daxil olmuş 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 200 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 38 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar