Məhkəmə qərarları › İş №1(101)-62/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-62/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-62/2023 13.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 1 dekabr 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Apellyasiya Məhkəməsindən 2 dekabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və cinayət işi üzrə icraat hakimlər Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibə həvalə edilmiş, cinayət işi həmin tarixdə icraata qəbul edilmişdir. Həmin cinayət işi Təqsirləndirilən şəxs tərəfindən qəsdən adam öldürməyə, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan mərhum etməyə cəhd etməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən başlanılmış, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 5 avqust 2020-ci il tarixdə həmin fakt üzrə şübhəli şəxs qismində tutulmuş və təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Yasamal Rayon Məhkəməsinin 6 avqust 2020-ci il tarixli qərarı ilə 4 ay müddətə, yəni 5 dekabr 2020-ci il tarixədək, həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2020ci il tarixli qərarı ilə 2 aydan artıq olmayan müddətə, Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə 2 adan artıq olmayan müddətə, həmin Məhkəmənin 2 aprel 2021-ci il tarixli qərarı ilə 3 aydan artıq olmayan müddətə, yəni 5 iyul 2022-ci il tarixədək, uzadılmış, ibtidai istintaqın başa çatması ilə əlaqədar cinayət işi 09 iyun 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 29, 120.1-ci maddələri ilə elan edilmiş ittihama əsasən o, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan mərhum etməyə cəhd etmişdir: belə ki, o, xalası X3 əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs tərəfindən şərikli taksi fəaliyyəti ilə məşğul olmaq üçün ona idarəetməyə verilmiş **- RS-*** dövlət qeydiyyat nömrə nişanlı “Renault Megane” markalı avtomobilin ondan geri tələb edilməsi ilə bağlı aralarında yaranmış anlaşılmazlıqla əlaqədar biri-birilərini əvvəllər təhqir etmələri səbəbindən şəxsi münasibətlərinin pozulması ilə bağlı məsələləri aydınlaşdırmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxsla telefonla danışaraq həmin gün sonuncunun yaşadığı ünvan 3 ünvanının qarşısında görüşmələrinə razılaşmış, telefon danışığı zamanı da ona hədə-qorxu gəlməklə təhqir etməsi səbəbindən Zərərçəkmiş şəxs öldürməklə ondan qisas almaq qərarına gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə birgə yaşadıqları tanışı Şahid1 kirayədə yaşadığı ünvan 4 ünvanından zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını özü ilə götürərək narkotik və psixotrop maddələrin, həmçinin spirtli içkinin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətində Zərərçəkmiş şəxsla razılaşdıqları ünvana gəlmiş, onu bir neçə dəqiqə axtararaq xx.xx.2020-ci il tarixdə saat 00:10 dəqiqədə binanın qarşısında tapdıqdan sonra mübahisə edərkən Zərərçəkmiş şəxs beysbol taxtası ilə onun baş nahiyəsindən vuraraq başın təpə nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməsi, həmçinin həmin vaxt orada olan Zərərçəkmiş şəxs tanışları baş vermiş münaqişəyə müdaxilə edərkən ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ pəncənin İ barmağının distal falanqasının kənarı sınığı, sağlamlığa zərərvurmayan xəsarətlər olan sağ əlin İİ-İİİ barmaqların sıyrıqları xəsarətləri yetirildiyindən əvvəlcədən onu qəsdən öldürmək üçün götürərək üzərində gəzdirdiyi dəstəyi tünd-qəhvəyi rəngli taxta materialdan, bir kənarı iti, digər kənarı küt, bozumtul-gümüşü rəngli metal materialdan olmaqla yuxarı xətt üzrə uzunluğu 195 mm, eni əsasında 34 mm, ortada 28 mm və ucunda 1 mm olan tiyəli mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə sonuncuya həyat üçün vacib orqan hesab edilən başın sol təpə nahiyəsində sol təpə sümüyünü deşərək kəllə boşluğuna nüfuz edən və baş beyni zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirib hadisə yerindən qaçmış, bıçaq baş nahiyəsində ilişərək qaldığı üçün Zərərçəkmiş şəxs hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılaraq dərhal cərrahi müdaxilə yolu ilə həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. 10 iyun 2021-ci il tarixdə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş, cinayət işi üzrə icraat hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibə həvalə edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə 25 iyun 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətləri cinayət işi ilə birlikdə 12 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi Qanuni nümayəndə Ələddin qızı hökmdən verdiyi apellyasiya şikayətində qardaşı Əli Səfərovun 5 avqust 2020-ci il tarixdə aldığı bıçaq xəsarəti səbəbindən bir müddət yataq xəstəsi olmasını və 27 mart 2022- ci il tarixdə vəfat etməsini göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmü və həmin məhkəmənin 25 iyun 2021-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş, apellyasiya məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməmiş, hökmdən ölmüş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olmuş Qanuni nümayəndə Ələddin qızı, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, eyni zamanda cinayət işinin materiallarında təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, və ya dəyişdirlməsi, və ya dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməmiş, cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilmişdir. Appelyasiya məhkəməsinin qərarında həmçinin göstərilmişdir: «Cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin təmin olunması baxımından məhkəmənin ilkin mərhələsində 10 avqust 2022-ci il tarixli qərarı ilə məhkəmə-tibb ekspertizası təyin edilmiş və 22 sentyabr 2022-ci il tarixli 389/MEŞ saylı rəy məhkəməyə təqdim olunmuşdur. Ekspert rəyinə əsasən 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş 835 saylı məhkəmə-tibbi ekspertizası rəyində və tibbi sənədlərdə yazılanlara əsaslanaraq, iş materiallarındakı məlumatları və qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.3. Zərərçəkmiş şəxs sol təpə nahiyəsində təpə sümüyünü dəlib-keçən kəllə boşluğuna nüfuz edən baş beyni zədələyən, mədəciklərə və subaraxnoidal sahəyə qansızmalarla müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir.,Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən, kənar şəxs tərəfindən bıçaqla yetirilmişdir, qərarda qeyd olunan 04 avqust 2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir və ölümlə səbəbli əlaqəsi vardır.

2. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından ölümün dəqiq səbəbi haqqında fikir söyləmək mümkün deyildir. Lakin ölümün həm travmanın bilavasitə özündən, həm də travmanın fəsadlarından baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü də baş nahiyəsinə yetirilən deşilmiş-kəsilmiş yaranın törətdiyi fəsadın nəticələri ilə əlaqədar ola bilərdi. Azərbaycan Respublikası CPM-in 140.0.1-ci maddəsinə əsasən, cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmü və həmin məhkəmənin 25 iyun 2021-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmişdir. Məhkəmə kollegiyası (apellyasiya məhkəməsinin kollegiyası) qeyd edir ki, irəli sürülmüş ittihamın hədləri, məhkəmə-tibb ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 389/MEŞ saylı rəyi, fəaliyyət qabiliyyətsiz hesab edilən, sonradan ölmüş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olmuş Qanuni nümayəndə Ələddin qızının zərərçəkmiş şəxsin hüquqi varisi olmasına zərurət müzakirə edilib hüquqi statusu həll edilməklə prosesdə iştirakı məsələsinə (Azərbaycan Respublikası CPM-in müvafiq olaraq 87, 101 və 106-cı maddələri baxımından) bir daha baxılmalı və buna dair lazımı prosedur tədbirlər təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 106.1-ci maddəsinə əsasən, hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşıyır. Zərər çəkmiş şəxsin hüquqi varisi zərər çəkmiş şəxs kimi eyni əsaslar üzrə xüsusi ittihamçı hüquqlarından istifadə edə və onun vəzifələrini daşıya bilər. Göründüyü kimi, ölmüş zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olmuş Qanuni nümayəndə Ələddin qızı qardaşı Zərərçəkmiş şəxs ölüm səbəbi kimi 05 avqust 2020-ci il tarixdə onun aldığı ağır bıçaq xəsarətinin olmasını şikayətində qeyd etsə də, apelyasiya icraatında bu hüquqi məsələyə qiymət verilməsi, bununla da şəxsə ağır cəzanın tətbiq edilməsi məhkəmə baxışının hədlərini müəyyən edən Azərbaycan Respublikası CPM-in 318-ci maddəsi baxımndan mümkünsüz olur və prosessual qaydalar təmin edildikdə cinayət prosessual şərtlər daxilində birinci instansya məhkəməsində reallaşdırıla bilər. Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər». Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Apellyasiya Məhkəməsindən 2 dekabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş, cinayət işi üzrə icraat hakimlər Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibə həvalə edilmiş və icraata qəbul edilmiş, hazırlıq mərhələsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298.6-cı maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmiş və göstərmişdir: “ …Məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı aşağıdakı kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd cinayətinin törədilməsilə bağlı ittiham elan edilmişdir. Lakin cinayət işinin məhkəmə baxışı gedişində iş üzrə Zərərçəkmiş şəxs ölmüşdür. Belə ki, cinayət işinin materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, AZ-İİ 268029 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Zərərçəkmiş şəxs 27 mart 2022-ci il tarixdə “Beyindaxili qansızma” səbəbindən ölmüşdür. Bakı Apellyasiya məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə iş üzrə tibbi sənədlər əsasında məhkəmə-tibbi ekspertizası təyin edilmiş və həmin qərar əsasında verilmiş 24 avqust 2022-ci il tarixli, 389/MEŞ saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə nahiyəsində təpə sümüyünü dəlib-keçən kəllə boşluğuna nüfuz edən baş beyni zədələyən, mədəciklərə və subaraxnoidal sahəyə qansızmalarla müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət deşicikəsici əşyanın (alətin) təsirindən, kənar şəxs tərəfindən bıçaqla yetirilmişdir, qərarda qeyd olunan 04 avqust 2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və ölümlə səbəbli əlaqəsi vardır. Ölümün həm travmanın bilavasitə özündən, həm də travmanın fəsadlarından baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü də baş nahiyəsinə yetirilən deşilmiş-kəsilmiş yaranın törətdiyi fəsadın nəticələri ilə əlaqədar ola bilərdi. Göründüyü kimi cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticə hissəsi ilə işin faktiki halları uyğun deyildir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas olan kobud pozuntulara aiddir. Azərbaycan Respublikasının CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması da cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas olan kobud pozuntulara aiddir. Beləliklə də, məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüquqları pozulmuş - cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticə hissəsi ilə işin faktiki halları uyğun deyildir, istintaq zamanı prosessul şəxslərin müdafiə və sair hüquqları pozulmuş - bu hallar cinayət işinin baxılmasına xitam verilməsinə və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas verir. Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı müdafiə hüquqları pozulduğundan məhkəmə cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CPM-in 159.10-cu maddəsinə əsasən həmin Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin həmin Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Azərbaycan Respublikasının CPM-in 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti həmin Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının CPM-in 159.2, 159.10, 300.1.5, 303.1, 303.3.1 və 303.3.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 5 aydan artıq olmayan müddətə uzadılsın.

Sədrlik edən Siyavuş Hacıyev

Hakimlər: Rahib Salmanov

Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar