Məhkəmə qərarları › İş №1(101)-62/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-62/2024

06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-62/2024 06.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X3, X7 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, onun nümayəndəsi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1993-cü il tarixdə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 10 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 10 fevral 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək üçün 13 avqust 2021-ci il tarixdə, saat 16 radələrində tanışı Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 ilə yaşadığı ünvan 2 ünvanına gələrək Zərərçəkmiş şəxs1 mənzildə tək olmasından istifadə edib, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan sonuncunu itələyib mənzildə yaşayanların iradəsi ziddinə həmin 70 nömrəli mənzilə daxil olub Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 mənzil toxunulmazlığı hüququnu pozmuş və sonuncu ilə zorla cinsi əlaqədə olmaq məqsədilə müqavimətini qırmaqdan ötrü Zərərçəkmiş şəxs1 əli ilə vurmuş və mənzilin qonaq otağında olan divanın üzərinə yıxıb soyunduraraq boynunun ön səthinin sol çənəaltı nahiyəsinin sıyrığı, döş qəfəsinin arxa səthinin sol kürəküstü nahiyəsinin, sol çiyinüstü, hər iki bazu nahiyələrinin, sağ əlin arxa səthinin, sol baldır nahiyələrinin çoxsaylı qançırları və uşaqlıq yolu girəcəyinin selikli qişasının sıyrılmış yarası, qızlıq pərdəsinin qansızmalı cırılması kimi dərəcələri təyin edilməyən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirib, zor tətbiq etməklə iradəsinə zidd olaraq zorla təbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs1 zorlamışdır, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.1 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 149.1 və 157.1-ci maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Tural Rüstəmovun zərər çəkmiş şəxsə zor tətbiq etməklə onunla cinsi əlaqədə olma, yəni Azərbaycan Respublikası CM-nin 149.1-1-ci maddəsi və Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olma, yəni Azərbaycan Respublikası CM-nin 157.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.1 və 157.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 2020-ci ilin təxminən aprel-may aylarında onun idarə etdiyi avtomobilə təsadüfən sərnişin kimi əyləşərək Xətai rayonu, Sadıqcan küçəsində yerləşən evlərinə aparmağı xahiş etmiş və onlar yolda tanış olmuşlar. Bundan sonra onların şəxsi münasibəti yaranmış və sevgi münasibətinə çevrilmişdir. İlk görüşlərindən təxminən bir həftə sonra Nuranə ilə o, onun avtomobilində görüşərək öpüşməyə başlamışlar. Nuranə ilə tanışlıqları 3 il davam etmiş və bir yerdə eləmədikləri münasibətlər qalmamışdır. Nuranə ilə ilk tanış olan gün o, ona bakirə olmadığını demişdir. Bundan bir həftə sonra onlar onların (t/ş. Təqsirləndirilən şəxs) evində görüşməyə başlamış, təbii və qeyri təbii üsullarla cinsi əlaqədə olmuş və bu münasibət dəfələrlə davam etmişdir. Nuranənin qeyri-təbbi yolla cinsi əlaqədə olmaqdan çox xoşu gəlmişdir. Hətta onların qonşuları belə, onların ər-arvad olduqlarını fikirləşmişlər. Belə ki, qonşuların narazılığa görə zəng edib atasına deməmələri üçün o özü Nuranəni belə təqdim etmişdir. Hətta onunla görüşlərinin video görüntüləri və səs yazıları da mövcuddur. Artıq 2021-ci ilin iyul ayında Nuranə ona evlənməli olduqlarını bildirmişdir. Belə olduqda o, şərt irəli sürmüş, onun bakirəliliyini pozan oğlanın kimliyini anana deməyi təklif etmiş, bunu etdikdə onların qapılarına elçilərini göndərəcəyini demişdir. Nuranə isə ona «bu söhbəti heç kim bilməməli və ikimizin arasında sirr olaraq qalmalıdır» kimi bir tələb irəli sürmüşdür. Sonra isə onun fahişə olduğu bilinəcəyi təqdirdə, qohumlarının onun başını kəsəcəyini, anasının onu evdən atacağını, atasının isə gəlib evlərini əllərindən alacağını demişdir. O da öz fikrində qalmış və həmin söhbət bir müddət belə də qalmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 12 avqust 2021-ci il tarixdə Nuranə tezdən ona zəng etmiş, bibisi qızlarının onlarda olduğunu demiş, bibisi qızları gedəndən sonra onu çağıracağını, evlilik söhbətini birdəfəlik bağlayacağını bildirmişdir. Bibisi qızı gedəndən sonra mənə votsapda yazıb bibisi qızının getdiyini bildirmiş, onu evlərinə dəvət etmişdir. O, Nuranəgilə getmiş, evdə oturub normal söhbət etmişlər. Söhbət əsnasında Nuranə ona bədəninin kişi tələb etdiyini demişdir. Nuranə ona bədəninin kişi istədiyini dedikdə o, etiraz etmiş, cinsi əlaqədə olmaqdan imtina etmiş, onlara söhbətə gəldiyini demişdir. Həmin vaxt Nuranə ona onunla cinsi əlaqədə olmayacağı təqdirdə, gedib Əli adlı oğlanla görüşəcəyini demişdir. Nuranə şərt qoymuş, ya ailə qurub gecələr onun yanında qalmağı demiş, ya da dözə bilmədiyini, gedib Əli ilə görüşəcəyini demişdir. O, Nuranədən ayrılmaq istəyən zaman, sonuncu onu təhqir etmiş, onu niyə yarı yolda qoyduğunu demişdir. Ona görə də o, evlənək üçün anasına deməsini tələb edib, əsəbləşib Nuranəyə bir sillə vurmuşdur. Qarşılıqla mübahisə zamanı Nuranənin dırnaqları onun ətimə batmışdır. Bundan sonra Nuranə isə əl çəkməmiş, o da özünü cilovlaya bilməyib onunla divanın üstündə cinsi əlaqədə olmuşdur. Onlar cinsi əlaqədə olan zaman qan gəlmişdir. Hadisə günü Nuranənin paketi də olmuş, ona xəstəliyinin bitdiyini ona demişdir. Nuranənin alt paltarı qan olduğundan sonuncu anasının onun alt paltarını görməsini istəmədiyini bildirmiş, aparıb zibil qabına atmış, ona bakirəliliyini pozduğunu demişdir. O isə Nuranəyə “dəlisən sən? Biz həmişə münasibətdə olmuşuq” demişdir. Bundan sonra yenə də söhbətlərini davam etdirməyə başlamışlar. Bu dəfə Nuranə ona onun qapısına elçi göndərməyəcəyi təqdirdə, növbəti gün ondan şikayət edəcəyini, gedib onu evdə döyüb zorladığıni deyəcəyini bildirmişdir. O, isə Nuranəyə «mən sənə çırtma da vurmamışam, bədənində də heç bir iz yoxdur» kimi bir cavab vermişdir. Buna baxmayaraq Nuranə inadkarlıqla ona «tezdən elçilərin bizə gəlməlidir» kimi bir tələb qoymuşdur. O da məcbur qalıb razılaşmışdır. Nuranə anasının saat 7-də işdən gələcəyini, gəlib onu evdə görməməsi üçün evdən getməli olduqlarını demişdir. Odur ki, onlardan birlikdə çıxıb Əhmədliyə getmiş, orada bir dönər də alıb yemişlər. Bundan sonra Nuranə ürəyi dəniz kənarına getmək istədiyini demişdir. Əhmədlidə dönər yedikdən sonra Nuranənin istəyi ilə dəniz kənarına getmiş, orada gəzişib söhbət etmişlər. Nuranə paltarları aparıb orada dəniz kənarına atmamışdır. Söhbət əsnasında o, Nuranəyə hər şeyi, əvvəldən necə olub, açıb anasına danışmağı demiş, bundan sonra onunla toy edib ailə quracağını bildirmişdir. Nuranə orada da onun fahişə olmasını heç kimin bilməməli olmasını və bunun onların arasında sirr olaraq qalmalı olmasını demişdir. Həmin gün gecə saat 11:00-da Nuranənin anası qızına zəng edib ondan harada olduğunu soruşmuşdur. Anasının zəngindən sonra Nuranəni gətirib evlərinə düşürdüb çıxıb getmişdir. Təqsirləndirilən şəxs arayış verib göstərdi ki, Nuranənin anası qızının onunla danışdığını bilmişdir. Belə ki, Nuranə anasına Tural adlı taksi sürücüsü ilə görüşdüyünü demiş, anası da dəfələrlə buna etiraz edib, «taksi sürücüsündən sənə ər olmaz, ondan uzaq ol, onunla danışma» demişdir. Hətta Nuranənin anası onun telefonunu da əlindən alıb sındırdığından o, Nuranəyə təzə telefon alıb vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, növbəti gün tezdən, yəni 13 avqust 2021-ci il tarixdə, saat təxminən 12:00 radələrində zəng edib onu prokurorluğa çağırmışlar. Prokurorluğa getmiş, orada ona «sən Nuranəni zorlamısan» demişlər. O, məhkəmədə verdiyi ifadəni müstəntiqə də vermiş, zərəçəkmiş şəxslə 3 il əvvəl tanış olduğunu, münasibətlərinin olduğunu, onda şəkillərinin olduğunu bildirmişdir. Orada onları Nuranəni zorlamadığına inandıra bilməmiş, yekunda onlarla razılaşıb evlərinə getmişdir. Evdə btün olanları, hətta prokurorluğa çağrıldığını atasına danışmışdır. Atası da ona inanmamış, ona «bəlkə camaatın qızını zorlamısan?» sualını vermiş, o da cavabında zorlamadığını demişdir. Lakin atası yenə də inanmamış, səhəri gün anasını Nuranəgilə elçiliyə göndərmiş, ona isə «eləmisən, get camaatın qızını al gətir evində saxla». Nə qədər çalışsa da, Nuranənin həyatında çox oğlanlar olduğunu atasına desə də, Nuranəni zorlamadığına atasını inandıra bilməmişdir. Atasının ona inanmadığı ona pis təsir etmiş, 1 ay yarım keçmiş, nə edəcəyini bilməmiş, özünü öldürmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Nuranənin Gülümsəd adında bir rəfiqəsi olmuş, el arasında Gülü kimi tanınmış, o, insan alveri ilə, yəni qadınları pul qarşılığında kişilərlə görüşdürməklə məşğul olmuşdur. Gülü həm Nuranəni və həm də Nuranənin Elnurə adlı rəfiqəsini dəfələrlə Xırdalan otelində 250 manata oğlanlarla görüşə çıxarmışdır. Gülümsədin mamaroza olduğunu «20 yanvar»da hamı bilmişdir. 100 manat özünə götürmüş, 50 manat otelə vermiş, 100 manat da qıza vermişdir. Bu Nuranənin telefon yazışmalarında olmuşu, X8 neçəyə çıxartdığını yazmış, sonuncu da ona «250 manata» cavabını vermişdir. Yəqin ki, bu barədə kamera görüntüləri də mövcuddur. O, özünü öldürmək qərarına gəldikdən sonra Nuranəgilin binasına gəlib 7ci mərtəbəyə çıxmış, Nuranəyə zəng edib, özünü binadan atıb öldürəcəyini demiş, bu işlərə son qoymasını ondan tələb etmiş və həqiqətən də özünü binadan atmaq istəmişdir. Nuranə isə ona özünü binadan atıb öldürəcəyi təqdirdə, vəkilinə də, rəfiqəsi Gülüyə də onu zorladığını, başıma çox işlər gətirdiyini yazıb verəcəyini demişdir. Lakin sonra Nuranə onun fikrinin həqiqətən ciddi olduğunu görüb, ona özünü öldırməməyi xahiş etmiş, aşağı düşməsini istəmiş, hər şeyi olduğu kimi danışıb, onu bu işdən qurtaracağına söz vermişdir. Belə olduqda o, Nuranəyə olanları anasına deyil, izahatında qeyd etməsi üçün birbaşa müstəntiqə danışmasını tələb etmişdir. Bundan sonra isə Nuranə həmin gün DİN-nin 102 də xidmətinə zəng edib, özünü binadan atan olması barədə məlumat vermişdir. Sonra isə təcili tibbi-yardım, fövqəladə halların yanğın söndürəni və s. binanın qarşısına yığılmış və onu binadan atmağa qoymamış, onu binadan aşağı düşürtmüşlər. Səbəbini soruşduqda, o, 3 il ərzində gəzdiyi qızla dəfələrlə qeyri-təbii və təbii yollarla cinsi əlaqədə olduqlarını, ekspertizanın isə qızın qızlıq pərdəsinin açılması və qan gəlməsi barədə rəy verdiyini onlara danışmışdır. Onlar da ona təsəlli vermiş və o, çıxıb evlərinə getmişdir. Yenə də atası ona inanmamış, üzünə də baxmamış, ona «sənin də anan-bacın var, camaatın qızını niyə zorlamısan? Sabah kimsə sənin də bacını aparıb o, vəziyyətə sala bilər». demişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, bir gün Nuranə ona zəng edib, anasının onu döydüyünü, boğmaq istədiyini, boğazında barmaqlarının izlərinin olduğunu, şəkillərini də çəkdiyini demiş, onu evdən çölə buraxmadığını, qapını bağlayıb onu evdə saxladığını bildirmiş, ona «bu işlərdən qurtarmaq istəyirsənsə təcili gəl qaçaq» təklifini vermişdir. O, təklifi qəbul etmiş, həmin gün saat 9:00 radələrində maşınla onların evinin qarşısına getmiş, Nuranənin anası balkonda vəkillə danışdığı zaman Nuranə hamam otağından hamam köynəyi ilə birbaşa çölə qaçıb gəlib maşınıma oturmuş, oradan gedib Nuranəyə paltar almış və birlikdə prokurorluğa getmişlər. Nuranə prokurorluqda izahat verib, anasının onu döydüyünü bildirmiş, Turalla qıçmağa və onunla ailə həyatı qurmağa qərar verdiyini göstərmişdir. Bundan sonra onlar gedib ev tutmuşlar. Hətta müstəntiq onlara 100 manat pul vermiş, onlara «nəyəsə ehtiyacınız olar, evin kirayəsini verərsiz» demişdir. Nuranənin anası qızının şəxsiyyət vəsiqəsini oğurladığından onlar «ASAN» xidmətə getmiş, Nuranəyə yeni şəxsiyyət vəsiqəi almaq istəmişlər. Belə ki, nigaha düşmək üçün şəxsiyyət vəsiqəsinin lazım olacağını əvvəlcədən bilmişlər. Sonra kirayə tutduqları evə getmiş, danışıqları yazmaq üçün evdə telefonunun diktafonunu açıq vəziyyətdə şifonerin üstünə qoymuşdur. Sonra isə Nuranə ilə normal şəkildə sevişib qurtarmış və Nuranəyə suallar verməyə başlamış, ona cəmi üç sual verəcəyini demişdir. Nuranə artıq onların ailə quracaqlarını başa düşmüşdür. Birinci Nuranəyə «sən müstəntiqi necə inandıra bildin ki, mən səni zorlamışam?» sualını vermişdir. Nuranə gülə-gülə anasıyla güzgünün qarşısında iki saat məşq etmişdiklərini bildirmiş, hətta durub ayağa əyani şəkildə elədiklərini də göstərmişdir. Ardınca həmin günə qədər onunla dəfələrlə cinsi əlaqədə olduqlarını, ondan heç vaxt qan gəlmədiyini demiş, həmin gün ondan qan gəlməsinin səbəbini soruşmuşdur. Nuranə aybaşı olduğunu, qan gəldiyini demişdir. Eksperti necə inandırdığını soruşduqda, Nuranə «sən bunu heç vaxt bilməyəcəksən» cavabını vermişdir. Sonra Nuranəni ələ ala-ala ondan bunu öyrənmişdir. Nuranənin deməsinə görə ekpert ancaq onun koftasını soyundurmuş, cinsiyyət orqanına baxmamış, yalnız koftasını soyundurub bədənində olan xəsarət izlərinə baxmışdır. Nuranədən bədənindəki izlərin kim tərəfindən qoyulduğunu soruşduqda, Nuranə həmin axşam anasının onu döydüyünü, anasının ona xəsarət yetirdiyini bildirmişdir. Anasının onu döyməsinin səbəbini soruşduqda, Nuranə gecə dəniz kənarından evə gələn gün anasına evə gec gəlməsinin səbəbini ona elçi gəlmək istədikləri ilə izah etdiyini, anasının elçi gələnin kimliyi ilə maraqlandıqda həmin taksi sürücüsü olduğunu bildirdiyini, «deməmişəm sənə taksi sürücüsündən uzaq ol?» demiş və buna göbrə anasının onu döydüyünü və növbəti gün anasının Gülümsəd adlı rəfiqəsinə zəng edərək onu (z/ç Zərərçəkmiş şəxs1) birlikdə ekspertizaya aprdıqlarını danışmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, ibtidai istintaqın gedişatı mərhələsində Nuranə ilə birlikdə 15 gün kirayədə yaşamış, sonuncu bu müddətdə ona bütün nə vardısa hamsını danışmışdır. Həmin vaxtlar artıq o, fəhləlik edib pul qazanmış, maşınını satlığa qoyduğu üçün taksi sürməmişdir. Belə ki, Nuranə ona maşını satmağı və burdan çıxıb Moskvaya getməyi təklif etmişdir. O, isə çıxıb Moskvaya getməsi üçün şərt irəli sürmüş, Nuranəni zorlayıb qaçmasını bəhanə gətirib onu kənar bir yerdə tutub öldürməmələri üçün Nuranənin səs yazısı olan diski onun anasına, rəfiqərəinə və qohumlarına verəcəyini demişdir. Kirayə qaldıqlarının 15-ci günü işdən evə gəlmiş və Nuranənin evdə olmadığını görmüşdür. Harada olmasını öyrənmək üçün ona zəng etmiş, o, anasının xəstələndiyini, ağzından su gəldiyini demişdir. 15 gün birlikdə olduqları müddətdə Nuranə anası ilə onun yanında telefonla danışmış, o, anasına onu tərifləmiş, «ana, Tural siz bildiyiniz kimi oğlan deyil, yaxşı oğlandır» demişdir. O isə Nuranəyə onunla görüşərkən qız olmadığını açıb anasına deməyi tələb etmiş, lakin Nuranə bunu anasına deyəcəyi təqdirdə, anasının və qeyrilərinin onun fahişə olduğunu biləcəklərini, atasının gəlib onun başımı kəsəcəyini demişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Nuranə getdikdən sonra o, Nuranənin adını unutduğu böyük bibisinə zəng etmiş, ona Nuranəgilin niyə belə etdiklərini soruşmuşdur. Nuranənin bibisi ona «bala, siz çox pis yerə ilişmisiniz, onlar ana-bala eyni yolun yolçusudurlar, onlar 15 il bundan əvvəl mənim qardaşımı evdən döyüb çıxarıblar, mən sizin işinizə qarışmıram, amma çətin ki, siz onlarla bacararsınız» cavabını vermişdir. Təzədən o, Nuranənin bibisinə səs atmış, ona Nuranəyə heç bir pislik etmədiyini, 3 il ərzində Nuranə ilə bir yerdə olduqlarını, Nuranə özü ona hər şeyi verdiyini, Nuranəni zorlamadığını demişdir. Bir müddət sonra isə o, həmin məlumatları bir diskə yığmış, aparıb müstəntiqə vermiş, bunun faktlar olduğunu, Nuranəni zorlamadığını, bakirəliyini pozmadığını bildirmişdir. Hansı ki, Nuranə özü hələ ona qədər evdə savaşıb çıxdığını, bir ay kafedə işlədiyi oğlanla bir yerdə yaşadığını bildirmiş və bakirəliyini də həmin oğlanın pozduğunu demişdir. Nuranənin deməsinə görə həmin oğlan ona arxadan bir az salmış, sonra qabaqdan salmış və bakirəliyi həmin vaxt pozulmuşdur. Bu etirafdan sonra Nuranə ona «əgər qəbul edəcəksənsə, məni belə qəbul elə» demişdir. O da bir şərtlə qəbul edəcəyini demişdir ki, Nuranə hər şeyi anasına deməlidir, anası da onun cinayətkar olmadığını bilməlidir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, topladığı materialları müstəntiqə verdikdən sonra o, diskə qulaq asmış və təqdim olunanların heç biri fakt olmadığını, yararsız sübutlar olduğunu demişdir. Nuranənin özünün onu başqasının zorladığını boynuna aldığını dedikdə, müstəntiq ekspert rəyinə əsasən Nuranəni onun zorladığını demişdir. O, müstəntiqə səs yazılarında Nuranənin ekspertizada onu yoxlamayıb rəy verdiklərini də dediyini demişdir. Bütün bunlara baxmayaraq müstəntiq dekabr ayının 18-də işi bağlamış, müstəntiqə verdiyi materiallar da sonuncunun özündə qalmış, sonuncu lazım olacağı təqdirdə təqdim etdiyi materialları qızın qarşısına qoyacağını demişdir. 23 yanvar 2022-ci il tarixdə müstəntiq onu yenidən çağırmış, ona bu işin sonunun yaxşı olmayacağını demiş, qızla evlənmək lazım olduğunu bildirmişdir. Müstəntiqə «mən evlənmək istəyirəm, gəlsin, gedək evlənək, amma bir şərtlə ki, mənə danışdıqlarını anasına da danışsın» cavabını vermişdir. Müstəntiq Nuranənin heç bunu da boynuna almadığını demiş, şərti yerinə yetirməyəcəyini bildirmişdir. Müstəntiqdən Nuranəni çağırıb diskə qulaq asdırmasını xahiş etmişdir. Müstəntiq razılaşmış, lakin sonra Nuranəni diskə qulaq asdırıb-asdırmadığını o, bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, fevralın 10-da isə müstəntiq onu tutmuşdur. O, içəri gedəndən sonra, mart ayının təxminəçn 2-3 tarixlərində o, Nuranəyə zəng edib, onu tutdurmasının səbəblərini soruşmuş, gileylərini etmişdir. Nuranə onun günahsız olduğunu bildhirmiş, sonra onun istəyi və xahişi ilə telefonun dəstəyini nadzora (burada: İT-da xidmət edən nəzarətçi) vermiş, Nuranə nadzora onun günahsız olduğunu, onu oradan qurtaracağını demiş, onu incitməməyi xahiş etmişdir. Bildiyi qədər telefon danışıqları istintaq təcridxanasında qeydə alınır, zəruri olduğu təqdirdə məhkəmənin sorğu verib götürə biləcəyini bildirmişdir. Sonra həmin gün gecə Nuranənin saat 2-də onun atasına zəng edib, «İsmayıl dayı, gəl məni qaçırt» sözlərini demişdir. Bildiyi qədər atası ilə Nuranənin səs yazıları da vardır. Onun fikrinə görə Nuranə ondan sonra da atasını adam oğurluğu ilə tutdurmaq istəmişdir. Atası isə Nuranəyə «Turalı belə istəyirsənsə, taksi pulunu verirəm, otur taksiyə, gəl mənim evimə» demiş, lakin Nuranə razılaşmayıb, «sən gəlib götürməlisən» demişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Nuranə onunla ailə qurmağı tələb etdiyi ərəfələrdə dəfələrlə Şöhrət adlı qohumu ilə qorxutmuş, onu aldadacağı, yolda yarımçıq buraxacağı təqdirdə Şöhrətin gəlib onu öldürəcəyi ilə hədələmişdir. Nuranənin özünün deməsinə görə Şöhrət maşınında həmişə silah gəzdirmişdir. Nuranə Söhrətin atasının həbsdə olduğunu demiş, hətta Nurananə və o, dəfələrlə Şöhrətin atasına yemək aparmışlar. O, Nuranəni qaçırıb aparandan və Nuranə dekabr ayında çıxıb evinə getdikdən sonra Nuranənin Xaçmazda yaşayan Şöhrət adlı dayısı oğlu sentyabr-dekabr aylarında Bakıya gəlib onu tapmış, başına silah dirəyib, gedib hər şeyi boynuna almağı ondan tələb etmiş, Nuranənin başından bir tük əksik olacağı təqdirdə, gəlib onun təpəsindən atacağı və ayağından da maşının arxasına bağlayıb onu Beyləqana kimi sürüyəcəyi ilə hədələmişdir. Onun da onda səs yazmaları vardır. Sonda o, Xətai metrosunun yanında Şöhrətlə görüşmüş, o, Nuranənin səs yazıları olan diski Şöhrətin qarşısına qoymuş, bibisi qızının kim olmasını bilməsini istəmişdir. Bundan sonra Şöhrət sakitləşmiş, diski də götürüb getmişdir. Bildiyi qədər Şöhrətin atası da ömürlük azadlıqdan məhrum edilmiş, Şöhrət özü də kriminal adam olmuşdur. Bundan başqa, o, futbol oynadığı yerdə Nuranənin «Xəzər dairəsi»ndə yaşayan bibisi oğlu Elnur gəlib iki nəfərlə onu götürüb aparmış, hətta onunla dalaşmış, ondan qıza neylədiyini soruşmuşdur. Onun da qarşısına diski qoymuş, Nuranəni zorlamadığını, Nuranəni sevdiyini və ona ailə qurmağı təklif etdiyini bildirmişdir. Elnur da diskə qulaq asandan sonra ondan əl çəkmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekunuünda göstərdi ki, avqust ayının 13-də o, Nuranəgilin evinə qanunsuz daxil olmamış, Nuranəni zorlamamış, evə Nuranənin razılığı ilə girmiş, Nuranənin özünün istəyi ilə, cinsi həvəsini cilovlaya bilməyib, əvvəllər bir neçə dəfə olduğu kimi, Nuranə ilə cinsi əlaqədə olmuş, həmin gün onun anasının otağına keçməmiş, orada anasının dolabını axtarmamış, heç bir qızıl və ya sair əşya götürməmiş, Nuranənin pul kisəsindən 50 manat pulunu da götürməmişdir. Bu Nuranəgilin ona qarşı olan növbəti iftiralarından biridir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvan 2 ünvanda anası Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamış, atası 2014-cü ildə anasından ayrılmış, onlarla yaşamamışdır. Anası Dilşad tikiş fabrikində tikişçi işləmiş, hər gün saat 8dən saat 18-dək işdə olmuşdur. O, özü “20 Yanvar” metrostansiyasının yanında, “Velotrekin” qarşısında yerləşən mağazada ətir satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs təxminən 2-3 il əvvəl tanımışdır. Belə ki, Tural “Xəzər” markalı nömrəsini unutduğu avtomobillə “20 Yanvar” metrostansiyasının yanında sərnişin götürərək hərəsini 01 manata Hövsana, Əhmədliyə və digər istiqamətlərə aparmaqla məşğul olmuşdur. 2020-ci ilin təxminən aprel-may aylarında o, axşam işdən çıxdıqdan sonra təsadüfən Turalın idarə etdiyi avtomobilə sərnişin kimi əyləşərək yaşadığı Xətai rayonu, Sadıqcan küçəsində yerləşən evinə aparmağını xahiş etmiş və yolda onlar tanış olmuşlar. Bundan sonra onların münasibəti başlayaraq daha sonra yaxın sevgi münasibətinə çevrilmişdir. Tural demək olar ki, hər gün onu işə aparmış, axşam isə evinə gətirmişdir. İmkan olanda isə günorta da bir yerdə yemək də yemişlər. Onun Turala qarşı simpatiyası yaranmış, lakin onunla heç bir yaxınlıq etməmiş, o cümlədən öpüşməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, Tural xasiyyətcə aqressiv, qısqanc və əsəbi insan olmuşdur. O, Turalla ailə qurmq istəmiş, ona elçi göndərməyi təklif etmiş, əks təqdirdə onunla danışmayacağı və münasibətlərini davam etdirməyəcəyi barədə onu xəbərdar etmişdir. 2020-ci ilin təxminən noyabr-dekabr aylarında Əhmədlidə olarkən evlənməklə bağlı Turalla aralarında yaranmış mübahisə zamanı Tural onu döymüş, ona görə də o, Xətai RPİ-nin 36-cı PB-nə şikayət etmişdir. Şikayətlə əlaqədar Turalın atasına zəng edib, oğlunu onun həyatından çıxarmasını istəmiş, ona hər kəsin böyüyü kiçiyi olduğunu demiş, onunla ailə qurmayacağı təqdirdə, oğlunun ondan nə istədiyini soruşmuş, oğlunun ondan əl çəkməsini istədiyini, lakin Turalın ondan əl çəkmir demiş və Turalın ondan uzaqlaşması üçün ondan kömək istəmişdir. Buna baxmayaraq Turalın atası onunla bağlı heç bir tədbir görməmişdir. Lakin sonra “ürəyi gəlmədiyi” üçün şikayətini geri götürdüyündən araşdırma aparılmamışdır. Bundan sonra yenə də Turalla münasibətləri mübahisəli keçmiş, ona görə də o, dəfələrlə Turalla danışıb münasibətlərini bitirməyi təklif etmiş, lakin Tural buna imkan verməmiş, onu qısqanmış, onun başqası ilə evlənməsinə heç cür razı ola bilməyəcəyini bildirmişdir. Belə olduqda o, Turala ailə qurmalı olduqlarını bildirmiş, Tural isə ailə qurmağa özünü hazır hiss etmədiyini demişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 12 avqust 2021-ci il tarixdə Turalla telefonda danışarkən o, ona bir daha evlənməyi bildirmiş, əks təqdirdə ayrılmalarını təklif etmişdir. Tural ona görüşüb canlı söhbət etmələrini təklif etmiş, o da, bununla razılaşmışdır. Odur ki, həmin tarixdə, axşam saat təxminən 20 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında Turalın avtomobilində oturub bir qədər söhbət etmişlər. O, Turalda özünə qarşı nifrət oyatmaq, onu qısqandırmaq məqsədilə başqa bir oğlanla tanış olduğunu və həmin şəxslə ailə qurmaq fikirində olduğunu demişdir. Belə ki, Tural onunla əvvəlki söhbətlərində onu hədə-qorxular gəlmiş, ayrılacığı təqdirdə özündən küsməsini ona demişdir. O, mübahisənin ciddiləşdiyini və Turalın ona qarşı aqressiv olduğunu görüb narahat olmuş və Turala artıq gec olduğunu, evlərinə gedəcəyini demiş, növbəti gün görüşüb söhbətlərini davam etdirə biləcəklərini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində, həmçinin göstərdi ki, 13 avqust 2021-ci il tarixdə Tural ona “whatsapp” vasitəsilə onların həyətinə gəldiyini və söhbət etmək üçün onların mənzillərinə qalxdığını yazmışdır. O, Turalın mənzillərinə qalxmasını qonşulardan kimsənin görməsini istəmədiyindən o, Turala evə qalxmamasını demiş, özünün həyətə düşəcəyini bildirmişdir. Həmin vaxt onun evdə tək olduğunu Tural əvvəlcədən bilmişdir. Odur ki, saat təxminən 16 radələrində o, əynini geyinib həyətə düşmək üçün evin qapısını bağlayan zaman artıq Turalın evə qalxıb qapılarının ağzında olduğunu görmüşdür. Əvvəlcədən Turala o özü 7-ci mərtəbədə qaldıqlarını demiş, lakin Tural əvvəllər onların mənzilində olmamışdır. Turalla onun mübahisəsiz günü olmamışdır. Mübahisələrinin birində Tural onun xəbəri olmadan onun dalımca qalxıb izləmiş, mənzilin hansı olduğunu öyrənmişdir. Bunu ona Turalın özü demişdir. O, Turalın mənzilə daxil olmasını istəmədiyindən, ona düşüb həyətdə gözləməsini bildirmiş, lakin Tural onun əlqolundan və ağzından tutaraq «səsim çıxmasın» deyib onu itələyərək mənzilin içərisinə salmış, sonra onu itələyərək qonaq otağna keçirmiş və özünün əynindəki paltarları soyunmuşdur. Tural özü tam lüt soyunduqdan sonra onu məcburən, zor tətbiq edərək soyundurmağa başlamışdır. Bundan əvvəl Tural ona qarşı dəfələrlə aqressivlik göstərdiyi üçün o, Turaldan çəkinib qorxmuşdur. Amma müqavimət göstərsə də, Tural məcburən onu soyundurmuş, onu itələyərək boğazından tutub döyərək divana uzandırmışdır. O, Turala müqavimət göstərsə də, ona gücü çatmamışdır. Turala «sənin də bacın var, mən də bir ananın övladıyam, belə hərəkət etmə» deməsinə baxmayaraq Tural ona qulaq asmamışdır. Tural divanda onu arxası üzərində məcburi uzandırmış, özü isə onun üstünə uzanmışdır. Lakin o, müqavimət göstərdiyinə görə onlar sürüşüb yerə düşmüş və cinsi əlaqədə yerdə olmuş, bunu istəmədiyi halda Tural onunla cinsi əlaqədə olmağa başlamış, yəni gərginləşmiş cinsi orqanını onun cinsi orqanına güclə daxil etmişdir. Eyni zamanda onun müqavimətinin qarşısını almaq üçün Tural ona qarşı fiziki zor tətbiq etmiş və onu vurmuşdur. Həmin vaxt o, cinsi orqanında ağrı hiss etmiş, baxıb cinsiyyət orqanından qan gəldiyini görmüşdür. Şok vəziyyətinə düşdüyü üçün hissiyyatı zəifləmiş və cinsi aktın sonunda Turalın onun daxilinə və ya cinsi orqanını çıxararaq bayıra qurtarmasını hiss etməmiş və bilməmişdir. Lakin hadisədən sonra onda hamiləlik əlamətləri olmamışdır. Həmçinin hadisədən sonra həkim müayinəsindən keçib analiz vermiş, lakin hər hansı yoluxucu xəstəliyə yoluxması müəyyən edilməmişdir. Cinsi əlaqədə olduqdan sonra Tural çox rahatlıqla durub evdə gəzmiş, daha sonra hamama girib yuyunmuş, hətta ona da yuyunmağı təklif etmişdir. O, isə həmin vaxt yalnız ağlamışdır. Hadisə, yəni onun Turtal Rüstəmzadə tərəfindən döyülərək zorlanması 13 avqust 2021-ci il tarixdə, saat 16 radələrində onun anası ilə yaşadığı ünvan 2 ünvanında baş vermişdir. Həmin vaxt Tural yanına gəlib ona «narahat olma, yaxşı olacaq, ailə quracağıq, gedib nikah bağlayacağıq, daha sonra ev tutub ailə kimi yaşayacağıq» deməklə onu sakitləşdirməyə çalışmışdır. O, isə Turala onun həyatını məhv etdiyini demiş, ailə qurmaq lazım olmadığını, onun namusuma toxunan adamla ailə qura bilməyəcəyini bildirmişdir. Bundan sonra Tural onu heç kimə heç nə deməməsi üçün hədələmişdir. Hadisədən sonra o, ayağa qalxarkən ondan döşəməyə də qan töküldüyündən o, döşəməni silmişdir. Tural ona düşüb avtomobilində onu gözləyəcyini demiş və evdən çıxmışdır. O, Tural tərəfindən əynindən soyundurmuş paltarları, yəni üst köynəyini, liftçiyini və alt tumanını aparıb polisə təqdim etmək üçün sellofana yığmış, əyninə başqa paltarlar geyinib həyətə düşmüş, Turala onunla getməyəcəyini, paltarlarını aparıb polisə təqdim edəcəyini deməyi nəzərdə tutmuşdur. Aşağı düşdükdə Tural onu qabaqlayıb məcburi avtomobilinə otuzdurmuş, söhbət etməyə başlamış və onunla evlənəcəyini demişdir. O, söhbət zamanı Turalla razı olmadıqda sonuncu onu hədələmiş, polisə şikayət edəcəyi halda, ona qarşı zor tətbiq edəcəyini və üzünə kislota atacağını demişdir. Həmin vaxt o, Turalla danışmağa qorxmuşdur. Bundan sonra Tural maşını sürmüş, onlar avtomobillə «Əhmədli» metrostansiyası tərəfə gedib orada bbir kənarda dayanmış və bir qədər söhbət etsələr də, münasibətlərinə aydınlıq gətirə bilməmişlər. Bundan sonra Tural avtomobilini sürüb onu Hövsan qəsəbəsi ərazisinə yaxın dəniz kənarına aparmışdır. O, dəniz kənarına getmələrinə etiraz etsə də, Tural ona qulaq asmamışdır, çox aqressiv olmuş, o, isə şok vəziyyətində olduğundan Turala tabe olmuşdur. Turalla birlikdə sonuncunun avtomobili ilə gedib saat 20 radələrində Hövsana, dəniz kənarına çatmış, orada Tural hadisə zamanı onun əynində olmuş paltarları sellofandan çıxarıb dənizə atmışdır. Odur ki, hadisə zamanı əynində olan heç bir paltarı evdə qalmamışdır. Həmin vaxt o, yenidən Turala başqa oğlanla münasibəti olduğunu dedikdə, Tural əsəbiləşib onu əli ilə vurmağa başlamış, qışqırığına heç kim gəlməmişdir. Hətta o, 102-yə zəng etmək istəmiş, həmin vaxt Tural arxadan onu təpiklə vurmuş və telefonu yerə düşmüşdür. Tural ondan aralanan zaman kiminləsə telefonla danışmağa başlamış, ancaq kiminlə danışdığını, nə danışdığını bilməmişdir. Sonra Tural gəlib onun əlindən tutub maşına gətirmiş və maşını sürətlə idarə edərək onların evlərinin yanında olan “Azar” marketin yanına gəlmişlər. Tural orada maşının qapısını bağlayıb onu maşından düşməyə qoymamışdır. Amma Tural özü maşından düşüb onun telefonu ilə kiminləsə danışmış və sonra gəlib maşına oturmuş, ona «and iç ki, polisə şikayət etməyəcəksən» demişdir. O da and içmişdir. Bundjan sonra Tural maşını sürətlə sürüb onu binalarının qarşısına gətirmiş, o, düşüb evə getmişdir. Çox həyəcanlı və qorxu içində olduğundan dərhal şikayət etməmiş, Turalın qayıdıb onu yenə döyə biləcəyindən qorxmuşdur. O, əvvəl anasına heç nə demək istəməsə də, anası nə isə baş verdiyini hiss edib danışmağı ondan tələb etdiyindən, o, bütün baş verənlər barədə, yəni Turalın onun zorlaması, hətta döyməsi barədə anasına danışmışdır. Daha sonra hadisə barədə rəfiqəsi Şahid2 demiş, Gülməst ona təcili polisə gedib şikayət etməyi məsləhət bilmişdir. Bundan sonra o, polisə gedib şikayət etmiş, polis isə onu prokurorluğa yönləndirmiş, orada o, Turalın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin göstərdi ki, hadisədən əvvəl heç vaxt cinsi əlaqədə olmamış, bu ilk dəfə baş vermişdir. Əvvəllər ailəli olmamışdır. Hadisə baş verməmişdən əvvəl bakirə olmuşdur və hadisə nəticəsində bakirəliyi pozulmuşdur. O, təbiətcə utancaq olmuş və qonşulardan utandığı üçün hadisə vaxtı səsini çıxarmamışdır. Turalın mənzilə gəlib onu dərhal soyundurması, onu məcburi qaydada soyundurması onu tam şoka salmışdır. Sonra isə Tural onu döyərək artıq cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs əvvəl o, heç kimlə görüşməmiş və cinsi əlaqədə olmamış, Tural onu zorlayarkən o, bakirə olmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsində daha sonra göstərdi ki, Tural onunla ailə qurub evlənəcəyini vəd vermiş və 2020-ci ilin dekabr ayında onu ailə üzvləri ilə tanış edəcəyi adı ilə evlərinə dəvət etmişdir. O, Turalın bu sözlərini səmimi qəbul edərək sox sevinib onunla yaşadığı Yeni Günəşli, AB Massivi, səhv etmirsə ev 120, 9-cu mərtəbədə yerləşən nömrəsini bilmədiyi mənzilinə getmişdir. Lakin evlərinə daxil olanda orada heç kimin olmadığını görmüş, maraqlandıqda Tural ailə üzvlərinin birazdan gələcəklərini demiş, oturub onları gözləmələrini təklif etmişdir. O da Turala inanaraq onun valideynlərinin nişan şirniyyatı almağa getdiklərini fikirləşib, mənzildə oturub Turalın valideynlərini gözləməyə başlamışdır. Həmin vaxt Tural divanda onun yanında oturmuş, şirin söhbətləri ilə onunla cinsi əlaqəyə girmək istəmişdir. O, Turala valideynlərinin qəflətən gələ biləcəklərini dedikdə, Tural valideynlərinin gec gələcəklərini demiş və onu divana uzatmış, sevgi söhbətləri ilə onunla cinsi əlaqəyə girmək istəmiş və bu zaman o, çox həyəcanlı olduğundan onda aybaşı prosesi başlamış, hətta Turalın cinsi orqanı qana batmışdır. Lakin həmin vaxt Tural onu zorlamamış və faktiki cinsi əlaqədə olmamışdır. Tural cinsi orqanını onun cinsi orqanına tam daxil etməmiş, cüzi sürtmüş, həmin vaxt bakirəliyini pozulmamışdır. Onun bakirəliyi Tural tərəfindən 13 avqust 2021-ci il tarixdə döyülərək zorlandıqda pozulmuşdur. Daha sonra Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Tural təbiətcə yalançı və böhtançı olmuş, sonüuncu 13 avqust 2021-ci il tarixə kimi onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Qeyd edilən hadisə zamanı onlar ikisi olmuşlar. Tural onların mənzilinə gələndə, orada olanda və sonra oradan çıxıb avtomobilə oturanda bunu qonşular və ya digər şahidlər görməmişlər. Lakin hadisə barədə rəfiqəsi Şahid2 və anası Dilşad, həmçinin qohumu Şahid3 bilmişlər. 13 avqust 2021-ci il tarixdə o, səhər özünü pis hiss etdiyi üçün işə getməmiş və Tural onun işə getməməyini və anasının gündüz vaxtı işdə olduğunu bilirmiş, onu “whatsapp” ilə yığaraq maraqlanmışdır ki, niyə işə gəlməmişdir, haradadır, o, demişdi ki, başı ağrayır və evdədir. Lakin o, Turalı evinə dəvət etməmiş və evinə gəlməyini istəməmişdir. Lakin Tural icazəsiz onların mənzilinə daxil olmuş, o, Turalı içəri buraxmamaq üçün imkan tapmamışdır. Tural bu zaman onu vurmamış və ya ona qarşı zor tətbiq etməmiş, məlum hədəsini də törətməmişdir. Tural yalnız onu zorlayarkuən ona qarşı zor tətbiq edərək döyüb xəsarət yetirmişdir. Tural onu zorlayarkən əli və ayağı ilə bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hadisədən 3 gün sonra Xətai rayon prokurorluğunun qərarına və göndərişinə əsasən məhkəmə-tibbi ekspertizasından keçmiş, ekspert onu hərğərəfli müayinə etmiş, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə? saat 16 radələrində onu zorlaması ilə əlaqədar ona yetirdiyi sıyrıqları və qançırları, o cümlədən qızlıq pərdəsinin qansızmalı cırılması kimi xəsarətləri aşkar etmişdir. Tural onu Hövsanda əli və ağağı ilə yavaşca vurduğundan xəsarətlər və xəsarətlərin izləri qalmamışdır. Demək olar ki, Tural onu Hövsanda döyməmişdir. Hadisə ilə bağlı Tural müdafiə üçün müxtəlif yalanlar danışmışdır. Tural onu zorlayarkən onun əlində bıçaq olmamış, o, Turalı yalnız əlləri ilə itələməyə çalışmış, onu zorlamaması üçün müqavimət göstərmişdir. Həmin vaxt özündə olmamış, ola bilsin ki, Tural onun müqaviməti nəticəsində hər hansı bədən xəsarəti almışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hadisə ilə bağlı istintaq aparıldığı ərəfədə Tural onunla əlaqəyə girmiş, yavlarmış, onunla ailə qurmaq istədiyini bildirmiş, çıxıb getmək və birlikdə yaşamaq təklifini vermişdir. Ona yazığı gəlmiş, hadisəyə qədərki münasibətlərini nəzərəç alıb, adını təmizliyə çıxarmağı fikirləşib Turala qoşulub getmiş və kirayə ev tutub yaşamağa başlamışlar. Lakin Turalın və onun valideynlərinin məkrli məqsədini başa düşüb, Turalın onunla olan mənfi münasibətini görüb təkrar ayrılmışdır. Birlikdə olduqları müddətdə Turalın ona qərəzli suallar verdiyini və səs yazısı apardığını başa düşüb, ona mane olmamış, əksinə o da onun danışıqlarını yazmışdır. Həmin səs yazılarını zərurət yarandığı təqdirdə məhkəməyə təqdim edəcəkdir. Zərərçəkmiş şəxs1 ifadəsində, həmçinin göstərdi ki, hadisədən sonra o, stresli olduğundan işə çıxa bilməmiş, qazancından olmuşdur. İşləyən vaxtlarda onun gün ərzidən 50-70-80 manat qazancım olmuş, ayda iş yerində təkcə 300 manat kirayə haqqı vermişdir. Hadisə nəticəsində ona dəymiş maddi və mənəvi zərərə görə mülki iddia qaldırmış və minimum məbləği göstərmişdir. Hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs şikayətçidir və onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Lakin Tural tutulub iş məhkəməyə veriləndən sonra, Tural ona zəng etmiş, vəziyyətinin çox pis olduğunu, orada əziyyət çəkdiyini demişdir. Bir insan olaraq onun içində mərhəmət yaranmış, barışıq kimi nəsə olması barədə fikirləşmiş, sadəcə olaraq onlar yalançı olduqlarından bu fikrindən daşınmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində, həmçinin göstərdi ki, Tural onu zorladıqdan sonra otaqda gəzərkən anasının otağına keçmiş, orada anasının dolabını axtarmağa başlamışdır. Tural anasının otağına kecən zaman o, yerdə oturub ağlamağa davam etmiş, Turalın nə axtardığını, nə götürdüyünü bilməmişdir. Onlar bir neçə ay sonra mart ayının 10-da anasının qızıllarının oğurlanmasından xəbər tutmuşlar. Tural həmin gün onun pul kisəsindən 50 manat pulunu da götürmüşdür. Lakin istintaq zamanı deməsinə baxmayaraq, müstəntiq Araz Tağıyev pulun az miqdarda olmasını qeyd edib 50 manatı sənədləşdirməmişdir. Lakin Tural anasına məxsus qızılları götürməsini etiraf etməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirməyə dair istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 sərbəst ifadələrində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi işin halları ilə bağlı xüsusatları, o cümlədən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan anası ilə yaşadıqları mənzilə gəlib orada tək olmasından istifadə edərək ona qarşı zor tətbiq etməklə iradələrinin ziddinə həmin mənzilə daxil olmaqda, sonra isə güclə soyundurub döyərək zorla təbii yolla onunla cinsi əlaqədə olaraq bakirəliyini pozduğunu Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh.159-161). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2014-cü ildə ərindən boşanmış və qızı – zərər çəkmiş Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşamışdır. Digər iki qızı Günel və Vəfa onun yaşadığı mənzildə qeydiyyatda olsalar da, onlarla yaşamamışlar. Onlar başqa-başqa ünvanlarda yaşamışlar. O, “Vəfa Dizayn” firmasında tikişçi işləmiş, hər gün saat 8-dən axşam saat 18-dək işdə olmuşdur. Nuranə isə Bakı Metropolitenin “20 Yanvar” metrostansiyasının yanında, “Velotrekin” qarşısında yerləşən mağazada ətir satışı ilə məşğul olmuşdur. Nuranənin tanışı, baxılan iş üzrə Təqsirləndirilən şəxs baş vermiş hadisədən əvvəl tanımamış, onu ümumiyyətlə görməmişdir. X11 Rüstəmzadə tərəfindən döyülərək zorlanması barədə o, yalnız hadisə baş verdikdən sonra bilmişdir. Belə ki, 13 avqust 2021-ci il tarixdə, axşam işdən evə gəldikdən sonra qızının pis vəziyyətdə, yəni üzərində döyülmə izləri olduğunu gördükdən sonra ondan nə hadisə baş verdiyini soruşmuşdur. Qızı əvvəl heç nə demək istəməmiş, lakin o, onunla danışarkən qızı ağlamağa başlamışdır. Həmin vaxt Nuranə ona Tural adlı oğlanla görüşdüyünü demiş, həmçinin sonuncu onu almaq istəmədikdə qızı onunla ayrılmaq istədiyini, 12 avqust 2021ci tarixdə, axşam saat təxminən 20 radələrində «Əhmədli» metrostansiyası yaxınlığında Turalın avtomobilində oturub bir qədər söhbət etmələrini, Tural qızı ilə evlənmək istəmədiyini demişdir. Nuranənin deməsinə görə söhbəti zamanı Tural qızına hədəqorxular gəlmiş, ayrılacağı təqdirdə özündən küsməsini ona demişdir. 13 avqust 2021-ci il tarixdə isə Tural Nuranəyə “WhatsApp” vasitəsilə onların həyətinə gəlmiş, söhbət etmək üçün evlərinə qalxdığını yazmışdır. Nuranə isə ona evə qalxmamamağı, özünün həyətə düşəcəyini demişdir. Həmin vaxt Tural Nuranənin evdə tək olduğunu bilmişdir. Nuranənin deməsinə görə Tural saat 16 radələrində onların evlərinə qalxmış, qapılarının ağzında Nuranənin əlindən tutaraq onu evin içərisinə itələyib salmış, yəni onların iradələrinin ziddinə mənzilə qanunsuz daxil olmuşdur. Bundan sonra Tural Nuranəni qonaq otağna keçirmiş və əynini soyunmağa başlamış, özü tam lüt soyunduqdan sonra Nuranəni məcburən, zor tətbiq edərək soyundurmağa başlamışdır. Nuranənin deməsinə görə bundan əvvəl Tural dəfələrlə aqressivlik göstərdiyi üçün Nuranə ondan çəkinmiş və qorxurmuşdur. Tural Nuranəni məcburən soyundurub qonaq otağındakı divana uzandırmışdır. Tural Nuranəni itələyərək, boğazındam tutaraq və döyərək divana uzandırmışdır. Nuranə Turala müqavimət göstərsə də, gücü çatmamışdır. Tural Nuranəni divanda arxası üzərində məcburən uzandırmış, özü isə Nuranənin üstünə uzanmışdır. Nuranə istəmədiyi halda Tural onunla cinsi əlaqədə olmağa başlamışdır, yəni gərginləşmiş cinsi orqanını Nuranənin cinsi orqanına güclə daxil etmişdir. Eyni zamanda müqavimətinin olmaması üçün Tural Nuranəyə fiziki zor tətbiq edərək vururmuş. Nuranə cinsi orqanımda ağrı olmasını hiss etmiş, sonra cinsiyyət orqanından qan gəldiyini görmüşdür. Nuranənin deməsinə görə o, şok vəziyyətinə düşdüyündən Tural onun daxilinə və ya cinsi orqanını çıxararaq bayıra qurtarıb-qurtarmamasını bilməmişdir. Nuranənin deməsinə görə Tural cinsi əlaqədə olduqdan sonra hamamda girib çimmişdir. Nuranə gedib polisə təqdim edə bilməsi üçün özünün bütün paltarlarını, o cümlədən liftçiyini və tumanını sellofana qoyub götürmüş, hətta izi qalmasın deyə yerə döşəməyə tökülmüş qanı silmişdir. Turalın tələbi ilə Nuranə onun avtomobilinə oturub söhbət etməyə başlamışlar, Tural Nuranəni polisə şikayət edəcəyi təqdirdə ona qarşı zor tətbiq edəcəyi və üzünə kislota atacağı ilə hədələmişdir. Bundan sonra Tural avtomobilini sürüb Nuranəni Hövsan qəsəbəsində dəniz kənarına aparmış, orada da hədələrini davam edib onu döymüş, hadisənin izi olan paltarlarını dənizə ataraq izi itirmişdir və sonra qızını gətirib evlərinin qarşısında düşürmüşdür. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, Nuranənin danışdıqları bir ana kimi ona çox pis etmiş və qızına gedib polisə məlumat vermək lazım olduğunu demişdir. Belə ki, hadisə günü qızının bakirəliyi pozulmuş, Tural onu döymüş, qızı başından bədənindən zədələr almış, bədəni göyərmiş, başında şişlər olmuşdur. Hadisə günü qızı evə qayıtdıqda artıq axşam saat 21radələri olduğundan, həmçinin halsız vəziyyətdə olmaqla gəzməyə halı olmadığından onlar həmin gün şikayətə və həkimə gedə bilməmişlər. Səhəri gün polisə getmiş, oradan onları Xətai rayon prokurorluğuna yönəltmiş, belə işlərlə prokurorluğun məşğul olduğunu bildirmişlər. Odur ki, onlar Xətai rayon prokurorluğuna getmiş və Nuranə ərizə ilə müraciət etmişdir. Prokurorluğun qərarına və göndərişinə əsasən Nuranə tibbi-ekspertizadan keçmiş, qızını ekspertizaya o özü aparmış, müstəntiq özü də onlarla birlikdə getmişdir. Hadisədən sonra mənzildə hadisənin izi olan heç bir əşya və ya maddi sübut aşkar olunmamışdır. Təqsirləndirilən şəxs, həmçinin qanunla müəyyən edilmiş əsaslar olmadan onun mənzilinə zor tətbiq edərək qanunsuz daxil olaraq onun da mənzil toxunulmazlıq hüququnu kobud şəkildə pozmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmamışlar və onun cinayat məsuliyyətinə cəlb olunmasını xahiş edirlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, etibarnamə ilə idarə etdiyi avtomobillə Bakı şəhərində taksiçilik fəaliyyəti ilə məşğul olur, əsasən “20 Yanvar” metrostansiyasının yanında dayanaraq müştərinin birini 1 manata olmaqla “Koroğlu” metrostansiyasınadək aparır. O, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təxminən 2-3 il ərzində tanımış, aralarında normal münasibətləri olmuşdur. Nuranə “20 Yanvar” dairəsi adlanan əraziyə yaxın yerləşən “Velotrek”in qarşısında yerləşən mağazada ətir satışı ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs Nuranənin tanışı, sonuncunu istəyən şəxs kimi tanımışdır. O, Turalın taksi sürücüsü olduğunu bilsə də, onlar birlikdə işləməmişlər, yalnız ara-bir “20 Yanvar” metrostansiyasının yanında Turalı görmüşdür. Nuranənin də Turalı istədiyini və sonuncunun Nuranəyə evlənəcəklərinə söz verdiyini Nuranənin özünün deməsinə görə bilmişdir. Lakin o, Tural Nuranədən istifadə etdiyini hiss etmiş, dəfələrlə onu incitməsinin şahidi olmuşdur, yəni onu incitməsini Nuranə ona danışmışdır. Şahid2 ifadəsinin davamında göstərdi ki, 14 avqust 2021-ci il tarixdə, səhər vaxtı Nuranə ona zəng edərək evlərinə çağırmış, gəlməsinin vacib olduğunu bildirmiş, lakin niyə çağırdığını bilməmişdir. Münasibətlərinə görə o, Nuranəgilə getmiş, Nuranənin pis vəziyyətdə, yəni üzərində döyülmə əlamətləri olduğunu görmüş və nə baş verdiyini soruşmuşdur. Nuranə sarsıntılı vəziyyətində ağlamağa başlamış, Nuranənin ona deməsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onunla ailə qurmaq istəmədiyindən Nuranə ondan ayrılmaq istəmiş, bü xüsusda 12 avqust 2021-ci tarixdə axşam aralarında mübahisə olmuş, Tural Nuranəni hədələmiş, ona «ayrılsa özündən küssün» demişdir. 13 avqust 2021-ci il tarixdə isə Tural özbaşına, xəbərdarlıq etmədən Nuranəgilin evlərinə gəlmiş, Nuranə bilmədən Tural onların evlərinə qalxmış, həmin vaxt Nuranə evdə tək olmuş, Tural bundan istifadə edib Nuranənin əlindən tutaraq onu evin içərisinə itələyib salmış, onu qonaq otağna keçirmiş, əvvəl özü soyunmuş, ardınca məcburən, zor tətbiq edərək Nuranəni soyundurmuş, Nuranə ondan çəkindiyi və qorxduğu üçün müqavimət göstərsə də, gücü çatmamışdır. Odur ki, Nuranəni məcburən soyundurmuş, Nuranəni itələyərək, boğazından tutaraq və döyərək divana uzandırmış və Nuranəni zorlayaraq onunla cinsi əlaqədə olmuş, onun bakirəliliyini pozmuş, zor göstərərkən ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Daha sonra Nuranənin deməsinə görə, gedib polisə təqdim etməsi üçün liftçiyini və tumanını və digər paltarlarını sellofana qoyub özüylə götürmüşdür. Tural onu maşınına oturdub söhbət etməyə başlamış, Nuranəni hədələyib, polisə şikayət edəcəyi təqdirdə onu döyəcəyi, üzünə kislota atacağını bildirmişdir. Bundan sonra X10 qəsəbəsində dəniz kənarına aparmış, orada da hədələrini davam edib onu döymüş, hadisənin izi olan paltarları Nuranədən alıb dənizə atmış və sonra Nuranəni gətirib evinin qarşısında düşürmüşdür. Şahid2 ifadəsinin davamında daha sonra göstərdi ki, o, eşitdiklərindən bir rəfiqə kimi çox narahat olmuş, onun anası ilə birlikdə polisə məlumat vermək lazım olduğunu bildirmişlər. Sonra o, Nuranə və onun anası birlikdə Xətai RPİ-nə müraciət etmiş və onları oradan dərhal Xətai rayon prokurorluğuna göndərmişlər. Odur ki, prokurorluğa gəlmiş və orada Nuranə şikayət ərizəsi ilə müraciəçt etmişdir. Prokurorluqda araşdırma başlayanda o, Nuranəni idarə etdiyi avtomobillə məhkəmə-tibbi ekspertizasına aparmışdır. Bildiyinə görə Zərərçəkmiş şəxs1 hadisədən əvvəl qız uşağı olmuş, başqaları ilə görüşməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun dayısı qızı olmuş, o, sonuncunu özünə bacı kimi bilmiş, eyni blokda qalmışlar. Nuranəgil yeddinci mərtəbədə, onlar isə beşinci mərtəbədə yaşamışlar. Nuranə ilə uşaqlıqdan bir yerdə böyümüş, sonuncunun nə sirri olmuşsa, onunla bölüşmüşdür. Ona görə də tez-tez görüşüb dərdlərini bölüşmüşlər. Nuranə ona Tural adında bir nəfər oğlanı sevdiyini, oğlanın da onu sevdiyini demiş, lakin buna baxmayaraq Turalın elçi göndərmədiyini, tez-tez mübahisələri düşdüyünü, onu vurduğunu, əziyyət verdiyini bildirmişdir. Belə olduğu təqdirdə o, Nuranəyə Turaldan ayrılmağı məsləhət bilmişdir. Nuranə isə ayrılmaq istədiyini, lakin Turalın ondan ayrılmadığını, ondan əl çəkmədiyini demişdir. Turalla Nuranənin cinsi əlaqələrinin olub-olmamasını o, bilməmişdir. Turalla Nuranənin arasında olan münasibətləri Nuranənin anası bilməmişdir. Hadisə ərəfəsində o, bir həftəlik – avqust ayının 8-də rayona getmiş, 14-də isə geri qayıtmışdır. Qayıtdıqdan sonra Nuranəni çox pis vəziyyətdə, sanki döyülmüş, halsız vəziyyətdə görmüşdür. Ondan nə baş verdiyini niyə belə hala düşdüyünün səbəbini soruşduqda, o, Tural adlı sevdiyi oğlanın onun bakirəliyini pozduğunu bildirmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, Nuranənin deməsinə görə o, səhər işə gedərkən Tural ona zəng etmiş, o, Turala ondan ayrılmaq istədiyini dedikdə Tural onu binanın həyəttində gözlədiyini, aşağı düşməsini istəmişdir. Nuranə Turala əl çəkməsini dedikdə, Tural onlara gəldiyini bildirmişdir. Nuranə qapıdan çıxıb tez aşağı düşmək istədikdə, qapını açıb evdən çıxarkən Turalı artıq qapının ağzında görmüşdür. Tural onun qolunu burub, atıb onu içəri, yəni zorla evə salıb, evdə onun paltarlarını zorla soyundurub onu yerə və divana yıxıb onunla cinsi əlaqədə olmaqla bakirəliyini pozmuşdur. Nuranənin, həmçinin deməsinə görə Tural Nuranənin polisə təqdim etməsi üçün özüylə götürdüyü cırılmış və qana bulaşmış paltarlarını bir sellofanda sonuncudan alıb onu dəniz kənarına aparmış, orada paltarları dənizə atmış, özünü isə orada döymüşdür. Nuranə demək olar ki, baş vermiş hadisəni demək olar ki, bütün detalları ilə ona danışmışdır. Turalın Nuranəni zorladıqdan sonra da döyməsinin səbəblərini o, bilməmişdir. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, Hadisədən sonra Nuranənin anası tərəfindən döyülməsini Nuranə ona deməmiş, əksinə o, Tural tərəfindən döyüldüyünü demişdir. O, ümumiyyətlə Nuranənin Turalla bir yerdə olmalarına görə nə vaxtsa anası tərəfindən döyülməsini eşitməmişdir. Hadisədən sonra polisə, prokurorluğa şikayət olmuş, araşdırma başlamışdır. Lakin həmin ərəfədə Nuranə Turala qoşulub qaçmışdır. O, Nuranədən onu zorlamış şəxsə qoşulub qaçmasının səbəbini soruşduqda, Nuranə Turalın onunla ailə quracağını demişdir. Şahid1 məhkəmədə dindirilərkən ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və onun qızı Zərərçəkmiş şəxs1 onunla qonşudurlar, təxminən 25 il olar ki, eyni evin bir blokunda yaşamışlar, onların yaşadıqları mənzil 70 nömrəlidir. Onların qonşu kimi münasibətləri yaxşı olmuş, daima ünsiyyətdə olmuşlar. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 çox sakit və tərbiyyəli və zəhmətkeş adamlar olmuş, hər ikisi işləmişdir. Nuranə və Dilşadın digər qonşularla da münasibətləri yaxşı olmuşdur. O, Dilşadın və qızı Nuranənin kiminləsə dalaşmalarının şahidi olmamışdır. O, Nuranəni, namuslu bir qız kimi tanıyır, onların mənzillərinə kənar kişilərin gəlməsini-getməsini görməmiş və eşitməmişdir. O, Nuranəni və anasını yalnız müsbət xarakterizə edə bilər. Şahid1 ifadəsində daha sonra göstərdi ki, 13 avqust 2021-ci il tarixdə o, öz işləri ilə məşğul olmuş, saat 16-17 radələrində harada olduğunu xatırlaya bilməmiş, lakin Nuranənin başına gələn hadisədən xəbəri olmamış, ona bu barədə məlumat verən də olmamışdır. Təqsirləndirilən şəxs tanımamış, onun yaşadıqları binaya gəlməsini müşahidə etməmiş, onunla bağlı heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 nişanlı olmamış, qız uşağı olmuş, heç kiminlə gəzməmiş, onun yanında başqa kişi görməmiş və ya belə məlumatlar eşitməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs atası Şahid4 ifadəsində göstərdi ki, özü əvvəllər Bakı şəhərində yaşasa da, artıq son bir neçə ildə Beyləqan rayonunda yaşamağa başlamışdır. Oğlu Tural Bakıda Yeni Günəşlidə AB massivi Bina 9, məntəbə 9-da mənzil 129-da evlərində yaşamış və öz maşını ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bakı şəhərində yaşadığı ünvanda yaşayan qonşuları onu çox yaxşı tanımış və çox yaxşı da münasibətləri olmuşdur. Bu hadisə olan günündən 1 il 6 ay əvvəl ona 5-6 nəfər qonşu ona zəng etmiş, ona şikayət edib oğlu Turalla bir nəfər qızın oranı pis vəziyyətə qoyduqlarını, gecələr səhərə kimi bir yerdə qaldıqlarını, san ki, gecələr bir filim getdiyini bildirmiş, gəlib onların qarşısını almağı xahiş etmişlər. Qonşular onların ailə-uşaqlarının olduğunu bildirmiş, ayıb olduğunu demişlər. Həmin ərəfələrdə lift işləmədiyindən qonşular qızı pilləkənlərdə də onun evinə qalxdığı yerdə görmüşlər. Buna görə o, oğlu Turalla danışıb ona iradlarını bildirmiş, sonra isə oğlumdan qızın telefon nömrəsini öyrənib Nuranəyə zəng etmiş, ona oğlundan aralı durmasını demişdir. Nuranə isə ona “Bəyəm sevmək mənim hüququm deyil? Mən onu sevirəm” cavabını vermişdir. Hətta qızın özü də onların mənzilinə getdiyini təsdiq etmişdir. Bir neçə gün oğlu artıq qızla münasibətlərini kəsdiyini demişdir. Bundan sonra onlar özləri köçüb Bakıya gəlmiş, Bakıya gələndən sonra qız bunu bilib, oğlundan ata-anasının elçi gəlmələrini tələb etmişdir. Tural isə qıza “sənə əvvəlcədən demişəm ki, bizimkilər sizə elçi gəlməyəcəklər” cavabını vermiş və bundan sonra qız oğluma “gör sənin başına nə oyun açacam” demişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, oğlu Tural həbs edildikdən sonra Nuranə dəfələrlə onunla əlaqə saxlamış, o, Nuranənin danışıqlarını telefonla yazmış və həmin danışıqları diskə köçürmüşdür. Həmin səsyazmaları məhkəməyə də təqdim edəcəkdir. 07 mart 2022-ci il tarixdə gecə saat 3 radələrində kiçik oğlu Vüsalın telefonuna Nuranə zəng edib ona “Vüsal, xahiş edirəm, gəl məni qaçırt” demişdir. Vüsal isə evdə olmadığını, başqa yerdə qonaq olduğunu demişdir. Nuranə isə Vüsala Turalı həbsdən azad etmək lazım olduğunu, bununçün gəlib onu qaçırmalı olduğunu demiş, Turalsız yaşaya bilmədiyini, onu sevdiyini bildirmişdir. Nuranənin təklifi belə olmuşdur ki, Vüsal onu qaçırıb ev tutmalı, onu aparıb həmin evə qoymalı, əks təqdirdə anası martın 9-da rayondan gələcək, telefonu onun əlindən alacaq, qapını onun üzünə bağlayacaq və artıq o, bundan sonra Turalı xilas edə bilməyəcəkdir. Vüsal isə mümkün olmadığını bildirmiş, atasına, yəni ona zəng etməsini məsləhət görmüşdür. Əsl həqiqətdə isə vüsal evdə olmuş, özü Nuranəyə belə demişdir. Onlar telefonda danışarkən o da onların səslərini yazmışdır. Bunun ardınca Nuranə onu yığmış, ona “əmi, məni qaçırmalısan” demişdir. Çaş qalıb onunla danışığı davam etdirərkən sonuncu ona həbsxanada, yəni Turalın saxlanıldığı yerdə nadzorla (burada: nəzarətçi) danışdığını, saat 9-da təcridxanaya gedəcəyini, orada Turalla kəbin kəsdirəcəklərini demişdir. O, Nuranəyə “9-da gedərik, kəbin kəsdirərsiniz, bu məslələr də bitər” cavabını vermişdir. Nuranə isə anasının onunla qəddarcasına rəftar etdiyini demiş, bu gecə qaçırılmayacağı təqdirdə, anasının onun telefonunu alacağını, qapını onun üzünə bağlayacağını bildirmiş, evdən çölə çıxa bilməyəcəyini demişdir. Onu başa salmaq istəmiş, “pula ehtiyacın varsa, göndərim özün get” demiş, amma onu belə bir işə bulaşdırmamağı xahiş etmişdir. Bundan sonra o, öz bacısına yığıb vəziyyəti ona danışmış, bacısı gedib qızı evlərindən götürə biləcəyini ona demişdir. O, isə icazə verməmiş, “əgər istəyirsə, qızın özü onlara gəlsin” cavabını vermişdir. Bacı da gəlib onlarda qalmasını təklif etmişdir. Az sonra Nuranə özü təkrar zəng etmiş, ona “İsmayıl əmi” deyüə müraciət edib, nəticəni soruşmuşdur. O, Nuranəyə 20-ci sahə deyilən ərazidə bacısının yaşadığını demiş, ona “ünvanı atım, taksi ilə get, özləri taksinin pulunu verəcəklər” təklifini vermişdir. Nuranə də nə yaxşı oldu deyib, sağollaşmışdır. Aradan az keçmiş, Nuranə ona zəng edib ağlayaağlaya “əmi, mən bunu etsəm anamın ürəyi partlayıb ölər” demişdir. O, Nuranəyə “əgər ananın ürəyi partlayıb öləcəyini düşünürsənsə, mənə niyə zəng edirdin, deməli, məni də turalın yanına saldırmaq istəyirsiniz” cavabını vermişdir. Nuranə ondan onun səsini yazıbyazmadığını soruşduqda o, “sən mənim səsimi yazrsansa, mən də sənin səsini yazıram. Siz mənə oyun qurursuz, əlbətdə ki, səsinizi yazmalıyam” cavabını vermişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, istintaq gedə-gedə Turalla Nuranə guya barışmış, özləri ev tutub yaşamağa başlamışdılar. Mən həmin evə gedib-gəlməmişdir. Tural Nuranə ilə ailə qurmaq istədiyini ona demiş, o isə onun fikrinin əleyhinə çıxmamış, ona “Bakı böyükdür, gedin harada istəyirsiniz yaşayın, lakin mənim evimə gəlməyin” demişdir. Onlar artıq həmin evdə yaşadıqları dövrdə Tural qızın “WhatsApp”ını öz telefonuna yönləndirmişdir. Tural bu mesajları özü oxuyandan sonra onun yanına gəlib ona da oxutdurmuşdur. Qızın yazışmalarını o, oxuya bilməmişdir. Qızın bibisi ona “ay qız necəsən, vəziyyət necədi?” yazmış, Nuranə isə cavabında “Tural çox yaxşı adamdır. Sizin tanıdığınız kimi adam deyil.” Bibi isə qıza “ay qız sən bir uşağa qalma, bir də nə kəbinkəbin salmısan ee, kəbin lazım deyil. Əsas məsələ odur ki, Sən Turalın ata evinə girməlisən, səni aparmalıdılar sən evə sahib çıxmalısan” məzmunda sms yazmışdır. Bundan sonra o, Turalla danışmış, onlar şəhərə gəzməyə çıxdıqdan sonra o, onlar yaşayan mənzilə gedib şifonerin üstünə çıxıb ora telefon qoymuşdur. Həmin telefon da hardasa iki gün yazmışdır. Səs yazhılarından birində Nuranə gülə-gülə “mən prokurorun qarşısında belə bir oyun oynadım” demişdir. Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə Şahid5 və X4 iş üzrə əlavə şahid qismində dindirilmişlər. Şahid5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə qonşu olmuş, onlar 9-cu, Turalgil isə 7-ci mərtəbədə yaşamışlar. O, 1986-ci ildən bəri həmin binada yaşamışdır. Təqsirləndirilən şəxsin yaxşı ailəsi, yaxşı valideynləri olmuşdur. Təqsirləndirilən şəxsgil 3 qardaş, bir bacı olmuşlar. O, tək yaşadığından tez-tez binanın həyətində olmuşdur. Zərər çəkmiş şəxsi isə üzdən tanımışdır. Nuranə sacı qara, arıq qızdır. O, müxtəlif vaxtlarda, teztez təqsirləndirilən şəxslə maşınla binaya gəlmişdir. Tural evli olmadığından, Turalı qızla gördükdə onların gəzdiyini başa düşmüşdür. Turalın ağ rəngdə maşını olmuşdur. Turalın zərərçəkmiş şəxslə aralarında nəsə olduğunu sonralar eşitmiş, lakin Turalın tutulması barədə eşitməmişdir. Hansı hadisənin baş verdiyini, Turalın niyə tutulduğunu bilməmişdir. Şahid X1 Məryam Məmmədxan qızı ilə oxşar məzmunlu ifadə verib, Turalın qızla məhəlləyə gəldiyini bir daha təsdiq etdi, həmçinin göstərdi ki, həmin ərəfədə Turalın atasıgil rayonda yaşadıqları üçün Turalın atası İsmayıla zəng etmiş, Turalın binaya qız gətirdiyini ona demiş və qabağını almasını, gəlib uşaqlarına yiyəlik etməsini xahiş etmişdir. Lap sonralar Turalın həmin qıza görə tutulduğunu eşitmişdir. Məhkəmə baxışı zamanı, həmçinin sənədlər tədqiq edilmişdir. Tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 450 nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, məhkəmə-tibbi tədqiqatı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 boynunun ön səthinin sol çənəaltı nahiyəsinin sıyrığı, döş qəfəsinin arxa səthinin sol kürəküstü nahiyəsinin, sol çiyinüstü, hər iki bazu nahiyələrinin, sağ əlin arxa səthinin, sol baldır nahiyələrinin çoxsaylı qançırları və uşaqlıq yolu girəcəyinin selikli qişasının sıyrılmış yarası, qızlıq pərdəsinin qansızmalı cırılması kimi xəsarətlər aşkar edilmişdir. Həmin rəyə əsasən qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, törənmə müddətləri müayinədən 2-3 gün əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən 13 avqust 2021-ci il tarixə və şəraitə uyğun gəlir, fiziki qüvvə tətbiq edilməklə cinsi əlaqədə olma zamanı yarana bilərdilər, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir və kənar şəxs tərəfindən əllə-ayaqla yetirilən zərbələr nəticəsində törənə bilərdilər. Sıyrıq və qançırlar sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Tədqiq olunan rəydən görünür ki, Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinə günündən 2 həftəyə qədər olmaqla, qərarda göstərilən tarixə uyğun gəlir, arxa keçəcək dəliyi nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən xəsarət, əlamət və dəyişiklik aşkar edilməmişdir. Tədqiq olunan həmin rəyin təsviri hissəsindən görünür ki, obyektiv müayinə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ekspertlərə keçmiş sevgilisi Təqsirləndirilən şəxs tərəfindən onun iradəsi ziddinə onunla cinsi əlaqədə olmaqla zorlandığını bildirmişdir (iş vərəqə: cild İ, səh.28-31). Məhkəmə istintaqı zamanı tədqiq olunan əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 556 nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 baş vermiş cinsi əlaqəni göstərən uşaqlıq yolu girəcəyinin selikli qişasının sıyrılmış yarası, qızlıq pərdəsinin qansızmalı cırılması kimi obyektiv əlamətləri və eləcə də fiziki güc tətbiq etməklə cinsi əlaqədə olmanı xarakterizə edən sol çənəaltı nahiyəsinin sıyrıqı, döş qəfəsinin arxa səthinin sol kürəküstü, sol çiyinüstü nahiyələrinin hər iki bazunun, sağ əlinin arxa səthinin, sol baldır nahiyələrinin çoxsaylı qançırları aşkar edilmişdir. Qeyd edilən xəsarətlərin lokalizasiyasını, xarakterini, ölçülərini və əmələ gəlmə mexanizmini nəzərə alan ekspertlər belə nəticəyə gəlmişər ki, çənəaltı nahiyəsinin sıyrığı, sol çiyinüstü, sağ bazu, sol bazu, sol baldır nahiyələrinin kiçik ölçülü qançırlarının əllə, sağ əlin arxa səthinin 8,0 x 5,5 sm və sol bazunun 6,0 x 5,0 sm ölçülü qançırlarının həm əllə, həm də ayaqla vurulan zərbələr nəticəsində yaranmaları mümkündür (iş vərəqə: cild İ, səh.85-88). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 240 nömrəli rəyindən görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin anatomik qurluşuna görə onunla cinsi əlaqə zamanı qızlıq pərdəsinin tamlığı təkrar və ya dəfələrlə pozula bilməz. Tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqə zamanı iz qalmırsa bunu məhkəmə-tibb yolla təyin etmək mümkün deyildir (iş vərəqə: cild İ, səh.216-219). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 801 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs bədənində aşağıda təsvir olunan qrup xəsarətlər aşkar edilmişdir: sağ əlin baş barmağı nahiyəsində kəsilmiş səthi dəri yarası, sağ bazu, sağ said və sol baldır nahiyələrində sıyrıqlar. Rəydən daha sonra görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən olunan sıyrıqlar qeyd edilən xəsarətlərdən sağ əlin baş barmağı nahiyəsindəki kəsilmiş səthi dəri yarası, kəsici kənarlı əşyanın, sıyrıqlar isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Daha sonra tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə xarakterik deyildir. Ən nəhayət, tədqiq olunan ekspert rəyində qeyd edilmişdir ki, “Qarşılıqlı mübarizə” məhfumu hüquqi məhfum olub, məhkəmə-tibbi ekspertinin səlahiyyətlərinə aid deyildir (iş vərəqə: cild İ, səh.34-35). Bundan başqa, tədqiq olunan məhkəmə-tibbi ekspertizasının şəxsin cinsi qabiliyyətinin təyininə dair xx.xx.2021-ci il tarixli, 606 nömrəli rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Həmçinin tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.112-113). Məhkəmədə tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə bağlı "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, AZF/LGL-29/22 nömrəli məktubla təqdim edilmiş bir ədəd CD diskdə və Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsi ilə bağlı "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, BKC/LGL-65/22 nömrəli məktubla təqdim edilmiş bir ədəd CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 saat 00-dan Sadıqcan küçəsi antenasının əhatəsində, yəni evində olmuş, saat 17:46-da Xətai rayonu, Hadi küçəsi, saat 19:26-da Suraxanı, Hövsan antenna dairələrində qeydiyyata düşmüşdür. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, eyni zamanda həmin tarixdə səhərdən şahid Təqsirləndirilən şəxs muxtəlif, istintaqı maraqlandırmayan ünvanların antenlərində qeydiyyata düşmüş, saat 15:25-də Koroğlu metrosu anteninin dairəsində olmuş, bundan sonra aktiv olmamış, saat 18:21-də Xətai, M.Hadi antenində, saat 20:07-də Suraxanı, Hövsan antenna dairələrində qeydiyyata düşmüşdür (iş vərəqə: cild İ, səh.162- 163). Tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etməklə onu döyərək bədən xəsarətləri yetirib onunla cinsi əlaqədə olmaqla zorlaması ünvan 2 ünvanında baş vermişdir (iş vərəqə: cild İ, səh.5-10). "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, AZF/LGL-29/22 nömrəli məktubla təqdim edilmiş bir ədəd, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, BKC/LGL-65/22 nömrəli məktubla təqdim edilmiş daha bir ədəd – cəmi 2 (iki) ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.222-241). İş üzrə tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2673 nömrəli rəyindən görünür ki, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, məhkəmə-psixoloji ekspertizası üzrə eksperimental-psixoloji müayinənin nəticələrinin təhlili göstərir ki, Zərərçəkmiş şəxs1 fərdipsixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Əqli-intellektual imkanlarının normaya uyğun olmaqla iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq, təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Ümumilikdə adaptiv və ünsiyyətçildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs1, həmçinin ona qarşı tördilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, ona qarşı törədilən əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs1 baş verənləri düzgün qavrayıb təsvir edə bilmək, hadisəni və hazırki şəraiti düzgün qavrayıb ifadə vermək iqtidarındadır və aparılan ibtidai araşdırmada iştirak edə bilər. Zərərçəkmiş şəxs1 göstərildiyi kimi hər hansı bir psixi xəstəlik əlamətləri müəyyən edilmir, buna görə də o, prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Bu iş üzrə yoxlanılan şəxs zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun anlaqlı olub-olmaması və Azərbaycan Respublikası CM-nin 21-ci madəsinin təsiri altına düşüb-düşməməsi barəsində qərarda qoyulmuş suallar şamil edilmir. Məhkəmə-psixoloji ekspertizası üzrə: Zərərçəkmiş şəxs1 qarşı qeyd olunan cinayət törədilən anda onun əqli-intellektual imkanlarında hər hansı dəyişiklik yaranmamış, öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanlarında gerilik aşkar olunmur. İnadkarlıq, prinsipiallıq, özünə qarşı hörmət tələb etmək, emosionallıq, özünü psixoloci müdafiə etməyə meyillilik kimi fərdi-psixoloci xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə patoloci meyillilik əlamətləri müəyyən olunmadı. Cinayət törədildiyi zaman Zərərçəkmiş şəxs1 şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs1 qıznın əqli-intellektual imkanları nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini, öz hərəkətlərinin mənasını tam dərk etmək və idarə etmək, həmçinin ona qarşı edilən hərəkətlərin mənasını, iş üçün əhəmiyyətli halları və mümkün nəticələri düzgün qavramaq, dərk etmək qabiliyyətinə malik olmuşdur. O, doğru və dolğun ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərindən və psixiemosional halından asılı olaraq hadisə baş verərkən müqavimət göstərmək imkanına malik olmuşdur. Zərərçəkmiş şəxs1 hadisəni və hazırkı şəraiti düzgün qavramaq və düzgün ifadə vermək, aparılan araşdırmada iştirak etmək qabiliyyətinə malikdir (iş vərəqə: cild İ, səh.125-128). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il, 333 nömrəli tarixli rəyindən görünür ki: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Tədqiq olunan rəyin məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloci müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavradığı, bu barədə düzgün məlumat verə biləcəyi müəyyən edilir. Təfəkkürünün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənaraçıxma hallarına təsadüf olunmur. İİ Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissədən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəmişdir: Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən sonra və hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. İşi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələri: Təqsirləndirilən şəxs inadkarlıq, kobudluq, özünü müdafiə etməyə meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd edilən qanunazidd hərəkətləri törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən mühüm dəyişiklik yaranmamış, hadisə zamanı cinci tələbatını ödəmək istəyi ilə əlaqədar emosional oyanıq halda olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqə: cild İ, səh.125-128). Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfi cinayət hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Şahid2 arasında və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Şahid4 arasında aparılması iddia olunan danışıqların səs yazılarının yükləndiyi 3 ədəd ağ rəngli DVD formatlı disklər, ittiham tərəfi – zərər çəkmiş və onun nümayəndəsi isə cinayət hadisəsi ilə bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında aparılması iddia olunan danışıqların səs yazılarının yükləndiyi 1 ədəd “Verbatim” markalı diskləri – cəmi 4 ədəd diskləri məhkəməyə təqdim etmiş, məhkəmə baxışı zamanı təqdim olunan disklərdə olan səs yazıları dinlənilmiş və məhkəmənin 23 iyun 2023-cü il tarixli qərarına əsasən iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir (iş vərəqə: cild İİ). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-fonoskopik ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1171-4/1173 nömrəli rəyindən görünür ki, ekspertizanın keçirilməsini təmin etmək məqsədilə Məhkəmə Ekspertiza Mərkəzində Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Şahid2 eksperimental səs və nitq nümunələri götürülmüş və müqayisəli tədqiqat aparılmışdır. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, aparılan ilkin tədqiqat zamanı müəyyən edilmişdir ki, tədqiqatı tələb olunan fayllarda xarakterinə görə üzbəüz danışıq, telefon danışığı zamanı və səsli mesaj xarakterli azərbaycan dilində aparılan danışıqlar – mübahisəli fonoqramlar qeydə alınmışdır. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, tədqiq olunan 03 ədəd ağ rəngli DVD formatlı diskdə aşkar olunan mübahisəli fonoqramlarla “Verbatim” markalı DVD diskdə aşkar olunan fonoqramlar məzmununa və davametmə müddətinə görə bir-biri ilə eynilik təşkil edir. Ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, eksperimental səs və nitq nümunələri götürülmüş və üzərində müqayisəli tədqiqat aparılmış şəxslərdən Q1 olaraq şərti işarələnmiş diktorun səsi və nitqi Şahid2, Q2 olaraq şərti işarələnmiş diktorun səsi və nitqi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və K2 olaraq şərti işarələnmiş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsus olmuşdur. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, ekspertizaya təqdim olunan 03 ədəd ağ rəngli bir ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tam yazılı mətn hissələri rəyin tədqiqi hissələrində verilmişdir. Mübahisəli fonoqramların məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, həmin fonoqramlarda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus danışıqlarda Təqsirləndirilən şəxs onu zorlamaqda ittiham edən aşağıdakı danışıqlar olduğu müəyyən edilmişdir: Tural, elə danışırsan ki, Tural, bir dəyqə saxla, mən birincisi heç açılmamışdım, özün görürsən ki, sən məni evdə açdın və bir də bizim evdə açdın. Mən heç açılmamışdım, bu bir. İkincisi də ki, bir sizin evdə açıldım, bir də ikinci dəfə açıldım. Heç mən yeri gəlsə açılmamışdım. Niyə gedə bilmirdim ki, ərə? Sən mənim həyatımı qışda məhv eləməsəydin yenidən və bizim evdə yenidən məhv eləməsəydin mən yenidən ərə niyə gedə bilmirdim ki? Tural, mənim həyatımı sən məhv eləmisən də, kim məhv eliyib e ? Elə danışırsan ki Xoşbəxt olur, bizim ailə qurmağa haqqımız yoxdu? Nə var, nə var bizim başıza bir dəfə həyatımızdla bir dəfə bəla gəlib deyə, səhv gəlib deyə. O da heç elə belə bi şey olub. Yəni sən elədiyivt fakt eləməyib. Başa düşdünmü? Mənim başıma daha böyük bəlanı yeri gəlsə sən gətirmisən, məni dekabrda sən açmısan və evdə yenidən sən açdın, dekabrın 1-i açmısan və evdə də bir açmısan. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə zor tətbiq etməklə onunla cinsi əlaqədə olma, və Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olma cinayətlərini törətməsi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır və məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 149.1-ci və 157.1-ci maddələri ilə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.1-ci və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmədəki ifadələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 zorlamadığı və sonuncunun anası ilə birgə yaşadığı mənzilə qanunsuz deyil, zərər çəkmiş Zərərçəkmiş şəxs1 razılığı ilə daxil olması barədə göstərdiklərini ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və təyin oluna biləcək sərt cəzadan yayınmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad etmək üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Tural təqsirli bilindiyi zərər çəkmiş şəxsə qarşı zor tətbiq etməklə onunla cinsi ədaqədə olmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə şəxsiyyətinə uyğun cəza cəza təyin edilməli, Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmdan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olub onların mənzil toxunulmazlığı hüququnu pozmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə isə qanunla müəyyən olunan cinayət məsuliyyətinə cədb etmə müddəti keçdiyindən həmin epizod üzrə Təqsirləndirilən şəxs cəza təyin olunmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə cəza təyin edilməməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi həmin Məcəllənin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyn cinayətlər kateqoriyasına aiddir və təqsirləndirilən şəxslər tərəfindən həmin cinayət əməllərinin törədilməsindən iki ildən artıq bir müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-c maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununda qeyd olunduğu və məhkəmə baxışı nəticəsində müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayətin törədilməsi 13 avqust 2021-ci il tarixə təsadüf edir və məhkəmə hökmü çüxarılanadək Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə nəzərdə tutulan həmin böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki ildən artıq bir müddət keçmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 44.2-ci maddəsində nəzərdə tutulan bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsasların mövcud olmadığını nəzərə alıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə, Azərbaycan Respublikası CM-nin 44.2 və 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 44.2 və 44.2.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış demoqrafik məlumatlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh.70). Daha sonra məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti olmadığını bildirmiş, ondan və gələcək ailəsindən uzaq durmasını tələb etmiş, həmçinin həmin ərizəsində ona vurulmuş 6000 (altı min) manat məbləğində maddi və mənəvi zərəri ödəyəcəyi təqdirdə Təqsirləndirilən şəxs azadlığa çıxmasına etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında barışıq əldə olunmasını təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 149.1-ci maddəsinin sanksiyası daxilində, barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağını nəzərə alır və belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat mərhələsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılması nəzərə alınmalı və Təqsirləndirilən şəxs həbsdə saxlanılmasının əvvəli elə 10 fevral 2022-ci il tarixdən də hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (158.2.1-ci maddə), ev dustaqlığında saxlanıldığı müddət (158.2.2-ci maddə) , …….. daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirdəndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibə bildirib belə nəticəyə gəlir ki, təqsirdəndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəya məhkum olunacağı nəzərə alınmalı və, çıxarılacaq hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı 8750 (səkkiz min yeddi yüz əlli) manat maddi və 20.000 (iyirmi min) mənəvi zərərə görə pul tələbinə dair mülki iddia qaldırmış, iddia ərizəsində tələb olunan iddia məbləğinin təmin edilməsinin əsası kimi Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanda ona qarşı zor tətbiq etməklə iradəsinə zidd olaraq cinsi əlaqədə olmaqla onu zorladığını, hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs1 sağlamlığında ciddi nervoloji problemlər yarandığını, sonuncunun həmin müalicələrinə 5000 manat xərc çəkdiyini, bundan başqa Zərərçəkmiş şəxs1 iş yerini itirdiyini və hər ay orta hesabla əldə etdiyi 1250 manat qazancından məhrum olduğunu, itirilmiş gəlirin 7 ay ərzində 8.750 manat təşkil etdiyini, bundan başqa, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş zərər nəticəsində sonuncunun mənəvi əzab, sarsıntı və iztirab keçirdiyini, mənəvi zərərəin 20.000 manat dyərində qiymətləndirildiyini qeyd etmiş, eyni zamanda mülki iddia ərizəsində Zərərçəkmiş şəxs1 iş üzrə mülki iddiaçı qismində tanınmasını, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurmuş olduğu maddi ziyana görə 8.750 manat və mənəvi ziyana görə 20.000 manat pul məbləğinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmiş və 10 vərəqədən ibarət tibbi sənədləri, iki ədəd tibbi müayinə (MRT) protokolları olan diskləri və Emin Səfərov adlı həkimin vizit kartını iddia ərizəsinə əlavə etmişdir. Qaldırılan mülki iddianın məzmunundan göründüyü kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hadisə baş verən gün yaşadığı ünvanda onunla birgə yaşayan anasınına məxus olan 4000 manat dəyərində qşızıl-zinət əşyalarının da Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını sonradan müəyyən etmişdir. Məhkəmə mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaldırdığı mülki iddia baxılmamış saxlanılmalı və sonuncuya mülki mühakimə icraatı qaydasında məhkəməyə müstəqil müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, təqdim olunan mülki iddia ərizəsində mülki iddiaçı Təqsirləndirilən şəxs tərəfindən törədilən hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs1 sağlamlığında ciddi problemlər yaranması, sonuncunun həmin müalicələrinə 5000 manat xərc çəkməsi, hadisə baş verən gün zərər çəkmiş şəxsin onunla birgə yaşayan anasınına məxus olan 4000 manat dəyərində qşızıl-zinət əşyalarının da Təqsirləndirilən şəxs tərəfindən oğurlanması sonradan müəyyən olunması göstərilsə də, qeyd olunan məbləğlər iddia tələbinə daxil edilməmiş, iddia olunan məbləğ zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, iddia ərizəsində göstərildiyi kimi, 7 ay müddətində işini itirməyə gərə 8750 manat və mənəvi zərərə görə 20.000 manat pulda ehtiva olunmuşdur. Lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 aylıq əmək haqqı və ya sair gəlirləri, həmçinin mənəvi zərərin ölçü meyarı barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona 8750 (səkkiz min yeddi yüz əlli) manat maddi və 20.000 (iyirmi min) mənəvi zərər yetirildiyini təsdiq edə biləcək hər hansı ağlabatan və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Qaldırılan mülki iddiada tələb olunan 8750 (səkkiz min yeddi yüz əlli) manat maddi və 20.000 (iyirmi min) manat mənəvi zərərə görə iddia məbləğinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barışması və ona qarşı hər hansı şikayətinin olmaması barədə məhkəməyə təqdim etdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan ərizədə ona vurulmuş maddi və mənəvi zərərin 6000 (altı min) manat təşkil etdiyini qeyd etmişdir ki, həmin bu hal onun mülki iddia ərizəsində maddi və mənəvi zərərə görə nəzərdə tutduğu iddia məbləğləri ilə ciddi ziddiyyət təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinin tələbləri baxımından baxılan cinayət işi üzrə mülki iddiaya dair məsələni müzairə edib belə nəticəyə gəlir: - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı 8750 (səkkiz min yeddi yüz əlli) manat maddi və 20.000 (iyirmi min) manat mənəvi zərərə görə pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələnin həllini müzakirə edib belə nəticəyə gəlmişdir ki, cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilmiş telefon məlumatları yazılmış 02 ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi 10 fevral 2022-ci il tarixdən hesablansın. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı 8750 (səkkiz min yeddi yüz əlli) manat maddi və 20.000 (iyirmi min) manat mənəvi zərərə görə pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə maddi sübutlar - "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, AZF/LGL-29/22 nömrəli məktubla təqdim edilmiş bir ədəd, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, BKC/LGL-65/22 nömrəli məktubla təqdim edilmiş daha bir ədəd – cəmi 2 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar