Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-620/2023 12.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X5, müdafiəçi - Bakı şəhəri “Alyans” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmuş və ünvan 2 ünvanında yaşamış, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş? hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib satmaq məqsədi ilə “Məmməd” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Məmməd” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 07 sentyabr 2022-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən qoyulmuş içərisində külli miqdarda, ümumi təmiz çəkisi 1690,503 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, ümumi təmiz çəkisi 39,948 qram olan psixotrop maddə metamfetamin olan bağlamanı qanunsuz olaraq götürüb əldə edərək kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə daşıyaraq həmin mənzildə saxlamış, həmin narkotik vasitə olan heroinin 9,752 qram hissəsini ayırıb 02 ədəd sellofan bükümdə qablaşdırmaqla üzərində, 1680,751 qram hissəsini 06 ədəd sellofan bağlamada və psixotrop maddə olan metamfetamini 02 ədəd sellofan bağlamada yaşadığı mənzildə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 sentyabr 2022-ci ildə saat 19:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 42 saylı binanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan 02 ədəd şəffaf rəngli sellofan bağlamaların içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 4,905 qram və 4,847 qram, ümumi təmiz çəkisi 9,752 qram, külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 22:05 radələrində Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə kirayə yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən mənzilin ona məxsus otağında olan dolabın yuxarı hissəsindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1560,0 qram, 26,901 qram, 16,160 qram, 7,695 qram, 44,126 qram və 25,869 qram, ümumi təmiz çəkisi 1680,751 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin yerdən 02 ədəd sellofan bağlamalarda təmiz çəkiləri 34,0 qram və 5,948 qram, ümumi təmiz çəkisi 39,948 qram olan külli miqdarda ağ rəngli kristallik maddə psixotrop maddə olan metamfetamin və həmin otaqda olan masasının üzərindən 02 ədəd, üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, saxlanılan zaman üzərində 2 qram narkotik vasitə olmuş, üzərində olan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Onu 9 sentyabr 2022-ci il tarixdə günorta saat 1 radələrində kirayə qaldığı Qara Qarayev 10 ünvanından çıxarkən blokda tutmuşdurlar. Tutulan zaman üzərində 2 qram narkotik vasitə olsa da, baxış zamanı evindən narkotik vasitə aşkar edilməmişdir. Evdən yalnız narkotik vasitəni istifadə etmək üçün lazım olan əşyalar-ampula, tribuçka və falqalar tapılaraq götürülmüşdür. Həmin əşyalar onun özünə məxsus olmuşdur. Polislər evdən çıxarkən onu saxlamış, sonra evinə baxış keçirmişdirlər. Polislər onu saxladıqda, onun narkotikdən istifadə etməsi barəsində onlara əməliyyat məlumatının daxil olduğunu bildirmişdirlər. Polislər 1-ci ondan harda qaldığını soruşmuş və razılığını almadan onu evə qaldırmışdırlar. O, evdə kirayədə qalmışdır. Polislər evə gəldikdə qapını evin sahibi açmış və evə axtarış zamanı müvafiq evin sahibi də iştirak etmişdir. O, özü narkotik vasitə asılılığından əziyyət çəkir. Polis bölməsində onun üzərinə baxış aparılmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Polislər özləri narkotik vasitəni evdə ona təqdim edərək götürməsini tələb etmişlər. Polis bölməsində üzərinə nə qədər narkotik vasitə qoyduqlarının dəqiq miqdarlarını bilmir. Polislər yükləmə üsulu ilə üzərində olan narkotik vasitənin miqdarını artırmışdırlar. Təhqiqatçıya isə narkotiki özü üçün götürdüyünü demişdir. Narkotiki öz istifadəsi üçün Məmməd adlı şəxsdən götürmüşdür. Məmməd adlı şəxsin haranın vətəndaşı olduğunu bilmir. Məmmədlə “instagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Məmməd adlı şəxsdən öz istifadəsi üçün 2 qram narkotik vasitə almışdır. İttiham aktında göstərilən narkotikin miqdarı ilə razı deyil, həmin yazılan çəkiyə etiraz edir. Onun evindən o qədər narkotik vasitə aşkar edilməmişdir. Evdən aşkar edilən narkotik onun olmamışdır və kimin olduğunu da bilmir. Sənədlərə imza atanda narkotikin təsiri altında olmuş, özündə olmamışdır. “Casino” oyunları oynamış və əlində olan 3-5 manatı ora yükləmişdir. Mobil telefondan istifadə etsə də telefonuna Məmməd adlı şəxsin narkotik göndərməsi bağlı mesajlar gəlməmişdir. Evdən axtarış zamanı narkotik vasitə aşkarlanmamışdır.. O, hal-hazırda işləmir. Maddi cəhətdən köməyi yoxdur. O, tutulmamışdan öncə çay evində işləmişdir. Onun əmək haqqı 450 manat olmuş, 70 manatı kirayəyə vermişdir. Yaşadığı ev iki otaqlı olmuş, otağın birində o, digərində ev sahibi qalmışdır. 4-5 ildir ki, narkotik vasitə istifadə edir və bununla bağlı müalicə də almışdır. Ağrıları olduğuna görə hər gün, gündə bir qram heroindən istifadə etmişdir. Narkotik vasitənin 1 qramını 17 manata əldə etmişdir. Çayxanada işləyərkən ona arada bəxşiş də vermişdirlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, təxminən 9 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Təxminən 5 gün bundan öncə “instaqram” sosial şəbəkəsində Məmməd adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Məmməd ilə narkotik və psixotrop maddələr barədə danışdıqda sonuncu ona bununla bağlı olaraq iş qurmağı təklif etmişdir. Aralarında olan razılığa əsasən o Məmmədin dediyi yerdən narkotik vasitə və ya psixotrop maddəni götürüb digər bir yerə qoymalı olmuşdur. Məmməd ilə danışdıqdan sonra onlar mobil nömrələrini götürüb bir-birilərinə ilə “whatsapp” vasitəsilə əlaqə saxlamışdırlar. Məmməd “whatsapp” vasitəsilə narkotik vasitə və ya psixotrop maddəni götürməli olduğu yerin şəklini və məkanını ona göndərmiş, o da həmin yerdə qeyd olunanları götürərək Məmmədin ona göndərdiyi yerə qoymuşdur. Hər hansı bir yerdən götürüb digər yerə qoyduğu maddənin hər qramına görə iranlı ona 2 manat məbləğində pul ödəmişdir. Yəni 50 qram miqdarında narkotik vasitə və ya psixotrop maddəni daşımağı müqabilində Məmməd ona 100 manat pul ödəmişdir. Qeyd etdiyi işlə bağlı çəkdiyi taksi, yemək xərclərini özü qarşılamışdır. Məmməd ilə tanış olandan təxminən 2-3 dəfə onun üçün iş görmüşdür. 07 sentyabr 2022-ci il tarixdə Məmməd Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən bir yerin fotoşəklini və məkanını ataraq həmin yerdən heroin və metamfetamin götürməyi bildirmişdir. O da tanımadığı bir taksi ilə ora getmiş və qeyd olunan maddələri oradan götürüb yaşadığı ünvan 2 ünvanına getmişdir. O təxminən 1 aydan çoxdur ki, həmin ünvanda kirayədə yaşayır. Həmin ev Şahid5 məxsusdur. Teymuru 8 aydır ki, tanısa da həmin evin bir otağını təxminən 1 aydan çoxdur ki, 70 manata kirayəyə götürərək orada yaşayır. Evdə olarkən Məmmədin ona göndərdiyi heroinin 8 bükümdə, metamfetaminin isə 2 bükümdə olduğunu görmüşdür. Həmin maddələrin bir hissəsini istifadə edəcəkmiş, bir hissəsini Məmmədin ona bildirəcəyi yerə qoyacaqmış, bir hissəsini isə özü üçün satacaqmış. Məmmədə ödəməli olduğu məbləği isə sonuncunun ona deyəcəyi kart hesabına göndərəcəkmiş. 09 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 42 saylı binanın önündə dayandığı zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək onu polis şöbəsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 25-ci Polis Şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti aydınlaşdırılarkən bildirmişdir ki, yazıb oxumağı bacarır. Cinayət işi materiallarında olan sənədlərdəki imzalar ona məxsusdur. Lakin istintaq zamanı sənədlərə imza çəkən zaman özündə olmamış, narkotik vasitənin təsiri altında olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, onlara xidməti ərazidə bir neçə şəxsin narkotik vasitələrinin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, əməliyyat məlumatı gecə saatlarında məhlədə bir neçə nəfərin səs-küy salması ilə bağlı olmuşdur. Əməkdaşlar xanıma yaxınlaşaraq onu saxlamışdırlar. İlk öncə xanım üzərindən narkotik vasitə aşkar edilmişdir. Narkotikin miqdarı yadında deyildir. Sonra özü də etiraf etmişdir ki, yaşadığı evdə də narkortik vasitə vardır. Təhqiqatçı gəldikdən sonra şəxsin evinə baxış keçirmiş və narkotik vasitə aşkarlamışdırlar. Əməliyyat məlumatında bir neçə şəxsin narkotik vasitə satması ilə bağlı məlumat olmuşdur. Şəxsin üzərindən dəqiq nə qədər narkotik vasitə aşkar edildiyini xatırlamır. Təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı ilk dəfə daxil olmuşdur. təqsirləndirilən şəxs onların ərazisində yaşamır və onu əvvəllər tanımamışdır. Şəxsi şöbənin yaxınlığında adını təxmini xatırladığı Kamil Balakişiyev küçəsində saxlamışdırlar. Şəxsin yaşadığı ünvan barəsində sonradan məlumat almışdırlar. Şəxsin özündən başqa əlbir olduğu iki nəfər də saxlanılmışdır. Şəxs özü də narkotik vasitə satdığını etiraf etmişdir. Xanımı çöldə saxlamış, sonra isə evə daxil olan zaman həmin 2 nəfər şəxsi də götürərək izahatlarını almış və istintaqa təhvil vermişdirlər. Şəxsi axtarış və götürmə zamanı o, şahid qismində çıxış etmişdir. Onlar evə daxil olduqda şəxs narkotik vasitənin yerini göstərərək həmin narkotik vasitənin evdə olan şəxslərə aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili işləyən polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs haqqında əməliyyat məlumatı ilk dəfə daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxsi blokun qarşısında saxlanmışdır. Üzərindən aşkar edilmiş 2- 3 büküm narkotik vasitə zakladkaya qoymaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs saxladıqda, o əməkdaşlara qarşı tabesizlik göstərməmişdir. Təqsirləndirilən şəxs evinə baxış zamanı o da iştirak etmişdir. Evdə taksi sürücüsü və Teymur adlı şəxs olmuşdur. Taksi sürücüsünün adını bilmir. Şəxsin yaşadığı evdən narkotikə bənzər maddə aşkarlanmışdır. Narkotik vasitəni saxlanılan şəxs özü təqdim etmişdir. Dəqiq miqdarını xatırlamasa da aşkar edilən narkotik vasitə bükümlər halında olduğu yadındadır. Təqsirləndirilən şəxs narkotik vasitəni iranlıdan satış məqsədilə aldığını bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahidlər Şahid4 və Şahid1 ibtidai istintaq dövründə verdikləri ifadələrdən görünür ki, onlar məhkəmə iclasında dindirilən Şahid3 və Şahid2 ilə eyni məzmunda ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, dükana siqaret almaq üçün düşmüş, məhlədə, blokda polis əməkdaşlarının olduğunu görmüşdür. Günay xanım da polis əməkdaşları ilə birlikdə yuxarı qalxmış və polislər evə baxış keçirmişdirlər. O, otağın birini təqsirləndirilən şəxsə kirayəyə vermişdir. Həmişə o otaqda oğlanlar qalmış, sadəcə oğlanlardan biri çıxdığına görə otağı Günay xanıma kirayəyə vermişdir. Hadisə baş vermədən 2 ay əvvəl o, Günay xanımı tanımışdır. Günay xanımı tanıdığı gündən 1 ay sonra kirayəylə bağlı müraciət etmiş, tələbələr qalan otağı Günay xanıma kirayəyə vermişdir. Günay xanımın nə işlə məşğul olması və qazancının mənbəyi barədə məlumatı yoxdur. Günay xanım ona kirayəyə verdiyi otaqda qalanda Elçin adlı şəxs onun yanına iki dəfə gəlmişdir. Günay xanım yanına gələnlərin onun tanışı olduğunu bildirmişdir. Elçin adlı şəxs Günay xanımın evində qalmamış, onun yanına gələndə 2 dəfə çay içmiş, çörək yemiş, o da onlarla bir dəfə oturmuşdur. Günay xanımı narkotik vasitə isifadə edən zaman görmüşdür. Onun kirayəyə verdiyi otaqda Günay xanımı narkotik vasitə istifadə edən zaman görmüşdür. Günay xanım narkotik vasitəni nəfəsinə çəkərək istifadə etmişdir. Günay xanım narkotik vasitənin heroin növündən istifadə etmişdir. O, narkotik istifadəçisi deyil, izahatda görmüşdür ki, Günay xanım məişət arasında kola adlanan rəsmi adı heroin olan narkotik vasitədən istifadə edir. Günay xanımın onun yanında niyə rahatlıqla narkotik vasitə istifadə etməsinin səbəbini bilmir. O, da narkotik vasitənin dadına baxmışdır, izahatında da vardır. O, evə qalxanda evdə dolabda qabın içərisində narkotik vasitə aşkar edilmişdir. O, yuxarı qalxarkən polislər Günay xanıma narkotik vasitənin harda olması ilə bağlı sual vermiş, o da narkotik vasitənin yerini göstərmişdir. Evdən aşkar olunan narkotik vasitə heroin olmuş, onun miqdarı təxmini bir neçə istifadəlik olmuşdur. Evdən narkotik vasitədən başqa heçnə aşkar edilməmişdir. Onun ünvanı ünvan 6ksələr də miqdarını dəqiq bilməmişdir. Evdən aşkar olunan narkotik vasitənin miqdarı qramla olmuşdur. Günay xanımın üzərində də narkotik vasitə olmuşdur. Lakin onun miqdarını bilmir çünki o, marketdən yuxarı qalxanda onu tutmuşdurlar. Evdən aşkar olunan narkotik vasitə büküm halında olmuş, bir bağlamada olmuşdur. Bükümlərin sayını isə xatırlamır. Polis əməkdaşları videoçəkiliş etmiş, ondan, Şahid6 və Təqsirləndirilən şəxs ifadə almışdırlar. Şahid6 narkotik vasitə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları narkotik vasitəni qablaşdırıb bölməyə aparmışdırlar. Narkotik vasitələrinin istifadəsi üçün nəzərdə tutulan alətlərdən 1 ədəd tərəzi evdə olmuşdur. Təqsirləndirilən şəxsin tərəzini nə üçün istifadə etdiyini bilmir. Evdən aşkar edilən narkotik vasitənin kimə məxsus olduğunu bilir, Günay özü boynuna almışdır. Təqsirləndirilən şəxs kirayə üçün verdiyi 70 manat məbləğində kirayə haqqının tərkibinə kommunal xərclər də daxil olmuşdur. Şəxsin evdə narkotik vasitəni haradan götürməsi ilə bağlı onda məlumat olmamışdır. Belə ki, əksər vaxt işdə olmuş, buna görə evdə olan narkotik vasitədən xəbəri olmamışdır. Günay xanımla birlikdə 1-2 dəfə narkotik vasitə istifadə etmiş, onda da narkotiki üzərindən çıxararaq vermişdir. O, videoçəkilişdə iştirak etmişdir. Evdə olan videoçəkilişdə aşkarlanan narkotikin çəkisini bilmir, təxmini əl qədər olmuşdur. Təqsirləndirilən şəxsi tutulduğu gün görsə də onu həmin gün narkotik vasitə istifadə edən zaman görməmişdir. Həmin gün o da, narkotik vasitələrin təsiri altında olmamışdır. Videoçəkilişdə olan metamfetamini görməmişdir. O, məhləyə siqaret və şirniyyat almağa düşmüş, qayıdanda görmüşdür ki, məhlədə və blokun və mənzilin qarşısında polislər var. Polislər onsuz içəri keçməmiş, blokda olmuşdurlar. Polis əməkdaşlarına qapını o açmış və evdə axtarış etmişdirlər. Məhkəmə iclasında şahidin mənzildən aşkar edilən narkotik vasitənin miqdarı ilə bağlı ifadələri ilə təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirilməsinə dair protokol və həmin istintaq hərəkətlərinin videogörüntülərini əks etdirən DVD disk arasında ziddiyyətlərlə əlaqədar Şahid5 həmin halları unutduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi yaxından tanımır. Dostunun evinə getmiş, təqsirləndirilən şəxs də orda olmuşdur. Günay xanım sonradan evə gəlmişdir. Həmin müddətdə əməliyyatçılar evə gəlmişdirlər. Sözügedən dostunun evdə tək yaşadığını bilirdi. Günay xanımı əvvəllər də görmüşdür. Köməklik etmək məqsədi ilə o evdə qaldığını bilir, kirayəçi olub-olmadığını isə bilmir. Günay xanımın ailəsinin olub-olmaması haqqında məlumatı yoxdur. Bu hadisədən təxmini bir il əvvəldən Günay xanımı tanıyır. Narkotik vasitədən əvvəllər istifadə etmişdir. Rüfət də əvvəllər narkotik vasitədən istifadə etmişdir. Günay xanımı da bir dəfə narkotik vasitədən istifadə edərkən görmüşdür. Günay xanımdan narkotik vasitə almamışdır. Evə baxış keçirilməsində şahid qismində iştirak etmişdir. Axtarış zamanı tapılan qanunsuz vasitənin Təqsirləndirilən şəxs ona məxsus olduğunu demişdir. Aşkar edilən narkotik vasitənin miqdarı çox olmuşdur. Evə ilk dəfə getdiyinə görə otaqların kimə məxsus olduğunu bilməmişdir. Narkotik vasitənin satış məqsədilə əldə edib-etmədiyini isə bilmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, “Günay” adlı şəxsin tam şəxsiyyətini, yaşadığı ünvanı, qanunsuz olaraq narkotik vasitənin olduğu yerləri və əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə “X4 haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 4-5). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokolun məzmunundan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd bükümdə içərisində narkotik vasitə heroin olan bükümləri çıxararaq təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilən zaman, bükümlərin içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlələr olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs 02 ədəd bükümdə olan qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin “Kola” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı heroini özü üçün qramını 17-20 manata aldığını, bundan başqa yaşadığı evdə də, heroin və metamfetamin saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. (cild 1 iş vərəqə 30-31). “Baxış və götürmə aparılması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin ona kirayə verilmiş otağında qəhvəyi rəngli dolabın yuxarı hissəsini göstərərək orada narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, həmin yerdən 1 şəffaf sellofan bağlama və 01 göy rəngli sellofan bağlama, həmin şəffaf rəngli sellofan bağlamanın içərisindən olan 02 ədəd şəffaf rəngli sellofan bağlamalarda kristallik maddə, digər göy rəngli sellofan bağlamanın içərisində isə 06 ədəd şəffaf rəngli sellofan bağlamalarda qəhvəyi rəngli spesifikiyə malik olan maddələr, həmçinin, həmin otaqda masanın üzərindən 02 ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs baxış zamanı həmin maddələrin şüşə və kola olduğunu, qramını 17- 20 manata aldığını,öz istifadəsi və satış məqsədilə həmin maddələri saxladığı, elektron tərəzilərdən isə heroin və metamfetamininin miqdarını bilmək üçün istifadə etdiyini bildirmişdir. Aşkar edilən maddələr götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqə 36-37). 10 sentyabr 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyində qeyd edilmişdir ki, 1 nömrəli zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,905 qram, 4,847 qram ümumi təmiz çəkisi 9,752 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 nömrəli zərfdə açdıqda içərisindən 6 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1560,0 qram, 26,901 qram, 16,160 qram, 7,695 qram, 44,126 qram, 25,869 qram ümumi təmiz çəkisi 1680,751 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 nömrəli zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 34,0 qram, 5,948 qram ümumi təmiz çəkisi 39,948 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 4 nömrəli zərfdə iki ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 8 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 1690,103 qram, metamfetaminin qalıq çəkisi isə 39, 848 qram təşkil etmişdir ( cild 1, iş vərəqə 44-47). “DVD diskə baxış keçirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 09 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd bükümdə içərisində narkotik vasitə heroin olan bükümlərini təqdim etmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı heroini özü üçün qramını 17-20 manata aldığını, bundan başqa yaşadığı evdə də, heroin və metamfetamin saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmiş. Aşkar edilərək götürülmüş 02 ədəd bağlama götürülərək qablaşdırılmışdır. DVD diskdəki ikinci video görüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 09 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən Nizami Rayon Polis İdarəsinin 25-ci PŞ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş,baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evin hansı hissəsində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs evin ona kirayə verilmiş otağında qəhvəyi rəngli dolabın içərisindən 01 ədəd şəffaf sellofan bağlamanı və 01 göy rəngli sellofan bağlamanı təqdim etmiş, şəffaf rəngli sellofan bağlamanın içərisindən olan 02 ədəd şəffaf rəngli sellofan bağlamalarda psixotrop maddə olan metamfetamin, digər göy rəngli sellofan bağlamanın içərisində olan 06 ədəd şəffaf rəngli sellofan bağlamalarda isə narkotik vasitə olan heroin, həmçinin, həmin otaqda masanın üzərindən 02 ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs baxış zamanı heroini və metamfetaminin qramını 17-20 manata aldığını, elektron tərəzilərdən isə heroin və metamfetamininin miqdarını bilmək üçün istifadə etdiyini qeyd etmişdir. Aşkar edilən maddələr götürülərək qablaşdırılmışdır.(cild 1, iş vərəqə 59-60). “Mobil telefona baxış keçirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan və mobil telefona baxış keçirilməsinin videogörüntülərini özündə əks etdən DVD diskdən görünür ki, mobil telefonun “whatsapp” proqramına daxil olduqda orada +**********11 mobil nömrəli “Mehemmed” kimi qeydiyyatda keçirilən şəxslə Təqsirləndirilən şəxs arasında səsli, sözlü və fotoşəkilli mesaj vasitəsilə danışıqlar vardır. Həmin danışıqlarda “Mehemmed” kimi adı yazılan şəxsin Təqsirləndirilən şəxs narkotik və ya psixotrop maddələrin yerləşdirildiyi məkanların dəqiq olaraq ünvanları, həmin məkanların fotoşəkilləri və sözlə dəqiq olaraq həmin maddələrin hara qoyulduğu görünür. Bundan başqa, mobil telefonun qalereya bölümünə daxil olduqda orada narkotik və ya psixotrop maddələrin yerləşdirildiyi məkanların dəqiq olaraq ünvanları, həmin məkanların fotoşəkilləri görünür. Təqsirləndirilən şəxs “Mehemmed” kimi adı yazılan şəxsin Məmməd adlı İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Məmməd “whatsapp” vasitəsilə narkotik vasitə və ya psixotrop maddəni götürməli olduğu yerin şəklini və məkanını ona göndərmiş, o da həmin yerdə qeyd olunanları götürərək Məmmədin ona göndərdiyi yerə qoymuşdur. Hər hansı bir yerdən götürüb digər yerə qoyduğum maddənin hər qramına görə iranlı ona 2 manat məbləğində pul ödəmişdir. 07 sentyabr 2022-ci il tarixdə Məmməd Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən bir yerin fotoşəklini və məkanını ataraq həmin yerdən heroin və metamfetamin götürməyi bildirmişdir (cild 1, iş vərəqə 61-62). 28 noyabr 2022-ci il tarixli məhkəmə psixiatrik ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar edilmir. İttiham olunduğu əməli törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Barəsində tibbi xarekterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 148-149). 23 sentyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 1690,103 qram olan narkotik vasitə - heroin, tədqiqatdan sonra təmiz çəkisi 39,848 qram olan psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, bundan başqa Təqsirləndirilən şəxs məxsus “X11 9” markalı mobil telefonuna baxış keçirilən zaman qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, “X11 9” markalı mobil telefon isə maddi sübut kimi tanınaraq saxlanması üçün Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (cild 1 iş vərəqə 152- 162). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 103). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən əmələ görə cinayət məsuliyyəti həmin əməllər külli miqdarda törədildiyi təqdirdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməsi ilə müşaiyət olunduqda isə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa Cinayət Məcəlləsinin həmin maddələrdə göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin həm 234.4.1, həm də 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin, 2-ci Siyahısının 67-ci bəndinə əsasən-təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə metamfetamin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olduğunu etiraf etsə də, həmin narkotik vasitənin satış məqsədi olmadan əldə edərək daşıdığını bildirməklə evindən aşkar edilən narkotik vasitənin ümumiyyətlə ona məxsus olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, evindən aşkar edilən narkotik vasitənin ümumiyyətlə ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, əvvəla cinayət işi materiallarına əlavə edilən və məhkəmə iclasında bilavasitə tədqiq edilən təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmasına və yaşadığı evə baxış və götürmə istintaq hərəkətlərinə dair video görüntüləri özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə də, heroin və metamfetamin saxladığını bildirmiş, həmin məlumat üzrə Təqsirləndirilən şəxs kirayə yaşadığı evin ona ayrılmış otağında qəhvəyi rəngli dolabın içərisindən 01 ədəd şəffaf sellofan bağlamanı və 01 göy rəngli sellofan bağlamanı təqdim etmişdir. Məhkəmə iclasında dindirilən kirayə verilmiş evin sahibi kimi evə baxış və götürmə istintaq hərəkətinin keçirilməsində iştirak edən Şahid5 isə ifadə verərək bildirmişdir ki, həmin otaqdan yalnız Təqsirləndirilən şəxs istifadə etmiş, onun həmin otaqda narkotik vasitə saxlamasından xəbərsiz olmuşdur. Həmin gün evə polis əməkdaşlarından əvvəl başqa şəxsin və ya şəxslərin daxil olmasını müşaiyət etməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış, həm evə baxış və götürmə istintaq hərəkətlərinin aparılması zamanı evdən aşkar edilən narkotik vasitələrin ona məxsus olması barədə eyniməzmunlu ifadələr verməsini, evin sahibinin narkotik vasitə aşkar edilən otaqdan yalnız Təqsirləndirilən şəxs istifadə etməsini, həmin gün evə polis əməkdaşlarından əvvəl başqa şəxsin və ya şəxslərin daxil olmasını, evə baxış keçirən polis əməkdaşlarının əllərində sellofan torba və ya hər hansı bağlama gətirməsini müşaiyət etməmələri barədə Şahid6 Surqət oğlu və Şahid5 ifadələrini nəzərə alaraq hesab edir ki, Gunay Məmmədovanın kirayə qaldığı evdən aşkar edilən ümumi təmiz çəkisi 1680,751 qram təşkil edən heroin və 39,948 qram təşkil edən metamfetaminin ona məxsus olması işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilən narkotik vasitə heroinin 1690,503 qram, yəni şəxsi istehlak miqdarının artıq miqdarının yuxarı həddindən təxmini olaraq 11270 dəfə, metamfetaminin isə 266 dəfə artıq olması, evindən iki ədəd elektron tərəzinin qablaşdırılaraq götürülməsi, sonuncunun barəsində şəxsi axtarış, yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı, habelə məhkəməyədək icraatda verdiyi ifadələrdən də göründüyü kimi üzərindən və evindən aşkar edilən narkotik vasitənin öz istifadəsi və satış məqsədilə qramını 17-20 manata əldə edərək saxlaması, habelə aylıq əmək haqqının 450 manat təşkil etdiyi, həmin haqqın 70 manatını kirayə haqqı ödədiyi təqdirdə hər gün gündə bir qram heroin istifadə etməsi hallarının həmin narkotik vasitənin özü tərəfindən pul verilərək alınması imkanlarını aradan qaldırması hallarını, o cümlədən Məmməd adlı şəxslə mütəmadi olaraq danışmaqla sonuncunun göndərdiyi fotoşəkil vasitəsilə narkotik vasitələri yerləşdirməsi barədə danışıqları özündə əks etdirən təqsirləndirilən şəxsə məxsus mobil telefonundan aşkar edilmiş məlumatları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur.Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 09 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 86-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. 10 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 143-144). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1690,103 qram təşkil edən narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq çəkisi 39,848 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və yaşadığı mənzilə baxış zamanı qeydə alınmış video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus “X11 9” markalı mobil telefonuna baxış keçirilən zaman qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “X11 9” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 44-47). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən, məhkəmə zamanı “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 24 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Alyans” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 144 (bir yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi ) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1690,103 qram təşkil edən narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq çəkisi 39,848 qram təşkil edən psixotrop maddə metamfetamin, iki ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış zamanı qeydə alınmış video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, “X11 9” markalı mobil telefonuna baxış keçirilən zaman qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. - “X11 9” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına vəkil X6 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 24 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Alyans” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 144 (bir yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-620/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-620/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver