Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-621/2020 22.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oglundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Saatlı rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Cəbrayıl rayonu, Hacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Hacılı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 72, mənzil 20-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında küt alətlə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 10:30-da idarə etdiyi ona məxsus “Hyundai Accent” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı Bakı “Asan xidmət” mərkəzinin inzibati binasının qarşısında piyadaların gediş-gəlişinə maneəçilik yaradan yerdə saxladığından həmin vaxt oradan keçmək istəyən tanıdığı piyada Zərərçəkmiş şəxs bu barədə iradına nalayiq ifadələrlə cavab verib, sonuncu isə «qabiliyyətin olsaydı işin olardı, taksi sürücüsü işləməzdin” ifadəsinə və Zərərçəkmiş şəxs ona sillə vurmasına əsəbləşərək, zərərçəkmişin qanunsuz hərəkətlərinin təsiri altında aralarında baş vermiş mübahisə zamanı, mübahisəni davam etdirmək üçün Zərərçəkmiş şəxs “Hyundai Accent” markalı, “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib avtomobili Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə «Azad Azərbaycan» telekanalı istiqamətində hərəkət edərkən ünvan 1 ünvanda yerləşən “Orxan Market” in qarşısında saat 10:30-da avtomobilin içərisində naməlum küt alətlə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmaqla sonuncuya baş beynin yüngül dərəcəli əzilməsi, hər iki təpə sümüyünün çoxsaylı qəlpəli xətti sınıqları, hər iki təpə nahiyəsində solda daha çox olmaqla epidural hematoma, hər iki alın payında hemorragik əzilmə sahələri, hər iki alın nahiyəsində yumşaq toxumalarının əzilməsi və dərialtı hematoması ilə müşayiət olunan qapalı kəlləbeyin travması kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Hyundai-Accent” markalı, “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 3 saylı “Asan Xidmət” in girişində dayanıb taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Çox vaxt orada dayandığından “Asan xidmət” də çalışan əməkdaşların bir çoxunu üzdən tanıyır. xx.xx.2020-ci il tarixdə saat təxminən 11.00 radələrində o, 3 saylı “Asan xidmət” in inzibati binasının girişində dayanmışdır. Həmin vaxt orada sıxlıq olduğundan avtomobili arxasında olan avtomobilə bir az sıx saxlamışdır. Bu vaxt tanıdığı “Asan Xidmət” in əməkdaşı olan Zərərçəkmiş şəxs onun avtomobilinin arxasından keçib gedəndə əynində olan paltarları toza bulaşdığından ona iradını bildirərək keçib getməsi üçün avtomobili adam kimi saxlamağını bildirmişdir. O, Əşrəfə sıxlıq yarandığından məcburiyyət qarşısında qalaraq müvəqqəti avtomobili həmin yerdə saxladığını demişdir. Bu vaxt Əşrəf ona “yönlü adam olsanız taksi sürücüsü olmazdınız” cavabını vermiş və aralarında sözlə mübahisə yaranmışdır. Əşrəf ona çox aqresiv davranmış və ona yaxınlaşıb sillə atsa da sillə ona dəyməmiş, lakin barmağı onun gözünə toxunmuş, lakin o, heç bir zədə almamışdır. Həmin vaxtı orada olan “Asan Xidmət” in əməkdaşları, taksi sürücüləri onları aralaşdırmış və dalaşmaqlarına imkan verməmişlər. Lakin buna baxmayaraq Əşrəf təkrar onun üzərinə gələrək, avtomobilinin qabaq qapısını açaraq qabaq oturacaqda əyləşmiş və ona avtomobili sürüb gedib başqa yerdə söhbəti davam etdirmələrini bildirmişdir. Həmin vaxt qardaşı Əfqan maşının açarını ondan alıb ki, heç yerə getməsin, lakin Əşrəf avtomobildən düşmədiyi üçün o, açarı qardaşından alıb avtomobili işə salıb oradan uzaqlaşmışdır. Qardaşı Əfqan “Asan Xidmət” in qarşısında mağazada işləyir. O, da avtomobili işə salıb, insanların olmadığı yerə, yəni Yasamal rayonu, Şərifzadə küşəsində yerləşən 16 nömrəli binanın həyətində olan avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş qarajların qarşısına sürmüşdür. Maşında ondan və Əşrəfdən başqa heç kəs olmamışdır. Orada avtomobili saxlayandan sonra Əşrəfin avtomobilin qapısını açaraq onun tərəfə keçdiyni görüb, o da avtomobildən yerə düşmüşdür. O, Əşrəfi itələmiş və bu vaxt Əşrəf müvazinətini saxlaya bilməyib arxası üstə yerə yıxılıb, başı yerdə olan asfalt beton qırıntılarının üzərinə dəymişdir. O, Əşrəfi vurmamış, onu itələyəndə o yerə yıxılmışdır. O, Əşrəfin yerə yıxıldığını və onun huşsuz vəziyyətdə olduğunu, dilinin qatlandığını görub ona ilkin tibbi yardım göstərərək qatlanmış dilini çölə çıxartmışdır. Sonra qardaşı Əfqana zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra oraya qardaşı Əfqanla bir yerdə Xalid, bacısı oğlu Natiq və Əşrəfin iş yoldaşı Hüseyn də gəlmişlər. Bundan sonra onlar Əşrəfi avtomobilə qoyub “UNİ kilinika”ya gətirmişlər. Orada onun müalicəsi üçün Neyrocərrahiyyə xəstəxanasına aparmaq məsləhət görüldüyündən TTYX-nın avtomobili ilə Əşrəfi Əhmədli qəsəbəsində yerləşən Respublika Neyrocərrahiyyə xəstəxanasına aparmışlar. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, təxminən 3-4 ildir ki, həmin yerdə maşını saxlayıb müştəri gözləmişdir. Həmin dövr ərzində onun heç kəslə heç bir söz-söhbəti olmamışdır. Həmin gün xəstəxanada olan xəstə xərclərini o çəkmiş, sonra zərərçəkmiş şəxsin qohumları xəstəxanaya gəlib narazılıq etdiklərindən söz-söhbət olmaması üçün oradan çıxmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin oktyabr ayının 02-dən Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiya üzrə dövlət agentliyinin tabeliyində olan monitorinq mərkəzində aparıcı məsləhətçi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə o, həkimdən uroloji müayinədən keçmək üçün klinikaya gedərkən 3 saylı “Asan Xidmət” mərkəzinin girişində, 3 saylı “Asan Xidmət” mərkəzinin əməkdaşı Hüseynlə rastlaşmışdır. O, Hüseynlə hal-əhval tutub hara getməsini soruşmuşdur. Hüseyn ona telefon almağa getdiyini demişdir. O, Hüseynə həkimə gedəcəyini və əlindəki bağlamanı ora çağırdığı taksi ilə yola saldıqdan sonra onunla birlikdə telefon almağa gedəcəyini demişdir. O, bağlamanı yola saldıqdan sonra avtomobillərin arasından keçəndə avtomobillərin arasından keçmək ona çətinlik yaratdığından üzdən taksi sürücüsü kimi tanıdığı Namiqə rahat keçmək üçün avtomobili bir az qarşıya sürüb saxlamağını bildirdikdə Namiq ona qarşı nalayiq ifadə işlətmişdir. O da cavab olaraq Namiqə “qabiliyyətin olsaydı işin olardı taksi sürücüsü işləməzdin” sözlərini demişdir. Bundan sonra o, oradan kənarlaşıb yoluna davam etmək istədiyi zaman Namiq avtomobildən düşüb onun arxasınca nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. O, Namiqin söyüşlərinin qarşısını almaq məqsədi ilə ona tərəf çevrilmiş və «ağzının danışığın bil» demişdir. Bu zəmində aralarında sözlə mübahisə yaranmışdır. Namiq ona təklif edərək burada deyil kənar yerdə söhbətlərini davam etdirmək üçün avtomobilinə əyləşməyini təklif etmişdir. O da Namiqin avtomobilinə əyləşmişdir. O, avtomobilə əyələşib təqsirləndirilən şəxslə ona görə gedib ki, iş yerinin qarşısı olduğundan orada iş yoldaşlarının onun kiminləsə dava etməyini görməsini istəməmişdir. Onlar “Asan xidmət” in qarşısından üzü “Azad Azərbaycan Televiziyası” istiqamətinə doğru getdikləri zaman Namiq sükan arxasında ona əl-qol ataraq ünvanına nalayiq ifadələr işlətmişdir. O, həmin vaxt avtomobildə qabaq oturacaqda əyləşdiyi vəziyyətdə maşından düşmək üçün qapını açmaq istəyərkən başı nisbətən Namiqə doğru yönəldiyi vəziyyətdə Namiq onun baş nahiyəsinə görmədiyi hansısa bir alətlə zərbə vurmuşdur. Zərbədən o, huşunu itirmişdir. Gözünü açanda xəstəxanada olduğunu görmüşdür. O, avtomobildən yerə düşməmiş həmin xəsarəti Namiq avtomobildə olduğu zaman başının təpə nahiyəsinə hansısa küt bir alətlə vuraraq xəsarət yetirmişdir. O, başından 1 dəfə zərbə aldıqdan sonra huşunu itirmiş, neçə dəfə zərbə vurulmasını bilməmişdir. Namiqin məsuliyyətdən yaxa qurtarmaq üçün istintaqa verdiyi ifadəsində Namiqin maşından düşərək yumruqla onu vurduğu zərbədən yerə yıxılaraq başının daşa dəyməsi barədə verdiyi ifadəsi yalandır. Xahiş edir təqsirləndirlən şəxsə qanuna müvafiq cəza verilsin. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, dostuna taksi ilə Şəki halvası göndərmək üçün çıxmışdır. O, rəhbərlikdən həmin gün işdən çıxmağı üçün icazə almışdır. O, “Asan Xidmət” dən çıxandan sonra yolu piyada keçidindən keçməmişdir. “Asan Xidmət” in qarşısında piyada keçidi yoxdur. “Asan Xidmət” in qarşısında taksilər dayanır. Taksilərin “Asan Xidmət” in qarşısında dayanmasına etirazını oranın rəhbərliyinə bildirməmişdir. Məhkəmənin sonrakı iclaslarında Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etməsini, dəymiş zərərin ödənməsini, ondan heç bir maddi və mənəvi tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin iyul ayından 3 saylı Bakı “Asan Xidmət” mərkəzində baş məsləhətçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs da 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin binasında 4-cü mərtəbədə yerləşən “Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiya üzrə dövlət agentliyi” nin tabeliyində olan monitorinq mərkəzində məsləhətçi işləyir. Təqsirləndirilən şəxs “Asan xidmət” açılandan taksi fəaliyyəti ilə məşğul olur və o həmişə 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin qarşısında dayanır. Təqsirləndirilən şəxsi tanısa da onunla heç bir əlaqəsi olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təximən 10:20 radələrində o, işə gəlmişdir. Həmin vaxt Əşrəflə rastlaşmış və Əşrəflə rastlaşanda əlində bir sellofan paketin olduğunu görmüşdür. Əşrəf həmin paketi qohumuna göndərəcəyini bildirmişdir. O da Əşrəfə az sonra özünə telefon almaq üçün şəhərə çıxacağını, vaxtı olarsa onunla birgə getməyini Əşrəfə demişdir. Əşrəf ümumi müayinədən keçmək üçün onunla birgə kilinikaya getməyini, oradan da onunla gedib telefon almaqlarını təklif etmiş, o da razılaşmışdır. Bundan sonra çölə çıxmışlar. «Asan xidmət»in qarşısında Təqsirləndirilən şəxs öz avtomobilini mərkəzin qarşısında və arxasında dayanmış avtomobillərə sıx saxladığından oradan keçmək onlara çətinlik yaratdığından o, Namiqin avtomobilinin qarşısından birtəhər keçmiş, lakin Əşrəf keçəndə şalvarı avtomobilin tozuna bulaşdığından Əşrəf fırlanıb arxa tərəfdən keçib, üzünü Namiqə tutaraq vətəndaşların oradan rahat keçmələri üçün avtomobili bir az qarşıda saxlamasını demişdir. O, da həmçinin Namiqə öz iradını bildirmişdir. Namiq onlara gedin başqa yerdən keçin deyə cavab vermişdir. Bu vaxt onların arasında sözlə mübahisə yaranmış, Namiq nalayiq ifadə işlədərək yenə də yaxşı edib burada avtomobili saxladığını demişdir. Bundan sonra Əşrəf ona «sən qabiliyyətysiz adamsan, qabiliyyətin olsa belə danışmazsan» demişdir. Daha sonra Namiq Əşrəfin üstünə gəlmiş və onlar bir-birinin yaxasından tutub dartışmışlar. Orada olanlar onları aralaşdırmışlar. Sonra Namiqin qardaşı Əşrəfi oradan aralayıb “Asan Xidmət” in binasına aparmaq istəyəndə Namiq nalayiq söyüş işlətmişdir. Ona görə də Əşrəf Namiqi vurmaq üçün yumruq atmış, lakin yumruq Namiqə dəyməyib, o zərbədən yayınmışdır. Namiqin qardaşı Əşrəfi sakitləşdirib, “Asan Xidmət” in inzibati binasına aparmış, o da “Asan Xidmət” in binasına girmək istəyəndə Əşrəfin binadan çölə çıxmaq istədiyini görmüşdür. O, Əşrəfdən içəri keçməyini xahiş etsə də Əşrəf həkimə getdiyini bildirmişdir. O da Əşrəfə qoşulub binadan çıxıb Namiqin avtomobilinin yanından keçib gedəndə Namiq avtomobilinin qabaq sərnişin tərəfindən şüşəsini açaraq sükan tərəfdən əyilərək Əşrəfə aralarında olan söhbəti davam etdirmək üçün avtomobilinə əyləşməyi Əşrəfə demişdir. Əşrəf də gedib Namiqin avtomobilinə qabaq sərnişin oturacağında əyləşmişdir. O, Əşrəfə yaxınlaşaraq getməməsini xahiş etsə də, Əşrəf ona narahat olmamağını, Namiqlə sadəcə söhbət edəcəyini demişdir. Həmin vaxt Namiqə də bu məsələni şişirtmək lazım olmadığını bildirmişdir. Həmin vaxt orada olan Namiqin qardaşı Əfqan Namiqin avtomobilinin açarını üzərindən çıxarmışdır ki, onlar oradan heç yerə getməsinlər. Buna baxmayaraq Namiq açarı Əfqanın əlindən alıb Əşrəflə sadəcə söhbət edib gələcəyini bildirmişdir. O da orada taksi fəaliyyəti ilə məşğul olan Namiqin bacısı oğlunun avtomobilinə əyləşib onların arxasınca sürməyini xahiş etmişdir. Onlar Namiqin avtomobilinin arxası ilə gedəndə Namiqin avtomobili gözdən itdiyindən onların izlərini itirmişlər. Biraz keçmiş Namiqin qohumuna zəng gəlmiş və Namiq “Azad Azərbayacan” telekanalının arxasında olmasını bildirmişdir. Onlar “Azad Azərbayacan” telekanalının arxasını axtaranda avtomobil qarajlarının yanına çatanda Namiqin avtomobilinin yanında, Əşrəfin isə yerdə uzanmış vəziyyətdə olmasını, Namiqin əli ilə onun ağzından dilini çıxarmasını görmüşdür. Namiqin qardaşları da oraya gəlmişlər və Əşrəfi Namiqin qohumunun avtomobilinə qoyub “UNİ kilinika” ya gətirmişlər. Orada onun müalicəsi üçün Neyrocərrahiyyə xəstəxanasına aparmaq məsləhət görüldüyündən TTYX-nın avtomobili ilə Əşrəfi Əhmədli qəsəbəsində yerləşən Respublika Neyrocərrahiyyə xəstəxanasına aparılmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, “Asan Xidmət” in qarşısında piyada keçidi yoxdur. Yalnız, “Asan Xidmət” lə üz-üzə dayananda sağ tərəfdə işıqfordan keçmək olur. Mübahisədən sonra Əşrəfi içəri aparmışlar, lakin Əşrəf yenidən bayıra çıxmışdır. O da Əşrəfə bir azdan çıxıb getmələrini bildirmiş, lakin Əşrəf içəri keçən kimi yenidən çölə çıxdığında Namiq ona maşına oturub gedib söhbət etmələrini demişdir. O, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi nə ilə vurduğunu bilmir. Onlar ora çatanda hər ikisi maşından kənarda olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Özünə məxsus “Nissan Sunny” markalı, “**-NJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə adətən müştəri gözləmək üçün Yasamal rayonu, Şərifzadə küçəsi 39 ünvanında yerləşən 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin inzibati binasının qarşısında dayanır. Onunla birlikdə orada adətən tanıdığı Təqsirləndirilən şəxs, onun bacısı oğlu Şahid4 də həmin yerdə avtomobillə dayanıb taksi fəaliyyəti ilə məşğul olurlar. Həmçinin Namiqin qardaşları Əfqan və Xalid “Asan Xidmət” lə üzbəüz yerləşən 5 mərtəbəli binanın zirzəmisində mağazalarda işləyirlər. O və digər taksi sürücüləri yolun kənarında dayanmış avtomobillərə və piyadalara maneçilik yaratmamaq üçün öz avtomobillərini yolun kənarında 2-ci və 3-cü cərgədə saxlamışlar, lakin Bakı Nəqliyyat Agentliyinin əməkdaları ora gələndə məcbur olub avtomobilləri yolun kənarında birinci cərgəyə yerləşdirib saxlayırlar. xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində Bakı Nəqliyyat Agentliynin əməkdaşları orada olduğundan Namiq öz idarə etdiyi avtomobilini 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin inzibati binasının qarşısında birinci cərgədə - orada dayanan avtomobillərin arasında yerləşdirib saxlamışdır. O, avtomobildə oturmuşdur. Həmin vaxt üzdən tanıdığı “Asan Xidmət” in əməkdaşları hadisədən sonra adlarını bildiyi Hüseyn və Əşrəf “Asan Xidmət” in inzibati binasından çıxıb Namiqin avtomobilinin yanından keçdikdən sonra Namiq ilə Hüseyn zarafatlaşaraq bir-biri ilə söhbət etmişlər. Bu vaxt Əşrəf Namiqə avtomobili pis saxlamasını ona irad tutaraq şalvarının avtomobilə toxunub batdığını demişdir. Namiq də ona burada avtomobili 2 dəqiqəlik saxladığını deyib indi oradan çəkəcəyini bildirmişdir. Bundan sonra onların söhbətinə fikir verməmişdir. X8 mübahisə etmələrini görmüşdür. Ona görə də, avtomobildən düşüb onlara yaxınlaşmışdır. Həmin vaxt Əşrəfin Namiqə “sən yaxşı oğlan olsan taksi sürücüsü işləmərsən” deməsini eşitmişdir. Namiqlə Əşrəf mübahisə etmək istəyəndə ora yaxınlaşan Əfqan, Natiq, Hüseyn və digər tanımadığı şəxslər Əşrəflə Namiqi sakitləşdirmişlər və onları mübahisə etməyə qoymamışlar. Orada olan şəxslər hamısı Əşrəfə düzgün söhbət etmədiyini bildirmişlər. Əşrəf Namiqə dediyi sözü inkar etdiyindən Namiq bu sözün Əşrəf tərəfindən deyildiyini təsdiqləmək üçün nalayiq ifadə işlətmişdir. Bundan sonra Əşrəf Namiqin üstünə hücüm edərək ona yumruq atmış, lakin yumruq Namiqə dəyməsə də, barmağı Namiqin sol gözünə dəymişdir. X13 sakitləşdirib, Əşrəfi “Asan Xidmət” in İnzibati binasına aparmışlar. Namiq isə avtomobilinə əyləşmişdir. X10 avtomobilinə yaxınlaşdığını və avtomobilinə əyləşdiyini və Namiqin isə avtomobili həmin yerdən sürüb getdiyini görmüşdür. Əşrəf və Namiq avtomobilə oturub oradan gedəndə Natiq idarə etdiyi avtomobilə oturub onların dalınca getmək istəyəndə Hüseyn də onun avtomobilinə oturmuş və o da öz idarə etdiyi avtomobilə oturub onların arxasınca getmiş, lakin Namiqlə Əşrəfin hara getdiklərini itirdiyindən geriyə “Asan Xidmət” in qarşısına qayıtmışdır. Bu vaxt Namiqin qardaşı Xalid Əfqanla birlikdə Xalidin idarə etdiyi avtomobillə harasa surətlə getməsini görüb, onların Namiqin olduğu yerə getdiyini başa düşüb o, Natiq və Hüseyn avtomobilə əyləşib arxaları ilə getmişlər. “Azad Azərbaycan” Telekanılın arxasına tərəf keçəndə onlar məhlənin içərisinə girib hadisə yerinə çatanda Əşrəfin yerə uzanmış və huşunu itirmiş vəziyyətdə olmasını, dili qatlandığından Namiqin əli ilə onun dilini çölə çıxarmağa cəhd göstərməsini görmüşdür. Onlar Əşrəfə yardım edib su verib birtəhər Əşrəfi ayıltmışlar. Əşrəfin başının arxa hissəsinin qan olmasını görmüşdür. Əşrəfi ayıltdıqdan sonra onu Natiqin idarə etdiyi avtomobilə qoyub xəstəxanaya aparmışlar. O, oradan “Asan Xidmət” in binasının qarşısına gəlmiş və sonra Natiqə zəng edib harada olmalarını soruşmuşdur. Natiq ona Yasamal rayon ərazisində yerləşən “UNİ” kilinikasında olduqlarını demiş və o da oraya getmişdir. Oradan TTYS-nın avtomobili ilə Əşrəfi Neyrocərrahiyə xəstəxanasına aparmışlar. Hadisədən sonra Namiqlə söhbət zamanı Namiq ona Əşrəfin sifət nahiyəsindən bir dəfə yumruqla vuran zaman, Əşrəf arxası üstə yerə yıxılmış və başı yerdə olan daş parçalarına dəyərək xəsarət aldığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, mübahisədən sonra Zərərçəkmiş şəxs işlədiyi idarəyə içəri keçirilsə də, o, dərhal geri qayıdıb yenidən mübahisəni davam etdirmişdir. “Asan Xidmət” in qarşısında piyada keçidi yoxdur. O, təxminən 5-6 ildir ki, həmin yerdə taksi fəaliyyəti ilə məşğul olmaq üçün dayanır. “Asan Xidmət” in rəhbərliyi heç vaxt taksi sürücülərinə orada dayanmaqlarına irad bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2,Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid5 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ekspertiza rəyini o tərtib etmiş və aşağıdakı qənaətə gəlmişdir: Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, hər iki təpə sümüyünün çoxsaylı qəlpəli xətti sınıqları, hər iki təpə nahiyəsində, solda daha çox olmaqla epidural hematoma, hər iki alın payında hemorragik əzilmə sahələri, hər iki alın nahiyəsində yumşaq toxumaların əzilməsi və dərialtı hematoması bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2020-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmuşdur. Xəsarətlər Zərərçəkmiş şəxs dediyi kimi başına (təpə nahiyəsinə) bərk küt alətlə vurulma nəticəsində törənə bilərdi. Xəsarətlərin vət Zərərçəkmiş şəxs baş nahiyəsinə bir və ya bir neçə yumruq zərbəsi nəticəsində, eləcədə, arxası üstə yerə yıxılması nəticəsində törənə bilməsi inkar olunur. Yumruq nəticəsində yarana biləcəq xəsarət deyil. Avtomobilin içərisində qabaq oturacaqda oturarkən başını nisbətən aşağı saldığı zaman sürücünün sükan arxasında oturduğu vəziyyətdə sağ tərəfində qabaq oturacaqda əyləşən şəxsin başına hansısa bir alətlə vurması nəticəsində əmələ gələ bilər. 28.02. 2020-ci il tarixli 174 saylı rəyi təsdiq edir. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki, o, 2014-cü ildən 3 saylı Bakı “Asan Xidmət” mərkəzində mühafizəçi vəzifəsində çalışır. O, Əşrəfi üzdən qiyabi olaraq 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin binasında 4-cü mərtəbədə yerləşən Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiya üzrə dövlət agentliyinin tabeliyində olan manitorinq mərkəzində çalışan şəxs kimi, Namiq adlı şəxsi isə “Asan Xidmət” mərkəzinin binasının qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində o, işlədiyi 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin inzibati binasının qarşısında səs-küy eşidib binadan çölə çıxmışdır. O, çölə çıxanda orada dayanan tanımadığı şəxslərdən və 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin əməkdaşlarından ona məlum olmuşdur ki, 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin binasında 4-cü mərtəbədə yerləşən manitorinq mərkəzində işləyən Əşrəfin taksi sürücüsü Namiqlə arasında mübahisə baş vermiş və onlar ikisi avtomobilə oturub söhbət etmək üçün harasa getmişlər. Daha sonra ona məlum olmuşdur ki, Namiqlə Əşrəf mübahisə edib, mübahisə zamanı Namiq Əşrəfi vurub bədən xəsarəti yetirmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli Yasamal RPİ-nin 28-ci PB-nin məsul növbətçisi, polis leytenantı Samir Soltanovun raportundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 13:45-də Neyrocərrahiyyə xəstəxanasından tibb bacısı Muradova Səbail rayonu, T.Məmmədov küçəsi 22, mənzil 85 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, hər iki təpə sümüyünün çox saylı qəlpəli sınıqları xəsarəti ilə onlara müraciət etməsi barədə məlumat vermişdir. Cinayət işinin 9-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Yasamal rayonu, Şərifzadə küçəsi, 16 saylı binanın həyətidir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin ərazidə Əşrəf adlı şəxslə mübahisə edib, onu itələdiyi zaman Əşrəfin yıxılaraq başının asfalt örtüyünə dəydiyini bildirmişdir. Baxış zamanı göstərilən yerdə hər hansı qan izi aşkar edilməmişdir. Həmçinin, həmin ərazidə hər hansı müşahidə kamerası olmamışdır. Baxış zamanı fotoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin 88-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 140-143-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Hyundai Accent” markalı, “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet aşkar edilməmişdir. Cinayət işinin 163-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, 3 saylı “Asan Xidmət” Mərkəzinin qarşısında olan video müşahidə kamerasında xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində qeydə alınmış videogörüntüyə baxış zamanı 3 saylı Bakı “Asan Xidmət Mərkəzi” nin qarşısında markası və dövlət qeydiyyat nişanı aydın görünməyən 1 ağ rəngli avtomobilin dayanması, orada bir neçə şəxsin dayanıb söhbət etmələrindən sonra diskin 00:19 dəqiqəsində sürücü tərəfdən üzü aydın görünməyən bir nəfər şəxsin, diskin 00:46 dəqiqəsində isə qabaq sərnişin tərəfdən üzü aydın bilinməyən bir nəfər şəxsin avtomobilə əyləşməsi və oradan uzaqlaşıb getmələri müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 188-189-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 54 №-li canlı şəxsin məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 191-194-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 174 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, hər iki təpə sümüyünün çoxsaylı qəlpəli xətti sınıqları, hər iki təpə nahiyəsində, solda daha çox olmaqla epidural hematoma, hər iki alın payında hemorragik əzilmə sahələri, hər iki alın nahiyəsində yumşaq toxumaların əzilməsi və dərialtı hematoması bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2020-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarətlər Zərərçəkmiş şəxs dediyi kimi başına (təpə nahiyəsinə) bərk küt alətlə vurulma nəticəsində törənə bilərdi. Yuxarıda qeyd olunan xəsarətlərin vət Zərərçəkmiş şəxs baş nahiyəsinə bir və ya bir neçə yumruq zərbəsi nəticəsində, eləcədə, arxası üstə yerə yıxılması nəticəsində törənə bilməsi inkar olunur. Cinayət işinin 211-213-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “...Təqsirləndirilən şəxs maşınına əyləşəndən sonra yolda qəflətən başıma nə isə dəydi, lakin sonradan nə olduğunu xatırlamıram...” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 243-246-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X6» Publik Hüquqi şəxsinin xx xxxxx 2020-ci il tarixli T106\2020 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-baş beyinin yüngül dərəcəli əzilməsi, hər iki təpə sümüyünün çoxsaylı qəlpəli xətti sınıqları, hər iki təpə nahiyəsində solda daha çox olmaqla epidural hematoma, hər iki alın payında hemorragik əzilmə sahələri, hər iki alın nahiyəsində yumşaq toxumaların əzilməsi və dərialtı hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması bərk küt əşya təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan vaxta, yəni xx.xx.2020-ci ilə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşmə nahiyəsi onların yıxılma nəticəsində yerdə olan daşlara dəyməsi zamanı deyil, başın təpə nahiyəsinə bərk küt əşya (alətlə) ilə vurulmuş zərbə nəticəsində yaranmasına uyğun gəlir. Zərərçəkmiş şəxs adına Birliyin Yasamal rayon şöbəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli 174 nömrəli rəyin nəticəsi təsviri hissəyə uyğundur. Cinayət işinin 256-257-ci vərəqələrində xx xxxxx 2020-ci il tarixli “Samsung S6” modelli mobil telefonuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan “Samsung S6” mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 258-262-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs oğlu istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 263-cü vərəqəsində olan Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxx 2020-ci il tarixli, 094-1176-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi küt alətin tapılması üzrə aparılan əməliyyat tədbirləri heç bir nəticə verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlini ibtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edərkən haqlı olmamışdır. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən ağır dərəcəli bədən xəsarəti yetirməsi əməlini heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi, yəni CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, baş vermiş cinayət hadisəsi Zərərçəkmiş şəxs taksi sürücülərinin ünvanına alçaldıcı ifadə işlətməsi, onun üzünə sillə vurması, yəni zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında yaranmış mübahisə zamanı baş vermişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarının 6-cı bəndinin mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı mübahisə və dalaşma zəminində sağlamlığa ağır zərər vurmadan fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişin sağlamlığına ağır zərər vurmaq məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma cinayətində təqsirli bilinə bilməz. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı xx xxxxxx 2002-ci il tarixli qərarında göstərilən xuliqanlıq niyyəti ilə bağlı xüsusatlar eyni zamanda qəsdən sağlamlığa ağır zərər vurmaya da şamil edilməlidir. Məhkəmə iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq onlara məcmu şəkildə qiymət verməklə belə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs küt alətlə vuraraq sağlamlığına ağır zərər vurması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Belə ki, cinayət işinin 248-251-ci vərəqələrində olan Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına ifadə verərkən aşağıdakıları bildirmişdir: «…mən də cavab olaraq Namiqa dedim ki, “qabiliyyətin olsaydı işin olardı taksi sürücüsü işləməzdin...” Eyni məzmunlu ifadəni zərərçəkmiş şəxs məhkəmə baxışında vermişdir. Cinayət işinin 68-71-ci vərəqələrində olan hadisə günü təqsirləndirilən şəxsin yanında olmuş Şahid4 məhkəməyədək icraat zamanı ifadəsində və məhkəmədə aşağıdakıları göstərmişdir:-“...xx.xx.2020-ci il tarixdə saat təqribən 11 radələrində Namiqin idarə etdiyi avtomobili düzgün saxlamadığı üçün Zərərçəkmiş şəxs Namiqə bildirdi ki”... sən yaxşı oğlan olsan taksi sürücüsü işləməzsən...Orada olan şəxslər hamısı Əşrəfə düzgün söhbət etmədiyini bildirdi... Namiq söyüş işlətdi...Bundan sonra Əşrəf Namiqin üstünə hücum edərək ona yumruq atdı. Əşrəfin barmağı Namiqin sol gözünə girdi... ” Zərərçəkmiş şəxs taksi sürücüləri barədə söz işlətməsi və Namiqi yumruqla vurmaq istəməsi barədə məkəməyədək icraat zamanı və məhkəmə baxışında həmçinin şahidlər Şahid2 (i.v.58-61); Şahid5 (i.v.135-138) və Şahid3 da bildirmişlər (i.v.62-65) “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sağlamlığa ağır zərər vurma o vaxt xuliqanlıq niyyəti ilə yetirilmiş hesab edilə bilər ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun. Göründüyü kimi hadisə vaxtı zərərçəkmiş şəxsin davranışı və işlətdiyi ifadə münaqişə və mübahisəyə gətirib çıxarmışdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını hərtərəfli araşdırıb buna qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra Zərərçəkmiş şəxs yardım göstərməklə, təqsirləndirilən şəxsin qohumları isə zərərçəkmiş şəxsi xəstəxanaya aparmaqla onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışmışlar. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində təqsirsizlik prezumsiyasının dörd ünsürü nəzərdə tutulmuşdur ki, həmin ünsürlərdən biri də şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilməməsi prinsipidir. Burada əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. İş üzrə toplanmış sübutlarda Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurması öz təsdiqini tapmamışdır. Belə olan halda, aradan qaldırılması mümkün olmayan şübhələr Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs oğlunun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibdtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3 maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5 maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5 və 349.5.1-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 8-ci bədində göstərilmişdir ki, məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. X1rşı işində X11 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X11 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X12rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:30-da idarə etdiyi ona məxsus “Hyundai Accent” markalı, “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı Bakı “Asan xidmət” mərkəzinin inzibati binasının qarşısında piyadaların gediş-gəlişinə maneçilik yaradan yerdə saxladığından həmin vaxt oradan keçmək istəyən, tanıdığı piyada Zərərçəkmiş şəxs bu barədə iradına nalayiq ifadələrlə cavab verib, sonuncu isə «qabiliyyətin olsaydı işin olardı, taksi sürücüsü işləməzdin” ifadəsinə və Zərərçəkmiş şəxs ona sillə vurmasına əsəbləşərək, zərərçəkmişin qanunsuz hərəkətlərinin təsiri altında aralarında baş vermiş mübahisə zamanı, mübahisəni davam etdirmək üçün Zərərçəkmiş şəxs “Hyundai Accent” markalı, “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib avtomobili Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə «Azad Azərbaycan» telekanalı istiqamətində hərəkət edərkən, ünvan 3 ünvanda yerləşən “Orxan Market” in qarşısında saat 10:30-da avtomobilin içərisində naməlum küt alətlə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmaqla sonuncuya baş beyinin yüngül dərəcəli əzilməsi, hər iki təpə sümüyünün çoxsaylı qəlpəli xətti sınıqları, hər iki təpə nahiyəsində solda daha çox olmaqla epidural hematoma, hər iki alın payında hemorragik əzilmə sahələri, hər iki alın nahiyəsində yumşaq toxumalarının əzilməsi və dərialtı hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır zərər vurmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1 maddəsinə tövsif olunmalı və, o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 179-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatirik Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 176 nömrəli ambulator məhkəmə psixiatirik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tələblərinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: 1.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda hər hansı psixi xəstəlik qeyd olunmamışdır. 2.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır.Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs törətdiyi əməli düzgün qavrayıb təsvir etmək imkanına malikdir. 3.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 4.Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir. Cinayət işinin 147-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 139-cu vərəqəsində olan “Hidroxüsusitikinti” X5 daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Cəbrayıl rayonundan məcburi köçkün kimi “Hidroxüsusitikinti” X4 Bakı şəhəri, Şərifzadə-72 ünvanında yerləşən inzibati binasında müvəqqəti məskunlaşmışdır. Cinayət işinin 106-cı vərəqələrində olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı xx xxxxxx 2019-cu il təvəllüdlü Əbəlfəz adlı uşağı vardır. Cinayət işinin 108-ci vərəqəsində olan Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Hacılı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, onunla barışıq əldə etdiyini və gələcəkdə bu cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs heç bir maddi və mənəvi tələbinin olmayacağını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırmaqla onun həyat və saglamlığına deyə biləcək zərərin azaldılmasını Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini və məcburi köçkün olmasını Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 32-33-cü vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Həmçinin, cinayət işinin 101-105-ci vərəqələrində olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(004)-30/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il taridən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilmədiyindən, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmadığından ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-621/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-621/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver