Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-621/2021 11.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1977-ci il iyulun 05-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü və 237.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsində istintaqa məlum olmayan tarixdə narkotik maddə olan bitkilər, yəni istifadə edilməsi və əkilib becərilməsi qadağan edilmiş narkotik təbiətli (kannabis) bitki olan marixuana toxumlarını əkmiş və onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı evin həyətində saxlamış, 2020-ci il sentyabrın 30-da saat 13 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanına baxış zamanı həyətyanı sahədən külli miqdarda, yəni təmiz çəkisi 2.250 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 12 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2.930 qram olan bitki nümunələri olmaqla əkilərək becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi olan qurudulmamış marixuana aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.1.-ci maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisi olsa da həmin maddələrin satışı ilə məşğul olmamışdır. Onun yaşadığı evin həyətyanı sahəsində torpağa əkərək becərdiyi 12 ədəd çətənə kolunda yaş vəziyyətdə 20-30 yarpaq olmuş, ona ittiham edilən bir ədəd qara sellofan torbada narkotik vasitəyə bənzər qurudulmuş otşəkilli maddə isə aşkarlanmamışdır. Özünü Azərbaycan Respublikasının CM-nin 234.1.ci maddəsi ilə təqsirli bilir. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, böyük qardaşı Təqsirləndirilən şəxslə bir həyətdə ayrı evlərdə yaşayırlar. 2020-ci il sentyabrın 30-da o, səhər tezdən evdən çıxaraq saat 16 radələrində geri qayıdanda Raminin yaşadığı evin arxa tərəfində yerləşən həyətyanı sahədə öz istifadəsi üçün narkotik vasitə marixuana əkib becərməsinə və qurutmaqla saxlamasına görə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının onu idarəyə apardıqlarını bilmişdir. Onun Raminin bu əməlindən xəbəri olmamış, habelə sonuncunun narkotik bitkisi əkdiyini görməmişdir. İş üzrə şahid qismində dindirilən X6 qardaşı olan Şahid3lə oxşar ifadə verdi. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 ifadəsində göstərdi ki, 2020-ci il sentyabrın 30-da saat 13 radələrində o, rəhbəri olduğu əməliyyat qrupunun üzvləri – Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı X7, dəvət edilən aqronom-mütəxəssis Şahid5 ilə birlikdə Ramin adlı şəxsin yaşadığı ünvan 1 ünvanındakı evin həyətində narkotik bitkiləri kultivasiya etməsi, saxlaması və istifadə etməsi barədə daxil olan əməliyyat məlumatını yoxlamaq məqsədi ilə göstərilən ərazidə olarkən Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında baxış keçirilən vaxt mobil telefon vasitəsi ilə videoçəkiliş aparılaraq həyətyanı sahədə evin sağ tərəfindəki torpaq sahəsində əkilib becərilmiş 12 ədəd çətənə kolu və həyətdə olan masanın altından bir ədəd qara rəngli sellofan torbada narkotik vasitəyə oxşar qurudulmuş otşəkilli maddə aşkar edilməklə götürülmüşdür. Aşkarlananlar qablaşdırılaraq tərtib edilən protokol iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonuncu narkotik vasitə marixuana kollarını özünün istifadəsi üçün əkərək becərdiyini, sellofan torbadakı qurudulmuş otşəkilli maddəni əkdiyi kollardan yığıb özü qəbul etməkdən ötrü saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili işləmiş Şahid1 şahid X4 ilə analoji ifadə verdi. Məhkəmə iclasında elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.1.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 5-6 ildir narkotik vasitə qrudulmuş marixuanadan istifadə etdiyini, yaşadığı evin həyətində öz istifadəsi üçün narkotikin toxumlarını əkərək becərib qurutmaqla torpaq sahəsində olan masanın altında narkotik vasitə qurudulmuş marixuana saxladığını, bu barədə ailə üzvlərinin məlumatsız olduğunu, 2020-ci il sentyabrın 30-da günorta saatlarında yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərək əkib-becərdiyi narkotik tərkibli kollarının dəvət edilən mütəxəssisin iştirakı ilə polis işçiləri tərəfindən çıxarılmaqla, eləcə də masanın altında gizlətdiyi qurudulmuş marixuananın müəyyən edilərək götürüldüyünü, tərtib olunan protokolun ucadan oxunub doğruluğunu onunla yanaşı digər iştirakçıların təsdiq etməklə imzaladıqlarını göstərmişdir (iş vərəqi 45-46, 60-62 və 77-79). Məhkəmə iclasında elan edilərək tədqiq olunan iş üzrə Şahid5 ifadəsində Azərbaycan Milli Elmlər X1 baş aqronom vəzifəsində çalışdığını, 2020-ci il sentyabrın 30-da saat 14 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının dəvəti ilə ünvan 1 ünvanındakı evin həyatyanı sahəsinə aqronomik baxış keçirməsini bildirib şahid X4 ilə uyğun ifadə vermişdir (iş vərəqi 131-133). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 2020-ci il sentyabrın 30-da tərtib etdiyi raportlardan, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2020-ci il 02 oktyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs narkotik bitkilərin kultivasiyası ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, həmin şəxs göstərilən tarixdə saat 13:30-da ünvan 1 ünvanında saxlanmaqla idarəyə gətirilmiş, məhkəmə bu qərarı qanuni hesab etmişdir (iş vərəqi 3-7 və 97). İş materiallarındakı 2020-ci il 30 sentyabr tarixli ərizədən və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı ünvan 1 ünvanında videoçəkilişlə keçirilən baxış vaxtı evin həyətyanı sahəsindəki torpağa əkilmiş və becərilmiş 12 ədəd çətənə kolu və həmin sahədə olan masanın altından bir ədəd qara sellofan torbada narkotik vasitəyə bənzər qurudulmuş otşəkilli maddə aşkar edilərək götürülmüşdür (iş vərəqi 13 və 19). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 30 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 13:50-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 237.1.-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 33). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 30 sentyabr tarixli protokoldan görünür ki, barəsində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya, sənəd və maddələr aşkar edilməmişdir (iş vərəqi 43- 44). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin keçirdiyi 2020-ci il 30 sentyabr tarixli 7/679 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin...1 ədəd qara rəngli sellofan torbada...» sözləri və imzalar olan bir ədəd qara rəngli sellofan torbadakı təmiz çəkisi 2.250 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən...12 ədəd çətənə kolları» sözləri və imzalar olan bir ədəd torbadakı 12 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2.930 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunan narkotik təbiətli çətənə (kannabis) bitkiləri olmaqla aqronom (mütəxəssis) rəyinə əsasən göstərilən bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur; tədqiqatdan sonrakı narkotik vasitə qurudulmuş marixuananın qalığı 2.249,8 qram, çətənə (kannabis) bitkilərinin qalığı 2.929,76 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 69,82 manatdır (iş vərəqi 50-52). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 01 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və 237.1.-ci maddələrindən həmin Məcəllənin 234.4.3-cü və 237.1.-ci maddələrinə tövsif olunmuşdur (iş vərəqi 63-64). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 oktyabr tarixli protokoldan və məhkəmədə DVD diskinə keçirilən baxışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında keçirilən baxış görüntülərini özündə əks etdirən DVD diskinə baxış zamanı sonuncunun evin arxa tərəfindəki daş hasarın qarşısında, habelə evin digər tərəfində əkdiyi çətənə bitkilərinin yerini könüllü göstərməsi, polis əməkdaşlarının bitkiləri kökündən çıxarıb bir yerə yığması, bundan sonra Təqsirləndirilən şəxs masanın altında gizlətdiyi qara rəngli sellofan torbanı gətirərək könüllü təqdim etməklə torbanın içərisində narkotik vasitə olmasını, göstərilən maddəni şəxsi istifadəsi üçün əkib becərdiyini bildirməsi müəyyən olunmuşdur (iş vərəqi 66 və s.). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 02 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.1.-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 67-68). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2020-ci il 02 oktyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.1.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il sentyabrın 30-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 89-90). İş materiallarında olan AZ-İ seriyalı 215999 №-li atalığın müəyyən edilməsi haqqında, AZ-İİ seriyalı 965261 №-li doğum haqqında şəhadətnamələrin və AZE seriyalı 10589794 №-li şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il 25 avqust təvəllüdlü İbrahim adlı övladı vardır (iş vərəqi 104-106). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 2020-ci il oktyabrın 12-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2010-cu il 07 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2011-ci il 22 sentyabr tarixli qərarına əsasən cəzadan 02 ay 29 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmişdir (iş vərəqi 110-111). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 22 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və həmin evin həyətyanı sahəsindən aşkar edilərək götürülən qalıq təmiz çəkisi 2.249,75 qram narkotik vasitə qurudulmuş marixuana və 12 ədəd yaş vəziyyətdə qalıq çəkisi 1.254,76 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün idarənin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (iş vərəqi 114-115). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 2020-ci il 25 noyabr tarixli 096-11-2341 №-li, 2020-ci il 04 dekabr tarixli ********* №-li və 2020-ci il 04 dekabr tarixli 096-2118-1220 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq əkib becərdiyi narkotik vasitə marixuananın toxumlarını əldə etdiyi mənbənin və sonuncunun göstərilən vasitəni satdığı şəxslərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq həmin şəxsləri müəyyən edərək istintaqa təqdim etmək mümkün olmamışdır (iş vərəqi 130 və 134-135). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 05 dekabr tarixli sübut kimi qiymətləndirmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında keçirilən baxış görüntülərini özündə əks etdirən DVD diski üş üçün əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir (iş vərəqi 136-137). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 15 oktyabr tarixli 7/698 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən narkotik vasitə qurudulmuş marixuana və narkotik təbiətli çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər, narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı 2.249,75 qram, çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 1.255 qram olmaqla tədqiqatdan sonrakı qalığı 1.254,76 qram, ekspertiza tədqiqatının dəyəri 69,82 manatdır (iş vərəqi 140-141). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 11 yanvar tarixli 106 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 143). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 28 dekabr tarixli 3554 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 144-145). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 11 yanvar tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.1.-ci maddələri ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, sonuncu, X6 və Şahid3 barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 237.2.1.-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə cinayət işi ayrılmışdır (iş vərəqi 146-153 və 155-157). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2019-cu il 16 noyabr tarixli 050998 №-li stasionar (ambulator) kitabçadan çıxarışının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının 2016-cı il 07 oktyabr tarixli 6831T4K0001 №-li rəyinin, şəxsiyyəti təsdiq edən sənədin çıxarışının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2015-ci il 24 iyul tarixli 912 №-li məktubunun kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2012ci il 25 avqust təvəllüdlü övladı X5 uşaq autizmi – Kanner sindromundan əziyyət çəkir, sonuncu sağlamlıq imkanlar məhdud uşaq olmaqla onda yüngül kəmağıllılıq, debillik dərəcəsində ağıl zəifliyi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu vardır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.1.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü və 237.1.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün əkib becərməsi, həmin maddələrin satışı ilə məşğul olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, narkotik vasitə qurudulmamış marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 25 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2.500 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki, şahid ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı narkotik vasitə olan qurudulmuş marixuananın və 12 ədəd yaş vəziyyətdə bitki nümunələri narkotik təbiətli çətənə (kannabis) bitkilərinin müvafiq qaydada 2.249,75 qram və 1.254,76 qram qalıqları məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 139,64 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 64 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 384 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il sentyabrın 30-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay 06 (altı) il, Azərbaycan Respublikasının CM-nin 237.1.-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il sentyabrın 30-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 139,64 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 384 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı narkotik vasitə qurudulmuş marixuananın və 12 ədəd yaş vəziyyətdə bitki nümunələri narkotik təbiətli çətənə (kannabis) bitkilərinin müvafiq qaydada 2.249,75 qram və 1.254,76 qram qalıqları məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-621/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-621/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver