Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-621/2023 16.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X17 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 16 sentybar 1989-cu il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli,Masallırayonu, Təzəkənd kəndində qeydiyyatda olmaql Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2022-ci ilin iyul ayında istintaqa məlum olmayan mənbədən soyuq silah hesab olunan bir ədəd deşici- kəsici xassəyə malik, ümumi təyinatlı qatlanan tipli ov bıçağını qanunsuz olaraq əldə edib Bakı şəhərində üzərində gəzdirmiş və 03 sentyabr 2022-ci il tarixdə törətdiyi xüsusilə ağır cinayətlə əlaqədar təqsirini boynuna almaqla Bakı şəhəri, Nizami RPİ-nin 25-ci polis şöbəsinə gələrək həmin bıçağı təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs rəsmi nikahda olduğu arvadı X2 faktiki olaraq ondan ayrılıb nənəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayarkən xx.xx.2022-ci il tarixdə saat 22-23 radələrində birgə nikahdan olan oğlan övladı MirTəqsirləndirilən şəxs anasına təhvil vermək üçün həmin ünvana gətirib, Ayşə Bayramovanın mənzildə olmadığını gördükdə sonuncunun nənəsi X3 Ayşə Bayramovanın açıq-saçıq geyinməklə mütəmadi olaraq gecə saatlarında evdən çıxıb getməsi barədə məlumat aldıqdan bir qədər keçdikdən sonra Ayşə Bayramovanın həmin gecə başqa avtomobildən düşüb mənzilə gəldiyini görərək sonuncudan istifadəsində olan "iphone” markalı mobil telefonu alıb telefona yüklənmiş «whatsapp» sosial şəbəkəsinə baxarkən Ayşə Bayramovanın başqa kişilərlə yazışmasına dair mesajları, yarıçılpaq vəziyyətdə olan fotoşəkil və videogörüntüləri görməsi və Ayşə Bayramovanın gecə vaxtı başqa kişilərin idarə etdiyi avtomobildə evə gəlməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı qısqanclıq zəmnində sonuncuya qarşı fiziki zor tətbiq etməklə saçından tutub mənzildən çıxararaq binanın həyətinə düşürtməklə Ayşə Bayramovanın bir qədər əvvəl gəldiyi avtomobili göstərməsini tələb etdikdə, sonuncu onun ünvanına qarşı nalayiq ifadələr işlətdikdən sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 24 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ev 94B ünvanının qarşısında qisas almaq niyyəti ilə Ayşə Bayramovanın saçından tutub fiziki zor tətbiq etməklə əvvəlcədən istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilən bir ədəd deşici-kəsici xassəyə malik, ümumi təyinatlı, qatlanan tipli ov bıçağını əynindəki şalvarının sağ yan cibindən çıxarıb, qəsdən öldürmək məqsədilə həmin bıçaqla Ayşə Bayramovanın həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi nahiyyəsindən 2 dəfə güclü zərbələr vuraraq sonuncuya döş qəfəsinin sağ-ön səthinin 3- cü və 4-cü qabırğalararası əzələlərinin kəsilməsi, hər iki ağciyərin yuxarı payları və yuxarı boş venanın zədələnməsi ilə müşayiət edilən, kəskin massiv qanitirmə ilə nəticələnməklə ölümünə səbəb olan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid daxilə nüfuz edən 1 ədəd, döş qəfəsinin sağ yan səthinin 8-ci və 9-cu qabırğalararası əzələlərini zədələyərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, dərəcəsi təyin edilməyən sağ əlin 4-cü barmağının dırnaq falanqasının 1 ədəd kəsilmiş yarası, sağ bazunun bayır səthinin, sağ saidin ön və bayır səthinin, sağ qalça tini nahiyyəsinin, sağ dizin ön səthinin sıyrıqları, sol baldırın aşağı 1/3-nin ön səthinin və sağ qalça tini nahiyyəsinin qançırı, boynun yuxarı şöbəsinin sağ yarının ön-yan səthinin, sağ çənə şaxəsi nahiyyəsinin və sağ bazu oynağı nahiyyəsinin nöqtəşəkilli qansızmaları xəsarətlərini yetirərək Ayşə Bayramovam qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2010- 2020-ci illərdə X5 ilə rəsmi nikah münasibələrində olmuş və birgə nikahından 2 övladı dünyaya gəlmişdir. X5 ilə nikah münasibətlərində olduqları dövrdə, 2017-ci ildə X11 ilə təsadüfən Bakı şəhəri, Nərimanov rayonunda yerləşən paltar mağazasında tanış olmuşdur. Ayşədən xoşu gəldiyini bildirmişdir. Ayşənin müsbət cavabından sonra sonuncu ilə qeyri-rəsmi ər- arvad münasibətlərində yaşamağa başlamışlar. Həmin dövrdə o, Aynur Nağıyeva ilə rəsmi nikahda olduğundan, bir müddət Aynur Nağıyevadan xəbərsiz şəkildə Ayşə Bayramova ilə münasibət saxlamışdır. Ayşə Bayramova dünyaya gəldikdən sonra atasını, 17 yaşında isə anasını itirdiyindən, sonuncu yaşlı nənəsi ilə birlikdə yaşamışdır. O, Ayşə Bayramovaya köməklik etmək istəmiş, sonuncuya bağlanmışdır. Ayşə də eyni formada ona hörmət etmiş, bir-birlərinə qarşı istəkləri qarşılıqlı olmuşdur. Bir müddət sonra Ayşə ilə olan münasibətləri barədə həmin dövrdə nikahda olduğu Aynur Nağıyeva xəbər tutmuş və bu barədə ona irad bildirmiş, aralarında Ayşəyə görə ciddi problemlər yaranmağa başlamış, X19 ayrılmasını tələb etsə də, ayrılmamış, 2019-cu ilin avqust ayında Ayşə ilə olan qeyrirəsmi ər-arvad münasibətindən oğul övladı dünyaya gəlmişdir. Aynur Nağıyeva bütün bunlarla razılaşmamış, onunla nikah münasibətlərinə son verilməsi üçün məhkəməyə müraciət edib məhkəmə qaydasında rəsmi surətdə ondan boşanmışdır. Bundan sonra Ayşə ilə daha çox birlikdə vaxt keçirmiş, Ayşənin də könüllü istəyi, razılığı əsasında 2021ci ilin yaz-yay aylarında sonuncu ilə rəsmi nikah münasibətinə daxil olmuşdur. Ayşə nikahdan sonra soyadını dəyişdirib onun soyadını qəbul etmişdir. Bir müddət ona məxsus mənzildə Ayşə Bayramova və birgə övladları ilə birlikdə yaşamışlar. Ayşə Bayramova ilə rəsmi nikah münasibətlərinə daxil olmazdan əvvəl birlikdə yaşamaları üçün Bakı şəhəri, Xətai rayonunda "Blue Residence” adlanan MTK-dan ev almışdır. Buna görə də bir neçə ay əvvəl Ayşə Bayramova ilə yaşadıqları mənzili həm Xətai rayonunda Ayşənin adına aldıqları evin təmirinə xeyli pul sərf olunduğundan, həmçinin işində yaranmış problemlərə görə satıb, Ayşəni azyaşlı övladları ilə birlikdə nənəsi Fanarla əvvəllər yaşamış olduğu mənzilə köçürmüşdür. Ayşə Bayramova təxminən 6-7 ay həmin ünvanda, o da Suraxanı rayonu, Ramana qəsəbəsində atası və anası ilə birlikdə yaşamışdır. Azyaşlı övladları MirTəqsirləndirilən şəxs da Ayşə ilə birlikdə qalmış, ara- sıra onunla görüşmüşdür. Ayşə Bayramova ilə ayrı-ayrı yaşadıqları dövrdə münasibətləri kəskin formada pisləşmiş və o, Ayşənin hansı səbəbdən ona qarşı soyuq davranmasını başa düşməmişdir. Dəfələrlə Ayşədən hansı səbəbdən ona qarşı soyuq münasibət bəsləməsini soruşduqda isə Ayşə bunu əvvəllər aralarında yaranmış mübahisələrlə əlaqələndirmiş, bəhanələr gətirərək ondan ayrılmaq istədiyini bildirmişdir. Ayşə Bayramova hadisədən bir neçə ay əvvəl rəsmi qaydada ondan ayrılmaq üçün Nizami rayon məhkəməsinə müraciət etdiyini bildirmiş, hətta ona demişdir ki, bununla əlaqədar Nizami rayon məhkəməsində işə baxılır. Lakin, o, sonradan öyrənmişdir ki, Ayşə Bayramova bunu sadəcə olaraq sözlə demiş, lakin məhkəməyə müraciət etməmişdir. Beləliklə, onların münasibəti daha da pisləşmiş və ayrı yaşamağa davam etmişlər. 02 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Ayşə Bayramova sonuncuya məxsus 051-444- 99-99 mobil telefon nömrəsindən ona məxsus istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «whatsapp» sosial mesajlaşma proqramında mesaj yazıb oğlu Mirvüsalı nənəsi ilə birlikdə yaşadığı Nizami rayonu, M.X.Şərifli küçəsi ev 94B ünvanına gətirməsini istəmişdir. O, Ayşə Bayramova ilə razılaşıb Mirvüsalı 02 sentyabr 2022-ci il tarixdə günorta saatlarında həmin ünvana aparmış, Mirvüsalı maşından düşürdüb Ayşəyə "whatsapp” mesajlaşma proqramında zəng edərək aşağıya düşüb Mirvüsalı ondan təhvil almasını bildirmişdir. Ayşə Bayramova isə ona Mirvüsalı yuxarı qaldırmağını, Ayşənin nənəsi Fanara təhvil verməsini istəmişdir. Ayşə Bayramovanın evdə olmamasından şübhələnib israrla aşağıya düşməsini tələb etmiş, Ayşə aşağıya düşmədikdə, sonuncunun evdə olmamasını başa düşüb əsəbləşərək Mirvüsalı Suraxanıda yaşadıqları ünvana geri qaytarmışdır. Mirvüsal təbiətcə ona çox bağlı olduğundan, Ayşə ilə yox, geri qayıdaraq onunla qalacağına sevinmişdir. Bir qədər sonra axşam saatlarında Ayşənin nənəsi Fanar istifadəsində olan mobil telefon nömrəsindən onun yuxarıda qeyd etdiyi mobil telefon nömrəsinə zəng edərək Mirvüsal üçün darıxdığını bildirmişdir. O, Mirvüsalı saat 22-23 radələrində Fanarın Ayşə ilə birlikdə yaşadığı ünvan 5 ünvanına aparıb yuxarıya yaşadıqları mənzilə qaldırmışdır. Fanar qapını açıb Ayşənin evdə olmadığını bildirdikdə, Ayşənin harada olmasını soruşmuş və Fanar ona Ayşənin tez- tez evdən gec saatlarda açıq-saçıq geyimdə çıxması, gec saatlarda qayıtması, Ayşənin müxtəlif əxlaqsız qadınlarla yoldaşlıq etməsi, Ayşənin evə gec saatlarda gəlib üstünə qışqırması barədə bildirib, onunla da yola getmədiyini demişdir. O, başa düşmüşdür ki, arvadı Ayşə Bayramova günorta saatlarından gecəyədək hələ də evə getməmişdir. Bu onu daha da əsəbləşdirmişdir. Buna görə də, Ayşə Bayramovaya mobil telefonun "whatsapp” sosial şəbəkəsində sms yazaraq, Mirvüsalı Fanara verdiyini demiş, lakin getməyib, Ayşənin gəlməsini gözləmişdir. Belə ki, Ayşə Bayramovanın nənəsi Fanarın ona dediklərinə, Ayşənin son vaxtlarda ona qarşı olan əsassız pis münasibətinə görə Ayşənin onu aldatmasından şübhələnmişdir. Bir qədər sonra saat 23:30 radələrində Ayşə evə gəlmişdir. O, Ayşə evə daxil olan kimi sonuncunun 2 ədəd mobil telefonunu cibindən çıxartmışdır. Ayşənin 2 ədəd mobil telefon işlətməsini də bilməmiş, artıq bu onu daha çox şübhələndirmişdir. O, telefonları Ayşədən götürdükdə Ayşə tez nənəsi Fanara "Nənə qoyma Vüsal telefonlara baxsın, yoxsa məni öldürər” deyə bildirmişdir. O, tam əmin olmuşdur ki, Ayşə Bayramova onu başqa adamlarla aldadaraq xəyanət edir. Onlar Ayşə ilə mənzilin giriş qapısından daxil olduqda sol tərəfdə olan yataq otağında söhbət etmişlər. Ayşə ona mobil telefona baxmağa maneçilik etsə də, sonuncunu itələmiş, bu zaman Ayşə çarpayıya yıxılmışdır. O, mobil telefonun şəkillər və videolar bölməsinə baxdıqda, Ayşənin müxtəlif yad kişilərlə çılpaq və yataqda olan şəkillərini, Ayşənin pozğun formada çəkdirdiyi şəkilləri görmüşdür. Həmin şəkilləri gördükdə o əsəbləşmiş, Ayşənin lüt və çılpaq vəziyyətdə başqa kişilərlə yataqda olan şəkillərini nənəsi Fanara da göstərmişdir. Mobil telefonda eyni zamanda yad oğlanların qarşısında Ayşənin yarıçılpaq şəkildə rəqs etməsini əks etdirən videolar, yarıçılpaq şəkilləri də olmuşdur. «Whatsapp» sosial mesajlaşma proqramında Ayşənin başqa bir oğlanla yazışmasının olduğunu da görmüşdür. Lakin, həyəcandan və əsəbdən ona həmin şəxsin kim olması, nömrəsi heç nəyi maraqlı olmadığı üçün Ayşədən heç nə soruşmamış, nə də mobil telefon nömrəsinə baxmamışdır. Ayşənin saçından tutub sonuncudan nə baş verdiyini, bir qədər əvvəl binanın qarşısından düşüb gəldiyi avtomobilin kimə məxsus olmasını da soruşmuşdur. Ayşə Bayramova əlindən qurtulmaq üçün avtomobilin rəfiqəsinə aid olduğunu, rəfiqəsinin aşağıda gözlədiyini demiş, Ayşənin saçından tutub aşağıya düşürüb, blokun qarşısına çıxararaq Ayşədən avtomobildə olan rəfiqəsini göstərməsini tələb etmişdir. Binanın həyətində gecə vaxtı olduğundan, heç kəs olmamışdır. Onlar blokun qarşısına çıxan kimi Ayşə qışqırmağa başlamış və Ayşənin içərisindən düşüb gəldiyi avtomobil məsələnin nə yerdə olmasını başa düşüb sürətlə oradan uzaqlaşmışdır. O, nə edəcəyini bilməmişdir. Ayşədən nə üçün ona xəyanət etdiyini soruşduqda da, Ayşə Bayramova qışqırıqla onun ünvanına söyüş və təhirlər, nalayiq ifadələr işlətmişdir. Ayşə Bayramovadan qonşuların eşitməməsi üçün susmasını tələb etsə də, Ayşə Bayramova məhəl qoymayıb, təhqir etməyə davam etdiyi üçün əsəbiləşib əvvəlcədən üzərində gəzdirdiyi, knopka ilə açılıbbağlanan tipli bıçağı şalvarının sağ cibindən çıxarıb Ayşənin döş qəfəsi istiqamətində 2 dəfə vurmuşdur. Ayşəni vurduqdan sonra bir nəfər şəxsin də uzaqdan oraya yaxınlaşmasını görmüş, həyəcanlı olduğundan və Ayşəni vurduqdan sonra Ayşənin səndəlləyib yerə yıxıldığını gördüyündən oradan qaçıb uzaqlaşmışdır. Binaların arası ilə "Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "McDonalds” restoranı istiqamətində qaçmağa başlamış, bir qədər piyada qaçaraq «Neftçilər» metrostansiyasının yanında olan dairənin yaxınlığında üzü "Xalqlar” metrostansiyası istiqamətində yolun kənarında əyləşmişdir. Hadisə zamanı həyəcanlı vəziyyətdə olmuş və nə edəcəyini də bilməmişdir. Ayşənin onu başqa şəxslərlə aldatması ona çox pis təsir etmiş, belə ki, onların azyaşlı övladlarının olması, Mirvüsalın Ayşənin yanında tərbiyə alması, Ayşəyə görə öz ailəsini dağıtması və bu kimi məsələlər onu düşündürmüşdür. O, törətdiyi hadisədə istifadə etdiyi bıçaqla birlikdə polisə təslim olmaq qərarına gəlmiş və qardaşı Asimlə danışıb görüşərək, Nizami RPİ-nin 25-ci PŞ-nə gedərək təslim olmuşdur. Qardaşı Asimlə görüşüb sonuncuya hadisəni danışıb təslim olmaq istədiyini dedikdə, Asim də düzgün hərəkətin təslim olmaq olduğunu ona deyərək onu Nizami RPİ-nin 25-ci PŞ-nə aparmışdır. Cinayət zamanı istifadə etdiyi bıçağı da təqdim etmişdir. Baş vermiş hadisə zamanı çox həyəcanlı olmuş, Ayşənin düşüb gəldiyi avtomobilin markası və nömrəsini pəncərədən görə bilməmişdir. Sürücüsünü də tanımamışdır. Ayşə Bayramova evə daxil olduqdan sonra sonuncunun şalvarının arxa ciblərindən iki ədəd mobil telefon götürmüş, mobil telefonlar onun əlində olmuş, həmin mobil telefonlardan birini Ayşəni vurub oradan uzaqlaşdıqdan sonra qaçarkən yolda itirmişdir. Bunu da bölməyə gedəndə başa düşmüşdür ki, qaçanda telefonlar cibindən düşüb. Lakin, Ayşəyə məxsus olan “İphone” markalı mobil telefonu qardaşı Asimə təhvil vermişdir ki, sonuncu istintaqa təqdim etsin. Amma onun öz telefonu və Ayşənin digər mobil telefonu cibindən düşmüşdür. Harada olmalarını bilmir. Törətdiyi cinayətdə istifadə etdiyi bıçağı 2022-ci ilin iyul ayında «Neftçilər» metrostansiyası yaxınlığında, dəqiq xatıralamadığı piştaxtadan almış və həmin müddətdə də Bakı şəhərində üzərində gəzdirmişdir. Ayşə Bayramovam öldürmək niyyəti olmamış, sadəcə onunla evli olmasına və azyaşlı övladları olmasına baxmayaraq, ona xəyanət etdiyinə və əxlaqsızlıqla məşğul olduğuna görə Ayşə Bayramovam bıçaqla vurmuşdur. Hadisə zamanı əsəbini cilovlaya bilməmiş, bu səbəbdən Ayşə Bayramovaya həyat üçün təhlükəli olan orqanlarının yerləşdiyi döş qəfəsi istiqamətindən bıçaq zərbələri vurmuşdur. Ayşə Bayramovanın konkret olaraq kimlərlə ona qarşı xəyanət etməsi barədə dəqiq bilməsə də, Ayşənin telefonunda sonuncunun ona xəyanət etməsi barədə foto və videomaterialları görmüşdür. Son olaraq göstərdi ki, mərhum Ayşə Bayramovanı öldürmək niyyəti olmamışdır, həmin an əsəbiləşib belə hərəkət etmişdir. Əməlindən səmimi peşmançılıq çəkir və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə yeri, vaxtı və inkişafı barədə işin faktiki hallarına uyğun ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Ayşə Bayramova onun vəfat etmiş bacısının qızıdır. X21 Bayramovla evli olmuşdur. Təqsirləndirilən şəxs və Ayşə Bayramova bir- birlərinə çox bağlı olmuş, bir-birini sevmişlər. Təqsirləndirilən şəxs həmişə Ayşə Bayramovaya və ondan doğulma övladı Mirvüsala xüsusi diqqət və qayğı göstərmişdir. Baş vermiş hadisəyədək heç bir vaxt Vüsal Ayşəyə qarşı zor tətbiq etməmiş, sonuncunu incitməmişdir. Hətta, Təqsirləndirilən şəxs birinci arvadından ayrılaraq Ayşə ilə rəsmi nikaha daxil olmuşdur. Belə ki, Ayşənin Vüsalla olan nikahından oğlu Mirvüsal dünyaya gəldikdən sonra Vüsalın birinci arvadı da Vüsalın Ayşəyə bağlılığını qəbul edə bilməmişdir. Lakin, baş vermiş hadisədən 7-8 ay əvvəldən Vüsal və Ayşə yaşadıqları mənzili satmış, bu səbəbdən Ayşə nənəsi Fanarla birlikdə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki evdə yaşamışdır. Ayşə əvvəllər paltar satışı ilə məşğul olsa da, Vüsalla evləndikdən sonra maddi vəziyyətləri yaxşı olduğundan işləməkdən imtina etmişdir. Ayşənin Vüsalla münasibətləri tam normal olmuşdur. Ayşə Bayramova nənəsi Fanarla tək qaldığı vaxtlarda, nənəsinin yaşı da çox olduğundan bir qədər sərbəst olmuşdur. Mirvüsal isə çox vaxt Vüsalla qalmışdır. Ayşə Bayramovanın səbəbsiz yerə Vüsaldan soyuması, ailəsinə, övladına diqqət yetirməməsi onu məyus etmiş, Ayşə Bayramovanın düzgün tərbiyə sahibi olmayan əxlaqsız qadınlarla yoldaşlıq etməsi onu əsəbləşdirmişdir. Belə ki, Ayşə bəzən evə gec saatlarda getmiş, lakin bu barədə Vüsalla birlikdə yaşamadıqlarından Vüsal xəbərsiz olmuşdur. Ayşə açıq-saçıq geyinmiş, Vüsal isə Ayşənin yanında daimi olmadığından, birlikdə yaşamadıqlarından Ayşəyə nəzarət edə bilməmişdir. Hətta, dəfələrlə anası Fanar ona Ayşənin qarşısını ala bilmədiyini, sonuncunun gecə saat 01-03 radələrində evdən çıxıb, səhər gəlib yatdığını, Vüsala da mübahisə yaranmasından ehtiyyat etdiyi üçün bu barədə deyə bilmədiyini bildirmişdir. Fanar ona Ayşənin bəzən evdən çıxıb 2-3 gün evə gəlmədiyini. Vüsala isə yalan danışmasını bildirmişdir. O, dəfələrlə, Ayşəyə bu məsələlərdə xəbərdarlıq etdiyini, sonuncuya azyaşlı övladı olması, nikahlı olmasına görə geyiminə, hərəkətlərinə fikir verməli olması barədə bildirdiyini qeyd etmişdir. Ayşə isə nə ona, nə də anası Fanara fikir verməmiş, onlara işinə qarışmamalarını demişdir. Vüsalın Ayşənin tərbiyəsiz qadınlarla yoldaşlıq etməsini öyrənəcəyi halda aralarında mübahisə yaranacağını bilmişdir. 03 sentyabr 2022-ci il tarixdə ona qohumları tərəfindən zəng olunaraq Ayşənin Vüsal tərəfindən öldürülməsi barədə məlumat verilmişdir. O, Ayşənin tərbiyəsiz qadınlarla yoldaşlıq etməsini, əxlaqsızla məşğul olmasını, açıq saçıq geyinməsini bildiyindən, məsələnin nə yerdə olduğunu və Vüsalın hansı səbəbdən bu hadisəni törətdiyini başa düşmüşdür. Rayonda olmuş, məlumatı öyrəndikdən sonra yola çıxmış və Bakıya gəlmişdir. Fanar Həsənovanı danışdırıb, nə baş verdiyini soruşduqda Fanar Həsənova ona bildirmişdir ki, hadisədən az əvvəl Vüsal Ayşənin evə gec saatda gəldiyini görmüş, sonuncu ilə mübahisə etmiş, Ayşənin mobil telefonuna baxmaq istəmiş, Vüsal Ayşənin telefonuna baxmaq istədikdə, Ayşə əvvəlcə anasına " Nənə, qoyma Vüsal telefona baxsın yoxsa məni öldürər” deyə bildirmişdir. Vüsal Ayşənin telefonuna baxdıqda, Ayşənin çoxlu sayda lüt şəkillərini, başqa-başqa kişilərlə yataqda olmasını əks etdirən şəkillərini görüb əsəbiləşmiş, daha sonra həmin şəkilləri Fanara da göstərmişdir. Fanar bu şəkilləri görüb Ayşəyə qışqırıb rüsvay olduqlarını bildirmişdir. Vüsal da daha sonra Ayşənin gec saatda tanımadığı bir avtomobildən düşüb bloka daxil olduğunu gördüyündən, həmin maşının kimin olmasını aydınlaşdırmaq üçün Ayşə ilə birlikdə həyətə düşmüş, Ayşə Vüsala nalayiq söyüşlər söymüş, Vüsal dözməyib Ayşəni bıçaqla vurmuşdur. Belə ki, Vüsal artıq həmin gün Ayşənin əxlaqsızlıqla məşğul olmasını başa düşmüşdür. O, Ayşənin Vüsal tərəfindən öldürülməsinə görə Vüsaldan heç bir şikayəti olmadığını, sonuncunun azyaşlı övladlarının olmasını, valideynsiz böyümələrini istəmədiyini, Vüsalın özündən asılı olmayan səbəbdən Ayşəni bıçaqla vurmasını, Ayşə Bayramovanın son zamanlarda əxlaqsızlıqla məşğul olmasından məlumatı olmasını, bunu sonuncunun hərəkətlərindən başa düşməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X10 ilə ünvan 6 ünvanında qonşuluqda yaşamışlar. Ayşə Bayramova M.X.Şərifli küçəsi ev 94B ünvanında yerləşən binada, o isə həmin küçədə 94 v ünvanında yerləşən binada yaşamışdır. Ayşə Bayramovam eyni məktəbdə oxuduqlarından uzun müddətdir ki, tanımış, lakin Ayşə ilə sadəcə qonşu kimi münasibətləri olmuşdur. Ayşə Bayramova ilə onun və məhlələrində yaşayan digər qonşuların münasibətləri də hər zaman normal olmuş, Ayşənin hər hansı şəxslə ədavət və ya düşmənçilik saxlamasının, nə də bununla əlaqədar əvvəllər baş vermiş hər hansısa hadisənin şahidi olmamışdır. Ayşə Bayramova əvvəllər yuxarıda qeyd edilmiş ünvanda qonşuluğunda yaşasa da, sonradan Təqsirləndirilən şəxs adlı şəxslə ailə həyatı quraraq sonuncu ilə birlikdə bilmədiyi ünvana köçmüşdür. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 24 radələrində o, yaşadığı ünvandan, yəni M.X.Şərifli küçəsi 94v ünvanının qarşısından M.X.Şərifli küçəsi 94B ünvanında yerləşən binanın qarşısına tərəf getmişdir. 94B ünvanında yerləşən binanın qarşısına keçdikdə əvvəllər də tanıdığı Ayşə Bayramovanın sonradan adını bildiyi Təqsirləndirilən şəxsla mübahisə etməsini görmüşdür. Belə ki, X21 Bayramova qarşı nalayiq ifadələr işlətmiş, Təqsirləndirilən şəxs isə Ayşə Bayramovanın saçından tutub ondan sakit durmasını tələb etmişdir. O, binanın digər tərəfində, Ayşə və Vüsal isə binanın 294-cü blokunun qarşısında dayanmışlar. Gecə vaxtı olduğundan ətrafda heç kəs olmamışdır. Vüsal və Ayşə onu görməmişlər. O, qəfil Vüsalın Ayşəni bıçaqla vurmasını görmüşdür. Aralarında 15-20 metrdən çox məsafə olmuşdur. O, həmin istiqamətə tərəf getdikdə Vüsalın oradan uzaqlaşmasını, Ayşəninsə bir qədər səndəlləyib yerə yıxılmasını görmüşdür. Ayşənin yanma çatdıqda, baş vermiş hadisə zamanı Ayşənin səsinə digər insanlar da ətrafdan yaxınlaşmağa başlamışlar. Ətrafdan gələn şəxslər Ayşəni görüb ondan nə baş verdiyini soruşduqda, Ayşənin bıçaqlanmasını bildirmişdir. O, bir qədər həyəcanlı olmuş, orada olan şəxslərdən biri isə zəng edib təcili tibbi yardım çağırmışdır. Lakin, Ayşə Bayramova təcili tibbi yardım gələnə qədər çox qan itirdiyindən, artıq ölmüşdür. Əvvəllər Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. X15 Bayramov tərəfindən bıçaqla vurulmasını birbaşa görmüşdür. Baş vermiş hadisə zamanı ətrafda hər hansı şəxs olmamış, sakitçilik olmuşdur. O, Vüsal və Ayşənin yanında və ətraflarında hər hansı digər şəxsi görməmişdir. Təqsirləndirilən şəxs Ayşə Bayramovam bıçaqla vurduqdan sonra həmin yerdən uzaqlaşarkən onun uzaqdan Vüsala və Ayşəyə tərəf getdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Vüsal X1 ilə 2010-2020-ci illərdə rəsmi olaraq nikah münasibələrində olmuş, Aynurla olan nikahından Vüsalın 2 övladı dünyaya gəlmişdir. Vüsal X1 ilə nikah münasibətlərində olduqları dövrdə, təxminən 2017-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən paltar mağazalarının birində olarkən həmin mağazanı icarə əsasında işlədən X10m tanımışdır. Daha sonra onlar qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. Həmin dövrdə Vüsal, Aynur Nağıyeva ilə rəsmi nikahda olduğundan, bir müddət Aynurdan xəbərsiz şəkildə Ayşə ilə münasibət saxlamışdır. Vüsal, Ayşə atasız və anasız qız olduğundan, yaşlı nənəsi ilə birlikdə yaşayıb, öz əməyi ilə çalışıb çörək pulu qazandığından Ayşəyə arxa-dayaq olmaq istəmişdir. Vüsal Ayşə ilə teztez görüşmüş, maddi ehtiyaclarını qarşılamışdır. Vüsalın Ayşə ilə olan qeyri-rəsmi nikah münasibətindən xəbəri olduqda da, Vüsala ailəli olmasına görə Ayşə ilə münasibətinə son verməli olduğunu dəfələrlə bildirmişdir. Lakin, Vüsal Ayşəni sevdiyini, sonuncuya bağlandığını deyib münasibətinə davam etmişdir. Bununla bağlı da, hətta bir neçə dəfə Vüsalla mübahisə etmişdir. Bir müddət sonra Vüsalın Ayşə ilə olan münasibəti barədə həmin dövrdə Vüsalın rəsmi nikahda olduğu Aynur Nağıyeva xəbər tutmuş, aralarında Ayşəyə görə ciddi problemlər yaranmağa başlamışdır. Aynur, həmçinin ailələri Vüsala təkidlə Ayşədən ayrılıb, ailəsinin yanında olmasını desələr də, Vüsal Ayşədən ayrılmaq istəməmiş, həm Ayşə ilə, həm də Aynurla münasibətlərini olduğu kimi davam etdirmək istədiyini demişdir. Bir müddət keçdikdən sonra Vüsalın Ayşə ilə olan qeyri-rəsmi münasibətindən övladları Mirvüsal dünyaya gəlmişdir. X27 ilə olan münasibəti ilə barışmadığından, Vüsalla nikah münasibətlərinə son verilməsi üçün məhkəməyə müraciət etmiş və onlar məhkəmə qaydasında rəsmi surətdə boşanmışlar. Bundan sonra Vüsal Ayşəyə daha çox bağlanmış və Ayşənin də könüllü istəyi, razılığı əsasında 2021-ci ilin yaz-yay aylarında onlar rəsmi olaraq evlənib ər-arvad olmuşlar. Ayşə və Vüsal da birbirlərini sevmişlər. Ayşə nikahdan sonra soyadını da dəyişdirib Vüsalın soyadını qəbul etmişdir. Ayşə və Vüsal ər-arvad kimi bir müddət ünvan 7 ünvanda Vüsala məxsus mənzil olmuşdur. Vüsal hətta Ayşə Bayramova ilə rəsmi nikah münasibətlərinə daxil olmazdan əvvəl Ayşənin adına Bakı şəhəri, Xətai rayonunda "Blue Residence” adlanan MTK-dan ev almışdır. Buna görə də, Vüsal təxminən 6-7 ay bundan əvvəl Ayşə Bayramova ilə yaşadıqları Özbəkistan küçəsi ev 1 ünvanında yerləşən mənzili həm Xətai rayonunda Ayşənin adınma aldıqları evin təmirinə xeyli pul sərf olunduğundan, həmçinin işində yaranmış problemlərə görə satıb, Ayşəni azyaşlı övladları Mirvüsalla birlikdə nənəsi Fanarla əvvəllər yaşamış olduğu ünvan 9 ünvanında yerləşən mənzillərinə yerləşdirmişdir. Ayşə Bayramova təxminən 6-7 ay həmin ünvanda, Vüsal isə Suraxanı rayonu, Ramana qəsəbəsində ata və anası ilə birlikdə qalmışdır. Azyaşlı övladları MirTəqsirləndirilən şəxs da Ayşə ilə birlikdə qalır, ara- sıra Vüsalla görüşmüşdür. Ailələri Ayşəni bir gəlin kimi qəbul etməmiş, çünki, Vüsal öz ailəsindən ayrılıb Ayşə ilə evlənmişdir. Vüsalda bu səbəbdən Ayşəni Suraxanı rayonunda yaşayan atasıgilin yanına yox, öz nənəsinin yanına yerləşdirmişdir. Ayşə Bayramova ilə ayrı-ayrı yaşadıqları dövrdə onların münasibətləri kəskin formada pisləşmişdir. Ayşənin Vüsala qarşı qəfil yaranmış soyuq münasibətinə görə Vüsal Ayşənin həyatında başqa şəxsin olmasından da şübhələnmişdir. Bununla yanaşı, qardaşı Vüsal Ayşəni və Mirvüsalı görmək üçün Ayşənin nənəsi ilə birlikdə yaşadığı Nizami rayonu, M.X.Şərifli küçəsi ev 94B ünvanında yerləşən mənzilə gec saatlarda da getdikdə, Ayşənin nənəsi Vüsala bir neçə dəfə Ayşənin evdə olmadığını və başqa yerdə olduğunu demiş, Ayşənin harada olmasını deməmişdir. Bəzən də, Ayşə mobil telefon nömrəsini söndürüb günlərlə Vüsalın zənglərinə cavab verməmişdir. Vüsal bu səbəbdən narahat olmuşdur. Bir neçə gün əvvəl, Vüsalın oğlu Mirvüsal Vüsalla birlikdə atasıgilin yaşadığı Suraxanı rayonundakı evdə qalmışdır. Mirvüsal Ayşənin yanına getmək istəməmiş. Vüsalla qalmaq istədiyini demişdir. 02 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixə keçən gecə evdə yatmışdır. Təxminən saat 01 radələrində Vüsal ona tanımadığı nömrə ilə zəng edib, "Neftçilər” metrostansiyası yaxınlığında olduğunu, özünü çox pis hiss etdiyini, Ayşənin mobil telefonunda yad kişilərlə çılpaq şəkillərini gördüyü üçün aralarında mübahisə yaranmasını, Ayşənin onu söyüb təhqir etdiyini, bu səbəbdən Ayşəni bıçaqla vurduğunu deyib onu götürüb polisə aparmaq lazım olduğunu, təslim olmaq istədiyini və yerini demişdir. O, dərhal qalxıb Nizami rayonu, Neftçilər metrostansiyası istiqamətində getmişdir. Vüsalın yanına çatdıqda o, həyəcanlı olmuşdur. Vüsal ona Ayşəyə məxsus "İphone” markalı mobil telefonu verib demişdir ki, özündə saxlasın, içərisində Ayşənin çılpaq şəkilləri var. Lakin, telefonu aça bilmədiyindən ona göstərə bilməmişdir. Məsələnin nə yerdə olduğunu başa düşmüşdür. Vüsalla birlikdə Nizami RPt-ııin 25-ci PŞnə getmişlər. Vüsaldan soruşduqda, ona demişdir ki, həmin gün gecə saat 00 radələrində Ayşənin nənəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ev 94B ünvanına getdikdə, Ayşə evdə olmamış, bir qədər evdə Ayşəni gözləmiş, Ayşə tanımadığı yad avtomobillə evə gəldikdə harada olmasını və kiminlə gəlməsini soruşub, Ayşənin mobil telefonuna baxmışdır. Ayşə də nənəsi Fanara "Nənə, qoyma Vüsal telefona baxsın, yoxsa məni öldürər” demişdir. Daha sonra Vüsal şübhələrinin əsaslı olmasını başa düşüb, mobil telefona baxdıqda Ayşənin çarpayıda yad kişilərlə birlikdə lüt şəkillərinin olmasını görmüşdür. Sonra aralarında mübahisə yaranmış, evdə azyaşlı Mirvüsal və Ayşənin nənəsi Fanar olduğuna görə həyətə düşmüşlər. Blokun qarşısında olarkən Ayşə Vüsalı yenə də söyüb təhqir edərək Vüsaldan ona qarışmamasını tələb etdikdə, cibində olan bıçaqla Ayşəni vurmuş, daha sonra oradan uzaqlaşmış və ona zəng etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X6 ifadəsindən görünür ki, X10 onun nəvəsi olmuşdur. Ayşə Bayramova uşaq yaşlarında ata və anasını itirmiş və bir müddət qızı Adilə Həsənova ilə birlikdə yaşamış, demək olar ki, Adilə Həsənovanın himayəsində böyümüşdür. X21 Bayramovla evli olmuşdur. Təqsirləndirilən şəxs və Ayşə Bayramova bir-birlərinə çox bağlı olmuş, bir-birini sevmişlər. Vüsal həmişə Ayşəyə və sonuncudan doğulma övladı Mirvüsala xüsusi diqqət və qayğı göstərmişdir. Vüsal baş vermiş hadisəyədək heç bir vaxt Ayşəyə qarşı zor tətbiq etməmiş, onu incitməmişdir. Hətta, Vüsal birinci arvadından ayrılaraq Ayşə ilə rəsmi nikaha daxil olmuşdur. Belə ki, Ayşənin Vüsalla olan nikahından oğlu Mirvüsal dünyaya gəldikdən sonra Vüsalın birinci arvadı da Vüsalın Ayşəyə bağlılığını qəbul edə bilməmişdir. Lakin, son vaxtlar, hadisədən 7-8 ay əvvəl Vüsal və Ayşə birlikdə yaşadıqları mənzili satmışdır. Ayşə onunla birlikdə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki evdə yaşamışdır. Ayşə əvvəllər paltar satışı ilə məşğul olsa da, Vüsalla evləndikdən sonra maddi vəziyyətləri yaxşı olduğundan işləməkdən imtina etmişdir. X9 münasibətləri tam normal olmuşdur. Tez- tez Vüsal onların yaşadıqları ünvana getmiş, övladları Mirvüsal da ara-sıra onlarla, bəzən də Vüsalın ata və anasının yaşadığı ünvanda Vüsalla birlikdə qalmışdır. Təqsirləndirilən şəxs və Ayşənin münasibətlərinin əvvəllər tam normal olmasına baxmayaraq, Ayşənin hərəkətləri son zamanlar Vüsala xoş gəlməmişdir. Buna görə də o, dəfələrlə Ayşəyə evli olması, azyaşlı övladı olması, hərəkətlərində diqqətli olması barədə iradlar bildirmişdir. Ayşə isə onun iradlarını qəbul etməmiş, yaşının çox olmasına görə Ayşəyə nəzarət edə bilməmişdir. Son zamanlarda da Ayşənin evə gec saatlarda gəlməsi onu çox narahat etmişdir. Belə ki, Ayşə bəzən bir neçə gün evə gəlməmiş, gec saatlarda evdən çıxıb getmiş, səhər çıxıb gecə gəlmişdir. Müxtəlif vaxtlarda Ayşə Bayramovanın açıq-saçıq geyimdə evə gəlməsini gördüyündən, buna görə pis olmuşdur. Ayşə ona kimlərlə gedib-gəldiyini deməsə də, Ayşənin əxlaqsız qadınlarla birlikdə çox vaxt keçirməsindən şübhələnmişdir. Ayşə Bayramovaya özünü düzəltməyəcəyi halda, Vüsala hərəkətləri barədə məlumat verəcəyini demişdir. Belə dedikdə isə Ayşə onun üstünə qışqırmış, Ayşənin hərəkətlərinə, geyiminə qarışmamasmı bildirmiş, Vüsala nəsə deyəcəyi təqdirdə evdən çıxıb gedcəyini demişdir. Vüsala Ayşənin hərəkətləri barədə məlumat verəcəyi halda, aralarındakı münasibətin korlanacağından ehtiyyat etmişdir. Vüsal da son zamanlarda Ayşədən şübhələnmişdir. Övladları Mirvüsal çox vaxt Ayşə ilə yox, Vüsalla qalmaq istəmiş, bəzən günlərlə Vüsalla birlikdə qalmışdır. O, ara-sıra Vüsaldan Mirvüsalı görməsi üçün gətirməsini istədikdə Vüsal Mirvüsalı gətirmişdir. 02 sentyabr 2022-ci il tarixdə də Ayşəyə Mirvüsal üçün darıxdığım Vüsaldan uşağı gətirməsini istəməyi demişdir. Lakin, Vüsal uşağı axşam gec saatlarda gətirmişdir. Ayşənin evdə olmamasına görə Vüsalın şübhələnəcəyindən narahat olmuşdur. Vüsal ondan Ayşənin harada olmasını soruşduqda, Vüsala hər şeyi danışmaq qərarına gəlmişdir. Beləliklə, Vüsala Ayşənin evə gec saatlarda gəlməsi, əxlaqını bəyənmədiyi qadınlarla yoldaşlıq etməsi barədə bildirmişdir. Vüsal bundan sonra bərk əsəbləşmiş, tez- tez pəncərədən baxır, Ayşənin gəlməsini gözləmişdir. Ayşənin tanımadığı avtomobildən düşüb gəldiyini görüb, daha da əsəbləşmişdir. Ayşə mənzilə daxil olan kimi Vüsal Ayşədən üzərində olan telefonlarım götürmüşdür. Ayşə dərhal ona "Nənə qoyma Vüsal telefonlara baxsın, yoxsa məni öldürər” deyə bildirmişdir. O, Vüsalın telefonları açıb baxdığını görmüşdür. Vüsal telefonlara baxdıqdan sonra öz başına vurmağa başlamışdır. Ayşəyə qışqırıb Ayşənin müxtəlif yad kişilərlə çılpaq formada yataqda olan şəkillərini ona göstərmişdir. Həmin şəkilləri görəndə dəhşətə gəlmiş və Ayşənin əxlaqsız hərəkətlərlə məşğul olması ona çox pis təsir etmişdir. Bu səbəbdən Ayşəyə onları rüsvay etməsini bildirmişdir. Daha sonra Vüsal Ayşədən biraz əvvəl düşüb gəldiyi avtomobilin kimə məxsus olmasını, hansı səbəbdən və kiminlə evə belə gec saatda gəlməsini soruşmuşdur. Ayşə isə bunun Vüsala dəxli olmamasını, rəfiqəsi ilə gəldiyini demişdir. Vüsal isə Ayşənin saçından tutub, Ayşənin hələ də Vüsalla evli olmasını, buna görə də Vüsala hesab verməli olduğunu bildirmişdir. Ayşə isə Vüsalı ağır söyüşlərlə təhqir etmişdir. Vüsal Ayşəyə aşağıya düşüb avtomobilin kimə məxsus olmasını Vüsala göstərməsini dedikdən sonra onlar aşağıya düşmüşlər. O, Vüsal və Ayşənin mübahisə etməsindən narahat olmuşdur. Vüsal və Ayşə qapıdan çıxıb aşağıya düşmüş, o isə yaşlı olduğundan və hərəkət etməkdə çətinlik çəkdiyindən düşə bilməmiş, sonradan baş verənləri isə görməmişdir. Ayşə Bayramovanın mobil telefonunda gördüyü çılpaq olduğu şəkillərdə olan yad kişiləri tanımamış, o, yalnız Ayşənin yad kişilərlə yataqda çəkilmiş çılpaq şəkillərinin olmasını görmüş, həmin kişiləri tanımamış və birinci dəfə görmüşdür. Ayşə Bayramova müxtəlif vaxtlarda evə gec saatlarda gəlmiş, bəzən evə gəlməmiş, əxlaqsız qadınlarla yoldaşlıq etmişdir. Lakin o, həmin şəxsləri tanımamışdır. Ayşə Bayramovanın mobil telefonuna baxdıqda sonuncunun əxlaqsız şəkillərini görmüşdür. Mobil telefonlarun markası və ya modeli barədə biliyi olmadığından telefonun modelini xatırlamadığını, lakin ayfon adlandırıldığını eşitmişdir. (cild 1, iş vərəq 204-207) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Cinayət işi materiallarına əlavə edilmiş "Cinayət işi başlaması haqqında” 03 sentybar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 deşici-kəsici alətlə boğaz nahiyyəsindən vurularaq ağır xəsarətlər yetirilməklə qəsdən öldürülməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan respublikasının CM-nin 120.1 -ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 01, iş vər. 01) Cinayət işi materiallarında olan «Hadisə yerinə baxış keçirilməsi haqqında» 03 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkilləfrdən dan görünür ki, hadisə yeri olan ünvan 6 ünvanında yerləşən binanın qarşısında 294 nömrəli blokun dəmir materialdan, tünd boz rəngli ikitaylı bağlı qapısı olmuş, həmin qapının kilidi üzərində gözlə görünən sınma, qopma, dağılma, deformasiya və sair mexaniki və fiziki təsir izləri müşahidə edilməmişdir. Blokun qapı tayları maneəsiz açılıb-örtülmüşdür. Blokun giriş qapısının çöl tərəfdən qarşısında olan yer tünd çəhrayı rəngli daşlarla döşənmişdir. Qapının qarşısında olan döşəmədən sağda bir ədəd skamya divara bərkidilmiş, həmin skamya ilə üzbəüz digər skamya isə blokun çıxışına qoyulmuşdur. Üzbəüz qoyulmuş skamyalar arasında olan məsafə 6m olmuşdur. Sağda olan skamyanın qarşısında yerdə, arxası üstə, uzanıqlı vəziyyətdə, üzəri mələfə ilə örtülü meyit aşkar edilmiş, meyitin üzərində olan mələfə götürüldükdə, baxış iştirakçısı, Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Seymur İsgəndərli meyitin ünvan 11 ünvanında yaşamış X13ma aid olmasını bildirmişdir. Meyitin başı sağ çiyni üstə yanmmeyilli şəkildə blokun giriş qapısına, qolları dirsəklərdən yarımbükülü vəziyyətdə, sağ əl sol əlin üzərində olmaqla göbək nahiyyəsinə, ayaqları isə düz, bir-birinə paralel vəziyyətdə, binanın həyətinə tərəf istiqamətlənmişdir. Meyitin əynində qısaqol, üzərində "Bottega Venetta” yazısı olan yaşıl rəngli köynək, göy rəngli cins materialdan şalvar olmuş, ayaqlarında ayaqqabı və corab olmamışdır. Yaşıl rəngli köynəyin görünən yuxarı ön sağ nahiyyəsində qanabənzər ləkələr müşahidə edilmiş, köynək üzərində həmin nahiyyədə deşici-kəsici alətlə yetirilməyə xarakterik 2 ədəd dəlib keçən zədə izləri olmuşdur. Meyitin bədən səthi üzərində paltarları çıxarmadan gözlə görünə biləcək hər hansı xəsarət aşkar edilməmiş, meyitin başının sağ tərəfində 1 cüt ağ rəngli idman ayaqqabıları aşkar olunmuş, baxış iştirakçısı həmin ayaqqabıların mərhuma aid olduğunu, baş vermiş hadisədən sonra köməyə gəlmiş təcili tibbi yardım briqadası tərəfindən ayağından çıxarıldığını bildirmişdir. Meyitin ayaqlarından 5 metr məsafədə, binanın qarşısında olan yolun hərəkət hissəsində, həmin yolun meyitə doğru kənarında və meyitin sağ tərəfində qanabənzələr ləkələr aşkar olunmuş, qanabənzər ləkələr müvafiq olaraq 1,2 və 3 rəqəmləri ilə nömrələnmiş, həmin qanabənzər ləkələrdən 3 ədəd steril pambıqlı çubuqlar vasitəsilə nümunələr götürülərək xüsusi qablarda qablaşdırılmış, meyitin başının sol tərəfində olan 1 cüt idman ayaqqabısı da iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq hal şahidlərinin iştirakı götürülmüşdür. ( cild 1, iş vərəq 4-10) Cinayət işi materiallarına əlavə edilmiş «Könüllü gəlib təqsirini boynuna alma haqqında» 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nə gələrək Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ev 94B ünvanında yerləşən binanın qarşısında arvadı X7 bıçaqla xəsarətlər yetirdiyini, könüllü olaraq təqsirini etiraf etməklə boynuna almasını və cinayət əməli törətdiyi qara rəngli bıçağı təqdim etdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «Götürmə və baxış keçirilməsi haqqında» 03 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi və törətdiyi cinayətin aləti olan 1 ədəd qatlanan tipli, tiyəsi üzərində qanabənzər ləkələr olan bıçaq baxış keçirilməklə götürülmüşdür. Cinayət işi materiallarında olan "Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması” haqqında 3 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdir. (cild 1, iş vərəq 26-27) Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs «şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması» haqqında 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə saat 22-23 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ev 94B ünvanında yerləşən binaya gəldiyi istiqaməti, daha sonra həmin binanın Ayşə Bayramovanın nənəsi ilə birlikdə sağlığında yaşadığı 61 nömrəli mənzilini, mənzilin içərisində Ayşə Bayramova ilə mübahisə etdikləri yeri, Ayşə Bayramovanın saçından tutaraq binanın qarşısına düşmələrini, yerdə olan qan izlərinin Ayşə Bayramovaya aid olduğunu bildirərək, 294 nömrəli blokun qarşısında dayandıqları yeri göstərib həmin yerdə 02 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixə keçən saat 24 radələrində sonuncuya bıçaq zərbələri vurmasını, daha sonra qaçdığı istiqaməti göstərmişdir. (cild 1, iş vərəq 51-58) Cinayət işi materiallarında olan «Meyitə baxış keçirilməsi haqqında» 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, müayinə zamanı əynində yaşıl rəngli qısaqol kofta, göy rəngli cins şalvar, qırmızı rəngli büstqalter, boz rəngli tuman olan X2 paltarlarının geyim səliqəsi pozulmamış, kofta qanabənzər maye ilə bulaşıq olmuşdur. Meyit düzgün bədən quruluşlu, kafi qidalı, boyunun uzunluğu 167 sm, əllədikdə soyuq, dəri örtüyü avazımış, sarımtıl meyit rəngində olmuşdur. Meyitin əl barmaqlarının dırnaqları uzun, şellak olunmuşdur. Parlaq ağımtıl-sarımtıl rəngli boya ilə boyanmışlar. Sağ əlin 1,2,3-cü barmaqlarının qoyma dırnaqları qısa, kənarları nahamar, ayaq barmaqlarının dırnaqları isə ağ rəngdə boya ilə boyanmış vəziyyətdə olmuşdur. Meyitin əzələ qacıması bütün qrup əzələlərdə yaxşı inkişaf etmiş, meyit ləkələri bədənin arxa-yan səthlərində göyümtülbənövşəyimtil rəngdə olmaqla yayılmış şəkildə yerləşmişlər. Baş tükləri tünd qəhvəyimtil rəngdə, uzunluğu 80 sm-ə çatmış, gözləri qapalı, bəbəklər bərabər şəkildə genişlənmişlər, diametri 0,6 sm-dir. Buynuz qişalar şəffaf, güzekli qişa qonuru rəngdə, göz qapaqlarının selikli qişaları solğun çəhrayı rəngdə, qansızmasız olmuşdur. Xarici qulaq və burun keçəcəkləri sərbəst, ifrazatsız olmuşdur. Kəllə tağı və üz skelet sümükləri əllədikdə tam olmuş, burnun konfiqurasiyası pozulmuşdur. Burun sağa tərəf yönəlmiş, əllədikdə sümük xırçıltısı təyin olunmamışdır. Ağzı yarımaçıq, dil ağız boşluğunda dişlər arxasında olmuşdur. Görünən dişləri təbii, tam, ağımtıl rəngdədir. Damağın və dodağın selikli qişaları solğun çəhrayı rəngdə, qansızmasız, lakin üst dodağın selikli qişasında ortada 1,3x1,0 sm ölçüdə, qeyri-müəyyən formalı tünd qırmızımtıl rəngdə qansızına müəyyən olunmuşdur. Boynu bədənə müvafiq, patoloji hərəkətlilik qeyd olunmamışdır. Döş qəfəsi silindrik, simmetrik olmuş, əllədikdə qabırğa sınığı hiss olunmamışdır. Süd vəziləri şarvari, əllədikdə yumşaq, gilə ətrafı dairənin rəngi qəhvəyimtil rəngdə, gilənin ucu ətraf dəri səviyyəsindən 0,6 sm önə çıxmış vəziyyətdə olmuş, əllə təzyiq etdikdə ifrazatsız olması müəyyən edilmişdir. Onurğa sütununda pataloji əyrilik olmamışdır. Qarnı döş qəfəsi səviyyəsində olmuş, əllədikdə yumşaq olmuşdur. Hər iki qoltuqaltı və qasıq nahiyyələri təmiz, tüksüz qeyd olunmuşdır. Xarici cinsiyyət üzvləri qadın tipli düzgün inkişaf etmiş, xəstəlik və zədə əlamətləri olmamışdır. Uşaqlıq yolunun girəcəyinin selikli qişası solğun- çəhrayımtıl rəngdə, ifrazatsız, arxa keçəcəyi zədəsiz, bulaşıqsız olmuş, ətrafların uzunborulu sümüklərini əllədikdə patoloji hərəkətlilik hiss olunmamışdır. Sağ qalça çuxuru proyeksiyasında çəp-köndələn yerləşən 10 sm uzunluğunda ağımtıl rəngdə kənarları düz çapıq yeri olmuş, sağ əlin üst səthində 2- ci və 3-cü daraq sümükləri proyeksiyasında 2,2x0,6 sm ölçüdə qeyri-müəyyən formalı ağımtıl rəngdə azhərəkətli çapıq olmuşdur. Meyitin üzərində döş qəfəsinin ön səthinin sağ yarısında 3-cü və 4-cü qabırğaarası səviyyə ilə orta körpücükaltı xəttin kəsişməsində-sağ süd vəzisinin yuxarı-iç kvandratında 1 ədəd, çəp boylama yerləşən 2,0x0,9 sm ölüçdə, iyvari formalı, kənarları hamar, aşağı ucu iti, yuxarı ucu küt olan, mənfəzində yumşaq toxumalar görünən, kənarlarını yaxmlaşdırda uzunluğu 2,1 sm olan qanlı yara olmuşdur. Yaranı zondla təftiş etdikdə onun daxilə nüfuz etməsi aşkar olunmuşdur. Döş qəfəsinin sağ yarısında ön qoltuqaltı xətt ilə 8ci və 9-cu qabırğalararası nahiyyənin kəsişdiyi yerdə 1 ədəd köndələn yerləşən, l,7x0,6sm ölçüdə, iyvari formalı, kənarları hamar, bayıra (sağa) tərəf olan ucu küt, içəriyə (sola) tərəf olan ucu iti, mənfəzində sarımtıl rəngdə piy toxuması görünən, kənarlarını yaxınlaşdırdıqda yaranın uzunluğu 2 sm olan qanlı yara olmuşdur. Yaranın zondla təftişi zamanı daxilə nüfuz etmədiyi aşkar olunmuşdur. Sol əlin İV barmağın dırnaq falanqasının ovuç səthində köndələn yerləşən 0,5x0,1 sm ölçüdə xətvari formalı, kənarları hamar qırmızımtıl rəngdə yara olmuşdur. Sağ bazunun orta 1/3-nin bayır səthində iki ədəd birbirinə paralel və 2,0 sm aralı məsafədə yerləşən ölçüləri 0,5x0,1 sm və 0,4x0,1 sm olan, sağ saidin yuxarı 1/3-nin ön səthində iki ədəd, bir-birinə paralel və 0,3 sm aralı məsafədə yerləşən ölçüləri 0,7x0,2 sm və 0,6x0,2 sm olan və sağ saidin yuxarı 1/3-nin bayır səthində bir ədəd, 0,4x0,1 sm ölçüdə, sağ qalça tini nahiyəsində 1 ədəd, 0,4x0,1 sm ölçüdə, sağ dizin ön səthində iki ədəd bir- birinə paralel, ölçüləri 0,3x0,1 sm və 0,5x0,1 sm olan xətvari və uzunsov formalı qırmızımtıl rəngdə dəri səviyyəsindən aşağıda olan sıyrıqlar olmuşdur. Sağ baldırın yuxarı 1/3-nin ön səthində 2,Ox 1,5 sm ölçüdə, sol baldırın yuxarı 1/3 nin ön səthində 1,7x1,5 sm ölçüdə, qeyri- müəyyən formalı bozumtul rəngdə qançırlar olmuşdur. Sol baldırın aşağı 1/3-nin ön səthində 1,5x1,0 sm ölçüdə, sağ qalça tini nahiyəsində 1,Ox 1,0 sm ölçüdə, qeyri-müyyən formalı göyümtül rəngdə qançırlar olmuşdur. Boynun yuxarı şöbəsinin sağ yarının ön- yan səthində 6,0x4,5 sm ölçüdə, sağ çənə şaxəsində 3,0x2,5 sm ölçüdə, sağ bazu oynağı proyeksiyasının ön səthində 6,0x3,0 sm ölçüdə, fasiləli xarakterli nötəşəkilli qansızmalar olmuşdur. Meyitin bədən səthində başqa xəsarət aşkar edilməmişdir. Meyitin xarici müayinəsi zamanı iş üzrə əhəmiyyət kəsb etdiyindən X2 hadisə zamanı əynində olmuş yaşıl rəngli qısaqol kofta, göy rəngli cins şalvar, qırmızı rəngli büstqalter və boz rəngli tuman qablaşdırılaraq götürülmüşdür. Göy rəngli cins materialdan üzərində geyilmə izləri olan şalvarın uzunluğu 100 sm, bel nahiyəsində eni 41 sm, şalvarın iki yan, iki arxa cibi olmuşdur. Öndən zəncirbəndlə və bir ədəd düymə ilə bağlanmış, şalvar üzərində hər hansı bir zədə aşkar olunmasa da, üzərində qanabənzər ləkələr müəyyən olunmuşdur. Yaşıl rəngli qarışıq materialdan üzərində geyilmə izləri olan köynəyin ön tərəfində "Bottega Venette” yazısı olmuş, uzunluğu 60 sm, çiyin nahiyyəsində eni 44 sm, qolluqlarınm uzunluğu 17 sm olmuşdur. Köynəyin ön səthinin sağ nahiyyəsində iki ədəd deşici-kəsici alətlə yetirilməyə xarakterik dəlib-keçən zədələr olmuşdur. Qırmızı rəngli, qarışıq materialdan üzərində geyilmə izləri olan büstqalterin uzunluğu 73 sm, hündürlüyü İ6 sm olmuş, büstqalter üzərində əhəmiyyət kəsb edən hər hansı zədə olmamışdır. Boz rəngli, qara naxışlı, qarışıq materialdan üzərində geyilmə izləri olan arxa səthi şəkilli, beli rezinli tumanın uzunluğu 24 sm, bel nahiyyəsində eni 35 sm olmuş, üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. (cild 1, iş vərəq 59-67) Cinayət işi materiallarına əlavə edilmiş «Götürmə və baxış keçirilməsi» haqqında 03 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi qısaqol, ağ rəngli, üzərində geyilmə izləri müşahidə olunan, daxili boyun nahiyyəsində üzərində "Fashion” sözləri yazılmış etiket tikilmiş, üzərində əhəmiyyət kəsb edən gözlə görünən zədə izləri olmayan 1 ədəd kofta, qara rəngli, cins materialdan üzərində geyilmə izləri müşahidə olunan, daxili bel nahiyyəsində "X28” sözləri yazılan qara rəngli etiket tikilmiş, üzərində gözlə görünən zədə əlamətləri aşkar olunmayan 1 ədəd şalvar və qara rəngli, qarışıq materialdan, üzərində geyilmə izləri müşahidə olunan, öndən qara rəngli iplə bağlanan, üzərində gözlə görünən zədə əlamətləri olmayan 1 cüt ayaqqabı baxış keçirilməklə götürülmüşdür. (cild 1, iş vərəq 69-71) Cinayət işi materiallarına əlavə edilmiş «Götürmə və baxış keçirilməsi haqqında» 03 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Şahid3 könüllü olaraq təqdim etdiyi, X7 məxsus "İphone 11” markalı, arxa tərəfi tünd yaşıl rəngli, ekranı sönlü olan, qoşulduqda açılmış ekranda kilid işarəsi görünən, **********57243 İMEİ kodlu, içərisində 2 ədəd-***-***-**-** və ***-***-**-** nömrələr olan mobil telefon baxış keçirilməklə götürülmüşdür. (cild 1, iş vərəq 77-80) İşdə olan "Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 04 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. (cild 1, iş vərəq 87-88) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli, 4(007)- 487/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 123- 127) Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X14 məhkəməyə ərizə göndərərək təqsirləndirilən şəxsə şikayətinin və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün həm ibtidai istintaq zamanı və həmçinin məhkəmə baxışı zamanı işin faktiki hallarına uyğun olan etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri və zərərçəkmiş şəxsin hüquqi varisinin elan edilərək tədqiq edilmiş ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu guya Ayşə Bayramovanı qəsdən öldürmək istəmədiyi hissədə olan ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ibtidai istintaq və məhkəmə iclasında verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı mövqeyini, həmçinin işin faktiki hallarını nəzərə alıb, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi yuxarıda qeyd olunan əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci və 228.4-cü maddələri ilə, tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını, CM-nin 59.1.10-cu maddəsinə əsasən onun könüllü gəlib təqsirini boynuna almasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisi X16 Bayramova qarşı heç bir şikayətinin və tələbinin olmamasını, CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini mahiyyət etibarı ilə etiraf edib, peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs ilk dəfə qəsdən xüsusilə ağır cinayət törətməsini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar- Nizami rayon Prokurorluğunun maddi sübutların saxlanılmasına kamerasında saxlanılan 1 ədəd qara rəngli qatlanan tipli bıçaq, hadisə yerindən 1,2,3 rəqəmlər ilə nömrələnmiş qan ləkələrindən hopdurulma üsulu ilə götürülmüş 03 ədəd steril pambıqlı çubuqlar, X7 məxsus 1 cüt idman ayaqqabısı, meyitə baxış keçirilərkən X2 hadisə zamanı əynində olmuş, götürülmüş yaşıl rəngli kofta, göy rəngli cins şalvar, qırmızı rəngli büstqalter, 1 ədəd tuman, ağ rəngli qısaqol kofta, qara rəngli cins şalvar, 1 cüt idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid3 götürülmüş, X8 məxsus 1 ədəd "İphone 11” markalı mobil telefon Ayşə Bayramovanın yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 234 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-in 120.1-ci maddəsi ilə 9 (doqquz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 9 (doqquz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 03 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. İş üzrə maddi sübutlar- Nizami rayon Prokurorluğunun maddi sübutların saxlanılmasına kamerasında saxlanılan 1 ədəd qara rəngli qatlanan tipli bıçaq, hadisə yerindən 1,2,3 rəqəmlər ilə nömrələnmiş qan ləkələrindən hopdurulma üsulu ilə götürülmüş 03 ədəd steril pambıqlı çubuqlar, X7 məxsus 1 cüt idman ayaqqabısı, meyitə baxış keçirilərkən X2 hadisə zamanı əynində olmuş, götürülmüş yaşıl rəngli kofta, göy rəngli cins şalvar, qırmızı rəngli büstqalter, 1 ədəd tuman, ağ rəngli qısaqol kofta, qara rəngli cins şalvar, 1 cüt idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid3 götürülmüş, X8 məxsus 1 ədəd "İphone 11” markalı mobil telefon Ayşə Bayramovanın yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərcləri cəmi 234 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-621/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-621/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver