Məhkəmə qərarları › İş №1(101)-621/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-621/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-621/2024 08.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ölkə ərazisində narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Mobin” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Mobin” adlı şəxs tərəfindən göndərilmiş 1007 qram çəkidə külli miqdarda narkotik vasitə heroini 29 mart 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, həmin gün Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə gətirilmiş və orada barəsində şəxsi axtarış keçirilən zaman üzərində olan köynəyinin altından 01 bükümdə təmiz çəkisi 1007 qram təşkil edən külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (Azərbaycan dilində sərbəst ifadə verərək) ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, təxminən mart ayının 20-21-i sosial şəbəkədə profilində narkotik vasitələrin satışı ilə bağlı gördüyü hesabdakı nömrə ilə əlaqə saxlayıb narkotik maddənin qiymətini öyrəndikdə, “nəşə” adlanan narkotik maddə marixuananın 1 qramının 11 manat olduğunu öyrəndikdən sonra həmin şəxsə ona 2-3 qram lazım olduğunu desə də 10 qramdan aşağı satılmadığı cavabını alaraq danışığını yekunlaşdırmışdır. Bir gün sonra sosial şəbəkədən tanış olduğu həmin şəxs onunla yenidən əlaqə saxlayaraq, əgər sata biləcəyi adamlar varsa ona 10 qramdan artıq narkotik maddə verəcəyini, həmin maddələri satacağı təqdirdə 2-3 qram narkotik vasitəni ona verəcəyini təklif edib, lakin o, narkotik vasitəni satacaq adamının olmadığını bildirərək danışığı yekunlaşdırmışdır. Həmin ayın 26-sı tarixində narkotik maddəni satan həmin şəxs onunla yenidən əlaqə saxlayaraq ondan narkotik maddə istədiyi sualına müsbət cavab aldıqdan sonra, pul atacağı təqdirdə ona narkotik maddə verməsi barədə düşünəcəyini demişdir, sonra isə o, həmin şəxsə 30 manat pul göndərmiş və qarşılığında ayın 26-dan 27-ə keçən gecə ona narkotik vasitə vermişdir. 1 gün sonra narkotik vasitəni satan şəxs yenidən onunla əlaqə saxlayaraq ona 400 qram narkotik maddə göndərəcəyini, onu satmağı və pulunu da sonradan ona qaytarmağı təklif etmiş, lakin o, 100 qram maddə göndərilməsini, 80 qramını satıb, digər 20 qramını da özünə götürməyi təklif etdikdə narkotik maddəni satan şəxs razılaşmamışdır. İfadəsinin davamında təqsirləndirilən şəxs əlavə olaraq bildirdimişdir ki, saat 18:15-də həmin şəxsdən 10 qram narkotik maddə almaq, lakin 60 manatı həmin zaman, digər 50 manatı isə sonra göndərəcəyini demək məqsədilə onunla əlaqə saxlayıb, həmin şəxs ona 80 manat göndərməsini, digər 30 manatı isə sonra göndərməsini istədikdə onlar razılaşmışlar və həmin şəxs narkotik maddəni götürəcəyi yeri bildirmək məqsədilə ona konum atmışdır. Həmin şəxs ayın 29-u saat 16 radələrində onunla əlaqə saxlayaraq harda olduğunu Memar Əcəmi metrostansiyasına nə qədər müddətə çata biləcəyi ilə bağlı sual verdikdə, o, Kürdəxanı qəsəbəsində olduğunu və deyilən ünvana təxminən 1,5 saata gedə biləcəyini bildirmişdir. Bundan sonra o, taksi ilə Memar Əcəmi metrostansiyası yaxınlığına getmiş, taksidən düşdükdə istintaqa naməlum narkotiki satan şəxs ona videogörüntü ilə zəng edərək təxminən yarım saata Memar Əcəmi metrostansiyası yaxınlığında olacağını demişdir. Sonra o, deyilən ünvandakı küçədə bir neçə dəfə dolaşmış və narkotik maddəni götürəcəyi binanın bloku qarşısında br neçə nəfər kişinin olduğunu görmüşdür. Blokun qarşısında olan şəxslərə görə həmin ünvana daxil olmamış və narkotik maddəni satan şəxsə göndərmək məqsədilə qarşısında duran bir neçə nəfərlə birikdə blokun videosunu çəkmiş, lakin göndərməmişdir. Bu zaman həmin şəxs ona zəng etdikdə, o, narkotik maddəni götürdüyünü və həmin şəxsin digər 30 manatı ona göndərməsi ilə bağlı tələbinə isə evə getdikdə göndərəcəyini bildirmişdir. Blokun qarşısındakı bir neçə nəfərin oradan getməsi gözləmək üçün o, bir qədər kənar yerdə gözləmiş, blokun qarşısındakı şəxslər oradan getdikdən sonra bloka daxil olub, blokun qapısının arxasında sellofan torbada olan narkotik maddəni götürüb, üzərində olan paltarın qarın hissəsindəki cibinə qoymuşdur. Blokdan 6-7 addım atıb uzaqlaşdıqdan sonra onun üzərinə bir nəfər polis əməkdaşının gəldiyini görərək bir az əvvəl götürdüyü sellofan torbanı qırağa atmışdır. Sonra əlavə bir neçə polis əməkdaşı da ona yaxınlaşmış və onun telefonu, pul qabı kimi əşyalarını götürərək ad, soyadını soruşmadan öncə BMW markalı, sonra isə Sunny markalı avtomobilə mindirmişlər. Polis əməkdaşları həmin avtomobillə onu polis bölməsinə apararaq oradakı otaqlarda birinə qoymuş, 1 saatdan sonra isə yuxarı mərtəbədəki otaqlardan birinə qaldırmışlar. Həmin otaqda onu saxlayan polis əməkdaşlarından bir nəfər onun telefonunu götürmüş və istintaqa məlum olmayan narkotik maddə satan şəxsin təqsirləndirilən şəxsə ona dediyi ünvana 1 kq narkotik maddə qoyduğu ilə bağlı səs atdığı məlum olmuşdur. Polis bölməsində isə ona polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiq edildiyini və buna görə də 1 kq heroini məcburən etiraf etdiyini bildirmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, bir neçə ildir ki, narkotik vasitə marixuanadan kağıza büküb çəkməklə istifadə edir. Narkotik vasitələri əsasən tanımadığı şəxslərdən alır. Bir neçə aydır ki, sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur, belə ki, həmin şəxsdən bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə marixuana almışdır. Həmin şəxsdən marixuananı bank kartına əvvəlcədən pul göndərməklə Bakı şəhəri ərazisində müxtəlif ərazilərə qoyduğu yerlərdən götürməklə almışdır. Sonuncu dəfə isə tutulmamışdan təxminən 2-3 gün əvvəl yenidən İran İslam Respublikasının vətəndaşı Mobin adlı şəxsdən narkotik vasitə marixuana istəmişdir. 29 mart 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Mobin adlı şəxslə vatsapp vasitəsilə danışıqları zamanı Mobin ona bildirmişdir ki, narkotik vasitəni Əcəmi metrostansiyası yaxınlığında qoymuşdur, eləcə də, ona həmin yerin konumunu atmışdır. Daha sonra o Mobinin ona konum atdığı yerə, yəni ki, Bakı şəhəri Əcəmi metrostansiyası yaxınlığına, daha doğrusu A.Məhərrəmov küçəsinə narkotik vasitəni götürməkdən ötrü getmişdir. Mobin ona bildirmişdir ki, narkotik vasitə binanın blokundadır, o konumla həmin yeri tapmışdır. Təxminən saat 17:50 radələrində həmin bloka girib deyilən yerdən sellofanda olan narkotik vasitəni götürmüşdür. Təxminən yarım saatdan sonra isə yaxınlıqda yəni ki, A.Məhərrəmov küçəsi 15 ünvanının qarşısında olarkən, ona 3 nəfər şəxs yaxınlaşaraq özlərinin polis olduğunu, üzərində narkotik vasitə olması ilə bağlı məlumatlarının olduğunu və birlikdə polis şöbəsinə getməli olduqlarını bildirmişdirlər. O üstündə narkotik vasitə olduğundan həyəcanlanmışdır, lakin, artıq hər şeyin gec olduğunu görüb polis əməkdaşlarına etiraz etməmiş və birlikdə 19-cu PŞ-yə getmişdirlər. PŞ-də olan zaman təhqiqatçı tərəfindən dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Vəkil İmran Hüseynov gəldikdən sonra hüquq və vəzifələri izah olunmuşdur, lakin vəkil İmran Hüseynov şəxsi axtarışda iştirak edə bilməyəcəyini söyləmişdir, o da buna etiraz etməmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulmuşdur. Bu zaman həmin prosses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınmışdır, o verilən suallara cavab olaraq üstündə olan köynəyinin altında saxladığı qara rəngli sellofanda olan narkotik vasitəni təqdim etmişdir, daha sonra isə Redmi Note9 markalı mobil telefonunu təqdim etmişdir. Təhqiqatçı həmin bükümü ondan nə olmasım soruşduqda o dəqiq olaraq nə olduğunu bilmədiyini, lakin, İran İslam Respublikasının vətəndaşı Mobin adlı şəxsdən qoyduğu yerdən götürməklə aldığım bildirmişdir, lakin, Mobindən narkotik vasitə marixuana istədiyini, həmin narkotik vasitənin də əvvəlcə narkotik vasitə marixuana zənn etdiyini, lakin, götürdükdən sonra kakosa bənzədiyini görmüşdür. Lakin, kakos istifadə etmədiyi üçün konkret olaraq nə olduğunu bu səbəbdən bilməmişdir. Daha sonra həmin narkotik vasitə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndəriləcəyi bildirilmişdir. Həmçinin, aşkar olunmuş ona məxsus olan Redmi Note9 markalı mobil telefon, eləcə də, mobil telefonun arxasında olan ona məxsus Leobank kartı da iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Buda videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra həmin videogörüntüyə baxılmışdır və sonra protokol tərtib olunaraq imzalanmışdır. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, Mobin adlı şəxsi tutulmamışdan əvvəl bir neçə aydır ki, tanıyır, əvvəllər Mobin adlı şəxsdən bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə almışdır, həmçinin, son vaxtlar Mobinlə razılaşmışdırlar ki, o Mobin adlı şəxsdən narkotik vasitə aldıqda daha çox alsın və tanışlarına sataraq həmin puldan hər ikisi də qazanc əldə etsinlər, lakin, Mobin adlı şəxsin narkotik vasitəni qaçaqmalçılıqla və ya başqa hansı yolla göndərməsi barədə məlumatı olmamışdır, bununla bağlı Mobin ona heç nə deməmişdir. “Mobin” adlı şəxs ilə "whatsapp" vasitəsi ilə danışdığı zaman görmüşdür, sonuncunun hal-hazırda İran İslam Respublikasında olmasını təxmin edir. Mobin ilə aralarında həmin narkotikin bir qismini Özümə götürməyi, bir qismini isə satmağı barədə razılaşmaları olmuşdur, lakin, həmin narkotik 1 kq olacağı, eləcə də, heroin olacağım bilməmişdir. O həmin narkotik vasitəni götürdükdə ağır olduğunu hiss etmişdir, sadəcə olaraq götürüb oradan uzaqlaşdıqdan sonra Mobin ilə danışıb nə üçün ağır olmasını soruşmaq istəmişdir, Mobin ilə danışdıqdan sonra isə yəqin ki, özünə və satmağı üçün müəyyən qədəriııi götürüb, qalanını Mobinin dediyi yerə qoyacaqdı, lakin, həmin narkotikin heroin olmasını isə sonradan bilmişdir. Üzərindən aşkar edilmiş bank kartı özünə məxsus olmuşdur. Əvvəllər də narkotik istifadə edərkən Mobin adlı şəxsdən və tanımadığı şəxslərdən almışdır. Onun mobil nömrəsi tutulana qədər istifadə etdiyi və şəxsi axtarış zamanı götürülmüş mobil telefonunda olan ***-***-**-** saylı mobil nömrədir. Polis əməkdaşları onu saxlayarkən hər hansı bir qanuna zidd hərəkətə yol verməmişdirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 29 mart 2023-ü il tarixdə axşam saat təxminən 17:30 radələrində ona əməliyyat məlumatı daxil olmuş və məlumata əsasən Asif Məhərrəmov 15 ünvanına yaxınlaşmışlar. Orada xarici əlamətləri əvvəlcədən məlum olan və həmin əlamətlərə uyğun olan şəxsin binanın bloklarından birinə daxil olduğunu müşahidə etmişlər. Həmin şəxs blokdan çıxanda ona yaxınlaşıb özlərini təqdim etdikdə həmin şəxs əlindəki selofan torbanı qarın tərəfdən köynəyinin altına qoymuşdur. Ondan həmin selofanın içindəkinin nə olduğunu soruşduqda, selofandakının narkotik olduğu bildirilmişdir. Bundan sonra isə həmiun şəxsi 19-cu Polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə baxış Polis bölməsində təhqiqatçısının otağında keçirilib. Bölmədə köynəyinin altında selofan torbaya bükülmüş narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir psixoloji və fiziki zor tətbiq olunmayıb. Əməliyyat tədbirində də, həmçinin şəxsi baxış zamanı da videoçəkiliş olub. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Hüseyn adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, özündə saxlayaraq daşıması, narkotik vasitələrin istifadəsi və Nəsimi rayonu ərazisində narkotik maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə onun tərəfindən Hüseyn adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Eyni zamanda həmin tarixdə həmin məlumatın yoxlanılması məqsədilə onun tərəfindən Hüseyn adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna 19-cu PŞ-nin əməkdaşları da daxil edilmişdir. “Hüseyn” adlı şəxsin digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ünvan 4 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə saat 17:30-da Şahid3 və Şahid2 ilə birlikdə ünvan 5 ünvanın qarşısında olmuşdurlar. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 18:30 radələrində əməliyyat məlumatında göstərilən “Hüseyn” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxs görmüşdürlər. Həmin vaxt əməliyyat tədbiri videokamera vasitəsilə qeydə alınmışdır. Həmin vaxt qeyd olunan şəxsə yaxınlaşmaq istədikdə həmin şəxs binalardan birinin blokuna daxil olmuş və bir neçə saniyə sonra blokdan çıxmışdır. Həmin şəxs blokdan çıxdıqda köynəyinin altında sellofan torbanı gizlətməsini görmüşdürlər. Bundan sonra dərhal həmin şəxsə yaxınlaşaraq adını soruşmuşdurlar. Həmin şəxs adının Hüseyn olduğunu bildirmişdir. Polis əməkdaşları həmin şəxsə özlərini təqdim etmiş və üstündə narkotik vasitə saxlaması, istifadə etməsi, eləcə də, narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğundan birlikdə PŞ-yə getməli olduğunu bildirmişdirlər. Həmin şəxs etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişdirlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Həmin şəxs polis şöbəsinə gətirildikdən sonra PŞ-yə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması, istifadəsi və satışı ilə məşğulunda şübhəli olması ehtimal edildiyindən üstünə baxış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişdirlər, eləcə də, əməliyyat tədbirininin videogörüntüsü diskə köçürərək həmin raporta əlavə edilmişdir, həmin raportun icrası Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Elşad Vəliyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Elşad Vəliyevin xidməti iş otağına aparmışdırlar. Orada təhqiqatçı Elşad Vəliyev Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, Təqsirləndirilən şəxs hər hansı vəkilin hüquqlarını müdafiə etməsini istədiyini bildirdiyi üçün təhqiqatçı Elşad Vəliyev PŞyə vəkil dəvət etmiş və 14 saylı vəkil bürosunun vəkili X5 PŞ-yə gəldikdə təhqiqatçı Elşad Vəliyev həmin vəkili Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirmişdir, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Şəxsi axtarışdan əvvəl müdafiəçi X5 şəxsi axtarışı öz iştirakı olmadan aparılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Elşad Vəliyev Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki göy-qırmızı damalı köynəyinin altından 1 (bir) ədəd qara rəngli sellofanın içərisində olan bükülünü, eləcə də, əynindəki şalvarının sol yan cibindən mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə geyindiyi göy-qırmızı damalı rəngli köynəyinin boynuna, ciblərinə və içərisinə, həmçinin, əynindəki açıq şabalıdı şalvarının yan və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra ayaqqabılarını çıxarıb silkələməyi təklif edilmişdir, vətəndaş Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarıb içərisini göstərmiş və silkələmişdir, lakin hər hansı bir əşya aşkar edilməmişdir, eləcə də corablarını çıxarıb silkələmişdir, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur, sonuncu 1 (bir) ədəd qara rəngli sellofanın içərisindəki bükülünün içərisində olan əşyanı İran Respublikasının vətəndaşı Mobin adlı şəxsdən 80 manat pul müqabilində narkotik vasitə olan “ot” adı ilə aldığını, İran Respublikasının vətəndaşı olan Mobin adlı şəxslə 10 qram ot almaq üçün telefon vasitəsilə danışdığını, həmin otu özü istifadə edəcəyini, təxminən 1 ildir ki, narkotik vasitə olan otdan istifadə etdiyini, həmin bükülünün içərisində olan maddənin nə olduğunu bilmədiyini söyləmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli sellofanın içərisində olan narkotik vasitəyə bənzər spesifik iyə malik olan qəhvəyi rəngli kütlənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər, 1 (bir) ədəd qara rəngli sellofanda olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPŞ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 187 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun markası və kimə məxsus olması soruşulmuş, Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus Redmi note 9 markalı mobil telefon olduğunu bildirmişdir. Həmçinin, həmin mobil telefonun qabının arxasından bir ədəd Leobank kartı da aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin leobank kartının da özünə məxsus olduğunu bildirmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən Redmi Note9 markalı mobil telefon və Leobank bank kartı götürülərək qablaşdırılmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Daha sonra isə protokol tərtib olunaraq ucadan oxunmuş və protokolun düzgünlüyü imzalarla təsdiqlənmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində A.Məhərrəmov küçəsi 15 saylı ünvanda yerləşən binanın blokunda əvvəlcədən özünün deməsinə görə İran İslam Respublikasının vətəndaşı Mobin adlı şəxsin yerləşdirməsindən sonra götürmüşdür, lakin, həmin narkotik vasitənin oraya kim tərəfindən qoyulması istiqamətində keçirilmiş əməliyyat tədbirləri zamanı hələlik heç bir müsbət nəticə əldə edilməmişdir, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı əməliyyat məlumatı daxil olsa da, kimlərə narkotik vasitə satması istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır, bu sahədə əməliyyat-axtarış tədbirləri davam etdirilir, gələcəkdə digər müsbət məlumat əldə olunarsa rəsmi olaraq əlavə məlumat veriləcəkdir. Məhkəmə istintaqı və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki göy-qırmızı damalı köynəyinin altından 1 (bir) ədəd qara rəngli selofanın içərisində narkotik vasitəyə bənzər maddə olan bükülünü, eləcə də, əynindəki şalvarının sol yan cibindən mobil telefonu və bir ədəd (LeoBank) plastik bank kartını çıxardıb təqdim etmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi barədə” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda binanın blokuna daxil olaraq oradan çıxdıqdan sonra onun üzərində (paltarının altında) büklünün olması müşahidə edilir. Əməliyyat tədbirinə keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs məxsus “Redmi Note 9” markalı mobil telefona baxış keçirilməsi barədə protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, “Vhatsapp” bölməsinə daxil olunduqda, həmin bölmədə +98-***-***-**-** saylı mobil nömrəsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs həmin şəxsin İran İslam Respublikasını vətəndaşı olan şəxs olduğunu bildirmiş və həmin şəxslə yazışmalara baxdıqda müəyyən olunur ki 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Rufet adlı şəxsə səs göndərir və həmin səsdə deyilir “mən sənə təklif edə bilərəm ki, bir dəfə sənin dediyivi yəni ki, malını lazımi yerə çatdıra bilərəm, lakin sənin dediyin yerə yox, özüm qoyacam malı və konum atacam, mal 400 qram olmasın 100 qram olsun, 100 qramdan 20 qramı mənim olacaq 80 qramını isə aparıb qoyaram”. Bundan başqa həmin yazışmalarda görünür ki, Təqsirləndirilən şəxs Rufed adlı şəxsə yazır ki, “malı çatdır, çünki mən başqasından pul almışam, əgər alınmırsa həmin adamın pulun qaytarmalıyam, əgər bu adam otkaz getsə, ikimizin də xeyri batacaq.” Həmçinin, bu yazdıqlarını səs vasitəsilə də Rufet adlı şəxsə göndərir. Bundan sonra Təqsirləndirilən şəxs səs göndərilir ki, “sənə mal atacam götürəndən sonra yoldaşlarına satarsan, sat pul qazan ki, iş işləyək”. Təqsirləndirilən şəxs da cavabında səs ataraq bildirir ki, “birdənə bu hələ çatsın mənə görəy bu nədi, ondan sonra həll edərək yaxşı olar, sənin də qazancın olar, mənim də” 29 mart 2023-cü il tarixdə saat 16:42-də Osmanova səs atilır ki, Əcəmiyə nə qədər yolun var? Təqsirləndirilən şəxs cavab olaraq sms yazır ki 1 saat və ya yarım saat. Həmin gün saat 17:03-də isə görünür ki, Təqsirləndirilən şəxs konum və 2 şəkil atılır, həmin şəkillərdən görünür ki, yer işarələnmişdir, Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitənin qoyulduğu yerdir və bu səbəblə işarələnmişdir. Bundan başqa həmin gün saat 18:07-də Rufet Təqsirləndirilən şəxs səs göndərir ki, bir kilodur, onun 50 dənəsi sənindi, qalanını deyəcəm aparıb qoyarsan dediyim yerə. Həmçinin baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsə səsləri özü göndərmiş və sms mətnləri də özü yazmışdır. Mobil telefona baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6/1843 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1007 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 2032 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu, narkotik vasitəni satmadığını, satmaq fikri (məqsədi) olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq Təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı hə hansı bir xəsarət aşkar olunmadığı müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs məxsus “Redmi Note 9” markalı mobil telefona baxış keçirilməsi barədə protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, “Vhatsapp” bölməsinə daxil olunduqda, həmin bölmədə +98-***-***-**-** saylı mobil nömrəsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs həmin şəxsin İran İslam Respublikasını vətəndaşı olan şəxs olduğunu bildirmiş və həmin şəxslə yazışmalara baxdıqda müəyyən olunur ki 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Rufet adlı şəxsə səs göndərir və həmin səsdə deyilir “mən sənə təklif edə bilərəm ki, bir dəfə sənin dediyivi yəni ki, malını lazımi yerə çatdıra bilərəm, lakin sənin dediyin yerə yox, özüm qoyacam malı və konum atacam, mal 400 qram olmasın 100 qram olsun, 100 qramdan 20 qramı mənim olacaq 80 qramını isə aparıb qoyaram”. Bundan başqa həmin yazışmalarda görünür ki, Təqsirləndirilən şəxs Rufed adlı şəxsə yazır ki, “malı çatdır, çünki mən başqasından pul almışam, əgər alınmırsa həmin adamın pulun qaytarmalıyam, əgər bu adam otkaz getsə, ikimizin də xeyri batacaq.” Həmçinin, bu yazdıqlarını səs vasitəsilə də Rufet adlı şəxsə göndərir. Bundan sonra Təqsirləndirilən şəxs səs göndərilir ki, “sənə mal atacam götürəndən sonra yoldaşlarına satarsan, sat pul qazan ki, iş işləyək”. Təqsirləndirilən şəxs da cavabında səs ataraq bildirir ki, “birdənə bu hələ çatsın mənə görəy bu nədi, ondan sonra həll edərək yaxşı olar, sənin də qazancın olar, mənim də” 29 mart 2023-cü il tarixdə saat 16:42-də Osmanova səs atilır ki, Əcəmiyə nə qədər yolun var? Təqsirləndirilən şəxs cavab olaraq sms yazır ki 1 saat və ya yarım saat. Həmin gün saat 17:03-də isə görünür ki, Təqsirləndirilən şəxs konum və 2 şəkil atılır, həmin şəkillərdən görünür ki, yer işarələnmişdir, Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitənin qoyulduğu yerdir və bu səbəblə işarələnmişdir. Bundan başqa həmin gün saat 18:07-də Rufet Təqsirləndirilən şəxs səs göndərir ki, bir kilodur, onun 50 dənəsi sənindi, qalanını deyəcəm aparıb qoyarsan dediyim yerə. Həmçinin baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsə səsləri özü göndərmiş və sms mətnləri də özü yazmışdır. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitəni satmadığı, satmaq fikri (məqsədi) olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar (1 kq 7 qram) təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin təqsirləndirilən şəxsin ibtiadi araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsində qeyd etdiyi digər halları, bundan əlavə təqsirləndirilən şəxsin mobil telefondan aşkar olunmuş məlumatları (sms və digər yazışmaları) da nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün (məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri) ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan aparılmış tədqiqatlardan sonra qalıq qalmış 1006,8 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ‘‘Redmi Note9" markalı bir ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarına qaytarılmalı, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mobil telefona baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) və əməliyyat axtarış tədbirinin keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 1006,8 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, ‘‘Redmi Note9" markalı bir ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarına qaytarılsın, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mobil telefona baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) və əməliyyat axtarış tədbirinin keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar