Məhkəmə qərarları › İş №1(101)-622/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-622/2020

23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-622/2020 23.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), X1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Zərərçəkmiş şəxs2, müdafiəçi: Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1988-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2017 və 2018-ci il təvəllüdülü iki azyaşlı uşağı olan, işləməyən, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Reçspublikası CMnin 177.1-ci maddəsi ilə 01 il islah işləri 15 % cəzasına məhkum edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan və cinayət məsuliyyətindən azad edilərək qeydiyyatdan çıxarılmış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu ildə saat 19 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi VAZ-21074 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 31-ci kilometrliyində Qazax istiqamətində 100-110 km/saat sürətlə üçzolaqlı yolun orta zolağı ilə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsada bunu etməyib, müvafiq ara məsafəsi saxlamadığından qarşısında eyni istiqamətdə və zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinin kəskin tormoz verdiyini görüb həmin avtomobillə toqquşmamaq üçün sükanı sağa burub ayağını tormoza atmış, lakin idarəetməni itirdiyindan avtomobil hərəkətini davam etdiərərk qabaq hissəsi yolun sağ kənarında çınqıl örtüklü ehtiyat hissədə dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi Kamaz 53212 yük markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ-21074 minik markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 təpəənsə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları. başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, baş beyinə qansızma, sağ alın-təpə nahiyəsində, sağ yanaq və alt çənə nahiyəsində, sağ əlin arxa səthində, sol dizin ön səthində sıyrıqlar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, habelə Kamaz 53212 yük markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 4500 manat məbləğində maddi ziyan yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, idarə etdiyi «VAZ-21074» minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili 2013-cü ildə etibarnamə əsasında almış, yaşadığı Kürdəmir rayonu, Sığırlı kənd ərazisində istifadə etdiyi üçün sürücülük məktəbi və yaxud kurslarını oxumamış, sürücülük vəsiqəsini almamışdır. xx xxxx 2019-cu il tarixdə televizor almaq məqsədilə bu maşınla Bakı şəhərinə getmişdir. Maşının əyləcində nasazlıq var idi. Belə ki, əyləci sıxdıqda maşın gec dayanırdı. Buna baxmayaraq həmin maşını uzaq məsafəyə sürüb getmişdir. Bakıda münasib televizor tapıb ala bilmədiyi üçün geriyə, Sığırlı kəndinə qayıtmaq istəmiş, lakin uşaqlıq dostu olan həmkəndlisi Zərərçəkmiş şəxs1 Bakı şəhərində olduğu üçün onunla telefon əlaqəsi saxlamış və Lətif onun kəndə qayıdacağını bilərək onu da kəndə aparmasını xahiş etmişdir. O da razı olmuşdur. xx xxxx 2019-cu il tarixdə saat 18:30 radələrində əvvəlcədən razılaşdığı kimi Bakı şəhəri Yeni Yasamal ərazisində Lətiflə görüşmüş və birlikdə yaşadığı Kürdəmir rayonuna getmək üçün yola düşmüşlər. O, avtomobili idarə etmiş, Lətif isə qabaq sağ oturacaqda əyləşmişdir. Saat 19 radələrində Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 3 zolaqlı yolun orta zolağı ilə saatda təxminən 100-110 km sürətilə Qazax istiqamətinə hərəkət edirdi. Hava şəraiti quru, asfalt örtüyü də quru idi. Həmçinin bu vaxt, yəni saat 19 radələrində hava qaralmadığı üçün yolu aydın görmüşdür. Bu yolla hərəkət edən zaman soldan qara rəngli «Hunday» və ya «Kia» sedan maşını yüksək sürətlə onu ötərək qarşıdan onun hərəkət zolağına keçərək orta sürətlə hərəkət edərək dayanmağa başlamışdır. Həmin maşınla toqquşmamaq üçün sağa tərəf 3-cü zolağa keçmək üçün manevr etmiş, əyləci basmış, lakin əyləc nasaz olduğu üçün maşını saxlamamış və bu zaman 3-cü zolaqda dayanmış «Kamaz» markalı yük maşının arxa hissəsinə onun idarə etdiyi maşının qabaq hissəsi çırpılmışdır. «Kamaz» ın dayandığı yolun kənarında yanacaqdoldurma stansiyası və mağaza var idi. Zərbədən sonra huşunu itirmiş, yalnız 4 gündən sonra özünə gəlmişdir. O zaman bilmişdir ki, dostu və həmkəndlisi Zərərçəkmiş şəxs1 qəza nəticəsində vəfat etmişdir. Ona təqdim olunan hadisə yerinin sxemi və fotoşəkillərdə nə onun idarə etdiyi maşının, nə də ki, qarşısına keçən sedan tipli maşının təkərlərin sürüşmə izlərin olmamasını izah edə bilmir. Maşının əyləci nasaz olduğu təqdirdə yüksək sürətlə idarə etməsini onunla izah edir ki, yol boş idi, qarşısında heç bir maneə olmamışdır. İbtidai istintaq zamanı müstəntiqə maşının əyləcinin nasaz olmasını və onun maşınını sol tərəfdən digər maşının ötüb keçməsini bildirmişdir. Nədənsə müstəntiq onun sözlərini protokola yazmamışdır. Bu gün məhkəmədə verdiyi ifadəsi düzgündür və həmin ifadəni təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüqüqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Qürbət Ağamalıyev onun həmkəndlisidir, eyni zamanda mərhum oğlu Lətifin yaxın dostu olmuşdur. Lətif Bakı şəhərinə satdığı maşının pulunu almaq məqsədilə getmiş, maşını satdığı şəxsi tapa bilməmiş, həmin şəxsi axtarışa vermək üçün pula ehtiyac olduğunu ona telefonla bildirmişdir. Qohumu vasitəsi ilə Sığırlı kəndindəki mağazanın qarşısındakı bankomat vasitəsi ilə 200 manat pulu göndərtdirmişdir. Qohumu pulu göndərən zaman Qürbət Ağamalıyev də orada olmuş, pulun göndərilməsini görmüş və elə həmin axşam Qürbət Bakı şəhərinə gedərək Lətiflə görüşmüşdür. Qürbət düzgün ifadə vermir, o maşını saatda 110 km sürətlə idarə etməmişdir. Maşının qəzadan sonra sürət göstəricisi 170 km olmuşdur. Hadisə barədə ona bir qohumu zəng edib bildirmiş, qohumunun maşını ilə Primorsk qəsəbəsinə morqa gedib oğlunun meyitini kəndə gətirib dəfn etmişdir. Qürbətin qohumları ona heç bir köməklik etməmiş, heç kim gəlib ona başsağlığı verməmişdir. Qürbətin qaynatası, atası və qohumları orada olmuş, lakin onu morqda qoyub qaçmışlar. Qürbət Ağamalıyevə qanuni cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Ağamalıyev Qüdrəti tanımır. O, yol hadisəsi baş verdiyi yerin yaxınlğında yaşayır. xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində avtomobil yolundan gələn güclü toqquşma səsindən narahat olaraq yola çıxmış, görmüşdür ki, yolda tanımadığı insanlar toplaşmışdır. Görmüşdür ki, bir VAZ-21074 markalı avtomobilin qabaq hissəsi ilə Kamaz-53212 yük markalı avtomobilin arxa hissəsinə toqquşmuşdır. VAZ- 21074 markalı avtomobilin içində olmuş sərnişini ölmüş, sürücüsü isə ağır yaralanmışdır. Artıq hadisə yerinə yol polisi əməkdaşları gəlmiş və hadisə yerini müayinə edən müstəntiq hadisə yerinə baxış keçirilməsində ona hal şahidi qismində iştirak etməyi təklif etmişdir. O, razılaşaraq hadisə yerinin müayinəsində iştirak etmişdir. Bir daha bildirir ki, o yalnız hadisə baş verəndən sonra hadisə yerinə gəlmişdir. Hadisəyə qədər olan vəziyyəti görməmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, VAZ-21074 markalı avtomobil yolun sağ kənarında çınqıl örtüklü ehtiyat hissədə dayanmış Kamaz-53212 yük markalı avtomobilin arxa hissəsinə dəyərək toqquşmuşdur. Kamaz markalı maşının sağ tərəfində hasar mövcud olduğu üçün onun sağ tərəfindən ötüb keçmək mümkün deyildir. Yalnız Kamazın sol tərəfindən geniş asvalt yolu ilə VAZ-21074 markalı maşın ötüb keçə bilərdi. Orada olan insanların sözlərindən bilmişdir ki, sürücü sükan arxasında yuxladığı üçün yoldan çıxıb KAMAZ-ın arxa hissəsinə idarə etdiyi maşını vurmuşdur. Tərtib olunmuş protokolu baxışın iştirakçıları olan digər hal şahidi ilə birlikdə imzalamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında «Kamaz 53212» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobil anası X2 adına olsada faktiki ona məxsusdur. Həmin avtomobillə yük daşımaqla məşğul olur. xx xxxx 2019-cu il tarixdə axşam saat 19.30 radələrində idarə etdiyi «Kamaz 53212» yük markalı avtomobillə yük yerində 9 ton mərmər olmaqla Bakı-Qazax yolu ilə Tovuz rayonuna gedərkən Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində yolun sağında mağaza olduğunu görüb su almaq məqsədilə avtomobili yolun sağ kənarına sarı xətdən sağ tərəfə saxlamışdır. Qeyd etdiyi kimi avtomobilinin təkərləri sarı xətdən təxminin 1 metr sağ tərəfdə ehtiyat hissədə idi. Avtomobilin mühərrikini söndürmüş, qəza işıqlarını yandırmışdır. Avtomobildən düşüb mağazaya getmiş, oradan su alıb geri avtomobilinin yanına qayıtmışdır. Sükan arxasına əyləşib avtomobili işə salmaq istəyərkən avtomobilin arxasından bərk zərbə hiss etmişdir. Yerə düşdükdə görmüşdür ki, avtomobilinin arxasına VAZ-2107 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil çırpılmışdır. VAZ-2107 markalı avtomobildə sürücüdən başqa qabaq sağ oturacaqda bir nəfər cavan oğlan var idi. Oraya toplaşan vətəndaşların köməyi ilə avtomobilin salonunda sıxılıb qalmış sərnişini və sürücünü avtomobildən çölə çıxartmışlar. Sürücü xəsarət alsa da sərnişin aldığı xəsarətlərdən artıq ölmüşdür. Oraya toplaşan şəxslər təcili tibbi yardıma və polisə məlumat vermişlər. Qısa müddət sonra hadisə yerinə gələ təcili tibbi yardım maşını onları xəstəxanaya aparmışdır. Hadisə nəticəsində o, heç bir xəsarət almadığı üçün hadisə yerində qalıb, polis əməkdaşlarının gəlməsini gözləmiş və sənədlərini təqdim edib hadisə yerinə keçirilən baxışda iştirak etmiş, sonradan sərxoşluq müayinəsindən keçmişdir. Hadisə nəticəsində heç bir xəsarət almadığı üçün məhkəmə tibb ekspertizası müayinəsindən keçməyə ehtiyacı yoxdur, buna eturaz edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-nin BDYPİ YPXA-nın 6-cı tağımın YPX inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. O, xx xxxx 2019-cu il tarixdə, saat 19 radələrində xidmətdə olan vaxtı Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində avtomobillərin toqquşması ilə bağlı yolnəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında həmin əraziyə getmiş və qeyd edilən əraziyə çatanda, yəni qeyd edilən yolun 31-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21074» minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətinə hərəkətdə olarkən həmin istiqamətdə yolun sağ kənarında ehtiyat hissədən də sağ tərəfdə dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi «Kamaz 53212» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə toqquşması, nəticədə «VAZ-21074» minik markalı avtomobildə olan sərnişin Kürdəmir rayonu Sığırlı kəndində yaşayan xx.xx.1990-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən hadisə yerində ölməsi, sürücü Təqsirləndirilən şəxs xəsarət alması məlum olmuşdur. O, da polis əməkdaşı kimi vəzifəsinə uyğun olaraq hadisə yerinin müafizəsni təşkil etmiş, az keçmiş hadisə yerinə gələn polis əməkdaşları müvafiq sənədləşmə aparmışlar, yəni, hadisə yerinə «Kamaz 53212» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmiş, hadisə yerinin sxemi çəkilmiş, protokol tərtib edilmiş və o, da digər iştirakçılar kimi həmin protokola imza etmişdir. Hadisə yerinə baxış zamanı hadisədən az əvvəl «Kamaz 53212» yük markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Qazax istiqamətinə yolun sağ kənarında ehtiyat hissədə olması məldum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, işi ilə əlaqədar xx xxxx 2019-cu il tarixdə Bakı şəhərinə gəlmişdir. xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində olarkən görmüşdür ki, maşın yoluna tanımadığı vətəndaşlar toplaşıb. Nə olduğunu öyrənmək üçün hadisə yerinə getmişdir. Orada VAZ- 21074 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə Kamaz- 53212 yük markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinin toqquşduğunun şahidi olmuşdur. Orada VAZ-21074 markalı avtomobilin sərnişini ölmüş, sürücüsü ağır yaralanmışdır. Hadisə yerinə yol polisi əməkdaşları gəlmişdir. X13 tərəfindən hadisə yerinə baxış keçirilməsində ona hali şahidi qismində iştirak etməyi təklif olunmuşdur. O, razılaşmışdır. Ona və hal şahidi qismində iştirak edən tanımadığı digər şəxsə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, VAZ-21074 markalı avtomobil yolun sağ kənarında çınqıl örtüklü ehtiyat hissədə dayanmış Kamaz-53212 yük markalı avtomobilin arxa hissəsinə dəyərək toqquşmuşdur. Hadisə yerinə baxış prosesində Kamaz-53212 yük markalı avtomobilin sürücüsü Qorqut İsmayılov da iştirak etmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, onlar tərəfindən imzalarla təsdiq edilmişdir. O, da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-yi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X12 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Qürbət Ağamalıyevi xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 31-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar tanımışdır. Hadisə yerini müayinə etdikdə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21074» minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətinə hərəkətdə olarkən həmin istiqamətdə yolun sağ kənarında dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi «Kamaz 53212» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə toqquşmuş, nəticədə «VAZ-21074» minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sürücü Təqsirləndirilən şəxs isə aldığı xəsarətlərlə əlaqədar hadisə yerindən Bakı şəhəri KTM-nə çatdırılmışdır. Hadisə yerinin protokolunun sxemi tərtib olunmuş, həmçinin çox saylı fotoşəkillər çəkilməklə fotocədvəl də protokola əlavə edilmişdir. Protokola, sxem və fotocədvələ əsasən Qürbət Ağamalıyevin idarə etdiyi 3 zolaqlı yolun orta zolağında maşının əyləc izləri müəyyən edilməmiş, lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Qürbət Ağamalıyevin hadisədən əvvəl qarşısında gedən qara rəngli Mersedes markalı avtomaşın sürətini gözlənilmədən azaltdığı üçün yolun sağ qıraq zolağından da kənara çıxaraq yoldan kənarda dayanmış Kamaz markalı maşının arxa sol hissəsinə çırpılmasına dair ifadəsinə uyğun olaraq Qürbət Ağamalıyevin təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında və ittiham aktında göstərmişdir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməyib, müvafiq ara məsafəsi saxlamadığından qarşısında eyni istiqamətdə və zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinin kəskin tormoz verdiyini görüb həmin avtomobillə toqquşmamaq üçün sükanı sağa burub ayağını tormoza atmış, lakin idarəetməni itirdiyindan avtomobil hərəkətini davam etdirərək qabaq hissəsi yolun sağ kənarında çınqıl örtüklü ehtiyat hissədə dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi Kamaz 53212 yük markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə dəyərək toqquşmuşdur. Tərəfindən həmin qara rəngli Mersedes markalı maşının müəyyən edilməsi üçün tədbirlər görülmüş, bu məqsədlə əməliyyat tapşırıqları vermiş, həmin ərazidə təhlükəsizlik kameralarının olmasını araşdırmış, lakin həmin nəqliyyat vasitəsinin mövcud olmasını müəyyən edə bilməmişdir. Həmçinin ibtidai araşdırma zamanı Qürbət Ağamalıyev idarə etdiyi VAZ-2107 markalı maşının əyləcinin nasaz olmasını gizlədərək bildirməmişdir. Nəqliyyat vasitəsinin qabaq hissəsi tam əzildiyi üçün əyləcin hadisəyədək texniki vəziyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Qürbət Ağamalıyev sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmiş, məhz bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ittihamı vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Məhkəmədə tədqiq edilmiş DİN-nin Baş Dövlət X14 rəisinə ünvanlanan xx.xx.2019cu il taixli raportdan müəyyən olunur ki, xx xxxx 2019-cu il tarixdə, saat 19 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 31-ci kilometrində Kürdəmir rayonu Sığırlı kəndində yaşayan 1988-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21074» minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətinə hərəkətdə olarkən həmin istiqamətdə yolun sağ kənarında dayanmış Tovuz rayonu Əlibəyli kəndində yaşayan xx.xx.1990-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs2 idarə etdiyi «Kamaz 53212» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə toqquşması, nəticədə «VAZ-21074» minik markalı avtomobildə olan sərnişin Kürdəmir rayonu Sığırlı kəndində yaşayan xx.xx.1990-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən hadisə yerində ölmüş və sürücü Təqsirləndirilən şəxs isə xəsarət almışdır. Məhkəmədə tədqiq edilmiş «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, hadisə Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 31-ci kilometrində baş vermişdir. VAZ-21074» minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ hərəkət zolağında çəpəki vəziyyətdə qarşı tərəfi əzilib dağılmış halda təkərləri üzərində dayanışdır. Toqquşma yerində avtomobilə qədər olan məsafə 1,4 m-dir. «Kamaz 53212» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ ehtiyat hissədə qarşısı Qazax istiqamətində yolun sağ kəranında 0,9 m məsafədə dayanmışdır. Avtomobilin arxa sol hissəsi əzilmiş, dağılmış vəziyyətdədir. Toqquşma yolun Qazax istiqamətinə sağ kənarındakı sarı xəttdən 2,3 m məsafədə baş vermişdir. Toqquşma yerində hər iki avtomobilə məxsus şüşə, dəmir, plasmas konstruksiyalar tökülüb qalmışdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli, 2/4739 saylı «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından müəyən olunur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 56 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 meyiti üzərində olan xəsarətlər: təpəənsə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları. başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, baş beyinə qansızma, sağ alın-təpə nahiyəsində, sağ yanaq və alt çənə nahiyəsində, sağ əlin arxa səthində, sol dizin ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, xx.xx.2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və Zərərçəkmiş şəxs1 ölümü ilə bir başa səbəbli əlaqəlidirlər. Ölümünə səbəb başın küt travması nəticəsində baş beyninə qansızma və baş beyin əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsindən 3-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazepin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixdi, 816 sylı rəyindən müəyyən edilir ki, «VAZ-21074» minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Kamaz 53212» yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Məhkəmədə tədqiq edilmiş Baş Dövlət X14 68059-1219 saylı, xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasında Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcud olmamış, həmçinin nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüqunun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN Əməliyyat və X5 verilən sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Reçspublikası CM-nin 177.1-ci maddəsi ilə 01 il islah işləri – 15 % cəzasına məhkum edilmişdir. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 172 saylı, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kürdəmin rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və xx.xx.2018-ciil tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən ounur ki, Təqsirləndirilən şəxs 2017-ci il təvəllüdlü Qismətəli və 2018-ci il təvəllüdlü Rəsul adlı iki azyaşlı uşağı var. Məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə tövsif etmiş və Qürbət Ağamaliyey həmin cinayət əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübut növləri ilə tam sübuta yetirilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”* Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxxx 2013-cü il qərarının 4-cü bəndinə əsasən CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Plenum qərarının həmin bəndinə əsasən şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi maddi tərkibli olmaqla subyektiv cəhətdən ehtiyatsızlıqla xarakterizə olunur. Bu maddə ilə cinayət məsuliyyəti yaranması üçün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni sürücülük vəsiqəsi olmayan şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma hallarının baş verməsi zəruridir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş müddət hədlərində müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin edilmş cəzaya daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. VAZ-21074 minik markalı, ** BH *** və Kamaz 53212 yük markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “24” fevral 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. VAZ-21074 minik markalı, ** BH *** və Kamaz 53212 yük markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar