Məhkəmə qərarları › İş №1(101)-622/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-622/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-622/2021 14.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə, 21 iyul 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ev 48, mənzil 13də qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu qanunsuz olaraq tərkibindən narkotik maddələr olan bitkiləri külli miqadarda kultivasiya edərək, əkib-becərmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zeytun küçəsində yerləşən 102 saylı evin həyətində yerləşən istixananın içərisində saxladığı dibçəklərdə qanunsuz olaraq külli miqdarda, yəni 78 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirərək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 30 sentyabr 2020-ci il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zeytun küçəsində yerləşən 102 saylı evində saxlanılaraq özünün icazəsi və iştirakı ilə yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 63 ədədi orada olan dibçəklərdə, 15 ədədi isə qurudulması üçün asılmış vəziyyətdə olmaqla yaş vəziyyətdə, ümumi çəkisi 11,605 qram olan, yəni külli miqdarda - 78 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xeyli müddət heç bir yerdə işləmir, ailəlidir. Narkotik vasitə olan marixuananı çəkmək yolu ilə qəbul etmiş, əvvəllər marixuananı tanımadığı şəxslərdən almış, sonradan isə marixuananın tumlarını tapmışdır. Yaşadığı evin qarşısında istixana formasında ağ rəngli polietilen materialdan yer düzəldib, qara rəngli qablarda tumları əkmişdir. Tumları polis əməkdaşlarının müəyyən etməsindən təxminən 3 ay əvvəl əkmiş, sonradan kolların böyüyüb yenidən tum əmələ gəldiyində həmin tumlarıda təkrar əkmişdir. Ailə üzlərinin və heç kimin onun əkdiklərinin narkotik olmasından xəbərləri olmamışdır. 30 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində, yaşadığı ünvan 1 ünvanda olan zaman evin həyət qapısının döyülməsini görüb qapını açmışdır. Həmin vaxt bir neçə mülki geyimli şəxs BMCMİ-nin əməkdaşları olduqlarını ona bildirmiş, ondan anket məlumatlarını soruşmuşlar. Bundan sonra polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməyi ilə bağlı həyətə baxış keçirilməli olduğunu bildirmişlər. Etiraz etmədikdən sonra, polis əməkdaşları həyətə daxil olmağa icazə istəmişlər. Evinin həyətyanı sahəsinə polis əməkdaşlarının daxil olmalarına etirazının olmaması barədə ərizə yazaraq təsdiqlədikdən sonra polis əməkdaşları həyətə daxil olmuşlar. Ona, həyətyanı sahəsində videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyinin bildirilmiş, etiraz etməmiş, baxışın keçirilməsinə razı olduğunu bildirmişdir. Ona hüquq və vəzifələri izah edildikdən sonra baxış keçirilməyə başlanmışdır. Ondan üzərində, yaşadığı evdə və evinin həyətyanı sahəsində narkotik vasitələrin, psixotrop maddələrin, həmçinin həyətyanı sahədə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edildiyi barədə soruşulmuş, cavab olaraq evində və üzərində narkotik vasitələrin və sair dövriyyəsi qanunla qadağan edilmiş maddələrin və əşyaların olmadığını, lakin evinin həyətindəki istixana yerində narkotik tərkibli çətənə bitkisini əkib-becərməklə kultivasiya etdiyini bildirmişdir. Ona həyətindəki həmin sahəni iştirakçılara göstərməyi dediklərindən, etiraz etməyərək polis əməkdaşlarını və mütəxəssisi istixanaya aparmışdır. İstixananın qapısını açdıqdan sonra iştirakçılarla birlikdə istixanaya daxil olmuş, istixananın içində qara rəngli plastik materiallı gül qablarında narkotik tərkibli bitkilərin əkildiyi və bəzi bitkilərin yuxarıdan aşağıya doğru asıldığının məlum olmuşdur. Baxışda iştirak üçün dəvət olunmuş mütəxəssis istixanada əkilmiş və asılmış bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, aqrotexniki qaydada əkilməklə, xüsusi qulluq olunduğunu bildirmişdir. O, istixanada əkilmiş bitkilərin çətənə bitkisi olduğunu, bitkiləri polis əməkdaşları müəyyən etdikdən təxminən 3 ay əvvəl əkdiyini, həmçinin narkotik tərkibli çətənə bitkisinin tumlarım əvvəldən özü üçün əkib becərdiyini, çətənə bitkilərindən yığdığını, tumlar çoxaldıqda onları təkrar əkdiyini bildirmişdir. Bundan sonra istixanada olan tərkibində narkotik maddələr olan çətənəyə bənzər bitkilərin bir-bir qablardakı torpaqdan çıxarılıb sayılmaqla sintetik kisələrə yığılmağa başlanmışdır. Qablardan çıxarılmış bitkilər sayıldıqdan sonra onların ümumilikdə 63 ədəd olduğu məlum olmuş, ardınca ondan asılmış formalı bitkilərin nə olduğu soruşulduqda, həmin bitkilərin eyni növ narkotik tərkibli çətənə kolları olduğunu və quruması məqsədi ilə asdığını demişdir. Həmin asılmış kol formalı bitkilərin sayılmış və sayı 15 ədəd olmuşdur. Bununla da tərkibində narkotik maddələr olan çətənə bitkilərinin sayının 78 ədəd olmuş, həmin kol formalı bitkilərin iki ədəd sintetik kisəyə yığılmaqla qablaşdırılaraq möhürlənmiş, özünündə iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etdiklərini bildirmişdir. Ardınca videoçəkiliş dayandırılmış və o polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmiş, polis idarəsində ona hüquqlarının müdafiəsi məqsədi ilə vəkil təqdim olunmaqla barəsində şübhəli şəxs qismində tutma haqqında qərarın qəbul olunmuşdur. Həyətyanı sahəsində keçirilən baxışla bağlı protokol tərtib edilmiş, protokolu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 30 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 21.07.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zeytun küçəsi ev 102-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan bitkiləri kultivasiya etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmmuşdur. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasmdan ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanmışdır. O, həmin qrupun rəhbəri olmaqla, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 və əməliyyat müvəkkili Şahid3 qrupun üzvləri olmasını bildirmişdir. Tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, 30 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana yollanmışlar. Həmin tarixdə saat 17 radələrində tərəflərindən Təqsirləndirilən şəxs tərkibində narkotik maddələrin olduğu bitkiləri kultivasiya etdiyi bilinən ünvan 3 ünvanına getmişlər. Fərdi yaşayış evinin qəhvəyi rəngli darvaza qapısı döyüldükdə qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim edib anket məlumatlarını deməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra o, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş və onun yaşadığı evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi ilə bağlı BMCMİ-yə daxil olmuş məlumatla əlaqədar həyətyanı sahədə baxış keçirilməli olduğunun Təqsirləndirilən şəxs bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra ondan həyətinə daxil olmağa icazə istənilmiş, sonuncu həyətyanı sahəyə daxil olmaqlarına etirazlarının olmamasını ərizə yazaraq təsdiqlədikdən sonra həyətə daxil olmuşlar, həyətə daxil olduqda torpaq sahəsinin təxminən 0,3 hektar ölçüdə olmuş və həmin sahədə ikimərtəbəli yaşayış evinin yerləşdiyini görmüşlər. Daxil olmuş məlumatla əlaqədar Təqsirləndirilən şəxs həyətyanı sahənin və yaşayış evinin kimə məxsus olduğu soruşulduqda o, həmin sahənin və evin özünə məxsus olduğunu, ailəsi ilə birlikdə yaşadığını, hazırda isə ailə üzvlərinin evdə olmadığını bildirmişdir. Bundan sonra həyətyanı sahədə onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir, Təqsirləndirilən şəxs üzərində, yaşadığı evində və həyətyanı sahədə narkotik vasitələrin, psixotrop maddələrin, həmçinin həyəyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edildiyi barədə soruşulduqda cavabında Natiq üzərində qanunsuz əşyanın və maddənin olmadığını, lakin həyətdəki istixana yerində narkotik tərkibli çətənə bitkisini əkib-becərməklə kultivasiya etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həyətdəki həmin sahənin göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs etiraz etməyərək polis əməkdaşlarını həyətə giriş qapısından daxil olduqda qarşı tərəfə doğru getdikdə sol istiqamətdə evə bitişik formada üzəri ağ rəngli polietilen örtüklə örtülmüş istixana yerinə dəvət etmişdir. Qeyd olunan istixana yerinə giriş sadə taxtadan düzəldilmiş qapı olmuş, Təqsirləndirilən şəxs həmin qapını açdıqdan sonra birlikdə istixanaya daxil olmuşlar, istixananın içində qara rəngli plastik materiallı gül qablarında bitkilərin əkilmiş və bəzi bitkilərin yuxarıdan aşağıya doğru asıldığı məlum olmuşdur. Baxışda iştirak üçün dəvət olunmuş mütəxəssis Şahid4 istixanada əkilmiş və asılmış bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, aqrotexniki qaydada əkilməklə, xüsusi qulluq olunduğunu bildirmiş, istixanada əkilmiş bitkilərin çətənə bitkisi olmasını, bitkiləri təxminən 3 ay əvvəl əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin narkotik tərkibli çətənə bitkisinin tumlarını əvvəldən şəxsi istehlakı məqsədi ilə əkib becərdiyi çətənə bitkilərindən yığdığını, tumlar çoxaldıqda onları təkrar əkdiyini bildirmişdir. Bundan sonra tərəflərindən istixanada olan tərkibində narkotik maddələr olan çətənəyə bənzər bitkilərin bir-bir qablardakı torpaqdan çıxarılıb sayılmaqla sintetik kisələrə yığılmağa başlanmış, qablardan çıxarılmış bitkilərin sayıldıqdan sonra onların ümumilikdə 63 ədəd olduğunun məlum olmuş, ardınca Təqsirləndirilən şəxs asılmış formalı bitkilərin nə olduğu soruşulduqda o, həmin bitkilərin də eyni növ narkotik tərkibli çətənə kolları olduğunu və quruması məqsədi ilə asdığını bildirmişdir. Baxışda iştirak üçün dəvət olunmuş mütəxəssisaqronom Şahid4 Təqsirləndirilən şəxs dediklərini təsdiq etmiş, həmin asılmış kol formalı bitkilər sayılmış və onların sayının 15 ədəd olduğu məlum olmuş, bununla da tərkibində narkotik maddələr olan çətənəyə bənzər bitkilərin sayı 78 ədəd olmuşdur. Həmin kol formalı bitkilər iki ədəd sintetik kisəyə yığılmaqla qablaşdırılaraq DİN-nin BMCMİ-nin 6 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verməklə həmin xüsasatları bir daha təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2, Şahid3 və Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. (i.v. 139-141) Cinayət işinin 42-45-ci vərəqlərində olan məhkəmə bioloji ekspertizası üzrə keçirilmiş, Azərbaycan Respublikası ƏN-nin MEM-nin verdiyi 01 oktyabr 2020-ci il tarixli, 7/681 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs Əliafağa” oğlunun həyətyanı sahəsindən aşkar olunmuş...” sözləri yazılmış iki ədəd sintetik torbada ümumi sayı 78 (yetmiş səkkiz) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 11605 qram (llkg 605 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronomun rəyinə əsasən 78 (yetmiş səkkiz) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin 152-153-cü vərəqlərində olan Azərbaycan Respyblikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 28.12.2020-ci il tarixli, 3560 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə, əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin 21.02.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə 05 il müddətində azadlığdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırki hökm üzrə məhkumluğu ödənildiyindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Təqsirləndirilən şəxs əməli cinayət işi üzrə özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər zəruri istintaq hərəkətləri ilə tam sübuta yetirilir. İş üzrə maddi sübut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 18-19, 76-78-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 30 sentyabr 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin başlanğıcı 30 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 89 AZN (səksən doqquz manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- 02 ədəd torbada ümumi çəkisi 11,605 qram, tədqiqatdan sonra qalıq çəkisi 11.602 qram olan əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir, baxış zamanı görüntüləri əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmədə Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 30 sentyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 89 AZN (səksən doqquz manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- 02 ədəd torbada ümumi çəkisi 11,605 qram, tədqiqatdan sonra qalıq çəkisi 11.602 qram olan əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, baxış zamanı görüntüləri əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(slədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov A

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar