Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-622/2024 05.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11, X2, X18 və X14, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X19, X22 və Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1988-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, “X15” MMC-də laboratoriya müdiri vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında 05 dekabr 2024-cü il tarixdə saat 15:45-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 12,478 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 10 aprel 2023-cü il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Orucov küçəsində yerləşən 252 saylı orta məktəbin yaxınlığında saxlanılıb 13-cü Polis Bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı külli miqdarda, təmiz çəkisi 12,478 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 10 aprel 2023-cü il tarixdə, saat 07:35 radələrində yaşadığı evdən çıxıb övladını 252 nömrəli tam orta məktəbə aparmış, bundan sonra işə getmək üçün avtobusa əyləşərkən 2 nəfər tanımadığı şəxs adını çəkərək onu çağırmışlar. Sonradan adlarını bildiyi, polis əməkdaşları olan Şahid2 və Şahid1 xidməti vəsiqələrini təqdim edərək onu saxlamış, o, bunun səbəbini soruşduqda, həmin polis əməkdaşları hər hansı məlumatlarının olmadığını, xidmət etdikləri Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə getməli olduqlarını, orada bölmə rəisinin bu barədə məlumat verəcəyini demişlər. Həmin vaxt onun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan “İphone” və iş yerindən verilmiş, üzərində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı 2 ədəd mobil telefon olmuşdur. Bölməyə çatdıqda mobil telefonlarını dərhal ondan alıb onu inzibati binanın 2-ci mərtəbəsinin 1-ci otağında olan rəisin otağına aparmışlar. Orada Şahid1, Ayxan adlı və adını bilmədiyi kapitan rütbəli polis əməkdaşları yanında dayanıb 1 saata yaxın müddətdə ayaqüstə gözlədikdən sonra Şahid2 otağa daxil olaraq rəis müavini Samir adlı polis əməkdaşının onu gözlədiyini dediyindən, rəis müavininin otağına getmişlər. O, saxlanılmasının səbəbini soruşduqda, rəis müavini ondan ibadət edib-etmədiyini soruşmuş, o da ibadət edib namaz qıldığını söyləmişdir. Həmin vaxt Ramazan ayı olduğundan oruc tutmuş, rəis müavini isə ibadət etməməsini ona bildirmişdir. O, rəis müavininə ibadət etmək hüququnun olmasını, bunun qanun pozuntusu olmadığını dedikdən sonra sonuncu onun adının siyahı ilə gəldiyini, mütləq tutulmalı olduğunu, Bakı İstintaq Təcridxanasına getdikdən sonra tutulmasının səbəbini öyrənə biləcəyini söyləmişdir. Daha sonra o, otaqdan çıxarılmış, polis əməkdaşları təqdim edilmiş narkotik tərkibli maddəni cibinə qoyub ona məxsus olmasını deməyi tələb etmiş və 30-40 dəqiqə ərzində ona fiziki zorakılıq etmiş, razılaşmadığı təqdirdə qardaşı ilə atasının da tutulacağını ona söyləmiş, xəstəliyinin, ali təhsilinin olması, məhkumluğunun olmaması səbəbindən cəzanın yüngül olacağı, azadlıqdan məhrum edilməyəcəyi kimi vədlər verərək onu razı salıb aşağı mərtəbəyə düşürmüşlər. O, tualetə gedərkən Taleh adlı polis əməkdaşı ona 1 ədəd bükümü vermiş, daha sonra isə onu təhqiqatçı Tərlan Mayılovun otağına aparmışlar. Həmin otaqda onun yanında Şahid2 və Şahid1 də olmuşdur. O, təhqiqatçıya başına gələnləri danışmış, həmin ifadələri vermək və qol çəkmək istəmədiyini bildirdikdə, təhqiqatçı polis əməkdaşı olan Şahid2 və Şahid1 onu necə danışdırdıqlarını, heç nəyə qol çəkmək istəmədiyini dediyindən, o, yenidən yuxarı mərtəbədəki otağa aparılmış, orada Saleh, Bəxtiyar adlı polis əməkdaşları və Şahid2 ona qarşı fiziki zor tətbiq etmiş, başına, qoluna və sinəsinə vurmuşlar. Polis əməkdaşları yenidən atası ilə qardaşını tutacaqları barədə onu hədələdikdə, razılaşmış və təhqiqatçının yanına aparılmışdır. Polis əməkdaşları orada onun üzərində olan bütün əşyaları, yəni qol saatını, simsiz qulaqcığını, elektron saatını, iş yerinin açarını, tələbə biletini, maaş kartını, debet kartını və metro kartını başqa yerə qoyub psixotrop maddəni ona verməklə keçiriləcək şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı həmin maddəni bir gün əvvəl, yəni 09 aprel 2023-cü il tarixdə işdən evə gələrkən “Aqat” adlı şadlıq sarayının yanından tapdığını deməyi tələb etmişlər. Halbuki xx.xx.2023-cü il tarixi həftənin bazar günü olduğundan, o, həmin gün işdə yox, evdə olmuşdur. Videoçəkiliş aparıldıqdan sonra ona məxsus əşyalar sellofan torbaya qoyulub növbətçi hissənin yanındakı otaqda saxlanılmış, bir müddət sonra yenidən təhqiqatçının otağına aparılıb müvafiq sənədlərə imza atmışdır. Həmin proses vaxtı müdafiəçi iştirak etməmiş, növbəti gün saat 10 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə etap olunmuşdur. Orada müstəntiq Şahid3la şifahi söhbət etmiş, saat 17 radələrində müstəntiq imzalanmalı olan bir neçə sənədlə yenidən qayıtmış, o, ilk dəfə dövlət büdcəsi vəsaiti hesabına təyin olunmuş müdafiəçi Aydın Kərimovu həmin vaxt görmüşdür. O, müstəntiq və müdafiəçisi ilə birgə Sabunçu rayon prokurorluğuna aparılmış, müstəntiq Şahid3 başına gələnləri danışdıqda sonuncu heç nə edə bilməyəcəyini, təqdim edilmiş sənədləri imzalamalı olduğunu demişdir. O, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə günahsız olduğunu desə də, barəsində həbs qətimkan tədbiri seçilmiş, sonradan müstəntiqə iradlarını bildirdikdə, sonuncu ona məhkəmə baxışı zamanı söyləyə biləcəyini demişdir. Onun 3 ədəd fəxri fərmanı, 12 ədəd beynəlxalq sertifikatı, xəstəliyi ilə bağlı arayışları və bir sıra digər sənədləri cinayət işinin materiallarına əlavə edilməmiş, xəstəliyi ilə əlaqədar qapalı mühitdə qalmaqda çətinlik çəkmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qızı və həyat yoldaşı ilə birgə yaşadığını, qızı Fatimə Babayevanın dərsinin saat 08:00-da başladığını, Fatimə Babayevanı məktəbə apardıqdan sonra işlədiyi müəssisəyə getməyi nəzərdə tutduğunu, 10 aprel 2023-cü il tarixdə, saat 07:50-də “Whatsapp” tətbiqi vasitəsilə özünə məxsus olan ***-***-**-** saylı mobil nömrədən arvadı Xəyalə Babayevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə yazıb qızını məktəbə yola saldığını bildirdiyini, polis əməkdaşlarının onu həmin tarixdə saat 07:51 radələrində saxladıqlarını, saxlanılan kimi həmin vaxt üzərində olan “İphone” və “Redmi” markalı 2 ədəd mobil telefonu əlindən alıb söndürdükləri üçün arvadı Xəyalə Babayevanın ona cavab yazıb-yazmadığını görmədiyini, hər gün saat 08:00-dan saat 17:00-dək işlədiyini, “Aygun Mall” Ticarət Mərkəzinin yaxınlığında yaşadığını, hər gün işə gedərkən həmin ticarət mərkəzinin yanından avtobusla “Neftçilər” metrostansiyasına, oradan metro vasitəsilə “Gənclik” metrostansiyasına, oradan isə “İnqilab” prospektində yerləşən iş yerinə getdiyini, evə qayıdarkən isə həmin marşrut xətti üzrə geri qayıtdığını, “Aqat” şadlıq sarayını tanıdığını, həmin şadlıq sarayının yaşadığı ünvandan təxminən 3-4 kilometr məsafədə yerləşdiyini, xx.xx.2023-cü il tarixdə “Aqat” şadlıq sarayının yerləşdiyi ərazinin yaxınlığında olmadığını, həmin tarixdə yaşadığı evdən cəmi 1 dəfə, yəni “Bazarstore” adlı marketə bazarlıq etmək məqsədilə çıxdığını, şübhəli şəxs qismində dindirilərkən müdafiəçisinin yanında olmadığını, müdafiəçisini ilk dəfə məhkəmədə gördüyünü, müstəntiqin onu cinayət işinin materialları ilə tanış etmədiyini, cinayət işinin materialları ilə birinci dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına verildikdən sonra tanış olduğunu, həmin vaxt cinayət işinin materiallarında olan imzalarının saxtalaşdırıldığını, onun adından yazıların yazıldığını aşkar etdiyini, ibtidai istintaq vaxtı özünü təqsirli bilmədiyini yazmaq istəsə də, müstəntiqin buna icazə vermədiyini, özünün uzun müddətdən bəri “Talassemiya” və “Hepatit B” xəstəliklərindən, 2015-ci il təvəllüdlü qızı Fatimə Babayevanın isə ağır dərəcəli “Visseral leyşmanioz” xəstəliyindən əziyyət çəkdiyini, qızının sümük iliyindən analiz verdiyini, limfasının şişdiyini, qızının onkoloji xəstəliyinin olduğunu, verdiyi şikayət və digər sənədlərin müstəntiq tərəfindən cinayət işinin materiallarına əlavə edilmədiyini, fiziki və psixi təsirlərə görə ibtidai istintaq zamanı həmin məzmunda ifadə verdiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək, xx.xx.2023cü il tarixdə, axşam saatlarında işdən gələn zaman Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “AQAT” şadlıq sarayının yaxınlığında olan ağacın dibində 01 ədəd şəffaf sellofan bükümü görüb maraq yaratdığına görə yerdən götürərək içərisinə baxdıqda ağ rəngli, kristalşəkilli maddə olduğunu müşahidə etdiyini, həmin şəffaf sellofan bükümü əynindəki tünd göy rəngli şalvarın sağ yan cibinə qoyub saxladığını, xx.xx.2023-cü il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən 252 saylı orta məktəbin yaxınlığında piyada gedərkən iki nəfər mülki geyimdə olan şəxsin ona yaxınlaşaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib adı və soyadını soruşduqdan sonra şəxsiyyətini təsdiq edən sənədi istədiklərini, həmin vaxt cibində ağ rəngli, kristalşəkilli maddə olduğundan tez bir zamanda oradan yayınmaq istədiyini, lakin polis əməkdaşlarının buna imkan vermədiklərini, polis əməkdaşlarının onu sorğu-sual etdiklərini və birlikdə 13-cü Polis Bölməsinə getməyini təklif etdikdə, etiraz etməyərək həmin polis bölməsinə getdiyini, orada şəxsiyyəti müəyyən olunduqdan sonra otaqların birində polis əməkdaşlarından birinin ona qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün saxlanıldığını və polis bölməsinə gətirildiyini bildirdiyini, bundan sonra həmin polis əməkdaşının ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etdiyini, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etdiyini və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşduğunu, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini və bu barədə ərizə verdiyini, bundan sonra polis əməkdaşının üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etdiyini, əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində ağ rəngli, kristalşəkilli maddə olan şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyduğunu, daha sonra üzərindən aşkar edilən həmin maddənin polis əməkdaşı tərəfindən qablaşdırılaraq ekspertizaya göndərildiyini, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalandığını, 13-cü Polis Bölməsinin əməkdaşlar tərəfindən ona qarşı fiziki zorakılıq göstərilmədiyini və digər qanunsuz hərəkətlərə yol verilmədiyini, həmin tarixə kimi psixotrop maddə satmadığını və üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq niyyətinin olmadığını, eləcə də ruhi və psixi cəhətdən sağlam olduğunu bildirmişdir. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143-cü və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 10 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Orucov küçəsində 252 saylı orta məktəbin yanında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs 13-cü Polis Bölməsinə dəvət olunduqdan sonra növbətçi hissəyə təhvil verilib raport yazılmaqla rəhbərliyə məruzə edilmiş, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə həmin tarixdə təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış istintaq hərəkəti aparılmışdır. Həmin istintaq hərəkətindən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olduğu təqdirdə təqdim etməsini bildirdiyindən, Təqsirləndirilən şəxs üzərində olan 01 büküm narkotik tərkibli maddəni təqdim edərək həmin maddəni saxlanılmazdan 1-2 gün əvvəl əldə etdiyini söyləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatının daxil olduğunu, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olubolmadığını bilmədiyini, sonuncunun səhər vaxtı saxlanıldığını, Təqsirləndirilən şəxs harada işlədiyini bilmədiyini, o və ya digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq edilmədiyini, əməliyyat məlumatının həmin gün daxil olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini, əməliyyat məlumatı daxil olduqdan hansı müddət sonra Təqsirləndirilən şəxs saxlamaq üçün getdiyini bilmədiyini, bölmədən çıxdıqdan 2-3 saat sonra Təqsirləndirilən şəxs saxladıqlarını, Təqsirləndirilən şəxs saxladıqları gün işə nə vaxt getdiyini xatırlamadığını, Təqsirləndirilən şəxs iş yoldaşı Şahid1lə birgə saxladıqlarını, Təqsirləndirilən şəxs polis bölməsinə gətirilikdən 1 saat sonra müvafiq istintaq hərəkətinin aparıldığını, Təqsirləndirilən şəxs müdafiəçi istəmədiyinə görə müdafiəçinin iştirakı olmadan həmin istintaq hərəkətinin keçirildiyini, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə və pul aşkar edildiyini xatırladığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması, eləcə də qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Orucov küçəsində yerləşən 252 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət edilmiş, orada keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd içərisində ağ kristalşəkilli maddələr olan bükümü könüllü şəkildə təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs saxlanıldığı vaxtı dəqiq xatırlamadığını, lakin səhər vaxtı olduğunu, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən hər hansı təzyiqin edilmədiyini, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış psixotrop maddəni yerdən tapdığını söylədiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, həmin ifadədəki imzaların ona məxsus olduğunu, Təqsirləndirilən şəxs üzərindən başqa nə isə aşkarlanmasını xatırlamadığını, Təqsirləndirilən şəxs üzərindən mobil telefon aşkarlanmadığını, əməliyyat məlumatının 1 gün əvvəl daxil olduğunu, Təqsirləndirilən şəxs işlədiyi yer barədə məlumatının olmadığını, sadəcə yaşadığı yer barədə məlumatının olduğunu, Təqsirləndirilən şəxs əməllərində narkotik tərkibli maddələrin satışına dair cinayətin əlamətlərinin aşkarlanmadığını bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs arvadıdır, aralarında ədavət və düşmənçilik yoxdur, əvvəllər olmamışdır. Təqsirləndirilən şəxs tutulması ilə bağlı polis əməkdaşlarının dediklərinin hamısı yalandır. 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmişəki kimi saat 07:40 radələrində qızı Fatiməni 252 nömrəli orta məktəbə qoyduqdan sonra saat 07:50-də “Whatsapp” tətbiqi vasitəsilə ona yazmış, o, cavab yazdıqda isə Təqsirləndirilən şəxs mesaj çatmadığından, zəng edəndə mobil nömrələri bağlı olmuşdur. O, narahat olduğundan təxminən 15 dəqiqə sonra Təqsirləndirilən şəxs atasına zəng edib sonuncu ilə əlaqə saxlaya bilmədiyini demiş, daha sonra qızı Fatimənin müəlliməsinə zəng edib Fatimənin dərsə gedib-getmədiyini soruşmuş, Fatimənin dərsə getdiyini öyrəndikdən sonra Təqsirləndirilən şəxs iş yoldaşı Ayşə xanıma zəng etmiş, Ayşə xanım Təqsirləndirilən şəxs işə gəlmədiyini ona bildirmişdir. O, məcbur qalıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə yaxınlaşdıqda orada ona rəhbərlikdən gələn şəxs olduğuna görə hər hansı cavab verə bilməyəcəklərini söyləmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs qardaşı ilə birgə Sabunçu Rayon Polis İdarəsinə getdikdə onlara 102 Xidməti-Zəng Mərkəzinə zəng etmələrini izah etmişlər. Həmin gün saat 09:45 radələrində Təqsirləndirilən şəxs qardaşı 102 Xidməti-Zəng Mərkəzinə zəng etmiş, təxminən 5 dəqiqə sonra həmin xidmətdən zəng edilib 13-cü Polis Bölməsinə müraciət etmələri izah olunmuşdur. Lakin o və Təqsirləndirilən şəxs qardaşı 13-cü Polis Bölməsinə getsələr də, hər hansı məlumat verilməmiş, axşam vaxtı Təqsirləndirilən şəxs tutulduğunu öyrənmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Xəyalə Babayeva Təqsirləndirilən şəxs iş vaxtının saat 08:00-da başladığını, həftənin şənbə və bazar günləri evdə olduğunu, qalan günləri işlədiyini, qızı Fatimənin dərsinin saat 08:00-da başladığını, saat 11:20-də bitdiyini, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” tətbiqi vasitəsilə yazdığını, Təqsirləndirilən şəxs “İphone” və “Redmi” markalı 2 ədəd mobil telefonu olmaqla, 3 fərqli mobil nömrədən istifadə etdiyini bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs qardaşıdır, aralarında ədavət və düşmənçilik yoxdur, əvvəllər olmamışdır. 10 aprel 2023-cü il tarixdə, saat 08:24-də atası Ağayar Babayev ona zəng edərək qardaşı Təqsirləndirilən şəxslə əlaqə saxlaya bilmədiklərini bildirdiyindən, o, həmin tarixdə, saat 08:27-də qardaşı Rahim Babayeyə zəng etsə də, sonuncu onun zəngini açmamış, lakin Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinin “Whatsapp” tətbiqində aktiv vəziyyətdə olmuşdur. Onun mesajları oxunsa da, cavab verilməmiş, gün ərzində dəfələrlə Təqsirləndirilən şəxs telefonuna zəng etsə də, zəngi açan olmamışdır. 10 aprel 2023-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə atası Ağayar Babayev və Xəyalə Babayeva ilə birlikdə Təqsirləndirilən şəxslə əlaqə saxlaya bilmədiklərinə görə yaxınlaşsalar da, orada onlara heç bir köməklik göstərilməmiş, təxminən 30 dəqiqə orada gözlədikdən sonra məcbur qalıb Sabunçu Rayon Polis İdarəsinə getmişlər. Orada ona 102 Xidməti-Zəng Mərkəzinə zəng etməli olduqları izah olunduğundan, saat 09:45 radələrində həmin xidmətə zəng edib Təqsirləndirilən şəxslə əlaqə saxlaya bilmədiklərini bildirmiş, oradan ona 13-cü Polis Bölməsinə yaxınlaşmalı olduğunu söyləmişlər. 13-cü Polis Bölməsindən isə onlara hər hansı məlumat verilməmişdir. Saxlanıldıqdan sonra ilk dəfə Təqsirləndirilən şəxs ona 15 aprel 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı İstintaq Təcridxanasında olarkən zəng etmişdir. O, Təqsirləndirilən şəxs dini ibadəti ilə əlaqədar saxlanıldığını hesab edir, Təqsirləndirilən şəxs narkotikdən uzaq şəxsdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Muradalı Babazadə Təqsirləndirilən şəxs iş vaxtının saat 08:00-da başladığını, lakin müdirinin ailə vəziyyəti ilə əlaqədar Təqsirləndirilən şəxs saat 08:30-a qədər işə gəlməyinə icazə verdiyini, Təqsirləndirilən şəxs həftənin şənbə və bazar günləri evdə olduğunu, qalan günləri işlədiyini, Təqsirləndirilən şəxs arvadı Xəyalə Babayeva və qızı Fatimə Babayeva ilə birgə yaşadığını, 10 aprel 2023-cü il tarixdə X17 Babayevi qızları Fatiməni aparıb məktəbə çatdırmaq üçün evdən yola saldığını, Təqsirləndirilən şəxs “İphone” və “Redmi” markalı 2 ədəd mobil telefonu olmaqla, 3 fərqli mobil nömrədən istifadə etdiyini, qardaşı ilə eyni evdə yaşamadığını, yaşadığı yerlə Təqsirləndirilən şəxs yaşadığı yerin yaxın olmadığını, Fatiməni dərsdən çıxanda anası Xəyalə Babayevanın evə gətirdiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Orucov küçəsində yerləşən 252 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin inzibati binasına gətirilmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, “Rahim” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7; 8) xx.xx.2023-cü il tarixli “Şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristal formalı olan maddəni çıxarıb təqdim etmiş, həmin bükümü xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan “AQAT” şadlıq sarayının yaxınlığında ağacın dibindən tapdığını və maraq doğurduğundan götürərək cibinə qoyub saxladığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli, kristal formalı maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşya, predmet və ya maddə aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 26; 28-29; 105) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2105 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 12,478 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (Qeyd: Metamfetaminin təmiz çəkisi 12,478 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 12,428 qram qalıq qalmışdır.) (Cild 1, iş vərəqə 36-39) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(008)-322/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuniliyinə qiymət verilmədən geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 43-44) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 50-51) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 12,478 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 78) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, 10 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (Cild 1, iş vərəqə 106) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 143-148) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidləri dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən edilmiş fiziki və psixi zorakılıq nəticəsində şəxsi axtarış və götürmə istintaq hərəkətində nümayiş etdirməsi üçün polis əməkdaşlarının əvvəlcədən verdiyi psixotrop maddə metamfetamini müvafiq istintaq hərəkətində təqdim etdiyini bildirmişdir. Həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər Şahid2 (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında) və Şahid1 (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya müraciət etmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş, Təqsirləndirilən şəxs barəsində olan 4015/2023 nömrəli tibbi kitabçanın kserosurətindən görünür ki, həmin tibbi kitabçanın 12-ci, yəni “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “zədə almadığını bildirir” qeydinin, 13-cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında isə “Sol bazunun arxa səthində bir neçə ədəd köhnə çapıq toxumaları” qeydinin yazıldığı müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2/318/2- 191964/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki və ya psixi zor tətbiq edilməsi ilə bağlı rayon prokurorluğuna hər hansı şikayət daxil olmamış, araşdırma aparılmamışdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həmin fiziki və psixi zorakılıqla bağlı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməsi və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməsi müəyyən edilməmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyildir. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldığı yeri mübahisələndirməsə də, vaxtı mübahisələndirərək, ittihamda göstərilən tarixdə, yəni 10 aprel 2023-cü il tarixdə saat 10:00 radələrində yox, saat 07:50 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Həmin xüsusatla bağlı dindirilmiş şahidlər Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə səhər vaxtı saxladıqlarını demiş, dəqiq vaxtı xatırlamasalar da, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini söylədilər. Şahidlər Şahid2 və Şahid1 məhkəməyədək icraat zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə saat 10:00 radələrində saxlanıldığını bildirmişlər. Məhkəmə tarazlaşdırıcı tədbirlər görməklə müdafiə tərəfinin vəsatətini təmin edib Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə dair anten məlumatlarının ələ keçirilməsinə dair qərar qəbul etməklə icraya yönəltmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 14074 nömrəli və xx.xx.2024-cü il tarixli, 17208 nömrəli məktubları, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-4896/24 nömrəli məktubuna əlavə edilmiş diskləri təhlil edib belə nəticəyə gəlir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07:50 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını və həmin vaxtdan sonra sonuncuya zəng çatmadığını desələr də, ona məxsus mobil nömrələr söylədiyi vaxtdan sonra da aktiv vəziyyətdə olmuşdur. Bu xüsusatla bağlı, məhkəmə qeyd edir ki, müdafiə tərəfinin mövqeyi əsassız olmaqla, hər hansı sübutla möhkəmlənməmişdir. Habelə, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin yaxın qohumları, yəni qardaşı X5 və arvadı X7 ifadələrində Təqsirləndirilən şəxslə xx.xx.2023-cü il tarixdə saat 07:50-dən sonra əlaqə saxlaya bilmədiklərindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə və həmin polis İdarəsinin 13cü Polis Bölməsinə şifahi formada müraciət etdiklərini, habelə Daxili İşlər Nazirliyinin 102- Xidməti Zəng Mərkəzinə bu barədə məlumat verdiklərini bildirmişlər. Habelə, müdafiə tərəfi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə və həmin polis İdarəsinin 13-cü Polis Bölməsinə aparıldığı vaxtları mübahisələndirmişdir. Bununla bağlı, müdafiə tərəfinin vəsatəti əsasında Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə müraciət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2023-cü il tarixli, 3/2-8471/24 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2023-cü ilin aprel ayı üzrə məlumatların araşdırılması mümkün deyil. Habelə, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3133-x-24 nömrəli məktubuna əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə daxil olmuş şəxslərin qeydiyyat jurnalında olan Təqsirləndirilən şəxs dair 2023-cü ilin aprel-iyul ayları üzrə aparılmış bütün qeydiyyatların kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan müvafiq istintaq hərəkətlərinin aparılmasından başqa vaxtlarda həmin polis idarəsində olmamış, bu barədə hər hansı qeydiyyat aparılmamışdır. Bu xüsusatla bağlı, məhkəmə qeyd edir ki, müdafiə tərəfinin söylədikləri mülahizələrə əsaslanmaqla, hər hansı dəlil və ya sübuta söykənmədiyindən, məhkəmə müdafiə tərəfinin mövqeyini əsaslı hesab etmir. Həmçinin, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan bəzi sənədlərdəki imzaların ona məxsus olmadığını, saxtalaşdırıldığını bildirərək mübahisələndirdiyindən, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin imza və xətt nümunələri götürülərək həmin xüsusatın araşdırılması məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək icra olunması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1595 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 11-ci vərəqində olan şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs qrafasındakı imza, 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza; 19-20-ci vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza, 21-ci vərəqində olan şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 21-ci vərəqində olan vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 23-24-cü vərəqlərində olan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza, 25-ci vərəqində olan etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şübhəli şəxsə bildirməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 28-29-cu vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı və vərəqin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza, 30-31-ci vərəqlərində olan izahatın 1-ci vərəqində “İmza:” qrafasındakı imza və vərəqin aşağısındakı imza, 2-ci vərəqində “İmza:” qrafasındakı imza, 35-ci vərəqində olan şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 41-ci vərəqində olan şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 55-ci vərəqində olan təqsirləndirilən şəxsə ittiham edilməsi barədə qərarın surətinin və hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişin verilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 56-57-ci vərəqlərində olan təqsirləndirilən şəxsə ittiham edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 58-ci vərəqində olan təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 59-60-cı vərəqlərində olan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 61-63-cü vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-2-ci vərəqlərində “Təqsirləndirilən şəxs:” qrafalarındakı imzalar və 2-ci vərəqinin aşağısındakı imza, 3-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 66-cı vərəqində olan təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 68-ci vərəqində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olması haqqında xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 142-ci vərəqində olan təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 68-ci vərəqində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olması haqqında xx.xx.2023-cü il tarixli protokolda “məhkəməyə təqdim olunan materiallarla oldum. Bununla bağlı heç bir etiraz və vəsatətim yoxdur.” əlyazmaları – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilmiş sənədlər Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən içərisində ümumilikdə 3 ədəd mobil nömrə olan 2 ədəd, yəni “İphone” və “Redmi” markalı mobil telefonun götürüldüyünü, lakin bunun müvafiq şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən protokolda qeyd edilmədiyini dediyindən, məhkəmə həmin xüsusatın araşdırılması məqsədilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 49/2-34362/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılarkən üzərində “İphone” və “Redmi” markalı mobil telefon aparatları aşkarlanmamışdır. Müdafiə tərəfi işin ibtidai istintaqını aparmış müstəntiqlə təqsirləndirilən şəxsin atasının arasında aralarında danışıq olduğunu iddia edib səs yazısını məhkəməyə təqdim edib müstəntiqin məhkəmədə dindirilməsini xahiş etsə də, sonradan yazılı ərizə ilə müraciət edib bundan imtina etmişlər. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul edilməli olduğundan, məhkəmə tərəfindən qəbul edilmişdir. Beləliklə, müdafiə tərəfinin verdiyi vəsatətlər cinayət işinin materialları və işdə olan sübutlarla uzlaşmadığından, məhkəmə tərəfindən əsaslı hesab edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Hər hansı sübutun sübutlar siyahısından çıxarılmasına əsas olmuş hal mövcud deyil. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən həmin vaxt üzərində hər hansı narkotik tərkibli maddə olmadığını, polis əməkdaşlarının şəxsi axtarış və götürmə istintaq hərəkətində nümayiş etdirməsi üçün əvvəlcədən verdikləri psixotrop maddə metamfetamini müvafiq istintaq hərəkətində təqdim etdiyini bildirdiyindən, həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər Şahid2 (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında) və Şahid1 (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq edilmədiyini, videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətində nümayiş etdirməsi üçün hər hansı psixotrop maddə təqdim etmədiklərini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan psixotrop maddəni təqdim etdiyini bildirmişlər. Bundan başqa, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə şəxsi axtarışın aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin inzibati binasında aparılmışdır. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristal formalı olan maddəni çıxarıb könüllü təqdim etmiş, aşkarlanan büküm qablaşdırılıb 160 nömrəli möhürlə möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2105 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 12,478 qram olan ağ rəngli kristaliik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkarlanmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri xeyli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Sözügedən qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 16-cı bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməlin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdırmır. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İ siyahısının 87-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin, habelə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İ siyahısının 118-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi, hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən aşağıda halları qeyd etməyi zəruri bilir: Təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı, yəni xx.xx.2015-ci il təvəllüdlü uşağı vardır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında onun haqqında heç bir məlumat mövcud deyil. (Cild 1, iş vərəqə 80) Habelə, “Aze-MİS” Elektron Məhkəmə İnformasiya sisteminə baxışdan müəyyən edilir ki, Rahib Babayev barəsində cinayət xarakterli hər hansı məhkəmə araşdırması yoxdur. Məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilmiş xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu 1 ədəd bükümdə 12,478 qram çəkidə psixotrop maddə metamfetamini “AQAT” adlı şadlıq sarayının yaxınlığındakı ağacın dibindən tapdığını və maraq doğurduğu üçün götürüb cibinə qoyaraq saxladığını bildirmişdir. Bunu əksini təsdiq edən hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin dövriyyəsi ilə məşğul olan hər hansı şəxslə əlaqəyə girməmiş, hər hansı razılığa gəlməmiş, mənfəət əldə etmək məqsədi güdməmişdir. Habelə, o, psixotrop maddə və ya narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilmiş “Respublika Narkoloji Mərkəzi” X24 xx.xx.2023-cü il tarixli, 2119 nömrəli ekspert rəyi nəzərdən keçirildikdə görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 114-115) Cinayət işinin materialları qarşılıqlı şəkildə təhlil edildikdə müəyyən edilir ki, Təqsirləndirilən şəxs yerdən əldə etdiyi psixotrop maddə metamfetamini istifadə etməmiş, lakin üzərində saxlamaqla daşımışdır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Azərbaycan Texniki Universitetinin xx.xx.2023-cü il tarixli, 523 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin universitetin 060647 “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasının “Metrologiya və metroloji təminat” ixtisaslaşmasının ikinci kursunun əyani magistrantıdır. Təqsirləndirilən şəxsin iş yeri olan “X15” MMC-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin cəmiyyətdə ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasının müdiri vəzifəsində işləməklə müsbət xarakterizə edilmiş, işlədiyi dövrdə peşə səriştəliyinin artırılması məqsədilə bir sıra kurslara qoşulub sertifikatlara layiq görülmüşdür. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/1-H/5-6/2023 nömrəli məktubundan görünür ki, təcridxanaya daxil olarkən ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs “Beta Talassemiya gen daşıyıcısı, anamnezdə. Xroniki virus hepatiti B, anamnezdə” diaqnozları qoyulmuşdur. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs yeganə övladı 2015-ci il təvəllüdlü Fatimə Babayeva bir sıra xəstəliklərdən əziyyət çəkir. Belə ki, “Sağlam Gələcək” Klinikasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 visseral leyşmanioz xəstəliyi vardır. Bundan savayı, Bakı Patologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X6 müayinə aparılan yerdə limfa düyününün quruluşu pozulmuşdur, parakortikal birləşmiş germinal mərkəzləri genişlənmiş limfoid follikullar fonunda diffuz infiltratlar qeydə alınır, tək-tək iri nüvəli atipik hüceyrələr aşkar edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Türkiyə Respublikasının Ankara şəhərində yerləşən “X1” adlı xəstəxanadan verilmiş xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, X13 həmin tarixdə xəstəxanada müayinədə olmuş və ona “diaqnozu qoyulmuşdur. Digər problemlər- RAS quanil-relizinq zülal 1 çatışmazlığı, Epstein-Barr virusu ilə əlaqəli limfoproliferativ xəstəliklərə qarşı həssaslıq və immun disregulyasiya səbəbindən kombinə edilmiş immun çatışmazlığı diaqnozları ilə izlənilən xəstə ayda bir dəfə venadaxili immunoqlobulin müalicəsi alır. Xəstənin qəti müalicəsi üçün sümük iliyinin transplantasiyası lazımdır. Ana və ata ilə nəzarət və təqib etmək uyğundur. Sümük iliyi transplantasiyası zamanı ana və atanın bir-birini müşayiət etməsi vacibdir. Həmin xəstəxananın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müayinə nəticəsində X6 RAS guanil-relizinq zülal 1 gen çatışmazlığı genetik diaqnozu qoyulmuşdur. Xəstədə mövcud immun sistemi pozğunluğu gen səviyyəsində bütün ekzom ardıcıllığı analizi ilə müəyyən edilmişdir. Kök hüceyrə transplantasiyası üçün əlaqəli toxuma qrupuna uyğun donorun müəyyən edilməsi lazımdır. Kök hüceyrə transplantasiyası prosesi zamanı ailənin kimya terapiya və sümük iliyi transplantasiyasının ağırlaşmaları və riskləri üçün xəstəyə qan verməsi tələb oluna bilər, vəziyyətdən asılı olaraq ana və ya atadan qan köçürülməsi üçün qan və dərman tələb oluna biləcəyi gözlənilir. Bu səbəbdən hər iki valideynin müşayiəti məcburidir. Sözügedən xəstəxananın xx.xx.2024-cü il tarixli tibbi arayışından görünür ki, X9 “C 81.9 Hodgkin xəstəliyi, təyin olunmamış” diaqnozu qoyulmaqla, X12 limfama və immun çatışmazlığı diaqnozu ilə müşahidə edildiyi, sümük iliyi nəqlinin planlaşdırıldığı, transplantasiyanın planlaşdırılması üçün müvafiq müayinə və proseduralar üçün xəstənin ana və ata ilə birgə müayinəyə gəlməli olması qeyd edilmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı dövründə davranışını, təqsirləndirilən şəxsin yeganə övladının ağır xəstəlikdən əziyyət çəkməsini və həmin xəstəliyin uşağın həyatı üçün ölkə xaricində ixtisaslı tibbi yardım göstərilmədiyi təqdirdə təhlükə yaratmasını, təqsirləndirilən şəxsin sağlamlıq vəziyyəti ilə əlaqədar onun başqa övlad sahibi olmasının mümkün olmayacağını və qan xəstəliyindən əziyyət çəkməsini, narkomaniya xəstəliyindən əziyyət çəkməməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üzrə məsələ həll edilərkən cəzanı yüngülləşdirən hala və ya bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənilməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsi göstərilməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olması əsaslandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə bütün yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza, yəni azadlıqdan məhrumetmə əsas cəzası təyin edilməlidir. Bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmasına baxmayaraq, qanunun yuxarıda şərh edilən tələbləri baxımından Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməməsi, özünün müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, yeganə övladı olan F.Təqsirləndirilən şəxsanın nadir qan və onkoloji xəstəliklərdən əziyyət çəkməsi, yeganə övladının müalicəsinin yalnız ölkə xaricində mümkün olması və cərrahi müdaxilə üçün hər iki valideyninin (donor kimi nümunələr tibbi götürülməsi üçün) iştirakının tibbi zəruriliyi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı nümunəvi davranışı törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla həmin hallar, eləcə də hökmün təsviri hissəsində göstərilmiş yüngülləşdirici hallar həm ayrıayrılıqda, həm də bütövlükdə müstəsna xarakterə malikdir. Məhkəmə belə hesab edir ki, yuxarıda göstərilən müstəsna hallar olduğu halda təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və onun yeganə övladı olan qızı F.X.Babayevanın səhhətinin vəziyyətinin pisləşməsinə, səhhətində ciddi problemlərin yaranmasına gətirib çıxara, o və ailəsini ciddi məhrumiyyətlərə düçar edə, ailə münasibətlərinə mənfi təsir edə bilər. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsa təyin olunacaq cəzanı yüngülləşdirən həm ayrı-ayrı halları, həm də bu cür hallar məcmusunu müstəsna hal kimi qiymətləndirir və və onun barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin Xüsusi hissəsinin 234.1-1-ci maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 9; 17), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)- 292/2023 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 73-74) Məhkəmə icraatı zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-622/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdən tutularaq hazırki vaxtadək həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin ümumi cəza müddətinə hesablanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X24 xx.xx.2023-cü il tarixli, 2119 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,428 qram psixotrop maddə metamfetamin məhv edilməli, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2105 nömrəli ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində və xx.xx.2024-cü il tarixli, 4/1595 nömrəli ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri olan 112 (bir yüz on iki) manat pul vəsaiti ekspertiza xərci kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X20 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat miqdarında pul ödənilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, təyin olunmuş cəza müddəti bitmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “Başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2105 nömrəli ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində və xx.xx.2024-cü il tarixli, 4/1595 nömrəli ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri olan 112 (bir yüz on iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,428 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X20 təqsirləndirilən şəxsə göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat miqdarında pul ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-622/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-622/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver