Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-622/2025 10.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5, X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ”Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati bnasında açıq məhkəmə iclasında xx xxxxxx 1969-cu ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 23 aprel 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, eləcə də təkrarən, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: CM) 182.2.2, 182.2.4, 182.3.2, 221.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 13 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından azad edilməklə azadlığa buraxılmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü “İdeal” partiyasının, “İdeal” media şirkətinin rəhbəri, vəkil və geniş əlaqələrə malik nüfuzlu şəxs kimi kim təqdim edərək Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib inam yaratmaqla onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X29un azadlığa buraxılmasına nail olacağına dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs3 2020-ci ilin dekabr ayının sonunda istintaqa məlum olmayan dəqiq tarixdə ünvan 3 ünvanında yerləşən 23 nömrəli tam orta məktəbin inzibati binasında 42.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacları üçün sərf etməklə Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü “İdeal” partiyasının, “İdeal” media şirkətinin rəhbəri, vəkil və geniş əlaqələrə malik nüfuzlu şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib inam yaratmaqla dələduzluqla bağlı çoxsaylı şikayətlər üzrə Bakı şəhərinin müxtəlif rayon polis idarələrində barəsində aparılan araşdırmaların onun xeyrinə həll olunacağına və cinayət məsuliyyətinə cəlb olunmayacağına dair yalan vəd verib aldadaraq bu adla sonuncudan 2022-ci ilin aprel ayında, məlum olmayan dəqiq tarixdə ünvan 4 ünvanında yerləşən “İdealmedia.az” şirkətinin ofisində 20.000 manat məbləğində pul vəsaiti alaraq şəxsi ehtiyacları üçün sərf etməklə Zərərçəkmiş şəxs5 məxsus xeyli miqdarda özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə “İdeal” partiyasının, “İdeal” media şirkətinin rəhbəri, vəkil və geniş əlaqələrə malik nüfuzlu şəxs kimi kim təqdim edərək X3 etibarından sui-istifadə edib inam yaratmaqla onun Lənkəran Şəhər Rayon Polis İdarəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləşdirilən şəxs qismində cəlb edilərək həbs edilmiş oğlu Mehrac Cəfərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Cəlaləddin Cəfərovdan 2023-cü ilin may ayının əvvəlində istintaqa məlum olmayan dəqiq tarixdə sonuncunun tanışı Şahid3 vasitəsi ilə ünvan 4 ünvanında yerləşən “İdealmedia.az” şirkətinin ofisində 2.000 manat və 2023-cü ilin iyun ayının sonunda, məlum olmayan dəqiq tarixdə ünvan 5 ünvanında yerləşən “Xəzinə” çay evində 3.000 manat pul vəsaiti alaraq şəxsi ehtiyacları üçün sərf etməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs X8 məxsus 5.000 manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin sentyabr ayında məlum olmayan dəqiq tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı sovxoz ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra: MMC və ya Cəmiyyət) inzibati binasında həmin cəmiyyətin təsisçisi Zərərçəkmiş şəxs1 özünü “idealmedia.az” xəbər saytının baş redaktoru olaraq təqdim edib fəaliyyətlərində yol verdikləri neqativ hallar, qanun pozuntuları və idman klubunda ölmüş at ətlərinin mal əti adı altında satılmasına dair məzmunu rusvayedici xarakter daşıyan məlumatları internet üzərindən “idealmedia.az” xəbər saytında və idarə etdiyi sosial şəbəkə hesablarında yayıb ictimailəşdirəcəyi, ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı, cinayət məsuliyyətinə cəlb olunmalarına nail olacağı və barələrində digər rüsvayedici məlumatları yayacağı ilə hədələyərək bu kimi həqiqətə uyğun olmayan məzmununda rüsvayedici xarakter daşıyan məlumatların özü tərəfindən yayılmaması və artıq yaymış olduğu məlumatların “idealmedia.az” xəbər saytından silinməsi müqabilində Zərərçəkmiş şəxs1 50.000 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmiş, qeyd olunan tarixdə və yerdə sonuncudan 10.000 manat məbləğində pul vəsaiti almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid2 işlədiyi Bakı şəhəri Yasamal rayon 16 saylı Şəhər Poliklinikasında guya xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol verdiyinə, vətəndaşlara təmənnasız verilməli olan dərmanları satmasına dair məzmunu rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən “idealmedia.az” xəbər saytında yayıb ictimailəşdirdikdən sonra həmin məlumatların xəbər saytından silinməsi xahişi ilə onunla mobil telefon vasitəsilə 2024-cü ilin mart ayında məlum olmayan dəqiq tarixdə əlaqə saxlayan sonuncunun əri Zərərçəkmiş şəxs2 məzmununda rüsvayedici xarakter daşıyan Şahid2 aid əlavə məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyini, sonuncunun şəxsi və işgüzar nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə qeyd olunan məlumatların silinməsi və əlavə paylaşım edilməməsi müqabilində Zərərçəkmiş şəxs2 Bakı şəhəri Yasamal rayonu ərazisində 10.000 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmiş və qeyd olunan tarixdə və yerdə 7.000 manat məbləğində pul vəsaitinin özünün bildirdiyi plastik bank kart hesabına köçürülməsinə nail olmuşdur. Yəni yuxarıda qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə araşdırması zamanı tədqiq olunan mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə irəli sürülən ittihamlarla özünü təqsirili bilmədi və cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələrinə uyğun ifadə verib göstərdi ki, onun ünvan 6 ünvanda özünə məxsus ofisi olmuş, heç bir zaman icarədə oturmamışdır. Onun ofisində əvvəllər vəkillər kollegiyasının üzvü olan X19 fəaliyyət göstərmişdir. O dünyasını dəyişdikdən sonra o, hüquqşünas olduğundan iş otağının qapısının üzərinə “hüquqi yardım” sözləri yazılmış və çox adama hüquqi yardım etmişdir. Bəlkə də 50 nəfərdən sonra notarial qaydada etibarnamə əsasında onlara hüquqi yardım etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə bağlı cinayət epizodu üzrə göstərdi ki, təxminən 2021-ci ilin yay aylarında ünvan 4 ünvanında yerləşən ofisində olan zaman əvvəllər tanımadığı Zərərçəkmiş şəxs5 bir xanımla içəri keçmiş, ağlamış, evi, qeydiyyatı olmadığını, bankdan pul götürdüyünü və hüquqi yardım, məsləhətlər almaq istədiyini demişdir. Onun vergi qanunvericiliyindən anlayışı olmadığından o, İlahəyə bu barədə bildirib Bakı şəhəri 6 saylı vəkil Bürosunda işləyən vəkil Şahid5 məsləhət görmüş və onu Aidənin yanına yönəltmişdir. Sonradan öyrəndiyinə görə vəkil Şahid5 da Zərərçəkmiş şəxs5 İsmayıl adlı vəkilə yönəltmiş, onlar sonuncu ilə 1000 manata müqavilə bağlamışlar. Sonradan isə İlahənin vəkilə verməyə pulu olmadığını və pozuluşduqlarını öyrənmişdir. Təxminən bir həftə sonra Zərərçəkmiş şəxs5 yenidən onun ofisinə gəlmiş, ona kirayə ev axtardığını bildirib köməklik etməsini xahiş etmişdir. Onun İlahəyə yazığı gəldiyi üçün ona köməklik etməyi qarara almış, İlahəni bir neçə kirayə verilən evə aparmış, öz işçiləri ilə birlikdə gedib Fatmayı tərəfdə İlahəyə ev axtarmış, lakin İlahənin bəyəndiyi ev olmamışdır. Elə həmin günlərin birində o, İlahəni və özünün işçilərini özünün anasının yaxınlıqda yerləşən evinə dəvət etmiş və gedib orada nahar etmişlər. Onun anası evdə tək yaşadığından söhbət əsnasında İlahənin anası ilə birlikdə onun anasının yaşadığı evdə qalmasına qərar vermişlər. İlahə aylıq 1.000 manat kirayə haqqı ödəyəcəyinə söz verməsinə baxmayaraq, o, İlahədən pul tələb etməmiş və heç nə lazım olmadığını bildirmişdir. Beləliklə bu razılaşmadan sonra İlahə 5 ay ərzində onun anasının yanında qalmış, heç bir məbləğdə kirayə haqqı ödəməmişdir. Sonra onun bir neçə dostu və hətta Binəqədi Rayon Məhkəməsinin hakimi ona İlahənin aldatmadığı şəxs, bank, şəhid ailəsi qalmadığını bildirmişlər. Lakin o, bunu İlahənin üzünə vurmamışdır. Lakin sonradan onun anası İlahənin evdə özünü aparması ilə bağlı narazılığını bildirmiş, sonuncunun gecələr telefonda vulqar ifadələrdən istifadə etdiyini demiş, bir namaz qılan adam üçün dözülməz bir hal olduğunu bildirib, İlahənin evdən çıxmasını xahiş etmişdir. Odur ki, o, evi təmirə saxlamaq adı ilə İlahəni evdən çıxarmışdır. İlahəgil evdən çıxdıqdan sonra onun sonradan qonşuları X15, Alisa xanımı işə götürdüyünü, həmin şəxsləri aldadaraq onların hər birindən 65000-70000 manat pul aldığını öyrənmişdir. İlahə hətta sonrakı mərhələdə Paşanı, Alisa xanımı, sürücü Samiri, Sabiqi, Rzayeva Arifni ona qarşı qaldırmış, lakin sonradan səhvlərini başa düşüb gəlib ondan üzr istəmiş, əvvəlcə İlahəni düz adam kimi tanıdıqları bildirmişlər. O, bir daha İlahəni görməmiş, sadəcə 2023-cü ildə Zərərçəkmiş şəxs5 həbs olunması ilə bağlı xəbər portallarından məlumat almışdır. Belə ki, o, Qarabağdan olmaqla yanaşı, İ qrup Qarabağ əlilinə və şəhid ailəsinə qəyyumluq entmişdir. Şəhid ailələrindən bir qrupu onun yanına gəlmiş, İlahənin hərəkətlərini ona danışmış, o, eşitdiklərindən dəhşətə gəlmişdir. Onların deməsinə görə İlahə onları aldadıb ölkə Prezidentinin köməkçisinin qəbuluna aparmış, onların xahişi ilə 55.000 manat borclarından sildirmiş və sonradan həmin şəxsləri “c” bəndi ilə işdən azad etmişdir. Şəhid ailələrinin üzvləri pullarını ala bilmələri üçün ondan kömək istəmişlər. O da şəhid ailələrinin xahişini nəzərə alıb özünə məxsus “ İdeal TV” YouTube kanalında onlara şans vermiş, onlar həmin kanalda çıxış etmiş və yalnız bundan sonra İlahənin haqqında dələduzluğa görə həbs qərarı seçilmişdir. Hal-hazırda da İlahə ilə bağlı Nərimanov RPİ-də cinayət işinin araşdırması davam etməkdədir. İlahə heç vaxt ona 20.000 manat pul verməmiş, sonuncu bu barədə yalan ərizələr yazmış, ibtidai istintaqda yalan və absurd ifadələr vermişdir. O, heç vaxt İlahənin hər hansı işlərini həll edəcəyinə söz verməmişdir. Ümumiyyətlə İlahənin və ya anasının onunla 2021-ci ildən sonra telefonla əlaqəsi olmamışdır. O, aprel ayında İlahədən pul almamış, amma sentyabr ayında onun yanına gəlib borcunu qaytara bilməsi üçün ondan vaxt istəmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs5 epizodu ilə bağlı ifadəsində, həmçinin göstərdi ki, İlahə və İlahə kimi həmişə yaxşılıq etdiyi adamlar ona qarşı pisliklər etmiş, heç nədən onu ailəsindən ayırmışlar. İlahə kimi biri bütün sosial şəbəkələrdə hüquq mühafizə orqanlarını təhqir etmiş, onun aldatmadığı bank, aldatmadığı adam qalmamışdır. Lakin İlahə kimi birinə görə ona qarşı ittiham irəli sürülmüşdür. İlahə onun barəsində Xətai Rayon Məhkəməsinə şikayət edib, guya o, onun şərəf və ləyaqətini alçaltdığını bildirmişdir. Hansı ki, ona qarşı irəli sürülmüş ittihamların heç biri ilə əlaqəsi olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı cinayət epizodu üzrə göstərdi ki, o, Zərərçəkmiş şəxs1la heç vaxt qarşı-qarşıya gəlməmiş, onunla heç vaxt telefonla danışmamışdır. O, Zərərçəkmiş şəxs1 “X28 Klubu”nun rəhbəri olduğunu bilmişdir. Belə ki, “X28 Klubu” ilə sərhəddə ona məxsus 2 hektar torpaq sahəsi mövcuddur, həmin torpaq sahəsinə gedən yol atçılıq klubu tərəfindən zəbt edilmişdir və bununla bağlı o, Abşeron Rayon Məhkəməsinə müraciət edib yolun açılması tələbi qoyulmuşdur. Yekun eksepertiza rəyi olmadığı üçün o, həmin iddia ərizəsini geri götürmüş və iş baxılmamış qalmışdır. Məhkəmə gedişi ilə bağlı o, sosial şəbəkələrdə paylaşımlar etsə də, konkret olaraq Natiq və Natiqə məxsus atçılıq klubu barədə paylaşımlar etməmişdir. Etdiyi paylaşımları çıxartmamış və ümumiyyətlə heç vaxt Natiqə rüsvayedici paylaşım etməklə hədə-qorxu gəlib ondan 50.000 manat pul tələb etməmişdir. O, heç vaxt Natiqin ofisində olmamış, Natiqdən 10.000 manat pul almamışdır. O, Natiqin barəsində məhkəməyə şikayət etdiyi üçün Natiq qərəzli olaraq onun əleyhinə hazırkı yalan və şər xarakterli ərizə yazmışdır. Qeyd olunan cinayət epizodu ilə əlaqədar Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərdi ki, “X28 Klubu”nun ətrafı bütövlükdə müşahidə kameraları ilə əhatə olunmuşdur. Belə olduqda o, həmin klubun ərazisinə girib-çıxarkən müşahidə kameraları vasitəsi ilə qeydə alınmışdır. Kamera qeydlərini təqdim etməsini Zərərçəkmiş şəxs1 istintaq orqanı vasitəsi ilə tələb etməsinə baxmayaraq bu sübut təqdim olunmamışdır. O, sonuncu dəfə həbsdən buraxıldıqdan sonra özünün torpaq ərazisinə keçə bilməsi üçün 2- 3 dəfə icazə almaqla atçılıq klubunun ərazisinə daxil olmuşdur ki, həmin vaxt o, tək olmamış, yanımda 2-3 nəfər adam olmuşdur. O, Zərərçəkmiş şəxs1la da sonuncunun dediyi müddət ərzində ümumiyyətlə görüşməmiş və üzbəüz gəlməmişdir. Belə bir hal baş verməmişdir. Qeyd olunan cinayət epizodu ilə əlaqədar Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, onu ilk dəfə bu iş üzrə saxlayan orqan BMCMİ olmuşdur. Aprel ayının 22-də saat 12-də o, Apellyasiya Məhkəməsinin qarşısında olarkən əməkdaşlar onu saxlamış, saxlanmasının əsası kimi ona idarə rəisinin onunla görüşmək istəməsi göstərilmişdir. O, Cavadov Ramin və Zərərçəkmiş şəxs5 işinə və Zərərçəkmiş şəxs5 izahatına görə saxlamışdır. O, saxlanılan zaman Zərərçəkmiş şəxs1 söhbəti olmamışdır. 23 apreldə müstəntiq onu otağına çağırmış, həmin vaxt Natiqi qapının ağzında dayanmış vəziyyətdə olmuş, sonuncu ona “mərdi qova-qova namərd elədiz” demiş və ona hədəqorxu gəlmişdir. O, qapının ağzında Natiqlə mübahisə etmişdir. Natiqlə onun arasında üzləşmə olmamışdır, Zərərçəkmiş şəxs1la üzləşdirmə məqsədilə istintaqa dəvət olunarkən Natiq ona “mənə dedilər gəl, o səbəbdən istintaq orqanına gəlmişəm” demiş, onu konkret olaraq kimin çağırdığını soruşduqda, Zərərçəkmiş şəxs1 həmin şəxslərin adlarını çəkə bilməyəcəyini demişdir. Daha sonra, Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs X11 ilə bağlı cinayət epizodu üzrə göstərdi ki, 2023-cü ilin təxminən mart ayında tanışı Rəşadətin vasitəsi ilə Cəlaləddin onun ünvan 4 ünvanında yerləşən ofisinə yaxınlaşmışlar. Rəşadət qəbir daşları sexinin müdiridir və onunla əlaqəsi iş yoldaşı Günel xanımın anasının rəhmətə getməsi ilə əlaqədar yaranmışdır. X2 CM-nin 234.1.1-ci maddəsi ilə narkotik üstündə tutulduğundan sonuncu ondan kömək istəmişdir. Cəlaləddin istintaqın Lənkəran şəhərində aparıldığını da ona bildirmişdir. O, Cəlaləddinə vəkil olmadığını bildirmiş, lakin Azərbaycanda kifayət qədər yaxşı vəkil dostları olduğunu deyib onu yönləndirə biləcəyini bildirmişdir. Razılaşmadan sonra o, Cəlaləddinin özünün yanında uzun zaman ərzində tanıdığı 6 saylı vəkil bürosunun vəkili Aidə Tägıyeva ilə əlaqə saxlamış, telefon danışığı zamanı Aidə xanıma məsələ ilə bağlı qısa formada məlumat vermişdir. Aidə xanım da həmin işi özünün icraatına götürəcəyini bildirmiş, lakin həmin adamı onun yanına özüneün gətirməsini xahiş etmişdir. Cəlaləddin Cəfərovun əlində olan sənədləri götürərək ona “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən 6 saylı vəkil bürosuna getməsini və müqavilə bağlanmasını bildirmişdir. Telefon danışığı zamanı Aidə xanım həmin cinayət işi üzrə istintaqın Lənkəran şəhərində aparıldığını xatırladıb, bunun üçün onun kifayət qədər yol xərci çıxacağını bildirmiş, müqavilə və yol xərcləri ilə birlikdə 2000 manat ödəniş olunmalı olduğunu demişdir. Bu məsələni Cəlaləddinə bildirdikdə, Cəlaləddin razılaşmışdır. Təxminən 3 gün sonra Cəlaləddinlə “Koroğlu” metrostansiyasının yaxınlığında görüşmüş, orada Rəşadət ona 2.000 manat pul vermişdir. Ondan sonra onlar 6 saylı vəkil bürosuna Aidə xanımın yanına getmiş, o, iki min manatı Aidə xanımın özünə vermişdir. Bundan sonra Cəlaləddin Cəfərov hüquq məsləhətxanasında müqaviləyə, orderə qol çəkmişdir. Daha sonra Aidə xanım hüquqi yardımla bağlı 2 dəfə Lənkəran Polis İdarəsində, 5 dəfə Bakı İstintaq Təcridxanasında olmuşdur. Qeyd olunan epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Cəlaləddin Cəfərovun müraciətində ona “Xəzinə” çayxanasında 3.000 manat pul verməsi barədə göstərdiyi xüsusatlar tamamilə yalandır. Cəlaləddinlə onun arasında 2.000-lə bağlı bir neçə dəfə yazışması olsa da, 3.000-lə bağlı heç bir şey olmamışdır. O, Cəlaləddin Cəfərovdan heç bir təmənna gözləməmiş, Cəlaləddinin vəziyyəti ağır olmuş, hətta o, ona video göstərib, orucluq vaxtı olduğunu, yoldaşının vəziyyətinin yaxşı olmadığını demişdir ki, o, buna görə Cəlaləddinə köməklik məqsədi ilə 200 manat pul vermişdir. Sonrakı mərhələlərdə isə Appelyasiya instansiyası məhkəməsinə verilmiş iddia ərizəsini onun üçün şəxsən özü yazıb vermişdir. Daha sonra, Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı cinayət epizodu üzrə göstərdi ki, o, zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs2 və onun həyat yoldaşı Şahid2 tanımamış, həmin şəxslərlə üzbəüz və ya telefonla əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs2 adlı şəxsi o, həyatında ilk dəfə məhkəmədə görmüşdür. Şahid2 və Yasamal rayon 16 saylı Şəhər Poliklinikası barəsində o, heç bir xəbər portalında və ya sosial şəbəkələrdə heç bir paylaşım etməmiş, zərər çəkmiş şəxsdən və ya onun ailə üzvlərindən ümumiyyətlə, o cümlədən 7.000 manat pul tələbi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 epizodu üzrə, həmsçinin göstərdi ki, ibtidai istintaq orqanının qərarına əsasən onun evində və ofisimdə axtarışlar aparılmış, axtarış apararkən onun masasının üzərində hüquqi yardım üçün ona müraciət etmiş «Space» telekanalının əməkdaşı Kainat Quluzadə adlı şəxsin sənədləri olmuşdur ki, müstəntiq tərəfindən həmin sənədlər stolun üstündən götürülmüş və həmin sənədlərdə adı çəkilən şəxslər müstəntiq tərəfindən dəvət olunub, Təqsirləndirilən şəxs qarşı ərizə və ya ifadə vermələri üçün hədə-qorxu gəlinmiş, lakin onların heç biri, Məleykə xanım və Zərərçəkmiş şəxs2 stisna olmaqla, razılaşmamış və buna getməmişlər. Yalnız Məleykə xanım və onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 onun əleyhinə ifadə verməyə razı olmuşlar. İstər instagram, istər facebook, istər tiktok və ya istərsə də google kimi platformalarda olan hesablar ona aid olmuş, lakin o, qeyd olunan şəxslərin heç birində dair informasiyaları yaymamışdır. Onların iddialarına görə guya o, İftixargildən pul istəmiş, bunun üçün kart hesabını onlara verib pulu kart hesabına atmalarını xahiş etmişdir. Lakin İftixargil həmin kart hesabını sübut kimi istintaqa və ya onun özünə təqdim etməmişlər. Onun Unibank, Bank Respublika və Rabitə Banklardan kartları vardır və həmin kartları məhkəməyə təqdim edə bilər. O, tibb bacısından pul tələb edəmcək və ya onun haqqında hansısa informasiyaları yayacaq səviyyədə olan adam deyildir. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsinin davamında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə bağlı cinayət epizodu üzrə göstərdi ki, o, o, zərər çəkmiş Zərərçəkmiş şəxs3 tutulmazdan təxminən 3-4 il əvvəl tanımış, yaxın dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs3 ona hər hansı hüquqi yardımla, o cümlədən X29un məsuliyyətdən azad edilməsi üçün müraciət etməmiş, Sülfəddinin övladına köməklik etmək mümkün belə, olmamışdır. Belə ki, Sülfəddinin oğlu Xətai qəsdən adam öldürməyə görə mühakimə olunmuş, 18 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonradan verdiyi appelyasiya şikayətinə əsasən cəzası 15 ilə endirilmiş və Ali Məhkəmənin bu barədə qanuni qüvvəyə minmiş yekun qərarı olmuşdur. O, Sülfəddindən onun övladına görə nəinki 42.000 manat, heç bir məbləğdə pul almamışdır. Müstəntiqin ittiham aktınakı yazdıqlarına görə o, ünvan 3 ünvanında yerləşən 23 nömrəli orta məktəbin 2-ci mərtəbəsində, özünün iş otağında filankəsdən pul almışdır. İlk növbədə 23 nömrəli orta məktəb Milli Qəhrəman Tahir Həsənovun adınadır, həmin məktəb vitse-prezident Mehriban Əliyeva tərəfindən himayə və mühavizə olunur. Onun həmin məktəbin 2-ci mərtəbəsində özünə ofis açıb vətəndaşlardan pul alması absurd məsələdir və mümkün deyildir. O, özü azadlığa çıxdıqdan sonra Sülfəddin zəng etmiş və onun onlara çox köməklikləri dəymişdir. Şəxsi əlaqələrindən, dostluq və qohumluq münasibətlərimdən istifadə edərək, onun oğlunun həbsxandakı həyatına yardımçı olmuşdur. Onun xalasıqızı gözdən əlil olduğuna görə, onların görüş məsələlərini, nigah məsələsini o, özünün dostlarının vasitəsi ilə həll etmişdir. Qeyd olunan epizod üzrə Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, özü həbs olunub cəza çəkdiyi müddətdə, ailə üzvləri tərəfindən onun mülkləri üzərində qeyri-qanuni yollarla, onun xəbəri və razılğı olmadan qanunsuz məsələlər olmuş, demək olar ki, onun ofisi, evi heç biri qalmamışdır. Qeyd olunan mülklərlə bağlı o, sıxıntı içində olmuş, lakin mülklərin hər birini 2 il müddətində məhkəmə qaydasında bərpa etmişdir. Bu işləri ilə əlaqədar o, 2020-ci ilin dekabr ayında Sülfəddinlə özünün (Təqsirləndirilən şəxs) avtomobilimdə görüşmüş, ondan 20.000 manat borca pul götürmüşdür. Hətta bu barədə əvvəlcədən onun oğluna demiş, oğlu heç bir problem olmadığını bildirmişdir. Sonrakı mərhələdə isə borc aldığı həmin pulu qaytarmış və qaytararkən onun öz xətti ilə borcu aldığını yazdırmışdır. Sülfəddin və ya onun həyat yoldaşı, heç vaxt onlara borcunu qaytarmadığını deyə bilməzlər. Onlar kasıb insanlar olmuş, Sülfəddin özü çəkməçi olmuş, yoldaşı hansısa orta məktəbdə xadimə işləmişdir. O, Qubadlıdan, Sülfəddingil isə Zəngilandan omuşlar. Sülfəddingil özləri də öz ifadələrində verdiyi borcu geri aldığını, heç bir şikayəti olmadığını bildirmişdir. Sülfəddinin ifadəsində göstərdikləri böhtandan başqa bir şey deyildir. İfadədə qeyd orta məktəbin inzibati binasının 2-ci mərtəbəsində heç kimi qəbul etməmiş, heç kimlə görüşməmişdir. Zərərçəkmiş şəxs3 oğlu barəsində qanuni qüvvəyə minmiş Ali Məhkəmənin qərarı olmuşdur ki, onun həmin qərarla bağlı kiməsə köməklik etmək imkanı olmamışdır. O, Sülfəddingilə çox kömək etmişdir. Həbsdən buraxıldıqdan sonra onun bir az borcu-xərci olduğundan o, Zərərçəkmiş şəxs3, ifadəsində də qeyd etdiyi kimi, 2021-ci ilin dekabr ayında şəxsi ehtiyaclarına görə 20.000 manat pul almış və üstündə də 2-3 min manat artıq qaytarmışdır. Onun Zərərçəkmiş şəxs3 borcu qalmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, anası ilə birlikdə yaşamış, 2013-cü ildə anası Şahid4 tərəfindən təsis edilmiş "xxxx" MMC-nin icra direktoru işləmişdir. Şirkət tekstil məhsullarının tikilişi ilə məşğul olmuşdur. -Şirkətin Azərbaycanda Xırdalanda şöbəsi olmuşdur. Qeyd olunan şirkətin əsas şöbəsi Türkiyədə, İstanbulda yerləşmiş, Türkiyədə Ticarət Odasında, Vergilər Nazirliyində Azərbaycanın icazəsi ilə fəaliyət göstərmiş, orada şirkəti idarə edən başqa şəxs olmuşdur. Anam Bakıda olduğu üçün, Türkiyədə həmin şəxs idarə edir. Hal-hazırda 8 nəfər şahid ailəsi üzvlərindən Xırdalandakı şöbədə fəaliyyət göstərmişdir. X17 Agentliyi ilə ikitərəfli müqavilələri olmuş, sosial iş yeri olduğu üçün onlara ödənişin 50 faizini Agentlik, 50 faizini isə onlar özləri vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində mahiyyəti üzrə göstərdi ki, 2022-ci ilin mart ayından başlayaraq şirkətin bəzi işçiləri müxtəlif hüquq-mühafizə orqanlarına onun barəsində, guya onun işçilərin əmək haqlarını mənimsəməsi bəhanəsiylə şikayət olunmuşdur. Bakı şəhərinin Nərimanov, Sabunçu, Nizami və Nəsimi rayonlarında onun barəsində araşdırmalar aparıldığından o, işi üçün lazım ola biləcəyini fikirləşib, kredit almaq üçün «Turan Bank»a müraciət etmişdir. Eyni zamanda o, hüquqlarını qoruya bilməsi üçün vəkil axtarmağa başlamışdır. Həmin ərəfədə, yəni 2022-ci ilin aprel ayının əvvəllərində səhhəti ilə bağlı Bakı şəhəri, Xətai rayonu ərazisində, Y.Səfərov küçəsində yerləşən «Nefçilər» xəstəxanasında müalicə alarkən orada qapıda hüquqi xidmət göstərilməsi ilə bağlı yazılar olduğunu görmüşdür. O, həmin ofisə keçib orada əyləşən şəxsə yaxınlaşmış və ofisin sahibi, baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu ona özünü vəkil və jurnalist kimi təqdim etmiş, həmçinin «İdeal Media» adlı TV kanalı da olduğunu bildirmişdir. Ofisin ünvanı Binəqədi rayonu, X24 19/23 olmuşdur. Ofisdə Təqsirləndirilən şəxs başqa iki nəfər qız da olmuşdur. O, tanışlıq müstəvisində Təqsirləndirilən şəxs onun barəsində polis orqanlarında araşdırma aparıldığını bildirmiş, ona vəkil lazım olduğunu demiş və baş verənləri sonuncuya danışmışdır. O, Nazimə səhhətində də problemlər olduğunu bildirmiş, yaşamağa bağ evi kimi bir yer axtardığını da danışmışdır. Təqsirləndirilən şəxs onu dinləyib problem olmadığını, özünün həm də vəkil kimi fəaliyyət göstərdiyini demiş, bu işdə ona köməklik göstərəcəyini bildirmişdir. Nazim, həmçinin ona əlində 2-3 bağ evi olduğunu demiş və onunçün kirayələyəciyini bildirmiş, onun telefon nömrəsini götürüb onunla əlaqə saxlayacağını demişdir. Nazimlə növbəti görüşlərində sonuncu onlara Fatmayidə və Goradildə olan bağ yerlərini göstərmiş, onlar Nazimin özünün anasının yaşadığı yeri bəyənmiş, orada öz anasıyla iki nəfər qala biləcəklərini bildirdikdə Nazim etiraz etməmiş, onun ansıyla birlikdə qalmağı məsləhət bilmişdir. Odur ki, onlar Nazimin anası ilə birlikdə qalmağa başlamışlar. Hər 6-ci gün Nazim özü də bir xanımla birlikdə ora gəlmiş, onlarda problemlərdən qurtaracaqlarına inam yaratmışdır. Bundan başqa Nazimin yanına onun tanımadığı adamlar da gəlmiş, Nazimin onlara etdiyi köməkliklərdən danışmış və bununla da Nazimin onlara köməklik edəcəyinə şübhə yeri qalmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsinin davamında göstərdi ki, bundan sonra Nazim ona Binəqədi Məhkəməsində Ülkər adlı bir mediator tanışının olduğunu ona demiş, onun yanına gedib görüşməyi məsləhət bilmiş, sonuncunun ona aid məsələləri necə həll etmək barədə məsləhətlər verəcəyini bildirmişdir. Mediator olduğunu Ülkər özü də təsdiq etmişdir. Bundan başqa, Nazimin deməsinə görə onun vəkil tutmasına baxmayaraq, onu yuxarıdan tapşırmaq lazım olduğunu demiş və yuxarıda adam tapıb ona köməklik göstərəcəyinə də söz vermişdir. Həmin ərəfədə onun barəsində Nərimanov Polis İdarəsində cinayət işi olmuş, o, şübhəli şəxs kimi cəlb olunmuş və hüquqi yardıma ehtiyacı olmuşdur. Təqsirləndirilən şəxs həmin işin həlli üçün onu Nərimanov rayon Polis İdarəsinin rəisinə tapşıracağına və özünə məxsus TV kanalda işıqlandıracağına söz vermişdir. O, növbəti gün gedib Ülkərlə görüşmüş, özüylə bağlı bütün baş verənləri ona danışmışdır. Bundan sonra Ülkər sədrin köməkçisini yanına çağırmış, müzakirə edəcəklərini və nəticəni Nazim müəllimə deyəcəklərini bildirmiş, Nazim müəllimdən nəticəni öyrənə biləcəklərini, onun özünə heç nə deyə bilməyəcəklərini demişdir. Binəqədi məhkəməsində hakim İlkin Əliyev vəkil Cavad Cavadova 32.000 manat maaş ödənilməsi məsələsinə görə onların şirkətinin üzərinə məhkəmə qərarı vermiş, lakin bununla bağlı onlar apellyasiya şikayətini geçikdirmişlər. Ona görə də apellyasiya şikayəti verilməsi üçün müddət bərpa olunmalı və apellyasiya şikayat verilməli idi. Ülkər ilk növbədə bununla bağlı köməklik edəcəyini, sonra isə onun Nərimanov Polis İdarəsində yaxın münasibətdə olduğu bir adamın vasitəsi ilə onların orada olan işini həll edəcəyini bildirmişdir. Ülkər əvvəlcə çətin iş olduğunu, zərər çəkmiş şəxslər olduğunu bildirərək işlərin 10-15 min manata həll olunacağını desə də, az bir müddət sonra isə o, çağrılmış, işlərinin həll olunması, canının qurtarması üçün 20.000 manat pul lazım olduğunu bildirmişlər. Sonra o, Ülkərlə əlaqə saxlamış, sonuncu ona onun (Zərərçəkmiş şəxs5) lazım olanları Təqsirləndirilən şəxs təqdim etməyi tapşırmış, Təqsirləndirilən şəxs isə onun vasitəsilə onun, yəni Zərərçəkmiş şəxs5 işlərini görəcəyini bildirmişdir. Bundan sonra o, 2022-ci ilin aprel ayında «Turan Bank»dan kreditə pul götürmüş və «İdeal Media AZ» şirkətinin ofisində Təqsirləndirilən şəxs 20.000 manat pul vermişdir. O, Ülkərə pul verməmişdir. Lakin pulu verikdən sonra Nazim ona heç bir köməklik etməmişdir. O, polis idarəsinə çağırılandan sonra, eyni zamanda Təqsirləndirilən şəxs kanalından onların şirkətinə qarşı yazılar gedəndən sonra ona qarşı oyun oynanıldığını anlamış və Təqsirləndirilən şəxs barəsində şikayət etmiş, mətubatda çıxışlar etmiş, Nazimlə bağlı «Pres kulub»da, «Laf» TV-də, «Kural» TV və «Hürriyət» TV-də şikayətlər etmiş və pulunu Nazimdən istəməyə başlamışdır. O, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəfələrlə ərizələr yazıb şikayət etmiş, ondan iki dəfə izahat alınmışdır. Lakin Nazim onu təhqir etmiş, onun pulunu qaytarmamışdır. Belə ki, o, pulu Nazimə verdikdən sonra o, polis tərəfindən həbs olunmuş, 6 ay 15 gün həbsdə olmuş və 2024-cü ilin mart ayında həbsdən çıxmışdır. Lakin həmin iş məhkəməyə verilməmiş, elə orada da xitam verilmişdir. O, pulu Təqsirləndirilən şəxs onu həmin işdən xilas etməsi üçün vermişdir. Lakin Nazim konkret olaraq pulu kimə verəcəyini deməmiş, sadəcə rüşvət verib onu qurtaracağını demişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxslə onun sonuncu görüşü 2022-ci ilin may ayında olmuşdur. Təqsirləndirilən şəxs həmin dövrdə «İdeal Media»da oturmuş, onun ofisinin 28 may küçəsinə, Neft Akademiyasının yanına köçməsini sonradan eşitmiş, lakin həmin ofisdə olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan üzrə Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşməyə dair istintaq hərəkəti protokolundan görünür ki, üzləşmə prosesində Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh.190-191). Bundan başqa, cinayət məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən X11 ifadəsində göstərdi ki, 2023-cü ilin aprel ayında oğlu X1 ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuş və oğluna köməklik edə biləcək, onun hüquqlarını müdafiə edə biləcək vəkil axtarmağa başlamışdır. Bu barədə tanışlarına da bildirmişdir. Oğlu Mehrac Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham olunmuşdur. X25 rayonunun Məhəmmədi kəndində qəbir daşları sexində rəssam işləmiş, oğlunun müdiri isə Rəşad adlı şəxs olmuşdur. Rəşad vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs adlı bir nəfər şəxs olduğunu bildirmiş və onunla danışmış və onları Təqsirləndirilən şəxs yönləndirmişdir. O, Təqsirləndirilən şəxs Bakıda Xətaidə yolun qırağında ofisi olduğunu öyrənmişdir. Odur ki, o, və digər oğlu Murad Cəfərov birlikdə ora getmişdir. Ofisə gedərkən qapının üzərində və ya qeyri yerdə «Hüquqi xidmət» yazısının olmasını görməmiş, yadında qaldığı qədər ofisin üzərində «Hüquq məsləhətxanası» yazısı olmuşdur. Onlar içəri ofisə daxil olmuş, orada bir xanım və hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs özünü görmüşlər. O, Nazimə onları Rəşadın göndərdiyini, onlara vəkil lazım olduğunu bildirdikdə, Nazim bunu təsdiqləmiş, lakin sonuncu onlara özünü vəkil kimi təqdim etməmişdir. Onlar danışıb 2 min manata razılaşmışlar və o, işə Təqsirləndirilən şəxs özünün çıxacağını bilmişdir. Bunu onlara Təqsirləndirilən şəxs özü demişdir. Həmin vaxt onun pulu olmadığından oğlu Mehracın qəbir daşlarına şəkil çəkən aparatını razılaşmaqla Rəşad satmış, o, Rəşadla münasibəti yaxşı olduğu üçün 2 min manat pulu Nazim müəllimə verməsini Rəşaddan xahiş etmiş və iyun ayında pulu Nazimə Rəşad vasitəsiylə göndərmişdir. Bundan sonra o, Rəşadın iştirakı olmadan Nazim müəllimlə danışmış və sonuncu əlavə 3 min manat pul lazım olduğunu bildirmişdir. O, Nazimdən həmin 3 min manat pulla işin bitib bitmədiyini soruşmuş, Nazim həmin pulla işin bitdiyini bildirmişdir. Odur ki, o, pulu düzəldə bilməsi üçün Nazimdən vaxt istəmişdir. Pulu, yəni 3 min manatı düzəldib Nazimə bildirmiş, sonuncu onu ofisə dəvət etmiş və o, gedib orada Nazimi çox gözləmişdir. Lakin Nazim gəlmədikdə zəngləşib maraqlanmış, Nazim ofisini dəyişdirdiyini, ofisin 28 May küçəsində, məktəblə üzbəüz yerləşən «Xəzinə» restoranının yanında olduğunu bildirmişdir. O, deyilən ünvana getmiş, «Xəzinə» restoranında oturmuş və 3 min manat pulu ona elə orada vermişdir. Nazim Rəşadın da ona 2.000 manat verdiyini təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs inandığından 3000 manatı verərkən heç bir üsuldan istifadə etməmiş, məsələn yazılı qəbz almamış, səsyazma aparmamışdır. O, Nazimə pulu verəndən sonra onlar birlikdə Nazimin “Ford” markalı maşınına oturmuş və birlikdə «Qara Qarayev»ə olan Vəkillər Bürosuna getmişlər. Nazimin onu Qarayevə Vəkillər Bürosuna aparmasının səbəblərini o, bilməmişdir. Nazim ona gözləməyi tapşırmış, "çağırdanda gələrsən» deyib özü içəri keçmişdir. Az müddət sonra Nazim onu içəri çağırmış, onu büroda Aida Tağıyeva adlı qadınla tanış etmiş, onunla Aida Tağıyeva arasında müqavilə bağlanmış, o, müqaviləni imzalamış və bundan sonra Nazim ona «get, məsələ həll olunacaq» demişdir. O, Şahid5 Təqsirləndirilən şəxs 2 min manat pul verməsi barədə nəsə deməmişdir. X9 ifadəsinin davamında göstərdi ki, üzərindən bir necə ay keçmiş, oğlu ona «ata, niyə mənə vəkil tutumamısan? Mənim yanıma heç kim gəlməyib» demişdir. Maraqlanmış və Nazimin bir dəfə də olsun uşağın məhkəməsində iştirak etmədiyni, Aida Tağıyevanın isə iki dəfə, hərdən 5 dəqiqə Kürdəxanıda iştirak etdiyini müəyyənləşdirmişdir. Məhkəmə iclaslarında nə Nazim və nə də Aida iştirak etməmiş, oğlu üçün vəkili məhkəmə özü təyinatla ayırmışdır. Bununla bağlı o, hər dəfə Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu ona «arxayın ol, düzələcək» cavabını vermişdir. O, Şahid5 zəng etmiş, oğlunun ona sözü oğlunu bildirib oğlunun yanına getməyi bildirdikdə, sonuncu ona «mən sizin üçün küçə uşağı deyiləm» cavabını vermişdir. O, oğlundan yanında vəkil olub-olmadığını soruşmuş, oğlu vəkilin 2 dəfə, ümumilikdə 10 dəqiqə Kürdəxanıda onun yanında olduğunu bildirmişdir. O, özü Lənkəran Ağır Cinayətlər Məhkəməsində, Şirvan Apellyasiya Məhkəməsində iştirak etməmiş, necə dəfə məhkəmə iclası keçirilməsindən xəbəri olmamışdır. 2.000 manat vəkillik fəaliyyəti üçün verilmiş, 3 min manatı isə oğlunu qandalla (burada: azadlığın məhdudlaşdırılması) buraxdırması üçün verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun oğlunu buraxdıracağına söz vermişdir. Nazim pulu kimə verəcəyini, işin hansı qaydada həll olacağını ona deməmişdir. Yekunda da oğlu tutulmuş və 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Oğlunun işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində bitdikdən sonra o, Təqsirləndirilən şəxs yanına getmiş, həmin vaxt çox əsəbləşmiş və ondan Apellyasiya Məhkəməsinə şikayət verməyi tələb etmişdir. Həmin vaxt Rəşadın atası Paşa da orada olmuşdur. Nazim də apellyasiya şikayəti verəcəyinə söz vermişdir. Həmin vaxt evdə yeməyə çörəyi olmadığından verdiyi puldan bir hissə qaytarmağı tələb etmiş, Paşa kişi bayırda ona 200 manat pul vermişdir. Lakin həmin pulu Nazimin verib-vermədiyini o, bilməmişdir. Ən nəhayət, X9 ifadəsində göstərdi ki, təqribən 20 gün sonra ona bir qiz zəng edib Apellyasiya Məhkəməsinin katibi olduğunu, adının Sevinc olduğunu bildirmiş və Cəfərov Mehracın məhkəməsinin vaxtını demişdir. O, qızın məhkəmə katibi olmamasından, Təqsirləndirilən şəxs qurması olmasından şübhələnib növbəti gün o, təzədən həmin nömrəni yığmış, danışdığı həmin qadın Apellyasiya Məhkəməsinin katibi olduğunu təsdiq etmiş, lakin o, həmin qıza Təqsirləndirilən şəxslə bağlı nəsə deməmişdir. O, həmçinin Təqsirləndirilən şəxs ondan şübhələnməsi ilə bağlı heç nə deməmişdir. Ona növbəti gün Şirvana onunla görüşməyə gələcəyini dedikdə, qadın problem olmadığını bildirmişdir. Amma təqribən 5 dəqiqə sonra qız ona zəng edib, sabah orada olmayacağını dedikdə o, qıza 3 gün sonra gələcəyini bildirmişdir. Bundan sonra həmin qız onunla görüşməkdən imtina etmişdir. Sonra Sevinc adlı qızın nömrəsinə 10 dəfə yığmış, sonuncunun telefonuna zəng çatmamışdır. Təqribən 5 gün sonra o, Şirvan Apellyasiya Məhkəməsinə getmiş, ona zəng edən qız barədə məlumat verib, onunla görüşməyə gəldiyini bildirmiş, ona məhkəmədə belə bir adam olmadığını bildirmişlər. Az sonra onu sədrin müavini qəbul etmiş, o, məsələni ona danışmışdır. Sədr müavini ona onlarda belə bir məsələ olmadığını, onlara atılmış bir ləkə olduğunu bildirmiş və hər şeyi olduğu kimi yazıb onlara təqdim etməyi xahiş etmişdir. O da oğlunun işi ilə bağlı baş verənləri yazıb vermiş və 8 gün sonra onu Bakı şəhərində Ayna Soltanova adlanan ərazidə yerləşən prokurorluğun Korrupsiya idarəsinə çağırmışlar. Onun Təqsirləndirilən şəxs verdiyi 5000 manat ona qaytarılmamışdır. Bundan başqa, cinayət məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, həyat yoldaşı Şahid2 və oğlu Kamran Həsənovla birlikdə yaşamış, həyat yoldaşı Şahid2 Yasamal rayon 16 saylı Şəhər Poliklinikasında tibb bacısı işləmişdir. Hazırda özü və oğlu heç bir yerdə işləmirlər. Hadisə ərəfəsində oğlu koordinator işləmiş, həmin vaxt onun adına mətbuatda bir məqalə çıxmış və onlar bir hakerə pul verməklə onu sildirmişlər. TikTokda həyat yoldaşı Şahid2 barəsində yazı getmiş, guya Məleykə 16 nömrəli poliklinikada calaqçı kimi işləyir. Onun oğlunun da şəklini Məleykənin yanına qoymuş, guya onların oğlu “rekert”-dir və sonda da istehza ilə namus, ismət barəsində səslər getmişdir. Haker ümumi məlumatları silmək üçün ayrı-ayrı məbləğlərdə pul tələb etdiyindən onun ümumi məlumatları sildirməyə maddi imkanı olmamışdır. Sonra məqaləni verənlər onları təhdid etməyə başlamış, onlardan pul tələb etməyə başlamışlar. 10 gün ərzində tələb olunan pulu hissə-hissə olmaqla, məsələn 1500, 2000 manat şəklində POS terminallar vasitəsilə onlara göndərmişlər. Bununla bağlı 26-cı polis bölməsinə gedib müraciət etmiş, lakin və yaxşı xidmət göstərilməmiş, onların barəsində məqalələr verən və pul tələb edən şəxsləri müəyyən edə bilməmişlər. O, bölməyə gedəndə Nazim barədə bilməmiş, orada ad çəkməmiş, yalnız nömrəni göstərib, tapmalarını xahiş etmişdir. Fuad adlı əməliyyatçı onun yanında Almaniyaya zəng etmiş, orada bir bloger olduğunu demiş, onun pul tələb edən şəxsin kim olduğunu bilməsinin mümkün olduğunu demişdir. Əməliyyatçılara videonun üzərində ********** nömrəli mobil nömrə olduğunu bildirmiş, həmin nömrə ilə onu axtarıb tapmağı xahiş etmişdir. Məsələnin uzandığını görüb, elə həmin günlər ərzində pulu hissə-hissə ödəmişdir. Sonra birbaşa Daxili İşlər Nazirliyinin onlayn xidmətinə məktub yazmış, onlar da işi yenidən 26-cı polis bölməsinə göndərmişlər. Bundan sonra 26-cı polis bölməsinin Tural adlı rəis müavini onu bölməyə çağırtdırmış və ona videodakı nömrəni və sahibini tapdıqlarını, sahibinin isə 1948-ci il təvəllüdlü olduğunu bildirmişdir. Şəxsin bəlkə də həyatda sağ olmadığını fikirləşib, əsəbləşmiş və pulları göndərdiyi çeklərin hamısını cırıb atmışdır. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, bir müddət söhbətin arası kəsilmiş, lakin bir gün gecə, saat 22-23 radələrində BMCMİ-dən Zabil adlı şəxs onun həyat yoldaşına zəng etmiş, «reket jurnalistlər» barədə araşdırma getdiyini, ona görə gəlib izahat verməli olduğunu ona demiş, gələrkən həyat yoldaşı ilə birlikdə gəlməyi xahiş etmişdir. Növbəti gün səhər, saat 10-da BMCMİ-yə getmiş, onları qəbul etmiş və soyadı Rzayev olan şəxs onları danışdırmağa başlamışdır. O da ərizə vermiş, hadisə barədə olduğu kimi izahatını yazmışdır. İş baş müstəntiq Ramin Məmmədova verilmiş, orada ona videonu qoyan adamın Təqsirləndirilən şəxs olduğu deyilmiş, ona Təqsirləndirilən şəxs pulu verməyə razılıq verdiyi, üzləşmə olacağı bildirilmiş və bununla da işin bitəcəyini demişlər. Məhkəməyə gələnədək o, Təqsirləndirilən şəxs tanımamış, onu yalnız 2-3 dəfə məhkəmədə görmüş, Təqsirləndirilən şəxslə heç bir bağlılığı və ədavəti olmamışdır. Onun telefonunda Təqsirləndirilən şəxs anket məlumatları olsa da, o, Təqsirləndirilən şəxs özü ilə danışmamışdır. Lakin bir dəfə videonu qoyan gün zəng eləmiş, o, bunun cinayət olduğunu demiş, onu polisə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona «polis kimdir ki?» cavabını vermişdir. İstintaq prosesində Təqsirləndirilən şəxs bacısı onun yoldaşına zəng etmiş, əvvəl qardaşının həbsdən çıxması üçün nə istəyirlərsə verəcəyini demiş, sonra isə onlara 3000 manat pul verəcəyini və notariusun yanında sənəd yazacaqlarını demişdir. Təqsirləndirilən şəxs bacısının istəyinə görə pulu aldıqdan sonra guya onları böhtanla Təqsirləndirilən şəxs üzərinə müstəntiqin salması barədə notariatda sənəd yazılacaqmış. O, bununla razılaşmamış, gedib müstəntiq X22 Quliyevin bacısının təklifi barədə danışmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Zərərçəkmiş şəxs2 tədqiq olunan ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayında ona hazırda dəqiq xatırlamadığı qohumları zəng edərək arvadı Şahid2 ilə bağlı “idealmedia.az” saytının youtube.com, tiktok və sair kanalında məlumat paylaşıldığını bildirmişlər. O, dərhal həmin saytlara daxil olmuş və həmin video və xəbərlərin məzmunu ilə tanış olmuşdur. Bütün saytlarlarda “idealmedia.az” tərəfindən eyni bir video paylaşım edilmişdir. Videoçarxda onun arvadı və övladının şəkili qoyulmuş, arvadı Şahid2 tərəfindən işlədiyi poliklinikada guya qanunsuz hərəkətlərə yol verdiyi yazıları olmuşdur. O, “idealmedia.az” saytına daxil olub, həmin saytın direktorunun Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, həmin saytdan Nazimin mobil telefon nömrəsini əldə etmişdir. Həmin nömrə ***-***-**-** olmuşdur. Telefonla yığarkən Nazim cavab verməmiş, bu səbəbdən “WhatsApp” proqramı vasitəsi ilə həmin telefon nömrəsinə zəng etmişdir. O, telefonda özünü İdeal partiyasının və “İdealmedia.az” saytının rəhbəri Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslə danışmış, hansı səbəbdən onun ailə üzvləri barədə həqiqəti əks etdirməyən neqativ məqalələrin, yalan xəbərlərin və videoçarxların paylaşdığını ondan soruşmuşdur. Nazim ona saytında istənilən şəxs barədə məlumatları paylaşım etməklə rüsvay edib nüfuzdan sala biləcəyini demişdir. Nazim onun arvadı Şahid2 barədə onda kifayət qədər əlavə məlumatlar olduğunu bildirmiş, bu cür məlumatların yayılmamasını, rüsvayçılığı istəmədiyi halda ona 10.000 manat pul verməli olduğunu demiş, həmçinin, veriləcək 10.000 manat pul qarşılığında əvvəlki xəbəri də bütün saytlardan götürəcəyini, əlində olan digər məlumatları da paylaşmayacağını əlavə etmişdir. O, artıq Nazimin düz adam olmadığını, onu şantaj etdiyini başa düşmüş və ona etirazını bildirmişdir. Lakin o, Nazimin paylaşdığı, həmçinin yayacağı ilə onu hədələdiyi xəbərlərin yalan olmasına baxmayaraq, Nazimin təhlükəli adam olduğunu, haqq-nahaq insanlara şər atmaqla məşğul olmasını görüb bu kimi əsassız məlumatların yayılacağı halda nüfuzuna xələl gələ biləcəyini, ictimaiyyət arasında rüsvay olacağını, gözdən düşəcəyini nəzərə alıb bərk narahat olmuşdur. Bu səbəbdən Nazimlə razılaşmış, lakin onun 10.000 manat pulunun olmadığını, ancaq 7.000 manat verə biləcəyini demişdir. Nazim onun təklifi ilə razılaşmış, həmin 7.000 manat pulu göndərəcəyi karta göndərməsini tapşırmış, ondan sonra həmin məlumatları siləcəyini və bir daha yaymayacağını, onun ailəsindən əl çəkəcəyini bildirmişdir. Beləliklə, 2024-cü ilin mart ayının əvvəlində o, yaşadığı evin yaxınlığında yerləşən bir neçə ödəmə terminalları vasitəsi ilə hissə-hissə olmaqla, ümumilikdə 7.000 manat pulu Nazimin şəkilini göndərdiyi, hazırda nömrəsini bilmədiyi karta göndərmişdir. Nazim özü onun pulu bir dəfəyə deyil, bir neçə dəfəyə müxtəlif terminallardan göndərməsini tapşırmışdır. O, pulu göndərəndən bir neçə saat sonra paylaşılan videoçarxların saytlardan yığışdırılmasını müəyyən etmişdir. Bundan sonra da bir daha belə paylaşımlar olmamışdır. Nazim guya onun arvadının işlədiyi poliklinikada qanun pozuntularına və neqativ hallara yol verdiyini, guya vəzifəsindən sui-istifadə etdiyini, guya vətəndaşlara havayı verilməli olan dərmanları pulla satdığını və sair demişdi. Halbuki bunlar tam yalandır. Bu kimi məlumatları yayacağı ilə, onun rüsvay olacağı ilə hədə-qorxu gələrək Nazim ondan 10.000 manat pul tələb edərək, 7.000 manat pul almışdır(iş vərəqə: cild İİ, səh.60-64). Sərbəst ifadəsi ilə elan edilməklə tədqiq olunan ifadələri aprasında müəyyən olunan ziddiyyətlər atrafında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, o, qohumunun adının hallanmasını istəmədiyindən istər məhkəməyədək icraat mərhələsində, istərsə də məhkəmədə onların adlarını çəkməmişdir. Təqsirləndirilən şəxs sonu 17-17 ilə bitən nömrəsini sonradan öyrənmiş, 55-65-lə bitən nömrəsini isə yekunda tapmışdır. Belə ki, istintaqdakı ifadəsində Təqsirləndirilən şəxs nömrəsinin *** ** ** olduğunu, məhkəmədəki ifadəsində isə 050 255 55 65 nömrəsini göstərmişdir. Çünki məhkəməyə qədər həmin 050 255 55 65 nömrəsini bilməmişdir. Videonun içərisindəki nömrəni tanışları vasitəsilə araşdırdıqdan sonra tapmışdır. *** ** ** nömrə ilə cəmi 1 dəfə danışmış, digər nömrə ilə isə oğlu danışmışdır. O, 26-cı polis bölməsinə gedənədək Təqsirləndirilən şəxs tanımamışdır. Lakin polisə gedəndə Təqsirləndirilən şəxs zəng etmiş, bu işlə ciddi məşğul olacağını və onu polisə verəcəyini bildirmiş, sonuncu isə cavabında ona «polis kimdi, polis məndən qorxsun» cavabını vermişdir. O, ibtidai istintaqdakı ifadəsində Tiktok-dakı video ilə bağlı olan məlumatı qohumunun verdiyini bildirsə də, məhkəmədəki ifadəsində həmin məlumatı Azər adlı qonşusunun verdiyini bildirmişdir ki, bunun da səbəbi qohumunun adının hallanmasını istəməməsi olmuşdur. Azər də qonşu olduğundan ibtidai istintaqda onun adını verməmişdir. O, sayta gəlini və baldızı vasitəsilə daxil olmuş, lakin ifadəni özü yazdığı üçün onların adını çəkməmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində, həmçinin göstərdi ki, Nazim pulu ondan istədiyindən o, oğlunun adını çəkmək istəməmiş, ailə başçısı özü olduğundan hər şeyi öz üzərinə götürmüşdür. Əsil həqiqətdə Təqsirləndirilən şəxs *** ** ** nömrəsi ilə bir dəfə onun oğlu danışmışdır. Həmin danışığında Nazim 10 000 manata qarşılıq 7 000 manat pul istəmiş, o, isə ümumilikdə «Uğur market»in, «Oba market»in terminallarından bank kartlarına iki dəfə hərdən 1500 manat, iki dəfə isə hərdən 2000 manat, cəmi 7000 manat pul atmışdır. Bank kartları barədə məlumatlar ona telefonla göndərilmişdir. Terminalda ödəniş edəndə kartın üzərində olan adlara fikir verməmişdir. Pulu özü göndərdiyinə görə hazırda oğlunun adını çəkmək istəməmiş və hər şeyi öz üzərinə götürmüşdür. İbtidai istintaqdakı ifadəsinə əxlaqla bağlı söhbətləri daxil edə bilmədiyindən ifadəsinə Nazimin onun həyat yoldaşının qanunsuz hərəkətləri ilə bağlı yazdığını qeyd etməmişdir. Videonun kopyasını (burada: surətini) telefonunda saxlamış və 26-cı PB-nə də, BMCMİ-yə də təqdim etmiş, lakin videonun yayılmasını istəməmişdir. Ona görə də video yayılmamışdır. Tiktokdakı keşfetə düşməmiş videonu sildirmək lazım olduğu ona bildirilmişdir. BMCMİ-yə gedəndə qəbzləri artıq cırmış olduğundan təqdim etməmişdir. Belə ki, o, 26-cı Polis Bölməsinə gedəndən sonra, göndərdiyi çekləri də, nömrələri də cırıb, atmışdır. Uğur marketdən, Oba marketin terminallarından vurduğum çeklərin hamısını cırmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında, həmçinin göstərdi ki, ona 2 nömrədən - 055 359 54 55 və 050 255 55 65 nömrələrindən zəng edilmiş, danışan adam kişi cinsindən olmuş, lakin özünü təqdim etməmişdir. Hazırda baxılan iş üzrə təqsirləndirilən şəxsin səsi onunla telefonda danışan şəxsin səsinə oxşamışdır. Pul köçürmələri ilə bağlı bir dəfə Təqsirləndirilən şəxs səsinə bənzər şəxslə, digər iki dəfə isə başqa şəxslə danışmışdır. « Polis kimdir ki? Polis məndən qorxsun» ifadəsini birinci dəfə onunla danışan şəxs demişdir. Bu telefon danışığı zamanı ondan pul tələb olunmamış, bununla bağlı heç bir şey danışılmamış, yalnız polis barədə danışdıq getmişdir. Təqsirləndirilən şəxs bu işi etdiyini o, müəyyənləşdirməmişdir, BMCMİ-də ona saytın Təqsirləndirilən şəxs məxsus oldluğu ona bildirilmişdir. Təqsirləndirilən şəxslə telefonda danışarkən o, TikTok-dakı materiallarla bağlı etiraf etməmişdir. Sonra onun 055 359 54 55 telefon nömrəsinə bir daha zəng etmişlər, lakin telefon bağlı olmuşdur. Təqsirləndirilən şəxs özünün istifadə etdiyi 050 *** ** ** saylı telefon nömrəsini sonradan öyrənmiş, amma danışmamışdır. Belə ki, o, zəng eləmiş, ancaq nömrə bağlı olmuşdur. İstintaq orqanı onun Təqsirləndirilən şəxslə hansı nömrədən danışdığını soruşmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərdi ki, onun atıçılıq klubu vardır və həmin klubdan 3 km uzaqda Təqsirləndirilən şəxs torpaq sahəsi mövcuddur. Təqsirləndirilən şəxs məhkum olunan müddətdə onun şəriki onun klubuna yaxın olan torpaq sahəsinin özünə aid olan hissəsini satmış və o, həmin torpaq sahəsini alıb həyat yoldaşının adına rəsmi qaydada sənədləşdirmişdir. O, aldığı torpaq sahəsi satıcının mülkiyyətində olmuş, həmin torpaq sahəsi Təqsirləndirilən şəxs aid olmamışdır. Təqsirləndirilən şəxs 2 il sonra həbsdən çıxmış, şərikinin torpaq sahəsini satmasını eşitmiş və torpağı tələb etməyə başlamışdır. Nazimlə aralarında məhkəmə çəkişməsi olmuş, çəkişmənin predmeti Nazimə məxsus olub, onun qonşuluğunda olan torpağı Nazimin istədiyi qiymətə ona (zərər çəkmiş şəxsə) sata bilməsi olmuşdur. Belə ki, o, torpaq sahəsini ucuz almış, 2,5 hektar olan torpağı yoldaşının adına 100 min ABŞ dollarına almasına baxmayaraq, Nazim ondan eyni ölçüdə torpağa görə 500 min manat pul tələb etmişdir. Sonra isə Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək ondan 1 milyon manat təzminat tələb etmişdir. Nazimin iddiasına görə o, özü 10 il həbsdə olduğu müddətdə o, (zərər çəkmiş şəxs) həmin müddətdə qonşu olaraq onun torpağından istfadə etmiş, orada onun 10 min ədəd yonca bağlamalarını aparmış, qapısını oğurlamışdır. Hansı ki, bu gün onun orada böyük təsərrüfatı, atları vardır və həmin atlar beynəlxalq yarışlarda iştirak etmişdir. Yəni o, layiq olmayan sözlərlə qarşılaşmışdır. Nazim məhkəmədə uduzandan sonra bu mübahisəni sosial şəbəkələrdə - You Tube kanalında danışmış, onun Naxçıvandan gəldiyini, 150 hektar yer götürdüyünü, gölü özəlləşdirdiyini bildirmiş, onu təhqir etməyə başlamışdır. Təqsirləndirilən şəxs özü 2006-cı ildən o torpağı almış və 1 ədəd olsun belə, ağac əkməmişdir. Amma o, özünə aid torpaq sahəsində 50 min ədəd ağac əkmişdir. Yazılarla əlaqədar dostları ona zəng etməyə başlamışlar. Bir müddət sonra, yəni 1 il sonra əlavə 1 ədəd də yazı getmiş, həmin yazıda onun əməkdaşlıq etdiyi müəyyən şəxslərin adlarını çəkmiş, “You tube” kanalında 1 çobanın şəklinə onun baş hissəsinin şəklini qoymuş, əlində çomaq vermiş, guya ki, o, çobanlıq edir. Kanalda 3 dəfə belə bir 10 dəqiqəlik epizodlar getmişdir. Təqsirləndirilən şəxs bununla da onun şərəf və ləyaqətini tapdalamışdır. Bundan sonra o, əlacsız qalmış və Nazimlə görüşmək istəmişdir. Arada 1 nəfər olmuş, həmin şəxs Təqsirləndirilən şəxslə söhbət etmiş, ona “sən Natiqdən nə istəyirdən?” deyə soruşmuşdur. Həmin şəxsin adı Həbib olmuş, Nazim cavabında həmin şəxsə onun (zərər çəkmiş şəxsin) torpağını almağını istədiyini bildirmişdir. Həmin şəxsin vasitəsi ilə Nazimə torpağı almaq istədiyini, 2 il əvvəl aldıqları torpağa 100 min manat verdiklərini xatırlatmış, 2 il keçdiyindən onun torpağına görə də 120 min manat təklif etmişlər. Nazim özü onunla görüşməmiş, 3-cü şəxs, yəni Həbibin vasitəsilə sözünü ona çatdırmışdır. Lakin Nazim razılaşmamış və həmin müddətdə Nazim hərəkətlərini davam etdirmiş, yayımlarında onun əməyini yerə vurmuş, sosial şəbəkələrdə guya onun ölü at ətini mala vurub istehlakçıları aldatdığını qeyd etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxslə ilk tanışlıqları ona pul verən vaxt olmuşdur. Nazim ondan 50 min tələb etmiş, lakin o, Nazimə 10 min manat pul vermişdir. Belə ki, o, sonra Nazimin telefonunu tapmış, pulu verməzdən 1 gün qabaq Nazimə onun 055-lə olan nömrəsinə zəng edərək onu kuluba dəvət etmiş və görüşmüşlər. Nazimin telefon nömrəsi Bakcell nömrəsi olmuşdur. O, Nazimlə ona məxsus atıçılıq klubunda görüşmüşlər. Nazimin atıçılıq klubuna gəlməsini onun işçiləri də təsdiq edə bilər, hansı ki, Nazimin onun yanıma gəlməyini mühafizəçiləri də görmüşdür. Otaqda o, Nazimə onun torpağa ehtiyacı olmadığını bildirmiş, ehtiyacı olduğu təqdirdə ona 20-30 min manat dəstək ola biləcəklərini demişdir. Nazim onunla razılaşmamış, ondan 50 min manat pul almayınca davam edəcəyini ona bildirmişdir. O, Nazimin tələb etdiyi 50 min manatla razı olmamış, gələcəkdə həll edə biləcəklərini bildirmiş, ona həmin yazıları sildirməyi təklif etmişdir. Nazimin 50 min manat pulu istəməkdə məqsədi “You tube” kanallarında ondan əl çəkməsi olmuş, pulu verməyəcəyi təqdirdə hərəkətlərini davam edəcəyi ilə onu hədələmişdir. "You tube” kanalında olan çıxışları ona tanışları göndərmişdir. Nazim bütün bunları otaqda onunla üzbəüz olanda, yəni 10 min manat pulu verəndə demişdir. O, pulu Nazimə sonuncu tutulmazdan 3-4 ay qabaq versə də, lakin hansı ay olduğunu unutmuşdur. O, Nazimə özünə məxsus olan xidməti otağında 10 min manat pul vermişdir. Nazimə verməsi üçün 10 min manatı əvvəlcədən hazırlamış, Nazimin ondan olsa-olsa 10 min manat tələbi ola biləcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs onun at ətlərini mal əti kimi verməsini bildirməsi onu çox narahat etdiyindən o, 10 min manat pulu Nazimə vermişdir. Sentyabr ayından, yəni pulu verəndən sonra Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirməmişdir. Sonra üstündən 2 ay keçmiş o, Nazimin həbs olunduğunu görmüş, daha 30-40 min verməmiş və polisə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs 2-ci dəfə BMCMİ-də görmüşdür. O, Nazimin BMCMİ-də həbs olunduğunu biləndən sonra ora getmişdir. O, BMCMİ-nə çağrılmamış, özü ora getmişdir. O, Nazimin həbs olunmasını sosial şəbəkələrdən öyrənmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışında bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 192-193). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsi elan edilməklə tədqiq edildi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, oğlu X12 qəsdən adam öldürmə cinayəti törətdiyi üçün 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməkdədir. O, Təqsirləndirilən şəxs 2018-2019-cu illərdə tanımışdır. Belə ki, oğlu əvvəllər 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən o, oğlunun yanına görüşə getmiş və orada görüş zamanı Təqsirləndirilən şəxslə tanış olmuşdur. Oğlunun da cəzaçəkmə müəssisəsində Nazimlə yaxın münasibəti olmuşdur. Təqsirləndirilən şəxs əslən Qubadlı rayonundan olmuş, o da Zəngilan rayonundan olduğu üçün Qarabağlı kimi Nazimlə münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs hüquqşünas olduğunu ona bildirmişdir. 2020-ci ilin dekabr ayının təxminən əvvəllərində oğlu Xətai ilə əlaqə saxlayıb danışan zaman Xətai Təqsirləndirilən şəxs azadlıqdan məhrum cəzasını başa vurmasını və azad edildiyini bildirmişdir. O, Nazimə baş çəkmək üçün Təqsirləndirilən şəxslə görüşməyi qərara almışdır. Görüş yerini, xatırladığı qədəri ilə oğlundan öyrənmişdir. Təqsirləndirilən şəxs həmin vaxt Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 24 saylı orta məktəbin 2-ci mərtəbəsində özünə ofis tutmuşdu və orada otururdu. O, 2020-ci ilin dekabr ayının əvvəllərində həmin ofisə gedib orada Nazimlə görüşmüşdür. Görüş zamanı tək olmuşdur. Aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs onun oğlunu həbsdən azad etdirə biləcəyini bildirmişdir. O, bunun necə olacağını soruşduqda, Təqsirləndirilən şəxs onun 42.000 manat verəcəyi halda onun oğlunu həbsdən azad etdirəcəyini demişdir. Lakin bunun hansı yolla olmasını soruşquda Nazim bunun yollarını özünün bildiyini, narahat olmamasını, Xətainin həsdə qalmasını özünün də istəmədiyini bildirmişdir. O, Nazimlə razılaşmış və gedib pul axtarmağa başlamışdır. 2020ci ilin dekabr ayının təxminən sonlarında faizə pul götürərək və bir qədər borc alaraq 42.000 manat pulu toplamış və Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 24 saylı orta məktəbin inzibati binasının 2-ci mərtəbəsində həmin pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs 31 dekabr Dünya Azərbaycanlıların Həmrəlik Günündə oğlunun həbsdən azad ediləcəyini bildirmiş, lakin oğlu həbsdə qalmışdır. Nazim onun oğlunun Novruz bayramında əfv ediləcəyini bildirmişdir. Bundan sonra Nazim hər dəfə bayram vaxtları onun oğlunun əfv ediləcəyini bildirsə də, o gündən bu yana onun pulunu geri qaytarmamışdır. Artıq bir müddət sonra Nazimin işi həll etmədiyini görüb Nazimdən pulunu geri istəmiş, amma Nazim narahat olmamasını deyərək hər dəfə bu dəfə düzələcəyini bildirmişdir. Lakin o gündən bu yana Nazim onun pulunu geri ödəməmişdir. Onun oğlu da hazırda cəzasını çəkməkdədir(iş vərəqə: cild İİ, səh. 71-74, 81-84). Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində, həmçinin şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 həyat yoldaşıdır, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu 86 nömrəli uşaq bağçasında məskunlaşmış və Xocavənd rayon 3 saylı orta məktəbdə xadimə işləmişdir. Əri Sülfəddin isə çəkməkçi işləmişdir. X29 qəsdən adam öldürmə cinayəti törətdiyi üçün 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Oğlu əvvəllər 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, əri Sülfəddin həmin dövrdə, yəni 2018-2019-cu illərdə Xətainin yanına görüşə gedən zamanı orada Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs əslən Qubadlı rayonundan, onlar isə Zəngilan rayonundan olduqları üçün Sülfəddinin bir Qarabağlı kimi Nazimlə münasibəti yaranmış, Təqsirləndirilən şəxs Sülfəddinə hüquqşünas olduğunu bildirmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, 2020-ci ilin dekabr ayının təxminən əvvəllərində oğlu Xətai ilə əlaqə saxlayıb danışan zaman Xətai Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını başa vurduğunu və azad edildiyini bildirmişdir. Sülfəddin Xətainin işi ilə maraqlanmaq üçün Təqsirləndirilən şəxs yerini öyrənib onun yanına getmişdir. Həmin dövrdə Nazim Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 23 saylı orta məktəbdə özünə ofis tutmuş və orada oturmuşdur. Sülfəddin 2020-ci ilin dekabr ayının əvvəllərində həmin ofisə gedib orada Nazimlə görüşmüşdür. Görüşdən qayıtdıqdan sonra söhbət zamanı Sülfəddin Təqsirləndirilən şəxs 42.000 manat pul müqabilində oğlanları Xətaini həbsdən azad etdirə biləcəyini dediyini ona demişdir. Sülfəddin Nazimə inanaraq pul axtarmağa başlamış və 2020-ci ilin dekabr ayının təxminən sonlarında faizə pul götürərək və bir qədər borc alaraq 42.000 manat pulu toplayıb, aparıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Günündə Xətainin həbsdən azad ediləcəyini bildirsə də, Xətai azad olunmamışdır. Nazim sonra Xətainin Novruz bayramında əfv ediləcəyini demişdir. Bundan sonra Nazim hər dəfə bayram vaxtlarında Xətainin əfv ediləcəyini onlara demiş, lakin bu baş tutmamışdır. Sonradan isə onlar Nazimin onları aldatmasını başa düşmüşlər(iş vərəqə: cild İİ, səh. 227-230). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, 16 nömrəli poliklinikada tibb bacısı işləmişdir. Bir dəfə həyat yoldaşı Zərərçəkmiş şəxs2 qonuşularından birinin tik-tok-da oğlu ilə birlikdə onun (Şahid2) şəklinin paylaşıldığını və altından yaxşı şərhlər yazmadıqlarını xəbər verməsi barədə ona məlumat vermiş və qonşularda hamısının bu məsələ ilə maraqlandıqlarını bildirmişdir. Oğlunu təzə nişanladıqları üçün bunun qohum-əqrəba arasında yaxşı olmayacağını fikirləşmiş və evdə narahatçılıqlar başlamışdır. Videoda rüsvay edici məlumatlar yazılmış, oğlunun nişanının qaytarılması həddinə qədər gəlib çıxmışdır. Yazının, yəni paylaşımların altında mobil nömrə qoyulduğundan yoldaşı götürüb həmin nömrə ilə danışmış, cavab verən şəxs partiya böyüyü Təqsirləndirilən şəxs olduğunu bildirmiş, İxtiyar onu polisə verəcəyini bildirmişdir. Cavab verən şəxs polisdənzaddan qorxmadığını bildirmişdir. Həyat yoldaşı 26-cı PB-nə şikayət ərizəsi ilə müraciət etmiş, PB-də nömrənin sahibini axtarıb tapacaqlarına söz versələr də, 10 gün müddətində paylaşım edən şəxsi tapa bilməmişlər. Sonra həyat yoldaşı həmin şəxsə zəng edərək şəkilləri silməsinin yolunu soruşmuş, həmin şəxs də ona 10.000 manat pul verəcəkləri təqdirdə siləcəyini bildrmişdir. Onların da 10.000 manat verməyə imkanı olmamış, 7.000 manata razılaşmışlar. Onlar da ordan-burdan 7.000 manat pulu tapmış və həmin pulu yavaş-yavaş həmin şəxsin onlara verdiyi karta köçürmüşlər. Onlardan pul tələb edən həmin şəxs onlara hələ onların bilmədikləri məsələlərin də olduğunu, ört-basdır edib bir dəfəlik hamısını siləcəyini bildirmişdir. O, şəxsən Təqsirləndirilən şəxs görməmiş, tanımamış, onu ilk dəfə məhkəmədə görmüşdür. Təqsirləndirilən şəxs də onu tanımamışdır. Məhz onları da maraqlandıran Təqsirləndirilən şəxs onları tanımayatanımaya, üzrəmini belə görməyə-görməyə onların haqqında belə bir şeylər yazması olmuşdur. Pis mənada paylaşılmış şəkillər, onun doğum günündə tibb işçisi formasında çəkdirdiyi və paylaşdığı şəkllər olmsuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi. Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 həyat yoldaşı və 1993-cü il təvəllüdlü övladı Kamran Həsənovla birlikdə yaşayır. Yasamal rayon 16 saylı Şəhər Poliklinikasında tibbi bacısı işləyir. Hazırda həyat yoldaşı və övladı heç bir yerdə işləmir. 2024-cü ilin mart ayında hazırda dəqiq xatırlamadığı qohumları İftixara zəng edərək onunla bağlı “idealmedia.az” saytının youtube.com, tiktok və sair kanalında məlumat paylaşıldığını bildirmişlər. İftixar dərhal həmin saytlara daxil olmuş və həmin video və xəbərlərin məzmunu ilə tanış olmuşdur. Həmin vaxt o, İftixarın yanında olmuşdur. Bütün saytlarlarda “idealmedia.az” tərəfindən eyni bir videonun paylaşımı edilmişdir. Videoçarxda onun və övladının şəkili qoyulmuş, tərəfindən işlədiyi poliklinikada guya qanunsuz hərəkətlərə yol verməsi yazıları olmuşdur. İftixar “idealmedia.az” saytına daxil olub oradan həmin saytın direktorunun Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin saytdan Nazimin mobil telefon nömrəsini əldə etmişdir. İftixar həmin telefona yığmış, cavab verən olmamış, ona görə də “WhatsApp” proqramı vasitəsi ilə İftixar həmin telefon nömrəsinə zəng etmişdir. Telefon zənginə cavab verən şəxs özünü «İdeal» partiyasının və “İdealmedia.az” saytının rəhbəri Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. İftixar Nazimdən ailə üzvləri barədə həqiqəti əks etdirməyən neqativ məqalələrin, yalan xəbərlərin və videoçarxların paylaşmasının səbəblərini soruşmuşdur. Nazim istənilən şəxs barəsində saytında məlumatları paylaşım etməklə həmin şəxsi rüsvay edib nüfuzdan sala biləcəyini demişdir. Həmçinin Nazim onun barəsində kifayət qədər əlavə məlumatların olduğunu, bu cür məlumatların yayılmamasını, rüsvayçılığı istəmirsə 10.000 manat pul verməli olduğunu, həmin 10.000 manat pulun qarşılığında əvvəlki xəbəri də bütün saytlardan götürəcəyini, əlində olan digər məlumatları da paylaşmayacağını İftixara bildirmişdir. İftixar artıq Nazimin düz adam olmadığını, şantaj etməsini başa düşmüş, Nazimə etiraz etmişdir. Lakin Nazimin paylaşdığı, həmçinin yayacağı ilə İftixarı hədələdiyi bu kimi xəbərlər yalan olsa da, həqiqət olmasa da, Nazimin təhlükəli adam olduğunu, haqq-nahaq insanlara şər atmaqla məşğul olmasını görüb, bu kimi əsassız məlumatların yayılacağı halda nüfuzuna xələl gələcəyini, ictimaiyyət arasında rüsvay olacağını, gözdən düşəcəyini nəzərə alıb bərk narahat olmuşdur. Bu səbəbdən Nazimlə razılaşmış, lakin 10.000 manat pulunun olmamasını, 7.000 manat verə biləcəyini demişdir. Nazim razılaşmış və göndərəcəyi karta həmin 7.000 manat pulu göndərməsini İftixara tapşırmış, bundan sonra məlumatları siləcəyini və bir daha yaymayacağını bildirmişdir. Beləliklə 2024-cü ilin mart ayının əvvəlində İftixar yaşadıqları evin yaxınlığında yerləşən bir neçə ödəmə terminalları vasitəsi ilə hissə-hissə olmaqla ümumilikdə 7.000 manat pulu Nazimin şəkilini göndərdiyi karta göndərmişdir. Nazim özü həmin 7.000 manat pulu bir dəfəyə deyil, bir neçə dəfəyə müxtəlif terminallardan göndərməsini tapşırmışdı. Pulu göndərəndən bir neçə saat sonra paylaşılan videoçarxların saytlardan yığışdırılmasını görmüşlər. Bundan sonra da bir daha belə paylaşımlar olmamışdır. Nazim guya onun işlədiyi poliklinikada qanun pozuntularına və neqativ hallara yol verməsini, guya vəzifəsindən sui-istifadə etməsini, guya vətəndaşlara havayı verilməli olan dərmanları pulla satmasını və sair bildirmişdir. Halbuki, qeyd olunanlar tam yalan olmuşdur. Bu kimi məlumatları yayacağı ilə, onun rüsvay olacağı ilə hədə-qorxu gələrək Nazim 10.000 manat pul tələb edib, 7.000 manat pul almışdır(iş vərəqə: cild İİ, səh. 219-223). Elan olunmuş ifadəsi ətrafında dindirilən Şahid2 məhkəmədəki ifadəsinin davamında göstərdi ki, youtube.com, tiktok və sair kanallarda paylaşılmış məlumatlar barədə həm də onlarla qohumluq münasibətində olan qonşular onun həyat yoldaşına danışmışdır. Məlumatları yayan şəxslə yoldaşı danışmış, polisə həyat yoldaşı müraciət etmiş, pulu həmin şəxsə həyat yoldaşı vermişdir. Lakin pulun nə vaxt verildiyini o, bilməmiş, pulun hamısını yoldaşı tapıb vermişdir. O, özü də gül formasında olan sırğasını satıb pulunu 7.000 manatın düzəlməsinə vermiş, lakin sırğanı harada satdığını unutmuşdur. Pulun qalanını qohumlardan tapıb vermişlər. Kart vasitəsi ilə ödədikləri pulların qəbzlərinin onlarda olub-olmamasını bilməmişdir. Pul çatdırıldıqdan sonra şəxs onları narahat etməyə davam etməmişdir. Daha sonra Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdi ki, onun əsl adı Rəşadət olsa da, hamı onu Rəşad kimi tanımış, 2015-ci ildən başlayaraq Abşeron rayonunun Məhəmmədi kənd qəbiristanlığında yerləşən mərmər sexində müdir işləmişdir. X4 isə təxminən son 5-6 ildə tanımışdır. Mehrac onun müdir olduğu sexdə məzar daşlarının üstünə şəkillərin vurulması ilə məşğul olmuş və normal iş münasibətləri olmuşdur. Mehracın atasını isə Cəlaləddin yanına sexə gəlib-gedən zaman tanımıüşdır. Şahid3 ifadəsinin davamında göstərdi ki, 2023-cü ilin aprel ayında Mehracın Lənkəran Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunduğu ona məlum olmuşdur. Həmin ərəfədə Cəlaləddin özü də ona yaxınlaşıb oğlunun həbs edildiyini demiş, oğlunun hüquqlarının müdafiəsi üçün vəkil axtarmışdır. O, Cəlaləddinə yaşadığı evin yaxınlığında Y.Səfərov küçəsində Vəkil bürosunun yerləşdiyini və eşitdiyinə görə orada əvvəllər “İdeal” partiyasının rəhbəri olan Təqsirləndirilən şəxs adlı vəkilin oturduğunu bildirmiş, Nazimin bəlkə Mehraca köməklik edə biləcəyini demişdir. Cəlaləddin razılaşmış və Nazimin mobil nömrəsini istəmişdir. Lakin o, şəxsən Nazimi tanımamış, onun xidmətlərindən heç vaxt istifadə etməmiş və əlaqə nömrələri onda olmamış, Nazimi sadəcə qiyabi tanımışdır. Odur ki, həmin gün axşam saatlarında evə gedən vaxt yolda Nazimin oturduğu vəkil bürosunun qapısında yazılan, hazırda xatırlamadığı mobil telefon nömrəsini götürüb Cəlaləddinə vermişdir. Bir neçə gün sonra isə Cəlaləddin onunla əlaqə saxlamış, Nazimlə danışdığını, Nazimin onun oğlunun tez bir zamanda “çölə çıxmasında” köməklik edəcəyini ona söz verməsini demiş və bunu üçün Nazimə 2.000 manat pul vermək lazım olduğunu deyərək ondan 2.000 manat pul istəmişdir. O, etiraz etməmiş və 2023-cü ilin may ayının ortalarında Nazimin işlədiyi ofisinə gedərək həm Nazimlə tanış olmuş, həm də Cəlaləddinin 2.000 manat pulunu Nazimə vermişdir. Həmin 2000 manat pul Təqsirləndirilən şəxs Mehracın işində vəkillik fəaliyyəti üçün verilmişdir. Söhbət zamanı Nazim Mehraca dəqiq necə köməklik edəcəyini deməsə də, ümumilikdə Cəlaləddinlə danışdığını və Mehraca köməklik edəcəyini ona demişdir. Həmin vaxt Nazim Cəlaləddindən ümumilikdə nə qədər pul istəməsini o, bilməmiş, onun verdiyi 2.000 manatla Mehraca köməklik olunacağını fikirləşmişdir. Pulu verdikdən sonra isə Cəlaləddinə zəng edib 2.000 manat pulu Nazimə çatdırdığını demişdir. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, bundan sonra 2-3 ay ərzində Cəlaləddinlə hərdən telefonla danışan zaman Cəlaləddin Nazimdən razı olduğunu və Nazimin Mehracın tezlikdə azadlığa buraxılmasında köməklik edəcəyini bildirmişdir. Təxminən 2-3 ay sonra Cəlaləddin ona zəng edib Nazimin Cəlaləddini aldatdığını, əslində Nazimin vəkil olmadığını və Mehraca heç bir köməklik etmədiyini, Mehracın azadlığa buraxılmadığını demiş, hətta ondan sonra Nazimlə görüşüb ona əlavə olaraq 3.000 manat pul verdiyini demişdir. Lakin o, şəxsən Təqsirləndirilən şəxs Cəlaləddindən və ya qeyrisindən 3.000 manat istəməsinin şahidi olmamışam, yalnız eşitmişdir. O, Nazimlə danışacağını demiş və dərhal Nazimə zəng etmişdir. Nazim onun suallarına cavab olaraq narahat olmamasını, işlərin yaxşı olacağını bildirmişdir. Lakin sonradan da, Cəlaləddinin sözlərindən Nazimin Cəlaləddinə köməklik etmədiyini, aldadıb 5.000 manat pulunu ələ keçirdiyini və Cəlaləddinin Nazim barəsində şikayət etdiyini öyrənib bilmişdir. Bundan başqa, Şahid3 ifadəsində göstərdi ki, Cəlaləddin onunla telefon danışığı zamanı ona (Cəlaləddinə) bir nəfər şəxsin zəng edərək guya özünü Şirvan Apellyasiya Məhkəməsinin işçisi kimi təqdim etməsini, adının Sevinc olmasını deməsini və Mehracın məhkəmə prosesinin nə vaxt olduğunu soruşmasını bildirmişdir. Cəlaləddinin deməsinə görə şübhələndiyi üçün həmin qadını sorğu-sual etmiş, həmin Sevinc adlı qadın məhkəmə işçisi olmadığını, Nazim adlı şəxsin xahişi ilə zəng edərək belə dediyini bildirmişdir. O, Təqsirləndirilən şəxs əyləşdiyi yerin vəkil bürosu olmamasını sonradan anlamış, sadəcə Nazimin oturduğu ofisin qapısında “Vəkil” və “İdeal partiyası” sözləri yazılmasını bilmişdir. Həmin vaxt o, Nazimin vəkil olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxs5 adını eşitsə də, onun özünü görməmiş və tanımamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Vəkillər Kollegiasının üzvü və 6 saylı Vəkil Bürosunun vəkilidir. Baxılan iş üzrə Təqsirləndirilən şəxs təxminən 2009-cu ildən etibarən tanımış, həmin vaxt onun barəsində aparılan cinayət təqibi ilə bağlı onun hüquqlarını müdafiə etmişdir. 2020-ci ildə Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra onunla əlaqəyə çıxmış və onun Nazimlə yoldaşlıq münasibətləri başlamışdır. Ara-sıra Təqsirləndirilən şəxs ona hüquqi yardıma ehtiyacı olan şəxsləri yönəltmiş və o, həmin şəxslərlə müqavilə bağlayıb vəkillik funksiyasını yerinə yetirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər BPİ-nin yanında ofisi olmuş, insanlar hüquqi yardm üçün ona müraciət etdikdə, Nazim dəfələrlə həmin şəxsləri ona istiqamətləndirmişdir. 2023-cü ilin təxminən mart ayında Təqsirləndirilən şəxs ona zəng edərək tanışı Cəlalədin adlı şəxsin övladı X18 RPİ-nin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və Mehraca bu məsələ ilə bağlı hüquqi yardımın göstərilməsinin lazım olmasını bildirmişdir. O, telefon danışığı zamanı həmin şəxsin 6 saylı vəkil bürosuna gələrək məsələ ilə bağlı müzakirə aparmalı olduqlarını və lazım gələrsə hüquqi yardım üçün müqavilə bağlaya biləcəyini bildirmişdir. Bundan təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxslə Cəlaləddin Cəfərov işlədiyi 6 saylı vəkil bürosuna yaxınlaşmış və orada Zərərçəkmiş şəxs4 oğlu Mehrac Cəfərovun işi iə bağlı ətraflı müzakirə aparmışlar. Söhbət əsnasında ibtidai istintaqın artıq yekunlaşmaq üzrə olması müəyyənləşdirilmişdir. Ümumi razılaşmadan o, hüquqi yardım göstərilməsi ilə bağlı Zərərçəkmiş şəxs4la aralarında müqavilə bağlanmışdır. Müqavilə bağlanmazdan əvvəl istintaqın yekunlaşmmaq üzrə olması ilə əlaqədar o, Mehrac Cəfərovun yanına ən çoxu bir dəfə gedə biləcəyini bildirmişdir. Məhz bu səbəbdən də o, müqavilə üçün minimal ödəniş qarşılığında üzərinə öhdəlik götürməyə razılıq vermişdir. Bundan sonra xatırladığı qədər, müqaviləyə görə müvafiq qaydada bank hesabına 150 və ya 200 manat pul köçürülmüş, lakin həmin pulun Təqsirləndirilən şəxs və ya Cəlaləddin Cəfərov tərəfindən ödənilməsi barədə onun məlumatı olmamışdır. X13 Quliyevə 2000 manat pul ödəməsindən isə ümumiyyətlə, məlumatı olmamışdır. Müstəntiqin də ona dediyi kimi, Lənkərana və Kürdəxanaya bir işə görə gedib-gəlmək üçün 2000 manat pul ödənilməsi çox da böyük məbləğ deyildir. Lakin o, buna baxmayaraq nə Təqsirləndirilən şəxs və ya Cəlaləddin Cəfərovdan 2000 manat pulu almamışdır. Cəlaləddin Təqsirləndirilən şəxs vasitəsilə onunla görüşdüyündən, bağlanmış müqavilə həm Cəlaləddinin özü və həm də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Müqavilədən sonra o, Mehrac Cəfərovun hüquqlarını müdafiə etməyə başlamış, istintaq müddəti ərzində bir dəfə Bakı X7 Cəfərovla görüşmüş, maksimum 2 dəfə isə cinayət işi ilə bağlı Lənkəran RPİ-də müstəntiqin yanında olmuş, görüş üçün rəsmi icazə alıb Bakı İstintaq Təcridxanasnda Mehracla görüşmüşdür. Lənkərana gedib-gəlməsi üçün, xatırladığı qədər ona 300-500 manat pul ödənilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi üçün onunla müqavilə bağlanmamışdır. Şahid5 ifadəsinin davamında göstərdi ki, Mehrac Cəfərovun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış, Mehrac Cəfərovun hökmü verildikdən sonra Təqsirləndirilən şəxs bir dəfə onunla əlaqə saxlamış və Bakı İstintaq Təcridxanasna Mehrac Cəfərovun yanına getməyi ondan xahiş etmişdir. Bundan sonra o, Cəlaləddinə yalnız istintaq dövrü ərzində Mehrac Cəfərovun hüquqlarını müdafiə etdiyini bildirmiş, daha sonra Mehracın hüquqlarını müdafiə etməyi davam etdirməsini istədiyi halda onun apelassiya instansiyası üçün onunla yenidən müqavilə bağlamalı olduqlarını demişdir. Lakin Təqsirləndirilən şəxs onun X7 Cəfərovla görüşməsini, bunun üçün onun özünün Təcridxanasına buraxılmasını İstintaq Təcridxanasının rəisindən xahiş edəcəyini bildirmişdir. Lakin bu məsələ ilə bağlı sonradan heç bir xəbər çıxmamış və Səlaləddin Apellyasiya və Ali Məhkəmə üçün heç bir müqavilə bağlamamışdır. İş Apellyasiyada olarkən təqsirləndirilən şəxsin atası ona zəng edərək oğlu ilə Təcridxanada görüşməsi üçün ona 20 manat pul təklif etmişdir ki, o da buna görə Təqsirləndirilən şəxs şikayət etmiş, “kişinin başının xarab olduğunu” bildirmiş, Təqsirləndirilən şəxs də onu müdafiə etmişdir. Şahid5 ifadəsinin yekununda göstərdi ki, onun Cəlaləddin Cəfərovdan alınan 5000 manat pul vəsaiti ilə bağlı hər hansı məlumatı olmamış, onun Cəlaləddindən həmin məbləğdə pul alması barədə Təqsirləndirilən şəxs dedikləri həqiqətə uyğun olmamışdır. O, Zərərçəkmiş şəxs4 əlbəəl heç bir məbləğdə pul almamışdır. 2000 manat pulu Cəlalədindən Təqsirləndirilən şəxs almasını görməmiş və bilməmişdir. O, Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs4 Mehrac Cəfərovun hüquqlarının müdafiə edilməsi üçün rüsumdan kənar hər hansı vəsait almamış, Zərərçəkmiş şəxs4 adından yalnız order üçün rüsum ödənilmişdir. Bununla bağlı o, Nəsimi Rayon Polis İdarəsində verdiyi ifadədə ərtaflı baş verən hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 adlı şəxsi heç vaxt onun yanına göndərməmiş, onun yanında belə bir şəxs olmamış, o, Zərərçəkmiş şəxs5 adlı şəxsi tanımamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Şahid5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid5 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışında bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 176-180). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 2013-cü ildə o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edilmiş, həmin şirkətin icraçı direktoru kimi onunla birlikdə yaşayan qızı Zərərçəkmiş şəxs5 olmuşdur. Şirkət tekstil məhsullarının tikişi ilə məşğul olmuşdur. 2022-ci ilin mart ayında şirkətin işçilərinin bəziləri hüquq-mühafizə orqanlarına İlahə barəsində şikayət vermiş, şikayət ərizələrində İlahənin işçilərin əmək haqlarını mənimsəməsindən bəhs olunmuşdur. Şikayətçilərdən biri də İlahə ilə uşağının prinsipini aparmışdır. Belə ki, İlahə həmin şəxsin uşağına 70 c vermiş, şikayətçi də onunla prinsip aparmağa başlamışdır. Bakı şəhərinin Nərimanov, Sabunçu, Nizami və Nəsimi rayon polisində İlahənin barəsində araşdırmalar aparılmış, həmin məsələlərlə bağlı İlahə vəkil axtarmağa başlamışdır. Həmin ərəfədə hazırda adını unutduğu vasitəçi vasitəsiylə 2022-ci ilin təxminən aprel ayında barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxslə tanış olmuşlar. Vasitəçi onlara Nazim Qkuliyevin gözəl hüquqşünas və vəkil olduğunu bildirmiş və hər bir işlərini həll edəcəyini demişdir. Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində, Y.Səfərov küçəsində yerləşən hüquq məsləhətxanası, ofisi olmuşdur. Onlar Təqsirləndirilən şəxs əvvəllər tanımamış və görməmişlər. Nazim İlahənin işləri ilə maraqlanmış və ona bütün problemli işlərində köməklik edəcəyinə söz vermişdir. İlpahənin bütün işlərinin həlli üçün Nazim İlahədən 20.000 manat pul istəmişdir. Onlar razılaşmış, İlahə bankdan 20.000 manat kredit götürmüş və ümumilikdə hüquqi problelərin həlli üçün Təqsirləndirilən şəxs 20000 manat pul vermişlər. Onlar pulu Nazimin Quliyevin öz otağında, fəaliyyət göstərdiyi ofisdə vermiş, İlahə pulu Nazimə verəndə o özü də onların yanında olmuşdur. Şahid4 ifadəsində, həmçinin göstərdi ki, qızının yüksək təzyiqi olmuş, həkim məsləhəti ilə əsəblərini sakitləşdirmək üçün havasını dəyişməli olmuşdur. Təqsirləndirilən şəxslə tanışlıq prosesində o, özünün anasının da yaşadığı bağ evinin bir balaca otağını onlara kirayəyə vermişdir. Həmin evdə Nazimin anası ilə birgə qalmış, xanım da onlardan razı olmuşdur. Təqribən 1 ay - 20 gün yaşamış, sonra o, Nazimin hərəkətlərini xoşlamadığı üçün qızına evdən çıxmağı təklif etmişdir. Onlar evdən çıxanda Nazimə 600 manat bir, 200 manat da bir pul vermişlər. Yaşadıqları müddətdə 500 manata kreditlə aldıqları su filtri də Nazim tərəfindən onlardan alınmışdır. Onların Təqsirləndirilən şəxs heç bir borcu olmamışdır. 2023-cü ilin sentyabr ayında İlahə həbs edilərkən Nazimin İlahəni aldadaraq 20.000 manat pulunu ələ keçirməsini başa düşmüşdür. Əslində Nazimin əvvəldən heç köməklik etmək fikri olmamış, fikri İlahənin pulunu əl keçirmək olmuşdur. Şahid4 ifadəsinin yekununda göstərdi ki, sonuncu dəfə Nazimin ad günündə onun işlətdiyi ofisə tort alıb aparmışdır. Nazim onun qızının xeyrinə heç bir xidmət göstərməmiş, əksinə qızına “hələ səndən gör nələr alacam” deməklə onu hədələmişdir. Təqsirləndirilən şəxs, həmçinin saytlara və internetdə onun haqqında layiq olmayan sözlər yazmış, qızını şantaj etmiş, aldığı pulları qaytarmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş 04 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, cinpyət işinin ibtidai istintaqı zamanı şahid, zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs ifadələri arasında müəyyən olunan ziddiyətlərin aradan qaldırılması üçün qeyd olunan şəxslərlə təqsirləndirilən şəxs arasında üzləşmədə dindirmə istintaq hərəkətinin keçirilməsi zərurəti yaradılmış, lakin Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzləşmə aparılmasında iştirakdan imtina etmişdir(iş vərəqə: cild İİ, səh. 257). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, eləcə də təkrarən, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməsi, yəni Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs yuxarıda göstərilən həmin maddələrlə təqsirliliyi məhkəmə baxışı nəticəsində öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif olunmalı və o, cinayət qanununun həmin maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib ona qarşı irəli sürülmüş ittihamların əsassız və qanunsuz olması barədə gətirdiyi dəlilləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və təyin oluna biləcək sərt cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-indən götürülmüş demoqrafik məlumatlarla və işdə olan müvafiq məhkəmə aktları ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü nə əsasən Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.4, 182.3.2, 221.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib cinayətlərin məcmusu qaydasında 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq əmlakı müsadirə olunmaqla 13 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına (cəzaçəkmə müddətinin əvvəli xx.xx.2009), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, əmlakı müsadirə olunmaqla 5 il 7 ay 15 gün müddət azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu qaydasında birləşdirilmiş və qəti olaraq əmlakı müsadirə olunmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmaqla 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən baxılan iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsindən həmin Məcəllənin 182.2.4-cü maddəsinə tövsif edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilmiş, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza 6 ildən 4 ilə endirilmiş, cəzasının qalan hissəsini çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir (İş vərəqə: cild İİ, səh. 148-155). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, ağır cinayət törətməyə görə (burada: Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi) məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu, sonuncuya qarşı irəli sürülmüş ilk cinayət epizodunun törədildiyi 2020-ci ilin dekabr ayına qanunla müəyyən olunan qaydada götürülməmiş və ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə əməli cinayətlərin təhlükəli residivini yaradır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi məhkum olunduğu vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunmuş və təqsirləndirilən Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə yaranan hüquqi nəticələrə görə məhkum olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs məhkum olunduğu vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsinin sanksiyasında isə beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs baxılan iş üzrə törətdiyi Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət də həmin Məcəllənin 15.4-cü maddəsinin tələblərinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.2-ci maddələrinin tələbinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini yaratması Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1, 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzasnı ağırlaşdıran hal hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan 3 epizod cinayət əməli nəticəsində vurulmuş ziyan məbləği 67.000 manat təşkil etmişdir ki, həmin maddi ziyandan Zərərçəkmiş şəxs3 qarşı 1 epizod dələduzluq cinayəti üzrə 42.000 manat ödənilmiş və Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı surətdə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli nəticəsində vurulmuş ziyan məbləği 17.000 manat təşkil etmişdir ki, həmin həmin epizodlar üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında barışıq əldə olunmuş, Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı surətdə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə olan ittiham üzrə 42.000 manat maddi zərərin ödənilməsi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması, Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddəsi ilə olan ittiham üzrə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə olunması və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: - 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; - 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəza təyin olunarkən təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınır. Lakin məhkəmə baxışı zamanı, yuxarıda qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi mövcuddur və bu cəzanı ağırlaşdıran hal CM-nin 59.1.12-ci maddəsi ilə müəyyən olunan cəzasını yüngülləşdirən halın Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində tətbiqini istisna edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin olunması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə məhkum olunması, məhkumluğu ödənilmədən təkrar ağır cinayət törətməsi və onun əməlinin cinayətlərin təhlükəli residivini yaratması nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü və 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayətlərin məcmusuna və təhlükəli residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, ona qeyd olunan maddələrin sanksiyası hədlərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisələri ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 22 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 22 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 aprel 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 aprel 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 22 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub həmin tarixdən həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinə məhkəmə baxışı mərhələsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı 7.000 (yeddi min) manat maddi və 3.000 (üç min) manat mənəvi zərərə görə pul tələbinə dair, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı 20.000 (iyirmi min) manat maddi zərərə və 150 (yüz əlli) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 20.150 (iyirmi min yüz əlli) manat pul tələbinə dair mülki iddia qaldırmışlar. Cinayət işinə məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs təqsirli olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 10.000 manat pulunu təkrarən hədə-qorxu ilə tələb edərək sonuncuya məxsus 7.000 manat pulu ələ keçirməsi, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmuş və zərər çəkmiş şəxs tərəfindən qaldırılan mülki iddiaya uyğun olaraq 120 (yüz iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən qaldırılan ümumi mülki iddiaya münasibət bildirib belə nəticəyə gəlmişdir ki, göstərilən cinayət epizodu üzrə irəli sürülən ittiham təsdiq olunduğundan, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı 7.000 (yeddi min) manat maddi, 3.000 (üç min) manat mənəvi zərərə və 120 (yüz iyirmi) manat dövlət rüsumu ödənilməsinə görə – cəmi 10.120 (on min yüz iyirmi) manat pul tələbinə dair mülki iddiası qismən təmin edilməli, 7.000 (yeddi min) maddi zərərə və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumuna görə 7.120 (yeddi min yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs2 ödənilməli, mülki iddia qalan hissədə, yəni 3000 manat mənəvi zərərə görə mülki iddia təmin edilməməlidir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs qarşı 20.000 (iyirmi min) manat maddi zərərə və 150 (yüz əlli) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 20.150 (iyirmi min yüz əlli) manat pul tələbinə dair mülki iddia qaldırılıb Elektron Məhkəmə Sistemi vasitəsi ilə məhkəməyə təqdim olunsa da, mülki iddia ərizəsi zərər çəkmiş şəxs tərəfindən imzalanmamış, mülki iddia üzrə dövlət rüsumunun ödənilməsinə dair qəbz sənədi faktiki olaraq mülki iddia ərizəsinə əlavə edilməmiş, qəbz sənədi işə əlavə olunmadığından ödənilmiş dövlət rüsumunun məbləğinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.3-cü maddəsinin tələblərinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 tərəfindən qaldırılan mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, qaldırılan mülki iddia bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1-ci maddəyə əsasən iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2-ci maddəyə əsasən iddianın rədd edilməsi; 354.1.3-cü msaddəyə əsasən iddianın baxılmamış saxlanması. Məhkəmə, həmçinin qeyd edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5, onun mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinin tələblərinə görə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, başlanılmış cinayət təqibi üzrə verilə biləcək mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qəraprına əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 21 nömrəli mənzil, ünvan 9a yerləşən 24 nömrəli mənzil, Bakı şəhəri, Nərimanov rayonu, X23 prospekti, 4-cü keçid, ev 25 ünvanında yerləşən fərdi yaşayış evi, Abşeron rayonu, Goradil kəndində yerləşən 0,0795 ha, 0,08 ha, 0,08 ha, 0,0769 ha, 0,079 ha və 0,04 ha torpaq sahələri, Abşeron rayonu, Goradil kəndində yerləşən bağ evi və Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən 2,5 ha torpaq sahəsi üzərinə həbs qoyulmuş, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi tərəfindən isə onun mülkiyyətində olan “Mercedes Benz GLB200” markalı 77NC770 qeydiyyat nömrə nişanlı avtomobillə bağlı qeydiyyat aparılmasına məhdudiyyət qoyulmuşdur. Məhkəmə baxışı zamanı ilk növbədə müəyyən edildi ki, üzərinə məhkəmə qərarına əsasən həbs qoyulmuş Təqsirləndirilən şəxs mülkiyyətində olan daşınmaz əmlaklar və aidiyyatı orqan tərəfindən qeydiyyat aparılmasına məhdudiyyət qoyulmuş avtomobil xüsusi müsadirə predmeti ola bilməz. Belə ki, məhkəmə araşdırması nəticəsində qeyd olunan daşınar (Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 3-13-16/2-65807/2024 nömrəli, 02 may 2024-cü il tarixli arayışı) və daşınmaz (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-9161/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli arayışı) əmlakların Təqsirləndirilən şəxs mülkiyyətində olması təsdiq olunsa da, həmin əmlakların xüsusi müsadirə predmetlərini tənzimləyən Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsində nəzərdə tutulan şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması, həmin Məcəllənin 99-1.1.2-ci maddəsində nəzərdə tutulan şəxsin cinayət yolu ilə əldə etdiyi əmlaklar, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər olması, həmin Məcəllənin 99-1.1.3-cü maddəsində nəzərdə tutulan cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlaklar və ya onun müvafiq hissəsi olması, ən nəhayət həmin Məcəllənin 99-1.1.4. maddəsində nəzərdə tutulan terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlaklar olması təsdiq olunmamışdır. Lakin məhkəmə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 mülki iddiasının qismən təmin olunmaqla 7.120 (yeddi min yüz iyirmi) manat məbləğində pulun (7000 manat maddi zərər və 120 manat ödənilmiş dövlət rüsumu) Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs2 ödənilməli olması ilə bağlı qərara gəlmişdir. Odur ki, məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 mülki iddiasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs2 mülki iddiası üzrə tələbin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qəraprına əsasən üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 21 nömrəli mənzilə yönəldilməsini, 7.120 (yeddi min yüz iyirmi) manat məbləğində pulun həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına Zərərçəkmiş şəxs2 ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 177.3.3-cü maddəsi ilə əmlak üzərinə həbs qoyulması məsələsi tənzimlənmişdir. Həmin Məcəllənin 248.1.1-ci maddəsinin tələblərinə görə əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Ən nəhayət, məhkəmə əmlak üzərinə qoyulmuş həbs və məhdudiyyətlə bağlı belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs2 mülki iddiası üzrə tələbin yönəldiyi Təqsirləndirilən şəxs məxsus ünvan 8 ünvanında yerləşən 21 nömrəli mənzil istisna olmaqla, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş, barələrində xüsusi müsadirə tətbiq olunması mümkün olmayan, Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 9a yerləşən 24 nömrəli mənzil, Bakı şəhəri, Nərimanov rayonu, X23 prospekti, 4-cü keçid, ev 25 ünvanında yerləşən fərdi yaşayış evi, Abşeron rayonu, Goradil kəndində yerləşən 0,0795 ha, 0,08 ha, 0,08 ha, 0,0769 ha, 0,079 ha və 0,04 ha torpaq sahələri, Abşeron rayonu, Goradil kəndində yerləşən bağ evi və Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən 2,5 ha torpaq sahəsi həbsdən azad edilməli və Təqsirləndirilən şəxs mülkiyyətində olan “Mercedes Benz GLB200” markalı ** NC *** qeydiyyat nömrə nişanlı avtomobillə bağlı qeydiyyat aparılmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi tərəfindən qoyulan məhdudiyyət götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 254.2-ci maddəsinin tələblərinə görə məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. Ən nəhayət, məhkəmə baxışı nəticəsində müəyyən edlildi ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətə, Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddiaya dair məsələ aşağıdakı qaydada həll edilsin: - Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı 7.000 (yeddi min) manat maddi, 3.000 (üç min) manat mənəvi zərərə görə və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 10.120 (on min yüz iyirmi) manat pul tələbinə dair mülki iddiası qismən təmin edilsin. 7.000 (yeddi min) maddi zərərə və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumuna görə cəmi 7.120 (yeddi min yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin; - Zərərçəkmiş şəxs2 mülki iddiası üzrə tələb Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan və üzərinə həbs qoyulmuş ünvan 8 ünvanında yerləşən 21 nömrəli mənzilə yönəldilsin. 7.120 (yeddi min yüz iyirmi) manat məbləğində pul həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına Zərərçəkmiş şəxs2 ödənilsin. -Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı 20.000 (iyirmi min) manat maddi zərərə görə, 150 (yüz əlli) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 20.150 (iyirmi min yüz əlli) manat pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın; - Zərərçəkmiş şəxs5 mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüququnun olması ona izah olunsun. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş, Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 9a yerləşən 24 nömrəli mənzil, Bakı şəhəri, Nərimanov rayonu, X23 prospekti, 4-cü keçid, ev 25 ünvanında yerləşən fərdi yaşayış evi, Abşeron rayonu, Goradil kəndində yerləşən 0,0795 ha, 0,08 ha, 0,08 ha, 0,0769 ha, 0,079 ha və 0,04 ha torpaq sahələri, Abşeron rayonu, Goradil kəndində yerləşən bağ evi və Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən 2,5 ha torpaq sahəsi həbsdən azad edilsin və Təqsirləndirilən şəxs mülkiyyətində olan “Mercedes Benz GLB200” markalı ** NC *** qeydiyyat nömrə nişanlı avtomobillə bağlı qeydiyyat aparılmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi tərəfindən qoyulan məhdudiyyət götürülsün. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu vaxtdan, (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-622/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-622/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver