Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-623/2020 25.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X2,müdafiəçilər Bakı şəhər 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və “Femida” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 2020-ci il Bakı şəhərində xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Binəqədi rayonu 9 A mikrorayon, M.Cəlal küçəsi ev 13, mənzil 29-da qeydiyyatda olan,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Q.Məmmədov küçəsi ev 36, mənzil 6-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə etmə, saxlama, Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Abbasov X6 Respublikasında qrupun istintaqa məlum olmayan üzvündən xx xxxxxx 2019-cu il tarixdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilmiş külli miqdarda psixotrop maddələri: 02 ədəd sellofan torbalarda təmiz çəkiləri 495 və 510 qram, ümumi təmiz çəkisi isə 1005 qram olan metamfetamini, 02 ədəd sellofan torbalarda təsiredici maddəsinin ümumi miqdarı 160,23 qram təşkil edən 763 ədəd yaşıl rəngli və təsiredici maddəsinin ümumi miqdarı 210,84 qram təşkil edən 1004 ədəd çəhrayı rəngli tablet MDMA (metilendioksimetamfetamini, ekstazi) əldə edib qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanında Gömrük sərhədindən gömrük nəzarətindən kənar çantada gizli keçirib özündə saxlamaqla Türkiyə Respublikasından Azərbaycan Respublikasına hava yolu ilə daşıyaraq əvvəlcədən aralarında olan razılığa əsasən həmin psixotrop maddələri Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanında onu qarşılayan qrupun digər üzvü Təqsirləndirilən şəxs1 çatdırmış, sonuncu isə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi psixotrop maddələri çantada saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, «DSK» adlanan əraziyədək daşımışdır. Binəqədi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş axtarış-əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «DSK» adlanan ərazidə saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlində gəzdirdiyi qara rəngli əl çantasının içərisindən 1005 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və ümumilikdə 1767 ədəd tablet olmaqla külli miqdarda psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir, çünki həmin ifadələri təzyiq nəticəsində vermişdir. O, heçvaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış,ibtidai istintaq zamanı təzyiqlər nəticəsində həmçinin Təqsirləndirilən şəxs1 tanınması barədə protokollara imza etmiş, hakbuki o, Ceyhunu tanımamış və psixotrop maddələri ona verməmişdir.O,bizneslə məşğul olmuş və bu səbəbdən mütəmadi olaraq Türkiyə Respublikasına getmiş, lakin ordan psixotrop maddələr gətirməmiş və Təqsirləndirilən şəxs1 verməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildən narkotik vasitə olan marixuandan istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Baksol yolu adlanan ərazi ilə evə gedərkən yolun kənarında avtomobili saxlayıb siqaret çəkmişdir. Həmin vaxt bir nəfər şəxs ona yaxınlaşaraq İran Respublikası vətəndaşı olduğunu və adının Baba olmasını bildirmiş, ona İrana qayıtmalı olduğunu, əlindəki çantanın isə hansısa qadın qohumuna çatdırılmasını, buna görə çantanı ondan qəbul etməsini və ona zəng ediləndə həmin qadına çatdırmağını xahiş etmişdir. Həmin şəxsin dedikləri ilə razılaşmış və qara çantanı həmin şəxsdən qəbul etmişdir. Sonra həmin şəxs ondan telefon nömrəsini götürüb getmişdir. Təxminən 5 dəqiqədən sonra üç nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini ona göstərməklə polis əməkdaşları olduqlarını bildirmiş, onun adını, soyadımı və digər anket məlumatlarını öyrəndikdən sonra onu 6-cı polis bölməsinə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. O, İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxsdən götürdüyü qara çantanı masanın üzərinə qoymuş, çantanın içərisindən ağ şəffav maddə olan 01 ədəd sellofan torbanı, yaşıl rəngli ulduz formalı həblər olan 01 ədəd sellofan torbanı, yumru formada olan qırmızı rəngli həblər olan 01 ədəd sellofan torbanı, ağ şəffav rəngli maddə olan 01 ədəd sellofan torbanı və çantada olan 01 ədəd tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin torbada olanların nə olması barədə ondan soruşulmuş, həmin torbada olan əşyalardan xəbəri olmadığını demişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməllərini törətmələri şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitədən və psixotrop maddədən istifadə etməsi, habelə satışı ilə məşğul olması barədə Binəqədi RPİ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə rəhbərliyə raportla məruzə edildikdən sonra xx.xx.2019-cu il tarixdə onun rəhbərliyi, Binəqədi RPİ-nin CAŞnin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 və Binəqədi RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş və həmin günü saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu DSK yolu adlanan ərazidə özünü şübhəli aparan xarici görünüşcə “Ceyhun” adlı şəxsə oxşar bir nəfər şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək ondan kim olmasını soruşmuşlar. Bu zaman həmin saxlanılan şəxs xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərarla tanış etmişlər. Sonra Təqsirləndirilən şəxs1 6-cı PB-nə dəvət etmişlər. Polis Bölməsində Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutuluqdan sonra ona hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri, Binəqədi rayonu 11 saylı Vəkil bürosunun vəkillərinin siyahisi təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim edilən siyahıdən istənilən vəklin onun hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Bundan sonra vəkil bürosundan növbətçiik üzrə vəkil dəvət edilərək Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni əşya və predmet olub-olmaması soruşulmuşdur. Sonra isə müdafiəçisi və digər tədbir iştirakçılarının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əlində olan qara çantadan ayrı-ayrı bükümlərdə olan metamfetamin və metilendioksimetamfetamini masanın üzərinə qoymuşdur. Bükümlər açıldıqda isə ağ rəngli kristal maddələr olan bir büküm, çəhrayı və yaşıl rənglər olan bükümlər müəyyən edilmişdir. Həmin bükümlər içərisində olan maddə ilə birlikdə qablaşdırılaraq DİN-in 74 nömrəli möhürü ilə möhürlənib müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs1 də ondan aşkar olunaraq götürülüb qoyulan zərfin üzərinə imza etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əməliyyat marağı kəsb edən başqa əşya və ya predmetlər aşkar edilərək götürülməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan maddələr olan çantanı baksol yolunda Baba adlı İran vətəndaşının sonuncunun bacısına çatdırmaq üçün ona verməsini və çantanın içərisində nə olduğundan məlumatsız olduğunu bildirmişdir. Əməliyyat tədbirləri davam ederək müəyyən edilmişdir ki, həmin psixotrop maddələri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vermişdir və sonuncu Qazax rayonunda sərhədi keçərkən saxlanılmış, Binəqədi rayon polis idarəsinə gətirilmiş, izahatında Türkiyədən 4 dəfə psixotrop maddələri gətirib Təqsirləndirilən şəxs1 verdiyini bilirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, cinayət işi icraatına daxil olanda müşayiət məktubunda tərəzi qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 tərəzi barədə soruşduqda bildirmişdir ki, həqiqətən üzərində video çəkilişlə axtarış aparılan zaman çantasından tərəzi aşkar olunmuş, lakin çantada olan əşyalardan xəbəri olmamışdır. Cinayət işi üzrə faktiki maddi sübut olan tərəzinin saxlanıldığı yer barədə məlumatı yoxdur,istintaq zamanı bunu müəyyən etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, apardığı təhqiqat zamanı Təqsirləndirilən şəxs1 götürülən çantaya baxış keçirilən zaman psixotrop maddələrlə bərabər tərəzi aşkar olunmuş, tərəzi protokolda qeyd olunub materiallara əlavə edilmişdir. Maddi sübutlar ekspertizaya verildikdən sonra tərəzinin harda saxlanıldığından məlumatı yoxdur,izah edə bilmədiyi səbəbdən həmin tərəzi müstəntiqə təqdim edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 21854 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) İsayev...” sözlər və imzalar olan (1 №-li) bir ədəd zərfdəki bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi -495,0 qram olan ağ rəngli kristal formada maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) İsayev...” sözlər və imzalar olan (2 №-li) bir ədəd zərfdəki bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi-510,0 qram olan ağ rəngli kristal formada maddə metamfetamindir.Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) İsayev...” sözlər və imzalar olan (3 №-li) bir ədəd zərfdəki bir ədəd şəffaf sellofan torbada ümumi sayı 763 ( yeddi yüz altmış üç) ədəd yaşıl rəngli tabletlər təsir maddəsi MDMA ( metilendioksimetamfetamin, ekstazi) olan preparatlardır və təsir edici maddəsinin ümumi miqdarı-160,23 qramdır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) İsayev...” sözlər və imzalar olan (4 №-li) bir ədəd zərfdəki bir ədəd şəffaf sellofan torbada ümumi sayı 1004 (min dörd) ədəd çəhrayı rəngli tabletlər təsir maddəsi MDMA (metilendioksimetamfetamin, ekstazi) olan preparatlardır və təsir edici maddəsinin ümumi miqdarı-210,84 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2581 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2630 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə komputer-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 26610 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd həssas təzyiqlə (sensorlu) çalışan “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10” markalı “SM-A105F/DS modelli arxa tərəfindəki markirovka göstəricisinə görə “3566xx/xx/696412/7, 3567xx/xx/696412/0” imei kodlu istifadə olunmuş mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil (smartfon) telefonun “Menyu” hissəsinə daxil olmaq və söndürmək üçün istifadəçitərəfindən qoyulmuş xüsusi (parol-password) çifrələri keçid üçün Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş müasir çox funksional “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı kompleks qurğunun proqram bazasında bplmənin olmaması səbəbindən həmin mobil telefona istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi (parol-password) şifrələri keçmək,məlumat mübadilələrinin əldə edərək istintaq orqanına təqdim ediməsi mümkün olmamışdır. Məhkəmə iclasında cinayət işinə əlavə edilmiş CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, polis bölməsinin inzibati binasında təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə hüququ və vəzifələri, həmçinin tədbirdə iştirak etmiş şəxslərə də hüquq və vəzifələri izah edilir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əlində olan qara çantadan 02 ədəd şəffav sellofanda ağ kristal maddəyə oxşar maddə, 02 ədəd sellofanda isə biri yaşıl, digəri isə çəhrayı olan həblər və 01 ədəd tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 ağ kristal maddələrin “şüşə”, çəhrayı və yaşıl həblərin isə “ekstazi” olmasını, Baksol yolunda tanımadığı İran vətəndaşının ona verməsini bildirir. Daha sonra həmin aşkar edilmiş 02 ədəd şəffav sellofandakı ağ kristal maddələri, çəhrayı və yaşıl rəngdə həblər olan 02 ədəd sellofan qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi rayon polis idarəsinin Cinayət Axtarış şöbəsinin rəisinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddəni Binəqədi rayon Mir cəlal küçəsi ev 13 mənzil 29-da qeydiyyatda olan Təqsirləndirilən şəxs2 aldığı müəyyən edilmişdir.(cild 01,vər.100) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ona təqdim olunan şəxslərin arasından Təqsirləndirilən şəxs1 tanıyaraq bildirmişdir ki, 2019-cu il avqust ayının sonlarında İstanbul-Bakı reysi ilə gətirdiyi içərisində psixotrop maddə olan çamadanı ona vermişdir.(cild 01,vər.133-135) Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçilərin iştirakı ilə verdikləri etirafedici ifadələrini möhtərəm sübut kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 1 ildən artıq olar ki, xatırlamadığı tanışının vasitəsi ilə Türkiyə nömrəsi olan bir şəxslə whatsapp proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Ondan 0.5 qram psixotrop maddə olan el arasında “patı” adlanan maddə almışdır. Həmin maddəni isə 4 hissəyə bölüb Bakı şəhərində müxtəlif şəxslərə satmışdır. Təxminən 2-3 ay əvvəl həmin nömrədən olan şəxs ona iş təklif etməsini demişdir. Ona “görürəm ki, kasıb oğlansan işlə həm kirayəvi ver həm də dolan” demişdir. Onunla razılaşmış və Türkiyə Respublikasına İstanbul şəhərinə getmişdir. Aeraportda onu bir nəfər orta yaşlarında bir kişi qarşılamışdır. Ona adının Ziko olduğunu demişdir. Ziko ona “sənə çamadan verəcəm özünlə apar Bakıya orada qarşılayıb səndən götürəcəklər, bunun müqabilində isə 1,000 manat pul verəcəklər”. Onunla razılaşmış və ümumilikdə Bakıya 4 dəfə çamadan gətirmişdir. Hər dəfə ondan çamadanı orta yaşlarında bir nəfər götürmüşdür. Axırıncı dəfə də İstanbul reysi ilə Bakı şəhərinə gəlmişdir. Həmin vaxt aeroportda onu həmin şəxs qarşılamış və çamadanı götürmüşdür. Çamadanı çatdıran günün səhərisi whatsapla ona şəkil göndərilmiş və pulun hara qoyulduğu göstərilmişdir. O, da gedib pulu həmin yerdən götürmüşdür. Axırıncı dəfə gətirdiyi çamadana görə ona pul verilməmişdir. Türkiyədəki şəxslərin onda mobil nömrələri olmamışdır. Qazax gömrük məntəqəsində saxlanılarkən whatsapı telefonundan silmişdir. Bakıda olan şəxsin isə onda mobil nömrəsi olmamışdır. Onunla heç bir vaxt mobil telefonla əlaqə saxlamamışdır. Uzun müddətdir ki, ***-***-**-** mobil nömrəsi onun istifadəsində olmuşdur. Konkret olaraq çamadanın içərisində nə olmasını bilməmiş, lakin 1,000 manat pul ona narkotik və ya psixotrop maddənin aparılıb çatdırılması üçün verilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, həbs olunan tarixə kimi psixotrop maddələrdən və narkotik vasitədən istifadə etmişdir. Əvvəllər narkotik vasitəyə olan ehtiyacını Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən almışdır. Həbs olunmamışdan 2-3 ay əvvəl Türkiyə nömrəsi ilə tanımadığı şəxslə whatsapp proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs Türkiyədən ona ucuz qiymətə psixotrop və narkotik maddə göndərəcəyini bildirmişdir. Daha sonra ona bir nəfər cavan oğlanın şəklini göndərmişlər. Həmin oğlanın İstanbul reysi ilə Bakı şəhərinə gələrkən onun üçün narkotik və psixotrop maddə gətirəcəylərini demişlər. Saxlanılana kimi də 1-2 dəfə az miqdarda həmin şəxsi hava limanında qarşılayıb çantanı götürmüşdür. Lakin onun adını, soyadını, atasının adını, digər anket məlumatlarını və mobil nömrəsini bilməmişdir. Sonuncu dəfə də ucuz olduğu üçün öz istifadəsi üçün Türkiyədən “şüşə” və “ekstazi” sifariş vermişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam reysi ilə gələn təyyarədən düşən həmin oğlanı H.Əliyev adına hava limanında qarşılamış və ondan çantanı götürmüşdür. Bundan sonra çantanı maşına qoymuş, xx xxxxxx 2019-cu il tarixdə isə Baksol yolunda olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Çantanı açmamış, bu səbəbdən içərisində tərəzi olmasından məlumatı olmamışdır. Öz telefonunda psixotrop maddələri çəkib bölməsi barədə video və şəkillərin çəkilməsini əyləncəsi üçün etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Abbasov X4 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilərək cəza müddəti 01 ilə endirilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il tarixdə cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan 2 il müddət başa çatdığından onun barəsində məhkumluq ödənilmiş hesab edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 10 nömrəli qərarını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Maddi sübutlar- Binəqədi RPİ-də saxlanılan psixotrop maddələr: 1004.9 qram metamfetamin, 760 ədəd yaşıl rəngli və 1001 ədəd çəhrayı rəngli MDMA müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd Samsung Galaxy A10 markalı və 01 ədəd Samsung Galaxy J3 markalı mobil telefon aparatları cinayət törədilərkən istifadə olunan vasitə olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunmalıdır. Ekspertiza xərcləri 211 manat 64 qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Binəqədi RPİ-də saxlanılan psixotrop maddələr: 1004.9 qram metamfetamin, 760 ədəd yaşıl rəngli və 1001 ədəd çəhrayı rəngli MDMA müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd Samsung Galaxy A10 markalı və 01 ədəd Samsung Galaxy J3 markalı mobil telefon aparatları cinayət törədilərkən istifadə olunan vasitə olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunsun. Ekspertiza xərcləri 211 manat 64 qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-623/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-623/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver