Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-623/2023 19.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 və Qasımzadə Banu Pənah qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs hüquqi varisi X2, Müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay orta təhsilli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt şəhəri, 14-cü məhəllə, Əzizbəyov küçəsi, 3/40, mənzil 19-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Sülh küçəsindəki poladəritmə zavodunun həyətindəki nömrəsiz fərdi evdə yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o 17 may 2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən poladəritmə zavodunun həyətində istintaqa məlum olmayan şəxsdən 30 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2,794 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq belində olan trofik yaranın aseptik sarğısının içərisində xüsusi yola gizlədərək saxlamaqla daşımış, onun Azərbaycan Respublika CM- nin 234.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərarla barəsində axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq xəstəliyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə saat 17:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə gətirildiyi zaman müəssisənin əməkdaşları tərəfindən üzərinə keçirilmiş baxış zamanı belində olan trofik yaranın aseptik sarğısının içərisində xüsusi yola gizlədərək saxlamaqla daşıdığı 01 ədəd yaşıl rəngli sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 2,794 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb cinayət prosesinin tərəflərinin, o cümlədən müdafiə tərəfi olan təqsirləndirilən şəxsin yaxın qohumu-oğlu Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanınan X2 cinayət işi üzrə icraata təqsirləndirilən şəxsin öldüyünə görə xitam verilməsinə etirazının və sonuncuya bəraət verilməsi barədə tələbinin olmadığına dair fikirlərini dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs öldüyünə görə onun barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 18-1-66/2-1011/2023 saylı məktubdan görünür ki, xx.xx.1980-ci il təvəvllüdlü Təqsirləndirilən şəxs Kəskin və ya yarımkəskin qaraciyər çatmazlığı səbəbindən xx.xx.2023-cü tarixində vəfat etmişdir. Sumqayıt şəhər 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixində **********69 №-li ölüm haqqında tibbi şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü tarixli AZ-İİ 346780 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə qaraciyər çatışmazlığı səbəbindən ölməsi 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının CPM-nin 39.1-ci və 39.1.5-ci maddələrinə görə, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanmış cinayət təqibinə xitam verilməlidir, o cümlədən başlanılmıış cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə proses iştirakçıların fikirini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs öldüyünə görə, barəsində cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməsinə onun hüquqi varisi etiraz etmədiyindən hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 39.1.5.ci, 305.1-ci maddələrini rəhbər tutaraq qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata təqsirləndirilən şəxs öldüyünə görə xitam verilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakimlər: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-623/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-623/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver