Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-624/2021 19.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi xxxxir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X22, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 qızı və Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri 150 nömrəli orta məktəbdə texniki işçi kimi işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Şahid2 küçəsi, ev 27-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 7, mənzil 125 A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə, xx xxxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, «Epid Biomed» şirkətində menecer işləmiş, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, S.İmanzadə küçəsi, ev 44-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 21/84, mənzil 117-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq təkrarən əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, yaxın münasibətlərdə olduğu Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olub narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma, o cümlədən həmin maddələrin müxtəlif şəxslərə satılmasından birgə qazanc əldə etmə barədə cinayət əlaqəsinə girərək tamah niyyəti ilə bir qrup şəxs halında 2020-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs2 işlədiyi ünvan 1 ünvanında yerləşən «xxxx» aptekində sonuncudan hər konvalyutda 10 (on) ədəd həb olmaqla ümumilikdə 8 (səkkiz) ədəd konvalyutda, cəmi 80 (səksən) ədəd həbdən ibarət təsiredici maddəsi 18 qram təşkil edən «Royal-225 (X7 225)» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatını satış məqsədi ilə qanunsuz əldə edib özündə saxlamaqla daşıyaraq 06 iyun 2020-ci il tarixdə qeyd edilən güclü təsir edən maddələri Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi 144 saylı ünvanın qarşısında tanışı Şahid8 50 (əlli) manat pul müqabilində satdıqdan sonra 08 iyun 2020-ci il tarixdə metronun «28 May» stansiyasında olarkən Şahid8 Bakı X5 əməkdaşı tərəfindən saxlanılmaqla polis şöbəsinə gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən hər konvalyutda 10 (on) ədəd həb olmaqla ümumilikdə 8 (səkkiz) ədəd konvalyutda, cəmi 80 (səksən) ədəd həbdən ibarət təsiredici maddəsi 18 qram təşkil edən «Royal-225 (X7 225)» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatı aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə yaxın münasibətlərdə olduğu Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olub narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma, o cümlədən həmin maddələrin müxtəlif şəxslərə satılmasından birgə qazanc əldə etmə barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 09 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 işlədiyi ünvan 1 ünvanında yerləşən «xxxx» aptekində sonuncudan hər konvalyutda 10 (on) ədəd həb olmaqla 90 (doxsan) ədəd konvalyutda cəmi 900 (doqquz yüz) ədəd həbdən ibarət təsiredici maddəsi 202,5 qram təşkil edən «Royal 225 (X7 225) 6 20» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatını; bir konvalyutda 10 (on) ədəd, digərində 8 (səkkiz) ədəd kapsul olmaqla ümumilikdə 2 (iki) ədəd konvalyutda, cəmi 18 (on səkkiz) ədəd kapsuldan ibarət ümumi miqdarı 0,9 qram təşkil edən «Tramadol 50 mq 05 18 do 052023» adlı güclü təsir edən dərman preparatını; 5 (beş) ədəd ampulda təsiredici maddəsi 0,5 qram təşkil edən «Tramadol kalseks (tramadol hidroxlorid) 100 mq/2ml 06 2023» adlı tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatını və hər konvalyutda 14 (on dörd) ədəd kapsul olmaqla 4 (dörd) ədəd konvalyutda, cəmi 56 (əlli altı) ədəd kapsulda təsiredici maddəsi 16,8 qram təşkil edən « Paden – 300 (preqabalin) 08 20» adlı külli miqdarda preqabalin tərkibli güclü təsir edən dərman preparatını satış məqsədi ilə qanunsuz əldə edib özündə saxlamaqla daşımış, 10 iyun 2020-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı X5 əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X47 küçəsi 7 saylı ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə aparılmaqla orada üzərində keçirilmiş şəxsi axtarış zamanı sağ əlində olan qara rəngli qadın əl çantasının içərisindən hər konvalyutda 10 (on) ədəd həb olmaqla 90 (doxsan) ədəd konvalyutda cəmi 900 (doqquz yüz) ədəd həbdən ibarət təsiredici maddəsi 202,5 qram təşkil edən «Royal 225 (X7 225) 6 20» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatı; bir konvalyutda 10 (on) ədəd, digərində 8 (səkkiz) ədəd kapsul olmaqla ümumilikdə 2 (iki) ədəd konvalyutda, cəmi 18 (on səkkiz) ədəd kapsuldan ibarət ümumi miqdarı 0,9 qram təşkil edən «Tramadol 50 mq 05 18 do 052023» adlı güclü təsir edən dərman preparatı və hər konvalyutda 14 (on dörd) ədəd kapsul olmaqla 4 (dörd) ədəd konvalyutda, cəmi 56 (əlli altı) ədəd kapsulda təsiredici maddəsi 16,8 qram təşkil edən « Paden – 300 (preqabalin) 08 20» adlı külli miqdarda preqabalin tərkibli güclü təsir edən dərman preparatı aşkar edilərək götürüldükdən sonra yaranmış təxirəsalınmaz istintaq zərurəti ilə əlaqədar 10 iyun 2020-ci il tarixdə Bakı X5 əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs1 müvəqqəti kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X47 küçəsi, ev 7, mənzil 125 A ünvanında axtarış istintaq hərəkəti aparılmış və mənzilin yataq otağındakı çarpayının sol tərəfində yerləşən əşya dolabının içərisindən 5 (beş) ədəd ampulda təsiredici maddəsi 0,5 qram təşkil edən «Tramadol kalseks (tramadol hidroxlorid) 100 mq/2ml 06 2023» adlı tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq təkrarən əldə edib saxlayaraq daşımışdır. Belə ki,o, yaxın münasibətlərdə olduğu Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olub tamah niyyəti ilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma, o cümlədən həmin maddələrin müxtəlif şəxslərə satılmasından birgə qazanc əldə etmə barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq hər konvalyutda 10 (on) ədəd həb olmaqla ümumilikdə 8 (səkkiz) ədəd konvalyutda, cəmi 80 (səksən) ədəd həbdən ibarət təsiredici maddəsi 18 qram təşkil edən «Royal-225 (X7 225)» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatını əldə edib daşımaqla özündə saxlayaraq 2020-ci ilin iyun ayının əvvəllərində işlədiyi ünvan 1 ünvanında yerləşən «xxxx» aptekində Təqsirləndirilən şəxs1 satdıqdan sonra 06 iyun 2020-ci il tarixdə sonuncu, qeyd edilən güclü təsir edən maddələri Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi 144 saylı ünvanın qarşısında tanışı Şahid8 50 (əlli) manat pul müqabilində satmış, 08 iyun 2020-ci il tarixdə metronun «28 May» stansiyasında olarkən Şahid8 Bakı X5 əməkdaşı tərəfindən saxlanılmaqla polis şöbəsinə gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən hər konvalyutda 10 (on) ədəd həb olmaqla ümumilikdə 8 (səkkiz) ədəd konvalyutda, cəmi 80 (səksən) ədəd həbdən ibarət təsiredici maddəsi 18 qram təşkil edən «Royal-225 (X7 225)» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatı aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə yaxın münasibətlərdə olduğu Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olub narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma, o cümlədən həmin maddələrin müxtəlif şəxslərə satılmasından birgə qazanc əldə etmə barədə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq hər konvalyutda 10 (on) ədəd həb olmaqla 90 (doxsan) ədəd konvalyutda cəmi 900 (doqquz yüz) ədəd həbdən ibarət təsiredici maddəsi 202,5 qram təşkil edən «Royal 225 (X7 225) 6 20» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatını; bir konvalyutda 10 (on) ədəd, digərində 8 (səkkiz) ədəd kapsul olmaqla ümumilikdə 2 (iki) ədəd konvalyutda, cəmi 18 (on səkkiz) ədəd kapsuldan ibarət ümumi miqdarı 0,9 qram təşkil edən «Tramadol 50 mq 05 18 do 052023» adlı güclü təsir edən dərman preparatını; 5 (beş) ədəd ampulda təsiredici maddəsi 0,5 qram təşkil edən «Tramadol kalseks (tramadol hidroxlorid) 100 mq/2ml 06 2023» adlı tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatını və hər konvalyutda 14 (on dörd) ədəd kapsul olmaqla 4 (dörd) ədəd konvalyutda, cəmi 56 (əlli altı) ədəd kapsulda təsiredici maddəsi 16,8 qram təşkil edən «Paden – 300 (preqabalin) 08 20» adlı külli miqdarda preqabalin tərkibli güclü təsir edən dərman preparatını əldə edib daşımaqla özündə saxlayaraq 09 iyun 2020-ci il tarixdə işlədiyi ünvan 1 ünvanında yerləşən «xxxx» aptekində Təqsirləndirilən şəxs1 satdıqdan sonra sonuncu, 10 iyun 2020-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı X5 əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X47 küçəsi 7 saylı ünvanın qarşısında saxlanılmış, polis şöbəsinə aparılmaqla orada üzərində keçirilmiş şəxsi axtarış zamanı sağ əlində olan qara rəngli qadın əl çantasının içərisindən hər konvalyutda 10 (on) ədəd həb olmaqla 90 (doxsan) ədəd konvalyutda cəmi 900 (doqquz yüz) ədəd həbdən ibarət təsiredici maddəsi 202,5 qram təşkil edən «Royal 225 (X7 225) 6 20» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatı; bir konvalyutda 10 (on) ədəd, digərində 8 (səkkiz) ədəd kapsul olmaqla ümumilikdə 2 (iki) ədəd konvalyutda, cəmi 18 (on səkkiz) ədəd kapsuldan ibarət ümumi miqdarı 0,9 qram təşkil edən «Tramadol 50 mq 05 18 do 052023» adlı güclü təsir edən dərman preparatı və hər konvalyutda 14 (on dörd) ədəd kapsul olmaqla 4 (dörd) ədəd konvalyutda, cəmi 56 (əlli altı) ədəd kapsulda təsiredici maddəsi 16,8 qram təşkil edən «Paden – 300 (preqabalin) 08 20» adlı külli miqdarda preqabalin tərkibli güclü təsir edən dərman preparatı aşkar edilərək götürülmüş, daha sonra yaranmış təxirəsalınmaz istintaq zərurəti ilə əlaqədar 10 iyun 2020-ci il tarixdə Bakı X5 əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs1 müvəqqəti kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X47 küçəsi, ev 7, mənzil 125 A ünvanında axtarış istintaq hərəkəti aparılmış və mənzilin yataq otağındakı çarpayının sol tərəfində yerləşən əşya dolabının içərisindən 5 (beş) ədəd ampulda təsiredici maddəsi 0,5 qram təşkil edən «Tramadol kalseks (tramadol hidroxlorid) 100 mq/2ml 06 2023» adlı tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, «xxxx» aptekə yaxın yaşadığı üçün aptekdən nə lazım olsa həmin aptekə gedib-gəlmişdir. Aptekə gedib-gələrkən də təqsirləndirrilən şəxs Təqsirləndirilən şəxs2 tanımışdır. Onun qızı hamiləlik dövründə xəstə olmuşdur. Qızına dərman lazım olanda da həmin aptekdən almışdır. X33 ayağında mil olmuş, bərk ağrıları olduğundan o, 2018-ci ilin dekabr ayında Yasamal rayonu ərazisində yerləşən narkoloji dispanserdə işləyən həkim Elçin Haqverdiyev tərəfindən oğlu X15 adına resept almışdır. Həmin resept əsasında “Slavyan” universitetinin yaxınlığındakı “xxxx” aptekinin müdiri Arzu xanımdan ayda 30-40 ədəd list olmaqla, hər listdə 10 ədəd «Tramadol» dərman preparatı həblərini almışdır. Həmin dərmanların hər listini 5 manata almışdır. Təxminən 2019-cu ilin yaz aylarınadək Arzu xanımdan ayda iki dəfə olmaqla hər dəfə 30-40 list ümumilikdə 70-80 list «Tramadol» dərman preparatı almışdır. 2019-cu ilin mart ayında ünvan 4 ünvanında yerləşən “xxxx” aptekində işləyən Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. X2 ayağı sınmış və bərk ağrıları olduğundan Travmatologiya Xəstəxanasında işləyən Ağaşirin adlı həkimin yazdığı resept əsasında əvvəllər Elşəndən «Tramadol» dərman preparatını almışdır. Həmin reseptin müddəti keçdiyi üçün sonradan, yəni, 2019-cu ilin may ayının sonlarından Elşəndən bir neçə dəfə «Tramadol» dərman preparatı həblərini almışdır. 10 iyun 2020-ci il tarixdə gecə saat 02-03 adələrində “Qələbə” dairəsinin yaxınlığındakı kirayədə yaşadığı Yasamal rayonu, H.ünvan 5 ünvanının yaxınlığında taksidən düşən zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Bakı X5 əməkdaşları olduqlarını deyərək özlərini təqdim edib, onu Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Bakı Metropolitenində Polis Şöbəsinə gəlmişdir. Orada xidməti otaqların birində polis əməkdaşları, hal şahidi olan qadınların və vəkilin iştirakı ilə çantasına baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən onun çantasına baxış keçirilmiş, çantasından bir neçə ədəd müxtəlif dərmanlar aşkar olunmuşdur. Lakin, çantasından hər konvalyutda 10 həb olmaqla, cəmi 90 ədəd üzərində “X7 225” yazısı həkk edilmiş 900 ədəd həblər aşkar olunmamışdır. Onda cəmi 18 ədəd «Tramadol» olmuşdur. Eləcə də yaşadığı evdə baxış keçirilərkən də evdən bir neçə ədəd dərman aşkar olunmuşdur. Evdən tramadol aşkar olunmamışdır. O, dərmanların satışı ilə məşğul olmamış, həmçinin də Şahid8 dərman satmamışdır. O, ibtidai istintaq vaxtı həyacanlı olmuş, ona görə də düzgün ifadə verməmişdir. İstifadə etdiyi telefon danışıqlarını hazırda xatırlamır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Elçin həkim oğlu Natiqin hepatit B xəstəliyi ilə ilə əlaqədar «Tramadol» dərmanı almağa icazə verən resept vermişdir. 2019-cu ildən sorna resept olmamışdır. Reseptin surəti ilə də almışdır. İstifadəsində olan mobil telefonun mesajlar siyahısında olan 055 884 04 48 saylı mobil telefon nömrəsinin istifadəçisinin adı Valehdir. Valeh bir neçə dəfə «Tramadol» tərkibli dərman vermişdir. Lakin, həmin dərmanları o, Valehə satmamış, pay olaraq vermişdir. 070 988 28 99 saylı mobil telefon nömrəsinin istifadəçisini xatırlamır, mesaj yazmağının səbəbini bilmir. 077 303 57 29, 077 761 71 00 və 077 464 01 11 saylı mobil telefon nömrələrinin istifadəçilərinin adlarını xatırlamır və həmin şəxslər tərəfindən yazılmış mesajların səbəbini bilmir. Eləcə də digər telefonlarla aralarında olan mesaj və yazışmalarda «Tramadol» tərkibli dərman preparatı barədə danışıqları hazırda xatırlamır. Oğlunun ağrıları olanda gün ərzində həmin dərmanlardan 2-3 dəfə istifadə etmişdir. 900 ədəd dərman almamış, o, sonuncu dəfə cəmi 9 ədəd almışdır ki, pandemiya ilə əlaqədar evdən çıxmaq olmurmuş. O, Elşəndən aldığı hər 10 listə görə 30-40 manat pul vermişdir. İstintaq zamanı ona təzyiq olmamışdır. «xxxx» aptekdə Təqsirləndirilən şəxs2 işləmiş, hansı vəzifədə olduğunu bilmir. Elşənin ayrıca kabinetinin olmasını bilmir. Elşən aptekdə ağ xalatda olmuşdur. O, aldığı tramadolu heç kəsə satmamışdır. O, «Tramadolu» çox almışdır ki, birdən olmayanda oğluna lazım olanda tapa bilməz. Elan olunmuş cinayət işinin 1-ci cild 21-22-ci vərərqələrində olan şəxsin üzərinə axtarış aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildrimişdir ki, ona təqdim olunmuş imza onundur, lakin protokolu oxumadan imza etmişdir. Onda 80 ədəd tramadol olmamışdır. Cinayət işinin 1-ci cild 70-71-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki,ona təqdim olunmuş imza onundur, lakin protokolu oxumadan imza etmişdir. Onda cəmi 18 ədəd «Tramadol» olmuş, 900 ədəd tramadol olmamışdır. O, bilmir həmin dərmanlar yaşadığı evdən nə cür çıxmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 152-155-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokolda olan ifadəsində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «....2018-ci ilin dekabr ayında Yasamal rayonu ərazisində yerləşən narkoloji dispanserdə işləyən həkim Elçin Haqverdiyevin oğlum X15 adına resept əsasında “Slavyan” universitetinin yaxınlığındakı “xxxx” aptekinin müdiri Arzu xanımdan ayda 30-40 ədəd list olmaqla, hər listdə 10 ədəd «Tramadol» dərman preparatı həblərini alıb müxtəlif şəxslərə ayrı-ayrı vaxtlarda satmışdır. Həmin dərmanların hər listini 5 manata almışdım. Məndə öz növbəmdə həmin tramadol dərman preparatının hər listini 6 manata sataraq pul qazanırdım. Təxminən 2019-cu ilin yaz aylarınadək Arzu xanımdan ayda iki dəfə olmaqla ifadəmdə bildirdiyim kimi hər dəfə 30-40 list ümumilikdə 70-80 list «Tramadol» dərman preparatını alıb müxtəlif şəxslərə satmışam. ... 2019-cu ilin may ayının sonlarından reseptini vaxtı keçdiyi üçün Elşəndən hər dəfə 30-40 ədəd list olmaqla hər listdə 10 ədəd tramadol dərman preparatı həblərini alıb müxtəlif şəxslərə ayrı-ayrı yerlərdə satmışam. Hər 10 listə görə Elşənə 40 manat pul ödəyirdim. Məndə öz növbəmdə həmin tramadol dərman preparatının hər listini 6 manata sataraq pul qazanırdım. Sonuncu dəfə 08 iyun 2020-ci il tarixdə saat axşam 22 radələrində Elşənlə onun işlədiyi ünvan 4 ünvanında yerləşən “xxxx” aptekində görüşüb 180 manat pulu ona ödədikdən sonra Elşən 90 list tramadol dərman preparatını ağ rəngdə sellofan torbanın içində mənə təhvil verdi və məndə həmin sellofanı əl çantamın içinə qoydum. Həmin gün mənə bir neçə müştəri tramadol dərman preparatını almaq üçün müraciət etdiyinə görə, çox almışdır. Həmin gün dərmanları sata bilməyib yaşadığı evə qayıtdıqda, poli əməkdaşları onu saxlamış və üzərinə baxış zamanı çantamda olan sellofandan hər konvalyutda 10 həb olmaqla, cəmi 90 ədəd üzərində X7 225 yazısı həkk edilmiş 900 ədəd qırmızı rəngli dairəvi formalı həblər, həmçinin hər konvalyutda 14 həb olmaqla cəmi 4 ədəd üzərində PADEN-300 yazısı həkk edilmiş 56 ədəd ağ və qəhvəyi rəngli kapsullar, üzərində Tramadol 50 mq yazısı həkk edilmiş 18 ədəd ağ və göy rngli kapsullar aşkar edilərək götürülmüşdür. Həmin narkotik tərkibli maddələri satmaq məqsədi ilə çantamda saxlayırdım. Emil və Anar adlı şəxslərə yaşadığım evin yaxınlığında hər dəfə 5-10 list tramadol dərman preparatını satmışam. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadənin sonunda olan imza və əlyazma ona məxsusdur, ifadəni oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 26-32-ci vərəqələrində olan SMS yazışmalarına münasibətdə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş mesajları hazırda xatırlamır. Elan olunmuş cinayət işinin 2-ci cild 119-123-cü vərəqələrində olan telefonda yazılı danışıqlara əsasən Təqsirləndirilən şəxs1 elan olunmuş danışıqları hazırda xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən 2017-ci ilə qədər Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsində yerləşən “xxxx” aptekində rəsmi olaraq inzibatçı işləmişdir. Həm də həmin dövrdə o, Şahid5la şərik işləmişdir. Yəni, 70% Ramildə, 30% isə onda olmuşdur. 2017-ci ilin sentyabr ayında təhsil almaq məqsədi ilə X12 Vaşinqton ştatına getmişdir. Orada 2 ay yaşadıqdan sonra ailə vəziyyəti ilə əlaqədar Azərbaycana qayıtmışdır. Bir müddət işsiz qalmışdır. 2019-cu ilin may ayında əsas ofisi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Epid Biomed” adlı dərman şirkətində menecer kimi işə düzəlmişdir. Bakı şəhəri, Nəsimi rayonu ərazisində “X48” göydələninin 17-ci mərtəbəsində yerləşən “GSK” dərman şirkətinin ofisində əyləşmişdir. Həmin şirkətdə işi iri supermarket şəbəkələrinə topdan halda diş məcunlarının satışını həyata keçirməkdən ibarət olmuşdur. O, əvvəllər “xxxx” MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi 1 ünvanında yerləşən “xxxx” aptekində işlədiyinə görə həmin şirkətin faktiki rəhbəri Şahid5 ilə yaxşı münasibətləri olmuşdur. Ona görə də həmin şirkət rəhbərliyinin xahişinə əsasən o, əsas işi ilə yanaşı qeyri-rəsmi qaydada həmin aptekdə işin düzgün aparılması, həftəlik, aylıq, yarımillik, illik hexxxxatların aparılması, vergi hexxxxatlarının aparılması, aptek işçiləri tərəfindən ümumi nizam-intizam qaydalarına riayət edilməsi işlərinə də nəzarət etmişdir. Həmin aptekə dərmanların gətirilməsi ilə heç vaxt məşğul olmamış, yalnız dərmanların satılmasının uçotuna, qalıqların müəyyən edilməsinə və s. bu kimi işlərə nəzarət etmişdir. Onunla əmək müqaviləsi bağlanmamış, işə qəbulu barədə əmr tərtib olunmamış və maddi-məsul şəxs kimi müqavilə tərtib edilməmişdir. O, uzun illər dərman sahəsində işlədiyinə görə yaxın tanışları, dostları, qohumları, işgüzar əlaqədə olduğu digər dərman şirkətlərinin əməkdaşları dəfələrlə ona müraciət edərək müxtəlif xəstəliklərlə əlaqədar dərman preparatlarının tapılmasını xahiş etmişlər. O da müxtəlif vaxtlarda həmin şəxslərə öz bacardığı köməyi göstərmişdir. Lakin, heç vaxt «Tramadol» tərkibli dərmanların qanunsuz satışını həyata keçirməmişdir. 2018-ci ilin ortalarına qədər Tarif Şurası tərəfindən qeydiyyatdan keçirilmiş 50 milliqram «Tramadol» tərkibli dərman preparatı güclü təsir edən dərmanların siyahısına aid olmamışdır. Buna görə də xüsusi resept olmadan satışı həyata keçirilmişdir. Ona görə də qeyri-rəsmi işlədiyi aptek də 2018-ci ilin ortalarına qədər 50 mq qədər olan «Tramadol» tərkibli dərmanların satışının həyata keçirilməsini istisna etməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 50 ml. «Tramadol» almışdır. Lakin həmin ərəfədə də o, qeyd edilən dərmanların satışında bu və ya digər formada şəxsən iştirak etməmişdir. Çünki aptekdə aparılan satış prosesinin ona aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 2017-ci ildən tanıyır. O, həmin ərəfədə “xxxx” MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi 1 ünvanında yerləşən “xxxx” aptekində rəsmi olaraq inzibatçı işləmişdir. Mirvarinin anasının adına yazılmış resept əsasında Təqsirləndirilən şəxs1 bir neçə dəfə onun işlədiyi aptekdən 50 mq tərkibli «Tramadol» dərmanını almışdır. Təqsirləndirilən şəxs1 aptekin daimi müştərisi olmuş, həm də aptekin yaxınlığında yaşamışdır. Ona görə də ara-sıra hər-hansı digər dərman lazım olarkən Mirvari ona zəng edib maraqlanmışdır. Bəzi hallarda müəyyən dərmanları tapmağa görə Mirvari ona zəng etmişdir. Maddi imkanı aşağı olduğuna görə Mirvari dəfələrlə dərmanı nisyə, yəni borca götürmüşdür. Mirvari ilə aralarında səmimi ünsiyyət yaranmış, Mirvari ilə çox saylı telefon danışıqları olmuşdur. 2018-ci ilin ortalarından, yəni «Tramadol» tərkibli dərmanların satışı üçün xüsusi lisenziya tələb olunmağa başlandığı dövrdən etibarən o, nə Təqsirləndirilən şəxs1, nə də ki, digər şəxslərə «Tramadol» tərkibli dərman satmamışdır. Sadəcə müştəriləri həmin dərmanların satışını həyata keçirən və lisenziyası olan digər apteklərə yönləndirmişdir. O, ittiham aktında göstərildiyi kimi heç kimə «Tramadol» dərman satmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, satıcı olmamış və aptekdən heç bir dərman satmamışdır. Reseptin surəti ilə Təqsirləndirilən şəxs1 ondan dərman almamışdır. O, heç vaxt «xxxx» aptekdə dərman satışı ilə məşğul olmamışdır. O, saxlanılarkən onun üzərində heç bir dərman preparatları olmamışdır. 2018-ci ildən 2020-ci ilədək o, «xxxx» aptekdə qeyri-rəsmi işləmişdir. Əhalinin Sosial Müdafiə fondunda qeydiyyatda olmamış, əmək müqaviləsi olmamış və ona əmək haqqı verilməmişdir. “xxxx” MMC-nin rəhbəri Şahid5 olmuşdur. Ramil həm təsisçi, həm də direktor olmuşdur. Aptekdə istənilən satılan mallar kompüterdə qeyd olunur. Elan olunmuş cinayət işinin 2-ci cild 26-30-cu vərəqələrində olan mesajlara əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş mesajları hazırda xatırlamır. Elan olunmuş cinayət işinin 2-ci cild 108-123-cü vərəqələrində olan telefon danışığı smslərinə əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, telefonunda “Ruslan KRKA” adı ilə qeyd edilmiş Ruslan adlı şəxs olmuşdur. O, Ruslandan tramadol tərkibli dərman almamış və istəməmişdir. Yazışmalarda qısaca olaraq “tr” kimi göstərilən yazılışın mənasının nə olduğunu xatırlamır. Mobil telefonunda Şahid11 adı ilə qeyd edilmiş telefon nömrəsinin istifadəçisi olan Ruslan Musayevlə yoldaşlıq münasibətləri olmuşdur. Şahid11 xatırladığı qədər yaxın adamına həkim tərəfindən «Tramadol» dərmanının reseptlə təyin edilməsini demişdir. Apteklərdən tapa bilmədiyi üçün ona müraciət etmiş, o da Ruslana qiymət və tutum həcmi barədə məlumat vermişdir. Eləcə də 06 iyun 2020-ci il tarixdə saat 00:15-də Təqsirləndirilən şəxs1 «whatsapp» mobil tətbiqi vasitəsi ilə onun telefon nömrəsinə 10, 20 və 100 Azərbaycan manatından ibarət pul əskinaslarının fotoşəkilini mesajla yollayaraq saat 8-də dediyi halda, saat 10-da alındığını, 2 saat geciksə də gəldiyini qeyd etməsi, 07 iyun 2020-ci il tarixdə saat 09:46-da göndərdiyi mesajında isə ondan kart hexxxxının nömrəsini istəyərək pulu milli ön ödəmə terminalı vasitəsi ilə göndərəcəyini bildirməsini onunla izah edir ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayının əvvəllərində ondan icarəyə götürmək istədiyi avtoyuma məntəqəsinin təmirinə və icarə haqqının ödənilməsinə görə borca təxminən 1.000 manata yaxın məbləğdə pul almışdır. Həmin yazışmada söhbət məhz həmin borc puldan getmişdir. Digər elan olunmuş mesajları hazırda xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. 2012-ci ildən taksi fəaliyyəti ilə məşğul olur. “2111” taksi xidməti şirkəti ilə işləyir. 09 iyun 2020-ci il tarixdə təxminən saat 22:00 radələrində “2111” xidmətindən bir nəfər sərnişinin “Qələbə” dairəsi yaxınlığından metronun “Nizami” stansiyasına və oradan da “Qələbə” dairəsinə getməyi ilə bağlı sifarişi almış və һəmin ünvana gəlmişlər. Orada bir nəfər təxminən 55 yaşlarında qadın şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 avtomobilə əyləşmiş və həmin qadını “Nizami” metrosunun yaxınlığına gətirmişdir. “Nizami” metrosunun yaxınlığında Təqsirləndirilən şəxs1 avtomobildən düşüb təminən 25 dəqiqədən sonra qayıdıb avtomobilə əyləşmiş və yenidən “Qələbə” dairəsinin yaxınlığına qayıtmağını xahiş etmişdir. “Nizami” metrosundan təxminən 1-2 dəqiqə yol qət etdikdən sonra yolda bir nəfəri də götürəcəyimi ondan xahiş etmişdir. O, avtomobili saxlayıb piyada keçidində bir nəfər cavan oğlanı da avtomobilinə əyləşdirmiş və onların hər ikisini “Qələbə” dairəsinin yaxınlığına gətirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 taksi xidməti ödənişini ödəyib avtomobildən düşən zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını deyib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onlar Bakı Metropolitenində Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində ona məlum olmuşdur ki, həmin Təqsirləndirilən şəxs1 güclü təsir edən dərman maddələrini qanunsuz olaraq üzərində gəzdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 tanımamışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs1 tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etməsə də, 2018-ci iyun ayından güclü təsir edən maddə “Tramadol” dərman preparatını mütəmadi olaraq qəbul etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 2020-ci ilin may ayından tanımışdır. Onunla tanış oluqdan sonra söhbət əsnasında Mirvarinin “Tramadol” dərman preparatının satışı ilə məşğul olmasını bilmişdir. Təqsirləndirilən şəxs1 ilə tanış olduqdan sonra 2-3 dəfə Mirvaridən tramadol dərman preparatını almışdır. İlk dəfə 2020-ci ilin may ayının ortalarında metronun “Memar Əcəmi” stansiyası yaxınlığında Mirvari ilə görüşüb “Tramadol” dərman preparatının 1 listinə görə 12 manat pulu Mirvariyə vermişdir. Bundan sonra Mirvari ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb 2020-ci ilin may ayının sonlarında Miravir ilə görüşüb yenə də 1 listi 12 manata Mirvaridən “Tramadol” dərmanı almışdır. Sonuncu dəfə isə 05 iyun 2020-ci il tarixdə Mirvarinin yaşadığı “Qələbə” dairəsi adlanan yerin yaxınlığında 12 manat ödəməklə Təqsirləndirilən şəxs1 Tramadol dərman almışdır. O, həmin dərmanı sakitləşdirici kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs1 “Tramadol” dərman preparatını ondan başqa kimlərəsə satdığını bilmir. Təqsirləndirilən şəxs2 tanımamışdır. Təqsirləndirilən şəxs1 kafedə işləmiş, həmin vaxt Mirvarini tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2015-ci ilin yay aylarında Şəki şəhərinə istirahət etməyə getmişdir. Təqsirləndirilən şəxs2 ilə Şəki şəhərinin mərkəzində, çay evində təsadüf nəticəsində tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona təklif etmişdir ki, adına hansısa müəssisə açıb ayda ona 200 manat ödəyəcək. Həmçinin bildirmişdir ki, həmin müəssisəni özü işlədəcəkdir. O da hərbidən qaydandan sonra işləmədiyi üçün onun təklifi ilə razılaşmışdır. O, həmin müəssisənin hansı fəaliyyətlə məşğul olacağını soruşduqda isə Elşən müəssisənin dərman preparatlarının satışı ilə məşğul olan aptek olacağını bildirmişdir. Onunla heç bir əmək müqaviləsi bağlanmamış, əmr verilməmişdir. Orada neçə nəfər işləməsi, mühasibat uçotunun kim tərəfindən aparılmasını o, bilmir. Bundan sonra, onlar Elşənlə 2015-ci ilin avqust ayının axırlarında Bakı şəhərində görüşmüşlər və birlikdə H.Əliyev prospektində yerləşən Asan xidmətə getmişlər. Orada Elşənin təşəbbüsü ilə onun adına “xxxx” adlı müəssisəyə aid VÖEN rəsmiləşdirilmiş və elə oradaca razılığa əsasən 200 manat pulu Elşən ona vermişdir. Bundan sonra ayrılmışlar. Növbəti dəfə 2015-ci ilin sentyabr ayında yenə Elşənlə görüşmüşlər və Elşən ona 200 manat pul vermişdir. Adına rəsmiləşən müəssisənin fəaliyyəti ilə əlaqədar Vergilər Nazirliyindən və digər təşkilatlardan ona zənglər gəlmişdir. O, Elşənlə əlaqə saxlayıb müəyyən sənədləri imzalayaraq Elşənə təhvil vermişdir. Bu ardıcıllıqla 2015-ci ilin dekabr ayınadək hər ayın sonlarında Elşən ona 200 manat pulu ödəmişdir. Lakin, sonradan Elşən ona razılaşdıqları kimi 200 manat pulu ödəməmişdir. O, ünvan 4 ünvanında yerləşən “xxxx” aptekində təxminən 3-4 dəfə olmuşdur. Həmin vaxt aptekin dərman preparatlarının satışı ilə məşğul olduğunu, orada 3- 4 nəfər qızın satıcı işlədiklərinin şahidi olmuşdur. “xxxx” aptekinin rəsmi sənədlərinin onun adına rəsmiləşdiyinə baxmayaraq faktiki olaraq oranın qeyri rəsmi müdiri Təqsirləndirilən şəxs2 olmuşdur. 2016-cı ilin yanvar ayında 200 manat pulu ödəmədiyi ilə bağlı Elşənə narazılığını bildirsə də Elşən ona olan borcunu yaxın vaxtlarda tam olaraq ödəyəcəyini demişdir. Bundan sonra o, müəssisənin adından çıxarılaraq Elşənin özünün məsləhət bildiyi digər şəxsin adına rəsmiləşdirməsini xahiş etsə də, Elşən hər dəfə yaxın vaxtlarda bunu edəcəyini demişdir. O, Təqsirləndirilən şəxs2 tramadol dərman preparatının, psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasını bilməmişdir. Həmyerli olduqları üçün o, Elşənin onun adına müəssisə açmasına razılıq vermişdir. Təqsirləndirilən şəxs1 tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə peşə məktəbində 2 il ərzində əczaçılıq kursu keçdikdən sonra sertifikat almışdır. 2015-ci ildə “xxxx” MMC-də 6 ay əczaçı işləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. 2015-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında “xxxx” adı ilə aptek açdığını və onu da orada əczaçı kimi işə götürmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşıb 2015-ci ilin aprel ayının ortalarında “xxxx” aptekində işə götürüldükdən sonra əczaçı-satıcı olaraq fəaliyyətə başlamışdır. “xxxx” aptekində fəaliyyətə başladığı vaxtdan orada qanuni satışına icazə verilən dərman preparatlarını depolara sifariş edib, həmin dərmanları qəbul etdikdən sonra aptekin kompüterində qeydiyyata alıb, topdan satış qiymətindən fərqli olaraq müxtəlif dərman və qida məhsullarından asılı olmaqla 10%, 15%, 20% və 30% alışdan satışa gələn xeyir məbləğlərini malların qiymətinə əlavə etdikdən sonra satışını təşkil etmişdir. Bunlar Təqsirləndirilən şəxs2 göstərişi əsasında olmuşdur. X14 adlı əczaçı qızla növbəli şəkildə işləmişlər. “xxxx” apteki sənədlərlə Şahid5 adına rəsmiləşsə də, reallıqda Təqsirləndirilən şəxs2 müdir olmuşdur. Aptekdə əczaçı işləməyi müqabilində Elşən ona ayda 700 manat əmək haqqı vermişdir. Pulu ona nağd olaraq cibindən vermişdir. 2018-ci ilin qış aylarında Elşən X1rkən o, “xxxx” aptekinə nəzarət etmişdir. 4-5 ay ərzində bütün məlumatları “Whatsapp” proqramı vasitəsi ilə Elşənə ötürmüşdür. Həmin vaxtlar Elşənin Zaur adlı dostu da “xxxx” aptekinə gəlib fəaliyyətlə maraqlanmışdır. “xxxx” aptekinə aid bütün xərcləri, dərman preparatlarının alışı və satışı, eləcədə digər işlərlə o, məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 Bakı şəhərinə qayıtdıqdan sonra apteki ona təhvil vermişdir. O, aptekdə əczaçı kimi işləyən zaman Təqsirləndirilən şəxs2 göstərişi ilə ayrıayrı vaxtlarda müxtəlif dərman preparatlarını müştərilərə satmışdır. Lakin, reseptsiz dərman satmamışdır. 11 iyun 2020-ci il tarixdə Elşənin dostu Zaur adlı şəxsdən eşitmişdir ki, Elşən qanunsuz tramadol dərman preparatı satdığı üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. 09 iyun 2020-ci il tarixdə o, işdə olduğu vaxt Təqsirləndirilən şəxs2 iki dəfə aptekə gəlib sonra isə apteki tərk edərək getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 aptekə gəlib-gəlməməsini xatırlamır. O, özü şəxsən Təqsirləndirilən şəxs1, içərisində güclü təsir edən dərman preparatı tramadol həblərinin olduğu hər hansı bir sellofan torba təhvil verməmişdir. Təqsirləndirilən şəxs2 tramadol dərman preparatının satışı ilə məşğul olduğunu görməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 “xxxx” aptekinə gəlib-gedən müştəri kimi tanımışdır. Hərdən elə olmuşdur ki, Təqsirləndirilən şəxs2 göstərişi və xahişi ilə ayrı-ayrı vaxtlarda içərisində nə olduğunu maraqlanmadığı sellofan torbanı Təqsirləndirilən şəxs1 və digər tanımadığı şəxslərə vermişdir. Lakin, həmin torbada nə olması ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Mirvari Hüseynovanın aptekə müştəri kimi gəlib getməsini görmüşdür. X16 tramadol dərmanı satmasından onun məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə “xxxx” MMC-də mühasib işləyən zaman Təqsirləndirilən şəxs2 da həmin MMC-də mühasib işləmişdir. Həmin vaxtdan Elşənlə dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs2 2015-ci ilin əvvəllərində “xxxx” MMC-də direktor vəzifəsində işləmişdir. Sonradan, 2015-ci ildə Yasamal rayonu ərazisində Xarici İşlər Nazirliyinin yaxınlığında yerləşən “xxxx” aptekini açdığını və həmin aptekin sənədlərlə Ramil adlı şəxsin adına rəsmiləşdirilməsini bilmişdir. Təxminən ay ərzində 2-3 dəfə olmaqla o, dostu Təqsirləndirilən şəxs2 yanına “xxxx” aptekinə gəlib-getmişdir. 2018-ci ilin avqust aylarında Elşən X1rkən “xxxx” aptekinə bir neçə dəfə gedib Elşənin göstərişi ilə aptekdə işlərinin nə yerdə olması ilə maraqlanmışdır. Həmin vaxt orada işləyən Gülay adlı əczaçı ilə danışaraq ümumi vəziyyətlə bağlı maraqlanaraq hər hansı bir çətinliklərinin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs2 4-5 ay ərzində bütün məlumatları “Whatsapp” proqramı vasitəsi ilə Gülaydan almış və işlə bağlı bütün göstərişlərini Gülaya vermişdir. O, sadəcə Elşənin dostu kimi ümumi olaraq çətinliklərin olub-olmaması ilə maraqlnmışdır. Lakin, “xxxx” aptekinin iş prosesinin ona heç bir aidiyyəti olmamışdır. 10 iyun 2020-ci ildə saat 20 radələrində Gülay ona zəng edərək Elşənin Bakı Metropolitenində Polis Şöbəsinə dəvət edildiyini demiş və bununla bağlı maraqlanmağını ondan xahiş etdiyindən, o, Polis Şöbəsinə yaxınlaşıb Təqsirləndirilən şəxs2 hansı səbəbə görə polisə dəvət olunması ilə maraqlanmışdır. Bundan sonra “xxxx” aptekinə gedərək Gülaya bu barədə məlumat verdikdən sonra aptekin giriş qapısını Gülay bağlayaraq açarı ona vermişdir. Təqsirləndirilən şəxs1 tanımamışdır. Təqsirləndirilən şəxs2 Tramadol dərman preparatının satışı ilə məşğul olmasını o, bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə 2020-ci ilin aprel ayının sonlarında təsadüfən yolda tanış olmuşdur. Bundan sonra Mirvari ilə ara-sıra görüşüb bir yerdə vaxt keçirmişlər. Hətta Mirvarinin kirayədə yaşadığı mənzildə də iki dəfə gecələmişdir. Mirvari ilə araların yalnız intim münasibətlər olmuşdur. Mirvari ona jurnalist və Q.Qarayev prospektində yerləşən adını bilmədiyi orta məktəbdə müəllimə işlədiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 dövriyyəsi qadağan olunmuş dərman preparatlarının satışına görə həbs edilmişdir. 2020-ci ilin mart ayından etibarən +**********77 saylı mobil telefon nömrə daimi onun istifadəsində olmuşdur. Ona məxsus daimi istifadəsində olan mobil telefonla Təqsirləndirilən şəxs1 mesaj yazmasının səbəbi Mirvaridən 1-2 dənə tramadol tərkibli dərman alması olmuşdur. Belə ki, o, Mirvaridən bir neçə dəfə «Tramadol» dərman almışdır. Həmin dərmanları o, heç kimə satmamış və ya pay verməmişdir. Mirvari həmin dərmanları onun tanımadığı şəxsdən satmaq məqsədi ilə almış, o da Mirvaridən dərmanı yalnız şəxsi istifadəsi üçün götürmüşdür. Dərmanları Təqsirləndirilən şəxs1 kimdən almasını və kimlərə satamasını bilməmiş, Mirvari dərmanları kimə satması barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən hadisədən 1 il əvvəl tanımışdır. Elşənin “xxxx” adlı aptekdə işlədiyini bilmişdir. O da aptekdə işləmişdir. Ara-sıra Elşənlə mobil telefonda danışmış və ya mesajlaşmışlar. Hər ikisi aptek sahəsində çalışdığı üçün dərman preparatlarının tapılmasında bir-birilərinə köməklik göstərmişlər. 09 mart 2019-cu il tarixdə axşam saatlarında o, «whatsapp» mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs2 mesaj yazaraq işlədiyi aptekdə hansı yeni dərmanların olması barədə soruşmuşdur. Elşən özündə tramadol dərmanının olmasını bildirmişdir. O, həmin vaxt bilmişdir ki, Elşən tramadol dərmanı satır. Ona dəfələrlə adlarını bilmədiyi müştərilər yaxınlaşaraq tramadol dərmanını almaq istədiklərini demişlər. Lakin, həmin dərmanın satışına icazə olmadığı üçün işlədiyi aptekdə onları sata bilməmişdir. Fikirləşmişdir ki, tramadol dərmanını satan Elşənin apteki barədə həmin dərman barədə soraqlaşan adamlara desin, həmin şəxslər gedib Elşəndən ala bilsinlər. Müştərilərin sayının çox olmasını nəzərə alaraq Elşəndə 50 qutu və ya daha çox sayda tramadol dərmanının olub-olmamasını soruşmuşdur. Elşən bildirmişdir ki, dərmanı 5 manat 50 qəpikdən satır və cəmi 30 qutu verə bilər. Həmin dərmanın dalınca gələn müştərilər əsasən qutusunun üzərində adı olan tramadol dərmanlarını istədikləri üçün o, bu barədə yazışma zamanı Elşəndən soruşmuşdur. Elşən də cavab olaraq tramadol qutularının fotoşəklini çəkərək ona yollamışdır. O, Elşənə xəbər edəcəyini demişdir. Həmin ərəfədən etibarən onun işlədiyi aptekə tramadol almaq istəyən müştərilər gəlsə də, həmin şəxsləri Elşənin işlədiyi aptekə yönləndirməmiş, başqa yerlərdə axtarmalarını tövsiyə edib yola salmışdır. O, özü şəxsən Elşəndən tramadol və ya digər ona bənzər dövriyyəsi məhdud olan dərman preparatı almamış və satışını həyata keçirməmişdir. Sadəcə ağrısı olan xəstələrə köməklik etmək üçün həmin dərmanlar barədə Elşəndən maraqlanmışdır. Bu işdə başqa maddi və ya digər təmənnası olmamışdır. Həmin dərmanlardan çoxlu sayda müştərilər axtarmışdır. Ona görə də 50 və ya daha çox sayda dərmanın olub-olmamasını Elşəndən soruşmuşdur. Elşənlə aralarında tramadol dərmanlarına münasibətdə real alqı-satqı olmamışdır. Bəzi müştərilərə “153” pharm-inform zəng xidmətinə zəng etməsini tövsiyə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 sinif yoldaşıdır. Elşənlə dostluq münasibətləri olmuşdur. Elşən Bakı şəhərində dərman preparatlarının satışı ilə məşğul olub, aptek işlətmişdir. X46 həm şəkər, həm də ürək xəstəsi olduğuna görə ona lazım olan dərmanları Elşənin vasitəsi ilə əldə etmişdir. Kamil adlı dostu ondan Tramadol dərmanı ilə bağlı maraqlandığından, o da Elşənə mesaj yazaraq tramadol dərmanının qiyməti barədə souşmuşdur. Elşəndən məlumat aldıqdan sonra dostu Kamilə bu barədə məlumat vermişdir. Kamil isə bir neçə gün sonra ona həmin dərmanın problemli, yəni, satışının qadağan olmasını bildirib lazım olmadığını demişdir. O. tramadol dərmanı barədə Elşənlə cəmi bir dəfə danışmışdır. O, şəxsən heç vaxt həmin dərmanlardan qəbul etməmiş, onların satışını həyata keçirməmişdir. Təqsirləndirilən şəxs2 Tarmadol dərmanının satışı ilə məşğul olmasını bilmiş, sadəcə dostu Kamil soruşduğu üçün o da bu barədə Elşəndən soruşmuşdur. Təqsirləndirilən şəxs1 tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin heç birini tanımamışdır. Eləcə də Təqsirləndirilən şəxs1 tanımır və özünə məxsus ********** saylı mobil telefon nömrəsi ilə heç vaxt Təqsirləndirilən şəxs1 adlı qadının istifadəsində olan mobil telefon nömrəsinə mesaj yazmamışdır. Belə bir adamı ümumiyyətlə tanımamışdır. 15 dekabr 2019-cu il tarixdə onun mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə göndərilmiş mesajdan onun məlumatı yoxdur. Ola bilsin ki, hansısa tanışı və ya dostu onun telefonundan istifadə edərək həmin nömrəyə mesaj yazmışdır. Təqsirləndirilən şəxs2 tanımır. Elan olunmuş cinayət işinin 3-cü cild 16-cı vərəqəsində olan ifadəsinə əsasən Şahid16 bildirmişdir ki, elan olunmuş ifadəsində onun istifadə etdiyi ********** saylı mobil telefon nömrəsindən 15 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon nömrəsinə göndərilmiş «bawiva donerem mawinnanam xeber ele kecim goturum bir list 12 manatim var» məzmunlu mesajı, 15 dekabr 2019-cu il tarixdə saat 22:14-də onun istifadəsində olan ********** saylı telefonundan Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon nömrəsinə göndərilmiş «mennen ehtiyat eliye eliye gotuwursen got kimi dawdan goturem yeni men narkaman deyilemde kayf eliyenem menim xvostum dalimda it olmur nede iwveren deyilem mennen cekinib elemede arada pulunnan arada pay derman istiyirem mennen sene ziyan gelmez» mesajını yazmağını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o, Bakı X6 işləyir. Bakı X6 gətirilmiş Şahid8 üzərindən aşkar edilən tramadol dərman preparatlarını ona satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 10 iyun 2020-ci il tarixdə saat 03:30-da əməliyyat müvəkkilləri Şahid21 və Vüsal Əliyev tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Dəvət olunmuş hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş hər hansı bir əşyanın olubolmaması soruşulmuşdur. Miravrinin üzərindən hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Lakin, Mirvarinin çantasına şəxsi axtarış keçirilərkən əl çantasının içərisindən üzərində “tramadol 225 mq”, “tramadol 50 mq” və “paden-300” yazıları olan həblər şəklində olan çoxlu sayda dərman preparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus çantanın içərisindən həmçinin sonuncuya məxsus 02 ədəd mobil telefon və kiçik dəftərçə də aşkar edilərək götürülüb, qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışda iştirak etmiş, ifadəsində göstərdiyi dərman preparatları Mirvarinin çantasından aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, o, Bakı Şəhər Baş Polis İdarəsinin Bakı X6 əməliyyat müvəkkili işləyir. Bakı Metropolitenində Polis Şöbəsinə gətirilmiş Şahid8 üzərindən aşkar edilən tramadol tərkibli güclü təsir edən dərman preparatlarını ona satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 10 iyun 2020-ci il tarixdə saat 03:30-da Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanın qarşısında onun və Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Əliyev tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilərək istintaq qrupuna təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsində şəxsən iştirak etməmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən mənzilində axtarış istintaq hərəkəti keçirilmişdir. Yataq otağında yerləşən dolabın içərisindən tramadol tərkibli, məhlul halında dərman preparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddələrin hamısını Təqsirləndirilən şəxs2 adlı aptek müdirindən reseptsiz aldığını bildirmişdir. Buna görə də 10 iyun 2020-ci il tarixdə o, Elşən Məməmədlinin işlədiyi, Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi 1 ünvanında yerləşən “xxxx” aptekinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 orada olmadığı üçün o, özünə məxsus mobil telefon nömrəsini aptekdə işləyən adını bilmədiyi qıza verərək Elşənin ona zəng etməsini xahiş etmişdir. 11 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng etmiş və onun xahişi ilə Təqsirləndirilən şəxs2 polis şöbəsinə özü gəlmişdir. Elşəni qəbul edərək şifahi sorğu-sual etməklə şəxsiyyətini müəyyən etmiş, Təqsirləndirilən şəxs1 tanıyıb-tanımamasını, aralarında hansı əlaqələrin olmasını, Təqsirləndirilən şəxs1 tramadol tərkibli dərman satıbsatmamasını soruşmuşdur. Elşən polis şöbəsinə gələrkən şifahi olaraq ona etiraf etmişdir ki, Mirvariyə tramadol tərkibli dərmanlardan satmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs2 barəsində istintaq hərəkətlərinin keçirilməsi üçün müstəntiq Rəşad Məmmədova yönləndirmişdir. Cinayət işinin 1-ci cild 98-102-ci vərəqələrində olan və elan olunmuş axtarış və baxışın keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən Şahid21 bildirmişdir ki, elan olunmuş protokolu təsdiq edir, protokolda olan imza onundur. Protokolda göstərilən dərman preparatları təqsirləndirilən şəxsin yaşadığı mənzildə aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, o, 20 ildir ki, Respublika Travmatologiya və Ortopediya İnstitutunda həkim travmatoloq kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs1 və onun anası X13 şəxsən tanımamışdır. Mirvari və ya Hənifənin nə vaxtsa onun yanına xəstə qismində gəlib-getmələrini istisna etmir. Çünki gün ərzində çoxlu sayda xəstələri qəbul edir. Lakin, Hənifə Qaçayevanın müalicəsi ilə o, məşğul olmamış və müalicə ilə əlaqədar güclü təsir edən dərman vasitələrinin alışına icazə verən resept yazmamışdır. Əgər bunu etmiş olsaydı bu barədə xəstəxana tərəfindən müvafiq qeydiyyat aparılarmış. Xəstəxana tərəfindən ona verilmiş məlumata görə Hənifə Qaçayeva ad soyadlı xəstə sağ bud çanaq nahiyəsinin əzilməsi diaqnozu ilə tibb müəssisəsinə müraciət etmiş və müayinə edilərək evə buraxılmışdır. Hənifə Qaçayevanın müayinəsi ilə həkimlər Ş.Əkbərov və Q.Kərimov məşğul olmuşlar. Sağ bud çanaq nahiyəsinin əzilməsi diaqnozuna görə xəstəxanada tramadol tərkibli dərman yazıla bilməz, habelə həmin reseptlərə müdiriyyət tərəfindən möhür vurulması mümkün deyil. O, Təqsirləndirilən şəxs1 resept yazmamışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 təxminən 2-3 ildir ki tanıyır. O, ünvan 7 ünvanda yerləşən “Zeytun 564” adlı aptekdə kassir işləmişdir. Təqsirləndirilən şəxs2 dəfələrlə onun işlədiyi aptekin müdiri Şahid25 yanına gəlib-getmişdir. Fəxriyə xanımın aptek işində təcrübəsi az olduğu üçün Təqsirləndirilən şəxs2 Fəxriyə xanıma köməklik edərək, satış və digər işlərin təşkili qaydasını öyrətmişdir. Təqsirləndirilən şəxs2 həbs edilməsi barədə işçilərdən məlumat aldıqdan sonra bilmişdir ki, Təqsirləndirilən şəxs2 güclü təsir edən dərmanların qanunsuz satışı ilə məşğul olmuşdur. Həmin vaxta qədər onun Elşənin tramadol satışını həyata keçirməsindən məlumatı olmamışdır. O, Eşəndən heç vaxt tramadol dərmanı almamış, həmin dərmanları sifariş etməmişdir. İstifadəsində olan mobil nömrənin «whatsapp» mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəsinə mesajları olmuş, belə ki, o, Elşəndən tramadol dərmanı barədə soruşmuşdur. Lakin, həmin dərmanı almamış və başqa adamlara satmamışdır. Ondan hazırda xatırlamadığı şəxslər tramadol dərmanı istəmişlər. O da bu səbəbdən Elşəndən soraqlaşmışdır. O, Elşəndən nə vaxtsa istənilən dərmanı soruşan zaman Elşən Elnur adlı şəxsdən maraqlanıb nəticəsini deyəcəyini bildirmişdir. Elnur adlı şəxsin kim olmasını o, bilməmiş, həmin şəxsi tanımamışdır. Bəzi hallarda Təqsirləndirilən şəxs2 ilə aralarında tramadol dərmanının alış-verişi ilə bağlı yazışmaları olmuş, kimsə həmin dərman barəsində soruşmuş, o da həmin adamı Elşənin yanına göndərmişdir. Təqsirləndirilən şəxs2 içərisində çoxlu sayda xırda bükümlər olan qutunun iç hissəsinin fotosunu onun istifadəsində olan mobil nömrəyə göndərmişdir. Tramadol dərmanlarının şəklini internet resurslarında gördüyü üçün tanıdığını Elşənə bildirmişdir. Sadəcə Elşənlə aralarında yazışmalar olmuş, faktiiki olaraq o, heç vaxt Elşəndən Tramadol dərmanı almamışdır. Təqsirləndirilən şəxs1 tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanda yerləşən “xxxx” adlı aptekdə texniki işçi kimi fəaliyyət göstərmişdir. O aptekdə həm təmizlik, səliqə-səhman işinə baxmışa həm də işıq sistemi, komputerlərlə bağlı nasazlıqlara nəzarət etmişdir. Bəzən isə xahişləri nəzərə alaraq yaxın ünvanlarda yaşayan müştərilərə dərman preparatlarının çatdırılmasını həyata keçirmişdir. Dərman preparatının çatdırılması isə onun işinə aid olmamışdır. Sadəcə tanışlıq və xahiş xətrinə bunu etmişdir. Əczaçı olmadığı üçün aptekdə satılan dərmanların adlarına uyğun hansı təyinatla istifadə olunması barədə məlumatı olmamışdır. Ona ümumiyyətlə maraqlı olmadığı üçün öyrənməyə də çalışmamışdır. Təqsirləndirilən şəxs2 tanımış, Təqsirləndirilən şəxs2 işlədiyi aptekin müdiri Şahid25 yanına gəlib-getmiş, aptek işlərində Fəxriyyə xanıma köməklik etmişdir. Elşənlə yaxın münasibətləri olmamışdır. Bildiyi qədər Təqsirləndirilən şəxs2 “xxxx” adlı aptek işlətmişdir. O, Təqsirləndirilən şəxs2 və ya digər bir şəxsin tapşırığı, xahişi, göstərişi ilə güclü təsir edən dərman preparatının hər-hansı ünvana çatıdırılmasını həyata keçirməmişdir. Təqsirləndirilən şəxs1 tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə gətirilmiş Şahid8 üzərindən aşkar edilən tramadol tərkibli güclü təsir edən dərman preparatlarını ona satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 10 iyun 2020-ci il tarixdə saat 03:30-da Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanın qarşısında onun və Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid21 tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilərək istintaq qrupuna təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs1 üzərində elə bir maddənin olmamasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan geyim əşyalarında hər-hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 əlində saxladığı əl çantasında şəxsi axtarış keçirilərkən çantanın içərisindən üzərində “tramadol 225 mq”, “tramadol 50 mq” və “paden- 300” yazıları qeyd edilməklə həblər şəklində olan çoxlu sayda dərman preparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus çantanın içərisindən həmçinin sonuncuya məxsus 02 ədəd mobil telefon və kiçik dəftərçə də aşkar edilərək götürülüb, qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəifndən imzalanmışdır. Təqsirləndirilən şəxs2 şöbəyə dəvət etmişlər. Elşəni şöbədə görmüşdür. Təqsirləndirilən şəxs1 mənzilində o, olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Tibb Universitetinin əczaçılıq fakültəsini bitirmiş, «Biologiya elmləri namizədi» elmi dərəcəsi var. 21 ildir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Rəhbərlik etdiyi MMC-nin cəmi iki filial apteki var. Onlardan biri ünvan 9 ünvanında yerləşir. Həmin filialın yaxınlığında «xxxx» də fəaliyyət göstərmişdir. MMC-nin ikinci filialı isə Bakı şəhəri, Nərimanov rayonu, H.Hidayətzadə küçəsində yerləşir. O, arasıra vaxt etdikcə həmin apteklərə gedir və orada qurulan fəaliyyətə nəzarət edir. Təqsirləndirilən şəxs1 şəxsən tanımamışdır. Onun tabeçiliyində olan apteklərdə həm psixotrop, həm də güclü təsir edən dərmanların dövlət orqanları tərəfindən verilmiş xüsusi lisenziya və icazə əsasında qanuni pərakəndə satışı həyata keçirilmişdir. Aptekin ümumilikdə fəaliyyət göstərməsi üçün xüsusi lisenziyanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, psixotrop və güclü təsir edən dərmanların pərakəndə satışının həyata keçirilməsi üçün xüsusi icazəni isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi vermişdir. Ona görə də müvafiq tibbi resepti təqdim etməklə aptekdən qeyd edilən sənədlə müəyyən edilmiş miqdarda güclü təsir edən dərmanları almaq mümkündür. Ona məxsus apteklərdə Çexiya və Macarıstan istehsallı olmaqla yalnız 50 milliqram tramadol tərkibli, habelə Türkiyə istehsallı olmaqla yalnız 75 və 150 mq preqabalin tərkibli dərman satılmışdır. Aptekdə satışda olan tramadol və preqabalin tərkibli dərmanlar əsasən «xxxx» və «Zeytun» adlı dərman depolarından alınmışdır. Aptekə gələn müştərilər xüsusi resepti təqdim etdikdən sonra həmin resept sənədi götürülür və kserosurəti çıxarılaraq müştəriyə qaytarılır. Reseptin əsli isə 1 il müddətində əsas ofisdə saxlanılmaqla 1 ildən sonra isə xüsusi resept sənədləri məhv edilir. Ona məxsus apteklər hər zaman xüsusi lisenziya və icazə əsasında qanuni fəaliyyət göstərir. Həmin lisenziya və icazə sənədləri müəyyən müddətlər ərzində yenilənir. Təqsirləndirilən şəxs1 ona məxsus aptekdən tramadol tərkibli dərman almasını o, istisna etmir. Əgər həqiqətən də Mirvaridə tramadol tərkibli dərmanların istehlakına icazə verən xüsusi resept olmuşdursa, qeyd edilən dərmanlar onun apteki tərəfindən 30.09.2019-cu il tarixdən etibarən satıla bilərmiş. Aptekə həmin tarixdə xüsusi icazə verilmişdir. O, özü şəxsən heç vaxt aptekdə bilavasitə satışı həyata keçirməmişdir. Bunun üçün aptekdə işləyən əczaçılar var. Xüsusi resept olmadan «Tramadol» dərmanının satışı mümkün deyil. O, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs1 tanımır. O, dərmanların satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs1 da dərman satmamışdır. Reseptin 15 gün müddəti var. Reseptlə 15 gün müddətində «Tramadol» dərmanını almaq olar, 15 gün keçdikdən sonra həmin resept qüvvəsini itirir. Yeni resept almaq lazım olur. Reseptin əsli aptekdə saxlanılır, surəti isə müştəriyə verilir. Reseptin surəti ilə «Tramadol» dərmanı almaq olmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, ona məxsus olan Yasamal rayonu, H.ünvan 10 ünvanındakı evini 27 may 2020-ci il tarixdə aylıq kirayə haqqı 400 manat olmaqla razılaşıb kirayə yaşaması üçün Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Təqsirləndirilən şəxs1 evi kirayə olaraq təhvil alan zaman özünü müəllimə kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 ilə onun yaxın tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə qəbul etdiyini, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qanunsuz olaraq alqı-satqısı ilə məşğul olması ilə bağlı heç bir məlumatı olmamışdır. Mirvarinin yaxın ətrafında da heç kimi tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən 2019-cu ilin avqust ayınadək «xxxx» MMC dərman şirkətində satış meneceri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs2 ilə də məhz həmin şirkətdə işləyərkən tanış olmuşdur. Aralarında normal səmimi işgüzar münasibətlər olmuşdur. 2019-cu ilin avqust ayında isə özü oradan çıxıb «xxxx» MMC-də antibakterial məmulatların satışını həyata keçirməyə başlamışdır. Endirim etdiyi üçün o, Elşənin işlədiyi «xxxx» adlı aptekdən dəfələrlə qohumlarına, ailə üzvlərinə dərman almışdır. Başqa növ dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış dərmanı Elşəndən heç vaxt almamışdır. O, ümumiyyətlə «tramadol» adlı dərmanın yalnız adını eşitmiş, nə üçün olmasını, nə məqsədlə isitifadə olunmasını bilməmişdir. Elşəndən heç vaxt elə bir dərman almamışdır. İstifadəsində olan telefon nömrəsinin «whatsapp» mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsi arasında «tramadol» tərkibli dərmanların mütəmadi qanunsuz dövriyyəsi, müxtəlif müştərilərə satılmasının qeyd edilməsi, satış qiymətlərinin müəyyən edilməsi ilə bağlı yazışmaları olmuşdur. Bu yazışmalar Elşənlə onun arasında zarafatla olmuşdur. Təqsirləndirilən şəxs2 ilə aralarındakı olan mesajlarda bir neçə dəfə «tramadol» və yazışmalarda adı “ciko” kimi göstərilən vasitələrlə bağlı yazışmalarda «keçən dəfəkindən», «sən aldığından», «keçən dəfə neçəyə dedim yadımda deyil», «keçən dəfə 5-ə verdik» «camaat ciko tramadol istəyir», «mən neçəyə deyim» kimi danışıqlar da Təqsirləndirilən şəxs2 ilə aralarında olan zarafatlar olmuşdur. O, heç vaxt Elşənlə «tramadol» və ya digər qadağan olunmuş maddələrin alışını və satışını həyata keçirməmişdir. Elan olunmuş Təqsirləndirilən şəxs2 ilə Şahid12 arasında baş vermiş telefon danışıqlarına əsasən Şahid12 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə 29 iyul 2018-ci il tarixdə saat 12:54-də, 16 yanvar 2019-cu il tarixdə saat 19:51-də, 06 fevral 2019-cu il tarixdə saat 17:52-də, 08 aprel 2019-cu il tarixdə saat 16:59-da olan telefon yazışmaları olmuş, həmin danışıqlarda «Tramadol» dərmanı barəsində danışıqlar bir zarafat olmuşdur. Onun telefonundan ondan başqa heç kəs istifadə etmir. Məhkəmə iclsında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. O, ünvan 7 ünvanda yerləşən “xxxx” aptekinin içərisində, optika şöbəsində satıcı işləyir. İşlədiyi aptekin müdiri Şahid25 olsa da, optika şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 olmuşdur. 2020-ci ilin iyun ayında o, Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamaq üçün bir neçə dəfə Elşənin istifadəsində olan telefona zəng etmişdir. Öz işlədiyi aptekdə işləyən işçilərdən məlumat almışdır ki, Təqsirləndirilən şəxs2 reseptsiz dərman satdığına görə həbs edilmişdir. O, həmin vaxt bilmişdir ki, Təqsirləndirilən şəxs2 güclü təsir edən dərmanları müvafiq tibbi resept olmadan satmışdır. O, özü şəxsən Elşəndən «tramadol» və ya digər güclü təsir edən dərman almamışdır. X11 onkoloji xəstə olduğu üçün müvafiq həkim resepti əsasında nənəsinə güclü təsir edən ağrıkəsicilər verməli olmuşlar. Lakin Salyan şəhərində yaşayan nənəsinə dərmanların dövlət tərəfindən verilməsi gecikdirilmişdir. Nənəsində isə şiddətli ağrılarla bağlı Təqsirləndirilən şəxs2 mesaj yazaraq «tramadol» tərkibli dərman barədə soraqlaşmış, lakin, o, həmin dərmanı alası olmamışdır. Belə ki, lazımi dərmanlar dövlət tərəfindən artıq nənəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə hadisədən təxminən 7-8 ay öncə tanış olmuşdur. Söhbət əsasında bilmişdir ki, Təqsirləndirilən şəxs1 «tramadol» dərman preparatının satışı ilə məşğuldur. Təxminən 2019-cu ilin noyabr ayının sonunda ilk dəfə Mirvari ilə “Qış Parkı” adlanan yerdə görüşüb 2 list «tramadol» dərman preparatını, hər listinə 12 manat Mirvariyə ödəməklə almışdır. O, həmin dərmanı qəbul edib bitirdikdən sonra Mirvari ilə “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb hər dəfə görüşərək eyni qaydada 2 list «tramadol» dərman preparatını almışdır. 2 list «tramadol» dərman preparatını təxminən 10-11 gün ərzində qəbul etməyinə bəs etmişdir. Ay ərzində 2-3 dəfə Mirvari ilə Bakı şəhərində, müxtəlif ünvanlarda görüşüb Mirvaridən dərman almışdır. Sonuncu dəfə 06 iyun 2020-ci il tarixdə metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı küçədə “Bizim Market”in yanında Mirvari ilə görüşüb karantin qaydalarının tətbiqi ilə əlaqədar ehtiyatına görə çox miqdarda 8 list «tramadol» dərman preparatını 50 manat pul ödəməklə alıb üzərimdə saxlamışdır. 08 iyun 2020-ci il tarixdə saat 17:15 radələrində “28 May” stansiyasında metroya daxil olarkən qoruyucu maskasını çənə nahiyəsində saxladığı üçün bir nəfər polis əməkdaşı ona yaxınlaşıb maskadan qaydalara uyğun istifadə etməyini bildirmişdir. O, əli ilə qoruyucu maskanı sifət nahiyəsində düzəldən zaman həmin vaxt əynindəki köynək qalxmış və polis əməkdaşı qayışının altında saxladığı qara rəngli bıçağı görmüş və bıçağı təqdim etməyini bildirmişdir. O, bıçağı çıxarıb polis əməkdaşına təqdim etmişdir. Bundan sonra polis əməkdaşının təklifi ilə Bakı Metropolitenində Polis Şöbəsinə könüllü olaraq gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində üzərinə baxış keçirilmiş və 8 list «tramadol» dərman preparatı əynində olan şalvarın cibindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. O, polis əməkdaşlarına dərmanları öz şəxsi istifadəsi üçün üzərində saxladığını səmimi etiraf etmişdir. O, Təqsirləndirilən şəxs1 ilə əsasən həmin ərəfədə istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin «vatsap» mobil tətbiqi vasitəsi ilə əlaqə yaradıb görüşmüşdür. O, «tramadol» dərman preparatının qanunsuz satışı ilə məşğul olmamış, Mirvaridən aldığı həmin dərmanı sakitləşdirici kimi özü qəbul etmişdir. Təqsirləndirilən şəxs1 «tramadol» dərman preparatını ondan başqa kiməsə satıb-satmaması ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri o, tanımır. Təxminən 2-3 il əvvəl “Nurlan” mətbəəsində işləyərkən oranın rəhbəri İsmayıl müəllim onun adına Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi 1-də “Məsumə” mağazasını icarəyə götürmüşdür. O, heç vaxt həmin mağazanı işlətməmişdir. İsmayıl müəllimin xahişi ilə həmin mağaza onun adına icarəyə götürülmüşdür. Obyekti icarəyə verən şəxsin kim olmasını bilmir. Həmin yeri də kimin aptek icarəyə götürüb işlətməsi barədə məlumatı yoxdur. O, aptek icarəyə götürməmişdir. Eşitdiyinə görə həmin ünvanda, yəni, ünvan 12 Şahid27 Rəhim oğlu adlı şəxsə Rivayə Əhmədovanın əri X26 icarəyə vermişdir. Rivayə Əhmədova adlı şəxsi tanımır. Həmin obyektin kimə məxsus olmasını bilməmişdir. Onunla “Məsumə” mağazasının icarə müqaviləsini kimin bağlamasını hazırda xatırlamır. Elan olunmuş cinayət işinin 1-ci cild 198-ci vərəqəsində olan 20.05.2016-cı il tarixli icarə müqaviləsinə əsasən şahid Rövşən Əliyev bildirmişdir ki, ona təqdim olunmuş icarə müqaviləsində olan imza onundur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 2014-cü ildən tanıyır. Təqsirləndirilən şəxs2 həmin vaxtlar «xxxx» dərman şirkətində işləmişdir. O da dərman preparatlarının marketinqi sahəsində işləmişdir. Sonra Təqsirləndirilən şəxs2 «xxxx» aptekini işlətməyə başlamışdır. Elşənlə aralarında işgüzar və dostluq münasibətləri olmuşdur. Elşənlə telefon yazışmaları olmuşdur. Təqsirləndirilən şəxs2 işlədiyi «xxxx» aptekinin rəhbərinin kim olmasını bilmir. Təqsirləndirilən şəxs2 «Tramadol» dərmanı satmasından onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 Tramadol dərmanını kimdən almasını bilmir. Bu barədə məlumatı yoxdur. Elan olunmuş cinayət işinin 2-ci cildin179-181 vərəqəsində olan şahidin ifadəsində olan yazışmalara əsasən Fəxriyyə Osmanova bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə aralarında “ot” movzusunda yazışma olmuşdur. Mesajlardakı «travka» (ot) movzusundakı söhbət Elşənlə arasında zarafat olmuşdur. “Travka” sözünü dedikdə guya hansısa narkotik bitki nəzərdə tutmuşlar. Lakin bu bir zarafat olmuşdur. O, heç vaxt nə tək, nə də Elşənlə birlikdə narkotik vasitə, və ya digər uyuşdurucu maddələrdən istifadə etməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanımır. Rivayə Əhmədova onun həyat yoldaşıdır. Şıxəli Qurbanov küçəsi 1-də 1-ci mərtəbədə yerləşən 150 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi həyat yoldaşı Rivayə Əhmədovanın adınadır. Həmin obyekti təxminən 5 il əvvəl etibarnamə ilə o, “xxxx” aptekə və “Məsumə” mağazasına icarəyə vermişdir. “xxxx” aptekin icarə müqaviləsi 2016-cı ildə Şahid27 ilə bağlanmışdır. Şahid27 aptek işlədəcəyini demişdir. Aylıq icarə haqqı 1000 manata müqavilə bağlanmışdır. Hal-hazıra qədər də aptek işləyir. Şahid27 ilə heç bir əlaqəsi yoxdur, telefon nömrəsi ***-***-**-**-dir. Vergini apteki icarəyə götürən verir. Aptekin müdirinin kim olduğunu bilmir. Elşənin aptekdə işləməsini və «tramadol» tərkibli dərmanlar satmasını bilmir. Hər ayın sonu icarə haqqını kim olsa göndərir gedib aptekdən götürür. Bəzi vaxtlar sürücüsü Rüfəti də göndərmişdir. Aptekdə icarə pulunu göndərdiyi adama kimin verməsini bilmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 “xxxx” dərman şirkətində işlədiyi dövrdən tanıyır. Təqsirləndirilən şəxs2 həbs olunanadək Elşənlə münasibəti olmuşdur. Həm də o da Şəki rayonundandır, bir həmyerli kimi də münasibətləri yaxşı olmuşdur. «Slaveniya» şirkəti onlara dərmanlar, iynələr göndərir. Tramadol dərmanları birbaşa depolara verilir. Depolar özləri də dərman sata bilirlər. Depolar birbaşa özləri xaricə dərman sifariş edə bilirlər. Elşənin aptekdə işləməsini bilmiş, lakin lisenziyasının olub-olmamasını o, bilməmişdir. O, heç vaxt Tramadol dərman preparatının satışı ilə məşğul olmamış, buna onun icazəsi də olmamışdır. Ona hər hansı bir aptek zəng edib dərmanla bağlı maraqlandıqda, o, bu barədə məlumat verə bilər. Onun Elşənlə psixotrop tərkibli dərmanların satışı ilə bağlı danışıqları olmamışdır. Depolar birbaşa özləri xaricə dərman sifariş edə bilirlər. Depoların icazəsi olmasa həmin dərmanları gömrükdən keçirə bilməzlər. Onun bütün depolarla əlaqələri var. Onun **-RC-*** qeydiyyat nömrəli avtomobili var. Həmin avtomobildə dərman preparatları gəzdirməmiş və həmin dərmanları heç kimə təklif etməmişdir. Elan olunmuş cinayət işinin 3-cü cild 252-254-cü vərəqələrində olan Təqsirləndirilən şəxs2 ilə Şahid28 arasında olan danışıqlara əsasən Şahid28 bildirmişdir ki, onun Təqsirləndirilən şəxs2 ilə “Vatsap” danışıqları olmuşdur. Elan olunmuş danışıqlarda Tramadol dərmanı barədə danışsalar da, o, Elşənə həmin dərmanları verməmişdir. Onun maşınında 180 qutu tramadolun olması barədə danışığı olmamışdır. O, maşınında Tramadol dərmanı gəzdirməmişdir. Tramadol barədə Elşənlə danışıqları olsa da, o, Elşənə heç vaxt həmin dərmanları satmamışdır. Təxminən 2021-ci ilin fevral ayında ona 27-ci Polis Bölməsindən zəng edib dəvət etmişlər. X43 bu işlə bağlı dindirmiş və o, ifadə vermiş, ifadəsini də imzalamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, münasibətiləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 ondan xahiş etmişdir ki, bir yer var, həmin yeri onun adına icarəyə götürsün. Həmin yerdə Elşən aptek işlədəcəyini demiş və bildirmişdir ki, onun adına icarə müqaviləsi bağlandığı halda ona hər ay 300 manat pul verəcək. O da razı olmuş və həmin yerə dair onunla icarə müqaviləsi bağlanmışdır. Təqsirləndirilən şəxs2 həmin obyektdə aptek işlətmişdir. O, Rivayə adlı xanımı tanımır. Onunla həmin obyektə dair icarə müqaviləsini Vahid adlı şəxs bağlamışdır. Sənədlə o, həmin aptekin təsisçisi və direktoru olmuş, lakin orada Elşən işləmişdir. Vergi məsələləri ilə və digər məsələlərdən onun məlumatı olmamışdır. Onun yalnız sənəddə adı olmuş, digər məsələlərlə Elşən özü məşğul olmuşdur. Elşən cəmi 3 ay hər ay 300 manat pul vermişdir. Onunla əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid22 ifadəsindən görünür ki, 10 iyun 2020-ci il tarixdə saat 04 radələrində iş yerində, gecə növbəsində olan zaman Bakı Metroplitenində Polis şöbəsinin əməkdaşı ona yaxınlaşaraq bildirmişdir ki, onlar tərəfindən şübhəli olan şəxs saxlanılmış və həmin şəxsin üzərində axtarış aparılması üçün hal şahidinin iştirakı lazımdır. O həmin polis işçisinə etiraz etməmiş və birlikdə polis şöbəsinə daxil olaraq xidməti otaqların birinə girmişdir. Otaqda ona şübhəli şəxsi göstərmişlər. Həmin vaxt otaqda şübhəli şəxs olan qadının yanında ona, müdafiəçi kimi təqdim olunan bir şəxs də olmuşdur. Sonra otağa daha bir nəfər, ona digər hal şahidi kimi təqdim olunan qadın da daxil olmuşdur. Bundan sonra şübhəli şəxsə təklif edilmişdir ki, üstündə hər-hansı əşya vardırsa çıxarıb qarşısında olan masanın üstünə qoysun. Adını orada bildiyi Təqsirləndirilən şəxs1 üzərində elə bir maddənin olmamasını bildirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış keçirilməyə başlanmış, üstündə keçirilən şəxsi axtarış zamanı əynində olan geyim əşyalarında hər-hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı əl çantasında şəxsi axtarış keçirilərkən isə içərisindən üzərində “tramadol 225 mq”, “tramadol 50 mq” və “paden-300” yazıları qeyd edilməklə həblər şəklində olan çoxlu sayda dərman preparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus çantanın içərisindən həmçinin ona məxsus 02 ədəd mobil telefon və kiçik dəftərçə də aşkar edilmiş və polis işçiləri tərəfindən götürülmüşdür. Aşkar olunan bütün əşya və maddələri polis işçisi iştirakçılara göstərmiş, sonra isə həb halında olan dərmanlar qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və o da həmin protokolun doğruluğuna imza etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid23 ifadəsindən görünür ki, sonuncu Şahid22 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid18 ifadəsindən görünür ki, sonuncu məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 Yusif oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, narkotik vasitələrdən istifadə etməsə də 2017-ci sentyabr ayından güclü təsir edən maddə, «tramadol» dərman preparatını mütəmadi olaraq qəbul etməyə başlamışdır. Psixi xəstəliklər keçirmədiyindən bununla bağlı heç bir xəstəxanaya müraciət etməmişdir. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, söhbət əsnasında bilmişdir ki, Mirvari «tramadol» dərman preparatının satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 ilə tanış olduqdan sonra ayda 2-3 dəfə sonuncudan «tramadol» dərman preparatını almışdır. İlk dəfə 2020-ci ilin may ayının ortalarında metronun “İnşaatçılar” stansiyası yaxınlığında Mirvari ilə görüşüb 1 list güclü təsir edən maddə «tramadol» dərman preparatının 1 listinə görə 12 manat pulu Mirvarinin şəxsən özünə ödəməklə almışdır. Özü həmin dərmanı qəbul edib bitirdikdən sonra Mirvari ilə “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb 2020-ci ilin may ayının sonlarında metronun “İnşaatçılar” stansiyasında görüşüb yenə də 1 listi 12 manata Mirvaridən almışdır. 1 list «tramadol» dərman preparatı təxminən 5-6 gün onun qəbul etməsinə bəs etmişdir. Sonuncu dəfə 03 iyun 2020-ci il tarixdə Mirvarinin yaşadığı “Qələbə” dairəsi adlanan yerin yaxınlığında 12 manat ödəməklə 1 list dərman almışdır. O özü «tramadol» dərman preparatının qanunsuz satışı ilə məşğul olmamış, aldığı həmin dərmanı sakitləşdirici kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs1 «tramadol» dərman preparatını ondan başqa kimlərəsə satdığının şahidi olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 21-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 iyun 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 8 iyun 2020-ci il tarixdə Bakı X5 təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Şahin Əliyev tərəfindən Şahid8 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və Şahid8 əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən 8 (səkkiz) ədəd zavod üsulu ilə qablaşdırma əlamətlərinə malik olan üzərində “Tramadol Hydrohloride 225 mg” yazısı olan konvalyutda ümumilikdə 80 (səksən) ədəd dairəvi həblərdən ibarət dərman preparatları aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cild 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 iyun 2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şahid8 sidiyi tədqiq edilərək «tramadol» qəbulu əlamətləri aşkarlandı. Cinayət işinin 1-ci cild 36-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2020-ci il tarixli 6/1029 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki zavod üsulu ilə qablaşdırılmış, üzərində “Royal-225 (X7 225)” yazısı olan 8 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, cəmi 80 ədəd üzərində, “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər – tramadol hidroxlorid tərkibli dərman preparatıdır. 80 ədəd həbdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 18 qr təşkil edir. (1 ədəd həbdə 0,225 qr tramadol hidroxlorid olmaqla). Tramadol hidroxlorid tərkibli dərman preparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxildir. Cinayət işinin 1-ci cild 70-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyun 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Bakı X5 İstintaq qrupunun baş müstəntiqi, polis mayoru Rəşad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 Rəşad qızının barəsində şəxsi axtarış və götürmə keçirilmiş və Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qara rəngli, üzərində “Victoria Secret” yazısı olan qadın əl çantasında şəxsi axtarış aparılarkən içərisindən hər konvalyutda 10 (on) ədəd həb olmaqla ümumilikdə 90 (doxsan) ədəd konvalyutda, üzərində “Tramadol Hydrochloride 225 mg” yazısı həkk edilmiş, cəmi 900 (doqquz yüz) ədəd qırmızı rəngli, dairəvi formalı həblər; hər konvalyutda 14 (on dörd) ədəd həb olmaqla ümumilikdə 4 (dörd) ədəd konvalyutda, üzərində “Paden-300” yazısı həkk edilmiş cəmi 56 (əlli altı) ədəd ağ və qəhvəyi rəngli kapsullar; üzərində “Taramadol 50 mg” yazısı həkk edilmiş, 18 (on səkkiz) ədəd ağ və göy rəngli kapsullar; bir ədəd qırmızı rəngli korpusu olan “İpro” markalı, sadə proqram təminatlı və bir ədəd qızılı rəngli korpusu olan, smartfon tipli «X40 Prime» markalı mobil telefon; bir ədəd mavi rəngli qeydiyyat dəftərçəsi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aşkar edilən həb və kapsula formasında olan dərmanlar güclü təsir edən dərmanlardır və onları tanışı, aptek müdiri olan “Elşən” adlı şəxsdən müvafiq resept olmadan satmaq və müştərək qaydada gəlir əldə etmək məqsədi ilə almışdır. Cinayət işinin 1-ci cild 98-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyun 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X10 müvəqqəti yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 13 ünvanda axtarış keçirilmiş və mənzilin yataq otağında, çarpayının sol tərəfində yerləşən əşya dolabının içindən 05 (beş) ədəd üzərində “Tramadol kalseks” yazısı olmaqla içərisində maye məhlulu olan ampullar aşkar edilərək, götürülmüşdür. Cinayət işinin 1-ci cild 109-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2020-ci il tarixli 6/1048 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...200120004 nömrəli cinayət işi üzrə” yazısı olan paketdəki, zavod üsulu ilə qablaşdırılmış, üzərində “Royal 225 (tramadol hydrochloride tabelts 225) 6 20” yazısı olan 90 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, cəmi 900 ədəd, üzərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər – tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 900 ədəd həbdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 202,5 qram təşkil edir (1 ədəd həbdə 0,225 qr tramadol hidroxlorid olmaqla); üzərində “Tramadol kalseks (tramadol hidroxlorid) 100 mq/2ml 06 2023” yazısı olan 5 ədəd ampulda şəffaf rəngsiz maye tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 5 ədəd ampuldan ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 0,5 qr təşkil edir (1 ampulda 0,1 qr tramadol hidroxlorid olmaqla); üzərində “Tramadol» 50 mq 05 18 do 052023” yazısı olan 2 ədəd konvalyutda, birində 10 ədəd, digərində isə 8 ədəd, ümumi 18 ədəd ağ-göy rəngli maddə tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 18 ədəd kapsuldan ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 0,9 qr təşkil edir (1 ədəd kapsulda 0,05 qr tramadol hidroxlorid olmaqla): üzərində “Paden – 300 (preqabalin) 08 20” yazısı olan 4 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumi 56 ədəd, üzərlərində “PGN 300” yazısı olan ağ-qəhvəyi rəngli kapsuldakı ağ rəngli maddə preqabalin tərkibli dərman preparatıdır və 56 ədəd kapsuldan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 16,8 qr təşkil edir (1 ədəd kapsulda 0,3 qr preqabalin olmaqla). Beləliklə, təqdim olunmuş tramadol hidroxloridin ümumi miqdarı 203,9 qramdır. «Tramadol hidroxlorid» tərkibli dərman preparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxildir. Cinayət işinin 1-ci cild 139-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyun 2020 ci il tarixli Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq vaxtı verdiyi ifadələrini bir daha təsdiq edərək, “Tramadol» tərkibli dərman preparatlarını şəxsən Təqsirləndirilən şəxs2 əldə etməsini bir daha göstərərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 1-ci cild 143-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyun 2021-ci il tarixli götürmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq özünə məxsus iki ədəd «Samsunq» markalı mobil telefon aparatlarını istintaq orqanına təqdim etmişdir. Cinayət işinin 1-ci cild 197-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əczaçılıq fəaliyyət idarəsi tərəfindən verilmiş 30 mart 2016-cı il tarixli, 088874 nömrəli, İN/L-808/2016 qeydiyyat nömrəli lisenziyasından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 1 nömrəli binanın 1-ci mərtəbə və yarımzirzəmisində fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə əczaçılıq fəaliyyəti, yəni dərman vasitələrinin pərakəndə satışını həyata keçirməyə icazə verilməsi əks olunmuşdur. Cinayət işinin 1-ci cild 198-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 may 2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, X23 ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X19 icarəyə vermişdir. Məhkəmə prosesində iş üzrə əlavə şahid qismində dindirilmiş X26 tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 14 yanvar 2016cı il tarixli icarə müqaviləsindən görünür ki, X23 ünvan 14 ünvanında yerləşən qeyriyaşayış sahəsini «xxxx» MMC-nin nümayəndəsi Şahid27 icarəyə vermişdir. Cinayət işinin 2-ci cild 26-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyul 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 2 (iki) ədəd mobil telefona və qeydiyyat dəftərçəsinə (blaknota) baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Çin Xalq Respublikasında istehsal edilmiş, **********550369, **********50377 imei şifrəli, qırmızı rəngli korpuslu, iki simkartlı olmaqla, üzərində iki ədəd «xxxx» MMC-yə aid mobil nömrə olan «İpro» markalı mobil telefonun sms mesajları qutusunda 7 (yeddi) ədəd göndərilən, 274 (iki yüz yetmiş dörd) ədəd daxil olan sms ismarıcları vardır. Mesajlar qutusunda Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərlə «Tramadol» tərkibli dərmanların açıq-aşkar alğı-satqısını aparmasına işarə edən sms ismarıcları aşkar edilmiş, onlardan 23 (iyirmi üç) ədəd mesaj istintaq əhəmiyyəti kəsb etdiyi üçün protokola əlavə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd üzlüyü mavi rəngli, səthində dəftərçənin sıxılıb kip hala yığılması üçün nəzərdə tutulmuş açıq mavi rəngdə rezin olan, 11sm x 8sm ölçüsündə, ümumilikdə riyazi qrafikalı 97 vərəqdən ibarət qeydiyyat dəftərçəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, dəftərçənin 3, 4, 5 və 6-cı səhifələrində göy rəngli qələmlərlə, əlyazma üsulu ilə müxtəlif adlar, rəqəmlər, riyazi hexxxxlamalar, ləqəblər, tarixlər, xüsusi qeydlər yazılmışdır. Qeyd edilən dəftərçədə «Nasti», «Aydın», «Rəsul», «Emil», «Nisə», «Fərid», «Nahid», «Nicat» adları, «Quska», «Datxa» və «Yado» kimi qeydə alınan ləqəblər, həmin adların qarşısında aparılan riyazi hexxxxlamalar (toplama, vurma riyazi əməliyyatları), əldə olunan nəticələr, borc kimi göstərilən, habelə alınan və verilən pul məbləğləri bəzən tarixlər üzrə göstərilmişdir. Baxış zamanı məlum olmuşdur ki, dəftərçənin 3-cü səhifəsinin birinci səthində adı «Anar» kimi qeyd edilən şəxsin adının qarşısında aparılan riyazi hexxxxlamalardan sonra «7(300) 2tr» kimi istintaq əhəmiyyətli qeyd aşkar edilmişdir. Dəftərçənin 4-cü səhifəsinin birinci səthində «Datxa» ləqəbi ilə qeyd edilən şəxsin qarşısında «10 borc 1 list – 300», «5 list tr», 4-cü səhifəsinin ikinci səthində yenidən «Datxa» ləqəbi ilə qeyd edilən şəxsin qarşısında «100 verdi» söz birləşməsi yazılsa da həmin yazının üzərindən xətt çəkilmiş, daha sonra «5tr» kimi yazı qeydə alınmışdır. Dəftərçənin 4-cü səhifəsinin ikinci səthində «Nicat» kimi qeyd edilən şəxsin adının qarşısında «9 list 9x13=117» qeydləri aparılmışdır. 5-ci vərəqin birinci səthində «Yado», «Rəsul» kimi qeyd edilən adların alt hissəsində «10 list 110 və 6 list – 50 = 60» qeydləri yazılmışdır. Dəftərçənin 6-cı səhifəsinin birinci səthində «Quska» kimi qeyd edilən ləqəbin qarşısında «3 list 225» yazısı yazılaraq üzərindən xətt çəkilmiş, ardınca «2 list 50L» yazısı, «Aydın» kimi qeyd edilən adın qarşısında «10 list», «Nicat» kimi qeyd edilən adı qarşısında «9 list» yazısı, 6-cı səhifənin ikinci səthində «05 iyun Datxa: 441 m» yazısının qeydiyyatı aparılmışdır. Cinayət işinin 2-ci cild 108-123-cü vərəqələlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 avqust 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 2 (iki) ədəd mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir k, üzərində bir ədəd «xxxx» MMC-yə aid +99455 505 10 12 saylı mobil nömrə olan «Samsung Galaxy S10+» markalı «SM-G975F» modelli mobil telefonun “whatsapp” mobil tətbiqində 540 (beş yüz qırx) nəfər nömrələri qeydə alınan və alınmayan istifadəçilərlə həm yazılı, həm də səsli mesajlarla söhbətlər aparılmışdır; Belə ki, «Ruslan KRKA» adı ilə qeydə alınmış +99455 269 99 98 saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış yazılı söhbət 29.07.2018-ci il saat 20:04-dən başlayaraq aşağıdakı məzmunda olmuşdur: Elşən: Abi zeytunda ne qeder tramadol qalib? Ruslan: Onu hele gelen hefte bilecem Elşən: Sorushsan xxxxah demezler? Kechen hefte ne qeder idi? Ruslan: Hec soruwmamiwam vallah xxxxde bilirem ki qurtarib. Getdiye o birde oktyabrda olacaq. İw qururuqe qaqaw biz Elşən: Abi zeytunda ne qeder idi? Ne qeder gelmishdi? Ruslan: 10000 idi. xxxx 30 min 07.09.2018-ci il saat 17:41-dən başlayaraq: Ruslan: Mende maşinda 180 qutu tramadol var. 3.32-den istemirsen? Elşən: İsteyecem ama 1-2 gune Ruslan: Verim bazar gunu pulunu goturum olar ele? 24.04.2019-cu il saat 19:05-dən başlayaraq: Elşən: Tr satirsan Ruslan: yox ewwi hardadu Elşən: 25.04.2019-cu il saat 00:26-dan başlayaraq: Ruslan: Bizim tr-da konkret problem yaranib Elnur uje getire bilmir Elşən: Hmm Chox pis Niye? Ruslan: Qanim it qanina donub ograwdi Deyir nezaret var dehwet Dunen doktoda qumrali gordum salamlawdiq ele bele Elşən: Ne deyir Qumral? Ruslan: Hec ne demir sadece...... Elşən: Sadece gozeldi? Ruslan: He vallah 17.09.2019-cu il saat 14:41-də Təqsirləndirilən şəxs2 Daxili İşlər Nazirliyi tərəfindən keçirilən kollegiya iclasında narkotik vasitələrin qanunsuz dövriyyəsinin, yayılmasının qarşısının alınması, internet üzərindən alğı-satqıların həyata keçirilməsi ilə mübarizənin gücləndirilməsi mövzusunda qaynarinfo.az sosial xəbər portalında dərc edilmiş məlumatın fotosunu Ruslana yollayaraq bunun ardınca qeyd edilən paylaşımla əlaqədar səsli mesaj göndərmiş və səsli mesajlarda aşağıdakı məzmunda danışıqlar olmuşdur: Elşən: Qardaş deyir axırıncı iclas sırf bununla bağlı keçirilib yəqin elə ona görə yığışılıb Elnurda. Ruslan: Həə onsuz da həmişə belə iclaslar keçirirlər Elnur da indi gətirib yenə ordadı, mən bu gün getdim yenə şey elədim, gətirdim. Nə bilim ee maksimum ehtiyatlı olmaq lazımdı. Allah axırını xeyir elesin. Bu ne deyir ki ee internet üzərindən nə bilim minternet. Prosto deyir təbliğat eliyin yoxsa neyniyin? Elşən: Sən öl bilmirəm nə deyir nə demir. Amma mənim adım deyir Kərim.....hamınızı öpərim Bundan başqa «Abbas xxxx» adı ilə qeydə alınmış +99451 *** ** ** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda danışıqlar olmuşdur: 03.07.2019-cu il saat 18:37-dən başlayaraq: Abbas: Mellim bugun ne vaxt gelesisen bu terefe men axsam gedirem tramadolu nece goturek sennen +99470 *** ** ** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış yazılı söhbət aşağıdakı məzmunda olmuşdur: 30.01.2019-cu il saat 12:37-dən başlayaraq: +99*** *** ** **: salam mellim mene 4 pacqa t lazimdi deyanet asaqi dusende goture bilermi??? Elşən: Salam Menim biznesime girirsen? +99*** *** ** **: yoo biznesin inkiafina fitva verirem Elşən: Okay Deyanet ashagiya dushende pul vein 2 qutuda dinamogen gotursun +99*** *** ** **: deyanet dusubdu asaqidadi sora goturerik 26.02.2019-cu il saat 20:47-dən başlayaraq: +99*** *** ** **: mellim hello Mene 2 pacqa tramadolicka lazimdi xxxxaha Elşən: Abican yoxdu +99*** *** ** **: mellim etme eleme men camata soz vermisem Elşən: Vallahi Satdim hamisini 5 manata almishdim +99*** *** ** **i: ikice pacqa isdiyirem baqaca zada bax kunce bucaqa dusmus olar Elşən: Menede lazimdi achigi +99*** *** ** **: sen elnur məllimnen bir elaqe yarat men xxxxah gedicem ora goturum 04.03.2019-ci il saat 12:54-dən başlayaraq: +99*** *** ** **: hello Mellim prolutan var??? Elşən: Neche dene tramadol? İndi yoxdu +99*** *** ** **: neceyedi??? qiymet cehetden munasibdirmi??? Elşən: 5 manat +99*** *** ** **: baha verirsenda 4 pacqa menimcin ayirginen Elşən: 7 aznden ayirdim +99*** *** ** **: sen lap kamal mellim kimi isdiyirsenki 5e baha didim 7ye qalxdi 01.04.2019-cu il saat 18:17-dən başlayaraq: +99*** *** ** **: mellim salam TRAMADOLDAN NE XEBER ??? Elşən: Ne qeder isteyirsen ? Vaxt ele gel gotur +99*** *** ** **: tamam goturecem xxxxah indi tekrm aptekde senin yolun dusse getirersen 08.04.2019-cu il saat 19:05-dən başlayaraq: +99*** *** ** **: hello brat bugun gelesisen bizi tereflere ??? gelsen maaa tro getir biriki pacqa zexmet olmasa Elşən: Salam qaqa? xxxxah hell elesek olar? +99*** *** ** **: he problem doli didim birden yolun duser dedim asaqida varda yeqinki xxxxah ozum goturerem Elşən: ele ashagida yoxdu deye deyirem +99*** *** ** **: naaracux bes? musderiye soz vermisem 18.04.2019-cu il saat 16:08-dən başlayaraq: +99*** *** ** **: Salam mellim tramadol var asasqida ??? Elşən: Salam aleykum Var abi +99*** *** ** **: he deyaneti gonderirem 6 pacqa gotursun?? Elşən: 6 ? 19.05.2019-cu il saat 18:43-dən başlayaraq: Təqsirləndirilən şəxs2 içərisində çoxlu sayda xırda bükümlər olan qutunun içərisinin fotosunu +99470 *** ** ** saylı mobil nömrənin istifadəçisinə yollayır və ardınca aşağıdakı məzmunda söhbət davam etmişdir: Elşən: Sence bu nedi? +99*** *** ** **: tramadol Elşən: Oxshuyurki? +99*** *** ** **: he rengleri bilinir bi diqqetnen bax 24.05.2019-cu il saat 16:07-dən başlayaraq: Təqsirləndirilən şəxs2 içərisində daha rəngbərəng bükümlər olan eyni formalı qutunun fotosunu +99470 *** ** ** saylı mobil nömrənin istifadəçisinə yollamış və ardınca aşağıdakı məzmunda söhbət davam etmişdir: Elşən: Bu nedi bes? +99*** *** ** **: sari qirmizi mavi tanimadim Elşən: Omega taxi :) İz azdiriram +99*** *** ** **: «Şahid11» adı ilə qeydə alınmış +99455 *** ** ** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda danışıq olmuşdur: 28.05.2019-cu il saat 19:43-dən başlayaraq: Ruslan: Abican tramadol neciyedir? Elşən: 12 azn abi Ruslan: Packada he Necedene olur? Elşən: Pachkada 20 dene Ruslan: ok +99455 *** ** ** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda danışıqlar olmuşdur: 29.07.2018-ci il saat 12:54-dən başlayaraq: +99455 *** ** ** : camat tramadol ciko istiyir Elşən: Ela Ne qeder? 1 kamaz? +99*** *** ** **: qiymetleri yaz Qiymet gozluyur Elşən: Tramadol 3.32 den alacam Ciko xxxxah Yeqin eyni olacaq +99*** *** ** **: n 40 6 azn n 50 7 azn Elşən: De Tramadol bes? Necheden deuirsen? +99*** *** ** **: tramadoluda 6ya deyecem Kecendefe neciye dedim Yadimda deyil Elşən: Kechen defe 5e verdik +99*** *** ** **: vallah yadimda deyil Yaziram Tutar ayran tutmaz qatiq 5 ederik Elşən: Tamam abi De getsin 16.01.2019-cu il saat 19:51-dən başlayaraq: +99*** *** ** **: abi tramadol var 50 2 quti vere bilersen mene Elşən: Var menve aptekde 06.02.2019-cu il saat 17:52-dən başlayaraq: +99*** *** ** **: tramadol Abi Qalapridol Tapmaq ilar 100 qutu Qalapridol 5 mg n 50 100 qutu Elşən: isteyirem +99*** *** ** **: ne qedder abi Elşən: Qiymet: +99*** *** ** **: fantastik Elşən: Yapma +99*** *** ** **: 20 azn Elşən: Yapma +99*** *** ** **: abi cerez cerz gelir bele bir kopuk deyil 10 mantda doyul mayasi rasiskidi Elşən: Senol Goturecem 5 dene +99*** *** ** **: mene 18e verirler Elşən: 19a ver hech olmasa +99*** *** ** **: hell ederik Qoy gelsin 09.02.2019-cu il saat 15:11-dən başlayaraq: +99*** *** ** **: abi tramadol est Elşən: Neche dene isteyirsen? +99*** *** ** **: 5 dene 08.04.2019-cu il saat 16:59-dan başlayaraq: +99*** *** ** **: abi ciko tramadol ne var Elşən: hamisindan Neqeder? +99*** *** ** **: neiye Ciko 40di oxsa Ciko n 50 Elşən: Sen aldigindan Kechrn defekinden +99*** *** ** **: ciko n 50 neciye Elşən: Bilmirem :) Gulay gelsin Men tr ishine baxiram +99*** *** ** **: tr neviyedi neciyei Elşən: Chiko sevmirem Baxir neche dene alinir +99*** *** ** **: cikota men baxaram qiymet nee olacaq en azi 100 Neciy 200e neciye Elşən: 100 6.5 200 – 6 +99*** *** ** **: men neciye deyim Elşən: 7 İ+99*** *** ** **: tramadol bes 300 dene alsa ciko 300 dene alsa Elşən: 6 +99*** *** ** **: dediler gozluyun deyejem «Sevinc Optic» adı ilə qeydə alınmış +99455 *** ** ** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda sms yazışmaları olmuşdur: 22.06.2019-cu il saat 22:46-dan başlayaraq: Sevinc: a.xeyr Elwen.m mene az dozali tramadol tapa bilersiz 4 qutu? Elşən: Az dozali? :) Sevinc: aha mumkundur?) Elşən: Belke ayin axiri 225 var indi Sevinc: onda 50 list verinde mene) vermezsiz axi)) «Gülnarə» adıyla çağırılan +99455 *** ** ** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda yazışmalar olmuşdur: 22.04.2019-cu il saat 10:41-də qeyd edilən nömrə, yəni, +99455 *** ** ** saylı mobil nömrənin istifadəçisi üzərində «Tramadol 20 qutu, Ataroks 5 qutu, Ventolin amp 1 qutu, Strip medismart 2 qutu, Sensolit Nova 2 qutu» kimi qeydlər olan kağız parçasının fotosunu Təqsirləndirilən şəxs2 yollamış və ardınca aşağıdakı məzmunda aralarında sms yazışmaları aparılmışdır: +99*** *** ** **: xxxxahiniz xeyir Elwen muellim. Zehmet olmasa bunlar mumkunse Elşən: X27 men qayidandan sonra +99451 *** ** ** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda sms yazışmaları olmuşdur: 09.03.2019-cu il saat 18:40-dan başlayaraq: +99*** *** ** **: Qardas salam netersen Teze bir sey yoxdu Yenilik Elşən: Salam aleykum Yaxshi tramadol var +99451 *** ** ** i: Nece quty Ve qiymet Qardas deqiq var Elşən: :) 5.50 qepik +99*** *** ** **: 50 qutu var Elşən: 30 vere bilerem +99*** *** ** **: Cox olmaz Elşən: Gelen hefte verim chox +99451 *** ** ** i: Oz adiynandi Elşən bu mesaja cavab olaraq alt-alta düzülmüş 6 ədəd tramadol adlı dərman qutusunun fotosunu yollamış, +99451 *** ** ** mobil nömrə isə cavab olaraq; Tramadol Yaxsi İndi deyirem sene məzmunlu mesajı Elşənə göndərmişdir. Adı qeyd edilməmiş, lakin danışıqlar zamanı «Səidə» adıyla çağırılan +99450 *** ** ** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda yazışmalar aparılmışdır: 09.05.2018-ci il saat 15:46-dan başlayaraq: +99*** *** ** **: Elshen bey Mene Tramadol ampula lazimdi Yaxin adama Onkoloji xestedi agrilari coxdu Elşən: Okay İndi maraqlanib deyerem Bizde qalibmish +99*** *** ** **: Super Elşən: Deyaneti gonderin getsin gotursun 1 pachka +99*** *** ** **: Qiymeti? Elşən: 16.80 deyesen Ya satishdi ya alish +99*** *** ** **: Bize endirim yoxdu?) Elşən: Alish nedise onu verecekler +99*** *** ** **: Tamam Elşən: Sen Deyaneti gonder men onda deyerem +99*** *** ** **: Teshekkur edirem Elşən: 14 manat Deymez 15.05.2018-ci il saat 12:17-dən başlayaraq: +99*** *** ** **: Salam necesiniz? Elşən: Salam İyi Siz necesiz? +99*** *** ** **: Mene Tramadol tablet lazimdi Mende iyi olmağa calishiram) Elşən: Tramadol ozun uchun? +99*** *** ** **: Aha)) Veziyyetim yaxhsi deyil Elşən: Onda 100 faiz iyi olacaqsan +99*** *** ** **: Mende ele dushunurem) Tanisha lazimdu O gun ampula goturmushdukde sizden Elşən: Aha Tamam hell edek +99*** *** ** **: Onun dayisi ucun Teshekkur etdik 17.05.2018-ci il saat 12:28-dən başlayaraq: +99*** *** ** **: Salam Elshen bey Tramadoldan ne xeber Elşən: Yaxshi xeber +99*** *** ** **: Tapdim ozum Elşən: Hardan +99*** *** ** **: Meslek sirri Elşən: Gelif dana Ashagidadi İstifadəçi: Neceyedi? Elşən: Depo qiymetine +99*** *** ** **: Yeni?) Elşən: Bilmirem :) +99*** *** ** **: Oyrenin deyin o zaman) Elşən: 3.98 satish qiymetidi +99*** *** ** **:Day neyleyek getirmisiniz goturerem Elşən: O biri terefde baha oldu deyesen +99*** *** ** **: «Fakhriyya» adı ilə qeydə alınmış +99450 *** ** ** saylı mobil nömrə il Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda yazışmalar olmuşdur: 06.04.2020-ci il saat 17:09-dan başlayaraq: Elşən: Vse? +99*** *** ** **: Neeeeetttt Eto tolko nacalo Elşən: Aha +99*** *** ** **: travka budet? Elşən: A chto eshe? Vseqda :) +99*** *** ** **: Super Adı «Muradxan» kimi qeyd edilmiş, lakin, danışıqlar zamanı «Mirvari» adıyla çağırılan və göndərdiyi səsli mesajlarda qadın səsi olan +99455 *** ** ** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda yazışmalar olmuşdur: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında yalnız alıcı-satıcı münasibətləri deyil, sıx şəxsi münasibətlər, habelə növü barədə dəqiq söhbət aparılmayan, üstü örtülü birgə fəaliyyət də olmuşdur. Mirvari: Senden gozlemezdim Adamin dar gununde bele sixişdirmazlar Komey allahdsndi Elşən: Men soze onem verirem Soz verdinse elemelisen Mirvari: Men 10 kişiden artiü olmuşam size Elşən: 10 kishi Mirvari: Unutmaki mene vereceyi olanlar xesteler narkomanlardi Men anormallarla işleyirem Elşən: O zaman soz verme Mirvari: Ssnin yaninda danişdim Soz verdi 9a 11 yarsi grldi Mən tezden 7 den yorgun adsmam Dedim bu gune ustun yigib gelerem Elşen vslah onsuz her şeyben bezmişem Allahdan qismet Elşən: Allah komeyin olsun Mende yorgunam Menimde o qeder problemim var Mirvari: Sen kişisen Menimcun bu yuk yeüinki agirdi Elşən: Basha dushurem Gel apteke Yarim saata chixiram 12.10.2018-ci il saat 17:45-dən başlayaraq: Mirvari:Hacan gelirsen Axri 25 yoxsa 30 Sen ordan hec ne deye bilmirsen he ora? Qulagim cox Agriyir Vaxiyet pisdi Operasiyaliqdi Belke tapşirasan Elşən: Yox Alinmir Mirvari: Hmm Elşən: Men dedim axi Chox gotur Mirvari: Bilirdin veziyyeti Bir cixiş yolu ede bilirsense Sen meni duşunsen canin yansa nese yaradarsan Menden kicikde olsan gucun aglin mennen coxdu Elşən: Vallahi Men qiraqda olanda alinmir Ne qederlik isteyirsen? Mirvari: Elşen indi şekude yoldaşimin iline gelmişem xxxxah qayidiram Deyerem Elşən: Allah rehmet elesin Okay Mirvari: Eliş xxxxah axşam qayidacam Elşən: Lap yaxshi Mirvari: Gedim haqq hexxxxima bacim Deyimde sene Elşən: Get bax Mirvari: Oldu Elşən: Amma pul gelmese olmayacaq Chunki Mende yoxam Mirvari: Ozuneyaxşi bax gpzelinsan Elbetde Elşən: Yeni pulu evvelceden vereceksen :) Mirvari: Heeee 15.10.2018-ci il saat 07:38-dən başlayaraq: Mirvari: He eışen buvim grdceç M 200 300 arasi Elşən: Mən birazdan yatacam Burda gece saat 11 di Gec olsa xxxxaha qalacaq Mirvari: Saat 3de gedecem 300 m Hazir olsun yuz faiz Elşən: xxxxaha qaldi Mirvari: İşden ciximda elşen Necede bes Elşən: Bildim Amma bashqa cur yaramir Mirvari: Uzagi necede gedim Elşən: Sen Gerek pulu veresenki Men sora nese deyim Men yoxam basha dushursen Mirvari: Men deqiq 100 faiz pul cibimdedi allaha and olsun 300 Sen de ona getirsin gedib necede giturum Elşən: Alinmir ele Men yoxam deye alinmir Mirvari: Onda necede aparsam alinur 12 Elşən: İndi Mirvari: 11 Elşən: Yox Men yatacam Mirvari: Yaxşi icaze alim Elşən: Seher tez durmaliyam 11e Kimi oyaq qalim? Saat 2 olacaq burda Mirvari: 10 yarsi gedim Orda gecedi? Yaxşi icaze alim Elşən: Men yatmaq isteyirem Saat 12 olur burda 10 deq Day alinmirsa qaldi xxxxaha Pulu verdin xeber elediler Molodes Saat 3de goturersen İndi deyirem 3den tez getme Helelik Adı qeyd edilməyən, lakin istintaq materialları ilə Təqsirləndirilən şəxs1 məxsus olması müəyyən edilən +99455 *** ** ** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda səsli və yazılı söhbət olmuşdur: 05.06.2020-ci il saat 13:57-dən başlayaraq: Mirvari (səsli mesaj): Ay ömrüm vaxt olanda mənə zəng elədə sözüm var Mirvari (yazılı mesaj): Qulaq as men evde dedımkı bunnan borc almıwam srocnu cstdırmalıyam hacsn desem verır Etıbarsızlıw olmasın Mirvari (səsli mesaj): Mən “Həzi Aslanov”da. Hardasan yerivi denən ora gəlim mən Mirvari (yazılı mesaj): Usteyirsen gel o menı metroya qoydugun yere Yada harada Elşən: Yox day men getdim Mirvari: Demuwem borc almuwam srocnu qaytarmalıyam Elşən: Get eve Mirvari: O boyvçda yol gelmıwem Elşən: Get eve yigarsan Mirvari: Hacan Hezıde demo go,lehırem Elşən: Deyirem get eve evden yigarsan meni Mirvari: Elemede Burdayam uje Elşən: Dedim yox Eve get yig meni Mirvari: Mawınnan aralı saxla potda duwum Men o qeder exıyet cekdım Hele burdayam Cefıme olacam Ehmedlıye cıxırıq 6 iyun 2020-ci il tarixdə saat 00:15-də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 mesajında 10, 20 və 100 Azərbaycan manatı nominallarından ibarət pul əskinaslarının birgə fotoşəkilini yollayaraq saat 8-də dediyi halda, saat 10-da alındığını, 2 saat geciksə də gəldiyini qeyd etmiş, 07 iyun 2020-ci il tarixdə saat 09:46-da göndərdiyi mesajında isə Elşəndən kart hexxxxının nömrəsini istəyərək pulu milli ön ödəmə terminalı vasitəsi ilə göndərəcəyini bildirmişdir. Cinayət işinin 3-cü cild 7-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 noyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərarı əsasında “xxxx” MMC-dən götürülmüş diskə keçirilən baxış zamanı məlum olmuşdur ki, diskdə yerləşən «SMS-Tarixçəsi-*************-*******12» adlı qovluqda Təqsirləndirilən şəxs1 daimi istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsindən 01 yanvar 2018-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı abonentlərə göndərilən sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır: 11-04-2019 17:08:45 **********12 **********57: sene catasi wey var onu gotur daniwandada gickeme arvadu naileyle iwleyir kiwi taniyir senude meni de nailenide hemiwe vw erdiyumiz yer putka 20 yanvarda 11-04-2019 17:08:46 **********12 **********57: onu gotur ********** 12-04-2019 13:43:20 **********12 **********57: gedib goturdun? 02-05-2020 22:14:07 **********12 **********22: Anar salam votsapa girde yada cavab ver zeng elede 12-05-2020 11:47:37 **********12 **********59: Heç bir nomrevin votsapi aciq deyil heç birine zeng catmir «SMS_Tarixçəsi__**********217__557660212» adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs1 daimi istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsinə 01 yanvar 2018-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı abonentlərdən daxil olan sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır: 28-09-2019 20:07:48 **********48 **********12: adam gozdirem pul getrir. catir uje 19-11-2019 14:41:47 **********48 **********12: 1 list 04-12-2019 17:25:27 **********62 **********12: Vusaldi bes dunen meni niye umuddu eliyirsen agrida qalmiwam cornie salirsan indi nomremi 04-12-2019 17:28:06 **********62 **********12: Dunende mene alinmir diyib hamiya verirsen sennen kim ne alir gelib mene daniwir qorxusunnan bil nede mennen sene pisdiy gelmez caliw meni allatma pisdiy 04-12-2019 17:28:07 **********62 **********12: eleme seninde cavan oglun var agridayam saxlama meni agrida dunenki kimi 04-12-2019 18:11:37 **********62 **********12: Allatma bu gunde meni agridayam hamiya elediyin weydi pulunda verirem agrida saxlama meni 04-12-2019 19:09:23 **********62 **********12: Sen yalançı deyildin axi noldu niye agrida alladirsan meni 11-12-2019 14:08:27 **********65 **********12: Avtobusdayam meqabytim qutarib ona gore yigdim cixmiqen gelirem dedim bilesen 15 20 deyqeye mehledeyem 15-12-2019 19:25:17 **********77 **********12: bawiva donerem mawinnanam xeber ele kecim goturum bir list 12 manatim var 15-12-2019 22:14:06 **********77 **********12: mennen ehtiyat eliye eliye gotuwursen got kimi dawdan goturem yeni men narkaman deyilemde kayf eliyenem menim xvostum dalimda it olmur nede iwveren deyilem mennen cekinib elemede arada pulunnan arada pay derman istiyirem mennen sene ziyan gelmez 07-02-2020 13:14:27 **********48 **********12: Başiva dönüm bu klientim də cixmasun eldən 07-02-2020 13:14:37 **********48 **********12: Bibi zəng elədim faiq dayi soruşdum hacan gəlirsən diir deqiq bilmirəm ən azi 1 saat ... bibi sən hansi asan xidmətdə sən men maşinlayam gəlim də 10 yanindayam 07-02-2020 13:24:24 **********36 **********12: Bibi sen hansi asan xidmetdesen men mawinlayam gelimde 10 deq yaniva yoxsa budacixacaq elimnen 12-03-2020 19:52:15 **********57 **********12: Can cemi 11dene mene qraga qoy 1i ozum atmaga 10uda satmaga 27-04-2020 20:38:10 **********29 **********12: Sen xestesen uwag 3 dene isteyib elden cixsin bu tez menle elaqa saxla 28-04-2020 00:24:10 **********29 **********12: Ay bala istemirsen de ziya yoxtu mende iwimi bilimde camat 3 dene isteyir pulda verib qalib mende bidene soz de ya evde deyilsen de ziya ser gorweriy 28-04-2020 00:29:19 **********29 **********12: Qadan alaram bir soz dede yeke adamsan uwaglar gozdeyir axi 28-04-2020 00:33:18 **********29 **********12: Nedi nedi natiq 15 m verir sen 13 ona gore bele edsen ncnc bunu unutmaki sen ele edesen ki hamisi elden cixacag 28-04-2020 01:52:33 **********29 **********12: Ay bala seni gozdeyim se arxayim olum ser ucun ya bawka yerden gotrum bir soz dede oz ne cekib dagin bawina qoymusan axi 28-04-2020 03:49:30 **********29 **********12: Ser duran kimi yig meni uwaglara dedimki ser emele getrecem dediler hec birwey sende hacan durdun yig ki gorwey gotrum bax elden cixmasin bunarda 3 dene az deyil ki 20-05-2020 22:06:07 **********77 **********12: Bidənə cvb verde 90 manati goturum usaqdan yoxsa yox 28-05-2020 18:58:13 **********77 **********12: Tecılıdı gözduyurem ısteyırler 02-06-2020 20:32:54 **********77 **********12: Balam 3 dene vere bilersen mene ? Alinar ?? 09-06-2020 23:12:47 **********59 **********12 Sen olennervin goru ac camat meni gozduyur papada gozduyur ac qadan alim awagidadi yigilar sen olennervin goru ac bunu 09-06-2020 23:34:48 **********59 **********12: Duwurem awagi camahatnan qirgina cixim awagida gozduyurler acda bunu miriw niye acmirsan eeeee 09-06-2020 23:46:12 **********59 **********12: Az cammat qirgin eliyir senin evive gelen ac …..(söyüşlər) senin adivi cekiller …..(söyüşlər) «SMS_Tarixçəsi__**********226__555051012» adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs2 daimi istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsinə 01 yanvar 2018-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı abonentlərdən daxil olan sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 əczaçılıq sahəsində fəaliyyət göstərdiyi üçün ona müxtəlif növ dərman preparatlarının satışı və sifarişi ilə əlaqədar mesajlar göndərilmişdir. Həmin mesajlarda konkret olaraq güclü təsir edən dərmanların (tramadol və s.) bilavasitə adı çəkilməmişdir. Mesajlarda bəzi abonentlər Təqsirləndirilən şəxs2 «whatsapp» mobil tətbiqinə keçərək orada yazışmanı davam etdirmələrini xahiş və tövsiyə etmişlər. «SMS_Tarixçəsi__**********241__556008194» adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs1 daimi istifadəsində olmuş +**********94 saylı mobil telefon nömrəsinə ayrı-ayrı abonentlərdən daxil olan sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır: 23-08-2018 01:01:58 **********76 **********94: Xala senin bawuva donerem menim agzimdan soz cixartmiwam her wey qurban olsun balama birde natiy diyirki guya men soyuw qoymuwam 2 liste gora bibi senin 23-08-2018 01:02:04 **********76 **********94: bawuva dönum menim haqimda ele wey fikirlewme men sene soz dimiwem narahat olma evdekilere gora sondurmuwdum xxxxah goruweriy inwalah 17-11-2018 11:31:22 **********91 **********94: zeng catmir vatsap baglamisan goruwey bugun? hormetvi edecem 17-11-2018 19:42:55 **********91 **********94: niye adboy verirsen vaxt ele goruwey garwiligli 23-11-2018 21:39:45 **********44 **********94: Salam xala. Anardi ,sari ushaq. Dunen sizden derman goturdum. Mene bu gunde lazimdi tecili. 1 list saxla 11 axwam gelib 10 manati verecem. Amma mutleq saxla «Zənglərin-Detallaşması-**********5***-*******12» adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs1 daimi istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsi ilə müvafiq dövrlər ərzində aparılan danışıqlar zamanı nömrənin qoşulduğu ötürücü anten qurğularına dair məlumatlar əks olunmuşdur. Baxış zamanı məlum olmuşdur ki, işin faktiki hallarında uyğun olaraq (Şahid8 ifadəsində göstərmişdir ki, ilk dəfə Təqsirləndirilən şəxs1 «tramadol» dərmanını 2019-cu ilin noyabr ayının sonlarında «Qış Parkı» adlanan yerdə 12 manat pul verib almışdır) 2019-cu ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsi dəfələrlə LBBK3227O1/LBBK3227 AzDrama/"Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsi 1 ünvanında, yəni «Qış parkı»nın yerləşdiyi küçədə quraşdırılmış ötürücü anten qurğusunda qoşulmuş, habelə mobil nömrənin qeyd edilən ərəfələrdə dəfələrlə yaxınlıqda olan «X44» - Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 14; Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova dalan 1, ev 6 və ünvan 16 ünvandakı ötürücü antenlərə də qoşulması aşkar edilmişdir. Bundan başqa işin faktiki hallarında uyğun olaraq (Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilin mart ayında tanış olmuş, Təqsirləndirilən şəxs2 işlədiyi aptek Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşmişdir. 2019-cu ilin may ayından başlayaraq Elşəndən reseptsiz «tramadol» dərmanı almışdır. Sonuncu dəfə 08.06.2020-ci ildə Yasamal rayonu, Şıxəli Qurbanov küçəsindəki aptekdə Elşənlə görüşmüş və 180 manat pul müqabilində 90 list «tramadol» dərmanı almışdır) Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsi həqiqətən də 2019-cu ilin mart ayının sonlarında ünvan 17 ünvanında yerləşən ötürücü anten qurğusuna qoşulmuşdur. Habelə Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsi 08 iyun 2020-ci il tarixdə saat 21:43 radələrində aptekin yerləşdiyi Ş.Qurbanov küçəsinin yaxınlığındakı Bakı şəhəri, Yasamal rayonu, M.D.Hüseynov küçəsi 3153-cü məhəllədə yerləşən ötürücü anten qurğusunun əhatə dairəsində olmuşdur. Həmçinin qovluğa baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsi ilə Elşən Məmədlinin istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsi arasında 08 iyun 2019-cu il tarixdə saat 17:32-də və 20:17-də, 09 iyun 2019-cu il tarixdə 20:34-də və 20:35-də (Anten-ünvan 17), 19 iyun 2019-cu il tarixdə saat 17:18-də, 20 iyun 2019-cu il tarixdə saat 21:41-də, 21 iyun 2019-cu il tarixdə saat 22:08-də, 25 iyun 2019-cu il tarixdə 21:06-da, 05 iyul 2019-cu il tarixdə saat 22:02-də 06 iyul 2019-cu il tarixdə saat 19:34-də, 10 iyul 2019-cu il tarixdə saat 22:03-də, 22:44-də, 27 iyul 2019-cu il tarixdə saat 13:21-də və 16:10-da, 28 sentyabr 2019-cu il tarixdə saat 10:28-də, 01 oktyabr 2019-cu il tarixdə saat 15:59-da, 16 noyabr 2019-cu il tarixdə saat 16:39-da, 17 noyabr 2019-cu il tarixdə saat 17:25-də və 21:51-də, 18 noyabr 2019-cu il tarixdə saat 21:06-da, 20 noyabr 2019cu il tarixdə saat 18:02-də, 21 noyabr 2019-cu il tarixdə saat 18:00-da, 26 noyabr 2019-cu il tarixdə saat 15:35-də, 15 dekabr 2019-cu il tarixdə saat 19:22-də (Anten-ünvan 17), 17 dekabr 2019-cu il tarixdə saat 19:20-də, 22 yanvar 2020-ci il tarixdə saat 20:15-də və 21:23-də, 07 may 2020-ci il tarixdə saat 12:07-də, 08 may 2020-ci il tarixdə saat 00:01-də (554 saniyə), 08 may 2020-ci il tarixdə saat 12:12-də, 09 may 2020-ci il tarixdə saat 13:21-də və 13:23-də (Anten-ünvan 17), 12 may 2020-ci il tarixdə saat 15:24-də,16 may 2020-ci il tarixdə saat 10:44-də və 16:14-də, 25 may 2020-ci il saat 20:22-də, 28 may 2020-ci il tarixdə saat 21:39-da və 21:40-da 02 iyun 2020-ci il tarixdə saat 20:49-da telefon danışıqlarının baş tutması, qeyd edilən şəxslərin davamlı olaraq istənilən vaxtlarında (səhər, gündüz, gecə) əlaqə saxlamaları müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə 2019-cı ildə tanış olmuş, dərmanları sonuncudan yalınz reseptlə almışdır. «Zənglərin-Detallaşması-**********5***-*******94» adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs1 daimi istifadəsində olmuş +**********94 saylı mobil telefon nömrəsi ilə müvafiq dövrlər ərzində aparılan danışıqlar zamanı nömrənin qoşulduğu ötürücü anten qurğularına dair məlumatlar əks olunmuşdur. Baxış zamanı məlum olmuşdur ki, 01 may 2018-ci il saat 19:15-də, 02 may 2018-ci il saat 16:57-də, saat 20:15 və saat 20:24-də (Anten-ünvan 17), 16 may 2018-ci il saat 17:29-da, 25 may 2018-ci il saat 13:28-də, 08 iyun 2018-ci il saat 15:40-da, 09 iyun 2018-ci il saat 14:22-də, 20 iyun 2018-ci il saat 17:27-də, 22 iyun 2018-ci il saat 15:14-də, 25 iyun 2018-ci il saat 17:14-də, 27 iyun 2018ci il saat 14:30-da, saat 15:55-də, saat 21:34-də və saat 21:57-də, 11 iyul 2018-ci il saat 19:28-də, 12 iyul 2018-ci il saat 13:55-də, 18 iyul 2018-ci il saat 17:04-də, 19 iyul 2018-ci il saat 14:24-də, 24 iyul 2018-ci il saat 17:56-da, 25 iyul 2018-ci il saat 12:31-də, saat 15:13-də, 26 iyul 2018-ci il saat 14:28-də və saat 20:18-də, 28 iyul 2018-ci il saat 17:11də və saat 18:38-də, 29 iyul 2018-ci il saat 13:42-də və saat 13:46-da, 08 avqust 2018-ci il saat 12:32-də, 13 avqust 2018-ci il saat 18:58-də, 16 avqust 2018-ci il saat 22:52-də, 18 avqust 2018-ci il saat 21:45-də və saat 22:27-də, 21 avqust 2018-ci il saat 16:18-də, 22 avqust 2018-ci il saat 20:48-də, 29 avqust 2018-ci il saat 11:52-də, saat 13:25-də, saat 15:50-də, saat 18:03-də, saat 19:31-də və saat 21:35-də, 30 avqust 2018-ci il saat 14:26da, saat 16:40-da, saat 17:37-də və saat 18:58-də, 02 sentyabr 2018-ci il saat 11:15-də, 05 sentyabr 2018-ci il saat 14:11-də, 08 sentyabr 2018-ci il saat 18:59-da, 10 sentyabr 2018-ci il saat 10:02-də, saat 17:34-də və saat 17:39-da, 14 sentyabr 2018-ci il saat 20:14-də və digər sonrakı tarixlərdən 20 noyabr 2018-ci ilə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********94 saylı mobil telefon nömrəsi ilə Elşən Məmədlinin istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsi arasında mütəmadi danışıqlar qeydə alınmışdır. «Zənglərin-Detallaşması—**********5944--555051012» adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs2 daimi istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsi ilə müvafiq dövrlər ərzində aparılan danışıqlar zamanı nömrənin qoşulduğu ötürücü anten qurğularına dair məlumatlar əks olunmuşdur. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 qarşılıqlı əlaqələrinin mövcudluğu, sonuncunun istifadəsində olmuş mobil telefon nömrəsinə aid anten məlumatlarında qeydə alındığı və baxış protokolunda bu barədə öz əksini tapmışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********12 saylı və +**********94 saylı mobil telefon nömrələri arasında protokolda göstərilən müxtəlif tarixlərdə zənglər qeydə alınmış, həmin zənglərin bir qisminin edilmə anında hər iki tərəf eyni anten ötürücülərinin əhatə dairəsində olmuşlar ki, bu da onların arasında görüşlərin baş tutumasına işarə etmişdir. Bundan başqa şəxsiyyəti istintaqa «Elnur» kimi məlum olmuş, sonradan şəxsiyyəti müəyyən edilmiş X3 daimi istifadəsində olmuş +**********93 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsi arasında 2018-ci ilin aprel ayından başlayaraq müxtəlif tarixlərdə mütəmadi zənglər qeydə alınmışdır. Cinayət işinin 3-cü cild 124-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 dekabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarı əsasında «xxxx» MMC-dən götürülmüş diskə keçirilən baxış zamanı məlum olmuşdur ki, təqdim olunan diskdə bir ədəd «zip» prqram təminatlı «26963» adlı qovluq vardır. Qovluğun içərisində olan «503008783 sms.txt», «**********83.txt», «abuneciler.xls», «antenna2019.xls», «antenna2020.xls» adlı fayllar mövcuddur. «503008783 sms.txt» adlı qovluqda Şahid8 istifadəsində olmuş +**********83 saylı mobil telefon nömrəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan +**********08 saylı mobil telefon nömrəsinin istifadəçisi və qeyriləri ilə istintaq əhəmiyyətli sms mesajları aşkar edilmişdir: 10/05/2020, 13:25:16, **********83, **********08: Cemil Salam menem Emil gor bugun nagarsan qaqa mende pis vezietdeyem dedin 2.3gun uje 7gundu pul duzelde bilmirem ki pulun baglayim vezietim pisdi calis bugun karta at unibank kart hexxxxi: 10853947 bitme tarixi 07.22; 10/05/2020, 13:32:39, **********08, **********83: salam qaqa belede sen necesen basa dusurem seni qaqa qardasimi gozluyurem verim sene ozun yaxsi bilirsenki hemise almisam 2 3 gune sende olub 1 ci defe deyilki senden aliram bilirsende meni 10/05/2020, 14:22:14, **********83, **********08: Calis tez at cemil uje gor neqeder kecib borcluam pul duzelde blmiremki borcumu verm bele seye gore nisye vermey lazm.deil 12/05/2020, 17:48:07, **********08, **********83: gonderdim geldi emil 12/05/2020, 17:48:45, **********83, **********08: He saol 12/05/2020, 17:49:44, **********08, **********83: sene dedim axi gonderecem prosta mene gec geldi 12/05/2020, 17:50:15, **********83, **********08: Qaqa menide qinama nisye alinmir men gozlesemde meni gozdemirldf 12/05/2020, 17:53:47, **********08, **********83: basa dusureme senide qaqa 1 ci defe deyil axi senden borca aliram 07/04/2020, 11:26:18, **********83, 8103: 2saat vaxt almisam gedirem bineqedie aftobusnan dermn verb pul gotrmeliem (qeyd edilən mesajı Şahid8 karantin qaydaları ilə əlaqədar yaradılmış “8103” icazə sisteminin qısa nömrəsinə göndərmişdir. Həmin mesaj texniki səhv ucbatından həmin nömrəyə göndərilə bilərdi.) 09/05/2020,13:01:49, **********46, **********83: Qaqaş. Kəlmə kəlmədir. Belə pis çıxmasın. Ağzımızla danışırığ. Sən dedim yox elə yox. Bundan başqa «**********83.txt» «antenna2019.xls» və «antenna2020.xls» adlı qovluqlarda Şahid8 istifadəsində olmuş +**********83 saylı mobil telefon nömrəsinə daxil olan, həmin nömrədən xaric olan zənglər, habelə müvafiq tarixlər üzrə icra edilmiş zənglərə müvafiq ötürücü anten qurğularının qeydə aldığı məlumatlar göstərilmişdir. Həmin məlumatlara baxış keçirilən zaman Şahid8 ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsi arasında 20 dekabr 2019-cu il saat 18:05, 18:30 və 18:58-də (ötürücü antenə müvafiq qeydə alınmış ünvan - Bakı şəhəri Yasamal rayonu, metronun “Nizami” stansiyası, Ə.Hüseynzadə küçəsi və Füzuli küçəsi, FHN), 28 dekabr 2019-cu il saat 12:33, 12:59 və 13:05-də (ötürücü antenə müvafiq qeydə alınmış ünvan – Dilarə Əliyeva küçəsi; ünvan 18; Bəşir Səfəroğlu küçəsi 141), 29 fevral 2020-ci il saat 13:21-də, (ötürücü antenə müvafiq qeydə alınmış ünvan - metro “28 May”) və digər tarixlərdə zənglərin baş tutması məlum olmuşdur. Cinayət işinin 3-cü cild 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan daxil olmuş 03 dekabr 2020-ci il tarixli 1236 nömrəli məktubdan görünür ki, Şahid24 10.01.2001-ci ildən hal-hazıra kimi Travmatologiya şöbəsində həkim-travmatoloq vəzifəsində işləyir. Habelə 1938-ci il təvəllüdlü X20 14.02.2017-ci il tarixdə 1684 sıra sayı ilə institutun ambulator kitabında qeydə alınmışdır. Xəstə kliniki-rentgenoloji müayinə edilmiş və növbətçi həkimlər Ş.Əkbərov və Q.Kərimov tərəfindən ona “Sağ bud-çanaq nahiyəsinin əzilməsi” diaqnozu təyin edilmişdir. Cinayət işinin 3-cü cild 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzi” X37 verilmiş 03 dekabr 2020-ci il tarixli 3716 nömrəli məktubdan görünür ki, Hüseynov (Məmmədov) Natiq Cəlal oğlu Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. X21 adlı həkim 16.01.2019-cu il tarixədək işləmişdir. E.S.Haqverdov 16.01.2019-cu ildə vəfat etmişdir. Cinayət işinin 3-cü cild 122-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş 07 dekabr 2020-ci il tarixli 008-6018-1220 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi 1 ünvanında yerləşən “xxxx” aptekinə tərkibində güclü təsir edən maddələr olan dərman preparatlarının satışı üçün Daxili İşlər Nazirliyi tərəfindən xüsusi icazə verilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirkar bilməmiş, Təqsirləndirilən şəxs1 isə özünü qismən təqsirli bilmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hexxxx edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hexxxx edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 18 mart 2016-cı il tarixli qanunun tələbləri baxımından da əsaslı hexxxx edir. Belə ki, həmin qanunda qeyd edilmişdir ki, tərkibində “preqabalin” ((S)-3- (aminometil)-5-metilheksan turşusu) olan dərman vasitələrində “preqabalin” in miqdarı 5 qramdan artıq olduqda külli miqdar hexxxx edilir. Həmçinin, tərkibində “tramadol hidroxlorid” olan dərman vasitələrində, bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid) “tramadol hidroxlorid”in miqdarı 6 qramdan çox olduqda külli miqdar hexxxx edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 247-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 19 iyun 2020-ci il tarixli, 4218 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 250-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli kliniki Psixiatriya Xəstəxanasından daxil olmuş 19 iyun 2020-ci il tarixli, 1/844 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 №-li KPX-na müraciət etməmişdir. Cinayət işinin 3-cü cild 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Məhkəmə narkoloji ekspertizasının 28 sentyabr 2020-ci il tarixli 2673 nömrəli rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan tramadoldan və preqabalindən periodik istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyat alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət işinin 1-ci cild 10-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 248-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 19 iyun 2020-ci il tarixli, 4212 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 249-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli kliniki Psixiatriya Xəstəxanasından daxil olmuş 19 iyun 2020-ci il tarixli, 1/846 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 №-li KPX-na müraciət etməmişdir. Cinayət işinin 3-cü cild 27-28-ci vərəqələrində olan Məhkəmə narkoloji ekspertizasının 21 sentyabr 2020-ci il tarixli 2593 nömrəli rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hexxxx edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hexxxx edir. Təqsirləndirilən şəxs1 Elşən qızına ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 09 iyun 2020-ci il tarixdən hexxxxlanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 161-163cü vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 4(004)-384/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 09 iyun 2020-ci il tarixdən hexxxxlanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 11 iyun 2020-ci il tarixdən hexxxxlanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 125-126-cı vərəqələrində olan 11 iyun 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 186-190-cı vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 4(004)-386/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 11 iyun 2020-ci il tarixdən hexxxxlanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı Şəhər Baş Polis İdarəsininin maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,225 qram «Tramadol hidroxlorid» tərkibli 890 (səkkiz yüz doxsan) ədəd həb; 0,05 qram «Tramadol hidroxlorid» tərkibli 16 (on altı) ədəd kapsul; 0,1 qram «Tramadol hidroxlorid» tərkibli 4 (dörd) ədəd ampul; 0,3 qram «Tramadol hidroxlorid» tərkibli 52 (əlli iki) ədəd kapsul və Şahid8 götürülərək ekspertiza tədiqiqindən sonra qalıq qalan 0,225 qram «Tramadol hidroxlorid» tərkibli 75 (yetmiş beş) ədəd həb məhv edilməlidir. Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir) ədəd «İpro» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs2 götürülmüş 01 (bir) ədəd «Samsung Galaxy S10+» markalı «SM-G975F»xxxx«xxxx MMC»xxxx«xxxx MMC»dən götürülmüş 01 ədəd disk və 01 (bir) ədəd kiçik qeydiyyat dəftərçəsinin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hexxxxına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hexxxxına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hexxxx edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. M.R.Hüseynov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2020-ci il tarixdən hexxxxlansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2020-ci il tarixdən hexxxxlansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 3.İş üzrə ekspertiza xərci olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin.
4. İş üzrə maddi sübut kimi tanınmış və Bakı Şəhər Baş Polis İdarəsininin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,225 qram «Tramadol hidroxlorid» tərkibli 890 (səkkiz yüz doxsan) ədəd həb; 0,05 qram «Tramadol hidroxlorid» tərkibli 16 (on altı) ədəd kapsul; 0,1 qram «Tramadol hidroxlorid» tərkibli 4 (dörd) ədəd ampul; 0,3 qram «Tramadol hidroxlorid» tərkibli 52 (əlli iki) ədəd kapsul və Şahid8 götürülərək ekspertiza tədiqiqindən sonra qalıq qalan 0,225 qram «Tramadol hidroxlorid» tərkibli 75 (yetmiş beş) ədəd həb məhv edilsin. Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir) ədəd «İpro» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs2 götürülmüş 01 (bir) ədəd «Samsung Galaxy S10+» markalı «SM-G975F» modelli mobil telefon onun yaxın qohumlarına qaytarılsın. «xxxx MMC»xxxx«xxxx MMC»dən götürülmüş 01 ədəd disk və 01 (bir) ədəd kiçik qeydiyyat dəftərçəsinin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.