Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-625/2022 13.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları X12 və Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1984-cü il mayın 29-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, X17si, 14 İyul küçəsi, döngə 7 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni saxlamaq və daşımaq üçün şəxsiyyəti istintaqa məlum olmayan, Elnarə və İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslərlə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olduğu bir qrup şəxs yaratmış, qrup üzvləri arasında əldə olunan ümumi niyyətə uyğun olaraq sonuncudan əldə edəcəyi narkotik vasitənin və psixotrop maddənin qiymətinin 145 manat olmasını və qeyd olunan məbləği ödəyəcəyi kartın hesab nömrəsini Elnarə adlı şəxsdən öyrəndikdən sonra 2021-ci il avqustun 27-də saat 23:12-də istintaqla müəyyən olunmayan yerdə yerləşən ödəmə terminalına yaxınlaşıb həmin kartın hesab nömrəsinə 145 manat pulu köçürərək bunu təsdiq edən qəbzin fotoşəklini sonuncuya göndərmiş, əvvəlcədən aralarında olan cinayətkar niyyətə uyğun, yəni ayrı-ayrı şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etməkdən ötrü Rza adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edib istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsinə yerləşdirdiyi, bir ədəd şəffaf polietilen bükümdə 3,138 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli maddədən ibarət kustar üsulla hazırlanan külli miqdarda narkotik vasitə heroini, iki ədəd kağız və bir ədəd ağ polietilen bükümlərdə ayrı-ayrılıqda 0,253 qram, 0,144 qram və 0,103 qram, cəmi 0,500 qram təmiz çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini 2021-ci il avqustun 28-də saat 01 radələrində satış məqsədi ilə qeyd olunan yerdən götürməklə əldə edib çiynindən asdığı qara rəngli əl çantasının orta cibində saxlayaraq daşımış, 2021-ci il avqustun 29-da saat 20:15 radələrində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında saxlanmaqla bölmənin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən çiynindəki həmin əl çantasının orta cibindən qeyd olunan çəkilərdə narkotik vasitə heroin ilə psixotrop maddə metamfetamin, habelə bir ədəd markalanma nişanı olmayan elektron tərəzi aşkar edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər taekvando idman növü üzrə müəllim işləmiş, sonradan işsiz qalmışdır, tutulana qədər 8-9 aydır narkotik vasitə heroini yandırıb tüstüsünü udmaqla istifadə etsə də narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 2009-cu ildə Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi, 2021-ci ildə Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təqsirli bilinərək hər iki dəfə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2021-ci il avqustun 28-də öz şəxsi istifadəsi üçün qiyabi tanıdığı Rza adlı İran İslam Respublikasının vətəndaşından Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsindəki bir yerdə kuryer vasitəsi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoymasını xahiş etmiş, sonuncu bunun əvəzində çox qısa müddətdə təsadüfən mobil telefonla vasitəsi ilə tanış olduğu Elnarə adlı şəxsin kart hesabına 145 manat pul vurmasını tələb etdikdə razılaşmışdır. Elnarə adlı qadını ümumiyyətlə görməmiş, yaşadığı ünvanı və anket məlumatlarını bilməmişdir. Rza adlı şəxsin təlimatı ilə o, 2021-ci il avqustun 28-də saat 23:30 radələrində Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən «Diaqnoz» tibb mərkəzinin yaxınlığından bir bükümdəki narkotik vasitə heroini və üç bükümdəki psixotrop maddə metamfetamini götürüb üzərində gəzdirdiyi elektron tərəzi ilə ölçdükdən sonra həmin bükümləri çiynindən asdığı qara rəngli əl çantasının orta cibinə qoymuşdur. 2021-ci il avqustun 29-da saat 17-18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 30 ünvanının qarşısında olduğu vaxt iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları kimi təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirib onu bölməyə dəvət etmişdir. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən çiynindəki qara rəngli əl çantasının orta cibindən bir ədəd bükümdəki narkotik vasitə heroini, üç ədəd bükümdəki psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini, habelə bir ədəd «Samsung Galaxy A01» markalı mobil telefonu çıxararaq təqdim etməklə qeyd olunan kütlələri hansı şəraitdə əldə etdiyini ətraflı izah etmiş, saxlanan zaman heç bir fiziki və psixoloji zora məruz qalmamışdır. Aşkarlanan predmetlər zərfə qablaşdırılıb götürülmüş, tərtib edilən protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. O, hər dəfə get-gəl olmasın deyə narkotik vasitəni və psixotrop maddəni özünün istifadəsindən ötrü çox alaraq az-az istifadə edəcəyini fikirləşmiş, çəkisində aldanmaması və onları qəbul etdiyi üçün elektron tərəzi gəzdirmişdir. Mobil telefondakı mesajlarına gəldikdə atası X7 adına olan ***-***-**-** saylı GSM nömrəsini özü və hərdən dostları onun icazəsi ilə istifadə etməklə sonucuların kiminlə danışmalarını və yazışmalarını bilməmiş, o isə narkotikin daha ucuz qiymətə alması ilə əlaqədar yalan-doğru mövzuda səs smsləri göndərmişdir. Əməlindən peşmandır. Bir azyaşdı uşağı vardır, İİİ qrup əlil olaraq əsəb xəstəliyi ilə bağlı 2013-cü ildə 1 saylı Ruhi-Əsəb Xəstəxanasında müalicə götürmüşdür. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il avqustun 29-da Təqsirləndirilən şəxs adlı şəxsin Bakı şəhəri Yasamal rayonunun ərazisində narkotik vasitələrinin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, 2021-ci il avqustun 29-da saat 20:15 radələrində bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə ünvan 3 ünvanın qarşısında zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin tək onlara tərəf gəldiyini gördükdə sonuncuya yaxınlaşmaqla özlərini təqdim etdikdən sonra şəxsiyyətini dəqiqləşdirib narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamasında şübhəlindiyinə görə həmin şəxsi bölməyə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs çiynindən asılan qara rəngli əl çantasının orta cibindən bir ədəd bükümdəki narkotik vasitə heroinə və üç ədəd bükümdəki psixotrop maddə metamfetaminə oxşar kütlələri, habelə bir ədəd elektron tərəzini və bir ədəd «Samsung Galaxy A01» markalı mobil telefonu çıxarıb təqdim etmiş, qeyd olunan maddələri 2021-ci il avqustun 28-də saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində üzdən İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Rza adlı bir nəfərdən şəxsi istifadəsi üçün 145 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, əri Təqsirləndirilən şəxs 2021-ci il avqustun 29-da ona zəng vurub üzərində narkotik vasitə olduğundan Bakı şəhəri Yasamal rayonunun ərazisində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin işçiləri tərəfindən tutulması barədə xəbər vermişdir. Həyat yoldaşının narkotik vasitədən istifadə etməsinin şahini olmamış, sonuncu nevroloji xəstəlikdən müalicə almışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin 2021-ci il 29 avqust və 2021-ci il 30 avqust tarixli raportlarından, 2021-ci il 29 avqust tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarından, eyni tarixli Ə32-093-21 №-li əmrindən və protokolundan, habelə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 31 avqust tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il avqustun 29-da saat 20:15-də ünvan 3 ünvanın qarşısında saxlanmaqla bölməyə gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən çiynindəki qara rəngli əl çantasının orta cibindən bir ədəd şəffaf polietilen bükümdə 3,138 qram təmiz çəkidə narkotik vasitə heroin, iki ədəd kağız və bir ədəd ağ polietilen bükümlərdə ümumilikdə 0,500 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 3-9 və 57). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 29 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:15-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun atası X10 məlumat vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 21). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 29 avqust tarixli protokoldan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs çiynindəki qara rəngli əl çantasının orta cibindən bir ədəd elektron tərəzini və bir ədəd şəffaf sellofan paketi çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 2021-ci il avqustun 28-də Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsdən öz şəxsi istifadəsindən ötrü 145 manata alaraq üstündə gəzdirdiyini bildirmiş, qeyd olunan bükümlər və bir ədəd elektron tərəzi qablaşdırılmaqla götürülmüş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, bir ədəd disk protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 32-34). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 29 avqust tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus bir ədəd maddi sübut kimi «Samsung Galaxy A01» markalı mobil telefon götürülmüşdür (1-ci cild, iş vərəqi 35-36). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 30 avqust tarixli 6/3772 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «X4 təqdim etdiyi..» yazısı olan zərfdəki bir ədəd şəffaf polietilen bükümdə 3,138 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, iki ədəd kağız və bir ədəd ağ polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,253 qram, 0,144 qram və 0,103 qram olmaqla ümumilikdə 0,500 qram təmiz çəkidə ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 3,018 qram və 0,440 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 42- 45). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 31 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması görüntülərini əks etdirən bir ədəd diskə baxış vaxtı sonuncunun çiynindən asılan qara rəngli əl çantasının orta cibindən bir ədəd elektron tərəzini və bir ədəd şəffaf sellofan paketi çıxararaq təqdim etməklə içərisindəki bir ədəd bükümdəki narkotik vasitə heroini, üç ədəd bükümdəki psixotrop maddə metamfetamini 2021-ci il avqustun 28-də Bakı şəhəri Xətai rayonuun Əhmədli qəsəbəsində İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsdən öz şəxsi istifadəsindən ötrü 145 manata alıb üstündə gəzdirdiyini bildirməsi, bükümlərin və elektron tərəzinin qablaşdırılmaqla götürülməsi, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmaması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 58). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 31 avqust tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunan ona qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 59-61 və 64-65). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 31 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il avqustun 29-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 94-98). İş materiallarında olan Şahid3 2021-ci il 01 sentyabr tarixli ərizəsindən və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, X17si, 14 İyul küçəsi, döngə 7 ünvanına baxış zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmamış, fotoşəkillər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 103-109). İş materiallarında olan 2007-ci il 21 sentyabr tarixli AZ-İ seriyalı 331474 №-li nikah və 2013-cü il 24 oktyabr tarixli AZ-İİİ seriyalı 183013 №-li doğum haqqında şəhadətnamələrin, habelə AZE seriyalı 18196250 №-li şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şahid3 ilə nikahından 2013-cü il 11 oktyabr təvəllüdlü X5 adlı övladı vardır (1-ci cild, iş vərəqi 123-124). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il sentyabrın 06-da tərtib etdiyi tələbnamədən, habelə məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2009-cu il 19 fevral tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 62.1.-ci maddəsinə əsasən 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 16 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (1-ci cild, iş vərəqi 125-126, 137-141 və 170-173). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin 2021-ci il 28 sentyabr tarixli 093-18913 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi Rza adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini, sonuncunun həmin maddələri kimlərə satmağa cəhd etməsini, onunla bu kimi alış-verişi həyata keçirməyə hazırlanan şəxslərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 142). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 13 oktyabr tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 08 oktyabr tarixli AZF/LGL-27265/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrənin sonuncunun atası X7 adına olması, Təqsirləndirilən şəxs 2021-ci il iyunun 28-dən 2021-ci il avqustun 28-dək yeddi dəfə Bakı şəhəri, Xətai rayonu ərazisində, sonuncu dəfə 2021-ci il avqustun 25-də saat 22:38:55-də «Amay» Ticarət mərkəzində, digər hallarda və sonrakı günlərdə isə Bakı şəhəri Yasamal və Nəsimi rayonlarının ərazisindəki anten dairələrində olması, qeyd olunan nömrəyə 2021-ci il iyulun 06-da saat 01:30:30-da +**********50 saylı nömrədən «ikimizin cani nese verersen menden incime. Özum ağrıdayam gelirem» məzmunlu, 2021-ci il avqustun 21-də saat 02:43:38-də +**********49 saylı nömrədən «Qardaw bağwda senide narahat eliyirem, qurban sene ruslan gelen kimi dinen menen görwsün da, qaqacani veziyet çox pisdi da, inan allaha uje gör nece saatdi ağrıda qalmiwam yaxwi qaqa» və həmin tarixdə saat 04:01:17-də «Dinen gelmisen qaqaw qurjonu, nizamiye qalxmağin menasi nedi axi, duz demirem brat, inan allaha özde bilir ki men neçe saatdi bunu gözdüyürem ki gelsin vezyetden çixim, inan allaha brat» məzmunlu, 2021-ci il avqustun 22-də saat 16:52:20-də «Qaqaw sene zehmet o ruslana dinen ki yeke kiwisen 20 manata gore bele hormetsizlik elemesin, men ona hormetsizlik eliyesi olsam ona serf elemiyecek brat, Qardaw didiyi oğlani ağrıda qoyub qaçmağ bu kiwliyden deyil brat, bawva dönerem» məzmunlu, 2021-ci il avqustun 24-də saat 13:54:04-də +**********58 saylı nömrədən «Behruz menem elcin meni yig eltonla daniwim» məzmunlu smslər gəlməsi, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrədən 2021-ci il iyulun 27-də saat 09:21:25-də +**********64 saylı nömrəyə «Sen meniynen getmelisen axi, real pul var, yig mene mutleq» məzmunlu, 2021ci il iyulun 28-də saat 17:46:12-də +**********88 saylı nömrəyə «Mehlede durmağım ayibdi, qayıdıram yola, biriviz boş olanda gelin yolda pulu verim gedim» məzmunlu smslər göndərilməsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 156-166). İş materiallarında olan «Azercell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 27 oktyabr tarixli 22417 №-li məktubundan görünür ki, ***-***-**-** saylı nömrə Şahid3 adınadır (1-ci cild, iş vərəqi 176). İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 25 oktyabr tarixli BKC/LGL-19491/21 №-li məktubundan görünür ki, ***-***-**-** saylı nömrə X1, ***-***-**-** saylı nömrə X8 və ***-***-**-** saylı nömrə X11 adınadır (1-ci cild, iş vərəqi 177-178). İş materiallarında olan «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 25 oktyabr tarixli AZF/LGL-30745/21 №-li məktubundan görünür ki, ***-***-**-** saylı nömrə X3 və ***-***-**-** saylı nömrə X6 adınadır (1-ci cild, iş vərəqi 179-182). İş materiallarında olan Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının X17 inzibati ərazi üzrə nümayəndəsinin tərtib etdiyi 2011-ci il 05 noyabr tarixli 41 №-li xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X17si, 14 İyul küçəsi, döngə 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 195). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il 08 oktyabr tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 2017-ci il aprelin 27-dən «şəxsiyyətin emosional davamsız pozuntusu (impulsiv tip). Çoxsaylı özünü kəsmələr və tez-tez dekompensasiyalar ilə» diaqnozu ilə üçüncü dərəcəli əlildir, əlillik müddəti 2022-ci il aprelin 27-dəkdir (1-ci cild, iş vərəqi 196). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 22 oktyabr tarixli 2454 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkarlanan emosional davamsız tip şəxsiyyət pozuntusu sonuncunu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir, buna görə də Təqsirləndirilən şəxs törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 202-203). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 2021-ci il 27 sentyabr tarixli 5/1005 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd sensor ekran və «Android 11» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy A01» markalı «SM- A015F/DS» modelli **********59547 və **********59545 İMEİ kodlu mobil smartfon işlək vəziyyətdə olmaqla istifadəyə yararlıdır, mobil telefonun yaddaşından toplanmış hazırda mövcud olan və pozulan məlumatlar müəyyənləşdirilmiş, iki ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 60 manatdır (1-ci cild, iş vərəqi 205-207). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 dekabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A01» markalı mobil telefonun yaddaşından silinən fayllarla bağlı iki ədəd DVD diskinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 208-210). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 dekabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A01» markalı mobil telefona baxış vaxtı sonuncunun «WhatsApp» proqramında «Tohid» kimi qeyd olunan ***-***-**-** saylı nömrəyə 2021-ci il avqustun 28-də saat 16:40-da göndərilən səs yazısında «gəl 150 nömrəli məktəbin qabağına, bir balaca şey verərəm vəziyyətdən çıxarsan» deməsi, sonuncunun «Təzə pirin yanındakı 150 dimirsən» sualına Təqsirləndirilən şəxs «hə» yazması, Tohid adlı şəxsin həmin tarixdə saat 16:41-də Təqsirləndirilən şəxs «evdən çıxıram, 5-6 dəqiqəyə orada olaram, konturum yoxdu vızıv getmir, gəlib məktəbin yanında gözləyəcəm, sən də 5-10 dəqiqəyə ol orada, yəqin yadından çıxmaramda» məzmunlu səs yazısı göndərməsi; Təqsirləndirilən şəxs «Rauf» kimi qeyd olunan ***-***-**-** saylı nömrəyə 2021-ci il avqustun 25-də saat 22:15-də «sən 15-lik deyirdin ha götürmək istəyirsən, qüvvədədir hələ, uşaq gəlib çatır, birdə gələndə Elton gilə girmə, ev yiyəsi narahatçılıq edir, gəl Ayaz gilin məhləsində görüşək» məzmunlu və həmin tarixdə saat 19:17-də «Beqi necəsən yarım saata bir adam var, Türkiyə şüşəsidir öpzüm çəkmişəm, superdi qramı 35-ə, istəyən olsa xəbər elə, şüşə bilirsən nədi, çəkirsən o yana axır-bu yana axır, istəyən olsa kakos da var, şəp-şüp eləyərük» məzmunlu səs yazıları göndərməsi, 2021-ci il avqustun 29-da saat 03:05-də Rauf adlı şəxsin Təqsirləndirilən şəxs «Turesqidən varundu» mesajına sonuncunun «yoxe» yazması, Rauf adlı şəxsin «tapmaq olar, qaqaş 1 dənə tapmaq olmaz, mənə hə ya da yox de» mesajına Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:21-də «turetski pencere gəlib ha» məzmunlu cavab verməsi, Rauf adlı şəxsin «nə qədər var» sualına Təqsirləndirilən şəxs «qaqaş deyir təzə gəlibdi, yəqin beş qədər varıdı» məzmunlu mesaj yazmaqla Rauf adlı şəxsin Təqsirləndirilən şəxs «ok, lazım olsa deyəcəm» məzmunlu mesaj göndərməsi, Təqsirləndirilən şəxs 2021-ci il avqustun 29-da saat 08:45də Rauf adlı şəxsə «Beqi mənim marağım yoxdu ha orada, bilirəm ki postayannı axtarırsan da sən həmişə, normalnı qiymətə deyir 40-a deyirdi 35-ə dostlara verir, ləzətli söhbətdi danqa-dunq» və həmin tarixdə saat 16:12-də «Beqi necəsən, hər iki temadan istəyən olsa xəbər elə, normal qaydada eləyərəm, elə edərəm ki, sən də oradan pitatsa olunarsan, sən də qidalanarsan, kim istədi perevod elə mən tərəfə, adam var pul buraxmışam ona hərəkət eləsin, bir az vəziyyətimi düzəldim, kim istədi mənə perevod elə» məzmunlu səs yazıları yollaması; Təqsirləndirilən şəxs «Elnarə» kimi qeyd olunan ***-***- **-** saylı nömrəyə 2021-ci il avqustun 17-də saat 14:57-də «necəsən Elnarə, 100 manat Rzaya atsaq nə qədər verər» və 2021-ci il avqustun 19-da saat 16:01-də «pul param qurtarıb, mütləq bugün atsın, yoxsa əlimdə olanımı da xərcləyəcəyəm, qalacam belə» məzmunlu səs yazıları göndərməsi, Elnarə adlı şəxsin 2021-ci il avqustun 19-da saat 15:48-də Təqsirləndirilən şəxs «imkan varsa səs at ya yaz, görüm nə dedi sənə Rza», həmin tarixdə saat 15:57-də «mənimlə bayaq danışdı, dedi gedirəm qaynatamgilə, ailəsi yanında idi dedi, axşamüstü gələcəm eve zəng edəcəm, qoy gəlsin zəng edəcəy, danışarsanda, mənə zəng eləmişdi, səni soruşdu, dedi kimdi o uşaq, dedim tanış uşaqdı, dedi gedim gəlim zəng edəcəm» mesajına Təqsirləndirilən şəxs «tamam, əlaqədə ol» yazması, Elnarə adlı şəxsin həmin tarixdə saat 15:59-da sonuncuya «səbirli ol zəng etsin danışarsan ətraflı, gör nədi nə deyil» mesajı göndərməklə Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:13-də Elnarə adlı şəxsə «hədə 5 dənəsi 90 manat edir, sabaha artırarıq, elətdirə bilərsənsə 100 manat atım bir dənə əlavə şüşə atsın, orada qalır 10-12 manat, yox alınmırsa 90 manat atım 5 dənə kakos atsın» məzmunlu səs yazıları yollaması, sonuncunun Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:31-də «Bayaq dedin bu dəqiqə vurum pulu Rzaya, bəs necə vuracaqdın» və həmin tarixdə saat 18:42-də «Eşidirsən sorğu-sual eləmirəm, dediyini deyirəmdə, nəisə Behruz haçan bankomata yaxınlaşsan yaz, mən sənə kart kodu deyərtəm, pulu vurarsan da ora» məzmunlu mesajlar göndərməsi, sonuncunun Elnarə adlı şəxsə 2021-ci il avqustun 26-da saat 22:25-də «Elnarə mənə metadonun kristalın maraqlanda, əlin çatar elə bir şeyə, metodonun kristalına» və 2021-ci il avqustun 27-də saat 22:54-də «Elnarə gözüvə dönüm, Rza ilə danışmaq olar 17-dən versin, təzə uşaq var təzə calayıram da onu 8 dənə götürmək istəyir, 17-dən götürmək istəyir, o qədərə pulu çatır, bir dənə Rza ilə danışda 17-dən eləsin bizimlə» məzmunlu səs yazıları göndərməklə Elnarə adlı şəxsin Təqsirləndirilən şəxs 2021-ci il avqustun 27-də saat 22:56-da və həmin tarixdə saat 23:00-da «qoy soruşum sənə deyim, sən elə eleki sənədə pul qalsında, sən Rzaya zəng eləmisən indi» məzmunlu mesaj yazması və həmin tarixdə saat 23:05-də «Bəhruz sən bankomatın yanına gedəndə mənə deyərsən, mən sənə deyəcəm, yükləyərsən də ora, Rza belə də deyir ki, 30-40 dənə götürsə verərəm 17-yə, belə deyir 7-8 və 15 dənəyə 18 manatdan aşağıya yeri yoxdur, sən neçə dənə istəyirsən mənə de» məzmunlu səs yazısı yollaması, Təqsirləndirilən şəxs 2021-ci il avqustun 27-də saat 23:08-də Elnarə adlı şəxsə «Elnarə mən hansıvızla danışım, o deyir kartın kodunu sən atmalısan, sən kartm kodunu atmırsan, dostum bankomatın yanında məndən cavab gözləyir pulu atsın karta, tələsirəm axı, adam gəlməlidir axı tavarın dalanca» səs yazısına sonuncunun həmin tarixdə saat 23:09-da«144 manat vursun, 8 dənə, çeki at mənə» məzmunlu mesaj göndərdikdə Təqsirləndirilən şəxs «neçədən düşür?» sualını Elnarə adlı şəxsin «18» cavabını verməsi, sonuncunun Təqsirləndirilən şəxs 2021-ci il avqustun 28-də saat 23:09-da «nə oldu, götürdüz» mesajına sonuncunun həmin tarixdə saat 01:46-da «həri götürdük, sağ ol, uşaq indi gəldi, sabah səninlə işim olacaq, zəng edəcəm sənə» məzmunlu səs yazısı yollaması; Təqsirləndirilən şəxs «WhatsApp» proqramında «Toğrul» kimi qeyd olunan İran İslam Respublikasına məxsus +98-903-542-8292 saylı nömrəyə 2021-ci il avqustun 20-də saat 20:04-də «salam əzizim, necəsən ay Rza, kart atarsan da pul vuraram, hərəkət edərik, pul yığılsın 1 saata səninlə əlaqə saxlayacağam, mümkün olar həmin yerə atdırmaq», həmin tarixdə saat 21:43-də «qardaş bəs dedik axı bir iş görək, bir xətt düşüb sənə dalğan yoxdu səndə, bəs yubanır axı mənim işim, iş görərdik də», 2021-ci il avqustun 21-də saat 00:16da «Rza atıblar uje bayaqdan, səndə həmişə belə olur, dalğa itir, mən istəyirəm səninlə həmişə iş görüm əziz qardaş, necə edək ki bizdə vaxt ikgisi olmasın», 2021-ci il avqustun 22-də saat 22:59-da və həmin tarixdə saat 23:05-də «Mən Elnarə xanıma demişəm, çətinlikdir kömək istədim, isdiyirsiz danışın oynan, olar?, mənə bir söz deyin, amma xahiş edirəm mənə bir dəfə kömək edin, sonra nəğdi olacaq Allahhaqı, nəsə olsa Elnarə o burdadır, xahiş edirəm kömək birdəfə, sonra qalanın, baxın yalvarırlar burda, vəsiqəmi qoyaram, istəsəniz imkan varsa eliyin», həmin tarixdə saat 23:23-də «yaxşı bir yarım saata olmalıdır, olsa nəğdiyə, birdə imkan olsa artıq qoyarsan bilim götürəndə qaytararam, yenə də verərsən olar, mənə biz söz deyin nolar, amma neçəyə olacaq deyin, uşaqlar burdadılar» məzmunlu səs yazıları göndərməsi, Toğrul adlı şəxsin Təqsirləndirilən şəxs 2021-ci il avqustun 22-də saat 22:58-də «qardaşım biz nağd istəyirik də pulu, vurarsan gedib malını götürərsən də, burda nə var ki», həmin tarixdə saat 23:16-da «qardaşım biz nisyə işləmirik, sənə qurban» və həmin tarixdə saat 23:25-də «qardaşım saat 1-2-də o mallar atılacaq, pul nə qədər vursan o qədər mal verəciyəm» məzmunlu səs yazıları yollaması, Təqsirləndirilən şəxs 2021-ci il avqustun 22-də saat 22:26-da Toğrul adlı şəxsə «qadaş salam, mənə deyərdüz sizdə metodonun kristalı olur, varsa mənə lazımdı» məzmunlu səs yazısı göndərməsi, sonuncunun 2021-ci il avqustun 26-da 8-ci audio yazıda Təqsirləndirilən şəxs yolladığı «qardaşım necəsən, bayaq danışa bilmirdim, bizdə metodonun tabled olur, orijinaldı, başqa şey olmur» məzmunlu səs yazısına və həmin tarixdə 9-cu audio yazıda sonuncunun «qardaş necəsən, dedim 8 dənə vurardıq da torpaqdan, alındıra bilərik yenə biz, 1-2 partiya götürmək səndən, indi olar 3-ün kruquna atardı, Əhmədliyə gedib gəlməyə taksi pulu yoxdu, həm də vaxt yoxdu, həm də müştəri gəlməlidir, tez bir zamanda alınmahdır» məzmunlu səs yazısı ilə cavab verməsi, Təqsirləndirilən şəxs Toğrul adlı şəxsə 2021-ci il avqustun 27-də saat 22:54-də «qardaş istəyirsən sən kartı atginan 10 dəqiqəyə pulu otuzduraq, maksimum 15 dəqiqəyə pulu aturuq» və həmin tarixdə saat 22:59-da «qardaş pul hazırdı, alınırsa əgər kartı at pulu vuraq, pul hazır oldu uje» məzmunlu səs yazıları yollamamaqla sonuncunun Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:07-də «qardaş kartı Elnarə ilə danış o, sənə deyər sən vurarsan, kartın nömrəsi onda var» məzmunlu səs yazısı göndərməsi, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:18-də Toğrul adlı şəxsə göndərdiyi «qardaş çeki atdım Elnarəyə indi atır sənə, həmişə Ədmədliyə hara atırsuz elə həmin yerə ata bilər, çünki dostum Həzi Aslanovdadır, ora yaxındır» məzmunlu səs yazısına Toğrul adlı şəxsin 2021-ci il avqustun 28-də saat 00:41-də «qardaş get Əhmədliyə, X13 yanına» məzmunlu səs yazısı ilə cavab verməsi, Təqsirləndirilən şəxs 2021-ci il avqustun 28-də saat 00:20-də Toğrul adlı şəxsə «qardaş X13 dəqiq harasına, nəyin yanına atılıb» məzmunlu səs yazısına sonuncunun həmin tarixdə saat 00:21-də «qardaş atacıyam, qoy gəlsin ora» məzmunlu səs yazısı göndərməsi, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:29-da Toğrul adlı şəxsə yolladığı «çatıb ora qardaş, orada gözləyir» məzmunlu səs yazısına sonuncunun həmin tarixdə saat 00:30-da «indi həll edərəm» məzmunlu səs yazısı göndərməklə Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:21-də Toğrul adlı şəxsə «götürdülər, qardaşım çox sağ ol əzizim, Allah var etsin, təşəkkürlər» səs yazısı ilə cavab verməsi, sonuncunun həmin tarixdə saat 01:22-də Təqsirləndirilən şəxs «Allah xeyrini versin, sağ ol» məzmunlu səs yazısı göndərməsi aşkarlanmış, bir ədəd CD disk və «WhatsApp» proqramından çıxarışlar protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 211- 236). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 24 dekabr tarixli qərarından görünür ki, maddi sübut kimi tanınan X14 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 3,018 qram və 0,440 qram qalıqları, habelə bir ədəd elektron tərəzi saxlanılması üçün idarənin saxlanc yerinə təhvil verilmiş, üç ədəd CD diski və Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A01» markalı mobil telefon cinayət işinin materiallarına əlavə edilmişdir (2-ci cild, iş vərəqi 9-10). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 13 dekabr tarixli 5064 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla sonuncunun İİİ dərəcəli əlil olması səbəbindən məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild, iş vərəqi 39-40). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 05 yanvar tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli cinayət işinin materialarından başqa cinayət işinin ayrılması və təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilərək ona qeyd olunan maddələrlə yenidən ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 206-cı və 234.4.2.-ci maddələri ilə cinayət təqibi rədd olunmuş, hazırki cinayət işindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu Elnarə və İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslər barəsində Azərbaycan Respublikasının CMnin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, maddi sübut kimi tanınan X14 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 3,018 qram və 0,440 qram qalıqlarının, habelə bir ədəd elektron tərəzinin saxlanılması üçün idarənin saxlanc yerinə təhvil verilməsi, üç ədəd CD diskinin hazırki cinayət işinin materiallarına, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A01» markalı mobil telefonun ********* nömrəli cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 58-79, 80-89 və 91-93). Məhkəməyə təqdim olunan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 28 dekabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarı tətbiq olunaraq sonuncu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 16 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğu 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasının işdə cəzanı yüngülləşdirən hal olmasını nəzərə almaqla əməlindən peşmanlığını, xəstəliyini, yaşayış yeri üzrə barəsində heç bir şikayət daxil olmamasını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 28 dekabr tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 16 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarına əsasən ona təyin edilmiş 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilməsi və Təqsirləndirilən şəxs üzərindən məhkumluğunun götürülməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 3,018 qram və 0,440 qram qalıqları, habelə bir ədəd elektron tərəzi məhv edilməli, üç ədəd CD diskinin cinayət işinin materiallarına, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A01» markalı mobil telefonun ********* nömrəli cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 174 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 40 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il avqustun 29-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il avqustun 29-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 174 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 3,018 qram və 0,440 qram qalıqları, habelə bir ədəd elektron tərəzi məhv edilsin, üç ədəd CD diskinin cinayət işinin materiallarına, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A01» markalı mobil telefonun ********* nömrəli cinayət işinə əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-625/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-625/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver