Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-625/2024 24.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2 və X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 5 oktyabr 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 may 2024-cü il tarixdə, saat 14:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 58,555 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 31 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin (bundan sonra mətndə - Sabunçu RPİ-nin 14-cü PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına aparılmış, bölmədə onun üzərində keçirilmiş şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 58,555 qram olan narkotik vasitə heroin bir ədəd sellofan bükümdə əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, atası Nazim bağda mühafizəçi işləyir. 31 yanvar 2023cü il tarixdə atası xəstə olduğundan onun yerinə işləyə biləcəyini bildirərək atasına evə gedib dincəlməsini demiş, atası da evə getmişdir. Bundan sonra təxminən saat 11-12 radələrində Bilgəh qəsəbəsinin sahə rəisi Şahid5 bağa gələrək 4-5 il əvvəl həmin bağda oğurluq olduğunu bildirmiş, bununla əlaqədar olaraq həmin bağda neçə müddətdir işləməsi ilə bağlı izahat yazması üçün onu bölməyə dəvət etmişdir. Təxminən saat 13 radələrində Şahid5 “Mercedes C Class” markalı avtomobili ilə polis bölməsinə gedib orada bölmə rəisi ilə görüşmüş, sonuncu onun Hacı Talehlə hər hansı əlaqəsinin olub-olmaması, habelə narkotik vasitələrdən istifadə edib-etməməsi ilə maraqlanmış, o isə Hacı Taleh adlı şəxsi tanıdığını, lakin hər hansı əlaqəsinin olmamasını, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin hər hansı növündən istifadə etmədiyini bildirmişdir. Bundan sonra Şahid2 və Şahid1 adlı əməliyyat müvəkkilləri onu “podval”a aparmışlar. Axşam hava qaraldıqdan sonra o, yenidən bölmə rəisinin otağına aparılmış, bu zaman cibinə bir büküm narkotik vasitə də qoyulmuşdur. O həmin bükümün nə olduğunu soruşduqda isə “bu narkotik vasitə artıq sənindir” demişlər. Bundan sonra təhqiqatçının otağında şəxsi axtarış aparılmış, videoçəkiliş zamanı təhqiqatçı üzərində olan əşyaları çıxarmağını təklif etdikdə o, mobil telefonu və polislərin cibinə qoyduğu içərisində həmin narkotik vasitə olan bükümü təqdim etmişdir. Narkotik vasitə onun üzərinə qoyularkən Şahid1 əllərini qandalla bağlamış, Şahid2 isə onu döyməklə fiziki təzyiq göstərmiş, lakin üzərində gözlə görünən hər hansı xəsarəti olmamış, habelə istintaq təcridxanasına daxil olarkən də üzərində xəsarət izi olmadığından keçirilmiş baxış zamanı xəsarət aşkar edilməmişdir. Belə ki, polis əməkdaşları onun qarın və qabırğalarından vurmaqla döymüşlər. İstintaq təcridxanasında döyüldüyünü deməmişdir. O, döyülməsi ilə bağlı hər hansı hüquq mühafizə və sair orqana, o cümlədən barəsində qətimkan tədbiri məsələsi seçilərkən məhkəməyə məlumat verməmiş, lakin müstəntiqə təzyiqlərə məruz qalması barədə bildirməkdə hazırda məhkəmədə verdiyi məzmunda ifadə vermişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı, o cümlədən sonradan ibtidai istintaq zamanı müstəntiq tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmişdir. O, istintaq hərəkəti zamanı hal şahidi qismində iştirak etmiş Şahid3 əvvəllər Maştağa qəsəbəsində görmüş, Şahid4 isə ümumiyyətlə tanımamışdır. Şəxsi axtarış zamanı narkotik vasitəni özü çıxarıb təqdim etmiş və təhqiqatçıya narkotik vasitəni digər otaqda üzərinə qoyulduğunu bildirmişdir. Şəxsi axtarış zamanı iştirak edən müdafiəçi, habelə hal şahidləri də onun dediklərini eşitmişdir. Müdafiəçi özünü təqdim etdikdən sonra sənədləri imzalamağını bildirmiş, o da həmin sənədləri oxumadan imzalamışdır. Sahə rəisi bağa gələrkən yanında digər ustalar, habelə Kamran adlı kafel ustası da olmuş, sonuncu onun sahə rəisi tərəfindən polis bölməsinə dəvət edildiyini görmüşdür. Üzərinə qoyulmuş açıq-qəhvəyi rəngli narkotik vasitə heroin tərəzidə çəkilmədən hazır bükülü vəziyyətdə ona Ramin adlı polis əməkdaşı tərəfindən verilmişdir. Şəxsi axtarış aparılarkən otaqda Asim, Elçin, Bahadır, Ağalar və İlqar adlı şəxslər olmuşdur. Müstəntiqə üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin üzərinə qoyulduğunu və döyüldüyünü demişdir. Polis əməkdaşlarına Hacı Talehlə hər hansı əlaqəsinin olmadığını demiş, lakin buna baxmayaraq həbs olunmuşdur. Onu saxlayan, üzərində şəxsi axtarış aparan və hər hansı digər polis əməkdaşları ilə ədavət və ya düşmənçiliyi olmamışdır. Sağlamlığında olan problemlərlə əlaqədar, yəni ürək qüsuru ilə bağlı həqiqi hərbi xidmətə aparılmamışdır.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Şahid1 polis bölməsində görmüşdür. Həmin şəxs onu saxlamamışdır. Onu sahə rəisi Bəhruz saxlamışdır. Belə ki, o, atasının işlədiyi bağda saxlanılmışdır. O, bölmənin naxçıvanlı Süleyman adlı rəisinin xidməti otağında olarkən Şahid2 adlı polis əməkdaşı bir bükümdə hazır vəziyyətdə olan narkotik vasitəni şkafdan çıxarıb onun üzərinə qoymuşdur. Həmin vaxtı otaqda başqa şəxslər də olmuşdur. Saxlanılarkən yanında Kamranla Ramil adlı ustalar olmuş, onlar həmin vaxt bağda kafel vurmuşlar. Şahid1 şəxsi axtarışda görmüş, saxlanılarkən Şahid1 orada olmamışdır. Bölmədə qoluna qandal vurulmuş, Şahid1 onu tutmuş, Şahid2 isə onu döymüşdür. O, müdafiəçinin iştirakı ilə tutulmuş, müdafiəçinin yanında da narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoyulmasını demişdir. Müdafiəçi ona sənədləri təqdim edərək tutulması ilə bağlı sənədlər olduğunu izah etmişdir.
4. Təqsirləndirilən şəxs davam edən məhkəmə iclaslarında verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, polis bölməsində olarkən ona təqdim olunmuş müdafiəçi Şahid9 sənədlərin sonuncunun ona müdafiəçi qismində təqdim olunması ilə əlaqədar sənədlər olmaqla imzalamasını bildirdiyindən həmin sənədləri oxumadan imzalamışdır. O, spirtli içkilər qəbul etmir, namaz qılmır, evindən aşkar olunmuş dini kitabları oxumamışdır, həmin kitablar ona deyil, nənəsinə məxsus olmuşdur. Qasım Süleymani adlı şəxsin kim olmasına dair məlumatı yoxdur. Nənəsi o, tutulduqdan sonra vəfat etmişdir. Ailədə ondan kiçik yaşda olan, hazırda müddətli həqiqi hərbi xidmət keçən qardaşı vardır. Hazırkı cinayət işi üzrə tutularkən 18 yaşı yeni tamam olmuşdu. İbtidai araşdırma orqanı tərəfindən baxış keçirilən ev əvvəllər nənəsinin evi olmuş, sonradan həmin evi nənəsigil içindəki əşyalarla birlikdə onlara vermişdir. Polis bölməsində əvvəlcə ondan dindar Hacı Talehlə əlaqəsi olub-olmadığı soruşulmuş, o həmin şəxslə hər hansı əlaqəsinin olmadığını, sadəcə adını “İnstagram” sosial şəbəkəsində görüb tanıdığını bildirmişdir. O, Hacı Talehlə görüşməmiş, onunla hər hansı əlaqəsi yoxdur. Narkotik vasitə onun üzərinə Süleyman adlı rəisin yanında qoyulmuş, təhqiqatçının xidməti otağında isə üzərindən çıxarılmışdır. Müdafiəçi Şahid9 şəxsi axtarış istintaq hərəkəti zamanı iştirak etmiş, lakin ondan əvvəlki proseslərdə iştirak etməmiş, müdafiəçi onun üzərindən narkotik vasitə çıxarılarkən görmüş və ona məsələni məhkəmədə həll edəcəklərini bildirmişdir. Evə baxış istintaq hərəkəti onun iştirakı olmadan keçirilmişdir. Müdafiəçi Şahid9 ona təqdim olunmamışdan əvvəl onu polis idarəsində koridorda gəzərkən görmüş, bu zaman sonuncu onu görsə də onunla söhbət etməmişdir. Polis əməkdaşları onu Süleyman adlı şəxsin otağına aparıb narkotik vasitəni üzərinə qoyduqdan sonra üzbəüz təhqiqatçı Ramin adlı polis əməkdaşının xidməti otağına keçirmiş, bu zaman müdafiəçi artıq həmin otaqda olmuşdur. Təhqiqatçı Ramin ona üzərində nə varsa çıxarmasını tələb etmiş, o da vəkilin yanında narkotik vasitəni çıxarıb vermiş, bu zaman otaqda onlardan başqa iki nəfər polis əməkdaşı da olmuşdur.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin izahat və ifadələrdə göstərmişdir ki, əvvəllər məhkum olunmamaqla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu küçəsində nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 31 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı ünvanın yaxınlığında olan zaman bir nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirib onunla birlikdə 14-cü PB-yə getməli olduğunu deyərək onu həmin polis bölməsinə dəvət etmiş, o da razılıq vermiş və həmin polis əməkdaşı ilə birlikdə 14-cü PB-yə getmişdir. Polis bölməsinə çatan kimi onu xidməti otaqlardan birinə apararaq üzərində külli miqdarda narkotik vasitə olduğu bildirilmiş, o isə üzərində narkotik vasitə olmadığını demiş, orada olan polis əməkdaşlarından biri onun gödəkçəsinin sağ yan cibinə bir ədəd sellofan büküm qoyaraq “Bu artıq sənindir, sənə aiddir” demişdir. O da qorxduğu üçün razılaşmışdır. Bundan sonra şübhəli şəxs kimi tutulmuş, vəkil dəvət olunaraq ona təqdim edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, otaqlardan birinə aparılaraq üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. O, gödəkçəsinin cibində olan bir ədəd “Tecno” markalı mobil telefonu, cibinə qoyulmuş bir ədəd sellofan bükümü çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən ondan həmin kütləni haradan əldə etməsi soruşulduqda, o həmin kütlənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Üzərində şəxsi axtarış keçirilmiş xidməti otağa daxil olanda həmin otaqda Asim, Elçin və Ramin adlı polis əməkdaşları, iki nəfər dəvət edilmiş Bahadır və Ağalar adlı şəxslər olmuş, onların iştirakı ilə qeyd etdiyi telefonu və kütləni təqdim etmiş, sonra təqdim etdiyi bir ədəd mobil telefon və qeyd etdiyi kütlə ayrı-ayrılıqda kağız zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənmiş, protokol tərtib edilmiş, özü və iştirak edən digər şəxslər həmin protokolu, həmçinin zərfin üzərini imzalarla təsdiq etmişdir. Üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin onun cibinə 14-cü PB-də tanımadığı polis əməkdaşlarından biri tərəfindən qoyulmaqla ona məxsus deyil, qorxduğu üçün həmin narkotik vasitə heroini şəxsi axtarış zamanı təqdim etmişdir. Saxlanılarkən, polis bölməsinə gətirilərkən, polis bölməsində olarkən, habelə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı fiziki zor, təzyiq və ya təsir edilməmişdir. Narkotik vasitə heroin polis əməkdaşları tərəfindən də cibinə qoyularkən ona qarşı hər hansı fiziki zor, təzyiq və ya təsir tətbiq edilməmişdir. Lakin o, qorxduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Onunla ibtidai istintaq zamanı üzləşmədə iştirak etmiş polis əməkdaşlarının və hal şahidlərinin dedikləri tamamilə yalandır. O, narkotik vasitə və ya psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin isə ona məxsus olmadığı üçün özünü təqsirli bilmir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 35; 46-47; 86-89;)
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, qərəzsiz mənbədən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edərək üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibi o və Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Mais oğlundan ibarət olmuşdur. 31 yanvar 2023-cü il tarixdə o, Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu küçəsinə getmişlər. Həmin gün saat 13 radələrində qeyd olunan küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək 14-cü PB-nin əməkdaşları olduqlarını deyib, satış məqsədi ilə narkotik vasitə əldə edərək üzərində saxlayaraq daşıması barədə məlumatlı olduqlarını bildirmiş və onu bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə 14-cü PB-yə getməyə etiraz etməmişdir. Bundan sonra onlar bölmənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin onlar tərəfindən bölməyə gətirildiyini, bu barədə növbətçi vəkillə əlaqə saxlayıb məlumat verməsini bildirmişlər. Daha sonra həmin şəxsi 14-cü PB-nin inzibati binasına aparmışlar. Bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş, dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bu barədə qərar ona və müdafiəçisinə təqdim edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, üzərinə keçiriləcək şəxsi axtarış və götürmə zamanı vəkilinin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi üçün hal şahidlərinin iştirakı zəruri olduğuna görə 14-cü PB-nin inzibati binasından çıxaraq bölmənin ətrafında bir nəfər şəxsə yaxınlaşıb bu barədə bildirmiş, həmin şəxs hal şahidi qismində iştirak etməyə razılıq vermişdir. Bundan sonra digər ikinci şəxsə yaxınlaşıb ona da keçiriləcək şəxsi axtarış zamanı hal şahidi qismində iştirak etmək lazım olduğunu deyərək 14-cü PBnin inzibati binasına dəvət etmiş, həmin şəxs də onunla razılaşmışdır. Belə ki, qeyd etdiyi iki nəfər şəxs onunla birlikdə 14-cü PB-yə gəlmiş, bölmədə həmin şəxslərin Şahid3 və Şahid4 olduğu müəyyən edilmişdir. Həmin şəxslər onunla birlikdə təhqiqatçının xidməti otağına daxil olmuşlar. Otaqda həmin iki nəfər hal şahidi, o və polis leytenantı Şahid2 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, ilk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütləni, bir ədəd “Tecno” markalı mobil telefonu çıxarıb otaqda olan masanın üzərinə qoyaraq mobil telefonun ona məxsus olduğunu, təqdim etdiyi bir ədəd sellofan torbada olan kütlənin isə ona məxsus olmadığını, guya polis bölməsində hansısa otaqda polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümə baxdıqda həmin bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmiş, həmin kütlə və bir ədəd təqdim edilmiş mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmış, həmin zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmiş, keçirilmiş şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə özü də həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən ona qarşı zor tətbiq edilməmiş və ya pis rəftara məruz qalmamışdır.
9. Şahid1 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, sonuncu saxlanılarkən onlara qarşı müqavimət göstərməmiş, habelə onlarla birlikdə polis bölməsinə getməyə hər hansı etiraz etməmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş aparılmaması və buna görə hal şahidlərinin dəvət edilməsi Təqsirləndirilən şəxs özünün videoçəkiliş aparılmasına etiraz etməsi ilə bağlı olmuşdur. O, təhqiqatçının göstərişi ilə iki nəfər hal şahidi dəvət etmək üçün otaqdan çıxdıqda otaqda Təqsirləndirilən şəxs, Şahid2 və təhqiqatçı qalmışdır. Aşkar olunmuş narkotik vasitə tərəzidə çəkilmədən dərhal qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair ilkin məlumatlar olsa da, onun konkret olaraq narkotik vasitələri kim və ya kimlərə satmasına dair hər hansı məlumat əldə edilə bilməmişdir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la əsasən oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs guya onun üzərinə narkotik vasitəni onun (Şahid2) tərəfindən bölmə rəisinin xidməti otağında qoyması, onun tərəfindən hər hansı fiziki və sair təzyiq göstərilməsinə dair ifadəsində göstərilənlər tamamilə yalandır. Təqsirləndirilən şəxs günorta saatlarında tək halda küçədə dayanmış vəziyyətdə olarkən saxlanılmış, dərhal bölmənin inzibati binasına gətirilmiş və təhqiqatçıya təhvil verilmişdir. Saxlanılaraq bölməyə gətirilməsi və üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi qısa müddət ərzində baş vermişdir. Şahid1 hal şahidlərini dəvət etmək məqsədi ilə otaqdan çıxanda Təqsirləndirilən şəxslə o, otaqda qısa müddət ərzində tək qalmışdır. Belə ki, həmin vaxt təhqiqatçı da zərf gətirmək üçün təxminən bir dəqiqə müddətində otaqdan çıxaraq geri qayıtmışdır. Təqsirləndirilən şəxs qarşı nə o, nə də hər hansı polis əməkdaşı tərəfindən fiziki təzyiq edilməmiş, pis rəftara məruz qalmamışdır.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, ünvan 4 ünvanda yaşayır. Əvvəllər məhkumluğu olmamışdır. 31 yanvar 2023-cü il tarixdə yaşadığı evdən çıxıb Maştağa qəsəbəsində yerləşən poçta tərəf getmişdir. Həmin gün təxminən saat 13:45 radələrində piyada Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 14-cü PBnin inzibati binasının yaxınlığından qonşusu Şahid4la birlikdə keçərkən iki nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşmış, həmin şəxslərdən biri adının Asim olduğunu, 14-cü PB-nin əməkdaşı olduğunu deyərək bölmənin inzibati binasında bir nəfər şübhəli şəxsin üzərinə keçiriləcək şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etmək lazım olduğunu bildirmiş, ondan hal şahidi kimi iştirak etməyini xahiş etmiş, o da hər hansı etirazı olmadan hal şahidi qismində iştiraka razılıq vermişdir. Asim adlı polis əməkdaşı yanında olan qonşusu Ağalardan da hal şahidi kimi iştirak etməsini xahiş etmiş, sonuncu da etirazı olmadığını bildirmişdir. Onlar birlikdə 14-cü PB-nin inzibati binasına getmiş, orada xidməti otaqlardan birinə daxil olmuşlar. Otaqda iki nəfər mülki geyimdə, bir nəfər polis xidməti geyim formasında olmaqla, 3 nəfər şəxs olmuşdur. Polis xidməti geyim formasında olan şəxs özünü onlara təqdim edib 14-cü PB-nin təhqiqatçısı olduğunu, adının da Ramin olduğunu bildirmişdir. Bundan sonra, həmin şəxs onlara digər iştirakçıların da anket məlumatlarını bildirmişdir. Belə ki, onları dəvət edən şəxs 14-cü PB-nin əməliyyat müvəkkili Asim, otaqda olan mülki geyimdə olan şəxslərdən biri həmin polis bölməsinin əməliyyat müvəkkili Elçin, digəri isə Rüstəm adlı şəxs olmuşdur. Təhqiqatçı onlara orada olan Rüstəm adlı şəxsin, sonradan ona şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün bölməyə gətirildiyini, şübhəli şəxs kimi tutulduğunu, üzərində şəxsi axtarış aparılacağını, onların da həmin prosesdə iştirak edəcəklərini bildirmişdir. O və digər hal şahidi qismində dəvət edilmiş Ağalar heç bir etirazlarının olmadığını bildirmişdir. Bundan sonra, onlara, yəni hal şahidlərinə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri elan edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya narkotik vasitə varsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütləni və bir ədəd “Tecno” markalı mobil telefonu çıxarıb otaqda olan masanın üzərinə qoyaraq, mobil telefonun ona məxsus olduğunu, təqdim etdiyi bir ədəd sellofan torbada olan kütlənin isə ona məxsus olmadığını, polis bölməsində hansısa otaqda polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümə baxdıqda həmin bükümün içərisində spesifik iyə malik kütlə olması aşkar edilmiş, polis əməkdaşları həmin kütlənin narkotik vasitə heroin olmasından şübhələnmişlər. Həmin kütlə və bir ədəd təqdim edilmiş mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmış, həmin zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmiş, keçirilmiş şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokolu imzalamışdır. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs qarşı psixi və ya fiziki zor tətbiq edilməsi ilə bağlı onda hər hansı bir əlamət görməmiş, bu barədə Təqsirləndirilən şəxs də bir söz deməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bükümün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmasını desə də, ona qarşı hər hansı bir zorakılıq tətbiq olunması ilə bağlı fikir bildirməmişdir. O və digər hal şahidi qismində dəvət edilmiş sonradan şəxsiyyəti ona məlum olan Şahid4 xidməti otağa daxil olduqda Təqsirləndirilən şəxs də həmin otaqda olmuş, onlar gəldikdən sonra Təqsirləndirilən şəxs hər hansı digər otağa keçirilməmişdir.
12. Şahid3 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, təxminən saat 12-13 radələrində ***-**-** saylı ev telefon nömrəsinin ödənişini etmək üçün poçta doğru gedərkən şəxsi axtarış istintaq hərəkəti zamanı hal şahidi qismində iştirak etmək üçün polis bölməsinə dəvət edilmiş, orada hal şahidi qismində iştirak etmişdir. Bölmədə otağa daxil olarkən orada Rüstəmdən başqa polislər də olmuş, lakin müdafiəçinin otaqda olub-olmamasını bilməmiş, sonuncunu tanımamışdır. Onların yanında Rüstəmə qarşı hər hansı fiziki və sair təzyiq olmamışdır. O, uzun müddət əvvəl başqa bir cinayət işi üzrə də hal şahidi qismində iştirak etmişdir. Şahid4 onun qonşusudur. Onlar poçta doğru gedərkən polis əməkdaşı onlara yaxınlaşıb hal şahidi qismində iştirak etmələrini təklif etmiş, onlar isə hər hansı etiraz etməmişlər. Onlar təhqiqatçının otağına daxil olarkən Rüstəm artıq orada olmuş, onların yanında Rüstəmə hər hansı fiziki və sair təsir və ya təzyiq olmamış, pis rəftar göstərilməmiş, Rüstəm üzərindən çıxardığı bükülünun ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu demişdir. O, poçtdan ya həmin gün, yaxud sonrakı 2-3 gün ərzində stasionar ev telefonunun pulunu ödəmişdir.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid3la əsasən oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Şahid3la qonşudur. Belə ki, onlar Maştağa qəsəbəsi gülçülük sovxozu ərazisində yaşayır. Maştağa qəsəbəsində bir ədəd poçt məntəqəsi olduğundan qonşusu Şahid3la birlikdə ora doğru getmişlər. O, polis bölməsində istintaq hərəkətində iştirak etdikdən sonra poçta getmiş, poçtdan ev telefonunun kommunal borcunu ödəmiş, daha sonra da işinə getmişdir. Lakin Şahid3 polis bölməsindən çıxdıqdan sonra poçta getməmişdir. O, heç vaxt başqa bir cinayət işi üzrə hal şahidi qismində iştirak etməmişdir.
14. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin polis sahə inspektoru, polis kapitanı Şahid5 ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs xidməti ərazisində yaşaması ilə əlaqədar tanımış, sonuncunun ünvanı, habelə ərazidə olan müxtəlif bağlarda işləməsi barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmasını sonradan eşitmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmazdan təxminən bir ay əvvəl xidməti ərazisində baş vermiş oğurluq hadisələri ilə bağlı xidməti fəaliyyəti ilə əlaqədar bağlara gedib məlumat toplamaqla bağların sahiblərinə xəbərdarlıqlarını etmiş, bu zaman Təqsirləndirilən şəxs başqa digər şəxslərlə də danışıqlar aparmış, hazırda isə həmin danışıqların mahiyyətini, habelə Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edilib-edilməməsini xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmasını eşitmiş, lakin həmin hadisənin təfərrüatları barədə məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs saxlanılmasında, habelə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində hər hansı şəkildə iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs işlədiyi bağa gedərkən sonuncunun orada işləməsini bilməmiş, ona Hacı Taleh adlı şəxslə bağlı suallar verməmişdir.
15. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, iş icraçısı, habelə usta olmaqla sifariş əsasında evlərin tikintisi ilə məşğul olur. Təqsirləndirilən şəxslə Bilgəh qəsəbəsində bağ evinin təmiri işləri ilə əlaqədar tanış olmuşdur. Rüstəmin atası onun işlədiyi bağ evinin mühafizəçisi olmuş, sonuncu xəstələndikdə və ya gündüz vaxtı bağda olmadıqda Rüstəm atasının əvəzinə bağa gəlmiş, lakin bu zaman işçi kimi çalışmamışdır. Belə ki, 31 yanvar 2023-cü il tarixdə, günorta saatlarında Bilgəh qəsəbəsində 4-cü dalanda bağ evində metlax vurarkən Rüstəm onların yanından sahə rəisi Bəhruz adlı şəxs tərəfindən aparılmışdır. Bəhruz bağın həyətinə girib onlardan sənədlərini alıb bağda kimlərin olduğunu yoxlamağa başlamış, bu zaman bağda özü, Rüstəm, metlax ustası və başqa bir nəfər fəhlə də olmuşdur. Sahə rəisi Rüstəmdən Allahyar kişinin nəvəsi olub-olmadığını soruşmuş, sonuncu da sahə rəisinin dediklərini təsdiqləyərək atasının əvəzinə burada olduğunu demişdir. Bundan sonra sahə rəisi Bəhruz bağda oğurluq hadisəsinin baş verdiyini, bu səbəbdən Rüstəmə onunla gəlməsini, izahat verib geri qayıdacağını bildirdikdə Rüstəm onunla getmiş, lakin geri qayıtmamışdır. Daha sonra Rüstəmin babasının təklifi ilə birlikdə sahə rəisinin işlədiyi yerə getmiş, sonuncu Rüstəmin 14-cü PB-yə aparıldığını bildirmişdir. 14-cü PB-də onlara bölmə rəisi gəldikdən sonra məlumat veriləcəyi bildirilmiş, bu səbəbdən geri qayıtmış, bir müddət sonra Rüstəmin atası sonuncunun Sabunçu RPİ-yə aparıldığını demişdir. Hadisə vaxtı metlax ustası Ramil damda metlax vurduğundan onun hadisəni görmədiyini güman edir. Sahə rəisi Rüstəmi aparmağa gələrkən yanında başqa polis əməkdaşı olmamış, sonuncunu özünə məxsus “Mercedes” markalı avtomobillə aparmışdır. Rüstəmə qarşı onun yanında hər hansı fiziki təzyiq və ya pis rəftar olmamışdır.
16. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərdi ki, o, Bilgəh qəsəbəsi 5-ci dalanda yerləşən villada metlax ustası, Rüstəm isə mühafizəçi işləmiş, sonuncu lazım olduqda fəhləlik edib pul qazanmışdır. Belə ki, o, villanın yuxarısında işləyərkən sahə rəisi Bəhruzun yoxlama apardığını eşidib aşağı düşərək vəsiqəsini təqdim etmiş, bu zaman Bəhruz oğurluq hadisəsinin baş verdiyini bildirərək onların şəxsiyyətini, habelə üzərilərini yoxlamışdır. Bəhruz yoxlama apadıqdan sonra gedə biləcəklərini demiş, o da mansarda gedərək işinə davam etmişdir. Sahə rəisi bağa tək gəlmiş, yanında digər polis əməkdaşları olmamışdır. O, sahə rəisi Bəhruzun Rüstəmi apardığını görmüş, lakin nə səbəbə apardığını bilməmişdir. O, Rüstəmin babasını tanımış, sonuncu taksi sürücüsü kimi fəaliyyət göstərmişdir.
17. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə izahat vermiş Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X15 verilən suallara cavab olaraq göstərdi ki, o, müdafiəçi qismində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi ilə əlaqədar hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən iştirak etməmişdir. Belə ki, adətən təqsirləndirilən şəxslər üzərində şəxsi axtarış keçirilən zaman vəkillərin şahid olmamaları üçün onların iştirak etməməsinə dair ibtidai araşdırma orqanına ərizə təqdim edirlər və bu səbəbdən müdafiəçilər şəxsi axtarış istintaq hərəkəti zamanı iştirak etmirlər. Lakin şəxsi axtarış keçirilməzdən əvvəl müdafiəçi kimi şübhəli şəxslərə təqdim olunur, sonuncuya hüquq və vəzifələri izah edilir, şübhəli şəxs qismində tutulur, daha sonra şəxsi axtarış keçirilir. Sonradan isə bu barədə tərtib edilmiş protokol müdafiəçilərə təqdim olunur və müdafiəçilər həmin protokollarla tanış olaraq imzalayırlar. Həmçinin şəxsi axtarışdan sonra şübhəli şəxslərdən onların iştirakı ilə izahat da alınır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iştirak etməmiş, yalnız sonradan bu barədə tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. O, Təqsirləndirilən şəxs tutulma saatını, habelə bu barədə tərtib olunmuş protokolun nə zaman tərtib edilməsini, həmin protokolu nə zaman imzalamasını dəqiq olaraq xatırlamır. Lakin ibtidai araşdırmanın gedişi adətən onun dediyi qaydada baş verir. O, şəxsi axtarış protokolu ilə tanış olarkən və Təqsirləndirilən şəxs izahatı alınarkən sonuncu üzərində aşkar olunmuş narkotik vasitənin polislər tərəfindən üzərinə qoyulmasını bildirmiş, o da sonuncunun dediklərinin izahatında və sonradan ifadəsində qeyd olunmasını təhqiqatçı və müstəntiqdən tələb etmişdir. Təqsirləndirilən şəxslə konfidensial olaraq tək söhbət etmiş, sonuncu ona hər hansı polis əməkdaşı tərəfindən döyülməsini və ya ona qarşı hər hansı pis rəftar göstərilməsini deməmişdir. Lakin üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirdiyindən o, bununla bağlı Təqsirləndirilən şəxs dediklərini istintaq sənədlərinə daxil edilməsini təkidlə tələb etmişdir. Müstəntiq tərəfindən tərtib olunmuş bütün protokollar müdafiəçilərin iştirakı ilə tərtib olunur.
18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
19. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, 31 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 58,555 qram olan narkotik vasitə heroin aşkar edilməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X16 tərəfindən həmin tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
20. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis kapitanı Süleyman Abbasov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu küçəsində saxlanılaraq həmin bölməyə gətirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarəti qaydasında müvafiq məhkəməyə məlumat verilmişdir (Cild 1, i.v. 3-7).
21. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 5(008)- 74/2023 saylı qərarından görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilməklə həmin bölmənin rəisi, polis kapitanı Süleyman Abbasov tərəfindən təsdiq edilmiş 31 yanvar 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuna uyğun hesab edilmişdir (Cild 1, 48-49;).
22. “Şübhəli şəxsin tutulması haqqında” 31 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili Şahid9 iştirakı ilə Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı, polis mayoru X13 tərəfindən həmin tarixdə, saat 13:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 13:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu küçəsində saxlanılmış və bu barədə ailə üzvlərinin ünvanına məktub göndərilməklə məlumat verilmişdir (Cild 1, i.v. 9;18;).
23. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 13:55-dən 14:04-dək Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı, polis mayoru R.Q.Güləliyev tərəfindən həmin bölmənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis leytenantı Şahid2, hal şahidləri Şahid3 və Şahid4 iştirakı ilə Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasına dair qərar ilə tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofana bükülmüş spesifik iyə malik olan qəhvəyi rəngli heroinə bənzər kütləni və 1 ədəd “Tecno” markalı mobil telefonu təqdim edib masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofana bükülmüş spesifik iyə malik, qəhvəyi rəngli kütləyə baxış zamanı həmin kütlənin narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun özünə məxsus olmasını, lakin üzərində olan gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofana bükülmüş kütlənin ona məxsus olmamaqla polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Götürülmüş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd telefon ayrıayrı iki ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış və götürmə gündüz vaxtı, xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində həyata keçirilmişdir. Qeyd olunan istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 14:10-dan 14:35-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Protokoldan görünür ki, müdafiəçi Şahid9 tərtib olunmuş protokolla sonradan tanış olmaqla imzalamışdır (Cild 1, i.v. 27-31;).
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 6/591 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №100” dairəvi möhür əksi olan “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 58,555 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi - 58,555 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq çəki 58,355 qram. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (Cild 1, i.v. 36-40;).
25. “Materialın aidiyyəti üzrə göndərilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış HK-1/233 nömrəli material aidiyyəti üzrə Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir (Cild 1, i.v. 42;).
26. “Üzləşdirmə haqqında” 1 fevral 2023-cü il tarixli protokollardan görünür ki, müdafiəçi Şahid9 iştirakı ilə Təqsirləndirilən şəxs ilə Şahid1, Şahid2, Şahid4 və Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər biri öz ifadələrini bir-birinin üzünə qarşı deməklə təsdiq etmişdir. Həmin üzləşdirmələrdən görünür ki, Təqsirləndirilən şəxs özünü müdafiəçisinin iştirakı ilə fəal şəkildə müdafiə edərək üzərində narkotik vasitə olmadığını, onun cibinə başqa bir otaqda narkotik vasitə qoyulduqdan sonra hal şahidlərinin olduğu otağa aparıldığını göstərsə də, cibinə konkret olaraq kimin tərəfindən narkotik vasitə qoyulmasını bilmədiyini, həmin polis əməkdaşını tanımadığını və adını bilmədiyini göstərmişdir. Eləcə də, Şahid2 və Şahid1la birincinin ona narkotik vasitə verərək cibinə qoymasını tələb etməsini bildirməmiş, habelə hər hansı polis əməkdaşları tərəfindən pis rəftara və ya zorakılığa məruz qalmasını bildirməmişdir (Cild 1, i.v. 74-75;).
27. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 1 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittihamın mahiyyəti izah edilmişdir (Cild 1, i.v. 76-77;).
28. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müdafiəçi Şahid9 Təqsirləndirilən şəxs hüquqlarını fəal müdafiə etməklə məhkəmə iclasında çıxış edərək həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmiş, habelə Təqsirləndirilən şəxs də təqdimatın təqdim edilməməsini xahiş etmişdir. Həmin məhkəmənin 27 may 2023 və 27 iyul 2023-cü tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 avqust 2023-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v. 101-106; 192-195; 269-273;).
29. “Axtarış aparılması haqqında” 3 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs elan edilməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli qərarı əsasında həmin tarixdə, saat 20:15-dən 21:18-dək Sabunçu RPİnin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı X17, 14-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid5, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı X9, Sabunçu RPİ-nin kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti, polis mayoru X10, hal şahidləri X7 və X4, həmçinin X3 iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş və hal şahidlərinin iştirakı ilə aparılmış axtarış zamanı dini təyinatlı ədəbiyyat nümunələri, CD disk və digər məlumat materialları aşkar olunmuşdur. Araşdırma zərurəti ilə əlaqədar olaraq, aşkar edilmiş 10 ədəd qara parça və 7 ədəd fotoşəkil bir zərfdə, 5 ədəd dini kitab və 2 ədəd kaset, cəmi 6 ədəd disk, 1 ədəd yaddaş kartı, bir ədəd bıçaq və 1 ədəd “Samsung” markalı mobil telefon digər zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər predmetlər aşkar olunmamışdır. Axtarış zamanı aparılmış 56 dəqiqə 16 saniyə müddətində olan videoçəkiliş bir ədəd yaddaş qurğusuna köçürülərək protokola əlavə edilmişdir (Cild 1, i.v. 118-126;).
30. “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 4 fevral 2023-cü il tarixli qərar və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 58,555 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalıq 58,355 qram çəkidə narkotik vasitə heroin saxlanılmasından ötrü Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (Cild 1, i.v.127; 251;).
31. “Baxış keçirilməsi haqqında” 16 fevral 2023-cü il tarixli protokol və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində 3 fevral 2023-cü il tarixdə aparılmış axtarış zamanı götürülmüş 2 ədəd video kaset, 6 ədəd disk və 1 ədəd yaddaş kartına baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmiş, onlardan 3 ədəd diskin hər birində İran İslam Respublikasının rəhbərlərinin, o cümlədən Qasım Süleymaninin, “Ya Hüseyn...” yazıları olan 6 ədəd fotoşəkil və 1 ədəd videogörüntünün olması müəyyən edilmişdir. 2 ədəd video kaset, 3 ədəd disk və 1 ədəd yaddaş kartı qəbzlə Nazim Adıyev tərəfindən təhvil alınmışdır (Cild 1, i.v. 130-131).
32. Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən, habelə “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 8 mart 1981-ci il təvəllüdlü atası X14, 21 fevral 1982-ci il təvəllüdlü anası X5 və qardaşı 2005-ci il təvəllüdlü Sübhan Adıyevdən ibarət olmaqla Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (Cild 1, i.v. 134; Cild 2;).
33. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 2 fevral 2023-cü il tarixli, 560 saylı rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v.135-136;).
34. “Ambulator məhkəmə-psixiatrik” ekspertizasının 2 fevral 2023-cü il tarixli 235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə eytiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur (Cild 1, i.v. 138-139).
35. Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis kapitanı Süleyman Abbasovun 7 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin, həmin narkotik vasitəni əldə etdiyi şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Sabunçu RPİ-nin 14-cü PB-yə dəfələrlə məlumat daxil olmuşdur (Cild 1, i.v. 143).
36. “Məhkəmə-Tibbi Ekspertiza və X12” X23 19 aprel 2023-cü il tarixli, 163-2023/MTKŞ saylı rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan əlavə və dəyişikliklər edilməmişdir (Cild 1, i.v. 156- 158).
37. “Sənədlərin-texniki” ekspertizasının 10 may 2023-cü il tarixli, 5/529 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “TECHNO CAMON 15 Air” markalı “TECHNO CD6” modelli, “**********47740, **********47757” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1” markalı arxa markalanma göstəricisinə görə “SM-J120F/DS” modelli, "3556xx/xx/263380/6, 3557xx/xx/263380/0” “imei” kodlu mobil smartfonu hal-hazırda tədqiqat aparılması üçün işlək vəziyyətə gətirmək mümkün olmamışdır. Tədqiq olunan “TECHNO CAMON 15 Air” markalı “TECHNO CD6” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “GBWhatsApp”, “WhatsApp” proqram təminatları, “İnstagram”, “TikTok” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Rəyin “Tədqiqi hissəsi”nin 4cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Gaiaxy J1” markalı arxa markalanma göstəricisinə görə “SM-J120F/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, audio, foto, video fayllar, "WhatsApp” proqram təminatı, sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışıdır. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (Cild 1, i.v.159-164).
38. “Baxış keçirilməsi haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, “Sənədlərin-texniki” ekspertizasının 10 may 2023-cü il tarixli, 5/529 saylı rəyinə əlavə edilmiş yaddaş kartına baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (Cild 1, i.v. 165-166).
39. “Baxış keçirmə haqqında” 1 iyun 2023-cü il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı əsasında "xxxx" MMC-dən 2 may 2023-cü il tarixli, 9967 nömrəli məktubla əldə edilmiş bir ədəd diskə baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır (Cild 1, i.v. 199- 200;).
40. “Məhkəmə-linqvistik və dinşünaslıq” ekspertizasının 31 may 2023-cü il tarixli, 4/880 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələrində, CD disk və digər məlumat materiallarında linqvistik və dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan məlumatlar, həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar müəyyən edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manatdır (Cild 1, i.v. 201-204).
41. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v.210-211;).
42. “Sübutların qiymətləndirilməsi haqqında” 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 58,555 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınmasının nəzərə alınması, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş bir ədəd “TECHNO CAMON 15 Air” markalı “TECHNO CD6” modelli mobil telefon, 3 fevral 2023-cü il tarixdə sonuncunun yaşadığı evdən aşkar edilərək götürülmüş A”Samsung Galaxy J1” markalı “SM0J120F/DS” modelli mobil telefon və 1 ədəd qulpu qırıq vəziyyətdə olan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçağının Təqsirləndirilən şəxs atası X8 təhvil verilməsi, habelə 2 ədəd video kaset, 3 ədəd disk və 1 ədəd yaddaş kartının 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs atası X8 qəbzlə təhvil verilməsinin nəzərə alınması qeyd edilmişdir (Cild 1, i.v.223-235).
43. “Cinayət işi materiallarından ayrıca cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında” 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.238-239).
44. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq F.Q.Soltanlı tərəfindən 26 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 28 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.257-266).
45. Müdafiəçi tərəfindən təqdim edilmiş 4 saylı Poçt Filialının rəisi tərəfindən verilmiş 11 oktyabr 2023-cü il tarixli məktubda və 5 mart 2024-cü il tarixli məlumatda göstərilmişdir ki, Şahid3 31 yanvar 2023-cü il tarixdə 39 saylı poçt şöbəsindən heç bir qeydiyyatlı poçt göndərişindən istifadə etməmiş, ***-***-**-** nömrəli telefona həmin poçt şöbəsində abunə haqqı ödənişi aparmamışdır.
46. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 6 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X20 tərəfindən Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nin polis əməkdaşları tərəfindən saxlanılan zaman döyülərək zorakılığa məruz qalmasına dair Sabunçu RPİ-nin İstintaq Şöbəsindən daxil olmuş məlumat əsasında araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması, o cümlədən təzyiqlərə məruz qalması xüsusatı əsasında rayon prokurorluğunda aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmasına görə rədd edilmişdir. Qərardan görünür ki, araşdırma gedişində Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının 56 saylı rəyi ilə sonuncuda 31 yanvar 2023-cü il tarixə uyğun gələn hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 883/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həmin istintaq təcridxanasına daxil olarkən təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış və həbs edilərkən hər hansı xəsarət almamışdır (Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
47. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
48. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
49. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
50. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş bütövlükdə mübahisələndirmişdir.
51. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
52. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
54. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
55. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
56. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
57. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.
58. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır.
59. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər və təkzibedilməz sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.
60. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 42-ci bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.
61. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin bənddə göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
62. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
63. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.
64. Bundan başqa, istintaq orqanı hökmün 42-ci bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması onun qeyd olunan narkotik vasitəni satış məqsədi ilə əldə etməsini sübut edən amillərdən biridir. Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı tam olaraq sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır...Toplanmış istintaq materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etmək fikrində olmuş və həmin məqsədlə əldə edib üzərində saxlayaraq daşımışdır” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.
65. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitələrin külli miqdarda olmasına və hər hansı motəbər sübutla təsdiq edilməyən mülahizələrə istinad etsə də, özü özlüyündə yalnız bu əlamət “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.
66. Bundan başqa, istintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid və hal şahidlərinin ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.
67. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavabdan (bax hökmün 35-ci bəndi) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri kimlərə satması, habelə həmin narkotik vasitələrin əldə edildiyi mənbə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilməmişdir. Həmin məktubda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə bölməyə dəfələrlə məlumat daxil olmasına dair göstərilənlər isə hər hansı iş materialları ilə təsdiq edilmir. Belə ki, hökmün 20-ci bəndində göstərildiyi kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirmiş əməliyyat müvəkkilərinə onun narkotik vasitələri və ya psixotrop maddələri satmasına və ya satışı ilə məşğul olmasına dair məlumat daxil olmamış, bu barədə tərtib edilmiş qərar isə bölmənin əməliyyat aparatı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinə funksional nəzarəti və rəhbərliyi həyata keçirmiş bölmə rəisi tərəfindən təsdiq edilmişdir. Əməliyyataxtarış tədbirləri keçirildiyi müddətdə şəxsin barəsində hər hansı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumat olmadığı halda, sonradan belə məlumatların daxil olmasına dair sadəcə məlumatın olmasına istinad edilməsi şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilməsi üçün yetərli əsas hesab edilə bilməz. Halbuki Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərini keçirmiş və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğul olmasını və ya onun satmasına dair konkret olaraq hər hansı məlumatın əldə edilmədiyini bildirmişlər.
68. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitələrin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.
69. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
70. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.
71. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.
72. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.
73. Hökmün 61-ci bəndində qeyd edilmiş Ali Məhkəmə Plenumun Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır.
74. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
75. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
76. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
77. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
78. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
79. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
80. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
81. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
82. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.
83. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
84. X29 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X24rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
85. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.
86. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
87. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.
88. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir.
89. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.
90. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
91. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
92. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur.
93. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmaması, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, habelə bu zaman müdafiəçi Şahid9 onun yanında olması, sahə inspektoru Şahid5 tərəfindən bağ evində baş vermiş oğurluq hadisəsi iə bağlı izahatının alınması üçün polis idarəsinə aparılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
94. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
95. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, üzləşdirmə istintaq hərəkətində iştirak edərkən (dörd nəfərlə) və digər istintaq hərəkətləri həyata keçirilərkən, həmçinin barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 23, 28 və 46-cı bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
96. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı onun hüquqlarını müdafiə etmiş müdafiəçi Şahid9 şəxsi axtarış zamanı iştirak edərkən onun üzərinə narkotik vasitə qoyulmasını müdafiəçisinə deməsini, müdafiəçinin tərtib edilmiş sənədləri ona imzalamasını bildirməsini, ümumiyyətlə onun hüquqlarını vicdanlı və peşəkarlıqla müdafiə etməməsi ilə bağlı göstərdikləri iş materialları tamamilə inkar edilir. Əksinə iş materiallarında müdafiəçi Şahid9 iştirakı ilə Təqsirləndirilən şəxslə bağlı aparılmış bütün istintaq hərəkətləri protokollarında sonuncunun üzərinə narkotik vasitənin məhz polislər tərəfindən qoyulması, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, hal şahidlərinin əvvəlcədən təhqiqatçının otağında olması, bir nəfər şəxs tərəfindən tutulması və heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması qeyd edilmişdir. Müdafiəçi Şahid9 məhkəmə istintaqı zamanı izahat verərkən qeyd edilən ifadələrin onun təkidli tələbi ilə təhqiqatçı və müstəntiq tərəfindən istintaq materiallarında göstərilməsini vurğulamışdır. Qeyd edilən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs onun hüquqlarını vicdanla və peşəkarlıqla müdafiəsini üzərinə götürmüş müdafiəçisinin iştirakı ilə prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq keçirilmiş istintaq və prosessual hərəkətlər zamanı üzərinə narkotik vasitənin qoyulması zamanı hər hansı fiziki zorakılığa və ya pis rəftara məruz qalmadığını, yalnız qorxduğundan ona verilmiş narkotik vasitəni cibinə qoyduğunu bildirsə də, yalnız məhkəməyədək icraatın yekununda iş materialları ilə tanış olarkən və məhkəmə istintaqı zamanı onun fiziki zorakılığa və pis rəftara məruz qaldığını bildirmişdir.
97. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, ekspert rəyləri, çoxsaylı istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
98. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid6 və Şahid8 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, sonuncuların Təqsirləndirilən şəxs onların yanından sahə inspektoru Şahid5 tərəfindən idarəyə aparılması və Təqsirləndirilən şəxs bundan sonra geri qayıtmaması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları təsdiq edəcək hər hansı mötəbər sübut müəyyən edilmədiyindən, həmin ifadələr cinayət işinin materiallarında olan digər sübutlarla təsdiq olunmadığından sübut qismində qiymətləndirilməməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs iş yoldaşları olan Şahid6 və Şahid8 ifadələrində göstərdikləri xüsusatlar Təqsirləndirilən şəxs məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmasından yayındırmaq, habelə məsuliyyətini yüngülləşdirməyə cəhd etmələri kimi qiymətləndirilməlidir.
99. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
100. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
101. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
102. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
103. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
104. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cinayət hadisəsi törədilərkən 18 yaşında olmaqla gənc olmasını, narkomaniya xəstəliyindən əziyyət çəkməməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və məhkəmə icraatı dövründəki davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
105. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.
106. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
107. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
108. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
109. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 27 may 2023 və 27 iyul 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 avqust 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
110. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır.
111. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
112. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 58,355 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
113. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
114. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 6/591 nömrəli məhkəmə fiziki-kimyəvi və 5/529 nömrəli sənədlərin-texniki ekspertizası tədqiqatlarının ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməli, eyni zamanda onun ittiham olunduğu əmələ münasibətdə hər hansı əlaqəsi olmayan, habelə sübut qismində qiymətləndirilməmiş məhkəmə-linqvistik və dinşünaslıq ekspertizası üçün müəyyən olunmuş 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərcinin ödənilməsindən azad edilməli və həmin məhkəmə məsrəfinin dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır.
115. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
116. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
117. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
118. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 31 yanvar 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 58,355 qram olan narkotik vasitə heroin məhv edilsin və 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 160(bir yüz altmış) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci (6/591 nömrəli məhkəmə fiziki-kimyəvi və 5/529 nömrəli sənədlərin-texniki ekspertizası rəyləri üzrə) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün, 4/880 nömrəli məhkəmə-linqvistik və dinşünaslıq ekspertizası tədqiqatının 120 (bir yüz iyirmi) manat xərcinin ödənilməsindən azad edilsin və həmin məhkəmə məsrəfinin dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş hesab edilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.