Məhkəmə qərarları › İş №1(101)-625/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-625/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-625/2025 17.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X7 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Alyans Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, A.İldırım küçəsi, ev 41 a qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Sergey Yesenin küçəsində yerləşən “Abşeron” sanatoriyasının həyətində aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı xalası oğlu Zərərçəkmiş şəxs ona qarşı alçaldıcı ifadə işlətdiyi üçün yumruqla bir dəfə qəsdən qisas almaq məqsədilə ani olaraq Zərərçəkmiş şəxs çənə nahiyyəsinin sol tərəfindən vurub yerə yıxaraq Zərərçəkmiş şəxs baş boynun qançırı, sol bazunun sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcələri təyin edilməyən, alt çənənin sol şaxəsinin və mental nahiyyəsinin yerdəyişən sınıqları, alt çənə alveolasının açıq sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR dərəcəcəli zərərvurmaya. baş-beynin sol yarısında sərt qişaüstü (epidural) və qişaaltı (subaraxnoidal) hematoması. sol təpə və alın sümüyünün xətti sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid edilən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. Hadisə günü o,Talıb, xalası oğlanları İsmayıl və İlkinlə birlikdə olmuşlar. İlkin dükana şiniyyat almaq üçün girmişdir. Həmin vaxt İsmayıl içkili dostu ilə onların yanına yaxınlaşmış və söhbət etməyə başlamışdır. Bu vaxt o oradan uzaqlaşmaq istəmiş, lakin İsmayıl ona getməməsini onunla işi olduğunu bildirmişdir. O İsmayıla getməli olduqlarını bildirmiş, İsmayıl isə ona Abşeron sanatoriyasının həyətinə getmələrini və orada söhbət etmələrini təklif etmişdir. O İsmayılın bu təklifi ilə rastlaşmış və onlar Abşeron sanatoriyasının həəytinə getmiş və söhbət emtəyə başlamışlar. İsmayıl ona “Sən yaxşı oğlan deyilsən.” demiş, o isə İsmayıldan bu sözü kimə deməsi barədə soruşmu, İsmayıl isə “Kim deyə sual verənə.” Deyə cavab vermişdir. Bu sözdən sonra o İsmayılı yumruqla vurmuşdur. Bundan sonra İsmayıl yıxılmış, onlar içəridən qaçaraq su gətirmiş, sonra isə maşına mindirərək evə aparıb yola salmışlar. Bundan sonra İsmayıl onu telefon ilə yığaraq onun ünvanına söyüş söymüşdür. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, onun dəri-zöhrəvi xəstəliyi vardır, buna görə əsgərliyə getməmiş, bundan başqa onun ürək və epilepisya xəstəliyi vardır. O İsmayılı onun ünvanına söyüş söydüyü üçün vurmuşdur. O İsmayılı vurduqdan sona İsmayıl yıxılmış, daha sonra ona su gətirmişlər və ayılmışdır. Bundan sonra onlar İsmayılı evə aparmışlar. Təcili yardım avtomobili gəlməmişdir. Onun barəsində polisə kimin məlumat verməsindən xəbərsizdir, yəqin ki, İsmayıl özü bu barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs onun məlumatı olduğu qədəri ilə Mərkəzi Xəstəxanada müalicə almışdır. İsmayılın və onun anasının əlaqələri vardır. İsmayıla barışmaları üçün pul da vermişdir. İsmayılın başında problem olduğunu demişlər. İsmayılı o vurduqdan sonra İsmayılın başı yerə dəymişdir, İsmayılın başı yerə dəyən yer asfalt olmuşdur. X2 sanatoriyasında olmuşdur. Hadisə yerinə baxış keçirilmişdir. O, istintaq zamanı müstəntiqə verdiyi ifadəni təsdiq edir. Hadisə vaxtı o içkili olmamışdır. Zərərçəkmiş şəxs ilə əvvəlllər nomal münasibətləri olmuş, birdən-birə İsmayılın belə etməsi ona qəribə gəlmişdir. O, əvvəllər ofisiant işləmiş, bir müddət isə “Bolt” taksi şirkətində sürücü kimi fəaliyyyət göstərmişdir. Sonuncu dəfə Mərdəkanda yerləşən Duzçörək adlı restoranda ofisiant işləmişdir. O taekvando ilə məşğöul olmuşdur. İsmayıl ondan şikayətçi deyil və İsmayıla barışıq üçün 1000 manat məbləğində pul vermişdirlər. Eşitidyi qədəri ilə İsmayıl həmin pulu narkotik vasitə almaq üçün istifadə etmişdir. O, İsmayıla tüfeyli həyat tərzi olması barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici ifadələrini, zərərçəkmiş şəxsin ifadəsini, habelə şahid ifadələrini, eləcə də cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib, o cümlədən həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq hadisənin ayın 16-sı Abşeron rayonu ərazisində baş verdiyini, təqsirləndirilən şəxsin onun xalası oğlu olduğunu, hadisənin kiçik anlaşılmazlıq səbəbindən baş verdiyini, Muradın onun çənəsinə 1 (bir) yumruq zərbəsi vurduğunu, təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunduğunu, yaddaş problemi olduğu üçün hadisəni təfərrüatları ilə xatırlamaqda əziyyət çəkdiyini, hazırda heç bir xəsarəti olmadığını, özünü hadisədən əvvəlki kimi sağlam hiss etdiyini, Şahid1 də xalası oğlu olduğunu, Şahid2 isə Muradgilin dostu olduğunu, həmin şəxslərin də hadisə yerində olduqlarını, lakin İlkin və Talıbın ona hər hansı xəsarət yetirmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni anlaqlı formada vermədiyini, hadisənin təsirindən özündə olmadığını və hadisə zamanı içkili olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalası oğlunu vuranda o hadisə yeridə olmuşdur. Mərdəkanda yerləşən stansiyada Murad, İlkin və o dayanmışlar. Daha sonra Muradın xalasıoğlu İsmayıl gəlmişdir. İsmayıl onlarla hal-əhval tutduqdan sonra, Muradı Abşeron sanatoriyasının həyətinə çağırmışdır. Onlar getmək istəməmiş, İsmayıla getməli olduqlarını, onların vaxtı olmadığını bildirmişdir. İsmayıl onlara 5 dəqiqə gedib söhbət etmələrini, daha sonra getmələrini demişdir. Bundan sonra onlar Abaşeron sanatoriyasının həyətinə getmişdir. Zərərçəkmiş şəxs Murada “sən yaxşı oğlan deyilsən” demişdir. Murad İsmayıldan “bu sözü kimə deyirsən?” deyə soruşduqda İsmayıl bu sözü ona dediyini bildirmişdir. Bundan sonra Murad İsmayılın çənəsinə vurmuş, İsmayıl yerə yıxılmışdır. Onlar İsmayıla su içirmiş və bundan sonra sonuncu ayılmışdır. Daha sonra onlar İsmayılı yola salmışdır. Verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Murad İsmayılı vurduqdan sonra sonuncu yerə yıxılmış, yer asfalt olmuş və başı dəymişdir. İsmayıl Murada incikliyi qalmadığını bildirmişdir. İsmayılı xəstəxanaya aparmamışlar, evə yola salmışlar. İsmayılın sonradan xəstəxanaya gedib-getməməsi haqqında məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun xalası oğlanlarıdır. Hadisə günü o Murad ilə birlikdə gedərək İsmayıl ilə görüşmüşlər. Həmin zaman İsmayılın yanında onun dostu da var idi. Bir qədər söhbət etdikdən sonra İsmayıl onları Abşeron rayonu ərazisində yerləşən və görüşdükləri yerə yaxın olan yaşayış massivinin həyətinə dəvət etmişdir. Onlar İsmayıla getməli olduqlarını bildirmiş, lakin İsmayıl onlarla söhbət edəcəyini bildirmişdir. Onlar deyibgülərək söhbət etdiyi zaman İsmayıl Murada “sən yaxşı oğlan deyilsən” deyə irad bildirmişdir. Murad təəccüblənərək İsmayıldan bu sözləri kimin ünvanına dediyini dəqiqləşdirmiş, İsmayıl isə “sənə deyirəm” cavabını vermişdir Bu zaman Murad İsmayıla 01 yumruq zərbəsi endirmiş və zərbənin təsirindən sonuncu yerə, asfaltın üstünə yıxılmışdır. Daha sonra onlar İsmayıl ilə Muradı aralamış və İsmayıla su gətirmişlər. Daha sonra İsmayıl ayılmış və onu evə aparmışlar. Bir neçə saat sonra İsmayıl Murada zəng edərək, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə yerində olan digər şəxslərin İsmayıla xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 15:10-da Mirqasımova Respublika Klinikasından qeydiyyatçı Yusifova Mərdəkan qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Günəşli sanatoriyası yanında döyülüb alt çənəsinin sınması barədə məlumat vermişdir. xx.xx.2024-ci il tarixli vətəndaş Zərərçəkmiş şəxs tərəfindən verilmiş şifahi ərizə ilə bağlı protokoldan (cild 1, iş vərəqə 4) görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində saat 20.00 radələrində Mərdəkan qəsəbəsi ərazisində xalası oğlanları Təqsirləndirilən şəxs Sənan oğlu, X4 və Muradın yanında olmuş tanımadığı şəxs tərəfindən döyülmüşdür, vətəndaşı Abdullayev həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 13-14) görünür ki, hadisə yeri Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində Abşeron sanatoriyasının həyətində yerləşir. Ərazi yəni hadisənin baş verdiyi yer Abşeron sanatoriyasının həyətində yerləşir. Ərazi yəni hadisənin baş verdiyi yer Abşeron sanatoriyasının həyətyanı sahəsi olsa da, həmin yer ictimai yerdir və həyətyanı sahədə sanatoriyada müalicə olunan şəxslər gəzirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X5 Şəxsi Xəzər rayon şöbəsi tərəfindən Zərərçəkmiş şəxs barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 516 nömrəli müayinə rəyindən (cild 1, iş vərəqə 18-20) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində baş-beynin sol yarısında sərt qişaüstü (epidural) və qişaaltı (subaraxnoidal) hematoması, sol təpə və alın sümüyünün xətti, alt çənənin sol şaxəsinin və mental nahiyyəsinin yerdəyişən sınıqları, alt çənə alveolasımn açıq sınığı, baş boynun qançırı, sol bazunun sıyrığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onıın "Respublika Kliniki Xəstəxanası" X10 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024cü il tarixdə törənmələri istisna olunmur. Qeyd olunan xəsarətlərdən baş-beynin sol yarısında sərt qişaüstü (epidural) və qişaaltı (subaraxnoidal) hematoması, sol təpə və alın sümüyünün xətti sınıqları həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya; alt çənənin sol şaxəsinin və mental nahiyyəsinin yerdəyişən sınıqları, alt çənə alveolasının açıq sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya: digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsatətlərə aiddirlər.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 49) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin gün saat 18:25 dəqiqədə tutulmuşdur. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan (cild 1, iş vərəqə 95-103) görünür ki, İş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs. Şahid2 və Şahid1 ifadələri arasında ziddiyyətlər olduğundan onlar arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Zərərçəkmiş şəxs ifadəsində onu Təqsirləndirilən şəxs, X6 və Şahid1 vuraraq xəsarət yetirdiyini bildirsə də, üzləşmə zamanı onu yalnız Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən (cil d1, iş vərəqə104) görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində xalası oğlu Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı Murad onu vuraraq xəsarət yetirmişdir, lakin onlar sonradan barışmışlar və onun Muraddan şikayəti və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 107) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-288/2024 saylı qərarından (cild 1, iş vərəqə 124) görünür ki, Təqsirləndirilən şəxs Sarxan oğlu barəsində 02 ay 26 gün müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o ev dustaqlığında saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 139) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olmaması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xəzər rayon polis İdarəsinin məktubundan (cild 1, iş vərəqə 140) görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Abşeron sanatoriyasının həyətində baş verən mübahisə ilə əlaqədar olaraq şahidlərin müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Mübahisə baş verən yeri müşahhidə edən kamera müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli Xəzər rayonu MKTB-nin 130 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 141) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi 71 saylı evin 20 saylı mənzilində qeydiyyatdadır, qeydiyyatda olduğu müddət ərzində qonşular və kirayəşinlər tərəfindən şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 2308 nömrəli rəyindən (cild 1, iş vərəqə 143-144) görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı lörədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci mədəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X5 Şəxsi Xəzər rayon şöbəsi tərəfindən Zərərçəkmiş şəxs barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 516 nömrəli müayinə rəyindən (cild 1, iş vərəqə 1520-153) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində baş-beynin sol yarısında sərt qişaüstü (epidural) və qişaaltı (subaraxnoidal) hematoması, sol təpə və alın sümüyünün xətti, alt çənənin sol şaxəsinin və mental nahiyyəsinin yerdəyişən sınıqları, alt çənə alveolasımn açıq sınığı, baş boynun qançırı, sol bazunun sıyrığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onıın "Respublika Kliniki Xəstəxanası" X10 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri istisna olunmur. Qeyd olunan xəsarətlərdən baş-beynin sol yarısında sərt qişaüstü (epidural) və qişaaltı (subaraxnoidal) hematoması, sol təpə və alın sümüyünün xətti sınıqları həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya; alt çənənin sol şaxəsinin və mental nahiyyəsinin yerdəyişən sınıqları, alt çənə alveolasının açıq sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya: digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsatətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 156-163) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununda dəyişiklik edərək ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.2.4 va 221.2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 126.1 və 221.2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 126.1 və 221.2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilməsi, iş üzrə şübhəli şəxs qismində ifadəsi alınmış Şahid1 və Şahid2 ifadələri şahid ifadələri kimi qəbul edilməsi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi, məhkəmə psixiatrik ekspertizasının rəyləri və digər istintaq hərəkəti protokolları ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 165) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2334/2024 saylı qərarından (cild 2, iş vərəqə 31-32) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 126.1-ci maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və notarial qaydada təsdiq edilmiş **********183 nömrəli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur və onunla bağlı aparılan araşdırmaya xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, lakin müdafiə tərəfi həmin sübutlara dair öz etirazını bildirməmiş, habelə məhkəmədə tədqiq edilmiş sübutları və ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmədə araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Sergey Yesenin küçəsində yerləşən “Abşeron” sanatoriyasının həyətində xalası oğlu Zərərçəkmiş şəxs arasında mübahisə baş vermişdir. Onların arasında baş vermiş sözlü mübahisəyə səbəb – Zərərçəkmiş şəxs hər hasnı səbəb olmadan Təqsirləndirilən şəxs ünvanına “sən yaxşı oğlan deyilsən ifadəsini işlətməsi, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çənə nahiyyəsindən bir dəfə yumruqla vurması olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs yumruqla vurması nəticəsində baş boynun qançırı, sol bazunun sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcələri təyin edilməyən, alt çənənin sol şaxəsinin və mental nahiyyəsinin yerdəyişən sınıqları, alt çənə alveolasının açıq sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR dərəcəcəli zərərvurmaya. baş-beynin sol yarısında sərt qişaüstü (epidural) və qişaaltı (subaraxnoidal) hematoması. sol təpə və alın sümüyünün xətti sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid edilən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, 16 may 2024-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Sergey Yesenin küçəsində yerləşən “Abşeron” sanatoriyasının həyətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs İsmayıl Abadullayevin, həm də şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmədə vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunmuşdur. Bu səbəbdən də şəxsi münasibətlərin pozulması nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin yumruqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünə qarşı təhqiredici hesab etdiyi ifadə işlətdiyi üçün yumruqla bir dəfə qəsdən qisas almaq məqsədilə ani olaraq Zərərçəkmiş şəxs çənə nahiyyəsinin sol tərəfindən vurub yerə yıxaraq Zərərçəkmiş şəxs baş boynun qançırı, sol bazunun sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcələri təyin edilməyən, alt çənənin sol şaxəsinin və mental nahiyyəsinin yerdəyişən sınıqları, alt çənə alveolasının açıq sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR dərəcəcəli zərərvurmaya. başbeynin sol yarısında sərt qişaüstü (epidural) və qişaaltı (subaraxnoidal) hematoması. sol təpə və alın sümüyünün xətti sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır xəsarət dərəcəsi kimi müəyyən edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Həmçinin onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını və törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Alyans Vəkil bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 80 iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci,maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Alyans Vəkil bürosunun vəkili Müdafiəçi üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Fərid Namazov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar