Məhkəmə qərarları › İş №1(101)-626/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-626/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-626/2020 02.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X3 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, orta təhsilli, işsiz, Lerik rayonu Zeynako kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südcülük savxozunda yerləşən fərdi evdə yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 10 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxil edilmiş narkotik vasitə metadon dərman preparatlarını əldə edib idarə etdiyi «Ravon Gentra» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dirsəkaltı hissəsində saxlamaqla qanunsuz daşımış, bundan başqa təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışı, şəxsiyyəti istintaqa “Əhməd” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Əhməd” adlı şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq üç ədəd bükümlərdə ayrılıqda çəkiləri - 27,171 qram, 13,981 qram və 29,100 qram olmaqla, ümumilikdə külli miqdarda, yəni 70,252 qram çəkidə kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilmiş narkotik vasitə heroini, iki ədəd bükümlərdə ayrılıqda çəkiləri-4,739 qram və 0,879 qram olmaqla, ümumilikdə külli miqdarda, yəni 5,618 qram çəkidə kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilmiş psixotrop maddə metamfetamini naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Xaçmaz rayonu ərazisində yeni inşa edilmiş körpünün yaxınlığında gizlədərək saxlamış, aralarında olan cinayətkar sövdələşməyə görə, qrupun digər üzvü Təqsirləndirilən şəxs “Əhməd” adlı şəxsin satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı həmin çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini naməlum vaxtda və şəraitdə qeyd olunan ünvandan əldə edib satış məqsədilə qanunsuz olaraq üzərində və idarə etdiyi avtomobildə saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində fəaliyyət göstərən “Fərid” marketin qarşısına daşımış, onun narkotik vasitələrin qəbulu, bundan başqa qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və satışı ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 21.50-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində fəaliyyət göstərən “Fərid” marketin qarşısında olduğu avtomobildən düşərkən polis əməkdaşları tərəfindən saxlanılmış, sonuncunun üstünə və idarə etdiyi avtomobilə keçirilmiş baxış zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 10 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxil edilmiş narkotik vasitə metadon dərman preparatları, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib təkrarən satış məqsədilə saxladığı külli miqdarda, yəni 70,252 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilmiş narkotik vasitə heroin, külli miqdarda, yəni 5,618 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilmiş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o «Ravon Gentra» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. xx xxxx 2019-cu il tarixdə tanımadığı bir qadını müştəri kimi götürmüşdü və saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Fərid” marketin qarşısında avtomaşını saxladığı vaxt bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirdilər və ondan özünü təqdim etməyini xahiş etdilər. O özünü təqdim etdikdən sonra, polis əməkdaşları bildirdilər ki, guya o narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və satışı ilə məşğul olur və bu barədə onlara məlumat daxil olmuşdur. Polislər müştəri kimi götürdüyü qadını yola saldılar, onu isə Baş X1 İdarəsinə apardılar. Orada maşınına baxış keçirilərkən, guya avtomaşının ön oturacaqlarının arasındakı dirsəkaltı saxlanc yerindən 02 ədəd bükümdə narkotik vasitə heroin və 02 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar etdiklərini bildirilər. Halbuki, nə onun avtomaşınında, nə də ki, üzərində narkotik maddə olmamışdır. Sənədlər tərtib olunsa da, o heç bir sənədə imza atmamışdır, onun şəxsi məsələləri ilə bağlı düşmənləri vardır, ola bilsin ki, onlar onu tutdurublar. O heç birı narkotik maddə görməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində əməliyyat-axtarış tədbirlərini həyata keçirilməsi və maddi sübutun götürülməsi haqqında əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan müəyyən edilir ki, Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 21:50 radələrində Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində fəaliyyət göstərən «Fərid» marketin qarşısında saxlanılaraq üstünə və idarə etdiyi avtomobilə keçirilən baxış zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda, yəni 70,252 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda yəni 5,618 qram çəkidə psixotrop maddə metamfetamin və 10 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram çəkidə narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür. Bundan əlavə, həm protokoldakı izahatında, həm də ki, sonrakı ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, saxlanılaraq üstündə və idarə etdiyi avtomobildə aşkar edilərək götürülmüş 70,252 qram çəkidə narkotik vasitə heroin, 5,618 qram çəkidə psixotrop maddə metamfetamin və 10 ədəd həb onun özünə məxsusdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrə imza etməməsini bildirsə də, iş üzrə şahid qismində ifadə vermiş Şahid1 və X5 bildirmişdirlər ki, Təqsirləndirilən şəxs özü etiraf edici ifadələrini onların yanında vermiş və öz imzası ilə təstiq etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-nin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx xxxx 2019-cu il tarixdə işlədiyi baş idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumatın yoxlanılması ilə əlaqədar tərəfindən raportla idarə rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu yaradılmışdı. Bundan sonra həmin tarixdə hal şahidlərinin iştirakı ilə əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Fərid” marketin qarşısına gəlmişlər. Saat 21 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin “Daewoo” markalı avtomaşından endiyini görüb dərhal ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, sonuncunun da özünü təqdim etməsini xahiş etdilər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış edib yanlarında olan hal şahidlərini təqdim etdikdən sonra üzərində və idarə etdiyi avtomaşında qeyri-qanuni əşya olduğu halda təqdim etməsini təklif etdilər. Təqsirləndirilən şəxs da üzərində və idarə etdiyi avtomaşınında narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə tərkibli “Metadon” həblərinin olduğunu bildirərək, əynindəki mavi rəngli idman şalvarının sağ yan cibindən bir ədəd üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindəki bir ədəd bükümü təqdim edərək, bükümdəki maddələrin narkotik vasitə heroin olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön oturacaqlarının arasındakı dirsəkaltı saxlanc yerindən dörd ədəd bükümü və üzərində “Vivident” yazısı olan dəmir qabın içərisindəki on ədəd həbləri təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd bükümün üç bükümünün içindəki maddələrin narkotik vasitə heroin, digər iki bükümünün içindəki maddələrin psixotrop maddə metamfetamin və preparatların isə narkotik tərkibli “Metadon” həbləri olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə və preparatlara baxış zamanı həmin bükümlərin üçündə olan maddələrin narkotik vasitə heroinə bənzər, qalan ikisində olan maddələrin psixotrop maddə metamfetaminə bənzər maddələr, preparatların isə narkotik vasitə tərkibli “Metadon” həblərinə bənzər preparatlar olması müəyyən edilmişdir. Daha sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomaşına əlavə baxış keçirilmiş, qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən narkotik maddənin təsiri altında idi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və həblər hal şahidlərinin iştirakı ilə qablaşdırılmış, üzəri DİN-in möhürü ilə möhürləndikdən sonra üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdəki narkotik vasitə, psixotrop maddə və həbləri xx xxxx 2019-cu il tarixdə Xaçmaz rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Ətrafda çoxlu sayda adamların toplaşması səbəbindən, protokol tərtib olunması üçün Təqsirləndirilən şəxs baş idarəyə dəvət edildi və idarədə tədbirlə bağlı protokol tərtib olunmuş və protokol tərtib edilərkən hər hansı irad və təklif daxil olmamış, protokol iştirakçılara, hal şahidlərinə, saxlanılan şəxsə uca səslə oxunmuş, Təqsirləndirilən şəxs özü şəxsən və digər iştirakçılar tərəflərindən imzalanmışdır. Eyni zamanda özü izahatını yazaraq, izahatını öz imzası ilə təstiq etmişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə dəvət edilmiş şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs təqsirli bildiyi cinayət işinin ilkin istintaqını o aparmış, ondan sonra isə Zabil müəllim aparmışdır. Şübhəli şəxs kimi Təqsirləndirilən şəxs izahatını ondan əvvəl əməliyyat müvəkkili almışdır. Onun iştirakı ilə dindirilərkən Təqsirləndirilən şəxs yanında müdafiəçisi iştirak etmişdir, Təqsirləndirilən şəxs istintaq zamanı müdafiəçisinin iştirakı ilə sərbəst ifadə vermiş və imzası ilə ifadəsini təsdiq etmişdir və ona hər hansı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində şəxsi işləri ilə əlaqədar Nərimanov rayon məhkəməsinin yaxınlığında olan zaman mülki geyimli bir neçə şəxs mənə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Baş X1 İdarəsinin əməkdaşı olduqlarını, keçiriləcək əməliyyat axtarış tədbirində hal şahidi qismində iştirak etməyini təklif etdilər. O nə məsələ olduğunu soruşduqda bir nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu və həmin şəxsin ifşa edilməsi üçün qeyd edilən tədbirin keçirilməsinin zəruri olduğunu bildirdilər. O da polis əməkdaşlarının təklifi ilə razılaşdı və bundan sonra Baş İdarəyə dəvət edildi. Orada ondan başqa bir nəfər şəxs də var idi, həmin şəxsə və ona hüquq və vəzifələri izah edildi. Bundan sonra xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən “Fərid” marketin qarşısına gəldik. Saat 21 radələrində polis əməkdaşları “Daewoo” markalı avtomaşından enən bir nəfər şəxsi görüb dərhal ona yaxınlaşdılar. Polis əməkdaşları həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək özünü təqdim etməsini xahiş etdilər. Həmin şəxs özünü təqdim edərək, anket məlumatlarını bildirdi. Bundan sonra həmin şəxsi əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış edib üzərində, idarə etdiyi avtomaşında qeyri-qanuni əşya olduğu halda təqdim etməsini təklif etdilər. Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomaşınında narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə tərkibli “Metadon” həblərinin olduğunu bildirərək əynindəki mavi rəngli idman şalvarının sağ yan cibindən bir ədəd üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindəki bir ədəd bükümü polis əməkdaşlarına təqdim edərək, narkotik vasitə heroin olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön oturacaqlarının arasındakı dirsəkaltı saxlanc yerindən dörd ədəd bükümü və üzərində “Vivident” yazısı olan dəmir qabın içərisindəki on ədəd həbləri təqdim etdi və bildirdi ki, beş ədəd bükümün üç bükümünün içindəki maddələr narkotik vasitə olan heroin, digər iki bükümünün içindəki maddələr psixotrop maddə metamfetam və preparatların isə narkotik tərkibli “Metadon” həbləridir. Onların iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə və preparatlara baxış keçirildi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomaşına əlavə baxış keçirildi, lakin qanunsuz əşya aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və həblər onların iştirakı ilə qablaşdırıldı və üzəri möhürləndikdən sonra Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalandı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdəki narkotik vasitə, psixotrop maddə və həbləri xx xxxx 2019-cu il tarixdə Xaçmaz rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Baş İdarəyə getdilər və orada protokol tərtib olunaraq imzalandı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 19326 nömrəli rəyindən görsənir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş maddi sübut...” yazısı olan zərfdəki, 3 (üç) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkisi 27,171 qram, 13,981 qram və 29,100 qram, ümumi təmiz çəkisi 70,252 qram qəhfəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 4,739 qram və 0,879 qram ümumi təmiz çəkisi 5,618 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində “Vivident 45” yazısı olan dəmir qutuda 10 ədəd, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər medadon tərkibli dərman deraparatıdır.10 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0.4 qram təşkil edir (bir həbdə 0,4 qram metadon olmaqla) Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponetlərinə görə eynidirlər. 2 (iki) ədəd bükümdə metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponetlərinə eynidir və 10 ədəd həblər tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Metamfetamin-“Azərbaycan Resbulikasının ərazisində dövriyyəsi qadağan edilən pisixotrop maddələr”-in V siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vəsaitələr”-in İİ siyahısına daxildirlər. Heroinin ümumi təmiz çəkisi:70,252 qram, tədqiqata sərf edildi ümumi 0,15 qram, qalıq 70,102 qram. Metamfetaminin ümumi təmiz çəkisi 5,618 qram, tədqiqata sərf edildi ümumi 0,10 qram, qalıq 5,518 qram. 10 ədəd həbdən 2 həb sərf edildi, qalıq -8 həb.” Cinayət işi materiallarında olan ambulator məcburi narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 492 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan tələbnamədən və Xəzər rayon məhkəməsinin 1(003)-44\2019 saylı xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 2 (iki) il 1 (bir) ay 20 (iyirmi) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan Xəzər rayon İcra və Probasiya şöbəsinin 603\4m saylı xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin 1(003)-44\ 2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 il 10 ay 13 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs kimi qəbul etsədə, onu residiv kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan xx xxxx 2019-cu il il tarixli “tutma haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs, himayəsində iki az yaşlı uşaqlarının olması, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını işdə cəzanı yüngülləşdirən halllar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 70,102 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 5,518 qram olan psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonrakı qalıq 8 həb olan narkotik vasitə metadon dərman preparatları məhv edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tətbiri dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəyinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhər Xəzər rayon məhkəməsinin 1(003)-44\2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 1 (bir) ay 20 (iyirmi ) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 10 ay 13 gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün bərabər tutulmaqla 11 ay 6 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 70,102 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 5,518 qram olan psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonrakı qalıq 8 həb olan narkotik vasitə metadon dərman preparatları hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar