Məhkəmə qərarları › İş №1(101)-626/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-626/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-626/2022 10.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən metropolitenin “Q.Qarayev” stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa “Elmar” adı ilə məlum olan şəxsə 90 manat məbləğində pul ödəməklə satış məqsədilə külli miqdarda, kimyəvi komponent tərkiblərinə eyni olan ümumi təmiz çəkisi 3,732 qram olan narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,221 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək, tanışı Şahid4 kirayə yaşadığı ünvan 2 ünvana daşıyaraq, həmin narkotik vasitə və psixotrop maddələri ayrı-ayrı bükümlərə bölüb bir hissəsini qeyd edilən ünvanda, bir hissəsini üzərində saxlamış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ- nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 25-ci PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,818 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,031 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 10 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində tanışı Şahid4 yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 1-də yerləşən 50 saylı mənzilə baxış keçirilən zaman mənzilin eyvanında olan divanın sağ künc hissəsində olan ona məxsus bir ədəd “Winston” markalı siqaret qutusunun içərisindən külli miqdarda 01 ədəd kibrit qutusuna yerləşdirilmiş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,371 qram, 0,303 qram, 0,240 qram, ümumi təmiz çəkisi 2,914 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,190 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında kirayədə yaşayır. O, hazırda heç bir yerdə işləmir. O, dörd aydan artıqdır ki, narkotik vasitə istifadəsi və satışı ilə məşğul olur. Narkotik vasitələrin satışı ilə məşğul olan, mütəmadi olaraq Elmar adlı şəxsdən alıb həm özü istifalə edir və əlavə hər qramına 5 manat pul qoyub dost- tamşlarma satmışdır. Qazancdan əldə etdiyi pulları anası ağır xəstə olduğu üçün Salyan rayonuna göndərmişdir. 09 sentyabr 2021-ci il tarixdə tanıdığı Elmar adlı şəxsdən saat təxminən 15-16 radələrində Nizami rayonu Q.Qarayev metrostansiyasınm qarpşısmda görüşmüş, Elmara 90 manat pul verib 4 qramdan artıq heroin və metafetamin aldıqdan sonra tanışı X3 yaşadığı Nizami rayonu ünvan 7 ünvanında yerləşən mənzilinə getmişdir. Aldığı narkotik maddənin bir qismini artıq istifadə etmişdir, evdə olarkən 4 bükümünü hissələrə bölüb Şahid4 xəbərsiz mənzilin eyvanında yerləşən divanın sol küncündə boş halda olan "Winston” siqaret qutusuna qoyub orada gizlətmişdir və iki bükümünü əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. 10 sentyabr 2021-ci il tarixdə gecə saat təxminən 00.30 radələrində Şəhlanın yaşadığı mənzildən həyətə düşmüş, binanın qarşısında olarkən ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib polis işçiləri olduqlarını bildirdikdən sonra onu şübhəli şəxs qismində Nizami RPİ 25-ci PŞ-nə dəvət etmişlər. O da buna etiraz etməyib birlikdə 25-ci Polis Şöbəsinə getmişdir. Polis Şöbəsinin xidməti otaqların birində polis işçiləri ona təklif etmişlər ki, üzərində hər hansı qanunla qadanğan olunmuş əşya və ya predmet varsa onları təqdim etsin, əks halda baxış məcburi keçiriləcəkdir. Polis işçiləri onun hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə baxış keçirilməsinə etiraz etməmişdir. O əynimdə olan açıq göy rəngli cins şalvarimin sağ yan cibində saxlayıb üzərində gəzdirdiyi iki ədəd şəfaff selofana və ağ rəngli siqaret kağızma bükülmüş bükümləri təqdim etmişdir. Ondan aşkar edilmiş həmin bükümlərdə olan narkotik vasitə DİN 165 saylı möhürü ilə möhürlənib zərfə qoyulub qablaşdırıldıqdan sonra polis əməkdaşları ondan aşkar edilmiş həmin narkotik vastələri götürüb bu barədə protokol tərtib etmişlər. O da həmin protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları onunla tanışı Şahid4 kirayədə yaşadığı Nizami rayonu C.ünvan 7 ünvanına getmişlər. Orada mənizilin qapısım o döymüş, Şəhla qapını açmış, Şahid4 mənzilə baxış keçirilməsinə heç bir etiraz etməmiş və onları mənzilə dəvət etmişdir.Mənzilə baxış zamanı video çəkilişdən istifadə olunmuşdur. O eyvanda olan əvvəlcədən gizlədib saxladığı «Winston» markalı boş siqaret qutusunun içərisində olan 05 ədəd ağ siqaret kağızma bükülmüş 05 ədəd bükümləri könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir.Həmin bükümlərdən 04 ədədinin içərisində narkotik vasitə olan heroin və psixtorop maddə sayılan metafetmamin vardır, bir bükümün içərisində narkotik vasitə marixuana olmuşdur, həmin marixuananı da polis əməkdaşları tərəfindən saxlanmazdan əvvəl özü istifadə etdiyindən həmin büküm boş olmuşdur. Mənzilə keçirilmiş baxış zamanı mənzildən aşkar edilmiş narkotik maddələrə və psixotrop maddəyə dair polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş və həmin protokolu o imza etmişdir. O həmin narkotik vasitə və psixotop maddəni əvvələr Bakı şəhəri, Nizami rayonu, metronun Q.Qarayev stansiyasının yaxınlığında yaşayan Elmar adlı şəxsdən əldə etmişdir. Elmarın soyadı və ata adını bilməmişdir, moıl nömrəsi ***-***- **-**-dır, O istifadəsin olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən Elmarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək əlaqə saxlamışlar. Elmarın barəsində başqa məlumatlara malik deyildir. O bir neçə dəfə Elmardan narkotik vasitə və psixotrop maddə almışdır. Onun narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Nə polis şöbəsinə gətirilən zaman, nədə ki, üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı heç bir təzyiq olmayıb. Buna görə də polis əməkdaşlarına qarşı heç bir narazılığı yoxdur. Özü könüllü olaraq narkotik maddəni çıxarıb təqdim etmişdir. O həmin narkotik vasitəni həm özü istifadə etmək, həm də satmaq məqsədi olmuşdır. O həmin narkotik vasitədən heç kimə satmamışdır. Onun üzərindən aşkar edilmiş həmin narkotik vasitə və psixotop maddəni tanımadığı Elmar adlı şəxsdən almışdır. Elmarın barəsində başqa anket məlumatlara malik deyildir. Elmarı gördüyü üçün şəkilini və ya özünü görsə, xarici görünüşü ilə tanıya bilər. Elmarın mobil telefonu ***-***-**-**-dır. O X10 adlı şəxsi tanımır. Sonuncunun Elmar adlı şəxslə tanış olub-olmamasını bilməmişdir. O 09 sentyabr 2021-ci il tarixdə, saat 15 radələrində Nizami rayonu, Q.Qarayev metrostansiyasınm yaxınlığında 90 manat pul müqabilində almışdır. O ilk dəfə idi ki, Elmardan narkotik vasitə və psixotrop maddə almış və onun üzərindən aşkar edilmiş və Elmardan aldığı narkotik vasitə və psixotrop maddəyə görə Elmara 90 manat pul vermişdir. Həmin narkotik vasitə və psixotrop maddəni satmamış, əgər satsaydı, əldə etdiyi gəlirdən Elmara heç bir məbləğdə pul verməyəcəkdi. 0 heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. O həmin narkotik vasitə və psixotrop maddəni həm satmaq həm də özüm istifadə etmək məqsədilə əldə etmişdir. O ***-***-**-** 060-260- 96-60 saylı mobil nömrələrin sahiblərini tanımır və bu məzmunda sms göndərməyi yadında deyildir, nə üçün bu məzmunda sms göndərməyini də xatırlamır. ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı mobil nömrələrinin sahiblərini tanımır və sonuncu nömrələrin sahiblərinin ona bu məzmunda sms göndərməsi yadımda deyildir və nə üçün ona bu məzmunda sms göndərmələrini xatırlamır. O Elmara xx.xx.2021-ci il tarixdə pul versə də, o mənə çatacaq narkotik vasitəni verməmişdir və buna görə də o Elmara “Cixmirsanda maldan neqeder qalib hamsini at awagi pencereden senen elmi cekim yixsa varyoxun sikim cix pis olacagda” məzmunda ‘"sms” göndərmişdir, sonuncu dəfə o 09 sentyabr 2021-ci il tarixdə, saat 15 radələrində Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında Elmara 90 manat pul verərək narkotik vasitələr almışdır. O Elmara 01 sentyabr 2021-ci il tarixdə pul versə də, Elmar ona narkotik vasitə verməmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o,2011-ci ildən DİO-da, 2018-ci ildən isə Nizami RPİ-nin 25-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Nizami rayonu ərazisində yaşayan “Sərraf’ adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması,istifadəsi və satışı barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 10 sentyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və ondan, Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində 10 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsi Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsə dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmişdir və həmin şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra həmin şəxs şübhəli şəxs qismində tutulmuşdur. Orada xidməti otaqların birində xx xxxx 1997-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməmişdən əvvəl həmin şəxsə təklif edilmişdir ki, əgər üzərində qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükümündə psixotrop maddə mnetamfetaminə oxşar maddəni və bir bükümdə şəffaf sellofana bükülmüş toz şəkilli, spesifik iyə malik olan heroinə oxşar vasitəni çıxardıb təqdim edərək, həmin narkotik maddəni 09 sentyabr 2021-ci il tarixdə üzdən tanıdığı Elmar adlı şəxsdən 90 manata satış məqsədilə Bakı şəhəri,Nizami rayonu, Q.Qarayev metrosunun qarşısında aldığını, həmin narkotik maddənin bir hissəsini özü istifadə etdikdən sonra, yerdə qalan hissəsini ünvan 8 ünvanında tanışı Şahid4 evində gizlətdiyini bildirmişdir. Aşkar olunmuş 2 ədəd bükümdə olan maddələr zərfə qoyulub qablaşdırılmaqla “165” nömrəli möhürlə üzəri yapışdırılmışdır. Həmin protokol iştirakçılara ucadan oxunmuşdur və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir və Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən çəkilmiş videoçəkilişin 1 ədəd DVD diski protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Əməliyyat tədbirinin davamı olaraq qeyd edilən gün, yəni 10 sentyabr 2021-ci il tarixdə saat 03.00 radələrində Təqsirləndirilən şəxs tanışı Şahid4 yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 1-də yerləşən 50 saylı mənzilə həmin şəxsin Özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilin eyvanında olan divanın sağ künc hissəsində olan bir ədəd “Winston” markalı siqaret qutusunu çıxardaraq həmin qutuda olan kibrit qutusunun içərisində 05 ədəd kağız bükümdə olan bükümləri təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilən zaman 01 ədəd kibrit qutusuna yerləşdirilmiş 03 ədəd bükümdə qəhvəyi rəngli maddələr, 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Bükümün bir ədədi açıldıqda isə onun içərisindən heç bir maddə və vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 04 ədəd bükümlərdə olan maddələr narkotik vasitə olan patı və heroindir.Aşkar olunmuş 4 ədəd bükümdə olan maddələr zərfə qoyulub qablaşdırılmaqla “165” nömrəli möhürlə üzəri yapışdırılmışdır. Həmin protokol iştirakçılara ucadan oxunmuşdur və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir və Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən çəkilmiş videoçəkilişin 1 ədəd DVD diski protokola əlavə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər,Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkilləri, polis leytenantı Şahid2 və Şahid3 Şahid1 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında 2021-ci ilin may ayından etibarən yaşayır. Təqsirləndirilən şəxs onun tanışıdır, Sərrafla 2010-cu ildən tanışdır. Sərrafın qardaşı Kamran ilə o əvvəllər nişanlı olub ayrılmışdır. Sərraf o həmin evə köçəndən etibarən mütamadi olaraq onun evinə gəlib gedir, O bilmişdir ki, Sərraf narkotik vasitə qəbul edir. Çünki Sərrafın əlində və bədənində narkotik vasitə qəbul etməkdən yaralar və izlər əmələ gəlmişdir. Həm də Sərraf özünü çox şübhəli aparmışdır. Sərrafın narkotik vasitəni nə vaxt, haradan, kimdən və neçəyə alması barədə onun heç vaxt məlumatı olmamışdır, Sərraf ümumiyyətlə bu əməlini onunla danışmamışdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında kirədə yaşadığı ünvana gəlmiş, balkona keçmiş, o Sərrafa yemək vermiş, Sərraf ona demişdir ki, bir az işi var gedib gələcdir. Sərraf mənzildən çıxıb gedərkən əşyalarını eyvanda gizlətmiş, o buna məhəl verməmişdir. xx.xx.2021-ci il tarixdə gecə saat təxminən 03 radələrində evdə olarkən qapı döyülmüş, o qapını açmış, ona polis əməkdaşları demişlər ki, mənzilə baxış keçirməlidirlər. Ondan icazə istədikdə, o bu barədə ərizə vermiş və mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə mənzilə videoçəkilişlə baxış keçirilmiş, Təqsirləndirilən şəxs eyvanda olan divanın sağ künç hissəsindən orada gizlətdiyi “Winiston” siqaretinin boş qabının içərisində gizlətdiyi kibrit qutusunu çıxararaq həmin qutuda saxladığı şəffaf sellofana bülükmüş ümumilikdə 04 ədəd müxtəlif ölçülü, icərsində ağ rəngli toz şəkilli spesifik iyə malik olan maddələr olan bükümləri təqdim edərək həmin bükümlərdə olan maddənin narkotik vasitə olan “patı” və “kokos” olduğunu demişdir. Bundan sonra sözügedən bükümlər protokollaşdırıb götürülmüş və o da polis şöbəsinə dəvət edilmişdir. Onun yaşadığı evdə Sərrafa məxsus narkotik vasitə olmasından onun heç bir məlumatı olmamışdır, Sərraf həmin narkotik vasitəni ora nə vaxt qoymasını bilməmişdir. Sərraf onun yaşadığım evdə narkotik vasitə gizlətdiyini bilsəydi, azyaşlı uşağının təhlükəsizliyini təmin etmək üçün Sərrafı ümumiyyətlə evə buraxmazdı. Onun həmin otağa eyvan deməyinin səbəbi əvvəllər həmin otağın eyvan olmasıdır. Həmin otaq sonradan tikilmişdir və içərisinə mebel əşyaları qoyulmuşdur. Cinayət işinin 32-33-cü vərəqlərində olan protokolda bildirilir ki, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən könüllü olaraq əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükümündə psixotrop maddə mnetamfetaminə oxşar maddəni və bir bükümdə şəffaf sellofana bükülmüş toz şəkilli,spesifik iyə malik olan heroinə oxşar vasitəni çıxardıb təqdim edərək, həmin narkotik maddəni 09 sentyabr 2021-ci il tarixdə üzdən tanıdığı Elmar adlı şəxsdən 90 manata satış məqsədilə Bakı şəhəri,Nizami r ay onu,Q. Qarayev metrosunun qarşısında aldığını, həmin narkotik maddənin bir hissəsini özü istifadə etdikdən sonra, yerdə qalan hissəsini ünvan 10 ünvanında tanışı Şahid4 evində gizlətdiyini bildirmişdir.Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin aşkar edilərək götürülməsinin videoçəkilişi bir ədəd DVD diskə köçürülmüşdür. Cinayət işinin 36-37-ci vərəqlərində olan mənzilə baxış keçirilməsi və götürülmə haqqında protokolda bildirilir ki, 10 sentyabr 2021-ci il tarixdə saat 03.00 radələrində Təqsirləndirilən şəxs tanışı Şahid4 yaşadığı Bakı şəhəri, Nizami rayonu,C.Naxçıvanski küçəsi ev 1-də yerləşən 50 saylı mənzilə baxış keçirilməsinin görüntüləri aşkar edilir və baxış zamanı Təqsirləndirilən şəxs mənzilin eyvanında olan divanın sağ künc hissəsində olan bir ədəd “Winston” markalı siqaret qutusunu çıxardaraq həmin qutuda olan kibrit qutusunun içərisində 05 ədəd kağız bükümdə olan bükümləri təqdim etdi. Həmin bükümlərə baxış keçirilən zaman 01 ədəd kibrit qutusuna yerləşdirilmiş 03 ədəd bükümdə qəhvəyi rəngli maddələr, 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli maddə aşkar edildi. Bükümün bir ədədi açıldıqda isə onun içərisindən heç bir maddə və vasitə aşkar olunmadı. Təqsirləndirilən şəxs həmin 04 ədəd bükümlərdə olan maddələr narkotik vasitə olan patı və heroin olduğunu bildirmişdir. Mənzilə baxış keçirilməsi və götürülmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin aşkar edilərək götürülməsinin videoçəkilişi bir ədəd DVD diskə köçürülmüşdür. Cinayət işinin 75-76-cı vərəqlərində olan “DVD” diskə baxış keçirilməsi haqqında protokolda bildirilir ki, şəxsi axtarış və götürmə zamanı, yəni Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən könüllü olaraq əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükümündə psixotrop maddə metamfetaminə oxşar maddəni və bir bükümdə şəffaf sellofana bükülmüş toz şəkilli,spesifik iyə malik olan heroinə oxşar vasitəni çıxardıb təqdim edərək, həmin narkotik maddəni 09 sentyabr 2021ci il tarixdə üzdən tanıdığı Elmar adlı şəxsdən 90 manata satış məqsədilə Bakı şəhəri,Nizami rayonu,Q.Qarayev metrosunun qarşısında aldığını, həmin narkotik maddənin bir hissəsini özü istifadə etdikdən sonra, yerdə qalan hissəsini ünvan 11 ünvanında tanışı Şahid4 evində gizlətdiyini bildirməsi müşahidə olunur.2-ci diskə baxış keçirilməsi zamanı 10 sentyabr 2021 -ci il tarixdə saat 03.00 radələrində Təqsirləndirilən şəxs tanışı Şahid4 yaşadığı Bakı şəhəri, Nizami rayonu,C.Naxçıvanski küçəsi ev 1-də yerləşən 50 saylı mənzilə baxış keçirilməsinin görüntüləri aşkar edilir və baxış zamanı Təqsirləndirilən şəxs mənzilin eyvanında olan divanın sağ künc hissəsində olan bir ədəd “Winston” markalı siqaret qutusunu çıxardaraq həmin qutuda olan kibrit qutusunun içərisində 05 ədəd kağız bükümdə olan bükümləri təqdim etməsi və həmin bükümlərə baxış keçirilən zaman 01 ədəd kibrit qutusuna yerləşdirilmiş 03 ədəd bükümdə qəhvəyi rəngli maddələr, 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli maddə aşkar edilməsi, Təqsirləndirilən şəxs həmin 04 ədəd bükümlərdə olan maddələrin narkotik vasitə olan patı və heroin olduğunu bildirməsi müşahidə olunur. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 197-198-ci vərəqlərində olan Bakı şəhəri, Nizami rayon məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən, AZERCELL” MMC-dən və "xxxx" MMC-dən alınmış məktublara əlavə edilmiş 03 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 055-339- 21-95 saylı mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə, saat 22:52:48-də ***-***-**-** mobil nömrəsinə “qaqa sən öl bayaqdan pul gözdüyürəm, uşaq da məni bayaqdan çağırıb Ayna Sultanovaya, gözlüyürəm, gəlsin telefonu verim pulu götürüm gəlim” məzmununda, xx.xx.2021-ci il tarixdə, saat 22:3 3:21-də ***-***-**-** mobil nömrəsinə “ay qaqa bax görsən brat qoyursan məni pis vəziyyətdə, noldu ay qaqa belə danışmamışdıq axı, gedib qayıdırdın niyə cavab vermirsən qalmışam yağışın altında” məzmununda “sms” göndərilməsi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx-xx-2021 saat 20:51:33-də X2 adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrəsindən “Ay qaqaw vəziyyətim pistir komak elaAa 0 nolar cepirma marna 0 ve” məzmununda, xx.xx.2021-ci il tarixdə, saat 12:47:53-də X4 adma rəsmiləşdirilmiş 070- ***- **-** mobil nömrəsindən “brat ikidene yari ele qadan alaram caliw temiz olsun terezisi var tezden adamlarimi dala qaytariram duz olmuyanda ora bura qacirlar ona gore direm qardawim.” məzmununda, xx.xx.2021-ci il tarixdə saat 16;56:47-də ***-***-**-** “qardaşım işim düşüb sene nolar 10 manat pulum var, gücnən tapmışam, imkanın varsa mənə təmiz 03 verə bilərsən, sabah səhərə qədər yola verə bilim, 03 nən ağrıdan çıxım ağrıda qalmıyım, ədər imkanın varsa, bilirəm sənində vəziyyətin yaxşı deyil utanıram sənə də ağız açmağa, Seyid Namizəd bilməsinlər, almırsa soruşsalar səndən ağrıdan çıxmağa istəmişəm sən də pay vermişəm, rədd olsunlar ölsələr belə dindirmərəm onları day, qardaşım qadan alaram alınar alınmaz bir cavab yaz da mənə ağrıyıram qardaş canı” məzmunlu, bundan başqa X1 adma rəsmiləşdirilmş ***-***-**-** saylı mobil nömrədən xxxx-2021-ci il tarixdə, saat 18:47:08-də “qaqaw o dedeki qram torpagi verende dedin aydir qret edecem sene.varindisa biraz qret edersenda torpaq yoxdu canim sagolsun” məzmunlu “sms” lər gəldiyi müəyyən edilmişdir. Bundan başqa ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə, saat 12:30:07-də “Elmar” adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Cixmirsanda maldan neqeder qalib hamsini at awagi pencereden senen elmi cekim yixsa varyoxun sikim cix pis olacagda” məzmununda “sms” göndərilməsi aşkar edilmişdir.Bundan başqa Təqsirləndirilən şəxs “Samsung” markalı mobil telefonla kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatlarm müəyyən olunmasından ötrü həmin mobil telefona baxış keçirildi. Baxış zamanı zənglər və mesajlar olan bölümün boş olduğu, “Whatsapp” proqramının isə yenilənməyə ehtiyac olduğundan açılaraq baxış keçirilməsi mümkün olmadığı müəyyən edilmişdir. Cinayət işinin 44-50-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 6/3986 saylı 10 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və.s yazılar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,818 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,031 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, Üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı ....ünvandan aşkar edilmiş...” və.s yazılar olan paketdəki 01 ədəd kibrit qutusuna yerləşdirilmiş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,371 qram, 0,303 qram, 0,240 qram, ümumi təmiz çəkiləri 2,914 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,190 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.AllahverdiyevSərraf Rövşən oğlunun üzərindən aşkar edilmiş heroin kütləsi ilə yaşadığı mənzildən aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və həmçinin həmin şəxsin üzərindən aşkar edilmiş metamfetamin kütləsi ilə yaşadığı mənzildən aşkar olunmuş metamfetamin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 188-189-cu vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 4544 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 79-80-ci vərəqlərində olan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdəki 04 ədəd bükümdə ümumi təmiz çəkisi 3,732 qram olan heroinin və 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,221 qram metamfetamin qərarla maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi Nizami RPİ-nin MSK-na qəbzlə təhvil verilmişdir. Cinayət işinin 208-218-ci vərəqlərində olan qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman və sonuncunun tanışı Şahid4 yaşadığı mənzilə baxış keçirilərkən videoçəkilişdən istifadə edilmiş və həmin görüntülər ‘"DVD” diskinə köçürüldüyündən iki ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən, AZERCELL” MMC-dən və "xxxx" MMCdən istintaqa daxil olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə yazışmaları özündə əks etdirən 03 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir.İş üzrə Təqsirləndirilən şəxs “Samsung” markalı mobil telefonuna baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir məlumat aşkar edilməmiş və həmin mobil telefon məhkəmə hökmünə qədər saxlanılmasından ötrü Nizami RPİ-nin MSK-na qəbzlə təhvil verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bir neçə bükümdə qanunda nəzərdə tutulmuş külli miqdardan artıq narkotik vasitə heroin, o cümlədən psixotrop maddə olan metafetamin aşkar edilməsini və sms yazışmalarını Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 18-19 və 86-88-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 111-112-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 10 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 4544 saylı, xx.xx.2021-ci il tarixli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-Nizami RPİ-nin saxlanc otağına təhvil verilmiş bir ədəd zərfdəki ümumi təmiz çəkisi 3,732 qram, tədqiqatdan sonra qalıq çəkisi 3,652 qram heroinin və ümumi təmiz çəkisi 0,221 qram metamfetamin ekspertiza tədqiqatından sonrakı 0,181 qram qalığı məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 10 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar-Nizami RPİ-nin saxlanc otağına təhvil verilmiş bir ədəd zərfdəki ümumi təmiz çəkisi 3,732 qram, tədqiqatdan sonra qalıq çəkisi 3,652 qram heroinin və ümumi təmiz çəkisi 0,221 qram metamfetamin ekspertiza tədqiqatından sonrakı 0,181 qram qalığı məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar