Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-626/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X10 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1980-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunun Qaranamaz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1,716 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini, 13,65 qram çəkidə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin NMB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə, saat 11:40da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə, saat 13:00-da üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 1,716 qram olan narkotik vasitə heroin, şalvarın sol yan cibindən isə 01 ədəd bükümdə təmiz çəkisi 13,65 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 11,411 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib bir hissəsini üzərində, qalanını isə idarə etdiyi “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində fəaliyyət göstərən «Tosoil» yanacaq doldurma məntəqəsinin yaxınlığına daşımış, DİN-in X21 Alayının 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə, saat 16:20-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə, saat 17:10-da üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki idman gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 1,598 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 06 oktyabr 2022-ci il tarixdə, saat 17:35-də Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunun ön hissəsindəki saxlanc yerindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 9,813 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Ramil” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs “Ramil” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 90 ünvanının yaxınlığında gizlətdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəiər”-in İ siyahısına daxil olan 0,32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 992,2 qram çəkidə narkotik vasitə heroini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 1003,1 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 90 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə, saat 21:48-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin tarixdə, saat 23:33-də üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əlində saxladığı sellofan paketin içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 270,1 qram və 733 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 1003,1 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd bağlamada təmiz çəkisi külli miqdarda - 992,2 qram olan narkotik vasitə heroin və əynindəki şalvarın sol yan cibində olan siqaret qutusunun içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı siqaret formasında düzəldilmiş kağız bükümdə təmiz çəkisi 0,32 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, atası ilə birlikdə qeydiyyatda olduğu ünvanda yaşamış, müxtəlif işlərlə, adətən taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik qazancı 30-40 manat təşkil etmişdir. İçki içməyi tərgitdiyi üçün təxminən 2 ildir ki, müxtəlif növ narkotik vasitədən, əsasən marixuanadan 2-3 gündən bir, ayda bir dəfə “patı” kimi tanınan metamfetamindən və arada “kakos” kimi tanınan heroindən istifadə etmişdir. Adətən müxtəlif yerlərdən, müxtəlif şəxslərdən, müxtəlif qiymətə narkotik maddələr əldə etmişdir. 16 sentyabr 2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 1 ədəd şəffaf sellofanda marixuananı 10 manata, tanışının xahişinə əsasən 1 ədəd şəffaf sellofan kağız bükümündə heroini 15 manata almışdır. Marixananı özü, heroini isə tanışı üçün almışdır. 17 sentyabr 2022-ci il tarixdə, təxminən saat 11 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi ünvanının qarşısında mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitənin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu deyərək Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. O razı olmuş və polis əməkdaşları ilə birlikdə idarəyə getmişdir. Polis İdarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində axtarış keçirilmiş, axtarış zamanı ona üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o da etiraz etməmiş və əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan kağız bükümündə narkotik vasitə heroini (kokos) və həmin şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofanda marixuananı və 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt, kimdən əldə etməyi barədə soruşulmuş, o da həmin bükümlərin içərisində narkotik maddə marixuana və heroin olduğunu, onu Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra həmin 1 ədəd şəffaf sellofan kağız bükümündə heroin, 1 ədəd şəffaf sellofanda marixuana və 1 ədəd “Samsung” markalı mobil telefon götürülərək ayrıayrılıqda bir ədəd zərfə qoyulub qablaşdırılmış, üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Həmin hal üzrə özünü təqsirli bilir. Lakin üzərindən aşkar edilmiş narkotik vasitələri öz istifadəsi üçün əldə etmiş, heç bir satış məqsədi olmamışdır. 05 oktyabr 2022-ci il tarixdə, gecə təxminən saat 10-11 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində fəaliyyət göstərən «Tosoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında icarə əsasında idarə etdiyi «Hyundai Sonata» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq müştəri gözləmişdir. Bu zaman ona post patrul xidmətinin əməkdaşları yaxınlaşaraq onunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı başı ilə polis əməkdaşlarından birinin, sonradan adını bildiyi Şahid4 çənə nahiyəsinə zərbə yetirmiş, ona görə də onu maşını ilə birlikdə polis bölməsinə aparmışlar. Səhəri gün günortaya kimi bölmənin müvəqqəti saxlanılma yerində saxlanılmış, xx.xx.2022-ci il tarixdə ona polis əməkdaşını vurduğu üçün daha ağır maddə ilə çox iş alacağını, narkotik vasitəni etiraf edərsə, məhkəməyə qədər azadlıqda qalacağı və məhkəmədə də “braslet” cəzası ilə azadlıqda qala biləcəyi deyilmişdir. O da daha az cəza ala biləcəyini düşünərək ona edilən təkilflə razılaşmış, bölmənin adını xatırlamadığı əməkdaşı tərəfindən ona təqdim edilən bükülünü üzərinə, həmçinin maşınına qoymuşdur. Onun əvvəlcədən nə üzərində, nə də maşınında hər hansı narkotik vasitə və psixotrop maddə olmamışdır. Bundan sonra sənədləşmə işləri aparılmış və polis əməkdaşlarının ona təqdim etdikləri maddələri çəkiliş zamanı üzərindən və maşınından çıxararaq təqdim etmişdir. Həqiqətən də xx.xx.2022-ci il tarixdə buraxılmışdır. 19 yanvar 2023-cü il tarixdə adətən narkotik vasitə aldığı “Ramil” adlı şəxsin kartına 120 manat pul göndərmiş, o da onun telefonuna həmin pulun müqabilində 50 qram marixuananı götürəcəyi yerin məkanını göndərmişdir. Saat təxminən 21:40 radələrində ona göndərimiş məkan üzrə Nərimanov rayonu ərazisinə gəlmiş, məkana yaxınlaşan zaman təxminən 6 nəfərə yaxın mülki geyimli şəxs ona yaxınlaşaraq qolunu buraraq avtomaşına mindirmiş və döyə-döyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Orada onu bir otağa salaraq döyməyə başlamışlar, qarşısına bir torba qoyaraq içərisində olan narkotik vasitələrin ona məxsus olmasını bildirməsi üçün təzyiq etmişlər. O da döyülməyə, təzyiqlərə dözməyərək polis əməkdaşlarının dedikləri ilə razılaşmış, videoçəkiliş zamanı etirafedici ifadə verməyə məcbur olmuşdur. Onu İbrahim və Camal adlı polis əməkdaşları döymüş, sifətində, gözündə, kürəyində xəsarətlər olmuşdur. Onun yalnız 17 sentyabr 2022-ci il tarixdə saxlanılan zaman üzərində narkotik vasitə olmuş, həmin narkotik vasitədən marixananı özünün istifadəsi üçün, heroini isə Bülbülə qəsəbəsində yaşayan tanışının xahişi ilə əldə etmişdir. Digər hallarda üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin tanışlarının xahişi ilə müxtəlif narkotik vasitə və psixotrop maddələri onların öz pulları ilə alaraq onlara çatdırmışdır. Həmin hərəkətinə görə heç kimdən pul və ya digər əşya almamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində bildirmişdir ki Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 19 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. 19 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində olması müəyyən edilmiş və bunun üçün həmin yerə getmişlər. Saat 21:48-də həmin küçədə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən edərək ona yaxınlaşıb özlərini təqdim etmiş və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-nə dəvət etmişlər. O da etiraz etmədən onlarla BMCMİ-nə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonuncunun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs əlində tutduğu 01 ədəd göy rəngli sellofan paketi təqdim edərək masanın üzərinə qoymuş, həmin sellofan paketin içərisində narkotik maddələr olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının ciblərindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı, 90 manat pulu təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan paketin içərisinə baxış keçirilmiş, sellofan paketin içərisində 03 ədəd bağlama olması müəyyən edilmişdir. Həmin bağlamaların ikisindən psixotrop maddə metamfetaminə oxşar maddələr, birindən isə narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaret qutusuna baxış keçirilmiş, siqaret qutusunun içərisində 02 ədəd siqaret dənəsi və 01 ədəd uzunsov kağız büküm olması müəyyən edilmişdir. Kağız bükümün bir hissəsi yanmış vəziyyətdə olmuş, kağız bükümün içərisində isə ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri iranlı “Ramil” adlı şəxsdən onlayn qaydada əldə etdiyini, əldə etdiyi heroin və metamfetamini “Ramil”in dediyi yerə çatdırmaq, marixuananı isə öz istifadəsi üçün üzərində saxladığını, heroin və metamfetamini yerləşdirməsinin əvəzində “Ramil”in ona pay olaraq narkotik vasitə göndərəcəyini bildirmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs sifətində olan qızartının bir neçə gün əvvəl yaranmasını, eləcə də gözünün qişasında olan ləkənin də onda əvvəldən olmasını, hər hansı bir polis əməkdaşının ona təzyiq etməməsini, hər hansı bir polis əməkdaşının hərəkətindən etiraz və ya vəsatətinin olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr 01 ədəd sellofan paketdə qablaşdırılıb möhürlənərək iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş 90 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, 01 ədəd “Samsung” markalı mobil telefon isə götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri törətdiyi cinayət əməlindən yayınmaq məqsədi daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X21 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri işlədiyi vaxt 06 oktyabr 2022-ci il tarixdə həmkarı Şahid5 ilə birlikdə Suraxanı rayonunun inzibati ərazisində xidmətdə olmuşdur. Həmin gün, saat təxminən 16:20 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki «Mədən» küçəsində fəaliyyət göstərən «Tosoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında qara rəngli «Hyundai Sonata» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən bir nəfər şəxsin özünü şübhəli apardığını görərərək həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar həmin şəxsin özünü təqdim etməsini və üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin olub-olmamasını soruşmuşlar. Həmin şəxs, yəni Təqsirləndirilən şəxs üzərində heç bir sənədin olmadığını və özünün narkotik istifadəçisi olduğunu bildirdiyindən onu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə 32-ci Polis Bölməsinə gəlmiş və onlar onu raport ilə bölməyə təhvil vermişlər. Bölmənin təhqiqatçısı Rəşad Həsənzadə tərəfindən onun və Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş edilməklə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxardaraq təqdim etmiş və suala cavab olaraq təqdim etdiyi bükümdə “patı” kimi tanınan metamfetamin olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə onların və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı «Hyundai Sonata» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön salonunda yerləşən maqnitofonun alt hissəsində olan saxlanc yerindən 1 (bir) ədəd büküm kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdə də metamfetamin olduğunu bildirmişdir. Avtomobildən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Onların iştirakı ilə həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvanda da axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Həmin ərazidə bir sıra hadisələr baş verdiyindən rəhbərlik tərəfindən həmin ərazi daha ciddi nəzarətdə saxlanılmışdır. Bundan başqa həmin ərazidə maşınlar az-az dayanmışdır. Bu səbəbdən də onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin uzun müddət həmin ərazidə dayanmasından şübhələnərək həmin avtomobilə yaxınlaşmış, maşının sürücü tərəfindən qapısında xəncər olduğunu görmüşlər. Xəncər barədə Təqsirləndirilən şəxs soruşduqda düşmənli olduğunu, ona görə də maşınında gəzdirdiyini, ayağında xəsarəti olduğunu bildirdiyindən onlar daha da şübhələnmiş və məsələni araşdırmaq üçün bölməyə dəvət etmişlər. Onlarla Təqsirləndirilən şəxs arasında hər hansı mübahisə olmamış, onlar tərəfindən Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tərəfindən onlara hər hansı formada xəsarət yetirilməsi halı olmamışdır. Təqsirləndirilən şəxs ilk öncə bölməyə getmək istəməsə də, ona qanunvericiliyin tələbləri izah edildiyindən onlarla bölməyə getməyə razılaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X21 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləmiş Şahid5 da Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, günortadan sonra saxlayaraq polis bölməsinə aparmışlar. Onlar Təqsirləndirilən şəxs bölməyə təhvil verdikdən sonra onunla təhqiqatçı sənədləşmə işləri aparmış, onlar isə yanlız Təqsirləndirilən şəxs üzərinə, maşınına, evinə baxış keçirilməsində iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən zaman 17 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı müvafiq sənədləşdirilmə aparılmış və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o, üzvü isə Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Rəşad İmanov təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün Rəşad İmanovla birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 11:40 dəqiqədə ünvan 2 ünvanının qarşısında həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş, özlərini ona təqdim etdikdən sonra onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü onlara təqdim edərək adı və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etməmiş və onlarla birlikdə Suraxanı rayon Polis İdarəsinin inzibati binasına gəlmişdir. İdarədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd büküm kütlə, həmin şalvarın sol yan cibindən bir ədəd büküm kütləni təqdim etmiş və verilən suallara cavab olaraq əynində olan şalvarın sağ yan cibindən aşkar edilmiş 01 ədəd büküm kütlənnin narkotik vasitə heroin, şalvarın sol yan cibindən aşkar edilmiş bir ədəd büküm kütlənin isə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroini 15 manata, marixuananı isə 10 manata tanımadığı şəxsdən öz istifadəsi üçün Bakıxanov qəsəbəsində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən hər hansı fiziki və ya psixoloji təsir olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X12 tərəfindən tərtib olunmuş, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkili Şahid6 və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkili Rəşad İmanov, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Ə.X.Kazımov tərəfindən imzalanmış 17 senyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 17 sentyabr 2022-ci il tarixdə, saat 11:40-da ünvan 7 ünvanının qarşısında saxlanılaraq gətirilmiş Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə heroinə bənzər və həmin şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofanda yaşıl rəngli ot şəkilli kütlə və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd “Samsung” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ayrıayrılıqda bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofan kağızı bükümündə narkotik vasitə heroin (kokos) olduğunu və 1 ədəd şəffaf sellofanda yaşıl rəngli ota bənzər maddə marixuana olduğunu bildirmiş, narkotik vasitəyə bənzər kütləni üzdən tanıdığı, lakin adını tanımadığı şəxsdən heroini 15 manata, marixuananı isə 10 manata dünən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını və gəzdidiyini bildirmişdir. Şəxsi axtarış və götürmə 17 sentyabr 2022-ci il tarixdə saat 13:00da başlanmış, 13:15-də başa çatmışdır. Şəxsi axtarış və götürmə zamanı “One Plus 9” markalı mobil telefonun videokamerasından istifadə olunmaqla videoçəkiliş həyata keçirilmişdir (cild 2, i/v 31-32). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı 17 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5282 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi və “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə; şübhəli şəxs -Təqsirləndirilən şəxs -imza, iştirakçılar: iki imza; Tərtib etdi: S.Həmzəyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 1,716 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 1,716 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 1,666 qram qalıq qalmışdır (cild 2, i/v 41- 43). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1051 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdə bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 13,65 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 13,65 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 13,60 qram qalıq qalmışdır (cild 2, i/v 48-49). - xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan, həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə onun “barəsində başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 12, 21, 97-98). - Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı X8 tərəfindən tərtib olunmuş, X21 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri Şahid5 və Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 06 oktyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, X21 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən 06 oktyabr 2022-ci il tarixdə inzibati ərazidə xidmət aparan zaman saat 16:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, “TOSOİL” YDM-nin yaxınlığında saxlanılmış, həmin gün saat 16:35 radələrində Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən, 1 ədəd şəffaf sellofana bükülmüş büküm təqdim edərək, içərisində metamfetamin olmasını, 20 oktyabr 2022-ci il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşından online vasitə ilə kartına 150 manat göndərməsi, həmin şəxsin “Suraxanı dairəsi” deyilən ərazidə qoyduqdan sonra oradan götürməsini və şəxsi istifadəsi məqsədi ilə götürüb üzərində saxlayıb gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş bükümü açdıqda içərisində spesifik qoxuya malik narkotik vasitə metamfetamin olması aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs tünd göy rəngli idman şalvarının sol yan cibindən “Samsung A3” markalı mobil telefonu təqdim edərək özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Samsung A3” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə 06 oktyabr 2022-ci il tarixdə, saat 17:10-da başlanmış, 17:25-də başa çatmışdı. Şəxsi axtarış və götürmə zamanı “İphone7” markalı mobil telefonun videokamerasından istifadə olunmaqla videoçəkiliş həyata keçirilmişdir (cild 1, i/v 174-175). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 06 oktyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı X8 tərəfindən tərtib olunmuş, X21 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri Şahid5 və Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 06 oktyabr 2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti icarəyə götürüb idarə etdiyi “Hyundai Sonata” markalı, qara rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin ön hissəsində olan maqnitofonun alt hissəsində yerləşən saxlanc yerindən 1 ədəd ağ rəngli sellofana bükülmüş büküm təqdim edərək içərisində metamfetamin olmasını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli sellefana bükülmüş büküm açdıqda içərisində spesifik qoxuya malik olan psixotrop maddə metamfetamin olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün” 196 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış və götürmə 06 oktyabr 2022-ci il tarixdə, saat 17:35-də başlandı, 17:50-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “İphone7” markalı mobil telefonun videokamerasından istifadə olunmaqla videoçəkiliş həyata keçirilmişdir (cild 1, i/v 184-185). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 06 oktyabr 2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə barədə” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı X8 tərəfindən tərtib olunmuş, X21 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri Şahid5 və Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X2 tərəfindən imzalanmış 06 oktyabr 2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, baxış Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, H.Bayramov küçəsində fərdi qaydada tikilmiş 29 nömrəli evə keçirilmişdir. Baxış keçirilən evin həyətinə giriş qapısı dəmirdəndir və qara rəngdədir. Həyətə daxil olduqda irəlidə solda mətbəx, sanitar qovşaq, yardımçı otaq, Təqsirləndirilən şəxs yaşadığı otaq, irəlidə üç otaqdan ibarət ev vardır. Təqsirləndirilən şəxs yaşadığı otağa daxil olduqda sağda yataq üçün çarpayı, onun qarşısında şkafın və digər əşyaların olması müəyyən edildi. Digər otaqlara və mətbəxə baxış keçirilən zaman ev əşyalarının olması müəyyən edildi. Baxış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə 06 oktyabr 2022-ci il tarixdə, saat 18:10-da başlandı, 18:35-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “İphone7” markalı mobil telefonun videokamerasından istifadə olunmaqla videoçəkiliş həyata keçirilmişdir (cild 1, i/v 186). - Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı X8 tərəfindən tərtib olunmuş 06 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs X9 yaşadığı ünvan 8 ünvanına “İphone7” markalı mobil telefondan istifadə etməklə videoçəkiliş ilə baxış keçirdikdən sonra telefonda olan videogörüntünü DVD diskə köçürən zaman texniki problem olduğundan videogörüntü telefonun yaddaşından silindi, eləcə də DVD diskə köçürtmək mümkün olmadı. Odur ki, baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edildi (cild 1, i/v 187-198). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5758 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən. .." və s. sözlər, imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 1,598 qram ağ rəngli, kristalşəkilli kütlə (1№-li oby.) kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 9,813 qram ağ rəngli kristalşəkilli kütlə (2№-li oby.) kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Ümumi təmiz çəkiləri 11,411 qram olan 1 və 2 №-li obyektlərə aid metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 11,411 qram olmuş, 0,12 qram tədqiqata sərf edilmiş, 11,291 qram qalıq qalmışdır (cild 1, i/v 205-207). - “Maddi sübut hesab edilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 11,411 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin (tədqiqata sərf edildikdən sonra qalıq 11,291 qram) cinayət işi üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması üçün nəzərdə tutulan otağında saxlanılmışdır (cild 1, i/v 245). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 6317 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 277- 278). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X23 xx.xx.2022-ci il tarixli, 2823 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır (cild 1, i/v 280-281). - xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan, həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 155, 164, 237-238). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X13 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs və Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən imzalanmış 20 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:48-də ünvan 9 ünvanın yaxınlığında saxlanılmış, üzərində gəzdirdiyi 01 ədəd sellofan paketlə birlikdə əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmiş Təqsirləndirilən şəxs sağ əlində tutduğu 01 ədəd göy rəngli sellofn paketi təqdim edərək masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs həmin sellofan paketin içərisində narkotik maddələr olmasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin cins şalvarının sol yan cibindən üzərində “ROTTHMANS” yazısı olan 01 ədəd siqaret qutusunun və 01 ədəd ağqırmızı rəngli alışqanı, eləcə də həmin cins şalvarının arxa sol cibindən 90 manat məbləğində olan pul əskinazlarının çıxarıb ardıcıllıqla masanın üzərinə qoydu. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar olunmadı. Daha sonra Təqsirləndirilən şəxs təqim etdiyi 01 ədəd sellofan paketin içərisinə iştirakçıların şahidliyi ilə baxış keçirilməyə başladı. Sellofan paketin içərisində 03 ədəd əlavə sellofan bağlamaların olması müəyyən edildi. Daha sonra həmin sellofan bağlamalara ardıcıllıqla baxış keçirilməyə başlandı. 1-ci bağlamanın içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələr olması aşkar olundu. Şübhəli şəxs Təqsirləndirilən şəxs bu maddələrin “patı” və ya “şüşə” olaraq adlandırılmasını bildirdi. Daha sonra 2-ci bağlamanın içərisinə baxış keçirildi. Bu bağlamanın içərisində qara rəngli sellofan bağlama, onun da içərisində şəffaf sellofan büküm olması müəyyən edildi. Bu sellofan bükümün də içərisinə baxış keçirilən zaman burada kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələr olması aşkar olundu. Şübhəli şəxs Təqsirləndirilən şəxs bu maddələrin də “patı” və ya “şüşə” olaraq adlandırılmasını bildirdi. Daha sonra 3-cü bağlamanın içərisinə baxış keçirildi. Bu bağlamanın da içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd, üzərində “Rotthmans” yazısı olan siqaret qutusuna baxış keçirildi. Siqaret qutusunun içərisində 02 ədəd siqaret dənəsi və 01 ədəd uzunsov kağız büküm olması müəyyən edildi. Kağız bükümün bir hissəsi yanmış vəziyyətdə idi. Kağız bükümün içərisində isə spesifik iyə malik olan ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olması müəyyən edildi. Şübhəli şəxs həmin maddəni özünün istifadə etdiyini, İran İslam Respublikası vətəndaşı olan “Ramil” adlı şəxsdən əldə etdiyini bildirdi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini, bu maddələri İran İslam Respublikası vətəndaşı olaraq anıdığı “Ramil” adlı şəxsdən əldə etdiyini, bu şəxsdən əldə etdiyi narkotik maddələrin ödənişini onlayn üsulla ona ödədiyini, həmin şəxsi sosial şəbəkələrdən tanımasını, şəxsi istifadəsi üçün əldə etdiyi narkotik maddələrin pulunu həmin şəxsə daha sonra onun göndərdiyi bank kartına onlayn qaydada ödədiyini, daha sonra “Ramil” adlı həmin şəxsin ona Bakı şəhəri ərazisinə olan ünvanların birinə içərisində narkotik maddələr olan sellofan paket qoymasını dediyini, əgər həmin paketi sonuncunun istədiyi ünvana çatdırarsa, ona şəxsi istifadəsi üçün istədiyi narkotik maddələri pay şəklində verəcəyini dediyini, “Ramil” adlı şəxsin bu təklifi ilə razılaşmasını, daha sonra “Ramil” adlı şəxsin ona sosial şəbəkədən göndərdiyi ünvana getdiyini, həmin ünvanda yerə qoyulmuş 01 ədəd göy rəngli sellofan paketi gördüyünü, paketin içərisinə baxdıqda “Ramil”in ona dediyi narkotik maddələr olan “patı” və “kola”nın bu paketin içərisində olmasını gördüyünü, bundan sonra həmin sellofan paketi götürüb buradan uzaqlaşaraq “Ramil”in ona göndərəcək olduğu yeni ünvana getmək istədiyini, belə ki, götürdüyü sellofan paketi həmin ünvana çatdırmalı olmasını, daha sonra tanımadığı başqa bir şəxsin bu paketi oradan götürəcək olmasını, bu xidmətinə görə də “Ramil”in ona şəxsi istifadəsi üçün narkotik maddə pay verəcək olmasını, lakin sellofan paketi götürüb buradan 5 dəqiqəlik məsafə uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilməsini, üzərindən aşkar edilmiş 01 ədəd “Rotthmans” markalı siqaret qutusunun içərisində olan 01 ədəd uzunsov formalı kağız bükülünün də içərisində narkotik vasitə kimi tanıdığı “ot” və ya “marixuana” olmasını, bunu da İran İslam Respublikası vətəndaşı olan “Ramil” adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, bu maddənin yarısını yandırmaq üsulu ilə istifadə etdiyini, digər yarısını isə istifadə edəcək olmasını, üzərində olan 01 ədəd sellofan paketin içərisindəki narkotik maddələri heç kimə satmaq, pay və ya hədiyyə vermək niyyətinin olmadığını, onun sadəcə olaraq İran İslam Respublikası vətəndaşı olan “Ramil” adlı şəxsin dediklərini etməsini, bu əməli törətməkdə əsas məqsədinin də həmin şəxsdən öz istifadəsi üçün narkotik maddələr əldə etmək olmasını, üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinin olmasını bildirdi. Videoçəkiliş zamanı şübhəli Təqsirləndirilən şəxs sifətinin sağ yanaq nahiyəsində olan qızartının bir neçə gün əvvəl yaranmasını, eləcə də sağ gözünün qişasında olan ləkənin də onda əvvəldən olmasını, hər hansı polis əməkdaşının ona təzyiq etməməsini, hər hansı bir polis əməkdaşının hərəkətlərindən etiraz və ya vəsatətinin olmamasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd sellofan paketin içərisindən 02 ədəd sellofan bağlamalarda psixotrop maddə metamfetaminə oxşar maddələr, 01 ədəd sellofan bağlamada narkotik vasitə heroinə oxşar maddə, eləcə də, üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd uzunsov kağız bükülüdə olan qurudulmuş marixuanaya oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd sellofan paketdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 90 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Şəxsi axtarış və götürmə gecə vaxtı, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə 20 yanvar 2023-cü il tarixdə saat 23:33-də başlandı, 00:03-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı (cild 1, i/v 27-29). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 20 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/80 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd yarı yanmış siqaretdə tütün ilə qarışıqda təmiz çəkisi0,32 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Marixuananın təmiz çəkisi – 0,32 qram olmuş, 0,02 qram tədqiqata sərf edilmiş, 0,3 qram qalıq qalmışdır (cild 1, i/v 46-47). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/370 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan polietilen bağlamadakı: 2 (iki) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 270,1 qr və 733,0 qr, ümumi təmiz çəkisi 1003,1 qram (1 kq 3.1 qr) ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentələrinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; 1 (bir) bükümdə təmiz çəkisi 992,2 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildirlər. Heroinin təmiz çəkisi: 992,2 qr, 0,2 qr tədqiqata sərf edilmiş, 992,0 qr qalıq qalmış, metamfetaminin təmiz çəkiləri: 270,1 qr və 733,0 qr, hər maddədən 0,2 qr tədqiqata sərf edilmiş, 269,9 qr və 732,8 qr qalıq qalmışdır. (cild 1, i/v 50-52). - “Maddi sübut hesab edilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,3 qram narkotik vasitə qurudulmuş marixuana, 992 qram qalmış heroin və 01 kq 2,7 qram qalmış psixtrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, i/v 110-111). - “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, X3 aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,3 qram narkotik vasitə qurudulmuş marixuananın, 992 qram qalmış heroinin və 01 kq 2,7 qram qalmış psixtrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 11,291 qram qalmış psixotrop maddə metamferaminin maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1,666 qram qalmış narkotik vasitə heroin və 13,6 qram qalmış qurudulmuş marixuana maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 4 ədəd DVD disklər, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 2, i/v 152-174). - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan, həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-85/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 4(005)-700/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində məhkəmənin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin qərarı ilə sonuncunun həbsdə saxlanılma müddəti 19 avqust 2023-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 18, 19, cild 2, i/v 99-104, 139-143). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X16 xx.xx.2023-cü il tarixli, 33/MEŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sağ gözünün üst qapağında qeyd edilən qançır küt əşyanın təsirindən xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 3-5 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilmədi (cild 2, i/v 147-149). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i/v 112-114). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılmaqdan ötrü saz vəziyyətdə vəkil X11 təhvil verilmişdir (cild 2, i/v 145). - 20 fevral 2023-cü il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 fevral 2022-ci il tarixdən 19 yanvar 2023-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3368 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Diskdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 04 ədəd qovluq vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02:08:08-də ***-***-**-** mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə “Ordasan hələ mənə kola verə bilərsən vardısa hə lomkadayam” məzmununda SMS yazmışdır (cild 1, i/v 144). - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AZF/LGL-6410/23 nömrəli məktubuna əlavə edilmiş, üzərində 6/105-041 qeydi yazılmış 1 ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə bağlı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində həmin nömrədən çıxan SMS-lərin məzmunu aşağıdaki kimi olmuşdur: xx.xx.2022-ci il, saat 11:39, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Hardasan sevdaya? yığıramacmlr kola? lazlmdl. 10”. xx.xx.2022-ci il, saat 18:40, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “2 dene teker lazimdi”. xx.xx.2022-ci il, saat 00:42, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Orxan nooldu dərman sənə birdə nəsə versəm mən onda adam deyiləmki”. xx.xx.2022-ci il, saat 07:09, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Nahid alınmır yarı hə padruqam diyir 35 olsada olar yarıya 35 manat verir hemde xoşuna gelse hergün narmani goturecey istemiremde elden çıxsın 35 verir yarıya qadası alindirmag olmaz sənə qurban” xx.xx.2022-ci il, saat 04:03, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “23 manat pul vermisən 2 dənədən o cıxıb özünçün çəkirsəndə çək kayf elə kəndə bir bəhanə” xx.xx.2022-ci il, saat 01:36, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Gəl bizim qapıda su cociki icində salfetka var onu götür” xx.xx.2022-ci il, saat 17:01, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “ Görsən necə adamsan almırsan teli bir günlük yaşayırsan onun, biri elə birdi yarını saxla, gəlib götürəcəm BAŞQA adama verməliyəm” xx.xx.2022-ci il, saat 17:01, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Yüksəl yaranıb birni saxla gəlib götrəcəm” xx.xx.2022-ci il, saat 19:03, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Karti at 30 m atim s” xx.xx.2022-ci il, saat 19:16, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Mənim pulumu hec kim yiyə bilməz kötütə catmaz yisin başqa şeyə pul tapllir hər gün mal eləmir almağa pul TAPİR ALANDA” xx.xx.2022-ci il, saat 01:25, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Diyirəm mən birazdan çıxacam cölə istəsən patı verim sənə” xx.xx.2022-ci il, saat 01:29, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Hecnə lazım deyil gəlib verərəm birazcün” xx.xx.2022-ci il, saat 00:24, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Sevda, sən nəqədər isdiyursən” xx.xx.2022-ci il, saat 00:29, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Lamıcka yoxdu sən öl necə vaxtı düzəltmirəm” xx.xx.2022-ci il, saat 00:31, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Sevda, mən kiməsə nəsə xarab şey soxmuram məndə pis patı olmur cünki özüm cəkirəm” xx.xx.2022-ci il, saat 00:37, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Mən hec kimə yarım bir vermirəm bir sənə verirdim bu künən sənən bu tema bağlandl sag ol mən sənin nəsə almagva ehtiyacım yoxdu sən bilmirsən. Kim kimdi sagol b” xx.xx.2022-ci il, saat 17:17, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Hə qaqaş gəldi 60” xx.xx.2022-ci il, saat 17:40, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “AlekumSalamsəninlə bahəm Samir kola deyənin burnunu qumagnl kəsilər hec kəsdə yoxdu ograçdl kola olub dificit” xx.xx.2023-cü il, saat 03:17, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Təmiz
05. 20 manata al verməsə eybi yox soraa onu deyirsən kimdi” xx.xx.2023-cü il, saat 21:22, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Taliş sən öl 50olmasa alınan deyil” xx.xx.2023-cü il, saat 23:05, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Birdə gör nə deyirəm urəyim dözmədi sənin bu vəzyətində qoyub gedmək bəladan qurtarmağa, gömək etmək lazım idi nəsə başqa hecnə fikrindən kecməsin sadəcə mən hec kimi yarıda qoyub gedən adam deyiləm dərmanın qutarıbsa məndə var göndərim səninçün xəbər elə göndərim” xx.xx.2023-cü il, saat 00:57, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Sənə mən dərman deyirəm sən fors eliyirsən sənə yaxşl sözlər deyərdim amma nəysə sadecə sən haçansa clxacagsan qabaqda sənin üzrə, deyecəm” xx.xx.2023-cü il, saat 13:52, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Daş.tapmag olar” xx.xx.2023-cü il, saat 16:18, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Var 40manatdl” xx.xx.2023-cü il, saat 16:18, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Baha gəlib” xx.xx.2023-cü il, saat 16:19, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “90 manat” xx.xx.2023-cü il, saat 16:23, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “And ola °Allaha, gündü yatırdlm bununda pulnu vurmasam daha mənə verməz” xx.xx.2023-cü il, saat 17:46, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Vallah Allaha and olsun nisyə imkan yoxdu olsa vererdim mənim vəzyətim piSdi” xx.xx.2023-cü il, saat 18:58, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Sən elə deyirsən inanmırsan ee Qurana And ola imkan olsa elə belə verdim taliş mənə 1qraml 90 MAnata VERDİ O KÜN” xx.xx.2023-cü il, saat 01:11, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Bir yaxşl bir matiryaldl kefiyətll bir şey. amma qaqaş kvadratl 12 manat olub qiyməti qalfltlblar” xx.xx.2023-cü il, saat 23:54, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Zaur 60manatl. Nəzərdə tutmahnan mənn. Camata söz dmişm 35vur gedim clxardlm səni gözdəyirəm” xx.xx.2023-cü il, saat 20:17, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Kimsə bilər itdərə catar onu tutalar mən poxa düşərəm cünki küllü miqdar. Aparıb” Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə daxil olan SMS-lərin məzmunu aşağıdaki kimi olmuşdur: xx.xx.2022-ci il, saat 21:19, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Dayday xaış edirəm senen artıq dərəcedə tezdəşdirdə onu gözdüyüləre meni” xx.xx.2022-ci il, saat 19:10, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Dayday gozleyirem seni, beyaqkin onan bundan pul alniwdim verdim getdi ozumun hecneyi qalmiyib xahiw elyrem bir wey et mencin pulda hazrdi sene arxaynam vezyetde pisdi kentde seni gozluyurem” xx.xx.2022-ci il, saat 19:12, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Arada tez tez yoxlada bawiva donerem xecaletnden cixaram day day” xx.xx.2022-ci il, saat 17:22, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Salam necesen ay nahid olurem neyinse var? xx.xx.2022-ci il, saat 17:22, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “ay allah bunununda kolasi cox zeyifdi” xx.xx.2022-ci il, saat 15:23, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Heresinen basva donerem gor adam cxsa rasdva heresinen 1 bir 1 yada bir ko 05 pat alnsa zor olar gorde qurban olaram kimse cxsa birdende tema satanardan” xx.xx.2022-ci il, saat 13:30, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Kebleyi gor nediyirem bidene teker alindirmaq olar menimkinin vezyet cox pisdi basva donerem pulunu axsam vererdim” xx.xx.2022-ci il, saat 18:40, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “2 dene teker lazimdi” xx.xx.2022-ci il, saat 19:14, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “tez gelde ne olar mende axi agrida qalacam” xx.xx.2022-ci il, saat 19:52, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “cet goturdum icinde torpaq ele wey olar urey partlayir” xx.xx.2022-ci il, saat 00:25, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Nahid senin bawina donerem nolar imkan olsa eyer mene bidamci p verersen 10 lug saba vererem onun pulunu eyer imkan varsa qadasi” xx.xx.2022-ci il, saat 20:09, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Yar goturmey olar pul na sen can pis draznit olmwam” xx.xx.2022-ci il, saat 04:52, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Kebleyi nolar ki yardim elivi uzada nolar gic kimi qalmsam das Noldu basva donerem” xx.xx.2022-ci il, saat 22:10, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Salam Nahid necesen qadasi salamaciligdi bagiwda narahat edirem mene yari p birde ot isdyirdim bidene alinar qadasi hemde 10 manati vererdim dunen qalan borcu mene he yox diye bilersen qadasi alinib alinmadigini” xx.xx.2022-ci il, saat 22:44, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Dayday xaiw eliyirem ac telfonu fezyet pizdi hedinen artıq yere göye sıgmıram çobalıyıram neolar yola salda meni xaış edirem 1 söz denen menə” xx.xx.2022-ci il, saat 10:50, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “ona p verme anasi bezdirib meni” xx.xx.2022-ci il, saat 11:52, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “dunen sehere yaxin vermisen weynen bir yari lazimdi mene” xx.xx.2022-ci il, saat 13:46, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Bir kelme zeg ele sozmi deyim gedimde.15ma otri bele elemezder.20ma borcimi getrdm birde 2 gotrecem. temiz 100 matdi pilm.se allah zeg ele isimi bilim” xx.xx.2022-ci il, saat 15:17, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Atmsa bloka mei zeg vrda qaqa.se oleleriv gori zeg vir sozim var. lomkadayam pis vezyetdeyem.zeg vir gor me deyirem.” xx.xx.2022-ci il, saat 19:48, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Axwamin xeyir necesen Nahid p alinar bir qiram” xx.xx.2022-ci il, saat 19:56, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Yarida duzub qowmag olmaz qadasi 30 dug agriyan variydi ona goreye qadasi” xx.xx.2022-ci il, saat 16:46, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Ozun ucun goturduyun yerden goture bilmersen menim ucun Nahid sene qurban olaram Menem samire menim nomreme yg konturum yoxdu yg mene tez” xx.xx.2022-ci il, saat 17:52, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Bir tanis qiz var yaxsi qizda yanima gelib gedir 4k 1p 5dene lazimdi ona hemiwe ele goturur mene deyirki tapa bilsen ordan yari verecem sene ay miskam alindira bilersen?” xx.xx.2022-ci il, saat 13:39, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqa se allah temiz 2 eliyerse. evdeyem zegivi gozdiyirem” xx.xx.2022-ci il, saat 15:52, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqa sencai qoyma meni lomkada sene arxaynam. hormetivide artglamasya eliyecem” xx.xx.2022-ci il, saat 15:52, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qardasmsa yatb qalma gozdiyirem gel.50 mata 1.5 olarsa qaqa qram yarm geti. qaroci 50 mat pilim var” xx.xx.2022-ci il, saat 19:21, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqas pul hazirdir 25” xx.xx.2022-ci il, saat 19:54, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “40 manat pul var qram duzeler mene he yox di” xx.xx.2022-ci il, saat 00:22, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqaw qurban sene birde el tut mene 40 manat duzeldmiwem razindeyem 1 sata cixacam burdan gelib qayidmaliyan alinar he yix dode mene” xx.xx.2022-ci il, saat 08:34, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqas sabain xeyir salmaclxdir qaqas sen can karta 45 manat pul vurum yar pat yar kola aldrmax olar qizan sen can he yox yazki razindeyem gelim emircan” xx.xx.2022-ci il, saat 08:34, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qardas me bir cavab de gozdiyirem.2 lazmydi qaqam” xx.xx.2022-ci il, saat 19:54, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Borcivide verecem qaqa sen cani dizele kimi zeg vir gozdiyirem qaqa se cai sehlenkar olma vezyetim pisdi” xx.xx.2022-ci il, saat 20:45, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Salam necen ay mişka 30m pulum var cete vermey istemirem serf elememez mene mene bir sey elede qalmişam axtara axtara” xx.xx.2022-ci il, saat 21:26, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Acda qizinda ad gunudu gedim evde oturum eve gede bilmirem agridaXaiş eliyirem umudum sensen donmuşam pis” xx.xx.2022-ci il, saat 10:39, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqa vezyetm cox pisdi. dinede sei gozdedim. yatmamsam qardascai lomkada olirem. borcivide dizeltmisem.me bir cavad de qardasmsa” xx.xx.2022-ci il, saat 06:34, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Bu gun axsama geder 30 duzeltsem 1 vere bilersen mene bir manat eskiy olmuyacaq yigim sene??” xx.xx.2022-ci il, saat 19:01, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Karti at 30 m atim salafetka orda qaldi” xx.xx.2022-ci il, saat 17:34, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Salam necese 30 var nece eliyay atim karta?” xx.xx.2022-ci il, saat 01:05, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Bir cva yaz 55 goturmuwem qizdan deyirdim birez mene pda atardin soyuwe qalsa bele vermirsenki qoyub gotururem usaqlik gel elemiyay” xx.xx.2022-ci il, saat 12:08, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqa gecedem lomkadayam. qaqa sede xais eliyirem me temiz 2 kilo hellelede qadasi.ayri ayri olmasi qaqa bir yerde cek see qrba” xx.xx.2022-ci il, saat 12:08, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Nаiд zеhnеt olmаssа fаlqа аlаrsаn?” xx.xx.2022-ci il, saat 16:17, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Men onsuzda heÇkime hecne dimeremki mende isdemirem kimse bilsin heÇ Nahid qadan alaram yaxsi p odefekinden deyil neqeder vaxta gelersen insallah” xx.xx.2022-ci il, saat 20:46, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Deyirki məndə deyil goturmədim belkə qiz mənə yalanan deyir vermisəm nahid 20 manatim var sofanin cani axirinci dəfə isteyhrem sennən” xx.xx.2022-ci il, saat 01:13, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Bildin hansindandi isdesen eyer bidamci p verersen vermesende canin sag olsun” xx.xx.2022-ci il, saat 01:27, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Eyer imkan varsa verersen qadasi 10 manatim var alinsa eyer bidamci normal birsey verersen mene ama tez gelsen yaxsi olardiye yuxum gelir birden yuxluyub” xx.xx.2022-ci il, saat 21:55, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Salam necesen nevar ne yox salamaciligdi qadasi p alinar yari 30 manatim var qadasi” xx.xx.2022-ci il, saat 14:23, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqa salam. tezde zeg vriram indiye kimi zeg catmr sene.teli aca kimi yg mei qaqam.2 dizelderse me.vezyetim cox pisdi lomkadayam qaqam” xx.xx.2022-ci il, saat 22:34, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Salam Nahid necesen nevar ne yox salamaciligdi qadasi p var yari isdiyirdim 30 manatim var qadasi alinar” xx.xx.2022-ci il, saat 22:34, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Nahid qadan alaram alinir yoxsa nece he yox diyerdin bilerdim alinmirsa bawkasinan goturum agriyiram yuxu aparir meni ona gore diyirem” xx.xx.2022-ci il, saat 00:38, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qadan alaram 35 manat verecem normal olar bidamci qadasi” xx.xx.2022-ci il, saat 13:37, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqa dyra kimi zeg vir me.2 dizelderse gozdiyirem qadasi. 2 kilo qaqa” xx.xx.2022-ci il, saat 16:13, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqa sen cai bir xeber de qardasmsan. vezyetim cox pisdi.2 lilo isdiyirdim qaqa” xx.xx.2022-ci il, saat 22:48, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Salam necesen nevar ne yox salamaciligdi Nahid dünen yox onan qabag mene p götürdüme qirmizi fasonuydu rengide onan var qadasi dünen götürdüyüm biraz ele” xx.xx.2022-ci il, saat 23:22, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Nahid qadan alaram qirmizi olanan olsunda dünenkinden olmasin qurban sene Nahid eyer varsa mene lamicka verersende bidene nolar xais edirem nevaxta geler” xx.xx.2022-ci il, saat 00:27, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “1 qiram 40 manat pul var qadasi ama dünenkinden olmasin qurban sene bidene imkan olsa lamicka verersen mene qadan alaram” xx.xx.2022-ci il, saat 03:25, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “axwamin xeyir Nahid bagiwda narahat edirem qadasi yari p alinar yari 30 manatim var” xx.xx.2022-ci il, saat 00:35, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Salam necesen nevar ne yox salamaciligdi qadasi p alinar bir qiram 40 manatim var mene bir cavab diyersende zehmet olmasa” xx.xx.2022-ci il, saat 13:45, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “100 manatıq Vere bilersen” xx.xx.2023-ci il, saat 19:42, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Varyoxna nehlet cox piseldim lomkadan.ayag usde dura bilmirem gel cx qaqa yolun qragndayam” xx.xx.2023-ci il, saat 19:59, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Nahid teli ac.lomkadayam.bize yarasmaz bele seyler.ac teli” xx.xx.2023-ci il, saat 18:23, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Qaqa kartivin nomresin at mene pul gonderim inanmrsansa.menem yukseldi.50 mana var,nese elemey olar?” xx.xx.2023-ci il, saat 16:18, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Cox sagol dayday, Bes kofen var? turalcin soruwuram, bu bedbexti qaldira bilmirem lomkadan qorxur deye ozuni verir yuxuya Yatir ancaq” xx.xx.2023-ci il, saat 16:19, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Men daw Turala da kofe 1 onnan 1 onnan” xx.xx.2023-ci il, saat 16:21, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “kofe bir daw 90 azn? Borc eliyirsen he dayday? İndi gorum Mende negeder var turali qaldirim verim qalani da cixarsan borc kimi Et dayday” xx.xx.2023-ci il, saat 16:25, ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə: “Dayday 50 manat dawa baha deyil? Sen hemiwe bize ucuz verirdin axi”. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcrixdanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2- 6024/2023 nömrəli məktubdan və ona əlavə edilmiş Təqsirləndirilən şəxs tibbi kitabçasının surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sol kürək altı nahiyyədə 5-6 sm. ölçüdə, sol sağrı nahiyyəsində 9-10 sm. ölçüdə yaşımtıl-bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. - Bakı şəhəri, Nərimanov rayon prokurorunun köməkçisi X5 tərəfindən qəbul edilmiş 18 noyabr 2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat onun özünün izahatından başqa toplanmış sübutlarla öz təsdiqini tapmadığından və araşdırma materialları ilə təkzib olunduğundan Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Həmin qərardan həmçinin görünür ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X27”nin Nərimanov rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2023-cü il tarixə uyğun hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Məhkumun tibbi kitabçasında qeyd olunan xəsarətlər – sol kürəkaltı nahiyənin və sol sarğı nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti şəxsin göstərdiyi xx.xx.2023-cü il tarixə uyğun gələ bilər, müxtəlif şəraitlərdə, o cümlədən şəxsin öz boyu hündürlüyündə yıxılması nəticəsində əmələ gəlməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir. - Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-13-54-3/2-638/24 nömrəli məktuba əlavə edilmiş həmin bölməyə gətirilən şəxslərin qeydiyyat jurnalından çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:35-də ÇPA-nın əməkdaşları tərəfindən bölməyə gətirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin, metamfetamin və marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə və psixotrop maddələrdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə, qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə şəxsi istehlak miqdarından artıq miqdarda (təmiz halda qramlarla), 500 qram olduqda isə külli niqdarda narkotik vasitə, metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə -şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Həmin qərarın 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar olaraq külli miqdarda əldə edib saxlayaraq daşıması özü tərəfindən inkar edilsə də məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılmış sms yazışmaları və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə CM-nin 234.4.1-ci, təkrar törədilkdə CM-nin 234.4.2-ci, külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin tərkibinin yaranması üçün beş şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - bu əməlllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməlidir. - bu əməllər təkrar törədilməlidir. - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Hazırki cinayət işinin araşdırılması zamanı təqsirləndirilən şəxsə məxsus olan telefon nömrəsi ilə aparılmış mesajların mətnlərində müxtəlif növlərdən olan narkotik vasitələrin və psixotrop maddələrin ondan ödənişlə alınması aşkar görünür. Bundan əlavə Təqsirləndirilən şəxs dəfələrlə müxtəlif narkotik vasitələri əldə etməsi, əldə etdiyi narkotik vasitə və psixotrop maddə olan heroinin, metamfetaminin və marixuananın şəxsi istehlak miqdarından, həmçinin həmin maddələrin (heroin və metamfetaminin) külli miqdarından dəfələrlə artıq olması, müxtəlif bükümlərdə olması narkotik vasitənin və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılmış sms yazışmaları məhkəmə baxışı zamanı tədqiq edilərkən Təqsirləndirilən şəxs həmin telefon nömrəsinin və yazışmaların ona məxsus olmasını mübahisələndirməyərək müxtəlif şəxslərə həmin şəxslərin xahişi və pulu ilə narkotik vasitəni (heroin, marixuana), psixotrop maddəni (metamfetamin, metodon) iranlı kimi tanıdığı “Ramil” adlı şəxsdən və qeyrilərindən əldə edərək əvəzsiz olaraq verməsini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla bağlı ibtidai istintaq zamanı şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını etiraf etmiş, lakin həmin maddələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edərək üzərində, maşınında saxladığını bildirmişdir. Bundan əlavə 21 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə-tibbi ekspertizası zamanı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Montin” deyilən ərazidə polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılmazdan əvvəl sağ göz nahiyəsində xəsarət olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı isə xx.xx.2022-ci il tarixdə, həm də xx.xx.2023-cü il tarixdə saxlanılan zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını, xx.xx.2022-ci il tarixdəki hadisənin üzərindən xeyli müddət keçdiyindən, bununla bağlı şikayətinin olmamasını, xx.xx.2023-cü il tarixdə aldığı xəsarətlərin qeydə alındığını bildirdiyindən məhkəmə tərəfindən qeyd alınan faktın araşdırılması üçün müvafiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa məlumat verilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı araşdırma aparmış, Təqsirləndirilən şəxs, onu döydüklərini iddia etdiyi polis əməkdaşlarının müvafiq izahatları alınmış, müvafiq məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Həmin iş üzrə verilmiş ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2023-cü il tarixə uyğun hər hansı bir xəsarət izi aşkar edilməmiş, məhkumun tibbi kitabçasında qeyd olunan xəsarətlər – sol kürəkaltı nahiyənin və sol sarğı nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti şəxsin göstərdiyi xx.xx.2023-cü il tarixə uyğun gələ bilər, müxtəlif şəraitlərdə, o cümlədən şəxsin öz boyu hündürlüyündə yıxılması nəticəsində əmələ gəlməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun 18 noyabr 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından şikayət veribverməməsi müəyyənləşdirilərkən aydın olmuşdur ki, sonuncu həmin qərardan şikayət etməmişdir. Bundan başqa məhkəmənin özünün təşəbbüsünə əsasən Nərimanov rayon Prokurorluğu tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 629-C-23 nömrəli məktubda da təqsirləndirilən şəxsin həmin qərardan şikayət verməməsi xüsusatı öz təsdiqini tapmışdır. Məhkəmə məhkəmə-tibb ekspertizasının verdiyi rəyə əsasən Təqsirləndirilən şəxs üzərində aşkar edilən xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən şəxsin öz boyu hündürlüyündə yıxılması nəticəsində əmələ gəlməsinin mümkün olmasını, o cümlədən təqsirləndirilən şəxsin 18 noyabr 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından şikayət verməməsi hallarını birgə qiymətləndirərək hesab edir ki, videoçəkilişlər aparılan zaman Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən çıxan narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olması barədə verdiyi ifadələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinin tələbləri nöqteyi nəzərindən şübhə altına alınması üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 4 (dörd) gün müddət bir günə bir gün hesablanmaqla, yəni 4 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxsi qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, ondan ümumilikdə 477 (dörd yüz yetmiş yeddi) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,3 qram narkotik vasitə qurudulmuş marixuana, 992 qram qalmış heroin və 01 kq 2,7 qram qalmış psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 11,291 qram qalmış psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1,666 qram qalmış narkotik vasitə heroin və 13,6 qram qalmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 04 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1856/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz iyirmi iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 4 (dörd) gün müddət bir günə bir gün hesablanmaqla, yəni 04 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 477 (dörd yüz yetmiş yeddi) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,3 qram narkotik vasitə qurudulmuş marixuana, 992 qram qalmış heroin və 01 kq 2,7 qram qalmış psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 11,291 qram qalmış psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1,666 qram qalmış narkotik vasitə heroin və 13,6 qram qalmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 04 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev