Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-626/2025 19.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X19 və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, X1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Beyləqan şəhəri SMD 42 qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X16 qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib, üzərində saxlayraraq, daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata kesirilməsi üçün istintaqa məlum olmmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxsdən, ona bildirdiyi ünvanlara, digər naməlum şəxslərə çatdırmaq məqsədilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanusuz olaraq külli miqdarda təmiz çəkisi 745,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edib üzərində saxlayraraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsinə qədər daşımış, özünü şübhəli apardığına görə xx.xx.2024-cü il tarixdə, saat 02.45-də qeyd edilən ünvanda Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilib üzərlərinə şəxsi axtarış və götürmə aparılarkən əlində olan qara rəngli bir ədəd sellofon torbanın içərisində külli miqdarda təmiz çəkisi 745,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. X3 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər taksi sürücüsü kimi fəaliyyət göstərmiş və Mehman adlı bir şəxslə tanış olmuşdur. Sonuncudan bir-iki dəfə “nəşə” istəmiş və ondan aldığı “nəşə” xoşuna gəlmişdir. Buna görə də Mehmandan eyni “nəşə”dən yenə ona satmasını istəmişdir. İki-üç gün sonra Mehman ona zəng edərək 300 qram marixunasının olduğunu dedmiş və ondan 2500 manat pul istəmişdir. O, 2000 manat pulu olduğunu, qalan 500 manatı ödəyə bilməyəcəyini demişdir. Mehman sevgilisinin nömrəsini verərək ona “bu nömrə təmizdir, get bu nömrəyə vur” demişdir. Mayın 24-ü M10 vasitəsilə karta 2000 manat yükləmişdir. Həmin 2000 manatı avtomobilini sataraq əldə etmişdir. Pulu yüklədikdən sonra bir neçə dəfə Mehmanla əlaqə saxlamış və nakotik vasitəni istəmişdir. İki-üç gün sonra Mehman ona zəng edərək narkotik vasitənin hazır olduğunu və gedib götürməsini demişdir. 28 may 2024-cü il tarixdə saat 12-də narkotik vasitəni götürmək istəyəndə polislər tərəfindən saxlanılmışdır. Mehman BNMİ-ni əməkdaşı olmuş və ona tutulacağı halda ona zəng etməsini demişdir. O, tutulan kimi telefonunu çıxararaq Mehmana zəng etmək istəsə də, polislər telefonu onun əlindn alaraq sındırmışlar. Daha sonra Sabunçu RPİ-ə aparılmışdır. Orada üstündə olan bıçağı götürmüş və ona psxioloji təzyiqlər edilmişdir. Ona fiziki təzyiq edilməmişdir. O, psixoloji təzyiqlərə məruz qaldığı üçün polislər istəyən kimi ifadə vermişdir. Şühəli şəxs qismində tutularkən yanında vəkil olmamışdır. O, vəkili ilk dəfə mayın 29-u günorta saatlarında görmüşdür. X3 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 177.2.1, 177.2.3, 177.2.4 maddələri ilə məhkum olunmuş, təxminən 7 ay əvvəl azadlığa buraxılmış, özü narkotik vasitələrdən istifadə etmir, təxminən 7 gün əvvəl votçap ani mesajlaşma tətbiqində bir nəfər özünü İran İslam respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxs ona bir neçə dəfə bildirmişdir ki, Bakı şəhərində müxtəlif yerlərə narkotik vasitələr qoyacaq, pul müqabilində həmin narkotik vasitələri götürüb aparıb başqa ünvanlara qoysun. Lakin o, razılaşmamışdır. xx.xx.2024-cü il tarixdə gecə saat təxminən 00:30 radələrində yenidən İran İslam respublikasının vətəndaşı votçapda onunla əlaqə saxlayıb bildirmişdir ki, Bakıxanov qəsəbəsində, Ruhulla Axundov küçəsinə narkotik vasitə olan marixuana qoymuş və həmin narkotik vasitəni götürüb aparıb başqa bir yerə qoysa ona 500 manat pul verəcəkdir. Pula ehtiyacı olduğu üçün sonuncu ilə razılaşmışdır. Votçapda ona göndərdiyi konuma gəlmişdir. Həmin yerdən içərisində marixuana olan qara rəngli salafanı götürüb getmək istəyərkən iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşmışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirəndə sonunculardan yayınaraq qaçmaq istədikdə onu saxlayaraq PŞ-nə gətirmişlər. Polis əməkdaşları onu saxlamaq istəyəndə üzərində olan mobil telefonu sındırmışdır ki, oradan olan yazışmanı müəyyən edə bilməsinlər. Polis bölməsində üzərinə və əlində olan bağlamaya baxış keçirilərkən ona üzərində qanunla qadağan edilmiş əşyaları çıxardıb təqdim etməyi bildirilmiş, əynində olan Tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd General Mobil markalı sındırdığı mobil telefonu, əlində olan 1 ədəd qara rəngli salafan torbanın içərisində olan, üzəri yapışqan lentlə sarılmış qara rəngli salafan torbanın içərisində olan qurudulmuş ot kütləsinini təqdim etmişdir. Həmin ot kütləsinin narkotik vasitə olan “marixuana” olduğunu bildirmişdir. Onun üzərindən aşkar olunmuş 01 büküm qablaşdırılaraq eksprtizaya göndərilmiş, mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən heç bir zor tətbiq edilməmişdir. O, istifadəsində olan mobil nömrəni xatırlamır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X16 ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2024-cü ilin may aylarında Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsində digər polis əməkdaşı Şahid2lə birlikdə inzibati ərazidə xidmətdə olarkən bir nəfər şübhəli şəxs olduğu və əlində qara sellofan torba olduğu üçün ona yaxınlaşmışlar. Həmin şəxs qaçmağa cəhd göstərsə də, onu saxlamış və 13-cü PB-ə aparmışlar. Bölməyə aparılan kimi müdafiəçi dəvət edilmişdir. Orada videoçəkiliş vasitəsilə xidməti otaqların birində təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, Nail Şükürlünün əlində olan qara sellofan torbada özünün deməsinə görə marixuana aşkar olunmuş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Nail üzərində olan marixuananı İİR vətəndaşından 500 manat müqabilində aldığını, həmin narkotik vasitəni iranlının dediyi yerə qoyacağını demişdir. Nail müdafiəçidən imtina etdiyi üçün şəxsi axtarış zamanı vəkil iştirak etməmişdir. tutularkən Nailə qarşı heç bir xəsarət yetirilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2024-cü ilin may aylarında Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsində digər polis əməkdaşı Şahid2lə birlikdə inzibati ərazidə xidmətdə olarkən bir nəfər şübhəli şəxs olduğu və əlində qara sellofan torba olduğu üçün ona yaxınlaşmışlar. Həmin şəxs qaçmağa cəhd göstərsə də, onu saxlamış və 13-cü PB-ə aparmışlar. Orada videoçəkiliş vasitəsilə xidməti otaqların birində təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, Nail Şükürlünün əlində olan qara sellofan torbada özünün deməsinə görə marixuana aşkar olunmuş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Bundan başqa Nailin üzərində bir ədəd mobil telefon aşkar edilmişdir. Nail həmin telefonu yerə çırpdığı üçün elefon sınıq vəziyyətdə olmuşdur. Sonuncu şəxsi axtarış zamanı verilən suallara cavab olaraq marixuananı İİR vətəndaşından 500 manat müqabilində aldığını, həmin narkotik vasitəni iranlının dediyi yerə qoyacağını demişdir. Şəxsi axtarış və götürmə zamanı vəkil iştirak etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, əvvəllər Naillə birlikdə idmanla məşğul olmuşdur. Naillə sonuncu dəfə tutulmamışdan bir həftə əvvəl görüşmüşdür. Görüş zamanı Nail ona 2000 manat verərək xeyli miqdarda, 200-300 qram narkotik götürəcəyini demişdir. O, Naildən həmin miqdarda narkotik vasitəni nə edəcəyini soruşmuşdur. Nail ona rayona qızla gedəcəyini, cinsi zəifliyi olduğu üçün aldığını demişdir. Tutulduğu gün axşam saat 9da Nail kabab yemək üçün onun evinə gəlmişdir. Saat 12-də Nailə zəng gəlmişdir. Sonuncu ona Mehman adında dostu ilə görüşəcəyini və 1 saata qayıdacağını demişdir. Bundan sonra Naillə əlaqə saxlaya bilməmişdir. Səhəri gün qardaşı vasitəsilə dostunun tutulduğunu bilmişdir. Nailin narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. 29 may 2024-cü il tarixli raportdan görünür ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş kapitanı Şahid1 və həmin bölmənin əməliyyat müəkkili, polis polkovnik-leytenantı Şahid2 həmin tarixdə saat 02:45-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsində bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Həmin şəxs yayınmağa cəhd etdiyi üçün saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-ə aparılmış və orada məlum olmuşdur ki, həmin şəxs xx xxxxxxxx 1992-ci ildə Beyləqan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu Beyləqan şəhəri SMD 42 qəsəbəsində qeydiyyatda olmaqla yaşayan X13r. (Cild 1 i.v. 3) 29 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 04:20-da (faktiki tutulma 02:45-də) X16 şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 13) 30 may 2024-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, təqsirləndirilən şəxs X11 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. X16 məhkəmə iclasında özünü təqsirli bilərək pula ehtiyacı olduğu üçün ittiham elan olunan əməli törətdiyini bildirmişdir. (Cild 1 i.v 70-75) 31 may 202-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X16 Azərbaycan respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. (Cild 1 i.v 51-52) 29 may 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan X14 üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra X16 əlində olan 1 ədəd qara rəngli salafan torbanın içərisində olan, üzəri yapışqan lentlə sarılmış qara rəngli salafan torbanın içərisində olan qurudulmuş ot kütləsinin əynində olan tünd boz rəngli şalvarın sağ yan bir ədəd sınıq vəziyyətdə «General Mobil» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd qara rəngli salafan torbanın içərisində olan, üzəri yapışqan lentlə sarılmış qara rəngli salafan torbanın içərisində olan qurudulmuş ot kütləsinin narkotik vasitə olan «marixuana» olduğunu bildirmiş, həmin narkotik vasitəni votsapp tətbiqində xx.xx.2024-cü il tarixdə təxminən saat 01:45 radələrində Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsindən götürdüyünü bildirmişdir. Həmin bükümü 500 manat müqabilində İran İslam Respublikasının vətəndaşının votsapda ona göndərəcəyi başqa bir konuma aparıb qoyacağını qeyd etmişdir. Aşkar olunmuş kütlə qablaşdırılmaqla götürülmüşdür. (Cild 1 i.v. 19-21) Məhkəmə-bioloji ekspertizasının 29 may 2024-cü il tarixli 3-16-16/2-7/863 saylı rəyindən görünür ki, üzərində «1 Şübhəli şəxs Şükürlü Nail imza ...» yazılan bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 745,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir qurudulmuş marixuanadır. (Cild 1 i.v. 32-36) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4818 saylı rəyindən görünür ki, X2 qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 144-145) Məhkəmə-xətşnaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/95 saylı rəyindən görünür ki, cinayət işinin 1-ci cildinin 11-ci, 12-ci, 13-cü, 14-cü, 17-ci, 18-ci, 19-cu vərəqlərindəki “Şübhəli şəxs” sözlərinin qarşısındakı imzanın, 20-ci vərəqindəki “X16” sözlərinin qarşısındakı imzanın, 21-ci vərəqindəki “Şübhəli şəxs:” sözlərinin qarşısındakı imzanın, 22-ci və 23-cü vərəqlərndəki “X16” sözlərinin qarşısısındakı, 28-ci vərəqindəki “Cavab:” qrafasının aşağısındakı “İzahatım oxudum düzdü əlavəm yoxd İmzamla təsdiq edirəm” sözlərinin və həmin qrafada “İmza” sözünün qarşısındakı imzanın, 31-ci, 38-ci, 47ci vərəqlərindəki “Şübhəli şəxs” sözlərinin qarşısındakı imzanın, 48-ci və 49-cü vərəqlərindəki imzaların, 50-ci vərəqindəki “Şübhəli şəxs” sözlərinin qarşısındakı imzanın, 52-ci və 53-cü vərəqlərindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imzanın, 54-cü vərəqindəki imzanın, 55-ci, 56-cı və 57-ci vərəqlərindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imzanın, 58-ci, 59-cu, 60-cı vərəqlərindəki hər bir imzanın və 59-cu vərəqindəki “bilirəm” sözünün, 61-ci vərəqindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imzanın, 64-cü və 67-ci vərəqlərindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imzanın X16 tərəfindən icra edilməsi müəyyən edilmişdir. (Cild 1 i.v. 32-38) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X4 rayon məhkəməsinin 177.2.1, 177.2.3, 194.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 05 il müddətinə azadlıqdan məhrüm etmə və 1000 manat cərimə cəzasına, Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1 -ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5 və 68.2-ci maddələri tətbiq edilməklə 05 il 02 ay müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına, Qaradağ rayon məhkəməsinin xx.xx.2019ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 01,09.2023-cü il tarixli qərarına əsasən təyin edilmiş cəzanın çəkilməmiş 05 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. (Cild 1 i.v. 90-91) 18 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X14 məxsus ekspertiza tədqiqatından sonra qalıq qalmış 744,95 qram çəkidə narkotik vasitə marixuana və mobil telefon aparatının üzərində General Mobil telefon aparatı Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. (Cild 1 i.v. 136-145) 06 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, 25 may və 29 may tarixlərdə Sabunçu Rayon Polis İdarəsinin giriş-çıxışında quraşdırılmış müşahidə kameraları üzrə arxivlərin saxlanılma müddəti bitdiyindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi mümkün olmamışdır. (Cild 2 i.v. 7) Məhkəmə baxışı zamanı X11 üzərinə keçirilən baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı polis kapitanı İlqar Əsədov tərəfindən X14 üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, X16 əlində olan 1 ədəd qara rəngli salafan torbanın içərisində olan, üzəri yapışqan lentlə sarılmış qara rəngli salafan torbanın içərisində olan qurudulmuş ot kütləsinin əynində olan tünd boz rəngli şalvarın sağ yan bir ədəd sınıq vəziyyətdə «General Mobil» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd qara rəngli salafan torbanın içərisində olan, üzəri yapışqan lentlə sarılmış qara rəngli salafan torbanın içərisində olan qurudulmuş ot kütləsinin narkotik vasitə olan «marixuana» olduğunu bildirmiş, həmin narkotik vasitəni votsapp tətbiqində xx.xx.2024-cü il tarixdə təxminən saat 01:45 radələrində Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsindən götürdüyünü bildirmişdir. Həmin bükümü 500 manat müqabilində İran İslam Respublikasının vətəndaşının votsapda ona göndərəcəyi başqa bir konuma aparıb qoyacağını qeyd etmişdir. Aşkar olunmuş kütlə qablaşdırılmaqla götürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci siyahısının 109.1-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan 5000 (beş min) qramadək çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Nail Şükürlünün üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, X11 şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, 29 may 2024-cü il tarixli şəxsi axtarış videoçəkilişlə aparılmış və orada X3 videoçəkilişlə üzərində olan qurudulmuş marixuananı könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirsə də, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qaldığı üçün külli miqdarda narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini, 200 qram çəkidə narkotik vasitəni götürmək üçün getdiyini və həmin vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını göstərməklə ona qarşı irəli sürülmüş ittihamı bu hissədə mübahisələndirmişdir. Bu hissədə qeyd edilməlidir ki, cinayət işinin materialları ilə məlum olmuşdur ki, X16 idarəyə aparıldıqdan sonra orada müdafiəçi ilə təmin olunmuş və nədə şübhəli olması ona elan edilməklə müdafiəçisinin iştirakı şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə o, könüllü şəkildə ərizə təqdim etməklə üzərinə şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. O, şəxsi axtarış zamanı üzərinə olan marixuananı təqdim etmiş, barəsində həbs qətimkan tədibiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə pula ehtiyacı olduğu üçün satış məqsədilə narkotik vasitə əldə etdiyini qeyd etmişdir. Bundan başqa Nail Şükürlünün müdafiəçisi şəxsi axtarış və götürmə barədə protokolla tanış olmuş və sonuncunun iştirakı ilə 30 may 2024-cü il tarixdə etirafedici ifadələr vermişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı müqavilə üzrə müdafiəçisi işə qoşulanadək müdafiə hüquqları pozulmasını və imzaların onun tərəfindən imzalanmadığını bildirmişdir. Bu məsələnin aydınlaşdırılması üçün məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Nail Şükürlünün iddia etdiyi hallar təkzib olunmuşdur. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Nail Şükürlünün ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən marixuana aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolları, barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən vermiş olduğu ifadəsi, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin o, da qeyd edilməlidir ki, inandırıcılığın əsas meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Nail Şükürlü isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitəni əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə satış məqsəsilə bağlı ilk növbədə qeyd edir ki, Nail Şükürlü ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində narkotik vasitə marixuananı 29 may 2024-cü il tarixdə təxminən saat 01:45 radələrində Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsindən götürdüyünü və həmin bükümü 500 manat müqabilində İran İslam Respublikasının vətəndaşının votsapda ona göndərəcəyi başqa bir konuma aparıb qoyacağını qeyd etmişdir. Yəni həmin narkotik vasitənin qoyulması müqabilində qazanc əldə etmək istəmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, X11 üzərindən aşkar edilən qurudulmuş marixuana şəxsi istifadə üçün müəyyən edilmiş miqdardan dəfələrlə çox olmuşdur ki, bu da Nail Şükürlünün narkotik vasitələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə X11 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən də aydın olur ki, o, 29 may 2024-cü il tarixdə saat təxminən 00:30 radələrində İran İslam Respublikasının vətəndaşı olan şəxslə əlaqə saxlamış və sonuncu Bakıxanov qəsəbəsində, Ruhulla Axundov küçəsinə narkotik vasitə olan marixuana qoyduğunu, həmin narkotik vasitəni götürüb aparıb başqa bir yerə qoysa ona 500 manat pul verəcəyini demiş, pula eytiyacı olduğu üçün İran vətəndaşı ilə razılaşmışdır. Göründüyü kimi Nail Şükürlünün narkotik vasitəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncudan götürməklə faktiki olaraq psixotrop maddəni əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarına göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə belə nəticəyə gəlir ki, X11 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. X16 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs X11 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə X7 Xanbala əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. X1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 aprel 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə X3na təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də, məhkəmə X14 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin yarısından az olmayaraq cəza təyin etməlidir. X1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 29 may 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2014-cü il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X11 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxs X11 üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 744,95 qram çəkidə narkotik vasitə marixuana məhv edilməli, 01 ədəd “General Mobil” markalı mobil telefon X14, razılığı olduğu halda yaxın qohumlarına qaytarılmalı 2 (iki) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılmalıdır. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş 70 (yetmiş) manat və məhkəmə xətşünaslıq ekspertizasına sərf edilmiş 126 (yüz iyirmi altı) manat, ümumilikdə 196 (yüz doxsan altı) manat məbləğində ekspertiza xərci X3ndan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X11 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 29 may 2024-cü il tarixdən hesablansın. X16 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X16 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X14 narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxs X11 üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 744,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd “General Mobil” markalı mobil telefon X14, razılığı olduğu halda yaxın qohumlarına qaytarılsın, iki (ədəd) disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş 70 (yetmiş) manat və məhkəmə xətşünaslıq ekspertizasına sərf edilmiş 126 (yüz iyirmi altı) manat, ümumilikdə 196 (yüz doxsan altı) manat məbləğində ekspertiza xərci X3ndan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (X11 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-626/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-626/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver