Məhkəmə qərarları › İş №1(101)-627/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-627/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-627/2020 18.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" şirkətində bağban işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi, ev 5, mənzil 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Pirallahı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində əvvəllər qeyrirəsmi ər-arvad münasibətində yaşadığı Şahid2 görüb, ona bir müddət qeyri-rəsmi ərarvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs1 ayrılmasını bildirmək üçün sonuncuların birlikdə yaşadıqları Bakı şəhəri, Pirallahi rayonu, Pirallahi qəsəbəsi, 39-cu məhəllə, ev 22 ünvanının qarşısına gəlmiş, həmin vaxt təsadüfən küçəyə çıxan Zərərçəkmiş şəxsN ilə rastlaşarkən, sonuncunun ondan nə üçün evlərinin arxasından keçdiyini soruşmasını özü üçün qəbuledilməz hal kimi qiymətləndirərək, bunu bəhanə edib heç bir əsaslı səbəb olmadan onunla mübahisə aparmış və öz şəxsiyyətini onun şəxsiyyətinin fövqündə qoyaraq mübahisəni davam etdirib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə, həmçinin xüsusi amansızlıqla qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək niyyəti ilə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək üzərində olan bıçaqla ona işgəncə və xüsusi ağrılar verməklə bədəninin müxtəlif nahiyələrinə çox sayda zərbələr vuraraq ona döş qəfəsinin sol yarısının ön səthinin, sol ağciyərin, diafraqmanın, dalağın zədələnmələri ilə müşaiyət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik 4 (dörd) ədəd daxilə nüfuz edən xəsarət yetirdikdən sonra onun özünü itirdiyini və aşağı əyilməsini görüb öz hərəkətləri ilə xüsusi əzab verdiyini dərk və arzu edərək yerdə hərəkətsiz qalan Zərərçəkmiş şəxs1 qarşı xüsusi qəddarlıq və amansızlıq nümayiş etdirərək bıçaqla zərbələrini davam etdirib, ona döş qəfəsinin sol nahiyəsinə 1 (bir) ədəd, bel nahiyəsinə 4 (dörd) ədəd, boyun nahiyəsinə 2 (iki) ədəd, sağ bazu nahiyəsinə 2 (iki) ədəd, sol bazu nahiyəsinə 2 (iki) ədəd - hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa yüngül zərər vurmaya xarakterik daxilə nüfuz etməyən deşilmişkəsilmiş 11 (on bir) ədəd, ümumilikdə 15 (on beş) ədəd xəsarət yetirib, sonuncunu xuliqanlıq niyyəti ilə və xüsusi amansılıqla qəsdən öldürmək istəmiş, lakin bu zaman Rəfael Kelbakianinin köməyinə gələrək ictimai qaydanın pozulmasının qarşısını alan qardaşı Zərərçəkmiş şəxs2 müqavimət göstərərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə əlindəki silah qismində istifadə olunan bıçaqla ona sağ saidin, sol baldırın said əzələlərinin zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 həyatını xilas etmək üçün onun əlindən çıxıb qaçdığından və sonuncuların tanışı Şahid1 əlində baltanı nümayiş etdirərək ona tərəf gəlməsindən qorxaraq həmin yerdən qaçıb uzaqlaşmaqla, Xose Bernardu və tanışları Şahid1 müdaxiləsi səbəbindən, habelə Zərərçəkmiş şəxs1 vaxtında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ixtisaslı tibbi yardım almaqla həyatı xilas edildiyindən, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar əməlini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun zərərçəkmiş şəxsləri vurmaq niyyəti olmamışdır. Belə ki, o, özünü müdafiə etmək üçün Rafaeli vurmuş, sonuncu, onu vurmasaydı, o da, yəqin ki, Rafaeli vurmazdı. Mübahisəyə səbəb zərərçəkmiş şəxs Rafaelin onu söyüb təhqir etməsi olmuşdur. Xoseni isə Rəşad əlində balta ilə onun üstünə gəldiyinə görə vurmuşdur. Əgər onun həmin şəxsləri öldürmək istəyi olsaydı, zəng edib həmin şəxsləri başqa yerə görüşə çağırıb orada vura bilərdi. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməldən peşman olduğunu bildirərək, ona verilmiş maddələri daha yüngül maddə ilə əvəz etməyi və yüngül cəza verilməsini xahiş etdi. Verilmiş sualları cavablandıran Təqsirləndirilən şəxs birinci həyat yoldaşından ayrılandan sonra Şahid2 ilə tanış olduğunu, sonra onunla kəbin kəsdirib 3-4 ilə yaxın Pirallahı rayonunda müxtəlif ünvanlarda birlikdə yaşadıqlarını, sonradan Cavahirlə xasiyyətləri uyğun gəlmədiyinə görə 2017-ci ilin axırlarında ayrıldıqlarını, ondan ayrıldıqdan sonra Cavahirin Rafael adlı şəxslə evlənməsini eşitdiyini, buna görə də hadisə baş verən gün həmin məsələni dəqiqləşdirmək üçün Rafaelgilin yaşadığı ünvana getdiyini, Rafaellə görüşüb mübahisə etdiklərini, mübahisəyə zərərçəkmiş şəxsin özünün səbəbkar olduğunu, Rafaelin onu söyüb təhqir etdiyini, yalnız bundan sonra bıçaqla dörd dəfə Rafaeli vurduğunu, bundan artıq ona bıçaq zərbəlri vurmadığını, Xose Bernardunu da hadisə zamanı bıçaqla vurduğunu, lakin onu vurmaq niyyətinin olmadığını, Rəşad balta ilə onun üstünə gəldiyinə görə qorxduğundan Xoseni də vurduğunu, Rafaeli bıçaqla vuranda hadisə yerində başqa heç kəsin olmadığını, bıçaqla vurulduqdan sonra Rafaelin özünün çıxıb getdiyini, istintaq zamanı ona qarşı zor tətbiq olunmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş, “xxxx” Mühəndislik xidmələri QSC-də bağban işləmişdir. Əvvəllər xuliqanlıq cinayəti törətdiyinə görə Bakı şəhəri, Xəzər rayon Məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunmuşdur. Yeddi il əvvəl X3 ilə ailə qurmuş, həmin evlilikdən 2013-cü il təvəllüdlü Şahid12 adlı oğlu var. Dörd il əvvəl Səbinədən ayrılmış, ayrılandan sonra Şahid2 ilə tanış olaraq kəbin kəsdirib 3-4 ilə yaxın Pirallahı rayonunda müxtəlif ünvanlarda birlikdə yaşamışlar. Lakin sonradan Cavahirlə xasiyyətləri uyğun gəlməmişdir. Çünki Cavahir hər gün gəzmək, restorana və ya başqa əyləncəli yerlərə getmək istəmiş, evdə oturmaq istəməmişdir. Bu səbəbdən də 2017-ci ilin axırlarında Cavahirdən ayrılmış və Şahid4 ilə nikaha daxil olmuşdur. Həmin evlilikdən Şahid11 adlı qız övladı dünyaya gəlmişdir. Lakin Cavahirdən ayrılsa da, onu sevmiş, hətta xx.xx.2019-cu il tarixdə öz ad günündə də Cəvahirlə birlikdə olmuş, gecəni də Pirallahı qəsəbəsində Cavahirin yaşadığı evdə keçirmişlər. Həmin zaman Cavahir ona Bakı şəhərində ailə qurduğunu desə də, lakin hadisədən təxminən 10 gün əvvəl öyrənmişdir ki, Cavahir ərdə deyil, Pirallahı qəsəbə sakini Rafael adlı şəxslə qeyri-rəsmi münasibətdədir və bu ona pis təsir etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, xx.xx.2019-cu il tarixdə axşam saatlarında Cavahirin Rafaelin yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 39-cu məhəllə, 22 saylı evdə olduğunu eşitmişdir. Həmin gün saat 17 radələrində yaşadığı evə gələrək yemək yemiş, lakin fikri Cavahirdə qalmışdır. Yemək yedikdən sonra isə evdən çıxmışdır. Bir qədər Pirallahı qəsəbəsində gəzişdikdən sonra Cavahiri görmək ümidi ilə saat 19 radələrində Rafaelin yaşadığı evə tərəf getmiş və evlərinin qarşısından küçə ilə keçib gedən zaman Rafael təsadüfən küçəyə çıxmışdır. Həmin vaxt hava artıq qaralmış, Rafael onun arxası ilə söyüş edib qışqıraraq ondan kim olduğunu, nə üçün onların evlərinin arxasından keçdiyini soruşmuşdur. Rafaelə küçənin ona aid olmadığını, küçə ilə getdiyini deyəndə isə, sonuncu, onu ağır formada təhqir etdiyi üçün əsəbləşərək Rafaelə tərəf getməyə başlamış və ona çatdıqda sonuncunun sağ əlində parıldayan dəmir parçası görüb bilmişdir ki, Rafaelin əlindəki bıçaqdır. Həmin vaxt Rafaelin narkotik vasitənin təsiri altında olduğunu hiss etmiş, çünki sonuncu ayaq üstə güclə dayanmışdır. Rafaelə çatan kimi sonuncu, əlindəki bıçaqla onu vurmaq istəyərkən tez onun əlini tutub bıçağı əlindən almış və kəllə zərbəsi ilə bir dəfə onun üz nahiyəsindən vurmuş, daha sonra həmin bıçaqla Rafaelin sinə nahiyəsindən 2 dəfə vurmuş və həmin zərbələrdən sonra sonuncu yerə çökmüşdür. Bu vaxt bıçağın tiyəsi onun sağ baş barmağını kəsmiş və elə həmin vaxt kimsə onu arxadan tutub fırladaraq yerə yıxıb sinəsinin üstündə oturub vurmağa başlamışdır. Qaranlıq olduğu üçün həmin şəxsin üzünü görməmiş, onun əlindən çıxmaq üçün bir dəfə əlindən, bir dəfə də ayağından bıçaqla vurmuşdur. Zərbələrindən sonra həmin şəxs onu buraxıb qaçaraq çıxdığı həyətə girib “mama” deyə qışqırmış, həmin şəxsin səsindən tanımışdır ki, ikinci vurduğu şəxs Rafaelin qardaşı Xose Bernardudur. Səs-küyə Rafaelin evindən çıxan üzdən tanıdığı, lakin adını bilmədiyi, sonradan adının Rəşad olduğunu öyrəndiyi qəsəbə sakini əlində balta ilə uca səslə söyüş etməklə “sən kimi vurdun”- deyərək üstünə gəlməyə başlamışdır. Rəşad ona yaxınlaşanda təpiklə sonuncunun sinəsindən vurmuş və Rəşad zərbədən bir qədər arxaya gedərək yerə yıxılmış, balta da əlindən yerə düşmüşdür. Bundan sonra hasarın dibində yerdə çökmüş Rafaelə tərəf gedib boynundan tutaraq ayağa qaldırıb kimin var-yoxunu söyməsini soruşmuş, sonuncu, yenə də onu söydüyü üçün bundan daha da əsəbləşərək əlindəki bıçaqla Rafaelin sinə, qarın və boğaz hissəsindən təxminən 12-13 zərbə vurmuşdur. Həmin zaman özündə olmadığından dayanmadan zərbələr endirmişdir. Rafaelin hər yeri qan içində olmaqla qışqıraraq kömək çağırmağa başlamışdır. Elə bu vaxt Rəşad yenə də baltanı götürüb qışqıraraq üstünə gəlmiş, sonuncunun balta ilə onu vuracağından qorxaraq oradan uzaqlaşmış, dəniz sahili ilə qaçmışdır ki, yolda onu tutmasınlar. Məqsədi evə gedib yeni doğulmuş uşağını görmək olmuş, çünki bilmişdir ki, bir azdan polislər gəlib onu tutacaqlar. Dəniz kənarı ilə qaçan zaman dəqiq xatırlamadığı yerdə əlində olan qatlanan bıçağı qatlayıb dəniz istiqamətində uzağa atmışdır. Daha sonra mobil telefonla arvadına zəng edib baş vermiş hadisə barədə ona bildirmişdir. Evə gedərək əynində olan paltarlarını dəyişmiş və əynində olmuş qanlı paltarlarını arvadına paltaryuyan maşına atıb yumasını bildirərək hamama girib çimmişdir. Qanlı paltarları yuduzdurmaqda məqsədi o olmuşdur ki, özünə alibi yaratsın və polislər onu aparmağa gələndə bildirsin ki, Rafaeli vuran şəxs o deyil. Evdə olan vaxt Cavahir mobil telefonla ona zəng edib Rafaeli vurduğuna görə onu təhqir etmişdir. Həmin vaxt atası Bəxtiyar işdə olmuş və bu barədə biləndə zəng edib demişdir ki, hadisə törədib, gedib təslim olsun. Atasına uşağı ilə bir az oynayıb gedib təslim olacağını bildirmişdir. Sonra evdə uşaqla oynayıb bir az yemək yemiş və sakitləşmək üçün evdə olan tibbi spirti su il qarışdırıb içmişdir. Bir neçə saat sonra polis əməkdaşları yaşadığı evə gəlmiş və onu Pirallahı Polis Şöbəsinə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavahirlə görüşəndə artıq onun Rafaellə münasibətindən xəbər tutaraq düşünmüşdür ki, Rafael narkotik vasitələrdən istifadə edəndir və Cavahiri də narkotik vasitə istifadə etməyə cəlb edəcək. Ona görə də Cavahiri Rafaeldən uzaqlaşdırmaq istəmişdir. xx.xx.2019-cu il tarixdə də, yəni hadisə baş verən gün Cavahirin Rafaelin yaşadığı evdə olduğunu eşitmiş və Cavahiri görüb bu barədə ona deyərək Cavahiri Rafaeldən uzaqlaşdırmaq üçün həmin ünvana getmişdir, çünki onlar ayrılsalar da, Cavahiri hələ də istəmişdir (cild 2, iş vərəqi 235-238). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni qismən təsdiq etdiyini, Rafaelə cəmi 4 bıçaq zərbəsi vurduğunu, onu öldürmək niyyəti olmadığını və onu söydüyünə görə Rafaeli vurduğunu, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Pirallahı qəsəbə sakini kimi tanıyır, aralarında ədavət və düşmənçilik olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam Pirallahı qəsəbəsi, 39-cu məhəllə, ev 22 ünvanında yerləşən evində ana bir, ata ayrı qardaşı Zərərçəkmiş şəxs2, bir neçə aydır ki, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid2 və dostu Rəşad ilə birlikdə oturub söhbət edərək çay içmişlər. Saat 19 radələrində Cavahirin xahişi ilə sınmış su kranını təmir etmək üçün hamama getmiş, lakin düzəldə bilməmişdir. Kranı müvəqqəti bağlamaq üçün tıxac axtarsa da tapa bilməmiş, dostu Rəşadın yaxınlıqda yaşayan santexnik işləyən qardaşı Bəxtiyardan tıxac almaq niyyəti ilə həyət qapısından çölə çıxmışdır. Bəxtiyargilin evinə doğru 2-3 metr getmiş, bu vaxt hasarın tinində tanımadığı bir nəfər əli ilə onu bərk tutub özünə tərəf çəkmiş və heç bir söz demədən digər əlində olan iti kəsici əşya ilə onun sinə, qarın, boyun və bədəninin digər nahiyələrinə ardıcıl zərbələr endirməyə başlamış, ona “cındır, bu saat səni öldürəcəyəm” demişdir. Hava qaranlıq olduğu üçün ona xəsarət yetirən şəxsi əvvəl tanımamış, lakin sonradan səsindən bilmişdir ki, həmin şəxs qəsəbə sakini Təqsirləndirilən şəxsdur. Bir təhər özündə güc tapıb qolunu Abutalıbın əlindən dartıb çıxartmış və sağ əli ilə sonuncunun boğaz nahiyəsindən bir dəfə vurub, ayağı ilə badalaq verməklə onu yerə yıxmışdır. Daha sonra qardaşı Xose Bernardunu köməyə çağıra-çağıra evə tərəf qaçmışdır. Xose küçəyə çıxan vaxt o, həyətə daxil olmuş, bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Həyətə daxil olduqdan sonra əynindəki qana bulaşmış ağ-sarı zolaqlı uzunqol düyməsiz köynəyi soyuna- soyuna eyni həyətdə yerləşən, onun evindən təxminən 20 metr aralıda olan anası Şahid3 məxsus evə doğru getmiş, evə daxil olub qapının yanında otaqda halsızlıqdan və ağrıdan yerə yıxılmışdır. Həmin vaxt anası İnqa evdə olmuş, onun ardınca Cavahir də həmin evə gələrək anasına Abutalıbın Rafaeli bıçaqladığını demişdir. Anası İnqa onun qan içində və yaralı olduğunu görüb dərhal təcili tibbi yardıma zəng etmiş və təcili yardım gələrək onu 3 saylı Şəhər kliniki xəstəxanasına aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Abutalıb ona on beş bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsinə görə, Təqsirləndirilən şəxsla 4-5 il əvvəl birlikdə parnikdə fəhlə işləmiş və normal münasibətləri olmuşdur. Abutalıbın əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığı Cavahir adlı qadınla bir neçə aydır ki, qeyri-rəsmi bir yerdə yaşayır və Cavahir ondan hamilədir. Təqsirləndirilən şəxs onu öldürmək istəməsinin səbəbini bunda görür. Hadisə zamanı ona xəsarət yetirdiyi bıçağı Abutalıb özü ilə gətirmişdir, həmin vaxt onun əlində bıçaq olmamışdır. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, bu barədə xx xxxxxx 2020-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, hadisə baş verən gün axşamüstü qardaşı Rafael və sonuncunun uşaqlıq dostu Rəşadla birlikdə Rafaelin evində olmuşlar. Qardaşının həyat yoldaşı Cavahir ev işləri ilə məşğul olmuş, onlar isə qonaq otağında söhbət etmişlər. Həmin vaxt Cavahir evə daxil olub Rafaelə hamamın kranını düzəltməsini bildirmiş, sonuncu, kranın işləməməsindən xəbəri olduğunu deyib oraya getmişdir. Rafael kranın təmir olunması üçün tıxac lazım olduğunu bildirərək, qonşusu Bəxtiyargilə tərəf getmişdir. Rafael evdən çıxandan təxminən 2-3 dəqiqə sonra onlar sonuncunun küçədən qışqıra-qışqıra “Xose, kömək et, məni vurdu” sözlərini eşitmişlər. Dərhal küçəyə qaçmış, Rəşad da onun arxası ilə həyətə çıxmışdır. Küçədə Rafaelin əlləri ilə sinəsini tutaraq həyətin qapısına tərəf gəldiyini, həmçinin küçədə təxminən 5 metr aralıda tanımadığı bir nəfərin dayandığını görmüşdür. Bu zaman Rafaelin üst-başı, boğaz nahiyəsi qan içində olmuş, o, küçəyə çıxandan sonra Rafael həyətə daxil olaraq onun anası ilə birlikdə yaşadığı evə tərəf getmişdir. Həmin vaxt küçədə olan, sonradan ona adının Təqsirləndirilən şəxs olduğu məlum olan şəxsin qardaşı Rafaelə xəsarət yetirdiyini başa düşmüş, onun üstünə gedib Abutalıbla tutaşmışdır. Təqsirləndirilən şəxs sağ əlindəki bıçaq olduğunu güman etdiyi iti əşya ilə onun sağ qolunun üst hissəsindən bir dəfə və sol diz nahiyəsindən bir dəfə vurmuşdur. Bu zərbələrdən sonra Abutalıbı özündən kənara itələyərək arxaya bir iki addım atmış və müvazinətini itirərək arxası üstə yerə yıxılmışdır. Abutalıb həmin vaxt onun üstünə gəlmiş, lakin bu vaxt Rəşad onların məişətdə istifadə etdikləri balta ilə həyətdən küçəyə çıxaraq uca səslə qışqıra-qışqıra onlara tərəf gəlməyə başlamışdır. Abutalıb bunu gördükdən sonra oradan çıxıb getmişdir. Bütün bu hadisə 3-5 dəqiqə ərzində baş vermişdir. Abutalıb gedəndən sonra həyətə daxil olmuş, Rafaelin ardınca yaşadığı evə getmiş, Rafaelin qapının qarşısında qonaq otağında yerə yıxıldığını, bədəni və boğazının qan içində olduğunu görmüşdür. Həmin vaxt evdə anası İnqa və Cavahir olmuşdur. Anası dərhal təcili yardıma zəng etmiş və onlar avtomobili qarşılamaq üçün küçəyə çıxmışlar. Təcili yardım həkimləri gələrək Rafaeli maşına mindirib 3 saylı şəhər xəstəxanasına getmişlər. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımış, həm də Abutalıbın onun qardaşı Rafaelin hazırda qeyri-rəsmi yaşadığı Cavahirlə əvvəllər bir yerdə yaşadıqlarını öyrənmişdir. Hadisə zamanı Abutalıba heç bir xəsarət yetirməmiş, sonuncunun qardaşına xəsarət yetirdiyini gördüyü üçün Abutalıbı tutub saxlamaq və polisə təhvil vermək istəmişdir. Bununla belə, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək, bu barədə xx xxxxxx 2020-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, Rafael və Xose Bernardu qardaşları onun qardaşı Bəxtiyarla Pirallahı qəsəbəsində qonşuluqda yaşayırlar. xx xxxxxx 2019-cu il tarixdə o, qəsəbədə olarkən Bəxtiyarın yaşadığı məhəlləyə getmiş, orada Rafael və Bernardu ilə görüşmüş və onların dəvəti ilə çay içmək üçün evlərinə etmişdir. Evdə olarkən Rafaelin qeyri-rəsmi yaşadığı Cavahir onun üçün də çay gətirmiş, təxminən bir saat onlarda olmuşdur. Bu müddətdə Rafael heç nə demədən tək çölə çıxmış, təxminən 5-6 dəqiqə sonra çöldən Rəfaelin qışqıraraq Bernardunu çağırdığını eşitmişlər. Bu vaxt Bernardu ilə həyəcanlı şəkildə həyətə çıxmış və həyətin aşağı qapısının yanından Rafaelin səsinin gəldiyini eşitmişdir. Bernardu qaçaraq qapıdan küçəyə çıxmış, o, qapıya yaxınlaşdıqda Rafaelin qapıdan həyətə girib evə tərəf qaçdığını görmüşdür. Bu vaxt çölə baxmış və qaranlıqda Bernardunun bir nəfərlə əlbəyaxa olduğunu görmüşdür. Bu vaxt qorxmuş və həyətə qayıdıb qapının yaxınlığında olan daş baltasını əlinə götürüb çölə çıxmışdır. Həmin adamı qorxutmaq üçün “Bernardu, çəkil kənara, vuracağam bu adamı” deyə qışqırmışdır. Bu sözünü eşidəndən sonra həmin şəxs Bemardunu buraxmış və ayağa qalxıb qaçmağa başlamışdır. Həmin vaxt Bernardu yerdən qalxmış və həyətə daxil olmuşdur. Həmin qaçan şəxs 10-12 metr qaçdıqdan sonra dayanmış və geriyə dönüb üstünə gəlmişdir. Aralarında 6-7 metr məsafə olanda həmin şəxs dayanmış, o da, yerində dayanıb qalmışdır. 3-4 saniyə bir-birinə baxmışlar və sonra həmin şəxs dönüb dəniz qırağı ilə şəhər istiqamətində qaçıb sola dönmüşdür. Həmin adamın arxası ilə qaçmamış və Bernardugilin həyətinə daxil olmuşdur. Bernardu həyətdə olmuş və ona əlində ağrı olduğunu, həmin adamın bıçaqlı olduğunu və onu vurduğunu fikirləşdiyini demişdir. Sonra onlar evə daxil olanda Rafaelin yerdə uzandığını, üst-başının və əynindəki paltarlarının qan içində olduğunu görmüşlər. Həmin vaxt evdə Rafael, Bernardudan başqa İnqa və Cavahir olmuşdur. Təcili “103”-ə zəng etmişlər və təcili yardım maşını ilə Rafaeli xəstəxanaya yola salmışlar. Bir neçə dəqiqə sonra növbəti təcili yardım maşını da gəlmiş və Bernardunu da xəstəxanaya aparmışlar. Sonradan bilmişdir ki, Rafaeli və Bernardunu vuran adam əvvəllər Cavahirlə qeyri-rəsmi bir yerdə yaşayan Abutalıb adlı şəxs olmuşdur. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, hadisədən 3 ay qabaq Pirallahı qəsəbə sakini Rafael adlı şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışdır. Təxminən 4 il əvvəl isə Pirallahı qəsəbəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş və 3 ilə yaxın Abutalıbla qeyri-rəsmi bir yerdə müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Onlar tanış olanda Abutalıb həyat yoldaşı Səbinədən rəsmi olaraq boşanmışdır. 2018-ci ilin yay aylarından Abutalıbla problemləri yaranmağa başlamış və yola getməmişlər. Həmin ilin oktyabr ayında o, Abutalıbın Nəzirə adlı başqa qadınla rəsmi olaraq evləndiyini öyrənmişdir. Başqa qadınla evlənməsinə baxmayaraq, Abutalıb onu sevdiyini, ondan heç vaxt ayrılmayacağını demiş və buna görə də onlar 2019-cu ilin iyul ayının sonlarınadək birlikdə yaşamağa davam etmişlər. Lakin o, belə yaşaya bilməyəcəyini başa düşmüş və Abutalıbdan ayrılmışdır. Onlar ayrılandan bir ay sonra Rafael adlı oğlanla tanış olmuş və bir ay sonra sonuncu ilə qeyri-rəsmi yaşamağa başlamışlar. Həmin vaxtdan da Abutalıbı görməmiş, onunla telefonla və ya başqa hər hansı üsulla əlaqə saxlamamışdır. Şahid2 ifadəsinə görə, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində o, Rafael, qardaşı Zərərçəkmiş şəxs2 Bemardu və Rafaelin uşaqlıq dostu Rəşadla yaşadıqları evdə olmuşlar. Hamamda su kranı xarab olduğu üçün Rafaelə kranı düzəltməsini bildirmiş, sonuncu, tıxac lazım olduğunu deyərək, qonşuluqda yaşayan saxtexnik Bəxtiyardan tıxac götürmək üçün onlara tərəf getmişdir. Rafael evdən çıxandan təxminən 2-3 dəqiqə sonra onlar Rafaelin küçədən qışqıra-qışqıra “Xose, kömək et, məni vurdu” səsini eşitmiş və Xose dərhal evdən həyətə çıxmışdır. Bu zaman Rəşad da onun arxasınca çölə çıxmışdır. Həmin vaxt özü də onların arxasınca evdən həyətə çıxmış, bu zaman Rafaelin küçədən həyətə daxil olduğunu, üst başının və boğazının qan içində olduğunu görmüşdür. Rafael həyətdə 20 metr aralıda yerləşən anası Şahid3 yaşadığı evə tərəf getmişdir. Həmin vaxt Rəşad əlində onlara məxsus məişətdə istifadə etdikləri balta ilə həyətin qapısının girişində, Xose isə küçədə olmuşdur. Lakin həyətdən küçə görünmədiyi və hava qaranlıq olduğu üçün küçədə başqa kimin olduğunu görməmişdir. Rafaelin arxasınca sonuncunun anası İnqanın yaşadığı evə tərəf getmiş, çevrilib arxaya baxdıqda Abutalıbın küçədə Rəşadla uca səslə mübahisə etdiyini eşitmişdir. İnqanın evi bir qədər yüksəkdə olduğundan evin qarşısından baxanda küçə aydın görünmüş və İnqanın yaşadığı evə çatdıqda görmüşdür ki, Rafael qapının qarşısında qonaq otağında yerə yıxılıb, üst-başı və boğazı qan içindədir. Ondan nə baş verdiyini soruşduqda, Rafael Abutalıbın onu bıçaqladığını demişdir. Bundan beş dəqiqə sonra isə Bernardu oraya gəlmiş, Bernardunun da sağ əlinin qanadığını görmüşdür. İnqa dərhal təcili yardıma zəng etmiş və əvvəlcə Rafaeli, sonra isə Xoseni xəstəxanaya aparmışdır. Təcili yardım avtomobili gedəndən 5- 10 dəqiqə sonra Rəşadın mobil telefonu ilə Abutalıba zəng edib iradını bildirmiş, nə üçün Rafaeli bıçaqla vurduğunu soruşmuş, Abutalıb isə olanları inkar edərək Rafaeli vuranın başqası olduğunu demişdir. Abutalıba onu gördüyünü bildirdikdə, sonuncu, onu narahat etməməsini bildirərək telefonu qapatmışdır. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, Rafael və Xose Bernardu onun doğma oğullarıdır, onların hamısı Pirallahı qəsəbəsində yaşamışlar. Oğlu Rafael hadisədən 2-3 ay əvvəl Şahid2 ilə tanış olmuş və özünə məxsus evdə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində o, öz evində olmuş, oğulları Rafael, Xose, həmçinin Cavahir və Rəşad adlı qəsəbə sakini Rafaelin evində olmuşlar. Birdən o, Rafaelin qışqıra-qışqıra “mama, təcili yardım çağır” deyərək onun yaşadığı evə daxil olduğunu görmüş və Rafael qonaq otağının qapısının ağzında yerə yıxılmışdır. Bu zaman Rafaelin boğazı, sinə və qarın nahiyəsi, paltarları və üst-başı qan içində olmuşdur. Ondan nə baş verdiyini soruşduqda, Rafael Abutalıbın onu bıçaqla vurduğunu demişdir. Həmin vaxt Cavahir də Rafaelin ardınca evə daxil olmuş, beş dəqiqə sonra isə oğlu Berardu evə gəlmişdir. Dərhal təcili yardıma zəng etmiş və təcili yardım avtomobilini qarşılamaq üçün küçəyə çıxmışdır. Təxminən 10 dəqiqə sonra təcili yardım həkimləri gələrək Rafaeli 3 saylı xəstəxanaya aparmış, o da, Rafaellə birlikdə xəstəxanaya getmişdir. Sonradan bilmişdir ki, Abutalıb Rafaeldən başqa ona köməyə gələn Bernardunu da bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında dindirilən Şahid4 Oktay qızı ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir, onlar 2018-ci ilin iyul ayında ailə qurmuşlar və həmin evlilikdən 2019-cu il təvəllüdlü Səlimə adlı övladları vardır. Abutalıbla birlikdə yaşadığı zaman ərinin ona qədər Cavahir adlı qadınla bir neçə il qeyri-rəsmi yaşadığını da bilmişdir. xx xxxxxx 2019-cu il tarixdə əri Abutalıb həmişəki kimi saat 07 radələrində evdən çıxıb işə getmiş, saat 17 radələrində evə qayıtmışdır. O, ərinə yemək vermiş, daha sonra öz işləri ilə məşğul olmuşdur. Abutalıb yemək yeyən vaxt sonuncunun mobil telefonuna zəng gəlmiş və o, təcili getməli olduğunu bildirərək evdən çıxmışdır. Abutalıba kimin zəng etdiyini bilməmişdir. Saat 20 radələrində qapı döyülmüş və Abutalıb evə qayıtmışdır. Bu zaman ərinin sağ əl barmağının kəsilməsini görmüş, qan həmçinin damcılayaraq şalvarın da üstünə düşmüşdür. Abutalıbın şalvarı və köynəyi qana və torpağa bulaşmış vəziyyətdə olmuşdur. O, ərinin paltarlarını paltaryuyan maşınına atdıqdan sonra kəsilmiş barmağını bintlə sarımışdır. Ərindən nə baş verdiyini soruşmuş, sonuncu, başına iş gəldiyini və adam bıçaqladığını demişdir. Ondan ətraflı danışmasını istədikdə Abutalıb demişdir ki, Rafael adlı şəxslə aralarında mübahisə olmuş, sonuncu, onu bıçaqla vurmaq istədikdə bıçağı Rafaeldən alıb onun özünü bir neçə dəfə vurmuşdur. Həmin vaxt Rafaelin köməyinə qardaşı Xose Bernardu gələrək arxadan onu tutub yerə yıxmış, Xosenin əlindən çıxmaq üçün bıçaqla ona da xəsarət yetirmişdir. Həmin ərəfədə Abutalıbın mobil telefonuna zəng gəlmiş və zəng vuran Cavahir olmuşdur. Cavahir Abutalıbla telefonda mübahisə etməyə başlamış və onu təhqir edib telefonu bağlamışdır. Abutalıbdan Cavahirin nə üçün ona zəng etdiyini soruşduqda demişdir ki, bıçaqladığı Rafael Cavahirin hazırda münasibətdə olduğu şəxs olduğunu demişdir. Bir neçə saat sonra polis əməkdaşları qaynanası Səlimə ilə birlikdə evə gəlmişlər. Gələn şəxslərə qapını o, açmış, polis əməkdaşları Abutalıbı özləri ilə aparmışlar. Məhkəmə iclasında dindirilən şahidlər Şahid12 və Şahid11 Təqsirləndirilən şəxs valideynləri olduqlarını bildirərək, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Pirallahı Rayon Polis Şöbəsi Post Patrul Xidməti Tağımının manqa komandiri Şahid5 ifadəsində bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində şöbə rəhbərliyi tərəfindən Pirallahı qəsəbəsi, 39-cu məhəllə, ev 22 ünvanının qarşısında Təqsirləndirilən şəxs baş vermiş mübahisə zamanı bıçaqla Rafael adlı şəxsə və sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi və hadisəni törədən şəxsin yayınması barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək Pirallahı RPŞ-nə gətirilməsinin təmin edilməsi barədə göstəriş verilmişdir. Gecə növbəsində xidmət aparacaq polis əməkdaşlarına bu barədə təlimat verdikdən sonra Pirallahı RPŞ PPX-nin polis nəfərləri Şahid6 və Şahid7 ilə birlikdə xidmət apardıqları inzibati ərazidə xidmətə başlamaqla Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında dayanaraq mənzili müşahidə etməyə başlamışlar. Artıq xx xxxxxx 2019-cu il tarixdə saat 00:10 radələrində müşahidə zamanı Təqsirləndirilən şəxs mənzilin pəncərəsindən çölə baxdığını görüb onun evdə olduğunu dəqiqləşdirmişlər və bu barədə əməliyyat qrupuna məlumat vermişlər. Bundan bir neçə dəqiqə sonra əməliyyat qrupu sonradan Abutalıbın anası olduğu bir xanımla həmin ünvana gələrək birlikdə Təqsirləndirilən şəxs yaşadığı qapını döymüş, qapını Abutalıbın arvadı açmışdır. Ona Təqsirləndirilən şəxs mənzildə olduğunu bildiklərini, Pirallahı RPŞ-yə getməsi üçün onu çağırmasını xahiş etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən könüllü olaraq onlarla birlikdə Pirallahı RPŞ-yə gəlmiş, bu barədə raport tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Pirallahı RPŞ Post patrul xidməti taborunun əməkdaşları Şahid6 və Şahid7 Şahid5 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Pirallahı RPŞ Təhqiqat qrupunun baş təhqiqatçısı Şahid8 ifadəsində bildirdi ki, rəhbərlik tərəfindən əvvəlcədən tərtib olunmuş iş qrafıkinə uyğun olaraq xx xxxxxx 2019-cu il tarixdə Pirallahı RPŞ İctimai Təhlükəsizlik bölməsinin rəisi Şahid9 və sahə inspektoru Şahid10 ilə birlikdə əməliyyat qrupunda olmuşdur. Həmin gün saat 19:15 radələrində Pirallahı RPŞ Növbətçi hissəsinə 18 saylı TTYS-dan iki nəfər şəxsin bıçaq xəsarətləri alaraq müraciət etməsi barədə məlumat daxil olmuşdur. Dərhal əməliyyat qrupu ilə birlikdə 18 saylı TTYS-yə getmiş və orada görmüşdür ki, sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu müəyyən etdiyi şəxs sağ əlin kəsilmiş yarası diaqnozu ilə müraciət etmiş, artıq əlinə sarğı qoyulmuşdur. X8 nə baş verdiyini soruşduqda, sonuncu, saat 19 radələrində qardaşı Rafaelin sevgilisi Cavahir adlı qadının əvvəlki əri Abutalıbın onu və qardaşı Rafaeli yaşadıqları evin qarşısında küçədə bıçaqla vuraraq xəsarət yetirdiyini, Rafaelin xəsarətləri ciddi olduğundan onu təcili yardım avtomobili ilə 3 saylı şəhər klinik xəstəxanasına aparıldığını, Abutalıbın isə hadisə yerindən qaçdığını bildirmişdir. Bundan sonra onlar 3 saylı ŞKX-na getmiş, baş vermiş hadisə ilə əlaqədar rəhbərliyi və şəxsi heyəti məlumatlandırmış, özləri isə hadisənin baş verdiyi Pirallahı qəsəbəsi, 39-cu məhəllə, ev 22 ünvanın qarşısına getmişlər, lakin həmin vaxt hadisə yerində heç kim olmamışdır. Hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra həmin şəxsin axtarışına başlamışlar. Əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs valideynlərinin yaşadığı ünvana gedərək, sonuncunu həmin mənzildə müəyyən etmişlər. Abutalıbın həyat yoldaşı qapını açmış və bundan sonra Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən könüllü olaraq onlarla birlikdə Pirallahı RPŞ-yə gəlmişdir. Məhkəmə iclasında dindirilən şahidlər Bakı şəhəri, Pirallahı RPŞ-nin əməkdaşları Şahid9 və Şahid10 şahid həmkarları Şahid8 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxsN ilə Təqsirləndirilən şəxs ilə arasında keçirilən həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı söyləməklə bir daha təsdiq etmişdir (Cild 2, iş vərəqi 11-15). İbtidai istintaq zamanı xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs ilə arasında üzləşdirmə keçirilmiş və həmin istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu bir daha ifşa etmişdir (Cild 2, iş vərəqi 16-20). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən ərazi Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 39-cu məhəllədən dənizə olan istiqamətdə boş torpaq sahəsidir. Həmin ərazi cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman onun tərəfindən cinayət əməlini törətdiyi zaman istifadə etdiyi bir ədəd qatlanan bıçağı atdığı yeri göstərməsi ilə müəyyən edilmişdir. Baxış zamanı həmin ərazidən axtarılan bir ədəd qatlanan bıçaq və ya iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa əşya aşkar edilməmişdir (Cild 1, iş vərəqi 60-66). İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən geyim əşyaları Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd boz rəngli cins şalvar istifadə edilmiş və qırış vəziyyətdədir. Şalvarın hər hansı hissəsində deşilmişkəsilmiş cırılmalar müəyyən edilmədi, şalvarın ön və arxa hissələrində qırmızı rəngli qanabənzər ləkələr, yaxud iş üçün əhəmiyyət kəsb edən digər izlər müəyyən edilmədi. Baxış keçirilən bir ədəd köynək uzunqol, nazik, pambıq materialdan və qara rəngdədir. Köynəyin üzərində hər hansı kəsilmiş-deşilmiş izlər, qırmızı rəngli qanabənzər ləkələr, yaxud iş üçün əhəmiyyət kəsb edən digər izlər yoxdur (Cild 1, iş vərəqi 89-95). Cinayət işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən geyim əşyaları Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olan 1 ədəd ağ rəngli, üfüqi qırmızı xətli uzunqol köynək və Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olan tünd yaşıl rəngli uzunqol köynəkdir. Rəfael Kelbakianinin hadisə zamanı əynində olmuş köynəyin üzərində kəsilmiş-deşilmiş izlər, qırmızı rəngli qanabənzər ləkələr, tünd qəhvəyi rəngli ləkələr vardır. Zərərçəkmiş şəxs2 Beynardunun hadisə zamanı əynində olmuş köynəyin sağ qol hissəsində 1 ədəd deşilmiş cırılma izi vardır (Cild 1, iş vərəqi 204-210). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyi Pirallahı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 138 saylı rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində döş qəfəsinin sol yarısının ön və yan səthinin 4 (dörd) ədəd daxilə nüfuz edən, sol ağciyərin, diafraqmanın, dalağın zədələnmələri ilə müşaiyət olunan (cəmi 15 ədəd) deşilmiş- kəsilmiş yaraları aşkar edildi. Qeyd olunan xəsarətlər iti kənarı olan əşya (alət) ola bilsin ki, bıçaq təsirindən tibbi yardım üçün onun xx.xx.2019-cu il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən törənməyə uyğun gəlir və dərəcələrinə görə, döş qəfəsinin sol yarısının ön və yan səthinin 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vət.R.P.Hüseynovda müayinə zamanı aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetrilməsi mümkün deyildir (Cild 1, iş vərəqi 143-144). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyi Pirallahı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 01/138 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədənində döş qəfəsinin sol yarısının ön və yan səthinin sol ağciyərin, diafraqmanın, dalağın zədələnmələri ilə müşaiyət olunan daxilə nüfuz edən 4(dörd) ədəd, daxilə nüfuz etməyən 1 (bir) ədəd, bel nahiyəsinin daxilə nüfuz etməyən 4(dörd) ədəd deşilmiş-kəsilmiş yaraları, boyunun 2 (iki) ədəd, sağ bazunun 2 (iki) ədəd, sol bazunun 2 (iki) ədəd kəsilmiş yaralan (cəmi 15 ədəd) aşkar edildi. Qeyd olunan xəsarətlər iti kənarı olan əşya (alət), ola bilsin ki, bıçağın deşici-kəsici və kəsici təsirindən tibbi yardım üçün onun xx.xx.2019-cu il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən törənməyə uyğun gəlirlər. Dərəcələrinə görə, döş qəfəsinin sol yarısının ön və yan səthinin sol ağciyərin, diafraqmanın zədələnməsi ilə müşaiyət olunan 3 (üç) ədəd, dalağın zədələnməsi ilə müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər isə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (Cild 2, iş vərəqi 133-137). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyi Pirallahı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 06 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində sağ saidin, sol baldırın said əzələlərinin zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaraları aşkar edildi. Qeyd olunan xəsarətlər iti kənarı olan əşya (alət), ola bilsin ki, bıçaq təsirindən tibbi yardım üçün onun xx.xx.2019-cu il tarixdə “Ege” Hospitalına müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən törənməyə uyğun gəlirlər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (Cild 2, iş vərəqi 8-9). Azərbaycan Respublikası DİN X1 xx.xx.2019-cu il tarixli 19/496R saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş dəniz kənarı daşın üzərindən, dəniz kənarı selofanın üzərindən və mənzildə foyedə giriş qapısının 30 sm-də yerdə xalçanın üzərindən götürülmüş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri Zərərçəkmiş şəxs1 məxsusdur (Cild 1, iş vərəqi 211-216). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin xx.xx.2020-ci il tarixli 990/2019-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutlarin məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs2 Bemardunun ABO sistemi üzrə qrup göstəricisi: Oalfa.beta(İ), Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ), ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus kofta və R.P.Hüseynova məxsus kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə Zərərçəkmiş şəxs2 Bemardunun koftası üzərində olan ləkədə yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş R.P.Hüseynova məxsus kofta üzərində olan ləkələrdə yalnız “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta /H/ (İİ) qruplu bir şəxsə, o cümlədən də R.P.Hüseynova məxsus ola bilər. Lakin qanın qarışıq olduğu halda ləkələrdə həmçinin O alfa,beta (İ) qruplu şəxs Zərərçəkmiş şəxs2 Bemardunun qarışıq qanının olması inkar olunmur. Ekspertizaya təqdim edilmş 1 ədəd balta və Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərində qan, koftası üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı (Cild 2, iş vərəqi 84-90). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin xx.xx.2020-ci il tarixli 653-MTKŞ/2019 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin sağ qolunun ön səthində aşağıda bir ədəd deşilmişkəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthində solda 2 (iki) ədəd, arxa səthində solda 3 (üç) ədəd, arxa səthində sağda 2 (iki) ədəd, köynəyin sağ qolunun arxa səthində 2 (iki) ədəd və sol qolunun arxa səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəkdə və şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş baltanın işçi metal hissəsi zavod üsulu ilə, dəstəyi isə kustar üsulla hazırlanmış təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir (Cild 2, iş vərəqi 92-97). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli 228 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkinir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 2, iş vərəqi 72-73). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 180 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları və hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 -ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 2, iş vərəqi 78-80). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X2 xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Əzizbəyov rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək N il N ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2007-ci il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Gəncə hərbi məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi təqsirli bilinərək N ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixli hökm dəyişdirilərək, CM-nin 70-ci maddəsi tətbiq edilməklə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası və N il şərti sınaq müddəti təyin edilmiş və Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1 -ci maddəsi ilə təqsirli bilinərək N il müddətinə islah işləri (10%) cəzasına məhkum edilmişdir (Cild 2, iş vərəqi 41-42). Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluqları qanunla nəzərdə tutulmuş qaydada ödənilmişdir və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş cinayətlərdir, təsnifatına görə xüsusilə ağır və az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən isə, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 27.2 və 27.3-cü maddələrinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 28 və 29-cu maddələrinə istinad olunmaqla həmin Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşaqların olmasını və CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4-cü maddələri ilə cəza təyin olunması məsələsini müzakirə edərək belə hesab edir ki, bu zaman Cinayət Məcəlləsinin 63-cü maddəsinin, yəni başa çatmayan cinayətlərə görə cəza təyin edilməsinin müddəaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələbinə görə, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən, cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxsN ilə barışdığından və sonuncuların ona qarşı iddia tələbi və şikayətləri olmadığından, həmin hal CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal hesab olunduğundan və onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədiyindən, ona cəza təyin olunarkən həm də Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, həmin maddənin tələbinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Hüseyn Abutalıbova təqsirli bilindiyi maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, həmin cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxxx 2019cu il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Pirallahı RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2019-ci ildə məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıradək həbsdə saxlanılır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinin tələblərinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Pirallahı rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 1 ədəd qara rəngli uzunqol köynək və 1 ədəd boz rəngli cins şalvar, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olan 1 ədəd ağ rəngli üfüqi qırmızı xətli uzunqol köynək və Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olan 1 ədəd tünd yaşıl rəngli uzunqol köynək dəyərini itirdiyindən məhv edilməli, həmçinin “xxxxxxx” MMC, “xxxxxxxx” MMC və “xxxxxxx” MMC-dən daxil olmuş mobil telefon vasitəsilə ötürülən məlumatları özündə əks etdirən 3 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 180 (yüz səksən) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, ekspertiza tədqiqatının dəyəri olan 180 (yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hazırkı iş üzrə tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə Pirallahı rayon prokurorluğunda saxlanılan maddi sübutlar – Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli uzunqol köynək və 1 ədəd boz rəngli cins şalvar, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd ağ rəngli üfüqi qırmızı xətli uzunqol köynək və Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd tünd yaşıl rəngli uzunqol köynək dəyərini itirdiyindən məhv edilsin. “xxxxxxx” MMC, “xxxxxxxx” MMC və “xxxxxxx” MMC-dən daxil olmuş mobil telefon vasitəsilə ötürülən məlumatları özündə əks etdirən 3 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 180 (yüz səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar