Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-627/2021 08.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə « 08 » aprel 2021-ci il Bakı şəhərində xx.xx.1977-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Q.Qarayev küçəsi ev 40-da qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdən rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs ilə İmişli rayonunda birgə yaşadıqları müddətdə mütəmadi olaraq spirtli içki qəbul edib sərxoş vəziyyətdə evə gələrək heç bir əsas olmadan qısqanclıq zəmnində mübahisələr etməsi səbəbindən sonuncunun 2019-cu ilin oktyabr ayında müalicə olunduğu İran İslam Respublikasından geri qayıtdıqdan sonra ünvan 1 ünvanında yerləşən ata evinə köçüb ayrı yaşamasına baxmayaraq münasibətlərinin yenidən bərpa olunmasına və barışmalarına təkidlə cəhd etsə də, Zərərçəkmiş şəxs onunla nəzakətsiz davranıb birgə yaşamaqdan imtina edərək boşanmaq istəməsinə görə şəxsi münasibətlərinin pozulması zəminində Zərərçəkmiş şəxs qısqanclıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını qabaqcadan özü ilə götürüb üzərində gəzdirərək xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanına gələrək hasardan tullanıb həyətə daxil olaraq evdəki söhbətləri dinləməkdən ötrü dama qalxıb pusquda dayanmış, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində cinayətkar niyyətini həyata keçirməkdən ötrü qəflətən eyvana tullanıb cibində saxladığı bıçağı çıxardaraq Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanların iradəsi ziddinə fərdi yaşayış evinin dəhlizində dayanmış Zərərçəkmiş şəxs zor tətbiq etməklə mənzilə daxil olub mənzil toxunulmazlığını pozub, müqavimətini qırmaqdan ötrü sol əliylə onun ağzından tutub saxlayaraq həmin vaxt səs-küyə gəlmiş sonuncunun bacısı Şahid1 Əskərxan qızının gözləri qarşısında ona da xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə qəddarlıq, rəhmsizlik göstərib, Zərərçəkmiş şəxs işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əvvəlcə ayaqüstü, sonra isə arxası üstə yerə yıxılmış vəziyyətdə bədən səthinə əlindəki bıçaqla ardıcıl çoxsaylı zərbələr vuraraq ona çoxsaylı deşilmiş-kəsilmiş bədən xəsarətlər yetirib, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən hərəkətsiz vəziyyətdə qaldığını görüb onun öldüyünü zənn edərək oradan qaçdığından, habelə sonuncu ailə üzvləri tərəfindən vaxtında Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə bıçaqlamışdır. Dəfələrlə onunla barışmasını xahiş etsə də, Fərqanə buna məhəl qoymayıb, onunla kobud rəftar etmiş, bu səbəbdəndə də bezib cinayət törətmişdir. O, Fərqanənin pis hərəkətini görməsə də, onu daim qısqanmış, Fərqanənin onunla barışmaq istəməməsi bu hislərini daha da oyatmışdır. xx.xx.2019-cu il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs xəstəliyi ilə əlaqədar müalicə məqsədilə qohumları ilə birlikdə İran İslam Respublikasına getməsi üçün Fəqanəni Bakı şəhərinə atasının yaşadığı evə gətirmişdir. xx.xx.2019-cu il tarixdə Fərqanə qohumları ilə birlikdə İran İslam Respublikasına getmiş və xx.xx.2019-cu il tarixdə geri qayıtmışdır. O, həmin tarixdə Fərqanəni öz yaşadıqları İmişli şəhərinə aparmaq üçün Bakıya gəlmiş, Fərqanənin valideynləri Fəqanəni İmişli şəhərinə öz yaşadıqları evə aparmağa icazə verməmiş və ona spirtli içkini tərgitməyəcəyi halda Fəqanəni apara biləcəyinə dair ona şərt kəsmişlər. O da Fərqanənin valideynlərinin dediklərinə riayət edərək spirtli içkini tərgitmək üçün müalicəyə başlamışdır. Bundan sonra Fərqanənin atası Əsgərxan onun narkotik tərkibli dərmanlar qəbul etməyi ilə bağlı şaiyələr yaymağa başlamışdır. O, yayılan söhbətlərə görə qayınatası Əsgərxan ilə bir neçə dəfə mübahisə etmişdir. xx.xx.2020-ci il tarixdə həyat yoldaşı Fərqanə ondan xəbərsiz boşanma üçün Sabunçu rayon məhkəməsinə müraciət etmiş, o isə bundan xx.xx.2020-ci il tarixdə məlumat almışdır. O, bütün bunlara qayınatası Əsgərxamn səbəb olduğunu düşünərək xx.xx.2020-ci il tarixdə Əsgərxanı öldürmək üçün bıçaqla Əsgərxamn yaşadığı evə getmişdir. O, Əsgərxanın Mağtağa qəsəbəsində yerləşən yaşadığı evin həyətinə əlində bıçaqla daxil olduqda Əsgərxanın evdə olmadığını öyrənmişdir. Fərqanə əlindəki bıçağı gördükdə qorxudan huşunu itirərək yerə yıxılmış və o da bunu görüncə sakitləşərək bıçağı əlindən yerə tullayaraq təcili tibbi yardıma zəng etmişdir. Bir neçə dəqiqə sonra evə polis əməkdaşları gəlmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 2020-ci ilin avqust ayında Fəqanənin yaşadığı evə gedərək Fəqanənin öz evinə geri qayıtması üçün yalvarmışdır. Fərqanə daha da əsəbləşərək evdəki pəncərəni sındırmış və o evi tərk etmişdir. Fərqanənin atası Əsgərxanın və anası Sürəyyanın onun haqqında həqiqətə uyğun olmayan söhbətləri, guya onun narkoman olduğunu, oğurluqla məşğul olduğunu hər yerdə danışmaqları onu daha da qıcıqlandırmış və bu söhbətlərə son qoymaq üçün Fərqanəni ölürmək məqsədilə xx.xx.2020-ci il tarixdə axşam saatlarında yaşadığı İmişli şəhərindən Bakı şəhərinə gəlmişdir. Maştağa qəsəbəsində yerləşən mağazaların birindən mətbəx bıçağı almış, sonra Fərqanənin yaşadığı Maştağa qəsəbəsi, Xanlar küçəsi, 137 ünvanında yerləşən evə yaxınlaşaraq həyətə daxil olub onun barəsində nə danışdıqlarını öyrənmək üçün evin damına qalxaraq orada gizlənmiş və evdə olan danışıqlara qulaq asmışdır. Həmin evdə Fərqanənin onun övladlarına onun haqqqında xoşagəlməz fikirlər bildirdiyini, qayınanası Sürəyyanın telefonla tanımadığı şəxslərə onun guya hər gün bunlara yalvarmağını və haqqında nalayiq ifadələr işlətdiyini eşitdikdə, söhbətlərə son qoymaq və mənəvi rahatlıq əldə etmək üçün Fərqanəni öldürməkdə fikrini daha da qətiləşdirmişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində evin damından eyvana düşərək evə daxil olmuş, Fərqanənin evin yataq otağının qarşısında olduğunu görmüş və bıçağı çıxararaq Fəqanənin üzərinə getmişdir. O, Fərqanənin üzərinə gedən zaman Fərqanə geriyə doğru addımlar ataraq evin yataq otağına daxil olmuş və çarpayının üzərinə uzanıb ona mane olmaq üçün ayaqlarını qaldırmışdır ki, vuracağı bıçaq zərbələri ona dəyməsin. O, ilk zərbələri onun ayaq nahiyəsindən vurmuş və yaxasından tutub bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa davam etmişdir. Fərqanəyə bir neçə zərbə vurduqdan sonra Fərqanə artıq müqavimət göstərməmiş, ona bıçaqla bir neçə zərbə vurduqdan sonra artıq tərpənmədiyini görüb, öləcəyini zənn etmiş, buna görə də ona bıçaqla zərbə vurmağı dayandırıb evdən çıxmış və qaçaraq hadisə yerini tərk etmişdir. Evin həyətinə çıxarkən bıçağıda uc hissəsinin əyildiyini görüb həmin bıçağı hadisə yerində evin həyətinə atmışdır. Hadisə yerini tərk etdikdən sonra birbaşa Sabunçu Rayon Polis İdarəsinə gəlib könüllü təslim olmuşdur. Hadisə baş verən zaman evdə 3 övladı, Fərqanənin bacısı Şahid1 və Fərqanənin anası Şahid2 olmuşdur. Lakin həmin şəxslərin hadisəni görməyinə dair məlumatı yoxdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əsgərxan qızı ifadəsində göstərmişdir ki, 2003-cü ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, birgə nikahlarından 3 övladları var. Təqsirləndirilən şəxsla ailə qurduqları vaxtdan bəri ailələrində mütəmadi söz-söhbətlər olmuşdur. Buna səbəb Abbasın çətin xarakterli adam olması, evdə mütəmadi söz söhbət yaratması, onu döyməsi və sair ona qarşı kobud hərəkətlər etməsi olmuşdur. Bundan da əlavə Abbas ona atasıgilin evinə getməyə imkan verməmiş, eləcə də atası və anasının onların yaşadıqları evə gəlməsinə qadağa qoymuşdur. Bütün bunlar Abbasla münasibətlərini korlamışdır. O, son vaxtlar Abbasa ondan ayrılacağını bildirmişdir. İmişli şəhərində birlikdə yaşadıqları zaman Abbasın onu dəfələrlə döyməsinə, ondan ayrılacağı təqdirdə öldürməklə hədələməsinə baxmayaraq onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. 2019-cu ilin oktyabr ayında səhhətində yaranmış problemlə əlaqədar İran İslam Respublikasına getmiş, qayıtdıqdan sonra atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evə gəlmişdir. Abbas onun dalınca gəlib evə apamaq istəsə də, o, ondan ayrılacağını bildirmiş və onunla birlikdə İmişli şəhərinə qayıtmamışdır. 2020-ci ilin təxminən yanvar-mart aylarında Abbas atasına məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evə gəlmiş, orada əlində bıçaqla hədə-qorxu gəlib öldürəcəyini bildirmişdir. O, DİN-in 102 xidmətinə müracət etdikdən sonra Abbas evdən çıxıb getmişdir. 2020-ci ilin mart ayında da dəqiq xatırlamadığı tarixdə Abbas yenə də əlində bıçaqla atasına məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evə gəlmişdir. Həmin vaxt o, DİN-in 102 xidmətinə müraciət etmiş və müraciəti əsasında polis əməkdaşları hadisə yerinə gəlib Abbası həyətlərindən aparmışlar. Sonradan eşitmişdir ki,Sabunçu rayon məhkəməsinin qərarı ilə Abbas inzibati qaydada həbs olunmuşdur. 2020-ci ilin təxminən fevral-mart aylarında Abbasdan boşanmaq üçün Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində anası, bacısı və övladları ilə birlikdə atasına məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən yaşadıqları birmərtəbəli həyət evində olarkən evin damından kiminsə evin eyvanına düşdüyünü görmüşdür. Diqqətlə baxdıqda görmüşdür ki, həmin şəxs Abbasdır. Abbas eyvandan keçib evin qapısından evin dəhlizinə daxil olmuş və onu öldürəcəyini bildirmişdir. Abbas cibindən bıçaq çıxardaraq ona tərəf gəlməyə başlamış, o, Abbasın üstünə gəldiyini görüb geriyə doğru addımlar ataraq evin yataq otağına daxil olmuşdur. Abbas da onun üzərinə gələgələ evin yataq otağına daxil olmuş və əlindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl bıçaq zərbələri yetirmişdir. O, yataq otağındakı yorğan-döşəkdən ibarət yükün üzərinə yıxılmış və ayağı ilə onu itələmək istəyərkən Abbas onun daban nahiyəsinə vurub ona xəsarət yetirmişdir. Bundan sonra Abbas evi tərk etmiş, o isə huşunu itirmişdir. Abbas ona bıçaqla xəsarətlər yetirərkən anası və bacısı evdə olmuş, hadisə bacısının gözü qarşısında baş vermiş, bacısı qışqıraraq analarını köməyə çağırmış, lakin Abbas nə bacısının qışqırmasına, nə də onun bıçaqlamaması üçün yalvarışlarına məhəl qoymamışdır. Hadisə baş verərkən övladları həyətdə olmuşlar. Bir neçə dəqiqə sonra təcili tibbi yardım stansiyasının həkimləri gəlmiş və onu 3 saylı şəhər kliniki xəstəxanasına çatdırmışlar. Orada təxminən 15 gün müddətində stasionar müalicə almışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs 2003-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Abbas Fərqanəni həmişə qısqanmışdır və həmin qısqanclıq səbəbindən aralarında mübahisələr baş vermişdir. Fərqanə xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasına müayinəyə getmiş, 1 həftə sonra Bakıya qayıtmışdır. Fərqanə bildirmişdir ki, Abbas içki aludəçisidir və içki içdikdən sonra evdə qısqanclıq səbəbindən mübahisə yaradır və ona görə də, İmişliyə qayıdıb yenidən onunla birgə yaşamaq istəmir. Atası Əskərxan da Fərqanəyə heç bir etirazını bildirməmiş və Fərqanə də həmin vaxtdan onlarla birgə yaşamağa başlamışdır. Bundan sonra X5 aparmaq üçün bir neçə dəfə onların yaşadıqları evə gəlmiş, lakin, atası Əskərxan Abbasa bildirmişdir ki, o, spirtli içki aludəçiliyindən xilas olmaq üçün müalicə aldıqdan sonra Fərqanə onunla birlikdə İmişliyə gedəcəkdir. Fərqanə Abbasdan boşanmaq üçün Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Abbas spirtli içki aludəçiliyindən xilas olmaq üçün müalicə olmağın əvəzinə daha da aqressiv hərəkətlər etməyə başlamışdır. Abbas xx.xx.2020-ci il tarixdə atası Əskərxan evdə olmayan vaxt onu öldürmək üçün Maştağa qəsəbəsində yerləşən evlərinə gəlmiş, Fərqanə onun əlində bıçağı gördükdə qorxudan ürəyi getmişdir. Hadisəni əvvəlcə anası Sürəyyə görmüş, o, yaranmış səs-küyə oyandıqda görmüşdür ki, Abbas əlində bıçaqla divanda ürəyi getmiş halda uzanmış Fərqanənin qarşısında dayanmışdır. Anası Sürəyya dərhal DİN-nin “102” xidmətinə zəng etmiş və polislər gəlib Abbası bölməyə aparmışlar. Abbas barəsində Sabunçu rayon məhkəməsinin qərarı ilə 20 günlük inzibati həbs seçilmişdir. Abbas inzibati həbsdən çıxdıqdan sonra Fərqanə ilə barışmaq üçün onların Maştağa qəsəbəsində yaşadıqları evə gəlmişdir, hətta xalasını da göndərmişdir ki, Fərqanə onunla barışığa razılıq versin. Lakin, Fərqanə onunla barışmamışdır. xx.xx.2020-ci il tarixdə o, bacısı Fərqanə və anası Sürəyya da evdə olmuş, Fərqanənin övladları isə küçədə oynayırmış, saat 16 radələrində o, evin digər otağında, Fərqanə isə yataq otağında olub namaz qılmaq üçün hazırlıq görmüşdür. Bu zaman Abbasın əlində bıçaqla ona doğru qaçdığını görmüşdür. Abbas əlindəki bıçaqla Fərqanəni divara sıxaraq əlindəki bıçaqla yuxandan aşağıya doğru Fərqanəyə sürətli şəkildə bıçaq xəsarətləti yetirməyə başlamışdır. Abbas sol əli isə Fərqanənin ağzından tutmağa çalışmışdır. O, dərhal anası Sürəyyanı köməyə çağırmış, Abbas əlindəki bıçaqla Fərqanəni buraxıb evdən qaçmışdır. Bundan sonra bacısı Fərqanə döşəməyə yıxılmış və o, dərhal dəsmal tapıb Fərqanənin qan axan xəsarətlərinə doğru sıxmışdır ki, qan dayansın. Anası Sürəyya dərhal təcili tibbi yardıma və “102” xidmətinə telefon zəngi edərək hadisə barədə məlumat vermişdir. Təcili tibbi yardımın həkimlər gəlib Fərqanənin nəbzini yoxladıqda onun yaşadığını bildirmiş, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, kiçik qızı Zərərçəkmiş şəxs 2003-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, əri Əskərxan qızını Abbasa ərə vermək istəməsə də Abbas Fərqanəni qaçırmışdır. Onlar 2005-ci ildə isə rəsmi nikaha daxil olmuşlar. Qızı Fərqanə və Abbasın evliliyindən 3 övladları olmuşdur. Abbas Fərqanəni həmişə qısqanmış və həmin qısqanclıq səbəbindən aralarında mübahisələr baş vermişdir. Fərqanə xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasına müayinəyə getmiş, 1 həftə sonra Bakıya qayıtmış və bildirmişdir ki, Abbas içki aludəçisidir və içki içdikdən sonra evdə qısqanclıq səbəbindən mübahisə yaradır və ona görə də, İmişliyə qayıdıb yenidən onunla birgə yaşamaq istəmir. Əri Əskərxan da Fərqanəyə heç bir etirazını bildirməmiş və Fərqanə də həmin vaxtdan onlarla birgə yaşamağa başlamışdır. Bundan sonra X5 aparmaq üçün bir neçə dəfə yaşadıqları evə gəlmiş, lakin, əri Əskərxan Abbasa bildirmişdir ki, o, spirtli içki aludəçiliyindən xilas olmaq üçün müalicə aldıqdan sonra Fərqanə onunla birlikdə İmişliyə gedəcəkdir. Fərqanə özü də Abbasdan boşanmaq üçün Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Abbas xx.xx.2020-ci il tarixdə əri Əskərxan evdə olmayan vaxt Əskərxanı öldürmək üçün Maştağa qəsəbəsində yerləşən evlərinə gəlmiş, Fərqanə onun əlində bıçağı gördükdə qorxudan ürəyi getmişdir. O, dərhal DİN-nin “102” xidmətinə zəng etmiş və polislər gəlib Abbası bölməyə aparmışlar. Həmin hadisə səbəbindən Abbas barəsində Sabunçu rayon məhkəməsinin qərarı ilə 20 günlük inzibati həbs seçilmişdir. Abbas inzibati həbsdən çıxdıqdan sonra Fərqanə ilə barışmaq üçün Maştağa qəsəbəsində yaşadıqları evə gəlmiş, hətta xalasını da göndərmişdir ki, Fərqanə onunla barışığa razılıq versin. Lakin, Fərqanə onunla barışmamışdır. Hadisə baş verən gün, yəni xx.xx.2020-ci il tarixdə evdə olmuşlar, uşaqlar isə küçədə oynayırmışlar. Həmin gün saat 16 radələrində qonaq otağında divanda uzanmışdır. Anidən qızı Vəfanın yataq otağından “Ay ana kömək et” qışqırıq səsini eşitmişdir. O, dərhal qonaq otağına doğru qaçan zaman Abbasın evin qapısından çıxıb küçəyə qaçdığını görmüşdür. Dərhal yataq otağına keçmiş, həmin vaxtı qızı Fərqanənin evin dəhlizində qarnıüstə uzandığını, üzəri və ətrafının qana buşaldığını görmüşdür. Digər qızı Vəfa da onun başının üzərində dayanmış və əlindəki dəsmalı onun qan axan xəsarətlərinə doğru sıxmışdır ki, qan dayansın. Həmin vaxt Fərqanə artıq özündə olmamış, hərəkət etməmişdir. O, dərhal təcili tibbi yardıma və “102” xidmətinə telefon zəngi edərək hadisə barədə məlumat vermişdir. Fərqanə hərəkət etmədiyi üçün onun öldüyünü zənn etmişdir. Təcili tibbi yardımla həkimlər gəlib onun nəbzini yoxladıqda isə bildirmişlər ki, Fərqanə yaşayır. Həkimlər Fərqanəni təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Əskərxan Abbasov və onun ailə üzvlərini xeyli müddət olar ki, onlarla qonşuluqda yaşayan şəxs kimi tanımış, bir qonşu kimi ailə üzvlərinin münasibəti yaxşı olmuş, qonşu olduqları bu illər ərzində heç bir pis hərəkətlərinin şahidi olmamışdır. Təxminən bir ildən çox olar ki, Fərqanə artıq ailəsindən ayrılıb, 3 uşağı ilə birlikdə atası evində yaşamağa başlamışdır. O, bu illər ərzində Fərqanənin heç bir pis hərəkətinin, kiminləsə münasibət saxlamasının şahidi olmamış, daim namaz qılıb oruc tutmuş, ibadətlə məşğul olmuşdur. Onu çox əxlaqlı, ailəsinə sadiq insan kimi tanımışdır. O, bütün günü evdə olub, uşaqları ilə məşğul olur. Fərqanənin özündən və ailə üzvlərindən eşitdiyinə görə əri Abbas adlı şəxs spirtli içki düşkünü olmuş, onlar rayonda yaşadıqları zaman dəfələrlə içkili vəziyyətdə evə gəlib, heç bir əsaslı səbəb olmadan qısqanclıq zəmnində Fərqanə ilə mübahisələr etmiş, ona gün verib işıq verməmişdir. Fərqanə də onun bu hərəkətlərindən bezib artıq birgə yaşaya bilməyəcəklərini düşünərək ata evinə qayıtmışdır. O, ata evində yaşadığı müddətdə bildiyinə görə Abbas bir neçə dəfə onların evlərinə gəlib barışmaq istəmiş, lakin Fərqanə onun vədlərinə inanmayıb evə qayıtmaq istəməmiş, buna görə Abbas bir neçə dəfə Fərqanənin atası evinə gəlib, bıçaqla onları hədələmişdir. Hətta buna görə bir müddət əvvəl polis tərəfindən tutularaq barəsində məhkəmənin qərarı ilə inzibati həbs qərarı verilmişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Əskəxangilin evindən qışqırıq səsini eşidib dərhal onların evlərinə qaçmışdır. İçəri daxil olanda görmüşdür ki, Fərqanə evin yataq otağının qarşısında yerləşən dəhlizdə yerdə uzanıqlı vəziyyətdədir, ətraf qana bulaşmışdır. O, Vəfa və Sürəyyanın ona ilkin yardım etdiklərini görüb, nə baş verdiyini soruşduqda, onlar Abbasın gizlin şəkildə evin hasarından tullanıb damda gizlənməsi, sonra isə qəflətən evə daxil olub əlindəki bıçaqla Fərqanəyə çoxsaylı xəsarətlər yetirməsi barədə məlumat vermişlər. Həmin vaxtı Fərqanənin huşu özündə olmamışdır. Bir qədər sonra təcili tibbi yardım stansiyasının həkimləri gəlib onu müayinə edərək, ölmədiyini bildirib dərhal 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 1668 N-li rəyindən görünür ki, vət Zərərçəkmiş şəxs qarnının sol yarısının ön divarının qarın və sol döş boşluğuna nüfuz edərək pritonun, dalağın, qaraciyərin və diafraqmanm yaralanmasına səbəb olan bir ədəd, boyun nahiyəsinin bir ədəd, döş qəfəsinin sol yarısının bayır divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının bayır divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun bir ədəd, sol daban nahiyəsinin bir ədəd (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə:
1. Qarının sol yarısının ön divarının qarın və sol döş boşluğuna nüfuz edərək peritonun, dalağın, qaraciyərin və diafraqmanm yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir;
2. Boyun nahiyəsinin bir ədəd, döş qəfəsinin sol yarısının bayır divarlarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun bir ədəd, sol daban nahiyəsinin bir ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.
3. Vət Zərərçəkmiş şəxs sol bazu və sol daban nahiyəsində olan xəsarətlər zərərçəkmişin özünü müdafiəsi zamanı törənə bilərdi.
4. Xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. Bıçağın tiyəsinin uc hissəsinin əyilməsi daban nahiyəsinə xəsarət yetirərkən daban sümüyünün təsirindən əmələ gələ bilərdi, odur ki, daban nahiyəsindəki xəsarətin sonuncu olması inkar olunmur. Xəsarətləri alarkən Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş (ayaqüstə, uzanmış və.s) vəziyyətlərində ola bilərdi. Kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə-bioloji tədqiqinə dair xx.xx.2020-Cİ il tarixli, 834/2020- MTBŞ nömrəli rəyindən görünür ki,
1. Şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən Zərərçəkmiş şəxs qan qrupu : O (İ)
2. Ekspertizaya təqdim olunmuş bıçaq, Zərərçəkmiş şəxs məxsus xalat və A.M.Abasova məxsus şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni O (İ) qrupu əsasını təşkil edir. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə O (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər.
3. A.M.Abasova məxsus köynəyin üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik tədqiqinə dair xx.xx.2020-ci il tarixli, 529-MTKŞ/2018 N-li rəyindən görünür ki,
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jiletin ön sol yaxalığında bir ədəd və arxa sol nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici - kəsici alətin (alətlərin) təsirindən törənmişlər. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jilet üzərində aşkar edilmiş zədələrə əsasən zədənin yetirildiyi anda bıçaqla zərərçəkmiş müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdilər. 3.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs köynək və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.
4. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2280 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırda psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da Öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissədən görünür ki, Təqsirləndirilən şəxs tez özündən çıxmaq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, inadkarlıq və s. kimi fərdi-psixi xasiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional halında hirslilik yaranmış, həmin halın yaranması, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3288 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Abbasov X3 və Alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 137 nömrəli bir mərtəbəli fərdi yaşayış evidir. Evin həyətyanı sahəsinin giriş qapısından evin giriş qapısına qədər olan hissədə yerdə qanabənzər ləkələr müşahidə olunur. Həmin qan ləkələri evə daxil olduqda dəhliz boyunca habelə yataq otağında da müşahidə edilir. Baxış zamanı fərdi evin eyvanında pəncərə ilə dəmir barmaqlıqların arasında dəstəyi qara rəngli qırılmış şəkildə və uc hissəsi əyilmiş üzərində xırda ləkələr olan 1 ədəd bıçaq sübutu əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 157.2-ci maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayəti törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60 və 63-cü maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsində qeyd edilmişdir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Maddi sübutlar- Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd idman gödəkçəsi özünə, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 157.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60 və 63-cü maddələri tətbiq edilməklə 11(on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaqla qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd idman gödəkçəsi özünə, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək qohumlarına qaytarılsın. Ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN Ə.M.ABASOV
HAKİMLƏR M.M.AĞALAROV
E.Ə.MİKAYİLOV