Məhkəmə qərarları › İş №1(101)-627/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-627/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-627/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katib X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Qanuni nümayəndələr – Qanuni nümayəndə2 və X2 iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Ukrayna Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı şəhəri, Nizami rayonu 214 nomrəli tam orta məktəbin 11-cu sinif şagirdi, məhkum olunmamış, Ağdam rayonu, Suma kəndində pasport qeydiyyatında olan və ünvan 1 ünvanında yaşayan, barəsində “valideyin himayəsinə vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində əvvəllər orta məktəb yoldaşı olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs bacısı Fəridə İbrahimova ilə «İnstaqram» sosial şəbəkəsində yazışmaları və bu səbəbdən də müxtəlif yerlərdə onun ünvanına «pis oğlan» olması barədə ifadələr işlətməsi səbəbindən ünvan 2 ünvanda yerləşən 214 saylı orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq məqsədilə üzərində saxladığı mətbəx bıçağı ilə qəsdən 3 dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ böyrəyin zədələnməsi və peritonarxası hematoma ilə müşayiət olunan sağ bel nahiyəsinin daxilə nüfuz edən 1 ədəd, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının yan divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin orta 1/3-nin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə müdafiəçi və qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda Bakı şəhəri, Nizami rayonunda yerləşən 214 nömrəli orta məktəbin 10-cu sinifində oxuyur. 13 yaşlı bacısı Fəridə İbrahimova da onunla eyni məktəbin 8-ci sinifində oxuyur. Zərərçəkmiş şəxs da Nizami rayonunda yerləşən 62 nömrəli orta məktəbdə 11 -ci sinifinə keçmişdir. O, Ömərlə yaxın dost olmuşdur. 2021-ci ilin may aylarında bacısı Fəridə ona Ömərin ona «İnstaqram» vasitəsi ilə sms yazaraq ondan xoşu gəldiyini və onu istəmədiyi təqdirdə hamıya Fəridənin əvvəllər sevgilisinin olduğunu deyəcəyini bildirmişdir. O da Ömərə bacısından əl çəkməsini və bu hərəkətin ona yaraşmadığını, onların əvvəllər dost olduğunu bildirmişdir. Ömər də ona bir də belə şey etməyəcəyinə söz vermişdir. Bir müddət sonra Ömər ona Fəridənin adını xatırlamadığı oğlandan xoşunun gəldiyini bildirmişdir. O, Ömərə Fəridə barədə dediklərinin yalan olduğunu bildirmişdir. Ömər də bundan sonra onun haqqında ortaq dostlarının və tanışlarının yanında qeyrətsiz olduğunu və Fəridəni cəzalandırmağını, yaxşı oğlan olmadığını bildirmişdir. Ömərin hər yerdə onun barəsində nalayiq ifadələr işlətməsinə baxmayaraq o, Ömərlə bu barədə söhbət etmək istəyəndə Ömər söhbəti dəyişmişdir. O da Ömərlə dostluq münasibətlərini kəsmişdir. 03 sentyabr 2021-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı evdən çıxıb Neftçilər metrostansiyasm yaxınlığında gəzərkən Qara adlı dostu ilə görüşmüş və Qara ona Ömərin onunla işinin olduğunu və ona görə də Ömərlə görüşməyə getdiyini bildirmişdir. O da demişdir ki, o, Öməri görmək istəmir, ancaq onunla gedib kənarda gözləyəcəkdir. Onlar Qara ilə 214 nömrəli orta məktəbin giriş qapısının çölündə sol tərəfdə yerləşən besdkaya getmişlər. Həmin vaxt Ömər, Yüsif və Nihad həmin besedkada oturmuşlar. Qara Ömərgilin yanına getmiş və təxminən 20 dəqiqə söhbət etmişlər. O, X5 yanından 15-20 metr kənara çağırıb nə barədə söhbət etdiklərini soruşmuşdur. Qara nə barədə söhbət etdiklərini ona bildirməməsinə baxmayaraq, Yusif ona Ömərin hamıya onun qeyrətsiz olduğunu, hamının ona yaxşı oğlan kimi baxmadığını dediyini bildirmişdir. O, da bu sözlərdən sonra özünü itirmiş, çünki Ömərin hər yerdə, hamıya onun və bacısı Fəridə haqqında işlətdiyi nalayiq ifadələr onu bezdirmişdir. O, həmin vaxt məktəbin yanında yerləşən xırdavat mağazasından 2 manata qara qulplu, gümüşü rəngli, balaca bıçaq alaraq Ömərin yanına gəlmişdir. O, Ömərdən nəyə görə onun barəsində hamıya peysər, qeyrətsiz olduğunu və yaxşı oğlan olmadığını dediyini soruşmuşdur. Ömər də ona qeyrətsiz, peysər olduğunu və yaxşı oğlan olmadığını və hamının onu dediyi kimi tanıdığını bildirmişdir. O da anidən özündən çıxaraq cibindəki bıçağı çıxardaraq sonuncunu qorxutmaq üçün bıçağı Ömərin bədənin üzərinə atmış və özünü itirmiş halda oradan çıxıb Xəzər Universitetinin arxasındakı yataxananın həyətinə getmişdir. Sonra təxminiən hadisədən 1 saat sonra polis əməkdaşları onu həmin yerdə saxlayaraq 25-ci polis şöbəsinə gətirmişlər. O, həmin bıçağı hadisə yerindən təxminən 50 metr kənara ağacın dibinə tullamış və sonra polis əməkdaşlarına bıçağın yerini göstərmiş və polislər də həmin bıçağı götürmüşlər. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, əməlindən peşmandır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 6-7 il olar tanıyır və sonuncu ilə Nizami rayonunda yerləşən 62 saylı orta məktəbdə oxumuşdur. Yaqub ondan bir sinif aşağı təhsil almışdır. Yaqubun Fəridə adlı bacısı vardır və Fəridə ondan iki sinif aşağı təhsil almışdır. Yaqubla o, çox yaxın dost olmuş və onun Fəridə ilə sevgili münasibəti də 2020-ciil yay aylarından başlamışdır. Yaqubun bir müddət sonra bu barədə xəbəri olmuş və o, Yaquba da bacısı Fəridədən xoşunun gəldiyini bildirmişdir. Bundan sonra da Yaqubla dostluğu davam etmişdir. 8 mart 2021-ci il tarixdə Fəridə ilə münasibətləri pozulmuşdur. 2021-ci iln may ayında o, Tovuz rayonuna gedib qayıdandan sonra onun Yaqubla münasibəti olmamış, çünki sonuncunun yanından 1-2 dəfə keçəndə Yaqub ona salam verməmiş və bundan sonra o, da Yaquba salam verməmişdir. 03 sentyabr 2021-ci il tarixdə təxminən saat 21 radələrində Nizami rayonunda yerləşən 214 nömrəli orta məktəbin qarşısında besedkada dostları Yusif və digərləri ilə ilə görüşmüş, sonra Qara və digər tanışı da besedkaya gəlmişlər. Təxminən 10-15 dəqiqə keçdikdən sonra Yaqubla Nihad həmin yerə gəlmişlər və Yaqub gəlib hamı ilə salamlaşaraq digər besedkada tək oturmuşdur. O, Nihadi Yaqubun yanına göndərmişdir ki, Yaqub besedkada tək qalmasın. O, Qaraya demişdir ki, Yaqubun arxasınca danışır ki, bacısı Fəridə tərbiyəsizdi, amma indi onunla öpüşüb görüşür. Qara da demişdir ki, Yaqub onun dar günündə yanında olub və anasının göz yaşlarını silib, Yaquba yazığı gəldiyi üçün sonuncu ilə gəzir. Sonra Yaqub oturduğu yeri tərk etmiş və təxminən 10-15 dəqiqə sonra həmin yerə qayıdaraq Qaranı və digərlərini yanına çağırmış, təxminən 5 dəqiqə söhbət etmişlər. Sonradan onlar besedkada oturan zaman Yaqub onun yanına gələrək «onu kimin pis oğlan kimi tanıdığını» ondan soruşmuşdur. O, da Yaquba demişdir ki, bu barədə məlumatı yoxdur. Yaqub onun sifətinə yumruqla vurmuş və o, da sonuncunu yumruqla vuranda, Yaqub əlində olan bıçaqla onun sol qolundan 1 dəfə vurmuş və sonra bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt uşaqlar yanlarından qaçmışlar və besedkada vəziyyəti pisləşdiyi üçün başını stola qoymuş, Yaqub isə çıxıb getmişdir. Onun vəziyyəti pisləşdiyi üçün tanışları onu xatırlamadığı avtomobilə əyləşdirib 3 saylı şəhər kliniki xəstəxansına aparmışlar. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 senytabr 2021-ci ildə, saat təxminən 20.30 radələrində Zərərçəkmiş şəxs, Qara və digər tanışları ilə oxuduqları orta məktəbin yaxınlığında əyləşib söhbət edirmişlər. Bu vaxtı tanışları Təqsirləndirilən şəxs və Nihad oraya gəlib onlarla görüşmüşlər. Onlarla görüşdükdən sonra Yaqub kənara çəkilmiş və bir neçə dəqiqə sonra isə o, Qara ilə marketə gedib qayıtdıqda Yaqub Qaranı da öz yanına çağırmışdır. Qara sonuncunun yanına getdikdən sonra onu oraya çağırmışdır. Qara ona demişdir ki, Yaqub Öməri vurmaq istəyir. Bu vaxtı Qara Yaqubu tutub buraxmaq istəmədikdə, Yaqub sonuncuya bildirmişdir ki, «əgər məni buraxmasan səni vuraram». Yaqubun sözündən sonra Qara sonuncunu buraxmış və Yaqub Ömər gilə tərəf getmək istədikdə o, sonuncunu tutub buraxmaq istəməmişdir. Lakin Yaqub onu aldatmışdır ki, «narahat olma Ömərlə sadəcə söhbət edəcəm». O, Yaqubu buraxdıqdan sonra sonuncu Ömər dayanan yerə tərəf getmiş və Ömərin qışqırmasını eşidib oraya qaçmış və görmüşdür ki, Ömərin əli qanayır. Ömərdən səbəbini soruşduqda bildirmişdir ki, Yaqub bıçaqla onu vurmuşdur. Sonra taksi avtomobili çağırıb Öməri xəstəxanaya yola salmışlar. Lakin o, Yaqubun Öməri vurmasını görməmiş, həmçinin Yaqub hadisə yerindən qaçıb getmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 03 senytabr 2021-ci ildə, saat təxminən 20.30 radələrində Nefçilər metrostansiyasının yaxınlığında yolda gedərkən Yaqubla rastlaşmış və onlar 214 nömrəli orta məktəbin yanına gəlmişlər və həmin vaxt Ömər, Qara , Mehman, Emin və Andrey orada olmuşlar. Yaqub onlardan 15-20 metr kənarda tək dayanmış, o, isə Ömərgil olan yerdə dayanmış və Ömər onlara Yaqubun peysər, qeyrətsiz olduğunu deyərək və nəyə görə Yaqubla görüşdüklərini soruşmuşdur. Ömər ona və Murada gedib kənarda durmaqlarını və Yaqubla işi olduğunu bildirmişdir. O və Murad təxminən 4-5 dəqiqə kənarda oturandan sonra yenidən Ömərgilin yanına getmişlər. O, telefonunla oyun oynayarkən Yaqub gəlib Ömərin yanında oturmuş və bir-biri ilə dava etməyə başlamışlar, daha sonra Ömər qışqırmağa başlamış və “qolu-qolum” deyərək qışqırmışdır. Ömərin əlindən qan gəldiyini və həmin vaxt Yaqubun çıxıb getdiyini görmüşdür. X7 yoldan keçən tanımadığı avtomobilə əyləşdirərək xəstəxanaya aparmışlar. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 də Şahid3 ifadəsinə oxşar ifadə vermklə onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdr. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 852 saylı 15.10.2021 -cı il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ böyrəyin zədələnməsi və peritonarxası hematoma ilə müşayiət olunan sağ bel nahiyəsinin daxilə nüfuz edən 1 ədəd, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının yan divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin orta 1/3-nin ön səthinin 1 ədəd deşilmişkəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 03.09.2021-ci il tarixdə alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının 2092 saylı 09 sentyabr 2021- ci il tarixli rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikas: CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Cinayət işinə əlavə olunmuş məhkəmə-ballistik ekspertizasının 3/1554 saylı 01 oktyabr 2021- ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklər edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş «Hadisə yerinə baxış keçirilməsi haqqında» 03 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 18 ünvanında yerləşən 214 saylı orta məktəbin yaxınlığında yerləşir. Cinayət işinin materiallarına əlavə edilmiş «Götürmə barədə» 03 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs cinayət törətdiyi bıçağı orada olan ağacın dibinə atdığı göstərmiş və bu barədə protokol tərtib edilərək bıçaq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş «Əşyanın tanınmaya təqdim edilməsi barədə» 01.12.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş bıçaqlar arasından 1 ədəd cinayətin aləti olan bıçağı tanımışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 Təqsirləndirilən şəxs bağışlamışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayət əməlini törədərkən və hal-hazırda yetkinlik yaşına çatmamaqla, 16 yaşında olmasını, 10-cu sinif şagirdi olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını və onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin ediləcək cəzanın müddəti 6 (altı) ildən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasındakı davranışını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, habelə orta məktəbin orta məktəbin 10-cu sinif şagirdi olan Təqsirləndirilən şəxs təhsildən uzaqlaşmaması mövqeyindən yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunması mümkündür. Ona görə də ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideyin himayəsinə vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Nizami rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını nəzərə alıb onun məhkəmə məsrəflərinin ödənilməsindən azad edilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideyin himayəsinə vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Nizami rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə məsrəflərinin ödənilməsindən azad olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev

2. Əhməd Quliyev

3. İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar