Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-627/2023 28.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X16 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməyən Tahir adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 25 avqust 2022-ci il tarixdə səhər saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Suraxanı rayonunda istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 93,565 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşıyaraq Tahir adlı şəxsin sifarişinə əsasən ünvan 3 ünvanında olan “pitomnik” adlanan yerə gətirmiş, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Bolis Bölməsinə barəsində narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlayaraq daşıması ilə əlaqədar daxil olmuş məlumat əsasında 25 avqust 2022-ci il tarixdə saat 19:30-da Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının ünvan 3 ünvanında keçirdikləri əməliyyataxtarış tədbiri zamanı qeyd edilən ünvanda Təqsirləndirilən şəxs həmin bölmənin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı əynindəki şalvarın ön sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 93,565 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə səhər saatlarında “Ayna Sultanova” heykəlinin yaxınlığında olan geyim mağazasından paltar almaq üçün “Masazır” qəsəbəsindən taksi vasitəsilə ilə “Ayna Sultanova” heykəli yaxınlığına getmişdir. Həmin yerdə taksidən düşüb mağazaya doğru hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşaraq Binəqədi RPİ-nə getməli olduğunu bildirmişlər. Onu Binəqədi RPİ-nə apardıqdan sonra idarədə ona fiziki zor tətbiq etmişlər. Polis idarəsində onu döyən zaman narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Onu döydükləri üçün özünü çox halsız hiss etmiş, həmin vaxt ona sənədlərə imza etməyini və imza etdikdən sonra hər şeyin yaxşı olacağını demişlər. Buna görə də o, sənədlərə oxumadan imza etmişdir. Polis bölməsində videoçəkilişdən əvvəl narkotik vasitələri polis əməkdaşları onun cibinə qoymuş, videoçəkiliş zamanı cibində olan əşyaları çıxarıb masanın üzərinə qoymuşdur. Ona demişlər ki, məhkəmədə ailəli və ali təhsilli olmasını nəzərə alacaqlar. Bakı İstintaq Təcridxanasına gəldikdən sonra Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğunu bilmişdir. O, polis idarəsində olarkən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğunu zənn etmiş, tutulmazdan əvvəl taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olan zaman tanış olduğu müştəri vasitəsilə Tahir adlı şəxslə münasibət yaratmış, müştərisi onun telefonu ilə Tahir adlı İran vətəndaşına zəng etdiyi üçün Tahirin nömrəsi onun telefonuna düşmüşdür. Tahir ona özü zəng edib bildirmişdir ki, onda narkotik vasitələr var, pul qarşılığında ona verə bilər. Narkotik vasitələrin qarşılığında pulu Tahirin bank kartına göndərmişdir. O, Tahirdən narkotik vasitələri öz istifadəsi üçün almış, Tahir onun bank kartına pul göndərməmiş və onun üzərində 93 qram metafetamin olmamışdır. Onu Binədəqi RPİ-nin inzibati binasında döyüb bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişlər. Bakı İstintaq Təcridxanasına daxil olarkən onu tibbi müayinədən keçirməmişlər. Polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müstəntiqə dedikdə, müstəntiq ona hər şeyin yaxşı olacağını bildirmişdir. İbtidai istintaq zamanı barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini deyib onu aldatmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamış, onun kartında 150 manat pul olmuş, o tutulduqdan sonra polis əməkdaşı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Rahat Market”-in yaxınlığında olan bankomantdan pulu çıxarıb polis əməkdaşına vermişdir. O “Kapital Bank”-dan aldığı plastik kartında olan 150 manatın 50 manatını tutulmazdan əvvəl çıxarmış, 100 manatı isə tutulduqdan sonra polis əməkdaşı ilə birlikdə çıxarıb ona vermişdir. Qardaşı onun plastik kartına pul göndərmişdir. O, “Masazır” qəsəbəsində yaşasa da, “Ayna Sultanova” heykəlinin yanında olan geyim mağazasından alış-veriş etmiş, gündəlik olaraq 30-40 manat pul qazanmışdır. Onu 4 nəfər polis əməkdaşı saxlamış, “Azadlıq” metrosunun yaxınlığında olan “Kapital Bank”-ın bankomatından pulu çıxarıb adını xatırlamadığı polis əməkdaşına vermişdir. O, saxlanılan zaman Şahid orada olmamış, onu “pitomnik” adlanan ərazidə deyil, “Ayna Sultanova” heykəlinin yaxınlığında saxlamışlar. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, latın qrafikasında sərbəst yazıb oxumağı bacarır. Hər hansı ruhi əsəb xəstəxanasında qeydiyyatı olmamışdır. Tutulana qədər 1 il narkotik vasitələrdən istifadə etmiş, əvvəllər məhkum olunmamışdır. Daimi olaraq iş yeri olmamış, müxtəlif taksi şirkətlərinin avtomobillərini idarə etməklə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 1 ay əvvəl taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobilinə əvvəllər tanımadığı müştəri əyləşərək onun telefonunu istəmişdir ki, kiməsə zəng etsin. Müştəri zəng etdikdən sonra onun nömrəsi zəng olunan şəxsin telefonuna düşmüşdür. Daha sonra zəng olunan şəxs özü onu axtarmağa başlamış və mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı həmin şəxs özünü Tahir adı ilə təqdim edərək ona birgə iş fəaliyyəti qurub qazanc əldə etməyi təklif etmiş, o da razılaşmışdır. Belə ki, Tahir bildirmişdir ki, onun iş fəaliyyəti narkotik vasitələri Bakı şəhərinin müxtəlif ünvanlarından götürərək digər ünvanlara aparmaqdır. O da narkotik vasitə və psixotrop maddəni gizlətdiyi yerin fotoşəklini çəkərək Tahirə göndərməli olmuşdur. Tahirlə əməkdaşlıq dövrü ərzində o, 2 dəfə sonuncunun göstərdiyi ünvanlardan narkotik vasitələri götürüb dediyi ünvana aparmış və bunun əvəzində Tahir onun bank kartının hesabına 150 manat pul köçürmüşdür. Sonuncu sifarişi Tahir 25 avqust 2022-ci il tarixdə etmişdir. Qeyd olunan tarixdə Tahir onu şəhərin Suraxanı rayonuna yollamış və o, Tahirin göstərdiyi yerdən içərisində psixotrop maddə metafetamin olan bükümü götürərək özü ilə Binəqədi rayonunda el arasında “pitomnik” deyilən yerə gətirib həmin bükümü orada gizlətmək istədikdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, orda ona vəkil dəvət olunmuşdur. Üzərinə şəxsi axtarış və baxış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd içərisində maddə olan bükümü təqdim etmişdir. Aşkar olunmuş bükümdəki metafetamin onun iştirakı ilə qablaşdırılıb möhürlə möhürlənərək götürülmüş, tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Törətdiyi əmələ görə səmimi peşmançılığını bildirmiş və ona hər hansı bir təzyiq və təsir olmamışdır. Həmin hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış, həmçinin polislər həmin qeyd edilən hərəkətləri edən zaman onun müdafiəçisini dəvət etməklə ona təqdim edərək üzərində olan qadağan olunmuş əşyanı təqdim etməsi, ondan əvvəl və sonra baş verən bütün hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış və həmin görüntüdə olan şəxs özü olmuşdur. Şalvarının qabaq sol yan cibindən 1 ədəd 10 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq olmaqla cəmi 35 manat pul aşkar olunmuş və həmin pul onun özünə təhvil verilmişdir. Cins şalvarının qabaq sol yan cibindən çıxardığı “Huawei” markalı mobil telefonunu da təqdim etmişdir (cild 1, iş vərəqə 62-64). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 25 avqust 2022-ci ildə tarixdə Binəqədi rayon Polis İdarəsinə adı sonradan məlum olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupu yardıldıqdan sonra o, Binəqədi RPİ-in 7-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili X3 ilə birlikdə 25 avqust 2022-ci il tarixdə saat 19 radələrində Binəqədi rayonunda insanlar arasında “pitomnik” adlanan yerin yaxınlığında mövqe tutaraq qeyd edilən ünvanı müşahidəyə götürmüşlər. Həmin gün saat 19:30 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs qeyd edilən ünvanın yaxınlığında görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini, üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat verməsini tələb etmişlər. Saxlanılan şəxs özünü 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs kimi təqdim edərək şübhəli aparmış və üzərində el arasında patı deyilən psixotrop maddə metafetamin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət olunmuş, bölmənin inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 11 saylı Vəkil Bürosunudan növbətçi vəkil dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmasını, orta təhsilli olmasını, Bakı şəhəri, Nizami rayonu, ünvan 1-da qeydiyyatda olmasını, ünvan 7 ünvanında yaşamasını bildirmişdir. Təhqiqatçı tədbir iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağını, əvvəlcədən həmin halların qeydə alınacağına dair videomüşahidə kamerasının müşayəti ilə olacağını bildirərək Təqsirləndirilən şəxs üzərində olan qeyri qanuni əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan cins şalvarının qabaq sol yan cibindən “Huawvei” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirilən zaman orda olan kütlənin kristal formasında olan ağ rəngli spesifik iyə məxsus maddə olduğunu və həmin maddənin el arasında patı kimi tanınan metafetamin olduğunu, 25 avqust 2022-ci il tarixdə Suraxanı rayonunda adını xatırlamadığı şəxsin göstərdiyi yerdən içərisində psixotrop maddə metafetamin olan bükümü götürərək özü ilə Binəqədi rayonunda “pitomnik” deyilən yerə gətirməsini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm qablaşdırılmış, bağlama baxışda iştirak etmiş şəxslər və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan başqa həmin gün Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, R.Dünyamalıyev ev 72-ə baxış keçirilmiş, lakin qadağan olunmuş və qanuna zidd hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda adını xatırlamadığı şəxsdən narkotik vasitələri müxtəlif ərazilərə yerləşdirmək üçün əldə etdiyini demiş, Təqsirləndirilən şəxs 2 nəfər saxlamış, lakin bir müddət keçdikdən sonra digər polis əməkdaşı vəfat etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və görtürmə aparılması” haqqında 25 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs mavi rəngli cins şalvarının qabaq sol yan cibindən 1 ədəd “Huawei” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyub bildirdi ki, həmin mobil telefon ona məxsusdur və əlavə etdi ki, mobil telefonun üzərində ***-***-**-** mobil nömrədən istifadə olunur. Daha sonra Təqsirləndirilən şəxs şalvarının qabaq sağ yan cibindən cibindən 1 ədəd şəffaf selofan bükümü çıxarıb masanın üzərinə qoyaraq izah etdi ki, həmin bükümün içərisində el arasında “patı” deyilən psixotrop maddə metafetamin vardır. Bundan əlavə o bildirdi ki, psixotrop maddəni tanımadığı şəxsdən əldə etmiş və həmin maddəni bir ünvandan digər ünvana daşınılmasından ötrü üzərində saxlamışdır. Təqsirləndirilən şəxs izah etdi ki, psixotrop maddəni bir ünvandan digər ünvana daşımaqla qazanc əldə edir. Qeyd olunan bükümə baxıldıqda içərisində kristal formasında olan ağ rəngli spesifik iyə məxsus mənşəyi bilinməyən maddənin olduğu müəyyən edildi. Daha sonra aşkar olunan büküm qablaşdırıldı. Bundan sonra Təqsirləndirilən şəxs üzərində digər əşya və maddələrin olub-olmaması soruşulduqda o, şalvarının qabaq sol yan cibindən ümumilikdə 35 manat təşkil edən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazlarını çıxararaq masanın üzərinə qoyub həmin pulların ona məxsus olduğunu və əlavə heç bir əşya və maddənin olmadığını bildirdi. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı, lakin qanunsuz heç bir əşya aşkar olunmadı (cild 1, iş vərəqə 31-33). Cinayət işinin materiallarında olan “CD kompakt diskə baxış keçirilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 25 avqust 2022-ci il tarixdə saat 21:00-dən 21:30-dək olan müddət ərizində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş təhqiqatçısı X6 tərəfindən Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri X3 və Şahid, 11 saylı Vəkil Bürosunun növbətçi vəkili X7 iştirakı, Binəqədi rayon Polis İdarəsinin ekspert-kriminalisti X2 videoçəkilişi ilə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “şəxsi axtarış və götürmə aparılması haqqında” 25 avqust 2022-ci il tarixli qərara əsasən Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan cins şalvarının qabaq sol yan cibindən “Huawvei” markalı mobil telefon, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd büküm, həmin şalvarının qabaq sol yan cibindən 1 ədəd 10 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq olmaqla cəmi 35 manat pul aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş 1 ədəd bükümdəki kütlənin içərisindən kristal formasında olan ağ rəngli spesifik iyə məxsus maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 102). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 26 avqust 2022-ci il tarixli 6/4559 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün Ab 176” dairəvi möhür əksi, (imza) Hacıyeva A. yazısı və imzalar olan paketdəki 1 ədəd bağlamada təmiz çəkisi 93,565 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 93,565 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq 93,465 qram, cild 1, iş vərəqə 42-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 26 sentyabr 2022-ci il tarixli 2557 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materalları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı onda psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuduşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 115-116). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 17 sentyabr 2022-ci il tarixli 5297 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 112-113). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onun təxirəsalınmaz tibbi müayinəsi zamanı bədənində hər hansı bir xəsarət aşkar olunmamış, sağ bazunun aşağı 1/3-də köhnə çapıq toxuma müşahidə olunmuşdur (cild 2). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan 16 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və müxtəlif xüsusatlar üzrə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 93,465 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 128-136). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 88). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 71-75). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25 avqust 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 93,465 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 93,465 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-627/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-627/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver