Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-627/2024 07.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X9, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1972-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda – 5254 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, 54 qram çəkidə 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı öz üzərində, qalan 5200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evə daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə saat 12:10-da Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 14:30dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 54 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 20 yanvar 2023-cü il tarixdə saat 18:00dan etibarən Təqsirləndirilən şəxs özünün razılığı və könüllü iştirakı ilə yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evinə baxış keçirilən zaman evin giriş qapısından sol tərəfində yerləşən yarımtikilidəki dəmir qabın arxasından üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib yuxarıda qeyd edilən ünvanda saxlamaqla daşıdığı 01 ədəd ağ rəngli torbada külli miqdarda təmiz çəkisi 5200 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 20 yanvar günü şəhərə ehtiyat hissələri almağa getmiş, Babək prospektində ehtiyat hissələri satılan mağazanın önündə saat 11-12 aralığında 3 nəfər onu saxlamışlar. Həmin şəxslər onda narkotik vasitə olduğunu demişlər. Onun da tərsliyi tutmuş, olmadığını demişdir. Amma üzərində az miqdarda narkotik olmuşdur. Ona tapsalar onun üçün pis olacağını demişlər, onu Bilgəhə aparmışlar, orada özünə məxsus yarımtikiliyə baxış keçirdikdən sonra, onu idarəyə aparmışlar. İdarədə polislər deyənlə razılaşmalı olmasını, yoxsa ailəsini bura gətirəcəklərini demişlər. Onu bir az da idarədə saxlamış, yenidən kəndə gətirmişlər. Axşamüstü vəkil də gəlmiş, o, polislər deyənlə razılaşmışdır. İttiham aktında yazılanlar ona aid deyildir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs hərdənbir narkotik vasitə istifadə etdiyini, narkotiki Balakən rayonunda çayın qırağından tapdığını, polis idarəsində 3 nəfər polisin onun başına vurduğunu, onu vuranların adının İndar və Mahir olduğunu, polislərin narkotiki boynuna götürməsi üçün onu döydüklərini bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 20 yanvar 2023-cü il tarixdə səhər saat 12:10 radələrində Xətai rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmiş və onun da özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim etmiş, bundan sonra polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən, 1 (bir) ədəd açar, 100 (yüz) AZN pul, 1 (bir) ədəd cib dəsmalı, 1 (bir) ədəd “Nokia” və 1 (bir) ədəd “İNOİ” markalı mobil telefonlar aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 60 (altmış) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, 1 (bir) ədəd açar, 100 (yüz) AZN pul, 1 (bir) ədəd cib dəsmalı geri qaytarılmışdır. Verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində kultivasiya edərək yetişdirdiyi çətənə kollarını qurudaraq satmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, 1 (bir) ədəd kibrit qutusunda qurudulmuş marixuana kütləsini 60 (altmış) AZN pula satdığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, ***-***-**-** və ***-***-**-** mobil nömrələrini işlətdiyini, əlavə olaraq Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, orada narkotik vasitə saxlamağı barədə heç kimin məlumatı olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşən nömrəsiz fərdi evə getmişdir. Evə baxış aparılmasından əvvəl polis əməkdaşları bu barədə qərarla tanış edərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsini təklif etmişlər. Bu təklifdən sonra həmin evin sol tərəfində yerləşən yarım tikilidəki dəmir qabın arxasında gizlətdiyi 1 (bir) ədəd ağ rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 5 kq 755 qram (beş kq yeddi yüz əlli beş qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq həmin evdən iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Əməlindən peşmandır. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuananı öz istifadəsi və satış niyyəti ilə əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni evindən, müştəri olacağı təqdirdə satmaq məqsədi ilə götürmüşdür. Üzərində və yaşadığı mənzildə narkotik vasitə olmasından ailə üzvlərinin xəbəri olmamışdır. Həyətində özünün çətənə kollarını kultivasiya edərək, yetişdirdiyi çətənə kollarını qurutmaqla narkotik vasitə marixuana əldə etməsindən heç kimin xəbəri olmamışdır (cild 1, iş vərəqi 133-136). İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadəsini polislərin diktəsi ilə verdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində onlara əməliyyat məlumatı daxil olmuş, həmin şəxs saxlanılaraq baş idarəyə gətirilmiş, orada üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən 1 büküm qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotiki özünün əkdiyini, bir qismini də evində saxladığını bildirmiş, onlar iştirakçılarla birlikdə Saramanovun evinə getmişlər. Saramanov yaşadığı yarımtikilidə təxmini çəkisi 5 kilo olan narkotiki təqdim etmişdir. Narkotik qablaşdırılmış və aidiyyəti üzrə təqdim edilmək üçün götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotiki 60 manata satdığını bildirdiyini, şəxsi saxlayandan sonra əvvəlcə idarəyə, daha sonra evinə getdiklərini, heç kimin şəxsə qarşı zorakılıq göstərmədiyini bildirdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid2 oxşar məzmunlu ifadəsilə Şahid1 göstərdiklərini təsdiq etmişdir (cild 1, iş vərəqi 196-199). Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 göstərdi ki, daxil olmuş məlumat əsasında rəhbərliyə raportla müraciət olunmuş, Şahid1, Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. O da kömək üçün Təqsirləndirilən şəxs saxlanılmasına cəlb olunmuş və saxlanılmada iştirak etmişdir. O, Fikrətin üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Fikrətin üzərindən narkotik vasitə aşkarlanması barədə sonradan məlumatı olduğunu, şəxsə qarşı fiziki və psixi işgəncə olmadığını, şəxsi saxlayan zaman 3 nəfər olduqlarını, şəxsi Babək prospektində, yanacaq doldurma məntəqəsinin yanında saxladıqlarını, şəxs saxlanılan zaman müqavimət göstərmədiyini, özlərini təqdim edib idarəyə dəvət etdiklərini bildirdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin oğlu X13 ifadəsində göstərdi ki, hadisə günü günorta saat 12:30 radələrində evdə yatarkən otağının qapısı açılıb bir nəfər içəri daxil olaraq ona yaxınlaşıb boynunun ardından tutaraq küçəyə çıxartmışdır. O, astma xəstəsi olduğu üçün dərmanını istəmiş, dərmanı ona verildikdən sonra həyətdə oturmuş, tanımadığı şəxslər sonradan bacısının otağına daxil olmuşlar və atasının harada olduğunu soruşmuşlar. Yarım saatdan sonra atasını qolları qandallı gətirmişlər. Təxminən bir saat qaldıqdan sonra bir də atasını aparıb saat 5-də geri qaytarmışlar. 4 nəfər küçədə, digər 4 nəfər evdə olmaqla axtarış etmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qonşusu X18 ifadəsində göstərdi ki, hadisə günü günorta saat 1 radələrində evə gedərkən qapıda maşın görmüşdür. Yaşadığı yerdə parnik, əkin yeri var, orda qərənfillər əkmişdir. Əkin sahəsinə girəndə qərənfillərin qırıldığını görmüşdür. Qonşudan səs-küy gəlmiş, lakin tələsdiyi üçün qonşuya keçə bilməmişdir. Axsam saat 5 radələrində Eldardan qərənfillərin kimin dərdiyini soruşmuş, sonuncu, cavabında onların dərmədiyini demiş, “sonra danışariq” deyə sagollaşmışdır. Sonradan Fikrət əminin tutulduğunu eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1972-ci ildə Balakən rayonu, Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1972-ci ildə Balakən rayonu, Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, əvvəllər məhkum olunan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 20 yanvar 2023-cü il tarixdə, saat 12:10 dəqiqədə, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2276 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 11). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən, 1 (bir) ədəd açar, 100 (yüz) AZN pul, 1(bir) ədəd cib dəsmalı, 1(bir) ədəd "Nokia" və 1 (bir) ədəd NOİ" markalı mobil telefonlar aşkar olundu. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 60 qram (altmış qram) oldu. Sonra həmin kütlə qablaşdırıldı, şübhəli şəxs, müdafiəçi, tərəfimdən imzalandı və götürüldü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürüldü, 1 (bir) ədəd açar, 100 (yüz) AZN pul, 1 (bir) ədəd cib dəsmalı sonuncuya geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində kültivasiya edərək yetişdirdiyi çətənə kollarını qurudaraq satmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, 1 (bir) kibrit qutusunda qurudulmuş marixuana kütləsini 60 (altmış) AZN pula satdığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, ***-***-**-** və ***-***-**-** mobil nömrələrini işlətdiyini, əlavə olaraq Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, orada narkotik vasitə saxlaması barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibatı binasında olan xidməti iş otağımda, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən videoçəkiliş aparıldı (cild 1, iş vərəqi 32-35). - Təqsirləndirilən şəxs məxsus xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşən nömrəsiz fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 1, iş vərəqi 36). - evə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış videoçəkilişdən istifadə edilməklə şübhəli şəxsin oğlu X6 iştirakı ilə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin sol tərəfindən yerləşən yarım tikilidəki dəmir qabın arxasında gizlətdiyi 01 (bir) ədəd ağ rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 5 kq 755 qram (beş kq yeddi yüz əlli beş qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmet qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş narkotik maddələri Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində kultivasiya edərək yetişdirdiyi çətənə kollarını qurudaraq satmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, 01 (bir) kibrit qutusunda qurudulmuş marixuana kütləsini 60 (altmış) AZN pula satdığını, orada narkotik maddə saxlamasından heç kəsin məlumatı olmadığını verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir (cild 1, iş vərəqi 39-41). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/83 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 54,0 qram və üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan 01 (bir) ədəd ağ sintetik torbada təmiz çəkisi 5200 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5254 qramdır (5 kq 254 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 48-51). - təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 67-68). - maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5253,7 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 107-108). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir (cild 1, iş vərəqi 120). - Balakən rayon İcra Hakimiyyəti başçısının Qullar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1998-ci il təvəllüdlü Eldar və 2001-ci il təvəllüdlü Səkinə adlı uşaqları vardır. Qullar kəndində yaşadığı müddətdə qonşularla və kənd sakinləri ilə yaxşı münasibətdə olmuş, müsbət xarakterizə olunan kənd sakinidir, nümayəndəliyə barəsində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 123-125). - mobil telefona baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs məxsus "İNOİ" və "NOKİA" markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1)"İNOİ" markalı mobil telefon aparatı metal-qara rəngli gövdəyə malik olmaqla işlənmiş vəziyyətdədir, sensor dizaynlı və smartfon tipli deyildir. Telefonun üzərində düymələr mövcuddur. Telefon sadə funksiyalı olub, telefonun arxa hissəsində foto kamerası mövcuddur. Telefonun İMEİ kodunun **********55851 və **********55869 olması müəyyən edilir. Telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. 2) "NOKİA" markalı mobil telefon aparatı qara rəngli gövdəyə malik olmaqla işlənmiş vəziyyətdədir, sensor dizaynlı və smartfon tipli deyildir. Telefonun üzərində düymələr mövcuddur. Telefon sadə funksiyalı olub, telefonun arxa hissəsində foto kamerası mövcuddur. Telefonun İMEİ kodunun **********87925 olması müəyyən edilir. Telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi (cild 1, iş vərəqi 140). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 143). - baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxışı keçirilən həyətyanı torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşir. Belə ki, qeyd olunan evin qapısı üzərində sarı naxışlar olan qara rəngli dəmir qapıdır. Qapıdan içəri daxil olduqdan sonra həyətə daxil olmaq üçün ağ rəngli plastmas qapının olması müəyyən edildi. İştirakçılarla birlikdə həyətə daxil olduqda qarşıda içində su olmayan hovuz, sol hissədə isə yarımtikililərin olması aşkar edildi. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi kimi yarımtikilinin yaxınlığında hovuzun sağ hissəsində olan əraziyə getmişlər və iştirakçılarla birlikdə ekspertiza tədqiqatına təqdim edilməsi məqsədi ilə həyətyanı sahədən torpaq nümunəsi götürülərək, qablaşdırılmışdır (cild 1, iş vərəqi 166-168). - telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 21 yanvar 2023-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, məlumatlar "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 4990 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edildi ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 05 ədəd qovluqlar vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi (cild 1, iş vərəqi 184-185). - Sabunçu rayon İcra Hakimiyyətindən daxil olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonunda qeydiyyatdadır. Bilgəh qəsəbəsi, Murtuza Muxtarov 1-ci döngə küçəsində ailəsi ilə, yəni X4 (1971-ci il təvəllüdlü həyat yoldaşı), X14 (1998-ci il təvəllüdlü oğlu), X7 (2001-ci il təvəllüdlü qızı) birlikdə yaşayır. Həmin ünvanda yaşadığı müddətdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 186-188). - Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində satışı ilə məşğul olması müəyyən edilmişdir. Tapşırıqda göstərilən bənd üzrə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Gələcəkdə müsbət nəticə əldə olunarsa bu barədə əlavə olaraq bildiriləcəkdir (cild 2, iş vərəqi 2). - cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi hallar, yəni polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə araşdırma aparılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs adına açılmış 711/2023 nömrəli X10 12-ci və 13-cü bəndlərinə edilmiş qeydlərdən də göründüyü kimi, Təqsirləndirilən şəxs bədəni üzərində sonuncu həbs olunmamışdan əvvəl hər hansı bir xəsarətin olması faktı inkar olunaraq, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasının Tibb hissəsində müvafiq tibbi müayinədən keçdiyi vaxt onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. 60-C-2023 nömrəli materialda cinayət tərkibi olmadığınıdan həmin material üzrə cinayət işi başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 14-17). - telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 21 yanvar 2023-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, məlumatlar "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 2360/23 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edildi ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 04 ədəd qovluqlar vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi (cild 2, iş vərəqi 22-23). - Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının X17 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 2018-ci ilə qədər qəsəbədə 7 (yeddi) küçə adı mövcud olmuşdur. Belə ki, Azərbaycan qadını küçəsi Bilgəh qəsəbəsinin mərkəzi küçəsidir. Onun sağ tərəfi yeni yaşayış massivi olduğu üçün oradakı bütün adsız küçələr Azərbaycan qadını küçəsi adı kimi adlandırılmışdır. Məktubda qeyd olunan vətəndaş Təqsirləndirilən şəxs da yaşadığı ünvan Azərbaycan qadını küçəsi kimi göstərilmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının 144 saylı, 16 mart, 2018-ci il tarixli müvafiq sərəncamına, əsasən, Bilgəh qəsəbəsində 109 (bir yüz doqquz) küçəyə yeni küçə adları verilmişdir və vətəndaş Təqsirləndirilən şəxs da faktiki yaşadığı ünvan rəsmi olaraq Murtuza Muxtarov döngə 1 küçəsi adlandırılmışdır (cild 2, iş vərəqi 25). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/384 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş torpaq nümunəsi..." yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbada torpaq nümunəsinin tərkibində əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin və marixuananın hissəcikləri yoxdur. Çətənə (kannabis) bitkisinin və marixuananın hissəcikləri olmadığı üçün təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Təqdim olunmuş torpaqda əksər növ bitkilərin, o cümlədən narkotik tərkibli çətənə bitkisinin əkilib becərilməsi mümkündür. Aparılmış tədqiqatın dəyəri 78,82 (yetmiş səkkiz manat 82 qəpik) manat təşkil edir (cild 2, iş vərəqi 44-46). - ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 1300 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 47-48). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə və evinə baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 49-64). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 66-67). - Müdafiəçi məxsus qəbzdən görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X3 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan "Nokia" və "İnoi" markalı mobil telefonları saz vəziyyətdə təhvil almışdır (cild 2, iş vərəqi 87). - cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından ümumilikdə 5254 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 99-100). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmış və o, ittihamı mübahisələndirmişdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində az miqdarda narkotik vasitə olması, digər narkotiklərin ona aid olmaması, polislər tərəfindən döyülməsi və ailəsi ilə təhdid edilməsi, bunun nəticəsində digər narkotikləri də boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və evinə baxış keçirilmiş və o, əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə və evinin sol tərəfində yerləşən yarımtikilidəki dəmir qabın arxasında gizlətdiyi 01 (bir) ədəd ağ rəngli torbada olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın və baxışın nəticəsinə dair müvafiq protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ilkin ifadələr verərkən ondan aşkar edilmiş marixuananın özünə aid olduğunu, onu satmaq məqsədilə saxladığını, hətta satdığını da etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis idarəsində polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi həmin ifadələri verərkən, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq təcridxanasına daxil olarkən müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət aşkar olunmadığı müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə məhkəmədə göstərdiyi xüsusatlar iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin oğlu X6 və qonşusu X11 məhkəmədə verdikləri ifadələri təqsirləndirilən şəxslə yaxın qohumluq və qonşuluq münasibətlərindən irəli gələn və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınması üçün verilən ifadələr kimi qiymətləndirməklə onları sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi narkotik vasitənin ona aid olması, narkotikin satışı ilə məşğul olması barədə etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Pelnumunun tövsiyələrini nəzərə alaraq məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirli bilinməli və o, ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə olduğu müddətdə cəzanı çəkib qurtardığı nəzərə alınaraq həbsdən azad edilmişdir (cild 1, iş vərəqi 117-118; cild 2, iş vərəqi 3-11). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 21 yanvar 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 92-97; cild 2, iş vərəqi 39- 43, 94-98). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 20 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5253,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə və evinə aparılmış şəxsi axtarış, baxış və götürmənin gedişatını özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 156,82 (yüz əlli altı manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5253,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə və evinə aparılmış şəxsi axtarış, baxış və götürmənin gedişatını özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 156,82 (yüz əlli altı manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-627/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-627/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver