Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-627/2025 10.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X16 (sədrlik edən), X15 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1982-ci ildə Lənkəran şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, 10 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-657/2024 saylı, 11 iyul 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.4- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 iyul 2024-cü ilədək olan müddət ərzində Rusiya Federasiyasının Sankt Peterburq şəhərində istintaqla müəyyən edilməmiş mənbədən xüsusilə külli miqdarda, 171,4 qram metadon narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin narkotik vasitəsindən 93,4 qramını 1 şəffaf sellofana büküb üzərində “ЯСНО солнышко" yazılmış yulaf qutusunun içərisində, 78 qramını isə 1 şəffaf sellofana büküb üzərində "Truffle" yazılmış şokolad qutusunun içərisində gizlədərək saxlamış, J1220 saylı Sankt Peterburq - Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşımış və 10 iyul 2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev X12 1-ci Terminalında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük yoxlaması zamanı həmin narkotik vasitə gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Lənkəran şəhərində olan zamanlarda həmin şəhərə qonaq gəlmiş tanımadığı adamların “antivitamin” dedikləri maddədən istifadə etdiklərini görürmüş, bədənində olan ağrılarla bağlı onlardan həmin maddədən istifadə etməyinə icazə vermələrini xahiş edirmiş, onlarda da hərdən bir ona icazə verirmişlər və o, həmin maddəni yandırıb tüstüsündən qəbul edirmiş, beləliklə bunun ona yaxşı təsir etdiyini, ağrılarını kəsdiyini görürmüş. Ona görə də qərara gəlmişdir ki, Rusiya Federasiyasına gedib özünün istifadəsi üçün həmin maddələrdən gətirsin. Bu məqsədlə və eyni zamanda gəzmək üçün 28 iyun 2024-cü il tarixdə Rusiya Federasiyasının Sankt Peterburq şəhərinə getmiş, Sant Peterburq şəhərində oteldə qalırmışdır. Orada olarkən əslən özbək millətindən olan tanımadığı adamlardan “Vaxa” adlı qaraçı millətindən olan bir şəxsin həmin narkotik vasitələrdən satdığını öyrənmişdir. Təxminən 2024-cü ilin iyul ayının 7-də bu məqsədlə həmin özbəklərin vasitəsilə “Vaxa” adlı qaraçının kartına ödəmə terminalı vasitəsilə 170000 Rusiya Rublu (təxminən 3000 manat) pul köçürmüş, bundan sonra həmin Vaxa adlı şəxs təxminən 170 qram “antivitamin” dedikləri kristal formalı metadon narkotik vasitəni səhv etmirsə Simyonski metrostansiyası deyilən ərazidə zibil qabının içərisinə qoyulmasını təmin etmiş və adlarını bilmədiyi həmin özbəklərin vasitəsilə ona həmin narkotikin yerini bildirirərək gedib həmin narkotik vasitəni oradan götürə biləcəyini çatdırmış, o da həmin şəxslərin dediyi yerə getmiş və orada olan zibil qutusunun içərisində 1 ədəd sellofan paketə qoyulmuş həmin narkotik vasitəni götürüb Sankt Peterburq şəhərində gecələdiyi “Druzya” adlı otelə gətirmişdir. Oteldə olan zaman onları Azərbaycan Respublikasına gətirə bilməyi üçün 2 hissəyə bölüb şəffaf sellofana bükmüş və onlardan birini yulaf qutusunun içərisində, digər hissəsini isə şokalad qutusunun içərisində gizlətmiş, həmin qutuları isə özünə məxsus mavi çamadanda olan şəxsi əşyalarının arasına qoymuşdur. 10 iyul 2024-cü il tarixdə J220 saylı Sankt Peterburq - Bakı aviareysi ilə Bakıya qayıdırmış. Təyyarə təxminən 2 saat gecikmiş, həmin gün saat 08 radələrində təyyarə X14 Aeroportuna enmiş, həmin vaxt onun 3 ədəd baqaj, 1 ədəd əl yükü var imiş. Yüklərini baqaj lentindən götürüb monitora qoymuş, gömrük əməkdaşları ondan 3 ədəd baqaj və 1 ədəd əl çantasında gömrük orqanına bəyan ediləsi hər hansı əşyasının olub-olmadığını, baqaj çantasında olan 2 ədəd bağlamada daş duz formasında olan əşyaların nə olmasını soruşmuşlar. O, gömrük orqanına bəyan ediləsi hər hansı əşyasının olmadığını, baqaj çantasında olan 2 ədəd bağlamada daş duz formasında olan əşyaların şokolad və şirniyyat olduğunu bildirmişdir. Daha sonra yüklərinin yoxlanılması üçün onu yoxlama otağına dəvət etmişlər. Yoxlama zamanı ona məxsus mavi rəngli çamadanın içərisindən üzərində "ЯСНО солнышко" yazılmış yulaf qutusunun içərisindən yulafla qarışıq halda 1 ədəd şəffaf sellofan paketə bükülüdə təqribi çəkisi 124 qram olan sarımtıl-ağ rəngli kristal maddələr, həmçinin üzərində “Truffle” yazılmış şokolad qutusunun içərisindən, şokoladların yanında 1 ədəd şəffaf sellofan paketə bükülüdə təqribi çəkisi 50 qram olan sarımtıl-ağ rəngli kristalşəkilli maddələr aşkar edilərək götürülmüşdür. Həmin aşkar edilmiş ümumilikdə 171.4 qram olan sarımtıl-ağ rəngli kristalşəkilli metadon narkotik vasitəsi ona məxsusdur, onları şəxsi istifadəsi üçün almışdır. Onları qutularda yerləşdirmişdir ki, hava limanında aşkar edilməsin və onları ölkə ərazisinə rahat keçirə bilsin. O, bilirmiş ki, bu cür narkotik vasitələri bəyan etmək və ölkəyə gətirmək olmaz, onlar aşkar edilərsə tutula bilər. Ona görə də bu barədə gömrük orqanına bəyan etməmişdir. O, gün ərzində həmin metadon narkotik vasitəsindən təxminən 2 qram istifadə edə bilir. Eyni zamanda ondan Azərbaycan Resulikasında tapa bilmədiyindən Rusiyadan gətirmək qərarına gəlmişdir. Düşünürmüş ki, tez-tez Rusiya Federasiyasına gedib-gələ bilməyəcəyindən həmin narkotik vasitədən çox gətirib hissə-hissə istifadə edər. Ona görə də o, həmin narkotik vasitədən çox almışdır. Lakin onları heç kimə satmayacaqdı. Aşkar edilmiş həmin narkotik vasitəni əldə etməyini yalnız həmin özbəklər bilirmişlər. Həmin şəxslər sözügedən malları Azərbaycan Respublikasına gətirəcəyini bilmirmişlər. Qeyd edilən şəxslərdən başqa heç kim həmin narkotik vasitələri əldə etməyi və ölkəyə qaçaqmalçılıq yolu ilə gətirəcəyi barədə məlumatlı olmamışdırlar. Saxlanan zaman gömrük əməkdaşları tərəfindən hər hansı bir zorakılıq, döymə və ya təhqir edilmə halları ilə qarşılaşmamışdır. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.4-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma şöbəsinin böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyul 2024-cü il tarixdə Terminal-1 X12 gəliş zalında xidməti fəaliyyətini həyata keçirən zaman saat 08 radələrində şəxsiyyəti sonradan ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 3 ədəd baqaj və 1 ədəd əl çantalarını X14 Aeroportunun Terminal 1 gəliş zalında olan X-Ray rentgen qurğusuna qoymuş, Təqsirləndirilən şəxs baqaj çantalarından birinin içərisində narkotik vasitələrə xas olan şübhəli cizgilər olduğu müşahidə edilmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq 3 ədəd baqaj və 1 ədəd əl çantasında gömrük orqanına bəyan ediləsi hər hansı əşyasının olub-olmadığını, baqaj çantasında olan 2 ədəd bağlamada daş duz formasında olan əşyaların nə olmasını soruşmuşlar. Təqsirləndirilən şəxs öz növbəsində gömrük orqanına bəyan ediləsi hər hansı əşyasının olmadığını, baqaj çantasında olan 2 ədəd bağlamada daş duz formasında olan əşyaların şokolad və şirniyyat olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs yoxlama otağına dəvət edilmiş və ona məxsus 3 ədəd baqaj və 1 ədəd əl çantasına Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin baş müfəttişi Şahid2, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin. Gömrük işinə vardım şöbəsinin inspektoru Nağıyev Liv an Azad oğlunun v ə hal şahidlərinin iştirakı ilə yoxlama keçirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus mavi rəngli çamadanın içərisindən üzərində “ЯСНО солнышко” sözləri yazılmış səhər yeməyi (yulaf) qutusunun içərisindən yulafla qarışıq halda 1 ədəd şəffaf sellofan paketə bükülüdə təqribi çəkisi 124 qram olan sarımtıl-ağ rəngli kristal maddələr, həmçinin üzərində “Truffle” sözləri yazılmış şokolad qutusunun içərisindən, şokoladların yanında 1 ədəd şəffaf sellofan paketə bükülüdə təqribi çəkisi 50 qram olan sarımtıl-ağ rəngli kristal maddələr aşkar edilmişdir. Yoxlama başa çatdıqdan sonra müvafiq yoxlama və götürmə protokolu tərtib edilmiş, aşkar edilən predmetlərin foto şəkilləri çəkilərək protokola əlavə edilmiş və xüsusi qablaşdırma vasitəsində qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Şərnişinin şöbəsinin baş müfəttişi Şahid2 və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş “Azerterminalkompleks” Birliyinin gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin, gömrük işinə yardım şöbəsinin inspektoru Şahid3 ifadəsində X2 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 2004-cü ildən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Beləki. ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin rəhbəridir, həmin ünvanda yerləşən mağazasında ov alətləri satır. Həmin ləvazimatları ölkə ərazisində müxtəlif firmalardan alıb Lənkəran şəhərində satışını həyata keçirdir. Təqsirləndirilən şəxs onun xalasının nəvəsidir, onunla normal münasibəti olubdur. Mahirin Lənkəran şəhərində elektrik əşyaları mağazası vardır. Bundan başqa həyətində cücə saxlayıb satışını həyata keçirir. Mahir onun həm qohumu, həm də qonşusudur. Bundan əlavə o, Mahirin mağazasından televizor almışdır. Mahir həmin teelvizoru ona kreditə vermişdir. Mahirlə onun arasına olan telefon danışıqları gündəlik məişət mövzularında, eyni zamanda həmin televizora görə olmuşdur. O, Mahirdən götürdüyü televizorun pulunu kreditlə ödəyirmiş, 2024-cü ilin iyul ayının 10-da da pulu ödəmək üçün Mahirə bir neçə dəfə zəng etmiş, lakin Mahirin telefonuna zəng çatmamış. Ondan sonra o, həmin gün saat 22:33-də Mahirə “zeng elə” məzmunlu mesaj yazmışdır ki, ona zəng çatanda mesajım görüb Mahir onunla əlaqə saxlasın və o, Mahirin pulunu aparıb versin. Təqsirləndirilən şəxs Rusiya Federasiyasına gedəcəyi barədə əvvəlcədən ona heç nə bildirməmişdir. Eləcə da Mahirin Rusiyaya hansı məqsədlə getməsi, orada kimlərlə görüşməsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə ölkəyə gələn zaman özü ilə nə gətirəcəyi barədə əvvəlcədən heç bir məlumatı olmayıbdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında xüsusilə külli miqdarda narkotik vasitəni nə vaxt, harada, kimdən, hansı şərtlər altında əldə etməsi, onları ölkə ərazisinə hansı məqsədlə gətirməsi barədə heç bir məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə və ya psixotrop maddə almamış və istifadə etməmişdir. O, şəxsən Mahirin kiməsə həmin mallardan satmasını görməmiş, lakin eşitdiklərinə görə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olurmuş, eyni zamanda onlardan istifadə edirmiş. Mahirin satdığı və istifadə elədiyi həmin narkotikləri haradan, nə vaxt, necə əldə etməsi, onları konkret olaraq kimlərə və harada satması barədə məlumatı yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X14 Aeroportunda "xxxx" MMC-də yuyucu maşın operatoru Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 10 iyul 2024-cü il tarixdə gömrük əməkdaşı ona yaxınlaşaraq Sankt Peterburq-Bakı aviareysi ilə gələn bir nəfər Azərbaycan Respublikası vətəndaşına məxsus çamadana yoxlama keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etmiş, o da buna etiraz etməyək qəbul etmiş, onunla birlikdə yoxlamada Xəqani adlı şəxs də iştirak edirmiş, gömrük əməkdaşı ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmiş, daha sonra Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus çamadana yoxlama keçirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus mavi rəngli çamadanın içərisindən üzərində "ЯСНО солнышко" sözləri yazılmış səhər yeməyi (yulatj qutusunun içərisindən yulafla qarışıq halda 1 ədəd şəffaf sellofan patetə bükülüdə təqribi çəkisi 124 qram olan sarımtıl-ağ rəngli kristal maddələr, həmçinin üzərində “Truffle” yazılmış şokolad qutusunun içərisindən, şokoladların v anında 1 ədəd şəffaf sellofan paketə bükülüdə təqribi çəkisi 50 qram olan sarımtıl-ağ rəngli kristal maddələr aşkar olunmuş, bundan sonra aşkar edilən həmin predmetlər araşdırılması üçün götürülmüş və bu barədə protokol tərtib edilmiş, o da həmin protokolları öz imzası ilə təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X14 Aeroportunda "xxxx" MMC-də yuyucu maşın operatoru Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu ifadəsində X6 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Lənkəran şəhərində yerləşən “Böyük bazar”da fəhləlik edib ailəsinin maddi ehtiyyaclarını qarşılamağa çalışır. 2010-cu ildə külli miqdarda narkotik vasitəni əldə edib saxladığı və gömrük sərhədindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmiş və Lənkəran Ağır cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2018-ci ilin dekabr ayında cəzasının sonuna 11 ay qalmış məhkəmənin qərarı ilə azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs onun məhlə uşağıdır, onunla normal münasibəti olub. Mahirin Lənkəran şəhərində elektrik əşyaları mağazası vardır. O, həmin mağazaya müştəri göndərdikdə Mahir hərdən bir ona maddi köməklik edirmiş. Mahir hərdən bir Rusiya Federasiyasına gedib oradan ölkəyə gələn zaman 1-2 blok siqaret və digər mallar gətirirmiş, o da həmin mallardan bəzilərini alıb işlədiyi bazarda satırmış. Eyni zamanda Mahir Lənkəran şəhərində olan zaman ona 1 ədədi 25 qəpik olmaqla toyuq yumurtası verirmiş və o, həmin yumurtaları 35 qəpiyə satırmış. Mahirlə aralarında olan danışıqların hamısı müxtəlif malları Mahirdən alıb satmağı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs Rusiya Federasiyasına gedəcəyi barədə əvvəlcədən ona bildirmiş, lakin həmin vaxt ona bunun səbəbini deməmişdir. Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə ölkəyə gələn zaman özü ilə nə gətirəcəyi barədə əvvəlcədən heç bir məlumatı olmayıb. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında xüsusilə külli miqdarda narkotik vasitəni nə vaxt, harada, kimdən, hansı şərtlər altında əldə etməsi, onları ölkə ərazisinə hansı məqsədlə gətirməsi barədə heç bir məlumatı yoxdur. O, bir neçə ay bundan əvvələ qədər tanımadığı adamlardan marixuana narkotik vasitəsi alıb istifadə edirmiş, lakin hazırda heç bir narkotik vasitə və psixotrop maddədən istifadə etmir. O, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə və ya psixotrop maddə almamış, Mahirin kiməsə həmin mallardan satmasını şəxsən görməmişdir. Lakin eşitdiklərinə görə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olurmuş, eyni zamanda onlardan istifadə edirmiş. Mahirin satdığı və istifadə elədiyi həmin narkotikləri haradan, nə vaxt, necə əldə etməsi, onları konkret olaraq kimlərə satması barədə məlumatı yoxdur. Mahir narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Azərbaycan Respublikasında bir dəfə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin materiallarında olan X14 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində tərtib olunmuş "Yoxlama və əşyaların götürülməsi haqqında" 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus mavi rəngli çamadanın içərisindən üzərində “ЯСНО солнышко" yazılmış səhər yeməyi qutusunun içərisindən yulafa qarışıq halda 1 ədəd şəffaf sellofan paketdəki bükülüdə təqribi çəkisi 124 qram olan sarımtıl-ağ rəngli kristal maddələr, həmçinin üzərində “Truffle” yazılmış şokolad qutusunun içərisindən, şokoladların yanında 1 ədəd şəffaf sellofan paketdə bükülüdə təqribi çəkisi 50 qram olan sarımtıl-ağ rəngli kristalşəkilli maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin hüquqpozmalar alt bölməsindəki “xidməti məlumatlar” siyahı sorğusu əsasında müəyyən edilmişdir ki. Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixdə X14 Aeroportundan Azərbaycan Respublikasını Rusiya Federasiyasının Sankt Peterburq şəhəri istiqamətində tərk etmiş və xx.xx.2024-cü il tarixdə, saat 07:49-da eyni istiqamətdən Azərbaycan Respublikasına gəlmişdir. Cinayət işinin materiallarında olan Əməliyyat-İstintaq Baş idarəsinin Əməliyyat idarəsinə 12 iyul 2024- cü il tarixli. 3-33/150/029613 nömrəli raportla verilmiş əməliyat tapşırığına cavabda qeyd edilmişdir ki, tapşırıqda göstərilənlərlə əlaqədar müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilmiş narkotik vasitələrin satış məqsədilə gətirildiyi məlum olmuşdur. Tapşırıqda qeyd olunan digər xüsusatlarla əlaqədar əməliyyat- axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu halda bu barədə əlavə məlumat veriləcəkdir. Cinayət işinin materiallarında olan “Sənədlərə baxış keçirilməsi haqqında” 08 avqust 2024- cü il tarixli protokoldan görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 31,07.2024-cü il tarixli, 3-27-111/2-3216/2024 saylı məktubuna əlavə edilmiş 4 vərəqdən ibarət sənədlərə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +7-***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 00:52-də zəng edilərək 15 saniyə danışıq aparıldığı məlum olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan +7-***-***-**-** və ***-***-**-** nömrələri ilə müxtəlif vaxtlarda ayrı-ayrı mobil nömrələrlə telefon danışıqları aparılmışdır. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 08 avqust 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı "Azercell Telekom” MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD-dəki məlumatlara əsasən Şahid7 adına qeydə alınmış ***-***-**- ** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 22:33-də "zeng elr" məzmunlu mesaj yazıldığı məlum olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrələri ilə müxtəlif vaxtlarda ayrı-ayrı mobil nömrələrlə telefon danışıqları aparılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3570 nömrəli ekspert rəyindən görünür ki. təqdim olunmuş kağız paketdəki 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 93.4 qram və 78.0 qram, ümumi təmiz çəkisi 171.4 qram sarımtılağ rəngli kristalşəkilli maddələr narkotik vasitə - metadondur. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İİ) daxildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsinin xx.xx.2024-cü il tarixli, 4966 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kokainin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 5/845 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş obyektin sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd "Honor 50" markalı “NTH-NX9” modelli "**********18127, **********658164" İMEİ kodlu mobil smartfon olması müəyyən edildi, təqdim edilmiş “Honor 50” markalı "NTH-NX9" modelli mobil smartfonun yaddaşlarından toplanmış mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio, video fayllar “WhatsApp” proqram təminatında aparılmış məlumat mübadiləsi və sairə) müəyyən olundu. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin xx.xx.2020-ci il tarixli, 4/15-076/15/20 saylı məktubuna əsasən onun xx.xx.2019cu il tarixdə 29 qram kristal növlü narkotik maddə və 189 qram çəkidə 474 ədəd metadon həbinin saxlanılması ittihamı ilə həbs edildiyi və 2.000.000.000 rial girov qoya bilmədiyi üçün İran İslam Respublikası Gilan vilayətinin Heviq həbsxanasına göndərildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 14 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində İran İslam Respublikasının müvafiq məhkəməsinin hökmünün Azərbaycan Respublikasının ərazisində tanınması ilə bağlı müraciət və aidiyyəti sənədlər respublika Ədliyyə Nazirliyində aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 29 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.1982- ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində İran İslam Respublikasında çıxarılmış hökmün surətinin təqdim edilməsi və həmin hökmün Azərbaycan Respublikasında tanınıb-tanınmaması barədə daxil olmuş müraciətinizlə bağlı müvafiq sorğula verilmiş və alınmış cavabda hökmün surəti və həmin hökmün Azərbaycan Respublikasında tanınıb-tanınması barədə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarə və Cinayət təqibindən kənar icraatlar idarəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli təsnifata görə az ağır, həmin məcəllənin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, psixotrop maddə olan metadondan öz şəxsi təlabatı üçün istifadə etməsi, ümimiyyətlə, narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin həmin qərarın 6-cı bəndinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən psixotrop maddə metadonun kütləsi 160 qram təşkil etdikdə xüsusilə külli miqdarda hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.4-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, anası X4 orta-ağır formalı şəkərli diabet xəstəsi olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X28 tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Lənkəran rayonu, Nağıyev küçəsi 31 qeydiyyatında olan xx.xx.1958-ci il təvəllüdlü X5 ondan ötrü ki, o, həqiqətən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində “Şəkərli diabet” diaqnozu ilə dispanser qeydiyyatında durur. Diaqnoz: Şəkərli diabet 2-tip. Orta-ağır forma. Cinayət işinin materiallarında olan Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli araışdan görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024 tarixdən Lənkəran Rayonlararası Narkoloji Xəstəxansında “Opium narkomanlığı” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Cinayət işinin materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1982-ci il tarixində Lənkəran şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ünvan 9 ünvanında eydiyatda olmaqla yaşayan, orta təhsilli, evli, hərbi mükəlləfiyyətli, rəsmi heç bir yerdə işləməyən fərdi əməylə məşğul olan Təqsirləndirilən şəxs yuxarda göstərilən ünvanda yaşadığı dövr ərzində ailə üzvlərinə qarşı normal münasibətdə olmuş, qonşularla və məhəllə sakinləri ilə xoş münasibətlər qurmuşdur. Məhəllədə keçirilən abadlıq və quruculq işlərində imkan daxilində köməklik göstərmişdir. Lənkəran şəhər 1 nömrəli sahə inzibati dairəsinin fəaliyyətə başladığı cari ilin 2022-cü ilin yanvar ayının əvvəllərindən bu günə qədər, barəsində qonşlarından, ictimai yerlərdən və inzibati orqanlardan heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Cinayət işinin materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X9 ilə bir nikahlarında 11 iyul 2015-ci il təvəllüdlü X13, 29 yanvar 2018-ci il təvəllüdlü X7 və 14 yanvar 2019-cu il təvəllüdlü X10 anadan olmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.4-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-657/2024 saylı, 11 iyul 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 iyul 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 171,2 qram olan narkotik vasitə metadon məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus olan 01 (bir) ədəd “Honor” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ümumilikdə 214 (iki yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Verdiktum» Vəkil Bürosunun vəkili X11 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait «Verdiktum» Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Verdiktum» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 171,2 qram təşkil edən narkotik vasitə metadon məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus olan 01 (bir) ədəd “Honor” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs ümumilikdə 214 (iki yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait «Verdiktum» Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Verdiktum» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-627/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-627/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver